Məhkəmə qərarları › İş №1(101)-848/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-848/2023

17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-848/2023 17.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X12 və X3, dövlət ittihamçıları-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X7, X13 və Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri, 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 1 dekabr 2020-ci il tarixli, 1(010)- 216/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, “Armyanski Dvor” adlanan ərazidə ünvansız fərdi yaşayış evində yaşamış, barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən və naməlum tarixdə əldə etdiyi külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 105,400 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini üzərində saxlamaqla daşımış, 14 oktyabr 2022-ci il tarixdə, saat 12:30 radələrində Bakı şəhəri, Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən “Sahil bağı”nda saxlanılıb ünvan 3 ünvanında yerləşən həmin Polis Bölməsinə gətirilmiş, orada 14 oktyabr 2022-ci il tarixdə, saat 14:05-dən etibarən üzərinə şəxsi axtarış keçirilərkən, Təqsirləndirilən şəxs əynində olan tünd-boz rəngli şalvarın sağ yan cibindən külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 105,400 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. İşin halları: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2000-ci ildən narkotik vasitədən istifadə etmiş, narkoloji xəstəlikdən əziyyət çəkdiyinə görə vərəm dispanserində müalicə almışdır. 2022-ci ilin oktyabr ayında dəqiq xatırlamadığı tarixdə günorta vaxtı “Sahil bağı” adlanan yerdə 8 nəfər polis əməkdaşı ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərdikdən sonra o, 39-cu Polis bölməsinə aparılmışdır. Həmin 8 nəfər polis əməkdaşından 4-ü hazırki cinayət işi üzrə şahiddir. Həmin şəxslərin ad və soyadlarını bilmir. Bölməyə gətirildikdən sonra polis əməkdaşları narkotik vasitə ilə bağlı ondan şübhələndiklərini dediyinə görə, o, cibində olan narkotik vasitəni təqdim etmiş, ardınca polis əməkdaşları ona sellofanda bir büküm narkotik vasitə də vermişlər. X24 Respublikasının vətəndaşı ilə əlaqəsi olmamış, 39-cu Polis Bölməsində polis əməkdaşları “Yəhya” adlı İran İslam Respublikasının vətəndaşının adını və nömrəsini kağıza yazıb əzərək ona verdikdə, həmin vaxt narkotik vasitənin təsiri altında olduğundan, bunu qəbul etmişdir. O, aparılmış videoçəkiliş zamanı narkotik vasitənin özünə məxsus olduğunu bildirmiş, həm üzərindən aşkar olunmuş, həm də ona sonradan verilən bükümdəki narkotik vasitə heroin olmuşdur. O, tutulmazdan əvvəl üzərində 3 qram çəkidə narkotik vasitə olan “kakos”, yəni heroin olmuş, lakin ittihamda göstərildiyi kimi, yəni 105,400 qram çəkidə narkotik vasitə olmamışdır. Tutulduqdan sonra videoçəkilişlə baxış keçirilən zaman üzərində həmçinin siqaret və kibrit qutusu, 600 manat pul da aşkar olunmuş, həmin pulu fəhlə işləyərək qazanmışdır. Həmin pulun sonrakı taleyi barədə məlumatsızdır. Videoçəkilişdən sonra müvəqqəti saxlama yerinə aparılmışdır. O, polis əməkdaşlarından 105 qram çəkidə olan heroinin ona verilməsinin səbəbini soruşmamış, üzərində 3 qram və ya 105 qram çəkidə heroinin aşkarlanmasının verilən ittihama təsir etmədiyini bilsə də, ona qarşı edilmiş qanunsuzluğa görə prokurorluq orqanlarına müraciət etmişdir. O, yalnız tutulduğu gün ifadə vermiş, müstəntiq cinayət işi yekunlaşdırılarkən sənədləri gətirib ona imzalatmış, başqa vaxt ifadə verməmiş, bu barədə müstəntiqdən soruşduqda, müstəntiq heç nə deməmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi həmin ifadəsində narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirsə də, ona verilmiş suallara cavab olaraq gün ərzində təxminən 2-4 qram narkotik vasitədən istifadə etdiyini, 1 qram narkotik vasitəni 25- 30 manata alıb hissələrə böldükdən sonra çet (yəni bir dəfəlik istifadə üçün nəzərə tutulan büküm) halında 10-15 manata satdığını, narkotik vasitənin alışına görə verdiyi pulu çıxardığını bildirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra- Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 20 ilə yaxın müddətdə narkotik maddələrdən istifadə edir. Narkotik vasitə olan heroinin aludəçisidir. Təxminən 10 gün əvvəl yaşadığı evin yaxınlığında yerləşən çayxanada tanışları ilə çay içib söhbət edən zaman “Çiqan” ləqəbli tanışı İran İslam Respublikasının vətəndaşı olan “Maqa” adlı tanışının olduğunu, həmin şəxsin narkotik vasitələrin satışı ilə məşğul olduğunu, lakin ona pulsuz narkotik vasitə vermədiyini bildirmişdir. O, həmin tanışından həmin şəxsin mobil nömrəsini narkotik vasitə almaq üçün istəmiş, tanışı həmin şəxsin mobil nömrəsini ona vermişdir. O, həmin şəxslə “Whatsapp” ani mesajlaşma şəbəkəsində istifadəsində olan “+**********90” saylı mobil nömrəsi ilə əlaqə saxladıqda özünü İran İslam Respublikasının vətəndaşı “Yasin” adlı şəxs kimi təqdim edən şəxslə tanış olmuşdur. Bundan sonra, həmin şəxsdən müxtəlif şəxslərə satıb qazanc əldə etmək və özü istifadə etmək məqsədilə narkotik vasitə olan heroin istəmiş, həmin şəxs onunla razılaşaraq 200 qram narkotik vasitəni ona vermək üçün 3000 manat pul istəmiş və narkotik vasitəni Bakı şəhəri, N.Nərimanov rayonu, Dərnəgül prospektində “Baksol” yolu adlanan əraziyə qoyacağını bildirmişdir. O, həmin şəxslə razılaşaraq onun bank kartı hesabına ilkin olaraq 170 manat pul göndərmiş, qalan hissəsini də narkotik vasitəni satıb əldə edəcəyi puldan göndərəcəyini söyləmiş və təxminən 6 gün əvvəl danışıldığı kimi, həmin ünvandan sellofan bükümdə 200 qram narkotik vasitə olan heroini götürmüş və həmin narkotik vasitə olan heroini tanışlarına satmaq qərarına gəlmişdir. Bu məqsədlə, 14 oktyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən “Sahil bağı” deyilən əraziyə gəlmiş, orada olduğu vaxt saat 12:30 radələrində 4 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşları olduqlarını bildirmişlər. O, həyəcanlanıb özünü itirmiş, polis əməkdaşları ondan şübhələndiklərini deyib özünü itirməyinin səbəbini soruşduqda, o, üzərində narkotik vasitənin olduğunu söyləmişdir. Bundan sonra, polis əməkdaşları onu həmin Polis Bölməsinin inzibati binasına gətirmiş, o da etiraz etməmişdir. Orada üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman videoçəkilişdən istifadə ediləcəyi və dövlət büdcəsinin vəsaiti hesabına ona müdafiəçinin təyin edildiyi barədə məlumat verildikdə, etiraz etməmiş, həmin bölmənin inzibati binasının otaqlarından birində iştirakçıların və vəkilin iştirakı ilə üzərinə videoçəkilişdən istifadə etməklə, baxış keçirilən zaman o, əynində olan tünd-boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə qəhvəyi rəngli heroini çıxararaq təqdim etmişdir. Ardınca, üzərinə şəxsi axtarış keçirildikdə, əhəmiyyət kəsb edən heç bir əşya aşkar edilməmişdir. Polis əməkdaşı həmin narkotik vasitənin nə olduğunu və hansı məqsədlə üzərində saxlayaraq daşıdığını soruşduqda, həmin maddənin “kakos” adlanan narkotik vasitə olduğunu və onu satmaq məqsədilə üzərində saxladığını bildirmiş, təqdim etdiyi həmin kütlə təhqiqatçı tərəfindən zərfin içərisinə qoyulub qablaşdırılmış, zərfin üzərini iştirakçılarla birlikdə o da imzalamışdır. Saxlanılan, eləcə də üzərinə baxış keçirilən zaman ona polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təzyiq göstərilməmişdir. İstifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı xüsusi rütbəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında düşmənçilik, ədavət olmamışdır. Təxminən 3-4 ay əvvəl xidmət etdiyi bölmənin əməliyyat müvəkkilləri Şahid4, Şahid3, Şahid2 ilə birgə Bakı şəhəri, Səbail rayonu, “Sahil bağı” deyilən yerdə gündüz vaxtı xidmətdə olarkən, Təqsirləndirilən şəxs özünü şübhəli apardığını, sağa-sola çox boylandığını görüb yaxınlaşdıqdan sonra xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs ilk öncə boyun qaçırmaq istəyərək, ciddiyə almamış, daha sonra 39-cu Polis Bölməsinə dəvət edildikdə, razılaşmışdır. Videoçəkilişlə baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində qəhvəyi rəngli narkotik maddə olan heroinə bənzər tozşəkilli maddə, siqaret və kibrit qutusu, habelə pul kisəsi aşkarlanmışdır. Təqsirləndirilən şəxs sellofan torbanın içindəkinin nə olduğu soruşulduqda, sonuncu həmin maddənin narkotik vasitə olan heroin olduğunu, həm öz istifadəsi üçün, həm də dostlarına pay göndərməsi üçün apardığını, həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşından aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən çıxmış kütlənin dəqiq çəkisini bilməmişdir. Ondan aşkar olunmuş kütlə təxminən ovuc içi qədər olmuşdur. Aşkar olunmuş kütlə zərfə qoyulub qablaşdırılaraq möhürlənib protokollaşdırılmaqla üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa, Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı o və ya digər polis əməkdaşları tərəfindən fiziki və ya psixi zorakılıq edilməmiş, saxlanıldığı zaman 4 nəfər polis əməkdaşı Təqsirləndirilən şəxs yaxınlaşmış, Təqsirləndirilən şəxs üzərinə baxış bir dəfə videoçəkilişlə keçirilmiş, onun üzərindən aşkar edilmiş pul qabının içərisinə baxmamış, pul qabının içərisində pulun olub-olmamasını bilməmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman sərxoş və ya halsız olmamış, ona üzərinə götürməsi üçün əlavə kütlə və mobil nömrə verilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı xüsusi rütbəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında düşmənçilik, ədavət olmamışdır. 2022-ci ilin oktyabr ayında dəqiq xatırlamadığı tarixdə saat 12-13 radələrində “Sahil bağı” deyilən ərazidə həmin bölmənin əməliyyat müvəkkilləri Şahid4, Şahid1 və Şahid2 ilə birgə xidmətdə olarkən Təqsirləndirilən şəxs özünü şübhəli apardığını görüb yaxınlaşaraq özlərini təqdim etdikdən sonra şəxsiyyətini soruşmuş, verilən suallardan yayındığına, həyəcanlı olduğuna görə şübhə yaratdığından, 39-cu Polis Bölməsinə dəvət edildikdə, etiraz etməmişdir. Həmin bölmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət olunmuş, hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə baxış keçirilərək üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə təqdim etməsi təklif olunduqda, əynindəki boz rəngli şalvarın sağ cibindən təxminən bir ovuc qədər olan sellofan büküm, siqaret və kibrit qutusunu, pul qabını çıxarıb təqdim etmişdir. Həmin sellofan bükümün içərisində qəhvəyi rəngli heroinə bənzər kütlə olduğu müəyyən olunduğundan, həmin maddə qablaşdırılıb möhürləndikdən sonra müvafiq ekspertizanın keçirilməsi üçün göndərilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış videoçəkilişlə bir dəfə aparılmışdır. Təqsirləndirilən şəxs o və ya digər polis əməkdaşları tərəfindən zorakılıq edilməmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindəki pul qabında hər hansı məbləğdə pul olmasını xatırlamır. Təqsirləndirilən şəxs o və hazırki ifadəsində adlarını qeyd etdiyi polis əməkdaşları tərəfindən saxlanılmış, ona videoçəkiliş zamanı özünəməxsus olduğunu deməsi üçün əlavə narkotik vasitə verilməmiş, həmin vaxt hansısa şəxslə danışığını bildirməsi üçün mobil nömrə təqdim edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunmuş Şahid2 ifadələrində digər şahidlər Şahid1 və Şahid3 məhkəməyə verdikləri ifadələrə oxşar məzmunda ifadə vermişlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan görünür ki, həmin gün saat 12:30 radələrində Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşları Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən “Sahil bağı” deyilən ərazidə xidmətdə olarkən Təqsirləndirilən şəxs özünü şübhəli apardığını görüb rabitəsiz danışığından, narkotik vasitələrin təsiri altında olmasından və üzərində narkotik vasitə daşımasından şübhələnərək onu həmin bölməyə dəvət etmişlər. (Cild 1, iş vərəqə 3) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdə saat 12:30 dəqiqədən hesablanmışdır. (Cild 1, iş vərəqə 12-13) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin gün Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 49-50) Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(009)-438/2022 nömrəli qərarından görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu gündən, yəni xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 67-70) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli qərar və protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildiyi zaman o, əynində olan tünd-boz rəngli şalvarının sağ yan cibindən içərisində spesifik qoxuya malik qəhvəyi rəngli, tozşəkilli maddə olan şəffaf sellofana bükülmüş bükümü təqdim edərək, həmin bükümün içərisindəki maddənin “kakos” adı ilə tanınan və narkotik vasitə hesab olunan heroin olduğunu, təxminən 5 gün əvvəl sosial şəbəkə vasitəsilə tanıdığı, yalnız “whatsapp” vasitəsi ilə danışdığı İran İslam Respublikasının vətəndaşından ümumi danışıq əsnasında 3000 manat qarşılığında almağa razılaşdığını, sonuncunun bank hesabına 170 manat pul göndərdiyini, qalan pulu isə narkotik vasitənin satışından əldə etdiyi pul ilə ödəyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər maddə olan büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılmaqla, üzəri Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 49 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. (cild 1, iş vərəqə 21, 23-24) “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs iştirakı ilə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı o, əynindəki tünd-boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümü çıxarıb təqdim edir və içərisində narkotik vasitəheroin olan həmin bükümü təxminən 5 gün əvvəl İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı “Yusif” adlı şəxsdən “whatsapp” ani mesajlaşma şəbəkəsində danışıb Dərnəgül adlanan ərazidə əvvəlcədən qoyulduğu yerdən əldə etdiyini, öz şəxsi istifadəsi və tanışlarına hədiyyə etmək məqsədilə üzərində daşıdığını bildirir. Bundan sonra, həmin büküm zərfə qoyularaq qablaşdırılır, zərf möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanır. (cild 1, iş vərəqə 93) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci tarixli, 6/5950 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №49” dairəvi möhür əksi və “Şübhəli şəxs: Təqsirləndirilən şəxs-imza, Müdafiəçi-İ.Musayev-imza, iştirakçılar-dörd imza; Təhqiqatçı: İ.Həsənov- imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə bir ədəd bükümdəki təmiz çəkisi -105,400 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (cild 1, iş vərəqə 39-42) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X14 xx.xx.2022-ci il tarixli, 7176 nömrəli Ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 125-126) Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, 068-12428-1222 nömrəli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik maddə olan heroini kimdən əldə etməsi barədə məlumat müəyyən olunmamışdır. (Cild 1, iş vərəqə 87) “Maddi sübut kimi tanıma barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 1 ədəd bükümdə ümumi təmiz çəkisi 105,400 qram olan narkotik vasitə-heroin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 105,300 qram heroin saxlanılması üçün Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmişdir. (cild 1, iş vərəqə 71) “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülən 1 ədəd bükümdə təmiz çəkisi 105,400 qram olan narkotik vasitə-heroindən maddi sübut kimi tanınması nəzərə alınmış, şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülər olan 1 ədəd CD disk, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, AZF/LGL-2063/23 nömrəli müşayiət məktubu ilə daxil olmuş 1 ədəd CD disk maddi sübut qismində tanınmış, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci tarixli, 6/5950 nömrəli ekspert rəyi, Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X14 xx.xx.2022-ci il tarixli, 7176 nömrəli Ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyi, xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında”, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokollar, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri sübut növü kimi qəbul edilmişdir. (Cild 1, 132-140) “AZE MİS” Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, ***-***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(009)-4259/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı, zəng edən və edilən nömrələrin apardıqları telefon danışıqlarının hansı stansiyalardan ötürülməsi barədə anten məlumatları, qəbul olunan və göndərilən SMS-lərin siyahısı, SMS mətnləri, daxil olan və çıxan zənglər siyahısına aid hər bir nömrənin sahibinin tam anket məlumatlarını əks etdirən telefonla aparılan danışıqların və məlumatların "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. (cild 1, iş vərəqə 88-89) Həmin qərar icra edilməsi üçün xx.xx.2022-ci il tarixli, 065-28093-1222 nömrəli məktubla "xxxx" MMC-yə göndərilmişdir. (cild 1, iş vərəqə 90) "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, AZF/LGL-2063/23 nömrəli məktubdan və həmin sənədin qoşmasından görünür ki, Təqsirləndirilən şəxs istifadəsindəki nömrə barədə olan sorğuya cavab verilmiş və 1 ədəd CD disk təqdim edilmişdir. (cild 1, iş vərəqə 121-122) “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən 17 yanvar 2023-cü il tarixli, AZF/LGL-2063/23 nömrəli müşayiət məktubu ilə daxil olmuş 01 ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: a) “Zenglerin_Mexsusluq_Tarixceleri **********3355 707269090_NAR_4” adlı fayla baxış keçirilən zaman ***-***-**-** saylı mobil nömrənin Təqsirləndirilən şəxs, ***-***-**-** saylı mobil nömrənin X4, ***-***-**-** saylı mobil nömrənin X10, ***-***-**-** saylı mobil nömrənin X1 və ***-***-**-** saylı mobil nömrənin X5 məxsus olması müəyyən olunmuşdur. b)“SMS_Tarixcesi **********4645 707269090” adlı fayla baxış keçirilən zaman xx.xx.2022-ci il tarixdə saat 13:11 radələrində ***-***-**-** saylı mobil nömrədən 070-726- 90-90 saylı mobil nömrəyə göndərilmiş “Qaqa pulum düzəlmir 20 versəm 0.5 birdə patı düzüb qoşarsan brat” məzmununda SMS, bundan başqa xx.xx.2022-ci il tarixdə saat 19:32 radələrində ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “qaqa das olsa dobru mene xeber et” məzmununda SMS, bundan başqa xx.xx.2022-ci il tarixdə saat 10:39 radələrində ***-***-**-** saylı mobil nömrədən 070-726- 90-90 saylı mobil nömrəyə göndərilmiş “Bir tilce nedi? 10 luq idi” məzmununda SMS, bundan başqa xx.xx.2022-ci il tarixdə saat 11:45 radələrində ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “yetim konturu vurun görüm baba ne diyir ses atir yazir meqabayt yoxdu cavab vere bilmirem Mahirede deda görün neynirsizzda bu gun tema göturecem yarim çet versem mennen pis adam yoxdu duzelibe göturecem 100 faiz” məzmununda SMS, bundan başqa xx.xx.2022-ci il tarixdə saat 12:48 radələrində ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “diyecem sende pul qoymusan 50 manat 1 kola 1 pati ucun qrami 25 manatdan” məzmununda SMS, bundan başqa xx.xx.2022-ci il tarixdə saat 13:57 radələrində ***-***- **-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “qaqas ayig ola ata bala hansisa göturer sonra diyer yoxdu atmiyib baxa fırratmasinnar sekile diqqetnen bax çaliş o yeri lci özun görsen ses eleme götür denen mendedi getdik yaxsi brat” məzmununda SMS, bundan başqa xx.xx.2022-ci il tarixdə saat 17:33 radələrində ***-***- **-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “neynirsen qaqas varindi teman agridan çixmaga” məzmununda SMS, bundan başqa xx.xx.2022-ci il tarixdə saat 11:11 radələrində ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “qaqa salam Azərdi brat 20 pulum var nə isə eləmək olar” məzmununda SMS, bundan başqa xx.xx.2022-ci il tarixdə saat 19:46 radələrində ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “brat şuşe varsa bidamci atarsan” məzmununda SMS, bundan başqa xx.xx.2022-ci il tarixdə saat 14:50 radələrində ***-***- **-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “Qaqas menem beyax senin ucun kola goturen usag 1 dene telefona cavab ver atas pati istiyen var” məzmununda SMS, bundan başqa xx.xx.2022-ci il tarixdə saat 16:33 radələrində ***-***- **-** saylı mobil nömrədən 070-726- 90-90 saylı mobil nömrəyə göndərilmiş “qaqaw 5 dene kiwi lomkadadir senin fikrin nedir” məzmununda SMS və bundan başqa xx.xx.2022ci il tarixdə saat 00:46 radələrində ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “Ramin niye bele eledin sen bilirdinki çem ne eziyyetle o pulu duzeltmİwm bu tuxda mali nocun verdin mene axi menim bawka qara qepiyim qalmadiki” məzmununda SMS olması müəyyən olunmuşdur. c) Diskdə olan “Zenglerin_Detallasmasi **********3339 707269090_4” adlı fayla baxış keçirilən zaman ***-***-**-** saylı mobil nömrənin qeyd olunan tarixlərdə Bakı şəhəri, Suraxanı rayonu ərazisində müxtəlif anten dairələrində olması müəyyən olunmuşdur. (Cild 1, iş vərəqə 123-124) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən və hökmlərdən görünür ki, Quliyev X6 Qarnizonu Hərbi Tribunalının xx.xx.1998-ci il tarixli hökmünə əsasən 2000-ci ilədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 241-ci maddəsinin “V” bəndi, 42, 241-ci maddəsinin “A” bəndi; 38-ci maddələri ilə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hökmün icrası hərbi əməliyyatlar qurtaranadək təxirə salınmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 2008-ci ilin dekabr ayında cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 66.3 və 66.5-ci maddələri ilə 06 il müddətinə azadlıqda məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində olan “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 4-cü hissəsi tətbiq edilərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay müddətinə azaldılmışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 6 ay müddətinə azaldılmış 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 (bir) ay 10 (on) günü hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəzası sona çatmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2-1532/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təcridxanaya gətirildiyi zaman ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin məktuba əlavə edilmiş tibbi kitabçanın surətindən görünür ki, “Həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar” adlı 12-ci qrafasında “Zədə almadığını bildirir” yazısı, “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri” adlı 13-cü qrafasında isə “Hər iki saiddə köhnə cızıq yaraları”, “Obyektiv müayinə” adlı 14-cü qrafasında isə “Şikayəti yoxdur” yazısı qeyd edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs zorakılıq edilməsi ilə bağlı aparılan araşdırma zamanı cinayət hadisəsi müəyyən edilmədiyindən, cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri X2 Orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, V05-195 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zorakılığa məruz qalmasına dair müraciəti əsasında həmin idarədə araşdırma aparılmamışdır. “AZE MİS” Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan bir övladı vardır. Belə ki, X8 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 4 ünvanında qeydiyyatdadır. Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.1988-ci il tarixli qərarında qeyd edilmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirməsinin səbəblərini araşdırmış, müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirmişdir. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində ibtidai istintaq zamanı təzyiq altında ifadə verdiyini, polis əməkdaşları tərəfindən əl və təpiklə döyüldüyünə görə qollarında şiş yarandığını desə də, şahidlər Şahid1, Şahid3, Şahid4 məhkəməyə verdiyi ifadələrində Təqsirləndirilən şəxs tutulmazdan əvvəl və ya sonra heç bir zorakılıq edilmədiyini bildirmişlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Cinayət işinin materialları və məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona qarşı hər hansı fiziki və ya psixi zorakılıq edilməsi ilə bağlı məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırmamış, habelə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə bildirməmişdir. Bundan əlavə, xx.xx.2022-ci il tarixdə tərtib edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 1 ədəd diskə məhkəmə istintaqı zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin istintaq hərəkəti zamanı, yəni videoçəkilişin 03:50-ci dəqiqəsində müdafiəçisi X20 Quliyevdən ona qarşı hər hansı təzyiq və ya zorakılıq edilib-edilmədiyini soruşduqda, Təqsirləndirilən şəxs ona qarşı təzyiq və zorakılıq edilmədiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasına və prokurorluq orqanlarına müraciət etmişdir. Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2- 1532/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təcridxanaya gətirildiyi zaman ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmış, həmin kitabçanın “Həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar” adlı 12-ci qrafasında “Zədə almadığını bildirir” yazısı, “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri” adlı 13-cü qrafasında isə “Hər iki saiddə köhnə cızıq yaraları”, “Obyektiv müayinə” adlı 14-cü qrafasında isə “Şikayəti yoxdur” yazısı qeyd olunmuşdur. Bakı şəhəri Səbail rayon prokurorluğu tərəfindən həmin xüsusat üzrə aparılmış araşdırma zamanı cinayət hadisəsi müəyyən edilmədiyindən, xx.xx.2023-cü il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Belə ki, həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göndərilmişdir ki, araşdırma zamanı Təqsirləndirilən şəxs verdiyi izahatında polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki zorakılığın tətbiq olunmadığını, məhkəmə iclası zalında polis əməkdaşları tərəfindən ona qarşı fiziki zorakılıq tətbiq edilməsi ilə bağlı xüsusatları qərəzli şəkildə söylədiyini, heç bir tələb və şikayətinin olmadığını, üzərində xəsarət olmadığını, ekspertizadan keçmək istəmədiyini bildirmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, həmin halı təsdiq edən tibbi sənəd olmamış, əsaslı şübhə mövcud deyil. O, bu barədə məhkəməyədək icraatda qaldırmadığı halda məhkəmə baxışında bildirmiş, fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə ifadənin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasını deməklə kifayətlənmişdir. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət vermişdir ki, onun həmin ifadəsi qismən cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində 2022-ci ilin oktyabr ayında günorta vaxtı “Sahil bağı” deyilən ərazidə 8 nəfər polis əməkdaşı tərəfindən saxlanıldığını, şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmazdan əvvəl polis əməkdaşlarının əlavə olaraq 1 ədəd sellofan bükümdə narkotik vasitə olan heroini də təqdim etdiklərini, videoçəkiliş zamanı deməsi üçün “Yəhya” adlı İran İslam Respublikasının vətəndaşının adının və mobil nömrəsinin kağıza yazılıb əzilərək ona verildiyini söyləsə də, şahidlər Şahid1, Şahid3, Şahid4 məhkəməyə verdiyi ifadələrində Təqsirləndirilən şəxs özləri tərəfindən saxlanıldığını, həmin vaxt digər polis əməkdaşlarının orada olmadığını, Təqsirləndirilən şəxs videoçəkilişdə bildirməsi üçün əlavə olaraq 1 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin, eləcə də adını çəkməsi üçün hər hansı şəxsin adını və mobil nömrəsini vermədiklərini bildirmişlər. Habelə, Şahid2 məhkəmə istintaqı zamanı elan edilmiş, məhkəməyədək icraat zamanı verdiyi ifadəsi də oxşar məzmunludur. Təqsirləndirilən şəxs həmin 4 nəfər polis əməkdaşı tərəfindən saxlanılması xx.xx.2022-ci il tarixli, cinayət işinin materiallarının 3-cü vərəqində olan raportdan da görünür. Həmçinin, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin 8 nəfər polis əməkdaşı tərəfindən saxlanılması ilə bağlı hər hansı mötəbər sənəd də yoxdur, bu hal məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Habelə, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsinə əsasən, onda 1 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin olmuş, polis əməkdaşları tərəfindən 1 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin də əlavə olaraq ona verilmişdir. Təqsirləndirilən şəxs ifadəsinə görə, nəticədə onda 2 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin olmalı, şəxsi axtarış və götürmə zamanı da o, həmin 2 ədəd sellofan bükümdə narkotik vasitə olan heroini təqdim etməli idi. Lakin cinayət işinin materiallarının 23-24-cü vərəqlərində olan xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, cinayət işinin materiallarının 93-cü vərəqində olan “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan, şahid ifadələrindən, eləcə də məhkəmə baxışı zamanı müvafiq videoçəkilişə cinayət prosesinin tərəflərinin iştirakı ilə baxışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 1 ədəd sellofan büküm olmuş, başqa büküm olmamış və o, həmin 1 ədəd bükümü istintaq hərəkəti zamanı təqdim etmişdir. Habelə, adları qeyd edilən protokollarda, eləcə də məhkəmə baxışında müvafiq videçəkilişə baxış zamanı Təqsirləndirilən şəxs “Yəhya” adlı İran İslam Respublikası vətəndaşının adını və nömrəsini bildirməsi müəyyən edilməmiş, X24 Respublikasının vətəndaşı olan “Yusif” adlı şəxsdən narkotik vasitə olan heroini əldə etdiyini deməsi müəyyənləşmişdir. Cinayət-Prosessual Məcəllənin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, Təqsirləndirilən şəxs 8 nəfər polis əməkdaşı tərəfindən saxlanıldığını, polis əməkdaşlarının əlavə olaraq 1 ədəd sellofan bükümdə narkotik vasitə olan heroini, videoçəkiliş zamanı deməsi üçün “Yəhya” adlı İran İslam Respublikasının vətəndaşının adını və mobil nömrəsini kağıza yazıb təqdim etmələrini bildirməsi mötəbər sübutlarla təkzib edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində tutulmazdan əvvəl üzərində 3 qram çəkidə narkotik vasitə olan heroin olduğunu, ittiham aktında göstərildiyi kimi, yəni 105 qram çəkidə narkotik vasitə olan heroinin olmadığını bildirsə də, cinayət işinin materialları, şahid ifadələri və digər sübutlarla onun ifadəsində göstərdiyi həmin xüsusatın həqiqət olmadığı müəyyən edilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan büküm bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 49 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan, habelə məhkəmə baxışı zamanı müvafiq videoçəkilişə cinayət prosesinin tərəflərinin iştirakı ilə baxışdan da görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan büküm zərfə qoyulduqdan sonra iştirakçılar tərəfindən imzalanmış və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 49 saylı möhürü ilə möhürlənməklə qablaşdırılmışdır. Həmin qablaşdırılmış maddə xx.xx.2022-ci il tarixdə “Məhkəmə-kimyəvi ekspertiza təyin edilməsi barədə” qərarla ekspertizanın keçirilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/5950 nömrəli ekspert rəyinin təsviri hissəsindən görünür ki, tədqiqat obyekti üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №49” dairəvi möhür əksi və “Şübhəli şəxs: Təqsirləndirilən şəxs-imza, Müdafiəçi-İ.Musayev-imza, iştirakçılar-dörd imza; Təhqiqatçı: İ.Həsənov- imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə təqdim edilmiş, zərfin tamlığı pozulmamış, zərfi açdıqda içərisində bir ədəd kağız bükümün içərisində şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi 105,400 qram qəhvəyi rəngli tozşəkilli maddə aşkarlanmışdır. Daha sonra keçirilmiş ekspertizanın nəticəsində həmin maddənin narkotik vasitə-heroin olması müəyyənləşmiş və rəyin nəticə hissəsində bu barədə qeyd edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitə olan heroinin 105,400 qram olması cinayət işinin materialları ilə tam sübuta yetirilmiş, əksinə onun ifadəsində göstərdikləri mötəbər sübutlarla təkzib edilmişdir. Bundan savayı, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində tutulduğu vaxt üzərində olan pul qabının içərisində 600 manat məbləğində pul olduğunu desə də, şahidlər Şahid1, Şahid3, Şahid4 məhkəməyə verdiyi ifadələrində Təqsirləndirilən şəxs aşkar olunmuş pul qabında hər hansı məbləğdə pulun olub-olmamasını xatırlamadıqlarını bildirmişlər. Habelə, xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 1 ədəd CD diskdəki videoyazının 02:15 dəqiqəsinə məhkəmə istintaqında baxış keçirilən zaman müəyyən edilmişdir ki, həqiqətən də həmin pul qabının içərisi boş olmuş, içərisində hər hansı məbləğdə pul əskinası olmamışdır. Odur ki, məhkəmə həmin hissədə Təqsirləndirilən şəxs verdiyi ifadəni həqiqətə uyğun olmayan hesab edir. Yuxarıda təsvir olunanlar onu ehtiva edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə, çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə zidd olaraq məhkəmə istintaqında başqa məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadə verərkən ona verilmiş suallara cavab olaraq gün ərzində təxminən 2-4 qram narkotik vasitəni istifadə etdiyini, 1 qram narkotik vasitəni 25-30 manata alıb hissələrə böldükdən sonra çet (yəni bir dəfəlik istifadə üçün nəzərə tutulan büküm) halında, 10-15 manata satdığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinin həmin hissəsini digər sübutlarla təsdiqini tapdığına görə həqiqətə uyğun hesab edir. Bu səbəbdən, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratmış, məhkəmə sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürür. Məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin çıxarılması hissəsini mübahisələndirmir, həmin hal iş üzrə toplanmış sübutlarla işin mübahisəsiz halıdır. Lakin məhkəmə qeyd etməyi zəruri bilir ki, həmin istintaq hərəkətinin videoçəkilişinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs həmçinin, 1 ədəd pul qabı, siqaret və kibrit qutusunu təqdim etdiyi müəyyən edilsə də, müvafiq protokolda bu barədə qeyd yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən, məhkəmə məhkəmə yekun qərar çıxararkən maddi sübutlarla bağlı məsələni həll etməlidir. Cinayət işinin materiallarından isə görünür ki, 1 ədəd pul qabı, siqaret və kibrit qutusu maddi sübut kimi tanınmamış, iş üzrə hər hansı əhəmiyyətə malik olması ilə bağlı qeyd edilməmişdir. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Cinayət- Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, yəni istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə əldə etdiyi külli miqdarda narkotik vasitə olan heroini saxlayıb daşımasına görə ittiham irəli sürülmüşdür. Cinayət Məcəlləsinin 234.4.3-cü madddəsinə görə, satış məqsədilə qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddələri külli miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, istehsal etdikdə, emal etdikdə, daşıdıqda, göndərdikdə, yaxud qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri satdıqda müvafiq cinayətin tərkibi yaranır. “Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Sözügedən qanunun 21.2-ci maddəsinə əsasən, qazanc əldə etmək məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, habelə onların külli miqdarı müəyyən edilir. Həmin qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıların 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə olan heroin külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarına görə, şəxsi maraq dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümdəki narkotik vasitə olan heroinin təmiz çəkisi 105,400 qram təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıların 1-ci Siyahısının 5-ci bəndinə əsasən, şəxsi istehlak miqdarında narkotik vasitə olan heroinin istifadəsi təmiz halda ən çoxu 0,15 qram qeyd edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs üzərində aşkarlanmış heroinin təmiz çəkisi şəxsi istehlak miqdarı (birdəfəlik istehlak həcmi) üçün nəzərdə tutulduğundan 702 dəfə çoxdur. Bundan başqa, cinayət işinin materiallarında olan "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, AZF/LGL-2063/23 nömrəli məktuba əlavə edilmiş diskdən və həmin diskə baxış keçilməsi ilə bağlı tərtib olunmuş “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə vasitəsilə müxtəlif şəxslərlə “sms” yazışmaları aparmışdır. Belə ki, müxtəlif şəxslərin fərqli tarixlərdə ona “Qaqa pulum düzəlmir 20 versəm 0.5 birdə patı düzüb qoşarsan brat” məzmununda, “qaqa das olsa dobru mene xeber et” məzmununda,“Bir tilce nedi? 10 luq idi” məzmununda, “yetim konturu vurun görüm baba ne diyir ses atir yazir meqabayt yoxdu cavab vere bilmirem Mahirede deda görün neynirsizzda bu gun tema göturecem yarim çet versem mennen pis adam yoxdu duzelibe göturecem 100 faiz” məzmununda,“diyecem sende pul qoymusan 50 manat 1 kola 1 pati ucun qrami 25 manatdan” məzmununda, “qaqas ayig ola ata bala hansisa göturer sonra diyer yoxdu atmiyib baxa fırratmasinnar sekile diqqetnen bax çaliş o yeri lci özun görsen ses eleme götür denen mendedi getdik yaxsi brat” məzmununda, “neynirsen qaqas varindi teman agridan çixmaga” məzmununda, “qaqa salam Azərdi brat 20 pulum var nə isə eləmək olar” məzmununda, “brat şuşe varsa bidamci atarsan”, “Qaqas menem beyax senin ucun kola goturen usag 1 dene telefona cavab ver atas pati istiyen var” məzmununda, “qaqaw 5 dene kiwi lomkadadir senin fikrin nedir” məzmununda, “Ramin niye bele eledin sen bilirdinki çem ne eziyyetle o pulu duzeltmİwm bu tuxda mali nocun verdin mene axi menim bawka qara qepiyim qalmadiki” məzmununda mesajlar yazması müəyyən edilir. Həmin mesajların mətnindən də görünür ki, müxtəlif şəxslər Təqsirləndirilən şəxs fərqli tarixlərdə narkotik vasitə və ya psixotrop maddələr istəmiş, istədikləri narkotik vasitə və ya psixotrop maddənin məbləğini, çəkisini və sayını yazmışlar. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Beləliklə, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi narkotik vasitəheroinin çəkisinin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, müxtəlif şəxslərin ondan pul müqabilində narkotik vasitə və ya psixotrop maddə istəmələrini göstərən “Sms” yazışmalarının olmasına əsasən, habelə təqsirləndirilən şəxs və şahidlərin ifadələrini, cinayət işinin materiallarında olan, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrıayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Qərarına əsasən, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Onun əməlində Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivi müəyyən edilmişdir. Belə ki, Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən, “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 4-cü hissəsi tətbiq edilərək həmin hökm ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 06 (altı) ay müddətinə azaldılmış, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən, azaldılmış həmin cəzanın çəkilməmiş 01 (bir) ay 10 (on) günü hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəzası sona çatmışdır. Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət az ağır kateqoriyaya aiddir və həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, cəza çəkilib qurtardığı gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi və cəza təyin edilərkən məhkumluq Məcəlləyə uyğun nəzərə alınır. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixli hökmü ilə müəyyən edilmiş cəzadan cəzasının sonu ilə xx.xx.2022-ci il tarixdə azad olmuş, azad olduğu tarixdən isə yeni cinayət törədənək 2 il müddət keçməmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, əsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə bir halı qeyd edir ki, Quliyev X6 Qarnizonu Hərbi Tribunalının xx.xx.1998-ci il tarixli hökmünə əsasən 2000-ci ilədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 241-ci maddəsinin “V” bəndi, 42, 241-ci maddəsinin “A” bəndi; 38-ci maddələri ilə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, hökmün icrası hərbi əməliyyatlar qurtaranadək təxirə salınsa da, Cinayət Məcəlləsinin 83.3.1-2-ci maddəsinə əsasən, yəni ittiham hökmü qanunla müəyyən edilmiş müddətdə icra edilməmiş şəxslər barəsində həmin Məcəllənin 80.1-ci maddəsində tutulmuş müddətlər keçdiyinə görə, konkret halda 12 ildən artıq müddət keçdiyinə görə həmin əmələ görə məhkumluğu olmayan hesab edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, himayəsində 1 yetkinlik yaşına çatmayan uşağının olmasını, ondan aşkar edilmiş narkotik vasitəni növünü, çəkisini, habelə cəzanı ağırlaşdıran hal kimi himayəsində bir azyaşlı uşağının olmasını cinayətlərin sadə residivinin olmasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 4(009)-438/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 14 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Bakı şəhəri Səbail rayon Polis İdarəsində saxlanılan 1 (bir) ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 105,300 qram təşkil edən heroin məhv edilməli, cinayət işi üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmə aparılması videosunu özündə əks etdirən 01 (bir) CD disk və "xxxx" MMC-nin xx.xx.2023cü il tarixli, AZF/LGL-2063/23 nömrəli müşayiət məktubu ilə daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, cinayət işində olan Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X14 xx.xx.2022-ci il tarixli, 7176 nömrəli Ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 14 oktyabr 2022-ci il tarixdən hesablansın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi Bakı şəhəri Səbail rayon Polis İdarəsində saxlanılan 1 (bir) ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 105,300 qram təşkil edən heroin məhv edilsin, 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar