Məhkəmə qərarları › İş №1(101)-847/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-847/2020

16.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-847/2020 16.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu Hakimlər Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibləri X11, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı və X8, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1996-cı ildə Abşeron rayonu Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması və 2000 manat cərimə cəzasına məhkum edilmiş, Abşeron rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 7(012)-34/2019 saylı qərarı və Abşeron rayon məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarlarına əsasən həmin hökmlə təyin edilmiş cəzasının çəkilməmiş qalan hissəsi 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətində azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, məhkumluğu ödənilməmiş və ya qanunla nəzərdə tutulmuş qaydada üzərindən götürülməmiş, Abşeron rayonu, Saray qəsəbəsi, M.Ələkbərov küçəsi ev 30-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə, saal 18 radələrində Abşeron rayonu Saray qəsəbəsi, İ.Hüseynov küçəsində əvvəllər tanıdığı Zərərçəkmiş şəxs digər şəxslərə onun ünvanına “özündən razı”, “özünə güvənən” şəxs olması kimi ifadələr işlətməsini özünün şərəf və ləyaqəti haqqında pis ifadələr olmasını cüzi bəhanə edərək, əslində isə heç bir əsaslı səbəb olmadan, cəmiyyətdə insanlar arasında bərqərar olunmuş davranış qaydalarına zidd olaraq, davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərməklə, özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub, azğınlıqla ifadə olunan şəxsi eqoizmini nümayiş etdirib, özündə olan və təyinatı istintaqa məlum olmayan, ülgücü və küpü olan, yastı tiyə tipli deşici-kəsici bıçaqla Zərərçəkmiş şəxs iki dəfə zərbə vuraraq ona döş qəfəsinin sağ yarısının arxa səthinin daxilə nüfuz edərək plevra boşluğuna qanın toplanması ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası, bel nahiyəsinin sol yarısının daxilə nüfuz edən, enən çənbər bağırsağı yaralayaraq daxili qanaxma törədən bir ədəd deşilmiş-kəsilmiş yarası xəsarətlərini xuliqanlıq niyyəti ilə yetirərək, dərəcəsinə görə ümumilikdə, eləcə də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.2.4 ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri, anası və iki qardaşı ilə birlikdə yaşamışdır. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi İlə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına, daha əvvəl isə cərimə cəzasına məhkum edilmişdir. Abşeron rayonu Saray qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs qəsəbə sakini kimi uzun müddət tanımış, əvvəllər aralarında heç bir qərəzli münasibəti olmamışdır. 2019-cu ilin oktyabr ayında bir neçə dəfə qəsəbədə çayxanalarda olarkən Nərimanın onun şərəf və ləyaqətini alçaldan ifadələr işlətdiyini eşitdiyindən, Nərimanı görüb ondan bu barədə soruşmaq istəmişdir. xx xxxxxxx 2019-cu il tarixdə, saat təxminən 18 radələrində Abşeron rayonu Saray qəsəbəsində Əsləm marketin arxa küçəsi olan, İlqar Hüseynov küçəsi ilə gedərkən Nərimanın həmin küçədə dayandığını görüb sonuncudan ondan haqqında şərəf və ləyaqətini alçaldan ifadələr deyibdemədiyini soruşmaq üçün Nərimana yaxınlaşmışdır. Bu barədə soruşduqda Nəriman ona heç bir söz deməyib susmuş, o da Nərimana susmağın razılıq əlaməti demək olduğunu bildirmişdir. Bu zaman Nəriman da onun haqqında elə ifadələr dediyini təsdiq etmişdir. Nəriman ona elə dediyi üçün o sağ əli ilə Nərimanın bədənin sol nahiyəsinə bıçaqla iki dəfə vurmuş, lakin bıçağın sonuncuya dəyib-dəymədiyini bilmədən oradan çıxıb getmişdir. Oradan gedərkən geri dönüb Nərimanın orada qalıb ya getdiyinə baxmamışdır. Bundan sonra *6688 taksi xidmətinə zəng edib Xırdalan şəhərinə getmək üçün taksi sifariş etmiş və təsadüfən tanışı Eyyub adlı taksi sürücüsü VAZ-2107 markalı, qeydiyyat nömrəsini bilmədiyi avtomobillə onun sifarişinə gəlmişdir. Saray qəsəbəsində 1 saylı orta məktəbin yaxınlığında taksiyə əyləşib Xırdalan şəhərinə gedərək öz şəxsi işləri ilə məşğul olmuşdur. Növbəti gün Sumqayıt şəhərində 29-cu məhəllədə olarkən əvvəllər tanıdığı Anar adlı şəxslə rastlaşmış və söhbət zamanı Anar da ondan nəyə görə Nərimanı bıçaqla vurduğunu soruşmuşdur. X2 haqqında pis ifadələr işlətdiyindən, sonuncunu vurduğunu bildirmişdir. Həmin vaxt Eyyub ona zəng edib, polislərin onunla maraqlandığını, bu səbəbdən özünün də qorxduğunu bildirdiyi zaman, o cavbında Eyyuba onun heç nə etmədiyini, qorxmasına səbəb olmadığını bildirmişdir. Eyyubun polislərin onu maraqlanmasından qorxması barədə Anara dedikdə, sonuncu telefonu ondan alıb, Eyyuba düzünü danışmasını, taksi kimi olduğunu, heç bir günahının olmadığını bildirməsini demişdir. Bundan sonra o, özü polislərin onu axtarmasından qorxmuş və tutulmamaq üçün gizlənmişdir. Həmin vaxtlarda ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasına görə onun qolunda Probasiya şöbəsinin cihazı olmuş və həmin cihazı da qolundan açıb evdə qoymuşdur. xx xxx 2020-ci il tarixdə axşam saatlarında təxminən saat 20 radələrində Saray qəsəbəsində olarkən Polis əməkdaşları onu saxlayıb Abşeron RPİ-yə aparmış, idarədə baş verənlər barədə ifadə vermişdir. Həmçinin bildirir ki, Zərərçəkmiş şəxs onun haqqında şərəf və ləyaqətini alçaldan ifadələr işlətdiyini dəqiq olaraq kimin deməsini xatırlamır, ancaq bunu qəsəbədə xatırlamadığı şəxslərdən eşitmişdir. Nərimana xəsarət yetirdiyi həmin bıçağı bir il əvvəl Sədərək Ticarət mərkəzində xatırlamadığı mağazadan almış, həmin bıçaq mətbəx bıçağı olmuş, həmin gün evdə bıçaqla iş gördüyü üçün bıçaq cibində qalmışdır. O, adətən üzərində bıçaq gəzdirməmiş, həmin bıçağı da elə hadisə günü Sumqayıt şəhərində dənizə atmışdır. Nərimanı öldürmək fikri olmamış, sadəcə Nəriman onun haqqında pis ifadələr işlətdiyi üçün onu vurmuşdur. Onunla Nərimanın arasında olan mübahisə zamanı Nərimanın ona heç bir xəsarət yetirməyə imkanı olmamış, elə o, Nərimanı bıçaqla vurub cəld oradan çıxıb getmişdir. Hadisə vaxtı ətrafda Nəriman və özündən başqa heç kim olmamış, onun Nərimana xəsarət yetirdiyini heç kim görməmişdir. İfadəsində göstərdiyi kimi Nərimanın onun barəsində dediyi ifadələr “trepaç”, özünü öyən, özündən razı və “Əliabbas kimdir ki, söhbət həll etsin” məzmunda ifadələr olmuşdur. Həmin ifadələri Nəriman onun tanışlarının yanında işlətdiyindən və sonuncuların da dilində hər yerdə müzakirə edilməsinə görə o, bu sözlərə görə tanışlarının arasında biabır olduğunu düşünərək həmin ifadələri şərəf və ləyaqətini alçaldan ifadələr kimi qəbul etmişdir. Belə hesab edir ki, Nərimana xəsarət yetirməsində elə Nərimanın özünün onun barəsində artıq-əskik danışmaqla günahı olmuş, o da Nərimanı etdiyi hərəkətlərə görə cəzalandırmışdır. Bildirir ki, hazırda Zərərçəkmiş şəxslə barışmışdır və etdiyi hərəkətlərə görə peşmançılıq hissi keçirir. Əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun özünün hadisələrin baş vermə səbəbi vaxtı, yeri və ardıcıllığı ilə bağlı qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə yaşamaqla, qəssablıqla məşğul olur. Təqsirləndirilən şəxs saray qəsəbəsində yaşayan bir nəfər kimi tanımış və müxtəlif yerlərdə tanışları ilə söhbətləri zamanı Əliabbasın barəsində bir neçə dəfə bəzi pis hərəkətləri, qəsəbə sakinlər arasında problem yaşandıqda onu həll edən şəxs kimi təqdim edilməsi barədə eşitmişdir. Bu söhbətlər artıq mütəmadi xarakter daşıdığında onda fikir formalaşmışdır ki, Əliabbas özünü öyməklə və pis hərəkətlərlə xarakterizə olunan şəxsdir. O, Əliabbas barədə özündə formalaşmış fikirləri barədə bir neçə dəfə qəsəbə sakinləri ilə görüşüb söhbət edərkən bildirmiş, Əliabbasın yaxşı bir oğlan olmadığını demişdir. xx xxxxxxx 2019-cu il tarixdə, saat təxminən 17:30 radələrində Saray qəsəbəsində yerləşən “Əsləm” marketdə bir quzu kəsib, oradan çıxıb evə getdiyi zaman, yolda üzdən tanıdığı, lakin adını bilmədiyi təxminən 20-25 yaşlı oğlan onunla salamlaşmışdır. Söhbət zamanı rastlaşdığı şəxs də ona kimləsə arasında borc pul söhbətinin olduğunu, həmin məsələni Təqsirləndirilən şəxs həll edəcəyini demişdir. Həmin vaxt o, söhbət etdiyi şəxsə demişdir ki, Əliabbas kimdir ki, söhbət həll etsin. Bu ifadəsindən sonra həmin şəxsdən ayrılıb yoluna davam edərək, İlqar Hüseynov (köhnə Mirəvər ağa) küçəsi ilə evinə tərəf gedəndə Əliabbas ilə rastlaşmışdır. Əliabbas ondan haqqında pis sözlər deyib-demədiyimi soruşmuş, o da Əliabbasa demişdir ki, yaxşı oğlan olsaydı, yəqin haqqında yaxşı sözlər dediyini eşidərdi. Bunu deyib Əliabbasla heç bir mübahisə və müzakirə etmədən yoluna davam etmək istədikdə, Əliabbas arxadan kürək nahiyəsinə iki dəfə zərbə vurmuş, o da yerə yıxılmışdır. O, çətinliklə ayağa durub yeriyərək getməyə çalışdıqda, bir qədər irəlidə təsadüfən qardaşı Həsənin orada olduğunu görmüşdür. Qardaşı Həsən ona yaxınlaşıb xəsarət aldığını görüb onu avtomobilinə oturdub xəstəxanaya apararkən o, yolda huşunu itirmiş və bir də xəstəxanada ayılmışdır. Həmçinin bildirir ki, Əliabbasın borc pul məsələsini həll edəcəyini deyən həmin oğlanı qəsəbədə gördüyü üçün üzdən tanımış, həmin oğlanla rastlaşanda salamlaşmışlar. Lakin həmin oğlanın adının nə olduğunu və harada yaşadığını bilmir. Əliabbas ona xəsarət yetirən zaman ətrafda heç kim olmamışdır. Əliabbasla iki kəlmə söhbət edib yoluna davam etdiyi zaman Əliabbas onu arxadan bıçaqla vurmuş və bundan sonra oradan çıxıb getmişdir. Hadisə vaxtı Əliabbasa qarşı hər hansı ifadə işlətməmiş, ona heçnə deməmişdir. O, Təqsirləndirilən şəxs barəsində çayxanada bir dəfə tanışları arasında söhbət edərkən sonuncunun, eşitdiyinə görə çox “trepaç” bir şəxs olduğunu, lazımlı lazımsız söhbətlərə müdaxilə etdiyini, insanların guya problemlərini çirkli əməllər vələ həll etdiyini bildirmişdir. Əliabbasın bəzi pis hərəkətləri mütəmadi onun qulağına çatmışdır. O, Əliabbasın barəsində əlavə heç bir söz işlətməmiş, onun şərəf və ləyaqətini alçaldan heç bir ifadə işlətməmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2001-ci ildən ailə üzvləri ilə birlikdə Abşeron rayonu Saray qəsəbəsində yaşayır. Təqsirləndirilən şəxs da Saray qəsəbəsində yaşadığı vaxtdan oranın sakini kimi tanımışdır. Əliabbasla aralarında heç bir qərəzli münasibətləri yoxdur, normal münasibətləri vardır. Saray qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs də tanıyır, onunla da aralarında heç bir qərəzli münasibətləri yoxdur. xx xxxxxxx 2019-cu il tarixdə axşam saatlarında qəsəbədə sakiblərdən Əliabbasın Nərimanı bıçaqla vurduğunu eşitmişdir. xx xxxxxxx 2019-cu il tarixdə, təxminən saat 16 radələrində Sumqayıt şəhərində bazarın yanında 29cu məhəllədə Əliabbası yanında bir nəfər oğlanla görüb salamlaşmış, söhbət zamanı Əliabbasdan nəyə görə Nərimanı bıçaqla vurduğunu soruşub, Nərimanın üç azyaşlı uşağının olduğunu ona irad bildirmişdir. Bu zaman Əliabbas ona hadisə barədə danışmış və hadisədən sonra Eyyubun avtomobili ilə getdiyini bildirmişdir. Söhbət etdikləri vaxt Saray qəsəbəsində yaşayan Eyyub Əliabbasa zəng edərək telefonla danışmış, bir qədər sonra Əliabbas telefonu ona uzadaraq,- “Eyyuba bax bir gör necə qorxur” deyə bildirmişdir. O, da Əliabbasdan telefonu alıb Eyyuba qorxmasına ehtiyac olmadığını, həqiqəti söyləməsini, taksi kimi fəaliyyətinə görə baş vermiş hadisədə onluq heçnə olmadığını bildirmiş və telefonu Əliabbasa qaytarmışdır. Bundan sonra Əliabbas oradan çıxıb getmiş, sonuncu ilə söhbəti nəticəsində Əliabbasın Nərimanı nəyə görə vurduğunu öyrənə bilməmişdir. Həmin gündən sonra Əliabbasla ümumiyyətlə rastlaşmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Saray qəsəbəsində yaşamaqla, elə orada ayaqqabı təmiri ilə məşğul olur. Onun VAZ- 2107 markalı, **-HL-*** qeydiyyat nişanlı avtomobili var və həmin avtomobil ilə *6688 taksi xidmətində qeydiyyatdan keçməklə hərdən bir taksi xidməti ilə də məşğul olur. Qəsəbədə yaşayan Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, onlarla arasında heç bir qərəzli münasibəti olmamışdır. xx xxxxxxx 2019-cu il tarixdə, saat təxminən 18:30 radələrində idarə etdiyi avtomobillə Saray qəsəbəsində 1 saylı orta məktəbin yanından gedəndə Əliabbası yolda görüb,avtomobilini saxlatdıraraq Xırdalan şəhərinə aparmasını demişdir. O, da Əliabbasa etiraz etməyib sonuncunu avtomobili ilə Xırdalan şəhərinə aparıb düşürmüş, Əliabbas da ona 6 manat yol haqqı vermişdir. Səhəri gün, yəni xx xxxxxxx 2019-cu il tarixdə qəsəbədə olarkən bir gün əvvəl Əliabbasın Nərimanı bıçaqla vurduğunu, polisin işi araşdırdığını öyrənmişdir. Bir qədər sonra polis əməkdaşları onunla əlaqə saxlamış, danışdıqdan sonra Əliabbasa zəng edib harada olduğunu soruşub, polis əməkdaşlarının onu soraqladıqlarını bildirmişdir. Əliabbas da ona Sumqayıt şəhərində olduğunu, narahat olmamasını, baş vermiş hadisə ilə bağlı onluq heç bir narahatçılıq olmadığını, Nərimanı bıçaqla vurduğuna görə məsuliyyəti özünün daşıdığını və gedib polisə təslim olacağını bildirmişdir. Elə telefonla danışarkən Əliabbasın telefonu ilə qəsəbədə sakini Anar ona heç nədən narahat olmamasını, Əliabbasın bıçaqla Nərimanı vurduğuna görə məsuliyyəti özünün danışıdığını bildirmişdir. X7 nəyə görə və hansı şəraitdə dalaşdıqlarını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə soyadı, ata adları fərqli olsa da Nəriman onun qardaşıdır. Nəriman ailəsi ilə Saray qəsəbəsində ondan ayrı yaşayır və qəssablıqla məşğul olur. xx xxxxxxx 2019-cu il tarixdə, saat təxminən 18:30 radələrində Abşeron rayonu Saray qəsəbəsi İlqar Hüseynov küçəsi ilə evinə tərəf idarə etdiyi VAZ-2107 markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə gedərkən qardaşı Nərimanın çətinliklə yeriyərək gəldiyini görüb, avtomobili saxlayıb ondan nə baş verdiyini soruşanda Nəriman qəsəbədə yaşayan Əliabbasın onu bıçaqla vurduğunu demişdir. Həmin vaxt Nərimanın köynəyi qanın içində olmuş və o, Nərimanı avtomobilinə oturdub Sumqayıt şəhər X16 xəstəxanasına aparmış və orada qardaşını əməliyyat etmişlər. Əməliyyatdan sonra Nərimandan Əliabbasın onu nəyə görə vurduğunun səbəbini soruşmuş, Nəriman da cavabında Əliabbasın ona yaxınlaşaraq, barəsində nalayiq ifadələr işlədib-işlətməməsini soruşub onu bıçaqla vurduğunu və qaçıb getdiyini bildirmişdir. O, Nəriman ilə Əliabbasın arasında nə baş verdiyini və hadisənin hansı səbəbdən baş verməsini bilmir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tərəflərə elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx xxxxxxx 2019cu il tarixli qərardan görünür ki, həmin ********* saylı cinayət işi Bakı şəhəri, Abşeron RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X9 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanaraq icraata qəbul edilmişdır. (cild 01, iş vər. 01). İşdə olan Bakı şəhəri Abşeron RPİ-nin məsul növbətçisinin həmin bölmənin rəisinə olan xx.xx.2019-cu il tarixli raportundan görünür ki, məsul növbətçi yazılı raportla məruzə edərək xx.xx.2019-cu il tarixdə saat 23.00-da Sumqayıt şəhər X16 şöbəsinə Abşeron rayon, Saray qəsəbəsi, İlqar Hüseynov küçəsi ev 15-də yaşayan 1989-cu il təvəllüdlü X1 Abşeron rayon, Saray qəsəbəsində naməlum şəraitdə bıçaqlanaraq döş qəfəsinin arxa tərəfinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə daxil olması barədə məlumat verildiyini bildirmişdir. (cild 01, iş vər.3) İşdə olan “Baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Sumqayıt şəhər X16 Xəstəxanasında Zərərçəkmiş şəxs Xudayverdi oğluna məxsus bir ədəd köynəyə baxış keçirilmiş və sübut əhəmiyyəti kəsb etdiyi üçün qablaşdırılaraq götürülmüşdür.(cild 01, iş.vər. 10) xx.xx.2019-cu il tarixli raportdan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 23.00-da Sumqayıt şəhər X16 şöbəsinə Abşeron rayon, Saray qəsəbəsi, İlqar Hüseynov küçəsi ev 15-də yaşayan 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs Abşeron rayon, Saray qəsəbəsində naməlum şəraitdə bıçaqlanaraq döş qəfəsinin arxa tərəfinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə daxil olması barədə məlumat daxil olmuşdur və həmin məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisəni 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir.(cild 01,iş.vər. 22) İşdə olan “Baxış keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, xx xxxxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs Xudayverdi oğluna Abşeron rayonu, Saray qəsəbəsi, İlqar hüseynov küçəsində Təqsirləndirilən şəxs tərəfindən bıçaqla xəsarət yetirildiyi yerə baxış keçirilmişdir.Hadisə yerində maddi sübut əhəmiyyətli hər hnası iz və ya əşya aşkar edilməmişdir. (cild 01, iş.vər.31) Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli “Təqdimatın təmin olunması” qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixli Abşeron Rayon Məhkəməsinin 7(012)34/2019 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 127.2.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona təyin edilmiş 02 il 07 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının digər cəza ilə əvəz edilməsi üçün axtarış elan olunmuşdur.(cild01, iş.vər.34-35) xx xxxxxx 2019-cu il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndilən şəxs qismində cəlb olunmuşdur.( cild01, iş.vər 37) xx.xx.2019-cu il tarixli “ Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi barədə” qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə ittiham elan olunması üçün barəsində axtarış elan edilmişdir. (cild 01, iş.vər.40) MTE və PAB-nin Abşeron rayon şöbəsinin xx xxxxxx 2019-cu il tarixli, 2733 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş xəsarət-döş qəfəsinin sağ yarısının arxa səthinin daxilə nüfuz edərək plevra boşluğuna qanın toplanması ilə müşayiət olunan l(bir) ədəd deşilmiş-kəsilmiş yarası: bel nahiyyəsinin sol yarısının daxilə nüfuz edən enən çənbər bağırsağı yaralayaraq daxili qanaxma törədən l(bir) ədəd deşilmiş-kəsilmiş yarası - iti deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətə, yəni xx.xx.2019-cu il tarixə uyğun gəlir; dərəcəsinə görə ümumilikdə, eləcədə ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər.(cild01,iş vər.46-48) Məhkəmə-kriminalistik ekspertizanın xx xxxxxx 2020-ci il tarixli, 643/2019MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin arxa sağ yuxarı nahiyəsində bir ədəd dəlib-keçən zədə aşkar olundu.Bu zədə deşilmiş-kəsilmiş zədədir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin arxa sağ yuxan səthində bir ədəd (cəmi iki ədəd) cırılma zədələri aşkar olundu. Bu cırılmalar küt yaranma mexanizminə malikdir və köynəyin müvafiq nahiyyələrinin gərilib-dartınması nəticəsində əmələ gəlmişlər. (cild 01,iş.vər.49-51) Məhkəmə-bioloji ekspertizanın xx xxxxxx 2020-ci il tarixli,977/2019MTBŞ saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrupu 0/1-dir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək üzərində olan ləkələrdə insan qanı aşkar edildi.Bu ləkələrdə qanın qrup göstəriciləri ABO sistemi üzrə tədqiq olunduqda yalnız "H" antigeni alındı.Bu qan ləkələri ABO sistemi üzrə 0/1/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. (cild 01, iş.vər.53) “Axtarışda olan şəxsin tutulması barədə” xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Abşeron rayonu ərazisində tutularaq Abşeron PPİnin İŞ-nə təhvil verilmişdir.(cild01, iş.vər.57) İşdə olan “İttiham elan edilməli şəxsin tutulması haqqında” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsna Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə ittiham elan edilməsi üçün tutulmuşdur. (cild 01, iş vər. 61) “İfadənin yerində yoxlanılması haqqında” xx xxx 2020-ci il tarixli protokol və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu Saray qəsəbəsi İlqar Hüseynov küçəsində zərərçəkmiş Zərərçəkmiş şəxs xəsarət yetirdiyi yeri əyani olaraq göstərmişdir. (cild 01, iş.vər.85-86) İşdə olan Abşeron rayon Məhkəməsinin 4(012)-211/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.(cild01, iş vər.92-94) İşdə olan xx.xx.2020-ci il tarixli Abşeron rayon Saray qəsəbə X12 üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində istərsə qəsəbə əhalisi tərəfindən, istərsə də qonşuları tərəfindən heç bir yazılı və şifahi ərizə daxil olmayıb.(cild01, iş.vər.102) İşdə olan tələbnamə arayışı və Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş, ona 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş və ödənilməmiş 2000 manat miqdarında cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki iş üzrə təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza ilə tamamilə birləşdirilməklə ona qəti olaraq 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 2000 manat miqdarında cərimə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər tutulmaqla, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 2000 manat miqdarında cərimə cəzasının saxlanılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra olunması qət edilmişdir. (cild 01,iş vər 109-113) Abşeron rayon məhkəməsinin xx xxx 2020-ci il tarixli Qərarından görünür ki, Abşeron rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 7(012)-34/2019 saylı qərarına əsasən məhkum Təqsirləndirilən şəxs təyin olunmuş cərimə cəzasının digər cəza növü ilə əvəz edilməsi barədə Abşeron Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru (probasiya üzrə) X10 xx.xx.2019cu il tarixli təqdimatın təmin edilmiş, Abşeron rayon məhkəməsinin xx xxxx 2017-cı il tarixli, 1 (012)-248/2017 saylı hökmünə ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 2000 manat miqdarında cərimə cəzasının 06(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsi, Abşeron rayon məhkəməsinin xx xxxx 2017-cı il tarixli, 1 (012)-248/2017 saylı hökmünə ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki qərara əsasən təyin edilmiş 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 02 il 08 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qərara alınmış, məhkum Təqsirləndirilən şəxs tutulduğu 03(üç) gün müddət nəzərə alınmaqla ona qəti olaraq təyin edilmiş 02 il 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla çıxılmış və üzərində qəti olaraq 02 il 7 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması qərara alınmışdır. Abşeron rayon məhkəməsinin xx xxx 2020-ci il tarixli Qərarından görünür ki, Abşeron rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 7(012)-34/2019 saylı qərarına əsasən məhkum Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 07 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 11 ay 29 gün hissəsi, azadlığın məhdudlaşdırılmasının 2 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutulmaqla 11(on bir) ay 29 (iyirmi doqquz) gün müddətində azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilmiş, cəzaçəkmə müddətinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmışdır. (cild 01, iş vər.109-113) İşdə olan xx.xx.2020-ci il tarixli Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur. (cild01, iş.vər. 114) xx xxxx 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxs–Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-in 126.1-ci maddəsindən həmin Məcəllənin 126.2.4-cü maddəsinə tövsif edilməklə, ona həmin maddədə nəzərdə tutulmuş yenidən ittiham elan olunması, X3 əməlində Azərbaycan Respublikasının CMnın 221.3, 228.4, 29,120-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkibi olmadığından həmin hissədə barəsində cinayət işinin başlanılmasının rədd edilməsi, Zərərçəkmiş şəxs məxsus bir ədəd köynəyin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması qərara alınmışdır. (cild 01, iş vər. 46-64) xx xxxx 2020-ci il “Təqsirləndirilən şəxsə yenidən ittiham olunması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə yenidən ittiham olunmuşdur.(cild 01, iş.vər.134) Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən xx xxxxxx 2020-ci il tarixində məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir tələbi yoxdur, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutları müqayisəli qaydada tədqiq edərək, sübutlara hərtərəfli və obyektiv qiymət verməklə belə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməllərini törətməkdə təqsirli olması özünün qismən etirafedici ifadələri, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxslər və şahidlərin məhkəmə iclasında verdikləri ifadələr və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli hesab edərək, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa xəsarət yetirmədiyi və heç bir xuliqanlıq əməli törətmədiyi və ibtidai istintaq orqanının gəldiyi qənaətin həqiqəti əks etdirməməsi ilə bağlı ifadələrinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri, o cümlədən ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmunu, iş üzrə keçirilmiş ekspertiza rəyləri və digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən yuxarıda qeyd olunan cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa xəsarət yetirmədiyini bildirsə də, verilmiş ittihamı təkzib edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarında göstərilmişdir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyəti ilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3cü maddələri ilə tövsif edilməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinin düzgün tövsif olunması və ifadəsində göstərdiyi dəlillərlə bağlı ilk növbədə qeyd edir ki, iş materiallarından müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında hər hansı münaqişə baş verməmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs digər şəxslərin yanında onun barəsində şərəf və ləyaqətini alçaldan ifadələr işlətməsini düşünüb sonuncu ilə bunu aydınlaşdırmaq üçün Nərimanı axtarmış, hadisə vaxtı aralarında heç bir münaqişə olmasa da, zərərçəkmiş şəxsi qəsdən iki dəfə özü ilə gəzdirdiyi bıçaqla vuraraq xəsarət yetirmişdir. Məhkəmə bununla bağlı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirərək sağlamlığına qəsdən ağır zərər vurmasına əsas kimi qeyd etdiyi zərərçəkmiş şəxsin onun barəsində işlətdiyi ifadələrin nə olması və nə dərəcədə təqsirləndirilən şəxsin şərəf və ləyaqətini alçaldan ifadə olmasının da iş üzrə mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək, göstərir ki, zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin ifadələrindən göründüyü kimi, həmin ifadələr jarqon ifadə olaraq işlədən “trepaç” sözü olmaqla, özünü öyən, özündən razı davranan şəxs anlamında işlədilən ifadə olmuşdur ki, hazırki halda zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs ünvanına həmin məzmunda ifadələrin işlədilməsi qanunvericiliyin tələblərinə əsasən şərəf və ləyaqəti alçaldan ifadə olaraq qəbul edilməsinə yol verməməklə, Təqsirləndirilən şəxs məhz həmin ifadəni şəxsi keyfiyyətlərindən qiymətləndirərək cüzi bəhanə etməklə yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olmasına dəlalət edir. Qeyd olunan mövqe özlüyündə Təqsirləndirilən şəxs daha əvvəl də xuliqanlıq niyyəti ilə qəsdən cinayət törətmiş və bu əməlinə görə məhkum olunmuş şəxs olmaqla, ümumilikdə heç bir əsaslı səbəb olmadan, cəmiyyətdə insanlar arasında bərqərar olunmuş davranış qaydalarına zidd olaraq, davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərən və özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub eqoizmini nümayiş etdirən şəxs kimi xarakterizə olunması ilə də öz təsdiqini tapır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinə əsasən-qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərini qismən etiraf etməsini, Zərərçəkmiş şəxslə barışıq əldə edərək, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirməklə ona cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 67.1, 69.3 və 68.2-ci maddələrinə əsasən 02 il 05 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzası və 2000 manat miqdarda cərimə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki ittiham üzrə cinayəti törətdiyi zaman, yəni xx xxxxxxx 2019-cu il tarixdə müvafiq olaraq Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünə əsasən üzərində yaranmış məhkumluq ödənilmədiyi və götürülmədiyinə baxmayaraq, sonuncu müvafiq hökmlə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaya məhkum edildiyindən, göstərilən hal Təqsirləndirilən şəxs münasibətdə residivin müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan yüngülləşdirici hallar Təqsirləndirilən şəxs vəziyyətini və cəzasını yüngülləşdirdiyindən ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə həmin Məcəllənin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs cəza təyin edərkən, sonuncunun cinayəti törətməsindən sonra hüquq mühafizə orqanlarına gəlməkdən boyun qaçıraraq, yalnız 07 aya yaxın müddət keçdikdən sonra barəsində olan axtarış işi üzrə tutulmasını, eyni zamanda residivin müəyyən edilməsi zamanı nəzərə alınmasa da Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünə əsasən üzərində yaranmış məhkumluq ödənilmədiyi və götürülmədiyi halda yenidən cinayət törətməsini, bununla da barəsində daha öncə təyin edilmiş azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın cinayət qanunvericiliyinə əsasən Təqsirləndirilən şəxs münasibətdə cəzanın məqsədlərinə nail olmaq üçün kifayət etməməsinin müəyyən edilməsini Təqsirləndirilən şəxs şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir və bu halın sonuncuya cəza təyini zamanı cəzanın həddi müəyyən edilərkən mühüm amil olaraq nəzərə alınmalı olması qənaətinə gəlir. İşdə olan “Axtarışda olan şəxsin tutulması barədə” xx xxx 2020-ci il tarixli protokoldan və Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Abşeron rayonu ərazisində tutularaq Abşeron PPİnin İŞ-nə təhvil verilmiş, məhkəmənin qərarı ilə həbsdə saxlanma müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, cəzaçəkmə müddətinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut: Bakı şəhəri Nəsimi RPİ-də saxlanılmaqla hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan 01 ədəd köynək maddi dəyərini itirdiyindən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri, mülki iddia və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 08(səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 67.1, 69.3 və 68.2-ci maddələrinə əsasən təyin olunmuş 02 il 05 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzası və 2000 manat miqdarda cərimə cəzasının çəkilməmiş qalan hissəsinin Abşeron rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 7(012)-34/2019 saylı qərarı və Abşeron rayon məhkəməsinin xx xxx 2020-ci il tarixli Qərarlarına əsasən əvəz edilməklə yekun olaraq Təqsirləndirilən şəxs üzərində saxlanmış 11(on bir) ay 29 (iyirmi doqquz) gün müddətində azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsində əsasən hazırki hökm üzrə təyin edilmiş əsas cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut: Bakı şəhəri Nəsimi RPİ-də saxlanılmaqla hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan 01 ədəd köynək maddi dəyərini itirdiyindən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərcləri, mülki iddia və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkumlara isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Əliövsəd Abasov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar