Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-843/2023 07.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ BAKİ AĞİR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında) Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Əliyev Samir İmamverdi oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məsləhətçi Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1982-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Cəlilabad şəhəri M.F.Axundov küçəsi, ev 48-də qeydiyyatda olub, Bakı şəhəri Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 2, mənzil 113-də yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 24 avqust 1969-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri Binqədi rayonu, Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, ev 8, mənzil 19-da qeydiyyatda olmaqla, həmin rayonun Binəqədi qəsəbəsi, 182 №-li tam orta məktəbin yanında fərdi ev 1də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq Müəyyənetdi: İttiham aktına görə Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan vaxtda və şəraitdə, naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 2,224 qram çəkidə narkotik vasitə heroini əldə edib daşımaqla üzərində və mənzilində saxlamış, 12 oktyabr 2022-ci il tarixdə saat 18:30 radələrində yaşadığı Binəqədi rayonu S.S.Axundov küçəsi 2 nömrəli binanın qarşısında 15 manat pul müqabilində həmin külli miqdarda narkotik vasitə heroinin 1,036 qram hissəsini tanışı Təqsirləndirilən şəxs2 satmış, Binəqədi Rayon Polis İdarəsinin 5-cı polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 12 oktyabr 2022-ci il tarixdə saat 21:00-da Binəqədi rayonu Azadlıq prospekti 200 ünvanında saxlanılıb üzərində şəxsi axtarış aparılarkən 1,036 qram narkotik vasitə heroin əynində olan gödəkçəsinin sol cibindən aşkar edilərək götürüldükdən sonra, 12 oktyabr 2022-ci il tarixdə saat 22.00-da o, Binəqədi rayonu S.S.Axundov küçəsi 2 nömrəli binanın qarşısında 5-cı polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Binəqədi rayonu S.S.Axundov küçəsi 6 ünvanda yerləşən 5-ci polis bölməsinə gətirilmiş, orada saat 23:10-da üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarının arxa sol cibindən ağ gümüşü rəngli kağıza bükülmüş halda 1,005 qram və 13 oktyabr 2022-ci ildə saat 00:30-da yaşadığı ünvan 2 ünvanına baxış keçirilərkən jurnal masasının altında saxladığı siqaret qutusunun torbacığına keçirilmiş bir ədəd şəffaf sellofan bükümündə 0,183 qram çəkilərdə kimyəvi komponent tərkiblərinə görə Təqsirləndirilən şəxs2 satdığı 1,036 qram narkotik vasitə heroinlə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 12 oktyabr 2022-ci il tarixdə saat 17:00 radələrində tanışı Təqsirləndirilən şəxs1 narkotik vasitə heroini 15 manata almaq barədə razılığa gələrək həmin gün saat 17:50-də ünvan 3 ünvanda fəaliyyət göstərən «Limon Market» mağazasında ödəniş terminalından bank kartına 15 manat pul keçirdikdən sonra saat 18:30 radələrində Binəqədi rayonu S.S.Axundov küçəsi 2 nömrəli binanın qarşısında Təqsirləndirilən şəxs1la görüşərək bir ədəd gümüşü fayqa kağızına bükülmüş bükümdə, şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış təmiz çəkisi 1,036 qram narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq sonuncundan əldə edib daşıyaraq saxlamış, 12 oktyabr 2022-ci il tarixdə saat 21.00-da Binəqədi Rayon Polis İdarəsinin 5-cı polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu Azadlıq prospekti 200 ünvanında saxlanılıb ünvan 4nə gətirilərək orada saat 22:40-da üzərində şəxsi axtarış aparılarkən əynində olan gödəkçəsinin sol cibindən bir ədəd gümüşü kağıza bükülmüş bükümdə 1,036 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmənin hazırlıq iclasında cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyü yoxlanılarkən Dövlət ittihamçısı vəsatət verərək ibtidai istintaq zamanı cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyinə görə məhkəmənin hazırlıq iclasında cinayət işinin baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini və Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis bölməsinin təhqiqatçıları X1, X4, Binəqədi RPİ-nin İŞ-in müstəntiqləri X2, X3, habelə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən yol verilən kobud qanun pozuntularına görə barələrində xüsusi qərar çıxarılmasını xahiş etdi. Dövlət ittihamçısı vəsatətini belə əsaslandırdı ki, cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs2 12 oktyabr 2022-ci il tarixdə saat 21:00-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs kimi saxlanılmış, onun hüquqlarını müdafiəsi üçün Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X6 dövlət hesabına müdafiəçi qismində dəvət edilmişdir. Həmin gün saat 22:15-22:30 radələrində tutma protokolu tərtib edilmiş, saat 22:40-23:00 radələrində Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış, sonuncu şəxsi axtarış zamanı və izahatında üzərindən aşkar edilmiş 1,036 qram heroini Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. Bundan sonra 13 oktyabr 2022-ci il tarixdə, saat 12:40-13:10 radələrində Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi dindirilmiş, növbəti gün 14 oktyabr 2022-ci il tarixdə, saat 10:00-da ona ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmiş, saat 10:30-11:05 radələrində təqsirləndirilən şəxs qismində dindirilmiş, saat 14:10-14:25 radələrində videoyazıya baxış keçirilmiş, saat 14:30-14:55 radələrində isə mobil telefona baxış istintaq hərəkətləri aparılmış, saat 15:00da qətimkan tədbirinin seçilməsinə dair qərar ona elan edilmişdir. Digər Təqsirləndirilən şəxs1 12 oktyabr 2022-ci il tarixdə, saat 22:00-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs kimi saxlanılmış, onun hüquqlarının müdafiəsi üçün Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X6 dövlət hesabına müdafiəçi qismində dəvət edilmişdir. Həmin gün saat 23:00-da tutma protokolu tərtib edilmiş, saat 23:10-23:35 radələrində Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış, sonuncu şəxsi axtarış zamanı və izahatında üzərindən aşkar edilmiş 1,005 qram heroini şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. İzahatda Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ondan heroin alıb-almamasına dair sual verilmişdir. Burada hər bir halda vəkil X6 faktiki olaraq müdafiə etdiyi şəxslərin qanuni mənafeləri arasında ziddiyətlərin olmasını bilmişdir. Daha sonra 13 oktyabr 2022-ci il tarixdə, saat 00:30-00:40 radələrində Təqsirləndirilən şəxs1 mənzilində axtarış aparılmış və mənzildə 0,183 qram heroin aşkar edilmiş, sonuncu saat 13:20-13:45 radələrində şübhəli şəxs qismində dindirilmiş, 14 oktyabr 2022-ci il tarixdə saat 09:25-09:50 radələrində üzərinə baxış keçirilmiş, saat 10:05-11:00 radələrində isə şübhəli şəxs qismində əlavə dindirilmişdir. Həmin gün saat 11:25-11:50 radələrində Təqsirləndirilən şəxs2 şahid qismində dindirilmiş, saat 12:20-12:40 radələrində Təqsirləndirilən şəxs1 ilə şahid Təqsirləndirilən şəxs2 üzləşdirilməsi istintaq hərəkəti keçirilmişdir. Vəkil X6 digər işdə Təqsirləndirilən şəxs2 müdafiəçisi olmuş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 heroini Təqsirləndirilən şəxs1 aldığını sonuncunun üzünə qarşı demişdir. 14 oktyabr 2022-ci il tarixdə saat 13:15-13:25 radələrində Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış, saat 15:15-də ona ittiham elan edilmiş, saat 15:25-15:49 radələrində isə təqsirləndirilən şəxs qismində dindirilmişdir. Cinayət işləri 10 yanvar 2023-cü il tarixdə bir icraatda birləşdirilmiş, bundan bir gün sonra Təqsirləndirilən şəxs2 müdafiəçisi Fuad Məmmədov cinayət işinin icraatında iştirak etməkdən kənarlaşdırılmışdır. Göründüyü kimi, hər iki cinayət işi üzrə təqsirləndirilən şəxslərin müdafiəçisi eyni vəkil - Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X6 olmuşdur. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 10:30-11:05 radələrində Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində dindirilərkən həmin tarixdə saat 10:05-11:00 radələrində Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi dindirilmişdir. Eyni vaxtda keçirilən hər iki istintaq hərəkəti protokolunda müdafiəçi Fuad Məmmədovun iştirak etməsi qeyd edilmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçi Fuad Məmmədovun iştirakı ilə izahat verərkən narkotik vasitə heroini Təqsirləndirilən şəxs1 aldığı göstərmişdir. Müdafiəçi Fuad Məmmədov qeyd edilən xüsasatı bilsə də, Azərbaycan Respublikası CPM-in 114.1.4-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 müdafiəçi qismində təqdim edilərkən özü-özünə etiraz etməli olduğu halda bunu etməmişdir. Bundan əlavə, müdafiəçi Fuad Məmmədov 12-14 oktyabr 2022-ci il tarixlərdə eyni polis bölməsində bir-birinə bağlı iki fakt üzrə təhqiqat aparılarkən, habelə eyni istintaq şöbəsində istintaq zamanı iki cinayət işi üzrə 5-10 dəqiqə vaxt fərqi ilə aparılmış istintaq hərəkətlərində iştirak etmiş, qanuni mənafeləri arasında kəskin ziddiyət olan iki şəxsə eyni vaxtda hüquqi yardım göstərmişdir. Bununla da təqsirləndirilən şəxslərin müdafiə hüquqlarının pozulmasına baxmayaraq ********* və ********* nömrəli cinayət işləri üzrə ilkin təhqiqatı aparmış Binəqədi RPİ-nin 5-ci Polis bölməsinin təhqiqatçıları X1, X4, Binəqədi RPİ-nin İŞ-nin müstəntiqləri X2 və X3 qeyd olunan təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməmiş, təqsirləndirilən şəxslərin müdafiəçisi olan Fuad Məmmədovun cinayət prosesində müdafiəçi qismində iştirakına xitam verilməsi barədə qərar qəbul etməmişlər. Cinayət işləri xx.xx.2023-cü il tarixdə birləşdirildikdən sonra X5 vəkil X9 Əsgərovun müdafiəçisi qismində işdə səlahiyyətlərinə xitam verilməsinə dair qərar qəbul etmiş, təqsirləndirilən şəxslərin eyni müdafiəçi tərəfindən hüquqlarının müdafiə olunduğu dövrdə aparılmış istintaq hərəkətlərinin yenidən aparılmasını (pozulmuş müdafiə hüquqlarının aradan qaldırılması üçün) təmin etməmişdir. Belə ki, təqsirləndirilən şəxslər cinayət işləri birləşdirilməmişdən əvvəl təqsirləndirilən şəxs qismində cəlb edilərək ittiham elan edilmiş, dindirilmiş və digər zəruri istintaq hərəkətləri aparılmışdır. Beləliklə, məhkəmənin hazırlıq iclasında cinayət işinin materialları öyrənilərkən ibtidai istintaq zamanı məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan yuxarıda sadalanan kobud pozuntulara yol verildiyi müəyyən edilmişdir. Məhkəmə vəsatətə dair tərəflərin fikirlərini dinləyib nəticəyə gəlir ki, dövlət ittihamçısının vəsatəti qismən təmin edilməli, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntulara yol verildiyi müəyyən edildiyindən cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, iş üzrə Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis bölməsinin təhqiqatçıları X1, X4, Binəqədi RPİ-nin İŞ-nin müstəntiqləri X2 və X3 tərəfindən yol verilən kobud qanun pozuntularına görə barələrində xüsusi qərar çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində müdafiəçi barəsində xüsusi qərar çıxarılması nəzərdə tutulmadığından dövlət ittihamçısının vəsatəti Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X6 barəsində xüsusi qərar çıxarılmasına dair hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəllənin 303-cü maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kobud qanun pozuntusu hesab olunur. Belə qanun pozuntusuna yol verildiyi müəyyən edildikdə məhkəmə bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aparılmış ibtidai araşdırma zamanı CPM-nin tələblərinin pozulub-pozulmaması (299.3.2-ci maddəsi), cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması (299.3.4-cü maddəsi) barədə məsələlərə baxılır. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 92.3, 92.3.11 və 92.10.3cü madələrinə əsasən təqsirləndirilən şəxslərin qanuni mənafeləri arasında ziddiyyət mövcuddursa və onlardan birinin müdafiəçisi olduqda cinayət prosesində müdafiəçinin iştirakı təmin olunmalıdır. Təqsirləndirilən şəxslərin qanuni mənafeləri arasında ziddiyyət olduqda onlardan ikisini və daha çoxunu müdafiə etmək müdafiəçiyə qadağan olunur. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə ibtidai istintaq zamanı Azərbaycan Respublikası CPM-in 92.3, 92.3.11 və 92.10.3-cü maddələrinin tələblərinə əməl edilməmiş, qanuni mənafeləri arasında ziddiyyət olan iki təqsirləndirilən şəxsə eyni vəkil müdafiəçi qismində təyin edilərək işə buraxılmış, bununla da təqsirləndirilən şəxslərin müdafiə hüququ pozulmuşdur. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X6 12 oktyabr 2022-ci il tarixdə ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs2 müdafiəçisi təyin edilmişdir. Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə izahat verərkən və şübhəli şəxs qismində dindirilərkən Namiq adlı şəxsə bir büküm narkotik vasitə heroin verdiyini bildirmişdir. 14 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində əlavə dindirilməsi zamanı sonuncuya Təqsirləndirilən şəxs2 saxlanılıb üzərində şəxsi axtarış keçirilərkən aşkar edilmiş narkotik vasitə heroini ondan pulla aldığını deməsi bildirilərək sual verilmiş, Təqsirləndirilən şəxs1 isə qeyd edilən xüsusatı təkzib etmiş, pulu Təqsirləndirilən şəxs2 borca aldığını, narkotik vasitəni isə sonuncunun ağrılarını olduğu üçün ona verdiyini bildirmişdir. Həmin gün Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmədə dindirmə istintaq hərəkəti keçirilmiş, sonuncu eyni məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs2 ifadəsini təkzib etmişdir. xx.xx.2022-ci il tarixdə, saat 10:30-11:05 radələrində Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində dindirilərkən həmin tarixdə saat 10:05-11:00 radələrində Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi dindirilmişdir. Eyni vaxtda keçirilən hər iki istintaq hərəkəti protokolunda müdafiəçi Fuad Məmmədovun iştirak etdiyi qeyd edilmişdir. 10 yanvar 2023-cü il tarixdə cinayət işləri birləşdirildikdən sonra X5 vəkil Fuad Məmmədovun cinayət işinin icraatında iştirak etməkdən kənarlaşdırılmasına dair qərar qəbul etmişdir. Bütün bu vaxt ərzində müdafiəçi qanuni mənafeləri arasında ziddiyət olan iki şəxsə eyni vaxtda hüquqi yardım göstərmiş, Azərbaycan Respublikası CPM-in 114.1.4cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 müdafiəçi qismində təqdim edilərkən özü-özünə etiraz etməli olduğu halda bunu etməmişdir. Binəqədi RPİ-nin 5-ci Polis bölməsinin təhqiqatçıları X1, X4, Binəqədi RPİ-nin İŞ-nin müstəntiqləri X2 və X3 qeyd olunan təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməmiş, təqsirləndirilən şəxslərin müdafiəçisi olan Fuad Məmmədovun cinayət prosesində müdafiəçi qismində iştirakına xitam verilməsi barədə qərar qəbul etməmişlər. X5 təqsirləndirilən şəxslərin eyni müdafiəçi tərəfindən hüquqlarının müdafiə olunduğu dövrdə aparılmış istintaq hərəkətlərinin yenidən aparılmasını (pozulmuş müdafiə hüquqlarının aradan qaldırılması üçün) təmin etməmişdir. Azərbaycan Respublikası CPM-nin 300.1.5-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-nin 303.3.1-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xilam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsas olunduğundan, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyindən, məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməklə cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyala keçirən prokurora qaytarılmalı, iş üzrə Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis bölməsinin təhqiqatçıları X1, X4, Binəqədi RPİ-nin İŞ-nin müstəntiqləri X2 və X3 tərəfindən yol verilən kobud qanun pozuntularına görə barələrində xüsusi qərar çıxarılmalıdır. Göründüyü kimi ibtidai araşdırma zamanı cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan yuxarıda sadalanan kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə CPM-nin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsinə dair qərar çıxarır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri, Təqsirləndirilən şəxs2 barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri düzgün seçilmiş, hazırki mərhələdə onların dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri 30 aprel 2023-cü il tarixədək uzadılmalı, Təqsirləndirilən şəxs2 barəsində isə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarını məhkəmədə dövlət hesabına dəvət edilmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193-cü maddəsi və Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 təqsirləndirilən şəxslərə göstərdikləri hüquqi yardıma görə ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına onların hər birinə 150 (yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat onların işlədiyi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 289, 299-300, 303.1- 303.3, 306.1 və 307.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Dövlət ittihamçısı vəsatəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi, Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair 1(101)-843/2023 saylı cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri 30 aprel 2023-cü il tarixədək uzadılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis bölməsinin təhqiqatçıları X1, X4, Binəqədi RPİ-nin İŞ-in müstəntiqləri X2 və X3 tərəfindən yol verilən kobud qanun pozuntularına görə barələrində xüsusi qərar çıxarılsın. Müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 təqsirləndirilən şəxslərə göstərdikləri hüquqi yardıma görə ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına onların hər birinə 150 (yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat onların işlədiyi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surətinin 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin.
Məhkəmə qərarları › İş №1(101)-843/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-843/2023
07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver