Məhkəmə qərarları › İş №1(101)-847/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-847/2024

09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-847/2024 09.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: «Prospekt» Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1991-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 619B-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilir ondan ötrü ki, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış, daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in İ siyahısına daxil olan külli miqdarda 5,506 qram çəkidə narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, M.Mustafayev küçəsi 22 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 26 iyul 2023-cü il tarixdə saat 17:55-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada həmin tarixdə saat 19:54-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki boz rəngli cins şalvarının sağ yan kiçik cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd sellofan bükümdə təmiz çəkisi külli miqdarda 5,506 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o heç vaxt narkotik vasitə qəbul etməmiş, idmançıdır. 26 iyul 2023-cü il tarixdə saat 12:37-də evdə olan zaman yaşadığı Bakı şəhəri Köhnə Suraxanı sakini kimi tanıdığı, əvvəllər oğurluğa görə məhkum olunmuş Babək adlı şəxs zəng edərək görüşməyi təklif etmiş, hətta öz anasına belə onun barəsində xoş sözlər deməsini, anasıda ona onu evə dəvət etməyini demişdir. Belə razılaşmışlar ki, axşam saat 18 radələrində qəsəbədə olan “50 qəpik” çay evində görüşsünlər. O deyilən vaxt həmin çay evində olmuş, tək olaraq masa ətrafında oturmuş, Babək gəlmədiyi üçün onu gözləyərkən tanışları, qəsəbə sakinləri olan ondan 2-3 masa aralıda oturmuş Anar və Orxanla söhbət edirdi. Babək bu zaman ona zəng edərək tıxacda olduğunu və birazdan gələcəyini demişdir. Telefonla danışıb qurtardığı zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, ikisi qollarına girmiş, biri isə arxadan kəmərindən tutub çay evinin yanından gəldikləri “BMV F10” markalı avtomobilə tərəf aparıb arxa oturacağa əyləşdirmişlər. Polis əməkdaşları sağında solunda əyləşmiş, biri isə maşını idarə edərək onu BMCMİ-nə gətirmişlər. Maşında getdiyi zaman yanında əyləşən polis əməkdaşları onun bədən nahiyyəsinə yumruqla zərbələr endirmişlər. Onlar iz qalmasın deyə üz nahiyyəsinə vurmamışlar. Onu döyən polis əməkdaşlarının adlarını sonra bilmişdir. Onların birinin adı Rəsul idi. İdarədə elə həmin Rəsul ona demişdir ki, ya ona evində silah və yaxud narkotik saxlayan şəxsləri təqdim etsin. Bu zaman onu buraxacaqlarını demişdir. O isə belə bir məlumatın olmadığını ona bildirmişdir. Ona edilmiş fiziki və psixoloji təzyiqlər nəticəsində o üzərinə uzunboylu polis əməkdaşı tərəfindən əynindən cins şalvarın sağ yan cibinə sellofan bükümü qoymasına məcburən razılaşmış, bundan sonra üzərinə keçirilmiş baxış zamanı həmin bükümü həmçinin bir ədəd özünə məxsus “Samsung” markalı mobil telefonu və iki mana pulu masanın üzərinə qoymuşdur. Həmin büküm təhqiqatçı tərəfindən açıldıqda içində olan toz şəkilli qəhvəyi rəngli maddə masa üzərinə biraz dağılmış, baxışda iştirak edən müdafiəçi dağılmış maddəni üfürərək masanın üzərində yerə dağıtmış, zarafatla bunun onun xeyrinə olduğunu demişdir. Polis əməkdaşları ona deməyi məcbur etdikləri üçün təhqiqatçıya bildirmişdir ki, guya həmin narkotik vasitəni bir gün əvvəl 50 manata tanımadığı şəxsdən əldə etmiş və üzərində gəzdirmişdir. Protokolda olan imzalar ona məxsusdur. Bundan sonra onu MSY-nə oradan isə “Məhkəmə-narkoloji” ekspertizasına aparmışlar, lakin orada qanı təmiz çıxmışdır. 28 iyul 2023-cü il tarixdə o Bakı şəhər Nərimanov rayon məhkəməsinə sanksiyaya aparılmış, orada döyülməyindən şikayət etmiş, lakin bundan sonra yerləşdirildiyi Bakı İstintaq təcridxanasında tibbi müayinə zamanı bədənində heç bir xəsarət aşkar edilməmiş, nədə ki, o özü döyülməyindən şikayət etməmişdir. Ona Bakı şəhər Nərimanov rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli barəsində “həbs” qətimkan tədbirinin seçilməsi ilə bağlı qərarın məzmunu elan olunmuşdur, həmin qərardan müəyyən olunur ki, o narkotik vasitə aludəçisi olmayaraq ilk dəfə şəxsi istifadəsi üçün narkotik vasitəni tanımadığı şəxsdən 50 manata aldığını, ona qarşı təzyiq və zor tətbiq edilmədiyin göstərmişdir. Hesab edir ki, həmin qərar yalnışdır, onun sözləri ilə düzgün yazılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, 25 iyul 2023-cü il tarixdə ona məlumat daxil olmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğuldur. Müvafiq sənədləşmə aparıldıqdan sonra ondan və həmkarları Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmaqla 26 iyul 2023-cü il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa olunması üçün Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, M.Mustafayev küçəsində yerləşən «50 qəpik» çayxanasının yaxınlığında Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini müəyyən edib ona yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər və ondan özünü təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra ona saxlanılmasının səbəbini izah edib onu idarəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən səmimi şəkildə bildirmişdir ki, hazırda üzərində “kakos” adı ilə tanıdığı narkotik vasitə vardır. Baş İdarənin inzibati binasına gəldikdən sonra Təqsirləndirilən şəxs Baş X6 baş təhqiqatçısı Orxan Məmmədova təhvil verilmiş, sonuncu tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilərək Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən Şəxsi axtarış və götürmə aparılmasında o və həmkarları Şahid2 və Şahid3, həmçinin Təqsirləndirilən şəxs vəkili də iştirak etmişlər. Şəxsi axtarış videoçəkilişlə aparılmışdır. Bu istintaq hərəkəti başlamadan əvvəl baş təhqiqatçı Orxan Məmmədov tərəfindən Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində saxladığı hər hansı qanunsuz əşya, predmet, narkotik və ya psixotrop maddə varsa çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs da üstündə narkotik maddə olduğunu bildirib, əynində olan cins şalvarının sağ yan kiçik cibində olan 01 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir, həmçinin o, üzərində olan 01 ədəd “Samsung” markalı mobil telefonu da təqdim etmişdir. O, təqdim etdiyi 01 ədəd sellofan bükümün içərisində “kakos” adı ilə tanıdığı narkotik maddə olduğunu bildirmiş, həmin büküm açıldıqda bükümün içərisindən qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddəni 25 iyul 2023-cü il tarixdə adını bilmədiyi şəxsdən 50 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Bundan sonra onun üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan narkotik maddə heroin təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfə qoyulub qablaşdırılmış və möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülmüş və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 manat pul onun özünə qaytarılmışdır. Bundan sonra keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş və protokolun doğruluğunu imzalarla təsdiqləmişlər. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbiri zamanı saxlanılarkən, Baş İdarəyə dəvət edilib aparılarkən və yaxud orada olarkən ona qarşı heç bir təzyiq, zorakılıq, qanunsuz hərəkətlər edilməmişdir, eləcə də Təqsirləndirilən şəxs tərəfindən polis əməkdaşlarına qarşı heç bir təzyiq və zorakılıq hərəkətlər edilməmiş, onun üzərinə heç kəs narkotik vasitə qoymamışdır. Keçirdikləri əlavə tədbirlər zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışını müəyyən edə bilməmişlər. Şahid1 verdiyi ifadəsi ilə əlaqədar əlavə ifadə vermiş Təqsirləndirilən şəxs göstərmişdir ki, şahidin ifadəsi ilə razı deyildir, onu «50 qəpik» deyilən kafenin yaxınlığında deyil, elə kafenin içində polis əməkdaşları saxlamış, saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. Bu əməkdaşlar onu maşınla idarəyə apardıqları zaman ona qarşı fiziki zor tətbiq etmiş, Rəsul adlı əməkdaş isə ona demişdir ki, silah və yaxud narkotik saxlayan şəxsləri təqdim etsə onu buraxacaqlar. Polislərin təzyiqi nəticəsində üzərinə qoyulan narkotik vasitəni baxış zamanı təhqiqatçıya özünə məxsus vasitə kimi təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, 25 iyul 2023-cü il tarixdə həmkarı Şahid1 məlumat daxil olmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğuldur. Müvafiq sənədləşmə aparıldıqdan sonra ondan və həmkarları Şahid2 və Şahid1 ibarət əməliyyat qrupu yaradılmaqla 26 iyul 2023-cü il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa olunması üçün Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, M.Mustafayev küçəsində yerləşən «50 qəpik» çayxanasının yaxınlığında Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini müəyyən edib ona yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər və ondan özünü təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra ona saxlanılmasının səbəbini izah edib onu idarəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən səmimi şəkildə bildirmişdir ki, hazırda üzərində “kakos” adı ilə tanıdığı narkotik vasitə vardır. Baş İdarənin inzibati binasına gəldikdən sonra Təqsirləndirilən şəxs Baş X6 baş təhqiqatçısı Orxan Məmmədova təhvil verilmiş, sonuncu tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilərək Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən Şəxsi axtarış və götürmə aparılmasında o və həmkarları Şahid2 və Şahid1, həmçinin Təqsirləndirilən şəxs vəkili də iştirak etmişlər. Şəxsi axtarış videoçəkilişlə aparılmışdır. Bu istintaq hərəkəti başlamadan əvvəl baş təhqiqatçı Orxan Məmmədov tərəfindən Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində saxladığı hər hansı qanunsuz əşya, predmet, narkotik və ya psixotrop maddə varsa çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs da üstündə narkotik maddə olduğunu bildirib, əynində olan cins şalvarının sağ yan kiçik cibində olan 01 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir, həmçinin o, üzərində olan 01 ədəd “Samsung” markalı mobil telefonu da təqdim etmişdir. O, təqdim etdiyi 01 ədəd sellofan bükümün içərisində “kakos” adı ilə tanıdığı narkotik maddə olduğunu bildirmiş, həmin büküm açıldıqda bükümün içərisindən qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddəni 25 iyul 2023-cü il tarixdə adını bilmədiyi şəxsdən 50 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Bundan sonra onun üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan narkotik maddə heroin təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfə qoyulub qablaşdırılmış və möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülmüş və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 manat pul onun özünə qaytarılmışdır. Bundan sonra keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş və protokolun doğruluğunu imzalarla təsdiqləmişlər. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbiri zamanı saxlanılarkən, Baş İdarəyə dəvət edilib aparılarkən və yaxud orada olarkən ona qarşı heç bir təzyiq, zorakılıq, qanunsuz hərəkətlər edilməmişdir, eləcə də Təqsirləndirilən şəxs tərəfindən polis əməkdaşlarına qarşı heç bir təzyiq və zorakılıq hərəkətlər edilməmiş, onun üzərinə heç kəs narkotik vasitə qoymamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, 25 iyul 2023-cü il tarixdə həmkarı Şahid1 məlumat daxil olmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğuldur. Müvafiq sənədləşmə aparıldıqdan sonra ondan və həmkarları Şahid3 və Şahid1 ibarət əməliyyat qrupu yaradılmaqla 26 iyul 2023-cü il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa olunması üçün Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, M.Mustafayev küçəsində yerləşən «50 qəpik» çayxanasının yaxınlığında Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini müəyyən edib ona yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər və ondan özünü təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra ona saxlanılmasının səbəbini izah edib onu idarəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən səmimi şəkildə bildirmişdir ki, hazırda üzərində “kakos” adı ilə tanıdığı narkotik vasitə vardır. Baş İdarənin inzibati binasına gəldikdən sonra Təqsirləndirilən şəxs Baş X6 baş təhqiqatçısı Orxan Məmmədova təhvil verilmiş, sonuncu tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilərək Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən Şəxsi axtarış və götürmə aparılmasında o və həmkarları Şahid3 və Şahid1, həmçinin Təqsirləndirilən şəxs vəkili də iştirak etmişlər. Şəxsi axtarış videoçəkilişlə aparılmışdır. Bu istintaq hərəkəti başlamadan əvvəl baş təhqiqatçı Orxan Məmmədov tərəfindən Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində saxladığı hər hansı qanunsuz əşya, predmet, narkotik və ya psixotrop maddə varsa çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs da üstündə narkotik maddə olduğunu bildirib, əynində olan cins şalvarının sağ yan kiçik cibində olan 01 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir, həmçinin o, üzərində olan 01 ədəd “Samsung” markalı mobil telefonu da təqdim etmişdir. O, təqdim etdiyi 01 ədəd sellofan bükümün içərisində “kakos” adı ilə tanıdığı narkotik maddə olduğunu bildirmiş, həmin büküm açıldıqda bükümün içərisindən qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddəni 25 iyul 2023-cü il tarixdə adını bilmədiyi şəxsdən 50 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Bundan sonra onun üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan narkotik maddə heroin təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfə qoyulub qablaşdırılmış və möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülmüş və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 manat pul onun özünə qaytarılmışdır. Bundan sonra keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş və protokolun doğruluğunu imzalarla təsdiqləmişlər. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbiri zamanı saxlanılarkən, Baş İdarəyə dəvət edilib aparılarkən və yaxud orada olarkən ona qarşı heç bir təzyiq, zorakılıq, qanunsuz hərəkətlər edilməmişdir, eləcə də Təqsirləndirilən şəxs tərəfindən polis əməkdaşlarına qarşı heç bir təzyiq və zorakılıq hərəkətlər edilməmiş, onun üzərinə heç kəs narkotik vasitə qoymamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, uşaqlıq dostudur. 26 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxsla birlikdə saxlanılıb BMCMİ-yə aparılmışdır. Həmin vaxt onlar “50 qəpik” adlanan kafedə olmuşlar. Daha doğrusu, o, həmin kafedə olduğu zaman təsadüfən Təqsirləndirilən şəxs da kafeyə gəlmiş, ona bildirmişdir ki, Babək Həsənovu gözləyir. O da təəccüblənmşdir ki, Babəklə Muradın nə münasibətləri ola bilər. Babək əhli-sünni olmaqla dindar adamdır. Elə bu zaman kafenin yanına bahalı bir maşın gəlmiş, həmin maşından bir nəfər şəxs enərək kafeyə daxil olub arxadan Muradın kəmərindən yapışaraq onu qaldırıb maşına tərəf aparmağa başlamışdır. Bu vaxt kafedə oturan daha 2 nəfər şəxs ayağa qalxıb həmin maşından düşən şəxsə Muradı maşına əyləşdirməyə kömək etmişlər. Sonra onların hamısı birlikdə maşınla oradan uzaqlaşıb getmişlər. bu iş üzrə bildiyi bu qədərdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə verilmiş ittiham öz təsdiqini tapmamışdır, bununla belə Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi müəyyən edilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış DİN-nin BMCMİ-nin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək xx.xx.2023-cü il tarixdə saat 17:55-də ünvan 3 ünvanın yaxınlığında olduğu zaman saxlanılaraq Baş İdarəyə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023cü il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış «şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, videoçəkiliş aparılmaqla, müdafiəçinin iştirakı ilə üzərinə şəxi axtarış və götürmə aparılacağı barədə qərar ona elan olunduqdan sonra üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir vasitə və ya əşyası varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üstündə narkotik maddə olduğunu bildirib, əynində olan boz rəngli cins şalvarının sağ arxa cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu, şalvarının sol yan cibində olan 2 manat pulu və əynində olan şalvarının sağ yan kiçik cibində olan 01 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. O, təqdim etdiyi 01 ədəd sellofan bükümün içərisində “kakos” (heroin) adı ilə tanıdığı narkotik maddə olduğunu bildirmişdir. Sorğu zamanı o, üstündən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan narkotik maddəni 25 iyul 2023-cü il tarixdə adını bilmədiyi şəxsdən 50 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını qeyd etmişdir. Bundan sonra üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan narkotik maddə heroin təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüş, onun təqdim etdiyi 01 ədəd “Samsung” markalı mobil telefon sübuti əhəmiyyətə malik olduğundan götürülmüş, üzərindən aşkar edilmiş 2 manat pul isə onun özünə qaytarılmışdır. Bundan sonra şəxsi axtarış və baxış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün onun özü və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli DİN-nin BMCMİ-də verdiyi izahatından müəyyən olunur ki, polis əməkdaşları tərəfindən saxlanılarkən özünə qarşı heç bir fiziki və ya psixi təsir olmamışdır. Özü də polis əməkdaşlarının göstərişlərinə tabe olmuş, heç bir müqavimət göstərməmişdir. Özü narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur, hər hansı bir şəxsə narkotik vasitə və psixotrop maddə satmamışdır. Üzərindən aşkar edilmiş həmin narkotik vasitədən hər hansı bir şəxsə verməmiş, həmçinin özü də istifadə etməmişdir. Yaşadığı mənzildə, yaxud da başqa bir yerdə narkotik vasitə və ya psixotrop maddə, eləcə də cinayət yolu ilə əldə olunmuş hər hansı bir əşya gizlədib saxlamamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroini aldığı şəxsi tanımadığını, həmin şəxsin adını və digər anket məlumatlarını bilmədiyini qeyd etmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 26 iyul 2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 27 iyul 2023-cü il tarixli 3-16-16/2-6/4041 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün 6 nömrəli“ möhür əksi və “Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar, imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 5,506 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in İ siyahısına daxildir. Qeyd: Heroinin təmiz çəkisi – 5,506 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 5,406 qramdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 28 iyul 2023-cü il tarixli 4792 nömrəli ekspert rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərdən və kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehdiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 11 avqust 2023cü il tarixli 2761/K nömrəli ekspert rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin aşkar edildi. Barbitur turşusu törəmələri, kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 12 avqust 2023-cü il tarixli 302/MEŞ nömrəli ekspert rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkəmətibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilmədi. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 daxil olmuş 1/4377 nömrəli xx.xx.2023-cü il tarixli sorğuya cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün müəssisəyə müraciət etməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, DİN-nin BMCMİ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbil edilmiş 26 iyul 2023-cü il tarixli əməliyyat-axtarış haqqında qərarı qanuni hesab edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**- ** nömrə ilə istifadə edilən «Samsung» markalı mobil telefonun daxilində olan məlumatlara baxış keçirilən zaman narkotik vasitənin əldə edilmə mənbəyi ilə bağlı iş üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış DİN-nin BMCMİ-nin İstintaq İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli sorğuya cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə və ya psixotrop maddələri, o cümlədən üzərindən aşkar edilmiş narkotik vasitəni qaçaqmalçılıq yolu ilə respublika ərazisinə keçirib-keçirməməsinin, həmin narkotik vasitəni aldığı şəxsin müəyyən edilməsinin, həmçinin, digər cinayət əməllərinin törədilməsindəı iştirakının olub-olmamasının, yaxın əlaqələrinin müəyyən edilməsinin, narkotik vasitələrin və psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsinin, qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış “telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli BKC/LGL-10858/23 nömrəli məktubuna əlavə edilmiş 01 ədəd CD diskdə olan Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə aid olan məlumatlara baxış keçirilmiş, iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “cinayət işinin materiallarından başqa materialın ayrılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, ********* nömrəli cinayət işinin materiallarından ayrıca icraatda material ayrılmışdır. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, ekspertiza tədqiqtından sonra qalıq çəkisi 5,406 qram olan narkotik vasitə heroin Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş, şəxsi axtarış və götürmə aparılan zamanı qeydə alınmış videogörüntünün olduğu 01 ədəd DVD disk 01 ədəd və "xxxx" MMC-dən alınmış 01 ədəd cinayət işinin materiallarına əlavə edilmiş, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 2 manat pulun onun özünə, 01 ədəd “Samsung” markalı mobil telefon aparatı onun yaxın qohumlarına qaytarılmışdır. Məhkəmədə elan edilib araşdırılmış “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət işinin bütün materialları ilə vaxt məhdudiyyəti qoyulmadan tanış olmuşdur, vəsatət verərək özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilmədiyini, əməlinin CM-nin 234.1-ci maddəsinə tövsüf edilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o əvvələr məhkum olmamışdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etməyə, saxlamağa və üzərində daşımağa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Lakin Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə edilməmişdir. Cinayət işinin materiallarına əsasən işin mübahisəsiz halı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs saxlandığı andan narkotik vasitəni şəxsi istehlakı üçün əldə etdiyini etraf etmişdir. Təqsirləndirilən şəxs üzərindən hər hansı formada narkotik vasitənin dövriyyəsini təsdiq edə biləcək sübuti əhəmiyyətə malik olan əşya və ya hər hansı məlumat aşkar edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung” markalı mobil telefona baxış keçirilməsi, (onun adına olan mobil nömrələrin operatorlarından alınan cavablar), onun üzərində aşkar edilmiş narkotik vasitənin mənbəyinin və kimə satdığının əməliyyat tədbirləri ilə müəyyən olunmamasını əsas götürərək məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü deyil, qeyd olunan məcəllənin 234.1-1-ci maddəsi ilə ittiham olunmasını düzgün sayır. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş narkotik vasitənin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlillər kimi qəbul oluna bilməz. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş narkotik vasitənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı onun üzərində tapılmış narkotik vasitəninmaddi sübutun mötəbərliyi məsələsini tərəddüdsüz olaraq mübahisələndirməmiş, narkotik vasitənin qanunsuz olaraq əldə etməsini, üzərində saxlamasını və daşımasını etiraf etməsinin məqsədinin yalnız şəxsi istehlak olduğunu bildirmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, bu tövsiyyədə ilk növbədə başqa sübutların və narkotik vasitənin miqdarının nəzərə alınmalı olunması, bununla yanaşı həm də istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər hallarının nəzərə alınması tövsiyyə olunur. Amma hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə narkotik vasitəni qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə və ev dustaqlığında saxlanılması müddətləri məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini 26 iyul 2023-cü il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş, tədqiqatdan sonra qalıq çəkisi 5,406 qram narkotik vasitə heroin məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd CD, 01 ədəd DVD disk cinayət cinayət işi materiallarında saxlanılmalı, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 2 manat pulun onun özünə, 01 ədəd “Samsung” markalı mobil telefon aparatı onun yaxın qohumlarına qaytarılması nəzərə alınmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 110 (yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Hökmdə şərh edilənlərə əsasən əsasən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 26 iyul 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş, tədqiqatdan sonra qalıq çəkisi 5,406 qram narkotik vasitə heroin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd CD, 01 ədəd DVD disk cinayət cinayət işi materiallarında saxlanılsın, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 2 manat pulun onun özünə, 01 ədəd “Samsung” markalı mobil telefon aparatı onun yaxın qohumlarına qaytarılması nəzərə alınsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 110 (yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar