Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-842/2022 26.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 5 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Ağdam rayonunda anadan olmuş, orta təhsilli, subay, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Ağdam rayonu, Əhmədavar kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, fərdi yaşayış evində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “İphone” markalı mobil telefonundakı ***-***-**-** nömrə ilə “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı olan “Asif” adlı şəxslə əlaqə yaradıb birlikdə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub qanunsuz gəlir əldə etmək barədə razılığa gələrək cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında aralarındakı razılaşmaya əsasən dəyərini satdıqdan sonra ödəmək şərti ilə ümumi dəyəri 1800 manat olan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini sifariş verdikdən sonra “Asif” adlı şəxsin eyni tətbiq vasitəsi ilə ona yolladığı marşruta uyğun olaraq istintaqa məlum olmayan vaxtda Bakı şəhəri, Nəsimi rayonu ərazisindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumi təmiz çəkisi 12,433 qram narkotik vasitə olan heroini və 41,932 qram psixotrop maddə olan metamfetamini əldə edib, onlardan 3,095 qram narkotik vasitə heroini və 1,932 qram psixotrop maddə metamfetamini üzərində saxlayaraq daşımış, 9,338 qram narkotik vasitə heroini və 40,0 qram psixotrop maddə metamfetamini isə yaşadığı Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində yerləşən fərdi yaşayış evində saxlamış, 27 noyabr 2021-ci il tarixdə, saat 22:05 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, “Pətək” marketin yaxınlığında Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinə gətirilmiş, şöbədə onun üzərində şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sol yan cibindən bir ədəd bükümdə külli miqdarda, yəni 3,095 qram narkotik vasitə olan heroin, bir ədəd bükümdə 1,932 qram psixotrop maddə olan metamfetamin və üzərindən narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüş və əməliyyat tədbirlərinin davamı olaraq yaşadığı Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində yerləşən fərdi yaşayış evində baxış keçirilərkən yataq otağındakı çarpayının üzərində olan qutunun içərisindən külli miqdarda bir ədəd bükümdə 9,338 qram narkotik vasitə heroin, bir ədəd tükümdə 40,0 qram psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, narkotik vasitəni sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşından almışdır. O, İran vətəndaşı ilə “Whatsapp” tətbiqi vasitəsilə əlaqə saxlamışdır. İran vətəndaşı narkotiki müəyyən ərazilərə qoymuş, o isə gedib həmin ərazilərdən götürmüşdür. O, narkotik istifadəçisidir. Tutulduğu gün onu yaşadığı evdə saxlamışlar. Onu polis bölməsinə gətirərək üzərinə narkotik qoyub sonra çəkiliş aparmışlar. O, tutularkən üzərində 9 qram narkotik vasitə olmuşdur, bundan artıq narkotik vasitə olmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, 100 qram narkotik vasitə alıb qarşılığında İran vətəndaşına 1800 manat pul verməli imiş. O, narkotik vasitəni öz istifadəsi üçün almış və həmin narkotik vasitənin 100 qramdan çox hissəsini istifadə etmiş, az hissəsini isə tanıdığı adamlara satmışdır. O, heroinin qramını 30 manata satmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, hazırda Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində qanunla dövriyyəsi qadağan edilən narkotik vasitələri əldə etməsi, saxlaması, satışı və onun qəbulu ilə məşğul olması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 27 noyabr 2021-ci il tarixdə ondan və Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Sonra keçirilmiş tədbirlər nəticəsində 27 noyabr 2021ci il tarixdə saat 22:05-də Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, "Pətək" marketin yaxınlığında Təqsirləndirilən şəxs saxlanılmış və yaxınlıqda yerləşən Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinə dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığından onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş və onun üzərində vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra, videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Videoçəkiliş zamanı onlar özlərini təqdim etdikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olması təqdirdə təqdim etməyi bildirilmişdir. Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən bir bükümdə açıq qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütləni, bir bükümdə ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütləni və bir ədəd elektron tərəzini təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və əynindəki şalvarın sağ yan cibindən "Nokia" markalı mobil telefon, bir ədəd açar, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi və doqquz manat pul aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlələrin çəkisinin müəyyən edilməsi məqsədi ilə elektron tərəzidə çəkilmiş və heroinə bənzər kütlənin çəkisinin qablaşdırma ilə birlikdə 3,70 (üç tam yüzdə yetmiş) qram, metamfetaminə bənzər kütlənin çəkisinin qablaşdırma ilə birlikdə 2,69 (iki tam yüzdə altmış doqquz) qram olması müəyyən edilmişdir. Sonra həmin sellofan torba içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə heroini və psixotrop maddə metamfetamini təxminən 4 gün öncə İran İslam Respublikası vətəndaşı olan “Asif” adlı şəxsin vasitəsi ilə Nəsimi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən satış məqsədi ilə əldə etdiyini, heroinin qramını 40 manatdan, metamfetaminin qramını isə 50 manatdan satışını həyata keçirdiyini, həmçinin yaşadığı Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində yerləşən evində də narkotik vasitə saxladığını bildirmişdir. Bundan sonra onlar X3 rayonu, Yeni Ramana qəsəbəsində yerləşən evinə baxış keçirilməsi üçün həmin ünvana getmişlər. Təhqiqatçı evə baxış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs yaşadığı evdə qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olması təqdirdə onları təqdim etməyini bildirmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs evdə girişdən pilləkanlarla qalxaraq sağdan dördüncü otağın giriş qapısını açıb həmin otağın yataq otağı olmasını bildirmiş və otaqdaki çarpayının üzərindəki qutunun içərisindən bir bükümdə açıq qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütləni, bir bükümdə ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütləni və bir ədəd elektron tərəzini təqdim edərək çarpayının üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilən kütlələrin çəkisinin müəyyən edilməsi məqsədi ilə həmin kütlələr elektron tərəzidə çəkilmiş və heroinə bənzər kütlənin çəkisinin qablaşdırma ilə birlikdə 11,60 (on bir tam yüzdə altmış) qram, metamfetaminə bənzər kütlənin çəkisinin qablaşdırma ilə birlikdə 40,82 (qırx tam yüzdə səksən iki) qram olması müəyyən edilmişdir. Sonra həmin sellofan torba içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilən kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, narkotik vasitə heroini və psixotrop maddə metamfetamini təxminən 4 gün öncə İran İslam Respublikası vətəndaşı olan “Asif” adlı şəxsin vasitəsi ilə Nəsimi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən satış məqsədi ilə əldə etdiyini, heroinin qramını 40 manatdan, metamfetaminin qramını isə 50 manatdan satışını həyata keçirdiyini, saxlanılan zaman və polis şöbəsində olan zaman ona qarşı heç bir fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli raportun məzmunundan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1987-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Əhmədavar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilir (iş vərəqi 4). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (iş vərəqi 5-6). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli, 324 saylı raportun məzmunundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1987-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Əhmədavar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün 27 noyabr 2021-ci il tarixdə, saat 22:05 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində yerləşən “Pətək” marketin yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq hava və əməliyyat şəraiti, nəqliyyat vasitələrinin və insanların intensiv olaraq hərəkəti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin inzibati binasına gətirilmişdir (iş vərəqi 10). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, edilmiş təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 1 (bir) bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə, 1 (bir) bükümdə ağ rəngli, kristalşəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə və 1 (bir) ədəd elektron tərəzini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən içərisində ***-***-**-** və ***-***-**-** GSM mobil nömrə olan “Nokia” markalı mobil telefon, 1 ədəd açar, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi və 9 (doqquz) manat pul aşkar olunmuşdur. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və həmin kütlənin çəkisi qablaşdırma ilə birlikdə 3,70 (üç tam yüzdə yetmiş) qram, metamfetaminə bənzər kütlə qablaşdırma ilə birlikdə 2,69 (iki tam yüzdə altmış doqquz) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr və 1 ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi tərəfindən imzalanmışdır. Həmçinin aşkar olunmuş 9 (doqquz) manat pulun narkotik vasitələrin satışından əldə olunduğunu bildirdiyi üçün həmin 9 (doqquz) manat pul içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs müdafiəçi tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün “Nokia” markalı mobil telefon, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 1 (bir) ədəd açar isə şübhəli şəxsə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri 4 gün əvvəl İran İslam Respublikası vətəndaşı olan “Asif” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Nəsimi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən satış məqsədi ilə əldə etdiyini, heroinin qramını 40 manatdan, metamfetaminin qramını 50 manatdan satışını həyata keçirdiyini, özünün narkotik vasitə aludəçisi olduğunu və təxminən 1 ildir ki, heroindən istifadə etdiyini, həmçinin yaşadığı Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində yerləşən evində də narkotik maddə saxladığını, həmin ünvanda tək yaşadığını, yaşadığı evə baxışın keçirilməsinə etirazının olmadığını, baxış zamanı həmin narkotik vasitələri təqdim edə biləcəyini, yaşadığı evdə qiymətli qızıl-zinət əşyalarının və pulun olmadığını, əvvəllər məhkum olunmadığını, verilən sualları tam başa düşdüyünü ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (iş vərəqi 30-31). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş baxış keçirilməsi və götürmə aparılması haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində yerləşən nömrəsiz fərdi evdə baxış keçirilmiş, edilmiş təklifdən sonra Təqsirləndirilən şəxs evdə girişdən pilləkanlarla qalxaraq sağdan dördüncü otağın giriş qapısını açaraq həmin otağın özünün yataq otağı olmasını bildirərək həmin otaqda olan çarpayının üstündəki qutunun içərisindən 1 (bir) bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə, 1 (bir) bükümdə ağ rəngli, kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə və 1 (bir) ədəd elektron tərəzini təqdim edərək çarpayının üzərinə qoymuşdur. Daha sonra həmin bükümlər çəkilərinin müəyyən edilməsi məqsədi ilə elektron tərəzidə çəkilmiş və heroinə bənzər kütlənin çəkisi qablaşdırma ilə birlikdə 11,60 (on bir tam yüzdə altmış) qram, metamfetaminə bənzər kütlənin çəkisi isə qablaşdırma ilə birlikdə 40,82 (qırx tam yüzdə səksən iki) qram olmuşdur. Sonra həmin bükümlər və elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri şübhəli şəxs, müdafiəçi tərəfindən imzalanmışdır. Sonra evin digər otaqlarına baxış keçirilmiş və əlavə olaraq olmağı ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, həmçinin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs baxış zamanı aşkar olunmuş kütlələrin ona məxsus olduğunu, həmin kütlələri 4 gün bundan əvvəl İran İslam Respublikası vətəndaşı olan “Asif” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Nəsimi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən satış məqsədi ilə əldə etdiyini, heroinin qramını 40 manatdan, metamfetaminin qramını 50 manatdan satışını həyata keçirdiyini, özünün narkotik vasitə aludəçisi olduğunu və təxminən 1 ildir ki, heroindən istifadə etdiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, səmimi və doğru cavablar verdiyini bildirmişdir (iş vərəqi 34-35). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş mobil telefon aparatına baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, baxış keçirilmiş mobil telefon qara rəngdə olan “Nokia” markalıdır. Ümumən mobil telefon işlək vəziyyətdə olması baxış zamanı müəyyən edilmişdir. Həmçinin baxış zamanı “Nokia” markalı mobil telefon aparatının üzərində heç bir nömrənin olmadığı müəyyən edildi. Mobil telefonu ilkin olaraq işə saldıqdan sonra ekranın orta hissəsində saat görsənir. Həmçinin ekranda “Go to”, “menu”, “alarm” adlı keçidlərin olduğu görsənir. Sms yazmaq üçün lazım olan keçidin üzərinə basdıqda adla yaddaşa vurulmayan müxtəlif mobil telefon nömrələrindən sms-lər gəldiyi, eyni zamanda həmin mobil telefon nömrələrinə sms-lər göndərildiyi görünür. Həmin keçiddə qəbul edilmiş və göndərilmiş sms-lərə baxış keçirildiyi zaman +**********08 saylı mobil operator nömrəsindən “Hemide dedim biraz pati getirerdin inan halimda yoxdu evdeyem belede birden nedense narahat olarsan” məzmunlu sms mətni baxış keçirilən telefona göndərildiyi aşkar edilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən digər hal aşkar edilməmişdir. Baxış zamanı mobil telefonda zəruri olan şəkillər çəkilərək çıxardılmış və protokola əlavə edilmişdir (iş vərəqi 61-65). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/5283 saylı rəyindən görünür ki tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs təqdim etdiyi ....” sözləri, soyad və imzalar qeyd edilmiş iki ədəd kağız paketdə olan; - 1 №li kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 40,0 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 9,338 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - 2 №li kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 1,932 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 3,095 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş 2 ədəd bükümdə narkotik vasitə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Təqdim edilmiş 2 ədəd bükümdə psixotrop maddə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. İki ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı və digər iki ədəd bükümdə olan heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına (Siyahı 1) daxildir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (iş vərəqi 41-46). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan, cədvəllərdən və diskin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı əsasında "xxxx" MMCdən xx.xx.2022-ci il tarixli AZF/LGL-6310/22 nömrəli məktub ilə daxil olmuş 01 ədəd CD diskin yaddaşında əks edilmiş xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək olan dövr ərzində daxil olan və çıxan zənglərin, nömrələrin kimə məxsus olması, nömrə sahibinin soyadı, adı, atasının adı və ünvanı, mesajların siyahısı və mətni barədə məlumatlara baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, “SMS_Tarixçəsi__**********5904 __703120202", adlı faylda aşağıdakı məzmunlu sms mətnləri vardır: - xx.xx.2021-ci il tarixdə saat 10:51-də ***-***-**-** saylı mobil nömrədən “Brat men terefden keçib elesan 10lug kola vererdin bir xeber ver bilim 2saata alinar dedin bayag gelmeyim uzagdasan dedin 3saat keçdi xeber eter yoxdu senen”; - xx.xx.2021-ci il tarixdə saat 17:49-da ***-***-**-** saylı mobil nömrədən “Qaqa 10 15 man liq isteyirdim qardawivin veziyyeti biraz duwub ona gore ozun bilirsende manda ola man vermeyem”; - xx.xx.2021-ci il tarixdə saat 17:40-da ***-***-**-** saylı mobil nömrədən “Salam sadikk yetim 10 narmanli cetin varsa gətirdə evdəyəm zəhmət olmasa bratt”; - xx.xx.2021-ci il tarixdə saat 08:54-də ***-***-**-** saylı mobil nömrəyə “qaqa agriyram sen cani bidene yari kola duz qosda 20 manatim var”; - xx.xx.2021-ci il tarixdə saat 00:14-də ***-***-**-** saylı mobil nömrəyə “1 qr birde 0.5 kola. Birde ki 0.5 p”; - xx.xx.2021-ci il tarixdə saat 10:21-də ***-***-**-** saylı mobil nömrədən “Salam qaqaş 1 0.5 kola birde ki 0.5 p duzelef?”; - xx.xx.2021-ci il tarixdə saat 17:12-də ***-***-**-** saylı mobil nömrədən “Qaqas men 10 deyqeye cixiramda mene 1 qr 0.5 раti 1 qr kola lazimdi”; - xx.xx.2021-ci il tarixdə saat 17:41-də ***-***-**-** saylı mobil nömrədən “Qaqaş bayag adam geldi danişa bilmedim komey eledin sag ol var ol bele qardaşunda her gun dimey olar 100 manat haqsab eliyir seynen. And ola allaha olsa onnan artig goturmesem sennen nakişiyem. Men agriyandada başqasinnan sen öl özüm ölüm goturmemişem”; - xx.xx.2021-ci il tarixdə saat 02:40-da ***-***-**-** saylı mobil nömrədən “X5 100manatnan Gelicem. 0.5kola 1 qr P Lazim Olacag. X4 Agridan”; - xx.xx.2021-ci il tarixdə saat 16:35-də ***-***-**-** saylı mobil nömrədən “Gaga bawina donum 10 pati lazimdi alinar indiye”; - xx.xx.2021-ci il tarixdə saat 19:51-də ***-***-**-** saylı mobil nömrədən “Brat bura yaza bilersen. 10manatliq pati isteyirem.peteyin yanindayam”. Baxış zamanı digər fayllarda iş üçün əhəmiyyət kəsb edən digər hallar aşkar edilmədi (iş vərəqi 116-139). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1085 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 149-150). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş “şəxsi axtarış və götürülmə aparılması” haqqında protokola əlavə edilmiş DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, videogörüntüdə Sabunçu RPİ-nin 12-ci PŞnin xidməti otaqlarının birində videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. Videoçəkiliş zamanı polis əməkdaşları özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs və müdafiəçisi özünü təqdim edir. Təhqiqatçı Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilməsinin səbəbini izah edərək ona hüquq və vəzifələrini izah edir. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edərkən onun üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini, eyni zamanda şəxsi axtarışın videoçəkilişlə keçirilməsinə etirazının olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra təhqiqatçı şəxsi axtarış başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində olan əşyaları özünün təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən bir bükümdə açıq qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütləni, bir bükümdə ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütləni və bir ədəd elektron tərəzini təqdim edərək masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir və əynindəki şalvarın sağ yan cibindən içərisində ***-***-**-** və ***-***-**-** GSM mobil nömrə olan “Nokia” markalı mobil telefon, bir ədəd açar, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi və doqquz manat pul aşkar edilir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlələrin çəkisinin müəyyən edilməsi məqsədi ilə elektron tərəzidə çəkilir və heroinə bənzər kütlənin çəkisinin qablaşdırma ilə birlikdə 3,70 (üç tam yüzdə yetmiş) qram, metamfetaminə bənzər kütlənin çəkisinin qablaşdırma ilə birlikdə 2,69 (iki tam yüzdə altmış doqquz) qram olması müəyyən edilir. Sonra həmin sellofan torba içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılır, DİN-in 7 saylı möhürü ilə möhürlənir, üzəri şübhəli şəxs, müdafiəçi və polis əməkdaşları tərəfindən imzalanır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə heroini və psixotrop maddə metamfetamini təxminən 4 gün öncə İran İslam Respublikası vətəndaşı olan “Asif” adlı şəxsin vasitəsi ilə Nəsimi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən satış məqsədi ilə əldə etdiyini, heroinin qramını 40 manatdan, metamfetaminin qramını isə 50 manatdan satışını həyata keçirdiyini, həmçinin yaşadığı Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində yerləşən evində də narkotik vasitə saxladığını bildirir (iş vərəqi 57-58). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş “baxış keçirilməsi və götürülmə aparılması” haqqında protokola əlavə edilmiş DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, polis əməkdaşları özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs və müdafiəçisi özünü təqdim edir. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edərkən onun yaşadığı evdə videoçəkilişlə baxış keçiriləcəyini, eyni zamanda baxışın videoçəkilişlə keçirilməsinə etirazının olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra təhqiqatçı baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs yaşadığı evdə qanunla dövriyyəsi qadağan edilən əşyanın olduğu təqdirdə təqdim etməsini təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs evdə girişdən pilləkanlarla qalxaraq sağdan dördüncü otağın giriş qapısını açıb həmin otağın yataq otağı olmasını bildirir və otaqdakı çarpayının üzərindəki qutunun içərisindən bir bükümdə açıq qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütləni, bir bükümdə ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütləni və bir ədəd elektron tərəzini təqdim edərək çarpayının üzərinə qoyur. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilən kütlələrin çəkisinin müəyyən edilməsi məqsədi ilə elektron tərəzidə çəkilir və heroinə bənzər kütlənin çəkisinin qablaşdırma ilə birlikdə 11,60 (on bir tam yüzdə altmış) qram, metamfetaminə bənzər kütlənin çəkisinin qablaşdırma ilə birlikdə 40,82 (qırx tam yüzdə səksən iki) qram olması müəyyən edilir. Sonra həmin sellofan torba içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılır, DİN-in 7 saylı möhürü ilə möhürlənir, üzəri şübhəli şəxs, müdafiəçi və polis əməkdaşları tərəfindən imzalanır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilən kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, narkotik vasitə heroini və psixotrop maddə metamfetamini təxminən 4 gün öncə İran İslam Respublikası vətəndaşı olan “Asif” adlı şəxsin vasitəsi ilə Nəsimi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən satış məqsədi ilə əldə etdiyini, heroinin qramını 40 manatdan, metamfetaminin qramını isə 50 manatdan satışını həyata keçirdiyini, saxlanılan zaman və polis şöbəsində olan zaman ona qarşı heç bir fiziki və psixi zor tətbiq edilmədiyini bildirir (iş vərəqi 59-60). İşdə olan maddi sübut kimi tanıma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilib götürülmüş 41,932 qram çəkidə psixotrop maddə metamfetamin və 12,433 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən aşkar edilmiş “Nokia” markalı mobil telefon, üzərinə keçirilmiş şəxsi axtarışı, yaşadığı evə keçirilmiş baxışın gedişatını əks etdirən 2 ədəd DVD disk maddi sübut kimi tanınmış, ekspert tədqiqatından sonra qalıq çəkisi 41,832 qram psixotrop maddə metamfetamin və 12,333 qram narkotik vasitə heroin, “Nokia” markalı mobil telefon saxlanılması üçün Sabunçu rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, iki ədəd DVD disk iş materiallarına əlavə edilmişdir (iş vərəqi 93-94). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 112-113). İşdə olan cinayət işindən başqa cinayət işinin ayrılması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, istintaq zamanı aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin əldə edilmə mənbəyinin müəyyən olunması məqsədilə hazırkı cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (iş vərəqi 161-162). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri heroini və psixotrop maddəni metamfetamini əldə etməsi, daşıması və saxlaması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cavan olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 27 noyabr 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində 29 noyabr 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 27 noyabr 2021-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (iş vərəqi 21, 90-92). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 27 noyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Sabunçu rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş tədqiqatlar keçirildikdən sonra qalıq çəkisi 41,832 qram olan psixotrop maddə metamfetamin və 12,333 qram narkotik vasitə heroin, maddi sübut kimi tanınmayan iki ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş “Nokia” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılmalı, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilməsi və yaşadığı evə baxışın gedişatını əks etdirən 2 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-cimaddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 27 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar aşağıdakı qaydada həll edilsin: - Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 41,832 qram olan psixotrop maddə metamfetamin və 12,333 qram narkotik vasitə heroin məhv edilsin; - Təqsirləndirilən şəxs götürülmüş və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan 1 (bir) ədəd "Nokia" markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılsın. - Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışın və yaşadığı evə baxışın görüntülərini özündə əks etdirən 2 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmayan və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan iki ədəd elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-842/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-842/2022
26.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver