Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-843/2020 02.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx xxxxxx 1977-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 4-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs, İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən, şəxsiyyəti istintaqla müəyyən edilməsi mümkün olmayan «Əli» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, ölkə ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışını həyata keçirib qazanc əldə etmə barədə razılığa gəldikdən sonra, öz aralarında cinayət rollarını bölüşdürüb istifadəsində olan, istintaqla müəyyən edilməsi mümkün olmayan mobil telefonun «Whatsapp» internet sosial şəbəkəsi vasitəsi ilə yazışaraq, «Əli» adlı şəxsin ona Abşeron rayonu, Xırdalan şəhəri H.Tağıyev küçəsində yerləşən 179 nömrəli binanın yaxınlığında yerləşən elektrik təmzimləyici transformatorun yan tərəfindəki zibil qutusunun yanında qara rəngli yük çantasında 01 ədəd ağ rəngli sintetik torbada külli miqdarda, yəni təmiz çəkisi 5990 qram (5 kq 990 qram) olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı gizlədildiyi barədə məlumat verdikdən sonra, o, satış məqsədilə həmin külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı oradan götürüb əldə etməklə daşıyıb üzərində saxlamış, xx.xx.2020-ci il tarixdə saat 02:30 radələrində Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi 4-cü küçədə Azərbaycan Respublikası DİN-nin X10 Alayının 12-ci patrul bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Abşeron RPİ-nə gətirilmiş və xidməti otaqda üzərinə keçirilən axtarış zamanı əlində olan qara rəngli yük çantasından 01 ədəd ağ rəngli sintetik torbanın içərisindən həmin 5990 qram (5 kq 990 qram) çəkidə olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 22 radələrində yaşadığı Abşeron rayonu, Xırdalan şəhərində evinin qarşısında PPX-nin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron RPİ-nə gətirilmişdir. Onda içərisində 5990 qram marixuana olmamışdır. Sellofana bükülmüş noxud boyda heroin olmuşdur. O, xəstə olduğu və əməliyyat keçirdiyi üçün bədənində olan ağrılarını sakitləşdirmək məqsədilə həmin heroindən istifadə edirdi. 2010-cu ildə narkotik vasitəsindən istifadə etdiyi üçün məhkum olunmuş, 2011-ci ildə azad olunmuşdur. Abşeron RPİ_də Rüstəm adlı polis əməkdaşı xidməti otağında ona zor tətbiq etmiş, onu döymüşdür. Hətta kürək nahiyyəsində qançır qalmışdır. Hansı ki, Rüstəm həmin yerdən təpiklə vurmuşdur. Eşitdiyinə görə Rüstəmi bu cür əməllərinə görə artıq polisdən uzaqlaşdırmışlar. Rüstəmin təzyiqi nəticəsində o yenidən Xırdalan şəhərində H.Tağıyev küçəsində yerləşən 179 nömrəli binanın yaxınlığında yerləşən elektrik təmzimləyici transformatorun yan tərəfindəki zibil qutusunun yanına gətirmişlər və orada içində Rüstəmin qoyduğu marixuana olan çantanı ona verərək polis idarəsinə gətirib orada təhqiqatçının otağında vəkilin iştirakı ilə üzərinə baxış keçirmişlər. Qeyd etmək istəyir ki, əvvəlki illərdə hər iki qol nahiyyəsində olan kəsikləri özü yetirmişdir. İbtidai istintaq zamanı ifadələri düzgün deyil, tutulduqdan 2 gün sonra Abşeron rayon məhkəməsində sanksiyaya getdikdə ona edilmiş işgəncələr barədə hakimə heç bir söz deməmiş, prokurora, digər dövlət orqanlarına şikayət ərizələri yazmamış, sözünü bu günə məhkəməyə saxlamışdır. İstintaq təcridxanasında da bədənində qançır aşkar olunanda tibbi sənədlərdə olan yazılı qeyd, guya o yıxılan zamanı həmin xəsarətləri almışdır, onun tərəfindən deyilməmişdir. Həkimin niyə belə qeyd yazması ona məlum deyildir. Ondan faktiki bir noxud boyda heroin aşkar olunduğu təqdirdə boynuna 6 kq-a yaxın marixuana qoyulmuşdur. Bununla razı deyildir. Əlavə olaraq bildirir ki, heroini evinin yanındakı bazardan Telman adlı şəxsdən 5-9 manata əldə edirdi. 2009-cu ildən başlayaraq heroindən istifadə edirdi. Narkotikin başqa növlərindən, o cümlədən marixuanadan istifadə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur, oğlu onunla birlikdə ünvan 1 ünvanında yaşamışdır. xx.xx.2020-ci il tarixdə axşam saatlarında evdə oğlu və bacısı ilə birlikdə şam yeməyi yemiş, bundan sonra Səbuhi siqaret almaq üçün evdən çıxmış, saat 21:30 radələrində ona Abşeron rayon polis zəng edib bildirmişlər ki, oğlu Səbuhi narkotik vasitə ilə tutulmuşdur. Oğlu evdən çıxarkən heç bir sumka aparmamış, onun narkotik vasitələrdən istifadə edib -etməməsi barədə heç bir məlumatı olmamışdır. Lakin 10 il əvvəl narkotikdən istifadə etməsinə görə oğlu tutulmuşdur. Səbuhi xx.xx.2020-ci il tarixdə tutulmamışdan 1 ay əvvəl özünə telefon və mobil nömrə almış, lakin onun mobil nömrəsini bilmir. Oğlunun yanına istintaq təcridxanasına sovqat aparmış, lakin Pandemiya ilə əlaqədar onunla görüş verməmişlər. Həyat yoldaşı Şahnəzər xəstədir, gözündən əməliyyat olunub, bu səbəbdən məhkəməyə gələ bilməmişdir. Onun xəstə olmasına dair tibbi sənədləri məhkəməyə təqdim edəcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 Alayının 12-ci Patrul bölüyünün polis nəfəri Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır. Belə ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 02:30 radələrində Abşeron RPİ-nin ərazisi olan 2 saylı postda, yəni Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində X10 Alayının 12-ci Patrul bölüyünün polis nəfəri Şahid6 və Şahid3 ilə piyada xidmətdə olarkən 4-cü küçədə hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs əlində çanta getdiyini görmüşlər. Təqsirləndirilən şəxs onları görən kimi sürətini artırıb onlardan əks istiqamətə getdiyini gördükləri üçün ondan şübhələnərək onlar ona yaxınlaşıb kim olduğu və gecə vaxtı çanta əlində hara getməsi ilə maraqlanmışlar. Bu suala normal cavab verə bilmədiyi və onun qorxduğunu hiss etdikləri üçün ratsiya ilə 9699 saylı avtopatrul çağırıb həmin şəxsi əlində olan çanta ilə avtopatrula əyləşdirib Abşeron rayon Pİ-nə gətirib Növbətçi hissəyə təhvil vermişlər. Avtopatrul olan maşını polis nəfəri Şahid5 sürmüşdür. Abşeron RPİ-də Təqsirləndirilən şəxs təhqiqatçı Maarif Abbasova təhvil vermişlər. Sonuncunun xahişi ilə Təqsirləndirilən şəxs üzərinə və çantasına baxış keçirilməsi üçün orada qalmışlar. Maarif müəllim Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edilməsi üçün müdafiəçi dəvət etmiş, bundan sonra video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə və çantasına baxış keçirmişlər. Baxış protokolunda baxışla əlaqədar qeyd olunan bütün faktları təsdiq edir, həmin protokolu imzalamışdır. Artıq çox vaxt keçdiyi üçün baxışın müəyyən hallarını xatırlamasa da çantada sellofanın içində 6 kqa yaxın qurudulmuş marixuana olduğunu xatırlayır. Təqsirləndirilən şəxsin burada məhkəmədə verdiyi və müdafiəçinin ona ünvanladığı suallardan aydın olduğu ifadəsi ilə razı deyildir. Belə ki, o və PPX-də onunla birlikdə olan iş yoldaşları Təqsirləndirilən şəxs məhz gecə saat 02.30 radələrində Xırdalan şəhəri, H.Tağıyev küçəsində yerləşən 179 saylı binanın yaxınlığındakı elektrik tənzimləyici transformatorla zibil qutularının arası ilə onlardan uzaqlaşmaq istəyən Təqsirləndirilən şəxs çatıb saxlamış və məhz oradan avtopatrul çağıraraq idarəyə aparmışlar. O, post –patrul xidmətinin əməkdaşıdır., vəzifələri ictimai asayişi qorumaqdır. Təqsirləndirilən şəxs küçədə qeyd etdiyi vaxtda və ərazidə görərək ondan şübhələnib saxlamışlar. Yəni, həmin vaxt saat 22 radələri olmamışdır və Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi yaşadığı Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 4-cü küçə, ev 133-ün yanında olmamışdır. Onun üçün bu şəxsi nə vaxt saxlaması heç bir əhəmiyyət kəsb etmir. Harada və saat neçədə saxlayıblarsa, olduğu kimi məhkəməyə bildirir. Həmçinin o, xatırlamır ki, polis idarəsində Təqsirləndirilən şəxs sellofana bükülmüş balaca bükümdə olan heroin aşkar olunsun. Təqsirləndirilən şəxs bu dedikləri həqiqətə uyğun deyildir. Videoçəkilişə baxılsa hər şey aydın olar. O çəkilişdə çanta, çantadakı maddə, bununla bağlı Təqsirləndirilən şəxs izahları vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nin polis nəfəri Şahid5 Mirələkbər oğlu ifadəsində göstərmişdir ki, o, avtopatrul tərkibinin sürücüsü olaraq xüsusi nişanələri olan «Niva» markalı xidməti maşının sürücüsüdür. xx.xx.2020-ci il tarixdə saat təxminən 02:30 radələrində Abşeron RPİ-nin ərazisində patrulda olduqları zaman X10 Alayının 12-ci Patrul bölüyünün polis nəfəri Şahid6 ratsiya ilə bir nəfər şübhəli şəxs saxladıqlarını avtopatrulun Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivinə transformator olan əraziyə gəlməsini xahiş etmişdir. Dərhal həmin ünvana gedərək halhazırda məhkəmədə gördüyü əlində çantası olan Təqsirləndirilən şəxs görmüş, onu və post–patrul xidmətinin əməkdaşlarını «Niva» markalı maşının arxa oturacağına əyləşdirmiş və polis idarəsinə gətirib orada düşürmüşdür. Tam dəqiqliklə bildirir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat təxminən 02:30 radələrində qeyd etdiyi ünvandan maşina mindirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin X10 Alayının 12ci Patrul bölüyünün polis nəfəri Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat təxminən 02:30 radələrində Abşeron RPİ-nin ərazisi olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində əlində əşya çantası ilə birlikdə hərəkətdə olduğu zaman görmüşdür. Təqsirləndirilən şəxs onları görən kimi sürətini artırıb uzaqlaşmağa çalışdıqda, onlarda şübhə yaratmış, onlar ona yaxınlaşıb özlərini təqdim etmişlər və polisə birlikdə getməli olduğunu ona bildirmişlər. Piyada olduqları üçün 9699 saylı avtopatrul çağırıb Təqsirləndirilən şəxs əlində olan çanta ilə avtopatrula əyləşdirib Abşeron rayon Pİ-nə gətirib Növbətçi hissəyə təhvil vermişlər. Orada Abşeron RPİ-də təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs, sonuncunun hüquqları müdafiə edilməsi üçün dəvət edilmiş müdafiəçinin, özünün, X10 Alayının 12-ci Patrul bölüyünün polis nəfəri Şahid6 və Şahid4 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində və əlindəki çantada qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmetin olub olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs əlindəki çantada özünə məxsus narkotik vasitə olan marixuanın olduğunu, həmin marixuananın İran İslam Respublikası tərəfindən ona göndərildiyini və çantanın içərisində olan həmin narkotik vasitənin Xırdalan şəhəri, Quşçuluq massivində işıq trasformatorun yaxınlığından götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs məxsus çantadan 1 ədəd kisədə narkotik vasitə marixuanaya bənzər, kəskin iy verən kütlə aşkar edilmiş və həmin kisə DİN-nin 56 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərinə və əlindəki çantaya şəxsi axtarış keçirilməsi barədə protokolu sərbəst heç bir təzyiq olmadan imzalamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə tədqiq olunmuş X10 Alayının 12-ci patrul bölüyünün əməkdaşları tərəfindən Abşeron RPİ-nin rəisinə ünvanlanan xx.xx.2020-ci il tarixli raportdan müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə, saat 02:30 radələrində Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində xidmətdə olarkən 4-cü küçədə bir nəfər şəxsin əlində əşya çantası ilə birlikdə onlardan uzaqlaşmağa çalışmış, onlarda şübhə yaratdığından saxlanılaraq əlində olan çanta ilə birlikdə Abşeron RPİ-nə gətirib Növbətçi hissəyə təhvil vermişlər. Məhkəmədə tədqiq olunmuş «şəxsi axtarış və götürmə haqqında» xx.xx.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs Abşeron RPİ-nə gətirilərək əlində olan yük çantasına baxış zamanı polis əməkdaşlarının təklifinə əsasən bildirmişdir ki, ona məxsus çantanın içərisində ona məxsus narkotik maddə marixuana var, həmin narkotik maddə olan marixuananı ona tanımadğı İİR-sı vətəndaşı “Əli” adlı şəxs tərəfindən göndərilmişdir. Çantada olan marixuanaya bənzər kütlə qablaşdırılaraq möhürlənmişdir. Şəxsi axtarış vidoçəkiliş aparılmaqla CD diskə köçürülüb protokola əlavə edilmişdir. Məhkəmədə tədqiq olunmuş «axtarış və götürmə haqqında» xx.xx.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanına baxış keçirilmiş, baxış zamanı hər hansı bir narkotik maddə və ya qanunla qadağan edilmiş vasitə aşkar edilməmişdir. Məhkəmədə tədqiq olunmuş «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» xx.xx.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə tədqiq olunmuş Abşeron rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunmuş məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 145 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs götürülmüş..» yazıları və imzalar olan 01 (bir) ədəd ağ rəngli sintetik torbadakı təmiz çəkisi 5990 qram (5 kq 990 qram) olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmədə tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 777 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticəsində narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli, 1040 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs aşkar edilən emosional davamsız şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarkterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq olunmuş «baxış keçirilməsi barədə» xx.xx.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərin siyahısı, daxil olan və göndərilmiş mesajların məzmunu və anten dairəsi barədə məlumatlarla əlaqədar «xxxxxxx» MMC-dən alınmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, ***-***-**-** saylı nömrə sorğulanan müddət ərzində xxxxxxx şəbəkəsində istifadə olunmamışdır. Həmin məktuba əlavə edilmiş məxsusluq tarixçəsindən görünür ki, ***-***-**-** nömrəli mobil telefon nömrəsi xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məxsusdur, nömrə ikitərəfli bağlı olmuş, xx.xx.2019-cu il tarixdən təkrar satış üçün təyin edilmişdir və hal-hazırda «xxxxxxx» MMC sistemində aktiv deyil. Məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İran İslam Respublikası ilə olan dövlət sərhədini keçməmişdir. Məhkəmədə tədqiq olunmuş Dövlət X9 Abşeron rayon Xidmət nümayəndəliyinin xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs heç bir növ pensiya və ya müavinat almır. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2020-ci il tarixli qərardan müəyyən olunur ki, tədqiqatdan sonra qalıq çəkisi 5989,8 qram çəkidə marixuana saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, bir ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq olunmuş təqsirləndirilən şəxs Dadaşov X2 rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə məhkum Dadaşov X2 rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkmədən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə əsasən məhkumluğu ödənilmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, onun himayəsində 2009-ci il təvəllüdlü azyaşlı uşağı var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə ondan noxud boyda heroin aşkar olunduğu təqdirdə boynuna 6 kq-a yaxın marixuana qoyulması, yalnız narkotik vasitə heroindən istifadə etdiyi və marixuanadan istifadə etməməsi barədə ifadələrini tədqiq edərkən, bunların Təqsirləndirilən şəxs ifadəsindən başqa heç bir sübutla təsdiq edilmədiyini nəzərə alır. Məhkəmənin gəldiyi bu nəticə iş üzrə dindirilmiş şahidlərin, baxış və götürmə protokolları, ekspertiza rəyləri və cinayət işin digər materialları ilə tam təkzib olunur. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi” barədə Azərbaycan Respublikasının Qanuna əsasən qurudulmuş marixuanana növü narkotik maddə 5 qramdan şəxsi istehlak miqlarından artıq, 500 qramdan isə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs yük çantasından götürülmüş narkotik vasitənin miqdarı 5990 qram (5 kq 990 qram) külli miqdar əlamətindən dəfələrlə çoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» qərarına əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə qurudulmuş marixuana şəxsi istehlak miqdarından və külli miqdardan dəfələrlə artıqdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” x xxxx 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99- 1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş tədqiqatdan sonra çəkisi 5989,8 qram olan narkotik vasitə arixuana məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 69,82 (altmış doqquz manat səksən iki qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı Abşeron rayon Vəkil Bürosunun vəkili X7 və X8, məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 14 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsəibtidai istintaqda göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X7 120 (yüz iyirmi) manat, X6 isə ödənilməsi üçün 60 (altmış) manat Abşeron rayon Vəkil Bürosunun nəfinə, məhkəmədə olan müdafəçiMüdafiəçi üçün isə 180 AZN (yüz səksən manat) pul Bakı şəhər 14 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08yanvar 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş tədqiqatdan sonra çəkisi 5989,8 qram olan narkotik vasitə arixuana məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 69,82 (altmış doqquz manat səksən iki qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. İbtidai istintaq zamanı göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi X3 120 (yüz iyirmi) manat, X4 ödənilməsi üçün 60 (altmış) manat pul Abşeron rayon Vəkil Bürosunun, məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı isə Müdafiəçi üçün 180 AZN (yüz səksən manat) pul Bakı şəhər 14 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-843/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-843/2020
02.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver