Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-843/2022 12.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Salmanov Rahib Vaqif oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məsləhətçi Qafarova Turan Zakir qızının katibliyi ilə, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X1, müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1972-ci ildə Sabirabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu ödənilməmiş, Sabirabad şəhəri, M.Hümbətov küçəsi, ev 12-də qeydiyyatda olub, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 196, bina 52, mənzil 14-də yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və külli miqdarda narkotik vasitəni əldə edib satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan adını bilmədiyi, üzünü görmədiyi şəxslə əlbir olub cinayət əlaqəsinə girərək 11 noyabr 2021-ci il tarixdə axşam saatlarında şəhərdə quraşdırılmış mobil telefon danışığı əsasında əvvəldən aralarında olan razılaşmaya əsasən həmin şəxsin kart hesabına 400 (dörd yüz) manat pul ödədikdən sonra sonuncu tərəfindən ağacın dibində gizlədilmiş külli miqdarda 14,855 qram çəkidə psixotrop maddə metamfetamini və külli miqdarda 15,813 qram çəkidə narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, həmin gün saat 23:00 radələrində Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 196 ünvanında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 52 ünvanda yerləşən Binəqədi RPİ-nin 5-ci PB-nin inzibati binasına aparılmış və orada 12 noyabr 2021-ci il tarixdə saat 00:40-da üzərinə baxış keçirilən zamanı əynindəki qara rəngli qış gödəkçəsinin sol içəri cibindən 1 ədəd üzərində narkotik vasitə heroinə məxsus izlər olan «CAS CUX 420» markalı elektron tərəzi, əynindəki tünd göy rəngli boz zolaqlı idman gödəkçəsinin sol yan cibində olan siqaret paketinin içərisindən 4 ədəd şəffaf və 2 ədəd sarı rəngli sellofan paketə bükülmüş bükümlər, onlardan 2 ədəd şəffaf rəngdə və 1 ədəd sarı rəngdə paketlərin içərisində hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 3,890, 0,140 və 10,825 qram olmaqla, ümumilikdə təmiz çəkisi 14,855 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli külli miqdarda psixotrop maddə metamfetamin və 2 ədəd şəffaf rəngdə və 1 ədəd sarı rəngdə olan paketlərinin içərisində hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,056, 4,690 və 11,067 qram olmaqla, ümumilikdə təmiz çəkisi 15,813 qram olan qəhvəyi rəngli maddələr, kustar üsulla hazırlanmış eyni tərkibli külli miqdarda narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, uzun müddətdir heroin və metamfetamindən istifadə edir. Narkotik vasitələri qiyabi olaraq tanıdığı, lakin, üzünü görmədiyi şəxslə əlaqə saxlayaraq alır. 11 noyabr 2021-ci il tarixdə axşam saatlarında sonuncu ilə şəhərdə quraşdırılmış stasionar telefon aparatı vasitəsilə əlaqə saxlayıb, ondan narkotik vasitəsi olub-olmadığını soruşmuşdur. Həmin şəxs narkotik vasitəsinin olduğunu bildirmişdir. Bundan sonra xatırlamadığı bank kartının hesab nömrəsinə «Milliön» ödəniş terminalı vasitəsilə ilə 400 manat pul köçürmüşdür. Daha sonra həmin şəxslə yenidən şəhərdə quraşdırılmış stasionar telefon vasitəsilə əlaqə saxlamış, narkotik vasitəni əvvəldən izah edilmiş onun yaşadığı binanın yaxınlığında olan ən hündür küknar ağacının dibinə qoyduğunu öyrənmişdir. Həmin yerə gedib narkotik vasitələri götürüb cibinə qoymuşdur. Bir qədər sonra Binəqədi rayonu Azadlıq prospekti 196 ünvanda hərəkət edərkən polis əməkdaşları tərəfindən saxlanılıb Binəqədi RPİ-nin 5-ci PB-nə gətirilmişdir. Orada xidməti otaqların birində videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman əynindəki qara rəngli qış gödəkçəsinin sol iç cibindən bir ədəd elektron tərəzi, tünd göy rəngli boz zolaqlı idman gödəkçəsinin sol yan cibindən dörd ədəd şəffaf sellofan paketə bükülmüş, iki ədəd isə sarı rəngli sellofan paketə bükülmüş bükümlər aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı həmin bükümlərin içərisində psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olduğunu, onları şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Daha sonra aşkar olunmuş elektron tərəzi və bükümlər zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. O, zərfin üzərini imzalamışdır. Sonda tədbirin nəticələrinə dair protokol tərtib edilmiş və bütün iştirakçılar kimi o da protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Narkotik vasitə alarkən mobil telefondan istifadə etməmişdir. Heroin və metamfetamini şəxsi istifadəsi üçün əldə etmişdir. Ona verilən ittihamla razı deyildir. Heç kəslə qabaqcadan əlbir olmamış və narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Binəqədi RPİ 5ci PB-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır. 11 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirdiyi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatı yoxlamaq üçün əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş, onun və bölmənin baş əməliyyat müvəkkili Şahid2 ibarət olmaqla əməliyyat qrupu təşkil olunmuşdur. Həmin gün Təqsirləndirilən şəxs olduğu ehtimal edilən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 196 ünvanına getmişlər. Saat 23:00-da Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq 5-ci PB-nə gətirilmişdir. Bölmədə xidməti otaqların birində videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Onun təklifi ilə Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin sol iç cibindən bir ədəd qara rəngli elektron tərəzini, göy rəngli boz zolaqlı idman gödəkçəsinin sol yan cibindən qızılı rəngli siqaret paketinin içərisində olan dörd ədəd şəffaf rəngli sellofan paketə bükülmüş və iki ədəd sarı rəngli sellofan paketə bükülmüş bükümləri çıxardaraq masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərin içində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmiş, onları şəxsi istifadəsi üçün 400 manata aldığını, elektron tərəzini isə narkotik vasitələri qəbul etməzdən əvvəl ölçmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar edilmiş bükülülərin içərisində olan narkotik vasitələrə bənzər maddələr çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri imzalanaraq möhürlənmişdir. Sonda tədbirin nəticəsi barədə protokol tərtib edilmiş və bütün iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. İşin 42-49-cu vərəqlərindəki məhkəmə-kimyəvi ekspertizanın 12 noyabr 2021-ci il tarixli, 6/5008 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs...» sözləri yazılmış 1 №-li zərfi açdıqda içərisində üç ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 3,890 qr., 0,140 qr., 10,825 qr., ümumi təmiz çəkisi 14,855 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir, üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,056 qr., 4,690 qr., 11,067 qr,, ümumi təmiz çəkisi 15,813 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. İşin 141-142-ci vərəqlərindəki məhkəmə-narkoloji ekspertizanın 27 dekabr 2021-ci il tarixli 5308 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 174-176-cı vərəqlərindəki məhkəmə-psixiatrik ekspertizasının 14 fevral 2022-ci il tarixli 367 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 36-38-ci vərəqlərindəki «şəxsi axtarış və götürmə aparılması haqqında» 12 noyabr 2021ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədlərini könüllü surətdə verməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibində olan 1 ədəd elektron tərəzini və əynində olan tünd göy rəngli, boz zolaqlı idman gödəkçəsinin sol yan cibindən qızılı rəngli siqaret paketinin içərisində olan 4 ədəd şəffaf rəngli selofan paketə bükülmüş və 2 ədəd sarı rəngli sellofon paketə bükülmüş bükümləri çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmadığı soruşulduqda, sonuncu üzərində hər hansı bir əşyanın olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, ilk öncə onun geyindiyi paltarların ciblərinə baxılmış, lakin, hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyaların bir-bir adlarını deməklə təqdim etməsi təklif olunmuş, o, bir ədəd elektron tərəzini şəxsi istifadəsi üçün narkotik vasitələri qəbul etməzdən əvvəl ölçmək üçün üzərində gəzdirdiyini, 2 ədəd şəffaf rəngli selofan paketdə və 1 ədəd sarı rəngdə selofan paketdə olan maddələrin «heroin» olduğunu, 2 ədəd şəffaf rəngdə 1 ədəd sarı rəngdə olan paketlərin içərsində olan vasitənin el arasında «şüşə» deyilən narkotik vasitə olduğunu bildirmiş, ondan həmin bükülüləri haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edildikdə, narkotik vasitə istifadə etdiyini, həmin bükümləri 11 noyabr 2021-ci il tarixdə axşam saatlarında keçmiş tanışı, lakin, adını bilmədiyi üzünü görmədiyi şəxslə telefon danşıqları əsasında onun kodunu xatırlamadığı kartına 400 manat ödəniş etdikdən sonra yaşadığı binanın yaxınlığında olan ağacların dibindən şəxsi istifadəsi üçün götürərək üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra həmin bükülülərin içərisində olan narkotik vasitəyə bənzər maddələrin çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağının və möhürlənərək götürüləcəyinin bildirilmiş, əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş, həmin zərfin içərisinin boş olduğunu, bundan sonra içərisində narkotik vasitələr olan bükülülərin zərfə qoyularaq zərfin ağzının Binəqədi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş 174 nömrəli möhürü ilə möhürləndiyinin və zərfin üzərinin hər bir iştirakçı tərəfindən imzalandığının səsli görüntüləri müəyyən olunmuşdur. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət, əlavə daxil olmamış və vəsatət qaldırılmamışdır. İşin 177-185-ci vərəqlərindəki sübutların qiymətləndirilməsi haqqında 26 fevral 2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 15,813 qram narkotik vasitə heroin və 14,855 qram psixotrop maddə metamfetamin və onun üzərinə şəxsi axtarış zamanı aparılmış videoçəkilişin görüntüləri olan bir ədəd CD disk maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatlarından sonra qalıq 15,753 qram heroin və 14,795 qram metamfetamin saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş, bir ədəd disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 124-127, 133-139-cu vərəqlərindəki Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamə və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Qaradağ rayon məhkəməsinin 22 fevral 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Əzizbəyov rayon məhkəməsinin 30 avqust 2005-ci il tarixli qərarı ilə 19 sentyabr 2005-ci il tarixdə vaxtından əvvəl şərti azad edilmişdir. Bundan başqa o, Sabirabad rayon məhkəməsinin 13 mart 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin 11 avqust 2011-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. Bundan başqa o, Sabirabad rayon məhkəməsinin 24 avqust 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 7 may 2013-cü il tarixli Aministiya Qərarının qərarının 2.5-ci bəndinə əsasən 15 iyul 2013-cü il tarixdə cəzadan azad edilmişdir. Bundan başqa o, Nəsimi rayon məhkəməsinin 12 oktyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin 21 oktyabr 2016-cı il tarixli qərarı ilə 1 (bir) ay 7 (yeddi) gün vaxtından əvvəl şərti azad edilmiş, 28 noyabr 2016cı il tarixdə cəza müddəti başa çatmışdır. Bundan başqa o, Nəsimi rayon məhkəməsinin 11 fevral 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin 25 mart 2020-ci il tarixli qərarı ilə 2 (iki) ay 12 (on iki) gün vaxtından əvvəl şərti azad edilmiş, 5 iyun 2020-cı il tarixdə cəza müddəti başa çatmışdır. İşin 31-ci vərəqindəki 12 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 noyabr 2021-ci il tarixdə Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə saxlanılması və daşınmasında şübhəli bilinərək saxlanılmışdır. Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 11 noyabr 2021-ci il tarixdə saat 23:00 dəqiqədən tutulmuş hesab edilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilsə də, onun ittiham olunduğu cinayəti törətməkdə təqsirli olması məhkəmə iclasında dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin faktiki halları ilə tam təsdiq olunduğundan, məhkəmə ifadəsinə tənqidi yanaşır. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs əvvəlki məhkumluqları Azərbaycan Respublikası CM-nin 83.3cü maddəsində nəzərdə tutulmuş müddətlər keçdiyindən ödənilmiş, yalnız Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 11 fevral 2019-cu il tarixli hökmü ilə olan məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.1.-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 65.2.-ci madəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməli, həmin maddələrlə ona CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 11 noyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Binəqədi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 15,813 qram narkotik vasitə heroin və 14,855 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatlarından sonra qalıq 15,753 qram və 14,795 qram hissələri hökm qanuni qüvəyə mindikdən sonra məhv edilməli, onun üzərinə 12.11.2021-ci il tarixdə şəxsi axtarış zamanı aparılmış videoçəkilişin görüntüləri olan bir ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 81 (səksən bir) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 11 noyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Binəqədi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 15,813 qram narkotik vasitə heroin və 14,855 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatlarından sonra qalıq 15,753 qram və 14,795 qram hissələri hökm qanuni qüvəyə mindikdən sonra məhv edilsin, onun üzərinə 12.11.2021-ci il tarixdə şəxsi axtarış zamanı aparılmış videoçəkilişin görüntüləri olan bir ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 81 (səksən bir) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-843/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-843/2022
12.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver