Məhkəmə qərarları › İş №1(101)-846/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-846/2023

04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-846/2023 04.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X5 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,398 qram olan narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 26 sentyabr 2022ci il tarixdə saat 11:15-də Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, dalan 6, ev 32 ünvanının qarşısında olarkən özünü şübhəli apardığından Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sol yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 2,398 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onu ünvan 4 ünvanının qarşısında tutmamışlar. Onu Nəsimi rayonu, N.Məlikov küçəsi, dalan 6, ev 32 ünvanında yaşadığı evdə tutub Bakı şəhəri, Nəsimi rayonu, 20-ci Polis Bölməsinə aparmışlar. Belə ki, yaşadığı evə polis əməkdaşları gəlib 20-ci Polis Bölməsinə getməli olduğunu bildirmişlər. Həmin vaxt evdə anası, həyat yoldaşı və uşaqları da olmuşdur. O, polis əməkdaşarı ilə birlikdə 20-ci Polis Bölməsinə getmiş və onun qoluna qandal vurmamışlar. Həmin polis əməkdaşlarından biri sahə müvəkkili işləmişdir. Onun üzərində narkotik vasitə olsaydı, onlarla birlikdə polis bölməsinə getməyə razı olmazdı. Tutulmazdan bir neçə ay əvvəl polis əməkdaşları onu saxlayıb külli miqdarda narkotik vasitə ilə ittiham edəcəklərini bildirmişlər. Həmin vaxt onu döyərək tanınmaz hala salmışlar. Buna görə də onun işini məhkəməyə göndərməmişlər. Tutulan zaman ya 2 qram narkotik vasitə ilə ittiham olunacağını, ya da yaşadığı evə baxış keçirərək ailəsini də 1 kiloqram narkotik vasitə ilə ittiham edəcəklərini bildirmişlər. Şəxsi axtarış başlayan zaman o, narkotik vasitənin ona məxsus olmadığını dediyi üçün təhqiqatçı çəkilişi dayandırmışdır. Bu zaman polis əməkdaşları əllərində beyzbol taxtasını saxlayaraq onu döyməklə hədələmişlər. Polis əməkdaşları ona barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürüləcəyini dediklərindən onlara inanıb sənədlərə imza etmişdir. Sonra onu Nəsimi rayon prokurorluğuna gətirmişlər. Orada onu azad etsələr də, daha sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə onu ittiham etmişlər. O, saxlanılan zaman ittiham aktında adı keçən şahidlərin heç biri 20-ci Polis Bölməsində şəxsi axtarışda iştirak etməmişdir. Əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə məhkum olunmuş, qohumlarından narkotik vasitə ilə bağlı məhkum olunan olmamışdır. O, tanımadığı şəxslərdən narkotik vasitə əldə edib çəkmişdir. Narkotik vasitəni “Əlfəttah” adlı şəxsdən almış, lakin onun mobil nömrəsini bilməmişdir. Polis əməkdaşlarının hansı səbəbdən ona qarşı qərəzli münasibət göstərdiyini bilməmiş, 2-ci dəfə tutulan zaman lomkada olmuş, yəni narkotik vasitəyə həddən artıq ehtiyacı olduğu üçün ittihamı qəbul etməyə məcbur olmuşdır. O, cəzaçəkmə müəsissəsindən 2021-ci ildə azad olmuşdur. Yəqin ki, polis əməkdaşları onun məhkumluğu barədə məlumatları olmuş, tutulmazdan əvvəl məhkumluğu ilə əlaqədar olaraq Nəsimi rayon Polis İdarəsinə getmişdir. O, tutulmazdan əvvəl heroindən istifadə etmişdir. Səhər saatlarında polis əməkdaşları yaşadığı evə gəlmişlər. Onun 12 və 14 yaşlarında iki uşağı vardır. Əməlliyat müvvəkilləri beyzbol taxtası ilə onu hədələdikləri üçün sənədlərə imza etmişdir. İbtidai istintaq zamanı barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürüləcəyini deyib onu aldatmışlar. İbtidai istintaq zamanı yazılan həmin ifadələrə oxumadan imza etmiş, onun 2 qram narkotik vasitə ilə ittiham olunacağını bildirmişlər. Saxlanılan zaman Şahid2 orada olmamış, Şahid2 polis bölməsində görmüş, onu yaşadığı ərazinin sahə müvəkkili bölməyə aparmışdır. Saxlanılan zaman Şahid1 da orada olmamışdır. Onu polis bölməsinə aparan polis əməkdaşlarının biri mülki geyimdə, digəri isə xüsusi geyimdə olmuşdur. 26 sentyabr 2022-ci ildə saxlanılmış, evdə olanda anası polis əməkdaşlarının yaşadıqları evin qarşısına gəldiyini, onu müalicəyə aparacaqlarını bildirmişdir. Tutulmazdan 10 ay əvvəl cəzaçəkmə müəssisəsindən azad olmuş, mobil telefondan istifadə etməmiş və ailəsində yalnız anası mobil telefondan istifadə etmişdir. Saxlanılan zaman Elxan Abbasov və mülki geyimdə olan polis əməkdaşı yaşadığı evə qara rəngli “Nissan TİDA” markalı avtomobil ilə gəlib onu müalicəyə göndərəcəklərini bildirərək polis bölməsinə gətirmişlər. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, təxminən 1 ilə yaxın kakos kimi tanıdığı narkotik vasitə heroindən falqada çəkmə yolu ilə istifadə etmişdir. İstifadə etdiyi narkotik vasitələri Bakı şəhəri ərazisində müxtəlif yerlərdə tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə 25 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” kimi tanıdığı ərazidə üzdən tanımadığı, adını bilmədiyi şəxsdən 1 ədəd sellofan bükümdə istifadəsi üçün 55 manata narkotik vasitə heroin almışdır. Həmin heroinin bir qismini istifadə etmiş, bir qismini isə üzərində saxlamışdır ki, gələcəkdə istifadə etsin. 26 sentyabr 2022-ci il tarixdə saat 11:15 radələrində ünvan 6 ünvanının qarşısında dayandığı vaxt mülki geyimdə 2 nəfər şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin əməkdaşları olduqlarını bildirərək adını və soyadını soruşaraq şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Həmin vaxt onun üzərində heç bir sənəd olmadığından, cibində narkotik vasitə heroin olduğundan, həmçinin narkotik vasitənin təsiri altında olduğundan oradan yayınmaq istəsə də, polis əməkdaşları buna imkan verməmişlər. Buna baxmayaraq o özünü çox şübhəli aparmamışdır ki, bəlkə sərbəst buraxarlar. Lakin polis əməkdaşları onu sorğu-sual etmişlər. Polis əməkdaşları ilə bir qədər söhbət etdikdən sonra narkotik vasitələrin istifadəsində ondan şübhələndiklərini bildirib onlarla birlikdə Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə getməsini təklif etmişlər. O da səs-küy salmadan etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə 20-ci Polis Bölməsinə getmişdir. Polis bölməsində şəxsiyyəti müəyyən olunduqdan sonra otaqların birində polis əməkdaşlarından biri ona qanunla dövriyyəsi qadağan edilmiş şübhəli bilinən əşya və predmetlərin saxlanmasında və gəzdirməsində şübhəli bilindiyi üçün Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində polis şöbəsinə gətirildiyini bildirmişdir. Bundan sonra həmin polis əməkdaşı ona hüquq və vəzifələrini izah etmiş və videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasının zəruri olmasını bildirərək videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmamasını soruşmuş, o da videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etiraz etməmiş və sonra polis əməkdaşı üzərində saxlanması, daşınması və istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməyini xahiş etmişdir. O artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən əynində olan tünd boz rəngli şalvarının sol yan cibindən içərisində narkotik vasitə heroin olan 1 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra həmin büküm polis əməkdaşı tərəfindən açıldıqda bükümün içərisindən istifadəsi üçün aldığı narkotik vasitə heroin aşkar edilmişdir. Polis əməkdaşı təqdim etdiyi bükümdən aşkar olunmuş maddənin nə olduğunu soruşduqda o, səmimi olaraq təqdim etdiyi sellofan bükümün içərisindən aşkar olunmuş maddənin kakos, yəni heroin olduğunu deyərək 25 sentyabr 2022-ci il tarixdə Nəsimi rayonu, “Papanin” kimi tanıdığı ərazidə tanımadığı şəxsdən 55 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, ondan götürülmüş içərisində narkotik vasitə heroin olan büküm qablaşdırılaraq möhürlənmiş və orada olan şəxslərlə yanaşı, o da protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. 20-ci Polis Bölməsində polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor göstərilməmiş, üzərindən aşkar edilən narkotik vasitə heroini ona satan şəxsi tanımır, həmin şəxs orta boylu, arıq bədən quruluşlu şəxsdir, həmin şəxsin anket məlumatları barədə heç nə bilmir, onunla ilk dəfə 25 sentyabr 2022-ci il tarixdə “Papanin” adlanan ərazidə təsadüfən tanış olmuş, tanış olan vaxt onunla söhbət edərkən onun narkoman olduğunu bilmiş və onun özü də narkoman olduğunu deyib arada bir narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirmiş, ona nə vaxt narkotik lazım olarsa verə biləcəyini demiş, həmin gün ondan istifadəsi üçün 55 manata 1 ədəd bükümdə narkotik vasitə heroin almış, bu günə kimi heç kimə narkotik vasitə satmamış, üzərindən aşkar edilmiş narkotik vasitə heroindən kiməsə satmaq niyyəti olmamışdır, ruhi və psixi cəhətdən sağlamdır, hər hansı bir xəstəliyi yoxdur (cild 1, iş vərəqə 65-68 və 80-83). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Nəsimi RPİ-nin 20-ci PB-nin polis sahə inspektorudur. Vəzifə səlahiyyətlərinə inzibati ərazidə hüquqpozmalara qarşı mübarizə, onların profilaktikası, cinayətlərin və inzibati xətaların xəbərdar edilməsi və qarşısının alınması, baş vermiş hadisələrin açılması daxildir. 26 sentyabr 2022-ci il tarixdə saat 11:15-də Nəsimi RPİ-nin 20-ci PB-nin polis sahə inspektoru Şahid2 ilə birlikdə inzibati ərazidə xidmət apararkən ünvan 7 ünvanının qarşısında bir nəfər tanımadıqları şəxsin özünü şübhəli apardığını və onları görüb uzaqlaşmaq istədiyini görmüşlər. Həmin şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etməklə polis əməkdaşı olduqlarını bildirib şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini xahiş etmiş, lakin həmin şəxs üzərində heç bir sənədinin olmamasını bildirmişdir. Həmin şəxslə söhbət edərkən onun narkotik vasitənin təsiri altında olmasından, eləcə də, üzərində narkotik vasitə olmasından şübhələnmişlər. Bu səbəbdən də həmin şəxsi Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə dəvət etmiş, həmin şəxs də onlarla razılaşmış və onu polis bölməsinə gətirib təhvil vermişlər. Polis bölməsində həmin şəxsin xx.xx.1985-ci ildə ünvan 8 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə şübhə yarandığından bölmənin təhqiqatçısı Elşən Rəsulov tərəfindən şübhəli şəxs qismində tutularaq saxlanılmışdır. Sonra videoçəkiliş aparmaqla əvvəlcə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, sonra isə ondan videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış aparılmasına etirazının olub-olmaması soruşulmuş, o da etiraz etməmişdir. Bundan sonra təhqiqatçı tərəfindən ona təklif edilmişdir ki, üzərində qanunla istifadəsi qadağan olunmuş əşya, predmet və ya başqa nə varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarının cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümünü çıxardaraq masanın üzərinə qoymuş, daha sonra həmin büküm təhqiqatçı Elşən Rəsulov tərəfindən açıldıqda içərisindən açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Nəsimi rayonu, N.Məlikov küçəsi, dalan 6 inzibati ərazisi onun xidmət ərazisi olmamış, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni tanımadığı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixoloji təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmişdir. Təqsirləndirilən şəxs xidmət etdiyi inzibati ərazinin sakini olmuş və onu həmin inzibati ərazidə görmüşdür. Təqsirləndirilən şəxsla bağlı ona şikayət daxil olmamış, onun əvvəllər məhkum olunmasından xəbəri olmamış, Təqsirləndirilən şəxs saxlanılması barədə heç kim ona məlumat verməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi barədə ona məlumat daxil olmamış, əgər Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etsəydi, şəxsi axtarışda onun yerinə başqa əməkdaşın iştirak etməsinə razı olmazdı. Adətən vətəndaş özünü narkotik vasitə istifadəçilərinə xas şəkildə şübhəli apardıqda həmin şəxsin polis bölməsinə dəvət edildiyini və şübhəli şəxs qismində saxlanıldıqdan sonra üzərinə baxış keçirildiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün Təqsirləndirilən şəxs yaşadığın evin yaxınlığında olan meyvətərəvəz dükanında alış-veriş etmişdir. Bu vaxt Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında qara rəngli avtomobilin dayandığını, həmçinin həmin ərəfələrdə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında dayanmış qara rəngli avtomobili tez-tez yaşadığı ərazidə, yəni ünvan 9 ünvanında gördüyünü bildirmişdir. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs 2 nəfər şəxsin həmin qara rəngli avtomobilə əyləşdirdiklərini görmüş, həmin şəxslərdən biri mülki geyimdə, digəri isə polis geyim formasında olmuşdur. O dərhal Təqsirləndirilən şəxs yaşadığı evə getmiş, evə daxil olarkən Təqsirləndirilən şəxs anası və yoldaşının ağladığını görüb onlardan nə baş verdiyini soruşduqda onlar polis əməkdaşlarının Təqsirləndirilən şəxs bölməyə apardıqlarını demişlər. O, meyvə-tərəvəz dükanına daxil olduqdan 5-6 dəqiqə sonra Təqsirləndirilən şəxs avtomobilə əyləşdirildiyini görmüş, polis əməkdaşlarının Təqsirləndirilən şəxs evində axtarış keçirdikləri barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxsla qonşuluqda yaşamış və onun polis əməkdaşları ilə birlikdə evdən çıxdığını görmüşdür. Məhkəmə şahid qismində dindirilmiş X2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, qonşusu olan təqsirləndirilən şəxsi müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək şahidin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Cinayət işinin materiallarında olan “DVD diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” 28 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, videoçəkiliş zamanı əvvəlcə Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin təhqiqatçısı Elşən Rəsulov özünü təqdim edir, sonra isə Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin əməkdaşları, saxlanılan şəxs Təqsirləndirilən şəxs və mütəxəssis Rəşad Babaşov özlərini təqdim edir. Bundan sonra təhqiqatçı X15 Novruzova qanunla dövriyyəsi qadağan edilmiş şübhəli bilinən əşya və predmetlərin saxlanmasında, gəzdirməsində şübhəli bilindiyi üçün Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən 26 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanıldığını və polis şöbəsinə gətirildiyini deyib hüquq və vəzifələrini izah edir, daha sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış aparılmasına etirazının olub-olmamasını soruşur, Təqsirləndirilən şəxs da etiraz etmir. Bundan sonra təhqiqatçı X15 Novruzova üzərində saxlanması, daşınması və istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş edir. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu büküm təhqiqatçı Elşən Rəsulov tərəfindən açıldıqda bükümün içərisində maddə aşkar olunur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindən aşkar olunmuş maddənin kakos, yəni heroin olduğunu deyərək 1 gün əvvəl, yəni 25 sentyabr 2022-ci il tarixdə “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 55 manata şəxsi istifadəsi üçün aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində maddə olan büküm təhqiqatçı Elşən Rəsulov tərəfindən zərfə qoyularaq qablaşdırılır, qablaşdırılmış zərf möhürlənir, şəxsi axtarış və götürmədə iştirak edən şəxslər tərəfindən imzalanır və bununla da çəkiliş sona çatır. Videogörüntülərin qeydə alındığı DVD diskə baxış keçirildikdən sonra iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılmış və Nəsimi RPİ-nin 186 nömrəli möhürü ilə möhürlənmişdir (cild 1, iş vərəqə 92-93). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 sentyabr 2022-ci il tarixli, 6/5618 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün N188” möhür əksi, “...Şübhəli şəxs... Təqsirləndirilən şəxs...” və s. sözlər və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 2,398 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş ”Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: heroinin ümümi təmiz çəkisi 2,398 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 2,298 qram, cild 1, iş vərəqə 54- 56). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 14 noyabr 2022-cİ il tarixli, 6791 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 143- 144). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 28 noyabr 2022-ci il tarixli 3159 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, idrak proseslərİ, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilmişdir. Psixi-emossional sferasında qıcığa qarşı həssaslıq müşahidə edilmişdir. Tez özündən çıxmaq, inadkarlıq, hövsələsizlik, kobudluq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur.Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmamışdır. Tez özündən çıxmaq, inadkarlıq, hövsələsizlik, kobudluq və s. kimi fərdi-psixİ xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə edilməmişdir. Təqsirləndirilən şəxs cinayət törədən zaman şüuruna və fəaliyyətinə təsir göstərə biləcək emosional vəziyyətdə olmamışdır (cild 1, iş vərəqə 146-149). Cinayət işinin materiallarında olan 7 yanvar 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 2,298 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, 1 ədəd DVD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 157-164). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 11 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmiş və həmin qərarın 7-ci bəndinə əsasn məhkumluğu götürülmüşdür (cild 1, iş vərəqə 120- 121, 124-131 və cild 2). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli “Amnistiya” qərarına əsasən Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayətə görə cəzadan azad edilməklə məhkumluğu götürüldüyündən bu hal residiv müəyyən edilən zaman nəzərə alınmır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağı vardır (cild 2). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 sentyabr 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 19-20). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 26 sentyabr 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 99-102). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 26 sentyabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 110 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 2,298 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 26 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 110 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 2,298 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar