Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-845/2025 30.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X3 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Ağdam rayonu, Umudli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, məhkumluğu olan, orta təhsilli, ailəli, himayəsində 1 azyaşlı uşağı olan, işləməmiş, Ağdam rayonu, Umudlu kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə – CM) 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, 25 avqust 2024cü il tarixdə, gecə saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində “Baba” adlı İran İslam Respublikası vətəndaşından satış məqsədi olmadan özünün istifadəsi üçün qanunsuz olaraq külli miqdarda iki ədəd bükümdə ümumi təmiz çəkisi 3,353 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və az miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,048 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq həmin tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi 26 ünvanın yaxınlığına daşımış, həmin tarixdə saat 19:50 radələrində Nərimanov RPİ-nin 16-cı və 17ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 3 ünvanda yerləşən Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin inzibati binasına aparılmış, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli klassik şalvarın sol yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,048 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,007 qram və 0,346 qram olmaqla ümumi təmiz çəkisi 3,353 qram olan külli miqdarda ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə iş yerinin qarşısında oturmuşdur. 2 nəfər polis əməkdaşı ona yaxınlaşmışlar və üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar. O da polis əməkdaşlarına üzərində narkotik vasitə olduğunu bildirmişdir. Polis əməkdaşları narkotik vasitəni hardan əldə etdiyini soruşanda o da narkotik vasitəni tutulmazdan 1 gün öncə İran İslam Respublikasına məxsus mobil operatora məxsus nömrəyə zəng edib əldə etdiyini bildirmişdir. Narkotik vasitəni bel ağrıları ilə bağlı xəstəliyi olduğundan istifadə etmişdir. Öz əməlinə bəraət qazandırmır, səhvini də etiraf edir. 7-8 aydır ki, narkotik vasitə istifadə edir. Həmişə narkotik vasitə alanda 2 qram alırdı. Bu səfər isə aldığı 3 qram olmuşdur. Narkotik vasitə aldığı vaxt çəksini ölçmək üçün tərəzi olmamış, amma yenə də narkotik vasitənin onun olmasını inkar etmir. Narkotik vasitə 3 qram deyil, 2 qram olmuşdur. 1,5 qram narkotik vasitə metamfetamin, 0,5 qram isə narkotik vasitə heroin almışdır. Hətta aldığı narkotik vasitənin üstündən götürüb istifadə də etmişdir. Bəlkə də narkotik vasitəni ona satan şəxs aldığı narkotik vasitənin üstünə artıq qoymuşdur. Tutduğu əməldən peşmandır, cəmiyyətə, dövlətinə heç bir ziyan vurmamış, sadəcə qanunu pozmuşdur. O, suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitəni 120 AZN pul vəsaiti qarşılığında almışdır. Aşkar olunan narkotik vasitələrin hər iki növündən istifadə edirdi. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Ona qarşı polis əməkdaşları tərəfindən heç biri fiziki, psixoloji təsir və ya təzyiq olmamışdır. Onun üzərində ümumilikdə 2 ədəd büküm olmuşdur. Aşkar olunan 3-cü büküm ona məxsus deyildir. Aşkar olunan 1 ədəd büküm kristal rəngli və 1 ədəd büküm narıncı rəngli bükümlər ona məxsus olmuşdur. Əli qolu bağlı olduğu üçün 3-cü aşkar olunan bükümdən xəbəri olmamışdır. Tutduğu əməldən çox peşmandır. Etdiyi əməli səmimi etiraf etmişdir. Yeni ailə qurmuş, himayəsində 1 az yaşlı körpə uşağı var. Məhkəmədən ən yüngül cəza verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, təxminən 7-8 aydır ki, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən istifadə edir. 25 avqust 2024-cü il tarixdə, gecə saatlarında İran İslam Respublikasının vətəndaşı olan “Baba” adlı şəxslə mobil telefonun Whatsapp proqramı vasitəsilə əlaqə saxlayıb, özünün istifadə etməsi üçün heroin və metamfetamin almaq istədiyini bildirmiş və “Baba” adlı həmin şəxsin kart hesabına 120 manat pul göndərmişdir. Bundan sonra həmin şəxs mobil telefonunun Whatsapp proqramına məkan göndərib, ona satacağı heroin və metamfetamini həmin məkan olan yerdə gizlətdiyini, gedib oradan götürməsini bildirmişdir. Bundan sonra qeyd edilən məkan üzrə hərəkət edərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisinə getmiş və orada, qaz borusunun alt hissəsində gizlədilmiş üç ədəd bükümü götürüb açdıqda bükümlərin içərisində heroin və metamfetamin olduğunu görmüşdür. Daha sonra həmin bükümləri əynində olan qara rəngli klassik şalvarın sol yan cibinə qoyub həmin yerdən uzaqlaşmışdır. 25 avqust 2024-cü il tarixdə, saat 19:50 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən “Azinko” adlanan binaların qarşısından keçən zaman iki nəfər mülki geyimli şəxslər yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş və özü barədə məlumat verməsini bildirmişlər. Həmin vaxtı üzərində narkotik vasitə və psixotrop maddə olduğuna görə həyəcanlandığına görə suallara cavab verməkdən yayınaraq həmin yerdən uzaqlaşmaq istəsə də, polis əməkdaşları onu saxlayaraq Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə dəvət etmişlər. Etiraz etməyərək həmin polis əməkdaşları ilə birlikdə qeyd etdiyi Polis Şöbəsinin inzibati binasına gəlib, xidməti otaqlardan birinə daxil olmuş, orada ona bildirmişlər ki, üzərində qanunla dövriyyəsi qadağan olunmuş maddələrin olmasından şübhələndiklərinə görə üzərində şəxsi axtanş və götürmə aparacaqlar. Ona görə də hüquqlarını izah edib vəkil siyahısı təqdim etmişlər ki, istədiyi vəkili hüquqlarının müdafiəsi üçün seçə bilər. Təqdim olunmuş siyahıdan X7 hüquqlarının müdafiəsi üçün seçmiş, polis əməkdaşları vəkil X7 İdarəyə dəvət etmişlər. Bundan sonra vəkilin və onu Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə gətirmiş polis əməkdaşların iştirakları ilə üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Həmin vaxtı polis əməkdaşı ona təklif etmişdir ki, üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü olaraq təqdim etsin. Həmin vaxtı əynində olan qara qara rəngli klassik şalvarın sol yan cibindən 3 ədəd bükümü çıxarıb təqdim etmiş, bundan sonra üzərinə şəxsi axtarış aparılmış və üzərindən bir ədəd qatlanan bıçaq, özünə məxsus şəxsiyyət vəsiqəsi, bank kartları aşkar edilmişdir. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, üzərindən aşkar edilmiş bükümlərin içərisində olan maddə “patı” və “kakos” kimi tanıdığı heroin və metamfetamindir, həmin heroin və metamfetamini 25 avqust 2024-cü il tarixdə, gecə saatlarında İran İslam Respublikası vətəndaşı olan “Baba” adlı şəxsdən özünün istifadə etməsi üçün 120 manata almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş 3 ədəd bükümlər polis əməkdaşı tərəfindən zərfə qoyaraq qablaşdırılmış, möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Özü və hüquqlarını müdafiə edən vəkil, eyni zamanda iştirakçılar tərtib edilmiş protokolu və qablaşdırılmış zərfin üzərini imzalarla təsdiq etmişlər. O, göstərmişdir ki, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin və psixotrop maddə metamfetamini özünün istifadə etməsi üçün əldə etmiş və üzərində saxlamışdır. Narkotik vasitə və psixotrop maddələrdən istifadə etsə də, satışı ilə məşğul olmur. Üzərindən aşkar edilərək götürülmüş bir ədəd bıçağı təxminən üç il bundan əvvəl hazırda xatırlamadığı mağazadan almış və meyvə doğramaq məqsədi ilə üzərində saxlamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən, Polis Şöbəsinə aparılarkən, üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı heç bir formada zor və ya təzyiq göstərilməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs saxlanmasında iştirak etməmişdir. O, ancaq Nərimanov RPİ-nin 17-ci PŞ-də Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış götürmədə iştirak etmişdir. Şəxsi axtarış və götürmədə o və 17-ci PŞ-in polis əməkdaşı Şahid1 iştirak etmişlər. Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı sonuncunun səmimi olaraq 2 büküm narkotik vasitə və 1 ədəd qatlanan bıçaq təqdim etmişdir. Şəxsi axtarış və götürmə hərəkətini təhqiqatçı Fariz Osmanov həyata keçirirdi. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirərkən sonuncunun üzərindən 1 ədəd də büküm narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs dediyinə görə aşkar olunan bükümlər narkotik vasitə metamfetamin və heroin olmuşdur. Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitələri Hövsan qəsəbəsində tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir fiziki təzyiq olmamışdır. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. 2 ədəd bükümü Təqsirləndirilən şəxs özü səmimi təqdim etmişdir, digər 1 ədəd bükümü isə sonuncunun üzərində təhqiqatçı şəxsi axtarış həyata keçirərkən aşkar etmişdir. Təqsirləndirilən şəxs cibinə narkotik vasitə qoyulması kimi hallardan xəbəri yoxdur. Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin 17-ci PŞ-yə təhvil verilərkən ona heç bir narkotik vasitə verilməmişdir. Narkotik vasitələr şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2024-cü ilin avqust ayında saxlamışlar. Təqsirləndirilən şəxs saxladıqları vaxt üzərində 2 ədəd büküm narkotik vasitə olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələri öz istifadəsi üçün Baba adlı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs saxladıqdan sonra Nərimanov RPİ-nin 17-ci PŞ-yə aparmışlar. 17-ci PŞ-də şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr metamfetamin və heroin aşkar olunmuşdur. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanmasında o, iştirak etmişdir. Təqsirləndirilən şəxs səmimi olaraq üzərində 2 ədəd büküm narkotik vasitə olduğunu etiraf etmişdir, amma şəxsi axtarış və götürmə zamanı sonuncunun üzərindən neçə ədəd büküm aşkar olunması yadında deyil. Təqsirləndirilən şəxs saxladıqdan sonra sonuncunun üzərindən aşkar olunan narkotik vasitələri videoçəkilişə qədər özündə saxlamamışdır. O, kiçik əməliyyat müvəkkili olduğu üçün saxlanılan şəxsin üzərində şəxs axtarış və götürmə həyata keçirməyə və sənədləşmə işləri etməyə ixtiyarı yoxdur. Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitələri videoçəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı təqdim edib. Təqsirləndirilən şəxs saxladıqdan sonra 16-cı PB-yə aparmamışlar. Təqsirləndirilən şəxs saxladıqdan sonra 17-ci PŞ-yə aparmışlar və bütün hərəkətlər orada həyata keçirilmişdir. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, hazırda Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 25 avqust 2024-cü il tarixdə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsində xidmətdə olan zaman sonradan şəxsiyyəti məlum olan Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsində, üzərində saxlamasında şübhələr yarandığına görə həmin gün saat 19:50 radələrində ünvan 5 ünvanın qarşısında xidmət aparan Nərimanov RPİ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətirilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi axtarışda iştirak etməli olduğu ona və şöbənin əməliyyat müvəkkili Şahid2 bildirilmişdir. Şəxsi axtarış keçirilməsi Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin təhqiqatçı, polis mayoru X4 həvalə edildiyindən Şöbənin xidməti otaqlarından birində onun tərəfindən Təqsirləndirilən şəxs üzərinə onun, əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkil Eldar Tağıyevin iştirakları ilə şəxsi axtarış keçirilməsinə başlanılaraq təklif edilmişdir ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud maddə varsa onları könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli klassik şalvarın sol yan cibindən bir ədəd ağ-yaşımtıl rəngli polietilen büküm və bir ədəd üzəri qırmızı rəngli kağızdan olan büküm, şalvarın arxa sağ cibindən isə bir ədəd qatlanan bıçaq çıxarıb otaqda olan masanın üzərinə qoymuş, təqdim etdiyi həmin bükümlərin içərisində “kakos” və “şüşə” adlanan maddələr olduğunu bildirmişdir. Həmin bir ədəd ağ-yaşımtıl rəngli polietilen büküm açıldıqda içərisindən ağ rəngli kristal şəkildə maddə, bir ədəd üzəri qırmızı rəngli kağızdan olan büküm açıldıqda içərisindən tünd qəhvəyi rəngli maddə aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış aparılmış, həmin vaxtı Təqsirləndirilən şəxs əynində olan qara rəngli klassik şalvarın sol yan cibindən bir ədəd ağ rəngli polietilen büküm aşkar edilmişdir. Büküm açıldıqda içərisindən ağ rəngli kristal şəkilli maddə, Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən bir ədəd içərisndə “Kapital Bank”a aid 4169-7388-6333-0639 nömrəli plastik kart, bir ədəd “Leo Bank”a aid 5411- 2498-0766-2650 nömrəli plastik kart, bir ədəd “Unibank”a aid 5423-7544-4988-1174 nömrəli plastik kart və Təqsirləndirilən şəxs məxsus AA ******* seriya və nömrəli şəxsiyyət vəsiqəsi olan qara rəngli kart cüzdanı, şalvarın sağ yan cibindən isə bir ədəd “Samsung” markalı mobil telefon, üç ədəd 10 manatlıq və bir ədəd 1 manatlıq pul əskinazları aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələri 25 avqust 2024-cü il tarixdə, gecə saatlarında “Baba” adlı İran islam Respublikasının vətəndaşına onlayn qaydada 120 manat pul göndərib həmin maddələri sonuncu tərəfindən ona mobil telefon vasitəsilə göndərdiyi məkan üzrə Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən tanımadığı yerdən götürüb şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd “Samsung” markalı mobil telefon, bank kartları, şəxsiyyət vəsiqəsi və bir ədəd qatlanan bıçaq iş üzrə əhəmiyyət kəsb etdiyinə görə götürülmüş, aşkar edilmiş pul vəsaitləri isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün sonuncu və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış və götürmə protokolu ilə müdafiəçi tanış olub, imzalamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 3 ədəd bükümlər içərisi boş ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, üzəri DİN-nin 219 nömrəli möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtanş keçirilən zaman ona qarşı fiziki və psixi, həmçinin hər hansı bir formada digər təsirlər olunmamışdır. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 25 avqust 2024-cü il tarixdə, saat 19:50 radələrində ünvan 5 ünvanda Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin kiçik inspektoru Şahid3 ilə xidmətdə olan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmış, özlərini təqdim edərək həmin şəxsdən kim olmasını, harada yaşamasını soruşmuşlar. Həmin şəxs danışarkən suallardan yayınmağa, həmin yerdən uzaqlaşmağa çalışdıqda onu saxlamışlar və qaçmaq istəməsinin səbəbini soruşduqda, sonuncu narkotik vasitə qəbul etdiyini, həyəcanlanaraq qaçmaq istədiyini bildirmişdir. Bu zaman həmin şəxsin üzərində narkotik vasitə saxlamasına dair şübhə yarandığından onu polis şöbəsinə dəvət etmişlər, bundan sonra həmin şəxsi Şahid3lə birlikdə xidməti avtomobillə ərazi aidiyyəti üzrə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə gətirmişlər. Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsində həmin şəxsin xx xxxxx 1977- ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, bu barədə raportla rəhbərliyə məruzə etdikdən sonra, raportun icrası Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru X4 həvalə edilmişdir. Sonradan məlum olmuşdur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilən zaman üzərindən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. O, bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman ona qarşı fiziki və psixi, həmçinin hər hansı bir formada digər təsirlər olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, CM-in 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1) xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 21:00-da CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 19:50-dən tutulmuş hesab edilmişdir. (İ cild, i.v. 14) xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, xx.xx.2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli klassik şalvarın sol yan cibindən bir ədəd ağ-yaşımtıl rəngli polietilen büküm və bir ədəd üstü qırmızı rəngli kağızdan olan büküm, şalvarın arxa sağ cibindən isə bir ədəd qatlanan bıçaq çıxarıb masanın üzərinə qoymuş, təqdim etdiyi həmin bükümlərin içərisində “kakos” və “şüşə” adlanan maddələrin olduğunu bildirmişdir. Həmin bir ədəd ağ-yaşımtıl rəngli polietilen büküm açıldıqda içərisindən ağ rəngli kristal şəkildə olan maddə aşkar olunmuşdur. Aşkar olunmuş həmin bir ədəd üstü qırmızı olan büküm açıldıqda bükümün içərisindən tünd qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı onun əynində olan həmin şalvarın sol yan cibindən bir ədəd ağ rəngli polietilen büküm aşkar olunmuş, büküm açıldıqda içərisindən ağ rəngli kristal şəkilli maddə aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən bir ədəd içərisində “Kapital Bank”a aid 4169- 7388-6333-0639 nömrəli plastik kart, bir ədəd “Leobank”a aid olan 5411-2498-0766-2650 nömrəli plastik kart, bir ədəd “Unibank”a aid olan 5243-7544-4988-1174 nömrəli plastik kart və Təqsirləndirilən şəxs məxsus AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsi olan qara rəngli kart cüzdanı, şalvarın sağ yan cibindən isə bir ədəd “Samsung” markalı mobil telefon, üç ədəd 10 manatlıq və bir ədəd 1 manatlıq pul əsginasları aşkar olunmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş maddələri xx.xx.2024-cü il tarixdə gecə saatlarında “Baba” adlı İran vətəndaşına onlayn qaydada 120 manat pul köçürməklə əldə etdiyini, həmin maddələri sonuncu tərəfindən ona mobil telefon vasitəsi ilə göndərilmiş məkan üzrə Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən tanımadığı yerdən götürdüyünü, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. (İ cild, i.v. 24-26, 102-103) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/4325 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №219” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlər şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki,1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,048 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,007 qram və 0,346 qram, ümumi təmiz çəkisi 3,353 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (İ cild, i.v. 32-37) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilmişdir. (İ cild, i.v. 48-49) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 51-52) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)- 1073/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. (İ cild, i.v. 72-76) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X12 Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 5905 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild, i.v. 84-85) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(051)-51/2023 saylı qərarından və Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Qafarov X5 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Mingəçevir Şəhər Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 08 ay 12 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. (İ cild, i.v. 89-95) xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ümumi təmiz çəkisi 3,353 qram psixotrop maddə metamfetamin, 0,048 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və tədqiqatından sonra qalıq qalmış 3,103 qram metamfetamin, 0,018 qram heroin saxlanılması üçün Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. (İ cild, i.v. 124-139) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. (İ cild, i.v. 152-154) “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan və şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü X8 adlı azyaşlı uşağı vardır. X6 X1 görünür ki, Təqsirləndirilən şəxs intervertebral faset oynaq aralıqları artropatik daralmaları, intervertebral faset oynaqlarda degenerativ artropatik daralmaları xəstəliklərindən əziyyət çəkir. Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini,məhkəmə istintaqı zamanı qismən etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 234.1-1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində ümumilikdə 2 ədəd büküm olması, aşkar olunan 3-cü bükümün ona məxsus olmaması və s. ilə bağlı verdiyi ifadələrini onun müdafiə mövqeyinə söykənən şəxsi mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlayaraq daşımasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı, yəni satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlayaraq daşımasına dair ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılarkən, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində ifadə verərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin üzərində ümumilikdə 2 ədəd büküm olması, aşkar olunan 3-cü bükümün ona məxsus olmaması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmişdir. O cümlədən, şəxsi axtarışın və götürmənin audio-video ilə aparılması, həmin prosesdə təqsirləndirilən şəxsin cinayət əməlini etiraf etməsi və digər təkzibedilməz sübutlar onun qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlayaraq daşımasını təsdiq edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-in 59.1.4 və 59.2-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində bir nəfər az yaşlı uşağının olmasını, xəstəlikdən əziyyət çəkməsini cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. CM-in 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən halları, cəzanın məqsədini nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 21:00-da şübhəli şəxs qismində tutulmuş, azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 19:50-dən tutulmuş hesab edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 114 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, tədqiqatından sonra qalıq qalmış 3,103 qram metamfetamin, 0,018 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 70 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 70 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 70 saat hüquqi yardıma görə Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 420 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, tədqiqatından sonra qalıq qalmış 3,103 qram metamfetamin, 0,018 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 70 (yetmiş) saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-845/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-845/2025
30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver