Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-844/2022 22.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, 08 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 10 noyabr 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, faktiki həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlamış, daşımış, eləcə də satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2021-ci il tarixdə, səhər saatlarında Binəqədi rayonu, Binəqədi qəsəbəsində “Mal bazarı” adlanan yerin yaxınlığında naməlum şəxsdən 25 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,065 qram çəkidə narkotik vasitə heroin əldə edib, üzərində saxlayaraq daşımış, 10 sentyabr 2021-ci il tarixdə, saat 16:50 radələrində Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, «Kipin yolu» adlanan yerdə saxlanılaraq ünvan 5vanında yerləşən Binəqədi RPİ 43-cü polis bölməsinin inzibati binasına aparılmış və orada saat 18:30 radələrində üzərində aparılan axtarış zamanı əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 1,065 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs 07 noyabr 2021-ci il tarixdə, saat 19 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi “Daş bazarı” deyilən ərazidə naməlum şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 4,052 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 08 noyabr 2021-ci il tarixdə, saat 11:20 radələrində Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 4 ünvanın qarşısında saxlanılaraq, ünvan 5vanında yerləşən Binəqədi RPİ-nin 43-cü polis bölməsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 13:00 radələrində üzərində aparılan axtarış zamanı əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 4,052 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd olunan bu hərəkətləri ilə Azərbaycan Respublikası CM-in 234.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı həm də Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, 07 noyabr 2021-ci il tarixdə, saat 19 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi “Daş bazarı” deyilən ərazidə naməlum şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdar təşkil edən 4,052 qram heroin narkotik vasitəsini əldə etmə, saxlama və daşıma cinayətini təkbaşına deyil, qabaqcadan əlbir olan bir qrup şəxs şəklində törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlaması və daşıması, eləcə də satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə cinayət təqibindən imtina etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən fərqli ifadə verib, narkotik vasitələrdən istifadə etdiyini, lakin narkotik vasitələrin satışı ilə məşğul olmadığını, polislər tərəfindən tutularkən polislər tərəfindən döyüldüyünü, təhqir olunduğunu, narkotikləri boynuna almayacağı təqdirdə, gedib evindən daha çox narkotik vasitə çıxaracaqları və ailə üzvlərini də tutacaları ilə hədələdiklərini bildirmiş, məcburiyyət qarşısında istintaq zamanı polislərin dediyi kimi etiraf edərək narkotikin ona məxsus olmasını etiraf etdiyini göstərmiş və ittihamın mahiyyəti üzrə ətraflı ifadə verməkdən imtina etmişdir. Aşkar olunan ziddiyyətlərlə bağlı Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, təxminən 1 ildir ki, narkotik vasitə hesab olunan heroindən istifadə etmişdir. 10 sentyabr 2021-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən «Mal bazarı» adalanan yerin yaxınlığında anket məlumatlarını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən, kağıza bükülmüş vəziyyətdə 01 büküm heroin narkotik vasitəsini 25 manata almışdır. Həmin narkotik vasitənin bir hissəsini istifadə etmiş, qalan hissəsini isə bədənində ağrılar olan zaman qəbul etmək üçün üzərində gəzdirmişdir. 10 sentyabr 2021ci il tarixdə, saat 16:50 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi «Kipin yolu» adlanan yerdə piyada gəzərkən mülki geyimli şəxslər ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra həmin polis əməkdaşları onu Binəqədi rayon Polis İdarəsinin 43-cü PB-nin inzibati binasına dəvət etmiş və o, razılaşaraq polis əməkdaşları ilə birlikdə Binəqədi rayon Polis İdarəsinin 43-cü PB-nin inzibati binasına getmişdir. Orada xidməti otaqların birində hüquq və vəzifələri ona izah olunmuşdur. Daha sonra hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət olunmuşdur. Bundan sonra polis əməkdaşları tərəfindən ona üzərində olan qeyri-qanuni əşyaları könüllü təqdim etməsi təklif olunmuş və o, əynindəki şalvarın sol yan cibindən içərisində heroin maddəsi olan 01 ədəd kağızda olan bükümü masanın üzərinə qoymuşdur. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış və götürmə aparılan zaman üzərindən digər heç bir qeyri-qanuni əşya aşkar olunmamışdır. Həmin narkotik vasitə heroin polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrinin davamında göstərmişdir ki, bundan başqa, 07 noyabr 2021-ci il tarixdə, təxminən saat 19:00 radələrində Binəqədi qəsəbəsi, «Daş Bazarı» adlanan yerin yaxınlığından keçən zaman üzdən narkomana oxşayan tanımadığı şəxsin dayandığını görmüş və o, həmin şəxsə yaxınlaşıb narkotik vasitə heroin lazım olduğunu demişdir. Həmin şəxs hazırda üzərində narkotik vasitə heroin olduğunu bildirmiş, o, 25 (iyirmi beş) manat pulun müqabilində həmin şəxsdən bir bükümdə narkotik vasitə heroini alaraq istifadə etmək üçün əynindəki şalvarının sağ yan cibinə qoymuşdur. 08 noyabr 2021-ci il tarixdə, təxminən saat 11:20 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, döngə 2 ünvanın qarşısında olan zaman iki nəfər mülki geyimli polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, üzərində narkotik vasitə gəzdirməsindən şübhələndikləri üçün onu Binəqədi RPİ-nin 43-cü polis bölməsinə dəvət etmişlər. O da öz növbəsində buna etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Binəqədi RPİ-nin 43-cü polis bölməsinə getmişlər. Polis bölməsinin inzibati binasında olan xidməti otaqlardan birində ona hüquq və vəzifələri izah olunmuşdır. Daha sonra polis əməkdaşları ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmamasını, olduğu halda könüllü təqdim etməyi təklif etmişlər. Həmin zaman video çəkiliş aparılmaqla ona hüquq və vəzifələri izah olunmuş və o, əynində olan qara və boz rəngli gödəkçənin sol yan cibindən bir ədəd üzərinə taxta mebel rəngli üzlük çəkilmiş “Samsung” markalı mobil telefon, bir ədəd qırmızı rəngli alışqanı, əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində narkotik vasitə olan heroini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Narkotik vasitə heroinə baxış keçirildikdən sonra, polis əməkdaşları tərəfindən qablaşdırılaraq, zərfə qoyularaq möhürlənmiş və bu barədə tərtib olunmuş protokol o və digər iştirakçılar tərəfindən imzalanmışdır (iş vərəqə: cild İ, 264-267). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, 10 sentyabr 2021-ci il tarixdə qərəzsiz mənbədən xx xxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsinə dair əməliyyat məlumatı daxil olmuşdur. Məlumatı yoxlamaq, Təqsirləndirilən şəxs ifşa etmək, ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə Binəqədi RPİ-nin 43-cü PB-nin rəhbərliyinə raport yazmaqla, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar yazmışdır. Ondan və Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə kiçik əməliyyat müvəkkili polis serjantı Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs xarici əlamətləri onlara məlum olmuşdur. Rəhbərliyin razılığından sonra 10 sentyabr 2021ci il tarixdə, saat 16:50 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, «Kipin yolu» adlanan yerin yaxınlığında Təqsirləndirilən şəxs müəyyən edilmişdir. Onlar özlərini sonuncuya təqdim edərək üzərində və ya paltarında narkotik vasitə və digər qanunla dövriyyəsi qadağan edilmiş əşya olmasından şübhəli olduğu üçün sonuncunu 43-cü polis bölməsinə dəvət etmişlər. Bununla bağlı rəhbərliyə raportla müraciət etmişdir. Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı Fuad Alıyev qanunvericiyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra onun və Şahid4 iştirakı ilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üstündə, paltarında, paltarının cibində, əşyalarında və bədənində ola biləcək əşyaların təqdim olunması təklif olunmuşdur. Təqsirləndirilən şəxs videoçəkilişlə əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükülünü çıxarıb masanın üstünə qoymuşdur. Həmin bükülünün içərisində qəhvəyi rəngli toz halında spesifik iyi olan narkotik vasitə heroinə bənzər maddənin olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin narkotik vasitə olan heroin olduğunu, həmin heroini 10 sentyabr 2021-ci il tarixdə, saat 16 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi «Mal bazarı» adlanan yerdə üzdən tanıdığı, adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 25 manata aldığını bildirmişdir. Qeyd olunan məddə məhkəmə-kimyəvi ekspertiza keçirilməsi üçün qablaşdırılaraq möhürlənmişdir. Həmçinin onların iştirakları ilə baş təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, möhürlənmiş zərf və tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən polis əməkdaşı Şahid4 iş üzrə məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ilə oxşar məzmunlu ifadə verib sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx xxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, əvvələr məhkum olunmuş Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi barədə 08 noyabr 2021-ci il tarixdə qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Məlumatı yoxlamaq, Təqsirləndirilən şəxs ifşa etmək, ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə Binəqədi RPİ-nin 43-cü PB-nin rəhbərliyinə raport yazmaqla, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar yazmışdır. Ondan və Binəqədi RPİ-nin 43-cü PB-nin sahə inspektoru polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs xarici əlamətləri onlara məlum olmuşdur. Rəhbərliyin razılığından sonra 08 noyabr 2021-ci il tarixdə, saat 11:20 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, döngə 2 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs müəyyən edilmişdir. Onlar özlərini həmin şəxsə təqdim edərək üzərində və ya paltarında narkotik vasitə və digər qanunla dövriyyəsi qadağan edilmiş əşya olmasından şübhəli olduğu üçün Təqsirləndirilən şəxs 43-cü polis bölməsinə dəvət etmişlər. Bununla bağlı rəhbərliyə raportla müraciət etmişdir. Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı Fuad Alıyev qanunvericiyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra onun və Şahid2 iştirakı ilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üstündə, paltarında, paltarının cibində, əşyalarında və bədənində ola biləcək əşyaların təqdim olunması təklif olunmuşdur. Təqsirləndirilən şəxs videoçəkilişlə əynində olan qara və boz rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd Samsung markalı mobil telefon, bir ədəd qırmızı rəngli alışqan, əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülünü çıxarıb masanın üstünə qoymuşdur. Həmin bükülünün içərisində qəhvəyi rəngli toz halında spesfik iyi olan narkotik vasitə heroinə bənzər maddənin olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin narkotik vasitə olan heroin olduğunu, həmin heroini 08 noyabr 2021-ci il tarixdə, saat 19 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Daş bazarı adlanan yerdə üzdən tanıdığı, adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 25 manata aldığını bildirmişdir. Qeyd olunan məddə məhkəmə-kimyəvi ekspertiza keçirilməsi üçün qablaşdırılaraq möhürlənmişdir. Həmçinin onların iştirakları ilə təhqiqatçı tərəfindən protokol tərtib edilmişdir. Protokol iştirakçılara oxunmuş və möhürlənmiş zərf və tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 ifadəsinin davamında göstərdi ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri və etibarlı mənbələrdən eldə edilmiş məlumatlara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir bükümdə narkotik vasitə heroini 08 noyabr 2021-ci il tarixdə, saat 19 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Daş bazarı adlanan yerdə tanımadığı şəxsdən satış məqsədi ilə əldə etməsi məlum olmuşdur. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən polis əməkdaşı Şahid2 iş üzrə məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə verib sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etdi. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 10 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Binəqədi RPİnin 43-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Fuad Alıyev tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya olduğu təqdirdə, təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 5 ədəd 1 manatlıq pul əskinası, həmin şalvarın sol yan cibindən içərisində qəhvəyi rəngli kütlə olan bir ədəd şəffaf rəngli sellofan bükülü çıxarıb masanın üzərinə qoymuş, bükülüdəkinin narkotik vasitə olan heroin olmasını, Binəqədi rayonu, Binəqədi qəsəbəsində “Mal bazarı” adlanan yerin yaxınlığında 25 manata tanımadığı şəxsdən almasını bildirmiş, aşkar edilmiş bükülü qablaşdırılmaqla götürülmüşdür (iş vərəqə: cild İ, səh. 127-130). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 08 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Fuad Alıyev tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya olduğu təqdirdə, təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd üzərinə taxta mebel rəngli üzlük çəkilmiş «Samsung» markalı mobil telefon aparatını, bir ədəd qırmızı rəngli alışqanı, əynində olan qara rəngli şalvarın sağ yan cibindən içərisində qəhvəyi rəngli kütlə olan bir ədəd şəffaf rəngli sellofan bükülünü çıxarıb masanın üzərinə qoymuş, bükülüdəkinin narkotik vasitə olan heroin olmasını, 07 noyabr 2021-ci tarixdə, saat 19 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi “daş bazarı” deyilən yerdən 25 manata tanımadığı şəxsdən almasını bildirmiş, aşkar olunmuş bükülü qablaşdırılmaqla götürülmüşdür (iş vərəqə: cild İ, səh. 30-32). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd “CD” formatlı diskə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə baxış keçirilməsi haqqında 13 sentyabr 2021ci il tarixli protokoldan görünür ki, DVD diskdə əks edilmiş görüntülər 10 sentyabr 2021-ci il tarixdə qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Binəqədi RPİ-nin 43-cü PBnin təhqiqatçısı, polis baş leytenantı Fuad Alıyevin əyləşdiyi xidməti otaqdır. Tədqiq olunan protokoldan görünür ki, videogörüntüdən təhqiqatçı Fuad Alıyevin qarşı sağ tərəfində, masa arxasında oturmuş şəxs Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, onun yanında oturmuş şəxs Binəqədi RPİ 43-cü PB-nin CA üzrə kiçik əməliyyat müvəkkili, polis serjıntı X5, təhqiqatçının qarşı sol tərəfində oturan şəxs Təqsirləndirilən şəxsdur. Video çəkilişin gedişatında təhqiqatçı Fuad Alıyev, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi sonuncuya təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 5 ədəd 1 manatlıq pul əskinasını, həmin şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli selofan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Ondan sonra Təqsirləndirilən şəxs qara rəngli şalvarının ciblərini açması tələb olunur, onun şalvarının ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üst-başını səliqəyə salması tələb edilmişdir. Təqsirləndirilən şəxs həmin şəffaf rəngli selofan bükülüdəki qəhvəyi rəngli kütlənin nə olduğu soruşulduqda o, həmin qəhvəyi rəngli kütlənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni həmin gün saat 12:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, «Mal bazarı» adlanan yerin yaxınlığından üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 25 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra həmin bir ədəd bükülü zərfə qoyularaq qablaşdırılmış, zərfin ağzı möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır (iş vərəqə: cild İ, səh. 170). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd “CD” formatlı diskə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə baxış keçirilməsi haqqında 10 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Fuad Alıyev tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara və boz rəngli gödəkcənin sol yan cibindən bir ədəd üzərinə taxta mebel rəngli üzlük çəkilmiş «Samsung» markalı mobil telefon aparatını, bir ədəd qırmızı rəngli alışqanı, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd içərisində qəhvəyi rəngli kütlə olan şəffaf rəngli sellofan bükülünü çıxarıb masanın üzərinə qoymuş, bükülüdəkinin narkotik vasitə olan heroin olmasını, 07 noyabr 2021-ci tarixdə, saat 19 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Daş bazarı” deyilən yerdən 25 manata tanımadığı şəxsdən almasını bildirmiş, aşkar edilmiş bükülü qablaşdırılmaqla götürülmüşdür (iş vərəqə: cild İ, səh. 78). Bundan başqa, məhkəmə baxışı zamanı nümayiş edilməklə tədqiq olunan, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən iki ədəd “CD” formatlı diskə yerləşdirilmiş videogörüntülər Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair tərtib edilmiş 10 sentyabr və 08 noyabr 2021-ci il tarixli protokolların və eyni şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən “CD” formatlı disklərə baxış keçirilməsi haqqında 13 sentyabr və 10 noyabr 2022-ci il tarixli protokolların məzmununa uyğundur və hər hansı prosesual pozuntuya yol verilməmişdir (iş materialları). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-kimyəvi ekspertizasının 11 sentyabr 2021-ci il tarixli, 6/3996 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «(imza) Rəhimov» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,065 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına daxildir (iş vərəqə: cild İ, səh. 136-141). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-kimyəvi ekspertizasının 09 noyabr 2021-ci il tarixli, 6/4956 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «…(imza) Rəhimov…» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 4,052 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına daxildir (iş vərəqə: cild İ, səh. 36-41). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 27 dekabr 2021-ci il tarixli, 5319 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkari olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh. 223-224). Məhkəmə baxışı zamanı tədqiq olunan, ambulator məhkəmə-psixiatrik ekspertizasının 14 fevral 2022-ci il tarixli, 369 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Törətdiyi əməl barəsində anlaqlıİ hesab edilməlidir (iş vərəqə: cild İ, səh. 226-227). Məhkəmə baxışı zamanı tədqiq olunan, Binəqədi rayon Məhkəməsinin 08 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında 07 noyabr 2021-ci il tarixdə Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri qanunauyğun hesab edilmişdir (iş vərəqə: cild İ, səh. 50-51). Məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1,015 qram və 4,002 qram narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir (iş vərəqə: cild İ, səh. 228-239). Həmçinin məhkəmə baxışı zamanı müəyyən edildi ki, 10 sentyabr və 08 noyabr 2021-ci il tarixlərdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi cəmi 02 ədəd CD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 228-239). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq əldə etdiyi heroin narkotik vasitəsinin təmiz çəkisi 4,052 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin külli miqdar həddini iki dəfə aşmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşıması, eləcə də satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməsi məhkəmə baxışı nəticəsində təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi üzrə irəli sürülmüş ittiham təsdiq edilmədiyindən məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi üzrə irəli sürülmüş ittihamdan, həmin ittihamın məhkəmə baxışı zamanı təsdiq edilməməsi əsası ilə imtina etmiş və Təqsirləndirilən şəxs barəsində CM-nin 234.4.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edib, belə qərara gəlir ki, dövlət ittihamçısının ittihamdan imtinası əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. Həmin Məcəllənin 43.1 və 43.1.1-ci maddələrinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı törətdiyi cinayət əməlləri ilə bağlı aşkar olunan narkotik vasitələri satış məqsədilə əldə etməsinə dair verdiyi inkaredici və ziddiyyətli ifadələri onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh 182). Cinayət işində olan rəsmi sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs himayəsində 2012-ci təvəllüdlü bir nəfər azyaşlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun barəsində cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Lakin ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1 və 234.4-cü maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsi cinayətin təkrar törədilməsi kimi qiymətləndirilmiş və bunu təqsirləndirilən şəxsin barəsində cəzanı ağırlaşdıran hal kimi cinayət işi üzrə tərtib olunan ittiham aktına daxil etmişdir. Qeyd olunan məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1 və 234.4-cü maddələri ilə olmaqla müxtəlif maddələrlə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinir. Azərbaycan Respublikası CM-nin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Məcəllənin 16.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi eyni cinayətin təkrar törədilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutur ki, Təqsirləndirilən şəxs isə həmin maddə ilə ittiham verilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayətin təkrar törədilməsi əlaməti və ya cəzanı ağırlaşdır hal kimi təkrarlıq mövcud deyildir və belə bir vəziyyətdə təkrarlıq Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələrinin sanksiyası daxilində, cinayətlərin məcmusu qaydasında cəza təyinetmənin prinsipləri nəəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 66.3-cü maddəsinin tələblərinə görə cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Məhkəmə iş üzrə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 27 dekabr 2021-ci il tarixli 5319 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs kannabioidlərin sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyinin aşkar olunması, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, Təqsirləndirilən şəxs, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğunu qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 08 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ayrıca icraatda istintaq olunan cinayət işi üzrə 10 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 sentyabr 2021-ci il tarixdə həbsdən azad olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ayrıca icraatda başlanmış cinayət işi üzrə 08 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 10 noyabr 2021-ci il tarixdə barəsində müvafiq məhkəmənin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 08 noyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, 01 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilmişdir. Baxılan iş üzrə Təqsirləndirilən şəxs 08 noyabr 2021-ci il tarixdən məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Qeyd olunan bu halla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulduğu vaxtdan 11 sentyabr 2021-ci il tarixdə azad edilənədək həbsdə saxlanıldığı 1 (bir) gün ona təyin edilən cəza müddətinə hesablanmaqla çıxılmalı, cəza çəkməsi üçün qəti cəza təyin olunmalı, 08 noyabr 2021-ci il tarixdən məhkəmə hökmü çıxarılanadək həbsdə saxlanıldığı bütün müddət ona təyin olunan cəza müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli baxılan iş üzrə şübhəli şəxs qismində tutulduğu 08 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələ həll olunarkən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-in Binəqədi RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1,015 qram və 4,002 qram narkotik vasitə heroin məhv edilməlidir; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi 02 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 195,82 (bir yüz doxsan beş manat 82 qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 10 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulub 11 sentyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 1 (bir) gün ona təyin olunan 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və cəza çəkməsi üçün üzərində qəti olaraq 5 (beş) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi üzrə irəli sürülmüş ittihamdan imtinası təmin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin və o, Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu 08 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilsin və o, narkotik vasitələrdən sui-istifadə etməsi ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-in Binəqədi RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1,015 qram və 4,002 qram narkotik vasitə heroin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi 02 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 195,82 (bir yüz doxsan beş manat 82 qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-844/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-844/2022
22.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver