Məhkəmə qərarları › İş №1(101)-848/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-848/2021

13.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-848/2021 13.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxsin hüquqi varisi X3 Zərərçəkmiş şəxs1 Müdafiəçi: Müdafiəçi iştirakları ilə xx xxxxx 1989-cu ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Abşeron rayonu, Xırdalan şəhəri, AAAF yaşayış kompleksində fərdi evdə qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4 və 263-1.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmə məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 20:30 radələrində Zərərçəkmiş şəxs1 məxsus “Mazda CX 9” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobili yuyucu işlədiyi Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF” yaşayış kompleksindəki 4 saylı yaşayış binasının zirzəmisində yerləşən“044” avtomobilyuma məntəqəsində yuduqdan sonra həmin binanın zirzəmisində dayanacaqda saxlayıb, açarlarını isə Zərərçəkmiş şəxs1 dediyi avtoyuma məntəqəsində divara bərkidilmiş qutuya qoymuş, xx xxxxxx 2020-ci il tarixdə saat 03:30 radələrində yenidən avtoyuma məntəqəsinə gəlib avtodayanacaqda saxlanılmış 18 min manat dəyərində Zərərçəkmiş şəxs1 “Mazda CX 9” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilini açarlarını qutudan götürməklə hərəkətə gətirib, talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmışdır. Bundan sonra o, qaçırdığı həmin avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti ilə “Xırdalan dairəsi” istiqamətində hərəkətdə olarkən,«Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci və 8-ci bəndlərinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməyib, avtomobili nəqliyyat vasitələrini idarə etmək hüququ və etibarnamə olmadan, yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən yüksək idarə etmək qadağan olduğu, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, həmin tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, o, göstərilən tələblərə riayət etməyib avtomobili sərxoş halda, nəqliyyat vasitələrini idarə etmək hüququ və etibarnamə olmadan140 km/saat sürətlə idarə edərək, Xırdalan şəhəri, Heydər Əliyev prospektinin 28-ci məhəllənin ərazisindən keçən hissəsində yolun hərəkət istiqamətlərini ayıran bardura dəymiş və idarəetməni itirərək avtomobil yolunun əks istiqnamətinə çıxıb, əvvəlcə yolun solunda yerləşən Abşeron RİH-nin MKTİİTB-nin Abadlıq və Kommunal xidmətlər idarəsinin balansında olan işıq dirəyini və yol kənarında əkilmiş şam ağacına dəyib onları yararsız hala salmış, sonra isə“Toğrul” mağazasının sol kənarında dayanmış piyada Zərərçəkmiş şəxs2 mağazanın divarına sıxmış, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs2 baş beyil əzilməsi, baş beyin maddəsinə və qişaları altına qansızmalar, kəllə tağı əsası sümüklərinin qəlpəli sınıqları, sağ yuxarı ətrafın, sağ said nahiyəsinin yuxarı 1/3-i səviyyəsində travmatik amputasiyası, sağ gicgah təpə, sol gicgah nahiyələrinin əzilmiş-cırılmış yaraları, hər iki gözətrafı yumşaq toxumaların hematomaları, alın, sol gözün bayır kənarı, burun, qarın, sol bazu, sol dirsək oynağı, sol said nahiyələrin, sağ əlin arxa səthinin sıyrıqları həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməsinə, Zərərçəkmiş şəxs2 başın küt əşya təsirindən törənmiş travması nəticəsində baş vermiş baş beyin əzilməsi, beyin maddəsinə, beyin qişalarının altına, beyin mədəciklərinə qansızmalar, kəllə tağı və əsası sümüklərinin sınığı nəticəsində ehtiyatsızlıqdan ölümünə, işıq dirəyi və yol kənarında əkilmiş şam ağacının yararsız hala düşmələrinə görə Abşeron Rayon İcra Hakimiyyətinin MKTİİTB-nin Abadlıq və kommunal xidmətlər idarəsinə 1250 manat və “Mazda CX 9” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobili yararsız vəziyyətə salaraq Zərərçəkmiş şəxs1 təmir bərpa xərci ilə birlikdə 8105 manat dəyərində xeyli miqdarda ziyan vurmasına səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o hadisədən bir neçə ay əvvəl işləmək üçün Masallı rayonundan köçdü və Xırdalan şəhəri AAAF park yaşayış massivində kirayə ev tutub qardaşıyla birlikdə yaşamağa başladı. AAAF park yaşayış kompleksi yaxınlığında yerləşən avtoyuma məntəqəsində yuyucu işləyirdi. xx xxxxxx 2020-ci il tarixdə təxminən axşam saat 8-9 radələri idi, “Mazda CX 9” markalı **-HP- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Aqşin adlı şəxs avtomobilini yuyulması üçün onun yanına qoydu və səhər işə gedərkən götürəcəyini dedi. O, əvvəllər də bir neçə dəfə avtomobilini işlədiyi avtoyuma məntəqəsində yudurtmuşdu. Daha sonra dostlarıyla birlikdə dənizkənarı bulvara getdilər. Bulvara gedən zaman yolda taksini saxladıb iki butulka pivə aldı. Həmin pivələrdən birini yolda içdi, digərini isə bulvarda içdi. Növbəti gün gecə yarısı, yəni xx xxxxxx 2020-ci il tarixdə təxminən gecə saat 03 radələrində bulvardan qayıtdıqdan sonra su içmək istədiyi, həm də siqaret almaq üçün işlədiyi avtoyuma məntəqəsində olan Aqşinə məxsus “Mazda CX9” markalı avtomobili götürüb su almaq qərarına gəldi. Avtomobili götürməyinə səbəb həmin saatda açıq marketin uzaqda olması idi. Avtomobilə əyləşib yola düşdü. Avtomobillə hərəkət edən zaman birdən yolun ortasında olan, yolları ayıran səki maneəni görmədiyi üçün avtomobilin sağ təkəri həmin maneəyə çırpıldı, o da idarəetməni itirdi. Bundan sonra əks yola çıxdı və yolun solunda olan səkini aşıb əvvəlcə işıq dirəyinə, sonra isə ağaca çırpıldı. Sonra avtomobilin qapısını açıb düşmək istədikdə gördü ki, ağac qapını açmağa imkan vermir. Ona görə də avtomobili təxminən 1 metr arxaya sürdü ki, aşağı düşə bilsin. Elə həmin vaxt avtomobilin qabağında divarla avtomobilin arasında bir nəfər şəxsin yaralı vəziyyətdə uzandığını gördü. Hadisə yerində olan insanlar təcili tibbi yardıma zəng etdilər. O həmin şəxsi xəstəxanaya aparmaq istədi, ancaq ətrafdakı insanlar təcili tibbi yardımı gözləməyini məsləhət gördülər. Daha sonra təcili yardım və polis əməkdaşları gələrək həmin şəxsi xəstəxanaya çatdırdılar. Həmin avtomobili sahibinin xəbəri və icazəsi olmadan götürmüşdü. Avtomobili götürməkdə məqsədi su və siqaret almaq idi. Su aldıqdan sonra avtomobili gətirib yerində saxlayacaqdı. Hadisə baş verdiyi zaman avtomobili hansı sürətlə idarə etdiyini tam xatırlamır, ancaq avtomobili yüksək sürətlə idarə edirdi. Hadisəni törədən zaman maneəni görməməyi və bir qədər içkili olmağı hadisənin baş verməsinə əsas səbəb idi. Həmçinin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi də yoxdur. Etdiyi əməldən peşmandır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4 və 263-1.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadəsində göstərmişdir ki, hadisə nəticəsində vəfat etmiş Zərərçəkmiş şəxs2 onun həyat yoldaşıdır. xx xxxxxx 2020-ci il tarixdə qaynı Məhər ona dedi ki, yoldaşı Abşeron rayonu Xırdalan şəhəri ərazisində yol nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib. Daha sonra o hadisə barədə yeznəsi Namiqə məlumat verdi. Hadisədən əvvəl nə o, nə də ailə üzvləri hadisəni törətmiş sürücünü tanımırdılar. Yoldaşı vəfat etdikdən sonra hadisəni törətmiş şəxsin qohumları onlara üzrxahlıq etdilər, ancaq dəfn xərcləri ilə bağlı heç bir maddi köməklik etmədilər. Təqsirləndirilən şəxs qanunvericiliklə müəyyən olunan qaydada cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsin hadisəni törətdiyi “Mazda CX 9” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. O Xırdalan şəhəri AAAF park yaşayış kompleksində 4 saylı binada yaşayır, Məzahir də onun yaşadığı binanın altında olan qarajın altında olan avtoyuma məntəqəsində yuyucu kimi işləyirdi. Hadisədən əvvəl dəfələrlə avtomobilini həmin avtoyuma məntəqəsinə yuması üçün Məzahirə vermişdir. Avtomobili Məzahirə verdikdə avtomobilin açarını da ona verirdi. Məzahir avtomobili yuduqdan sonra qarajda ona məxsus olan yerdə avtomobili park edir və açarını da orada olan çəkməcəyə qoyurdu. xx xxxxxx 2020-ci il tarixdə təxminən axşam saat 8-9 radələrində işdən evə qayıdarkən avtomobilini yuması üçün Məzahirə verdi. Avtomobilin açarını da Məzahirə verdi ki, yuduqdan sonra avtomobili qarajda onun avtomobilinə aid yerdə saxlasın və çıxıb getsin. xx xxxxxx 2020-ci il tarixdə təxminən gecə saat 3 radələrində avtoyuma məntəqəsini işlədən Nəhmət ona zəng vurdu və Məzahirin onun avtomobili ilə Xırdalan şəhəri, Heydər Əliyev prospektində qəza törətdiyini bildirdi. Hadisə yerinə getdikdə avtomobili yolun kənarında qəzalı vəziyyətdə idi, bir nəfər də yaralı vəziyyətdə avtomobilin qarşısında uzanmışdı. Hazırda təqsirləndirilən şəxsi bağışlamış ona qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə məhkəməyə şifahi məlumat verərək, Abşeron rayon MKTİİTB-nin Abadlıq və Kommunal Xidmətlər İdarəsinin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir və təqsirləndirilən şəxsə qanunvericiliklə nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının fikirini nəzərə alıb, məhkəmə proseslərini zərərçəkmiş şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaqda zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyul ayından etibarən Abşeron rayon İcra Hakimiyyətinin Abşeron rayon MKTİİTB-nin Abadlıq və Kommunal Xidmətlər İdarəsində baş mühəndis vəzifəsindi işləyir. xx xxxxxx 2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektinin, 28-ci məhəllə ərazisindən keçən hissəsində Təqsirləndirilən şəxs idarə etdiyi“Mazda CX9” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat qəzası törədilmiş, nəticədə Heydər Əliyev prospektində yolun 28-ci məhəllə ərazisindən keçən hissəsində sol tərəfdə yerləşən 1 ədəd 6 metr hündürlüyündə 850 manat dəyərində Abşeron RİH-nin Abşeron rayon MKTİİTB-nin Abadlıq və Kommunal xidmətlər idarəsinə məxsus küçə işıqlandırılması üçün nəzərdə tutulmuş küçə işıq dirəyi və bir ədəd 400 manat dəyərində Abşeron RİH-nin Abşeron rayon MKTİİTB-nin Abadlıq və Kommunal xidmətlər idarəsinə məxsus 10 sm diametrində 8 illik şam ağacı aşarıq yararsız hala düşmüşdür. Nəticədə Abşeron RİH-nin Abşeron rayon MKTİİTB-nin Abadlıq və Kommunal xidmətlər idarəsinə ümumilikdə 1250 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o Daxili İşlər Nazirliyinin X7 Alayının 12 saylı patrul bölüyündə polis nəfəri vəzifəsində xidmət edir. Xidməti ərazisi Abşeron rayonu Xırdalan şəhər ərazisidir. xx xxxxxx 2020-ci il tarixdə təxminən gecə saat 03 radələrində xidmətdə olduğu zaman, Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllə ərazisində olarkən qara rəngli bir avtomobilin qəza etdiyini gördülər. Dərhal həmin yerə doğru getdilər. Əvvəlcə elə bildilər ki, avtomobil ağaca dəyib. Avtomobilin yanına yaxınlaşan zaman hadisə yerində avtomobilin qarşısında bir nəfər şəxsin yaralı vəziyyətdə yerdə uzandığını gördülər. Daha sonra qaçmaması üçün hadisəni törədən şəxsi dərhal avtopatrula əyləşdirdilər. Həmin şəxsin sərxoş vəziyyətdə olduğu aşkar surətdə hiss olunurdu. O Abşeron Rayon Polis İdarəsinin növbətçi hissəsinə zəng vuraraq hadisə barədə məlumat verdi. Bundan sonra hadisə yerinə YPX əməkdaşları, Təcili tibbi yardım briqadası gəldi. Yaralı şəxs təcili tibbi yardım avtomobili ilə xəstəxanaya göndərildi, avtomobil isə evakuator vasitəsi ilə duracağa aparıldı. Hadisəni törətmiş şəxsi isə polis əməkdaşları avtomobilə əyləşdirərək Abşeron Rayon Polis İdarəsinə apardılar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə vermişdirlər. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4 və 263-1.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4 və 263-1.3-cü maddələri ilə tövsif edilmişdir. Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 78 saylı rəyindən görünür ki, 1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 meyitinin məhkəmə tibbi müayinəsi zamanı– baş beyin əzilməsi, baş beyin maddəsinə və qişaları altanı qansızmalar, kəllə tağı əsası sümüklərinin qəlpəli sınıqları, sağ yuxarı ətrafın, sağ said nahiyəsinin yuxarı 1\3-i səviyyəsində travmatik amputasiyası, sağ gicgah təpə, sol gicgah nahiyələrinin əzilmiş-cırılmış yaraları, hər iki gözətrafı yumşaq toxumaların hematomaları, alın, sol gözün bayır kənarı, burun, qarın, sol bazu, sol dirsək oynağı, sol said nahiyələrin, sağ əlin arxa səthinin sıyrıqları xəsarətləri aşkar edilmişdir. Bu xəsarətlər ümumilikdə həyatidirlər, ölümündən bir qədər əvvəl olmaqla bərk küt əşyanın təsiri nəticəsində törənmişlər, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi şəraitində avtomaşınla vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Zərərçəkmiş şəxs2 ölümünə səbəb – başın küt travması nəticəsində baş vermiş baş beyin əzilməsi, beyin maddəsinə, beyin qişalarının altına, beyin mədəciklərinə qansızmalar, kəllə tağı və əsası sümüklərinin sınığı olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs2 Respublika Klinik Xəstəxanasında xx.xx.2020-ci il tarixdə saat 04:45 –də baş vermiş, bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə inkar olunmur. Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 1604 saylı rəyindən görünür ki, 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – təpə nahiyəsinin sıyrığı bərk küt əşyanın təsirindən törənmiş, müddəti xx.xx.2020-ci il tarixdə salonunda olduğu avtomaşının maneəyə dəyməsi nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilmir. Cinayət işində olan məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 9\3400 saylı rəyindən görünür ki, “Mazda CX 9” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci təxminən 8105 manat müəyyən edilir, o cümlədən dəyişməli hissələrin qiyməti 6520 manat, təmir bərpa işlərinin qiyməti 1585 manat təşkil edir. Cinayət işində olan məhkəmə-psixiatrik ekspertizası qərarına əsasən Məhkəmə Psixiatrik Ekspertiza X5 şəxsi, ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli, 1812 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri müəyyən edilməmişdir. Cinayət işi materiallarına əsasən Təqsirləndirilən şəxs törətdiyi hadisə dövründə adi alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin tədqiqinə əsasən məhkəmə psixiatrik ekspertizası aşağıdakı nəticəyə gəlmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət hərəkətlərini törədərkən öz hərəkətlərini ölçüb biçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal hazırda da öz hərəkətlərini ölçüb biçmək və onlara rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs hal hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs özünə və ətrafdakılara qarşı təhlükə kəsb etmir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müayinəyə ehtiyacı yoxdur. Cinayət işində olan məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 8\2148 saylı rəyindən görünür ki, “Mazda CX 9” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilinsürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu»nun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs“Mazda CX 9” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu»nun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və həmin qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs“Mazda CX 9” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətindən yüksək, 140 km/saat sürətlə idarə etdiyindin onun hərəkətlərində «Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu»nun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işində olan xx.xx.2020-ci il tarixli, 4530 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, hadisə vaxtı sürücü Təqsirləndirilən şəxs sərxoşluq halları müəyyən olunmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası DİN-nin BDYP-dən alınmış xx.xx.2020ci il tarixli, 87398-1220 nömrəli məktubla müəyyən edilir ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir Cinayət işində olan Abşeron RİH-nin Abşeron rayon MKTİİTB-nin «Abadlıq və Kommunal xidmətlər İdarəsi» dən alınmış 01 saylı, xx.xx.2021-ci il tarixli məktuba əsasən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Abşeron RİH-nin Abşeron rayon MKTİİTB-nin Abadlıq və Kommunal xidmətlər idarəsinə dəymiş ziyan 1250 manat məbləğində müəyyən edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Kazımov X2 rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 177.2.3 və 69.4-cü maddələri ilə təqsirli bilinib 2800 manat cərimə cəzasına məhkum edilmişdir. Masallı rayon İcra və Probasiya şöbəsindən alınmış xx.xx.2020-ci il tarixli, 62-4/2020- 62-9 nömrəli məktubla müəyyən edilmişdir ki, məhkum Təqsirləndirilən şəxs təyin edilmiş 2800 manat cərimə ödənilməmiş qalmışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işində olan xx xxxxxx 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun hər bir normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində–onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs cərimə cəzasını ödəmədiyindən onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən məhkumluğu ödənilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edib səmimi peşman olmasını, Zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs Abşeron RİH-nin Abşeron rayon MKTİİTB-nin ona qarşı şikayətinin olmamasını, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, cinayətin ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4 və 263- 1.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirli bilinib 3(üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququndan 2 (iki) il müddətinə məhrum edilməklə, 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Masallı rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2800 (iki min səkkiz yüz) manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə tam birləşdirməklə, Təqsirləndirilən şəxs qəti olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan 2 (iki) il müddətinə məhrum edilməklə, 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə və 2800 (iki min səkkiz yüz) manat cərimə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 150 (yüz əlli) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar