Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-843/2021 05.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibləri X7 və X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı İlham oğlunun, Müdafiəçi – Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə xx xxxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 28, mənzil 1 ünvanında pasport qeydiyyatında olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etməklə və ona, Çin Respublikasından Azərbaycan Respublikasına qadın bəzək əşyaları gətizdirib satışını təşkil etməsini, həmin ticarətə 50.000 ABŞ dolları məbləğində vəsait yatıracağı təqdirdə hər ay ona, 5.000 manat gəlir verəcəyinə dair yalan vəd verib aldadaraq, 2019-cu ilin iyul ayının əvvəllərində ünvan 1 ünvanının qarşısında Azərbaycan manatı məzənnəsi ilə 85.000 (səksən beş min) manat təşkil edən 50.000 (əlli min) ABŞ dolları məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından suiistifadə etməklə və ona, xarici ölkələrdən Azərbaycan Respublikasına pul köçürmə işi ilə məşğul olduğunu, həmin işə 50.000 ABŞ dolları məbləğində vəsait yatıracağı təqdirdə ona gəlir verəcəyinə dair yalan vəd verib aldadaraq, 2019-cu ilin sentyabr ayının əvvəllərində ünvan 1 ünvanının qarşısında Azərbaycan manatı məzənnəsi ilə 85.000 (səksən beş min) manat təşkil edən 50.000 (əlli min) ABŞ dolları məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından suiistifadə etməklə və ona, X1 Azərbaycan Respublikasına pul köçürmə işi ilə məşğul olmasını, həmin işə 70.000 ABŞ dolları məbləğində vəsait yatıracağı təqdirdə hər ay ona, 6.000 ABŞ dolları gəlir verəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə, hər dəfə ünvan 2 ünvanında yerləşən «Sərin» restoranının qarşısında, 09 sentyabr 2019-cu il tarixdə Azərbaycan manatı məzənnəsi ilə 85.000 (səksən beş min) manat təşkil edən 50.000 ABŞ dolları və 10 sentyabr 2019-cu il tarixdə Azərbaycan manatı məzənnəsi ilə 34.000 (otuz dörd min) manat təşkil edən 20.000 ABŞ dolları olmaqla ümumilikdə 119.000 (bir yüz on doqquz min) manat məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2013-cü ilin yanvar ayından «xxxx» ASC-nin baş ofisində inkasator vəzifəsində işləməyə başlamışdır. Həmin dövrdə «xxxx» ASC hələ bank kimi fəaliyyət göstərmiş. 2016-cı ilin iyul ayında «xxxx» ASC-nin lisenziyası ləğv edildikdən sonra həmin bank «xxxx» Bank Olmayan Kredit Təşkilatına çevrilmişdir. O, həmin banka işə düzələrkən ilk günlər stajor kimi işləmiş və ona həmin bankda inkasatorkassir işləyən X4 rəhbərlik etmişdir. Bütün işi ona Rəfail Aslanov öyrətmişdir. 2015-ci ilin ortalarında Rəfail Aslanov ona, bankdakı işindən əlavə başqa gəlir yerlərinin də olmasını, bankdan kənar xarici ölkələrə pul köçürmə işi ilə, başqa bank əməkdaşları ilə olan əlaqələrindən istifadə etməklə valyuta dəyişmə işi ilə, o cümlədən müxtəlif biznesmenlərə faizə pul vermək işləri ilə məşğul olmasını və həmin işlərdən də əlavə gəlirlər əldə etməsini bildirmişdir. Eyni zamanda Rəfail Aslanov ona demişdir ki, əgər ona, hansısa məbləğlərdə pullar tapıb verə bilsə həmin pulları da yuxarıda qeyd etdiyi işlərinə əlavə edib həmin pullara görə də ona aylıq gəlirlər verə bilər. Beləliklə o, 2015-ci ilin sonlarından etibarən müxtəlif tanışlarından müxtəlif məbləğlərdə pullar alıb Rəfail Aslanova verməyə başlamışdır. Rəfail Aslanov ondan pul aldığı tarixi özündə qeyd etməklə bir ayın tamamında aldığı məbləğə uyğun olaraq ona müxtəlif məbləğlərdə gəlirlər vermişdir. O, da Rəfail Aslanovdan aldığı pulların gəlirlərinin yarısını özünə götürüb qalan yarısını isə qazanc kimi pul aldığı şəxslərə vermişdir. Həmin ərəfədə o, bütün pulları Əhməd adlı tanışından almışdır. Həmin Əhməd adlı şəxs ona, ilk dəfə 4.000 ABŞ dolları məbləğində pul vermişdir. Sonradan Əhməd, hər ay ona qazanc verilməsini görüb yavaş-yavaş verdiyi pulların məbləğlərini qaldırmağa başlamış və artıq 2019-cu ilin sonlarında Əhmədin ona verdiyi pulların məbləği 180.000 ABŞ dolları təşkil etmişdir. Həmin vaxta kimi Rəfail Aslanov hər ay aldığı pullara görə ona qazac vermiş, o, öz xeyrini götürüb qalanını pul sahiblərinə ödəmişdir. 2017-ci ilin ortalarında o, bu barədə uşaqlıq illərindən tanıdığı və dostluq etdiyi X6 danışmışdır və bu işdə yaxşı gəlir olduğunu deyərək əgər pulu varsa bu işə yatırmasını məsləhət görmüşdür. Beləliklə 2017-ci ilin iyul-avqust aylarından başlayaraq Elgün Orucov da ona müxtəlif məbləğlərdə pullar verməyə başlamışdır. Elgün ona ilk dəfə, həmin ərəfədə kirayədə yaşadığı, ünvan 3 ünvanının qarşısında 5.000 ABŞ dolları məbləğində pul vermişdir. O, da həmin pulu dərhal Rəfail Aslanova vermiş və R.Aslanov bir ayın tamamında ona 1.500 AZN gəlir vermişdir. O, həmin pulun 750 manatını özünə götürüb qalan 750 manatını isə Elgün Orucova vermişdir. X9 da bu işdə yaxşı gəlir olduğunu görüb ona verdiyi pulların məbləğlərini artırmağa başlamışdır. Elgün Orucov ona, pulları müxtəlif tanışlarından faizə götürməsini və aldığı gəlirləri də həmin şəxslərlə bölməsini bildirmişdir. X9 2017-ci ilin iyul ayından 2019-cu ilin avqust ayına kimi hissə-hissə, ən azı 3.000 ABŞ dolları, ən çoxu 70.000 ABŞ dolları olmaqla, aldığı hər 10.000 ABŞ dollarına görə hər ay 3.000 AZN ödəmək şərti ilə müxtəlif məbləğlərdə pullar vermişdir. Sonuncu dəfə 2019-cu ilin avqust ayının ortalarında o, tərtib etdiyi qaralama siyahıya əsasən müəyyən etmişdir ki, həmin vaxta kimi Elgündən aldığı pulların ümumi məbləği 325.000 ABŞ dolları, növbəti ayın müxtəlif günlərində ona qazanc kimi ödəməli olduğu məbləğ isə ümumilikdə 71.850 AZN təşkil edir. Həmin ayın sonunda o, Elgün Orucova 40.000 ABŞ dolları və həmin pula görə ödəməli olduğu 8.800 manat faizi geri qaytarmışdır. Beləliklə onun Elgün Orucova 285.000 ABŞ dolları əsas məbləğdən olan borcu və 63.050 AZN qazanc borcu qalmışdır. Elgün Orucov ona əsasən Bakı şəhərinin Nərimanov rayonu ərazisində, müxtəlif ünvanlarda pullar vermişdir. O, Elgün Orucovdan aldığı bütün pulları Rəfail Aslanova vermişdir. Rəfail Aslanov da hər bir aldığı pula görə pulu aldığı tarixin bir ayının tamamında ona gəlir adı ilə müxtəlif məbləğlərdə pullar vermişdir. Hərdən elə hallar olmuşdur ki, Rəfail Aslanov aylıq qazancların verilməsini gecikdirmişdir. Belə hallarda Rəfail Aslanov ona, başqa tanışlarından pullar tapıb onu müvəqqəti yola verməyini xahiş etmiş, o, da bir sıra başqa tanışlarından pullar alaraq Əhmədin və Elgünün aylıq qazanclarını ödəmiş, bir neçə gün sonra isə Rəfail Aslanov ona həm həmin gəlirləri, həm də onun pul aldığı şəxslərin faizlərini ödəmişdir. 2019-cu ilin iyul ayında o, dostu Zərərçəkmiş şəxs1la görüşərək ona, guya Elgün Orucovla şərikli bizneslərinin olmasını, Çin Respublikasından Azərbaycana qadın bəzək əşyaları gətirib satmaqlarını, həmin işə əlavə pul lazım olduğunu, əgər ona 50.000 ABŞ dolları verərsə hər ay ona həmin pula görə 5.000 AZN qazanc verə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 da onun sözlərinə inanaraq onunla razılaşmış və 2019-cu ilin iyul ayında ona 50.000 ABŞ dolları pul vermişdir. O, Zərərçəkmiş şəxs1 aldığı 50.000 ABŞ dollarını da Rəfail Aslanova vermişdir. Rəfail Aslanov həmin pula görə ona iki ay, hər ay 9.000 AZN olmaqla qazanc adı ilə pullar vermişdir, o, da həmin məbləğin üzərindən hər dəfə 4.000 AZN özünə götürərək qalan 5.000 AZN məbləğində pulları Zərərçəkmiş şəxs1 vermişdir. Ümumilikdə o, Zərərçəkmiş şəxs1 2 ay ərzində 10.000 AZN pul vermişdir. O, Zərərçəkmiş şəxs1 sonuncu dəfə 2019-cu ilin sentyabr ayının əvvəlində 5.000 AZN gəlir adı ilə pul qaytararkən ondan əlavə 50.000 ABŞ dolları da alaraq növbəti ayın əvvəlində ümumilikdə aldığı 100.000 ABŞ dollarına görə 10.000 AZN gəlir verəcəyini bildirmişdir. Bundan sonra, yəni Zərərçəkmiş şəxs1 50.000 ABŞ dolları aldıqdan təxminən 1 həftə sonra, yəni 2019-cu ilin sentyabr ayının təxminən 9-da o, digər dostu Zərərçəkmiş şəxs2 də, guya bir nəfər tanışının vasitəsi ilə valyuta mübadiləsi ilə məşğul olmasını, bu işdə yaxşı gəlir olmasını bildirib ondan 70.000 ABŞ dolları məbləğində pul istəmişdir. O, Zərərçəkmiş şəxs2 bildirmişdir ki, həmin pula görə hər ay ona təxminən 6.000 ABŞ dolları civarında gəlir verəcəkdir. Zərərçəkmiş şəxs2 da razılaşaraq ona 09 sentyabr 2019-cu il tarixdə Nərimanov rayonu ərazisində yerləşən «Sərin» restoranının yaxınlığında 70.000 ABŞ dolları məbləğində pul vermişdir. O, da öz növbəsində Zərərçəkmiş şəxs2 aldığı 70.000 ABŞ dollarını Rəfail Aslanova vermişdir. Lakin həmin vaxtdan sonra Rəfail Aslanov ona heç bir pul verməmişdir. Bu səbəbdən də o, Elgünə, Hüseynə, Fəridə, eləcə də Əhməd adlı şəxsə söz verdiyi aylıq gəlirləri ödəyə bilməmiş, eləcə də onlardan aldığı əsas məbləğləri qaytara bilməmişdir. Bununla bağlı aralarında narazılıqlar yaşanmağa başlamışdır. 2019-cu ilin sentyabr ayından etibarən Rəfail Aslanov ona heç bir ödəniş etmədiyi üçün o, da öz növbəsində aldığı pulları qaytara bilməmişdir. Bu səbəbdən Elgün Orucov, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun barəsində Nərimanov rayon polis idarəsinə şikayət ərizəsi ilə müraciət etmişlər. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs uşaqlıq illərindən tanıyır, qonşuluqda yaşamışlar və tanışlıqları dövründə dostluq etmişlər. Təqsirləndirilən şəxs əvvəllər «xxxx» bankında inkasator işləyirmiş. 2019-cu ilin iyul ayında Təqsirləndirilən şəxs onunla görüşərək əvvəlcə ümumi tanışları olan Elgün Orucovla birgə bizneslərinin olmasını, Çin Respublikasından Azərbaycana qadın bəzək əşyaları gətizdirib burada satmalarını, həmin işə əlavə pulların lazım olduğunu, əgər ona 50.000 ABŞ dolları məbləğində pul versə, həmin pulu E.Orucovla birgə məşğul olduqları biznesə yatırıb ona hər ay 5.000 manat gəlir verəcəyini bildirmiş, lakin bu barədə E.Orucova bildirməməyini xahiş etmişdir. O, Təqsirləndirilən şəxs nə üçün bu barədə Elgünə bildirmək istəməməsinin səbəbini soruşduqda isə ona demişdir ki, guya Elgün Orucov onların birgə ticarətlərinin olmasından və həmin ticarətdən əldə etdikləri gəlirlərdən başqa şəxslərin məlumatlı olmasını istəmir. O, da Təqsirləndirilən şəxsla dost olduqları üçün onun sözlərinə inanaraq 2019-cu ilin iyul ayında yaşadığı binanın qarşısında Təqsirləndirilən şəxs 50.000 ABŞ dolları məbləğində pul vermişdir. Təqsirləndirilən şəxs 2 ay ərzində vəd etdiyi kimi ona, hər ay 5.000 manat olmaqla ümumi 10.000 manat gəlir adı ilə pullar vermişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, artıq o, Elgün Orucovla iş birliyinə son qoymuşdur və Adil adlı bir şəxsin vasitəsi ilə xarici ölkələrdən Azərbaycana qeyri-qanuni pul köçürülməsi işinə baxır, ondan aldığı pulları da həmin işə yatırmışdır və həmin işlə əlaqədar yaxşı gəlir əldə etmək üçün təcili olaraq əlavə 50.000 ABŞ dolları pul lazımdır. O, Təqsirləndirilən şəxs ilk dəfə ondan aldığı pulun qazancını vaxtı-vaxtında verməsini gördüyü üçün yenə də onun sözlərinə inanaraq idarə etdiyi avtomobili lombarda girov qoymuş və 2019-cu ilin sentyabr ayında Təqsirləndirilən şəxs əlavə 50.000 ABŞ dolları pul vermişdir. Lakin həmin vaxtdan sonra Təqsirləndirilən şəxs ona heç bir gəlir verməmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ümumiyyətlə heç bir vaxt Elgün Orucovla heç bir şərikli biznesi olmayıb. Artıq bu zaman ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ondan pul alarkən qəsdən bu barədə E.Orucovla danışmamağını istəmişdir. Bundan başqa ona məlum olmuşdur ki, əksinə Təqsirləndirilən şəxs Elgün Orucovdan da külli miqdarda pullar alaraq guya pul köçürmə işinə yatırmasını bildirmiş və onun pullarını da qaytarmamışdır. Bütün bunlardan xəbər tutandan sonra o, Təqsirləndirilən şəxsla görüşərək ondan aldığı 100.000 ABŞ dollarını geri qaytarmasını tələb etməyə başlamışdır. Həmin ərəfədə Təqsirləndirilən şəxs etiraf etmişdir ki, onun həqiqətən də ümumiyyətlə heç bir biznesi və ya xaricdən Azərbaycana pul köçürmə işi olmamış, müxtəlif şəxslərdən pullar alaraq şəxsi ehtiyaclarına sərf etmiş, aldığı pulların kiçik bir hissələrini isə pul sahiblərinə qazanc adı ilə geri qaytarmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs uşaqlıq illərindən tanıyır. Uzun illərdir ki, dostluq münasibətləri vardır. O, Elgün Orucov, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs yaxın dostlar kimi tez-tez görüşürmüşlər. Təxminən son iki il ərzində o, Təqsirləndirilən şəxs bahalı həyat tərzi keçirməsini, bahalı geyimlər geyinməsini, bahalı restoranlara gedibgəlməsini görmüş, lakin etika xətrinə heç vaxt ondan nə işlə məşğul olduğunu soruşmamışdır. 2019-cu ilin avqust ayının sonlarından etibarən Təqsirləndirilən şəxs özü tez-tez onunla əlaqə saxlayaraq X3 ilə iş birliyinin olmasını, Amerikada dostlarının yaşamasını, həmin dostlarının vasitəsi ilə Amerikadan Azərbaycana qeyri-rəsmi yolla pul köçürülməsi işi ilə məşğul olmasını, həmin işdən yaxşı gəlir əldə etməsini bildirmişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs ona bildirmişdir ki, 10 gündən sonra X1 Azərbaycana 10 nəfər UFC idmançıları gələcəkdir, hər bir idmançının üzərində 10.000 ABŞ dolları pul olacaqdır, həmin pul Amerikada iş birliyi olan şəxslər tərəfindən ona göndərilən pullardır, bu köçürməni həyata keçirmək üçün ona təcili 80.000 ABŞ dolları pul lazımdır, əgər həmin pulu tapıb ona versə, 10 gündən sonra onun pulunu qaytaracaqdır, əlavə olaraq ona da müəyyən məbləğdə gəlir verəcəkdir. Təqsirləndirilən şəxs ona konkret olaraq nə qədər gəlir verəcəyini bildirməmişdir. O, özü də Təqsirləndirilən şəxs dediklərinin yalan olmasına şübhə etməmiş, onun yaxşı pullar qazanmasını düşünmüş, buna görə arxayın şəkildə pul vermək qərarına gəlmiş, lakin 80.000 ABŞ dolları pulunun olmadığını, 70.000 ABŞ dolları pul verə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs da onunla razılaşaraq bildirmişdir ki, 10 gündən sonra ondan aldığı 70.000 ABŞ dolları pulu müəyyən məbləğdə xeyirlə geri qaytaracaqdır. Beləliklə o, Təqsirləndirilən şəxs hər dəfə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən «Sərin» restoranının yaxınlığında, 09 sentyabr 2019-cu il tarixdə 50.000 ABŞ dolları və 10 sentyabr 2019-cu il tarixdə 20.000 ABŞ dolları olmaqla 70.000 ABŞ dolları məbləğində pul vermişdir. 10 gündən sonra, yəni 20 sentyabr 2019-cu il tarixdə o, Təqsirləndirilən şəxs zəng edərək pulunu nə vaxt qaytaracağını soruşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək onun pulunu 2 gündən sonra verəcəyini bildirmişdir. Lakin 2 gündən sonra Təqsirləndirilən şəxs onunla görüşərək demişdir ki, pulunu qaytara bilməsi üçün ona təcili olaraq əlavə 30.000 ABŞ dolları pul lazımdır. O, isə Təqsirləndirilən şəxs bildirmişdir ki, ona əlavə pul verməyə imkanı yoxdur. Bundan sonra Təqsirləndirilən şəxs çıxıb getmiş və bir daha ona heç bir məbləğdə pul qaytarmamışdır. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs heç bir pul köçürmə işi ilə məşğul olmayıb, ondan başqa digər dostları Elgün Orucovu və Zərərçəkmiş şəxs1 da aldadaraq müxtəlif məbləğlərdə pulları alıb ələ keçirmişdir. Həmin vaxtdan sonra Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr gətirərək ondan aldığı pulları yaxın günlərdə qaytaracağını vəd etməyə başlamış, lakin heç bir vaxt dediyi tarixlərdə ona hər hansı bir məbləğdə pul qaytarmamışdır. Nəhayət o, Təqsirləndirilən şəxs yalan danışmasını və hər hansı bir məbləğdə pul qaytarmaq niyyətində olmamasını başa düşərək Nərimanov rayon polis idarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qaynıdır. Belə ki, o, Təqsirləndirilən şəxs qardaşı X5 həyat yoldaşıdır və onlar birlikdə ünvan 5 ünvanda o, həyat yoldaşı Elvin Həsənov, 2 azyaşlı övladları, qaynatası Əvəz Həsənov, qaynanası Səyalı Həsənova, digər qaynı Şahid2, sonuncunun yoldaşı Ramilə Həsənova və onun 4 övladı ilə birlikdə yaşayırlar. Təqsirləndirilən şəxs da həbs olunana kimi onlarla bir ünvanda yaşamışdır. Onlar eyni ünvanda yaşasalar da ailənin digər üzvləri ilə elə də yaxın münasibətləri olmamışdır. Təqsirləndirilən şəxs əvvəllər «xxxx» ASC-də hanısa işdə işləmiş, lakin onun konkret olaraq hansı vəzifədə işləməsini bilməmişdir. Ümumiyyətlə Təqsirləndirilən şəxs işi və ya şəxsi həyatı barədə ailə üzvləri arasında danışmağı xoşlamamış və ona işi barədə suallar verilərkən hər şeyin yaxşı olacağını bildirib mövzunu dəyişmişdir. Təxminən 2018-ci ilin əvvəllərində Təqsirləndirilən şəxs onlara, işlədiyi bankdan ayrılmasını, özünə başqa bir iş qurmasını və biznes sahəsində çalışmağa başlamasını bildirmişdir. Lakin bundan sonra da onlar Təqsirləndirilən şəxs konkret olaraq nə işlə məşğul olduğunu bilməmişlər. 2018-ci ilin əvvəllərində Təqsirləndirilən şəxs qəflətən «Mercedes» markalı avtomobil idarə etməyə başlamışdır. Təqsirləndirilən şəxs əvvəlcə həmin avtomobilin hansısa dostuna məxsus olduğunu, daha sonra həmin dostu tərəfindən ona hədiyyə olunmasını, bir müddət sonra isə avtomobili kreditə aldığını bildirmişdir. Bankdakı işindən çıxmasını bildirdikdən sonra Təqsirləndirilən şəxs demək olar ki, nahar vaxtına kimi evdə yatmış, nahardan sonra isə evdən çıxaraq işə getmişdir. Bütün bu müddət ərzində Təqsirləndirilən şəxs normal həyat tərzi keçirmiş, geyiminə fikir vermiş, hərdən xarici ölkələrə səyahətə getmişdir. 2019-cu ilin sentyabr ayının sonlarında xəstəxanadan onların evinə zəng olunmuş və Təqsirləndirilən şəxs zəhərlənməsi bildirilmişdir. Bununla bağlı onlar dərhal həmin xəstəxanaya getmişlər. Orada Təqsirləndirilən şəxs sirkə içərək zəhərlənməsi müəyyən edilmişdir. Sonrakı müddət ərzində onlar dəfələrlə Təqsirləndirilən şəxs bunun səbəbini, nə üçün intihar etməyə cəhd etməsini soruşsalar da, konkret olaraq bir cavab almamışlar. Təqsirləndirilən şəxs onlara, sadəcə problemlərinin olduğunu demişdir. Artıq 2019-cu ilin oktyabr ayının əvvəllərindən etibarən yaşadıqları evə müxtəlif şəxslər gələrək Təqsirləndirilən şəxs onlardan külli miqdarda pullar almasını və onları aldatmasını bildirməyə başlamışlar. Həmin ərəfədə yaşadığı evə Əhməd, Elgün, Hüseyn adlı şəxslər və sonuncuların ailə üzvləri tez-tez gələrək hay-küy salmışlar, Təqsirləndirilən şəxsla mübahisə etmişlər, aldığı pulların qaytarılmasını tələb etmişlər. Dəfələrlə Təqsirləndirilən şəxsla bu mövzuda söhbətlər etməyə çalışsalar da Təqsirləndirilən şəxs hər dəfə qeyri-müəyyən cavablar vermişdir. Belə ki, Təqsirləndirilən şəxs onlara, həqiqətən də yaşadıqları evə gələn şəxslərdən külli miqdarla pullar aldığını etiraf etmiş, bununla yanaşı guya həmin pulları hansısa işə yatırmasını, hansısa şəxslərə verməsini, həmin şəxslərin yaxın günlərdə bütün pulları qaytaracaqlarını və söz-söhbətlərin bitəcəyini demişdir. 2019-cu ilin noyabr-dekabr aylarında Təqsirləndirilən şəxs bütün ailə üzvlərinin razılığı ilə yaşadıqları evi Əhməd Həsənova olan borcunun bir hissəsinin qarşılığında alqı-satqı yolu ilə Əhmədin hansısa tanışının adına keçirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onlara, ən geci 6 ay ərzində bütün pulları geri alıb qaytaracağını və mənzilin də yenidən onlara qaytarılacağını bildirmişdir. Daha sonra onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs pul aldığı şəxslərin bir qismi Nərimanov rayon polis idarəsinə şikayət ediblər. Araşdırma aparıldığı dövrün sonlarında Təqsirləndirilən şəxs onlara, aldığı pulları əvvəllər iş yoldaşı olmuş Rəfail adlı şəxsə verməsini bildirmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs, nə üçün bu vaxta kimi bu faktı hamıdan gizlətməsinin səbəbini soruşduqda Ramin ona, guya Rəfail adlı şəxsin heç nəyi boynuna almayacağını bildiyi üçün belə etməsini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2007-ci ildən tanıyır, aralarında dostluq münasibətləri olmuşdur. O, 2013-cü ildən 2017-ci ilədək əvvəllər «xxxx» ASC adlanan, sonradan isə «xxxx» kredit olmayan bank təşkilatına çevrilən bankda işləmişdir. Təxminən 2013-cü ildə o, «xxxx» ASC-nin Xəzinədarlıq şöbəsinin direktoru olduğu ərəfədə Təqsirləndirilən şəxs həmin banka inkasator işinə təyin etmişdir. Sonradan, yəni təxminən 2016-cı ildə o, «xxxx» ASCnin Nərimanov filialına direktor təyin olunmuş, Təqsirləndirilən şəxs isə bankın baş ofisində işləməyə davam etmişdir. 2017-ci ildə o, «xxxx»-un Nərimanov filialından çıxaraq başqa işlə məşğul olmağa başlamışdır. 2019-cu ilin əvvəllərində Təqsirləndirilən şəxs da «xxxx»dan işdən çıxmışdır. O, Elgün Orucovu, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 da tanıyır. Onlar hamısı birlikdə dostluq-yoldaşlıq etmişlər və demək olar ki, hər gün işdən sonra birlikdə görüşərək vaxt keçirmişlər. Təqsirləndirilən şəxs son zamanlar ona, Elgün Orucovla iş birliyinin olduğunu, guya Elgündən nisyə mallar alaraq öz əlaqələri vasitəsi ilə satıb əlavə gəlir əldə etməsini bildirmişdir. Təqsirləndirilən şəxs harada işləməsi və nə qədər gəlir əldə etməsi onun üçün maraqlı olmadığı üçün bu barədə Elgün Orucovla söhbət etməmişdir. O, 2017-ci ilin aprel ayında, «xxxx» ASC-dən işdən çıxdıqdan sonra Lombard işlətməyə başlamışdır. 2018-ci ilin təxminən aprel ayında Təqsirləndirilən şəxs ona müraciət edərək, özü üçün 15.000 ABŞ dolları dəyərində «Mercedes» markalı avtomobil almaq istəməsini bildirmiş, həmin pulun 5.000 ABŞ dollarını özü ödəmiş, qalan 10.000 ABŞ dollarını isə avtomobili lombarda girov qoyaraq onun işlətdiyi lombarddan götürmüşdür. Sonrakı müddət ərzində Təqsirləndirilən şəxs vaxtı-vaxtında avtomobilə görə götürdüyü pulun aylıq faizlərini ödəmiş, heç bir vaxt gecikrmə etməmişdir. Bundan başqa 2019-cu ilin sentyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs ona zəng edərək, ümumi tanışları olan Zərərçəkmiş şəxs1 təcili pul lazım olmasını, Hüseynin ailə məsələləri ilə bağlı özünə məxsus olan, 2017-ci il istehsallı, «Mercedes E class» markalı avtomobili onun işlətdiyi lombarda girov qoyub pul götürmək istəməsini bildirmişdir. Həmin gün Ramin və Hüseyn birlikdə onun işlətdiyi lombarda gəlmişlər, Hüseyn öz avtomobilini girov qoyaraq 50.000 manat pul götürmüş və onlar çıxıb getmişlər. Həmin ayın sonlarında o, Təqsirləndirilən şəxs sirkə içərək intihara cəhd etməsini və xəstəxanaya düşməsini eşitmişdir. Bunun səbəbi ilə maraqlanarkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs öz ətrafında olan dostlarından, yəni Elgün Orucovdan, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 külli miqdarda pullar alaraq hansısa valyuta işinə sərf etməklə onlara gəlir verəcəyini vəd etmiş, lakin nəticədə onları aldatmış və əməllərinin üstü açılanda intihar etmək qərarına gəlmişdir. O, Təqsirləndirilən şəxs intihara cəhd edənə qədər ümumiyyətlə hər gün birlikdə olduqları dostlarının, yəni Elgünün, Hüseynin və ya digərlərinin Təqsirləndirilən şəxs pullar vermələrini bilməmişdir. Raminin konkret olaraq kimlərdən, nə qədər məbləğlərdə pullar almasını bilmir. Heç bir vaxt Təqsirləndirilən şəxs hər hansı bir şəxsə külli miqdarda pul verməsini görməmiş və eşitməmişdir. Rəfail Aslanov uzun illərdir ki, əvvəllər «xxxx» ASC-də, daha sonra isə «xxxx» ASC-də işləmişdir. Ramin və Rəfail birlikdə xeyli müddət işləyiblər, aralarında normal münasibətlər olmuşdur. Lakin onların arasında hər hansı bir vaxt hər hansı bir pul alış-verişi barədə söhbətlərinin olduğunu eşitməmiş və görməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı özünü təqsirli bilsə də, ifadələrində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 aldığı pulları gəlir əldə etmək üçün tanışı Rəfail Aslanova verməsi, sonuncunun həmin pulları qaytarmadığına görə zərərçəkmiş şəxslərdən aldığı pulları geri qaytara bilməməsi barədə göstərdiyi xüsusatlar özünümüdafiə xarakterli olmaqla cinayət məsuliyyətindən yayınmaq və ya məsuliyyətinin yüngülləşdirilməsi məqsədini daşıyır. Belə ki, aparılmış istintaq zamanı X8 Aslanova arasında gəlir əldə etmək məqsədilə hər-hansı razılığın və işbirliyinin olması, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 aldığı pulları Rəfail Aslanova verməsi faktı aşkar edilməmiş və sonuncunun əməllərində hər-hansı cinayət tərkibi müəyyən olunmadığından 15 fevral tarixli qərarla barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinəəsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq çəkməsini, vurduğu maddi ziandan 15.000 manatını ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 14 dekabr 2020-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada vəəvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Zərər çəkmiş şəxslər məhkəmə çıxışları zamanı onlara dəymiş maddi ziyanın ödənilməsini Təqsirləndirilən şəxs tələb etsələr də, bununla bağlı qanunla müəyyən edilmiş qaydada nə ibtidai istintaq zamanı, nə də məhkəmədə mülki iddia ərizəsi təqdim etməmişlər. Bu səbəbdən zərər çəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən, şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 14 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğzlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqları izah edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-843/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-843/2021
05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver