Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-848/2025 24.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi –Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X10 və Müdafiəçi2 və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1975-ci ildə Goranboy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Goranboy rayonu, Səmədabad kəndində qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə xx.xx.1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən məhkumluğu olmayan Bakı şəhəri, Xəzər rayonu, Albalılıq dayanacağı, keçid 1349, 5 nömrəli yataqxanada qeydiyyatda olan, və yaşayan barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs3 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə, xx.xx.1955-ci ildə Gürcüstan Respublikası Dmanisi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, təqaüdçü, məhkumlğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Mədən küçəsi ev 54-də qeydiyyatda olan, Maştağa qəsəbəsi yeni tikilidə yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasmda saxlanılan X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, X17 özgənin külli miqdarda əmlaıkını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hücuma məruz qalmış şəxsin sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edərək quldurluq etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişlərdir. işin faktiki halları
2. Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Təqsirləndirilən şəxs2 tanışı Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək külli miqdarda əmlakını əldə etmək məqsədi ilə üzərlərinə düşən vəzifələri bölüşdürməklə və aralarında razılaşdırmaqla birləşərək, Zərərçəkmiş şəxs külli miqdarda pul vəsaiti ilə hərəkət etdiyi ünvanları onun Təqsirləndirilən şəxs3 göstərəcəyini, Zərərçəkmiş şəxs yaşadığı evə qayıtması vaxtı barədə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 məlumat verəcəyini və Təqsirləndirilən şəxs3 özünün zor tətbiq etməklə basqın edərək Zərərçəkmiş şəxs üzərindəki külli miqdarda pul vəsaitini ələ keçirib, bərabər şəkildə öz aralarında üç yerə böləcəklərini razılaşdırdıqdan sonra, aralarında olan sövdələşməyə əsasən, 2024-cü ilin iyun ayının ilk günlərində o, Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs üzərində külli miqdarda pul vəsaiti daşıdığı hərəkət trayektoriyasını və yaşadığı ünvanı göstərdikdən sonra, Təqsirləndirilən şəxs2 06 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs «BTB Bank»dan pul qəbul etməsi barədə Təqsirləndirilən şəxs3 telefon vasitəsilə məlumat verdikdə Təqsirləndirilən şəxs3 həmin tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, X27 küçəsi 90 nömrəli binanın girişinə daxil olub ikinci mərtəbədən sonuncunun evdən çıxmasını gözləyib, sonuncu əlində saxladığı içərisində özünə məxsus 61500 manat olan sellofan torba ilə həmin binada yaşadığı mənzildən çıxıb, pilləkənlərlə düşərkən həmin binanın blokunda Zərərçəkmiş şəxs üzərinə basqın edərək, əl və ayaqları ilə zərbələr endirib həyatı və sağlamlığı üçün təhlükəli olan ağrı simptomu və bir qədər hərəkət məhdudluğu ilə müşayiət olunan sol bud çanaq oynağının yumşaq toxumalarının şişkinlik halında əzilməsi, hematoması, sol bazunun, sol və sağ dirsək oynaqlarının sıyrıqları kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə, içərisində külli miqdarda olmaqla 61500 manat pul vəsaiti olan torbanı əlindən alıb, ələ keçirdikdə torbanın cırılması səbəbindən yerə səpələnmiş pulllardan cəmi 42802 manatı ələ keçirib hadisə yerindən qaçaraq, həmin gün ələ keçirdiyi puldan 13000 manat pul vəsaitini Təqsirləndirilən şəxs2 verməklə və onun üçün ayırmış olduğu 13000 manat pul daxil olmaqla cəmi 29802 manat pul vəsaitini Təqsirləndirilən şəxs3 özündə saxlamaqla, qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs külli miqdarda olan 61500 manat əmlakını əldə etmək məqsədi ilə həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək, quldurluq etmişlər.
3. Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tanışı Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək külli miqdarda əmlakını əldə etmək məqsədi ilə üzərlərinə düşən vəzifələri bölüşdürməklə və aralarında razılaşdırmaqla birləşərək, Zərərçəkmiş şəxs külli miqdarda pul vəsaiti ilə hərəkət etdiyi ünvanları Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 göstərəcəyini, Zərərçəkmiş şəxs yaşadığı evə qayıtması vaxtı barədə onun Təqsirləndirilən şəxs3 məlumat verəcəyini və Təqsirləndirilən şəxs3 özünün zor tətbiq etməklə basqın edərək Zərərçəkmiş şəxs üzərindəki külli miqdarda pul vəsaitini ələ keçirib, bərabər şəkildə öz aralarında üç yerə böləcəklərini razılaşdırdıqdan sonra, aralarında olan sövdələşməyə əsasən, 2024-cü ilin İyun ayının ilk günlərində Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs üzərində külli miqdarda pul vəsaiti daşıdığı hərəkət trayektoriyasını və yaşadığı ünvanı göstərdikdən sonra, o, 06 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs «BTB Bank»dan pul qəbul etməsi barədə Təqsirləndirilən şəxs3 telefon vasitəsilə məlumat verdikdə Təqsirləndirilən şəxs3 həmin tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, X27 küçəsi 90 nömrəli binanın girişinə daxil olub ikinci mərtəbədən sonuncunun evdən çıxmasını gözləyib, sonuncu əlində saxladığı içərisində özünə məxsus 61500 manat olan sellofan torba ilə həmin binada yaşadığı mənzildən çıxıb, pilləkənlərlə düşərkən həmin binanın blokunda Zərərçəkmiş şəxs üzərinə basqın edərək, əl və ayaqları ilə zərbələr endirib həyatı və sağlamlığı üçün təhlükəli olan ağrı simptomu və bir qədər hərəkət məhdudluğu ilə müşayiət olunan sol bud çanaq oynağının yumşaq toxumalarının şişkinlik halında əzilməsi, hematoması, sol bazunun, sol və sağ dirsək oynaqlarının sıyrıqları kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə, içərisində külli miqdarda olmaqla 61500 manat pul vəsaiti olan torbanı əlindən alıb, ələ keçirdikdə torbanın cırılması səbəbindən yerə səpələnmiş pulllardan cəmi 42802 manatı ələ keçirib hadisə yerindən qaçaraq,həmin gün ələ keçirdiyi puldan 13000 manat pul vəsaitini ona verməklə və Təqsirləndirilən şəxs1 üçün ayırmış olduğu 13000 manat pul daxil olmaqla cəmi 29802 manat pul vəsaitini Təqsirləndirilən şəxs3 özündə saxlamaqla, qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs külli miqdarda olan 61500 manat əmlakını əldə etmək məqsədi ilə həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək, quldurluq etmişlər.
4. Təqsirləndirilən şəxs3 tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Təqsirləndirilən şəxs2 tanışı Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək külli miqdarda əmlakını əldə etmək məqsədi ilə üzərlərinə düşən vəzifələri bölüşdürməklə və aralarında razılaşdırmaqla birləşərək,Zərərçəkmiş şəxs külli miqdarda pul vəsaiti ilə hərəkət etdiyi ünvanları Təqsirləndirilən şəxs1 ona göstərəcəyini, Zərərçəkmiş şəxs yaşadığı evə qayıtması vaxtı barədə Təqsirləndirilən şəxs2 ona məlumat verəcəyini və onun özünün zor tətbiq etməklə basqın edərək Zərərçəkmiş şəxs üzərindəki külli miqdarda pul vəsaitini ələ keçirib, bərabər şəkildə öz aralarında üç yerə böləcəklərini razılaşdırdıqdan sonra, aralarında olan sövdələşməyə əsasən, 2024-cü ilin iyun ayının ilk günlərində Təqsirləndirilən şəxs1 ona Zərərçəkmiş şəxs üzərində külli miqdarda pul vəsaiti daşıdığı hərəkət trayektoriyasını və yaşadığı ünvanı göstərdikdən sonra, Təqsirləndirilən şəxs2 06 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs «BTB Bank»dan pul qəbul etməsi barədə ona telefon vasitəsilə məlumat verdikdə o, həmin tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, X27 küçəsi 90 nömrəli binanın girişinə daxil olub ikinci mərtəbədən sonuncunun evdən çıxmasını gözləyib, sonuncu əlində saxladığı içərisində özünə məxsus 61500 manat olan sellofan torba ilə həmin binada yaşadığı mənzildən çıxıb, pilləkənlərlə düşərkən həmin binanın blokunda Zərərçəkmiş şəxs üzərinə basqın edərək, əl və ayaqlan İlə zərbələr endirib həyatı və sağlamlığı üçün təhlükəli olan ağrı simptomu və bir qədər hərəkət məhdudluğu ilə müşayiət olunan sol bud çanaq oynağının yumşaq toxumalarının şişkinlik halında əzilməsi, hematoması, sol bazunun, sol və sağ dirsək oynaqlarının sıyrıqları kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə, içərisində külli miqdarda olmaqla 61500 manat pul vəsaiti olan torbanı əlindən alıb, ələ keçirdikdə torbanın cırılması səbəbindən yerə səpələnmiş pulllardan cəmi 42802 manatı ələ keçirib hadisə yerindən qaçaraq, həmin gün ələ keçirdiyi puldan 13000 manat pul vəsaitini Təqsirləndirilən şəxs2 verməklə və Təqsirləndirilən şəxs1 üçün ayırmış olduğu 13000 manat pul daxil olmaqla cəmi 29802 manat pul vəsaitini özündə saxlamaqla, qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs külli miqdarda olan 61500 manat əmlakını əldə etmək məqsədi İlə həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək, quldurluq etmişlər. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
5. xx.xx.2024-cü il tarixli törədilmiş və hazırlanan cinayət haqqında şifahi məlumatın qəbul edilməsi barədə protokoldan (cild 01, iş vərəqə 3) görünür ki, Bayramov X5 rayon 16-cı PB-nə xx.xx.2024-cü il tarixdə saat təxminən 14.30-15.30 radələrində tanımadığı bir nəfər üzündə maska olan şəxsin ona vuraraq əlində olan sellofan torba içərisində olan 42.842 manat pulu zorla əlindən alıb qaçdığını bildirmiş, bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir.
6. xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, baş vermiş hadisə yeri vətəndaş Zərərçəkmiş şəxs bildirdiyinə görə Bakı şəhəri, Nərimanov rayonu, X27 küçəsi 90 ünvanında yerləşən blokun içərisində birinci mərətəbəsində baş verdiyindən hadisə beş mərtəbəli yaşayış binasının birinci mərtəbəsində baş verib. Hadisə yerinin fotoşəkilləri çəkilməklə tərtib edilmiş protokola əlavə edilmişdir.
7. xx.xx.2024-cü il tarixli götürülmə haqqında protokoldan (cild 01, iş vərəqə10) görünür ki, Zərərçəkmiş şəxs döyülüb əlindən pulunun alınması faktı ilə bağlı aparılan araşdırma zamanı onun yaşadığı Nərimanov rayonu, X27 küçəsi 90, mənzil 24 ünvanında baxış keçirilən zaman onun 18.658 manat pulu evin içində olan paltaryuyan maşının içindən 18.658 manat pul Nərimanov RPİ-nin Caş-nin əməkdaşının iştirakı ilə Zərərçəkmiş şəxs götürülmüşdür.
8. xx.xx.2024-cü il tarixli maddi sübutun təqdim edilməsi və götürülməsi haqqında protokoldan (cild 01, iş vərəqə 14) görünür ki, vətəndaş Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs vuraraq əlindən oğurlamış olduğu puldan 19.500 manat pulu təhqiqata təqdim etdiyindən götürülmüşdür.
9. Protokoldan (cild 01, iş vərəqə 16) görünür ki, vətəndaş Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs vuraraq əlindən oğurlayıb yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Albalılıq küçəsi, keçid 1349 nömrəli yataqxanada Təqsirləndirilən şəxs3 evinə baxış keçirilmiş həmin zaman içəri daxil olub sağda olan yataq otağının şkafın içində olan idman sumkasından içərisində vətəndaş Zərərçəkmiş şəxs döyüb əlindən aldığı pullardan 18.300 AZN pul idman sumkasından, 1700 AZN isə saxlanılan zaman üzərindən hal şahidləri X18 və X14 iştirakı ilə götürülmüşdür.
10. Protokoldan (cild 01, iş vərəqə 21) görünür ki,Sabunçu rayonu, Maştağa qəsəbəsi, fərdi evdə yaşayan X6 yaşadığı evin ərzaq məhsuallarının saxlanıldığı yerdən hal şahidləri X2 və X12 iştirakı ilə 13000 manat pul götürülmüşdür.
11. xx.xx.2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan (cild 01, iş vərəqə 29) görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır.
12. xx.xx.2024-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsi tutması barədə protokoldan (cild 01, iş vərəqə 50) görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə şübhəli bilinərək tutulmuşdur.
13. xx.xx.2024-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsi tutması barədə protokoldan (cild 01, iş vərəqə 71) görünür ki, X17 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə şübhəli bilinərək tutulmuşdur.
14. 09.06.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək bardə qərardan (cild 01, iş vərəqə 81) görünür ki, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə ittiham elan edilmişdir.
15. 10.06.2024-cü il tarixli Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)- 783/2024 saylı qərarından (cil d01, iş vərəqə 99-102) görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X17 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır.
16. 09.06.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək bardə qərardan (cild 01, iş vərəqə 103) görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə ittiham elan edilmişdir.
17. 10.06.2024-cü il tarixli Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)- 784/2024 saylı qərarı (cild 01, iş vərəqə 122-125) görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkna tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır.
18. Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 670 nömrəli rəyindən (cild 1 iş vərəqə 138-140) göünür ki, Zərərçəkmiş şəxs ağrı simptomu və bir qədər hərəkət məhdudluğu ilə müşayiət olunan sol bud çanaq oynağının yumşaq toxumalarının şişkinlik halında əzilməsi, hematoması, sol bazunun, sol və sağ dirsək oynaqlarının sıyrıqları kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər aşkar olunmuşdur.
19. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən (cild 01, iş vərəqə 145) görünür ki, Təqsirləndirilən şəxs2 Sabunçu rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinərək 04 il 6 ay azadlıqdan məhrum etmə və 3 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzalarına məhkum edilmiş. xx.xx.2019-cu ildə cəza müddəti qurtarmışdır. Hazırda məhkumluğu olmayandır.
20. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən (cild 01, iş vərəqə 148) görünür ki, Məmmədov X7 rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 176.1-ci maddəsi ilə təqsirli bilinərək, təyin edilmiş 200 manat cərimə cəzası ödənilmişdir. Hazırda məhkumluğu olmayandır.
21. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən (cild 01, iş vərəqə 151) görünür ki, Təqsirləndirilən şəxs3 Xəzər rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli şökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 29, 177.2.2 və 29, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Hazırda məhkumluğu olmayandır.
22. 02.09.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək bardə qərardan (cild 01, iş vərəqə 170) görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə ittiham elan edilmişdir.
23. 02.09.2024-cü il tarixli təqsirləndirilən şəxs barədə axtarış elan olunması və tutulması barədə qərardan (cild 01, iş vərəqə 173-174) görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə ittiham elan olunmuş Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmişdir.
24. 30.10.2024-cü il tarixli maddi sübutun qaytarılması haqqında protokoldan (cild 02, iş vərəqə 143) görünür ki, 51.158 manat Zərərçəkmiş şəxs qaytarılmışdır.
25. 31.10.2024-cü il tarixli sübutların təhlili, bir-birləri ilə müqayisə edilməsi, əmələ hüquqi qiymət verilməsi barədə qərardan (cild 02, iş vərəqə 145-161) görünür ki, ********* nömrəli cinayət işi üzrə toplanmış sübutlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 liqar oğlu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərinin Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi ilə tövsif olunması və onlara həmin maddə ilə yenidən ittiham verilməsi üçün kifayət hesab edilməsi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.3.2 ci maddələrindən başqa, həmin maddənin digər tövsifedici və xüsusilə tövsifedici əlamətləri olmadığından həmin hissələrdə barələrində cinayət təqibinə xitam verilməsi, Təqsirləndirilən şəxs3 əməli cinayətin ekstsessi, Rafael Tağızadə və Təqsirləndirilən şəxs1 əməlləri isə soyğunçuluq və CM-nin 322-ci maddəsi ilə nəzərdə tutan cinayətləri törətmə kimi qiymətləndirilməməsi, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının dəyişdirilmədən saxlanılması, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs1 barəsində cinayət işinin ayrılması məsələsinin həll edilməsi, vergi ödəyicilərinin vergi ödəməkdən yayınması faktı ilə əlaqədar Dövlət Vergi xidmətinə məlumat göndərilməsi qərara alınmışdır.
26. xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin saxlanılması haqqında protokoldan (cild 02, iş vərəqə 184) görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saat 15.00-da Gəncə şəhəri, Vəli Xuluflu küçəsində saxlanılmışdır.
27. Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(005)- 1343/2024 saylı qərarından (cild 02, iş vərəqə 233-234) görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanması qərara alınmışdır.
28. Məhkəmə-psixatrik ekspertizalarının xx.xx.2024-cü il tarixli 2254, 2255 və xx.xx.2024-cü il tarixli 3252 nömrəli rəyindən (cild 02,iş vərəqə 276) görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayəti törədərkən anlaqlı vəziyyətdə olmaları, onların əməlinin Azərbaycan Respublikası CM-nin 21, 22-ci maddələrinin təsiri altına düşməməsi müəyyən edilmişdir. Həmin rəylərdə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 istintaqa uyğun cavablar verərək ittiham olunduqları cinayət əməlini törətdikləri, Rafael Tağızadənin isə özünümüdafiəyə səy göstərərək cinayət əməlinin törədilməsində iştirak etmədiyini, ona aidiyyatı olmadığını vurğuladığı qeyd edilmişdir.
29. 16 saylı Cəzaçəkmə Müəsisəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2015-ci il tarixdə müəssisəsiyə daxil olmuş və xx.xx.2018-ci il tareixdə cəza müddətinin sonu ilə azad edilmiş, X21 xx.xx.2015-ci il tarixdə müəssisəyə daxil olmuş və xx.xx.2018-ci il tarixdə Suraxanı rayon Məhkəməsinin qərarı ilə 08 ay 19 gün müddətinə çəkilməmiş cəzasından şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X38 idarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(008)-263/2015 saylı hökmü icra olunmuş, X11 nəqliyyat vasitəsi idarəetmə hüququnun məhdudlaşdırılması cəzasının müddət axımı əsas cəzadan azad edildiyi tarixdən hesablanmğa başalamış və əlavə cəzanın müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir.
30. X3 verilmiş medal vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs1 qardaşı Cəbrayılın, Laçının və Qubadlının azad olunmasına görə medallarla təltif olunmuşdur.
31. Cinayət işinə əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində xx.xx.2021-ci il tarixdə doğulmuş Nazilə Allahverdiyeva və xx.xx.2023-cü il tarixdə doğulmuş Ahu Allahverdiyeva adlı iki övladı vardır.
32. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xx.xx.2023cü il tarixli Xəbərdarlıqdan görünür ki, vergi ödəyicisi Təqsirləndirilən şəxs1 27679,90 manat vergi borcu vardır.
33. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə baş verən gün o yaşadığı binaya daxil olub, evə qalxarkən maskalı və tanımadığı bir şəxslə qarşılaşmışdır. O həmin şəxsin özünü pis hiss etdiyini görmüş, həmin şəxsə kömək çağıracağını bildirmişdir. Daha sonra aşağı mərtəbəyə enmişdir. Blokun qarşısında yenidən həmin şəxslə qarşılaşmışdır. Həmin şəxs köməyə ehtiyac olmadığını bildirib, çıxıb getmişdir. O həmin şəxsin halının daha da pisləşməsindən ehtiyat edib, onun arxasınca getmişdir. Daha sona yenidən evə qayıtmışdır. 15-20 dəqiqə evdə oturub, daha sonra rayona getməyi qət etmişdir. Hazırlaşıb evdən çıxmışdır. Bu zaman əlində pul çantası da olmuşdur. Pilləkən ilə aşağı düşərkən, bir qədər əvvəl qarşılaşdığı maskalı şəxsi yenidən görmüşdür. O yan keçib getmək istəmiş, bu zaman həmin şəxs qabağına keçərək qarşını kəsmişdir. O əvvəlcə bunun təsadüf olduğunu düşünmüşdür. Lakin çox keçməmiş həmin şəxs ona möhkəm təpik zərbəsi vurmuşdur. Sonuncu onun əlində olan pul çantasını almaq istəmiş, o isə çantadan möhkəm yapışmışdır. Əlbəyaxa mübarizə bir qədər çəkmiş, sonda həmin şəxs ona güclü zərbə vurmuşdur. Bu zaman zərbənin təsirindən o qışqırmışdır. Daha sonra həmin şəxs onu divara tərəf itələmiş və bu zaman o huşunu itirmişdir. Ayılan zaman ətrafında qonşuları görmüşdür. Pulların bir hissəsi ətrafa dağılmışdır. Qonşular həmin pulları yığıb ona vermişlər. Yerdə qalan pulları isə ona quldurluq edən şəxs aparmışdır. Qonşular istirahət etməsi üçün onu evə aparmışlar. Bir qədər sonra polis əməkdaşları gəlmişlər. Polislər ondan nə baş verdiyini soruşmuşlar. O isə tanımadığı şəxs tərəfindən basqına məruz qaldığını bildirmişdir. Polis bölməsinə aparılmış və ondan izahat alınmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, çantada 61500,00 Azərbaycan manatı pul olmuşdur, yerə dağılan pulların məbləği 18658,00 Azərbaycan manatı olmuşdur. Hazırda təqsirləndirilən şəxslərin heç birindən şikayətçi deyildir. O təqsirləndirilən şəxslərlə barışmışdır və hər hansı tələbi yoxdur. Təqsirləndirilən şəxslərdən yalnız Rəfaeli tanıyır. Rəfaeli 16 saylı cəzaçəkmə müəssisəsindən tanıyır. Eyni dövrdə həbsdə olmuş, məhkum yoldaşı olmuşlar. O və Rəfael fərqli zamanlarda həbsdən azad olmuşlar. Rəfaellə hər zaman münasibətləri yaxşı olub. Rəfaellə işgüzar münasibətləri olmuşdur. O müxtəlif təyinatlı kommersiya fəaliyyəti məşğul ilə olur. “Araz Service” və “BH Material” özəl müəssisələrində işləmişdir. Rəfael ona həyat yoldaşının xəstə olduğunu və maddi vəziyyətinin ürəkaçan olmadığını bildirmişdi. O da Rafael ilə beton quraşdırma işlərinin görülməsi qarşılığında iş müqaviləsi bağlamışdır. Hüquqi şəxs olan müəsisəni Rəfaelin adından yaratmışlar. Müəsisə ona məxsus deyildi. Müəssisənin faktiki rəhbəri Rəfael olub. O sadəcə vasitəçilik etmişdir. 16500,00 Azərbaycan manatı həmin müəssisə gəlir əldə etmişdir. Həmin pulu Rəfael özü şəxsən bankdan əldə etmişdir. 15800,00 Azərbaycan manatı ona vermiş, 700,00 Azərbaycan manatı isə özünə saxlamışdır. O 61500,00 Azərbaycan manatı pulu evdən götürüb, rayona aparmaq niyyətində olmuşdur. Rəfaeldə onda bu qədər pul olması barədə məlumat olub-olmadığını bilmir. O Rəfaeldən heç vaxt şübhələnməmişdir. Ona hücum edən şəxsin fotoşəkili istintaq zamanı ona göstərilmişdir. Ona hücum edən Cavad idi. Cavadı əvvəllər tanımamışdır. Cavadı hadisədən sonra tanımışdır. Rəfaelin vergi borcu olması barədə məlumatı yox idi. Rəfael işlə əlaqədar mənə hər hansı narazılıq bildirməyib. Vergi borcu barədə Hüseynə məlumat vermişdir. Şikayət və tələbi yoxdur. Həmin pulun 18500,00 Azərbaycan manatı hissəsini bankdan götürmüşdür, 43000,00 Azərbaycan manatı hissəsi isə ona məxsus idi. 61500,00 Azərbaycan manatının içərisində təqsirləndirilən şəxslərə məxsus pul yox idi. Aldığı materialların pulunu vermək üçün Rəfael ona 15800,00 Azərbaycan manatı pul vermişdi. Fariz ilə aralarında üzləşdirmə keçirilib. Üzləşdirmə istintaq hərəkətində o, Fariz və müstəntiq iştirak etmişdir. Üzləşdirmədə nə baş verdiyini xatırlamır. Üzləşdirmə zamanı Fariz ona bu cinayətin təşkilatçısı olduğunu deməmişdi. Fariz ona üzləşdirmə zamanı ondan pul olacağını heç vaxt əvvəlcədən bilə bilməyəcəyini demişdi. Fariz ona üzləşdirmə zamanı Cavad barəsində heç nə deməmiş, həmin şirkətlər ona məxsus deyildir.O Farizin adına şirkət yaratmamışdır. Farizin barəsində heç bir məlumatı yoxdur. Fariz ona heç vaxt pul verməmişdir. Təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir.
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır
34. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində tanınan X17 Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, bu məsələdə özünü təqsirli bilmir. Bu hadisələrin hamısı vergi borclarının ödənilməsi ilə əlaqədar olmuşdur. Zərərçəkmiş şəxs onu aldadaraq çirkli pulların yuyulması üçün adına 5 şirkət açmış və həmin şirkətin gəlirlərindən ona 0.3% pay vermişdir. Yerdə qalan pulun kimə çatdığından məlumatı yoxdur. Zərərçəkmiş şəxs üzərində 16500,00 Azərbaycan manatı pul olmuşdur. Həmin pulu Hüseynlə birlikdə gedib götümüşlər və həmin puldan 110,00 Azərbaycan manatı ona vermişdir. Yerdə qalan pulu isə Hüseyn özü aparmışdır. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, pulu götürdükdən sonra Zərərçəkmiş şəxs onu avtobusla yola salmışdır. Zabrat qəsəbəsində ona zəng gəlmişdir ki, Cavad 40000,00 Azərbaycan manatı pulu Hüseyndən götürüb. Bundan sonra Hövsan qəsəbəsinə getmişdir. O, bankdan 16000,00 Azərbaycan manatı götürüldüyü halda, Cavadın Hüseyndən 40000,00 Azərbaycan manatını necə gütürməsinə təəccüb etmişdir. Əvvəlcədən aralarında olan razılaşmaya əsasən Cavad pulu alıb Farizlə Rafaelə verməli idi. Ona həmin puldan 13000,00 Azərbaycan manat vermişlər, o da həmin pulu polisə təhvil vermişdir. Onun 71 yaşı var və ona elan olunan ittihamla bağlı anlayışı olmayıb. 1977-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində mühəndis ixtisasını bitirmişdir. O, Cavadın hər hansı xəsarət yetirdiyini görməyib və bundan məlumatı yoxdur. O, Hüseyni həbsdə cəza çəkdiyi vaxt tanımışdır. Sonuncunun nə işlə məşğul olduğunu bilməmişdir. Onları Elxan adlı şəxs tanış etmişdir ki, “mən Hüseynlə işləyirəm, sənin də qazancın yoxdur, sən də gəl işlə”. Hüseynlə görüşəndə sonuncu bildirmişdir ki, onun adına şirkət açacaq və ona da gəlirdən 0.3% pul ödəyəcək. O da Hüseynlə razılaşmışdır. Onun adına 5 şirkət açılmışdır. Lakin həmin şirkətlərin adlarını xatırlamır. Onlar pulu bankdan götürməyə bir yerdə getmiş lakin həmin pula onun əli dəyməmişdir. Onlar kassanın qarşısında dayanmış, Hüseyn pulu götürmüş və çıxanda götürdüyü pulun 0.3% ona verib getmişdir. Farizi Hüseynlə o tanış etməmişdir. Hüseyn Farizin də adına şirkətlər açmışdır. Hüseyn ona 0.3-0.5% ödəniş edəcəyini, vergi borclarını özünün ödəyəcəyini və onun arxayın olmasını bildirmişdir. Vergilər Nazirliyindən ona zəng gələndə bilmişdir ki, adına 200000,00 Azərbaycan manatı vergi borcu yaranıb. Cavadla onu Fariz tanış etmişdir. Cavad Hüseyndən pulları alıb onlara verməli idi. Onlar da həmin pullarla vergi borclarını ödəməli idilər. xx.xx.2024-cü il tarixdə Hüseynlə “BTB” banka getmiş və 16500,00 Azərbaycan manatı pulu bankomatdan çıxarmışlar. Ona həmin puldan 110,00 Azərbaycan manatı vermişdir. O, Hüseynin yaşadığı ünvanı bilmir. Cavad ona zəng edib Hüseyndən pulları götürdüyünü deyib. Cavad Hövsan qəsəbəsində yerləşən Nanəli restoranında kababçı işləyirdi. Onlar həmin restoranda görüşmüş, Cavad bildirmişdir ki, Hüseyndən 40000,00 Azərbaycan manatı pul götürüb. Cavad həmin puldan 13000,00 Azərbaycan manatı ona vermiş, Farizə nə qədər verdiyini və özünə nə qədər götürdüyünü bilməmişdir. O, həmin 13 000,00 Azərbaycan manatı pulu ertəsi gün polisə təhvil vermişdir. X28 adlı şəxs tanış etmişdir. Hüseynlə onlar həbsdə birlikdə olmuşlar. Hüseynin “Gənclik” metrosunun yaxınlığında, kirayədə qaldığından məlumatı olub. Onlar “Gənclik” metrosuna qədər bərabər gediblər. Metronun yanında Hüseyn ona “mən 202 nömrəli avtobusla qızımgilə gedəcəyəm, sən də Maştağaya getmək üçün 28 nömrəli avtobusa min” demişdir. Cavad ona 13000,00 Azərbaycan manatı pulu verəndə, Cavada Hüseyndə 16500,00 Azərbaycan manatı pul olduğunu bildirərək, 40000,00 Azərbaycan manatı pulu haradan əldə etdiyini soruşmuşdur. Cavad bildirmişdir ki, “Hüseyn yıxıldı, məndə pulu əlindən alıb qaçdım”. Həmin pulun cinayət yolu ilə əldə edildiyini bilsə də, pulu qəbul etmək məcburiyyətində olmuşdur. Çünki vergi borcunu da ödəməli idi. Cavadla Hüseyn həbsxanada birlikdə olmuşlar. Azadlığa çıxdıqdan sonra da görüşmüşlər. Lakin Hüseynin yaşadığı yeri heç kim bilməmişdir. Hüseynin yaşadığı yeri izləyərək müəyyən etmişlər. Lakin kimin izlədiyini bilmir. Hadisədən əvvəl düşünülmüşdür ki, Cavad pulu Hüseyndən alıb qaçacaq. Cavadın həmin puldan Farizə verib-verməməsi barədə məlumatı yoxdur. X36 arasında olan məsələ olub. O, 13000,00 Azərbaycan manatı alanda yox, sonradan Hüseyndən 40000,00 Azərbaycan manatı pul götürüldüyünü bilmişdir. Baxış adlı şəxs də onlar kimi qurban olmuşdur. Baxışın da adına şirkətlər açılmışdır. O, həbs olunanda düşünmüşdür ki, Cavad pulu götürərərək qaçıb deyə tutulmuşdur. Ona verilən 13000,00 Azərbaycan manatı pul, ona məxsus pul olmuşdur. Həmin şirkət onun adına açılıbsa və borc onun adına yaranıbsa, deməli həmin pul da ona aid hesab olunmalıdır. O da həmin pulla öz vergi borclarını ödəməli idi. Həmin gün Farizin pulu götürməməsi səbəbinin sonuncunun işdə olub sifarişlə əlaqədar kabab bişirməsi olduğunu demişdir.
35. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X11 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. O ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə göstərmişdir ki, 2015-ci ildə Azərbaycan Respublikası CM-nin 263.2. və 264-cü maddələri ilə 4 il 6 ay müddətinə məhkum olmuşdur. Cəzasını Ədliyyə Nazirliyinin Penitenisiar xidmətinin 16 saylı Cəza Çəkmə müəssisəsində çəkmişdir.Həmin vaxt onunla çəzaçəkmə müəsisəsində Zərərçəkmiş şəxs ilə tanış olub münasibət qurmuşdur. Zərərçəkmiş şəxs vergi cinayəti törətdiyinə görə məhkum olmuşdur. Cəzasını çəkib bitirdikdən sonra dustaq yoldaşı Elxan 2022-ci il tarixdə onu Hüseynin yanına aparmışdır.Hüseyn ona adına şirkət açılmasını, həmin şirkət vasitəsi ilə alqı-satqı əməliyyatları aparılacağını vergilər ödəndəndikdən sonra əldə olunmuş gəlirin 0.3 faizini alacağı barədə məlumat vermişdir.Təqsirləndirilən şəxs2 onunla razılaşdıqdan sonra Hüseyn onun adına bir necə şirkət açmış və həmin şirkətlər üzərindən Hüseyn əməliyyatlar aparmağa başlamışdır. Təqsirləndirilən şəxs2 şirkətinin bank hesabına pul köçürüləndə Hüseynlə banka gedib pul vəsaitini qəbul etdikdən sonra həmin pulları Hüseynə vermişdir.Hüseyn də əldə olunmuş gəlirin 0.3 faizini hesablayıb Rəfaelə qaytarmışdır. Bir müddət sonra Təqsirləndirilən şəxs2 telefonuna mesaj vasitəsi ilə vergi borclarının yaranması barədə xəbərdarlıqlar gəlməyə başlamışdır. O bu barədə Hüseynə bildirəndə narahat olmamağı vergi borclarını ödəyəcəyini demişdir. Müxtəlif adlarda 5 şirkət açılıb fəaliyyət göstərsə də, həmin şirkətlərin adını xatırlamır.Hüseynin yanında olan zaman ondan başqa digər şəxslərin də eyni qaydada onunla işlədiyini bilmişdir. Təxminən bir il bundan qabaq 2023-cü il tarixdə tanışı Baxış, Təqsirləndirilən şəxs1 Hüseynin yanına gətirmiş, eyni qayda ilə Farizin də adına şirkətlər açılmış və alqı- satqı əməliyyatları həyata keçirilmişdir. Həmin ərəfədə Təqsirləndirilən şəxs2 Farizlə münasibəti yaranmışdır. Bir müddət sonra problemlər yarandığı üçün Hüseyn onlara adlarına olan şirkətlərin vergi borcunu ödəyə bilməyəcəyi barədə məlumat vermişdir .Bu səbəbdən Fariz narazıçılıq etməyə başlamış və Təqsirləndirilən şəxs2 Hüseynin yanında həmişə olduğu üçün bankdan pul nəğdləşdirəndə pulları bir nəfərin vasitəsi ilə aldırılmasını və daha sonra həmin pulu bölüb vergi borclarını ödəməyi təklif etmişdir. Onun tapşırığı ilə Təqsirləndirilən şəxs2 Hüseyn bankdan pul qəbul edəndə məlumat verməli idi. Bu barədə Təqsirləndirilən şəxs2 Farizlə metronun «Əhmədli» stansiyası yaxınlığında olan kafedə oturub söhbət edən zaman qərara gəlmişlər. Təqsirləndirilən şəxs2 Hüseynin əlindən pulu kimin alacağı ilə maraqlananda. Fariz pulu Hüseynin əlindən tanışı Cavad adlı şəxs alacağını demişdir. Bundan sonra .Fariz zəng edib Rəfaeli metronun «Koroğlu» stansiyasının yanına dəvət etmiş və Cavadla tanış edərək, Hüseyn pulu bankdan alanda Cavada məlumat verməyi tapşırmışdır. Cavadla tanış olanda məlum olmuşdur ki, Cavad da 16- cı Cəsa Çəkmə müəssisəsində cəza çəkmişdir. Cavad Farizin ona Hüseynin yaşadığı yeri göstərməsini bildirmişdir. xx.xx.2024-cü il tarixdə Hüseyn zəng edib Rəfaelİn adına olan şirkətin hesabına daxil olan pulu nəğdləşdirmək lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 onunla pulu bankdan çıxartmaq üçün xx.xx.2024-cü il tarixdə saat təxminən 12 radələrində metronun «Gənclik» stansiyası yaxınlığında yerləşən yarmarkanın qarşısında görüşüb, Azadlıq prospektində yerləşən BTB banka getmişdir. Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra bankın xəzinəsindən ona 16500 manat verilmişdir. Təqsirləndirilən şəxs2 həmin məbləği Hüseynə vermiş, o isə həmin puldan 112 manatı qazanc kimi Rəfaelə qaytarmışdır. Qalan pulları isə Hüseyn özü götürmüş və birlikdə metronun «Gənclik» stansiyasına gəlmiş, orada sağollaşıb ayrılmışlar. Hüseyn qızının yaşadığı evə oradan isə Şirvana gedəcəyini demişdir. O gedəndən dərhal sonra Təqsirləndirilən şəxs2 Cavada zəng edib Hüseynin ayrılıb evə getməsini bildirmişdir. Cavad ona işi görüb zəng edəcəyini demişdir.Bundan sonra Təqsirləndirilən şəxs2 Maştağa qəsəbəsində yerləşən evinə getmək üçün avtobusa oturmuş, yolda olan zaman Cavad zəng edib işi gördüyü barədə məlumat verib ona Hovsan qəsəbəsinə, Farizin işlədiyi «Nanəli» kafesinə gəlməyi tapşırmışdır. Fariz orada kababçı kimi fəaliyyət göstərirdi. Təqsirləndirilən şəxs2 avtobusdan düşüb Hövsan qəsəbəsində yerləşən «Nanəli» kafesinə getmişdir. Kafenin qarşısında Fariz və Cavadla görüşmüşdür. Fariz işi olduğu üçün restorana keçmişdir. Rəfael isə Cavadla çayxanaya getmiş və orada Cavad Rəfaelə 13000 manat verərək, 40000 manata yaxın götürdüyünü, Rəfaelin payına 13000 manat düşdüyünü bildirmişdir. Rəfael ondan 13000 manatı götürüb yenidən taksi ilə Maştağa qəsəbəsində yerləşən evinə getmişdir. Pulu həyətdə yerləşən saxlanc yerinə qoymuşdur.xx.xx.2024-cü il tarixdə Hüseyn zəng edib onu «Gənclik» meydanındakı parka çağırmışdır.Təqsirləndirilən şəxs2 evdən çıxıb parka gəlmiş və orada polis əməkdaşları tərəfindən saxlanılıb 16-ci Polis bölməsinə gətirilmişdir. Polis bölməsində hadisə barədə düzgün məlumat verib pulun evində olduğunu bildirmiş və polis əməkdaşları ilə evə getmiş, könüllü olaraq 13000 manatı polis əməkdaşlarına təqdim etmişdir. Hüseynin ümumilikdə nə qədər pul götürməsi barədə məlumatı olmamışdır. O 40000 manata yaxın ələ keçirməsini demişdir.
36. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində tanınan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o digər təqsirləndirilən şəxslərin ifadələri ilə razı deyil. Rafael ilə Hüseyni həbsdə olduğu müddətdə tanıyıb. Hüseynlə münasibətləri olmasa da, Rafael ilə olub. Hadisədən əvvəl onların aralarında kimisə vurmaq və ya nəyisə oğurlayıb qaçmaq kimi söhbət olmayıb. Onların aralarında söhbət adi görüş əsnasında açılmışdı. Onlar Farizlə çay içərkən, Rafael də gəlmişdir. Söhbət zamanı Farizlə Rafael vergi borclarının olduğunu demişlər. O, bu barədə Farizlə Rafaeldən məsələni maraqlanmışdır. Farizlə Rafael ona bildirmişlər ki, adlarına bankdan pul götürülüb, hərəsinin adına da kifayət qədər borc yaranıb. Bu zaman o pul verdikləri adamın şəklini göstərmələrini xahiş etmişdir. Şəkili görəndə, pulları alan şəxsin tanışı Hüseyn olduğunu görmüşdür. Uzun söhbətdən sonra o Hüseynlə danışmağı və sonuncuya Farizlə Rafaelə olan borcunu bağlaması barədə təklif etməyi bildirmişdir. Lakin kimisə vurmaq və ya əlindən zorla pul almaq niyyətləri olmamışdır. O, Hüseyni tanıdığına görə, sonuncu ilə danışmağa getmiş, lakin təklikdə tapa bilməmişdir. Hüseyn bankdan çıxanda arxasınca getmiş və evini görmüşdür. O Hüseyni üzdən tanımış, lakin sonuncu onu tanımamışdır. Geri qayıdanda o Hüseynlə söhbət etmək istəmiş, lakin sonuncu onu tanımadığı üçün söhbətləri alınmamışdır. O, Hüseynlə söhbət edə bilmədiyi üçün, sonuncunun əlində olan pulları götürüb qaçmağı qət etmişdir. Hüseyn bankdan pulu alan zaman, sonuncunun əlində 15000,00 Azərbaycan manatı pul olmuşdur. Qalan 25000,00 Azərbaycan manatı pulu isə evdən götürmüş və ya kimsə Hüseynə vermiş, bu barədə dəqiq heç nə bilməmişdir. O, pulu Hüseyndən almaq istəyən zaman, sellofan paket cırılmış və Hüseynin üzərindən 40000,00 Azərbaycan manatı məbləğində pul ələ keçirmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, 15000,00 Azərbaycan manatı məbləğində pul ələ keçirmək məqsədi ilə Hüseynlə görüşə getmiş, lakin sonuncunun üzərindən 40000,00 Azərbaycan manatı pul götürmüşdür. Hüseynin dediyinə görə, üzərində 61500,00 Azərbaycan manatı olmuşdur. Həmin puldan 13000,00 Azərbaycan manatını Rafaelə vermiş, 27000,00 Azərbaycan manatı isə onda qalmışdır. Farizə isə pul verməmişdir. Fariz bu hadisədə ümumiyyətlə iştirak etməmişdir. Farizə də pul verməli olsa da sonuncuya pul verməmişdir. Onlar 40000,00 Azərbaycan manatı məbləğində pulu üç yerə bölməli idilər. Hər birinə 13000,00 Azərbaycan manatı məbləğində hissə ayırmışdır. Pulları ələ keçirdikdən sonra, onlar öz aralarında bərabər bölmək barədə razılığa gəlmişlər. Farizə Hüseyndən 40000,00 Azərbaycan manatı pul götürdüyünü demiş, lakin sonuncuya pul verməmişdir. Hüseyni bir gün izləmişdir. Hüseyn ona yaxınlaşmamışdır. Onlar Hüseynlə binanın blokunda, 2-ci mərtəbə ilə 3-cü mərtəbənin ortasında rastlaşmışlar. O, həmin vaxt aşağıda olmuş, Hüseyn isə yuxarıda olmuşdur. Hüseyn evə getmiş, o Hüseynə çata bilməmişdir. O, orada oturmuş və 20 dəqiqə gözləmişdir. Gözləyən zaman “Jaguar” markalı spirtli enerji içkisi qəbul etmişdir. Hüseynin evdən çıxdığını görəndə, sonuncu ilə söhbət etmək üçün yanına getmişdir. Həmin gün əynində adi gündəlik geyim, üzündə tibbi maska olmuşdur. Baş geyimi və gözündə eynək olmamışdır. Hüseynlə qarşılaşdıqda o Hüseyni vurmamışdır. O Hüseynə ümumiyyətlə heç nə etməmişdir. O, Hüseynlə rastlaşanda, sonuncunun əlində sellofan paket görmüş, həmin pulları Hüseynin əlindən alan zaman, sellofan paket cırılmış və sonuncu da yerə yıxılmışdır. Sellofan paket ağ rəngdə olmuş və içi görünməmişdir. Pullar yerə dağılanda, Hüseyn özü də orda olmuşdur. O, sellofan paketi Hüseynin əlindən alanda, sellofan paket cırılmış, pullar yerə dağılmış, Hüseyn özü də yerə yıxılmış və o da əlini yerə atıb, bacardığı qədər pulları yerdən yığmış və oradan qaçmışdır. Hüseyn 2 ilə 3-cü mərtəbənin arasında pilləkənə yıxılmışdır. Həmin pulların bəziləri rezinə bükülmüş, qalanları isə açıq şəkildə ətrafa səpələnmişdir. Pullar 100,00 və 50,00 Azərbaycan manatı dəyəri olan kağız əskinaslardan ibarət olmuşdur. O, rezinə bağlanmış həmin pulları götürüb qaçmışdır. O, pulları götürəndə Hüseyn “polis, köməyə gəlin” deyərək qışqırmış, Hüseynin səsinə qonşuları gəlmiş, qonşularının qapıları açılanda o oradan qaçmışdır. Pulları həmin yerdən uzaqlaşandan sonra saymış və 40000,00 Azərbaycan manatı pul olduğunu görmüşdür. Sonra Rafaelə zəng etmiş və sonuncuya demişdir ki, “Hüseyndən 40000,00 Azərbaycan manatı pul götürmüşəm. Adama 13000,00 Azərbaycan manatı pul düşür, gəl pulu götür”. Rafaelə 40000,00 Azərbaycan manatı pul götürdüyünü deyəndə, sonuncu ona etiraz etməmişdir. Fariz həmin vaxt işdə olmuşdur. Sonuncu nə Rafaelin, nə də onun yanında olmamışdır.Sonradan cinayət törətməkdə şübhəli şəxs qismində saxlanıldığından Farizə pulu verə bilməmişdir. O, Farizə zəng edərək bildirmişdir ki, “Hüseynin üzərindən 40000,00 Azərbaycan manatı pul çıxıb. 13000,00 Azərbaycan manatını Rafaelə verdim, qalan pul isə məndədir. Əgər istəsən, həmin pullardan bir hissə sənə də verərəm”. Sonra qismət olmadığından pulu Farizə verə bilməmişdir. Fariz məhəllədə kababçı işləmişdir. O da bu minvalla Farizi tanımışdır. Rafaeli 16 saylı cəzaçəkmə məntəqəsində tanımışdır. Sonuncu dəfə, yəni hadisədən qabaq Farizlə çay içəndə Rafael də gəlmişdir. Görüş vaxtı ancaq çay içmişlər. X8 vergi borcları barədə olub. Görüş vaxtı Hüseynlə görüşüb, xoşluqla danışaraq, borcları ödəməsini sonuncuya bildirmək qənaətinə gəlmişlər. Son ana qədər Hüseyni vurmaq kimi və ya digər bir qərarları olmamışdır. O, sonradan təkbaşına bu qərara gəlmişdir. Bu fikrə spirtli içki içdikdən sonra gəlmişdir. Spirtli içkini tək içmişdir. Fariz və Rafaellə görüşdüyü vaxt çay içmişlər. Hüseyn bankdan çıxanda arxasınca getmiş və həmin vaxt sonuncunun evini tanımışdır. Hüseynin hansı bankda olacağını Rafaeldən öyrənmişdir. 40000,00 Azərbaycan manatı puldan 39000,00 Azərbaycan manatını 3 yerə bölmüşlər. 13000,00 Azərbaycan manatını Rafaelə vermiş, yerdə qalan 26000,00 Azərbaycan manatı pul isə onda qalmışdır. 13000,00 Azərbaycan manatı məbləğində pulu da Farizə vermək niyyətində olmuşdur. Farizlə Rafaelə hadisə barədə həmin gün məlumat vermişdir. Əvvəlcə Rafaelə hadisə barədə məlumat vermişdir. Bankla ev arasında 10 dəqiqəlik məsafə olub. O, banka Hüseyndən əvvəl getmiş, sonuncunun gəlməyini gözləmişdir. Hüseyn gözdən yayınmış və evə girmişdir deyə sonuncu ilə danışa bilməmişdir. Hüseyn evdən çıxıb aşağı düşəndə o da yuxarıya qalxmışdır. Həmin vaxt blokda rastlaşmışlar. Danışmağa cəhd etmiş, Hüseynə yaxınlaşmış, danışmaq istəmiş, lakin içkili olduğu üçün danışa bilməmişlər. Hüseyndən sellofan paketi alanda sonuncu yıxılmış, sellofan paket də cırılmışdır. O, yerdən pulları götürüb qaçmışdır. Hüseyn sellofan paket cırılan anda, oturduğu yerdə, beli pilləkənə dəymişdir. Hüseyn yıxılanda yerə sərt formada dəyməmişdir. Hüseynin cüssəsi Rafaellə eyni olmuşdur. Rafael ona Hüseynin əlindən pulu alıb qaçmaq barədə bir söz deməmişdir. O, saxlanılması səbəbi ilə Farizə pul verə bilməmişdir. Onun niyyəti sadəcə Rafaellə Farizə kömək etmək olmuşdur. O, 2010-da saxlanılmış, 2018-də azadlığa çıxmış, 6 il məhkumluğu olmuşdur. Cinayət aləminə də qarışmamışdır. Hüseyni vurmaq, pulu aparmaq niyyəti olmamışdır. O, Hüseynə ümumiyyətlə toxunmamışdır. Hüseynin yıxılmasının səbəbi hər ikisinin israrla sellofan paketi özünə tərəf çəkmələri olmuşdur. Hüseyn daha sonra yerə yıxılmış və qışqırmağa başlamışdır.
37. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. O ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və cinayət törətməsini etiraf etmişdir. Təqsirləndirilən şəxs3 göstərmişdir ki, 2014-cü İl tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə 4 il müddətinə məhkum olmuş və cəzasını Ədliyyə Nazirliyinin Penitenisiar xidmətinin 16 saylı Cəza Çəkmə müəssisəsində çəkmişdir.Cəza çəkmə müəssisəsindən azad olduqdan sonra yaşadığı Xəzər rayonu, Albalılıq dayanacağı, keçid 1349, 5 nömrəli yataqxananın yaxınlığında kafedə kababçı kimi işləyən Təqsirləndirilən şəxs1 ilə tanış olmuş və onunla münasibəti yaranmışdır. 2024-cü ilin aprel- may aylarında Fariz ilə görüşən zaman o Hüseyn adlı şəxslə bir yerdə işlədiyini və həmin şəxs onun adına pul köçürmələri edərək onu çətin vəziyyətə saldığını, bu səbəbdən Farizin Vergi orqanlarına borcları yarandığını bildirmişdir. Həmçinin Hüseyn daimi pul ilə gedib- gəlməsi barədə məlumat verib onun əlində olan pulu ondan ala biləcəyini soruşmuş, ala biləcəyi halda həmin pulla problemlərini həll edə biləcəklərini demişdir. Təqsirləndirilən şəxs3 ona fikirləşib cavab verəcəyini demişdir. Bundan sonra Fariz ona Hüseyn barəsində daha ətraflı məlumat verməyə başlayıb, Bakı şəhərində metronun «Gənclik» stansiyasının yaxınlığında tək yaşadığını, daim evə pulla getdiyini və evdən külli miqdarda pulla çıxdığını söyləmişdir. Razılaşmışlar ki, Fariz ona Hüseyn pul ilə gedib- gələn zamanı məlumat verəcək, Cavad isə pulu ələ keçirəcəkdir. Fariz onu metronun «Gənclik» stansiyasının yaxınlığına gətirərək Hüseynin yaşadığı binanı göstərmişdir. Təqsirləndirilən şəxs3 bir müddət Hüseynin arxasınca düşüb onun hansı ünvanda dəqiq yaşamasını müəyyən etmişdir. Fariz, Zərərçəkmiş şəxs onun kimi Rəfael adlı şəxsi də aldatdığından vergi borcunun yaranmasını demişdir. Fariz onu metronun «Koroğlu» stansiyasının yaxınlığında Rəfaellə tanış edəndə, Cavad Rəfaelİ tanımış və ona eyni cəza çəkmə müəssisəsində cəza çəkmələrini demişdir. Görüş zamanı X26 bankdan pulla çıxması barədə Cavada məlumat verməyi tapşırmışdır. Rəfael də ona məlumat verəcəyini demişdir. Razılaşdıqdan sonra sağollaşıb ayrılmışlar.Təxminən may ayının əvvəllərində Rəfael zəng edib Hüseynin metronun «Gənclik»stansiyasından çıxanda izləyib onun harada qalmasını və ondan pulu necə alacağını planlaşdırmaq üçün sabah onunla görüşdükdən sonra məlumat verəcəyini bildirmişdir. Zəngin sabahı günü Cavad metronun “Gənclik» stansiyasının qarşısında dayanıb Hüseyni gözləyərkən Rəfael zəng edib Hüseynin ondan ayrılaraq metroya daxil olması və bir necə dəqiqə sonra «Gənclik» stansiyasının “Beko” yazılan binanın qarşısında olan çıxışdan çıxacağını demişdir.Cavad həmin çıxışın qarşısına gedib orada Hüseyni gözləmişdir. Hüseyn bir necə dəqiqə sonra həmin çıxışdan çıxıb hərəkət etməyə başlamışdır.Cavad təxminən olaraq 15-20 metr məsafədən onu izləmişdir. O hərəkət edib yaşadığı binanın həyətinə oradan isə binanın ikinci girişinə daxil olmuşdur. Cavad da onun arxasınca ikinci girişə daxil olmuş və onun arxasınca pilləkanlarla yuxarı qalxıb Hüseynin 4-cü mərtəbədə orta qapıdakı mənzildə yaşadığını müəyyən etmişdir. Bundan sonra oradan uzaqlaşıb getmişdir. Bir necə gün keçmiş Rəfael ikinci dəfə zəng edib Hüseynin yenə pul götürəcəyi barədə məlumat vermişdir .Bir necə saat sonra Cavad Hüseynin yaşadığı binaya gedib onun yaşadığı mənzilin qapısına qalxmışdır.Bir qədər gözləyib pilləkanlarla aşağı düşüb girişdən çıxan zaman Hüseynlə üz-üzə gəlsə də, pulu ondan almaq üçün heç bir hərəkət etməmişdir. Bir qədər uzaqda dayanıb gözləmişdir.Bir necə dəqiqə sonra Hüseyn blokdan çıxıb əlində selofan torba ilə gedəndə, yenə də onun əlindən torbanı almayıb uzaqlaşıb getmişdir.Hüseynə qarşı heç bir hərəkət etməməsinin səbəbi əvvəllər heç vaxt belə bir hadisə törətməməsi olmuşdur. xx.xx.2024-cü il tarixdə Rəfael yenidən zəng edib Hüseynin sabah bankdan pul alacağını bildirmişdir. xx.xx.2024cü il tarixdə Cavad metronun «Gənclik» stansiyasının yaxınlığına gəlib Rəfaelin zəngini gözləmişdir. Saat təxminən 14 radələrində Rəfael zəng edib Hüseynin pul ilə birlikdə metronun keçidinə daxil olduğu barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs3 onun yaşadığı binanın qarşısına gəlib onun daxil olacağı bloka girərək ikinci mərtəbəyə qalxmış və gözləmişdir. Hüseynin onun üzünü görməməsi və tanımaması üçün qabaqcadan dükandan aldığı idman papağını başına geyinib və qara rəngli tibbi maskanı üzünə taxmışdır. Bir necə dəqiqə sonra Hüseyn bloka daxil olub pilləkanlarla qalxan zaman ona yaxınlaşmış, lakin yenə də ürək edib ona bir şey edə bilməmişdir.Bu an ürəyində ağrı başladığından və ürəyini tutduğundan Hüseyn yaxınlaşıb ne baş verməsini soruşmuşdur. Cavad ona ürəyi ağrıdığını demişdir. Hüseyn geri dönüb pilləkanlarla çıxışa tərəf gedəgedə təcili tibbi yardım çağıracağını söyləmişdir. Cavad onun arxasınca blokdan çıxmış və Hüseynə narahat olmamağı, təcili tibbi yardıma ehtiyacı olmamasını demişdir. Bundan sonra Cavad oradan uzaqlaşıb və dükana daxil olub “Yaquar” adlı spirtli energetik içki alıb qəbul etmişdir.Həmin günü artıq həmin içkidən 4 ədəd qəbul etmişdir.Spirtli işki qəbul etməkdə məqsədi ürəklənib hadisəni törətmək olmuşdur. Ceri qayıdıb blokun giriş hissəsindən İçəri daxil olaraq 2-ci mərtəbədə gözləmişdir.Bir necə dəqiqə keçmiş Hüseynin mənzilinin qapısı açılmış və Cavad onun gəldiyini başa düşmüşdür. O əlində selofan paketlə Cavada tərəf gələn zaman onun qarşısına keçib əlini onun əlindəki selofan paketə ataraq Özünə tərəf çəkmişdir.Lakin Hüseyn paketi buraxmadığı üçün onunla dartışmağa başlamış, Hüseyn müqavimət göstərmişdir. Cavad paketi özünə tərəf dartanda paket çırılmış Hüseyn paketdən tuutduğu üçün onun əli boşa çıxmış və pilləkanlara yıxılmışdır. Paketdə olan pullar pilləkanlara dağılmışdır. Cavad yerdə olan pullardan 2 paçka 100 manatlıq, 100 və 50 manatlıq əskinaslar olan paçkaları götürüb şalvarının arxa cibinə qoymuş, Hüseyn isə bərkdən qışqırıb kömək çağırmışdır. Cavad yerə səpələnmiş pullardan da bir qədər əlinə yığıb sonra köynəyinin içərisinə qarın nahiyyəsinə yerləşdirib oradan qaçaraq uzaqlaşmışdır. Binadan çıxıb uzaqlaşdıqdan sonra taksi ilə Hövsan qəsəbəsinə yola düşmüşdür. Taksi hərəkətdə olan zaman Cavad arxa ötürücaqda oturub qarın nahiyyəsində köynəyin altına yerləşdirdiyi pulları çıxardıb qabaq oturacağın arxasında olan cibliyə qoymuşdur. Sürücüyə su almaq üçün qarşıda bir dükanda saxlamağı tapşırmışdır. Sürücü dükanların birinin qarşısında saxlamış, Cavad düşüb su alan zaman selofan paket də almışdır. Yenidən taksiyə oturub hərəkətdə olan vaxt pulları ciblikdən çıxardıb paketin içərisinə yığmışdır. «Nargilə» adlanan yerdə taksidən düşmüş və başqa taksi ilə Hövsana yola düşmüşdür.Yolda Rəfaelə zəng edib Farizin işlədiyi Hövsan qəsəbəsindəki “Nanəli” kafesinin qarşısına gəlməyi tapşırmış, Hüseyndən pulu götürdüyünü bildirmişdir. Hövsanda Farizin işlədiyi “Nanəli” kafesinin qarşısına gəlmiş və Farizə zəng edib onu kafedən çağırmışdır .Yolda olan zaman 13000 manat Farizə, 13000 manat Rəfaelə ayırmışdır. Bir müddət sonra Rəfael də həmin yerə gəlmişdir. Onlara hardasa 40000 manat götürməsini bildirib 13000 manatı Farizə vermək istəyən zaman Fariz işdə olmasını söyləyib Cavada pulu özündə saxlamasını tapşırmış, işdən sonra götürəcəyini deyib, kafeyə qayıtmışdır. Cavad isə Rəfaellə yaxınlıqdakı çayxanaya gedib orada çay içdikdən sonra 13000 manatı ona vermişdir. Rəfael pulu götürüb taksi ilə oradan uzaqlaşmışdır.Cavad bazardan idman çantası alıb pullan onun içərisinə qoymuş və taksi ilə evinə getmişdir .Evə daxil olandan sonra həmin puldan 1700 manat götürüb yaxında olan dükana gedib alış-veriş etmiş, həyat yoldaşı və uşaqları ilə birlikdə qohumugilə qonaq getmişdir.Axşam evə qayıdan zaman həyətdə bir necə nəfər şəxs yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onlarla birlikdə 16-cı Polis bölməsinə getməli olduğunu bildirmişlər. Cavad onlarla birlikdə 16-cı Polis bölməsinə gəlmişdir. Polis şöbəsində ona kamera görüntüləri təqdim edib Hüseynə qarşı cinayət əməlini onun törətməsini demişlər. Cavad könüllü olaraq etiraf etmiş və hadisə barədə məlumat vermişdir. Hadisə zamanı taladığı pullardan cibində olan 1200 manat çıxardıb polislərə təqdim etmiş, qalan puların bir hissəsinin evdə olduğunu və könüllü təqdim edəcəyini, pulun 13.000 manatının isə Təqsirləndirilən şəxs2 olduğunu bildirmişdir. Polis əməkdaşları ilə birlikdə Xəzər rayonu, Albalılıq dayanacağı, keçid 1349, 5 nömrəli yataqxanadakı mənzilinə gedərək pulları təqdim etmişdir.Həmin vaxt hal şahidləri və polis əməkdaşlarının iştirakı ilə protokol tərtib olunmuş 18300 manat götürülüb qablaşdırılmışdır.
38. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində tanınan Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o Rafael və Baxışla 8-ci mikrorayon bazarında özünə iş axtarmağa gedərkən, həmin bazarda fərdi ticarətlə məşğul olan kəndlisinin yanında tanış olmuşdu. Baxışla Rafael ona adına şirkət açılacağını, bunun qarşılığında pul ödəniləcəyini, özlərinin də bu işə qoşulduqlarını, lakin işin sahibi olduqlarını, razı olduğu təqdirdə Rafaelgilə qoşula biləcəyini bildirmişlər. O da düşünmüşdür ki, əlavə gəlir olacaq, buna görə də razılaşmışdır. Lakin ona vergi borcunun yaranacağını deməmişlər. 1 gün sonra Rafael və Baxışla zəngləşib, Nərimanov rayonu ərazisində yerləşən kafeyə getmişdir. Orada Hüseynlə görüşüb tanış olmuşlar. Hüseyn onun adına şirkət açacağını, işin sonuncuya aid olduğunu, onun da Hüseynin işçisi olacağını və ona 0.3% pul verəcəyini demişdir. O, Hüseynlə banka getmək lazım olduqda, vaxtının olmayacağını və öz işləri ilə məşğul olacağını bildirmişdir. Hüseyn də ona bu məsələyə qarışmayacağını bildirmişdir. Rafael ilə Baxış da ona əvvəldən vergi borcunun yaranacağı barədə məlumat verməmişlər. Onun adına şirkət açılmış və Hüseynlə də münasibətləri buradan yaranmışdır. Bir dəfə onun adına 8000,00 Azərbaycan manatı vergi borcu yaranmış və o da Hüseynə zəng edib, gündəlik 15,00 Azərbaycan manatı qazanc qarşılığında işlədiyini, bu borcları ödəyə bilməyəcəyini demişdir. Qeyd etişdir ki, Hüseyn etdiyi bütün zənglərə cavab vermişdir. O, Hüseyndən borclarını ödəməsini xahiş edərək, ödəməyəcəyi halda sonuncudan uzaqlaşacağını bildirmişdir. Hüseyn də narahat olmamasını və borcu ödəyəcəyini bildirmişdir. Bundan sonra yenidən onun adına 21000,00 Azərbaycan manatı borc yaranmışdır. Hüseyn ödəyəcəyini bildirsə də, həmin borc get-gedə artaraq, 131000,00 Azərbaycan manatı olmuşdur. Buna görə də o öz cibinin pulu ilə 10 dəfə, 70,00-80,00 Azərbaycan manatı yol pulu vermiş, Hüseynin Şirvan şəhərində yerləşən evinə getmiş, Hüseynin evinə gedəndə, sonuncunun həyat yoldaşı, qızı, qızının həyat yoldaşı və nəvələri də orada olmuşdur. O, Hüseynə onların bu formada razılaşmadıqlarını, bu məbləği ödəyə bilməyəcəyini, onunla vergi borcunun yaranacağı barədə əvvəlcədən danışmadığını və ona heç bir məlumat vermədiyini bildirmişdir. Hüseyn də ona narahat olmamasını, borcları ödəyəcəyini bildirmişdir. Bundan sonra Hüseyn borcları az-az ödədiyini və dediyinə görə, 500,00 Azərbaycan manatı məbləğində borc qaldığını demişdir. O, Hüseynin əlindən pulu almaq və ya sonuncunu vurmaq barədə əvvəlcədən plan qurmamışdır. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, Cavadla uzun müddətdir ki, tanışdır. O, “Nanəli” restoranında kababçı işləmiş və Cavadla orada tanış olmuşlar. Cavadla söhbət edəndə borcları barədə söhbət etmişlər. O, “Nanəli” restoranında işləmişdir deyə, həmin ərazidə hamı onu tanımış və hamı da bilmişdir ki, onun adına vergi borcları olmuşdur. Bir gün Cavadla çay içən zaman vergi borcları barədə soruşmuş, o da borclarının ödənilmədiyini, 131000,00 Azərbaycan manatı qaldığını demişdir. Cavad borcu ödəməyənin kim olduğunu soruşan zaman, əvvəllər Hüseynin 16 nömrəli cəzaçəkmə müəssisəsində cəza çəkdiyini bildirmişdir. Bu vaxt Cavad da orada cəza çəkdiyini və həmin şəxsi üzdən görsə, tanıya biləcəyini demişdir. Onlar bu barədə söhbət edərkən Rafael də gəlmiş və Cavadla eyni cəza çəkmə müəssisəsindən tanış olduqları üçün görüşmüşlər. X29 şəklini göstərmişdir. Cavadın pulu götürüb qaçması ilə onun heç bir əlaqəsi olmamışdır. Cavadla Rafael tanış çıxdıqdan sonra, o gedib öz işi ilə məşğul olmuşdur. Cavad pulu götürəndə restorana gəlmişdir. O, restoranda gündəlik 40,00 Azərbaycan manatı qarşılığında kababçı işləmişdir. O, həmin pulu qorxduğu üçün götürməmişdir. Çünki həmin pulun qanunsuz yolla alındığını və bu işin üstünün açılacağını bilmişdir. O, Cavadın Hüseyndən pulu bu şəkildə alacağını bilməmişdir. O, vergi borcunun “Kapital bank” vasitəsilə ödənilməsinə razılaşmışdır. Cavadın bu məsələni necə həll edəcəyini bilməmişdir. Cavadla Rafael gəlmişlər, Rafael pulu götürüb getmiş və ardınca o da getmişdir. Cavadla Rafaelə də bildirmişdir ki, “sizi tutacaqlar”. O, üç gün əvvəl gedib Hüseynin evində danışmışdır ki, vergi borcunu ödəsin, buna görə də aralarında olan münasibət pozulmuşdur. O, götürəcəyi təqdirdə iştirakçı olacağı səbəbilə həmin pulu götürməmişdir. O Cavadın Hüseyndən qanunsuz yolla pul götürəcəyini bilməmişdir. O, Cavadla Rafaelin tanışlığına vasitəçilik etmiş, lakin Rafaellə Cavad 16 saylı cəzaçəkmə məntəqəsində birlikdə olduqları üçün onsuzda tanış olmuşlar. O, Rafaelə Hüseynin əmlakını ələ keçirməyi təklif etməmişdir. O, dəfələrlə Hüseynlə danışmağa cəhd etmiş, yaşadığı evə getmiş, zəng etmiş, qızının da evini axtarıb tapmış, lakin yenə də cavab ala bilməmişdir. Onu Rafaelin əli ilə aldadıb etibarnamə almış, daha sonra da Rafaelə etibarnamə vermişdir. Sonuncu da öz növbəsində pulu Hüseynə vermişdir. Onlar biz Rafaellə Cavadın pulu götürməsi barədə müzakirə etməmişlər. Onun heç bir təqsiri olmamış, pulu da götürməmişdir. O, günortadan sonra, saat təxminən 4-5 radələrində öyrənmişdir ki, Cavad pulu götürmüşdür. Bu barədə Cavadla Rafael restorana gələndə öyrənmişdir. Cavad ona zəng edib harada olduğunu soruşmuş, o isə iş yerində olduğunu demiş və Cavad restorana gəlmişdir. Cavadın restorana gəlməsi səbəbi ilə bağlı heç nə danışmamışlar. Həmin restoran sonuncunun daimi gəldiyi yer olmuşdur. Cavad gəldikdən sonra hadisə barədə danışmış, sonra Rafael də gəlmiş və Cavadla restorandan çıxıb, çöldə danışmışlar. Cavad Rafaelə pul verəndə, o həmin epizodu görməmişdir. Cavad pulu qanunsuz yolla əldə etdiyini dediyi üçün o da qorxmuş və pulu götürmək istəməmişdir. O, Hüseynin yaşadığı yeri tanımamış, onun Hüseynlə əlaqəsi olmamışdır. Hüseynlə banka o getməmişdir. O, Rafael tərəfindən aldadılmış, sonuncuya etibarnamə verdiyi üçün Rafael onun əvəzindən 470000,00 Azərbaycan manat pulu Hüseynə vermişdir. Əvvəlcədən Cavadın gedib pulu götürməsi barədə söhbət etməmişdir. Cavadla danışıqlarında Cavad Hüseyni tanıdığı üçün, tanış qismində vergi borcunu ödəməsini sonuncuya bildirməli idi.
39. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. O ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Alablılıq qəsəbəsində «Kilim ailəvi» restoranında kababçı İşləyir. Təqsirləndirilən şəxs3 həmin kafeyə gəldiyindən, onunla tanış olmuşdur. Təqsirləndirilən şəxs2 4 ilə yaxındır ki, tanıyır. Rəfaellə 8-ci Km qəsəbəsində tanışının dükanında tanış olmuşdur. Fariz iş axtardığı üçün Rəfael ona adına şirkət açmaq üçün şəxsiyyət vəsiqəsini verməyi təklif etmiş və məlumat vermişdir ki,həmin şirkət fəaliyyət göstərəcək və hər 15 gündən bir qazancdan 2 faiz veriləcəkdir. Təqsirləndirilən şəxs1 razılıq vermişdir. Təqsirləndirilən şəxs2 onu Zərərçəkmiş şəxsla tanış etmişdir. Rəfael adına şirkətləri Hüseynin açacağını demişdir. Zərərçəkmiş şəxs əmlakını qarət etməyi o Rəfaelə təklif etmişdir. Rəfael Hüseynin hər dəfə bankdan külli miqdarda pul alıb çıxdığını söyləmişdir. Rəfael Farizin təklifi ilə razılaşmış və pulu kimin ələ keçirəcəyini soruşmuşdur. Fariz ona əvvəllər məhkum olmuş Cavad adlı tanışının olmasını, onunla danışacağını bildirmişdir. Təqsirləndirilən şəxs1 Cavadla danışmış və ona bir nəfər Farizin və tanışının adına şirkətlər açıb əməliyyatlar keçirdiyini, hər dəfə bankdan külli miqdarda pul aldığını bu səbəbdən tanışının vergiyə borcu yarandığı barədə məlumat verib bu səbəbdən o bankdan pul alanda həmin pulu ələ keçirməyi təklif etmişdir. Cavad razılaşmışdır. Təqsirləndirilən şəxs1 Hüseynin yaşadığı evi ona göstərmiş, həm də Rəfaellə tanış etmişdir. Onları tanış edəndə məlum olmuşdur ki, bir-birlərini əvvəlcədən tanıyırlar, bir cəza çəkmə müəssisəsində cəza çəkiblər. Təxminən bir həftə sonra üçü metronun «28 May» stansiyası yaxınlığında görüşmüşlər. Rəfael bildirmişdir ki, Hüseyn bankdan pul alanda Cavada məlumat verəcəkdir. Cavad onu izləyib, pulları alıb qaçacaq, sonra üçü böləcəklər. Rəfael Hüseynin yaşadığı evi Təqsirləndirilən şəxs1 o isə Cavada göstərmişdir. Razılaşmalarına əsasən Rəfael şirkətinin hesabına daxil olan pulu Hüseyn alanda Cavada məlumat verməli, Cavad isə onu izləyib pulu əlindən almalı və bir yerdə görüşüb pulu bölməli idilər. Rəfaelin dediyinə görə Hüseyndə 30.000 manat olmalı idi. Hər birinə 10.000 manat düşməli idi. Hadisə olan günü Cavad zəng etmiş və Farizin iş yerinə gələcəiyni bildirmiş, bir müddət sonra gəlmişdir. Onunla balıq evində oturan zamanı Cavad 40200 manat çıxartmış və hər birinin payına 13300 manat düşdüyünü demişdir. Lakin işdə olduğu üçün Fariz ondan payına düşən pulu götürməmişdir. İş yerimə qayıdan zaman Rəfaeli görmüşdür. Ona çıxıb getməyi tövsiyə etsə də Rəfael Cavada zəng edib geri çağırmışdır. Rəfael Cavaddan onun payına düşən 13300 manatı istəmişdir. Cavad pulu kənarda vercəyini bildirmiş və onlar uzaqlaşıb getmişdilər. Axşam eşitmişdir ki, Cavadı polis əməkdaşları tutub. Onun adına FARTUNESKOM»MMC, "xxxx" MMC və "xxxx" MMC təsis olunmuş, Şirkətlərin ümumti borcu 131000 manat olmuş, lakin borc ödənilmişdir. Təqsirləndirilən şəxs1 və Rəfael, Cavadla Hüseyndən pulu necə almasını dəqiq razılaşdırmamışlar.
Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
40. Maddə 181.3.2. Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
41. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır
42. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
43. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
44. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
45. Maddə 56.1.2. Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.
46. Maddə 59.1.13. Cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması və cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallardır.
47. Maddə 59.2 Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi
48. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
49. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
50. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
51. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
52. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
53. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
54. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
55. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı
56. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin presedent hüququ:
57. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”.
Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarı
58. Bənd 6. Soyğunçuluq və quldurluq cinayətini əmlakın hədə-qorxu ilə tələb edilməsi cinayətindən (CM-nin 182-ci maddəsi) fərqləndirərkən nəzərə almaq lazımdır ki, soyğunçuluq və quldurluqda əmlakın ələ keçirilməsi zor tətbiq edilməsi ilə eyni vaxtda və ya ondan dərhal sonra baş verirsə, özgə əmlakını hədə-qorxu ilə tələb etmə zamanı təqsirli şəxsin əməli əmlakın və ya ona olan hüquqların gələcəkdə əldə edilməsinə yönəlir.
59. Bənd 7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Quldurluq cinayəti isə özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
60. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittiham iş üzrə zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxslərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələr ilə öz təsdqini tapmışdır.
61. Belə ki, məhkəmə istintaqı zamanı cinayət işi materiallarında olan ekspertiza rəyləri və digər iş üzrə sübutlar ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, X17 və Təqsirləndirilən şəxs1 tərəfindən qabaqcadan əlbir olaraq Zərərçəkmiş şəxs külli miqdarda əmlakını, onun sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edərək quldurluq etmələri sübuta yetirilmişdir.
62. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin özlərini təqsirli bilməməsi ilə bağlı verdikləri ifadələri özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə bu hissədə qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin verdikləri ifadələr arasında ziddiyyətlər olduğu halda ibtidai istintaq zamanı onların verdiyi ifadəlar arasında məntiqli əlaqə olmuş, törədilmiş cinayət əməlinin hazırlıq və sonrakı mərhələləri barədə onların müfəssəl məlumat verməsi cinayət işinin materiallarında olan digər sübutlarla öz təsdiqini tapmış və ibtidai istintaq zamanı verilmiş ifadələrə şübhəli yanaşılmasına heç bir əsas müəyyən edilməmişdir. İlk öncə məhkəmə Təqsirləndirilən şəxs3 zərərçəkmiş Zərərçəkmiş şəxs pulu danışıq yolu ilə alacağına dair digər təqsirləndirilən şəxslərə bildirməsi və həmin niyyətlə sonuncunu izləyib yaşadığı ünvana getməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavad Allverdiyevin üzündə tibbi maska ilə zərərçəkmiş şəxsi izləməsi, pulu ələ keçirib qaçana qədər həmin maskanı çıxartmaması onun məhkəmə iclasında Hüseynin onu tanımaması səbəbindən danışa bilməmədiyi və bunun nəticəsində pulu zorla alıb qaçmaq zərurətində qalması ilə bağlı verdiyi ifadəsini həqiqətə uyğun olmayan və işin hallarına uyğun gəlməyən ifadə kimi qiymətləndirir. Həmçinin məhkəmə istintaqı zamanı da zərərçəkmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs3 əvvəllər tanımadığnı, onu bu cinayət törədildikdən sonra tanıdığını bildirmişdir. Digər tərəfdən Təqsirləndirilən şəxs3 ələ keçirdiyi pulu 3 yerə bərabər şəkildə bölməsi, onun niyyətinin əslində tanışları olan Rafael və Farizə kömək etmək niyyətində olmasını deyil, tamah məqsədi ilə cinayət törətməsini, o cümlədən onların arasında cinayət barədə əvvəlcədən razılaşma olması və onların ittiham olunduqları cinayət əməlində əlbirliyini təsdiq edir. Həmçinin məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 13000 manat pulun cinayət yolu ilə ələ keçirilmiş pul olduğundan götürməkdən imtina etməsi ilə bağlı verdiyi ifadəni də özünü müdafiə xarakterli, cinayət məsuliyyətindən yayınma cəhdi kimi qiymətləndirir. Məhkəmə bu hissədə də qeyd edir ki, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 sonuncuya çatası 13000 manat pulu almaqdan imtina etməsini bildirməmiş, əksinə ona zəng edib 13000 manatı Rafaelə verməsini, qalan 26000 manat pulun isə onda olduğunu, ibtidai istintaq orqanı tərəfindən saxlanıldığından həmin pulu Farizə verə bilmədiyini bildirmişdir. Həmçinin məhkəmə istintaqı zamanı X30 Məmmədovun özünə çatası 13000 manat pulu həmin vaxt kababçı kimi işlədiyindən obyektiv səbəbdən götürə bilməməsini və daha sonra götürəcəyini bildirmişdir. X20 Təqsirləndirilən şəxs1la əvvəlcədən Təqsirləndirilən şəxs3 pulu alıb onlara verəcəyi barədə razılaşdıqlarını demişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs1 və Rafael Tağızadə vergi borcları olduğunu bildirsə də onlar həmin işə Hüseyn tərəfindən 0,3% gəlir müqabilində könüllü surətdə cəlb edilmiş və törətdikləri cinayət əməlini pərdələmək məqsədi ilə məhkəmə istintaqı zamanı məsuliyyətdən yayınmağa çalışmışlar.
63. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir (qərarın 49,50,51-ci bəndlərindəki normativ aktlara əsasən).
64. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir. (qərarın 48-ci bəndi).
65. Təqsirləndirilən şəxs3, X17 və Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
66. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 43,44,46,47-ci bəndləri).
67. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 Sabunçu rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinərək 04 il 6 ay azadlıqdan məhrum etmə və 3 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzalarına məhkum edilmişdir. xx.xx.2019-cu ildə cəza müddəti qurtarmış, Məmmədov X7 rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 176.1- ci maddəsi ilə təqsirli bilinərək, təyin edilmiş 200 manat cərimə cəzası ödənilmiş, Təqsirləndirilən şəxs3 Xəzər rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli şökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 29, 177.2.2 və 29, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxslərin hər biri məhkumluğu olmayan şəxs hesab edilir.
68. Təqsirləndirilən şəxslərin əməlində qüvvədə olan cinayət qanunvericiliyinin müddəalarına əsasən cinayətin residivi yoxdur.
69. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.
70. Məhkəmə təqsirləndirilən şəxs X11 yaşını, Təqsirləndirilən şəxs3 himayəsində iki azyaşlı uşağının olmasını, Təqsirləndirilən şəxs1 qardaşı X1 Cəbrayılın, Laçının və Qubadlının azad olunmasına görə medallarla təltif olunmasnı, həmçini zərərçəklmiş şəxsə vurulmuş ziyanın ödənilməsini və onlara qarşı şikayət və tələbinin olmamasını təqsirləndirilən şəxslərin cəzasının yüngülləşdirlən hallar kimi nəzərə alır
71. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
72. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, X17 və Təqsirləndirilən şəxs1 xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər hesab edildiyindən cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 45-ci bəndi).
73. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs3 və X17 xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşlar, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)-783/2024 saylı qərarı ilə X17 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmış, Təqsirləndirilən şəxs3 barəsində Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)- 784/2024 saylıq rəarı ilə həbsqətimkan tədbiri seçilmiş və onun həbsetməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs3 və X17 hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Digər Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saat 15.00-da Gəncə şəhəri, Vəli Xuluflu küçəsində saxlanılmış, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(005)-1343/2024 saylı qərarı ilə onu barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanması qərara alınmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (qərarın 52,53-cü bəndləri).
74. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs3 cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2024cü il tarixdən hesablanmalı, təqsirləndirilən şəxs X11 cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
75. İş üzrə maddi sübut, ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
76. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən 06 manat miqdarında, xx.xx.2025- ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində Bakı şəhəri Mərkəz Vəkil bürosunun vəkili X4 tərəfindən göstərilmiş (31+37) 68 iş saatı həcmində hüquqi yardımla bağlı Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına ödənilməsi üçün 593 (beş yüz doxsan üç) manat məbləğində pul köçürülməlidir.
77. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və həmin maddə ilə ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və həmin maddə ilə ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X11 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. X17 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X11 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və həmin maddə ilə ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X4 üçün 593 (beş yüz doxsan üç) manat məbləğində pul köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs1, X17, Təqsirləndirilən şəxs3 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Aygün Qurbanova Hakimlər Telman Hüseynov Fərid Namazov