Məhkəmə qərarları › İş №1(101)-845/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-845/2020

20.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-845/2020 20.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, hakimlər Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhər 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə « 20 » avqust 2020-ci il Bakı şəhərində xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 Şossesi ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlim olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq müxtəlif narkotik vasitələri əldə edib, daşıyaraq yaşadığı Abşeron rayonu, Məhəmmədli kəndi, Kürdəxanı Şossesi ünvanında yerləşən nömrəsiz evdə saxlamışdır. Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi “Zeytun bağı” parkının qarşısında saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PB-nə aparılmış, üzərinə şəxsi axtarış keçirildikdən sonra, həmin günü Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Məhəmmədli kəndində video çəkiliş ilə baxış keçirilən zaman, evin həyətində yerləşən otaq tipli tikilinin içərisində olan dibçəyin içində bir ədəd sellofan torbada bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 7,367 qram olan kustar üsullar hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə küllli miqdarda təmiz çəkisi 2,899 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd bükümdə təmiz çəkisi 0,262 qram olan xaş-xaş bitksindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, bir ədəd kibrit qutusunda və bir ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,949 qram; 0,285 qram, ümumi təmiz çəkisi 1,234 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək, polis əməkdaşları tərəfindən götürülərək sənədləşdirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitə olan heroindən və metamfetamindən istifadə etmiş, 7 ay olar ki, ancaq marixuanadan istifadə edirmiş, digər narkotik vasitələrdən istifadə etməmişdir. 2019-cu ilin iyul ayında Xırdalan şəhərində Aydın adlı şəxsdən şəxsi istifadəsi üçün 600 manata bir büküm heroin, bir büküm metamfetamin, bir büküm tiryək, bir kibrit qutusunda marixuana almışdır. Aydın həmçinin ona bir ədəd elektron tərəzi də vermişdir ki, ondan aldığı narkotikləri özü tərəzidə çəksin. O, aldığı narkotik maddələri yaşadığı Məhəmmədli kəndi Kürdəxanı Şossesi nömrəsiz evin həyətində yerləşən bir otaqlı tikilidə saxlamışdır. Həmin narkotik maddələrdən bir qədərini özü istifadə etmişdir. xx.xx.2020-ci il tarixdə 15 radələrində Kürdəxanı qəsəbəsi ərazisində yerləşən “Zeytun Parkı”nın qarşısında olarkən 2 nəfər mülki geyimdə şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər və onu narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli kimi 15-ci polis bölməsinə gətirmişlər. Orada ona hüquq və vəzifələri izah edildikdən sonra video çəkiliş ilə üstünə baxış keçirmişlər. Baxış zamanı onun üstündən qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet aşkar olunmamışdır. O, həmin vaxt polis əməkdaşlarına bildirmişdir ki, yaşadığı Məhəmmədli kəndində Kürdəxanı Şossesi nömrəsiz evin həyətində yerləşən tikilidə narkotik maddə gizlətmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə yaşadığı evə getmişlər və orada onun ərizəsi əsasında yaşadığı evə baxış keçirilən zaman həyətdə olan tikilinin içərisində yerləşən dibçəyin içərisində sellofan torbada saxladığı narkotik maddə olan bir büküm heroini,bir büküm metamfetamini, bir büküm tiryəki və bir ədəd kibrit qutusunda marixuananı polis əməkdaşlarına təqdim etmişdir. O, bildirmişdir ki, həmin narkotik maddələr ona məxsusdur və şəxsi istifadəsi üçün saxlamışdır. Bundan sonra həmin maddələr polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılmış və müvafiq sənədləşmə aparılmışdır. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi özünün qismən də olsa etirafedici ifadələri ilə yanaşı şahidlərin ifadələri, ekspertizaların rəyləri, cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu RPİ-nin 15-ci PB-nin baş əməliyyat müvəkkili işləyir. xx xxxx 2020-ci il tarixdə ünvan 3 şossesi ünvanında yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin mütəmadi olaraq narkotik maddə qəbul etməsi, üzərində daşıması,saxlaması və satışı barədə əldə olunmuş məlumatı yoxlamaq məqsədi ilə həmin günü saat təxminən 15:00 radələrində Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən “Zeytun bağı” parkının qarşısında, yolun kənarında onlara şifahi məlumata əsasən məlum olmuş şəxsə yaxınlaşaraq, özlərini təqdim etmişlər və həmin şəxsin şəxsiyyətini soruşduqda, özünün Təqsirləndirilən şəxs bildirməsinə görə həmin şəxsi şübhəli şəxs qismində Sabunçu rayon polis idarəsinin 15-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs kimi özünü təqdim etmiş şəxs etiraz etmədən onlarla birlikdə Sabunçu RPİ-nin 15-ci PB-nə getmişdir. 15-ci PB-də xidməti otaqda polis əməkdaşlarının iştirakı Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilərkən video çəkilişdən də istifadə edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Lakin sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı ünvan 3 Şossesində yerləşən nömrəsiz evin həyətindəki tikilidə narkotik maddə gizlətmişdir. Bundan sonra polis əməkdaşları və Təqsirləndirilən şəxs birlikdə Vüqarın yaşadığı Sabunçu RPİ-nin 15-ci PB-nin xidməti ərazisi olan Abşeron Məhəmmədli kəndi Kürdəxanı şossesində yerləşən nömrəsiz evə getmişlər. Təqsirləndirilən şəxs ərizəsi və razılığı əsasında yaşadığı evə baxış keçirilən zaman həyətdə olan tikilidəki dibçəyin içərisində sellofan torbada olan narkotik maddələri və bir ədəd elektron tərəzini təqdim etmişdir. Belə ki, Vüqar bir ədəd bükümdə narkotik maddə heroin olduğunu, digər bükümün içərəsində şüşə, yəni metamfetamin olduğunu, bir ədəd bükümdə narkotik maddə olan tiryək olduğunu, bir ədəd kibrit qutusunda və bir ədəd bükümdə narkotik maddə marixuana olduğunu, bir ədəd bükümdə isə marixuna toxumlarının olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik maddələrdən istifadə etmir əvvəllər istifadə etmişdir. Həmin narkotik maddələri bir neçə ay qabaq Xırdalan şəhərində Aydın adlı şəxsdən şəxsi istifadəsi üçün almışdır. Həmin elektron tərəzinin də Aydın tərəfindən verildiyini bildirmişdir. Həmin bükümlər açıldıqda içərisində narkotik maddələr olması müşahidə edilmişdir. Baxış zamanı digər qanunla qadağan edilmiş əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş maddələr və bir ədəd elektron tərəzi zərfə qoyularaq, protokol tərtib olunmuş, tərtib olunmuş protokol və zərf polis əməkdaşları və saxlanılan Təqsirləndirilən şəxs tərəfindən imzalarla təsdiqlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, videogörüntülərdə Təqsirləndirilən şəxs yaşadığı evdə saxladığı narkotik vasitələrin yerini göstərməsi təklif olunur.Təqsirləndirilən şəxs yaşadığı evi həyətində yerləşən otaq tipli tikilinin içərisinə daxil olaraq həmin tikilinin pəncərəsinə qoyulmuş boş plastik dibçək qabının içərisindən kiçik sellofan torbanı götürüb təqdim edir.Həmin sellofan torbanın içərisində 2 ədəd qurğuşun falqaya bükülmüş bükümlər,3 ədəd sellofana bükülmüş bükümlər, 1 ədəd kibrit qutusuna doldurulmuş qurudulmuş ot kütləsi və 1 ədəd elektron tərəzi aşkar olunur.Təqsirləndirilən şəxs kibrit qutusuna doldurulmuş və qurğuşun falqaya bükülmüş bükümdəki ot kütlələrinin marixuana kimi tanıdığı və istifadə etdiyi narkotik vasitə olduğunu,qurğuşun falqaya bükülmüş digər kütlənin kokos kimi tanıdığı,lakin istifadə etmədiyi narkotik vasitə olduğunu,sellofana bükülmüş bükümlərdən birində olan ağ kristal şəkilli maddəni şüşə kimi tanıdığı,lakin istifadə etmədiyi narkotik vasitə olduğunu, sellofana bükülmüş bükümlərdən digərində olan qara rəngli kütlənin tiryək kimi tanıdığı,lakin istifadə etmədiyi narkotik vasitə olduğunu,həmin narkotik vasitələri 8 ay bundan əvvəl Abşeron rayonu, Xırdalan şəhərində Aydın adlı şəxsdən şəxsi istifadəsi üçün aldığını,həmin vaxt Aydından 1 ədəd kiçik elektron tərəzini də götürdüyünü,həmin tərəzini evə gətirdikdə tərəzinin xarab olduğunu,heç vaxt həmin tərəzidən istifadə etmədiyini bildirir. Məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli 6/150 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün No161” möhür əksi və “Vət.Təqsirləndirilən şəxs yaşadığı evdən təqdim etdiyi....” əl yazıları, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 7,367 qram qəhvəyi rəngli, tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 2,899 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,262 qram olan tünd qəhvəyi rəngli qətrana bənzər kütlə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Heroin və Tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasutələr”in siyahasına (Siyahı 1), Metamfetamin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələ”in siyahasına (Siyahı 1) daxildir. Məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 7/45 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət.Təqsirləndirilən şəxs yaşadığ evdə təqdim etdiyi narkotik vasitələrə bənzər maddələr.” yazılar və imzalar kağız paketdə 1 (bir) ədəd kibrit qutusunda, bir ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkilərə-0,949 qram; 0,285 qram;, ümumi təmiz çəkisi -1,234 qram bitki mənşəli kütlələr, tərkiblərində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Həmin marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuanaların ümumi təmiz çəkisi-1,234 qramdır. Təqdim olunmuş həmin paketdə bir ədəd sellofan bükümdə təmiz çəkisi-2,876 qram bitki toxumları əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır, onlar narkotik vasitələrə aid deyil. Məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 1414 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs “tiryək” alkoloidlərinin tərkibində saxlayan maddələrdən, “çətənə” bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində “asıllıq sindiromu” (narkomaniya xəstəliyi)aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək cinayət işinin materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Məhkəmə belə nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” x xxxx 2011-ci il tarixli, 2 №-li qərarını da nəzərə alır. Belə ki, həmin Qərarın 14-cü bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. İş üzrə maddi sübutlar- Bakı şəhəri Sabunçu rayon polis idarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,317 qram heroin, çəkisi 2,849 qram metamfetamin, çəkisi 0,162 qram tiryək, çəkisi 1,194 qram qurudulmuş marixuana, çəkisi 2,856 qram çətənə (kannabis) bitkisinin toxumları və bir ədəd elektron tərəzi müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri 176 manat 36 qəpik Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351- 353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Maddi sübutlar- Bakı şəhəri Sabunçu rayon polis idarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,317 qram heroin, çəkisi 2,849 qram metamfetamin, çəkisi 0,162 qram tiryək, çəkisi 1,194 qram qurudulmuş marixuana, çəkisi 2,856 qram çətənə (kannabis) bitkisinin toxumları və bir ədəd elektron tərəzi müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərcləri 176 manat 36 qəpik Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar