Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-844/2024 23.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X6-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X4, X1, X3, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru X5, Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Mərkəz” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxx 1987-ci ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilib, 26 iyul 2024-cü il tarixdən hazırkı vaxta qədər həbsdə saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs başqa mənbədən naməlum vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq bir bükümdə küllü miqdarda, yəni 2,552 qram olan narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, 22 iyul 2023-cü il tarixdə saat 15:00 dəqiqədə Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq ünvan 4 yerləşən Xətai RPİ-nin 37-ci polis şöbəsinə gətirilmiş, orada onun üzərində keçirilən axtarış zaman əynindəki şalvarın cibindən bir ədəd bükümdə təmiz çəkisi 2,552 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutlan cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək ifadələrində göstərdi ki, polis əməkdaşları onu evdə tutmuşlar. O, narkotik vasitə istifadəçisidir, amma saxlanılarkən onun üzərində narkotik vasitə olmayıb. Polis əməkdaşları onu təhdid etmişlər. Onun üzərinə üç qram narkotik vasitə qoyub bildirdilər ki, bunu məhkəmədə deməsin. O da polis əmədaşlarının dediyi kimi hərəkət etmişdir. Onun polis əməkdaşları ilə heç bir ədavəti olmayıb. Onu polis əməkdaşları 2023-cü ilin yayında saxlayıblar. Özü üç ildir ki, narkotik vasitədən istifadə edir. Çəkiliş zamanı onu təhdid etdiklərinə görə narkotikin özünə məxsus olmasını etiraf etmişdir. Polis əməkdaşları tərəfindən təhdid olunması barədə şikayət etməmişdir. Onu təhdid edən şəxs Əli adlı şxs idi. Özünün on yaşında bir qızı var. Rusiyada onun anası ilə yaşayır. Törətdiyi əməldən peşmandır. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, bədənində ağrılar olduğu üçün müxtəlif yerlərdə qiyabi tanıdığı, yəni anket məlumatlarını bilmədiyi, adlarını da dəqiq bilmədiyi şəxslərdən «kokos», yəni heroin əldə edib istifadə etmişdir. Belə ki, heroin ağrılarına təsir göstərərək onları yüngülləşdirir. 22 iyul 2023-cü il tarixdə saat 14 radələrində «kokos» almaq üçün vaxtilə «Kubinka» kimi tanınan əraziyə gəlib orada üzdən tanıdığı, anket məlumatlarını və istifadə etdiyi mobil nömrəni bilmədiyi şəxslə görüşüb ondan 10 manata bir bükümdə «kokos» almışdır. Həmin şəxsdən əvvəllər də bir neçə dəfə öz istifadəsi üçün «kokos» almışdır. Həmin şəxs günün müxtəlif vaxtlarında qeyd etdiyi ərazidə gəzir və tanıdığı şəxslərə «kokos» satır. Aldığı narkotik vasitəni əynində olan qara rəngli cins şalvarın sol yan cibinə qoymuşdur ki, ağrıları başlayanda həmin narkotikdən istifadə etsin. xx.xx.2023-cü ildə saat 15 radələrində Xətai rayonu, Mirzə Davud küçəsi, 11 ünvanın yaxınlığında piyada hərəkət edən zaman iki nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edərək 37-ci PŞ-nin əməkdaşları olduqlarını və Xətai rayonu ərazisində narkotik vasitələrdən istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları əllərini ciblərinə salmağa imkan verməyərək Xətai RPİ-nin 37-ci PŞ-nə gətirmişlər. Polis şöbəsində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına vəkil təqdim edilmiş və üzərində şəxsi axtarışın keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarışdan öncə isə polis əməkdaşı tərəfindən üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşyalar olduğu halda onları təqdim etmək təklif olunmuşdur. Əynində olan qara rəngli cins şalvarın sol yan cibində saxladığı içərisində narkotik vasitə heroin olan bir ədəd şəffaf rəngli sellofan bükümü cibindən çıxardıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşı bükümün içərisində nə olduğunu soruşmuş, bükümün içərisində «kokos», yəni heroin olduğunu, həmin narkotik vasitəni «Kubinka» kimi tanınan ərazidən öz istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Daha sonra bir qadın əməkdaş üzərində axtarış aparmış, lakin üzərindən heç nə aşkar olunmamışdır. Polis əməkdaşı təqdim etdiyi bükümü elektron tərəzidə çəkəndən sonra onu bir ədəd zərfdə qablaşdırmışdır. Özü və digər iştirakçılar zərfdə imza etmişlər. Üzərində şəxsi axtarış və götürmənin keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, özü və digər iştirakçılar protokolda imza etmişlər. Şahid1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla ədavəti və yaxınlığı yoxdur. Onu xidməti vəzifələrinin icrası ilə əlaqədar tanıyır. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə əldə etməsi, istifadəsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdu. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədi əməliyyat qrupu yaradıldı. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildi və 22 iyul 2023-cü ildə ünvan 6 ünvanında piyada hərəkət edərkən Təqsirləndirilən şəxs saxlayıb onu 37-ci PŞ-ə aparmışlar. Sonra xidməti otaqda videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir büküm heroin aşkar olundu. Onun üzərində axtarışı qadın apardı. Onlar Kəmaləni evdə deyil, küçədə tutublar. Kəmalənin evdə tutulması barədə dedikləri doğru deyil. Onu şəhərdə Mirzə Davud küçəsi 11-də piyada hərəkət edərkən saxlamışlar. İfadələrinə başqa əlavəsi yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edir. Məhkəmədə elan olunub araşdırlmış ifadələrində ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin 37-ci PŞ-nin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. ünvan 7 ünvanda qeydiyyatda olan, ünvan 8 ünvanda yaşayan Təqsirləndirilən şəxs 37-ci PŞ-nin inzibati ərazisində narkotik vasitə və psixotrop maddə əldə etməsi, istifadəsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin və ya psixotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmış və bu məqsədlə əməliyyat qrupu yaradılmışdır. Qrupa Xətai RPİ-nin CAŞ-nin cinayət axtarışı üzrə kiçik inspektoru, polis kiçik serjantı Şahid2 daxil edilmiş, qrupa rəhbərlik isə özünə həvalə edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş və o, 22 iyul 2023-cü ildə saat 15:00 dəqiqədə Xətai rayonu, Mirzə Davud küçəsi, 11 ünvanın yaxınlığında piyada hərəkət edərkən saxlanılmışdır. Həmin qadına özlərini təqdim edərək onun rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib ona 37-ci PŞ-ə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş maddələrin və ya əşyaların olmasına əsaslı şübhələr olduğundan onu 37-ci PŞ-ə gətirərkən əllərini ciblərinə salmağa imkan verməmişlər. Təqsirləndirilən şəxs paltarında, əşyalarında, bədənində olması ehtimal edilən narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayət izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı raport yazılandan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmənin aparılması şöbənin təhqiqatçısı, polis baş leytenantı Bahadur Ənnağızadəyə həvalə edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra ona dövlət hesabına vəkil təqdim edilmiş və üzərində şəxsi axtarışın keçiriləciyi bildirilmişdir. Sonra xidməti otaqda videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılması başlanmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılmasında sonuncunun vəkili, özü, cinayət axtarışı üzrə kiçik inspektor Şahid2 və 37-ci PŞ-nin mülki əməkdaşı olan Hüseynova Əntiqə Babaş qızı iştirak etmişdir. Şəxsi axtarışdan öncə təhqiqatçı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşyalar və ya maddələr olduğu halda onları təqdim etməyi təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxardıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümün içərisində "kokos”, yəni heroin olduğunu, həmin narkotik vasitəni “Kubinka” kimi tanınan ərazidən öz istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Daha sonra 37-cİ PŞ- nin qadın mülki əməkdaşı Təqsirləndirilən şəxs paltarlarını yoxlamış, lakin onun üzərindən heç nə aşkar olunmamışdır. Təhqiqatçı bükümü elektron tərəzidə çəkəndən sonra onu bir ədəd zərfdə qablaşdırmış, özü və digər iştirakçılar zərfdə imza etmişlər. Şəxsi axtarış və götürmənin keçirilməsi ilə bağlı təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, özü və digər iştirakçılar protokolda imza etmişlər. Şahid2 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla ədavəti, yaxınlığı və qohumluğu yoxdur. Onu xidməti vəzifələrinin icrası ilə əlaqədar tanıyır. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə əldə etməsi, istifadəsi və üzərində saxlaması barədə Şahid1 əməliyyat məlumatı daxil olmuşdu. Təqsirləndirilən şəxs 22 iyul 2023-cü ildə ünvan 6 ünvanında piyada hərəkət edərkən onu saxlayıb 37-ci PŞ-ə aparıb orada xidməti otaqda videoçəkilişlə üzərində şəxsi axtarış aparıldı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir büküm heroin aşkar olundu. Onlar Təqsirləndirilən şəxs evdə deyil küçədə saxlamışlar. Kəmalənin evindən tutulub aparılması barədə ifadələri həqiqətə uyğun deyil. İfadələrinə əlavəsi yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edir. Məhkəmədə elan olunub araşdırlmış ifadələrində ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəlrində göstərilən hallara uyğun ifadələr verib onun ifadələrində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş: Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmənin videoçəkilişinin yazıldığı bir ədəd DVD-R diskə 22 iyul 2023-cü il tarixdə baxış keçirilərək müvafiq protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyul 2023cü il tarixli 3-16-16/2-6/3973 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində "...Təqsirləndirilən şəxs..." sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində 1(bir) ədəd bükümdə təmiz çəkisi 2,552 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 2,552 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və “Şəxsi axtarış və götürmə" istintaq hərəkəti zamanı aparılmış videoçəkilişin yazıldığı bir ədəd CD-R diski cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilib ifadələrində göstərdi ki, ona elan olunmuş ittihamda nəzərdə tutulan narkotik vasitənin ona aidiyyəti yoxdur, o, küçədən deyil evindən tutulmuşdur, o, ibtidai istintaq zamanı etirafedici ifadələr verməmişdir, ona polis əməkdaşları tərəfindən təsir edildiyi üçün ittihamda nəzərdə tutulan narkotik vasitənin özünə məxsus olmasını etiraf etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs bu ifadələri araşdırılarkən həmin ifadələri təsdiq edən sübut müəyyən olunmadı. Əksinə onun küçədə hərəkətdə olarkən saxlanılıb polis bölməsinə aparılmasını həyata keçirmiş və bu iş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid1 onun ifadələrinində göstərdiyi halları təkzib etdilər. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirsizlik prezumpsiyası hüququna əsasən özünün təqsirsizliyini sübut etməyə borclu olmadığını nəzərə alır, lakin onun göstərdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etmək vəzifəsi daşadığını qeyd edir. O isə bunu etmədi və məhkəmədə də onun iddialarını təsdiq edən sübut müəyyən olunmadı. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs sərbəst ifadə vermək hüquna malikdir. O, biləbilə yalan xəbərçilik etməkdən başqa özünün müdafiəsi üçün göstərdiyi hallara görə məsuliyyət daşımır. O, xəbərçilik etdikdə isə bunu təsdiq edən sübutları da təqdim etməlidir. Əks halda özündə dəqiq faktı nəzərdə tutmayan məlumatın əsassız olaraq yoxlanılması hüquq müstəvisinə çıxarılardı. Bu da hüququ müəyyənlikdən “in abstrakto”-ya, yəni mücərəddiyə, qeyri-müəyyənliyə çevirərdi. Buna isə qanunla yol verilmir. Bu səbəbdən də, yuxarıda göstərilənlər əsasında məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrini həqiqətə uyğun olmayan, özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Odur ki, məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrini həqiqətə uyğun olmayan, özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirdiyindən onun ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadələrini əsas götürür. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin onun tərəfindən qəsdən törədilməsinin sübuta yetirildiyinin, onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-1 ci maddəsi ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilinib onun bu əmələ görə həmin maddədə nəzərdə tutulan qaydada cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə ibtidai istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 80 (səksən) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləğin Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsini əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb ekspertiza tədqiqatından sonra qalıq qalmış, saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd şəffaf sellofan bükümdə, ümumi çəkisi 2,502 qram olan narkotik vasitə heroinin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini, axtarış və götürmə aparılmasını əks etdirən 01 ədəd “CD-R” disk cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi ibtidai istintaq zamanı etirafedici ifadələr verib cinayətin açılmasında fəal iştirak etməsi və himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olması müəyyən olundu. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş DİN-in BƏSll-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 aprel 2014-cü il tarixli 1 (006)-132/2014 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsi ilə təqsirli bilinərək 2500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs hazırkı iş üzrə 22 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulub 24 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində ev dustaqlığı seçilmiş, məhkəmənin gedişində qətimkan tədbirinin tələblərini pozaraq məhkəmədən qaçıb gizlənmiş, 13 dekabr 2023cü il tarixdə məhkəmənin qərarı ilə onun seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilib barəsində axtarış elan edilmiş, 26 iyul 2024-cü il tarixdə tutularaq həmin vaxtdan hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət təyin olunmuş cəza müddətinə daxil edilir. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzadan onun 22 iyul 2023-cü il tarixdən 13 dekabr 2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 04 ay 21 gün müddətin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən çıxılmasını və onun cəzasının çəkilməsinin başlanğıcının 26 iyul 2024-cü il tarixdən hesablanmasını əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və ona qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzası təyin edildiyini nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən onun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsin ambulator məcburinarkoloji tibbi yoxlama komissiyasının 05 sentyabr 2023-cü il tarixli 5688 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsini və narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-cü maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 22 iyul 2023-cü il tarixdən 13 dekabr 2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 04 ay 21 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələblərinə əsasən ona təyin edilmiş cəza müddətinə daxil edilsin və onun tərəfindən çəkilməli olan azadlıqdan məhrumetmə cəzası 02 (iki) il 07 (yeddi) ay 09 (doqquz) gün olaraq hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcı 26 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına 88 ( səksən səkkiz ) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Mərkəz” Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 420 (dörd yüz iyirmi) manat Azərbaycan Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs müdafiəçiyə ödənilən məbləği ödəməkdən azad olunsun, ekspertiza xərcələrini təşkil edən 80 (səksən) manat Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunmuş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,502 qram olan narkotik vasitə heroin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilsin. Bir ədəd rəqəmsal video disk (DVD-R) cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-844/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-844/2024
23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver