Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-843/2024 27.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X7 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, müdafiəçi - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə Təqsirləndirilən şəxs- xx xxxxxx 1990-cı ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Çomaxtur kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən, korpus 145-də yaşayan, barəsində Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli qərarı ilə xüsusi tibb müəssisəsinə, yəni Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirmə təhlükəsizlik tədbiri seçilmiş və halhazırda da orada saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair iş üzrə icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs əziyyət çəkdiyi “xroniki sayıqlama pozuntusu” xroniki psixi xəstəliyin təsiri altında, anlaqsız vəziyyətdə yəni, psixotik vəziyyətdə olmasına görə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadan, 10 may 2023-cü il tarixdə saat 18-19 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Füzuli küçəsi, ev 77B ünvanında bir neçə gün öncə atası Zərərçəkmiş şəxs ilə mübahisə edərək tərk edib getdiyi evə qayıdaraq sonuncunu yataq otağında yatarkən gördükdən sonra həmin evin mətbəxində istifadə olunan soyuq silah hesab edilməyən tünd- qəhvəyi rəngli qatlanmayan bıçağı sağ əlinə götürüb əlində saxlayaraq atasına yaxınlaşıb sonuncunu yuxudan oyadaraq, atasından ona nə üçün uzun illər ərzində əzab verməsini soruşaraq, onu öz qızı Bülbül Abbasova ilə ilə cinsi əlaqədə olmaqda ittiham etmiş, eləcə də Zərərçəkmiş şəxs onun əsl atası olmadığını, sonuncunun onun düşmənləri ilə yaxşı münasibət saxladığını, bir neçə gün öncə mübahisə edərkən atasına onu öldürəcəyini dediyini xatırladaraq bu məqsədlə oraya gəldiyini bildirmiş, Zərərçəkmiş şəxs bu zaman bir qədər öncə yataqdan qalxaraq oturduğu divandan durub həmin yatağın üzərinə çıxdığından o, da həmin yatağın üzərinə çıxaraq ayaq üstə Ehtibarla üzbəüz dayanmış və istintaqla həqiqətə uyğun olmadığı müəyyən edilmiş səbəbləri də əsas gətirərək uzun müddət ərzində onda yaranmış qəzəb hissinin təsiri altında son həddə çataraq qisas məqsədilə Zərərçəkmiş şəxs öldürmək məqsədilə sol əli ilə Zərərçəkmiş şəxs yaxasından tutub sağ əlindəki soyuq silah hesab edilməyən həmin bıçaqla qəsdən öldürmək məqsədilə Zərərçəkmiş şəxs döş qəfəsinin ön səthinin sol yarısında orta körpücük xətti üzrə İV-V qabırğalararası sahədən sol döş boşluğuna nüfuz edən, yumşaq toxuma və əzələləri, ağciyərin yuxarı payının divararalığı kənarını, ürək kisəsini və ürəyin sol mədəciyini zədələyən 1 (bir) ədəd, döş qəfəsinin sol-yan divarında, ön qoltuq xətti üzrə Vİ-Vİİ qabırğalararası sahədən qarın boşluğuna nüfuz edən, qarının sol ön-yan divarında böyük piyliyi zədələyən 1 (bir) ədəd, döş qəfəsinin sol-yan divarında, ön qoltuqaltı xətt üzrə sol qabırğaaltı nahiyədən peritonarxası sahəyə keçərək sol böyrəkətrafı yumşaq toxumaları zədələyin 1 (bir) ədəd, qarının sol yan divarında qabırğaaltı nahiyədəki yaradan solda yerləşməklə qarın boşluğuna nüfuz edən, yumşaq toxuma və əzələləri, qarının sol yarısında nazik bağırsaq ilgəklərini zədələyən 1 (bir) ədəd və qarının ön divarının sağ yarısında, sağ pararental xətt üzrə göbək ətrafından qarın boşluğuna nüfuz edən, dəri və dərialtı yumşaq toxumaları, periton qişasını zədələyən, daxili üzvləri zədələməyən 1 (bir) ədəd, kəskin daxili (sol plevra boşluğunda 300-400 mldək, qarın boşluğunda 500-600 ml-dək qan) və xarici qanaxmaya səbəb olmuş deşilmişkəsilmiş ölümlə bilavasitə səbəbli əlaqələri olan və dərəcəsinə görə hər biri ayrılıqda, eləcə də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik yaralar və ölümlə səbəbli əlaqələri olmayan və dərəcələri təyin edilməyən sol baldırın yuxarı 1/3-nin , səthində dəri və dərialtı yumşaq toxumaları zədələyən, xarici qanaxmaya səbəb 1 (bir) ədəd səthi kəsilmiş yara, alın nahiyəsinin mərkəzinə yaxın sol yarısının qançırı və qançır fonunda sıyrığı, sol baldırın yuxarı 1/3-nin ön səthinin sıyrığından ibarət olan xəsarətlər yetirərək, Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs barəsində təqdim edilmiş sübutlar aşağıdakı qaydada tam, hərtərəfli və obyektiv araşdırıldı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən anlaqsız vəziyyətdə törədilməsi tam təsdiq olundu. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, mərhum atası ona çox əziyyətlər vermiş, azadlıqdan məhrum edilməsinə görə peşman olsa da atasını öldürdüyü üçün peşman olmamışdır. Müəyyən müddət atasının yanında yaşamış, atasının yanında yaşamağı seçməsinin səbəbi anasının Türkiyədə olması olmamışdır. Ətrafındakılar onu dəli adı ilə dispanserə yerləşdirmiş və orada olarkən ona verilən dərmanlar psixoloji vəziyyətini pisləşdirmişdir. Atası sonuncuya yad münasibət bəsləmiş, ona camaat arasında “El oğlu”, şərəfsiz, biqeyrət tipdə ifadələr səsləndirmişdir. Atası kirayə pulunu alsa da, onu evdən qovmuş, sonuncu bundan əsəbləşərək küçədə 10 gün qalmış və atasını öldürəcəyini fikirləşmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2015-ci ildə atası Ehtibarın arvadlarından biri olan Mirxanımın qohumu Vəfa adlı adlı qadınla atasının təkidi ilə rəsmi nikaha daxil olmuş, atası əgər Vəfa ilə evlənsə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 6-cı döngədə yerləşən birlikdə yaşadıqları evi ona verəcəyini bildirmişdir. Vəfa ilə olan birgə nikahlarından Aysel və Sadiq adlı iki azyaşlı uşağı olmuş, evləndikdən təxminən bir il sonra atası həmin evi satmış və onu da ailəsi ilə birlikdə evdən qovmuş, bundan sonra onlar başqa evlərdə kirayələrdə yaşamış, həmin dövrdə Keşlə bazarında kənd toyuqları alıb satmışdır. 2018-ci ildə idmandan qayıdarkən arvadının “Whatsapp” mobil tətbiqinə baxdıqda tanımadığı bir oğlanın profilindən arvadına zəng gəldiyini görmüş, həmin şəxslə yazışmağa, onun kim olduğunu öyrənməyə başlamış, bir qədər yazışdıqdan sonra həmin şəxs onu Vəfa hesab edib “Necə oldu xəbəri oldu?, necə tutdu?, nə edirsən et nömrəni sındır” kimi SMS-lər yazmış, Vəfadan həmin şəxsin kim olduğunu soruşduqda sonuncu ona həmin şəxsi tanımadığını, onunla yazışmadığını bildirərək inkar etmiş, buna görə Vəfaya təpiklə qolunun altından bir dəfə zərbə vurmuş, daha sonra Vəfa da anası və nənəsinə məlumat vermiş, səhəri günü sonuncular onlara gəlmiş, o, da həmin gün işə getməmiş və onları gizli şəkildə həyətdə torpağı qazıb yumurta basdırdıqlarını görmüş, həmin zaman Ehtibar da orada olmuş, bundan sonra məhəllədə olan şəxslərin ona “cinsi əlaqə üçün 15 manatlıq qız tanımırsan?” suallarını verməsi, eləcə də Vəfanın tez-tez aborta getməsi, tampon etdirməsi onda Vəfanın əxlaqsızlıqla məşğul olmasına şübhələr yaratmış, Vəfanın ona həmişə qadın pampersi aldırması onda Vəfanın onu kənar şəxslərin nəznində “Petux” kimi tanınmasını istəməsini düşündürmüş, bir müddət bunlara dözüb yaşadıqdan sonra 2021-ci ildə Vəfa öz istəyi ilə uşaqları da götürüb doğulduğu Cəlilabad rayonunda valideynlərinin yanına getmişdir. Həmin vaxtdan Vəfa orada yaşayır, lakin onlar rəsmi olaraq boşanmamışlar. Atası Ehtibar rəsmi və qeyri-rəsmi olaraq ümumilikdə bildiyinə görə 7 qadınla yaşamış, anası Gülbəniz Ehtibarın ilk və rəsmi arvadı olmuş, onun anabir yalnız Elsevər adında bir qardaşı da olmuş, Ehtibarla anası uzun müddət əvvəl boşanmış, bundan sonra anası başqa kişi ilə evlənməmiş, atası isə başqa qadınlarla yaşamağa başlamış, həmin qadınlardan da övladları olmuş, atası uşaq vaxtından onunla yad insan kimi rəftar etmiş, onu döyüb söyməsə ata kimi ona qayğı göstərməmiş, atası ilə anası boşandıqdan sonra Ehtibar Elsevəri anasından alıb özü ilə saxlamağa başlamış, onu isə anasına həvalə etmiş, anası da onu yun çubuğu ilə döymüş, onunla yaxşı rəftar etməmiş, anası ilə bir neçə ay birlikdə yaşamış, həmin dövrdə o, bir dəfə xalasının anasına 15 manat qarşılığında başqa kişi ilə cinsi əlaqə təklif etdiyini eşitmiş, həm bunu, həm də anasının onunla pis danışdığını nəzərə alıb evdən piyada qaçaraq atasının yanına getmiş, evə çatan kimi atası ona soyuq münasibət göstərək minnətlə “Hə, saxlayarıqda borcumuzdu” demiş, bundan sonra o, atası ilə yaşamağa və sonuncunun yanında bazarda toyuq təmizlədib satmaqla məşğul olmağa başlamış, böyüdükcə atası ilə ara-sıra mübahisələri olmuş, bu mübahisələr əsasən Ehtibarın onu yersiz təhqir etməsi səbəbindən baş vermiş, belə ki, o, idmanla məşğul olarkən əzələli bədən quruluşu olmuş, məşqdən evə gəlib Ehtibardan necə olduğunu soruşduqda sonuncu ona “Peysər, murdar ət” demiş, buna görə aralarında sözlü mübahisələr olmuş, 2009-cu ildə Şahbuz rayonunda hərbi xidmətdə olarkən atası ona baş çəkdikdən sonra komandirləri ona “Azər bacı” deməyə və daha çox növbəyə salmağa başlamış, bu zaman atasının onu komandirlərinə petux kimi təqdim etdiyini, sonuncularla əlbir olduğunu düşünmüş, həmin vaxtı hərbi hissəyə gələn yoxlama komissiyası komandirlərə “Bundan muğayat olun, bu bizə lazımlı adamdı” deyərək gülmüş, o vaxt bunun mənasını anlamamış, əsgərlikdən qayıtdıqdan sonra yenidən atası ilə yaşamağa başlamış, əsgərlikdən gəldiyi gün isə yenə soyuq münasibətlə rastlaşmış, səhəri gün işə çıxmış, 2017-ci ildə atası evi satıb onları evdən çıxarsa da, 2019-cu ildə Ehtibarla başqa bir evdə kirayədə yaşamış, həmin dövrdə atası ilə bir evdə təxminən bir neçə ay ailəsi ilə birlikdə yaşamış, həmin il ölkənin sabiq prezidenti Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etməsinin 50 illik yubilileyi imiş və onun da Heydər Əliyevə uşaqlıqdan dərin hörməti olduğundan sonuncu ona doğma kimi gəlmiş, bu səbəbdən həmin il telefonunda zəngimselə Heydər Əliyevin nitqlərindən birini qoymuş, həmin nitqdə Heydər Əliyev ”Biz azadıq, biz müstəqilik, biz sərbəstik, biz bizim özümüz öz taleyimizin sahibiyik, mənim üçün Azərbaycan öz canımdan, öz qanımdan artıqdır, onun müstəqiliyini qorumaq onu əbədi etməkdir” sözlərini demiş, bu zəngimsel onun telefonunda təxminən 8-9 ay qalmış, lakin həm evdə atası, həm də bazarda müdir və digər şəxslər buna görə ona lağ etmiş, Ehtibar ona bu səsi telefonundan ləğv etməsini bildirmiş, buna görə onu “Peysər” sözü ilə təhqir etmiş, o, da başqa bir evdə ailəsi ilə kirayədə yaşamağa başlamış, bu dövrdə evə yad bir kişinin gəlibgetdiyindən şübhələndiyi üçün Vəfa ilə mübahisə etmiş, Vəfa da bu səbəbdən evdən gizli qaçıb getmiş, maddi durumu yaxşı olmadığı üçün kirayədə yaşadığı evi tərk edib Keşlə bazarında toyuq bazarına gedib orada icarəyə götürərək işlətdiyi mağazada 2020-ci ilin əvvəllərində yaşamağa başlamış, burada təxminən 2 ay yaşamış və günlərin birində yuxuda Heydər Əliyevi görmüş, sonuncu onu qucaqlayıb “Sən mənim hərşeyimsən, məni səni çox istəyirəm, həyat belə gəldi, mən ayrı düşdüm, sən ayrı düşdün” sözlərini demiş, yuxudan ayıldıqdan sonra özündən asılı olmadan vəhy yolu ilə sanki başqa bir insan onun dili ilə danışmağa başlamış, ona 1990-cı illəri xatırlatmış, bundan sonra sanki vəhy kimi qəlbinə Heydər Əliyevin oğlu olması hissi gəlmiş, bunu digər şəxslərə danışdıqda ona dəli demiş, 11 yaşından qıldığı namazını dəyişməsini bildirmiş, həmin şəxslərdən birinin adı Nadir olmuş, məsələdən anası xəbər tutduqda ona müalicə olunmalı olduğunu deyərək onu 2020-ci ildə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən psixiatriya xəstəxanasına yerləşdirmişlər və o, orada ilk dəfə 35 gün qalmış, bundan bir il sonra onu yenidən həmin xəstəxanaya yerləşdirmiş, bu dəfə orada 66 gün stasionar qaydada yatmış, müalicələrdən sonra özünü daha pis hiss etməyə başlamış, onu dərmanla ancaq yuxuya vermişlər, həkimlər nəticədə ona şizofren diaqnozu qoymuşlar. Həmin il anası Gülbəniz onu hətta Türkiyə Respublikasına aparmış, orada iki ay yaşamış, lakin anası ona hər gün dərman verərək yatırdığı üçün ondan uzaqlaşmağa qərar vermiş, Azərbaycana qayıtmış, anasının orada nə işlə məşğul olduğunu bilməmiş, qayıtdıqdan sonra dərmanların miqdarını yarıbayarı azaltmış, biraz özünü normal hiss etməyə başlamış, bundan sonra bəzən gözünə hündürboylu mələklər görünmüş, qulağına qəribə səslər gəlmiş, bunlardan qorxduğu üçün Qurandan müvafiq ayələri oxuyub yatmış, bəzən mələklər o, yatağında yatarkən əlini onun sinəsinə qoyurmuş və bundan sonra o, özünü yaxşı hiss edirmiş, hətta acaraq mətbəxə gedib yemək yeyirmiş. 2023-cü ildə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.ünvan 1 ünvanında atası, sonuncunun arvadı Ülviyyə və Ehtibarın Mirxanım adlı qadından olan ögey bacı Bülbül ilə birlikdə yaşamağa başlamış, Bülbül onunla iblis kimi, yəni pis davranmış, sonuncu həmişə atası ilə əlbir hərəkət etmiş, o, bu dövrdə artıq həqiqi səslə qeybi, vəyhi səsi ayıra bilmiş, atası ilə Bülbülün münasibətləri ata-qız münasibətindən fərqlənmişdir. Belə ki, o, Ehtibarla Bülbülü bir yataqda yan-yana yatdıqlarını görmüş, aralarındakı danışıqlar ata-qız danışığı kimi olmamış, onlar bir-biri ilə naz-qəmzə ilə danışmış, bunu gördükdə Bülbüldən söz almaq məqsədilə ona misallar çəkərək ata ilə qızın pis münasibətindən danışmış, bu zaman Bülbül qəribə cavab verməklə söhbətdən yayınmış, daha sonra o, Ehtibarla da bu barədə danışmış, sonuncu ona belə bir şey olmadığını deyərək boynuna heç bir şey almamış, 2023-cü ilin may ayının 04-də müdiri Gündüzlə bir qədər söhbət etdikdən sonra sonuncu ona dəli dedikdə onun da Ehtibarla əlbir olduğunu düşünmüş, bu səbəbdən Gündüzə işdən çıxacağını deyib axşam saatlarında evə getmiş, evdə atası onunla öpüşüb görüşmüş, Bülbül ilə Ehtibar onunla söhbət etməyə başlamış, o, da artıq anlamışdır ki, Gündüz onlara onun işdən çıxmasını demiş, o, X9 əlbir olduqlarını dedikdə aralarında sözlü mübahisə başlamış, Ehtibarla Bülbül ondan evi tərk edib getməsini istəmiş, sonuncular ona məhv olacağını dedikdə o, da eyni sözü, əlavə olaraq da peşiman olacaqlarını, daha sonra 10 mayda yəni Heydər Əliyevin anım günündə Ehtibara onu öldürəcəyini deyib evdən getmiş, həmin vaxtdan küçələrdə, kafelərdə qalmağa başlamış, may ayının 07-si ya da 8-i istifadəsində olan “redmi note 8” markalı mobil telefonunu pula ehtiyacı olduğu üçün “Tarqovu” adlanan yerdə, yəni Nizami küçəsində 60 manata satmış, mobil nömrəni isə sındırıb tullamışdır.Hadisənin mahiyyəti üzrə bildirmişdir ki, 10 may 2023-cü il tarixdə saat 18-19 radələrində Ehtibarın yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.ünvan 2 ünvanına Ehtibarı öldürmək məqsədi ilə getmiş, oraya gedəndə üzərində qara rəngli papaq, qara cins şalvar, idman ayaqqabısı, qısaqol qara düyməsiz köynək olmuş, üzərində başqa əşya olmamış, evin darvazası bağlı olduğundan bir qədər möhkəmdən yumruğu ilə darvazanı döymüş, lakin səslənməmiş, bununla belə qapını açan olmamış, bu səbəbdən darvazanın üzərindən həyətə tullanaraq daxil olmuş, evin giriş qapısı açıq olduğu üçün evə daxil olmuş, Ehtibarın yatdığı otağın qapısının ağzında durmuş, içəri baxdıqda Ehtibar yataqda üzü tavana vəziyyətində yatmış və astadan xoruldayırmış. Otaqdakı televizor isə açıq olmuş, kanalların birində Heydər Əliyev danışırmış, o, Ehtibarın yatdığı otağa daxil olmadan Ehtibarı öldürmək üçün evin mətbəxinə keçib oradakı mətbəx mebelinin üzərində olan padnosdan, yəni qab qacaq qoyulan yerdən qəhvəyi rəngli bıçağı əlini ataraq götürmüş, Ehtibarın yatdığı otağa daxil olub, sonuncunun başının üzərində dayanmış, əli ilə Ehtibarın sinəsinə yavaşca vurub onu oyatmış, Ehtibar gözlərini açıb əvvəlcə ona gülümsəyərək baxmış, daha sonra isə onun sağ əlindəki bıçağı görüb bir qədər qorxmuş, titrəmiş, ondan “Məni öldürməyə gəlmisən?” deyə soruşmuş, o, da öz növbəsində Ehtibara “Mənə niyə 32 il ərzində əzab, işgəncə veribsən?” deyə soruşmuş, Ehtibar ona “Sən balamsan, səni saxlamışam” deyə cavab versə də, o, Ehtibarın səmimiyyətini, yəni bu dəfə onu aldadaraq saymazyana danışıb-danışmamasını aydınlaşdırmaq üçün Ehtibardan “Heydər Əliyev varyoxumu sikəsən” deməsini istəmiş, Ehtibar da bu sözü təkrar edərək ürəklə bərkdən “Heydər Əliyev mənim var yoxumu sikəsən, Heydər Əliyevin mənim ölənlərimi, nəslimi sikəsən” demiş, atası bu sözləri bərkdən dediyi üçün sonuncunun səmimiyyətinə inanmamış, daha sonra Ehtibara “Əgər sənin balanamsa, hansı ata bıçaqlanmış övladı ilə maraqlanmaz?, övladını bıçaqlayan görüşüb öpər?, yaxud hansı ata öz oğlunu əsgərlikdə çurban kimi tanıdar” deyə soruşduqda Ehtibar cavab verə bilməmiş, sonra Ehtibara “əgər mən Heydər Əliyevin və ya İlham Əliyevin oğlu idimsə, mənə niyə bügünədək əzab verirdin?” demiş, bu zaman Ehtibar ona ondan şikayət etməyəcəyini deyib onu sakitləşdirməyə çalışmışdır. O, qeyd etmişdir ki, sözü gedən bu bıçaqlanma hadisəsi təxminən 2015-ci ildə baş vermiş, həmin vaxt Xəqani adlı şəxs onu bıçaqlamış, Ehtibar da Xəqanini haqlı saymışdır. Bu zaman Ehtibar artıq divanda, o, isə divanla üzbəüz stulda oturmuş, bıçaq da sağ əlində olmaqla bu vəziyyətdə söhbət edirmişlər. O, Ehtibara “Sən qızını sikən deyilsən?, mənə şərəfsiz deyirsən” dedikdə, Ehtibar ona “Ayıbdı, bacı, ailə sözü demə“ deyə cavab vermiş, o, beynində artıq bezdiyini, Ehtibarı öldürəcəyi barədə and içdiyini düşünməyə başlamış, Ehtibara artıq getmək istədiyini, onu öldürəcəyinə and içdiyini xatırlatmış, onu vuracağını demiş, bu zaman Ehtibar divandan qalxıb yatağın üzərinə çıxmış, o, da yatağın üzərinə çıxmış, Ehtibarla üzbəüz dayanmış, sol əli ilə Ehtibarın yaxasından tutub sağ əlindəki bıçaqla təxminən 3-4 dəfə Ehtibarın qarın nahiyəsinə zərbə endirmiş, bu anda Ehtibar ona müqavimət göstərmiş, əli ilə onun əynindəki köynəyi cırmış, lakin onu vura bilməmiş, hadisə zaman özü xəsarət almamış, vuran zaman Ehtibar “Azər, Azər, öldüm, öldüm” deyə qışqırmış, Ehtibarı bıçaqladıqdan sonra geri çəkilmiş, televizorun səsini artırmış, bunu Ehtibardan bir növ qisas almaq məqsədilə, yəni bayram qeyd edirmiş kimi etmiş, başqa bir niyyəti olmamış, həmin zaman televizorda Heydər Əliyev danışmırmış, mahnı səslənirmiş, o, Ehtibarı bıçaqlayıb geri çəkilən kimi sonuncu özü döşəməyə yıxılmış, bir ayağı da yatağın üzərində qalmış, sonuncunu buradan söymüş, əlindəki bıçağı həmin otaqdakı masanın üzərinə qoymuş, həmin bıçaq təmiz olmuş, sanki heç qana batmamış, daha sonra köynəyi cırıldığı üçün onu çıxarmış, həmin köynəyi elə həmin otaqda bir yerə atmış, əyninə başqa bir köynək geyib çıxmış, oradan Nərimanov rayonuna gedib Metropark adlanan yerə getmiş, orada namaz otağında namaz qılmış, 11 may 2023-cü il tarixdə saat 24:00 radələrində Nərimanov RPİ-nin əməkdaşları tərəfindən “50 qəpik” adlanan restoranda saxlanılmışdır. O, həmçinin bildirmişdir ki, hadisə 32 il ərzində Ehtibarın onu alçaltması, əzməsi səbəbindən baş vermiş, hadisə zamanı dəstəyi qəhvəyi rəngli olan mətbəx bıçağından istifadə etmiş, həmin bıçağı elə həmin evin mətbəxindən götürmüş, hadisədən sonra həmin bıçağı həmin otaqdakı masanın üzərinə qoymuş, Ehtibarı bıçaqladıqdan sonra bıçağın üzərində qan olmadığını görmüş, bu onun özünə də qəribə gəlmiş, hadisə zamanı onun əynində qara rəngli qısaqol köynək, qara rəngli cins şalvar, qara rəngli kepka papaq, idman ayaqqabısı, Ehtibarın əynində isə göy rəngli şalvar, boz köynək olmuş, hadisədən sonra ayağındakı corabın iyləndiyini hiss edib corabı da, Ehtibarla çəkişmə zamanı əynində cırılan qara rəngli köynəyi də çıxarıb elə həmin otağa atmış, atası ilə arasında mütəmadi olaraq münaqişə və mübahisələr olmuş, Ehtibar onu elə lap uşaqlıqdan təhqir etmiş, saymamış, sonradan anlamışdır ki, Ehtibarın ona yad münasibətinin səbəbi Ehtibarın onun əsl atası olmadığı, əsl atasının Heydər Əliyev olması olmuş, aralarındakı mübahisələrə görə 6-cı PB-də araşdırma da getmiş, hadisə zamanı Zərərçəkmiş şəxs yalnız “Azər, Azər” deyə qışqırmış, ondan aman diləməmiş, özü hadisə nəticəsində heç bir xəsarət almamış, əvvəllər həkimlər onu yoxladığı zaman ona sağlam olduğunu desələr də, anası həkimlərə pul vediyi üçün onu dəli adı ilə xəstəxanada yatırtmış, hadisə zamanı nə etdiyini başa düşürmüş, Ehtibarı onu bezdirdiyi, alçaltdığı, namusdan danışıb namussuzluq etdiyi, qızı ilə birlikdə cinsi əlaqədə olması, ona işgəncə verməsi səbəbindən öldürmüşdür və Ehtibarı öldürməyindən peşman deyil, buna görə də polisə təslim olmamışdır. O, əvvəllər spirtli içki qəbul etmiş, narkotik vasitələrdən isə 2018- 2020-ci illərdə istifadə etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, 4 il bundan öncə Azərin hərəkətlərində anormallıq hiss etmiş onu həkimə aparmışdır. Həkim Azərə müalicə yazmış, lakin Azər həmin dərmanlardan istifadə etməmişdir. Azər onu görən zaman dəmir qapıya yumruq vuraraq anasının onu öldürməyə gəldiyini bildirmişdir. Azər müalicə olunarkən dərmanlarını qəbul etməmişdir.Bu səbəbdən Azəri xəstəxanaya yerləşdirmiş, dərmanları qəbul etdikdən sonra o, normallaşmağa başlamış, ikinci dəfə də 60 gün müddətində ruhi dispanserdə müalicə almışdır. Azər dərmanları dayandırdaqdan sonra onun halı yenidən anormallaşmağa başlamış, öz beynində planlar qurmağa başlamışdır. Hadisə baş verməzdən 10 gün əvvəl Ehtibar digər oğluna Azərin ona Qələbə günü atasının öldürülməsi ilə bağlı əmr verildiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, 2023-cü ilin mart ayının sonlarında qardaşının halının dəyişdiyini hiss etməyə başlamış, Azər həmin zaman özündə olmamışdır. Azər 2 ilə yaxın dispanserdə müalicə almış, onun hərəkətləri barəsində atasına məlumat vermiş və atası ona bunun elə belə şey olduğunu bildirmişdir. 04 may 2023-cü il tarixdə qardaşı onlarla yaşamağa başlamışdır. Atası Azərə zəng edərək harada olduğunu soruşmuş Azər onlara işə girdiyini və həmin iş yerindən külli miqdarda pulun ona veriləcəyini bildirmişdir. Azər 3-4 gün evlərində qaldıqdan sonra ailəsinin onu daha görməyəciyini qeyd etmişdir. Atasının Azərə qarşı heç bir düşmənçiliyi olmamışdır. Atasına Azərin onu 9 may günü öldürmək istədiyi barədə məlumat versə də, o buna heç cür inanmamışdır. Azər onlara atasına işgəncə verərək öldürəcəyini bildirmiş, bu barədə olan səs yazılarını polis əməkdaşlarına da vermişdir. Azərdən qorxduqları üçün qohumlarının evinə yerləşmiş, 04 may tarixindən 07 may tarixinədək ailəsi ilə birlikdə xalasıgildə qalmış, lakin atası onlarla gəlməmişdir. 10 may tarixində atasından heç bir xəbər almamış, Mahuzər adlı şəxsə zəng edərək atasını görüb-görmədiyini soruşmuşdur. Mahuzər adlı şəxs atasını günortadan sonra görmədiyini, onun gəlini isə Azərin evə gəlib əynini dəyişdikdən sonra çıxıb getdiyini bildirmişdir. Mahuzər adlı şəxsdən atasına baş çəkməsini tapşırmış, qadın Ehtibarın yerdə qanlar içində olduğunu görmüşdür. Azərə qarşı şikayət və tələbi yoxdur, onun sağalmasını istəyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hadisənin birbaşa şahidi olmamış, sonralar baş verən cinayət hadisəsi haqqında məlumat almışdır. Qardaşı Naxçıvanda hərbi xidmətdə olmuş, cinayəti törədən zaman xəstə olmuşdur. Qardaşı Azərin müalicə almasını istədiyini bildirmişdir. Məhkəmə iclası zamanı elan edilərək tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məhəmməd Füzuli küçəsində oğlu Anar, gəlini arvadı və iki nəvəsi ilə birlikdə yaşayır, 3-cü mikrorayon bazarında qonşuları Zərərçəkmiş şəxs toyuq cücə mağazasında satıcı kimi işləyir, sonuncu onların təxminən 4-5 il qonşusudur, Ehtibar həmin evdə ailəsi ilə, yəni oğlu Azər, qızı Bülbül və 3-cü arvadı Ülviyyə ilə birlikdə yaşamışdır. Hadisədən təxminən 20 gün qabaq Ülviyyə Lənkəran rayonunda öd əməliyyatı olduğundan orada qalmış, Bülbül isə 3- 4 gün qabaq atası Ehtibar tərəfindən Cəlilabad rayonundakı xalasının yanına aparılmış, çünki Azər Ehtibar ilə mübahisə etdiyi üçün Ehtibar qızını qorumaq üçün sonuncunu evdən başqa yerə aparmaq qərarına gəlmiş, belə ki Ehtibar ona 3-4 gün bundan qabaq Azərin psixi xəstəlik tutduğunu və Bülbüllə onun başını kəsəcəyi hədələdiyini demiş, elə həmin vaxtdan Ehtibar oğlu ilə birlikdə ikisi yaşamağa başlamış, Təqsirləndirilən şəxs bildiyinə görə psixi xəstədir və Maştağa psixi mərkəzində stasionar qaydada yatmışdır. O, hadisənin mahiyyəti üzrə bildirmişdir ki, 10 may 2023-cü il tarixdə saat 19:20 radələrində evə gəlmiş, Bülbülə zəng edərək Ehtibarın rayondan qayıdıb-qayıtmadığını soruşmuş, Bülbüldən öyrənmişdir ki, bir gün qabaq yəni, 09 mayda Ehtibar qızına baş çəkmək üçün Cəlilabad rayonuna getmiş, səhəri günü də Bakı şəhərinə qayıtmış, Ehtibarı səhər işdə görmüş, lakin Bülbül Azərin qorxusundan Bakıya qayıtmadığını bildirmiş, adətən Ehtibar axşamadək işdə olsa da, həmin günü günorta saatlarında işdən çıxıb hara getdiyini demədən çıxıb getmiş, Bülbüldən atasının harada olduğunu soruşmuş, sonuncu da atasının harada olduğunu bilmədiyini dedikdən sonra ona atası ilə əlaqə saxlayıb sonunucunun harada olmasını öyrənib ona məlumat verəcəyini demiş, az sonra Bülbül ona geri zəng edib atasının zənglərə cavab vermədiyini bildirmiş və ondan xahiş etmişdir ki, gedib atasının evinə baxsın. O, Bülbüllə telefonda danışa-danışa Ehtibarın evinə doğru getmiş, darvazanın bağlı olmadığını, yəni kilidlənmədiyini görüb əvvəlcə həyətə, daha sonra evin giriş qapısının da açıq olduğunu görüb içəri daxil olmuş, giriş qapısından solda yerləşən yataq otağına baxmış, taxtın üzərinin səliqəsiz vəziyyətdə olduğunu, həmin taxtın yanında masanın altına tərəf Ehtibarın ağzı yer üstə yerdə uzanmış vəziyyətdə görmüş, bu zaman telefonda olan Bülbülə gördüklərini olduğu kimi demiş, Bülbül təcili tibbi yardıma zəng etməsini xahiş edib telefonu söndürmüş, o, təcili tibbi yarıma zəng edib hadisə barəsində məlumat vermiş, az sonra Bülbül ona zəng edib polisə də məlumat verdiyini demiş, həmin vaxt evdə başqa kimsə olmamış, o, yataq otağına daxil olmuş, Ehtibarı hərəkətsiz vəziyyətdə görmüş, otaqdakı televizor açıq olmuş, televizorun səsi yüksək həddə açılmış halda imiş. Zərərçəkmiş şəxs bildiyinə görə 3 qadınla nikahda olmuş, Azər də Ehtibarın birinci arvadından olan oğludur və həmin qadından Ehtibarın Elsevər adında daha bir oğlu da olmuş, Ehtibarın ikinci arvadından isə Bülbül adında bir qızı olmuş, Ehtibarın sonuncu, yəni 3-cü arvadından isə övladı olmamışdır. O, həmçinin bildirmişdir ki, hadisə günü Bülbül ilə danışdıqdan sonra kömək çağırmaq üçün küçəyə çıxmış, lakin heç kim yaxın durmamış, bununla belə çox keçmədən polis əməkdaşları hadisə yerinə gəlmişlər. Məhkəmə iclası zamanı elan edilərək tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, evlidir, bir övladı vardır, əri Elmir Məmmədov hazırda Rusiya Federasiyasında yaşayır. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məhəmməd ünvan 3 ünvanı əri X5 adınadır. Həmin evi 2010-cu ildən satın almışlar, xatırladığı qədəri ilə həmin evi hadisədən bir neçə ay qabaq, yəni bu ilin əvvəllindən Ehtibara kirayəyə vermiş, hətta aralarında kirayə müqaviləsi belə bağlayacaqlarmış, amma işlərin çoxluğundan bunu unutmuş, Ehtibar ona aylıq 180 manat məbləğində kirayə haqqı ödəmiş, sonuncu həmin evdə qızı Bülbül və arvadı Ülviyyə ilə birlikdə yaşamış, Ehtibar heç vaxt kirayə pulunu gecikdirməmiş, bütün bu dövrdə onları problemli ailə kimi tanımamış, hərdən bir gec-gec evə gedib baş çəkirmiş, Ehtibarın Azər adlı oğlunu tanımamış, bunu hətta yalnız hadisədən sonra bilmiş, hərçənd Ehtibar ona ilk arvadından iki oğlunun olduğunu desə də, onların özündən ayrı yaşadığını bildirmişdir. O, hadisənin mahiyyət üzrə bildirmişdir ki, 10 may 2023-cü il tarixdə axşam saatlarında qonşusu Aynurun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən adını bilmədiyi özünü polis əməkdaşı kimi təqdim edən bir şəxs ona hadisə barəsində məlumat vermiş, hadisə barəsində öyrəndikdən sonra həmin evə getmiş, lakin oraya çatdıqda artıq hər kəs oradan getmişdir. O, həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasındakı mübahisənin hansı səbəbdən baş verməsi barədə məlumatı yoxdur. Azərin həmin evdə yaşamasından da məlumatı olmamış, sonradan qonşulardan eşitdiyinə görə Azərin ruhi xəstə olduğunu bilmiş, eşitdiyinə görə Ehtibarı öz oğlu Azər öldürmüşdür. O, sonra hadisənin baş verdiyi evə dair sənədləri təqdim edərək hadisənin baş verdiyi evin ünvanının Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.ünvan 4dirmişdir. Məhkəmə iclası zamanı elan edilərək tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Abbasovlar ailəsini qonşuları kimi tanımış, bundan başqa, qaynanası Şahid1 həmin ailənin başçısı Zərərçəkmiş şəxsla bərabər toyuq satışı işində işləmiş, Zərərçəkmiş şəxs həmin evdə qızı Bülbül, arvadı Ülviyyə və təxminən 3 aydan artıq müddətdə oğlu Azərlə birlikdə yaşamış, nadir hallarda qonşu kimi gediş-gəlişləri olmuş, əsasən Ülviyyə və Bülbül onlara gəlmiş, Bülbül ilə tanışlığı da belə yaranmış və sonuncunun mobil nömrəsi də, “Whatsapp” mobil tətbiqin də onda olmuş, onları normal bir ailə kimi tanımış, hadisəyə qədərki dövrdə qaynanasından Zərərçəkmiş şəxs oğlu Təqsirləndirilən şəxsla mübahisə etdiyini eşitmiş, bunu Mahuzərə Zərərçəkmiş şəxs özü bildirmiş, Təqsirləndirilən şəxs Vəfa adlı qadınla evli olmuş, bildiyinə görə onlar ayrı yaşamış və birgə nikahlarından iki uşaqları da vardır. O, hadisənin mahiyyəti üzrə bildirmişdir ki, 10 may 2023-cü il tarixdə saat 18:30-19:00 radələrində yaşadıqları evdə olarkən küçədə oynayan uşaqlarına baxmaq üçün küçəyə çıxdıqda Təqsirləndirilən şəxs atasıgil ilə birlikdə yaşadıqları evin darvazasını möhkəmdən əsəbi şəkildə əli ilə döydüyünü görmüş, həmin vaxt Azərin əynində qara rəngli köynək, qara rəngli kepqa papaq və qara rəngli şalvar olmuşdur. Onların qapısı ilə Ehtibargilin qapısın arasındakı məsafə təxminən 200 metrdir. O, Azərin Ehtibarın oğlu olduğunu bildiyi üçün, eləcə də Ehtibar və qızı Bülbülün evdə olmadığı üçün Azərin darvazanı döyməsində bir qəbahət görmədiyindən uşaqlarına baxdıqdan sonra evinə keçmiş, evdə yemək hazırlamış, təxminən 30 dəqiqə sonra yenidən uşaqlarına baxmaq üçün küçəyə çıxdıqda bu dəfə Azəri düz evlərinin qarşısından keçərkən görmüş, həmin zaman Azərin əynində uzunqol zolaqlı ağ rəngli köynək, qara rəngli şalvar olmuş, lakin başında papaq olmamış, Azər yol ilə yaxınlıqda olan “Hüseyn” adlı marketə tərəf gedərkən əli ilə göyə işarə edərək özüözünə sanki nəsə deyirmiş, bundan sonra qaynanası Mahuzər İsrafilova evə gəlmiş, sonuncudan Zərərçəkmiş şəxsla birlikdə gəlib- gəlmədiyini soruşmuş, Mahuzər isə Ehtibarı günortan bəri görmədiyini, sonuncunun hara getdiyini demədən həmin gün işi yerini tərk etdiyini bildirmiş, bu səbəbdən o, həmin vaxt Cəlilabad rayonunda olan Bülbül Abbasova ilə əlaqə saxlayıb ondan atasının da Cəlilabad rayonunda olub olmadığını soruşduqda Bülbül atasının harada olduğunu bilmədiyini, atasının mobil nömrəsinə zəng çatmadığını demiş, ondan nə üçün Ehtibarın harada olmasını maraqlandığını soruşduqda, o, Bülbülə bir qədər əvvəl Azərin onların evinə gələrək darvazanın qapısını bərkdən döydüyünü, evə girib girmədiyini bilmədiyini, lakin Azərin əyinini dəyişərək geri qayıtdığını demiş, bu zaman Bülbül Mahuzərlə telefonda danışmış, Bülbül Mahuzərdən onların yaşadıqları evə gedib baxmasını istəmiş, qaynanası da gedib onların yaşadıqları evə baxmış, qaynanası getdikdən 5-10 dəqiqə sonra o, da Mahuzərin arxası ilə getmiş, sonuncunu Ehtibargilin darvazasının ağzında görmüş, həmin vaxt qaynanası mobil telefonda Bülbül ilə danışmaqdaymış, Mahuzər ona evə girib Ehtibarın yerdə uzanmış vəziyyətdə başını görüb qorxaraq küçəyə çıxdığını bildirmiş, bundan sonra Mahuzər təcili tibbi yardım xidmətinə, Bülbül də DİN-nin 102 xidmətinə zəng etmiş, az sonra hadisə yerinə polis əməkdaşları və daha təcili tibbi yardım əməkdaşları gəlmişlər. O, həmçinin bildirmişdir ki, hadisə zamanı Abbasovlar ailəsinin yaşadığı evdən mübahisə səsi eşitməmiş, lakin sonra qaynanası ona Ehtibargilin yaşadığı evdə daxil olduqda evdəki televizorun səsinin yüksək olduğunu bildirmişdir. Məhkəmə iclası zamanı elan edilərək tədqiq edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Binəqədi rayonu, 3-cü MKR ərazisində yerləşən yarmarkada Ehtibar və Mahuzər adlı qadınla birgə toyuq satışı işi ilə təxminən 5 il müddətində çalışmış, Ehtibar hər gün səhər işə gəlir, axşam saat 19-dək işləmiş, sonuncu təbiətcə sakit, mülayim, mübahisə etməyən biri olmuşdur. Ehtibar qızı Bülbül, arvadı Ülviyyə və birinci nikahından olan psixi xəstəlikdən əziyyət çəkən Azər adlı oğlu ilə birlikdə yaşamışdır. Ehtibar ona bir dəfə Azərin onun və qızının başını kəsəcəyini bildirdiyini demiş, o, da Ehtibara Azərin psixi xəstə olduğunu, ehtiyyatlı olmasını bildirirərək Azərdən kənardan yaşamaqlarını məsləhət etmiş, 2023-cü ilin may ayının 10-da səhər saatlarında Ehtibar işə gəlmiş, birlikdə biraz deyib gülmüş, Ehtibar saat 12 olmadan oradan çıxıb getmiş, adətən axşam günün hesabatını aparmaq üçün geri qayıdan Ehtibar həmin gün geri qayıtmamış, saat 16 radələrində Ehtibarla əlaqə saxlayıb məhsul gəldiyini, harada olduğunu ondan soruşduqda Ehtibar onlara işi özlərinin həll etmələrini bildirmiş, daha sonra sonuncudan xəbər çıxmamış, sonradan Mahuzər ona zəng edərək Azərin Ehtibarı öldürdüyünü bildirmişdir. Məhkəmə iclası zamanı elan edilərək tədqiq edilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun əmisiqızı Mirxanım Nəsirovanın əri olmuş, onların birgə nikahlarından Bülbül adlı bir qızları olmuş, Mirxanım Nəsirova təxminən 5-6 il bundan qabaq xərçəng xəstəliyindən vəfat etmiş, bundan sonra Ehtibar başqa qadınlarla yaşamış, Zərərçəkmiş şəxsla əvvəllər eyni bazarda birgə işləmiş, lakin bir müddət sonra Ehtibarın işlətdiyi qadınlar onun tapdığı kök toyuqları daha arıq toyuqlara dəyişərək satıb onun bazardakı etibarını azaltmağa başladıqları üçün onlardan ayrılmış, Ehtibarın ilk arvadından Elsevər və Azər adlı iki övladı olmuş, Ehtibarın onlarla münasibəti soyuq olmuş, bununla belə onlar bir müddət birlikdə də işləmişlər. Ehtibarın kiçik oğlu Təqsirləndirilən şəxs psixi problemləri olmuş, bu onda sonradan yaranmışdır. Ehtibar uşaqlarına qarşı soyuq münasibət bəsləməsinin səbəbini dəqiq, bilmir amma bildiyinə görə Ehtibar onlarından anasından da boşanmış, Təqsirləndirilən şəxs isə onun həmkəndlisi Vəfa adlı qadınla ailə qurmuş, birgə nikahlarından iki uşaqları olmuş və aralarında pozulmamış rəsmi nikah müqaviləsi olmuş, lakin Azərin psixi problemlərindən sonra Vəfa da Cəlilabada qayıtmalı olmuşdur. O, Azəri 2011-ci ildən tanıyır və həmin vaxtlarda sonuncu normal biri olmuş, atası ilə də münasibəti normal olmuşdur. Azər onunla sonuncu dəfə hadisədən təxminən bir həftə qabaq bazarda görüşmüş, həmin vaxt Azər özünü normal aparmış, törədəcəyi cinayətlə bağlı nəsə deməmiş, Azəri son 2-3 üç ay ərzində cəmi 4 dəfə görmüş, Azər ona həmişə atasının onu boğaza yığdığını demiş, sonuncudan atasının ona nə etdiyini soruşduqda Azər ona nəsə deməmiş, o, da Azərə atası ilə yaxşı keçinməsini məsləhət etmiş, Azər həmişə bazarda atasını gördükdə baxaraq “Bu oğraşa bax, vurub öldürəsən, məni boğaza yığıb” sözlərini demiş, bununla belə o, Azərdən nə üçün atasını öldürmək istəməsini soruşduqda Azər ona bunun səbəbini demirmiş. O, Azərgilə qonaq gedəndə Azər sürətlə “Quran” ayələrini bədahətədən oxuyurmuş. Azər iki dəfə psixiatriya xəstəxanasında müalicədə olmuşdur. Hadisənin mahiyyəti üzrə bildirmişdir ki, 10 may 2023-cü il tarixdə yaşadığı evdə olarkən polisdən zəng edib Azərin Ehtibarı öldürüldüyü ona bildirilmiş, gecə ilə əvvəlcə polis bölməsinə, oradan da evinə qayıtmışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. 10 may 2023-cü il tarixli qərardan görünür ki, Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsinin növbətçi hissəsindən 1965-ci il təvəllüdlü Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Binəqəi rayonu, Biləcəri qəsəbəsi, M.ünvan 5 ünvanında bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur (cild 1, iş vərəqi 1). “Hadisə yeri və meyitə baxış keçirilməsi haqqında” 10 may 2023-cü il protokol və ona əlavə edilmiş həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD disk, fotocədvəllərdən görünür ki, hadisə yeri ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evidir. Evin həyətinin darvazası dəmir materialdan olmaqla açıq-mavi rəngdədir. Darvazanın tərkib hissəsi olan həyətin giriş qapısı içəriyə doğru açılır, darvazanın üzərindən sarı rəngli qaz borusu keçir. Həyətə daxil olduqda irəlidə bir mərtəbəli yaşayış evi görünür. Həyətdə yer səthi kafellə döşənmişdir. Darvazadan sol tərəfdən bir ədəd əl damı, həmin əl damında da çemodanlar, su qızdırıcısı və digər məişət ləvazimatları vardır. Darvazadan soldakı divarda bir ədəd pəncərə, həmin pəncərənin də altında kiçik ölçülü qapısı olan zirzəmi vardır. Evin darvazası ilə üzbəüz istiqamətdə olan pəncərənin altında isə yerə yığılmış vəziyyətdə ağ rəngli qapı, onun altında isə fərqli ölçülü taxtalar, kauçuk materiallar vardır. Həmin pəncərənin sol tərəfində isə bayıra doğru açılan evin seyf qapısı vardır. Evin giriş qapısı yerdən dörd daş hündürlüyündədir və 4 pilləli pilləkən vasitəsi ilə qapıya qalxmaq olur. Evin giriş qapısının eni 82 sm, hündürlüyü 203 smdir. Giriş qapısından içəriyə daxil olan kimi saat əqrəbinin əksi istiqamətində ardıcıllıqla əvvəlcə mətbəx, yataq otağı, başqa bir yataq otağı, sanitar qovşaq və 3-cü yataq otağı vardır. Giriş qapısının sağ dibində ayaqqabı rəfi, rəfin içərisində kişi və qadın növlü müxtəlif ayaqqabılar, dabankeş, ayaqqabı mazı və digər vasitələr vardır.Qapıdan sağ divar boyu bir qədər irəlilədikdə mətbəxə çatmamış bir masa, həmin masanın ətrafında da oturacaq hissəsi qırmızı rəngli parçadan tikilmiş stullar vardır. Buradan mətbəxə daxil olduqda mətbəxin ayrıca bir qapısının olmadığı müəyyən olundu. Mətbəxdə soyuducu, paltaryuyan, qab-qacaq, bıçaqlar, vedrə, kauçuk qablar, salfetlər, bankalar, çəngəllər və digər çoxsaylı mətbəx, məişət avadanlıqları və ləvazimatları vardır. Mətbəx masasının üzərində qab-qacaq padnosunun içərisində çoxsaylı irili xırdalı bıçaqlara rast gəlinsə də, üzərində qanabənzər ləkə və ya digər növ izlər aşkar olunmadığı üçün götürülmədi. Mətbəxdən soldakı otağa daxi olduqda səliqəsiz şəkildə biri birinin üzərinə atılmış vəziyyətdə stullar, prostinalar, balışlar, qab qacaq, qazanlar, qutular, xalça və digər çoxçeşidli və çoxsaylı məişət ev əşyaları dağınıq vəziyyətdə müşahidə edildi və iş üçün əhəmiyyət kəsb edən hər hansı hala rastlanmadı. Daha sonra həmin otağın solundakı digər yataq otağına daxıl olduq. Otağa daxil olan kimi solda bir ədəd tək nəfərlik yataq, həmin yatağın üzərində də yorğan, balış, döşək vardır. Yatağın üzərində olan qara rəngli kostyumun cibinə baxdıqda Təqsirləndirilən şəxs məxsus pasport və hərbi bilet aşkar edilmiş, müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Otağın sağ divarının dibində daha bir yataq vardır və həmin yatağın üzərində bənövşəyi rəngli örtük, onların üzərində də ayı, keçi, panda tipli və başqa növ oyuncaqlar vardır. Otağın giriş qapısı İlə üzbəüz divarın dibində güzgü və şkaf vardır. Həmin şkafın siyirmələrinə nəzərə saldıqda iş üçün əhəmiyyət kəsb edən hər hansı hala rastlanmamışdır. Sanitar qovşaqda qanabənzər izə və ya cinayət hadisə ilə əlaqədar əhəmiyyət kəsb edən hər hansı maddi sübuta və izə rast gəlinməmişdir. Sanitar qovşaqda bir ədəd unitaz, bir ədəd əl-üz yuyan, krantlar, hamam ləvazimatları və bir ədəd nəfəslik vardır. Digər otağın eni 323 sm, uzunluğu 568 sm-dir. İçəri daxil olan kimi yerdə üzərində naxışlar olan xalça vardır. Giriş qapısından içəri daxil olan kimi sağ divara dayadılmış ağımtıl rəngli soyuducu, onun yanında oyuncaqlar, qırmızı rəngli kilim, onun altında qutulara yerləşdirilmiş qab-qacaq və digər mətbəx ləvazimatları vardır. Onun da yanında qəhvəyi rəngli iki laylı qapısı olan şkaf vardır. Şkafı açıb içərisinə baxdıqda pal-paltarlar müşahidə olundu. Otağın mərkəzində bir ədəd masa vardır. Masanın üzərində içərisində şokoladlar, alça, alma kimi meyvələr olan şüşə qablar, qoz fındıq, tərəvəz doğrama taxtası, qazan, ağ sellofanın içərisində təzyiq ölçən, padnosda əti yeyilmiş toyuq sümükləri, dərman vasitələri və qeyd olunan padnosun İçərisində bir ədəd tünd-qəhvəyi rəngli dəstəyi olan bıçaq vardır. Bıçaq iş üçün əhəmiyyət kəsb edə biləcəyi üçün tərəfimdən qablaşdırılaraq götürüldü. Qeyd olunan masanın yanında ağ rəngli divan, onun yanında isə iki nəfərlik taxt, taxtın ayaq hissəsindəki divarda isə plazma televizor bərkidilmişdir. Masanın üzərindəki dərman vasitələri və iki ədəd mobil telefon tərəfimdən qablaşdırılaraq götürülmüşdür. Həmin masa ilə taxt arasında yerdə üzü döşəməyə doğru uzandırılmış vəziyyətdə kişi cinsli meyit görünür. Meyitin şəxsiyyət vəsiqəsi əsasında Zərərçəkmiş şəxs məxsus olduğu müyyən edilmişdir. Meyitin baş nahiyəsi masanın ayaqlarına yaxın vəziyyətdə dayanmış, sağ ayağı isə taxtın, yəni yatağın kənarına dayanmış vəziyyətdədir. Meyitin əynində boz rəngli corab, göy rəngli cins şalvar, boz rəngli köynək, ağ rəngli mayka vardır. Meyiti qaldırıb üzünü yuxarı qaldırdıqda bədən nahiyəsində kəsilmiş- deşilmiş xəsarətlər olduğu, eləcə də qanabənzər ləkə vardır. Həmin qanabənzər ləkədən iki ədəd tampona hopdurulmuş nümunə götürüldü. Daha sonra taxtın üzərində olan üzərində qanbənzər ləkələr olan bir ədəd mələfə və bir ədəd yorğan üzü götürülmüşdür. Meyitin baş nahiyəsindən otağın giriş qapısına qədər olan məsafə 260 sm, pəncərə olan divara qədərki məsafəsi 122 sm, ayağından digər divara qədərki məsafə 110 sm, giriş qapısı ilə üzbəüz olan divara qədərki məsafə isə 204 sm dir (cild 1, iş vərəqi 4-8). 10 may 2023-cü il tarixli meyitə baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş fotocədvələrdən görünür ki, meyit təşrih masası üzərində arxası üstə uzadılmışdır, əynində boz-kül rəngdə üçdüymə sviter, ağ rəngdə mayka, belində qara kəməri olan göy rəngdə cins materialdan şalvar, ağ-boz rəngdə, üzərində romb şəkilli naxışları olan kişi alt tumanı, bir cüt göy rəngdə corab vardır. Paltarları soyundurulmuşdur. Sviterin ön səthinin daha çox aşağı sol yarısı, maykanın ön səthi və cins şalvarın sol ayaqlığının ön səthi nəm halda tünd qırmızı rəngdə qanabənzər maddə ilə çirklənmişdir. Bu fonda sviterin ön səthinin sol-aşağı yarısında 4 (dörd), maykanın ön səthinin yuxarı yarısında 1 (bir), mərkəzi hissəsində 1 (bir) və sol yarısında 2 (iki), şalvarın sol ağaqlığının ön səthində 1 (bir) ədəd ölçüləri 1,7x0,3 sm-dən 3,0x1,0 sm-dək olan, vizual olaraq kənarları hamar, ucları iti şəkilli görünən dəlib-keçən zədələr vardır. Lupa altında zədə kənarları toxunma saplarının düz bölünmüş uclarından təşkil olunmuş, onlardakı liflər yığcam olub saçaqlanmamışdır. Meyit kişi cinslidir, düzgün bədən quruluşlu, yaxşı qidalıdır, uzanmış vəziyyətdə boyunun uzunluğu 188 sm-dir. Əllə toxunduqda meyitin ətraflarının dərisi soyuqdur, avazımış-boz rəngdədir, qoltuqaltı və qasıq nahiyəsində istihaldır. Meyit qacıması çeynəmə qrup əzələlərində yaxşı, yuxarı və aşağı ətraf əzələlərində mülayim inkişaf etmişdir. Meyit ləkələri gövdənin arxa səthində yerləşməklə solğun qırmızımtılbənövşəyi rəngdədir, zəif intensivlikdə inkişaf etmişdir, barmaqla təzyiq etdikdə itir və təzyiq kəsildikdən 20-30 saniyə sonra əvvəlki rənginə bərpa olunur. Meyitin başı düzgün formadadır, baş tükləri boz rəngdə olmaqla 1,0-1,5 sm uzunluğundadır, alın-təpə nahiyəsində kəskin seyrəkdir. Əllədikdə kəllə qapağı sümüklərində patoloji hərəkətlilik və krepitasiya müəyyən edilmədi. Qulaq seyvanları oval şəkillidir, tamdır. Xarici qulaq keçəcəkləri azaddır, ifrazatsızdır. Üz skeleti sümüklərini və burun sümük və qığırdaqlarını əllədikdə patoloji hərəkətlilik və krepitasiya müəyyən edilmədi. Burun dəliklərindən və ağız yarığından ifrazat müəyyən edilmir. Gözləri cüzi açıqdır, göz almalarının konyuktiva qişasına qansızmalar yoxdur, bəbəklər dairəvidir, 0,4 sm diametrindədir. Ağzı qapalıdır, dodaqların selikli qişa keçidi avazımış-boz rəngdədir. Dişləri protezdir, ağ rəngdədir. Boynu gövdəyə müvafiq inkişaf etmişdir, adi qalınlıqda və uzunluqdadır. Döş qəfəsi yastılaşmış silindrik formadadır, simmetirikdir. Əllədikdə döş qəfəsini təşkil edən sümüklərdə patoloji hərəkətlilik və krepitasiya müəyyən edilmədi. Qarının ön divarı qabırğa qövsləri səviyyəsində yerləşmişdir, əllədikdə az elastikidir. Yuxarı və aşağı ətrafları düzgün formalaşmış, sümüklərini əllədikdə deformasiya, patoloji hərəkətlilik və krepitasiya müəyyən edilmədi. Xarici cinsiyyət üzvləri kişi tipinə müvafiq düzgün formalaşmışdır, kişi xarici cinsiyyət üzvü tamdır, sidikçıxarıcı kanalın xarici dəliyindən ifrazat yoxdur, sünnət olunmuşdur. Aralıq tamdır, anal dəlik ətrafında xəsarət müəyyən edilmədi. Arxa keçəcək dəliyi nahiyəsində dəri toxuması şüavari büküşlüdür, qəhvəyimtil rəngdə olmaqla büküşlər seçilir. Arxa keçəcəyin büzücü əzələsində (sfinktor) boşalma müəyyən edilmir, qıfvari genişlənmə yoxdur. Xəsarətlər: alın nahiyəsinin mərkəzinə yaxın sol yarısında 3,5x1,7 sm ölçüdə bozumtul-göy rəngdə ovalvari formada qançır və qançır fonunda 2,0x0,7 sm ölçüdə dibi sağlam dəridən aşağı səviyyəli açıq qırmızı rəngdə düzgün olmayan zolaqvari formada sıyrıq vardır. Döş qəfəsinin ön səthinin sol yarısında, orta körpücük xətti üzrə İV-V qabırğalararası sahədə, sol məmə giləsindən 6,0 sm sağa və 3,0 sm aşağıda uzunluğu çəp-köndələn istiqamətdə yerləşmiş 2,8x0,7 sm ölçüdə kənarları hamar, ucları vizual olaraq iti şəkilli görünən yara (№1) vardır, şüşə zondla yoxlandıqda yara kanalının döş boşluğuna nüfuz etdiyi müəyyən edildi. (Bədən səthindəki yaralar yuxarıdan-aşağıya olmaqla şərti olaraq işarələnmişdir). Döş qəfəsinin sol-yan divarında, ön qoltuq xətti üzrə Vİ-Vİİ qabırğalararası sahədə boşluğa nüfuz edən, tərəflərinin uzunluğu 2,0 sm və 1,2 sm, eni 1,0 sm-dək olan, düzgün olmayan kiril “Г” hərfinə bənzər formada bir ədəd (№2), ön qoltuqaltı xətt üzrə sol qabırğaaltı nahiyədə uzunluğu boylama istiqamətdə yerləşmiş 2,5x1,0 sm ölçüdə, mənfəzindən piylik hissəsi bayıra çıxmış bir ədəd (№3), qarının sol yan divarında, sonuncu yaradan 3,0 sm sola 4,5x1,8 sm ölçüdə boşluğa nüfuz edən bir ədəd (№4) və qarının ön divarının sağ yarısında, sağ pararental xətt üzrə göbəkdən 4,0 sm yuxarıda 1,7x0,5 sm ölçüdə qarın boşluğuna nüfuz edən daha bir ədəd (№5) yara müəyyən edilir. Sol baldırın yuxarı 1/3- nin iç səthində, diz oynağına yaxın 1,7x0,7 sm ölçüdə kənarları hamar, ucları vizual olaraq iti şəkilli qurtaran, dərini zədələyən səthi yara (№6) müəyyən edilir. Qeyd olunan yaradan 4,0 sm sola və 2,0 sm aşağıda 2,0x0,8 sm ölçüdə eyni xarakterli sıyrıq vardır. Meyitin xarici müayinəsi zamanı bədən səthi üzərində gözlə görünən digər xəsarət və xəsarət izləri aşkar edilmədi.Bundan başqa meyitə baxış zamanı ağ rəngli mayka, ağımtıl-boz rəngli alt tuman, boz rəngli isti köynək, göy rəngli cins şalvar, bir cüt göy rəngli corab, tük və dırnaq nümunələri götürülmüşdür (cild 1, iş vərəqi 26-36). 10 may 2023-cü il tarixli əşyanın könüllü təqdim edilməsi protokoldan görünür ki, cinayətin açılması üçün əhəmiyyətli olan başqa halları aydınlaşdırmaq məqsədilə şahid X2 qara rəngli “Samsung A32” markalı mobil telefonu könüllü təqdim edildiyinidən hal şahidlərinin iştirakı ilə götürülmüşdür (cild 1, iş vərəqi 44-45). 12 may 2023-cü il tarixli Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında protokol və ona əlavə edilmiş həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD disk, fotocədvəllərdən görünür ki, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs haqqında ifadə verdiyi şəraiti əyani şəkildə göstərməklə ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir ( cild 1, iş vərəqi 123-127). 12 may 2023-cü il tarixli əşyanın tanınması haqqında protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim edilən əşyaları nəzərdən keçirib hadisə zamanı, yəni 10 may 2023-cü il tarixdə saat 19 radələrində 3 nömrə ilə işarələnmiş bıçaqla atası Zərərçəkmiş şəxs bir neçə zərbə endirməklə sonuncunu öldürdüyünü göstərmiş, həmin bıçağı hadisədən az öncə hadisənin baş verdiyi evin mətbəxindən götürdüyünü, qeyd olunan bıçağı zahiri əlamətlərinə, o cümlədən tündqəhvəyi rəngli dəstəyinə görə tanıdığını bildirmişdir ( cild 1, iş vərəqi 136-138). 16 may 2023-cü il tarixli telefona baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş diskdən görünür ki, “Whatsapp” mobil tətbiqinə daxil olduqda X4 “Rəna Qonşu” və “Papa” adlı istifadəçilər ilə apardığı danışıqlar iş üçün əhəmiyyət kəsb etdiyi fotoşəkilləri çəkilməklə və səs yazıları CD-R diskə əlavə edilməklə protokola əlavə edildi.Daha sonra telefonda quraşdırılmış sistem programı olan “Səsyazan” mobil tətbiqində “Liste” yə daxil olduqda Təqsirləndirilən şəxs məxsus qeydə alınmış səs yazısı CD-R diskə əlavə olundu. Daha sonra “İnstagram” mobil tətbiqinə daxil olduqda burada bir neçə adla istifadəçi adı həmin tətbiqdən qeydiyyatdan keçildiyi və “Daxili İşlər Nazirliyi” istifadəçi ilə aparılmış danışıqlar müşahidə olundu. Həmin danışıqlarda foto və video qeydə alınmaqla protokola əlavə olunmuşdur (cild 1, iş vərəqi 203-211). 18 may 2023-cü il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Whatsapp” mobil tətbiqinə daxil olduqda burada Zərərçəkmiş şəxs müxtəlif şəxslərlə yazışması, o cümlədən oğlu Təqsirləndirilən şəxs və qızı Bülbül Abbasova ilə yazışması aşkar olundur. Nəzərdən keçirilən yazışmalardan görünür ki, Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs “Allah gülbənizin vefanın belasını versin meni bu günlərə salıblar her ay qurban kesecem ki onlar zibil veziyyete qalsınlar neceki menim başıma oyun açıblar, meni meştağaya salanların bu ramazanda qanlarına qeltan olsunlar, orucumu açandan sonra dua edirəm” məzmunlu, Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs “Mən səni çox istiyirəm ağıllı urəyi təmizsən balamsan Allah həmişə sənə kömək olsun arxayin ol inşallah yaxşi olacaqsan heç narahat olma özünə bax nə arzun var çatacaqsan mən həmişə sənə dua eləyirəm, Azər gəl evdəki paltarlarınıda apar inandığın adamin yanina sənə yaxşı baxsın, sonra mən inanırdım ki, mənə qarşı pis fikirdə olmazsan sonra bildim ki, sən niyə mənim yanıma gəlibsən düşmən kimi, sən bu axşam biçaq götürmüşdün kuxnadan çox firlandın niyə gəlib öldürmədin, səni məni öldürməkdə nə qazanacaqsan, anasini çox istiyən cahil səni ananda çox istiyir soruşubsan uşaqlıqdan sizin əziyyətinizi çox çəkib haqqınız var onun sözlərini planını yerinə yetirmək sənə əmir edib ki sən bu hərəkəti eliyirsen” məzmunlu SMS-lər göndərilmişdir. Zərərçəkmiş şəxsla Bülbül Abbasova arasında aparılmış danışıqlardan görünür ki, Zərərçəkmiş şəxs Bülbül Abbasovaya “Asim muəlim nömrəsini verdilər uçaskovu du indi olmasa da sabah səhər azəri tapıb işi yerinə yetirəcəklər, Sən daxili işlərə səs at gör bizi niyə axtaran yoxdu polisdən zəng vurub soruşanda yoxdu” məzmunlu, Bülbül Abbasovanın isə Zərərçəkmiş şəxs “Azər ruhi xəstədi, evin həyətində zadında gizlənib eliyer, başdan xarabdı gəl bura Rəcəb müəllimlə danışarıq gecə görək nolur, ordan çıxanda gəl, elə eləmə özümə nəsə edim, dur çıx gəl bura cavab verdə, nə pislik etdim, polis nə deyir tapmırlar azəri budu bizim polislərimiz, çox azərin üstünə getmə, o havalanıb heçnə demə azərə, Rəcəb müəllim sənə dediki gələrsən başa salacam səbr edək görək hələ” məzmunlu SMS-lər göndərilmişdir ( cild 1, iş vərəqi 247-258). 18 may 2023-cü il tarixli telefona baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, “Whatsapp” mobil tətbiqinə daxil olduqda burada Zərərçəkmiş şəxs “polis” adlı istifadəçiyə “Axşam bizə gələ bilməzsiz sizdən xahiş edirəm qizim sizə görə evdə qalar qorxmaz deyin biz onu tutacayiq arxayin olsun zənj edirsiz telfonu açmir Azər, Asim müəllim salam mın sizdən cavab gözlüyürəm mənə nə deyirsiz mən neyniyim yazdiqlarımi oxuda, mən qızımla evə gəlmək istiyirəm, yerimiz yoxdu burdada kirayədə qaliriq” məzmunlu SMS lər göndərdiyi aşkar edilmişdir ( cild 1, iş vərəqi 243-246). 12 may 2023-cü il tarixli “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 101). Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 13 may 2023-cü tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 167-171) Zərərçəkmiş şəxs barəsində məhkəmə-tibbi ekspertizasının 10 may 2023-cü il tarixli, 107 saylı rəyindən görünür ki, “a” - döş qəfəsinin ön səthinin sol yarısında orta körpücük xətti üzrə İV-V qabırğalararası sahədən sol döş boşluğuna nüfuz edən, yumşaq toxuma və əzələləri, ağciyərin yuxarı payının divararalığı kənarını, ürək kisəsini və ürəyin sol mədəciyini zədələyən 1 (bir) ədəd (1 №-li yara), döş qəfəsinin sol-yan divarında, ön qoltuq xətti üzrə Vİ-Vİİ qabırğalararası sahədən qarın boşluğuna nüfuz edən, qarının sol ön-yan divarında böyük piyliyi zədələyən 1 (bir) ədəd (2 №-li yara), döş qəfəsinin sol-yan divarında, ön qoltuqaltı xətt üzrə sol qabırğaaltı nahiyədən peritonarxası sahəyə keçərək sol böyrəkətrafı yumşaq toxumaları zədələyən 1 (bir) ədəd (3 №-li yara), qarının sol yan divarında qabırğaaltı nahiyədəki yaradan solda yerləşməklə qarın boşluğuna nüfuz edən, yumşaq toxuma və əzələləri, qarının sol yarısında nazik bağırsaq ilgəklərini zədələyən 1 (bir) ədəd (4 №-li yara) və qarının ön divarının sağ yarısında, sağ pararental xətt üzrə göbək ətrafından qarın boşluğuna nüfuz edən, dəri və dərialtı yumşaq toxumaları, periton qişasını zədələyən, daxili üzvləri zədələməyən 1 (bir) ədəd (5 №-li yara), kəskin daxili (sol plevra boşluğunda 300-400 ml-dək, qarın boşluğunda 500-600 ml-dək qan) və xarici qanaxmaya səbəb olmuş deşilmiş-kəsilmiş yaralar;“b” - sol baldırın yuxarı 1/3-nin İ, səthində dəri və dərialtı yumşaq toxumaları zədələyən, xarici qanaxmaya səbəb olmuş 1 (bir) ədəd (6 №-li yara) səthi kəsilmiş yara,“c” - alın nahiyəsinin mərkəzinə yaxın sol yarısının qançırı və qançır fonunda sıyrığı, sol baldırın yuxarı 1/3-nin ön səthinin sıyrığı, “a” və “b” - bəndində göstərilmiş yaralardan sol döş və qarın boşluqlarına nüfuz edən (1-2- 3-4-5 №№-li) 5 (beş) ədəd deşilmiş-kəsilmiş yara deşici-kəsici əşyanın (əşyaların) deşicikəsici təsirindən, sol baldırın yuxarı 1/3-nin iç səthindəki (6 №-li) 1 (bir) ədəd səthi kəsilmiş yara deşici-kəsici əşyanın (alətin) kəsici təsirindən mərhumun ölümündən az əvvəl və ya ölüm anında törənmişdir, həyati əlamətlərə malik olmaqla ümumilikdə ölümlə bilavasitə səbəbli əlaqələri vardır, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 10 may 2023-cü il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə bıçaqla yetirilmiş çoxsaylı zərbələr nəticəsində əmələ gələ bilərdi, “c” - bəndində göstərilmiş bədən xəsarətləri bərk küt əşyanın (əşyaların) təsirindən mərhumun ölümündən az əvvəl və ya ölüm anında törənmişdir, həyati əlamətlərə malik olmaqla ümumilikdə ölümlə səbəbli əlaqələri yoxdur və belə xəsarətlər sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin edilmir ,“a” - bəndində göstərilmiş, döş qəfəsinin ön səthinin sol yarısında orta körpücük xətti üzrə İV-V qabırğalararası sahədən sol döş boşluğuna nüfuz edən, yumşaq toxuma və əzələləri, ağciyərin yuxarı payının divararalığı kənarını, ürək kisəsini və ürəyin sol mədəciyini zədələyən yaranın (1 №-li yara) yara kanalının istiqaməti öndən-arxaya, yuxarıdan aşağıya və soldan-sağa, döş qəfəsinin sol-yan divarında, ön qoltuq xətti üzrə Vİ-Vİİ qabırğalararası sahədən qarın boşluğuna nüfuz edən, qarının sol ön-yan divarında böyük piyliyi zədələyən yaranın (2 №-li yara) yara kanalının istiqaməti öndən-arxaya, yuxarıdanaşağıya, soldan-sağa, döş qəfəsinin sol-yan divarında, ön qoltuqaltı xətt üzrə sol qabırğaaltı nahiyədən peritonarxası sahəyə keçərək sol böyrəkətrafı yumşaq toxumaları zədələyən yaranın (3 №-li yara) yara kanalının istiqaməti yuxarıdan-aşağıya, öndən qismən arxaya və soldan bir qədər sağa, qarının sol yan divarında qabırğaaltı nahiyədəki yaradan solda yerləşməklə qarın boşluğuna nüfuz edən, yumşaq toxuma və əzələləri, qarının sol yarısında nazik bağırsaq ilgəklərini zədələyən yaranın (4 №-li yara) yara kanalının istiqaməti öndən qismən-arxaya, soldan-sağa və bir qədər yuxarıdan-aşağıya və qarının ön divarının sağ yarısında, sağ pararental xətt üzrə göbək ətrafından qarın boşluğuna nüfuz edən, dəri və dərialtı yumşaq toxumaları, periton qişasını zədələyən, daxili üzvləri zədələməyən yaranın (5 №-li yara) yara kanalının istiqaməti öndən-arxaya olmaqla ölümlə bilavasitə səbəbli əlaqələri vardır və dərəcəsinə görə hər biri ayrılıqda, eləcə də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdir, “b”- bəndində göstərilmiş, sol baldırın yuxarı 1/3-nin iç səthindəki dəri və dərialtı yumşaq toxumaları zədələyən, xarici qanaxmaya səbəb olmuş 1 (bir) ədəd (6 №-li yara) səthi kəsilmiş yaranın ölümlə bilavasitə səbəbli əlaqəsi yoxdur və belə xəsarətlər sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin edilmir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb sol döş və qarın boşluqlarına nüfuz edən, sol ağciyəri, ürək kisəsini, ürəyin sol mədəciyini, böyük piyliyi, nazik bağırsaq ilgəklərini, sol böyrəkətrafı yumşaq toxumaları zədələyən çoxsaylı deşilmişkəsilmiş yaraları nəticəsində inkişaf etmiş kəskin daxili və xarici qanitirmə olmuşdur. İlkin meyit ələmətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olur ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsindən 3-4 saat əvvəl baş vermişdir,meyitinin döş qəfəsinin ön səthinin sol yarısından və döş qəfəsinin sol yan səthindən götürülmüş dəri parçalarının tibbi-kriminalistik müayinəsi ona dəlalət edir ki, qeyd olunan xəsarətlər deşilmiş-kəsilmiş yaralar olub ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (əşyanın) təsirindən əmələ gəlmişdir. Mərhumun bədəni üzərində aşkar edilmiş yaralarda bəzi xüsusiyyətlərinə görə oxşarlıq (yara kənarları, divarları və ucların xarakterinə görə) bəzi xüsusiyyətlərinə görə fərqlənmələr (ölçülərinə və formasına görə) aşkar edilmiş, yaralar üzərinə iztörədən alətin fərdi xüsusiyyətləri müəyyən edilməmişdir. Bu baxımdan aşkar edilmiş fərqli əlamətlər iztörədən alətin konstruktiv xüsusiyyətləri ilə əlaqəli olmamış, yaraların əmələgəlmə mexanizmi və şəraitdən asılı olmuşdur. Qeyd olunanları nəzərə alaraq yaraların eyni bir deşici-kəsici alətin tiyəsinin təsirindən əmələ gələ bilinmələri barədə fikir söyləmək mümkündür və ekspertizaya təqdim olunmuş mətbəx tipli metal dəstəkli bıçağın tiyəsinin təsirindən, eləcə də bu tipli, onunla eyni konstruktiv xüsusiyyətlərə malik digər bıçaqların tiyəsinin təsirindən törənə bilinmələri barədə fikir söyləmək mümkündür. Bununla belə, suala daha konkret cavab vermək üçün xəsarətlər yetirilən anda Zərərçəkmiş şəxs əynində olmuş paltarların, onun meyitindən götürülmüş dəri parçalarının və maddi sübut qismində götürülmüş bıçağın birgə tibbi-kriminalistik müayinəsi əhəmiyyət kəsb edə bilərdi, xəsarətlər bədənin müxtəlif duruş vəziyyətlərində, o cümlədən, ayaq üstə, gövdənin arxaya, sağ tərəf yana doğru əyilmiş və s. vəziyyətlərində yetirilə bilərdi. Xəsarətlərin gövdənin ön və sol yan səthlərində yerləşmələrini nəzərə alsaq xəsarətlər yetirilərkən hər bir konkret zərbə zamanı gövdənin həmin nahiyəsinin xəsarət yetirən şəxsə tərəf olması barədə mülahizə yürütmək mümkündür. Zərərçəkmiş şəxs xəsarətlər qısa bir müddət ərzində yetirildiyindən onların yetirilmə ardıcıllığı barədə fikir söyləmək mümkün deyildir.“Qarşılıqlı mübarizə və özünümüdafiə” məfhumu hüquqi termin olduğundan bu sualların aydınlaşdırılması məhkəmə-tibb ekspertinin səlahiyyətləri xaricindədir.Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə- kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (cild 1, iş vərəqi 31-35). 12 may 2023-cü il tarixli məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət aşkar olunmamışdır ( cild 1, iş vərəqi 41-43). 26 may 2023-cü il tarixli məhkəmə-kimyəvi ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotizm, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir ( cild 1, iş vərəqi 44-47). 17 may 2023-cü il tarixli məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, B.Zərərçəkmiş şəxsnın bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar olunmadı. B.Zərərçəkmiş şəxsnın qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. B.Zərərçəkmiş şəxsda arxa keçəcəkdə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi. B.Zərərçəkmiş şəxsnın uşaqlıq yolundan və arxa keçəcək spermatozoidlərin təyini üçün nümunə götürülməsi məqsədə müvafiq sayılmadı (cild 1, iş vərəqi 48-51). 09 iyun 2023-cü il tarixli məhkəmə-tibbi kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş və mərhum Zərərçəkmiş şəxs məxsus sviterin ön səthinin sol yarısının aşağı hissəsində 04 (dörd) ədəd və sağ qolunun arxa səthinin aşağı hissəsində 02 (iki) ədəd (cəmi 06 (altı) ədəd), maykanın ön səthinin orta nahiyəsində 01 (bir) ədəd, ön səthinin sol yarısının yuxarı hissəsində 01 (bir) ədəd və ön səthinin sol yarısının orta nahiyəsində 03 (üç) ədəd (cəmi 05 (beş) ədəd, şalvarın isə, sol ayaqlığının ön səthinin aşağı hissəsində 01 (bir) ədəd və arxa səthinin sol yarısının yuxarı hissəsində 01 (bir) ədəd (cəmi 02 (iki) ədəd) deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr kafi itilikli ülgücü, kafi itilikli ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Ekspertizaya təqdim edilmiş və mərhum Zərərçəkmiş şəxs məxsus geyim əşyaları üzərində aşkar olunmuş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətli bıçağın tiyəsi ilə törənmələri inkar olunmur. Mərhum Zərərçəkmiş şəxs bədəninin meyitində olan döş qəfəsinin ön səthinin sol yarısında Vİ-V qabırğalararası sahədən sol döş boşluğuna nüfuz edən, döş qəfəsinin sol-yan divarında, ön qoltuq xətti üzrə Vİ-Vİ1 qabırğalarası sahədən qarın boşluğuna nüfuz edən, döş qəfəsinin sol yan divarında da, ön qoltuqaltı xətt üzrə sol qabırğaaltı nahiyədən peritonarxası sahəyə keçən, qarnın sol yan divarında qabırğaaltı nahiyədə olan yaradan solda yerləşməklə, qarın boşluğuna nüfuz edən, qarının ön divarının sağ yarısında, sağ pararental xətt üzrə göbəkətrafından qarın boşluğuna nüfuz edən cəmi 05 (beş) ədəd deşilmiş-kəsilmiş yaralar, ona məxsus olmuş və ekspertizaya təqdim edilmiş sviter və maykanın üzərində olan eyni xarakterli zədələrlə; sol baldırın yuxarı 1/3-nin iç səthində bir ədəd səthi kəsilmiş yara ona məxsus olmuş şalvarın arxa səthinin sol yarısının yuxarı hissəsində olan bir ədəd zədə ilə yerləşmə nahiyələrinə görə, nisbi olaraq üst-üstə düşürlər. Mərhum Zərərçəkmiş şəxs meyitində müəyyən edilmiş alın nahiyəsinin mərkəzinə yaxın sol yarısının qançırı və qançır fonunda sıyrığı, sol baldırın yuxarı 1/3-nin ön səthinin sıyrıqları küt yaranma mexanizminə malik olduqları üçün onların ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən yaranması inkar olunur. Ekspertizaya təqdim edilmiş və mərhum Zərərçəkmiş şəxs məxsus şalvarın sol ayaqlığının ön səthinin aşağı hissəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə meyitdə öz əksini tapmamışdır, bu da, yalnız şalvarın həmin hissəsinin zədələnməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim edilmiş və mərhum Zərərçəkmiş şəxs məxsus tuman və bir cüt corabın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus köynəyin ön səthinin yuxarı hissəsində küt yaranma mexanizminə malik və köynəyin müvafiq nahiyəsinin kəskin dartılması nəticəsində əmələ gəlməyə xarakterik 01 (bir) ədəd cırılma zədəsi aşkar edilmişdir. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus köynəyin sol çiyni üzərində küt yaranma mexanizminə malik və köynəyin müvafiq nahiyəsinin kəskin dartılması nəticəsində əmələ gəlmiş 01 (bir) ədəd kombinə olunmuş sökülmə-cırılma zədəsi vardır. Bu zədələrin müxtəlif şəraitlərdə, o cümlədən, qərarın «suallar» hissəsində göstərilən şəraitdə əmələ gəlmələrinin mümkünlüyü istisna edilmir. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus şalvar və papağın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş və şərti 1 nömrəli olaraq işarələnmiş ağ-yaşıl rəngli yorğan üzlüyünün üzərində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə vardır. Bu zədə kafi itilikli ülgücü, kafi itilikli ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (əşyanın) təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş və şərti 2 №-li olaraq işarələnmiş bej-qəhvəyi rəngli yorğan üzlüyünün üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir ( cild 1, iş vərəqi 60-74). 05 iyun 2023-cü il tarixli məhkəmə-tibbi bioloji ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu – Abeta/H/İİ/. Təqsirləndirilən şəxs ağız suyuna görə ABO sistemi üzrə qrup göstəricisi – Abeta/H/İİ/. Ekspertizaya təqdim olunan 01 ədəd bıçaq, 02 ədəd çubuqlu pambıq tampon, 02 ədəd yorğan üzü, Zərərçəkmiş şəxs məxsus trusik, 01 cüt corab, köynək, alt mayka və şalvar üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “A” və “H” antigenləri, bəzi ləkələrdə həmçinin beta aqqlyutinini alındı. Bu qan ləkələri Abeta(H)/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Tədqiqata təqdim olunan Təqsirləndirilən şəxs məxsus papaq, köynək və şalvar üzərində isə qana şübhəli ləkələr aşkar olunmamışdır. Tədqiqata təqdim olunan 12 ədəd siqaret kötüyündə ağız suyu aşkar olundu. Ağız suyunun qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “A” və “H” antigenləri alındı. Bu ağız suyu Abeta(H)/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs məxsus ola bilər. Təqdim olunan Zərərçəkmiş şəxs sağ və sol əl barmaq dırnaq kəsiklərində dəri toxumasına şübhəli hissəciklər aşkar olunmamışdır ( cild 2, iş vərəqi 52-59). 17 iyun 2023-cü il tarixli ambulator məcburi narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmə halları olub, lakin Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyatda alınması məsləhət görülür (cild 2, iş vərəqi 105-107). 19 iyun 2023-cü il tarixli kompleks komisyon ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs stasionar məhkəmə psixiatrik ekspertiza şöbəsində daha uzun müddət və əsaslı müayinə edilməsinə ehtiyac var. Qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs psixiatrik və psixioloji müayinəsini stasionar şəraitdə davam etdirmək, ekspertlər qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə onun stasionar məhkəmə psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir ( cild 2, iş vərəqi 75-77). 19 iyun 2023-cü il tarixli kompleks komisyon stasionar məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 04 avqust 2023-cü tarixli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki gedişli psixi patologiya olan «Paranoid şizofreniya» xəstəliyindən əziyyət çəkir. Ekspertizaya təqdim olunan tibbi sənədlərdən məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2020-xx.xx.2020, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsində «Şizofreniya, paranoid forma» diaqnozu ilə stasionar müalicədə olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs ona ittiham olunan cinayəti törətməzdən əvvəl və həmin cinayəti törədərkən paranoid şizofreniya xəstəliyindən əziyyət çəkmişdir. Şizofreniya - xroniki gedişli psixi xəstəlik olmaqla, çox vaxt cavan yaşlarda meydana çıxan və bütün ömür boyu psixotik əlamətlərlə sayıqlama fikirləri, hallüsinasiyalar) gedərək, xəstələrin fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir edən klinik mənzərə ilə xarakterizə olunur. Belə ki, xəstələrin təfəkkür, emosional sferasında olan enmə əlamətləri onların özünü və mühiti dərketməsinin yadlaşması, şəxsiyyətin dəyişməsi kimi əlamətlərin onların ictimai-faydalı əməkdən uzaqlaşmasına, ailə və sosial münasibətlərinin pozulmasına gətirib çıxarır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham edilən cinayət əməlini törədən zaman «Paranoid şizofreniya» xəstəliyindən əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən əziyyət çəkdiyi paranoid şizofreniya xəstəliyi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidannda olmamışdır. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi psixi xəstəlik gedişinə görə xroniki olduğundan o, hal-hazırda da qeyd edilən «Paranoid şizofreniya» xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs hal-hazırda onda qeyd olunan paranoid şizofreniya xəstəliyinə xarakter olan psixotik vəziyyətin davam etməsi səbəbindən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, habelə onlan idarə etmək iqtidarında deyildir və o, hal-hazırkı psixi vəziyyətinə görə özü və ətrafdakılar üçün təhlükəli şəxs hesab olunduğundan onun intensiv və daimi müşahidə altında stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyənləşir. Buna görə də Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionannda intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs hal-hazırkı psixi durumu onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. Belə ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini və iş üçün əhəmiyyət kəsb edən halları, etdiyi hərəkətləri düzgün qavramaq və təsvir etmək, hərəkətlərinin məsuliyyətini dərk etmək, onlara cavab vermək və rəhbərlik etmək, həmçinin öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək və onlan lazımi səviyyədə yerinə yetirmək, digər məhkəmə-istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malik deyildir və onun təfəkkürünün autikliyi, paralogikliyi, tənqidinin zəifləməsi, fikirlərinin korreksiya olunmaması müəyyən edilir. Qıcığa qarşı həssaslıq, davranışında özünü iradi tənzimləməsinin çatışmazlığı, patoloji səviyyədə özü haqqında yüksək fikirlərə malik olmaq, şübhəlilik, inadkarlıq, maraq dairəsinin məhdudluğu müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında qəzəb, aqressiya və s. yaranmışdır və onun hadisə zamanı emosional halını onda müəyyən edilən psixi pozuntu şərtləşdirmişdir. Təqsirləndirilən şəxs onda müəyyən edilən edilən psixi pozuntu ilə əlaqədar hadisə zamanı öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmamışdır onun əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur ( cild 2, iş vərəqi 108-117). Təkrar kompleks komisyon stasionar məhkəmə psixiatrik ekspertizasının 31 avqust 2023-cü il tarixli 118 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs “Paranoid şizofreniya” xroniki psixi xəstəliyi müəyyən edilir. Həmin psixi xəstəlik Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törətməzdən əvvəl yaranmışdır. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən əziyyət çəkdiyi paranoid şizofreniya xəstəliyinin gedişində kəskinləşmə mərhələsi olmuşdur. Təqsirləndirilən şəxs düçar olduğu həmin xəstəlik hal-hazırda da kəskinləşmə mərhələsindədir və onda psixotik vəziyyət müşahidə edilir. Paranoid şizofreniya xəstəliyi hallyüsinasiyalarla, xüsusən də eşitmə hallyüsinasiyası və qavrayış pozuntusu ilə müşayiət olunan, klinik mənzərəsini əsasən davamlı, tez-tez müşahidə olunan paranoid sayıqlama təşkil edən xroniki psixi patologiyadır. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən əziyyət çəkdiyi “Paranoid şizofreniya” xroniki psixi xəstəliyin gedişində kəskinləşmə mərhələsi olduğundan psixiotik vəziyyət nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Hal-hazırda da Təqsirləndirilən şəxs düçar olduğu paranoid şizofreniya xəstəliyinin gedişində psixotik vəziyyət davam etdiyindən o, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs hal-hazırki psixi durumuna görə onun stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyən edilir. Özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etməsi səbəbindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs hal-hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək, öz prosessual hüquq və vəzifələrini icra etmək qabiliyyətinə malik deyildir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarında – abstrakt anlayışları özünə məxsus tərzdə dərk etməsi və şərh etməsi, müfəssəllik, ilişkənlik, təfəkkürün paralogikliyi, tənqidinin zəifləməsi, fikirlərinin korreksiya olunmaması, emosional-iradi sferasında - əhval-ruhiyyənin dəyişkənliyi, maraq dairəsinin məhdudluğu, emosiyalarının adekvat olmadığı, öz gələcəyinə və törətdiyi əmələ qarşı laqeyd yanaşması, fərd-psixi xüsusiyyətlərində - şübhəlilik, inadkarlıq, inamsızlıq, davranışında özünü iradi tənzimləməsinin çatışmazlığı, özü haqqında yüksək fikirlərə malik olmaq aşkar olunur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi vəziyyətində patoloji dəyişiklik (paranoid fikirlər, eşitmə hallyüsinasiyaları, eşitdiyi səslərin təsiri altında hərəkət etməsi və s.) yaranmış, həmin dəyişiklik emosional durumunu şərtləndirərək davranışını müəyyən etmişdir. Təqsirləndirilən şəxs hadisə zamanı affekt(fizioloji, kumulyativ), psixiemosional gərginlik, frustrasiya və s. bu kimi hallar keçirməmiş, emosional halı psixi vəziyyətin patoloji xarakter daşıması ilə əlaqədar olmuşdur. Psixi vəziyyəti ilə əlaqədar öz hərəkətlərinin dərk etmək və idarə etmək qabiliyyətinə malik olmamışdır ( cild 2, iş vərəqi 168-177). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin 12 may 2023-cü il tarixli, 7143 saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamış, Təqsirləndirilən şəxs isə xx.xx.2020-xx.xx.2020, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə həmin xəstəxanada stasionar müalicədə olmuşdur. Diaqnoz “Şizofreniya paranoid forma” ( cild 2, iş vərəqi 10). Dövlət ittihamçısının vəsatətinə əsasən Təqsirləndirilən şəxs barəsində məhkəmənin 26 fevral 2024-cü il tarixli qərarı ilə təkrar komisyon stasionar məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, təkrar komisyon stasionar məhkəmə-psixiatrik ekspertizasının 24 aprel 2024-cü il tarixli, 66 saylı rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əziyyət çəkdiyi paranoid şizofreniya xəstəliyi təfəkkür pozutusu ilə əlaqədar təzahür etdiyinə görə o, törətdiyi əməlin faktiki xarakterini dərk edə bilməz. Lakin, intelektual imkanları pozulmadığı üçün onun hadisə törədildiyi yeri onun zamanını, hadisəni törətdiyi aləti, bir sözlə törətdiyi əməli təsvir etməsi mümkündür. Törətdiyi cinayəti anlaqsız vəziyyətdə törətməsi məhz təfəkkür pozuntusu ilə əlaqədardır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşür, CM-nin 95.0.4-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibb xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 7 sentyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cinayət prosessual qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Həmin məhkəmənin 12 sentyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri onun xüsusi tibb müəssisəsinə, yəni Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi təhlükəsizlik tədbiri ilə əvəz edilmişdir ( cild 2, iş vərəqi 194-197, 220-226). Cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət törətdikdə və hal-hazırda psixi xəstə olmaqla cəmiyyət üçün təhlükəli olaraq qalmaqda davam etdiyindən və məcburi müalicəyə ehtiyacı olduğundan barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanmışdır. Təqsirləndirilən şəxs öz pisixi vəziyyətinə görə iş üzrə icraatda iştirak edə bilmədiyindən Təqsirləndirilən şəxs yaxın qohumu olmaq etibarı ilə anası Qanuni nümayəndə ərizə ilə rayon prokurorluğuna müraciət edərək 11 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində tanınmışdır (cild 2,iş vərəqi 206-219). Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinə əsasən, ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir. Həmin Məcəllənin 93.1.1-ci maddəsinin tələbinə görə, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 94-cü maddəsinə əsasən, tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1.1-93.1.4-cü maddələrində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 95.0.4-cü maddəsinə əsasən, məhkəmə tərəfindən təyin edilən tibbi xarakterli məcburi tədbirlərdən biri də ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicədir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 468-ci maddəsinə əsasən, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat bu Məcəllənin 468-478-ci maddələri ilə nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla bu Məcəllənin ümumi qaydaları əsasında aparılır. Həmin Məcəllənin 477.3-cü maddəsinə əsasən, şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsini və onun məhkəmə baxışı zamanı da anlaqsız vəziyyətdə olmasını sübuta yetirilmiş hesab edərək belə nəticəyə gəlir ki, o, yuxarıda qeyd olunan maddələrlə cinayət məsuliyyətindən azad olunmalı, ekspertlərin rəyinə və həmçinin Azərbaycan Respublikası CM-nin 95.0.4-cü maddəsinin tələblərinə uyğun olaraq, ona ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbir təyin olunmalıdır. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasının rəhbərliyinə həvalə edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş təhlükəsizlik tədbiri qismində xüsusi tibb müəssisəsinə yerləşdirmə qərar qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. 15 sentyabr 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında qərardan” görünür ki iş üzrə saxlanılmasından ötrü Bakı şəhəri Binəqədi rayon prokurorluğuna təhvil verilmiş maddi sübut kimi tanınmış hadisə yerinə baxış zamanı götürülmüş iki ədəd qanabənzər ləkəyə hopdurulmuş vəziyyətdə tampon, bir ədəd üzərində qanabənzər ləkələr olan tünd-qəhvəyi rəngli dəstəkli qatlanmayan bıçaq, bir ədəd üzərində qanabənzər ləkələr olan boz-göyümtül rəngli mələfə, bir ədəd üzərində yaşıl gül rəsmləri həkk olunmuş ağ rəngli yorğan üzü, külqabından 11 ədəd və yatağın üzərindən götürülmüş bir ədəd siqaret kötüyü, meyitə baxış keçirilərkən götürülmüş hadisə zamanı Zərərçəkmiş şəxs üzərində olmuş ağ rəngli mayka, ağımtıl-boz rəngli alt tuman, boz rəngli isti köynək, göy rəngli cins şalvar, bir cüt göy rəngli corab, tük və dırnaq nümunələri, hadisə zamanı Təqsirləndirilən şəxs üzərində olmuş iç etiketində “Jeans” sözləri yazılmış qara rəngli cins şalvar , qara rəngli qısaqol köynək, bir ədəd qara rəngli papaq və Təqsirləndirilən şəxs götürülmüş bir ədəd yanaq epiteli məhv edilməli, Zərərçəkmiş şəxs məxsus iki ədəd “Samsung” markalı mobil telefonun onun ailə üzvlərinə qaytarılmalıdır, 01 ədəd “Samsung” markalı telefonun X6 qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, məhkəmə zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 42 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi ödənilməsi məqsədilə Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına 252 (iki yüz əlli iki) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 468 və 477-ci maddələrinin, Azərbaycan Respublikası CM-nin 93.1.1, 93.2, 94, 95.0.2, 97.1-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən və hazırda anlaqsız vəziyyətdə olduğundan cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunsun. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasının rəhbərliyinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş təhlükəsizlik tədbiri qismində xüsusi tibb müəssisəsinə yerləşdirmə haqqında qərar qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: - Hadisə yerinə baxış zamanı götürülmüş iki ədəd qanabənzər ləkəyə hopdurulmuş vəziyyətdə tampon, bir ədəd üzərində qanabənzər ləkələr olan tünd-qəhvəyi rəngli dəstəkli qatlanmayan bıçaq, bir ədəd üzərində qanabənzər ləkələr olan boz-göyümtül rəngli mələfə, bir ədəd üzərində yaşıl gül rəsmləri həkk olunmuş ağ rəngli yorğan üzü, külqabından 11 ədəd və yatağın üzərindən götürülmüş bir ədəd siqaret kötüyü, meyitə baxış keçirilərkən götürülmüş hadisə zamanı Zərərçəkmiş şəxs üzərində olmuş ağ rəngli mayka, ağımtıl-boz rəngli alt tuman, boz rəngli isti köynək, göy rəngli cins şalvar, bir cüt göy rəngli corab, tük və dırnaq nümunələri, hadisə zamanı Təqsirləndirilən şəxs üzərində olmuş iç etiketində “Jeans” sözləri yazılmış qara rəngli cins şalvar , qara rəngli qısaqol köynək, bir ədəd qara rəngli papaq və Təqsirləndirilən şəxs götürülmüş bir ədəd yanaq epiteli məhv edilsin; - Zərərçəkmiş şəxs məxsus iki ədəd “Samsung” markalı mobil telefonun onun ailə üzvlərinə qaytarılsın; - 01 ədəd “Samsung” markalı telefonun X6 qaytarılması nəzərə alınsın. Məhkəmə mərhələsində göstərilmiş 42 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına 252 (iki yüz əlli iki) manat məbləğində pul köçürülsün. Qərardan 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən hakim: Leyla Əsgərova-Məmmədova Hakimlər: Novruz Kərimov Rasim Sadıxov
Məhkəmə qərarları › İş №1(101)-843/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-843/2024
27.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver