Məhkəmə qərarları › İş №1(101)-845/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-845/2024

16.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-845/2024 16.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 2011 və 2012-ci il təvəllüdlü uşağı olan, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «D» massivi, ev 16, mənzil 140–da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmiş, saxlamış, daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 2,675 qram narkotik vasitə heroini əldə edib saxlayaraq daşımış, 07 iyun 2023-cü il tarixdə saat 12 radələrində özünü şübhəli apardığı üçün Sabunçu RPİ-nin PPX-nin əməkdaşları tərəfindən Bakı şəhəri Sabunçu rayonu Qala Ramana qəsəbəsi Əsədullayev küçəsi nömrəsiz evin qarşısında saxlanılaraq ünvan 1 ünvanda yerləşən Sabunçu RPİ-nin 12-ci polis bölməsinin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir bükümdə təmiz çəkisi 2,675 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ona verilmiş ittihamda özünü təqsirli bilmir. Belə ki, o əvvəllər narkotik vasitə olan heroindən istifadə etmişdir. Bununla bağlı Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsilə 02 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, lakin üzərinə nəzarət edici cihaz vurulmamışdır. 07 iyun 2023cü il tarixdə səhər saat 06-da atasının yaşadığı Bakı şəhəri, Sabunçu rayon, Qala Ramana qəsəbəsi Əsədullayev küçəsindəki evin qarşısına gəlmiş, maşından çıxıb atasının evinin qapısını döymüş, lakin atasının yatmış olduğunu anlayıb, yenidən maşınına oturmuşdur. Təxminən 1 saat sonra onun maşının özü tərəfindən olan şüşəsini tanımadığı şəxs döymüş və maşından çıxmasını bildirmişdir. O maşından çıxdıqda PPX-nin 2 nəfər polis əməkdaşının maşının yanında olduqlarını görmüş, həmin şəxslər ona Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PB-nə getməyi təklif etmişlər. O buna etiraz etməmiş və onlarla birlikdə polis bölməsinə getmişdir. Saxlanıldığı və bölməyə aparıldığı zaman ona qarşı heç bir fiziki zor tətbiq edilməmişdir. Hətta həmin tarixdən 2-3 gün əvvəl o bir dahada polis bölməsinə aparılmış, lakin üzərində qanunsuz heç bir əşya olmadığı üçün buraxılmışdı. Saxlanıldığı 07 iyun 2023-cü il tarixdə də üzərində qanunsuz heç bir əşya olmamışdır. Bölmədə tanımadığı əməliyyatçılar ondan tələb etmişlər ki, ona verəcəkləri bir büküm heroini üzərinə baxış zamanı özünə məxsus vasitə kimi təqdim etsin, buna görə yüngül cəza ilə məhkəməyə veriləcək, əks təqdirdə atası və həyat yoldaşını bölməyə gətirəcəkləri ilə hədələmişlər. Buna yol verməmə üçün onların dedikləri ilə razılaşmış və əməliyyatçılardan biri onun sağ yan cibinə bir büküm qoyduqdan sonra üzərinə keçirilmiş şəxsi axtarış zamanı həmin bükümü özünə məxsus büküm kimi təqdim etmiş, bundan savayı şalvarının digər cibində olan “Redmi” markalı mobil telefonu təqdim etmişdir.Polislərin deməsinə əsasən o həmin narkotik vasitəsini şəxsi istifadəsi üçün Qala Ramana qəsəbəsindən tanımadığı şəxsdən 40 manata əldə etdiyini göstərmişdir. Tərib edilmiş protokolu özü imzalamışdır. Onu prokurorluğa aparıldığı zaman heç bir şikayət etməmiş, oradan isə sanksiya üçün məhkəməyə aparıldıqda xanım hakimə qismən təqsirli bildiyini demiş, heç bir fiziki və psixoloji təzyiq edilməsində şikayət etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin PPXBnün polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımış, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, o və həmkarı Sabunçu RPİ-nin PPXB-nün polis nəfəri polis serjantı Şahid2 ilə birlikdə 07 iyun 2023 –cü il tarixdə saat 12 radələrində inzibati ərazidə xidmət etdiyi zamanı, Sabunçu rayonu Qala Ramana qəsəbəsi Əsədullayev küçəsində hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs maşında oturub şpris vasitəsilə qoluna iynə vurmasını görmüşlər. İdarə etdikləri PPX xidməti maşınından Şahid2lə birlikdə enərək dərhal Təqsirləndirilən şəxs yaxınlaşmış, o, onları gördükdə qorxmuş və içi maye ilə dolu olan şprisi ayağının altına maşının döşəməsinə atmışdır. Onun nə etdiyini soruşduqda etiraf etmişdir ki, narkomandır, özünə heroin vurur. Bundan sonra maşından aşkar etdikləri 2 ədəd şprisi də götürərək Təqsirləndirilən şəxs xidməti maşınları ilə Sabunçu RPİ-nin 12-ci PŞ-nə aparıb raportla növbətçi hissəyə təhvil vermişlər. Təqsirləndirilən şəxs şöbəyə müşahidə etdikləri zaman nəzarətdə saxlamışlar ki, üzərində hər hansı bir qanunsuz əşya varsa kənara atmasın. Bundan sonra Təqsirləndirilən şəxs bölmənin təhqiqatçısına təqdim edilmiş, sonuncu müdafiəçi dəvət edərək Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş və Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara şalvarın cibindən bir ədəd sellofan bükümü və bir ədəd “Redmi ” markalı telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, sellofan bükümün içərisindəki narkotik vasitə kakosdur, həmin kakosu Qala Ramana qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 40 manata əldə etmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümü qablaşdırmış, möhürləmiş və iştirakçıların imzaları ilə təsdiq etmişdir.o və baxışın digər iştirakçıları baxışın keçirilməsinə dair tərtib olunmuş protokolu da imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin PPXBnün polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımış, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, o və həmkarı Sabunçu RPİ-nin PPXB-nün polis nəfəri polis serjantı Şahid1 ilə birlikdə 07 iyun 2023 –cü il tarixdə saat 12 radələrində inzibati ərazidə xidmət etdiyi zamanı, Sabunçu rayonu Qala Ramana qəsəbəsi Əsədullayev küçəsində hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs maşında oturub şpris vasitəsilə qoluna iynə vurmasını görmüşlər. İdarə etdikləri PPX xidməti maşınından Şahid1 ilə birlikdə enərək dərhal Təqsirləndirilən şəxs yaxınlaşmış, o, onları gördükdə qorxmuş və içi maye ilə dolu olan şprisi ayağının altına maşının döşəməsinə atmışdır. Onun nə etdiyini soruşduqda etiraf etmişdir ki, narkomandır, özünə heroin vurur. Bundan sonra maşından aşkar etdikləri 2 ədəd şprisi də götürərək Təqsirləndirilən şəxs xidməti maşınları ilə Sabunçu RPİ-nin 12-ci PŞ-nə aparıb raportla növbətçi hissəyə təhvil vermişlər. Təqsirləndirilən şəxs şöbəyə müşahidə etdikləri zaman nəzarətdə saxlamışlar ki, üzərində hər hansı bir qanunsuz əşya varsa kənara atmasın. Bundan sonra Təqsirləndirilən şəxs bölmənin təhqiqatçısına təqdim edilmiş, sonuncu müdafiəçi dəvət edərək Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş və Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara şalvarın cibindən bir ədəd sellofan bükümü və bir ədəd “Redmi ” markalı telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, sellofan bükümün içərisindəki narkotik vasitə kakosdur, həmin kakosu Qala Ramana qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 40 manata əldə etmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümü qablaşdırmış, möhürləmiş və iştirakçıların imzaları ilə təsdiq etmişdir.o və baxışın digər iştirakçıları baxışın keçirilməsinə dair tərtib olunmuş protokolu da imzalamışlar. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PBnin rəisinə Sabunçu RPİ-nin PPXB-nin polis nəfərləri Şahid1 və Şahid2 tərəfindən ünvanlanan xx.xx.2023-cü il tarixli raportdan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə saat 12:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Qala Ramana qəsəbəsi, Əsədullayev küçəsi fərdi evin qarşısında özünü şübhəli apardığına görə Təqsirləndirilən şəxs saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PB-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs Sabunçu rayon Pİ-nin 12ci PŞ-nin rəisi, polis polkovnik-leytenantı cənab Yunis Ələsgərova yazdığı ərizədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı müdafiəçinin iştirakın tələb etmir və vəkil olmadan şəxsi axtarışın keçirilməsini xaiş edir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə haqqında” 07 iyun 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, bu istintaq hərəkəti videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PB-nin təhqiqatçısı, polis leytnantı Ayxan Səfərov şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə haqqında qərarla tanış edərək, üzərində olan əşyaları təqdim etməyi təklif edir, bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofanan bükülmüş tünd qəhvəyi rəngli maddə, şalvarın sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin “kakos” olduğunu, Qala Ramana qəsəbəsində tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 40 manata alıb üzərində saxladığını bildirmişdir. Əlavə olaraq S.Məmmədov iki ildir narkotik vasitələrin istifadəçisi olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə ilə əlaqədar tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” 07 iyun 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli 07 iyun 2023-cü il tarixdən hesablanmaqla barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizanın 07 iyun 2023cü il tarixli 6/3232 saylı rəyindən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddə...” yazı və imzalar olan zərfdə 1 ədəd sellofan kəsiyi bükümdə təmiz çəkisi 2,675 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizanın 3666 saylı xx.xx.2023-cü il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yararan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublikası Psixiatriya Xəstəxanasını” X8 8939 saylı, xx.xx.2023 saylı məkbundan müəyyən olunur ki, arxiv məlumatına görə Təqsirləndirilən şəxs oğul Respublikası Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış “mobil telefon aparatına baxış keçirilməsi haqqında” 08 iyun 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Redmi” markalı mobil telefon aparatına baxış zamanı həmin mobil telefon aparatının üzərində ***-***-**-** saylı sim nömrə olmaş, mobil telefon aparatına baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış “sənədə baxış keçirilməsi haqqında” 01 sentyabr 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, "xxxx" MMC-dən daxil olmuş diskə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş qəbzdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “REALME” markalı mobil telefon anası X4 qaytarılmışdır. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» 15 sentyabr 2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs götürülmüş, ekspertizanın tədqiqatından sonra qalıq qalmış 2,625 qram qram narkotik vasitə heroin saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş, şəxsi və götrmə görüntüsü olan 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmün ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı Şəhər Probasiya İdarəsindən məhkəməyə daxil olmuş 21-1-3-185-11 saylı, xx.xx.2024-cüil tarixli məktubdan müəıyyən olunur ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzadan 15 gününü çəkmiş, cəzasının çəkilməmiş hissəsi 02 il 02 ay 11 gün təşkil edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusuilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən, cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Bu halda, cəza, CM-in 65.3-cü maddəsi ilə müəyyən edilmiş qaydalar nəzərə alınmaqla təyin edilir, bu şərtlə ki, CM-in 65.2-ci maddəsinə görə, belə cəzaların təyinini istisna edən əsaslar olmasın. Cinayətlərin və ya hökmlərin məcmuyu üzrə qəti cəza isə, müvafiq olaraq, CM-in 66 və 67-ci maddələrinə uyğun olaraq təyin edilir. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cəza təyin edilərkən əvvəlki hökmlə cəzasınının çəkilməmiş hissəsi, yəni 02 (iki) il 02 (iki) ay 11 (on bir) gün müddətinə azadlığın məhdudlaşdırlması cəzası Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki iş üzrə təyin edilmiş cəzaya tamamilə və ya qismən birləşdirilməklə hökmlərin məcmusu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırlmasının iki günü bərabər tutulur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Belə olan halda Təqsirləndirilən şəxsun əməlində residiv yoxdur, lakin CM-nin 83-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli törətməsi onun ibtidai araşdırma zamanı verdiyi ifadələri və şahidlərin ifadələri, şəxsi axtarış protokolu, digər istintaq protokolları, məhkəmə ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək saxlamaqla daşıması tam təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs tutulan zaman üzərində heç bir qanunsuz əşya olmaması və narkotik vasitəni polis əməkdaşları tərəfindən üzərinə qoyulması barədə ifadələri əməliyyat tədbirini keçirmiş polis əməkdaşlarının ifadələri, üzərinə videoçəkilişlə keçirilmiş baxış protokolu və ona əlavə olunmuş diskdəki görüntülərlə, məhkəmə ekspertiza rəyi və cinayət işinin digər materialları ilə təkzib olunur. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs hərəkətləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxslərin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxslərin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yararan asıllıq sindromu mu narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacları vardır. Belə olan halda ona tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2011 və 2012-ci il təvəllüdlü azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 07 mart 2023-cü il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ioğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan iş üzrə maddi sübutlar – Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,625 qram narkotik vasitə heroin məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs məxsus 01 «Redmi» markalı mobil telefon aparatının anasına qaytarılması nəzərə alınmalıdir. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 88 (səksən səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201- 01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 14 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi üçün isə 222 AZN (iki yüz iyirmi iki manat) pul Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş cəzanın çəkilməmiş, 02 (iki) il 02 (iki) ay 11 (on bir) gün müddətinə azadlığın məhdudlaşdırlması cəzası Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə iki gün hesablanmaqla 01 (bir) il 01 (bir) ay 05 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırkı iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 07 iyun 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,625 qram narkotik vasitə heroin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məxsus 01 «Redmi» markalı mobil telefon aparatının anası X4 qaytarılması nəzərə alınsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 88 (səksən səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h **********9328518204 ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 222 (iki yüz iyirmi iki) manat Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar