Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-847/2025 20.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, hakimlər: Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X8 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «UNİVERSAL» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 04 avqust 1988-ci il tarixdə Naxçıvan MR, Ordubad rayonu, Dəstə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Naxçıvan MR, Ordubad rayonu, Dəstə ə/d, Dəstə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, nömrəsiz evdə yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 11:00-da baçıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə edərək saxlamış və daşımışdır. 2.Təqsirləndirilən şəxs istintaqa məlum olmayan «Əziz» adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq istintaqla müəyyən edilməyən vaxtda külli miqdarda psixotrop maddələri əvvəlcədən aralarındakı razılığa əsasən müəyyən ünvanlara çatdırılması üçün onun istifadəsində olan ***-***-**-** nömrəli «Xiaomi» markalı mobil telefonda «Bizness Whatsapp» ani mesajlaşma proqramı vasitəsi ilə «Əziz» adlı şəxsin istifadəsində olan +98 902 *** **** nömrəsi ilə əlaqə saxlayıb istintaqa məlum olmayan şəxs tərəfindən müxtəlif ünvanlara qoyularaq göndərilmiş istintaqla müəyyən edilməyən yerdən külli miqdarda ümumi təmiz çəkisi 7,851 qram psixotrop maddə metamfetamini əldə edib daşıyaraq kirayə yaşadığı mənzildə saxlamış və satış üçün 09 hissələrə bölərək ağ sellofan bükümlərə yerləşdirmiş, onun narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 04 sentyabr 2024-cü il tarixdə saat 17:00-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, nömrəsiz evin qarşısında saxlanılıb Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilərək videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynindəki boz rəngli şalvarın sol yan cibindən bir ədəd «Xiaomi» markalı mobil telefon, sağ yan cibindən bir ədəd üzərində «Prima» yazısı olan siqaret qutusunun içərisində 9 (doqquz) ədəd xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan ağ sellofan bükümlərdə ayrı-ayırılıqda təmiz çəkiləri 0,787 qram, 0,525 qram, 0,977 qram, 0,950 qram, 1,002 qram, 0,901 qram, 0,817 qram, 0,725 qram, 1,167 qram, ümumi təmiz çəkisi 7,851 qram ağ rəngli kristalşəkilli maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, sentyabr ayının 4-də təxminən saat 17 radələrində evdən kənarlaşarkən məhəllənin başında dörd nəfər mülki formada olan polis əməkdaşları onu maşına mindirib 30-cu polis bölməsinə aparmışlar və bölmədə onu döymüşlər. Onun üzərində on manatlıq az miqdarda narkotik olmuş, ona “sən külli miqdarı qəbul etməlisən, əgər etməsən, külli miqdarı qoyub “meşok”la evindən çıxara bilərik” demişlər. Şəxsi axtarışda etiaz etməməsinin səbəbi ailəsinin evdə kirayədə yaşaması və ailəsinin sonrakı aqibətinin necə olacağını bilməməsi olmuşdur. Onu saxlayan polis əməkdaşlarını əvvəldən tanımamışdır. Vəkil səhəri gün gəlmiş, videoçəkiliş şöbədə olmuş və vəkil də iştirak etmişdir. Çəkilişdə polislərin ona öyrətdiklərini demişdir. Üzərində siqaret qutusunun içərisində olan qızılı rəngdə bükülüdə özünün istifadəsi üçün iki büküm olmuşdur. O, narkotik vasitələrdən arabir istifadə etmişdir. Əziz adlı tanışından arabir sadəcə özünün istifadəsi üçün narkotik götürmüş, siqaret kimi çəkməklə istifadə etmiş və ödənişi kart vasitəsi ilə etmişdir. Onu küçədə saxlayanda heç bir çəkiliş olmamışdır. O, mənası olmadığından döyülməyi ilə bağlı harasa şikayət etməmişdir. Onu ancaq boynunun arxa tərəfindən göz damarlarından vurduqlarından gözləri zəifləmişdir. Təcridxanaya daxil olanda müayinə olunmuşdur. 4.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Naxçıvan MR, Ordubad rayonu, Dəstə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, nömrəsiz evdə yaşamış, heç bir yerdə işləmir, ilk həyat yoldaşından rəsmi şəkildə boşanmışdır. Hal-hazırda qeyri-rəsmi nikahdan xx.xx.2021-ci il təvəllüdlü övladı X5 dünyaya gəlmiş və onun himayəsindədir. Bir neçə aydır ki, psixotrop maddə metamfetamindən istifadə edir, daimi istifadəçisi deyil. Metamfetamini falqa arşında qızdırıb tüstüsünü udmaqla çəkmişdir. Təxminən 1-2 ay öncə internet vasitəsi ilə tanımadığı şəxs ona ismarıc göndərərək müxtəlif növ psixotrop maddələr və narkotik vasitələrin satışını həyata keçirməsini bildirmişdir. O, İran İslam Respublikasına mənsub olan mobil nömrəsini “Whatsapp” ani mesajlaşma proqramından istifadə edib özünü Əziz kimi təqdim edən İran İslam Respublikasının vətəndaşından aldığı psixotrop maddə metamfetamini bölüb müxtəlif yerlərdə gizlədib şəklini çəkərək həmin Əzizə göndərməklə Əziz tərəfindən metamfetaminin satılmasında köməklik etmişdir. Sonuncu dəfə Əziz ona təxminən 50 qram metamfetamin göndərmiş, belə ki ona konum, yəni koordinat ataraq həmin psixotrop maddənin Binəqədi rayonunda gizlədilən yerini göndərmiş, o da gedib həmin yeri konumla tapıb psixotrop maddəni götürmüşdür. Yerin harada olduğu yadında qalmamışdır. Həmin təxminən 50 qram metamfetamini yaşadığı evdə bölüb sellofan bükümlərə yerləşdirərək müxtəlif yerlərə gizlətmiş və fotoşəkillərini Əzizə göndərmişdir. Fotoşəkilləri Əzizə göndərəndən sonra silmiş, telefonda qalmamışdır. Bu işinə görə Əziz onun «Leobank»a aid kart hesabına 50 manat pul göndərmişdir. Əzizlə «Bizness Whatsapp» ani mesajlaşma tətbiqi vasitəsi ilə əlaqə saxlayıb yazışmışdır. Əzizin İran nömrəsi +98 902 *** **** olmuş, istifadə etdiyi «Xiaomi» markalı mobil telefonda olan «Whatsapp” proqramında «Qaqaş» adı altında yaddaşda saxlanılmışdır. Whatsappda işləyən telefon nömrəsi də ***-***-**-** olmuşdur. Həmin 50 qram metamfetamini aldıqdan sonra çox hissəsini müxtəlif yadında qalmayan ünvanlarda gizlədib fotoşəkillərini Əzizə göndərmiş, təxminən 7- 8 qram 9 ədəd bükümlərdə metamfetamin qalmışdır. Həmin 9 ədəd büküm metamfetamin əynində olan şalvarın sağ yan cibində olmuşdur. 04 sentyabr 2024-cü il tarixdə saat 17 radələrində kirayə yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, nömrəsiz evdən çıxıb həmin metamfetamin olan bükümləri müxtəlif ünvanlara gedib yerləşdirmək istəmişdir. Piyada hərəkət edərkən yaşadığı ünvanın yaxınlığında 2 nəfər mülki geyimli şəxslər yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərinə şəxsi axtarış keçirilməsi üçün Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə dəvət etmişlər. Heç bir etiraz etmədən onlarla birlikdə şöbəyə getmişdir. Şöbədə psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu və üzərində şəxsi axtarış keçiriləcəyi ona bir daha bildirilmişdir. Hüquq və vəzifələri ona izah olunmuş, müdafiəçi təqdim edilmiş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. O da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan boz rəngli şalvarın sol yan cibindən istifadə etdiyi «Xiaomi» markalı mobil telefonu, şalvarın sağ yan cibindən bir ədəd üzərində «Prima» yazısı olan siqaret qutusunu çıxarıb təqdim etmişdir. Siqaret qutusunun içərisində 9 ədəd ağ rəngli sellofan bükümlərdə «şüşə» adı ilə tanıdığı psixotrop maddə metamfetamin olmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən heç bir digər əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi 9 ədəd sellofan bükümlərə baxış keçirilən zaman içərisində ağ rəngli kristala bənzər kütlə olması müəyyən edilmişdir. Həmin bükümlər siqaret qutusunun içərisində olaraq bir ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Həmçinin təqdim etdiyi mobil telefon da götürülmüşdür. Bütün hərəkətlər protokollaşdırılmış onun və iştirakçılar tərəfindən protokol imzalanmışdır. Əziz ona 2 dəfə psixotrop maddə göndərmiş, bir dəfə Yeni Günəşlidə tanımadığı yerdən təxminən 30 qram, sonuncu dəfə də Binəqədi rayonunda tanımadığı yerdən təxminən 50 qram psixotrop maddə metamfetmini götürmüşdür. Yaşadığı evdə metamfetamini bölüb müxtəif yerlərdə gizlətmiş, metamfetamini ona göndərilən konumla, yəni koordinatla götürmüşdür. Həmin gizlətdiyi yerlərin fotoşəkillərini çəkib Əzizə göndərmiş, sonra Əzizin həmin fotoşəkilləri kimə göndərdiyini və ya göndərmədiyini bilməmişdir. Çox guman ki, Əziz həmin fotoşəkilləri öz müştərilərinə göndərmiş və onlardan pul almış, lakin həmin müştəriləri o, tanımamış, onlardan Əzizin hansı yolla və nə qədər pul alıb-almadığını da bilməmişdir. Əziz ona bu işə görə adına olan «Leobank»a aid bank hesabına 2 dəfə 50 manat pul göndərmişdir. 02 sentyabr 2024-cü il tarixdə Əziz göndərdiyi təxminən 50 qram metamfetamindən 41 qramdan çox metametamini artıq müxtəlif yerlərdə gizlədib şəkillərini Əzizə atmışdır. 04 sentyabr 2024-cü il tarixdə sonuncu 7,851 qram metamfetamini müxtəlif yerlərdə gizlətmək üçün evdən çıxıb gedəndə onu 30-cu polis şöbəsinin əməkdaşları yaxalamışlar. X19 yazışmasında yazanda ki, cəmi 10 dənə qalmışdır, demək istəyirmiş ki, on büküm metamfetamin qalmışdır. Onlardan bir bükümünü artıq yadında qalmadığı yerdə gizlətmişdir, fotoşəkilini də Əzizə atmış, 9 ədəd büküm metamfetamin də üstündə olmuş və 30-cu polis şöbəsinin əməkdaşları onu 04 sentyabr 2024-cü il tarixdə tutub üzərində şəxsi axtarış keçirəndə həmin 9 ədəd büküm aşkar edilib götürülmüşdür (İ cild, səh. 203- 207). 5.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, kiminsə narkotik maddənin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı gəlmiş və onlar əməliyyat tədbiri qurmuşlar. Şəxsi Hövsanda O.Şabanov küçəsində evinin yaxınlığından götürərək şöbəyə gətirmişlər, şöbədə videoçəkilişlə və müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, cibində narkotik vasitə saxlaması məlum olmuşdur. Şəxs aşkar edilmiş maddəni İran vətəndaşından aldığını bildirmişdir. Daha sonra aşkar edilmiş maddə sənədləşdirilərək qablaşdırılmışdır. Məlumat ona narkotik vasitələrin istifadəsi və satışı barədə daxil olmuşdur. Əməliyyat tədbirində iki nəfər, onunla Şahin iştirak etmişdir. Təqsirləndirilən şəxsin evinə də baxış olmuş, lakin evindən heç nə çıxmamışdır. Saxlanılan zaman, idarəyə gətirildikdən sonra təqsirləndirilən şəxsə qarşı hansısa zor və təzyiq olmamışdır. Onun yanında şəxsi döyməmişlər, belə bir halın şahidi olmamışdır. Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 6.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, hal-hazırda Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis mayoru rütbəsini daşıyır. xx.xx.2024-cü il tarixdə Suraxanı RPİ-nin 30-cu Polis şöbəsinə xx.xx.1988-ci il tarixdə Naxçıvan MR Ordubad rayonunda anadan olmuş, Ordubad rayonunun Dəstə kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bu barədə PŞ-nin rəhbərliyinə raportla müraciət olunmuş və əməliyyat qrupu yaradılaraq o, həmin qrupun rəhbəri, Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 qrupun üzvü təyin olunmuşlar. xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində nömrəsiz evin yaxınlığında Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılmışdır. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək həmin şəxsə narkotik vasitə və psixotrop maddələrin dövriyyəsini həyata keçirilməkdə şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs Suraxanı RPl-nin 30-cu PŞ-nə dəvət etmişlər, PŞ-də Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən edilmiş, polis şöbəsinin inzibati otaqlarının birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs bu barədə təhqiqatçının qərarı ilə tanış edilmiş, ona hüquqları izah edilmiş və hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Bundan sonra 30-cu PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 tərəfindən «İphone» markalı mobil telefonla videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarışa başlamadan əvvəl X4 təklif olunmuşdur ki, paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, əşya və ya sənədlər varsa könüllü təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sol yan cibindən 01 ədəd «Xiaomi» markalı mobil telefonu və həmin şalvarın sağ yan cibindən bir ədəd «Prima» markalı siqaret qabının içərisində 09 ədəd ağ rəngli sellofan bükümləri çıxardaraq təqdim etmiş və bildirmişdir ki, bükümlərin içərisində psixotrop maddə metamfetamin var. Bükümlər açıldıqda içərisində ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddər olan bükümləri ona İranlı Əziz kimi tanıdığı şəxs konum vasitəsilə göndərmiş və həmin maddələri bütöv şəklində Binəqədi rayonundan götürərək hissələrə ayırmışdır ki, müxtəlif ünvanlara qoyaraq şəklini Əzizə göndərsin, ona görə də həmin maddələri üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 17:00 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən nömrəsiz evin yaxınlığında olan zaman polis əməkdaşları tərəfindən tutulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin hər hansı digər əşya aşkar edilməmişdir. Həmin psixotrop maddə metamfetaminə bənzər maddə olan 09 ədəd bükümlər zərfə qoyularaq möhürlənmiş və «Xiaomi» markalı mobil telefonla götürülmüşdür. Bu barədə müvafiq protokol tərtib edilmiş, X6 və müdafiəçisi protokolla tanış olub imza etmişlər. Şəxsi axtarış zamanı iştirakçılar tərəfindən heç bir şikayət və təklif daxil olmamışdır. Şəxsi axtarış və götürmə zamanı 30-cu PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 tərəfindən aparılmış videoçəkilişlə olan disk protokola əlavə edilmişdir. Bundan sonra X3 üzərində aşkar edilmiş psixotrop maddə ekspertiza tədqiqatına göndərilmişdir (İ cild, səh. 115-117). 7.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Afiq müəllimə məlumat daxil olmuş və əməliyyatda onlar ikisi iştirak etmişlər. Təqsirləndirilən şəxs sentyabr ayının 4-də təxminən axşam saat 17 radələrində Hövsan qəsəbəsində saxlanılmış və özlərini təqdim edərək şübhəli şəxs qismində şöbəyə dəvət etmişlər. Təhqiqatçının işitrakı ilə şöbədə üzərinə baxış keçirilmiş, sol cibindən mobil telefon və sağ cibindən “Prima” markalı siqaret qutusunda 9 büküm aşkar edilmişdir. Daha sonra da çəkilişlə evinə baxış keçirilmiş və evindən heç bir şey aşkar edilməmişdir. Saxlanıldıqdan, şöbəyə gətirildikdən sonra təqsirləndirilən şəxsə hansısa zor və təzyiq olmamış, şəxsin döyülməsinin şahidi olmamışdır. Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 8.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 145-147). 9.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, tibb bacısı işləyir, axşam növbələrə qalır və ona görə də axşam gedib səhər gəlir. Şəkər xəstəsi olduğundan Raminin narkotik istifadə etməsini bilir, əziyyət çəkdiyindən Ramini bir neçə dəfə həkimə aparmış, lakin faydası olmamışdır. Özünün ona deməsindən artıq narkotik istifadə etdiyini başa düşmüş, hansı narkotikdən istifadə etməsini isə bilməmişdir. Ramin onun yanında narkotik istifadə etməmişdir. Yoldaşı Ramin sentyabr ayının 4-də saxlanılmış, saxlanıldığı vaxt o işdə olmuşdur. Raminin satışla məşğul olmasını eşitməmiş, Ramin elə bir adam olmamışdır. Polis əməkdaşlarının evə gəlməsini görməmiş, o zaman işdə olmuşdur. 10.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi nigahda ər-arvad kimi 3 ildir ki, yaşayır. Həmin nikah dövründə bir uşaqları xx.xx.2021 il təvəllüdlü X5 anadan olmuşdur. Ramin əvvəlki ailəsindən rəsmi olaraq boşanmışdır. Ramin 04 sentyabr 2024-cü il tarixdə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən tutulandan sonra bilmişdir ki, Ramin narkotikə görə tutulub. Ondan əvvəl Raminin nə narkotik istifadə etməsi, nə də ki, narkotik vasitə satıb-satmaması və ya kiməsə verib-verməməsi barədə xəbəri olmamış, heç nə bilməmişdir. Yaşadıqları evdə heç vaxt naroktik və ya psixotrop maddə olmamışdır. Həmin mövzuda Ramin onunla və ya başqa kiminləsə heç vaxt danışmamışdır. Ramin Vəliuliyev ***-***-**-** mobil telefon nömrəsini istifadə etmiş və həmin telefonla yalnız «Whatsapp» şəbəkəsində danışıb əlaqə saxlamışdır. Başqa nömrə istifadə etməmişdir. Həmin şəbəkədə kiminlə əlaqə saxladığını bilmir, Ramin çox vaxt mətbəxə keçib oradan videogörüntü ilə kiminləsə danışmışdır (İ cild, səh. 154-155). 11.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2024-cü il tarixli, 6/4427 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «Azərbaycan Respublikası DİN Zərfələr üçün №194» dairəvi möhür əksi, «şübhəli şəxs: (imza) Vəliquliyev» yazısı və imzalar olan zərfdəki 9 (doqquz) ədəd bükümlərdə ayrı-ayırılıqda təmiz çəkiləri 0,787 qram, 0,525 qram, 0,977 qram, 0,950 qram, 1,002 qram, 0,901 qram, 0,817 qram, 0,725 qram, 1,167 qram, ümumi təmiz çəkisi 7,851 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyavi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanun ilə təsdiq olunmuş siyahılara əsasən metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-in İ siyahısına daxildir (İ cild, səh. 45-49). 12.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X20 Şəxsi Ambulator X1 11 oktyabr 2024-cü il tarixli 6781 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 148-149). 13.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X13-Hüquqi şəxsi ambulator məhkəmə-psixiatrik ekspertizasının 19 oktyabr 2024-cü il tarixli, 3055 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə ifadə vermək, baş verənləri düzgün qavrayıb təsvir etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild, səh. 150-152). 14.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 04 sentyabr 2024-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən diskdən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, pisxotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan-boz rəngli şalvarın sol yan cibindən 01 ədəd “Xiaomi” markalı mobil telefon və sağ yan cibindən 01 ədəd “Pirima” markalı siqaret qabının içərsində 09 ədəd ağ rəngli sellofana bükülmüş bükümləri təqdim etmiş və təqdim etdiyi bükümlərin içərisində metamfetamin kimi tanıdığı psixotrop maddə olduğunu bildirmişdir. Sorğu zamanı X7 həmin psixotrop maddəni Binəqədi rayonundan iranlı Əziz kimi tanıdığı şəxsin göndərdiyi konum vasitəsi ilə götürdüyünü, hissələrə ayırıb müxtəlif ünvanlara qoyaraq şəklini Əzizə göndərmək üçün üzərində saxlamaqla daşıdığını, xx.xx.2024-cü il tarixdə saat 17:00 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən nömrəsiz evin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 09 ədəd bükümlərin içərisindəki ağ rəngdə kiristal şəkilində psixotrop maddə metamfetaminə bənzər olan bükülülər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb möhürlənərək götürülmüşdür (İ cild, səh. 32-33). 15.«Mobil telefona baxış keçirilməsi haqqında» 15 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş üzərində ***-***-**-** nömrəsinin “Biznes Whatsapp” tətbiqi olan «Xiaomi» markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı “Bizness Whatsapp” tətbiqinin yaddaşında «Qaqaş» adı ilə yazılmış ad altında +98 902 *** **** saylı nömrənin qeyd edilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs «Qaqaş» adı ilə yazılmış ad altında +98 902 *** **** saylı nömrənin sosial şəbəkədə əlaqə saxladığı İran vətəndaşı Əziz kimi tanıdığı şəxsin telefon nömrəsi olduğunu bildirmişdir. “Bizness Whatsapp” tətbiqində həmin nömrə ilə Təqsirləndirilən şəxs aşağıda göstərilən məzmunda yazışmaları olmuşdur: “Qardaş salam-əleykum, hər vaxtın xeyr olsun inşallah, atam mən indigəldim başıva dönüm sənin, indi evə girdim, sənə demişdim saat 2-yə 3-ə gələcəm, saat 2 idi uje girmişdim evə, 2-yə qalmışdı, səndə vəziyyət necədir? Mən bir tikə çaydan çörəkdən yeyim çıxım indi atım yoxsa sənin hələ varındı, bir dənə mənə zəhmət olmasa hədən yoxdan de zəhmət olmasa səndə vəziyyət necədir nə yerdədir?”, “Əziz, məndə on dənə qalıb, ba bu on dənəni atandan sonra yoxumuzdur haa, nəzərə al bunu, sən bu gün eee zakaz verəcəksən yoxsa yox? Verəcəksən yoxsa yox amma əslində çünki zakaz verməlisən, çünki heçnəyimiz yoxdur. On dənəni paylayandan sonra səhər heçnə yoxdur ha, onu nəzərə al. Mənə hədən yoxdan denən qardaş zəhmət olmasa”, “Əmii, onları çöldə ünvan elə, saxla özündə, mən sənə deyəndə atarsan mənə, atma haa, əvvəl çöldə ünvan elə”, “Tamamdır qardaş, indi birazdan çıxıb ünvanlayaram. Mənim gözəl qardaşım bəs sən eee, zakaz verməyəcəksən götürməyimiz üçün? Yəni on dənədən sonra yoxdur da uje biləsən” (İ cild, səh. 174-177). 16.«Cinayət iş üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında haqqında» 15 noyabr 2024-cü il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd «Prima» yazısı olan siqaret qutusunun içrəsində olan 09 ədəd bükümdə ümumi təmiz çəkisi 7,851 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və qalıq qalmış 7,581 qram çəkidə psixotrop maddə metamfetamin saxlanış üçün Suraxanı Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs götürülmüş bir ədəd «Xiaomi» markalı mobil telefon iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. İş üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri olan bir ədəd kompyuter diski sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir (İ cild, səh. 180-189). 17.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, sağ və sol said nahiyyəsində köhnə çapıq toxumaları aşkar edilmişdir. 18.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 22). 19.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, 4(010)- 294/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 sentyabr 2024-cü il tarixdən hesablamaqla 03 (üç) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 92-97). 20.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 1(008)-541/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 26 noyabr 2023-cü il tarixdən 28 noyabr 2023-cü il tarixədək, 25 may 2024-cü il tarixdən 27 may 2024-cü il tarixadək olan 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (İ cild, səh. 124-126,129-144). 21.İş materiallarında olan elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il və xx.xx.2021-ci il təvəllüdlü iki uşağı vardır. Tətbiq edilən qanunvericilik normaları və məhkəmənin mövqeyi: 22.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 23.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 24.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 25.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış mötəbər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibi vardır və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. 26.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 27.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 28.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 29.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 30.Qanunun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 31.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndinə əsasən digər şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. 32.Qeyd olunan Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 33.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 118-ci bəndinə əsasən 2 qram və yuxarı həddə psixotrop maddə olan metamfetamin külli miqdar hesab edilir. 34.Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, təqiq edilmiş ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 35.Məhkəmə Təqsirləndirilən şəxs psixotrop maddənin satışı ilə məşğul olmaması barədə ifadəsinə münasibətdə isə onu qeyd edir ki, Təqsirləndirilən şəxs məxsus olmaqla istifadəsində olmuş «Xiaomi» markalı mobil telefon cihazında olan “Whatsapp Business” poqramına daxil olan və göndərilən sms mətnlərinə dair məlumatların əks olunduğu elektron məlumat daşıyıcılarına baxış zamanı jarqon terminlərdə ifadə olunan, əslində isə dövriyyəsi qadağan olunmuş psixotrop maddənin satışı ilə bağlı kifayət qədər sms yazışmalarının olması təqsirləndirilən şəxsin həmin psixotrop maddəni satış məqsədi ilə əldə etdiyini tam sübuta yetirir. 36.Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə fiziki təqzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. 37.Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, sağ və sol said nahiyyəsində köhnə çapıq toxumaları aşkar edilmişdir. 38.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X9rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 39.Məhkəmə təqsirləndirilən şəxsin onun şəxsi axtarışı barədə videoçəkilişin həqiqəti əks etdirməməsi məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, «şəxsi axtarış və götürmə aparılması haqqında» 04 sentyabr 2024-cü il tarixli protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş psixotrop maddənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 40.Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə təzyiq edilməsinə dair iddialar müvafiq sübutlarla təsdiq olunmalıdır. 41.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla psixotrop maddənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 42.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etməsi, saxlaması və daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. 43.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 44.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 45.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 46.Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 47.Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 48.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, himayəsində azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 49.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 50.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 51.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 52.Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 sentyabr 2024cü il tarixli, 1(008)-541/2024 nömrəli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 26 noyabr 2023-cü il tarixdən 28 noyabr 2023-cü il tarixədək, 25 may 2024-cü il tarixdən 27 may 2024-cü il tarixadək olan 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. 53.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 1(008)- 541/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. 54.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 55.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 noyabr 2023-cü il tarixdən 28 noyabr 2023-cü il tarixədək, 25 may 2024-cü il tarixdən 27 may 2024-cü il tarixadək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 04 (dörd) gün müddət ona təyin ediləcək cəzanın müddətinə hesablanmalıdır. 56.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 57.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 58.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 59.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 60.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu - 04 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. 61.Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində narkomaniyadan qeydiyyata alınmalıdır. 62.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi . 63.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 64.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, iş üzrə aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,581 qram çəkidə psixotrop maddə metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məxsus bir ədəd «Xiaomi» markalı mobil telefon aparatı onun özünə (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılmalıdır. 65.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 66.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 67.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 68.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 69.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri «UNİVERSAL» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 60 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 360 (üç yüz altmış) manat təşkil edir. 70.Beləliklə Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri «UNİVERSAL» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri «UNİVERSAL» Vəkil Bürosunun hesabına ödənilməlidir. 71.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 1(008)-541/2024 nömrəli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə ona qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq saxlanıldığı 04 (dörd) gün müddət ona təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 05 (beş) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 04 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 360 (üç yüz altmış) manat Bakı şəhəri «UNİVERSAL» Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut olaraq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 7,581 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın, bir ədəd «Xiaomi» markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Elmin Rüstəmov
3. Vüqar Quliyev