Məhkəmə qərarları › İş №1(101)-847/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-847/2022

13.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-847/2022 13.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı –Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1959-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2da yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2, 234.4.2 və 234.4.3-cü maddələri ilə, təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayının ortalarında satış məqsədilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq psixatrop maddə və narkotik vasitə əldə edib, 25.11.2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri. ünvan 3 ünvanda 0,174 qram çəkidə psixotrop maddə metamfetamini 1 bükümdə və 0,065 qram narkotik vasitə heroini 1 bükümdə Şahid1 sonucuya olan 20 manat borcu müqabilində satmış, Şahid1 26 noyabr 2021-ci il tarixdə, saat 00.27-də ünvan 4 ünvanda saxlanılaraq Səbail RPİ-nə gətirildikdən sonra şəxsi axtarış və götürməsi zamam əynində olan göy rəngli gödəkcənin sağ iç cibində saxladığı “Sobraniya” markalı siqaret qutusunun içərisindən yuxarıda qeyd edilən miqdarlarda psixatrop maddə metafetamin və narkotik vasitə heroin ayrı-ayrı bükümlərdə aşkar edilrək götürülmüşdür. Bundan başqa, o, 29.11.2021-ci il tarixdə təkrarən satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən ümumilikdə 9, 277 qram təşkil edən külli miqdarda narkotik vasitə heroini və ümumlikdə 0,536 qram təşkil edən psixatrop maddə metafetamini əldə edib üzərində və istifadəsində olan avtomobildə saxlamış, o, Səbail RPİ-nin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən 01 dekabr 2021-ci il tarixdə saat 12:15-də Bakı şəhəri Xətai rayonu Mehmandarov və Şıxlinski küçələrinin kəsişməsində saxlanılaraq Səbail RPİ-nin inzibati binasına gətirildikdən sonra şəxsi axtarışı zamanı əynində olan qara rəngli qısa qol gödəkcəsinin sağ iç qoltuq cibində saxladığı sellofan torbada 21 (iyirmi bir) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,449 qram, 0,459 qram, 0,454 qram, 0,435 qram, 0,385 qram, 0,429 qram, 0,439 qram, 0,415 qram, 0,423 qram, 0,447 qram, 0,424 qram, 0,376 qram, 0,424 qram, 0,458 qram, 0, 455 qram, 0,423 qram, 0,444 qram, 0,439 qram, 0,432 qram, 0,074 qram, 0,067 qram, ümumi təmiz çəkisi 8,351 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmçinin idarə etdiyi «Mersedes C 200» markalı ** DY *** dövlət qeydiyyat nişanlı avtomobilindən axtarış zamanı sürücü oturan oturacağın sağ tərəfində yerləşən qoltuqaltı saxlanc yerindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,926 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 2 (iki) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,481 qram, 0,055 qram, ümumi təmiz çəkisi 0,536 qram olan ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, ümumilikdə isə 9, 277 qram təşkil edən külli miqdarda narkotik vasitə heroini və ümumlikdə 0,536 qram təşkil edən psixatrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2, 234.4.2 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, üç ildən artıqdır narkotik vasitələrdən istifadə edir və buna görə 2019-cu ildə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə bir il səkkiz ay müddətinə azdalıqdan məhrum edilmişdir. 29 noyabr 2021 -ci il tarixdə saat 18 radələridə “Xırdalan dairəsi” deyilən yerdə tanımadığı şəxsdən narkotik vasitə olan kokosu öz istifadəsi üçün almış və qara rəngli qolu qısa gödəkcəsinin sağ iç qoltuq cibində saxlamışdır. 01 dekabr 2021-ci il tarixdə saat 12:15də Bakı şəhəri Xətai rayonu General Mehmandarov küçəsi ilə Şıxlinski küçəsinin kəsişdiyi yerdə mülki geyimdə iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmişlər və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu deyərək, onu Səbail rayon polis idarəsinə gətirmişlər. Orada vəkil təyin edilmiş, videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilən zaman ona üzərində qanunsuz nə varsa təqdim etməyini bildirmişlər. O da əynində olan qolsuz gödəkcənin sağ yan iç, yəni qoltuq cibindən kiçik salafan torbada olan narkotik vasitə kokosu çıxarıb masanın üstünə qoymuş və həmin narkotik vasitəni öz istifadəsi üçün "Xırdalan dairəsi" deyilən yerdə tanımadığı şəxdən aldığını bildirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Narkotik vasitədən avtomobilini təmir edən Anar adlı usta ilə birgə istifadə etmişlər. Saxlanılan zaman avtomobilindən aşkar olunmuş 9 qram narkotik vasitə ona məxsus olmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi hazırki ifadəsi özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsi onun ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, eləcə də tədqiq edilmiş digər mötəbər sübutların məcmusu ilə təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə 10 mart 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində və 01 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində vermiş olduğu ifadələrində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, üç ildən artıq müddətdir narkotik vasitələrin istifadəçisidir, buna görə 2019-cu ildə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə tutularaq bir il səkkiz ay müddətində məhkumluq həyatı yaşamışdır. 29 noyabr 2021 -ci il tarixdə saat 18 radələridə “Xırdalan dairəsi” deyilən yerdə tanımadığı şəxslə görüşərək ondan kiçik ölçülü torbada, içərisində 21 bükümdə narkotik vasitə olan kokosu öz istifadəsi üçün almış və qara rəngli qolu qısa gödəkcəsinin sağ iç qoltuq cibində saxlamışdır. 01 dekabr 2021-ci il tarixdə saat 12:15-də Bakı şəhəri Xətai rayonu General Mehmandarov küçəsi ilə Şıxlinski küçəsinin kəsişdiyi yerdə mülki geyimdə iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmişlər və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu deyərək, onu Səbail rayon polis idarəsinə gətirmişlər. Orada vəkil təyin edilmiş, videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilən zaman ona üzərində qanunsuz nə varsa təqdim etməyini bildirmişlər. O da əynində olan qolsuz gödəkcənin sağ yan iç, yəni qoltuq cibindən kiçik selofan torbada, içərəsində 21 ədəd bükümdə narkotik vasitə kokos olan maddəni çıxarıb masanın üstünə qoymuş və həmin narkotik vasitəni öz istifadəsi üçün "Xırdalan dairəsi" deyilən yerdə tanımadığı şəxdən aldığını bildirmişdir. Baxış zaman üzərindən aşkar edilmiş iki manat 10 qəpik və üzərində iki ədəd açar olan breloq ona qaytarılmış, ona məxsus olan boz rəngli "Samsunq” markalı telefon saxlanılmışdır. O, şübhəli şəxs qismində dindirilən zaman ifadəsində ona məxsus olan, idarə etdiyi metal rəngli, Mersedes C 200 markalı. ** DY *** dövlət qeydiyyat nişanlı avtomaşınında, saxlanc yerində bir neçə büküm narkotik vasitə olduğunu bildirmişdir. Ona görə də ona məxsus olan avtomaşına vəkilin iştirakı ilə, videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. O, sürücü oturan oturacağın sağ tərəfində yerləşən qoltuqaltı saxlanc yerində saxladığı, ümumilikdə üç büküm olan narkotik vasitəni çıxarıb təqdim etmişdir. Bükümlərin birində kokos, digər ikisində şüşə olmuşdur. O, 120 manata həmin narkotik vasitə olan kokosu almış, lakin aldığı şəxsin adını və barəsində heç nə bilmir. Şahid1 maşın ustası işləyir, o, Anarı bir ildən artıq müddətdir ki, tanıyır, davamlı olaraq onun maşınını Anar təmir etmişdir. Anar onun maşınını təmir etmiş və buna görə Anara verəcəyi 20 manat pul qarşılığında da həmin narkotik vasitə və psixotrop maddələri Anara vermişdir. Aralarında keçirilən üzləşdirmə zamanı da Anar bunu təsdiq etmişdir. Ola bilər ki, səhv etmiş, avtomobilində olanların hamısının narkotik vasitə kakos, yəni heroin olmasını düşünmüşdür. İçərisində olanların heroin və ya metamfetamin olmasından asılı olmayaraq, avtomobilinə baxış zamanı təqdim etdiyi hər üç bükülü içərisində olanlarla birlikdə ona məxsusdur. Şahid1 başqa heç kimə narkotik vasitə yaxud psixotrop maddə verməmiş və satmamışdır. Narkotik vasitə və psixotrop maddələri o, Xırdalan dairəsində adını və soyadını bilmədiyi eyni şəxsdən almışdır. Şahid1 verdiyi narkotik vasitə heroini və psixotrop maddə metamfetamini eyni şəxsdən, Xırdalan dairəsi yaxınlığında adını və soyadını bilmədiyi şəxsdən 2021-ci ilin noyabr ayının ortalarında almışdır. Saxlanılaraq Səbail rayon polis idarəsinə gətirildikdən sonra üzərində və avtomobilində aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini isə 29 noyabr 2021 -ci il tarixdə eyni şəxsdən - Xırdalan dairəsi yaxınlığında adını və soyadını bilmədiyi şəxsdən almışdır. Narkorik vasitə və psixotrop maddələri eyni şəxsdən bir neçə dələ almışdır. İstifadəsində olmuş ***-***-**-** nömrəyə zəng etmiş ***-***-**-** nömrəsinin istifadəçisi X2, ***-***-**-** nömrəsinin istifadəçisi X1, ***-***-**-** nömrəsinin istifadəçisi X7 tanımır və xatırlamır. Həmin şəxslərin ona hansı məzmunda sms yazdıqlarını da bilmir. Saxlanılan və polisə gətirilən zaman polis əməkdaşları tərəfindən ona heç bir fiziki və psixoloji təzyiq olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2012-ci ildən ünvan 6 ünvanda ailə üzvlərilə birlikdə yaşayır. 2021- ci ilin may ayından etibarən psixotrop maddə olan, şüşə adlanan metamfetamini mütəmadi olaraq qəbul edir. Sonuncu dəfə 25.11.2021 -ci il tarixdə psixotrop maddə olan metamfetamin qəbul etmişdir. Metamfetamini nəfəs yolu ilə çəkərək qəbul edir, artıq orqanizmi demək olar ki, buna öyrəşib. 25.11.2021 -ci il tarixdə saat 17:00 radələrində özünün istifadəsi üçün Xətai rayonu “Neapol” dairəsinə gedərək oradan əvəllər tanıdığı "Məhərrəm” adlı bir nəfərdən metamfetamin və «kakos», yəni heroin almışdır. İki ədəd kiçik bükülüdə olan həmin psixotrop maddə olan metamfetamin və heroini "Sobraniye” adlı siqaretin qutusunun içinə qoyaraq gödəkcəsinin sağ tərəfdən içəri yan cibinə qoyub üzərində saxlamışdır. 26.11.2021 -ci il tarixdə saat 00:27 radələrində Səbail rayonu "Axundov” parkının yanındakı avtobus dayanacağında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini tədim edib, onu narkotik vasitələrin qəbulunda və saxlanmasında şübhəli bilib Səbail RPİ-nə gətirmişlər. Polis İdarəsinin inzibati otağında polis əməkdaşlarının və vəkilin iştirakı ilə, video çəkiliş edərək onun üzərinə baxış keçirilmişdir. İlkin olaraq ona üzərində olan əşyaları çıxarıb təqdim etməsini bildirmişlər. O, üzərində mobil telefonu, Sobraniya markalı 1 qutu siqareti və həmin qutunun içərisində saxladığı iki ədəd ayrıayrı ağ kağızlarda, bükülü vəziyyətdə olan psixotrop maddə olan metamfetamini və heroini çıxarıb təqdim etmişdir. Bu barədə vəkilin və orada olanların iştirakı ilə protokol tərtib olunmuş, o da həmin protokolu imzalamışdır. Suallara cavab olaraq bildirmişdr ki, o, aldığı metamfetamin və heroinə görə Təqsirləndirilən şəxs pul verməmiş, pul əvəzi Təqsirləndirilən şəxs avtomobilini təmir etmişdir. O, Təqsirləndirilən şəxslə birlikdə heç vaxt narkotik vasitədən istifadə etməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Səbaıl RPİ-nin CAŞ-də baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 26 noyabr 2021 -ci il tarixdə Cinayət Axtarış şöbəsinə xx.xx.1976- cı il tarixdə Goranboy rayonunda anadan olmuş Şahid1 narkotik vasitələri qanunsuz üzərində gəzdirməsi və qəbulu ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məlumatın yoxlanılması məqsədi ilə əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirlərinin keçirilməsi barədə protokol tərtib edilmişdir. Bölmənin kiçik əməliyyat müvəkkilləri Şahid3 və Şahid4 iştirakı həmin qrup işə başlamışdır. 26 noyabr 2021 -ci İl tarixdə saat 00.27 radələrində Səbail rayonu “Axundov” parkının yanındakı avtobus dayanacağında olan zaman Şahid1 bütün əlamətləri ilə oxşar şəxsi görərək yaxınlaşmış, o, həmin şəxsdən anket məlumatlarını soruşduqda sonuncu Şahid1 olduğunu bildirmişdir. Özünü sonuncuya təqdim edərək Səbail rayon polis idarəsinə onlarla getməsini təklif etmişdir. Şahid1 etiraz etmədən onlarla Səbail RPİ-nin inzibati binasına gəlmişdir. İdarədə olan zaman narkotik vasitələri üzərində daşımasında şübhəli bilinən Şahid1 üzərinə şəxsi axtarış və götürmə aparılması məqsədi ilə raport tərtib edilmiş, icrası idarənin təhqiqat şöbəsinin təhqiqatçısına həvalə edilmiş, Şahid1 hüquqlarının müdafiə edilməsi üçün vəkil təyin edilmiş və vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilmişdir. Şahid1 üzərində qanunsuz əşyanın olubolmaması, varsa təqdim etməsi bildirilmişdir. Şahid1 masanın üzərinə qoyduğu ağ rəngli “Sobraniya” markalı 1 ədəd siqaret qutusunun içərisində saxladığı, 2 (iki) ədəd ayrı-ayrı ağ kağızlarda bükülü vəziyyətdə olan 1 (bir) ədədi psixotrop maddə olan şüşə deyilən metamfetamin, digər kiçik bükümdə isə "Kokos” deyilən heroin aşkar edilmişdir. Şahid1 qeyd olunan narkotik vasitə və psixotrop maddəni “Məhərrəm” adlı şəxsdən aldığını bildirmişdir. Qeyd olunan dövriyyəsi qadağan edilmiş maddələr barədə ekspertiza təyin edilməsi üçün zərfdə qablaşdırılaraq götürülmüşdür. 28 noyabr 2021 -ci il tarixdə icraatına daxil olmuş, “Məhərrəm” adlı şəxsin kimliyinin müəyyən edilərək istintaqa təqdim edilməsi barədə verilmiş əməliyyat tapşırığı əsasında CAŞ-ın kiçik əməliyyat müvəkkilləri Şahid3 və Şahid4 ilə birlikdə keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində 01 dekabr 2021-ci il tarixdə saat 12:15-də Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayonu General Mebmandarov küçəsi ilə Şıxlinski küçəsinin kəsişdiyi yerdə tərəflərindən saxlanılmış. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirərək Səbail rayon polis idarəsinə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və onlarla birlikdə Səbail rayon polis idarəsinə gəlmişdir. Bu barədə rəsmi məlumat verilmiş, idarənin İnzibati binasına vəkil dəvət edilmiş, videosəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs üzərində qanunsuz nə varsa təqdim etməsi təkilif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qolsuz gödəkcənin sağ yan iç, yəni qoltuq cibindən kiçik salafan torbada, içərəsində 21 ədəd büküm çıxararaq masanın üzərinə qoymuş və həmin bükümlərdə narkotik vasitə olan “kokos”, yəni heroin olduğunu bildirmişdir, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni öz istifadəsi üçün “Xırdalan dairəsi” yaxınlığında tanımadığı şəxdən aldığını bildirmiş və özünə məxsus olan, idarə etdiyi metal rəngli, Mersedes C 200 markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomaşının saxlanc yerində bir neçə büküm narkotik vasitə olduğunu demişdir. Qeyd olunan avtomaşına vəkilin iştirakı ilə videoçəkiliş aparmaqla baxış keçirilmiş, maşının qolaltı saxlanc yerindən 3 ədəd büküm, 2 ədədi ağ kristal, digər 1 ədədi spesifik iyə malik olan toz şəkilli maddə aşkar edilərək götürülmüşdür. Qeyd olunan bükümlər zərfdə qablaşdırılaraq möhürlən m i şd i r. Məhkəmədə şahid qismində dindirilmiş Səbail RPİ-nin CAŞ-in əməliyyat müvəkkili Şahid4 Şahid2 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Səbail RPİ-nin CAŞ-in əməliyyat müvəkkili Şahid3 da yuxarıda qeyd olunan şahid ifadələri ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 26 noyabr 2021-ci il tarixli 6/5247 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN «Zərflər üçün №51» möhür əksi. «Şahid1..» və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,174 qram ağ rəngli kristalik maddə kütlələri kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,065 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə kimyəvi ekspertizasının 2 dekabr 2021-ei il tarixli 6/5326 №-lı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №51» dairəvi möhür əksi olan iki ədəd zərfdə:üzərində CAŞ-ın əməkdaşları... Şübhəli şəxs: ... Təqsirləndirilən şəxs» sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 21 (iyirmi bir) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,449 qram, 0,459 qram, 0,454 qram, 0,435 qram, 0,385 qram, 0,429 qram, 0,439 qram, 0,415 qram, 0,423 qram, 0,447 qram, 0,424 qram, 0,376 qram, 0,424 qram, 0,458 qram, 0, 455 qram, 0,423 qram, 0,444 qram, 0,439 qram, 0,432 qram, 0,074 qram, 0,067 qram, ümumi təmiz çekisi 8,351 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - üzərində Əməliyyat müvəkkilləri... Şübhəli şəxs: ... Təqsirləndirilən şəxs» sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,926 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 2 (iki) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,481 qram, 0,055 qram, ümumi təmiz çəkisi 0,536 qram olan ağ rəngli krirtallik formalı maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 23 dekabr 2021-ci il tarixli 6/5437 №-li ekspert rəyindən görünür ki. tədqiqata təqdim edilmiş, üzərində «6/5326 ... «2» dekabr 2021-ci il ... Təqsirləndirilən şəxs» sözləri, soyad və imza qeyd edilmiş zərfdəki 1 ədəd zərfdə olan 21 (İyirmi bir) ədəd bükümlərdəki, 1 ədəd zərfdə olan 1 (bir) ədəd bükümdəki və üzərində «6/5247 ... «26» noyabr 2021-ci il ... Vət. Şahid1 aşk. olunmuş» sözləri, soyad və imza qeyd edilmiş zərfdəki 1 ədəd zərfdə olan 1 (bir) ədəd bükümdəki heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərində «6/5326 ... «2» dekabr 2021-ci il Təqsirləndirilən şəxs» sözləri, soyad və imza qeyd edilmiş zəridəki 1 ədəd zəridə olan 2 (iki) ədəd bükümlərdəki və üzərində «6/5247 ... «26» noyabr 2021-ci il ... Vət. Şahid1 aşk. olunmuş» sözləri, soyad və imza qeyd edilmiş zərfdəki 1 ədəd zərfdə olan 1 (bir) ədəd bükümdəki metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 31 yanvar 2022-ci il tarixli 432 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asıllılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinesiya, intoksikasiya əlamətlərinin olmasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş 26 noyabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Şahid1 bu barədə qərarla tanış edilərək, paltarında, əşyalarında və ya bədənində olması ehtimal olunan narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid1 əynindəki göy rəngli gödəkçəniıı sol içəri yan cibindən bir ədəd qara rəngli «Redmi» markalı Mobil telefonu, əynindəki göy rəngli gödəkçəniıı sağ içəri yan cibindən bir ədəd Sobraniya markalı siqaret qutusunu çıxarıb həmin siqaret qutusunun içərisində 5 ədəd siqaret və 2 ədəd narkotik vasitə olan kağız bükülünü təqdim etmişdir. Kağız bükülülərin birinin içərisində qəhvəyi rəngə çalan, spesifik iyə malik olan vasitəyə oxşar kütlə, digər kağız bükülünün içərisində isə şəffaf rəngli kristall formalı spesifik iyə malik olan narkotik maddəyə oxşar kütlə aşkar edilmişdir. Şahid1 üzərində aşkar olunmuş kağız bükümdə olan maddələrin narkotik vasitə olan kakos və digərinin isə narkotik tərkibli şüşə (patı) olduğunu, həmin maddələri özü istifadə etmək üçün 25 manata tanıdığı Məhərrəm adlı şəxsdən aldığını bildirmişdir. Aşkar olunan bükümlər zərfdə qablaşdırılaraq «zərflər üçün» 239 №-li möhrlə möhürlənmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 27 noyabr 2021-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Səbaıl RPİ-nin inzibati binasında Təhqiqat şöbəsinin təhqiqatçısı, polis polkovnik-leytenantı Pərviz Mustafayev masanın arxasında, onun sol tərəfində Səbail RPİ- nin C AŞ-ni n əməliyyat müvəkkili Şahid2, onun sol tərəfində şübhəli şəxs qismində saxlanılmış Şahid1, ondan sol tərəfdə 3 saylı vəkil bürosunun vəkili X3, ondan sol tərəfdə mülki formada iki əməliyyat müvəkkili dayanmışdır. X4 Şahid1 üzərində olan əşyaları çıxararaq masanın üstünə qoymasını təklif edir. Şahid1 əynində olan tünd göy rəngli gödəkcənin sağ qoltuq cibindən bir ədəd ağ rəngli siqaret qutusu çıxararq masanın üstünə qoyur, sonra sol yan cibindən qara rəngdə alışqan, sağ yan cibindən bır ədəd kibrit və bir ədəd ağ rəngdə maska çıxararaq masanın üstünə qoyur, sonra sağ yan cibindən üzərində “Mak Kole” yazılmış dörd ədəd paketi və bir ədəd mavi rəngli maskanı çıxararaq masanın üstünə qoyur, sonra şalvarının sol yan cibindən bir ədəd açarı çıxararaq masanın üstünə qoyur, sonra gödəkcəsinin sol iç cibindən bir ədəd qara rəngdə olan mobil telefonu çıxararq masanın üstünə qoyur. Təhqiqatçının tələbi ilə anket məlumatlarını deyir, sonra masanın üzərinə qoyulmuş əşyaları təqdim edir. Şahid1 masanın üzərinə qoyduğu ağ rəngli siqaret qutusunun qapağını açır, orada olan 5 ədəd siqareti masanın üstünə qoyur, sonra siqaret qutusunun içində olan iki ədəd kiçik ölçüdə ağ kağız bükülünü çıxararaq masanın üstünə qoyur. Şahid1 həmin bükümlərdə narkotik olduğunu, bükümlərin birində “şüşə”, yəni psixotrop maddə olan metamfetamin, digər bükülüdə isə “kokos”, yəni narkotik vasitə olan heroin olduğunu deyir. Əməliyyat müvəkkili tərəfindən bükümlər açılır, birində kiçik ölçülü kristal şəkildə olan maddələrin “şüşə” olduğunu, ikinci bükümdə olan qəhvəyi rəngə oxşar maddənin “kokos” olduğunu deyir. Qeyd olunan bükümlər masanın üzərində olan tərəzidə ayrı-ayrılıqda çəkilir və zərfdə qablaşdırılır. Şahid1 qeyd olunan hər iki bükümü saxlanıldığı tarixdə 25 manata Məhərrəm adlı şəxsdən aldığını bildirir. Təhqiqatçı çəkilişin “Samsunq” markalı telefonla aparıldığını, çəklilişin materiala əlavə olnması və çəklilşin başa çatması barədə məlumat verir. Cinayət işinin materiallarına əlavə edilmiş 01 dekabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olmaqla əynində olan qara rəngli qolsuz gödəkcənin sağ iç qoltuq cibindən kiçik ölçülü ağ salafan torbanı çıxararaq masanın üstünə qoymuşdur. Salafan torbanın içərisindən aşkar edilmiş 19 (on doqquz) ədəd salafan, 2 (iki) ədəd ağ kağıza bükülü kiçik ölçülərdə ümumilikdə 21 (iyirmi bir) büküm olan bükümlərin narkotik vasitə olan "kokos” olduğunu və 29 noyabr 2021-ci il tarixdə saat 18 radələrində “Xırdalan dairəsi” yaxınlığında adını bilmədiyi şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanılmış və onun üzərindən boz rəngli Samsunq markalı telefon, 2 (iki) manat pul, üzərində 2 (iki) ədəd açar olan breloq. 10 (on) qəpik pul aşkar edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində başqa qanunsuz əşya aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs oğlandan aşkar edilmiş 2 (iki) manat pul, üzərində 2 (iki) ədəd açar olan breloq, 10 (on) qəpik pul özünə qaytarılmış, kiçik ölçülü salafan bükümlərdə toz şəkilli, spesifik iyə malik olan 21 büküm məhkəmə kimyəvi ekspertizası keçirilməsi üçürı boş zərfdə qablaşdırılmış və 51 saylı möhürlə möhürlənmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 01 dekabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq idarə etdiyi, ona məxsus olan gümüşü melallik rəngli, Mersedes 200 C markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomaşının qapısını açaraq avtomaşının sürücü oturan oturacağının sağ tərəfində yerləşən qoltuqaltı saxlanc yerini açıb, orada olan əşyaları ovcunun içində götürərərk qarşı tərəfdə yerləşən sərnişin oturması üçün nəzərdə turulan oturacağın üzərinə qoyur. Orada 2 (iki) ədəd kiçik ölçülü salafan bükümdə və 1 (bir) ədəd kiçik ölçülü kağız bükümdə olan, spesifik iyə malik olan toz şəkilli maddənin narkotik vasitə "Kokos” olduğunu və 29 noyabr 2021-ci il tarixdə saat 18 radələrində "Xırdalan dairəsi" yaxınlığında adını bilmədiyi şəxsdən öz istifadəsi üçün aldığını bildirir. Bundan sonra, şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus olan gümüşü metallik rəngli. Mersedes 200 C markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomaşında axtarış kecirlmiş, başqa qanunsuz hər hansı bir əşya aşkar edilməmişdir. Avtomaşından aşkar edilmiş ümumilikdə 3 (üç) ədəd bükümün 2 (iki) ədədi ağ kristal, digər 1 (bir) ədədi spesifik iyə malik olan toz şəkilli maddə zərfdə qablaşdırılaraq 51 saylı möhürlə möhürlənmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 05 yanvar 2022-ci il tarixli “Diskə baxış keçirilməsi haqında” protokoldan görünür ki, zənglər siyahısına dair məlumatları özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş 01 ədəd diskə baxış keçirilmişdir. Diskdə aşkar edilmiş «SMS_Tarixçəsi_ **********5530_7060Ü2979» və «SMS„Tarixçəsı_ **********5533 7********) » adlı fayllara baxış zamanı həmin fayllarda - ********** saylı nömrədən ********** saylı nömrəyə «imkan varsa şüşə də», - ********** saylı nömrədən ********** saylı nömrəyə «Daji gelmemisen daji o birinnen de menə götürərsən, şüşə. Ora bura getməyim», - ********** saylı nömrələrdən ********** saylı nömrəyə -.Maq qadan alım vəziyyət çox pisdi nolar 2 dənə düz qoş elədə », - ********** saylı nömrədən ********** saylı nömrəyə «Dahi mənəm Ramiz dayı məndə alınmır varsa öz payından 1-2 ver mənə, 1 şüşə varsa birazda borcdan verim baqlijaq mazab». ********** sayə nömrədən ********** saylı nömrəyə «Salam ehtiramdı qadan alını atqaz eləmə mənə 2 qr tema lazımdı gözdüyürəm zəngini», - 05581 15807 saylı nömrədən ********** saylı nömrəyə «Daji gör alındıra bilsən yaxşı olar, ora bura getmərəmdə 10 şüşə 2 buton qr. » ********** saylı nömrədən ********** saylı nömrəyə «daji zarafata soxursan əlbətdəki maldan təmiz andeqrid axmaqdan su axır əlbətdə 1,53 olacaq şoramda inciyirsən mən sənə bunu elə belə demirəm ki», - ********** saylı nömrədən ********** saylı nömrəyə «Mexercm oaytl çalıram bağışla sən ATMAM bir yarım elə 1,5 burda söz verdiyin şüşəni», - ********** saylı nömrədən ********** saylı nömrəyə «şüşə biraz 2 cola daji», - ********** saylı nömrədən ********** saylı nömrəyə «Salam dayı necəsən, day day bu nəsə acıdı çəkmək olmur acılı var. qəmək olmur, başqası var dayı»,-********** saylı nömrədən ********** saylı nömrəyə «Məhərrəm daji öz payınnan mənə bir az çəkməyə 1-2 tüstü şüşə 2 qr. Cola yaxşı e tonu sən canı», - ********** saylı nömrədən ********** saylı nömrəyə «Ziqdajam meherem dayı, 5 dəqəqəyə götürüm çıxım gedim, sən axı məni ağırda qoyursan», - ********** saylı nömrədən ********** saylı nömrəyə «Dahi temanı şef vermişəm, 2 dənə 05 vermisən», - ********** saylı nömrədən ********** saylı nömrəyə «Məhərrəm dayı biraz tez bazar gəlim deyimdə maşina minim gəlim vruçat etdə axşam yaman günə düşəcəm», -********** saylı nömrədən ********** saylı nömrəyə «Məhərrəm dayı imkan varsa şüşə də götürərsən mənə nə olar çəkmək olmur bunu», - ********** saylı nömrədən ********** saylı nömrəyə «Məhərrəm dayı otdelniy normal 3 ayrıca verə bilərsən mənə borcu da verərəm 3 cola”, -********** saylı nömrədən ********** saylı nömrəyə «Məhərrəm dayı imkan varsa birini ver mənə pulunu verirəm vəziyyət çox pisdir, 2 çsəkmişəm vəziyyətdən çıxmamışam», - ********** saylı nömrədən ********** saylı nömrəyə «Məhərrəm dayı 5 dənə verə bilərsən mənə», - ********** saylı nömrədən ********** saylı nömrəyə «Məhərrəm davı şüşə də götür mənə», - 05581 15807 saylı nömrədən ********** saylı nömrəyə «Məhərrəm sək ki, güclə 100-150 manat götürürdün, mənə tutxtanı soxurdunvse deyirdin. Mən uşağam mal ola ola ona buna yaxşısını verirdin. Mənə elə hərəkət edən adamı müflis edəcəm səni, bunu bil», - ********** saylı nömrədən ********** saylı nömrəyə «Məhərrəm dayı səni ALLAHA tapşırıram, sənin tezliklə bəlavı versin ALLAH, sənə belə zülm versin, səni yaxınların qurtara bilməsin, səni dayan səni qabaqda qəşəng sürprizlər gözləyir, mənim neçə ildi pulumu yeyirsən, mənə tuxta mal verirsən, özün və mənim malı istifadə edirsən suka necə ildi mənim günə 100-150 manatımı yeyirsən, demirsən suka mən Ramizə belə necə edirəm». Həmin sms olan fayların surəti 32 vərəqdə olmaqla çıxarılaraq protokola əlavə edilmişdir. Həmin CD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini onun ibtidai istintaq zamanı verdiyi ifadəsi, eləcə də cinayət təqibi üzrə toplanmış digər mötəbər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri obyektiv həqiqəti əks etdirir və məhkəmə həmin ifadələri sübüt növü kimi qəbul edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsi özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2, 234.4.2 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə itihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarı ilə təqsirkar şəxsin narkotik vasitəni satmaq niyyətində olmasını müəyyən etmək üçün başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı təqsirkarın istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər hallarının nəzərə alınması məhkəmələrə tövsiyə edilmişdir. Məhkəmə qeyd edirik, Şahid1 ondan aşkar edilmiş heroin və metamfetamini 25 manat borc müqabilində Təqsirləndirilən şəxs aldığı barədə ifadəsi, həmçinin Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heroinin külli miqdarda olması, həm narkotik vasitə heroinin, həm də psixotrop maddə metamfetaminin çəkilib xırda bağlamalara bükülməsi onun həmin narkotik vasitələri satış məqsədi ilə əldə edib üzərində saxlaması qənaətinə gəlməyə əsas verir. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ümumi təmiz çəkisi təşkil edən 9,277 qram narkotik vasitə heroin külli miqdar təşkil etmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, əvvəllər Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələri ilə cinayət törətmiş təqsirkar tərəfindən təkrarən bu maddələrlə nəzərdə tutulan cinayət və ya CM-in 234.4.1-ci yaxud 234.4.3-cü maddəsi nəzərdə tutulan cinayətlərin hər hansı biri törədildikdə, şəxsin hərəkətlərinin hamısı CM-in 234.4.2-ci maddəsi və ya CM-in 234.4.1, 234.4.2 yaxud 234.4.3-cü, 234.4.2-ci maddələri ilə tövsif edilməli, belə olan halda əməlin əlavə olaraq CM-in 234.2 və 234.3-cü maddələri ilə tövsif edilməsinə ehtiyac yoxdur (bu maddələrdə nəzərdə tutulan cinayətlər başqa ardıcıllıqla törədildikdə də əməllər yuxarıda göstərilən qaydada tövsif edilməlidir). Məhkəmə qeyd olunanları və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarını nəzərə araq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibi ilə əhatə edildiyindən, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan 234.2 rəqəm ifadəsi xaric edilməli, Təqsirləndirilən şəxs əməlləri yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə tövsif edilməlidir. Beləliklə, məhkəmə məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs törətdiyi həmin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsə qeyd olunan ittihamlar üzrə qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə 11 dekabr 2019-cu il tarixli Bakı şəhər Xətai Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 08 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və 10 oktyabr 2021-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal və Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 01 dekabr 2021-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99- 1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Səbail RPİ-nin X9 yerində saxlanılan Şahid1 və Təqsirləndirilən şəxs götürülmüş, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 7,972 qram narkotik vasitə heroin və 0,570 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə olunmuş 05 ədəd CD disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 242,52 (iki yüz qırx iki manat əlli iki qəpik) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi 180 (yüz səksən) manat pul onun vəkil işlədiyi 5 saylı Vəkil bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351, 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 01 dekabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Səbail RPİ-nin X9 yerində saxlanılan Şahid1 və Təqsirləndirilən şəxs götürülmüş, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 7,972 qram narkotik vasitə heroin və 0,570 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə olunmuş 05 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 242,52 (iki yüz qırx iki manat əlli iki qəpik) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Dövlət büdcəsi hesabından Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul onun vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar