Məhkəmə qərarları › İş №1(101)-847/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-847/2021

19.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-847/2021 19.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu, Hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibləri- X11 və X2, Dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və X22, Müdafiəçi- Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, Mütəxəssis – X12 iştirakları ilə, xx xxxxxx 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, əvvəllər məhkum olunmamış, barəsində “həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmiş və satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz əldə etdiyi toxumlardan istifadə etməklə 2020-ci ilin mart ayında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sabir küçəsi, döngə 2 ünvanında yerləşən, yaşadığı 4 saylı evinin həyətyanı sahəsində qanunsuz olaraq, tərkibində narkotik maddələr olan xeyli miqdarda, yəni 5 (beş) ədəd çətənə bitkilərini əkib becərərək aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, yetişdirdiyi bitkilərdən ikisini 2020-cı ilin iyul-avqust ayları ərəfəsində torpaqdan çıxarıb qurudaraq qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda, yəni 1010 (bir min on) qram narkotik vasitə qurudulmuş marixuananı kustar üsulla hazırlayıb əldə edib daşıyaraq həmin evin həyətində əkinti sahəsinə bitişik yerləşən saxlanc yerində polietilen torbada saxlamış və 05 sentyabr 2020-ci il tarixdə saat 14-15 radələrində Sabunçu RPİ-nin 14-cü Polis bölməsinin əməkdaşlarının qeyd olunan yaşayış sahəsinə onun iştirakı ilə keçirtdikləri baxış zamanı həyətyanı sahədə yerləşən taxta hasarla əhatə olunmuş üzəri açıq sahədə torpaq örtüyü üzərində əkilib-becərilməsi qadağan olunmuş, xeyli miqdarda, yəni ümumi sayı 3 (üç) ədəd, ümumi təmiz çəkisi 8215 (səkkiz min iki yüz on beş) qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisi, o cümlədən həmin əkinti sahəsinə bitişik yerləşən saxlanc yerində polietilen torbada külli miqdarda, yəni təmiz çəkisi 1010 (bir min on) qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.1-ci maddələri ilə elan olunmuş ittihamla bağlı özünü CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək, Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə isə tam təqsirli bilərək ifadəsində göstərdi ki, öz ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanda yerləşən həyət evində yaşayır. Onun özü həmin iş üzrə həbs olunmazdan təxminən son iyirmi il ərzində narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Onun özü heç vaxt narkotik maddələrin satışı ilə muşğul olmamış və lakin əvvəllər heç vaxt marixuana əkib becərməmişditr. Öz istifadəsi üçün marixuananı yaşadığı Maştağa qəsəbəsində üzdən tanıdığı şəxslərdən alırmış həmçinin müxtəlif məclislərdə digər həmkəndliləri ilə birlikdə həmin narkotik vasitdən istifadə etmişdir. Lakin, son dövrdə karonovirusla bağlı karantinlə əlaqədar məclislərə qadağa qoyulduğu üçün o, heç kəsdən marixuana götürə bilməmişdir. Buna görə də qərara gəlmişdir ki, yaşadığı evin həyətyanı sahəsində bir neçə kol çətənə bitkisini əkib becərsin, sonra isə onlardan istifadə etsin. 2020-ci ilin mart ayında o, özündə olan çətənə bitkisinin toxumlarını evin həyətyanı sahədə bunun üçün xüsusi ayırdığı yerdə əkmiş və cəmi beş kol çətənə bitkisi yetişdirmişdir. Lakin, həmin kollardan ikisi erkək olduğu üçün onları torpaqdan çıxarıb əzərək həyətyanı sahədə olan tikiliyə polietilen torbanın içərisinə qoymuşdur ki, bitkilər quruyandan sonra onları aparıb zibilliyə atsın. Yerdə qalan üç kola isə qulluq etməyi davam etmişdir. Sonra isə həmin bitkinin yarpaqlarını arabir yığıb evdə tavada qurudaraq siqaretin kağızına büküb siqaret kimi çəkmişdir. Hadisə günü, yəni 05 sentyabr 2020-ci il tarixdə nahar vaxtı o, yaşadığı evin həyətində olarkən evin həyətin darvazası döyülmüş və o, qapını açdıqda bir neçə nəfər polis işçisinin, həmçinin əvvəllər tanımadığı bir neçə nəfər mülki geyimdə olan şəxlərin orada olduğunu görmüşdür. Həmin şəxslər özlərini təqdim edərək Sabunçu rayonu 14-cü Polis bölməsinin əməkdaşları olduqlarını bildirmiş və onlarda evinin həyətində narkotik bitki yetişdirdiyi barədə məlumatın olduğunu demişlər. Həmçinin dəvət etdikləri aqronomun iştirakı ilə yaşadığı həyətə və evə baxış keçirmək istədiklərini bildirmişlər. O, buna etiraz etməmiş və dən onların mütəxəssislə birlikdə evinin həyətinə baxış keçirilməsinə icazə vermiş və onları evin həyətinə buraxmışdır. O, öz istifadəsi üçün çətənə bitkisi əkdiyini etiraf etmiş və həmin şəxsləri çətənə əkdiyi sahəyə apararaq orada yetişdirdiyi üç ədəd çətənə kolunu onlara göstərmişdir. Həmçinin əkdiyi beş ədəd koldan ikisi keyfiyətsiz olduğuna görə onları bir müddət əvvəl çıxarıb həyətdə olan tikiliyə qoyduğunu bildirmişdir. Sonra isə yaşadığı evin həyətyanı sahəsində olan tikililərin birində gələcəkdə tullamaq üçün bir ədəd torbaya qoyub saxladığı qurudulmuş iki ədəd çətənə kolunu könüllü olaraq polis işçilərinə təqdim etmişdir. Daha sonra orada aqronom kimi iştirak edən şəxs onun əkdiyi çətənə kollarına baxıb onlara qulluq olduğunu bildirmiş və o, həmin kollara qulluq edib yetişdirdiyini etiraf etmişdir. Bundan sonra polis əməkdaşlarından biri həmin kolları yerindən çıxararaq bir yerə yığıb onları qablaşdırmışdır. Bundan sonra polis əməkdaşları onun razılığı ilə onun yaşadığı evə baxış keçirmiş, lakin evindən heç bir narkotik maddə və ya qanunsuz əşya aşkar olunmamışdır. Bu barədə bir nəfər polis əməkdaşı protokol tərtiib edərək onlara oxumuş və o, həmin protokolu imzalamışdır. Bundan sonra onu 14-cü Polis bölməsinə aparmışlar. Orada onun müdafiəçisi kimi dəvət edilmiş vəkilin iştirakı onun üzərinə şəxsi axtarış keçirilmişdir. Lakin, üzərinə axtarış və baxış keçirilən zaman onun üzərindən hərhansı bir qanunsuz maddə aşkar edilməmiş və bu barədə də porotokol tərtib edilmişdir. Onun özü əvvəlki dövrdə yaşadığı evin həyətində çətənə kolları əkib becərməmişdir. Həyətində aşkar olunmuş çətənə bitkisinin toxumlarını o, 2020-ci ilin əvvəllərində yaşadığı Maştağa qəsəbəsində tanımadığı bir şəxsdən əldə etmişdir. Yuxarıda qeyd etdiyi kimi 2020-ci ilin mart ayında o, yaşadığı evin həyətində çətənə bitkisinin toxumlarını əkib becərmiş və son nəticədə cəmi beş ədəd çətənə kolu yetişmişdir. Həmin kollardan iki ədədi erkək olduğu üçün hadisədən təxminən bir müddət əvvəl, yəni 2020-ci ilin iyulavqust aylarında əkdiyi sahədən çıxarıb qurudaraq həyətdə olan tikiliyə qoymuşdur. Həmin bitkiləri quruduqdan sonra bir ədəd torbaya qoymuşdur ki, sonra onları zibilliyə atsın. Çıxardığı iki ədəd çətənə kollarını zibilliyə atmaq fikri olduğu halda, həmin kolları nə səbəbə dərhal atmadığı və qurudaraq bir ədəd torbaya qablaşdırıb həyətində olan tikilidə saxladığının səbəbini izah etməkdə çətinlik çəkir. Həmin kollar polis əməkdaşları tərəfindən aşkar olunduğu tarixədək o, həyətində əkib becərdiyi çətənə kollarının yarpaqlarının bir hissəsini qurudaraq özü istifadə etmişdir. Polis əməkdaşları onun yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilən zaman, həmçinin saxlanılıb Sabunçu RPİ-nin 14-cü PB-nə aparıldığı və orada olduğu vaxt ərzində polis əməkdaşları tərəfindən ona qarşı heç bir təsir və ya təzyiq göstərilməmişdir. Yaşadığı evin həyətində əkib becərdiyi çətənə kollarını o, yalnız öz istifadəsi üçün əkib-becərmişdir. Onun qurutduğu iki ədəd çətənə kolları və ya qurudulmuş çətənə kolu yarpaqlarının bir hissəsini kiməsə satmaq niyyəti olmamışdır. Həmin çətənə kollarından yalnız özü istifadə etmişdir. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin 15-16-cı vərəqlərində olmaqla “Hadisə yerinə baxış keçirmə və götürmə haqıqnda” 05 sentyabr 2020-ci il tarixli protokol ona tanışdır və həmin protokolda «Təqsirləndirilən şəxs» qeydləri qarşısında imza onun özünə məxsusdur. Həqiqətən 05 sentyabr 2020-ci il tarixdə Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən bir nəfər aqronomun iştirakı ilə Maştağa qəsəbəsi, Sabir küçəsi, döngə 2, ev 4 ünvanda yerləşən onun yaşayış evinə və evin həyətyanı sahəsinə videoçəkiliş aparılaqla baxış keçirilmişdir. Həmin protokolda göstərildiyi kimi, baxış keçirilərkən zaman onun özü yaşadığı evin həyətində kiçik torpaq sahəsində əkib becərdiyi üç ədəd çətənə kollarını özü polis əməkdaşlarına göstərmiş və həmin kollar onun yanında çıxarılıb qablaşdırılmışdır. Həmçinin o, həmin həyətdə əkib yetişdirdiyi, lakin erkək növ olduğuna görə çıxarıb torbada saxladığı iki ədəd qurudulmuş çətənə kollarını da könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Protokolda göstərildiyi kimi həyətdə əkib-becərdiyi üç ədəd yaşıl çətənə kollarının hər biri təxminən 1,5 sm hündürlüyündə olmuşdur. Həmin çətənə kolları və həmiçinin bir ədəd torbada saxladığı iki ədəd quru çətənə kolları onun yanında ayrı-ayrı qablaşdırılaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Həmin protokol ona ucadan oxunmuş və bundan sonra o, həmin protokolu öz imxzası ilə təsdiq etmişdir. Həmin protokolun doğrluğunu təsdiq edir. Elan edilməklə ona təqdim edilmiş müvafiq olaraq cinayət işinin 5-51 və 185-ci vərəqlərində olmaqla iş üzrə «Məhkəmə-bioloji» ekspertizasının 06 sentyabr 2020-ci il tarixli, 7/594 №-li rəyi ilə və həmçinin «Komisyon məhkəmə-bioloji» ekspertizasının 28 yanvar 2021-ci il tarixli 7/41 saylı rəyi o, iş üzrə istintaq zamanı öz müdafiəçisinin iştirakı ilə tanış olmuşdur. «Məhkəmə-bioloji» ekspertizasının rəyinə əsasən üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilərək götürülmüş.” sözləri yazılmış sintetik torbanın içərisində təmiz çəkisi 1010 qram çəkidə bitki mənşəli kütlənin tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana ollduğu müəyyən olunduğu, üzərində «Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilərək götürülmüş.” sözləri yazılmış iki ədəd sintetik torbada ümumi sayı üç ədəd, yaş vəziyyətdə ümumi çəkisi 8215 qram bitki nümunələrinin əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri olması müəyyən edildiyi ona aydındır. Həmçinin iş üzrə keçirilmiş «Komisyon məhkəmə-bioloji» ekspertizasının 28 yanvar 2021-ci il tarixli qeyd edilən rəyinə əsasən tədqiqata təqdim edilməklə üzəritndə “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində olan tikilidə aşkar edilmiş..” sözləri yazılmış bir ədəd sintetik torbada aşkar edilmiş bitkinin,- marixuana -çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, müxtəlif dərəcədə xırdalanmış bitki mənşəli narkotik vasitə olduğu müəyyən olunduğu, həmçinin çətənə (kannabis) bitkisinin bütün yerüstü hissəsinin narkotik tərkibli (kök və toxumlar istisna olmaqla) sayıldığı, təqdim olunmuş qurudulmuş marixuananın təmiz çəkisinin 1009,95 qram (ilkin tədqiqat zamanı onun təmiz çəkisinin 1010 qram olduğu müəyyən olunduğu ona aydındır. Həmin ekspertiza rəylərinə əsasən tədqiqata təqdim edilməklə hadisə vaxtı onun yaşadığı evin həyətyanı sahəsində olan tikilidə bir ədəd bir ədəd sintetik torbada aşkar edilmiş bitki kütləsinin quru vəziyyətdə olan çətənə (kannabis) bitkisi kolu olması deyil, həmin bitkidən kustar üsulla hazırlanmış, müxtəlif dərəcədə xırdalanmış bitki mənşəli narkotik vasitə olduğu müəyyən olunduğu ona aydındır. Bir daha bildirir ki, o, həyətində cəmi beş ədəd çətənə kolu əkib yetişdirmişdir. Lakin həmin bitkilərdən ikisinin növünə görə erkək olmasını özü müəyyən etdiyinə və həmin növün keyfiyyəti aşağı olduğuna görə o, iki ədəd çətənə kolunu çaxarıb tikiliyə atmış və onlar quruduqdan sonra isə onları əzib xırdalayıb bir ədəd torbaya qoymuşdur ki, sonra atsın. Həmin bitkini əzib xırdalayıb kütlə halına salmaqda onun heç bir başqa məqsədi olmamışdır. O, özünü qanunsuz olaraq çətənə kolları əkib becərməkdə və həmin kolların yarpaqlarını qurudaraq onları istifadə etməkdə özünü təqsirli hesab edir. Lakin, yaşadığı evin həyətində tikilikdə saxladığı quru marixananı və yaxud onun bir hissəsini kiməsə satmaq niyyəti olmamışdır. Odur ki, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını nəzərə alaraq işə düzgün baxılıb barəsində ədalətli qərar çıxarılmasını və Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona bəraət verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması özünün məhkəmədə verdiyi qismən etirafedici, ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, ekspertiza rəyləri və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü Polis bölməsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. İş üzrə Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onu ilk dəfə alınmış məlumatla bağlı sonuncunun yaşadığı həyət evinə baxış keçirilən zaman görmüşdür. Belə ki, 05 sentyabr 2020-ci il tarixdə ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq çətənə bitkisinin əkib-becərməsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə onun tərəfindən rəsmi raporta rəhbərliyə məruzə olunmuş və həmin məlumatın yoxlanılması üçün Sabunçu RPİ-nin 14-cü Polis bölməsi rəisinin təsdiqi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi bərədə qərar qəbul edilərək əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna onun özü, həmçinin 14-cü Polis bölməsinin təhqiqatçısı polis mayoru Elsahib Vəliyev və bölmənin sahə müvəkkili polis kapitanı Şahid2 daxil edilmişlər. Həmçinin həmin əməliyyat tədbirinin keçirilməsində iştirak etməsi üçün bir nəfər aqranom rəsmi qaydada mütəxəssis kimi dəvət edilmişdir. Bundan sonra həmin gun saat 15 radələrində onlar ünvan 3 ünvanda yerləşən həyət evinin qarşısına getmişlər. Həyət evinin giriş darvazasının qapısını döydükdə qapını özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs açmışdır. Onlar Təqsirləndirilən şəxs onun çətənə bitkilərini qanusuz olaraq əkib yetişdirməkdə şübhəli olmasını bildirmiş və həmçinin həmin vaxtdan etibarən viderçəkiliş aparılmaqla ona yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirməli olduqlarını bildirmiş və bununla bağlı onun hüqüq və vəzifələrini izah edərək yaşadığı evdən və yaxud evin həyətindən nə kimi qanunsuz bitki və ya əşya edildiyi halda bu barədə onun iştirakı ilə protokol tərtib olunacağını ona izah etmişlər. Təqsirləndirilən şəxs heç bir etirazın olmadığını və həyətyanı sahədə bir neçə çətənə bitkisini əkdiyini etiraf edərək onları evin həyətinə buraxmışdır. Bundan sonra Təqsirləndirilən şəxs onları yaşadığı evin həyətyanı sahəsindəki taxta və dəmir parçaları ilə ətrafı bağlanmış təxminən 3x3 metr ölçüdə torpaq sahəsinə dəvət edərək orada olan üç ədəd hündür yaşıl bitkiləri göstərmiş və həmin bitkilərin çətənə kolları olmasını və onları öz istifadəsi üçün əkib yetişdirdiyini bildirmişdir. Həmin bitkilər təxminən 1,5 hündürlükdə olmaqla, baxışda iştirak edən aqranom həmin bitkilərin çətənə kolları olmasını və onlara aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs həmin çətənə kollarını 2020-ci ilin mart ayında əkib yetişdirdiyini və ümumiyyətlə həmin sahədə cəmi beş ədəd çətənə bitkisi əkib yetişdirdiyini, lakin həmin bitkilərdən ikisi keyfiyyətsiz oldğuna görə onları çıxarıb həyətindəki tikiliyə atdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin torpaq sahəsinə bitişik olan tikilinin içərisinə keçərək oradan içərisində qurudulmuş bitki hissələri olan bir ədəd polietilen torbanı onlara təqdim etmiş və çıxardığı həmin iki ədəd çətənə kolunu quruduqdan sonra əzib həmin torbaya qoyduğunu bildirmişdir. Baxışda iştirak edən aqranom həmin torbanın içərisində olan quru bitki kütləsini yoxlayaraq həmin bitki kütləsinin qurudulmuş marixuana olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özünün iştirakı ilə həmin qurudulumuş marixuana qablaşdırılıb möhürlənib götürülmüşdür. Həmçinin evin həyətində aşkar edilmiş həmin üç ədəd çətənə kolları köklə birlikdə torpaqdan çıxarılaraq qablaşdırılıb götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs razılığı ilə onun yaşadığı evə də baxış keçirilmişdir. Lakin, evin yaşayış və qeyri otaqlarına baxış keçirilən zaman evdən hər-hansı bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır və də orada əhəmiyyət kəsb edən əşya aşkar edilməmişdir. Video kameranın müşahidəsi altında keçirtdikləri baxışla bağlı protokol tərtib edilmiş, bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onlar maddi sübutlarla və Təqsirləndirilən şəxsla birlikdə xidmət etdikləri polis bölməsinə gəlmişlər və sonuncunun şəxsi axtarışı aparılmış, lakin qeyri qanuni hər hansı bir əşya aşkar edilməmişdir. Onlarda Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq çətənə bitkisinin əkib-becərməsi barədə əməliyyat məlumatı olmuşdur. Həmçinin onlarda Təqsirləndirilən şəxs narkotik vasitə olan qurdulmuş marixuanadan istifadə etdiyi və yaşadığı Maştağa qəsəbəsində həmin narkotik vasitədən şəxsiyyəti müəyyən edilməmiş digər şəxslərlə birlikdə istifadə etdiyi barədə də əməliyyat məlumatı olmuşdur. Lakin, onlarda Təqsirləndirilən şəxs narkotik vasitə olan qurdulmuş marixunanı kiməsə satdığı barədə əməliyyat məlumatı olmamışdır. Hadisə günü, yəni 05 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman sonuncu yaşadığı evin həyətyanı sahəsində cəmi beş ədəd çətənə kolu əkib becərdiyini, lakin həmin bitkilərdən iki ədədini bir müddət əvvəl çıxarıb evin həyətində olan əldamına qoyduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan tikilinin içərisinə keçərək oradan içərisində qurudulmuş bitki hissələri olan bir ədəd polietilen torbanı onlara təqdim etmişdir. Həmin torbaya Təqsirləndirilən şəxs və aqranomun iştirakı baxış keçirilən zaman həmin torbanın içərisində çətənə kolu bitkisinin özü deyil qurudulmuş və xırdalanmış vəziyyətdə olan bitki kütləsinin olduğu müəyyən edilmişdir. Baxışda iştirak edən aqranom həmin bitki kütləsinin qurudulmuş marixuana olmasını bildirmişdir. Yuxarıda qeyd etdiyi kimi onlarda Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuananın istifadəçisi olması barədə də məlumat olmuşdur. Lakin, onlarda Təqsirləndirilən şəxs narkotik vasitə olan qurdulmuş marixunanı kiməsə satdığı və bununla bağlı kiminləsə qabaqcadan sövdələşdiyi barədə heç bir məlumat olmamışdır. Hadisə günü, yəni 05 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman və həmçinin sonuncu saxlanılıb Sabunçu RPİ-nin 14-cü PB-nə aparıldığı və orada olduğu müddət ərzində şəxsən onun özü və ya digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir təsir və ya təzyiq göstərilməmişdir. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin 15-16-cı vərəqlərində olmaqla “Hadisə yerinə baxış keçirmə və götürmə haqıqnda” 05 sentyabr 2020-ci il tarixli protokol ona tanışdır və həmin protokolda «iştirak etdi- Şahid1» qeydləri qarşısında imza onun özünə məxsusudur. Həqiqətən 05 sentyabr 2020-ci il tarixdə saat Sabunçu RPİ-nin 14-cü PB-nin təhqiqatçısı Elsahib Vəliyev tərəfindən onun özü, bölmənin sahə müvəkkili Şahid2 və mütəxəssis kimi dəvət edilmiş aqronomun iştirakı ilə Sabunçu rayonu Maştağa qəsəbəsində Təqsirləndirilən şəxs yaşadığı evə və həmin evin həyətyanı sahəsinə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs onları yaşadığı evin həyətində çətənə kolları əkib becərdiyini etiraf etmiş və həmin yeri onlara göstərmişdir. Həmin həyətdə ətrafı taxta və dəmir parçaları ilə əhatə edilmiş kiçik torpaq sahəsində üç ədəd yaşıl vəziyyətdə olmaqla, hər bir təxminən 1,5 sm hündürlüyündə çətənə bitkisinə bənzər kolların olduğu aşkar olunmuşdur. Həmin üç ədəd çətənə bitkisinə bənzər kollar kökündən çıxarılıb qablaşdırılıb götürülmüşdür. Həmin yerin yaxınlığında yerləşən əl damında isə bir ədəd sintetik kisədə olmaqla çətənə bitkisinə bənzər bitki olduğu aşkar edilərək qablaşdırılıb götrülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilən zaman isə evdən hər-hansı bir qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. Həmin protokol təhqiqatçı Elsahib Vəliyev tərəfindən onlara ucadan oxunmuş və bütün iştirakçılar kimi Təqsirləndirilən şəxs da heç bir etiraz bildirmədən həmin protokolu imzalamışdır. Həmin protokolun doğruluğunu bir daha təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 14-cü PB-nin sahə müvəkkili Şahid2 Şahid1 ifadəstinə uyğun eyni məzmunlu ifadə verərək, alınmış əməliyyat məlumatı ilə bağlı yuxarıda göstərilən şəraitdə, 05 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən fərdi yaşayış evi və evin həyətyanı sahəsinə baxış keçirilməsində iştirak etdiyini, baxış keçirilən zaman videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs yaşadığı evin həyətində çətənə kolları əkib becərdiyini etiraf edərək həmin bitkiləri əkib becərdiyi yeri onlara göstərdiyini, həmin evin həyətində olan kiçik torpaq sahəsində üç ədəd yaşıl vəziyyətdə olmaqla, hər bir təxminən 1,5 sm hündürlüyündə çətənə bitkisinə bənzər kolların olduğu aşkar olunduğu, baxış keçirilmçəsində mütəxəssis kimi iştirak edən aqranomun həmin bitkilərin çətənə kolları olmasını bildirdiyi, həmin kolların dibindən çıxarılıb qablaşdırılıb götrüldüyünü, baxış zamanı Təqsirləndirilən şəxs həmin sahədə cəmi beş ədəd çətənə bitkisi əkib becərdiyini, həmin kollardan iki ədədini çıxarıb quru vəziyyətdə yaşadığı evin həyətində olan tikiliyə qoyduğunu bildirdiyini, sonra isə tikilinin içərisindən içərisində qurudulmuş bitki hissələri olan bir ədəd polietilen torbanı onlara təqdim etdiyi, həmin torbanın içərisində çətənə kolu bitkisinə bənzər qurudulmuş və bitki kütləsinin olduğu müəyyən edildiyi, baxışda iştirak edən aqranomun həmin bitki kütləsinin qurudulmuş marixuana olmasını bildirdiyi və həmin bitki gütləsinin qablaşdırılıb möhürlənib götrüldüyünü, bu barədə Sabunçu RPİ-nin 14-cü PB-nin təhqiqatçısı Elsahib Vəliyev tərəfindən protokol tərtib olunaraq onlara ucadan oxunduğu və bütün iştirakçılar kimi Təqsirləndirilən şəxs da heç bir etiraz bildirmədən həmin protokolu imzaladığını bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, cinayət işində olmaqla məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 06 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, həmin ********* nömrəli cinayət işi Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi X25 tərəfindən 05 sentyabr 2020-ci il tarixdə Sabunçu RPİ-nin 14-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanda yerləşən evin həyətyanı sahəsinə baxış keçirilən zaman həmin evin həyətində olan tikilidən cəmi 1010 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, evin həyətyanı sahəsində olan torpaq sahəsində isə üç ədəd yaş vəziyyətdə ümumi çəkisi 8215 qram olan əkilib-becərməsi qadağan olunmuş narkotik təbiətli çətənə bitkisi aşkar olunaraq götürülməsi ilə əlaqədar toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə başlanıb icraata qəbul edilərək həmin iş üzrə ibtidai istintaq aparılmışdır. (cild 1, iş vər. 1). İşdə olan 05 sentyabr 2020-ci il tarixli raportdan görünür ki, həmin tarixdə Sabunçu RPİ-nin 14-cü PB-nin CAÜ əməliyyat müvəkkili Şahid1 tərəfindən Sabunçu RPİ-nin 14-cü PB-nin rəisinə raportla məruzə edilərək Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sabir küçəsi, döngə 2, ev 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşadığı həmin ünvanda yerlşən həyəyanı sahədə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkib yetişdirməklə kultivasiya etməsi barədə məlumat əldə edildiyi bildirilmiş və həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs oğlunun cinayət əməllərinin ifşa olunması və digər müvafiq tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (cild 1, iş vər. 4). “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında” 05 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Sabunçu RPİ-ni 14-cü PB-nin rəisi, polis polkovnik leytenantı Tural Məşədiyevin təsdiqi ilə həmin PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsi ilə qeyri-mümkünlüyünü nəzərə alaraq, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması, operativ şəkildə lazımi qabaqlayıcı tədbirlər görülmədiyi halda Təqsirləndirilən şəxs tərəfindən onda saxlanılan narkotik vasitənin qısa müddətdə realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitənin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi və digər müvafiq tədbirlərin həyata keçirilməsi, mövcud şəraitdən asılı olaraq «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinə istinad edilməklə qanunvericiliyə uyrun şəkildə tədbirin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. (cild 1, iş vər. 5-6). İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən 05 sentyabr 2020-ci il tarixi ərizədən görünür ki, sonuncu ona məxsus olan Maştağa qəsəbəsi, Sabir küçəsi, döngə 2, ev 4 ünavnında yerləşən həyətyanı sahəyə və mənizlinə 14-cü PB-nin əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. (cild 1, iş vər 14). “Hadisə yerinə baxış keçirmə və götürmə haqıqnda” 05.09.2020-ci il tarixli protokolun məzmunundan görünür ki, həmin tarixdə saat 14-16 radələrində Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PB-nin təhqiqatçısı, polis mayoru X15 tərəfindən Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkili Şahid1, həmin PB-nin sahə inspektoru Şahid2 və mütəxəssisaqranom Mərdan Tağıyevin, həmçinin Təqsirləndirilən şəxs iştirakı və razılığı ilə sonuncunun yaşadığı ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə və evə videoçəkiliş aparılaqla baxış keçirilmişdir. Baxış keçirilərkən Təqsirləndirilən şəxs razılığı ilə qeyd edilən PB-nin əməkdaşları və dəvət olunmuş mütəxəssis qırmızı rəngli dəmir darvazadan həyətə daxil olmuşlar. Həyətə daxil olduqda həyətdə fərdi tikililərin və kiçik torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həyətdə çətənə bitkisinə bənzər kolları əkib becərdiyi yeri göstərmişdir. Baxış zaman həyətyanı sahədə ətrafı taxta və dəmir parçaları ilə bağlanmış kiçik torpaq sahəsində üç ədəd, hər bir təxminən 1,5 sm hündürlüyündə çətənə bitkisinə bənzər kolların olduğu aşkar olunmuşdur. Həmin yerin yaxınlığında yerləşən əl damında isə bir ədəd sintetik kisədə olmaqla iki ədəd qurudulmuş halda çətənə bitkisinə bənzər kollar aşkar edilmişdir. Həmin üç ədəd kol və içərisində qurudulmuş çətənə bitkisinə bənzər kollar olan bir ədəd sellofan torba ayrıayrılıqda qabaşdırılaraq müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən hər-hansı əşya və ya maddə aşkar edilməmişdir. Baxış zamanı aparılmış videçəkiliş əks olunmuş bir ədəd DVD disk həmin protokola əlavə edilmişdir. (cild 1, iş vər 15-16). “Şübhəli şəxsin tutulması haqqında” 05 sentyabr 2020-ci uil tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərədə tutulan cinayət əməlini törətməkdə şübhəli çəxs qismində 05 sentyabr 2020-ci il tarixdə saat 14-50 radələrində Sabunçu RPİ-nin 14-cü PB-nin inzibati binasında müdafiəçi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili X9 iştirakı ilə tutulmuşdur. (cild 1, iş vər. 27). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 05 sentyabr 2020-ci il tarixli protokoldan görüünr ki, həmin tarixdə saat 15-15 radələrində Sabunçu RPİ-nin inzibati binasında olan xidməti otaqların birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya, sənədə və maddələr aşkar edilməmişdir. Şəxsi axtraış və götürmə zamanı istifadə edilən videoçəkilişin əks olunduğu bir ədəd DVD disk həmin protokola əlavə edilmişdir. (cild 1, iş vər. 38-39). Təqsirləndirilən şəxs məxsus həyətyanı sahəyə keçirilmiş baxışa dair alim aqronom, bitkiçilik üzrə mütəxəsis X27 tərəfindən verilmiş rəydən görünür ki, 05 sentyabr 2020-ci il tarixdə polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs məxsus fərdi həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, vətəndaş həyətyanı sahənin aşağı tərəfində ətrafı qorunmuş tporpaq sahəsində üç ədəd narkotik tərkibli çətənə bitkisini əkmiş, bitkilərər aqrotexniki qulluq göstərilmişdir. Belə ki, bitkilərin kök ətrafı yava çəklində suvarılması məqsədi ilə hazırlanmış dır. Əkin yerinin, yanında əl damında sintetik kisəəd kökləri kəsilmiş, qurudulmuş halda 2 (iki) ədəd narkotik tərkibli çətənə bitkisi aşkarlanmışdır. Ümumilikdə əkilmiş halda üç (3) ədəd qurudulmuş halda 2 (iki) ədəd çətənə bitkisi tərəfimizdən aşkar olunmuşdur. Yaş bitkilərin hündürlüüy ortalama 1,5 sm qeydə alınmışdır. Bitkilər kökü ilə birliktə yerdən çıxarılmış və götürülmüşdür. (cild 1, iş vər. 46). İş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının 06 sentyabr 2020-ci il tarixli, 7/594 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, ağ kağız üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilərək götürülmüş.” sözləri yazılmış sintetik torbada təmiz çəkisi 1010 qram (bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilərək götürülmüş.” sözləri yazılmışiki ədəd sintetik torbadan ümumi sayı 03 ədəd, yaş vəziyyətdə ümumi çəkisi 8215 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Təqdim olunmuş aqronomun rəyinə əsasən həmin çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş marixuana və çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidilər. (cild 1, iş vər. 50-51). “Elektron daşıyıcısına baxış keçirilməsi barədə” 06 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi R.V.Şərifov tərəfindən Sabunçu RPİ-nin inzibati binasında, xidməti otaqda həmin ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisi Bakı şəhəri 7 saylı vəkil bürosunun vəkili Dilsuz Məmmədovun iştirakı ilə 14-cü Polis bölməsindən toplanmış materialla birlikdə təqdim edilərək cinayət işi materiallarına əlavə edilmiş iki ədəd kompakt diskə baxış keçirdilmişdir. Birinci diskdə iki ədəd 20200905 135109 və 20200905 140057 adlı mp4 tipli fayllər mövcud olduğu, 1-ci failin həcmi 221514 kilobayt təşkil etdiyi müəyyən edilmişdir. Həmin fayl açıldıqda çəkilişlərin 09 dəqiqə 43 saniyə müddətində olması, çəkilişlərin aparılması evin həyətyanı sahəsinin qarşısında başlandığı, üçü nəfər polis geyim formasında olmaqla 4 nəfər şəxsin kameranın obyektivin qarşısında dayanmasını əks etdirən kadrdan başlandığı, diktor -sağdan birinci dayanan şəxsin özünü 14-cü Polis bölməsinin təhqiqatçısı polis mayoru Elsahib Vəliyev kimi təqdim etdikdən sonra solunda dayanmış şəxslərə özlərini təqdim etməyi təklifinə sırada üçüncü dayanan özünü əməliyyat müvəkkili polis kapitanı Şahid1, sahə müvəkkili polis kapitanı Şahid2, əynində zolaqlı qısaqol köynək və mavi rəngli cins şalvar geyinmiş şəxs isə özünü Təqsirləndirilən şəxs oğlu kimi təqdim etdi əks olunduğu müəyyən edilmişdir. Sonra təhqiqatçısı X14 Əhmədova «xaş-xaş» tədbirinə əsasən evin həyətyanı sahəsinə baxış keçirilməli olduğunu bildirib, sonunca həyətində hər-hansı bir qeyri qanuni predmet və ya əşya saxlayıb saxlamaması barədə sual verdiyi, cavab olaraq Təqsirləndirilən şəxs bir-iki kol marixuana əkdiyini bildirdiyi, təhqiqatçının keçiriləcək baxışla əlaqədar vəkilə ehtiyacı olub-olmamasını soruşduğu, Təqsirləndirilən şəxs ehtiyacı olmadığı bildirdiyi müəyyən olunmuşdur. Bundan sonra həmin üç nəfər polis əməkdaşı və Təqsirləndirilən şəxs evin həyətyanı sahəyə daxil olduqları, sonuncunun polis əməkdaşlarını evin həyətyanı sahəsinin cənub-qərb hissəsində yerləşən, taxta parçalarıilə hasarlanmış əraziyə apararaq orada bitməkdə olan üç ədəd bitkini göstərərək həmin bitkilərin marixuana olduğunu söylədiyi, həmin bitkiləri mart ayında öz istifadÿ üçün əkdiyi, əvvəl beş kol əkdiyini, onlardan ikisi yararsız olduğundan çıxarıb atdığını bildirib həmin hasarlanmış ərazidən çıxaraq həmin əraziyə bitişik olan dam örtüklü tikiliyə yaxınlaşıb taxta qapısını açıb tikilidən içərisində quru bitki fraqmentləri olan polietilen torbanı çıxarıb polis əməkdaşlara təqdim etdiyi müşahidə olunduğu müəyyən olunmuşdur. Bundan sonra baxışın iştirakçıları marixuana bitkiləri əkildiyi ərazinin qarşısına toplaşdığı və kadrda daha bir nəfər mülki geyimli şəxsin olması müşahidə edildiyi, təhqiqatçının həmin şəxsin mütəxəssis olduğunu elan etdiyi və mütəxəssisin özünü Mərdan Tağıyev kimi təqdim etdi, bitkilərə baxış keçirdikdən sonra onların narkotik tərkibli olub-olmamasına dair fikir söyləcəyini bildirdiyi videogörüntülərdə əks olunduğu müəyyən edilmişdir. Daha sonra mütəxəssis Mərdan Tağıyevin hasarlanmış əraziyə daxil olaraq orada olan bitkilərə baxandan sonra həmin bitkilərin narkotik tiərkibli çətənə bitkilərinin olduğunu, onların tam inkişaf fazasında olduğunu, suvarma üçün yumru şəkilli yuvaların hazırlanmasını, yuvaların sulandığını və bitkilərə aqrotexniki qaydada qulluğun göstərilməsi, bitkilərə zərər vurulmaması üçün onların bağlandığını, ortalanma ilə bitkilərin hündürlüyünün 1,5 metr olduğunu söylədiyi əks olunduğu, bundan sonra baxışın iştirakçılarının hasarlanmış ərazinin qarşısında toplaşdıqları, Təqsirləndirilən şəxs təqdim etdiyi polietilen torbada iki kol çətənə bitkisinin olduğunu, onların yarasız olduğu üçün tullamaq üçün saxladığını bildirdiyi, təhqiqatçının təqdim olunmuş quru və yaş vəziyyətdə bitkilərin qablaşdırılaraq götürülücəyi və bundan sonra çəkisi və tərkibi barədə rəy alınması üçün məhkəmə-ekspertizasına göndəriləcəyini bildirdiyi, bundan sonra isə bitməkdə olan yaş vəziyyətdə kolların bir-bir çıxarılaraq cəm şəkilində yaşıl rəngli polietilen materiala bükülüb qablaşdırıldığı müşahidə olunduğu müəyyən edilmişdir. Bundan sonra təhqiqatçının Təqsirləndirilən şəxs yaşadığı evdə və ya evin həyətyanı sahədə digər qeyri qanuni əşyaların saxlanılıb-saxlanılmamasını soruşduğu, sonuncunun hər hası bir qeyri qanuni əşyanın saxlamadığını, təhqiqatçının Təqsirləndirilən şəxs onun evinə baxış keçirilməsi ilə bağlı münasibətini öyrəndiyi, sonuncunun bununla bağlı etirazının olmamasını bildirdiyi, evin həyətyanı sahəsinin qərb hissəsində yerləşən şüşəbəndli bir mərtəbəli tikiliyə yaxınlaşıb həmin tikilinin öz evi olduğunu bildirərək giriş qapısını açmaqla polis əməkdaşlarını evinə buraxdığı, ilk olaraq evin dəhlizində soldan birinci olan otağa baxış keçirildiyi, həmin hissdə əhəmiyyət kəsb edən hər hansı bir əşya aşkar edilmədiyi və bununla həmin diskdə olan videogöruntülərin başa çatdığı müəyyən edilmişdir. Baxış zamanı 2-ci faylın həcminin 50676 kilobayt təşkil etdiyi, həmin fayl açıldıqda çəkilişlərin 02 dəqiqə 12 saniyə müddətində davam etdiyi və çəkilişlərin 1-ci faildə olan çəkilişlərin davamı olmaqla, daha sonra evin dəhlizində soldan ikinci olan otağa baxış keçirildiyi və evin həmin hissəsində də əhəmiyyət kəsb edən hər hansı bir əşya aşkar edilmədiyi və təhqiqatçının bunu elan etdiyi müşahidə olunduğu, bundan sonra baxış iştirakçılarının evi tərk etdikləri müşahidə olunduğu, bundan sonra təhqiqatçının ümumilikdə baxış zamanı üç ədəd kol və polietilen torbada iki ədəd qurudulmuş vəziyyətdə kol aşkar edilərək onlar tərəfindən götürüldüyünü bildirdiyi əks olunduğu və bundan sonra 1-ci diskdəki 2-ci fayldə olan videoçəkilişlərin bitdiyi müəyyən edilmişdir. Baxış zamanı ikinci diskdə bir ədəd 20200905 152912 adlı mp4 tipli fayl mövcud olduğu, faylın həcminin 44833 kilobayt təşkil etdiyi, həmin fayl açıldıqda çəkilişlərin 01 dəqiqə 51 saniyə müddətində davam etdiyi, çəkiliş aparılmasının xidməti otaqların birində başlandığı, otaqda polis geyimində olan əməkdaşın özünü 14-cü Polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis kapitanı Abbasov kimi, diktorun isə 14-cü Polis bölməsinin təhqiqatçısı polis mayoru Vəliyev kimi təqdim etdiyi, otaqda olan əynində zolaqlı qısaqol köynək və mavi rəngli cins şalvar geyinmiş şəxsin özünü Sabunçu rayonu Maştağa qəsəbəsi Sabir küçəsində yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etdikdən sonra diktorun-təhqiqatçının Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığını və sonuncunun üzərində onun, polis kapitanı Abbasovun və sahə müvəkkili polis kapitanı Şahid2 iştirakları ilə videoyazan qurğusunun müşahidəsi altında şəxsi axtarışı aparılacağını elan etdiyi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etmədiyini və üzərində hər hansı bir əşyanın olmamasını bildirdiyi, bundan sonra polis kapitanı Abbasov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirildiyi, lakin onun üzərində heç bir əşya aşkar edilmədiyi və təhqiqatçının bunu elan etdiyi və bununla da videçəkilişlər bitdiyi müəyyən edilmişdir. Qeyd olunan iki kompakt disk zərfə qablaşdırılaraq həmin protokola əlavə edilmişdir. (cild 1, iş vər. 58-60). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-521/2020 saylı, 07.09.2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə ********* saylı cinayət işi üzrə Azərbyacan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 05 sentyabr 2020-ci il tarixdən hesablanmışdır. (cild 1, iş vər. 79-81). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 5(008)-310/2020 saylı, 07 sentybr 2020ci il tarixli qərarından görünur ki, Azərbaycan Respublikası DİN Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkili, Şahid1 “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 05 sentyabr 2020-ci il tarixli qərarı qanuni hesab edilmişdir. (cild 1, iş vər 82) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli 5(008)- 32/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı GSM kartlara 01.01.2020-ci il tarixdən 07.09.2020-ci il tarixdək olan müddətdə daxil olmuş və çıxan zənglər, daxil olmuş və göndərilmiş SMS mətnləri, həmin müddətdə əhatə dairəsi barədə məlumatlar əks olunan sənədlərin "xxxx" MMC-dən götürülməsi barədə Bakı şəhəri, Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi polis mayoru Rafiq Şərifovun vəsatəti təmin olunmuşdur. (cild 1, iş vər. 95-96) “Kompakt diksə baxış keçirilməsi haqqında” 27 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi Rafiq Şərifov tərəfindən "xxxx" MMC-dən istintaqa təqdim edilməklə Təqsirləndirilən şəxs sitifadəsində olmuş ***- ***-**-** və ***-***-**-** saylı mobil telefon üzrə telefon əlaqələri barədə məlumatlar olan bir ədəd kompakt diskə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş həmin mobil telefon nömrələri üzrə 01.01.2020-ci il tarixdən 07.09.2020-ci il tarixdək olan müddətdə daxil olmuş və çıxan zənglər, daxil olmuş və göndərilmiş SMS mətnləri üzrə iş üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir. (cild 1, iş vər. 104). Sabunçu RİHB-nın Maştağa qəsəbəsi üzrə nümyəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görüünr ki, Əhmədov X4 rayonu, Maştağa qəsəbəsi, M.Ə.Sabir küçəsi, döngə 2, ev 4 ünvanında pasport qeydiyyatındadır. Təqsirləndirilən şəxs qəsəbədə yaşadığı müddət ərzində onun barəsində sakinlərdən heç bir şifahi və ya yazılı məlumat daxil olmamışdır. (cild 1, iş vər. 104). Bakı şəhəri, Sabunçu RİH-nin Maştağa qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş məktubdan görüünr ki, xx.xx.1973-cü il təvəllüdlü Əhmədov X5 qəsəbəsi, M.Ə.Sabir küçəsi, döngə 2, ev 4 ünvanda pasport qeydiyyatdadır və həmin ünvanda ailəsi ilə birliktə yaşayır. Ailə tərkibi 1954-cü il təvəllüdlü anası -X6, həyat yoldaşı- 1978-ci il təvəllüdlü X18, qızları- 1999-cu il təvəllüdlü X7, 2006-cı il tarixdə təvəllüdlü X3, 2004-cü il təvəllüdlü X10 və 2008-ci il təvəllüdlü X1 ibarətdir. (cild 1, iş vər. 105). İş materiallarİnda olan X13 məxsus 079625 saylı vəsiqədən görünür ki, X18 görməsinə görə 1-ci qrup əlildir. (cild 1, iş vər 106). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X32 Şəxs tərəfindən təqdim edilmiş narkoloji ekspertizanın 19 oktyabr 2020-ci il tarixli, 2907 №-li ekspert rəyindən göründüyü kimi Təqsirləndirilən şəxs müayinə zamanı çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. (cild 1, iş vər. 112-113). “Cinayət əməlinin tövsif edilməsi barədə” 28 noyabr 2020-ci il tarixli qərar və «Təqsirləndirilən şəxsə yeni ittiham edilməsi haqqında» qərarlardan görünür ki, 28 noyabr 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddəsindən həmin Məcələnin 234.4.3 və 237.1-ci maddələrinə tövsif edilmiş və 01 dekabr 2020-ci il tarixdə müdafiəçinin iştirakı ilə ona həmin maddələrlə ittiham elan edilmişdir. (cild 1, iş vər. 120-121, 131-132). İş üzrə keçirilmiş məhkəmə ambulator-psixiatrik ekspertizasının 12.01.2021-ci il tarixli 38 saylı rəyindən görnür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. (cild 1, iş vər. 181-182). Komisyon məhkəmə-bioloji ekspertizasının 28.01.2021-ci il tarixli 7/41 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş marixuananın istifadəyə yararlı olubolmaması sualı ekspertlərin həll etdiyi suallar dairəsinə aid deyildir. Marixuana -çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, müxtəlif dərəcədə xırdalanmış bitki mənşəli narkotik vasitədir. Çətənə (kannabis) bitkisinin bütün yerüstü hissəsi narkotik tərkibli (kök və toxumlar istisna olmaqla) sayılır. Təqdim olunmuş qurudulmuş marixuananın təmiz çəkisi 1009,95 qramdır (ilkin tədqiqat zamanı onun təmiz çəkisi 1010 qram olmuşdur. (cild 1, iş vər 185). “Sübutların qiymətləndirilməsi haqqında” 05 fevral 2021-ci il tarixli qərardan görünür ki, həmin ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs 01 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.1-ci maddələri ilə elan edilmiş ittihama dəyişikliklər edilmədən öz qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs əvvəllər tək və digər şəxslərlə birlikdə narkotik vasitə qurudulmuş marixuanadan istifadə etməsi ilə bağlı xüsusatlarla bağlı onun barəsində Azərbayjan Respublikası CM-nin 234-ci maddəsi ilə cinayət təqibinə hissəvi xitam verilməsi, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri əldə etdiyi mənbə ilə bağlı başqa cinayət işinin ayrılması məqsədəmüvafiq hesab edilməsi, iş üzrə maddi sübut olmaqla qalıq çəkiləri 1009,95 qram çəkidə qurudulmuş marixuana və 8214,8 qram çətənə (kannabis) bitkisinin Sabunçu RPİ-nin saxlama otağında saxlanılması nəzərə alınması, "xxxx" MMC-dən daxil olmuş bir ədəd kompakt diskdəki məlumatların işi üzrə sübut əhəmiyyətli olmadığından həmin kompakt diskin maddi sübut kimi tanınmadan iş materiallarında saxlanılması qərara alınmışdır. (cild 1, iş vər. 186-194). Məhkəmə iclasında kompüter texnikasının vasitəsilə cinayət işinin materiallarına əlavə edilmiş iki ədəd «DVD» diskdə olan video görüntülərə baxış keçirilmiş, və baxış zamanı həmin video görüntülərdə yuxarıda qeyd edilməklə “Şəxsi axtarış və götürmə aparılması haqqında” 05 sentyabr 2020-ci il tarixli protokol, “Hadisə yerinə baxış keçirmə və götürmə haqıqnda” 05.09.2020-ci il tarixli protokolların məzmununda qeyd olunan halların əyani olaraq video görüntülərdə öz əksini tapması təsdiq olunmuşdur. İş materialalrına əlavə edilmiş DİN BƏSİİ-nin 16 avqust 2021-ci il tarixli tələbnamə arayışından görünür ki, Təqsirləndirilən şəxs Həsənağa oğlu əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər» Siyahılarında çətənə növlü bitkilərin 3-15 ədəd olması xeyli miqdar hesab olunur. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında narkotik vasitələrin siyahısında narkotik vasitə olan qurudulmuş marixuananın 500 qramdan yuxarı olması külli miqdar hesab olunur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması, onun özünü yalnız Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə tam təqsirli bilərək, özünü CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməməsinə baxmayaraq, onun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlayıb daşıması, yəni qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda, beş ədəd çətənə bitkilərini əkib becərərək aqrotexniki qaydada qulluq göstərib yetişdirdikdən sonra həmin bitkilərdən ikisini 2020-cı ilin iyul-avqust ayları ərəfəsində torpaqdan çıxarıb qurudaraq qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda, yəni 1010 (bir min on) qram narkotik vasitə qurudulmuş marixuananı kustar üsulla hazırlayıb əldə edib daşıyaraq həmin evin həyətində əkinti sahəsinə bitişik yerləşən saxlanc yerində polietilen torbada saxlamış olduğu, onun özünün ibtidai istintaq və məhkəmə istintaqı zamanı işin faktiki hallarına uyğun olmaqla öz mahiyyəti üzrə qismən etirafedici ifadələri, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübutlar, tədbirlərin həyata keçirilməsini özündə əks etdirən videogörüntülər və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda çətənə bitkilərini yalnız öz istifadəsi üçün əkib-becərdiyi, kustar üsulla hazırlayıb əldə edərək saxladığı külli miqdarda 1010 (bir min on) qram narkotik vasitə qurudulmuş marixuananı, yaxud onun hər-hansı bir hissəsini kiməsə satmaq niyyəti olmadığı, yaşadığı evin həyətində olan tikilidə polietilen torbada aşkar edilmiş həmin çətənə kolunun hissələrinin istifadəyə yararsız olduğuna görə və məhz sonra zibilliyə atmaq məqsədi ilə həmin tikilidə saxladığı barədə olan hissədə olan ifadələrinə tənqidi yanaşaraq belə hesab edir ki, onun həmin xüsusatla bağlı bu kimi iifadələri öz məsuliyyətini yüngülləşdirmək niyyəti daşıyır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əkib yetişdirdiyi çətənə kollarının bir hissəsini torpaqdan çıxarıb faktiki olaraq onları qurudaraq emal edib xırdalayıb kütlə halına salıb bu yolla əldə etmiş olduğu külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı daşıyıb yaşadığı evin həyətində olan tikilidə gizlədib saxlamış olduğu, onun həmin narkotik vasitəni həmçinin satış məqsədi ilə əldə etmiş olduğu təsdiq olunur və onun yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv subutların məcmusu ilə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarının 9-cu bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə həmin tövsiyələri və işin faktiki hallarını, yəni əməliyyat axtarış və ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmununu, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi hadisələrin baş vermə yeri, vaxtı və ardıcıllığına uyğun etirafedici ifadələri və digər sübutları qarşılıqlı şəkildə tədqiq və təhlil edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan cinayət əməllərinin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı, öz əməlini qismən etiraf edib peşman olması, himayəsində yetkinlik yaşına çatmayan övladlarının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə həmçinin ağır cinayət əməlini törətməkdə təqsirli bilindiyinə görə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuş və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən olunmuşdur. Odur ki, Azərbaycan Respublikası CMnin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar:- Sabunçu rayon Polis İdarəsinin saxlama otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1009,95 (bir min doqquz tam, yüzdə doxsan beş) qram qurudulmuş marixuana və 8214,8 (səkkiz min iki yüz on dörd tam, onda səkkiz) qram çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 05 sentyabr 2020-ci il tarixli protokol, “Hadisə yerinə baxış keçirmə və götürmə haqqında” 05.09.2020-ci il tarixli protokolda qeyd olunmuş xüsusatların əks olunduğu videogörüntülər olan 02 ədəd DVD disk, "xxxx" MMC-dən götürülmüş telefon əlaqələri məlumatları əks olunmuş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 178 (yüz yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddianın və üzərinə həbs qoyulmalı əmlakın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: X8 Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 234.4.3-cü maddəsi ilə 5 (beş) ilmüddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 237.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 05 sentyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar:- Sabunçu RPİ-nin saxlama otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1009,95 (bir min doqquz tam, yüzdə doxsan beş) qram qurudulmuş marixuana və 8214,8 (səkkiz min iki yüz on dörd tam, onda səkkiz) qram çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 05 sentyabr 2020-ci il tarixli protokol, “Hadisə yerinə baxış keçirmə və götürmə haqqında” 05 sentyabr 2020-ci il tarixli protokolda qeyd olunmuş xüsusatların əks olunduğu videogörüntülər olan 02 ədəd DVD disk, "xxxx" MMCdən götürülmüş telefon əlaqələri məlumatları əks olunmuş bir ədəd CD disk cinayət işinin materiallarında saxlansın. İş üzrə ekspertiza xərcləri cəmi 178 (yüz yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. İş üzrə mülki iddianın və üzərinə həbs qoyulmalı əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdÿn apellyasiya qaydasında şikayət və ya protest verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Mahmud Ağalarov Siyavuş Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar