Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-848/2022 28.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X28, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı1, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər Xətai Rayon Məhkəməsinin 01 iyul 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3 və 69.4-cü maddələri tətbiq edilməklə 2500 manat cərimə cəzasına məhkum olunmuş, xx.xx.2014-cü ildə cəriməni tam ödəmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2vanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 29,178.3.1, 32.4, 312.2, 318-1.2.1, 318-1.2.3, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs mütəşəkkil dəstə tərkibində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgələrin xeyli miqdarda əmlaklarını vahid niyyətlə ələ keçirərək təkrarən dələduzluq etmiş, mütəşəkkil dəstə tərkibində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgələrin xeyli miqdarda əmlaklarını vahid niyyətlə ələ keçirərək təkrarən dələduzluq etməyə cəhd etmiş, mütəşəkkil dəstə tərəfindən vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla mütəşəkkil dəstənin üzvləri vasitəsilə maddi nemət olan pulu rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmiş, mütəşəkkil dəstə tərkibində bilə-bilə hüquq verən rəsmi sənədi təkrarən istifadə etmək məqsədi ilə vahid niyyətlə qanunsuz hazırlamaqla saxtalaşdırmış və bilə-bilə hüquq verən saxta sənəddən təkrarən istifadə etmiş, mütəşəkkil dəstə tərəfindən təkrarən şəxslərin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmişdir. Belə ki, o, qeyriləri ilə birlikdə xarici ölkələrə səfər etmək, orada yaşamaq, işləmək niyyətində olan ayrı-ayrı çoxsaylı şəxsləri səlahiyyətli vəzifəli şəxslərə rüşvət verilməsi müqabilində müvafiq dövlətlərin səfirliklərindən onlar üçün guya qanuni yolla viza alınmasına köməklik göstəriləcəyi vədi ilə aldatmaq və etibarını qazandıqdan sonra hazırladıqları saxta sənədlər əsasında qanunsuz miqrasiyanı təşkil edərək özgələrin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş ikidən çox şəxsdən ibarət olan sabit cinayətkar qrupda-mütəşəkkil dəstədə birləşdikdən sonra, 2017-ci ilin fevral ayında Şahid2 övladı X29, nəvələri 2005-ci il təvəllüdlü X40 və 2011-ci il təvəllüdlü X30 ilə birlikdə yaşayıb işləmələrindən ötrü Almaniya Federativ Respublikasına səfər etmələri üçün viza alınması ilə bağlı dəstə üzvü olan digər şəxsə müraciəti ilə əlaqədar mütəşəkkil dəstənin üzvləri ilə razılaşdırılmış qaydada digər şəxsin vasitəsilə Şahid2 Almaniya FR-nın Azərbaycan Respublikasındakı səfirliyindən viza əldə edilməsinin çətin olduğunu, həmin ölkəyə getmələri üçün ən rahat yollardan birinin Litva Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən viza əldə edib əvvəlcə Bakı-Budapeşt-Litva aviamarşrutu üzrə Macarıstan Respublikasına, oradan isə artıq Litva Respublikasına deyil, dəstənin üzvü digər şəxsin müşayiətilə sərbəst şəkildə Almaniya FR-na keçmək olduğunu söyləyib inandıraraq razı saldıqdan sonra, bu sahədə fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə onlara viza alınması və guya qanuni yolla xarici ölkələrə getmələrini təmin etmək kimi imkana malik olduqlarını yalandan bildirib, həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 və sonuncunun adları sadalanan yaxınlarının xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə, yəni, Şahid2 və Elvira Qarayevanın heç bir yerdə rəsmi işləmədikləri, adlarına bankda pul olmadığı halda bunların əksini təsdiq edən rəsmi sənədlərin hazırlanmaqla miqrant qismində Almaniya FR-na getmələri üçün pulu verdiyi vaxtdan sonra bir ay ərzində Litva Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən vizanın əldə edilməsi, Macarıstan Respublikasına aviabiletlərin alınması və Almaniya FRna gedənə qədər bir neçə gün Macarıstan Respublikasında qalmaları üçün birbaşa yolla özü və mütəşəkkil dəstənin digər üzvləri vasitəsilə hissə-hissə ödəmək şərti ilə, maddi nemət olan cəmi 10000 manat pulun verilməsi müqabilində həmin məsələni qanuni yolla müsbət həll edəcəyini yalandan vəd verib Şahid2 aldadaraq, sonuncunun əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəyinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, həmin vədlərlə Şahid2 2017-ci ilin may ayının əvvəllərində ünvan 3 ünvanında mütəşəkkil dəstənin üzvü digər şəxsin vasitəsilə ilkin olaraq 5000 manat məbləğində, bundan sonra vahid qəsdlə cinayət əməllərinə davam edərək 2017-ci ilin may ayının sonlarına yaxın günlərdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Oba” market mağazasının yaxınlığındakı avtobus dayanacağının qarşısında Şahid1 istifadəsində olan “Opel Astra minik” markalı, az **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda Şahid1 vasitəsilə daha 3000 manat məbləğində, bundan sonra vahid qəsdlə cinayət əməllərinə davam edərək 2017-ci ilin avqust ayının əvvəllərində ünvan 4 ünvandakı evdə digər şəxsin vasitəsilə daha 2000 manat məbləğində pul olmaqla, ümumilikdə Şahid2 vahid niyyətlə xeyli miqdarda, yəni 10000 manat məbləğində pulu dəstənin üzvü olan digər şəxs vasitəsilə nağd qaydada almış, ələ keçirdikləri pulu mütəşəkkil dəstənin üzvləri ilə aralarında bölüb, Şahid2 və övladı Elvira Qarayevanın rəsmi iş yerlərinin və yaxşı maddi təminatlarının olmasına dair fikir formalaşdırmaqdan ötrü aralarında olan razılaşmaya əsasən Şahid2 və sonuncunun adları sadalanan yaxınlarının pasport məlumatlarını dəstənin üzvü digər şəxs vasitəsilə əldə edib mütəşəkkil dəstənin naməlum digər üzvləri vasitəsilə naməlum məkanda və şəraitdə qanunsuz hazırlatdığı hüquq verən rəsmi sənədləri - bank hesabından çıxarış, iş yerindən arayış, digər rəsmi saxta sənədləri 2017-ci ilin avqust ayının ortalarında digər şəxsi göndərib təhvil verərək sonuncu vasitəsilə Şahid2 çatdırmış, ümumi göstərişləri əsasında həmin saxta sənədləri 2017-ci ilin sentyabr ayının sonlarında Litva Respublikasının ünvan 5 ünvanında yerləşən Azərbaycan Respublikasının səfirliyinə təqdim edən Şahid2, habelə sonuncunun övladı X11, nəvələri X15 və X12 həmin səfirlikdən viza alaraq 26 oktyabr 2017-ci il tarixdə Bakı-Budapeşt aviareysi ilə yalnız Macarıstan Respublikasına qədər getmələrinə nail olub, həmin əməlləri ilə mütəşəkkil dəstə tərkibində etibardan sui-istifadə etmə və aldatma yolu ilə, xeyli miqdarda ziyan vurmaqla özgənin, yəni Şahid2 vahid niyyətlə 10000 (on min) manat məbləğində əmlakını ələ keçirərək dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid2 və adları sadalanın yaxınlarının xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid2 mütəşəkkil dəstə halında təhrik etmiş, mütəşəkkil dəstə tərkibində bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə tamah niyyətilə qanunsuz hazırlamaqla saxtalaşdırmış və biləbilə hüquq verən saxta sənəddən istifadə edilməsinə nail olmuş, mütəşəkkil dəstə tərəfindən dörd nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmişdir Bundan başqa o, dəstənin üzvü olan qeyriləri ilə eyni məqsədlə yaradılmış mütəşəkkil dəstə tərkibində, təkrarən 2017-ci ilin aprel ayında Şahid3 arvadı X71, övladları 2011-ci il təvəllüdlü X72, 2015-ci il təvəllüdlü X64 ilə birlikdə yaşayıb işləmələrindən ötrü Almaniya Federativ Respublikasına səfər etmələri üçün viza alınması ilə bağlı dəstənin üzvü digər şəxsə müraciəti ilə əlaqədar mütəşəkkil dəstənin üzvləri ilə razılaşdırılmış qaydada digər şəxsin vasitəsilə Şahid3 Almaniya FR-nın Azərbaycan Respublikasındakı səfirliyindən viza əldə edilməsinin çətin olduğunu, həmin ölkəyə getmələri üçün ən rahat yollardan birinin Litva Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən viza əldə edib əvvəlcə Bakı-Budapeşt-Litva aviamarşrutu üzrə Macarıstan Respublikasına, oradan isə artıq Litva Respublikasına deyil, dəstənin üzvü digər şəxsin şəxsi müşayiətilə sərbəst şəkildə Almaniya FR-na keçmək olduğunu söyləyib inandıraraq razı saldıqdan sonra, bu sahədə fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə onlara viza alınması və guya qanuni yolla xarici ölkələrə getmələrini təmin etmək kimi imkana malik olduqlarını yalandan bildirib, həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid3 və sonuncunun ailə üzvlərinin xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə, yəni Şahid3 və Lalə İmanovanın heç bir yerdə rəsmi işləmədikləri, adlarına bankda pul olmadığı halda bunların əksini təsdiq edən rəsmi sənədlərin hazırlanmaqla miqrant qismində Almaniya FR-na getmələri üçün bir ay ərzində Litva Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən vizanın əldə edilməsi, Macarıstan Respublikasına aviabiletlərin alınması və Almaniya FR-na gedənə qədər bir neçə gün Macarıstan Respublikasında qalmaları üçün birbaşa yolla özü və mütəşəkkil dəstənin digər üzvləri vasitəsilə hissə-hissə ödəmək şərti ilə, maddi nemət olan cəmi 10000 manat pulun verilməsi müqabilində həmin məsələni qanuni yolla müsbət həll edəcəyini yalandan vəd verib Şahid3 aldadaraq, sonuncunun əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəyinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, həmin vədlərlə Şahid3 2017-ci ilin may ayının sonlarına yaxın günlərdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 70 B ünvanında yerləşən "xxxx" ASC-nin “Neftçilər” filialının arxa tərəfində digər şəxsin istifadəsində olan “Opel Astra minik” markalı, az ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda digər şəxsin vasitəsilə ilkin olaraq 8000 manat məbləğində pul, bundan sonra vahid qəsdlə cinayət əməllərinə davam edərək 2017-ci ilin iyun ayının əvvəllərində eyni məkanda Şahid3 atası X31 istifadəsində olan Vaz 21043 minik markalı, az ** SF *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda digər şəxsin vasitəsilə Şahid3 daha 2000 manat məbləğində pul olmaqla, ümumilikdə Şahid3 vahid niyyətlə xeyli miqdarda, yəni 10000 manat məbləğində pulu dəstənin üzvü digər şəxsin vasitəsilə nağd qaydada almış, ələ keçirdikləri pulu mütəşəkkil dəstənin üzvləri ilə aralarında bölüb, Şahid3 və arvadı Lalə İmanovanın rəsmi iş yerlərinin və yaxşı maddi təminatlarının olmasına dair fikir formalaşdırmaqdan ötrü aralarında olan razılaşmaya əsasən Şahid3 və ailə üzvlərinin pasport məlumatlarını dəstənin digər üzvünun vasitəsilə əldə edib mütəşəkkil dəstənin naməlum digər üzvləri vasitəsilə naməlum məkanda və şəraitdə qanunsuz hazırlatdığı hüquq verən rəsmi sənədləri - bank hesabından çıxarış, iş yerindən arayış, digər rəsmi saxta sənədləri 2017ci ilin avqust ayının ortalarında qrupun digər üzvünə göndərib təhvil verərək sonuncu vasitəsilə Şahid3 çatdırmış, ümumi göstərişləri əsasında həmin saxta sənədləri 2017-ci ilin sentyabr ayının sonlarında Litva Respublikasının ünvan 5 ünvanında yerləşən Azərbaycan Respublikasının səfirliyinə təqdim edən Şahid3, habelə sonuncunun arvadı X41, övladları X42 və X32 həmin səfirlikdən viza alaraq 26 oktyabr 2017-ci il tarixdə Bakı-Budapeşt aviareysi ilə yalnız Macarıstan Respublikasına qədər getmələrinə nail olub, həmin əməlləri ilə mütəşəkkil dəstə tərkibində etibardan sui-istifadə etmə və aldatma yolu ilə, xeyli miqdarda ziyan vurmaqla özgənin, yəni Şahid3 vahid niyyətlə 10000 (on min) manat məbləğində əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid3 və ailə üzvlərinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid3 mütəşəkkil dəstə halında təkrarən təhrik etmiş, təkrarən mütəşəkkil dəstə tərkibində bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə tamah niyyətilə qanunsuz hazırlamaqla saxtalaşdırmış və təkrarən bilə-bilə hüquq verən saxta sənəddən istifadə edilməsinə nail olmuş, mütəşəkkil dəstə tərəfindən təkrarən dörd nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmişdir. Bundan başqa o, qeyriləri ilə xarici ölkələrə səfər etmək, orada yaşamaq, işləmək niyyətində olan ayrı-ayrı çoxsaylı şəxsləri səlahiyyətli vəzifəli şəxslərə rüşvət verilməsi müqabilində müvafiq dövlətlərin səfirliklərindən onlar üçün guya qanuni yolla viza alınmasına köməklik göstəriləcəyi vədi ilə özgələrin əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirmək məqsədilə bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş ikidən çox şəxsdən ibarət olan sabit cinayətkar qrupda-mütəşəkkil dəstədə birləşdikdən sonra, təkrarən 2017-ci ilin aprel ayında Şahid6 arvadı Şahid7, övladı 1997-ci il təvəllüdlü X65, əkiz övladları 2001-ci il təvəllüdlü Şahid9 və Şahid8, digər övladı X43, həmin qızının əri X55, həmçinin nəvələri 2014-cü il təvəllüdlü X44 və 2016-cı il təvəllüdlü X56 ilə birlikdə yaşayıb işləmələrindən ötrü Almaniya Federativ Respublikasına səfər etmələri üçün viza alınması ilə bağlı mütəşəkkil dəstənin üzvünün müraciətiylə əlaqədar mütəşəkkil dəstənin üzvləri ilə razılaşdırılmış qaydada digər şəxsin vasitəsilə Şahid6 Almaniya FR-nın Azərbaycan Respublikasındakı səfirliyindən viza əldə edilməsinin çətin olduğunu, həmin ölkəyə getmələri üçün ən rahat yollardan birinin Macarıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən viza əldə edib əvvəlcə aviayolla Macarıstan Respublikasına oradan da, dəstənin üzvü Şahid1 şəxsi müşayiəti ilə sərbəst şəkildə Almaniya FR-na keçmək olduğunu söyləyib buna inandıraraq razı saldıqdan sonra, bu sahədə fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə onlara viza alınması və guya qanuni yolla xarici ölkələrə getmələrini təmin etmək imkanına malik olduqlarını yalandan bildirib, həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid6 və adları sadalanan yaxınlarının xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə, yəni sonuncunun və arvadının, yetkinlik yaşına çatmış adları sadalanan yaxınlarının heç bir yerdə rəsmi işləmədikləri, adlarına bankda pul olmadığı halda bunların əksini təsdiq edən guya zəruri sənədləri hazırlanmaqla bir ay ərzində Macarıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən vizanın əldə edilməsi, aviabiletlərin alınması və Almaniya FR-na keçənə qədər bir neçə gün Macarıstan Respublikasında yerləşən oteldə qalmaları üçün birbaşa yolla özü və mütəşəkkil dəstənin digər üzvləri vasitəsilə hissə-hissə ödəmək şərti ilə, maddi nemət olan cəmi 22500 manat pulun verilməsi müqabilində həmin məsələni qanuni yolla müsbət həll edəcəyini yalandan vəd verib Şahid6 aldadaraq, sonuncunun əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəyinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, həmin vədlərlə Şahid6 2017-ci ilin iyun ayının əvvəllərində ünvan 7 ünvanında digər şəxsin vasitəsilə 22500 manat məbləğində, bundan sonra vahid qəsdlə cinayət əməllərinə davam edərək 2017-ci ilin iyun ayının sonlarında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 37 ünvanında yerləşən “Dəmirçi Tover” biznes mərkəzinin qarşısında digər şəxsin vasitəsilə viza sənədlərinin təşkili ilə bağlı guya əlavə olaraq 500 manat da pulun lazım olduğunu bildirib daha 500 manat məbləğində, ümumilikdə Şahid6 vahid niyyətlə xeyli miqdarda, yəni 23000 manat məbləğində pulu dəstənin digər üzvünün vasitəsilə nağd qaydada şəxsən almış, ələ keçirdikləri pulu əvvəlcədən olan razılaşmaya əsasən mütəşəkkil dəstənin üzvləri ilə aralarında bölüb, viza alınması üçün hər hansı səfirliyə müraciət etmək niyyəti olmadan həqiqi cinayətkar məqsədini pərdələmək, görüntü yaratmaq üçün Şahid6 və adları sadalanan yaxınlarının şəxsiyyətlərini təsdiq edən və vizanın təşkili ilə bağlı tələb olunan digər sənədləri qrupun digər üzvü vasitəsilə götürərək özündə saxlayıb, sonuncu ilə bərabər Şahid6la görüşüb sonuncuya vizaların alınmasını yaxın zamanda guya həll edəcəklərini yalandan bildirməyi tapşırmaqla, həmin əməlləri ilə mütəşəkkil dəstə tərəfindən etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin, yəni Şahid6 vahid niyyətlə ümumilikdə 23000 (iyirmi üç min) manat məbləğində əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid6 və yaxınlarının xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid6 mütəşəkkil dəstə halında təkrarən təhrik etmişdir. Bundan başqa o, qeyriləri ilə birlikdə xarici ölkələrə səfər etmək, orada yaşamaq, işləmək niyyətində olan ayrı-ayrı çoxsaylı şəxsləri səlahiyyətli vəzifəli şəxslərə rüşvət verilməsi müqabilində müvafiq dövlətlərin səfirliklərindən onlar üçün guya qanuni yolla viza alınmasına köməklik göstəriləcəyi vədi ilə aldatmaq və etibarını qazandıqdan sonra hazırladıqları saxta sənədlər əsasında qanunsuz miqrasiyanı təşkil edərək özgələrin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş ikidən çox şəxsdən ibarət olan sabit cinayətkar qrupda-mütəşəkkil dəstədə birləşdikdən sonra, təkrarən 2017-ci ilin iyun ayında Şahid4 arvadı X13, övladları 2007-ci il təvəllüdlü X45, 2009-cu ii təvəllüdlü X46, 2015-ci il təvəllüdlü X57 ilə birlikdə yaşayıb işləmələrindən ötrü Almaniya Federativ Respublikasına səfər etmələri üçün viza alınması ilə bağlı Şahid4 X10nun mütəşəkkil dəstənin digər üzvünə müraciətiylə əlaqədar mütəşəkkil dəstənin üzvləri ilə razılaşdırılmış qaydada qrupun digər üzvü vasitəsilə X33 Almaniya FR-nın Azərbaycan Respublikasındakı səfirliyindən viza əldə edilməsinin çətin olduğunu, həmin ölkəyə getmələri üçün ən rahat yollardan birinin Litva Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən viza əldə edib əvvəlcə Bakı- Budapeşt-Litva aviamarşrutu üzrə Macarıstan Respublikasına, oradan isə artıq Litva Respublikasına deyil, dəstənin üzvünün şəxsi müşayiətilə sərbəst şəkildə Almaniya FR-na keçmək olduğunu söyləyib inandıraraq razı saldıqdan sonra, bu sahədə fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə onlara viza alınması və guya qanuni yolla xarici ölkələrə getmələrini təmin etmək kimi imkanına malik olduqlarını yalandan bildirib, həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar İlyas Əhmədovun adları sadalanan yaxınlarının xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə, yəni Şahid4 və Gülnar Əhmədovanın heç bir yerdə rəsmi işləmədikləri, adlarına bankda pul olmadığı halda bunların əksini təsdiq edən rəsmi sənədlərin hazırlanmaqla bir ay ərzində Litva Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən vizanın əldə edilməsi, Macarıstan Respublikasına aviabiletlərin alınması və Almaniya FR-na gedənə qədər bir neçə gün Macarıstan Respublikasında qalmaları üçün birbaşa yolla özü və mütəşəkkil dəstənin digər üzvləri vasitəsilə hissə-hissə ödəmək şərti ilə, maddi nemət olan cəmi 12500 manat pulun verilməsi müqabilində həmin məsələni qanuni yolla müsbət həll edəcəyini yalandan vəd verib İlyas Əhmədovu aldadaraq, sonuncunun əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəyinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış,həmin vədlərlə İlyas Əhmədovdan 2017-ci ilin iyul ayının ortalarında Mingəçevir şəhəri, Heydər Əliyev prospektində yerləşən Mərkəzi Bazarın qarşısında Şahid1 istifadəsində olan “Opel Astra minik” markalı, az ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda Şahid1 vasitəsilə ilkin olaraq 4000 manat məbləğində, bundan sonra vahid qəsdlə cinayət əməllərinə davam edərək 2017-ci ilin iyul ayının sonlarında eyni vədlə, eyni məkanda və nəqliyyat vasitəsində, eyni qaydada daha 4000 manat məbləğində, bundan sonra vahid qəsdlə cinayət əməllərinə davam edərək 2017-ci ilin avqust ayının əvvələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 38 Q ünvanında yerləşən “Murad” şadlıq sarayının qarşısında Şahid1 vasitəsilə daha 2500 manat məbləğində pul olmaqla, ümumilikdə İlyas Əhmədovdan vahid niyyətlə xeyli miqdarda, yəni 10500 manat məbləğində pulu dəstənin üzvünün vasitəsilə nağd qaydada almış, ələ keçirdikləri pulu mütəşəkkil dəstənin üzvləri ilə aralarında bölüb, Şahid4 və arvadı Gülnar Əhmədovanın rəsmi iş yerlərinin və yaxşı maddi təminatlarının olmasına dair fikir formalaşdırmaqdan ötrü aralarında olan razılaşmaya əsasən Şahid4 və ailə üzvlərinin pasport məlumatlarını dəstənin üzvünün vasitəsilə əldə edib mütəşəkkil dəstənin naməlum digər üzvləri vasitəsilə naməlum məkanda və şəraitdə qanunsuz hazırlatdığı hüquq verən rəsmi sənədləri - bank hesabından çıxarış, iş yerindən arayış, digər rəsmi saxta sənədləri 2017-ci ilin avqust ayının ortalarında Şahid1 göndərib təhvil verərək sonuncu vasitəsilə Şahid4 çatdırmış, ümumi göstərişləri əsasında həmin saxta sənədləri 2017-ci ilin sentyabr ayının sonlarında Litva Respublikasının ünvan 5 ünvanında yerləşən Azərbaycan Respublikasının səfirliyinə təqdim edən Şahid4, habelə sonuncunun arvadı X5, övladları X16, X17, X20 həmin səfirlikdən viza alaraq 26 oktyabr 2017-ci il tarixdə Bakı-Budapeşt aviareysi ilə yalnız Macarıstan Respublikasına qədər getmələrinə nail olub, həmin əməlləri ilə mütəşəkkil dəstə tərkibində etibardan sui-istifadə etmə və aldatma yolu ilə, xeyli miqdarda ziyan vurmaqla özgənin, yəni İlyas Əhmədovun vahid niyyətlə 10500 (on min beş yüz) manat məbləğində əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid4 və ailə üzvlərinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə İlyas Əhmədovu mütəşəkkil dəstə halında təkrarən təhrik etmiş, təkrarən mütəşəkkil dəstə tərkibində bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədiylə tamah niyyətilə qanunsuz hazırlamaqla saxtalaşdırmış və təkrarən bilə-bilə hüquq verən saxta sənəddən istifadə edilməsinə nail olmuş, mütəşəkkil dəstə tərəfindən təkrarən beş nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmiş və İlyas Əhmədov övladı Şahid4 və sonuncunun ailə üzvlərinin Almaniya FR-na gedə bilməyib xx.xx.2017-ci il tarixli Budapeşt-Bakı aviareysi ilə geri qayıtdığını görərək aldanıldığını başa düşüb vizaların təşkili ilə bağlı daha 2000 manat məbləğində pulu verməkdən imtina etdiyindən, yəni bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, mütəşəkkil dəstə tərəfindən etibardan sui- istifadə etmə və aldatma yolu ilə, xeyli miqdarda ziyan vurmaqla özgənin, yəni İlyas Əhmədovun ümumilikdə vahid niyyətlə 12500 (on iki min beş yüz) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə təkrarən ələ keçirməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özünü yalnız Azərbaycan Respublikası CM-nin 178.2-ci maddəsi ilə təqsirli bilir. O, 2006-cı ildə Azərbaycan Respublikası Baş Prokurorluğunda mütəxəssis vəzifəsində işləmişdir. Sonra Suraxanı Rayon Prokurorluğunda da biraz işləyib öz ərizəsiylə işdən çıxmışdır. Ondan sonra Türkiyə Respublikasına getmiş, orada bir müddət yaşamışdır. Azərbaycan Respublikasına qayıtdıqdan sonra heç yerdə işləməmişdir. Ona verilən ittihamla bağlı 1-ci epizod üzrə bildirmişdir ki, Şahid2 və övladı X18 FR-na getməsi ilə bağlı Şahid1 vasitəsiylə cəmi 6000 manat pul almışdır. Onlara heç bir hüquq verən sənəd düzəldə bilməmişdir. Bu epizodla bağlı o, heç bir səfirlikdə olmamış, səfirlikdə kimisə tanımamışdır. Bu epizodla bağlı özünü qismən təqsirli bilir. 2-ci epizodla bağı bildirmişdir ki, Şahid3 ailə üzvlərinin Almaniya Federativ Respublikasına getmələri ilə bağlı Şahid1 heç bir məbləğdə pul almamış, onlar üçün heç bir sənəd düzəltməmişdir. Şahid1 həmin şəxsdən pul almasından məlumatı olmamışdır. Bu epizodla özünü təqsirli bilmir. 3-cü epizodla bağlı onu bildirmişdir ki, 2017-ci il tarixdə Şahid6 ailə üzvlərinin X4 getmələri ilə bağlı Şahid1 ona müracəit edib, bu işdə köməklik etməyini demişdir. O, onların Almaniya Federativ Respublikasına getmələrinə kömək edəcəyinə vəd vermişdir. Bunun müqabilində Akif ona 9000 manat pul vermişdir. Bu epizodla bağlı özünü qismən təqsirli bilir. O, heç bir sənəd düzəldə bilməmiş və həmin pulu öz ehtiyaclarına xərcləmişdir. 4-cü epizod üzrə bildirmişdir ki, Şahid4 tanımamışdır. Onun epizodu ilə bağlı o, Şahid1 heç bir məbləğdə pul almamışdır. Nə də həmin epizodla bağlı heç bir sənəd düzəltməmişdir. Bu epizodla bağlı özünü təqsirli bilmir. Ona Şahid1 yalnız Yegəna İbadovanın epizodu üzrə 6000 manat, Şahid6 epizodu üzrə isə 9000 manat pul vermişdir. Bu cinayət işi ilə əlaqədar olmayan başqa bir işlə bağlı da 6000 manat vermişdir. Lakin, o, heç bir iş görməmiş, pulları da xərcləmişdir. Ona Şahid1 ümumilikdə 21.000 manat pul vermişdir. Həmin pulu o, Akifə qaytarmışdır. 2017-ci ilin avtqust ayında çıxıb getmişdir Türkiyəyə. Akif ondan şikayət etmiş, hətta evlərinə gedib pulları valideynlərindən tələb etmiş, valideynləri bildirmişlər ki, pulu kimə veribsə ondan da tələb edər. O, axtarışda olmağını bilməmişdir. X1. 3 ay 15 gün Türkiyədə həbsdə qalandan sonra onu Azərbaycana ekstradisiya etmişlər. Proses iştirakçılarının suallarını cvablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Akifdən pulları alandan təxminən 2 ay sonra o, Türkiyəyə getmişdir. Akifdən pulları alandan sonra heç bir iş görə bilməmiş və pulları xərcləmişdir. O, Türkiyəyə gedəndə Akif Azərbaycanda imiş. Akifin ona verdiyi pulları o, qaytarmışdır. Digər şəxslərdən Akifin pul almasından məlumatı olmamışdır. O, Nəbi ilə görüşmüşdür. Yeganə ilə telefon danışığı olmuşdur. Digər şəxsləri tanımamış və onların işləri ilə bağlı pul almamışdır. O, heç bir səfirlikdə olmamış və səfirlikdə heç kimi tanımamışdır. O, Akifdən pulu alanda fikirləşmişdir ki, adam tapıb həmin şəxslə viza düzəldə bilər, lakin heç bir iş görə bilməmişdir. O, ittihamda göstərilən şəxslər üçün heç bir saxta sənəd düzəltdirməmişdir. Qeyd olunan 4 epizodla bağlı iş yerindən, depozitdə pulun olması barədə banklardan saxta arayışlar, həmçinin həmin şəxslərin adlarına ev, mənzil, avtomobil olması barədə saxta arayışlar tərtib etməmiş, heç kimdən həmin saxta sənədləri əldə etməmiş və həmin sənədlərdən istifadə etməmişdir. O, heç vaxt heç kimi Azərbaycan Respublikasının dövlət sərhədindən qanunsuz olaraq çıxarmasında və rüşvət vermədə iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsi tanımamışdır. Şahid2 da tanımamışdır. 2017-ci ilin fevral ayında ona Şahid2 zəng edib ondan Almaniyaya getmək üçün viza düzəldə biləcək bir tanışının olubolmamasını soruşmuşdur. Şahid2 əvvəllər anasına Almaniyaya viza təşkil edərək yollayan Şahid1la heç bir maddi təmənnası olmadan tanış etmişdir. Şahid1 yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbətan qəsəbəsi, Bilal Niftəliyev küçəsi, ev 27, mənzil 31-dəki evinə dəvət edib Şahid2 ilə görüşdürmüşdür. Onun iştirakıyla Şahid1 Şahid2 bildirmişdir ki, 10000 manat pulun müqabilində Şahid2 özünə, qızına və iki nəvəsinə viza sənədləri hazırlatdırıb viza təşkil edəcək, onları Almaniya FR-nın Köln şəhərinə aparıb orada miqrant düşərgəsində yerləşdirəcək və Almaniyada yaşamaq hüquqlarını almalarına nail olacaqdır. Həmin görüşdən bir müddət sonra 2017-ci ilin may ayının əvvəllərində Şahid2 Şahid1la onun evində görüşmüş və onun iştirakıyla Şahid2 Şahid1 vizaların təşkili ilə bağlı 5000 manat pul, həmçinin özü ilə qızı və nəvələrinin sənədlərini, tələb olunan başqa sənədləri və fotoşəkilləri də Şahid1 vermişdir. Bir müddət sonra Yeganə ona Şahid1 barədə şikayətlənib bildirmişdir ki, Şahid1 əlavə olaraq 5000 manat da pul vermiş, lakin onları sərhəddən geri qaytarmışlar. O, Şahid2 Şahid1la əlaqəsinin olmadığını, heç bir təmənnası olmadan Yeganəyə yardım etmək üçün onu Şahid1la görüşdürdüyünü bildirmişdir. Şahid1 viza ilə bağlı tələb olunan sənədləri kimdə, harada hazırlatdırıb təşkil etdiyini bilmir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid5 bildirmişdir ki, Şahid1 onun anasına Almaniyaya getməsi üçün viza düzəltmişdir. Ona görə də o, X38 da viza düzəldə biləcəyini soruşduqda, Akif müsbət cavab vermişdir. O, təqsirləndirilən şəxsi tanımamış və ona pul verməmişdir. Anası Almaniyaya müalicə olunması üçün getmişdir. Anasına vizanı Akif düzəltmişdir. Akifin anasına vizanı kimin vasitəsiylə düzəltdiyini bilməmişdir. Anasının Akifi haradan tanımasını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 2016-cı ildə ailə üzvləriylə birlikdə yaşayıb işləmək üçün Almaniya dövlətinə getmək qərarına gəlmişdir. Atası İlyas da bunu dəstəkləmişdir. Onun rəsmi iş yeri, bankda hər hansı hesabı olmadığından ona və ailəsinə Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən viza verilməyəcəyini bildiyindən, ona bu yolda kömək edən şəxsi axtarmağa başlamışdır. 2016-cı ilin təxminən iyun ayında atasının Sarif adlı tanışı Şahid1 adlı şəxsin onlara viza alıb Almaniya Federativ Respublikasına apara biləcəyini bildirmişdir. X47rla tanış etməsini xahiş etdikdən sonra 2017-ci ilin iyun ayının ortalarında Mingəçevir şəhərində atası İlyas Əhmədov, o, Sarif və Şahid1 görüşmüşlər. Sarif Akiflə onları tanış etmişdir. Şahid1 ailə üzvləriylə Almaniya FR-na getmək üçün viza təşkili ilə bağlı müraciət etdikdə Şahid1 bu işi bacardığını, bir çox ailələri Almaniyaya yolladığını bildirmişdir. Həmin vaxt söhbət əsnasında o Şahid1 ailə üzvlərinin beş nəfərdən ibarət olduğunu, işləmədiyini, bank hesabında hər hansı məbləğdə pulunun olmadığını, yəni ona səfirliklərdən viza verilməsindən imtina olunacağını dedikdə, Şahid1 səfirlikdə tanışlarının olduğunu və vizaları problemsiz həll edəcəyini, təşkil edəcəyi viza və aviabiletlərlə onu ailə üzvləriylə birlikdə Almaniya Federativ Respublikasına göndərə biləcəyini demişdir. Şahid1la həmin ərəfədə bir neçə dəfə görüşmüşlər. Şahid1 bildirmişdir ki, Almaniya dövlətinin Azərbaycan Respublikasındakı səfirliyindən Almaniyaya yollanmaq üçün viza almaq çətindir, cəmi 12500 manat pulun müqabilində onlar üçün Litva dövlətinin Azərbaycan Respubikasındakı səfirliyindən viza təşkil edə biləcəyini, həmin viza almaq üçün özü zəruri sənədləri hazırlatdıracağını və səfirlikdən viza alacağını, bundan sonra onları Bakı-Budapeşt-Vilnyus aviamarşrutu üzrə aviabiletlər alacağını və Budapeştə qədər onları aparacağını, oradan artıq onları Vilnusa uçmayacaqlarını bildirmiş və Macarıstanda bir neçə gün Akifin təşkil etdiyi yerdə qalıb, oradan artıq Almaniyaya yollanacaqlarını demişdir. Aviabileti Vilnyusa qədər almağının məqsədi o olmuşdur ki, Budapeştdə onların aviabiletlərə baxdıqda elə zənn etsinlər ki, Vilnyusa uçurlar və onları Macarıstana buraxsınlar. Oradan da onları özü şəxsən müşayiət edib miqrant kimi Almaniyaya aparacaqdır. Bunların müqabilində Şahid1 onlardan hər adama görə 2500 manat, ümumilikdə 12500 manat məbləğində pul istəmişdir. Bunun müqabilində ona, həyat yoldaşı X7, övladları 2007-ci il təvəllüdlü X22, 2009-cu il təvəllüdlü X23 və 2015-ci il təvəllüdlü X34 Macarıstan üzərindən Almaniyaya yollanmalrından ötrü bir ay müddətində tanışlarının vasitəsiylə Litva Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən vizaları təşkil edib aviayolla onları Macarıstan Respublikasının paytaxtı Budapeşt şəhərinə yollayacağını və oradan onları Almaniyaya keçirəcəyi ilə bağlı vədlər vermişdir. Şahid1 inanıb razılaşdıqdan təxminən bir həftə sonra, yəni 2017-cı ilin iyul ayının ortalarında Mingəçevir şəhərində yerləşən Mərkəzi Bazarın qarşısında Şahid1 idarə etdiyi “Opel Astra” markalı avtomobildə Şahid1 atası İlyas Əhmədov onun yanında 4000 manat məbləğində pul vermiş və Şahid1 özünün və ailə üzvlərinin ümumvətəndaş pasportlarını, nikah haqqında şəhadətnamələri təqdim etmişdir. Şahid1 bir ay ərzində məsələnin həll olunacağını bildirmişdir. 2017-cı ilin iyul ayının sonralarında Şahid1la Mingəçevir şəhərində görüşmüşlər və atası İlyas Şahid1 daha 4000 manat da pul vermişdir. Həmin pulu aldıqdan sonra bir neçə dəfə Şahid1la əlaqə saxladıqda Şahid1 onlara müxtəlif bəhanələr gətirərək işin ləngidiyini demiş və pulun qalanını istəmişdir. 2017-ci ilin avqust ayının əvvəlində atası İlyas, anası Bibixanım Kərimova və bacısı Ruhiyyə Əhmədova ilə birlikdə Şahid1la görüşüb pul vermək üçün Bakı şəhərinə getmişlər. Atası Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 38 Q ünvanında yerləşən «Murad» şadlıq sarayının qarşısında Şahid1la görüşərək Akifə daha 2500 manat məbləğində də pul vermişdir. Atası həmin vaxt Akifə pul vermə anını bacısı Ruhiyyə videoçəkiliş vasitəsilə qeydə almışdır. Həmin vaxt atasının orada danışığı belə olmuşdur ki, onu Almaniyaya çatdırdıqdan sonra atası Akifə yerdə qalan 2000 manat məbləğində pulu verəcəkdir. Şahid1 həmin görüş zamanı bildirmişdir ki, artıq onlar üçün viza almaqdan ötrü tələb olunan sənədlər hazırlanmışdır. 2017-ci ilin sentyabr ayının sonlarında Şahid1 onu ailəsiylə birlikdə Litva dövlətinin Azərbaycan Respublikasındakı səfirliyinə getmək üçün Bakı şəhərinə dəvət etmişdir. Bakı şəhərində Şahid1la görüşmüşlər və Şahid1 onları Litva dövlətinin Azərbaycan Respublikasındakı səfirliyinə aparmışdır. Avtomobildə Şahid1 ona öz sənədlərini və əlavə olaraq bir neçə sənədi paket şəklində verərək onu təlimatlandıraraq içəri keçməyini bildirmişdir. Onlar içəri keçərək səfirlikdə Şahid1 ona verdiyi sənədləri təqdim etmiş, səfirliyə 35 avro pul ödəmişdir. Şahid1 artıq bu yaxınlarda viza məsələsinin həll olunacağını bildirmişdir. Bundan sonra onlar Mingəçevir şəhərinə qayıtmışlar. 2017-ci ilin oktyabr ayının 20-dən sonra Şahid1 atasına zəng edib artıq vizaların və sənədlərin qaydasına düşdüyünü bildirərək 26 oktyabr 2017-ci il tarixdə Bakıdan Budapeştə aviabiletlərin olduğunu və həmin tarixdə Bakı şəhərində Heydər Əliyev adına Beynəlxalq hava limanında olmalarını demişdir. 26 oktyabr 2017-ci il tarixdə onlar Bakı şəhərində hava limanında Şahid1la görüşmüş və Şahid1 sənədləri onlara təqdim edərək, onlarla birlikdə Macarıstanın paytaxtı Budapeşt şəhərinə aviayolla yola düşmüşlər. Budapeştdə hava limanında aeroport əməkdaşları onların sənədlərinə baxdıqda onların Macarıstana gəlmələrinin səbəbini soruşub, onlardan Macarıstanda qalacaqları otelin sənədlərini tələb etmişlər. Şahid1 ona verdiyi sənədlərin içərisində Litvada hansısa otelin vouçerləri olmuşdur. O, həmin vouçerləri sərhəd xidmətinin əməkdaşlarına təqdim etmişdir. Bundan sonra həmin şəxslər ondan Litvaya getməyiylə bağlı aviabiletləri tələb etmişlər. Belə olan halda o, X2 verdiyi aviabiletləri göstərmişdir. Sərhəd xidməti əməkdaşları onun ailəsiylə birlikdə Almaniya Federativ Respublikasına getmək istədiyini anlayaraq onları heç yerə buraxmamışlar və təxminən üç gün hava limanında qaldıqdan sonra onları geri Azərbaycana qaytarmışlar. Macarıstanda hava limanında problemin yaranan vaxtı Şahid1 orada olmuşdur. O, Şahid1 yaxınlaşıb problem yarandığını bildirmək istədikdə Şahid1 onu tanımadığını və ona yaxınlaşmamağını ondan tələb etmişdir. Bakıya qayıtdıqdan təxminən bir həftə-on gün sonra Şahid1la telefonla əlaqə saxlamış və Şahid1 ona narahat olmamağını, pasportları dəyişməyini, dəyişdikdən sonra onları yenidən Almaniyaya göndərə biləcəyini demişdir. Atası Akifin artıq onların pulunu ələ keçirdiyini və qaytarmaq fikrinin olmadığını anlayıb hüquq mühafizə orqanlarına şikayət etmişdir. X10 xx.xx.2020-ci ildə rəhmətə getmişdir. Şahid1 hazırki vaxtadək atasına məxsus 10500 manat pulu qaytarmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq şahid Eldəniz Əhmədov bildirmişdir ki, səfirlikdə Akifin kiminlə iş görməsini o, bilmir. O, təqsirləndirilən şəxsi tanımamışdır. Onların biletlərini Akif özü almışdır. Onlardan başqa 2 ailə də həmin vaxt onlarla getmişdir. Həmin ailələr keçə bilmişr, lakin onların sənədlərinə baxandan sonra, onları keçməyə icazə verməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, dolana bilmədiyi üçün ailəsiylə birgə Almaniya Federativ Respublikasına köçmək istəyirmiş. Bu səbəbdən 2017-ci ilin əvvəllərində o, özündən başqa daha səkkiz nəfər yaxınıyla bərabər, yəni arvadı Zəminə, övladları Fidan, Aydan və İnal, Gülşən, Gülşənin əri Zahid, onların övladları Mələk, Yusif yaşamaq üçün Almaniya Federativ Respublikasına getmək qərarına gəlmişlər. Buna görə də 2017-ci ilin aprel ayının əvvəllərində yaşadıqları ünvan 7-dəki evini 30000 manata satmış, lakin evi alan adamdan evdə bir neçə ay yaşamaqları üçün icazə almışlar. O, Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən viza ala bilməyəcəklərindən, viza məsələləri ilə məşğul olan şəxs axtarmağa başlamışdır. Onun və digər ailə üzvülərinin adında bankda depozitdə pul olmadığından ona və ailə üzvlərinə səfirliklərdən qanuni yolla viza verməyəcəyini, onlara viza verilməsindən imtina olunacağını bildiyindən, o, Sarif adlı tanışından ona Almaniyaya getməyə köməklik edə biləcəyi hər hansı bir şəxsin olub-olmadığını soruşduqda, Sarif onu Şahid1 yönləndirib həmin şəxsin viza məsələləri ilə məşğul olduğunu bildirmişdir. 2017-ci ilin aprel ayının sonlarına yaxın Sarif onu Mingəçevir şəhəri ərazisində çay evində Şahid1la görüşdürmüşdür. Həmin görüşdə Şahid1 onu və ailə üzvlərinin hər birinə görə 2500 manatdan, cəmi 22500 manat pulun müqabilində səfirlikdə tanışlarının vasitəsiylə onların Almaniyaya yollanmaları üçün Macarıstan dövlətinin Azərbaycan Respublikasındakı səfirliyindən viza təşkil edə biləcəyini, onları əvvəlcə Macarıstana, orada da bir-iki gün oteldə qaldıqdan sonra Budapeşt şəhərindən Almaniyaya apara biləcəyini, vizaları, avıabiletləri, oteldə qalmağı da özü təşkil edəcəyini bildirmişdir. Beləliklə, 2017-ci ilin aprel ayının sonlarında Mingəçevir şəhərində görüş zamanı bir daha Şahid1 ona, həyat yoldaşına, Fidana, Aydana və İnala, Gülşənə, Gülşənin əri Zahidə, onların övladları Mələk, Yusifə hər adama görə 2500 manatdan, ümumilikdə 22500 manat pulun müqabilində Macarıstan üzərindən Almaniyaya yollanmalarından ötrü bir ay müddətində tanışlarının vasitəsiylə Macarıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən vizaları təşkil edib aviayolla onları Macarıstan Respublikasının paytaxtı Budapeşt şəhərinə yollayacağını və orada 1-2 gün qalmaları üçün oteldə nömrələr sifariş edib təşkil edəcəyini, oradan da onları Almaniyaya keçirəcəyi ilə bağlı vədlər vermişdir. O, Akifə inanıb razılaşmış və həmin ilin iyun ayının əvvəllərində Akif özünün idarə etdiyi “Opel Astra” markalı avtomobillə onun Mingəçevir şəhərindəki iş yerinin qarşısına gələrək onu götürmüş və birlikdə onun yaşadığı evə gəlmişlər. O, evində Şahid1 9 nəfər Akifin vəd verdiyi vizaların təşkili ilə əlaqədar 22500 manat məbləğində pulu vermişdir. Həmin pulu o, Akifə arvadı Zəminənin və iki qızının şahidliyi ilə vermişdir. Akif bir ay ərzində vizaların həll olunacağını bildirmişdir. Bundan sonra bir-iki ay ərzində Akif onun bütün ailə üzvlərini Mingəçevirdən iki dəfə Bakı şəhərində yerləşən Macarıstan Respublikasının səfirliyinə gətizdirmişdir. Hər dəfə də Bakı şəhərində «Xətai» metrostansiyasının qarşısına onları gətizdirərək hansısa sənədlərdə səhvliklərin olduğunu bildirib məsələni yaxın vaxtlarda düzəldəcəyini demişdir. Bir dəfə də Bakı şəhərinə səfirlik adı ilə gələn vaxt Akif sənədlərdə yaranan problemə görə 2017-ci ilin iyun ayının sonlarında ondan əlavə olaraq 500 manat da pul tələb etmişdir. O, həmin vaxt Bakı şəhəri, Xətai rayonu, Xətai metrostansiyasının yaxınlığında yerləşən “Dəmirçi Tover” biznes mərkəzinin qarşısında Akifə 500 manat da pul vermişdir. Bir ayın tamamında Akif ikinci dəfə səfirlik adı ilə onları Bakı şəhəri, Xətai rayonu, Xətai metrosunun qarşısında yerləşən “Dəmirçi Tover” biznes mərkəzinin qabağına dəvət etmişdir. Həmin vaxt Akif yenidən sənədlərin ləngidiyini, onların işini Təqsirləndirilən şəxs adlı şəxsin həll etdiyini, bu yaxınlarda məsələnin həll olunacağını bildirmişdir. 2017-ci ilin iyul ayının əvvəllərində Akiflə ikinci dəfə görüşdükdə Akifin yanında həmin Rövşən adlı şəxs yəni, təqsirləndirilən şəxs də olmuşdur. Təqsirləndirilən şəxsla söhbət zamanı onların işinin həlli lə bağlı Akifin Rövşənə 9000 manat məbləğində pul verdiyini demişdir. O, isə Akifə bu işlə bağlı 23000 manat məbləğində pul verdiyini demişdir. Orada hətta Rövşənlə Akifin öz aralarında pulun az verilməsi itə bağlı mübahisələri də düşmüşdür. O, Akifin onların məsələsini həll edə bilmədiyini görüb Akifdən pulunu geri tələb etmişdir. Akif ondan vaxt istəmişdir. Onlar Mingəçevirə qayıtdıqdan üç dörd gün sonra, yəni 2017-ci ilin iyul ayının ortalarına yaxın günlərdə Akif kürəkəni Zahid Nəsibovun mobil telefonuna “whatsapp" tətbiqi vasitəsilə yalnız Zahidin vizasının alınmasına dair şəkil göndərmişdir. Həmin vizada qeyd olunmuşdur ki, guya Zahidə Macarıstan dövlətinin Azərbaycan Respublikasındakı səfirliyindən müəyyən müddətə viza verilmişdir. Akiflə əlaqə saxlayıb həmin şəklin nə olduğunu soruşmuşdur. Akif isə həmin vaxt artıq onun vizasını da həll etdiyini, bir neçə gün ərzində ailə üzvlərinə də vizanı təşkil edəcəyini bildirmişdir. Lakin, o, artıq Akifin onu aldatdığını, həmin göndərdiyi şəkildəki vizanın da saxta olduğunu anlayaraq Akifdən pulunu geri qaytarmağını tələb etmişdir. Akif ona müxtəlif bəhanələr gətirərək pulunu geri qaytarmamışdır. 2017-ci ilin səhv etmirsə noyabr ayında o, Akifdən pulunu və sənədlərini geri almaq məqsədilə Bakı şəhərinə gəlib Akiflə görüşmüşdür. Akif həmin vaxt onun verdiyi 23000 manat puldan ona 1000 manat və ümumvətəndaş pasportları qaytarmışdır. Akif həmin görüşdə ona pulunun hamısını yaxın vaxtlarda qaytaracağına söz versə də, sonradan ondan yayınmağa başlamışdır. O, Akifin artıq onun pulunu ələ keçirdiyini və qaytarmaq fikrinin olmadığını anlayıb hüquq mühafizə orqanlarına şikayət etmişdir. Akif hazırki vaxtadək onun 22000 manat pulunu qaytarmamışdır. Akif ona vizaları Təqsirləndirilən şəxs adlı tanışının vasitəsilə həll edəcəyini demiş və Rövşənlə də Bakı şəhərində görüşmüşdür. Həmin görüşdə Rövşən həqiqətən də Akifin ona 9000 manat pul verdiyini demişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid6 bildirmişdir ki, o, pulların hamısını Şahid1 iki dəfəyə vermişdir. Akifə pul verilən ərəfədə o, Təqsirləndirilən şəxs görməmişdir. O, Rövşəni 2 dəfə səfirliyin qarşısında da görmüş, demişdir ki, sənədlərdə bir az problem var. Sonra Akif ona vizanın şəklini göndərmiş, demişdir ki, bu vizanı Rövşən düzəltmişdir. Akif demişdir ki, banka pul qoymaq lazımdır. O da Respublika Banka 5000 manat depozitə pul qoymuşdur. İş yerindən arayış almışdır. Həmin vaxt 120 manat əmək haqqı alırmış. İş yerindən arayışı ona Orxan Abbssov vermişdir. İş yerində icraçı direktor isə Rəhilə Tağıyevadır. O, mənzillə bağlı çıxarış verməmişdir. Şahid1 bütün sənədləri özü həll edəcəyinə söz vermişdir. Şahid1 Rövşən adlı şəxsin Turizm şirkətinin müdiri olduğunu demişdir. Hətta bir dairəvi yolun kənarında 2 mərtəbə kimi bir yerdə ona bir yer göstərmiş və demişdir ki, Rövşənin ofisidir. Lakin, həmin yer bağlı imiş. Hal hazıra qədər ona dəymiş maddi ziyan 23.000 manat ödənilməmişdir. Akif ona Rövşənin verdiyi 9000 manat pulu qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində Şahid7 ifadəsində göstərmişdir ki, iş üzrə Şahid6 həyat yoldaşıdır. Onlar ailəsiylə birlikdə, yəni həyat yoldaşı, o, övladları Fidan, Aydan və İnal, Gülşən, Gülşənin əri və onların övladları Mələk, Yusif 9 nəfər yaşamaq üçün Almaniya FR-na getmək qərarına gəlmişlər. Həyat yoldaşı həmin ölkəyə getmək üçün hansı səndələrin lazım olduğunu bilmədiyindən bu işlərlə bağlı sənədlərin düzəldilməsinə kömək edə biləcək bir nəfər Akif adlı şəxslə tanış olmuşdur. Akif adlı şəxs onların ailəsiylə birlikdə Almaniya FR-na getmək üçün lazım olan sənədlərin hazırlanmasına kömək edə biləcəyinə söz vermişdir. 2017-ci ilin iyun ayında Akif adlı şəxs Mingəçevir şəhərinə yaşadıqları mənzilə gələrək onların Almaniya FR-na getməyinə kömək etmək məqsədi ilə həyat yoldaşından 22500 manat pul almışdır. Həmin vaxt Akif bildirmişdir ki, 15 gün müddətinə bütün sənədlər hazır olacaq. Lakin bundan sonra dəfələrlə Akiflə əlaqə saxlanılsa da, Akif hər dəfə söz versə də heç bir iş həll olunmurmuş. Akif viza alınması üçün onları Bakı şəhərinə dəvət etmişdir. Lakin orada onlara bank əməliyyatında hansısa problem olduğunu bildirmişlər. Bundan sonra iş düzəlmədiyindən əri Akif adlı şəxsdən pulu geri tələb edərkən Akif bildirmişdir ki, pulun bi hissəsini Nərminə adlı qadına, bir hissəsini isə Rövşən adlı şəxsə vermişdir. Onlar Bakı şəhərinə gələrkən Xətai metrostansiyasının yaxınlığında yerləşən “Dəmirçi Tover” biznes mərkəzinin qarşısında Akiflə görüşərkən Təqsirləndirilən şəxs da orada olmuşdur. Həmin vaxt onlara orada hansısa sənədlərə imza etdirmişlər. Bakı şəhərində Rövşənlə görüşərkən Rövşən ərinə onların sənədlərinin düzəlməsi üçün Akifin ona 9000 manat pul verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 və Şahid9 eyni məzmunlu ifadə verərək şahid X8 dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımır. O, 2016-cı ilin sonları, 2017-ci ilin əvvəllərində həyat yoldaşı Lalə Həziyeva və 2 övladıyla birlikdə Almaniyaya köçərək orada yaşamaq qərarına gəlmişdir. Həmin vaxt onun rəsmi iş yeri, bankda hər hansı hesabı olmadığından ona Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən viza verilməyəcəyini bildiyindən ona bu yolda kömək edən şəxs axtarmağa başlamışdır. 2017ci ilin aprel ayında hazırda xatırlamadığı tanışlarından bir nəfər ona Şahid1 adlı şəxsin telefon nömrəsini vermiş və Şahid1 onların Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən viza alıb ailəsiylə birlikdə Almaniya FR-na apara biləcəyini demiş və bildirmişdir ki, həmin şəxs bir neçə nəfərə bu işdə kömək etmişdir. Bundan sonra, o, Şahid1la telefon əlaqəsi saxlamış və Almaniyaya getmək məsələsi ilə əlaqədar ona bildirmiş, məsələ ilə bağlı görüşmək istədiyini demişdir. Akiflə 2017-ci ilin aprel ayında Bakı şəhəri, «Xətai» metrostansiyasının qarşısında görüşmüşlər. Görüş zamanı Şahid1 onun özünə, arvadına, övladları 2011-ci il təvəllüdlü X72, 2015-ci il təvəllüdlü X48 viza alınmasında və Almaniya Federativ Respublikasının Köln şəhərinə apararaq orada oturum hüququ ilə təmin etməsində köməklik göstərə biləcəyini demişdir. O, Şahid1 hər hansı rəsmi iş yerinin və bank hesabında hər hansı məbləğdə pulunun olmadığını bildirmişdir. Şahid1 ona demişdir ki, Almaniya dövlətinin Azərbaycandakı səfirliyindən Almaniyaya yollanmaq üçün viza almaq çətindir, onlar üçün Litva dövlətinin səfirliyindən viza ala bilər, həmin vizanı almaq üçün özü də onlara zəruri sənədləri hazırlatdıracaq və səfirlikdən viza alacaq, bundan sonra onlara Bakı-Budapeşt-Vilnyus aviamarşrutu üzrə aviabiletlər alacaq və Budapeştə qədər onları aparacaq. Oradan artıq onlar Vilnyusa uçmayacaq, Macarıstanda bir neçə gün qalıb oradan artıq Almaniyaya yollanacaqlar. Macarıstanda bir neçə gün qalmaqlarını da özü təşkil edəcəyini bildirmişdir. Bildirmişdir ki, aviabileti Vilnyusa qədər almaq lazımdır ki, Budapeştdə onların aviabiletlərinə baxanda elə bilsinlər ki, Vilnyusa uçurlar və onları Macarıstana buraxsınlar. Oradan da Akif özü onları şəxsən müşayiət edib miqrant kimi Almaniyaya aparacağını bildirmişdir. Şahid1 bütün bunların müqabilində 4 nəfərə cəmi 10000 manat pul lazım olduğunu demişdir. Akif ona iş yerindən arayışı, bank hesabından çıxarışı özü təşkil edəcəyini və ümumiyyətlə onun səfirliklərdə tanışlarının olduğunu bildirərək bir ay ərzində ona və ailə üzvlərinə Litva dövlətinin Azərbaycan Respublikasındakı səfirliyindən viza təşkil edib özü ilə onları aparıb Almaniyada yerləşdirməyinə söz vermişdir. O, Şahid1 inanıb razılaşmışdır. Şahid1 hətta onun qardaşının Litvada yaşadığını bilib ona demişdir ki, təşkil edər Almaniyadan Litvaya gedib qardaşına da dəyər. Bundan sonra Şahid1la həmin ilin, yəni 2017-ci ilin may ayının sonlarına yaxın Bakı şəhəri, Nizami rayonunda yerləşən “Xalq Bank"-ın «Neftçilər» filialının yanında Şahid1la görüşmüş və Şahid1 danışdıqları kimi özünün, həyat yoldaşının və övladlarının xarici pasportlarını və ilkin olaraq 8000 manat məbləğində pul vermiş və yerdə qalan 2000 manat məbləğində pulu Akifə 10-15 gün ərzində verəcəyini bildirmişdir. Şahid1 vizaların bir ay ərzində hazır olacağını bildirmişdir. Təxminən 10 gün sonra Şahid1 yenidən Bakı şəhəri, «Neftçilər» metrosunun yaxınlığında “Xalq Bank"-ın yaxınlığında qalan 2000 manat məbləğində pulu da vermişdir. Şahid1 ondan 2000 manat pulu aldıqdan sonra yenə də 10000 manat pulun müqabilində ona və ailəsinə Almaniyaya «şengen» vizasına daxil olan Litva dövlətinin Azərbaycan Respublikasındakı səfirliyindən saxta sənədlər əsasında viza təşkil edəcəyini, həmin viza əsasında Bakıdan Macarıstana, oradan da Almaniyaya aviabiletləri təşkil edəcəyini vəd vermişdir. Akif əvvəllər də bir neçə ailəni Almaniyaya rahat şəkildə yola saldığını və onların işində də hər hansı problemin olmayacığını bildirmişdir. Bundan sonra Şahid1 nəhayət 2017-ci ilin avqust ayında onlara sənəd paketi vermiş, 2017-ci ilin sentyabr ayının sonlarında o, ailə üzvləriylə birlikdə Şahid1la Litva səfirliyinin qarşısında görüşmüşlər. Orada onlardan başqa da bir neçə ailə var imiş. Şahid1 onlara ümumvətəndaş pasportlarını və əlavə olaraq bir neçə sənəd vermiş, onları təlimatlandırıb səfirliyə yönəltmişdir. Şahid1 yanında başqa bir kişi də var imiş, həmin şəxs onları səfirliyə salmış və onlarla bərabər səfirliyə girib onları təlimatlandırmışdır. Akifin onlara verdiyi sənədləri onlar səfirliyə təqdim etmişlər. Bundan sonra Şahid1 onlara vizaların bir ay ərzində hazır olacağını və oktyabr ayında gedə biləcəklərini bildirmişdir. Nəhayət 2017-ci ilin oktyabr ayında Şahid1 onunla əlaqə saxlamış və artıq vizalarının hazır olduğunu, vizaların onda olduğunu bildirərək 26 oktyabr gecə saatlarında onların aviayolla Macarıstana yola düşəcəyini bildirmişdir. 26 oktyabr 2017-ci il tarixdə o, ailəsiylə birlikdə Heydər Əliyev adına hava limanına getmişlər. Hava limanında Şahid1 onların vizalarını və digər sənədlərini onlara vermişdir. Ümumvətəndaş pasportlarına vurulmuş vizaları nəzərdən keçirdikdə görmüşdür ki, onlar üçün Litva səfirliyindən 11 oktyabr 2017-ci il tarixdə viza verilmiş, vizaların hüquqi qüvvəsi 18 oktyabr 2017-ci il tarixdən 17 noyabr 2017-ci il tarixinə qədər olmuşdur. Orada onlardan başqa Akifin Almaniyaya aparacağı daha bir ailə də var imiş. Akif bildirmişdir ki, Almaniyaya birbaşa təyyarə yoxdur və onlar öncə Macarıstana gedəcəklər. Onlar Bakı Hava limanından Macarıstan təyyarəsinə minərək yola düşmüşlər. Həmin aviabiletləri onlar üçün Akif almışdır. Şahid1 özü də onlarla bərabər Macarıstana yola düşmüşdür. Şahid1 da onlarla Macarıstan Respublikasında təyyarədən düşmüş və onlara bildirmişdir ki, onlar yenidən qeydiyyatdan keçəcəklər. Qeydiyyatdan keçdikləri zaman növbədə onun arxasında dayanmalarını bildirmişdir. Lakin növbədə durduqları zaman Şahid1 növbədən kənar keçmiş və onlar digər ailə ilə birlikdə növbədə qalmışlar. Qeydiyyat növbələri çatan zaman onların aviabiletlərinə baxıb demişlər ki, onlar qaçqın kimi Almaniyaya getmək istəyirlər və buna görə də onları heç yerə buraxmayacaqlar, onlar geriyə Azərbaycana qayıtmalıdır. Şahid1 onları Macarıstanda qoyaraq özü Almaniyaya getmişdir. Onları Akifin başqa müştərisi olan Şahid2gillə birlikdə Macarıstandan nəqliyyat vasitəsilə Serbiya ilə sərhəddə aparıb Serbiyaya keçməyə məcbur etmişlər. Serbiyada iki gun qaldıqdan sonra üçüncü gün Şahid1 tanımadığı şəxslə onların yanına gəlmiş və onları yenidən Almaniya Federativ Respublikasına keçirəcəyini bildirmişdir. Bunun müqabilində Akif ondan əlavə olaraq 1100 avro pul istəmişdir. Onda pul olmadığından 2017-ci ilin oktyabr ayında Serbiyada qızıl zinət əşyalarını lombarda sataraq milli məzənnə ilə 2200 manat təşkil edən 1100 avro pulu Şahid1 vermişdir. Akif həmin pulun müqabilində onun ailəsini Serbiyadan yenidən Macarıstana keçirməli, orada da mikroavtobusun gözlədiyni bildirmiş və həmin nəqliyyat vasitəsilə Almaniyaya getməli imişlər. Buna o 1100 avro, milli məzənnə ilə 2200 manat məbləğində pulu vermişdir. Lakin, onları Macarıstanla sərhəddə yenidən saxlamışlar və bu dəfə heç Macarıstana buraxmamışlar. Bundan sonra onlar yenidən Serbiyada qalmışlar. Yeganəgilin ailəsi də Akifə müəyyən məbləğdə pul vermiş, onları da sərhəddən geri qaytarmışlar. Serbiyada bir neçə gün qaldıqdan sonra Bakıda yaşayan qardaşı Zaur İmanzadəyə Bakıya gəlmələri üçün aviabilet almasını xahiş etmiş və noyabr ayınının əvvəlində Serbiyadan Türkiyəyə təyyarə bileti almışdır. Türkiyədən isə avtobusla Bakıya gəlmişlər. Bakıda Şahid1la bir neçə dəfə telefonla əlaqə yaradıb Akiflə görüşmək istədiyini bildirsə də, Şahid1 onunla görüşməmişdir. Şahid1 onu aldatdığını bilərək Akifdən şikayət etmişdir. Beləliklə Şahid1 vədinə əməl etməmiş, onu aldadıb cəmi 10000 manat pulunu ələ keçirmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid3 bildirmişdir ki, təqisrləndirilən şəxsi tanımamışdır. Səfirliyin qarşısında sənədləri ona Şahid1 versə də, Akif səfirliyin içərisinə girməmiş, Akifin tanışı onları səfirliyin içərisinə aparmış, o, həmin şəxsi tanımır. Ümumilikdə Akifə 12.000 manat vermişdir. O, heç vaxt xaricə getməmişdir. Ona demişlər ki, Akif xaricə gedənlərin sənədlərinə kömək edir. Onlardan başqa da ailə var imiş. Tək olanlar keçmişlər, ailə olanları buraxmamışlar. Həmin vaxt 1 uşağının 6 yaşı,digərinin 2-3 yaşı var imiş. O, Şahid1 nə iş yerindən arayış, nə bank hesabında pulunun olması və s. heç bir sənəd verməmişdir. Akif demişdir ki, bütün sənədləri özü düzəldəcək. O, Akifə heç bir sənəd verməmişdir. Şahid1 ona vizaları hansı tanışlarının vasitəsilə təşkil edəcəyini deməmiş, heç bir ad çəkməmişdir. Akif ondan aldığı puldan kimə verəcəyini deməmişdir. Akifdən Rövşən adı eşitməmiş və ona deməmişdir ki, Rövşənə pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, qızım Elvira Qarayeva və iki nəvəsiylə birlikdə yaşamaq üçün xarici dövlətlərin birinə getmək qərarına gəldikdə bu barədə maraqlanarkən 2017-ci ilin fevral ayının əvvəllərində yaşadığı qəsəbənin həyətində qadınlar arasında söhbət edərkən ona bildirmişlər ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan Sevda adlı qadının hansısa tanışı viza sənədləri hazırlatdırmaqla şəxsləri xarici ölkələrə apara bilir. Bundan sonra o, Sevda adlı qadının xatırlamadığı telefon nömrəsini tapıb Sevdayla əlaqə saxlamış və Sevda ilə Sevdanın yaşadığı Lökbatan qəsəbəsindəki evinə getmişdir. Həmin söhbət əsnasında Sevda onu Şahid1 yönləndirib bildirmişdir ki, bu işlə Şahid1 adlı şəxs məşğul olur, onun anasına da viza təşkil etmiş, Şahid1la onu görüşdürə bilər. Həmin görüşdən təxminən 10- 15 gün sonra Sevdanın təşəbbüsü ilə Sevdanın evində Şahid1la görüşmüşdür. 2017-ci ilin fevral ayında Şahid1 qızı və iki nəvəsiylə bərabər 3-4 ay sonra, yəni 2017-ci ilin yay aylarında yaşamaq üçün Avropaya getmək istədiyini bildirdikdə, Şahid1 bildirmişdir ki, 10000 manat pulun müqabilində ona, qızına və iki nəvəsinə viza sənədləri hazırlatdırıb viza təşkil edərək Almaniya Federativ Respublikasının Köln şəhərinə yola salıb orada miqrant düşərgəsində yerləşdirə və yaşamaq hüququnu almalarına kömək edə bilər və Almaniya dövlətinin Azərbaycan Respublikasındakı səfirliyindən Almaniyaya yollanmaq üçün viza almaq çətin oduğu üçün Litva dövlətinin Azərbaycan Respublikasındakı səfirliyindən viza ala bilər. Həmin viza almaq üçün özü zəruri sənədləri hazırlatdıracaq və səfirlikdən viza alacaq. Bundan sonra onlara Bakı-Budapeşt-Vilnyus aviamarşrutu üzrə aviabiletlər alacaq və Budapeştə qədər də onları özü aparacaq. Onlara Macarıstanda bir neçə gün qalıb oradan Almaniyaya yollanacaqlarıı demişdir. Bildirmişdir ki, aviabileti Vilnyusa qədər almaq lazımdır ki, Budapeştdə onların aviabiletlərinə baxdıqda elə bilsinlər ki, Vilnyusa uçurlar və onları Macarıstana buraxsınlar. Oradanda onları özü şəxsən müşayiət edib miqrant kimi Almaniyaya aparacaqdır. Şahid1 bütün bunların müqabilində 4 nəfərə 10000 manat pul lazım olduğunu demişdir. Həmin məbləğin çox olduğunu, həmçinin azyaşlı nəvələrinə görə bir az pulun aşağı salınmasını xahiş etsə də, Şahid1 bunun heç bir yaş həddinə görə fərqin olmayacağını və pulu hissə-hissə də ödəyə biləcəyini bildirmişdir. O, razılaşmış və 2017-ci ilin yay aylarında əmək məzuniyyətinə çıxacağına görə həmin ərəfədə də qızı və nəvələrini aparıb Almaniyada yerləşdirdikdən sonra Azərbaycan Respublikasına qayıdacağını fikirləşmişdir. 2017-ci ilin mart ayının sonlarında Şahid1 ona zəng edib vizaların təşkili ilə bağlı 10000 manat pulu verməyini istəmişdir. Bir müddət sonra satışa qoyduğu obyektini 10000 manat pula satmış və 02 may 2017-ci il tarixdə Sevdanın yaşadığı ünvanında Sevdanın iştirakı ilə Akifə ilkin olaraq 5000 manat pul, özünün, qızının və iki nəvəsinin şəxsiyyət vəsiqələrini, uşaqların doğum haqqında şəhadətnamələrini, xarici pasportlarını və digər sənədləri vermişdir. Şahid1 viza almaq üçün iş yerindən arayış, bank hesabından çıxarışın da lazım olduğunu bildirdikdə Şahid1 qalan çatışmayan sənədləri özünün həll edəcəyinə söz vermişdir. Şahid1 həmin 5000 manatı aldıqda ona öz şəxsiyyət vəsiqəsinin surətinin altında 5000 manat pul aldığını etiraf edən yazılı qəbz də yazıb imzalayaraq ona vermişdir. Bundan təxminən on gün sonra obyektini alan şəxs ona 3000 manat pul da vermişdir. 2017-ci ilin may ayının sonlarında Şahid1la göürüşüb vizaların təşkili ilə bağlı Şahid1 daha 3000 manat pul vermişdir. Onun Şahid1 2000 manat borcu qalmışdır. 2017-ci il iyun ayına qədər Şahid1 sənədlərin hazırlanmasını yubatdığından o, bu barədə Akifdən soruşduqda Şahid1 viza sənədlərinin çətinləşdiyini, yay ayları olduğuna görə çoxsaylı adamların xaricə üz tutduğunu demişdir. Şahid1 isə ona narahat olmamağı, yaxın müddət ərzində işləri həll edəcəyinə söz vermişdir. 05 avqust 2017-ci ildə Şahid1 onun yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində olan mənzilinə gələrək qalan 2000 manat pulu qızı Elviranın iştirakı ilə ondan almışdır. Bundan sonra da iş uzandığından Şahid1 vizaları Təqsirləndirilən şəxs hazırladığını bildirib ona Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsini vermişdir. Rövşən onları səfirliyə aparmaq adı ilə «Xətai» metrosunun yanında görüşə çağırıb bir az gözlətdirdikdən sonra gəlmiş və bildirmişdir ki, səfirliyə getmələri bir az sonraya qalır, vizaları yaxın vaxtlarda təşkil edəcəkdir. Bundan sonra Şahid1 hazırlatdırdığı sənəd paketlərini onlara vermişdir. 2017-ci ilin sentyabr ayının 15dən sonrakı günlərdə, yəni 2017-ci ilin sentyabr ayının sonlarında Şahid1 ona zəng edərək onu qızı və nəvələriylə birlikdə Litva Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin qarşısına çağırmışdır. Onlar həmin səfirliyin qarşısına getmişlər. Orada Akiflə görüşmüşlər və Akiflə birlikdə səfirliyə daxil olub, sənədləri həmin səfirliyin tanımadığı əməkdaşına təqdim etmişlər. Orada onların barmaq izlərini götürmüşlər. Təxminən 10 gün keçdikdən sonra Şahid1 ona zəng edərək viza sənədlərinin hazır olduğunu, həmin sənədləri götürdüyünü bildirmişdir. Bundan sonra Şahid1 onunla evinin yaxınlığında görüşüb viza sənədlərini ona təqdim etmiş və yaxın günlərdə Almaniya Federativ Respublikasına gedəcəklərini bildirmişdir. 2017-ci ilin oktyabr ayının sonlarına yaxın günlərdə gecə saatlarında qızı və iki nəvəsi X54 Hava Limanına gəlib orada Akiflə görüşmüşlər. Akif aldığı aviabiletləri onlara vermiş və onlar Bakı-Budapeşt aviamarşrutu ilə təyyarə reysi ilə Macarıstan dövlətinin Budapeşt şəhərinə uçmuşlar. Şahid1 onlara Budapeştə düşdükdən sonra Almaniyaya təyyarə ilə uçacaqlarını demişdir. Onlar təyyarə reysi ilə Budapeştdə düşmüşlər. Həmin vaxt aeroportda onlarda Almaniyaya olan aviabiletlər aşkar olunduğundan onları geri qaytarmağı təklif etsələr də, onlar razılaşmadıqları üçün silahlı əsgərlərin müşayiəti ilə onları avtomaşınla sərhədə aparıb Serbiya dövlətinə yola salmışlar. Serbiyada qaldıqları 4-5 gün müddətində Şahid1la görüşmüşlər və üzərində olan qızıllardan satıb Şahid1 milli məzənnə ilə 2000 manat da pul vermişdir ki, onları Macarıstan dövlətinə keçirə bilsin. Şahid1 tanımadığı serblərlə onları əlaqələndirmiş və həmin serblər onları Serbiyanın Subotnik şəhərindən götürüb avtomaşınla Macarıstan ilə sərhəddə gətirmişlər və Macarıstan istiqamətini göstərib həmin səmtdə sərhədi keçməyi və əks tərəfdə onları qarşılayacaqlarını demişlər, lakin göstərilən yerdən sərhədi keçməyə cəhd edəndə macar sərhədçiləri onları saxlayıb yenidən geri qaytarmışlar. Bundan sonra onlar əlavə 3000 manat da xərcləyərək onlayn qaydada aviabilet alıb 03 noyabr 2017-ci il tarixdə Türkiyəyə, 05 noyabr 2017-ci il tarixdə Gürcüstana və oradan da Azərbaycana qayıtmışlar. Bundan sonra Şahid1 istifadəsində olan mobil telefon nömrələrinə dəfələrlə zəng etsə də, verdiyi pulu Akifdən geri ala bilməmişdir. Şahid1 onu aldatmasını, ondan yayınmasını görüb Şahid1 şikayət etmişdir. O, viza sənədləri üçün iş yerindən arayış, bank hesabından çıxarış və sığorta üçün lazım olan sənədləri Şahid1 təqdim etməmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, Akif ona demişdir ki, Rövşənə pul vermişdir. X108 Zalovla tanış etmiş və bildirmişdir ki, Rövşənlə viza üçün getməlidirlər. Ona sənədləri Akif gətirib vermişdir. O, pulu Şahid1 vermiş, Rövşənə pul verməmişdir. 2017-ci ilin sentyabr ayında Şahid1la o, qızı və nəvələriylə birlikdə Litva Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə gedəndə Rövşən olmamışdır. Təqsirləndirilən şəxs ona hər hansı bir sənəd verməmişdir. O, sentyabr ayının 15-də Rövşəni görməmişdir. Litvaya bilet alınmış, lakin onlar oraya getməli deyilmiş. Səfirlikdən vizaları Akif götürmüşdür. O, Akifə etibarnamə verməmişdir. 10.000 manatı viza və biletlər üçün Akifə vermiş, viza üçün lazım olan sənədləri də Aikf özü düzəltmiş, kimin vasitəsilə düzəltməsini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2004-cü ildən Almaniya Federativ Respublikasından avtomobillər gətirərək Azərbaycanda avtomobillərin satışı ilə məşğul olmuşdur. Almaniya FR-nın Azərbaycan Respublikasındakı səfirliyindən nəqliyyat vasitəsi gətirilməyi üçün ona viza verilmişdir. Artıq 2004-cü ildən Almaniya FR-na mütəmadi olaraq gedib-gəldiyindən ətrafında olan tanışlar viza almalarından ötrü ondan kömək istəməyə başlamışlar. 2013-cü ildən o, vizaların təşkili ilə bağlı ona müraciət edən şəxslərə yardım da etməyə başlamışdır. Lakin həmin şəxsləri hazırda xatırlamır. 2016-cı ilin oktyabr-noyabr aylarında Avropa ölkələrinə getmək istəyən şəxslər ona dayanmadan müraciət etdiyindən qərara gəlmişdir ki, müəyyən məbləğdə pulun qarşılığında həmin şəxslərə viza təşkil etsin. Ona viza ilə bağlı müraciət edən şəxslər artıq səfirliklərdən sənədləri, sosial vəziyyətləri ilə bağlı viza imtinası almış şəxslər olmuşlar. O, həmin şəxslərin saxta sənədlər əsasında Avropa dövlətlərinə yollanmaları üçün viza almalarından ötrü Avropa dövlətlərinin Azərbaycan Respublikasındakı səfirliklərinə hazırlatdırdığı saxta sənədlərlə müraciətlərini təmin etdirib onların viza almalarına nail olmalı imiş. Bu işi qurmaq üçün ona saxta sənədləri hazırlayan şəxslər lazım olmuşdur. O, vizaların təşkilini bir neçə istiqamətdə həyata keçirmiş, onlardan biri Nərminə Dadaşova, digəri isə Təqsirləndirilən şəxs olmuşdur. O, Nərminə Dadaşova ilə 2016-cı ilin sonlarından tanış olmuşdur. Nərminə müştərilərə xaricdə istirahətdən əlavə vizaların təşkili işləri ilə də məşğul olmuşdur. Nərminə görüşlərin birində ona bildirmişdir ki, bir adama görə 1300 manat müqabilində həmin şəxsin Avropa dövlətlərindən birinə yollanmasından ötrü Avropa dövlətlərinin Azərbaycan Respublikasındakı səfirliklərindən saxta sənədlərlə viza almasına nail ola bilər. Nərminə ona demişdir ki, razı olacağı təqdirdə müştəridən pulu və pasportları alıb birlikdə ona verər. Həmin müştəri üçün saxta sənədləri hazırlayıb ona və yaxud müştərinin özünə çatdıracaq, həmin müştəri də saxta sənədlər əsasında səfirliklərdən viza ala biləcək. Nərminə həmin səfirliklərdə tanışları olduğunu demişdir. Lakin, ona saxta sənədləri harada və kimin düzəldəcəyini heç vaxtı deməmişdir. Lakin sonradan bilmişdir ki, Nərminə saxta sənədləri Əziz Səfərəliyevə sifariş verib təşkil etmişdir. Viza imtinası almış şəxslərin sənədlərində problemləri olmuş, yəni onların Avropa dövlətlərinə yollanması üçün Azərbaycanda yüksək maaşlı işləri, həmçinin adlarına bank hesabı və əmlak olmamışdır. Bu kateqoriyalı şəxslərə onlar saxta sənədlər hazırlayıb təqdim etmişlər ki, həmin şəxslər həmin sənədlər əsasında viza ala bilsinlər. Saxta sənədlər bank hesabından çıxarışlardan, iş yerindən arayışlardan, əmlakla bağlı çıxarışlardan, digər sənədlərdən ibarət olmuşdur. O, şəxsən saxta sənəd hazırlamamış, həmin saxta sənədləri Nərminə Dadaşova hazırlatdırmışdır. Razılaşmaya əsasən onun işi müştəri tapıb ondan pul və pasportlarını alıb Nərminəyə təqdim etmək olmuşdur. O, Nərminə Dadaşovaya hər adama görə əvvəlcə 1100-1300 manat pul vermişdir. Müştəridən isə o, bir az çox pul almış, yəni 100-200 manat, elə olurmuşki, bir az artıq pul alırmış. Həmin aldığı puldan o, Nərminənin əvvəlcədən dediyi məbləği çıxıb öz pulunu özünə qazanc kimi götürüb yerdə qalan 1100-1300 manat civarında pulu Nərminəyə müştərinin sənədləri ilə birlikdə verirmiş. Bu qaydada Nərminə Dadaşova ilə iş birliyinə başlamışlar. Təqsirləndirilən şəxs onunla Elmar adlı şəxs tanış etmiş, demişdir ki, viza işlərinin düzəlməsində Rövşən kömək edə bilər. Elmarın telefon nömrəsi ***-***-**- ** olmuşdur. Səhf etmirsə familyası Ağacanov olmuşdur. Elmar demişdir ki, bu işləri Rövşən görəcək. Sonra bilmişdir ki, işləri görən Elmar olmuşdur. Rövşən viza işi ilə məşbul olmamışdır. Elmar özü aradan çıxmaq üçün Rövşəni demişdir. Təqsirləndirilən şəxsla iş birliyinə başlayandan sonra razılaşmaya əsasən Avropaya, əsasən Almaniyaya yollanmaq istəyən, lakin səfirliklərdən tələb olunan sənədləri düz olmadığından viza ala bilməyən, səfirliklərdən viza verilməsi imtina olunmuş müştərilər tapmışdır. Həmin müştərilərlə özü danışaraq onların getmək istədikləri ölkələrin adlarını, sayını öyrənib həmin müştərilərin sənədlərini gətiririb Nərminə Dadaşovaya və ya Təqsirləndirilən şəxs göstərmişdir. Həmin müştərilərin viza almaq üçün tələb olunan zəruri sənədləri, yəni yüksək maaşlı işləri, bank hesabları, əmlakları olmadığından onlara viza verilməmişdir. Nərminə Dadaşova ilə Təqsirləndirilən şəxs ondan müştərilərin sayını, pasport məlumatlarını götürdükdən sonra hər bir adama görə ona qiymət deyib bildirmişlər ki, həmin pulu verəcəyi təqdirdə onlar həmin müştərilərə viza almaqdan ötrü zəruri sənədlər, yəni saxta iş yerindən arayış, bank hesabından çıxarış kimi sənədlər hazırldatdırıb sənəd paketini müştəriyə çatdırmaq üçün ya ona, ya da ki, müştəriyə verəcəklər. O da Nərminə və ya Rövşənin bildirdiyi hər adama görə qiymətin üstünə öz qazancını qoyub müştəriyə deyirmiş. Bundan əlavə Almaniyaya gedib-gələn şəxs kimi bilirmiş ki, «şengen» vizası almaq üçün viza alınan ölkəyə gediş və qayıdış aviabiletləri olmalıdır. Ona görə müştəriyə həmin aviabiletlərin qiymətlərini də demiş, eyni zamanda aviabiletləri də özü təşkil etməli imiş, müştəri istədiyi ölkəyə çatdıqda artıq həmin ölkədə qalmış, yəni müştəridə qayıdış aviabileti olsa da, geri Azərbaycana qayıtmamışdır. Həmin qayıdış aviabiletləri viza aldıqda və getdiyi ölkədə pasport kontrolu keçəndə göstərmək üçün lazım imiş. Guya müştəri müəyyən müddətdə, yəni vizanın qüvvədə olduğu tarixdə həmin ölkədə qalandan sonra geri qayıdacaqdır. Həmçinin tez-tez Almaniyaya gedib gəldiyindən müştəriyə vəd vermişdir ki, verdiyi pulun qarşılığında o, onları istədikləri şəhərə, yəni Almaniyaya istədikləri şəhərə çatdıracaq, sadəcə onun dediyi qaydalara əməl etməlidirlər. Viza imtinası almış müştərilərə bildirmişdir ki, onlar üçün vizaları Almaniya səfirliyindən almaq çətindir, onlara rahat viza verən səfirliklərdən viza alacaq və bundan sonra ya həmin viza verən ölkəyə ya da ki, Macarıstana aparacaq. Əsas Macarıstan dövlətinin ərazisinə daxil olmaqdır, həmin ölkəyə daxil olduqdan sonra quru və ya aviayolla onları Almaniyaya keçirəcək. Macarıstana girmək üçün «şengen» ölkəsinin vizaları olmalıdır və Almaniyaya deyil, viza verən ölkəyə aviabiletlər olmalıdır, yəni guya müştəri Macarıstan üzərindən həmin viza verən ölkəyə gedir. Müştərilərə bu qaydaları izah etmiş, müştəri ilə razılaşdıqda müştəridən pul alıb dediyi qaydada fəaliyyətə başlamışdır. Gördüyü işin qanunsuz olduğunu bilmişdir. Vizaların təşkili ilə bağlı ona müraciət edən Şahid2 onunla tanış edən qadının adını xatırlamır. 2017-ci ilin fevral ayında Şahid2 onunla telefon əlaqəsi yaradaraq ailə üzvləri ilə bərabər yayda ailəvi Almaniyaya yollanmaq istədiyini, vizanın təşkili ilə bağlı ona kömək etməyini bildirmişdir. 2017-ci ilin fevral ayında Yeganə ilə Lökbatan qəsəbəsində evdə görüşmüş və ondan Şahid2 özünun, qızı Elvira Qarayevanın, iki nəvəsinin sənədlərini götürmüş və aparıb Təqsirləndirilən şəxs göstərmişdir. Təqsirləndirilən şəxs həmin şəxslərə Almaniyaya yollanmaları üçün Litva səfirliyindən viza alınması üçün sənədləri təşkil etməkdən ötrü ondan hər adama görə 1300 manatdan olmaqla cəmi 5200 manat pul istəmişdir. Bundan sonra, 5200 manat pulun üstünə Şahid2 və yaxınları üçün alacağı aviabiletlərin pulunu və öz qazancını da qoyub həmin ərəfədə, yəni 2017-ci ilin fevral ayında Yeganə ilə Lökbatandakı evlərində görüşüb bildirmişdir ki, Almaniya dövlətinin Azərbaycandakı səfirliyindən viza almaq çətindir, ona, qızı və iki nəvəsinə miqrant qismində Almaniyaya yollanmalarından ötrü Litva dövlətinin Azərbaycan Respublikasındakı səfirliyindən viza təşkil edəcək, Bakı-Budapeşt- Vilnyus aviamarşrutu üzrə gediş-qayıdış aviabiletləri alacaq, hətta Almaniyanın istədikləri Köln şəhərinə qədər aparıb çatdıracaq, bunun üçün hissə-hissə ödəmək şərti ilə cəmi 10000 manat pulu qabaqcadan verməlidir. Həmçinin, Yeganəyə izah etmişdir ki, qeyd olunan vizanı aldıqdan sonra həmin aviabiletlərlə onları Macarıstanın paytaxtı Budapeşt şəhərinə qədər aparacaq. Həmin şəhərdə pasport kontrolu keçəndə onlar Litvaya qədər olan gediş-qayıdış aviabiletlərini Budapeştdə pasport kontrolda işləyən əməkdaşlara göstərərlər, pasport kontrolu keçəndən sonra onlar artıq Litvaya yollanmayacaqlar, Macarıstanda bir neçə gün qısa müddətə qalandan sonra onları şəxsən Almaniyaya keçirib istədikləri ünvana çatdıracaq. Şahid2 onunla razılaşıb bildirmişdir ki, Almaniyaya yayda yollanmaq istəyirlər, pulu düzəldəndə ona zəng edəcəkdir. Bir müddət sonra Şahid2 zəng edib vizaların təşkili ilə bağlı pulu vermək istədiyni bildirmişdir. 2017-ci ilin may ayının əvvəllərində Şahid2 tanışının yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki evdə vizaların təşkili ilə bağlı ona 5000 manat məbləğində pul və sənədləri vermişdir. Yeganəyə bildirmişdir ki, onlar üçün viza alınmasından ötrü zəruri sənədləri, yəni bank arayışı və iş yerindən arayışı təşkil etdirəcək. Həmin gün pul aldığı zaman Yeganənin xahişi ilə öz şəxsiyyət vəsiqəsinin surətini və 5000 manat pulu almağını təsdiq edən mətn yazıb imza edərək Şahid2 təqdim etmişdir. Təxminən 10-15 gün sonra yəni, 2017-ci ilin may ayının sonlarına yaxın günlərdə Şahid2 ilə görüşmüş və Yeganə ona vizalara görə 3000 manat pul vermişdir. Beləliklə, Şahid2 vizaların təşkili ilə bağlı iki dəfəyə 8000 manat pul almışdır. Yeganənin ona 2000 manat verəcəyi qalmışdır. Həmin 8000 manat puldan 5200 manat ayırıb və Yeganəgilin həqiqi sənədlərini Təqsirləndirilən şəxs Heydər Əliyev sarayının yaxınlığında yerləşən ofisində Rövşənin özünə vermiş və Təqsirləndirilən şəxs bildirmişdir ki, vizalar üçün sənədləri yay aylarına hazırlasın, lakin Təqsirləndirilən şəxs vizaların sənədlərinin verilməsini uzatmışdır. Ondan sonra 2017-ci ilin avqust ayının əvvəllərində Şahid2 qalan 2000 manat pulu da vermişdir. Beləliklə, o, Şahid2 üç dəfəyə cəmi 10000 manat pul almışdır. Həmin puldan 5200 manatı o, Təqsirləndirilən şəxs vermişdir. O, dörd nəfər üçün cəmi 2000 manata Bakı-Budapeşt- Vilnyus, həmçinin Bakı-Budapeşt-Nurenberg gediş-qayıdış aviabiletləri almalı imiş. Şahid2gil Macarıstana qədər Bakı-Budapeşt-Nurenberg gediş-qayıdış aviabiletlərini üzə çıxartmalı deyillər. Bakı-Budapeşt-Vilnyus gediş-qayıdış aviabiletləri ilə səfirlikdən viza alıb Macarıstana qədər getməli, Macarıstanda pasport kontrolu keçəndən sonra həmin gizlətməli olduqları Bakı-Budapeşt-Nurenberg gediş-qayıdış aviabiletlərini üzə çıxardıb Budapeştdən Almaniyaya uçmalı imişlər. Ona görə iki marşrut üzrə aviabiletlər alınmalı imiş. Qalan 2800 manat pul qazancı imiş. Sonradan ona bəlli olmuşdur ki, Təqsirləndirilən şəxs Yeganə ilə görüşüb ona vizaları yaxında hazır edəcəyini də bildirmişdir. 2017-ci ilin avqust ayının əvvəllərində Təqsirləndirilən şəxs ona bildirmişdir ki, artıq vizalar üçün sənədləri hazırlayıb və aviabiletlər alınmalıdır. Rövşənlə danışdıqdan sonra 2017-ci ilin avqust ayının əvvəllərində Rövşənin göndərdiyi, adını xatırlamadığı cavan oğlanla Bakı şəhərində yerləşən «İzmir» parkının qarşısında görüşüb ondan Yeganə və qızı ilə nəvələrinə viza alınmasından ötrü sənəd paketlərini götürmüşdür. Həmin sənəd paketlərində Yeganə və qızına aid iş yeri, bank hesabından çıxarışlar kimi saxta sənədlər olmuşdur. Həmin sənədləri Təqsirləndirilən şəxs haradan, necə və kim tərəfindən hazırlatdırdığını bilmir. Ona bu barədə Təqsirləndirilən şəxs heç bir söz deməmişdir. O, Təqsirləndirilən şəxs vizalarının təşkili ilə bağlı hazırlatdırdığı sənədləri Yeganəyə vermişdir. Şahid3 epizodu ilə bağlı bildirir ki, 2017-ci ilin aprel ayında vizaların təşkili ilə bağlı Şahid3 ona müraciət edən xatırlamadığı tanışlarından onun telefon nömrəsini götürüb ona zəng edərək vizaların təşkili ilə bağlı onunla görüşmək istədiyini bildirmişdir. O, Şahid3la görüşərkən Azər bildirmişdir ki, özü, ailə üzvləri ilə birlikdə Almaniyaya getmək istəyir, lakin iş yeri və bank hesabı, yəni viza almaqdan ötrü zəruri sənədləri olmadığından viza ala bilmir. Təqsirləndirilən şəxs nəzərdə tutub ona və ailə üzvlərinə viza alınmasında köməklik göstərilməsinə söz vermişdir. Şahid3 özünün və ailə üzvlərinin pasportlarını götürüb Təqsirləndirilən şəxsla görüşüb həmin sənədləri Təqsirləndirilən şəxs göstərmişdir. Təqsirləndirilən şəxs sənədləri nəzərdən keçirib hər adama 1300 manatdan, cəmi 5200 manat pulun müqabilində Şahid3 və ailə üzvlərinə Almaniyaya yollanmalarından ötrü Litva səfirliyindən viza təşkil edə biləcəyini bildirmişdir. Həmin epizodla bağlı o, Şahid3 10.000 manat almışdır. Həmin puldan da Təqsirləndirilən şəxs 5200 manat vermişdir. 2017-ci ilin avqust ayının əvvəllərində Rövşən ona bildirmişdir ki, Şahid3 vizalar üçün sənədləri hazırlayıb biletlər alınmalıdır. Rövşənlə danışdıqdan sonra elə 2017-ci ilin avqust ayının əvvəllərində onun göndərdiyi, adını xatırlamadığı cavan oğlanla Bakı şəhərində yerləşən İzmir parkının qarşısında görüşüb ondan Azərin və arvadı ilə övladlarına viza alınmasından ötrü zəruri olan sənəd paketlərini götürmüşdür. Həmin sənəd paketlərində Azərə və arvadına aid iş yeri, bank hesabından çıxarışlar kimi saxta sənədlər olmuşdur. Həmin saxta sənədləri Rövşənin haradan, necə və kim tərəfindən hazırlatdırdığını bilmir. Ona bu barədə Rövşən heç bir söz deməmişdir. Həmin sənəd paketini Azərgilə vermişdir. Bundan başqa, Şahid6 də onunla 2017-ci ilin aprel ayında Sarif Mingəçevir şəhərində tanış edib görüşdürmüşdür. Həmin görüş zamanı Şahid6 ona bildirmişdir ki, özü, arvadı, övladları, qızı, qızının əri və nəvələri cəmi 9 nəfər yaşamaq üçün Almaniyaya yollanmaq istəyirlər. Lakin viza almaq üçün yüksək maaşlı işləri və bankda pulları olmadıqlarından onlara viza verilmir. O, Nəbiyə köməklik göstərə biləcəyini bildirib həmin 9 nəfərin pasport məlumatlarını götürüb Bakı şəhərində Təqsirləndirilən şəxs göstərmişdir. Təqsirləndirilən şəxs hər adama görə 1300 manatdan, ümumilikdə 11700 manat pulun müqabilində Nəbi və yaxınları üçün Almaniyaya getmələri üçün Macarıstan və ya Latviya dövlətlərinin Azərbaycan Respublikasındakı səfirliklərindən viza almaları üçün sənədlər təşkil edə biləcəyini bildirmişdir. Həmin pulun müqabilində Nəbigil üçün Bakı-Budapeşt-Riqa, Bakı-Budapeşt-Nurenberg gediş-qayıdış aviabiletləri almalı imiş. 2017-ci ilin aprel ayının sonlarında o, Nəbi ilə Mingəçevir şəhəri ərazisində görüşüb Nəbiyə bildirmişdir ki, Almaniyaya yollanmaları üçün viza almaq çətindir, Almaniya səfirliyi viza vermir, onlar üçün təşkil etdiyi sənədlərlə Macarıstan dövlətinin Azərbaycandakı səfirliyindən 22500 manat müqabilində 1 ay müddətə viza alacaq və onları Macarıstan üzərindən Almaniyaya qədər müşayiət edib Almaniyaya çatdıracaq. Macarıstanda da 1-2 gün qalanda onlara qalmağa yer də təşkil edəcək. 6300 manat qazancı olmalı imiş. Nəbigilə əvvəlcə o, Təqsirləndirilən şəxs barədə heç bir söz deməmişdir. 2017-ci ilin iyun ayının əvvəllərində Nəbi ona zəng edib pulun hazır olduğunu bildirmişdir. O, 2017-ci ilin iyun ayının əvvəllərində Mingəçevirə gedib Nəbi ilə görüşüb Nəbinin evinə getmişlər. Nəbi evində ona 22500 manat pul, sənədlərini vermişdir. O, həmin gün Bakıya qayıdıb Təqsirləndirilən şəxsla görüşərək Nəbidən aldığı 22500 manat puldan 9000 manat pulu və Nəbigilin sənədlərini verib 2700 manatı sənədləri hazırlayandan sonra verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs razılaşıb bir ay ərzində viza alınması üçün tələb olunan sənədləri, yəni iş yerindən arayış və bank hesabından çıxarış kimi sənədləri tərtib edib müştəriyə təqdim etmək üçün ona verəcəyini bildirmişdir. 2017-ci ilin iyun ayının sonlarında Təqsirləndirilən şəxs ona zəng edib Nəbigilin viza sənədlərinin hazır olduğunu, onlar üçün vizaları Latviya səfirliyindən təşkil edəcəyini bildirmişdir. Həmin şəxslərin Latviya səfirliyinin “Dəmirçi Plaza”-da yerləşən nümayəndəliyinə gəlmələrini bildirmişdir. Nəbigil gəlib rüsum ödəyib əl-barmaq iziəri verməli imiş. O, zəng edib bunları Nəbiyə dedikdən sonra Nəbi özündən başqa səkkiz nəfər qohumu ilə birlikdə Bakıya gəlmiş və onlarla “Dəmirçi Plaza"-nın qarşısında görüşmüşlər. Hətta həmin gün, yəni 2017-ci ilin iyun ayının sonlarında Nəbidən səfirliyə qanuni rüsumlarını ödəmək üçün 500 manat məbləğində pul da almışdır. Lakin Təqsirləndirilən şəxs həmin günü bildirmişdir ki, səfirlikdəki tanış adamı deyir ki, hələlik viza alınmır, bir neçə gün sonra təkrar xəbər edəndə yaxınlaşarlar. Nəbigil həmin günü bilmişlər ki, onlar üçün viza almaqdan ötrü sənədləri Təqsirləndirilən şəxs düzəldir. Nəbigil Mingəçevirə geri qayıtmışlar. 500 manat məbləğində pul da onda qalmışdır. Rövşən vaxtı uzatdığına görə 2017-ci ilin iyul ayında Nəbi ona zəng edib Rövşənlə görüşmək istədiyini bildirərək Bakı şəhərinə gəlmişdir. O, Bakı şəhərində yerləşən 6-cı mikrorayon dairəsindəki çay evində Təqsirləndirilən şəxsla Nəbini görüşdürmüşdür. Təqsirləndirilən şəxs həmin vaxtı Nəbiyə bildirmişdir ki, narahat olmasınlar sənədlərini qısa müddətə hazır edəcək və viza ala biləcəklər. Həmin vaxtı o, Nəbiyə demişdir ki, Rövşənə 9000 manat pul vermiş, sənədlər hazır olandan sonra Rövşənə əlavə 2700 manatı da verəcək. Nəbi artıq işin uzandığını görüb verdiyi pulu geri tələb etməyə başlamışdır. O da Rövşənə demişdir ki, işi görmürsə pulu qaytarmalıdırlar. Rövşən Nəbiyə söz vermişdir ki, qısa müddətə ya vizaları həll edəcək, ya da ki, pulu geri qaytaracaq. Həmin görüşdən bir neçə gün sonra, yəni 2017-ci ilin iyul ayının sonu, avqust ayının əvvəllərində Rövşən ona votsapla yalnız Nəbinin vizasının fotoşəklini göndərib vizaların hazır olduğunu, gətirib pulun qalanını ona verməyini və vizaları götrüməyini demişdir. Həmin fotoşəklə baxdıqda görmüşdür ki, Nəbinin pasportunun üzərinə şengen vizası vurulmuşdur. Həmin pasporta viza Latviya, ya da ki, Macarıstan səfirliyindən vurulmuşdur. Lakin Nəbigil heç bir səfirlikdə olmamışlar, həmin vizaların Rövşənin necə təşkil etdiyini bilməmişdir. Rövşənin ona göndərdiyi vizanın fotoşəklini “vhatsapp" vasitəsilə Nəbinin istifadəsində olan telefon nömrəsinə göndərmişdir. Lakin sonradan Rövşən heç bir viza təşkil etməmişdir. Nəbidə vizanın saxta olduğunu anlayıb verdiyi pulları geri tələb etməyə başlamışdır. O, Nəbidən ona və yaxınlarına viza təşkil edib onları Almaniyaya çatdırmaq vədi ilə əvvəlcə 22500 manat, daha sonra rüsum adı ilə 500 manat pul almışdır. Həmin puldan 9000 manat Təqsirləndirilən şəxs vermiş, yerdə qalan 13500 manatı başqa şəxsi işlərinə, borclarına vermişdir. Sonradan Nəbi onun barəsində şikayət etmişdir. Nəbidən aldığı cəmi 23000 manat puldan Nəbiyə 1100 manat pul qaytarmışdır. Şahid4 epizodu üzrə bildirir ki, Şahid4 da onunla Sarif tanış etmişdir. 2017-ci ilin iyun ayında Mingəçevir şəhər sakini Sarifin tanış etdiyi Elşadın atası İlyas ona zəng edərək bildirmişdir ki, oğlu Şahid4 ailəsi ilə birlikdə Almaniyaya getmək istəyir. Elşadgilə viza təşkilində köməklik göstərməyini demişdir. 2017-ci ilin iyun ayında Elşadın atası İlyasla Mingəçevir şəhərində görüşmüş və Elşadgilin pasportlarını götürüb Bakı şəhərinə gələrək Təqsirləndirilən şəxsla görüşüb sənədləri ona göstərmişdir. Təqsirləndirilən şəxs razılıq verib bildirmişdir ki, Elşada və ailə üzvlərinə cəmi 5 nəfərə vizaları 6500 manata təşkil edəcək, lakin aviabiletləri vətəndaşların özləri almalıdırlar. Bundan sonra 2017-ci ilin iyun ayında o, Elşadın atası İlyasla Mingəçevir şəhərində görüşmüş və İlyasa cəmi 12500 manat pulun müqabilində oğlu Şahid4 və ailəsinə bir ay ərzində Litva səfirliyindən viza alıb Almaniyaya göndərilmələrinə söz vermişdir. Bakı-Budapeşt-Vilnyus aviamarşrutu üzrə gediş-qayıdış aviabiletləri alacağını da bildirmişdir. Litva dövlətinin Azərbaycan Respublikasındakı səfirliyindən viza alandan sonra onları aldığı həmin aviabiletlərlə Macarıstanın paytaxtı Budapeştə qədər aparacaq, Budapeştdə pasport kontrolu keçdikdə onlar Litvaya qədər olan gediş-qayıdış aviabiletlərini Budapeştdə pasport kontrolda işləyən əməkdaşlara göstərərməli imiş, pasport kontrolu keçdikdən sonra onlar artıq Litvaya yollanmayacaqlar, Macarıstanda bir neçə gün qısa müddətə qalandan sonra onları şəxsən Almaniyaya keçirib istədikləri ünvana çatdıracaqmış. İlyas onunla razılaşdıqdan təxminən bir ay keçdikdən sonra, yəni 2017-ci ilin iyul ayının ortalarında Mingəçevir şəhərində görüşərək ona 4000 manat bir, həmin ilin iyul ayının sonlarında həmin yerdə, yenə ona 4000 manat da bir pul vermişdir. Həmin pulları aldıqda İlyasın oğlu Elşad da atasınnı yanında olmuşdur. X24 iki dəfəyə 8000 manat pul vermişdir. Həmin pulları aldıqdan sonra o, 2017-ci ilin iyul ayının sonlarında Bakı şəhərində olan Heydər Əliyev sarayının yaxınlığında yerləşən turizm şirkətində Təqsirləndirilən şəxsla görüşərək həmin puldan 6500 manat vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onaə bildirmişdir ki, yaxşı dostları, qohumları var, sənədləri təşkil edəcəkdir. Həmin puldan ona qazanc kimi 1500 manat pul qalmış, qalan veriləsi 4500 manat puldan o, həm təxminən 2500 manata aviabiletlər almalı, yol xərcini çıxanda qalanını özünə qazanc kimi götürməli imiş. 2017-ci ilin avqust ayının əvvəllərində Təqsirləndirilən şəxs ona bildirmişdir ki, artıq vizalar üçün sənədləri hazırlayıb aviabiletlər alınmalıdır. Təqsirləndirilən şəxsla danışdıqdan sonra elə 2017-ci ilin avqust ayının əvvəllərində onun göndərdiyi, adını və sifətini hazırda xatırlamadığı cavan oğlanla Bakı şəhərində yerləşən İzmir parkının qarşısında görüşüb ondan İlyasın oğlu Elşadgilin, yəni Elşad və arvadına aid viza alınmasından ötrü sənəd paketlərini götürmüşdür. Həmin sənəd paketlərində Elşad və arvadına aid iş yeri, bank hesabından çıxarışlar kimi xarici dildə olan sənədlər var imiş. Həmin sənədləri Rövşənin haradan, necə və kim tərəfindən hazırlatdırdığı barədə hər hansı məlumatı olmamışdır. O, həmin sənədləri götürüb İlyasgillə görüşüb Rövşənin ona göndərdiyi sənəd paketlərini pasportları ilə bərabər təqdim edib bildirmişdir ki, özləri bilər, ya özləri getsin, ya da ki qalan pulu versinlər o onları Almaniyaya aparıb çıxartsın. İlyas ona inanıb həmin vaxtı, yəni 2017-ci ilin avqust ayının əvvəllərində Babək prospektində yerləşən «Muğan» şadlıq evinin qarşısında ona daha 2500 manat da pul vermişdir. Elşadgil Almaniyaya çatdıqdan sonra Bakıda ona əlavə olaraq Elşadın atası İlyas 2000 manat da pul verəcəkdir. Ona görə qərara gəlmişdir ki, özünə qalan 1500 manatın üstünə ona sonradan verdiyi 2500 manat da pul qoyub aviabiletlər alsın, 2000 manat sonra ona çatdıqda özünə qazanc kimi götürər. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, sentyabr ayında sənədləri Litva dövlətinin Azərbaycan Respublikasındakı səfirliyinə versinlər. 2017-ci ilin sentyabr ayının sonlarında Rövşənin sözünə əsasən Elşadgil və Rövşənlə iş gördüyü digər müştərilər Azərgil və Yeganəgili İzmir parkının yanına çağırmışdır. Oraya hazırda telefon nömrəsini xatırlamadığı Rövşənin tanışı zəng edib gəlmiş və həmin adamların hamısını Litva dövlətinin Azərbaycan Respublikasındakı səfirliyinə aparmışdır. Onlar səfirliyə sənədləri təqdim edib əl-barmaq izi verməklə və rüsum ödəməklə müəyyən prosedurlardan keçdikdən sonra çıxıb getmişlər. Həmin vaxt Elşadgillə bərabər Azərgil və Yeganəgilə, eləcə də özünə cəmi 14 nəfərə Bakı-Budapeşt-Vilnyus və Bakı-Budapeşt-Nurenberg gediş və qayıdış aviabiletləri almışdır. Onlara bildirmişdir ki, Macarıstandan Almaniyaya yollanacaqlar, Litvaya olan aviabilet isə səfirliyə və Macarıstan gömrüyünə təqdim etmək üçündür. Rövşənin hazırlatdırdığı həmin sənədlər əsasında Elşadgilə 2017-ci ilin oktyabr ayında Litva səfirliyindən viza verilmişdir. Onların viza sənədlərini ona Rövşənin tanışı vermişdir. Sənədlər ona verildikdən sonra o, zəng edib Elşadgili 26 oktyabr 2017-ci il tarixdə Heydər Əliyev adına hava limanına çağırmış, hava limanında onlarla görüşərək aviayolla Budapeştə yollanmışlar. Bakıda olarkən o, Elşadgilə bildirmmişdir ki, Almaniyaya olan aviabiletləri gizlədib heç kimə göstərməsinlər, Budapeştdə pasport kontrol məntəqəsini keçdikdən sonra üzə çıxardarlar. Lakin, Macarıstana çatdıqda, o, pasport kontrolunu özünün həqiqi Almaniya vizası ilə keçdikdən sonra görmüşdür ki, Elşadgili pasport kontrol əməkdaşları saxlamışlar. Ondan şübhələnib baqajına baxış keçirildikdə baqajdan Litva aviabiletləri ilə yanaşı onlara hələ Bakıda gizlətməli olduqlarını xəbərdar etdiyi Almaniya aviabiletləri də aşkar olunmuşdur. Budapeşt hava limanının əməkdaşları anlamışlar ki, Elşadgilin Litva vizaları olmasına baxmayaraq niyyətləri Almaniyaya yollanmaq olmuşdur. Elşadgillə bərabər Azər və Yeganəgildə də eyni problemlər çıxmış, yəni Almaniya aviabiletləri aşkar edilmişdir. Həmin səbəbdən onların hamısı pasport kontroldan Macarıstana buraxılmamışlar. Elşadgili hava limanında inzibati qaydada saxlayıb geri Azərbaycana qaytarmışlar. Yeganə və Azərgili isə Serbiya ərazisində yerləşən qaçqın düşərgəsinə yollamışlar. O, isə Almaniyaya yollanmışdır. Təxminən üç gün sonra Yeganə və Azərgilin arxasınca Serbiyaya getsə də, onları Almaniyaya keçirə bilməmişdir. Onlarda geri Azərbaycana qayıtmışlar. O, Azərbaycana qayıtdıqdan sonra Elşadgil ilə görüşmüş, Elşadın atası və anası ondan vedikləri pulu geri tələb etməyə başlamışlar. O, Elşadgilə izah etmişdir ki, onun dediyi qaydada davransa imişlər onlar Almaniyaya gedib çıxa bilərmişlər. Aralarında narazılıq olandan sonra o, Elşadgilə bildirmişdir ki, pullar tək ona çatmamış, əlinə yaxşı pul düşən kimi imkan tapıb pullarını qaytaracaq. O, Elşadgildən onları Almaniyaya aparıb çatdırmaq üçün viza və aviabiletlərin təşkili ilə bağlı cəmi 10500 manat pul almışdır. Şahid4 və ailə üzvlərinin adlarına bank hesabı, iş yerləri olmadığı halda onlar üçün saxta sənədləri qanunsuz olaraq Təqsirləndirilən şəxs hazırlamışdır. Həmin sənədlər səfirliyə təqdim olunmuşdur. İlyas Əhmədovdan aldığı 10500 manatdan 6500 manatı Təqsirləndirilən şəxs vermiş, təxminən 3700 manat cəmi aviabiletlərə vermiş, ona 300 manat qazanc qalmışdır. Elşadgili Almaniyaya çatdıracağı halda Elşadın atası İlyas ona əlavə olaraq 2000 manat da pul verəcəkmiş. Şahid4 atası İlyas Əhmədovdan üç dəfəyə cəmi 10500 manat məbləğində pul almışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, Yeganə, Elşad və Azərə və ailə üzvlərinə düzəlmiş sənədlərlə Almaniyaya getmələri mümkün imiş, lakin, o, onlara Almaniyaya olan aviabiletləri gizlədib heç kimə göstərməmələrini tapşırsa da, onlar buna əməl etmədiklərindən onlardan şübhələnib onu saxlamışlar. Onlar pasport kontroldan Macarıstana getməli imişlər. Oradan isə onların Almaniyaya getmələri problem deyilmiş. Pulun hamısını vətəndaşlardan o, almışdır. Elmar adlı şəxs ona demişdir ki, Təqsirləndirilən şəxs bu işi görə bilən adamdır. Sonra məlum olmuşdur ki, Rövşən heç bir iş görən deyil. O, Təqsirləndirilən şəxs valideynlərinin yanına gedib pulu onlardan istəyəndə, ona demişlər ki, pulu kimə veribsə ondan gedib istəyər. Şahid6 aldığı 9000 manatı Rövşən qaytarmadığı üçün o, Rövşəndən şikayət etmişdir. Qalan pulu məndədir. Rövşən Nəbinin ailəsi ilə də görüşmüşdür. Rövşənin atası ona 17000 manat pul vermiş, lakin Nəbi ondan şikayət etdiyi üçün pulu verməmişdir. Bəzi hallarda sənədləri hazırlamağı Təqsirləndirilən şəxs üzərinə götürmüş, yalnız Şahid6 ailə üzvlərinə sənədləri hazırlaya bilməmişdir. Qalan 3 epizodla bağlı sənədləri Təqsirləndirilən şəxs kiminsə vasitəsiylə düzəltmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 1-3-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, Qasım Məmmədovun 15 fevral 2022-ci il tarixli cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs cinayət əməlləri üzrə Azərbaycan Respublikası CM-nin 178.3.1, 29, 178.3.1, 320.1, 320.2, 32.4, 312.2, 318- 1.2.1, 318-1.2.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. Cinayət işinin 1-ci cild 41-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış zərərçəkmiş şəxs Şahid6 Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Qaynar xəttinə daxil olmuş müraciətinin məzmunundan görünür ki, sonuncu Şahid1 onu Almaniyada işləməyi təklif etdiyini, işini yola gətirmək üçün etibarından istifadə edərək 23.000 manat pul mənimsədiyini bildirmişdir. Cinayət işinin 2-ci cild 37-41-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 iyul 2021-ci il tarixli şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında protokolun surətindən və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Şahid6 iştirakı ilə keçirilmiş fotoşəkillə tanışetmə zamanı sonuncu ona təqdim edilmiş fotoşəkillərin arasından nömrə 2 ilə işarələnmiş şəkildə olan Təqsirləndirilən şəxs fotoşəklini tanıyaraq bildirmişdir ki, həmin şəxs Şahid1la bərabər gördüyü şəxsdir, Şahid1 bildirmişdir ki, viza hazırlanması ilə bağlı ondan aldığı pulun 9000 manat hissəni həmin şəxsə, yəni fotoşəklini tanıdığı şəxsə - Təqsirləndirilən şəxs vermişdir. Cinayət işinin 2-ci cild 102-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış sərhədkeçmə məlumatından çıxarışdan görünür ki, Şahid6 Azərbaycan Respublikası sərhədindən sonuncu dəfə 2018-ci ildə Gürcüstan ərazisinə keçib qayıtmışdır. Cinayət işinin 2-ci cild 105-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış sərhədkeçmə məlumatından çıxarışdan görünür ki, Şahid7 Azərbaycan Respublikası sərhədindən sonuncu dəfə 2018-ci ildə Gürcüstan ərazisinə keçib qayıtmışdır. Cinayət işinin 2-ci cild 110-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış sərhədkeçmə məlumatından çıxarışdan görünür ki, Şahid9 Azərbaycan Respublikası sərhədindən sonuncu dəfə 2018-ci ildə Gürcüstan ərazisinə keçib qayıtmışdır. Cinayət işinin 2-ci cild 113-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış sərhədkeçmə məlumatından çıxarışdan görünür ki, Şahid8 Azərbaycan Respublikası sərhədindən sonuncu dəfə 2018-ci ildə Gürcüstan ərazisinə keçib qayıtmışdır. Cinayət işinin 1-ci cild 57-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Şahid3 17 mart 2018-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq Şahid1 2017-ci ilin may ayında Almaniya Federativ Respublikasına apararaq orada oturmaq icazəsi təşkil edəcəyinə görə ondan 15.000 manat pul alıb dələduzluq edərək pulun ələ keçirməsini bildirmişdir. Cinayət işinin 2-ci cild 7-16-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış sənədlərin kserosurətindən görünür ki, Şahid3 istintaq zamanı verdiyi ifadəsinə Şahid3la bərabər Azərbaycan Respublikasının hüdudlarını tərk edərək aviayalolla Macarıstan dövlətinə yollanmış ailə üzvlərinin, yəni X41, 2011-ci il təvəllüdlü X42, 2015-ci il təvəllüdlü X32 şəxsiyyətlərini təsdiq edən sənədlərin surətlərini təqdim etmiş, həmin sənədlərin kserosurətlərindən görünür ki, Şahid3, Lalə İmanovanın, Aylin İmanlının, Dilbər İmanlının ümumvətəndaş pasportlarına həkk olunmuş- xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək hüquqi qüvvəsi olduğu göstərilən və sonradan üzərinə «megsemmisitve annuled» ştampı həkk olunmuş Litva dövlətinin Azərbaycan Respublikasındakı səfirliyinin vizaları vardır. Cinayət işinin 2-ci cild 130-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış sərhədkeçmə məlumatından çıxarışdan görünür ki, Şahid3 Azərbaycan Respublikası sərhədindən xx.xx.2017-ci ildə (Şahid1 ilə eyni zamanda və qaydada) Macarıstan ərazisinə keçmiş, xx.xx.2017-ci ildə Gürcüstan istiqamətində ölkəyə qayıtmışdır. Cinayət işinin 2-ci cild 134-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış sərhədkeçmə məlumatından çıxarışdan görünür ki, X71 Azərbaycan Respublikası sərhədindən xx.xx.2017-ci ildə Macarıstan ərazisinə keçmiş, xx.xx.2017-ci ildə Gürcüstan istiqamətində ölkəyə qayıtmışdır. Cinayət işinin 2-ci cild 137-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış sərhədkeçmə məlumatından çıxarışdan görünür ki, X72 Azərbaycan Respublikası sərhədindən xx.xx.2017-ci ildə Macarıstan ərazisinə keçmiş, xx.xx.2017-ci ildə Gürcüstan istiqamətində ölkəyə qayıtmışdır. Cinayət işinin 2-ci cild 140-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış sərhədkeçmə məlumatından çıxarışdan görünür ki, X64 Azərbaycan Respublikası sərhədindən xx.xx.2017-ci ildə Macarıstan ərazisinə keçmiş, xx.xx.2017-ci ildə Gürcüstan istiqamətində ölkəyə qayıtmışdır. Cinayət işinin 1-ci cild 58-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Şahid2 17 mart 2018-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq Şahid1 2017-ci ilin may ayında onu Almaniya Federativ Respublikasına apararaq orada oturmaq hüququ təşkil edəcəyinə görə ondan 15.000 manat pul alıb dələduzluq edərək pulun ələ keçirməsini bildirmişdir. Cinayət işinin 1-ci cild 160-163-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış sənədlərdən görünür ki, Şahid2 istintaq zamanı verdiyi ifadəsinə Şahid2 ilə bərabər Azərbaycan Respublikasının hüdudlarını tərk edərək aviayolla Macarıstan dövlətinə yollanmış yaxınlarının, yəni X11, 2005-ci il təvəllüdlü X15 və 2011-ci il təvəllüdlü X12 şəxsiyyətlərini təsdiq edən sənədlərin surətlərini əlavə etmişdir; Cinayət işinin 1-ci cild 160-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış sənədin surətindən görünür ki, Şahid1 məxsus şəxsiyyət vəsiqəsinin kserosurətinin üzərində əl yazısı ilə «Mən Şahid1 Şahid2 5000 manat aldım və onu qaytarmağıma 15 iyul 2017-ci il tarixdə söz verirəm Öz imzamla təsdiq edirəm İmza Şahid1S imza 2.05.2017» məzmunlu mətn yazılmışdır. Cinayət işinin 1-ci cild 161-164-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış sənədlərin kserosurətindən görünür ki, Şahid2, Elvira Qarayevanın, Murad Hüseynlinin, Hüseyn Hüseynlinin ümumvətəndaş pasportlarına həkk olunmuş xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək hüquqi qüvvəsi olduğu göstərilən və sonradan üzərinə «megsemmisitve annuled» ştampı həkk olunmuş Litva dövlətinin Azərbaycan Respublikasındakı səfirliyinin vizaları vardır. Cinayət işinin 2-ci cild 116-119-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış sərhədkeçmə məlumatından çıxarışdan görünür ki, Şahid2 Azərbaycan Respublikası sərhədindənsonuncu dəfə xx.xx.2017-ci ildə gecə saatlarında (Şahid1 ilə eyni zamanda və qaydada) Macarıstan ərazisinə keçmiş, xx.xx.2017-ci ildə isə Gürcüstan istiqamətində ölkəyə qayıtmışdır. Cinayət işinin 2-ci cild 122-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış sərhədkeçmə məlumatından çıxarışdan görünür ki, X35 Azərbaycan Respublikası sərhədindən sonuncu dəfə xx.xx.2017-ci ildə Macarıstan ərazisinə keçmiş, xx.xx.2017-ci ildə Gürcüstan istiqamətində ölkəyə qayıtmışdır. Cinayət işinin 2-ci cild 125-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış sərhədkeçmə məlumatından çıxarışdan görünür ki, X40 Azərbaycan Respublikası sərhədindən xx.xx.2017-ci ildə Macarıstan ərazisinə keçmiş, xx.xx.2017-ci ildə Gürcüstan istiqamətində ölkəyə qayıtmışdır. Cinayət işinin 2-ci cild 128-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış sərhədkeçmə məlumatından çıxarışdan görünür ki, X30 Azərbaycan Respublikası sərhədindən xx.xx.2017-ci ildə Macarıstan ərazisinə keçmiş, xx.xx.2017-ci ildə Gürcüstan istiqamətində ölkəyə qayıtmışdır. Cinayət işinin 1-ci cild 127-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış X19 şikayət ərizəsindən görünür ki, Şahid1 oğlu Şahid4 Almaniyaya göndərərək uyğun işlə təmin etdirə biləcəyi adı ilə 12.000 manat pulunu ələ keçirdiyini bildirmişdir. Cinayət işinin 2-ci cild 143-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış sərhədkeçmə məlumatından çıxarışdan görünür ki, Şahid4 Azərbaycan Respublikası sərhədindən xx.xx.2017-ci ildə Macarıstan ərazisinə keçmiş, xx.xx.2017-ci ildə isə Macarıstan istiqamətində ölkəyə qayıtmışdır. Cinayət işinin 2-ci cild 146-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış sərhədkeçmə məlumatından çıxarışdan görünür ki, X13 Azərbaycan Respublikası sərhədindən xx.xx.2017-ci ildə Macarıstan ərazisinə keçmiş, xx.xx.2017-ci ildə də Macarıstan istiqamətində ölkəyə qayıtmışdır. Cinayət işinin 2-ci cild 149-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış sərhədkeçmə məlumatından çıxarışdan görünür ki, X45 Azərbaycan Respublikası sərhədindən xx.xx.2017-ci ildə Macarıstan ərazisinə keçmiş, xx.xx.2017-ci ildə də Macarıstan istiqamətində ölkəyə qayıtmışdır. Cinayət işinin 2-ci cild 152-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış sərhədkeçmə məlumatından çıxarışdan görünür ki, X46 Azərbaycan Respublikası sərhədindən xx.xx.2017-ci ildə Macarıstan ərazisinə keçmiş, xx.xx.2017-ci ildə də Macarıstan istiqamətində ölkəyə qayıtmışdır. Cinayət işinin 2-ci cild 155-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış sərhədkeçmə məlumatından çıxarışdan görünür ki, X57 Azərbaycan Respublikası sərhədindən xx.xx.2017-ci ildə Macarıstan ərazisinə keçmiş, xx.xx.2017-ci ildə də Macarıstan istiqamətində ölkəyə qayıtmışdır. Cinayət işinin 1-ci cild 205-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 iyun 2018-ci il tarixli üzləşdirmə protokolunun kserosurətindən görünür ki, X58 ilə Şahid1 arasında keçirilmiş üzləşdirmə zamanı İlyas Əhmədov istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, Şahid1 oğlu Şahid4 Almaniya Federativ Respublikasına göndərib yerləşməsinə görə Şahid1 ondan 12500 manat istədiyini, lakin, onun 10.500 manatı verdiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 93-94-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nərimanov rayon prokuroru vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas Zeynal Usubovun 21 avqust 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi haqqında qərardan görünür ki, Şahid2 və Şahid3 ərizələri əsasında Nərimanov RPİ-nin İŞ-də toplanmış 307 saylı material üzrə müstəntiq Xosrov Şükürovun cinayət işi başlanmasının rədd edilməsi barədə 07 aprel 2018-ci il tarixli qərarı ləğv edilmişdir. Cinayət işinin 1-ci cild 106-107-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nərimanov rayon prokuroru Vüqar Əliyevin 14 yanvar 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi haqqında qərardan görünür ki, Şahid2 və Şahid3 ərizələri əsasında Nərimanov RPİ-nin İŞ-də toplanmış 307 saylı material üzrə müstəntiq Xosrov Şükürovun cinayət işi başlanmasının rədd edilməsi barədə 07 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilmişdir. Cinayət işinin 1-ci cild 119-120-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhər prokurorunun müavini, baş ədliyyə müşaviri Mehman Qocayevin 18 mart 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və əlavə araşdırmaya qaytarılması barədə qərardan görünür ki, Nərimanov RPİnin İŞ-də araşdırması aparılmış 307/18 nömrəli material üzrə Xosrov Şükürov tərəfindən qəbul edilmiş 30 yanvar 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ləğv edilmiş və material araşdırma aparılması üçün Nərimanov RPİ-nin İŞ-nə göndərilmişdir. Cinayət işinin 2-ci cild 91-94-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış sərhədkeçmə məlumatından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə Azərbaycan Respublikası sərhədindən Türkiyə, Avstriya, X27, Rusiya Federasiyası, Gürcüstan istiqamətində keçmişdir. Cinayət işinin 1-ci cild 46-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış ********* nömrəli sərhədkeçmə məlumatından görünür ki, Təqsirləndirilən şəxs 31 avqust 20174-ci ildə Azərbaycan Respublikası ərazisini Türkiyə istiqamətində keçmişdir. Cinayət işinin 1-ci cild 177-187-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış sərhədkeçmə məlumatlarından çıxarışdan görünür ki, Şahid1 Azərbaycan Respublikasının dövlət sərhədindən dəfələrlə Almaniya Federativ Respublikası, Avstriya, Gürcüstan və Rusiya Federasiyası istiqamətində keçmişdir. Həmçinin, Şahid1 xx.xx.2017ci ildə gecə saatlarında Azərbaycan Respublikasının hüdudlarını aviayolla tərk edərək Macarıstan Respublikasının Budapeşt şəhərinə yollanmış, xx.xx.2017-ci ildə isə İstanbul üzərindən Azərbaycan Respublikasına geri qayıtmışdır. Cinayət işinin 3-cü cild 24-31-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Baş Prokuroruluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Qasım Məmmədovun 24 avqust 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona Azərbaycan Respublikası CM-nin 178.3.1, 29, 178.3.1, 320.1, 320.2, 32.4, 312.2., 318-1.2.1, 318- 1.2.3-cü maddələri ilə ittiham elan edilmişdir. Cinayət işinin 3-cü cild 32-33-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Baş Prokuroruluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Qasım Məmmədovun 24 avqust 2021-ci il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərarın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. Cinayət işinin 4-cü cild 13-349-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Baş Prokuroruluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Qasım Məmmədov tərəfindən tərtib edilmiş Şahid1 Azərbaycan Respublikası CM-nin 178.3.1, 29, 178.3.1, 320.1, 320.2, 32.4, 312.2., 318-1.2.1, 318-1.2.3, 29, 318-1.2.1, 29, 318-1.2.3-cü maddələri ilə, X14 Azərbaycan Respublikası CM-nin 178.3.1, 29, 178.3.1, 313, 320.1, 320.2, 32.4, 312.2, 29, 318-1.2.1, 29, 318-1.2.2, 29, 318-1.2.3-cü maddələri ilə, X3 Azərbaycan Respublikası CM-nin 178.3.1, 320.1, 320.2, 32.4, 312.2, 29, 318-1.2.1, 29, 318-1.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin ittiham aktı üzrə müəyyən edilmişdir ki, Şahid1 Təqsirləndirilən şəxs və qeyriləri ilə birlikdə Almaniya Federativ Respublikasında keçib yaşamaq istəyən Şahid2, Şahid3, Şahid6, Şahid4 viza alınmasında köməklik edəcəklərini dair aldadaraq həmin şəxslərin xeyli miqdarda pullarını ələ keçirmişlər. Cinayət işinin 5-ci cild 94-96-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 fevral 2022-ci il tarixli üzləşdirmənin aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid6 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid6 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs Şahid1la birgə viza təşkil edən şəxs olduğunu, Rövşənin ona Akifin ona 9000 manat pul verdiyini bildirdiyini demiş, Təqsirləndirilən şəxs da Şahid6la Şahid1la bərabər görüşdüyünü bildirmişdir. Cinayət işinin 5-ci cild 97-103-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 fevral 2022-ci il tarixli üzləşdirmənin aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında keçirilmiş üzləşdirmə zamanı şahid Akif Süleymanov istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, Təqsirləndirilən şəxslə bir neçə dəfə -Şahid2, Şahid4, Şahid6, Şahid3 Almaniyaya getmələri üçün lazım olan sənədləri pul müaqbilində Təqsirləndirilən şəxs təşkil etdiyini bildirmişdir. Məhkəmə buna görə həmin üzləşdirmə protokollarını da sübut növü kimi qəbul edir. Cinayət işinin 5-ci cild 104-149-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Baş Prokuroruluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Qasım Məmmədovun 15 fevral 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, qanunsuz miqrasiyanın təşkili ilə bağlı pulları ələ keçirilmiş Şahid2, Şahid3, Şahid6 və Şahid4 cinayət işi üzrə zərərçəkmiş şəxs qisminə tanınmamaları və barələrində cinayət təqibinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cinayət işinin 5-ci cild 150-152-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Baş Prokuroruluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Qasım Məmmədovun 15 fevral 2022-ci il tarixli cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.1, 29, 178.3.1, 320.1, 320.2, 32.4, 312.2., 318-1.2.1, 318-1.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işindən X66, X81, X67, təqsirləndirilən şəxs qismində cəlb edilərək axtarışa verilmiş X59, X9, X49, X36, X25, X68, X50, X37, X51 və X60 barəsində cinayət işi ayrıca icraata ayrılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişlər ki, o, ittihamda göstərilən şəxslərə viza verilməsi ilə bağlı sənədlər hazırlanması üçün pullar almış, lakin, onun səfirliklərdə hər hansı tanışı olmamış, nə də viza verilməsi üçün sənədlər hazırlamamışdır. Məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsini ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərininin törədilməsində iştirakını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun məhkəmə iclasında verdiyi ifadəsini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakter daşıdığı qənaətinə gəlir. Məhkəmə şahidlərin ifadələrini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək təsvirini formalaşdırmışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə təqsirli olması cinayət təqibi ilə bağlı məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilib toplanmış iş materialları ilə kifayət qədər sübuta yetirildi. Beləliklə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbuledilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 29,178.3.1, 32.4, 312.2, 318- 1.2.1, 318-1.2.3, 320.1 və 320.2-ci maddələri ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 29,178.3.1, 32.4, 312.2, 318- 1.2.1, 318-1.2.3, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, plenumun qərarının 1-ci bəndində qeyd edilmişdi rki, Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmək və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Həmin plenum qərarının 2-ci bəndində qeyd edilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunurlar. Həmin maddələrdə azadlıqdan məhrumetmə cəzasının yuxarı həddi 02 il nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1 və 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs göstərilən maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini sonuncu dəfə 2017-ci ildə törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.3-cü maddəsində (cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdikdə) nəzərdə tutulmuş halda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinməli, lakin həmin maddələr ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə xüsusi ilə vurğulayır ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımı cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, həm onun, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 2-ci cild 95-96-cı vərəqələrində olan tələbnamədən görünür ki, Zalov X69 Rayon Məhkəməsinin 01 iyul 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3 və 69.4-cü maddələri tətbiq edilməklə 2500 manat cərimə cəzasına məhkum olunmuş, xx.xx.2014-cü ildə cəriməni tam ödəmişdir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsində qeyd edilmişdir ki, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 5-ci cild 55-ci vərəqəsində olan Azəri MTK-dan daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət səciyyələndirilir. Məhkəmə Təqsirləndirilən şəxs müsbət səciyyələndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə böyük ictimai təhlükə törətməyən və ağır cinayətlər daxil olduğundan, məcmuya daxil olan cinayətlərə görə təyin olunan cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə uyğun olaraq qismən toplanılmalı və bu yolla təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 08 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 5-ci cild 3-cü vərəqəsində olan axtarışda olan şəxsin yaxlanması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 5-ci cild 27-31ci vərəqələrində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 4(001)-1286/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 08 dekabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış ********* nömrəli cinayət işi üzrə Şahid1 oğiunun Şahid2 5000 manat pul aldıqda şəxsiyyət vəsiqənin surətində öz xətti ilə yazıb imzalayaraq sonuncuya təqdim etdiyi «Mən Şahid1 Şahid2 5000 manat aldım və onu qaytarmağıma 15 iyul 2017-ci il tarixdə söz verirəm Öz imzamla təsdiq edirəm İmza Şahid1S imza 2.05.2017» məzmunlu mətnin, Şahid2, Elvira Qarayeva, Murad Hüseynli və Hüseyn Hüseynlinin ümumvətəndaş pasportlarına həkk olunmuş - xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək hüquqi qüvvəsi olduğu göstərilən və sonradan üzərinə «megsemmisitve annuled» ştampı həkk olunmuş Litva dövlətinin Azərbaycan Respublikasındakı səfirliyinin vizalarının, Şahid3, Lalə İmanova, Aylin İmanlı və Dilbər İmanlının ümumvətəndaş pasportlarına həkk olunmuş - xx.xx.2017-ci İl tarixdən 17.11,2017-ci il tarixədək hüquqi qüvvəsi olduğu göstərilən və sonradan üzərinə «megsemmisitve annuled» ştampı həkk olunmuş Litva dövlətinin Azərbaycan Respublikasındakı səfirliyinin vizalarının kserosurətləri ********* nömrəli cinayət İşinin materiallarına da əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə d,övlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Hökm etdi: 1.Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 29,178.3.1, 32.4, 312.2, 318-1.2.1, 318-1.2.3, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 29,178.3.1-ci maddələri ilə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318-1.2.1, 318-1.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs həmin maddələrlə cəza təyin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü madəsinə əsasən təyin edilmiş cəzası tam və CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları isə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 08 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış ********* nömrəli cinayət işi üzrə Şahid1 oğiunun Şahid2 5000 manat pul aldıqda şəxsiyyət vəsiqənin surətində öz xətti ilə yazıb imzalayaraq sonuncuya təqdim etdiyi «Mən Şahid1 Şahid2 5000 manat aldım və onu qaytarmağıma 15 iyul 2017-ci il tarixdə söz verirəm Öz imzamla təsdiq edirəm İmza Şahid1S imza 2.05.2017» məzmunlu mətnin, Şahid2, Elvira Qarayeva, Murad Hüseynli və Hüseyn Hüseynlinin ümumvətəndaş pasportlarına həkk olunmuş - xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək hüquqi qüvvəsi olduğu göstərilən və sonradan üzərinə «megsemmisitve annuled» ştampı həkk olunmuş Litva dövlətinin Azərbaycan Respublikasındakı səfirliyinin vizalarının, Şahid3, Lalə İmanova, Aylin İmanlı və Dilbər İmanlının ümumvətəndaş pasportlarına həkk olunmuş - xx.xx.2017-ci İl tarixdən 17.11,2017-ci il tarixədək hüquqi qüvvəsi olduğu göstərilən və sonradan üzərinə «megsemmisitve annuled» ştampı həkk olunmuş Litva dövlətinin Azərbaycan Respublikasındakı səfirliyinin vizalarının kserosurətləri ********* nömrəli cinayət İşinin materiallarına da əlavə edilib saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-848/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-848/2022
28.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver