Məhkəmə qərarları › İş №1(101)-846/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-846/2022

14.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-846/2022 14.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «FİDES» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş. ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2.. 234.4.1. və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamda bildirilir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitəni və psixotrop maddəni qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli keçirməklə əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihamda bildirilir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda şəxsiyyəti istintaqa “Davud’’ kimi məlum olan İran İslam Respublikasının vətəndaşı ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri İran İslam Respublikasının ərazisindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmələrinə dair sövdələşib, bu barədə razılaşdıqdan sonra qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, bundan sonra şəxsiyyəti istintaqa “Davud" kimi məlum olan şəxs istintaqa məlum olmayan üsullarla Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirməklə satış məqsədi ilə külli miqdarda, yəni təmiz çəkisi 811,271 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda, yəni təmiz çəkisi 417 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini Azərbaycan Respublikasının ərazisinə göndərmiş və istintaqa məlum olmayan üsulla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yolun kənarında qoydurmuş, +**********93 nömrəli “Whats app” tətbiqi vasitəsi ilə Təqsirləndirilən şəxs bu barədə məlumatlandırmış, istintaqa məlum olmayan vaxtda qrupun üzvü Təqsirləndirilən şəxs təmiz çəkisi 811,271 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və təmiz çəkisi 417 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Maştağa yolunda tikinti materialları mağazasının yaxınlığından götürməklə satış məqsədi ilə qanunsuz olaraq əldə edərək, üzərində saxlamaqla daşımış, daha sonra həmin narkotik vasitə və psixotrop maddələrin üzərindən götürərək satılmasında qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi X3 ilə birlikdə narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirmiş, 17 noyabr 2021-ci il tarixdə, saat 02 radələrində Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına aparılmış və həmin gün saat 03:20 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında xidməti otaqların birində müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş ilə keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan gödəkçənin sol yan cibindən bir bükümdə təmiz çəkisi 50,271 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, 17 noyabr 2021-ci il tarixdə saat 04:40 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən yaşadığı evə baxış keçirilmiş və həmin vaxt evin yataq otağında yerləşən taxta konstruksiyalı dolabın alt hissəsindən bir bağlamada üzərində keçirilən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş narkotik vasitə heroinlə kimyəvi tərkiblərinə görə eynilik təşkil edən təmiz çəkisi 761 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bağlamada təmiz çəkisi 417 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirili bilməyərək ifadəsində göstərdi ki, onun üzərindən və yaşadığı mənzildən narkotik vasitə və psixotrop maddə aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı alınmış ifadəsində qeyd olunanlar həqiqəti əks etdirmir. O, heç bir zaman narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Ona verilmiş ittiham tamamilə əsassızdır. O, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, məhkəmə zalında verdiyi ifadəsi arasında ziddiyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 17 noyabr 2021-ci il tarixdə saat təxminən 02:00 radələrində, yaşadığı ünvan 4 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat- axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu BNMİ-nin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya vardırsa onları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan gödəkçənin sol yan cibindən 1 (bir) bükümdə narkotik vasitə olan heroini təqdim edərək masanın üzərinə qoymuş, sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd açar, 1 (bir) ədəd ödəniş qəbzi və içərisində ***-***-**-** GSM mobil nömrə olan “Xiaomi” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi heroin elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 55,98 (əlli beş tam yüzdə doxsan səkkiz) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, onun, müdafiəçinin və təhqiqatçının tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Xiaomi” markalı mobil telefon bu barədə ona izah verildikdən sonra götürülmüş, 1 (bir) ədəd açar və 1 (bir) ədəd ödəniş qəbzi isə ona geri qaytarılmışdır. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş kütlə özünə məxsusdur. Tutulmamışdan təxminən 6 ay əvvəl +98 914 *** **** saylı nömrə vasitəsilə İran İslam Respublikası vətəndaşı olan “Davud" adlı şəxs onunla əlaqə saxlamaqla tanış olmuşdur. Həmin kütləni də məhz onun vasitəsi ilə 17 noyabr 2021-ci il tarixində saat təxminən 00:30 dəqiqədə Zabrat qəsəbəsində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etmişdir. Adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağının qarşılığında "Davud" adlı şəxs ona 100 (bir yüz) manat məbləğində pul verəcəyini vəd elmişdir. Təqsirləndirilən şəxs özünün narkotik vasitə aludəçisi olmadığını, əvvəllər də narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmadığını və məhkum olunmadığını bildirmişdir. Həmçinin yaşadığı ünvan 5 ünvanında da narkotik maddə olduğunu, həmin ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizə vermişdir. Eləcə də yaşadığı evdə qiymətli əşyaların və qızılın olmadığını qeyd etmişdir. Sonra yaşadığı evə getmiş, ona yaşadığı evdə saxladığı narkotik maddələri təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra o, yaşadığı evin qonaq otağı ilə irəliləyib sağ tərəfə dönərək sol tərəfdə yerləşən yataq otağına daxil olmuş, həmin otaqda yerləşən taxta konstruksiyalı dolabın alt hissəsindən içərisində 1 (bir) bağlamada heroin və 1 (bir) bağlamada metamfetamin olan sellofan torbanı təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və heroinin çəkisi qablaşdırma ilə birlikdə 768 (yeddi yüz altmış səkkiz) qram, metamfetaminin çəkisi isə qablaşdırma ilə birlikdə 423 (dörd yüz iyirmi üç) qram olmuşdur. Daha sonra həmin kütlələr içərisi boş olan ağ rəngli, kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri onun, müdafiəçinin və təhqiqatçının tərəfindən imzalanmışdır. Sonra yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Bildirmişdir ki, o, baxış zamanı verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı olan “Davud" adlı şəxsin vasitəsi ilə Zabrat qəsəbəsində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağının qarşılığında “Davud" adlı şəxsin ona 100 (bir yüz) manat məbləğində pul verəcəyini, narkotik vasitə aludəçisi olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini qeyd etmişdir. Əlavə olaraq bildirmişdir ki, BNMİ-də yalnız təhqiqatçı tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmiş, aşkar olunmuş kütlələr barədə təyin edilmiş məhkəmə kimyəvi ekspertizasının rəyi ilə tanış olmuş və həmin rəylə razıdır. Tutulmazdan təxminən 6 ay əvvəl İran İslam Respublikasının vətəndaşı olan Davud adh şəxs Whatsapp vasitəsilə +98 914 *** **** saylı nömrə ilə istifadə etdiyi 077 ***- **-** nömrəli mobil telefona zəng edərək onunla tanış olmuş, İran İslam Respublikasında yaşadığını, narkotik vasitə və psixolrop maddələrin dövriyyəsilə məşğul olduğunu bildirmiş, ona məxsus narkotik vasitə və psixotrop maddələri Bakı şəhərində qoyulduğu yerlərdən götürərək aparıb onun dediyi yerlərə qoymasını və gördüyü bu işin müqabilində hər dəfə ona 200 manat pul verəcəyini təklif etmiş, o da maddi vəziyyəti yaxşı olmadığına görə onun təklifilə razılaşmışdır. 17 noyabr 2021-ci il tarixdə Davud “Whats app” vasitəsilə +98 914 *** **** saylı nömrə ilə istifadə etdiyi 077 ***-**-** nömrəli mobil telefona zəng edərək Sabunçu rayonunda Zabrai-Maştağa yolunda yerləşən tikinti materialları mağazasının sağ tərəfində ağacın dibinə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qoyulduğunu bildirmiş, həmin narkotik vasitə və psixotrop maddələri gedib həmin yerdən götürməsini demişdir. Rövşən onunla razılaşmış və həmin gün təxminən saat 22 radələrində onun dediyi ünvana getmiş, maşından düşüb ağacın dibini gəzib narkotik vasitə və psixotrop maddənin içərisində olduğu bağlamanı axtarsa da heç nə tapa bilməmişdir. Bundan sonra Davuda zəng edib bu barədə demiş, o, Rövşəndən həmin yerdə gözləməyini istəmiş və bir qədər sonra narkotik vasitə və psixotrop maddələrin içərisində olduğu bağlamanın həmin yerə qoyulacağını demişdir. Rövşən də onun sözü ilə həmin yerdə qalaraq gözləmişdir. Təxminən yarım saat sonra həmin yerə gələn mülki geyimdə olan polis əməkdaşları onu saxlamışlar. Ondan narkotik vasitənin harada olmasım soruşmuşlar, o da, xəbərinin olmadığını demişdir. Bundan sonra həmin polis əməkdaşları ilə birlikdə Xəzər rayonu, Binə qəsəbəsi, Bünyatzadə küçəsi, ev 3 ünvanında yerləşən yaşadığı evə gəlmişlər. Polis əməkdaşları evdə axtarış aparmışlar və şkafın içərisindən sellofan bağlamada olan narkotik vasitə və psixotrop maddəni tapıb çıxartmışlar, ondan həmin narkotik vasitə və psixotrop maddənin ona məxsus olubolmadığını soruşmuşlar, o da, özünə məxsus olmadığını bildirmişdir. Bu zaman polis əməkdaşları onu oğluna nəsə edəcəkləri ilə qorxutmuşlar. O da, məcbur qalıb həmin bağlamada olan narkotik vasitə və psixotrop maddənin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra onu Baş Narkotikləıiə Mübarizə İdarəsinə aparmışlar. Orada üzərinə şəxsi axtarış keçirilmiş, lakin heç nə aşkar olunmamışdır. Bundan sonra yenidən Binə qəsəbəsində yerləşən yaşadığı evə geri qayıtmışlar və videoçəkiliş aparılmışdır. O, ifadəsinə əlavə olaraq bildirmişdir ki, üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitə heroin, eləcə də yaşadığı evdən aşkar olunmuş psixotrop maddə metamfetamin ona məxsus olmamış, polis əməkdaşları onu oğluma nəsə edəcəkləri ilə qorxutmuşlar, o da, məcbur qalaraq ondan tələb olunan formada ifadə vermişdir. Bildirmişdir ki, o, əvvəl fikirləşmişdir ki, qeyd olunan cinayət əməlinin az məsuliyyəti var və bir müddət həbsdə qalsa da, məhkəmədən azad oluna bilər. Lakin 3 saylı İstintaq təcridxanasında öyrənmişdir ki, ona elan olunmuş ittihama görə onu ağır cəza gözləyir. Buna görə də qərara gəlmişdir ki, düzgün ifadə verərək həqiqəti danışsın. Bildirmişdir ki, hadisə hazırda qeyd etdiyi kimi olmuşdur. Bildirmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur. Samiri tutulmazdan təxminən 3 ay əvvəl taksi fəaliyyətilə bağlı təsadüfən tanış olub tanımışdır. Söhbətləri zamanı Samirin xeyli borcunun olduğunu, narkotik vasitələrin istifadəçisi və satışı ilə məşğul olduğunu bilmişdir. Tutulmamışdan təxminən 2 ay əvvəl Xəzər rayonu, Binə qəsəbəsində "Grandmarket”-in qarşısında olarkən təsadüfən yerdən bir sellofan bükülüdə narkotik vasitə heroin tapmış və götürüb cibinə qoymuşdur. Həmin vaxt Samirin borcunun olması və narkotik vasitələrin satışı ilə məşğul olması yadına düşmüşdür. Fikirləşmişdir ki, tapdığı narkotik vasitə heroini Samirə versin, sonuncu həmin narkotik vasitəni satsın, əldə olunan pulla həm Samir öz borclarım versin, həm də o, bu yolla pul qazansın. Bundan sonra tapdığı narkotik vasitəni aparıb Samirə vermiş, sonuncu özündə olan elektron tərəzi ilə həmin bükümü çəkmiş və bildirmişdir ki, bükümün içərisində 25 qram heroin vardır. Həmin vaxt Samir ondan narkotik vasitə heroinin hamısını verməsini bildirmiş, o isə buna etiraz etmişdir. Samirə demişdir ki. borclarını qaytarması üçün sonuncuya kömək məqsədilə tapdığı 25 qram heroinin hamısını hissə-hissə satması üçün verəcək. Samirə verdiyi narkotik vasitəni satandan sonra payına düşən pulu ona verərkən yenidən Samirə satması üçün heroin verəcək. Samirlə razılaşmışlar ki, əldə olunan pulun bir hissəsi Samirin, bir hissəsi isə onun olacaq. Bu minvalla o, hər dəfə 5 qram olmaqla Samirə ümumilikdə 25 qram heroin vermişdir. Samir isə həmin narkotik vasitələri satmışdır. Bildirmişdir ki, Samir narkotik vasitə heroinin satışından əldə etdiyi puldan ona cəmi 300 manat pul vermişdir və o, həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa qeyd etmişdir ki, həmin ərəfədə Samir ondan başqa növ narkotik vasitə və psixotrop maddələr istəmiş, lakin o, Samirə başqa heç nə verməmişdir. Qeyd etmişdir ki, ***-***-**-** nömrəsinin sahibi X1, eləcə də ***-***-**-** nömrəsinin sahibi X2 tanımır. 077- 51 1-84-54 saylı mobil nömrə daim onun istifadəsində olmuşdur. Sonuncularla onun arasında heç vaxt narkotik və psixotrop maddələrin dövriyyəsi məzmunlu yazışmalar olmamışdır. Bildirmişdir ki, telefonunun yaddaşında əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərində adları qeyd olunan şəxslər Hüseyn İbrahimovun tanışı olduğunu öyrənərək onunla əlaqə saxlayıb onun telefon nömrəsini ondan istəmişlər. O da, Hüseynin telefon nömrəsini onlara vermişdir və özləri telefonla əlaqə saxlamışlar. X5 onların hər biri üçün saxta əmək müqaviləsi bildirişləri hazırlamış və onun telefon nömrəsinə göndərərək həmin bildirişləri istəyən şəxslərə göndərməyini istəmiş, o da, göndərmişdir. Bundan sonra onlar banka müraciət edərək kredit götürmüşlər. İttiham olunduğu cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, 17 noyabr 2021-ci il tarixdə, saat 01:30 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid2 ilə birlikdə. ünvan 6 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədilə dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar Xəzər rayonu, Binə qəsəbəsi, Bünyatzadə küçəsi, ev 3 ünvanın yaxınlığına getmişlər. Həmin gün, yəni 17 noyabr 2021-ci il tarixdə, saat 02:00-da həmin yerdə Təqsirləndirilən şəxs piyada hərəkət etdiyi zaman müəyyən etdikdən sonra sonuncuya yaxınlaşıb özlərini təqdim edərək Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirmiş və bununla əlaqədar sonuncunu hava və əməliyyat şəraiti, nəqliyyat vasitələrinin və insanların vaxtaşırı olaraq hərəkəti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirmişlər. Bundan sonra hadisə barədə raport yazıb məruzə etmiş, bununla əlaqədar araşdırmanın aparılması Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı Nizami Omarova həvalə edilmişdir. Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında, xidməti otaqların birində təhqiqatçı Nizami Omarov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, daha sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə təhqiqatçı Nizami Omarov tərəfindən Təqsirləndirilən şəxs əvvəlcə hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış keçirilməmişdən əvvəl video çəkilişdən istifadə olunaraq Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni hər hansı əşya və predmet varsa təqdim etməyi təklif edilmiş və sonuncu əynindəki gödəkçənin sol yan cibindən 01 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və əynində olan gödəkçənin sağ yan cibindən açar, ödəniş qəbzi və “Xiaomi” markalı mobil telefon aşkar edilmiş, 01 ədəd mobil telefon təhqiqatçı Nizami Omarov tərəfindən götürülmüş, açar və ödəniş qəbzi isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, qablaşdırılaraq möhürlənmiş, protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və ərizə daxil olmadığı üçün doğruluğu imzalarla təsdiq olunmuşdur. Olavə olaraq Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yerləşən yaşadığı evdə də narkotik vasitə və psixotrop maddə olduğunu, həmin ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanında yerləşən evə dəvət edilmiş müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsilə təhqiqatçı Nizami Omarov tərəfindən baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə olan narkotik vasitələri, psixotrop maddələri və ya digər predmetləri təqdim etmək təklif edilmiş və Təqsirləndirilən şəxs həmin evin yataq otağında olan dolabın alt hissəsindən içərisində 01 bağlamada açıq-qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə və 01 bağlamada ağ rəngli kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan sellofan torbanı təqdim etmişdir. Təqsirləndirilən şəxs həm üzərindən, həm də yaşadığı evdən aşkar edilərək götürülən narkotik vasitə və psixotrop maddəyə bənzər kütlələri İran İslam Respublikası vətəndaşı olan “Davud" adlı şəxsin vasitəsilə 17 noyabr 2021 -ci il tarixdə, saat 00:30 radələrində Zabrat qəsəbəsində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində “Davud" adlı şəxsin ona 100 manat məbləğində pul verəcəyini vəd etdiyini, özünün isə narkotik vasitə aludəçisi olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və qeyri- qanuni hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən aşkar olunmuş narkotik vasitə və psixotrop maddəyə bənzər kütlələr təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, qablaşdınlaraq möhürlənmiş, protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və ərizə daxil olmadığı üçün doğruluğu imzalarla təsdiq olunmuşdur, Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha daha təsdiq etmişdir. Cinayət işinin 29-30-cu vərəqlərində olan 17 noyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən 1 (bir) bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd açar, 1 (bir) ədəd ödəniş qəbzi və içərisində ***-***-**-** GSM mobil nömrə olan “Xiaomi” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 55,98 (əlli beş tam yüzdə doxsan səkkiz) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Xiaomi” markalı mobil telefon Təqsirləndirilən şəxs izah verildikdən sonra götürülmüş, 1 (bir) ədəd açar və 1 (bir) ədəd ödəniş qəbzi isə ona geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı olan “Davud” adlı şəxsin vasitəsi ilə Zabrat qəsəbəsində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymasının qarşılığında “Davud” adlı şəxsin ona 100 (bir yüz) manat məbləğində pul verəcəyini, narkotik vasitə aludəçisi olmadığını, əvvəllər məhkum olunmadığını, həmçinin yaşadığı ünvan 8 ünvanında da narkotik maddə olduğunu, həmin ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını, yaşadığı evdə qiymətli əşyaların və qızılın olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Cinayət işinin 33-34-cü vərəqlərində olan 17 noyabr 2021-ci il tarixli evə baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs evin qonaq otağı ilə irəliləyərək sağ tərəfə dönərək sol tərəfdə yerləşən yataq otağına daxil olaraq həmin otaqda yerləşən taxta konstruksiyalı dolabın alt hissəsindən içərisində 1 (bir) bağlamada açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni və 1 (bir) bağlamada, ağ rəngli, kristalşəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan sellofan torbanı təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və heroinə bənzər kütlənin çəkisi qablaşdırma ilə birlikdə 768 (yeddi yüz altmış səkkiz) qram, metamfetaminə bənzər kütlənin çəkisi isə qablaşdırma ilə birlikdə 423 (dörd yüz iyirmi üç) qram olmuşdur. Daha sonra həmin kütlələr içərisi boş olan ağ rəngli, kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı olan “Davud" adlı şəxsin vasitəsi ilə Zabrat qəsəbəsində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymasının qarşılığında “Davud" adlı şəxsin ona 100 (bir yüz) manat məbləğində pul verəcəyini bildirmişdir. Cinayət işinin 68-ci vərəqində olan 17 noyabr 2021-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış zamanı onun üzərindən 1 ədəd bükümdə təmiz çəkisi 50,271 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülür. Digər diskə baxış keçirilərkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 9 ünvandan 1 ədəd bağlamada təmiz çəkisi 761 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd bağlamada təmiz çəkisi 417 qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülür. İş üzrə maddi subut olan DVD disklərə məhkəmə iclasında baxış keçirilmişdir. DVD disklərdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 139-140-cı vərəqlərində olan 21 dekabr 2021-ci il tarixli "xxxx" MMC-nin təqdim etdiyi 1 ədəd diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin diskdə 17 oktyabr 2021-ci il tarixdə saat 00:00-dan 16 noyabr 2021-ci il tarixdə saat 00:00dək olan müddət ərzində sahibi Təqsirləndirilən şəxs olan ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglər, sms mətnləri, həmin mobil nömrələrin sahiblərinin anket və anten məlumatları təqdim edilmişdir. Belə ki, sahibi Təqsirləndirilən şəxs olan ***-***-**-** saylı mobil nömrədən sahibi ünvan 10 ünvanında qeydiyyatda olan X3 olan ***-***-**-** saylı mobil nömrəyə 04 noyabr 2021-ci il tarixdə “Qaqaş götür mənimçün də daş 3 dənə 25-dən (nalayiq ifadələr) saat 11 -də pulu düzəlt mah verim amma bir də belə olmasın", "(nalayiq ifadələr) deyirsən mal var indi axtarırsan, bəsdi sən düz ol sənə demişəm pulu düzəlt daş var verəcəm (nalayiq ifadələr)” “üstümüzdə mal var idi Kamil də vermədi", “Deyəsən sənin ehtiyacın olanda Rövşən sənin yanında olub". “Mənə saxla mən də çəkəcəm gəlib yaxşı sənin malından görək hansı yaxşıdı mənimki səninki", “Pulu at karta mal gəlirirəm sən öl sabaha qalmasın mənim pulum sən öl mən də gəlib çəkəcəm". "Adam yediyi qaba tüpürməz mənə onsuz da 300 atmısan ele bilirsən ki yadımdan çıxıb", "Yenə sabah yığarsan mənə mala görə", 05 noyabr 2021-ci il tarixdə “Qaqaş evdəsən inanmırsan mənə gəlim gedək bir yerdə vuraq pulu sonra malı götürək səni də düşürüm", “Mən sənə mal vermişəmsə həmişə də verəcəm", “Gəlim gedək bir yerdə vuraq gözləyək malı götürək gələk". "Nə deyirsən gəlim 60 manat lazımdı təcili vuraq gedək malı götürək", "sonra deyirsən Rövşən mal ver pulunu ver ki, mən də kiminsə yanında boğaz olmayım“, “Gör torpaq istəyən var", "Ay qaqa daşa pul verməliyəm götürmək üçün torpaq var istəyən var nağdıya yerbəyer də 60 manat düzəldək ataq daş atsın da başa düşdün", “Öz də əla ıııaldı soxanların malıdı", “Sən öl burda onu 40 manatdan verirəm yalvarırlar", “Qaqa o trupkadan düzəlt də təzə daşdan çəkərik", məzmunlu sms mətnləri, 13 noyabr 2021-ci il tarixdə 077-51 1-84-54 saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Salam qaqa axşamın xeyir mənəm Rövşən qaqa saman var. Məni yığ da 2 pres saman lazımdı”, 15 noyabr 2021-ci il tarixdə “Aç da teli qaqa təzə mal gəlib brat bombadı” məzmunlu sms mətnləri göndərilmişdir. Həmçinin müəyyən edildi ki, 24 oktyabr 2021-ci il tarixdə, sahibi X3 olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs sahib olduğu 077- ***-**-** saylı mobil nömrəyə “Qaqaş kolanı 1 dənə 07 elə 03 aldım sən Allah daşı toz eləmə”, “Bunların tərəzisi var”, 25 oktyabr 2022-ei il tarixdə “Ay qaqaş sən Allah cavab ver bu gün sən öl vurduğe çörəyi yerə”, 30 oktyabr 2021-ci il tarixdə “Daşı böl 04 06 elə”, 04 noyabr 2021-ci il tarixdə “Mən dünəndən kolalar qalıb əlimdə daşa görə daş yoxdur, indi də camaata deyirəm daş gəlir”. “14 manata kola. 25 manata daş var gəlir ürəyin istəyən kimi”, “Qaqaş mən gedirəm kənddən mal gətirim bunları yoluna qoyum danışarıq”, “Yaxşı elədi mən mal tapıram nə qədər lazım olsa mən bu gün gedib özümçün bir qram daş almışam 30 manata kənddən çəkmişəm”. “Şəhərdə gedim alıb çəkərəm 5 manata görə bu riskə girirəm sənin malın satılır”. "Məni zibilə saldın sən indi maşın tapıb Hövsana gedirəm mal gətirim gəlib deyərəm gəlib görərsən qaqaşçun nə qədər mal atırlar öz də necə mal”, “Kamilə de onun pulu çatacaq. 70 manat nə puldu ki, Kamilə atım, sənə bəlkə atardım, amma Kamilə yox”. 11 noyabr 2021-ci il tarixdə. “Qaqaş daşın birini vermişəm Özüm də qızlayam haram elmə mənə”. ”1 daş bir kola varımdt”, “Mən çıxmıram burdan uşağa deyəcəm siqaret paçkasında atacaq mənim maşınımın yanına”, “Mallar evdədir bir daş bir kola”, “Daşın da 40 manatı evdədir”. “Qaqaş qapının üstünə qoyublar siqaret paçkasında”, 12 noyabr 2021-ci il tarixdə “Kənddə vəziyyət pisdi”. “Batandart tökülüb kəndə tutatut düşüb”, “Yarı kola yan daş vermişəm”. “Bu gün həqiqətən baş idarə kənddədir”, “Səhər açılana kimi (nalayiq ifadələr) pul ver bayaqdan 4 nəfərə yoxdur demişəm”, həmçinin 01 noyabr 2021-ci il tarixdə həmin mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən “Daşın altındakını unutma ay insan” məzmunlu sms mətnləri göndərilmişdir. Cinayət işinin 160-cı vərəqində olan 6 fevral 2022-ci il tarixli məhkəmə kompütertexniki ekspertizasının 25 noyabr 2021-ci il tarixli 5/1298 nömrəli rəyinə əlavə edilmiş 02 ədəd diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “X13 A2 Lite” markalı “M1805D1SSG” modelli mobil smartfonun yaddaşında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı məlumatlar "xxxx" MMC-nin təqdim eldiyi diskdə olan sms mətnləri ilə eynilik təşkil edir və mobil telefonun yaddaşında ayrı-ayrı şəxslərə aid əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərinin görüntüləri vardır. Baxış zamanı həmin mobil smartfonun yaddaşında iş üçün əhəmiyyət kəsb edən digər məlumatlar aşkar edilməmişdir. Cinayət işinin 156-159-cu vərəqlərində olan məhkəmə komputer-texniki ekspertizasının 25 noyabr 2021-ci il tarixli, 5/1298 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı "Android 10" əməliyyat sistemi ilə təchiz olunmuş “X13 A2 Lite" markalı "M 1805D1SCi" modelli "**********08671, **********08689" “ııueı" kodlu mobil smartion hal-hazırda işlək vəziyyətdədir. Tədqiq olunan “Xiaomi Redmi M İ A2 Lite" markalı “M1805D1SG" modelli mobil smartlonun yaddaşında (kontaktlar, zənglər. "SMS" mesajlar, audio, foto, video layllar, “WhatsApp", “WhatsApp Business" proqram təminatı vasitəsilə aparılmış məlumat mübadilələri və sairə tayllar) mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olundu (bax rəyə əlavə olunmuş xarici yaddaş qurğuya). Tədqiq olunan “Xiaomi Redmi M İ A2 Lite" markalı “'M1805D1SG" modelli mobil smartfonun yaddaşında narkotik vasitələrin və psixolrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı məlumatların olub-olmaması barədə "UFED TOUCH 2" markalı qurğu vasitəsilə əldə edilmiş “hesabatıda qeyd olunmuşdur (bax rəyə əlavə olunmuş xarici yaddaş qurğuya). Cinayət işinin 41-46-cı vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 17 noyabr 2021-ci il tarixli, 6/5087 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş: üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi..." və s. yazılar olan paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 50,271 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; üzərində “Təqsirləndirilən şəxs mənzilinə baxış zamanı..." və s. yazılar, imzalar olan paketdəki 01 ədəd bağlamada təmiz çəkisi 761 qram qəhvəyi rəngli maddə kütləsi, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 01 ədəd bağlamada təmiz çəkisi 417 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir; Təqsirləndirilən şəxs təqdim eldiyi və yaşadığı evdən aşkar olunmuş heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin Azərbaycan Respublikasının 2005-ei il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in siyahısına (Siyahı İ), Metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 168-169-cu vərəqlərində olan məhkəmə-narkoloji ekspertizasının 06 yanvar 2022-ci il tarixli, 37 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 194-206-cı vərəqlərində olan protokollardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər, eləcə də evə baxış zamanı çəkilmiş video görüntülər olan 02 ədəd disk, həmçinin ‘'Azerfon" MMC-nin təqdim etdiyi 01 ədəd disk və məhkəmə kompüter-texniki ekspertizasının 25 noyabr 2021-ci il tarixli 5/1298 nömrəli rəyinə əlavə edilmiş 02 ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur; Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 50.271 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və Təqsirləndirilən şəxs yaşadığı evə keçirilən baxış zamanı aşkar edilərək götürülmüş 01 ədəd bağlamada təmiz çəkisi 761 qram qəhvəyi rəngli maddə kütləsi, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bağlamada təmiz çəkisi 417 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamletamin maddi sübut kimi tanınaraq ümumi təmiz çəkisi 811,171 qram olan narkotik vasitə heroin və təmiz çəkisi 416,9 qram olan psixotrop maddə metamfetamin Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 iyun 2016-cı il tarixli qərarında göstərilir ki, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə - CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. İstintaq orqanı Təqsirləndirilən şəxs hərəkətlərini qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya onda gizli yolla Azərbaycan Respublikasına keçirmə, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, daşıma və saxlama kimi qiymətləndirmişdir. İstintaq orqanı Təqsirləndirilən şəxs hərəkətlərini qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, daşıma və saxlama ilə bərabər həm də, bu əməlin predmetini təşkil edən külli miqdarda narkotik vasitə və psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirmə barədə Təqsirləndirilən şəxs şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı olan “Davud’’ adlı şəxs ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmə kimi qiymətləndirib onun əməlini əlavə olaraq Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmədə, Təqsirləndirilən şəxs ifadələri araşdılarkən onun narkotik vasitə və psixotrop maddələri qaçaqmalçıdlıq yolu ilə xarici dövlətdən Azərbaycan Respublikasına gətirilməsinə yönlən qəsdi və ya hərəkəti müəyyən olunmadı. Çünkü məhkəmədə həmin hallar araşdırılarkən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələri qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhəddindən qaçaqmalçılıq yolu ilə keçirmək üçün digər şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girib, həmin narkotik vasitə və psixotrop maddələrin Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilməsində iştirakını təsdiq edən sübut müəyyən olunmadı. Məhkəmənin bu qənaəti Təqsirləndirilən şəxs bu işin predmetini təşkil edən narkotik vasitə və psixotrop maddələrin Azərbaycan Respublikasının dövlət sərhədindən kənar, gizli keçirməsinə xidmət edən əməlin obyektiv tərəfinə aid hərəkət və hərkətsizliyi, subyektiv tərəfinə aid olan qəsdə aid əqli iştirakçılığını, cinayət əməlinin törədilməsinin vaxtı, yeri və şəraitini təsdiq edən sübut müəyyən olunmaması baxımından da əsaslıdır. Çünki bu əlamətlər olmadan şəxsin əməlində cinayət olmasını ehtimal etmək hüquqi baxımdan istisna olunur. Məhkəmənin mövqeyinə görə, qaçaqmalçılıq cinayətinin obyektiv tərəfini təşkil edən iki və daha çox şəxsin qabaqcadan razılaşması dedikdə, Azərbaycan Respublikası CM-in 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılığa gəlmələri, yəni cinayət əməlinin iştirakçılarının birlikdə və ya fərdi qaydada qarşılıqlı razılaşma əsasında qaçaqmalçılıq əməlinin törədilməsinə yönələn dispozitiv hərəkətləri törətmələri başa düşülür. Bu mənada qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış qrupun üzvü cinayətin törədilməsi məqsədi ilə uğurlu şəraitin yaradılması və ya törədilməsi üçün hər hansı hərəkət etdikdə o, cinayətin iştirakçısı olur. Qaçaqmalçılıq cinayətinin obyektiv tərəfinin əlamətlərinin dəqiq dairəsi də Azərbaycan Respublikası CM-in 206-cı maddəsinin dispozisiyasında göstərilmişdir. Həmin dispozisiyada nəzərdə tutulmuş bütün hərəkətlərin eyni şəxs tərəfindən törədilməsi digər şəxslərin həmin cinayətin törədilməsində iştirakını istisna edir. Qaçaqmalçılıq yolu ilə, yəni əşyanın gömrük sərhəddindən keçirilməsindən sonra həmin əmlakı qəbul etmiş şəxsin hərəkətlərində qaçaqmalçılığa görə cinayət məsuliyyəti nəzərdə tutan həmin maddənin dispozisiyasında nəzərdə tutulan hərəkətlərdən hər hansı birinin olmaması şəxsin hərəkətlərində Azərbaycan Respublikası CM-in 206-cı maddəsinin tərkibinin olmasını istisna edir. Çünki, məhkəmədə araşdırılan cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət əməllərinin predmetini təşkil narkotik vasitə və psixotrop maddələrin xarici ölkənin ərazisində əldə olunmasında, onun saxlanılmasında, daşınmasında, gömrük nəzarətindən Azərbaycan Respublikasının ərazisinə gizli keçirilməsində iştirak etməsini təsdiq edən sübut müəyyən olunmadı. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın qabaqcadan əlbir olan şəxslə qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən gizli keçirmələri ilə bağlı hissəsinin sübuta yetirilmədiyi qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsində qeyd olunur ki, Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə, yuxarıda göstərilən halları və işin faktiki hallarını nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxsin əməllərində Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsinin tərkibi istisna olunur. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsinin xaric olunmasını əsaslı sayır. Məhkəmə, iş üzrə gəldiyi bu nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarı baxımından da əsaslı sayır. Çünki həmin qərarda birbaşa göstərilmişdir ki, “əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-in 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-in 34.2-ci maddəsinin tələblərinə əsaslanılmalıdır. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-in 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir.” Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-in 234.4.1-ci və 234.4.3-cü maddələrinin tərkiblərinin əlamətlərinin olduğu qənaətinə gəlib onun əməllərinin həmin maddələrlə tövsif edilməli olmasını əsaslı sayır. Qeyd olunan əməllərinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi şahid ifadələri, baxış, götürmə protokolları, maddi sübutlar, eləcə də məhkəmə ekspertiza rəyləri və işin digər faktiki halları ilə tam sübuta yetirilir, həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlayaraq iş üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Həmin siyahının 19-cu bəndinə görə 50 qram və daha artıq narkotik vasitə olan tiryək külli miqdar hesab edilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 67-ci bəndinə əsasən 2 qram və daha artıq pxisotrop maddə olan metafetamin külli miqdar hesab edilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələrlə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 20-ci vərəqində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 noyabr 2021-ci il tarixdən şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 93-96-ci vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 17 noyabr 2021-ci il tarixdən hesablamaqla 04 ay müddətinə “həbs" qismində qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan tələbamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdırıcı halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də onlara təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 17 noyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CMin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan 169,90 manat ekspertiza xərci - Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut olaraq Xəzər RPİ-də saxlanılan - Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ümumi çəkisi 811,171 qram olan narkotik vasitə heroin və 416,9 qram olan psixotrop maddə metamfetamin məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər, eləcə də evə baxış zamanı çəkilmiş video görüntülər olan 02 ədəd disk, həmçinin ‘'Azerfon" MMC-nin təqdim etdiyi 01 ədəd disk və məhkəmə kompüter-texniki ekspertizasının 25 noyabr 2021-ci il tarixli 5/1298 nömrəli rəyinə əlavə edilmiş 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxsin cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddəsində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 11 (on bir) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi xaric edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 17 noyabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmə məsrəfi olan 169,90 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut olaraq Xəzər RPİ-də saxlanılan - Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ümumi çəkisi 811,171 qram olan narkotik vasitə heroin və 416,9 qram olan psixotrop maddə metamfetamin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər, eləcə də evə baxış zamanı çəkilmiş video görüntülər olan 02 ədəd disk, həmçinin ‘'Azerfon" MMC-nin təqdim etdiyi 01 ədəd disk və məhkəmə kompüter-texniki ekspertizasının 25 noyabr 2021-ci il tarixli 5/1298 nömrəli rəyinə əlavə edilmiş 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar