Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-842/2023 04.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər-mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və müdafiəçilər - Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun vəkilləri X2 və Müdafiəçi1 iştirakı ilə, xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 27 sentyabr 2022-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli qərarına əsasən, barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və həbsdən azad olunmuş, həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, 01 oktyabr 2022-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4 və 234.1-1-ci maddələri ilə, xx xxxxxx 1984-cü il tarixdə Şuşa şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4, 69.4-cü maddələrinə əsasən təqsirli bilinib 3.000 manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasən 420 saat ictimai işlər cəzasına məhkum olunmuş, 13 dekabr 2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 2.9-cu maddəsinə əsasən cəzadan azad edilmiş, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 4anında yaşamış, 26 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4-cü maddələri təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 19 sentyabr 2022-ci il tarixdə saat 02:30 radələrində ünvan 5 ünvanın qarşısında park edilmiş vəziyyətdə dayanmış Zərərçəkmiş şəxs məxsus “Mersedes Benz C 220 CDİ” minik markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurluq etmək üçün birlilkdə həmin avtomobilin yanına gəlmiş, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 qeyri-qanuni hərəkətlərini sığortalamaq üçün ətrafa nəzarət etdikdən sonra, sonuncu, həmin avtomobilin qabaq sağ qapısının pəncərəsinin açıq vəziyyətdə olmasından istifadə edərək pəncərədən salona daxil olmuş və avtomobilin sürətlər qutusunun yanında olan qoltuqaltı hissədən içərisində 17.250 (on yeddi min iki yüz əlli) manat pul olan bağlamanı gizli yolla talayaraq, Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 01 oktyabr 2022-ci il tarixdə saat 10:00 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Şamaxinka” adlanan yerdə məlum olmayan mənbədən 1 ədəd bükümdə təmiz çəkisi 2,028 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 01 oktyabr 2022-ci il tarixdə saat 16:10 radələrində Bakı şəhəri, Yasamal rayon Polis idarəsi, 29-cu Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 69A ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri, Yasamal RPİ-nin 29-cu Polis şöbəsinə aparılmış və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf selofana bükülmüş vəziyyətdə təmiz çəkisi 2,028 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, oğurluq hadisəsi ilə bağlı onun əvvəlcədən xəbəri olmamışdır. Belə ki, həmin hadisə baş verən vaxt o, öz həyətində olmuş, Fəridin oğurluğu necə etməsini, nə baş verdiyini bilməmişdir. Amma sonra o, Fəridlə görüşmüş və bir yerdə olmuşlar. Onda oğurluq pulundan 1500 manat pul olmuş, bir qədərini xərcləmiş və sonda 800 manat qalmışdır. Hadisə baş verən gün onlar gecə saat 1-2 radələrində besedkada oturmuşlar, gecə saat 2-yə qalmış sağollaşaraq Fərid öz evlərinə getmiş, o isə, hələ də besedkada qalmışdır. Təxminən 10 dəqiqə sonra Fərid gəlmiş və «Topaz»da pul udduğunu demişdir. Daha sonra dost olduqları üçün Fərid ona 1500 manat pul vermişdir. Təqsirləndirilən şəxs1 ona ittiham verilmiş digər epizodla bağlı isə bildirdi ki, o, narkotik istifadəçisi olsa da, may ayında dispanserdən müalicədən çıxmışdır. Saxlanılarkən onda narkotik vasitə olmamışdır. Həmin gün Ramin adlı sahə müvəkkili onu məktəbin yanında saxlamış və digər polis işçisi ilə Polis bölməsinə aparmışlar. Orada polis işçiləri ona birinci məhkumluğu olduğunu deyib bir büküm verərək onu götürməyi təklif etmişlər və ona demişlər ki, həmin bükümü götürsə, birinci məhkəmədən sonra onu buraxacaqlar. Ona demişlər ki, bu, sifarişdir və sən getməlisən. O, həmin narkotiki əvvəlcə boynuna almaq istəməmiş, lakin ona demişlər ki, əgər razı olmasa, döyüb boynuna qoyacaqlar. Buna görə də, polislərin dediyi ilə razılaşmışdır. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs1 bildirdi ki, ona verilən 1500 manatın 300-400 manatını uşağı üçün xərcləmiş, qalan 800 manatı isə polislərə qaytarmışdır. Polis əməkdaşları əvvəlcə onu, sonra isə Fəridi tutmuşlar. Fəridin adını polislərə o, verməmişdir. Polis işçiləri onu saxlayarkən 4-5 gün əvvəl harada olduğunu soruşmuş, o da, evdə olduğunu, sonra isə Fəridlə birlikdə olduğunu demişdir. Bildirmişdir ki, həmin vaxt Fərid «Topaz»da pul udmuş, ona da 1500 manat vermişdir. Həmin gün polislər tərəfindən 7 nəfər tutulmuşdur və o, həmin şəxslərin halını görəndən sonra polislərin təklifi ilə razılaşmışdır. Belə ki, o, həmin 7 nəfərin döyüldüyünü görüb özünün də döyülə biləcəyindən qorxmuş və polislərin dediklərini qəbul etmişdir. O, müstəntiqə inandığından bütün sənədlərə imza etmişdir. Lakin o, verilən maddələrin heç biri ilə özünü təqsirli bilmir. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 sentyabr 2022-ci il tarixdə gecə saat 01-02 radələrində yaşadığı evin yanında onunla eyni məhəllədə yaşayan Fəridlə gəzişib söhbət etmişlər. Fəridgilin binasının 4-cü girişinin yanından keçən zaman qara rəngli «Mersedes» markalı furqon modelli **- DX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ şüşəsinin ortaya qədər açıq olduğunu görmüşlər və oğurluq etmək qərarına gəlmişlər. Ətrafı nəzərdən keçirdib heç kimin olmadığına əmin olduqdan sonra kənarda dayanmışdır ki, gəlib-gedən olsa, Fəridə xəbər versin. Fərid isə əlini avtomobilin pəncərəsindən içəri salıb sürətlər qutusunun ortasında olan qoltuqaltı deyilən yeri açmış, həmin yerdən dəsmala bükülü halda olan bağlamanı götürmüş və Fəridlə birlikdə tez həmin yerdən uzaqlaşmışlar. Fəridlə birlikdə Bakı şəhəri, Yasmal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən «Şaurma №1» restoranına getmişlər və orada yemək yemişlər. Sonra bağlamanı açdıqda bağlamanın içərisində çoxlu sayda 100-lük nominal pul əskinasları, 50-lik və 20-lik pul əskinasları olduğunu görmüşlər. Fərid pulu saymış, 17250 manat olduğunu görmüşlər. Fərid həmin puldan ona 1500 manat vermiş və səhər görüşüb onunla söhbət edəcəyini bildirmişdir. Saat 04-05 radələrində Fəridlə sağollaşıb hərə öz evinə getmişdir. Həmin günü ona çatan 1500 manatın 300 manatını öz ehtiyaclarına xərcləmiş, 400 manata yaxın pulu mobil telefonda internet vasitəsi ilə online mərc oyunlarına qoşulmuş və uduzmuşdur. 800 manat pul qalmış və həmin pulu da evdə şkafda gizlətmişdir. Ailə üzvlərindən heç kimin bu barədə məlumatı olmamışdır. 26 sentyabr 2022-ci il tarixdə polis əməkdaşları onu yaşadığı ünvandan Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə dəvət etmişlər və Polis Şöbəsində etmiş olduğu əməli könüllü olaraq etiraf etmişdir. Daha sonra polis əməkdaşları onun razılığı ilə yaşadığı ünvana baxış keçirmişlər və könüllü olaraq evdə gizlətdiyi maddi sübut olan oğurladığı puldan ona verilən və xərcləyəndən sonra qalıq qalan 806 manat pulu polis əməkdaşlarına təqdim etmişdir. Oğurluğu birlikdə törətdiyi Təqsirləndirilən şəxs2 ona verdiyi 1500 manat puldan 694 manatını xərcləmiş, qalan 806 manatı isə polis əməkdaşlarına könüllü olaraq təqdim etmişdir. Oğurluq etdikləri gündən sonra Fəridi görməmiş, onu 26 sentyabr 2022-ci il tarixdə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsində olarkən görmüşdür. Törətmiş olduğu bu oğurluqdan ailə üzvlərinin heç bir məlumatı olmamışdır. Etdiyi əmələ görə peşmandır. Digər epizodla bağlı istintaqa verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir narkotik maddə qəbul edir, narkotik maddələrin müxtəlif növlərini qəbul etmişdir. Amma həmin narkotik maddəni müəyyən fasilələrlə qəbul etmiş, daimi narkotik maddə istifadəşisi olmamışdır. 01 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, «Şamaxinka» adlanan yerdə əvvəllər tanımadığı şəxsdən 25 manat müqabilində istifadə etməyi üçün el arasında «Kokos» deyilən narkotik vasitə heroin almış, cibinə qoymuşdur ki, uyğun yer tapanda həmin narkotiki qəbul etsin. Həmin gün saat 16 radələrində ünvan 8 ünvanın qarşısında mülki geyimdə olan 2 nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduğunu bildirmişlər. Həmin şəxslər ona narkotik maddələrin qanunsuz istifadəsi, saxlaması və daşınmasında şübhəli olduğunu demişlər və Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə üzərinə şəxsi axtarış və götürmə həyata keçirmək üçün dəvət etmişlər. Birlikdə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə getmişlər. Şöbənin inzibati binasında hüquqlarının müdafiə olunması üçün vəkil dəvət olunmuş, üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi elan olunmuşdur. Bundan sonra üzərində hər hansısa dövriyyəsi qadağan olunan maddənin olub-olmaması soruşulmuşdur. Bundan sonra üzərində həmin günü səhər saatlarında əvvəllər tanımadığı şəxsdən 25 manata aldığı “kokos” kimi tanınan narkotik vasitə heroini əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən çıxardaraq təqdim etmişdir. Ondan üzərində olan maddənin nə olması soruşulduqda, həmin maddənin narkotik vasitə heroin olmasını bildirmişdir. Həmin maddəni haradan, kimdən, hansı məqsədlə əldə etməyi soruşulduqda, əməkdaşlara həmin maddəni 25 manata «Şamaxinka» deyilən ərazidən əvvəllər tanımadığı şəxsdən gələcəkdə şəxsi istifadə etməyi üçün aldığını, narkotik maddə satışı ilə məşğul olmadığını bildirmişdir. Narkotik maddəni aldığı şəxsi sadəcə üzdən tanıdığını, adını anket məlumatlarını bilmədiyini, orta bədən quruluşlu, yumru sifət, orta köklükdə, təxminən 35-40 yaşlarında və təxminən 165-170 sm. boyu olan bir şəxs olduğunu demişdir. Saxlanılan zaman və polis şöbəsində ona qarşı hər hansı psixoloji təzyiq göstərilməmiş və heç bir xəsarət yetirilməmişdir. Əldə etdiyi narkotik vasitə heroini kiməsə satmaq, bağışlamaq və ya kiməsə hədiyyə vermək fikri olmamışdır. Narkotik vasitə heroini alarkən yanında heç kim olmamış, həmin vaxt tək olmuşdur (Cild 1, iş vərəqi 60-62, 187). Elan olunmuş ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs1 protokollardakı imzaların və sonda yazılan qeydlərin ona məxsus olduğunu, həmin ifadələri təsdiq etmədiyini, oğurluq pulunun məbləğini onun bilmədiyini, yazılanlar barədə ona suallar verilmədiyini, saxlanılarkən onun üstündə heç nə olmadığını, sanksiya üçün məhkəməyə aparıldığını, orada danışmaq istəsə də, ona imkan verilmədiyini bildirdi. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, həmin oğurluğu özü törətmiş, lakin cinayəti əvvəlcədən Hüseynlə planlaşdırmamışdır. Belə ki, hadisə baş verən gün o, Hüseynlə sağaollaşıb evə gedəndə həmin maşını görmüşdür. Maşının şüşəsi tam açıq olmuş və o, rahat şəkildə əlini maşının içərisinə salıb oradakı pulu götürmüşdür. Sonra yenidən geri qayıtmış və götürdüyü puldan Hüseynə 1500 manat vermişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs2 bildirdi ki, o, Hüseynlə sağollaşıb evə getmiş, bu zaman blokun qarşısında maşını görmüş, maşının pəncərəsi açıq olmuşdur. Həmin vaxt gecə saat 2 radələri olmuşdur. Pulu götürdükdən sonra yenidən Hüseynin yanına məhləyə qayıdanda, sonuncunun besedkada oturduğunu görmüşdür. Hüseynə oğurladığı puldan 1500 manat vermiş, Hüseyn soruşanda ona oğurluq etdiyini, maşından pul götürdüyünü demişdir. Pulu götürəndən sonra o, özünün yaşadığı evə getməmiş, geriyə Hüseynin yanına qayıtmışdır. Sonra Hüseynlə şaurma yeməyə getmişlər. Səhəri gün isə o, oğurladığı pula gedib özünə telefon almış, həmin telefonu da istintaqa vermişdir. Həmçinin Hüseynə verdiyi pulun 800 manatı da istintaqda qaytarılmışdır. O isə, özündə olan pulu qumarda uduzmuşdur. Onu heç kim tutmamışdır, özü gedib pols bölməsinə təslim olmuşdur. O, Hüseynin tutulduğunu eşitmiş, buna görə özü polisə getmişdir. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2018-ci ildə Binəqədi rayon məhkəməsi tərəfindən AR CM-nin 177.2.4-cü maddəsilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmiş, sonralar cəriməni ödəyə bilmədiyi üçün cəzası 420 saat içtimai işlər cəzası ilə əvəz edilmişdir. 2021-ci ilin dekabr ayında aministiya qərarına əsasən cəzadan azad olunmuşdur. 19 sentyabr 2022-ci il tarixdə gecə saat 01-02 radələrində yaşadığı evin yanında onunla eyni məhəllədə yaşayan Hüseynlə gəzişib söhbət etmişlər. Yaşadığı binanın 4-cü girişinin yanından keçən zaman qara rəngli Mersedes markalı furqon modelli **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ şüşəsinin ortaya qədər açıq olduğunu görmüşlər və oğurluq etmək qərarına gəlmişlər. Ətrafı nəzərdən keçirdib heç kimin olmadığına əmin olduqdan sonra Hüseyn kənarda dayanmışdır ki, gəlib-gedən olsa, ona xəbər versin. Özü isə avtomobilin açıq pəncərəsindən əlini içəri salıb sürətlər qutusunun ortasında olan qoltuqaltı deyilən yeri açmiş, həmin yerdən dəsmala bükülü halda olan bağlamanı götürmüş və Hüseynlə birlikdə tez həmin yerdən uzaqlaşmışlar. Hüseynlə birlikdə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən «Şaurma №1» restoranına getmişlər və orada yemək yemişlər. Sonra bağlamanın içərisinə baxdıqda orada çoxlu sayda 100-lük nominal pul əskinasları, 50-lik və 20-lik pul əskinasları olduğunu görmüşlər. Pulu saymış və 17250 manat pul olduğunu görmüşdür. Həmin puldan 1500 manat sayıb Hüseynə vermiş və səhər görüşüb söhbət edəcəyini bildirmişdir. Saat 04-05 radələrində Hüseynlə sağollaşmış və hərə öz evinə getmişdir. Həmin günü səhər saat 10-11 radələrində “İrşadTelekom”a gedib özünə 1150 manata «İhpone 12» markalı mobil telefon, 939 manata 1 ədəd «Apple Watch» markalı saat, 1 ədəd 45 manata şarj cihazı almış, sonra isə aldığı mobil telefonda internet vasitəsi ilə online mərc oyunlarına qoşulmuşdur. Mərc oyunlarında təxminən 10000 manatdan artıq pul uduzmuşdur. Əsasən FASTLOTO mərc oyununu oynamışdır. Mərc oyununda uduzandan sonra Fatmayi kəndində yerləşən «Qazangöl» hotelinə getmiş, orada 3-4 gün qalmış, 1000-2000 manat pul xərcəmişdir. 25 sentyabr 2022-ci il tarixdə polis əməkdaşları onu yaşadığı ünvandan Bakı şəhəri, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə dəvət etmişlər, sorğu-sual edib buraxmışlar. 26 sentyabr 2022-ci il tarixdə isə axşam saatlarında təxminən 18-19 radələrində yenidən həmin Polis Şöbəsinə gətirilmiş və etmiş olduğu əməli könüllü olaraq etiraf etmişdir. Polis Şöbəsində olan zaman Hüseyni də orada görmüş və bilmişdir ki, polis əməkdaşları onu da saxlamışlar. Törətmiş olduğu bu oğurluqdan ailə üzvlərindən heç kimin məlumatı olmamış, etdiyi əmələ görə peşmandır (Cild 2, iş vərəqi 62-64). Elan olunmuş ifadə ilə bağlı suallara cavab verən Təqsirləndirilən şəxs2 protokollardakı imzaların və sonda yazılan qeydin ona məxsus olduğunu, həmin ifadədə yazılanlarla razı olduğunu, amma Hüseynlə qabaqcadan əlbir olmağı barədə yazılanları təsdiq etmədiyini, Hüseynin tutulmasını sonradan eşitdiyini və bölmədə ona Hüseynin oğurluğa görə tutulduğunu dediklərini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, təqsirləndirilən şəxsələrin heç birini əvvəllər tanımamış və onlarla heç bir düşmənçiliyi yoxdur. Lakin sonradan ona bəlli olmuşdur ki, həmin şəslər onun maşınından oğurluq etmişlər. Belə ki, onun qızı kollecdə təhsil alır və başqa qızlarla birlikdə kirayə mənzildə qalırlar. Fərid də onun qızının qaldığı evin qonşuluğunda yaşayır. Onun rayonda öz mağazası var və «Sədərək» ticarət mərkəzindən mal-məhsul alıb aparmaq üçün 15 min manatdan artıq pul gətirmişdir. Həmin pulları da borc almışdır ki, məktəb qabağı məktəb ləvazimatları alaraq aparıb satsın və sonra da borclarını qaytarsın. Hadisə günü o, qızına rayondan ərzaq məhsulları gətirmişdir. Təxminən gecə saat 3-ə 10 dəqiqə işləmiş o, gətirdiyi ərzaq məhsullarını qızına verib çıxanda ani bir unutqanlıq etmiş və maşının pəncərəsini açıq qoymuşdur. O, yuxarı qalxıb ərzaq məhsullarını verib 5 dəqiqə sonra çıxmış, maşına yaxınlaşanda pəncərəsinin açıq qaldığını görmüş və anidən stres keçirmişdir. Sonra maşına baxanda pulların götürüldüyünü görmüşdür. Həmin vaxt maşında 17250 manat pul olmuşdur. Sualları cavablandıran Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, hadisənin gecə saat 3-ə işləmiş baş verdiyini, maşında pulu tapmayandan sonra evə zəng edib soruşduğunu, həyat yoldaşının ona əvvəlcə pulun evdə olduğunu bildirdiyini, lakin sonradan həmin pulun başqa pul olmasını müəyyənləşdirdiyini və maşındakı pulun həqiqətən də oğurlandığını bildiyini, həmin vaxt ətrafda heç kimi görmədiyini, maşının pəncərəsinin yarı açıq qaldığını və həmin vəziyyətdə əlin rahatlıqla içəri girməsinin mümkün olduğunu, oğlurlanan puldan ona heç nə qaytarılmadığını, 17.250 manat pulun əl dəsmalına bükülmüş vəziyətdə və müxtəlif əskinaslarda olduğunu, ilk olaraq özünün DİN-nin 102-xidmətinə zəng etdiyini, ifadə verənə qədər ona dəymiş ziyanın qaytaılmadığını və pulunu tələb etdiyini bildirdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında mülki iddia qaldıraraq 17.250 manat məbləğində maddi zərərin təqsirləndirilən şəxslərdən tutulub ona qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Yasamal rayon Polis idarəsi, 29cu Polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbulu ilə məşğul olması barədə 29-cu Polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə 01 okyabr 2022-ci il tarixdə o, 29-cu Polis şöbəsinin sahə müvəkkili Şahid2 ilə birlikdə ünvan 10 ünvanın qarşısında Təqsirləndirilən şəxs1 saxlamış və şöbəyə dəvət etmişlər. Xidməti otaqlarının birində videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılmışdır. Bu zaman şübhəli şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf selofana bükülmüş bükümü çıxarıb təqdim etmiş, bükümün içərisində «kakos» deyilən narkotik vasitə heroin olduğunu, həmin heroini 01 oktyabr 2022-ci il tarixdə səhər “Şamaxinka” adlanan ərazidə tanımadığı şəxsdən özünün şəxsi istifadəsi üçün 25 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 götürülmüş toz şəkilli, qəhvəyi rəngli heroinə bənzər maddə qablaşdırılaraq DİN-nin “Zərflər üçün” 169 saylı möhürü ilə möhürlənmiş və protokol tərtib edilmişdir. Həmin protokol imzalarla təsdiq edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 qarşı heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 həmkarı Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən və zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə edilmiş 27 sentyabr 2022-ci il tarixli üzləşdirmə protokoluna əsasən, həmin istintaq hərəkəti zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sərbəst ifadələrini biri-birinin üzünə qarşı deyərək təsdiq etmişlər (Cild 1, iş vərəqi 168). Cinayət işində olan 01 oktyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş bükümdə narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür (Cild 1, iş vərəqi 29-30). İş materiallarına əlavə olunmuş DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı şəhəri, Yasamal RPİ, 29-cu Polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılarkən, sonuncu, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 5 manat 20 qəpik (4 ədəd 1 manatlıq, 1 ədəd 50 qəpik, 3 ədəd 20 qəpik və 1 ədəd 10 qəpik) pul və şəffaf rəngli selofana bükülmüş 1 ədəd bükümü çıxarıb təqdim etmiş və həmin bükümün içərisindən toz şəkilli, qəhvəyi rəngdə olan narkotik vasitə heroin aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən çıxaraq təqdim etdiyi 1 ədəd bükümün içərisindəki maddə el arasında «kakos» kimi tanınan narkotik vasitə heroindir, həmin heroini 01 oktyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Şamaxinka” adlanan yerdə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 25 manat pul verərək şəxsi istifadəsi üçün alıb üzərində saxlayaraq daşımışdır. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” olan möhürü ilə möhürlənərək götürülür. Diskdə yazılmış videoçəkliş 09 dəqiqə 05 saniyə davam etmişdir (Cild 1, iş vərəqi 228). Cinayət işində olan DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı şəhəri, Yasamal RPİ, 29-cu Polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 11 ünvana baxış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs1 evin yataq otağında olan ağ rəngli dolabın birinci siyirməsindəki qara rəngli corabın içərisindən 8 ədəd 100 manatlıq, əynində olan şalvarın cibindən isə 1 ədəd 5 manatlıq və 1 ədəd 1 manatlıq pul əskinaslarını çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi pulların 19 sentyabr 2022-ci il tarixdə saat 01:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Yasamal-1, 10 saylı binanın qarşısında dayanmış avtomobildən Təqsirləndirilən şəxs2 oğurladığını və ona verdiyini bildirir. Diskdə olan videogörüntü 54 saniyə davam edir (Cild 1, iş vərəqi 104-106, 233). Məhkəmə-kimyəvi ekspertizasının 02 oktyabr 2022-ci il tarixli 6/5657 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “... Təqsirləndirilən şəxs (imza) Təqsirləndirilən şəxs1...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,028 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ciil 28 iyun tarixli Azərbacan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (Cild 1, iş vərəqi 38-41). Məhkəmə-narkoloji ekspertizasının 12 dekabr 2022-ci il tarixli 7526 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (Cild 2, iş vərəqi 11-12). Məhkəmə psixiatrik ekspertizasının 19 dekabr 2022-ci il tarixli 3382 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə hazırda ifadə vermək və baş verənləri, düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır (Cild 2, iş vərəqi 14-15). İbtidai istintaq orqanının 05 yanvar 2022-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 2,028 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün olduğu 1 ədəd DVD formatlı disk, Təqsirləndirilən şəxs2 “Mersedes Benz C 220 CDİ” markalı **- DX-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurladığı pul vəsaiti hesabına əldə etdiyi 1150 manat dəyərində 1 ədəd “iPhone 12” markalı mobil telefon və 939 manat dəyərində 1 ədəd “Apple VVatsh” markalı qol saatı, həmçinin Təqsirləndirilən şəxs1 istintaqa təqdim etdiyi 806 (səkkiz yüz altı) manat pul vəsaiti və həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin olduğu 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış, məhkəmənin müvafiq qərarına qədər saxlanılmasından ötrü ekspertiza tədqiqatından sonra qalıq qalan 1,928 qram heroin, 1 ədəd “iPhone 12” markalı mobil telefon və 939 manat dəyərində 1 ədəd “Apple VVatsh” markalı qol saatı Bakı şəhəri, Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına, 806 manat pul vəsaiti Bakı şəhəri Baş Polis idarəsinin Maliyyə-plan şöbəsinə təhvil verilmiş, videogörüntülərin əks olunduğu 2 ədəd DVD formatlı disk cinayət işinə əlavə edilmişdir (cild 2, iş vərəqi 16-28). "Elektron məhkəmə" informasiya sistemindən götürülmüş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2018-ci il təvəllüdlü Məryəm Hümbətova adlı bir azyaşlı, Təqsirləndirilən şəxs2 himayəsində isə xx.xx.2007-ci il təvəllüdlü Solmaz Ağayeva və xx.xx.2010cu il təvəllüdlü Zəhra Ağayeva adlı iki yetkinlik yaşına çatmayan uşağı vardır. Cinayət işində olan 07 oktyabr 2022-ci il tarixli tələbnaməyə əsasən, Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsində Təqsirləndirilən şəxs1 məhkumluğu barədə məlumat yoxdur. İşə əlavə edilmiş 08 oktyabr 2022-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4, 69.4-cü maddələrinə əsasən təqsirli bilinib 3.000 manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasən 420 saat ictimai işlər cəzasına məhkum olunmuşdur. 13 dekabr 2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 2.9-cu maddəsinə əsasən cəzadan azad edilmişdir (cild 1, iş vərəqi 215-222, 226-227). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Cinayət qanunvericiliiynin qeyd olunan müddəasını nəzərə alan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 hazırda məhkumluğu olmayan şəxs hesab edilməli və ona residivə görə cəza təyin edilməsinin müddəaları tətbiq olunmamalıdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü elan olunmuş ittihamlarla təqsirli bilməyərək, narkotik vasitədən istifadə etsə də, saxlanıldığı gün onda narkotik maddə olmadığını, üzərində aşkar edilmiş narkotiki polis işçilərinin ona verdiyini, boynuna almasa, döyüb boynuna qoyacaqlarını bildirdiklərini, buna görə də məcbur olub narkotikin özünə məxsus olduğunu istintaq zamanı etiraf etdiyini, Təqsirləndirilən şəxs2 oğurluq etməsi barədə məlumatsız olduğunu və sonradan Fəridin ona bir dost kimi gətirib 1500 manat pul verdiyini, həmin pulun oğurluq pulu olmasını tutulandan sonra bildiyini və özündə qalan 806 manat pulu könüllü təhvil verdiyini bildirdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 öz müdafiəsi üçün dəlillər gətirməsə də, oğurluğu Təqsirləndirilən şəxs1la qabaqcadan planlaşdırmadığını, Hüseynin yalnız pulun oğurluq pulu olması barədə məlumatı olduğunu bildirərək, Təqsirləndirilən şəxs1 müdafiəsi üçün dəlil gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla şəxsi axtarışı zamanı özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitəni, həmçinin sonradan evində gizlətdiyi oğurluğun predmeti olan 806 manat pulu təqdim etmişdir. Həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. İbtidai istintaq zamanı şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində Təqsirləndirilən şəxs1 onun şəxsi axtarışı zamanı aşkar olunmuş narkotik vasitə heroinin özünə məxsus olduğunu, onu «Şamaxinka» adlanan ərazidə tanımadığı şəxsdən 25 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmçinin cinayət işinə əlavə edilmiş Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı keçirilən məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin olunmamasını məhkəmədən xahiş etmiş, həmçinin əlavə verilmiş suala cavab olaraq saxlanılarkən iş materialları ilə tanış olduğunu, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını bildirmişdir. Ona görə də, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrdən fərqli ifadə verməsini, həmçinin Təqsirləndirilən şəxs2 oğurluğu Təqsirləndirilən şəxs1la qabaqcadan planlaşdırmaması barədə mövqeyini məcmu halında Təqsirləndirilən şəxs1 məsuliyyətdən yayındırmaq və ya onun cəzasını yüngülləşdirmək üçün seçilmiş müdafiə taktikası kimi qiymətləndirir, təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübutlar kimi qəbul edir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə az ağır və ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.3 və 15.4-cü maddələrinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır, on iki ildən artıq olmayan əməllər isə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4 və 234.1-1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 himayəsində bir nəfər azyaşlı uşağın olmasını, Təqsirləndirilən şəxs2 isə himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, həmçinin onların hər ikisinin cinayətin predmeti olan pul vəsaitinin bir hissəsini və oğurluğun predmeti olan pul vəsaiti hesabına əldə edilmiş əşyaları könüllü təqdim etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, məhkəmədə Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzaları ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 ********* nömrəli cinayət işi üzrə 27 sentyabr 2022-ci il tarixdən 28 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 1 gün ona təyin edilmiş cəza müddətinə daxil edilməklə çıxılmalı və üzərində qəti cəza saxlanılmalı, hazırkı iş üzrə Təqsirləndirilən şəxs1 01 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulduğundan, təyin olunmuş cəzanın başlanğıcı həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı isə 26 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs2 həmin tarixdə Bakı şəhəri, Yasamal RPİ, 29-cu Polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin hər iki təqsirləndirilən şəxsin ibtidai araşdırma və hazırkı iş üzrə məhkəmə baxışı zamanı həbsdə saxlanıldıqları bütün müddət onlara təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 12 dekabr 2022-ci il tarixli 7526 №li rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar edildiyindən, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan və məcburi müalicəyə əks göstərişi olmadığından, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs mülki iddia qaldıraraq, cinayət hadisəsi nəticəsində ona vurulmuş 17.250 (on yeddi min iki yüz əlli) manat maddi ziyanın, 1.000 manat mənəvi ziyanın, 141 manat 75 qəpik dövlət rüsumunun və 500 manat məhkəmə xərclərinin təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq ona qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 №-li qərarının 38-ci bəndində məhkəmələrə tövsiyyə edilir ki, dələduzluğun törədilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi ilə bağlı zərərçəkmiş şəxs cinayət təqibi mərhələsində CPM-nin 179-183-cü maddələrinin tələblərinə əməl etməklə mülki iddia verdikdə, həmin iddialara cinayət işi ilə birlikdə baxılmalıdır. Qeyd olunan mülki iddia ilə bağlı məhkəmə kollegiyası belə hesab edir ki, zərərçəkmiş şəxsin qaldırdığı mülki iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir: Belə ki, iş materiallarına əsasən zərərçəkmiş şəxs Azərbaycan Respublikası CPM-nin 179- 183-cü maddələrinin tələblərinə əməl etməklə cinayət təqibi mərhələsində mülki iddia qaldırmış və həmin mülki iddia ilə bağlı müvafiq dövlət rüsumunu ödəmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs məxsus “Mersedes Benz C 220 CDİ” markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobildən 17.250 manat pul vəsaitini oğurlaması tam sübuta yetirilmişdir. Həmçinin məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 oğurladığı pul vəsaiti hesabına özü üçün 1150 manat dəyərində 1 ədəd “iPhone 12” markalı mobil telefon və 939 manat dəyərində 1 ədəd “Apple VVatsh” markalı qol saatı almış, istintaq zamanı həmin əşyaları təqdim etmişdir. Həmçinin istintaqın gedişində Təqsirləndirilən şəxs1 oğurluğun predmeti olan pul vəsaitindən onda qalmış 806 manat pulu könüllü olaraq təqdim etmişdir. Məhkəmə kollegiyası belə hesab edir ki, Bakı şəhəri, Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş qeyd olunan mobil telefon və qol saatı, həmçinin Bakı şəhəri Baş Polis idarəsinin Maliyyə-plan şöbəsinə təhvil verilmiş 806 manat pul Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanın məbləğinə hesablanmaqla ona verilməli, ümumi ziyandan qalan 14.355 manat və dövlət rüsumu kimi ödənilmiş 141 manat 75 qəpik, ümumilikdə 14.496 (on dörd min dörd yüz doxsan altı) manat 75 qəpik pul vəsaiti təqsirləndirilən şəxs-mülki cavabdehlər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Zərərçəkmiş şəxs qaytarılmalıdır. Qalan hissədə, yəni 1.000 manat mənəvi ziyanın və 500 manat məhkəmə xərclərinin ödənilməsi barədə mülki iddia sübut olunmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4, 132.1.5 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalı, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə Bakı şəhəri, Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş maddi sübutların taleyi aşağıdakı qaydada həll edilməlidir: - Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 1,928 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; - Təqsirləndirilən şəxs2 “Mersedes Benz C 220 CDİ” markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurladığı pul vəsaiti hesabına əldə etdiyi 1150 manat dəyərində 1 ədəd “iPhone 12” markalı mobil telefon və 939 manat dəyərində 1 ədəd “Apple VVatsh” markalı qol saatı, həmçinin Bakı şəhəri Baş Polis idarəsinin Maliyyə-plan şöbəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs1 könüllü olaraq təqdim etdiyi 806 (səkkiz yüz altı) manat pul vəsaiti Zərərçəkmiş şəxs qaytarılmalı; - Təqsirləndirilən şəxs1 şəxsi axtarışı zamanı və yaşadığı ünvandan oğurluğun predmeti olan pul vəsaitini könüllü təqdim etməsi zamanı çəkilmiş videogörüntülərin əks olunduğu 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ibtidai araşdırma zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertiza tədqiqatı 81 (səksən bir) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə 3 (üç) il müddətə, Cinayət Məcəlləsinin 234.1-1-ci maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 ********* nömrəli cinayət işi üzrə 27 sentyabr 2022-ci il tarixdən 28 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 1 (bir) gün ona təyin edilmiş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 5 (beş) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 01 oktyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 26 sentyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işi üzrə Bakı şəhəri, Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş maddi sübutların taleyi aşağıdakı qaydada həll edilsin: - Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 1,928 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs2 “Mersedes Benz C 220 CDİ” markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurladığı pul vəsaiti hesabına əldə etdiyi 1150 manat dəyərində 1 ədəd “iPhone 12” markalı mobil telefon və 939 manat dəyərində 1 ədəd “Apple VVatsh” markalı qol saatı, həmçinin Bakı şəhəri Baş Polis idarəsinin Maliyyə-plan şöbəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs1 könüllü olaraq təqdim etdiyi 806 (səkkiz yüz altı) manat pul vəsaiti Zərərçəkmiş şəxs qaytarılsın; - Təqsirləndirilən şəxs1 şəxsi axtarışı zamanı və yaşadığı ünvandan oğurluğun predmeti olan pul vəsaitini könüllü təqdim etməsi zamanı çəkilmiş videogörüntülərin əks olunduğu 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs-mülki cavabdehlər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı vurulmuş maddi ziyana görə mülki iddiası qismən təmin olunsun. Cinayət nəticəsində vurulmuş 14.355 (on dörd min üç yüz əlli beş) manat maddi ziyan və mülki iddiaya görə ödənilmiş 141 (yüz qırx bir) manat 75 qəpik, ümumilikdə 14.496 (on dörd min dörd yüz doxsan altı) manat 75 qəpik pul vəsaiti təqsirləndirilən şəxs-mülki cavabdehlər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada alınaraq Zərərçəkmiş şəxs qaytarılsın. Qalan hissədə mülki iddia təmin olunmasın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-842/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-842/2023
04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver