Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-845/2022 23.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 2002-ci il martın 08-də Quba rayonunun Davidoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməmiş, Quba rayonunun Davidoba kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, «Lallar fabriki» adlanan ərazidəki nömrəsiz fərdi yaşayış evində kirayədə yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamaqla daşımışdır. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olduğu bir qrup şəxs halında istintaqa məlum olmayan şəxslə cinayət əlaqəsinə girmiş və 2021-ci il noyabrın 20-də günorta saatlarında əvvəlcədən aralarındakı razılaşmaya əsasən sonuncudan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən «Qız qalası» marketinin yaxınlığında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 4,179 qram narkotik vasitə heroin, habelə 0,44 qram narkotik vasitə metadon tərkibli dərman preparatı əldə edib üzərində saxlamaqla daşımış, 2021-ci il noyabrın 27-də saat 11:50 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, «Lallar fabriki» adlanan ərazidə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanaraq bölməyə gətirilmiş, orada üzərində aparılan şəxsi axtarış zamanı geyindiyi qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdəki külli miqdarda təmiz çəkisi 4,179 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmçinin bir ədəd şəffaf polietilen bükümdəki üzərində «F/M40» yazısı həkk olunan 11 ədəd həbdə təsiredici maddəsinin ümumilikdə 0,44 qram çəkidə narkotik vasitə metadon tərkibli dərman preparatları aşkar edilib götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə ona elan edilən ittihamda özünü təqsirli bilməməklə ifadəsində göstərdi ki, bir neçə ildir narkotik aludəçisi olaraq adətən narkotik vasitə heroin istifadə etsə də heç vaxt narkotiklərin satışı ilə məşğul olmamış, məktəbli şagirdlərə qanunla qadağan edilən maddələr satmamışdır. 2021-ci il noyabrın 27-də Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən yaşadığı evdə saxlanmış, üç-dörd nəfər mülki geyimli şəxs nə baş verdiyini izah etmədən onun sifət nahiyəsinə yumruq vurmuş, lakin işıqlar yanmadığından onu vuranın kim olduğunu görməmişdir. Daha sonra bölmədə Fuad adlı polis işçisi onun sağ göz nahiyəsinə yumruq zərbəsi vurmuş, seyfdən narkotik vasitə çıxarıb guya həmin maddənin ona məxsus olduğunu bildirmiş, o, zorakılıq hərəkətlərindən yorulduğundan bütün sənədlərə qol çəkmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis baş leytenantı olmaqla Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərdi ki, 2021-ci il noyabrın 26-da Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində gəzdirməsi və dövriyyəsi ilə məşğul olması barədə daxil olan əməliyyat məlumatını yoxlamaq üçün ondan və bölmənin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır, 2021-ci il noyabrın 27-də saat 11:50 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, «Lallar fabriki» adlanan yerin ətrafında Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə uyğun gələn şəxsə yaxınlaşıb özlərini təqdim etməklə şəxsiyyətini dəqiqləşdirdikdən sonra sonuncunu Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış aparılması zamanı sonuncu əynində olan qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd şəffaf sellofan və bir ədəd şəffaf polietilen bükümləri çıxarmaqla təqdim edərək bükümlərin birində narkotik vasitə heroin, digərində isə 11 ədəd, üzərində «F/M40» yazısı olan həbi olduğunu, «Qız Qalası» marketinin yaxınlığında tanımadığı şəxsdən satış məqsədi ilə metadonu 150 manata, narkotik vasitə heroini isə 100 manata alıb 179 nömrəli orta məktəbin qarşısında 10-15 manata bir neçə şagirdə satdığını, hətta bunun üstündə uşaqların valideynləri tərəfindən döyüldüyünü, sol gözünün altının göyərməsinin bununla bağlı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs tutularkən və sonradan fiziki və mənəvi təzyiqə məruz qalmamışdır. Tərtib olunan protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiq edilmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis leytenantı olmaqla Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili işləyən Şahid2 Şahid1 ilə oxşar ifadə verdi. Məhkəmə iclasında ifadələri elan olunaraq tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaqda şübhəli və təqsirləndirilən şəxslər qismində dindirilərkən qeyri-rəsmi nikah münasibətlərindən 2020 təvəllüdlü qız övladı olsa da hazırda ərindən ayrıldığını, uşağının keçmiş qayınanasının himayəsində olduğunu, 2021-ci il noyabrın 20-də günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən köhnə «Qız Qalası» marketinin yanında tanımadığı şəxsdən 150 manat müqabilində satış məqsədi ilə 14 ədəd «M40 metadon» həbi, 100 manat müqabilində isə həm öz istifadəsi, həm də satmaq üçün narkotik vasitə heroin aldığını, daha sonra göstərilən qəsəbədəki 179 saylı məktəbin qarşısına gəlib bir neçə şagirdə 10-15 manata dərmanları satdığını, 2021-ci il noyabrın 27-də saat 11:50 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, «Lallar fabriki» deyilən sahədən piyada gedən vaxt iki nəfər mülki geyimli şəxsin ona yaxınlaşmaqla özlərinin polis əməkdaşı kimi təqdim edərək onun üstündə narkotik vasitə olmasından şübhə edildiyi üçün onu bölməyə dəvət etdiyini, orada videoçəkilişlə üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkcənin sol yan cibindən iki ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etməklə bükümlərdən birində 11 ədəd metadon həbi, digərində isə narkotik vasitə heroin olduğunu, həmin maddələri necə əldə etdiyini izah etdiyini, polis işçiləri tərəfindən ona psixi və fiziki təsir tətbiq olunmadığını, tərtib olunan protokolun düzgünlüyünün iştirakçıların imzaları ilə təsdiq edildiyini göstərmişdir (iş vərəqi 46-49, 58-60 və 74-76). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin 2021-ci il 26 noyabr tarixli raportlarından, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından, əməliyyat qrupunun təşkil edilməsi barədə protokolundan, eləcə də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2021-ci il 28 noyabr tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində gəzdirməsinə dair daxil olan məlumatı yoxlamaq üçün əməliyyataxtarış qrupu yaradılmış, göstərilən şəxs 2021-ci il noyabrın 27-də saat 11:50-də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, «Lallar fabriki» adlanan ərazinin yaxınlığında saxlanmaqla Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə gətirilmiş, həmin qərar məhkəmə tərəfindən qanuni hesab edilmişdir (iş vərəqi 3-7 və 61-62). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin tərtib etdiyi 2021-ci il 27 noyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2021-ci il noyabrın 27-də saat 12:40-da Azərbaycan Respublikasının CM-nin 234.1.ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, protokola etiraz və əlavə olmamışdır (iş vərəqi 19). İş materiallarındakı şübhəli şəxs Təqsirləndirilən şəxs 2021-ci il 27 noyabr tarixli razılıq ərizəsindən, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin eyni tarixdə və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il noyabrın 28-də tərtib etdiyi protokollardan görünür ki, videoçəkilişlə müdafiəçinin iştirakı olmadan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən sonuncu əynində olan qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd şəffaf sellofan və içərisində 11 ədəd qəhvəyi rəngli həb olan bir ədəd şəffaf polietilen bükümləri çıxararaq təqdim edib içərisində narkotik vasitə heroin və narkotik vasitə metadon olduğunu, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən «Qız qalası» marketinin yaxınlığında tanımadığı şəxsdən narkotik vasitə heroini öz şəxsi istifadəsi üçün 100 manata, narkotik vasitə metadonu isə satış məqsədi ilə 150 manata aldığını, metadon həblərini Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsindəki 179 saylı məktəbin qarşısında dayanmaqla 7-8ci sinif şagirdlərinə əvvəlcə konfet adıyla pulsuz verdiyini, onlarda asılılıq yarandıqda isə hər bir həbi 15-20 manata satdığını bildirmiş, bükümlər zərfə qablaşdırılaraq götürülmüş, protokola şikayət, təklif və qeydlər olmamış, cinayət işinin materiallarına əlavə edilən bir ədəd CD diskinə baxış keçirilərkən göstərilənlər müəyyənləşdirilmişdir (iş vərəqi 30-33 və 57). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 27 noyabr tarixli 6/5277 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «Təqsirləndirilən şəxs» yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 4,179 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, üzərində «F/M40» yazısı olan 11 ədəd qəhvəyi rəngli dairəvi formada metadon tərkibli həbdə metadonun təsir maddəsinin ümumi miqdarı 0,44 qram təşkil edir, narkotik vasitə heroinin və narkotik vasitə metadonun tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 4,079 qram və doqquz ədəd təşkil edir, ekspertiza tədqiqatının dəyəri 114 manatdır (iş vərəqi 40-43). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 28 noyabr və 2021-ci il 29 noyabr tarixli qərarlarından görünür ki, əməli Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsindən həmin Məcəllənin 234.4.1.-ci və 234.4.3.-cü maddələrinə tövsif olunmaqla təqsirləndirilən şəxs qismində cəlb edilən Təqsirləndirilən şəxs göstərilən maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur (iş vərəqi 63-64 və 67-68). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2021-ci il 29 noyabr tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2021-ci il noyabrın 27-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 82-84). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il dekabrın 17-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 98-99). İş materiallarında olan «Azercell Telekom» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 27 dekabr tarixli 26924 №-li, «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 28 dekabr tarixli AZF/LGL-34810/21 №-li və «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2022-ci il 28 yanvar tarixli BKC/LGL-2107/22 №-li məktublarından görünür ki, Təqsirləndirilən şəxs adına nömrə qeydə alınmamışdır (iş vərəqi 102-103 və 106). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin 2022-ci il 24 yanvar tarixli 330-1053-1222 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsindəki 179 saylı məktəbin qarşısında narkotik vasitə dövriyyəsi ilə məşğul olması öz təsdiqini tapsa da sonuncunun narkotik vasitəni əldə etdiyi mənbəni və həmin vasitəni satdığı şəxsləri müəyyən etmək mümkün olmamışdır (iş vərəqi 104). İş materiallarındakı Binəqədi Rayonu İcra Hakimiyyəti başçısının X2 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin tərtib etdiyi 2022-ci il 01 fevral tarixli 568 №-li arayışının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən ərazisində qeydiyyata alınmamaqla sonuncu barəsində nümayəndəliyə heç bir əks məlumat daxil olmamışdır (iş vərəqi 105). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2022-ci il 14 fevral tarixli 722 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunmaqla məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 107-108). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin ambulator məhkəməpsixiatrik ekspertizasına dair 2022-ci il 21 fevral tarixli 428 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmamaqla sonuncu ittiham olunduğu əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqi 110-111). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 28 fevral tarixli sübutların qiymətləndirilməsi, habelə eyni tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə elan olunan ittiham qüvvəsində saxlanılmış, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.2.-ci və 236-cı maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olduğu bir qrup şəxs tərəfindən cinayət əlaqəsinə girib satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etdiyi şəxsiyyəti istintaqa məlum olmayan şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə cinayət işinin materiallarından başqa cinayət işi ayrılmış, maddi sübut kimi tanınmaqla Təqsirləndirilən şəxs aşkar olunub götürülən narkotik vasitə heroinin və narkotik vasitə metadonun tədqiqatdan sonrakı müvafiq qaydada 4,079 qram və doqquz ədəd çəkidə qalıqları saxlanılması üçün idarənin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, bir ədəd CD diskinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır (iş vərəqi 112-118 və 120-201). Məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 2022-ci il 24 iyul tarixli xx/xx-5736 №-li və 2022-ci il 28 iyul tarixli 17/385207 №-li məktubları ilə daxil olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibbi Baş İdarəsinin 10096/2021 №-li məhkumun tibbi kitabçasının kserosurətindən görünür ki, 2021-ci il noyabrın 30-da təcridxanaya daxil olan Təqsirləndirilən şəxs həbs edilərkən xəsarət aldığını bildirərək sonuncuda sağ gözün sklerasının qansızması, sağ göz ətrafının tünd bənövşəyi rəngli qançırı, sağ yanağın şişkinliyi, sağ bazunun bayır səthinin və sol çiyinin tünd bənövşəyi rəngli qançırı aşkarlanmaqla yanaşı sol budun aşağı 1/3-də kəsikdən sonrakı çapıq izi müşahidə olunmuşdur. Məhkəməyə təqdim olunan Bakı şəhəri Binəqədi Rayon Prokurorluğunun 2022-ci il 20 sentyabr tarixli qərarının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Fuad adlı polis əməkdaşının onun sağ göz nahiyəsinə yumruq zərbəsi vuraraq, adını bilmədiyi polis işçisinin əlindəki kitabça ilə onun kürəyinə bir neçə dəfə vurduqdan sonra, seyfdən çıxardığı narkotik vasitənin guya göstərilən maddənin ona məxsus olduğunu bildirməsi, zorakılıq hərəkətlərindən yorulduğu üçün bütün sənədlərə qol çəkməsi xüsusiyyəti üzrə toplanmış material əsasında əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd olunmuş, Şahid1 ifadəsində Təqsirləndirilən şəxs Bakı şəhərinin Binəqədəri rayonunda yerləşən orta məktəblərin birində şagirdlərə narkotik vasitə satması ilə bağlı daxil olan məlumata əsasən əməliyyat-axtarış tədbirləri həyata keçirilərkən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsində videoçəkiliş zamanı öz əməlini etiraf etdiyini, sonuncuya qarşı heç bir zorakılıq hərəkəti edilmədiyini, Təqsirləndirilən şəxs sol gözünün altının göyərdiyini görüb sonuncudan bu barədə soruşanda Təqsirləndirilən şəxs narkotik vasitə satdığı şagirdlərin valideynlərinin vurmasının ona məlum olduğunu bildirmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü təqsirli bilməməsinə, yəni ona təzyiq göstərilməsi nəticəsində istintaqdakı ifadələrini təsdiq edib imzalaması barədə göstərdiklərinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlar ilə təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 26-cı bəndində göstərilir ki, CPMin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan Qərarının 27-ci bəndində göstərilir ki, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs təzyiq göstərilməsi barədə məhkəməyədək icraatda qanunla nəzərdə tutulmuş qaydada hər hansı müraciət edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadələrini təzyiq altında verməsi barədə ifadəsinə qiymət verməklə hesab edir ki, bu, məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadələrin təzyiq tətbiq edilməsi ilə alınmasına dair iddialardan və sonuncunun öz maraqlarına əsaslanaraq vəziyyətini yüngülləşdirməyə nail olmağa çalışmasından irəli gələn dəlillərindən ibarətdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə eedilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, narkotik vasitə metadon şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,02 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 1,6 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, şahidlərin ifadələri, məhkəmə iclasında elan edilərək tədqiq olunan ibtidai araşdırmadakı Təqsirləndirilən şəxs etirafedici ifadələri, maddi sübutların mövcudluğu, ekspert və tibbi yoxlamanın rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs ilk məhkumluğunu, qadın olmasını, ailə vəziyyətini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunub götürülən narkotik vasitə heroinin və narkotik vasitə metadonun tədqiqatdan sonrakı müvafiq qaydada 4,079 qram və doqquz ədəd çəkidə qalıqları məhv edilməli, bir ədəd CD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 114 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 70 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 420 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2021-ci il noyabrın 27-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirli bilinərək 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il noyabrın 27-dən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə 114 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 420 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunub götürülən narkotik vasitə heroinin və narkotik vasitə metadonun tədqiqatdan sonrakı müvafiq qaydada 4,079 qram və doqquz ədəd çəkidə qalıqları məhv edilsin, bir ədəd CD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-845/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-845/2022
23.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver