Məhkəmə qərarları › İş №1(101)-842/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-842/2024

09.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-842/2024 09.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X4 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, müdafiəçi - Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 11 avqust 1989-cu ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olan və ödənilməyən, Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 3, mənzil 2-də qeydiyyatda olub, ünvan 1 ünvanında yaşamış, barəsində Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 1 fevral 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4, 221.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxslərin sağlamlığına ağır zərər vurmuş, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə zərərçəkmiş şəxsin əmlakını məhv etmiş və satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə edib, saxlamış və daşımışdır. Belə ki, o, 8 dekabr 2021-ci il tarixdə, saat 23 radələrində tanışları Şahid16, X1 və Fikrət adlı şəxslərlə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi şossesi, Söyüdlər küçəsində yerləşən “099” çay evində əyləşib yeyib-içdikdən sonra hesabın çox olmasını bəhanə edərək hesabı verməyib çölə çıxdıqda həmin çay evini işlədən Zərərçəkmiş şəxs1 ilə qapının qarşısında qarşılaşıb hesabın çox olmasına narazılığını bildirib mübahisə edərək heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutub ictimai asayişi pozmaqla çay evində işləyənlərin və çöldə olan şəxslərin gözü qarşısında onun ünvanına söyüş ifadələri işlədərək üzərində olan silah qismində istifadə etdiyi bıçaqla qəsdən Zərərçəkmiş şəxs1 bel nahiyəsindən vuraraq, sonuncuya döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə xuliqanlıq etmiş, bundan sonra xuliqanlıq hərəkətlərini davam etdirərək öz davranışı ilə ictimai qaydaları və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərib özünü ətrafdakılara qarşı qoymaqla xuliqanlıq niyyəti ilə, yəni heç bir əsaslı səbəb olmadan həmin hadisəyə kənardan dayanıb baxan Zərərçəkmiş şəxs2 əlində olan silah qismində istifadə etdiyi bıçaqla qəsdən vuraraq, sonuncuya döş qəfəsinin sol yan səthinin plevra və qarın boşluğuna nüfuz edərək köndələn çənbər bağırsağı və mədəaltı vəzinin zədələnməsi və hemopnevmotoraksla müşayiət olunan deşilmiş-kəsilmiş yarası ilə nəticələnən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirməklə xuliqanlıq niyyəti ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qəsdən sağlamlığına ağır zərər vurmuş, daha sonra öz cinayət əməllərini davam etdirərək Şahid16, Məhəmmədəli Rəfiyev və Fikrət adlı şəxslərlə birlikdə bir qrup şəxs halında silah qismində istifadə etdikləri dəmir boru, taxta və mişar daşı ilə “099” çay evinin giriş qapısının şüşələrini sındıraraq özgənin əmlakını məhv etməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 250 (iki yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla xuliqanlıq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 8,173 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 30 yanvar 2023-cü il tarixdə, saat 21:15-də ünvan 3 ünvanın yaxınlığında olduğu zaman saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada həmin gün, saat 23:14-dən etibarən üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibindən iki ədəd sellofan bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 4,792 qram və 3,381 qram olmaqla, ümumi təmiz çəkisi 8,173 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sərdar və Fikrət adlı şəxslərlə kafedə olarkən musiqi sifariş ilə əlaqədar mübahisə yaranmışdır. Kafenin aşağı mərtəbəsində siqaret çəkərkən “burada hesabı verməyən kimdir” cümləsi işlədilmiş, onunla kafedə oturan dostları yanına gəlib nə baş verdiyini soruşduqda mübahisə böyüməyə başlamışdır. Hadisə zamanı zərərçəkmiş şəxsə kim tərəfindən bıçaqla xəsarət yetirildiyini bilməmişdir. Kafenin şüşələrinə zərbə endirilsə də əlində yalnız şüşələri sındırdığı boru olmuş, bıçaqdan istifadə etməmişdir. Şüşələrin sındırılmasına görə zərərçəkmiş şəxsə 250 manat dəyərində ziyan vurulmuşdur. Lakin narkotik vasitə əldə etmə, saxlama və satışı ilə bağlı ona elan edilmiş ittihamla razılaşmır. Həmin epizod ilə əlaqədar Cavadxan küçəsində mülki geyimli şəxslər tərəfindən saxlanılmış, saxlanılarkən üzərində narkotik vasitə olmamış, daha sonra idarəyə aparılmış, psixoloji təzyiqə məruz qaldığı üçün narkotik vasitə əldə etməsi, daşıması, saxlaması ilə əlaqədar etiraf edici ifadələr vermişdir. Belə ki, ona ailəsi ilə hədə-qorxu gəlinmişdir. Polis əməkdaşları ona qardaşının şəklini göstərərək onu da buraya gətirə biləcəklərini demişlər. Narkotik vasitədən sonuncu dəfə uzun müddət öncə istifadə etmiş, keçmiş məhkumluqları isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafedici ifadələri, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, işçiləri hesabla bağlı müştəri ilə problemin yarandığı haqqında ona məlumat vermişlər. Mübahisə qarşı tərəfin ya pendirin, ya da noxudun qiymətinin baha olmasının qeyd etməsi ilə başlamışdır. Həmin məlumat üzrə sahibi olduğu çay evinə gələn zaman mübahisənin olduğunu görmüş, hesabı vermək istəməyən şəxslər üç nəfər olmuşdur. Mübahisə edən üç nəfərdən bir nəfər yaşı az olan şəxs onu qaranlığa çəkmək istəmiş, qaranlıq olduğu üçün ona xəsarət yetirən şəxsin kimliyini bilməmişdir. Təqsirləndirilən şəxsin adını polis əməkdaşından öyrənmişdir. Təqsirləndirilən şəxs yanındakı şəxslərin adını isə bilməmişdir. Təqsirləndirilən şəxs əlində heçnə görməmiş, həmçinin bıçağın hansı anda çıxarıldığını bilməmişdir. İbadət Balakişiyevi tanımamış, hadisə zamanı həmin şəxs də bıçaq xəsarəti almışdır. Təqsirləndirilən şəxs anası tərəfindən sağalmasına köməklik göstərilmişdir. Təqsirləndirilən şəxslə barışıq əldə etmiş və ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, avtoyuma məntəqəsində işləmiş, axşam evə gedən zaman küçədə kafe qarşısında dava-dalaş olduğunu görmüşdür. Həmin kafenin sahibi Elçini tanımış, Elçin özü də orada olmuşdur. Mübahisənin mahiyyəti barədə məlumatı olmamış, baş verən hadisəni müşahidə edərkən tanımadığı şəxs tərəfindən arxadan bıçaqlanmışdır. Hadisə yerində təxminən 15 nəfər olmuş, Təqsirləndirilən şəxs orada görməmiş, mübahisə Elçinlə tanımadığı şəxs arasında baş vermişdir. Hadisə nəticəsində həm o, həm Elçin xəsarət almış, qaranlıq olduğu üçün onu vuran şəxsi görməmişdir. Xəstəxanaya onu taksi sürücüsü çatdırmışdır. Elçini və onu bıçaqla vuran şəxsin eyni adam olub-olmadığını bilmir. Əgər Təqsirləndirilən şəxsdursa, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Zərərçəkmiş şəxs2 ibidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, təxminən 1 il olar ki, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Azərcity” çay evində barmen işləmişdir. Həmin çay evini Əli Allahverdiyev işlətmişdir. Onun işlədiyi çay evi hər gün saat 20:00 radələrində açılmış və axşam saat 23:30 radələrində bağlanmışdır. 08 dekabr 2021-ci il tarixdə saat 23:30 radələrində həmişəki kimi o, işini bitirdikdən sonra çay evinin müdiri Əli adlı şəxslə birlikdə sonuncuya məxsus “Hyundai Sonata” markalı avtomobil ilə yaşadıqları evə getmişlər. Onlar Binəqədi rayonu, Söyüdlər küçəsində yerləşən “099” çay evinin qarşısından keçərkən çay evinin qarşısında bir neçə nəfər şəxslərin toplaşdığını görmüşlər. Əli həmin çay evini işlədən Elçin adlı şəxsin qardaşıdır. Əli idarə etdiyi avtomobili saxlamışdır ki, düşüb nə olmasını öyrənsinlər. Onlar avtomobildən düşüb həmin şəxslərə yaxınlaşmışlar. Həmin vaxt orada “099” çay evini işlədən Elçin, kassir Asif, Yusif, İdris çay evinin yanında yerləşən trenajor zalını işlədən Pərviz və tanımadığı bir neçə nəfər şəxslər olmuşlar. Onlar həmin şəxslərə yaxınlaşanda orada “099” çay evində kassir işləyən Asifdən nə olmasını soruşmuş, Asif də bildirmişdir ki, həmin müştərilər hesabdan narazıdırlar və ödəmək istəmirlər. Həmin müştərilərdən üzündə saqqallı oğlan müdir Elçinlə üzbəüz dayanaraq sözlə mübahisə etmişlər. O, da həmin vaxt onlardan bir qədər aralıda dayanıb onlara tamaşa etmişdir. Bu zaman gözlənilmədən ara qarışmış, hərə bir tərəfə qaçmağa başlamış, həmin tanımadığı üzündə saqqalı olan şəxs bıçaq çıxartmış və ona tərəf qaçaraq yanından keçən zaman əlindəki bıçaqla onun sol döş nahiyəsinin alt hissəsindən bir dəfə batırmışdır. O, həmin vaxt əlini sol döş nahiyəsinə qoyub kənara qaçmağa başlamışdır. Həmin şəxslər isə əllərinə mişar daşı, dəmir boru və armatur alaraq kimə gəldi hücum etmişlər. O, tez həmin şəxslərin arasından çıxaraq onun işlədiyi çay evində nəzarətçi işləyən Yusifə bildirmişdir ki, “ölürəm kömək elə”. Yusif də tez orada yoldan keçən taksilərdən birini saxlayıb onu avtomobilə əyləşdirərək oradan Respublika xəstəxanasına aparmışdır. Orada onu əməliyyata almışlar. Bundan sonra o, eşitmişdir ki, həmin şəxslər “099” çay evinin müdiri Elçini də bıçaqla vurmuşlar. Əlavə olaraq bildirmişdir ki, hadisə 08 dekabr 2021-ci il tarixdə təxminən saat 23:47 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Söyüdlər küçəsində yerləşən “099” çay evinin qarşısında baş vermişdir. O, onlara yaxınlaşanda “099” çay evinin müdürü Elçin və tanımadığı bir neçə nəfər müştərilər hesaba görə sözlə mübahisə etmişlər. Lakin həmin şəxslərin onu bıçaqla niyə vurmasını o, bilməmişdir. Onu bıçaqla vurub xəsarət yetirən şəxsi tanımamış, onunla əvvəllər aralarında ədavət və düşmənçilikləri olmamışdır, həmin şəxsi birinci dəfə idi ki, görmüşdür. Həmin mübahisə təxminən 5-10 dəqiqə davam etmişdir. Həmin şəxsin əlində bıçaq görsə də həmin vaxt həyəcanlı olduğu üçün və hadisə gözlənilmədən baş verdiyindən o, bıçağı dəqiq görməmiş, yəni həmin bıçağın əlamətlərini görməmişdir. Həmin hadisə vaxtı orada “099” çay evini işlədən Elçin, kassir Asif, Yusif, İdris, çay evinin yanında yerləşən trenajor zalını işlədən Pərviz və tanımadığı bir neçə nəfər şəxslər olmuşlar. Zərərçəkmiş şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələri arasındakı ziddiyyətləri izah edərkən bildirmişdir ki, bıçaq xəsarəti ona təsadüfən dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadə verərək göstərmişdir ki, hadisə baş verən zaman Binəqədi şosesində ona məxsus idman zalında olmuş, çöldən eşidilən səs küyə həyətə çıxmış, həmin ərazidə dava olduğunu görüb oradan uzaqlaşmışdır. Elçin və Asifi tanısa da mübahisə yaranan obyekti tanımamışdır. Sonradan Elçinin xəstəxanaya aparıldığını eşitmiş və onun arxası ilə getmişdir. Hadisə baş verən yerdə Təqsirləndirilən şəxs və onun tərəfindən soyuq silah istifadə edildiyini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Binəqədi yolunda yerləşən “099” çay evində mübahisə yaranmış, mübahisənin nə üstündə baş verməsini bilməmişdir. Həmin çay evində kassir kimi işləmiş, qarşı tərəfin neçə nəfər olduğunu xatırlamamışdır. Mübahisə nəticəsində Zərərçəkmiş şəxs1 bıçaqla vurulmuşdur. Təqsirləndirilən şəxs tanımamış, hadisə zamanı kiminsə əlində soyuq silah və digər əşya görməmişdir. İbtidai istintaq dövründəki ifadəsini xatırlamır, lakin ibtidai istintaq dövründə ifadə verərkən ona qarşı fiziki və psixi təzyiq olunmamışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid1 ifadəsindən görünür ki, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Dəli Dağ” restoranı ilə üzbəüz yerləşən “099” çay evində kassir işləmişdir. Həmin çay evinin müdiri Zərərçəkmiş şəxs1dur. Həmin çay evində ondan başqa 4 nəfər Melisa, Çinarə, Aysel, Rəna adlı qızlar ofisiant, “Dicey” Şamxal, Vəfa adlı xadiməçi işləmişlər. Onun işlədiyi çay evi hər gün saat 16 radələrində açılmış və axşam saat 23:30 radələrində bağlanmışdır. Çay evində çay, pivə, viski, meyvə verilmişdir. 08 dekabr 2021-ci il tarixdə saat 16 radələrində həmişəki kimi o, çay evində olmuş və öz işi ilə məşğul olmuşdur. Təxminən saat 21:40 radələrində işlədiyi çay evinə əvvəllər təxminən 3 dəfə gəlmiş, lakin adlarını bilmədiyi üzdən tanıdığı 4 nəfər oğlanlar gəlib masa arxasında əyləşmişlər və «Hell» enerji içkisi, pivə və pendir, tum sifariş etmişlər. Aysel adlı ofisiant həmin 4 nəfər müştərinin sifarişlərini aparmışdır. Həmin vaxt çay evində digər müştərilər də olmuşdur. Həmin 4 nəfər müştərilər çay evi bağlanana kimi orada əyləşmişlər. Saat təxminən 23 radələrində həmin 4 nəfər müştərilərdən biri arıq bədənli oğlan ona yaxınlaşıb hesabı soruşmuş, o, hesaba baxıb 10 ədəd pivə, bir ədəd «Hell» enerji içkisi, 2 ədəd tum, bir ədəd 2 manatlıq pendir, 2 ədəd didilməmiş pendir olduğunu görüb həmin oğlana 29 manat hesab olduğunu bildirmişdir. Həmin oğlan geriyə oturduqları masaya qayıtmış və onlarla oturan digər oğlan yaxınlaşıb ondan hesabın niyə yuxarı olmasını soruşmuşdur. O, həmin oğlana da verdikləri sifarişi hesablayıb başa salmışdır. Bundan sonra həmin oğlan da geriyə masaya qayıtmışdır. Bundan sonra həmin oğlanlardan üzündə saqqalı olan oğlan ona yaxınlaşaraq “Elçinə denən pendirin qiymətini düzəliş versin” demiş və masaya qayıtmışdır. Aysel adlı ofisiant həmin müştərilərin masasına qulluq edərkən oğlanlardan biri «hesabı verməyəcəyik» demişdir. Bundan sonra həmin müştərilər çay evindən çıxmışlar və təxminən 10 dəqiqə sonra geri qayıdıb yenidən pivə, «bizon» enerji içkisi və tum sifariş vermişlər. Bu dəfə hesab 36 manat olmuşdur. Həmin müştərilər isə oturub yeyib içmişlər və hərdən həmin müştərilərdən üzündə saqqalı olan oğlan yumruğunu masanın üzərinə vuraraq qışqırmışdır. Təxminən saat 24 radələrində o, çay evini bağlamaq istəmiş və həmin müştərilərə hesabı göndərmişdir ki, bağlayırıq, hesabı ödəyin. Həmin müştərilərdən 2 nəfəri masadan qalxaraq çay evindən bayıra çıxmış, digər ikisi isə orada qalmışdır. Təxminən bir az keçmiş onlardan biridə masadan qalxıb çay evindən çıxmış və bu dəfə o, orada olan bədəncə arıq oğlana yaxınlaşmış və hesabı ödəməsini bildirmişdir. Həmin oğlan bildirmişdir ki, indi ödəyəcəklər və o, da çay evindən bayıra çıxmışdır. O, da onların arxasınca bayıra çıxanda görmüşdür ki, müdir Elçin idarə etdiyi “Mersedes” markalı dövlət qeydiyyat nişanını dəqiq bilmədiyi avtomobili ilə gələrək çay evinin qarşısında saxlamış və avtomobildən düşüb onlara yaxınlaşmışdır. Elçin ondan nə olmasını soruşmuş, o, da ona həmin müştərilərin hesabı ödəmədiklərini bildirmişdir. Həmin vaxt Elçin müştərilərdən üzündə saqqallı oğlana niyə hesabı ödəmədiyini və hesablarının 36 manat olduğunu bildirmişdir. Həmin oğlan “Elçinə motal pendirinə görə sənə 36 manat verməliyəm” demişdir. Həmin vaxt o, Elçinin arxa tərəfində dayanmış, həmin oğlanlar isə Elçini dairəyə almışlar, orada digər tanımadığı adamlarda olmuşdur. Bu zaman Elçin həmin oğlana “mənim üstümə bıçaq çıxartmısan?” deyəndə o, baxıb həmin üzündə saqqalı olan oğlanın əlində bıçaq görmüşdür. Həmin vaxt onunla olan digər 3 nəfər oğlanlarda əllərini bellərinə atmışlar, lakin onların bıçaq çıxarmalarını o, görməmişdir. Bu zaman ara qarışmış, həmin oğlanlardan biri Elçini yaxasından tutub dartışmağa başlamışdır. Həmin vaxt üzündə saqqalı və əlində bıçağı olan oğlan qaçaraq orada dayanıb baxan Zərərçəkmiş şəxs2 yanından keçərkən onu əlindəki bıçaqla qarın nahiyəsindən bir dəfə vurmuş və İbadət əlini qarnına tutub kənara qaçmışdır. Bu zaman həmin oğlanlar yerdən daş və dəmir parçaları götürərək onların üzərlərinə atmışlar, hətta çay evinin giriş qapısının şüşəsini də daşla vurub sındırmışlar. Bu zaman o, görmüşdür ki, Elçin həmin adamların arasından çıxaraq əlini belinə tutub qaçmışdır. Ona məlum olmuşdur ki, Elçini həmin oğlanlardan hansısa bıçaqla vurub xəsarət yetirmişdir. Bundan sonra Elçinin dostu Xalid adlı oğlan Elçin avtomobilə əyləşdirib xəstəxanaya aparmışdır. Bundan sonra da o, həmin oğlanların öz xuliqanlıq əməllərini davam etdirdiklərini görüb öz istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Əlavə olaraq bildirmişdir ki, həmin 4 nəfər şəxslər işlədiyi çay evində sifarişin pulunu soruşanda o, onlara hesabın 36 manat olduğunu bildirmiş, onlar isə narazı halda bayıra çıxmışlar. O, da onların arxasınca bayıra çıxanda çay evinin müdiri Elçin gəlmiş və o, ona həmin şəxslərin hesabının 36 manat olmasını, lakin nədənsə narazı qaldıqlarını bildirmişdir. Həmin şəxslərdən üzündə saqqalı olan oğlan Elçinə “motal pendirinə görə sənə 36 manat verməliyəm” demişdir. Həmin vaxt Elçinlə həmin 4 nəfər müştəri arasında sözlə mübahisə yaranmışdır. O, həmin oğlanları tanımamış, lakin təxminən 3 dəfə onun işlətdiyi çay evinə müştəri kimi gəlib getmişlər. O, həmin 4 nəfər şəxslərdən üzündə saqqalı olan oğlanın əlində bıçaq görmüş, lakin həyəcanlı olduğu üçün bıçağa dəqiq fikir verməmiş, digərlərinin isə əllərini bellərinə atdıqlarını görsə də, bıçaq çıxarıbçıxarmadıqlarını görməmişdir. Ara qarışmış, həmin oğlanlardan biri Elçini yaxasından tutub dartışmağa başlamışdır. Həmin vaxt üzündə saqqalı və əlində bıçağı olan oğlan qaçaraq orada dayanıb baxan Zərərçəkmiş şəxs2 yanından keçərkən onu əlindəki bıçaqla qarın nahiyəsindən bir dəfə vurmuş və İbadət əlini qarnına tutub kənara qaçmışdır. Bu zaman o, görmüşdür ki, Elçin həmin adamların arasından çıxaraq əlini belinə tutub qaçmışdır. Ona məlum olmuşdur ki, Elçini həmin oğlanlardan hansısa bıçaqla vurub xəsarət yetirmişdir. Bundan sonra Elçinin dostu Xalid adlı oğlan Elçin avtomobilə əyləşdirib xəstəxanaya aparmışdır. Lakin Elçini bıçaqla kimin vurmasını o, görməmişdir. Həmin mübahisənin şahidlərindən çay evində “Dicey” işləyən Şamxal, Yusif adlı oğlan, Xalid və tanımadığı şəxslər olmuşlar. Şahid ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri arasındakı ziddiyyətləri onunla izah etmişdir ki, cinayət işi materiallarında olan dindirmə protokolundakı imzalar ona məxsus olsa da, ifadəsini oxumadan imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadə verərək göstərmişdir ki, hadisə günü “099” çay evində olmamışdır, həmin çay evi bibisi oğlu Zərərçəkmiş şəxs1 məxsus olmuşdur. Ona zəng gəldikdən sonra xəstəxanaya getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, 099 çay evində “Dicey” işləyir, hadisənin necə baş verdiyini görməmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, təxminən 5 ay olar ki, Binəqədi rayonu, Binəqədi şossesi, Söyüdlər küçəsində yerləşən “099” çay evində “Dicey” işləmişdir. Həmin çay evində ondan başqa kassir Asif, 4 nəfər Melisa, Çinarə, Aysel, Rəna adlı qızlar ofisiant, Xaliq və Vəfa adlı xadiməçi işləmişlər. Onun işlədiyi çay evi hər gün saat 16 radələrində açılmış və axşam saat 23:30 radələrində bağlanmışdır. Çay evində çay, pivə, viski, meyvə verilmişdir. 08 dekabr 2021-ci il tarixdə saat 16 radələrində həmişəki kimi o, çay evində olmuş, kompyuterdə musiqi qoşaraq ora gələn müştəriləri əyləndirmişdir. Həmin vaxt çay evinə asta-asta müştərilər yığışmağa başlamışlar. Onun işi musiqi olduğu üçün o, oraya gəlibgedən müştəriləri dəqiq görə bilməmişdir. Təxminən saat 23:30 radələrində hamı işini bitirib evə getməyə hazırlaşmışdır. Bu zaman görmüşdür ki, kassir Asif 4 nəfər müştəri ilə nəsə hesab söhbəti aparır. Bundan sonra onlar çay evindən bayıra çıxmışlar. O, da kompyuterini yığışdırmış, qızlar isə öz xidmət etdikləri masaları təmizləmişlər. Bu zaman bayırdan səs-küy eşitmiş və bayıra çıxanda görmüşdür ki, ara qarışıb, hərə bir tərəfə qaçır və tanımadığı oğlanların əllərində daş, dəmir boru və armatur hamıya hücum etmişlər. Bu zaman o, görmüşdür ki, çay evinin müdiri Elçin əlini belinə tutaraq qaçır və onu çay evində işləyən Xaliq və Elçinin qardaşı Əli aparıb avtomobilə əyləşdirmişlər və harasa aparmışlar. Həmin vaxt kassir Asif ona bildirmişdir ki, Elçini bıçaqla vurublar. Bu zaman həmin tanımadığı şəxslər daş atmağa başlamışlar və çay evinin giriş qapısının şüşəsini sındırmışlar. Ona görə də o, və Asif qorxaraq oradan kənara qaçmışlar. Bundan sonra Asif çay evinə geri qayıtmış, o, isə yaşadığ evə getmişdir. Səhərisi ona məlum olmuşdur ki, tanımadığı şəxslər Elçin və İbadəti bıçaqla vuraraq xəsarət yetirmişlər. Əlavə olaraq bildirmişdir ki, onun sonradan eşitdiyinə görə həmin 4 nəfər şəxslər işlədiyi çay evində sifarişin pulunu soruşanda Asif ona hesabın 36 manat olduğunu bildirmiş, onlar isə narazı halda bayıra çıxmışlar. Bundan sonra çay evinin müdiri Elçin həmin yerə gələndə həmin şəxslərdən üzündə saqqalı olan oğlan Elçinə «motal pendirinə görə sənə 36 manat verməliyəm» demiş və həmin vaxt Elçinlə həmin 4 nəfər müştəri arasında sözlə mübahisə yaranmışdır. O, həmin oğlanları tanımamış və əvvəllər görməmişdir. Həmin mübahisə zamanı ara qarışdığı üçün o, həmin şəxslərin əllərində bıçaq görməmiş, lakin onların əllərində mişar daşı, armatur və dəmir borular olmuş və onlar daş atıb, armaturla hamının üzərinə getmişlər. Hətta onlar daş ataraq işlədiyi çay evinin giriş qapısının şüşəsinidə sındırmışlar. O, çay evindən çıxanda artıq Elçinin əlini böyür nahiyəsinə tutaraq qaçdığını və Xaliq, Qəhrəman və Əlinin onu avtomobilə əyləşdirib apardıqlarını görmüşdür. Həmin mübahisənin şahidlərindən çay evində işləyən Xaliq, kassir Asif, Yusif adlı oğlan, Əli, Qəhrəman və tanımadığı şəxslər olmuşlar. Şahid ifadələri arasındakı zidiyyətləri onunla izah etmişdir ki, ibtidai istintaq dövründə qeyd edilən məzmunda ifadə verməmiş, ibtidai istintaq dövründəki ifadəsinin altındakı imzalar ona məxsus olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ifadə verərək göstərmişdir ki, 30 yanvar 2023-cü il tarixdə təqsirləndirilən şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında təqsirəndirilən şəxsi Nəsimi rayonu ərazisində saxlanılmış və Baş İdarəyə gətirilmiş, Baş İdarədə üzərinə baxış zamanı psixotrop maddə olan “metamfetamin” və bıçaq aşkar edilərək götürülmüşdür. Əməliyyat məlumatı səhv etmirsə Hatəm Əliyevə daxil olmuşdur. Təqsirləndirilən şəxsə qarşı hansısa psixi və fiziki təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək göstərmişdir ki, 30 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və gecə saat 21:00 radələrində Təqsirləndirilən şəxs yaxınlaşaraq özünü ona təqdim etmiş, təqsirləndirilən şəxsi qərarla tanış edib Baş İdarəyə dəvət etmişlər. Baş İdarədə vəkilin iştirakı ilə təqsirləndirilən şəxsin üzərindən bir ədəd bıçaq və iki ədəd psixotrop maddə olan “metamfetamin” aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün hadisə günü adına bilmədiyi şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs hadisədən öncə tanımamış, saxlanılarkən onun əlində heç nə olmamışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid16 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs 1 ildir ki, tanıyır, yaxşı münasibəti olmuşdur. Fikrət və Şəhriyarı da təxminən 1 ildir ki, tanıyır, onlarla da yaxşı münasibəti olmuşdur. 08 dekabr 2021-ci il tarixdə saat təxminən 22 radələrində o, Orxan və Məhəmmədəli Biləcəri qəsəbəsində görüşərək taksi ilə Bakı şəhəri, Binəqədi rayonu, Söyüdlər küçəsində yerləşən “099” çay evinə getmişlər. Çay evinə daxil olaraq masa arxasında əyləşərək Hell içkisi, pivə və pendir, tum sifariş etmişlər. Həmin vaxt ətrafda tanımadığı digər insanlar olmuşdur. Aysel adlı ofisiant onlara qulluq etmiş, salonda səs-küy olduğu üçün orada yerləşən tualetə gedərək mobil telefonla danışmış, axırıncı dəfə salona qayındanda Orxan sifarişin pulu çox olduğu üçün kassirlə sözlə mübahisə etdiyini görmüş, həmin vaxt kassir zəng vuraraq çay evinin sahibi Elçin adlı şəxsi çağırmış, bundan sonra obyektin qarşısına düşərək orada gözləməyə başlamışlar. Saat təxminən 23 radələrində Elçin və yanında tanımadığı şəxslər gəlmişlər və həmin vaxt ətrafda çoxlu adamlar olmuşdur. O, Orxan, Elçin və Elminin qardaşı Əli ilə üzbəüz dayanmış, Orxan Elçindən niyə sifarişin pulunun çox olduğunu soruşmuş, Elçində “Zor etmişəm” belədir cavabını vermiş, həmin vaxt o, Elçinə necə yəni zor etmisən sualı vermiş, bu zaman Əli onun sifət nahiyəsindən yumruqla vurmuş, Elçin isə əlindəki taxta ilə boyun nahiyəsindən vurmuşdur. Həmin vaxt o, yerə yıxılmış və ara qarşmışdır, o, yerdən qalxanda Orxanın belindən açılıb bağlanan bıçaq çıxartdığını və bıçağı açıb kimisə vurduğunu görmüş, bundan sonra o, yerdən mişar daşlarını götürərək orada Elçinin qardaşı Əlinin arxasınca atmış və qaçaraq Əli ilə birbirilərinə əl-qol atmağa başlamışlar. Həmin vaxt Orxan da onun yanında olmuş, sonuncu əlindəki bıçaqla Elçinin bel nahiyəsindən bir zərbə vurmuş, həmin vaxt Elçinin dostları onu aparıb orada dayanmış maşınlardan birinə qoyaraq xəstəxanaya aparmışlar. Bundan sonra o, Orxan, Fikrət və Məhəmmədəli əllərində daş, taxta və dəmir götürərək çay evinin giriş qapısının şüşələrini sındırmışlar. Daha sonra Orxan zəng vuraraq tanışları Şəhriyarı da çağırmış və Şəhriyar idarə etdiyi Mersedes markalı avtomobillə gələrək onu, Orxanı, Məhəmmədəlini və Fikrəti oradan götürüb Biləcəri qəsəbəsinə aparmışdır. 20 yanvar dairsəində Fikrət və Məhəmmədəli avtomobildən düşmüş, onunla Orxan isə elə həmin gecə avtovağzaldan yol maşını ilə Qazax rayonuna Orxanın tanıdığı bir kirayə evə getmişlər, həmin evdə təxminən 3 aydan artıq bir yerdə qalmışlar. O, mobil telefonunu söndürdüyü üçün evlə əlaqə saxlaya bilməmiş, lakin istintaqa gəlməmişdən təxminən 2-3 gün qabaq mobil telefonunu açıb anasına zəng vuraraq ona narahat olmamasını, rayonda olduğunu bildirmiş, sonuncu ona polis əməkdaşlarının axtardığını demiş, bundan sonra özü könüllü olaraq 6-cı Polis Bölməsinə getmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid14 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid13 istintaqa verdiyi ifadələrlə eyni məzmunda ifadələr vermişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Abşeron şəhərciyində müvəqqəti qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 4 ünvanında ailəsi ilə birlikdə yaşamışdır. Onun sənədlə adı Şahid9dur, lakin tanışları və ailəsi onu Əli deyə çağırmışlar. O, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 7 ünvanında yerləşən “AzərCity” kafesini işlətmişdir. Zərərçəkmiş şəxs2 onun işlətdiyi kafedə kassir işləmişdir. Onun işlədiyi kafe hər gün saat 12 radələrində açılmış və axşam saat 23:30 radələrində bağlanmışdır. Kafedə çay, pivə, viski, meyvə və arabir yeməkdə verilmişdir. Zərərçəkmiş şəxs1 onun qardaşıdır. O, Binəqədi rayonu, Binəqədi şossesi, Söyüdlər küçəsində yerləşən “099” çay evini işlətmişdir. 08 dekabr 2021-ci il tarixdə təxminən saat 23:30 radələrində o, kafedə işləyən kassir Zərərçəkmiş şəxs2lə birlikdə kafeni bağlayıb evə getmişlər. Onlar qardaşı Zərərçəkmiş şəxs1 işlətdiyi çay evinin yanından keçərkən görmüşlər ki, çay evinin qarşısında çoxlu adam toplaşıb və o, tez həmin yerə yaxınlaşmış və görmüşdür ki, qardaşı Elçin, yanında onun işçisi Asif və bir xeyli tanımadığı oğlanlar dayanıb nəsə söhbət edirlər. Söhbətdən anlamışdır ki, həmin şəxslər çay evində müştəri kimi istirahət etdikdən sonra sifarişin pulunu vermək istəməmişlər və həmin şəxslərdən üzü saqqallı olan oğlan Elçinə “motal pendirinə görə sənə 36 manat verməliyəm” demişdilər. Həmin vaxt qardaşı Elçin ona bildirmişdir ki, “obyekt mənimdir, mən qiyməti belə qoyuram, zor edirəm, istəmirsən alıb yemə”. Bu zaman həmin oğlanın yanında olan digər uzun boylu, üzü saqqallı oğlan söhbətə müdaxilə edərək qardaşı Elçinin üzərinə gələrək “necə yanı zor etmişəm?” deyə sual verərkən, onun yanında olan üzü saqqallı Elçinlə birinci söhbət edən oğlan əlini belinə ataraq bıçaq çıxartmış, elə bu zaman o, həmin uzun boylu üzü saqqallı oğlanı itələmişdir. Həmin vaxt ara qarışmış, hərə bir tərəfə qaçmağa başlamış, həmin tanımadığı şəxslər əllərinə mişar daşı, dəmir boru və armatur alaraq onların üstünə gəlmişlər. Həmin üzü saqqallı uzunboylu oğlanda əlinə daş alaraq onlara tərəf atmış və ona yaxınlaşıb əl qol atmağa başlamışdır. Bu zaman qardaşı Elçinin dostu Xaliq bildirmişdir ki, Elçin bıçaqla vurublar. Ona görə də o, Xaliq və Qəhrəmanla birlikdə Elçini idarə etdiyi “Mersedes” markalı avtomobilə əyləşdirərək oradan X12 gətirmişlər və orada Elçinə ilk tibbi yardım göstərildikdən sonra onu əməliyyata almışlar. Onlar Elçini yaralı vəziyyətdə avtomobilə əyləşdirərkən həmin tanımadığı şəxslər öz xuliqanlıq əməllərini davam etdirərək daş atmışlar. Əlavə olaraq bildirmişdir ki, onun sonradan eşitdiyinə görə həmin 4 nəfər şəxslər qardaşı Elçinin işlədiyi çay evində sifarişin pulunu soruşanda Asif ona hesabın 36 manat olduğunu bildirmiş, onlar isə narazı halda bayıra çıxmışlar. Bundan sonra Elçin həmin yerə gələndə həmin şəxslərdən üzündə saqqalı olan oğlan Elçinə “motal pendirinə görə sənə 36 manat verməliyəm” demişdir. Həmin vaxt Elçinlə həmin 4 nəfər müştəri arasında sözlə mübahisə yaranmışdır. O, həmin oğlanları tanımamış və əvvəllər görməmişdir. Həmin mübahisə zamanı o, həmin şəxslərdən Elçinlə ilk söhbət edən üzü saqqallı oğlanın əlində bıçaq görsədə, ara qarışdığı üçün həmin bıçağın necə olmasına dəqiq fikir verməmiş, lakin digərlərinin əllərində mişar daşı, armatur və dəmir borular olmuş və onlar daş atıb, armaturla hamının üzərinə gəlmişlər. Hətta onlar daş ataraq qardaşı Elçinin işlədiyi çay evinin giriş qapısının şüşəsinidə sındırmışlar. Ara qarışmış, həmin oğlanlardan biri Elçini yaxasından tutub dartışmağa başlamış, lakin Elçin və İbadəti bıçaqla kimin vurmasını o, görməmişdir. Elçinin dostu Xaliq qışqırandakı Elçini vurdular, onda Elçini bıçaq yarası ilə xəstəxanaya o, Elçinin dostu Xaliq və Qəhrəman aparmışlar. Həmin mübahisənin şahidlərindən Elçinin işlətdiyi çay evində ”Dicey”işləyən Şamxal, kassir Asif, Yusif adlı oğlan, Xaliq, Qəhrəman və tanımadığı şəxslər olmuşlar Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Qubadlı rayonu, Muradxanlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xırdalan şəhərində kirayədə yaşamışdır. Onun sənədlə adı Cəmilədir, lakin qohumları və tanışları onu Çinarə adı ilə çağırmışlar. O, təxminən 1 il olar ki, Binəqədi rayonu, Binəqədi şossesi, Söyüdlər küçəsində yerləşən “099” çay evində ofisiant işləmişdir. Həmin çay evinin müdiri Zərərçəkmiş şəxs1dur. Həmin çay evində ondan başqa Melisa, Rəna, Aysel adlı qızlar ofisiant, Asif kassir, “Dicey” Şamxal, Vəfa adlı xadiməçi işləmişlər. Onun işlədiyi çay evi hər gün saat 16 radələrində açılmış və axşam saat 23:30 radələrində bağlanmışdır. Çay evində çay, pivə, viski, meyvə verilmişdir. 08 dekabr 2021-ci il tarixdə saat 16 radələrində həmişəki kimi o, çay evində olmuş və öz işi ilə məşğul olmuşdur. Təxminən saat 21:40 radələrində işlədiyi çay evinə əvvəllərdə gəlmiş, lakin adlarını bilmədiyi üzdən tanıdığı 4 nəfər oğlanlar gəlib masa arxasında əyləşmişlər və “Hell” enerji içkisi, pivə və pendir, tum sifariş etmişlər. Aysel adlı ofisiant həmin 4 nəfər müştərilərə xidmət etmişdir. Həmin vaxt çay evində digər müştərilərdə olmuşlar, o, da digər masaya xidmət etmişdir. Saat təxminən 23:30 radələrində iş vaxtının sonu olmuş, o, xidmət etdiyi masaları yığışdırmışdır ki, tez evinə getsin. Lakin ona bildirmişlər ki, çay evindən hələlik çıxmasınlar, 4 nəfər müştərilər hesabı ödəməkdən imtina etmişlər və nəsə mübahisə yaratmışlar. Ona görə də o, və digər ofisiantlar çay evinin zalında oturmuşlar və bayıra çıxmamışlar. Bu zaman bayırdan səs-küy, qışqırıq eşitmişlər və çay evinin giriş qapısının şüşəsinin qırılmasını eşitmişlər. Onlar qorxduqlarından bayıra çıxmamışlar. Lakin “Dicey” Şamxal nə olmasını öyrənmək üçün bayıra çıxmışdır. Təxminən 15-20 dəqiqə sonra kassir Asif gələrək onları bayıra çıxartmışdır ki, həmin 4 nəfər oğlanlar dava salmış və müdir Elçini və İbadəti bıçaqla vurmuşlar. Ona görə də onlar çay evindən çıxıb hərə öz evinə getmişlər. Əlavə olaraq bildirmişdir ki, həmin 4 nəfər şəxslər işlədiyi çay evində sifarişin pulunu ödəmək istəmədikləri üçün sözlə mübahisə yaratmışlar. O, həmin oğlanları tanımamış, lakin təxminən 3 dəfə onun işlədiyi çay evinə müştəri kimi gəlib getmişlər. O, Elçin və İbadət adlı şəxsləri kimin vurmasını görməmiş, bu barədə Asifdən eşitmişdir. Çünki dava zamanı o, digər ofisiantlarla birlikdə çay evinin zalında əyləşmişlər, qorxduqlarından bayıra çıxmamışlar. Həmin mübahisənin şahidlərindən çay evində kassir işləyən Asif, “Dicey” işləyən Şamxal və tanımadığı şəxslər olmuşlar. Məhkəmə iclasında elan edilərək tədqiq edilən şahid X2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, təxminən 1 il olar ki, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində yerləşən “Qaraj Azərbaycan” avtoservisində motorist işləmişdir. Zərərçəkmiş şəxs1 təxminən 6-7 il olar ki, tanımışdır, münasibətləri normal olmuş, aralarında ədavət və düşmənçilikləri olmamışdır. Belə ki, Elçin Binəqədi rayonu, Binəqədi şossesi, Söyüdlər küçəsində yerləşən “099” çay evini işlətmişdir. Çay evində çay, pivə, viski, meyvə verilmişdir. 08 dekabr 2021-ci il tarixdə o, çay içmək məqsədi ilə Elçinin işlətdiyi obyektə gəlmişdir. Təxminən saat 23 radələrində o, çay evindən çıxıb orada yerləşən marketə siqaret almaq üçün daxil olmuş, o, marketdən çıxanda görmüşdür ki, çay evinin qarşısında nəsə sözlə mübahisə vardır. O, çay evinin yaxınlaşdıqda görmüşdür ki, tanımadığı şəxslər Elçinlə mübahisə edirlər və az keçməmiş ara qarışmış, hərə bir tərəfə qaçmağa başlamışdır. Bu zaman o, görmüşdür ki, Elçin əlini belinə tutaraq qaçır və onu çay evində işləyən Xaliq və Elçinin qardaşı Əli aparıb avtomobilə əyləşdirmişlər və onlar birlikdə Elçini xəstəxanaya aparmışlar. Səhərisi ona məlum olmuşdur ki, tanımadığı şəxslər Elçin və İbadət adlı şəxsi bıçaqla vuraraq xəsarət yetirmişlər. Əlavə olaraq bildirmişdir ki, sonradan eşitdiyinə görə həmin şəxslər Elçinin işlətdiyi çay evində sifarişin pulunu soruşanda Asif ona hesabın 36 manat olduğunu bildirmiş, onlar isə narazı halda bayıra çıxmışlar. Bundan sonra çay evinin müdiri Elçin həmin yerə gələndə həmin şəxslər Elçinlə sözlə mübahisə yaratmışlar. O, həmin oğlanları tanımamış və əvvəllər görməmişdir. Həmin mübahisə zamanı ara qarışdığı üçün o, həmin şəxslərin əllərində bıçaq görməmişdir. Hətta o, sonradan görmüşdür ki, həmin şəxslər Elçinin işlətdiyi çay evinin giriş qapısının şüşəsini də sındırmışlar. O, çay evinin qarşısına yaxanlaşanda həmin tanımadığı şəxslər Elçinlə sözlə mübahisə etmişlər və anidən ara qarışmış, hərə bir tərəfə qaçmağa başlamış, hətta həmin şəxslər əllərində daş, taxta və armaturla hamının üzərinə getmişlər. Bundan sonra o, Elçinin əlini böyür nahiyəsinə tutaraq qaçdığını görmüş və ona yaxanlaşaraq Xaliq, Rəşad və Əlinin köməkliyi ilə onu avtomobilə əyləşdirib xəstəxanaya aparmışlar. Həmin mübahisənin şahidlərindən tanımadığı şəxslər olmuşlar. Məhkəmə iclasında elan edilərək tədqiq edilən şahidlər Şahid8 , Şahid7, Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadələrindən görünür ki, onlar iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsini təsdiqləyərək istintaqa eyni məzmunlu ifadələr vermişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid2 Hərət oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, təxminən 2 ay olar ki, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Azərsity” çay evində nəzarətçi işləmişdir. Zərərçəkmiş şəxs2 o, işlədiyi çay evində barmen işləmişdir. Onun işlədiyi çay evi hər gün saat 16 radələrində açılmış və axşam saat 23:30 radələrində bağlanmışdır. 08 dekabr 2021-ci il tarixdə saat 23:30 radələrində həmişəki kimi o, işini bitirdikdən sonra çay evində barmen işləyən Zərərçəkmiş şəxs2 ilə birlikdə söhbət edə-edə yolla piyada evə getmişlər. İbadət işlədikləri yerdən bir qədər qarşıda yaşamış, o, isə ondan ayrılandan sonra 1 manatlıq taksilərə minib evə getmişdir. Onlar gəzə-gəzə gəlib «099» çay evinin qarşısına çatanda görmüşlər ki, çay evinin qarşısında çoxlu sayda oğlanlar yığışıb, nə isə sözlə mübahisə var. Həmin vaxt orada çay evinin müdiri Elçin, onun qardaşı Əli, çay evində kassir işləyən Asif, DC Şamxal və Xalid adlı şəxslərdə olmuşlar. Digər şəxsləri isə tanımamışdır. Onlar yaxınlaşıb nə olmasını soruşmaq istərkən, birdən gözlənilmədən onların arasında dava başlamışdır. Bu zaman həmin tanımadığı oğlanlar əllərinə mişar daşı alaraq Elçingil tərəfə atmışlar, bundan başqa onların əllərində bıçaq, armatur və dəmir turbalar olmuşdur. Hadisə elə gözlənilmədən olmuşdur ki, ara qarışmış və hamı bir-birinə qarışmışdır. Bu zaman o, görmüşdür ki, çay evinin müdiri Elçini orada olan Xalid və qardaşı Əli avtomobilə əyləşdirib aparmışlar. Həmin vaxt İbadət ona yaxınlaşmış, o, görmüşdür ki, onun sol böyür nahiyəsindən qan axır və İbadət ona bildirmişdir ki, “ölürəm kömək elə”. O, özünü itirmiş, bilməmiş nə etsin və tez orada yoldan keçən taksilərdən birini saxlayıb İbadəti avtomobilə əyləşdirmiş və Respublika xəstəxanasına aparmışdır. Orada İbadəti əməliyyata almışlar. Bundan sonra o, Əliyə zəng vurub bildirmişdir ki, çay evinin qarşısındakı dava zamanı İbadəti bıçaqla vurublar, o, onu xəstəxanaya gətirmişdir. Əli də ona bildirmişdir ki, onun qardaşı Elçini də bıçaqla vurmuşlar, onlar da xəstəxanadadırlar. Əlavə olaraq bildirmişdir ki, Həmin mübahisəyə səbəbi o, bilməmiş, o, həmin oğlanları tanımamış, lakin təxminən 2 dəfə onun işlədiyi çay evinə müştəri kimi gəlib getmişlər. O, həmin 4 nəfər şəxslərdən üzündə saqqalı olan oğlanın əlində bıçaq görmüş, lakin həyəcanlı olduğu üçün bıçağa dəqiq fikir verməmiş, digərlərinin isə əllərində daş, armatur və boru olmuşdur. Ara qarışmış, hərə bir tərəfə qaçmış, çünki həmin şəxslər daş atmışlar, qarşısına çıxanı armaturla vurmuşlar. Elçinin bıçaqlanmasını o, onun qardaşı Əlidən eşitmiş, İbadəti isə o, özü xəstəxanaya aparmış, lakin kimin vurmasını görməmişdir. Həmin mübahisənin şahidlərindən çay evində “Dicey” işləyən Şamxal, kassir Asif, Xalid, Əli və tanımadığı şəxslər olmuşlar. Məhkəmə iclasında elan edilərək tədqiq edilən şahid X3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, təxminən 1 il olar ki, Binəqədi rayonu, Binəqədi şossesi, Söyüdlər küçəsində yerləşən “099” çay evində işləmişdir. Həmin çay evində ondan başqa kassir Asif, 4 nəfər Melisa, Çinarə, Aysel, Rəna adlı qızlar ofisiant, “Dicey” Şamxal, Vəfa adlı xadiməçi işləmişlər. Onun işlədiyi çay evi hər gün saat 16 radələrində açılmış və axşam saat 23:30 radələrində bağlanmışdır. Çay evində çay, pivə, viski, meyvə verilmişdir. 08 dekabr 2021-ci il tarixdə saat 16 radələrində həmişəki kimi o, çay evində olmuş, çay evi üçün bazarlığını etdikdən sonra öz işlərinin arxasınca getmişdir. Təxminən saat 23:30 radələrində o, dostu Zərərçəkmiş şəxs1 ilə birlikdə Elçinin idarə etdiyi “Mersedes” markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə işlədiyi çay evinə gəlmişlər ki, gün ərzində olan hesabı etsinlər. Onlar çay evinə yaxınlaşanda görmüşlər ki, çay evinin qarşısında çoxlu sayda adam yığışmışdır. Elçin avtomobili çay evinin qarşısında saxlamış və onlar həmin şəxslərə yaxınlaşanda orada kassir Asif, “Dicey” Şamxal orada olmuşlar. Elçin Asifdən ondan nə olmasını soruşmuş, Asifdə bildirmişdir ki, həmin müştərilər hesabdan narazıdırlar və ödəmək istəmirlər. Həmin vaxt Elçin müştərilərdən üzündə saqqallı oğlana niyə hesabı ödəmədiyini və hesablarının 36 manat olduğunu bildirmişdir. Həmin oğlan Elçinə «motal pendirinə görə sənə 36 manat verməliyəm» demişdir. Həmin vaxt o, Elçinin arxa tərəfində dayanmış, həmin oğlanlar isə Elçini dairəyə almışlar, orada digər tanımadığı adamlar da olmuşdur. Bu zaman ara qarışmış, hərə bir tərəfə qaçmağa başlamış, həmin tanımadığı şəxslər əllərinə mişar daşı, dəmir boru və armatur alaraq onların üstünə gəlmişlər. Bu zaman Elçin həmin şəxslərin arasından çıxaraq əlini belinə tutmuş vəziyyətdə ona bildirmişdir ki, “məni vurdular, tez məni xəstəxanaya çatdır”. Ona görə də o, orada olan Elçinin qardaşı Əli və Qəhrəmanla birlikdə Elçini idarə etdiyi “Mersedes” markalı avtomobilə əyləşdirərək oradan X12 gətirmişlər və orada Elçinə ilk tibbi yardım göstərildikdən sonra onu əməliyyata almışlar. Onlar Elçini yaralı vəziyyətdə avtomobilə əyləşdirərkən həmin tanımadığı şəxslər öz xuliqanlıq əməllərini davam etdirərək daş atmışlar. Əlavə olaraq bildirmişdir ki, həmin 4 nəfər şəxslər işlədiyi çay evində sifarişin pulunu soruşanda Asif ona hesabın 36 manat olduğunu bildirmiş, onlar isə narazı halda bayıra çıxmışlar. Bundan sonra onlar həmin yerə gələndə həmin şəxslərdən üzündə saqqalı olan oğlan Elçinə “motal pendirinə görə sənə 36 manat verməliyəm” demişdir. Həmin vaxt Elçinlə həmin 4 nəfər müştəri arasında sözlə mübahisə yaranmışdır. O, həmin oğlanları tanımamış və əvvəllər görməmişdir. Həmin mübahisə zamanı ara qarışdığı üçün o, həmin şəxslərin əllərində bıçaq görməmiş, lakin onların əllərində mişar daşı, armatur və dəmir borular olmuş və onlar daş atıb, armaturla hamının üzərinə getmişlər. Hətta onlar daş ataraq işlədiyi çay evinin giriş qapısının şüşəsini də sındırmışlar. Ara qarışmış, həmin oğlanlardan biri Elçini yaxasından tutub dartışmağa başlamış, lakin Elçin və İbadəti bıçaqla kimin vurmasını o, görməmişdir. Elçini bıçaq yarası ilə xəstəxanaya o, Elçinin qardaşı Əli və Qəhrəman aparmışlar. Həmin mübahisənin şahidlərindən çay evində “Dicey” işləyən Şamxal, kassir Asif, Yusif adlı oğlan, Əli, Qəhrəman və tanımadığı şəxslər olmuşlar. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. 09 dekabr 2021-ci il tarixli “Götürmə aparılması haqqında” protokoldan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Söyüdlər küçəsində yerləşən “099” çay evinin qarşısında baş vermiş bıçaqlanma hadisəsi ilə əlaqədar hadisə yerinə baxış zamanı müşahidə kamerasında hadisəni özündə əks etdirən görüntülər olan 1 ədəd CD disk müvafiq qaydada götürülmüşdür ( cild 2, iş vərəqi 129-130). 09 dekabr 2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan, ona əlavə edilmiş fotoşəkillərdən və həmin görüntüləri özündə əks etdirən 1 ədəd CD diskdən görünür ki, hadisə 08 dekabr 2021-ci il tarxidə saat 23:47 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Söyüdlər küçəsində yerləşən “099” çay evinin qarşısında baş vermişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında protokola əlavə edilmiş 01 ədəd CD diskdə olan videogörüntülərə baxış zamanı müəyyən olunmuşdur ki, hadisə yeri Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Söyüdlər küçəsində yerləşən «099» çay evinin qarşısıdır. Bir nəfər əynində qara rəngli cins şalvar və qara rəngli uzunqol parça materialından gödəkcə, üzü tüklü olan, şəxs çay evinin içərisində masa arxasında ayaq üstə duraraq bir nəfər ofisiant qızıla söhbət etməsi, digər iki nəfər cavan oğlanların isə masa arxasında yerləşən divanda oturmaları əks olunmuşdur. Bundan sonra, çay evinin qarşısında çoxlu şəxslərin yığılması, bir neçə nəfər şəxslərin toplaşaraq sözlə mübahisə etmələri, bu zaman aranın qarışması, bir nəfər əynində qara rəngli cins şalvar və qara rəngli uzunqol parça materialından gödəkcə, üzü tüklü olan şəxsin həmin toplaşmış şəxslərin arasından çıxaraq əlində olan bıçaqla orada dayanıb baxan şəxslərdən birinin yanından keçərkən əlindəki bıçaqla həmin şəxsin böyür nahiyəsindən vurması, bundan sonra digər 3 nəfər şəxslərin əllərində mişar daşı, dəmir boru və taxtia parçaları ilə orada olan şəxslərin üzərlərinə qaçmaları, əlində mişar daşı olan üzü saqqallı hündürboylu oğlanın həmin daşı kimlərinsə arxasınca atması, bundan sonra bir nəfər şəxsin əlini böyrünə tutaraq digər iki nəfər şəxs tərəfindən qoluna girərək onu avtomobilə əyləşdirib aparmaları, daha sonra əllərində mişar daşı, dəmir boru və taxta parçaları olan 4 nəfər şəxslərin çay evinin giriş qapısının şüşələrini sındırmaları və yolun kənarında dayanmış Mersedes markalı avtomobilə əyləşərək oradan uzaqlaşmaları müşahidə edilir. Bununla da, hadisə başa çatır. Bundan sonra, çay evinin qarşısında iki nəfər şəxslərin dayanaraq siqaret çəkib söhbət etmələri və sanki kimisə gözləmələri müşahidə edilir ( cild 2, iş vərəqi 123-127) 2 aprel 2022-ci il tarixli “axtarışda olan şəxsin könüllü gəlməsi haqqında” protokoldan görünür ki, ünvan 6 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs könüllü olaraq Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsinə gəlmişdir ( cild 3, iş vərəqi 86). 2 aprel 2022-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 08 dekabr 2021-ci il tarxidə saat 23:47 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Söyüdlər küçəsində yerləşən “099” çay evinin qarşısında bıçaqla vuraraq xəsarət yetirdiyi yeri əyani şəkildə göstərmişdir ( cild 3, iş vərəqi 109-110). 2 aprel 2022-ci il tarixli “üzləşdirmə prokokolundan” görünür ki, Təqsirləndirilən şəxs və şahid X9 ilkin ifadələrində göstərdikləri xüsusatları bir –birlərinin üzünə qarşı təsdiq etmişlər ( cild 3, iş vərəqi 114-117). 2 aprel 2022-ci il tarixli “üzləşdirmə prokokolundan” görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 ilkin ifadələrində göstərdikləri xüsusatları bir –birlərinin üzünə qarşı təsdiq etmişlər ( cild 3, iş vərəqi 118-121). 2 aprel 2022-ci il tarixli “üzləşdirmə prokokolundan” görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 ilkin ifadələrində göstərdikləri xüsusatları bir –birlərinin üzünə qarşı təsdiq etmişlər ( cild 3, iş vərəqi 122-125). 3 iyun 2022-ci il tarixli “maddi sübut kimi tanınma” haqqında qərardan görünür ki, hadisə yerinə baxış keçirilməsi haqqında protokola əlavə 1 ədəd CD disk maddi sübut kimi tanınmışdır ( cild 4, iş vərəqi 13-14). 07 yanvar 2022-ci il tarixli məhkəmə-tibbi ekspertizasının 42 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində döş qəfəsinin sol-yan səthinin plevra və qarın boşluğuna nüfuz edərək köndələn çənbər bağırsağın və mədəaltı vəzini zədələnməsi və hemopnevmotoraksla müşayiət olunan deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin (əşyanın) təsirindən onun tibbi yardım üçün “Akademik M.Ə.Mirqasımov adın Respublika Klinik Xəstəxanası” PHŞ-yə müraciət etdiyi xx.xx.2021-ci il saat 00:59-dan bir qədər əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə bıçaqla endirilmiş zərbə nəticəsində əməl gələ bilərdi (cild 2, iş vərəqi 241-243). 24 yanvar 2022-ci il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində döş qəfəsinin sol yarsıının arxa səthinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin (əşyanın) təsirindən onun tibbi yardım üçün “X15” PHŞ-yə müraciət etdiyi xx.xx.2021-ci il saat 00:25-dən bir qədər əvvəl əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Zərərçəkmiş şəxs1 bədnində aşkar olunmuş xəsarətin xarakteini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə bıçaqla enidirlmiş zərbə nəticəsində əmələ gələ bilərdi ( cild 2, iş vərəqi 247-249). 18 yanvar 2022-ci il tarixli məhkəmə tibbi bioloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 şəxsiyyətini təsdiq edən sənədlər üzrə axtarış vərəqinin kserosurətində olan cədvəlin 22-ci bəndində onun qan qrupunun «İİİ-PLUS» olması barəsində qeyd vardır. Bu qeydə əsasən hazırda qəbul olunmuş təsnifat üzrə onun qan qrupunun B(İİİ)RH+ olmasını söyləmək olar. Zərərçəkmiş şəxs1 şəxsiyyətini təsdiq edən sənədlər üzrə axtarış vərəqinin kserosurətində olan cədvəlin 22-ci bəndində onun qan qrupunun «İ-PLUS» olması barəsində qeyd vardır. Bu qeydə əsasən hazırda qəbul olunmuş təsnifat üzrə onun qan qrupunun O(İ)RH+ olmasını söyləmək olar. Məhkəmə tibbi bioloji ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs2 hadisə vaxtı əynində olduğu göstərilən paltarları (alt köynəyi və qolsuz maykası) və Zərərçəkmiş şəxs1 hadisə vaxtı əynində olduğu göstərilən paltarları (uzunqol köynəyi, qısaqol köynəyi, qolsuz maykası) üzərində insan qanı ləkələri aşkar olundu. Qanın qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda Zərərçəkmiş şəxs2 paltarlarında olan ləkələrdə «B» antigeni və «alfa» aqqlyutinini alındı. «B» antigeni ABO sistemi ürə B(İİİ) qrupunu formalaşdırıb xarakterizə etdiyindən antigen qismində yalnız onun, həmçinin aqqlyutinin qismində «alfa» aqqlyutininin də alınması ləkələrdə olan qanın ABO sistemi üzrə B(İİİ) qruplu şəxsə(şəxslərə) məxsus olmasını göstərir və bu halda ləkələrdə olan qan həmin qruplu Zərərçəkmiş şəxs2 da məxsus ola bilər. Zərərçəkmiş şəxs1 paltarlarında olan ləkələrdə qan qrupunun həmin sistem üzrə təyini zamanı isə antigen qismində yalnız «H» antigeni, aqqlyutinin qismində isə «alfa», «beta» aqqlyutininləri alındı. «H» antigeni əsas antigen kimi ABO sistemi üzrə O(İ) qrupunu formalaşdırıb xarakterizə etdiyindən antigen qismində yalnız onun, həmçinin aqqlyutinin qismində «alfa», «beta» aqqlyutininlərinin də alınması ləkələrdə olan qanın ABO sistemi üzrə O(İ) qruplu şəxsə(şəxslərə) məxsus olmasını göstərir və bu halda ləkələrdə olan qan həmin qruplu Zərərçəkmiş şəxs1 da məxsus ola bilər ( cild 3, iş vərəqi 1-8). 31 yanvar 2022-ci il tarixli, məhkəmə tibbi kriminalistik ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus uzunqol alt köynəyinin və qolsuz maykanın hər birinin ön səthinin sol yarısında bir ədəd deşilmiş-kəsilmiş zədə var. Bu zədələr iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin bir təsirindən törənmişdir. Təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus uzunqol alt köynəyinin və qolsuz maykanın hər birinin arxa səthinin sol yarısında bir ədəd deşilmiş-kəsilmiş zədə var. Bu zədələr iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin bir təsirindən törənmişdir. Zərərçəkmiş şəxs1 məxsus qısaqol köynəyin yaxalığının sağ kənarında bir ədəd, yaxalığın sol kənarında bir ədəd cırılmış zədə var. Bu zədələr küt yaranma mexanizminə malik cırılmış zədələrdir, köynəyin yaxalığının kəskin dartılması nəticəsində törənmişlər. Qısaqol köynəyin üzərində Zərərçəkmiş şəxs1 məxsus digər paltarların (uzunqol köynək və qolsuz mayka) üzərində olan deşilmiş-kəsilmiş zədəyə uyğun zədə aşkar edilmədi ( cild 3, iş vərəqi 12-14 ). 15 aprel 2024-cü il tarixli ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs mübahisə etməyə meyillilik, eqosentrizim, inadkarlıq, emosionallıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerililik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əqliintellektual imkanları nəzərə alınmaqla, etdiyi hərəkətləri adekvat olaraq qavramaq, mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir (cild 3, iş vərəqi 242-244). 14 fevral 2022-ci il tarixli “Maddi sübut kimi tanınma” haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus bir ədəd uzunqol alt köynəyi və bir ədəd qolsuz mayka, Zərərçəkmiş şəxs1 məxsus bir ədəd uzunqol köynək, bir ədəd qısaqol köynək maddi sübut kimi tanınmışdır ( cild 3, iş vərəqi 18). 30 yanvar 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan görünür ki, 30 yanvar 2023-cü il tarixdə, saat 21:15-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq Baş İdarəyə gətirilmiş, sonuncunun üzərinə axtarış keçirilən zaman sonuncunun əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 02 ədəd bükümdə metamfetaminə bənzər maddə, şalvarının sağ yan cibindən 02 ədəd Samsung markalı telefon və 01 ədəd plastik bank kartı, gödəkcəsinin sol iç cibindən bıçaq aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin psixotrop maddəni Nəsimi rayonu ərazisində tanımadığı şəxsdən 40 manata aldığını, bıçağı isə işlədiyi yerdən götürüb üzərində saxladığını bildirmişdir (cild 1, iş vərəqi 27-28). 31 yanvar 2023-cü il tarixli, məhkəmə-kimyəvi ekspertizasının rəyində görünür ki, tədqiqata təqdim edilmiş üzərində “. şübhəli şəxs Orxan Səfərağa oğlunun üzərindən...” sözləri yazılmış zərfdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,792 qram, 3,381 qram, ümumi təmiz çəkisi 8,173 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatından sonra metamfetminin qalıq çəkisi 8,073 qram təşkil etmişdir ( cild 1, iş vərəqi 41-45). 20 fevral 2023-cü il tarixli, məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan köməkçi əməliyyatları (cəmdəyin doğranması, dərinin soyulması) yerinə yetirmək üçün nəzərdə tutulmuş xüsusi təyinatlı ov bıçaqlarına uyğun gəlir, soyuq silah hesab edilmir, üzərində təyinatı dəyişdirilər əlavə və dəyişiklik edilməmişdir, təyinatı üzrə istifadəyə yararlıdır ( cild 1, iş vərəqi 134). 24 fevral 2023-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 31 yanvar 2023-cü il tarixdə məhkəmə -tibbi müayinədən keçirilən Təqsirləndirilən şəxs bədən səthində xəsarət aşkar edilməmişdir ( cild 1, iş vərəqi 135-137). 1 fevral 2023-cü il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq çəkisi 8,073 qram təşkil edən psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, saxlanması üçün üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə verilməsi müəyyən edilmişdir ( cild 1, iş vərəqi 99-100). 14 fevral 2022-ci il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus bir ədəd uzunqol alt köynəyi və bir ədəd qolsuz mayka, Zərərçəkmiş şəxs1 məxsus bir ədəd uzunqol köynək, bir ədəd qısaqol köynək və qolsuz mayka maddi sübut kimi tanınmış, saxlanılması üçün Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanılma yerinə verilməsi müəyyən edilmişdir ( cild 3, iş vərəqi 17-18). 3 iyun 2022-ci il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, “hadisə yerinə baxış keçirilməsi” haqqında protokola əlavə 1 ədəd CD disk maddi subut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilməsi müəyyən edilmişdir ( cild 4, iş vərəqi 12-14). 21 iyul 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış istintaq hərəkətlərinin əks olunduğu 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır (cild 5, iş vərəqi 63-98). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma əməllərinə görə cinayət məsuliyyəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilən zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq əməllərinə görə cinayət məsuliyyəti həmin Məcəllənin 221.3-cü maddəsində nəzərdə tutulmuşdur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 23 mart 2004-cü il qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərədə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericilikdə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür.İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərlə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik , etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq bir çox insanın və ya cəmiyyətin hər hansı bir üvzünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma ” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 2-ci Siyahısının 118-ci bəndinə əsasən - təmiz halda 2(iki) qram və daha artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə, təqsirləndirilən şəxsin bir-biri ilə ziddiyyət təşkil edən ifadələrini, eləcə də ibtidai istitaq dövründə ona elən edilmiş ittihama daxil olan Cinayət Məcəlləsinin 126.2.4, 221.3, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş əməllər barəsində şübhəli və təqsirləndirilən şəxs qismində dindirmə protokollarını , habelə haqqında həyata keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolunun mötəbərliliyinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinə əsasən şübhə altına alınması üçün əsasların olmaması kimi halları iş üzrə mövcud olan şahid ifadələri, şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolu və iş üzrə digər sübutlar ilə birgə müqayisə edərək qiymətləndirməklə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bıçaqla xəsarət yetirməməsi, şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülən narkotik vasitə heroinin ona aid olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək hesab edir ki, həm zərərçəkmiş şəxslərə tərəfindən bıçaqla xəsarət yetirilməsi, həm də üzərindən aşkar edilərək götürülən narkotik vasitənin ona məxsus olması işin mübahisəsiz hallarıdır. Lakin iş materiallarından görünür ki, istintaq orqanı Təqsirləndirilən şəxs ittiham elan edərkən sonuncunun üzərindən aşkar edilərək götürülən narkotik vasitənin satış məqsədilə əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmişdir. "Savalanlı və digərləri Azərbaycana qarşı" işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli Qərarının məzmunundan aydın olur ki, satış məqsədilə narkotik vasitələrin və ya psixotrop maddələrin dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılması zamanı cinayət törətməkdə təqsirləndirilən şəxslərə münasibətdə istintaq hərəkətləri axtarış və götürmə aparılması ilə məhdudlaşmamalı, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla əlaqədar müvafiq istintaq hərəkətləri aparılmalı, nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutların, habelə təqsirləndirilən şəxslərin sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanması və müəyyən edilməsinə nail olunmalıdır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət tərkibi əlamətlərinin olması barədə nəticəyə gələrkən istintaq orqanı onun barəsində şəxsi axtarış və götürmə istintaq hərəkətinin həyata keçirilməsi ilə kifayətlənmiş, təqsirləndirilən şəxsin yaşadığı evə münasibətdə baxış və ya axtarış , habelə əməlində satış məqsədinin olmasına dəlalət edən hər hansı sübutun əldə edilməsinə yönələn digər istintaq hərəkətlərini həyata keçirməmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4, 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir.Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə məhkəmə hesab edir ki, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri elementlərindən biri olan “satış” məqsədinin sübuta yetirilməməsi ilə əlaqədar təqsirləndirilən şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4, 221.3, 234.1-1-ci maddələrində nəzərdə tutulmuş əməllər Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci və 126.2.4 -cü maddələrində nəzərdə tutulmuş əməllər ağır, 221.3-cü maddəsində nəzərdə tutulmuş əməllər az ağır cinayərlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla həmin Məcəllənin 126.2.4, 221.3, 234.1-1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Şübhəli şəxsin bu qisimdə saxlandığı zaman törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsini etiraf etməsi könüllü gəlib təqsirini boynuna alma kimi qiymətləndirilə bilməz. Lakin, şübhəli və ya təqsirləndirilən şəxsin istintaq orqanlarına məlum olmayan başqa cinayətləri törətdiyini bildirməsi könüllü gəlib təqsirini boynuna alma hesab edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və onların təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərinin olmamasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəyə əsasən Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair əməllərinə münasibətdə cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi əlamətinin olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən barəsində cəzasını ağırlaşdıran hal kimi nəzərə alır və qiymətləndirir. Belə ki, cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2 aprel 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 11 iyul 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2, 127.2.3-cü maddələri ilə təqsirli bilinərək 4 il müddətinə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3, 221.3-cü maddələri ilə təqsirli bilinərək həmin məcəllənin 66.5-ci maddəsinə əsasən 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişidir. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 8 sentyabr 2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317- 2.1-ci maddəsi ilə təqsirli bilinərək 4 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 22 may 2020-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq 11 ay 17 gün vaxtından əvvəl azad edilmiş, 8 may 2021-ci il tarixdə cəzasının müddəti başa çatdığı üçün şöbənin qeydiyyatından çıxarılmışdır (cild 3, iş vərəqə 161-163). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihama daxil olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü və 221.3cü maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi ilə əlaqədar 2 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş ( cild 3, iş vərəqi 97) və 4 aprel 2022-ci il tarixli qərar ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir( cild 3, iş vərəqi 146-147). Bundan başqa Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə bağlı 30 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 25), Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1 fevral 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 30 yanvar 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 94-98). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu müddət onun həbsdə saxlama müddətinə daxil edilir. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və Cinayət Məcəlləsinin 69.3-cü maddələrinə əsasən belə nəticəyə gəlir ki, 2 aprel 2022-ci il tarixdən 4 aprel 2022-ci il tarixədək tutulduğu müddət Təqsirləndirilən şəxs təyin ediləcək cəzadan çıxılmalı, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 30 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. (cild 1, iş vərəqə 76-80). 31 yanvar 2023-cü il tarixli, məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabiodilərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür ( cild 1, iş vərəqi 126-127). Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkamoniyadan məcburi müalicə təyin olunmamalıdır. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub saxlanılmasından ötrü Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş Zərərçəkmiş şəxs2 məxsus bir ədəd uzunqol alt köynək, bir ədəd qolsuz mayka, Zərərçəkmiş şəxs1 məxsus bir ədəd uzunqol köynək, bir ədəd qısaqol köynək və qolsuz mayka , saxlanılmasından ötrü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 8,073 qram təşkil edən metamfetamin məhv edilməli, hadisənin əks olunduğu 01 ədəd disk və Təqsirləndirilən şəxs barəsində həyata keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən bir ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 145 (yüz qırx beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 42, 133).Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 99 (doxsan doqquz) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına 594 (beş yüz doxsan dörd) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4, 221.3 və 234.1-1-ci maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona həmin Məcəllənin 126.2.4-cü maddəsi ilə 7 (yeddi) il 4 (dörd) ay müddətinə, 221.3-cü maddəsi ilə 3 (üç) il 4(dörd) ay müddətinə, 234.1-1-ci maddəsilə 5 (beş) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaqla ona qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 2 aprel 2022-ci il tarixdən 4 aprel 2022-ci il tarixədək tutulduğu müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində 8 (səkkiz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 30 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş Zərərçəkmiş şəxs2 məxsus bir ədəd uzunqol alt köynək, bir ədəd qolsuz mayka, Zərərçəkmiş şəxs1 məxsus bir ədəd uzunqol köynək, bir ədəd qısaqol köynək və qolsuz mayka ; -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tədqiqatdan sonrakı qalıq çəkisi 8,073 qram metamfetamin məhv edilsin; - Hadisənin əks olunduğu 01 ədəd disk və Təqsirləndirilən şəxs barəsində həyata keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən bir ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın; Təqsirləndirilən şəxs 145 (yüz qırx beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 99 (doxsan doqquz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 594 (beş yüz doxsan dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Novruz Kərimov Rasim Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar