Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-849/2020 12.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X3 məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1983-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 22, mənzil 31-də qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 7,503 qram çəkidə narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2020-ci il tarixdə saat 18:30-da Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən «Ucuz Market»in arxa tərəfində Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt şəhər Pİ-nin 1-ci PB-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki göy rəngli gödəkçənin sağ döş cibindən qırmızı rəngli konfet qutusunda saxladığı, 19 ayrı-ayrı sellofan bükümlərə bükülmüş 0,389 qram, 0,386 qram, 0,420 qram, 0,419 qram, 0,415 qram, 0,404 qram, 0,406 qram, 0,401 qram, 0,396 qram, 0,410 qram, 0,400 qram, 0,396 qram, 0,395 qram, 0,384 qram, 0,400 qram, 0,381 qram, 0,382 qram, 0,352 qram, 0,367 qram çəkidə olan külli miqdarda ümumi təmiz çəkisi 7,408 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, 6 aydan çoxdur ki, narkotik maddələrdən istifadə edir. O, xx xxxxx 2020-ci il tarixdə günorta saatlarında koronavirus pandemiyasına qarşı qəbul edilmiş karantin qaydalarına əməl etməyərək, icazəsi olmadan şəxsi işi ilə bağlı evdən çıxıb, “20 yanvar” metrostansiyası yaxınlığına getmişdir. Orada olarkən təsadüfən üzdən tanıdığı, lakin ad və soyadını bilmədiyi bir nəfər şəxslə tanış olub söhbət edərkən həmin şəxs ona narkotik vasitə olan heroin satdığını bildirmişdir. O, da narkotik istifadəçisi olduğu üçün həmin şəxsdən 190 manata qırmızı rəngli kiçik platsmas konfet qabının içərisində 19 ayrı-ayrı sellofan bükümünə bükülmüş bükümləri almış və həmin bükümləri əynindəki gödəkçəsinin sağ döş cibinə qoymuşdur. O, bir neçə saat Bakıda olduqdan sonra həmin gün saat 18 radələrində oradan çıxıb Sumqayıt şəhərinə gəlmişdir. Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində «Ucuz Market»in arxa tərəfində olarkən 2 nəfər şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirərək küçəyə çıxma barədə arayışını və ya icazə üçün sms göndərib-göndərmədiyini soruşmuşlar. O da onlara küçəyə çıxmaq üçün heç bir icazəsi olmadığını bildirmişdir. Bu səbəbdən həmin polis əməkdaşları onu ərazi aidiyyatı üzrə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə dəvət etmiş, o, da etiraz etməyərək onlarla birlikdə 1-ci Polis Bölməsinə getmişdir. Həmin bölməyə gedən zaman polis əməkdaşlarına üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bölmədə xidməti otaqların birində polis əməkdaşları özlərini təqdim edib, ondan da özünü təqdim etməyini istəmiş, o, da özünü təqdim etmişdir. Polis əməkdaşları ona karantin rejim qaydalarını pozduğu üçün saxlanıldığını və üzərində narkotik vasitə olmasını bildirdiyi üçün polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. O, da etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah edildikdən sonra üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyaları təqdim etməyini bildirildikdə o, əynində olan göy rəngli gödəkçənin sağ döş cibində gizlətdiyi qırmızı rəngli kiçik plastmas qabı çıxararaq içərisində ayrı-ayrı 19 sellofan bükümdə olan bükümləri polis əməkdaşlarına təqdim emişdir. Həmin vaxt polis əməkdaşları həmin bükümlərdə nə olduğunu, haradan əldə etdiyini soruşduqda, o, həmin bükümlərdə narkotik vasitə olan heroin olduğunu, onları xx xxxxx 2020-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, “20 yanvar” metsrostansiyasının yanında olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən şəxsi istifadəsi üçün 190 manata aldığını və istifadə etmək üçün üstündə saxladığını demişdir. Daha sonra üzərindən aşkar olunan həmin narkotik vasitə olan heroin tərəzidə çəkilərək zərfdə qablaşdırılmış, müvafiq sənədləşmə aparılmış və o, da həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Həmin narkotik vasitə olan heroini özünə məxsus olan pulla almış və ondan özü istifadə edəcəkmiş. Etdiyi əmələ görə peşmandır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Voroşil oğlu ifadəsində bildirdi ki, o, Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanımışdır. xx.xx.2020-ci il tarixdə, saat 18:30-da Sumqayıt ŞPİnin CAŞ-ın kiçik inspektorları Şahid3 və Vüsal Abbasovla birlikdə koronovirus pandemiyasına qarşı qəbul edilmiş karantin rejimi qaydalarının pozulması hallarının qarşısını almaq məqsədi ilə Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində xidmət aparan zaman həmin ərazidə yerləşən «Ucuz» Marketin arxa tərəfində bir nəfər şəxsin yolda durduğunu görüb ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim edib çölə çıxması barədə hər hansı bir arayışın olub-olmamasını və icazə alması üçün sms göndərib-göndərmədiyini soruşmuşlar. Həmin şəxs də onlara heç bir sms göndərmədiyini və icazə arayışının da olmadığını bildirmişdir. Onlar da Elbrusa ərazi aidiyyatı üzrə Sumqayıt ŞPİ-nin 1-ci PB-yə getməyi təklif etmiş, o da etiraz etməmiş və onlar onunla birlikdə həmin bölməyə gedərkən yolda onlara üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bölmədə xidməti otaqların birində X2 özünü təqdim edib, ona özünü təqdim etməsini bildirmişdir. O da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu demişdir. X1 rejim qaydalarını pozduğu üçün polis əməkdaşları tərəfindən saxlanıldığını və üzərində narkotik vasitə olmasını bildirdiyi üçün polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyini bildirdikdə, o da etiraz etməmişdir. Daha sonra ona hüquq və vəzifələri izah edilmişdir. Ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyaları təqdim etməsi bildirildikdə, o da əynində olan göy rəngli gödəkçəsinin sağ döş cibində gizlətdiyi qırmızı rəngli kiçik plastmas qabı çıxararaq içərisində ayrı-ayrı 19 sellofan bükümdə olan bükümləri onlara təqdim etmişdir. Həmin vaxt ondan bükümlərdə nə olduğunu, haradan əldə etdiyi soruşulduqda, o da onlara həmin bükümlərdə heroin olduğunu, onu xx xxxxx 2020-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, “20 yanvar” metsrostansiyasının yanında olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün 190 manata alıb, istifadə etməsi üçün üstündə saxladığını demişdir. Daha sonra üzərindən aşkar olunan 19 ayrı-ayrı bükümdə olan həmin narkotik vasitə olan heroin tərəzidə çəkilərək, zərfdə qablaşdırılmış, müvafiq sənədləşmə aparılmış və o da həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4, Şahid3 Şahid1 Voroşil oğlu ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə prosesində özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq, özünü müdafiə üsulu kimi qiymətləndirir və hesab edir ki, o cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir. Cinayət işində olan tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası məhkum edilmiş və Binəqədi rayon məhkəməsinin xx.xx.2018-ci il il tarixli qərarı ilə 07 ay 07 gün müddətinə vaxtından əvvəl şərti azad edilmişdir. xx xxxxxx 2017-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx xxxxxxx 2017-ci il tarixli Qanununun 1.64.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2-ci maddənin sanksiyasında “dörd ildən səkkiz” sözləri “üç ildən yeddi” sözləri ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs qeyd olunan Qanunundan əvvəl törətdiyi cinayət ağır cinayətlər kateqoriyasına aid olsa da, yeni qanunvericiliyə əsasən həmin cinayət az ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Həmin məcəllənin 10.2-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Həmin məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə müəyyən edilmiş əməli yeni qanunverciliyə əsasən az ağır cinayətlər kateqoriyasına aid olduğundan, hazırda onun vəziyyəti yaxşılaşdırıldığı üçün, o təhlükəli residiv kimi yox, sadə residiv kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaradır. Cinayət işində olan xx.xx.2020-ci il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokoldan görünür ki, karantin rejim qaydalarını pozduğuna görə və xx.xx.2020-ci il tarixdə, saat 18:30-da Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində saxlanılıb Sumqayıt ŞPİ-nin 1-ci PB-yə gətirilərkən yolda üzərində narkotik vasitə olduğunu bildirən şəxsin üzərinə 1-ci PB-də xidməti otaqların birində şəxsi axtarış aparılır. Şəxsi axtarış zamanı Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis kapitanı Şamil Məmmədov özünü təqdim edir, sonra da həmin şəxsə özünü təqdim etməsini xahiş edir. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı Şamil Məmmədov ona karantin rejim qaydalarını pozduğu üçün polis əməkdaşları tərəfindən saxlanıldığını və üzərində narkotik vasitə olmasını bildirdiyi üçün polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi bildirdikdə, o da etiraz etmir. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilir. Ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyaları təqdim etməsini bildirildikdə, o da əynində olan göy rəngli gödəkçəsinin sağ döş cibində gizlətdiyi qırmızı rəngli kiçik plastmas qapı çıxararaq içərisində ayrı-ayrı 19 sellofan bükümdə olan bükümləri onlara təqdim edir. Həmin vaxt ondan bükümlərdə nə olduğunu, haradan əldə etdiyi soruşulduqda, o da deyir ki, həmin bükümlərdə olan heroindir, onu xx.xx.2020-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, 20 yanvar metsrostansiyasının yanında olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün 190 manata alıb, üstündə saxlamışdır ki, ondan istifadə etsin. Daha sonra üzərindən aşkar olunan 19 ayrı-ayrı bükümdə olan həmin narkotik vasitə olan heroin tərəzidə çəkilərək, zərfdə qablaşdırılır və sənədləşdirmə aparılması üçün videoçəkiliş dayandırılır. Şəxsi axtarış protokolunda göstərilənlər cinayət işinə əlavə edilmiş və maddi sübut kimi tanınmış DVD formatlı diskdə öz əksini tapmışdır. Cinayət işində olan DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçəsinin sağ döş cibində gizlətdiyi qırmızı rəngli kiçik plastmas qabı çıxararaq içərisində ayrı-ayrı 19 sellofan bükümdə olan bükümləri onlara təqdim edir. Həmin vaxt ondan bükümlərdə nə olduğunu, haradan əldə etdiyi soruşulduqda, o da deyir ki, həmin bükümlərdə olan heroindir, onu xx xxxxx 2020-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, 20 yanvar metrostansiyasının yanında olarkən üzdən tanıdğı, rəsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün 190 manata alıb üstündə saxlamışdır ki, ondan istifadə etsin. Cinayət işində olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli, 6/479 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 125” möhür əksi və “üzərindən narkotik vasitə aşkar edilmiş şəxs: Təqsirləndirilən şəxs...” əl yazıları olan zərfdəki 19 ədəd bükümdə (0,389 qram, 0,386 qram, 0,420 qram, 0,419 qram, 0,415 qram, 0,404 qram, 0,406 qram, 0,401 qram, 0,396 qram, 0,410 qram, 0,400 qram, 0,396 qram, 0,395 qram, 0,384 qram, 0,400 qram, 0,381 qram, 0,382 qram, 0,352 qram, 0,367 qram çəkidə) ümumi təmiz çəkisi 7,503 qram maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Cinayət işində olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli, 6/1042 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 125” möhür əksi və “üzərindən narkotik vasitə aşkar edilmiş şəxs: Təqsirləndirilən şəxs...” əl yazıları olan zərfdəki ümumi qalıq təmiz çəkisi 7,408 qram olan 19 ədəd bükümdən 14 ədədində olan heroin kütləsi digər 5 ədəd bükümdə olan heroin kütləsindən həm xarici əlamətlərinə və həm də kimyəvi tərkiblərinə görə fərqlidir. 14 ədəd bükümdə olan heroin kütlələri öz aralarında, 5 ədəd heroin kütlələri də öz aralarında eynilik təşkil edirlər. Təhqiqata sərf edildi 0.076 qr qalıq 7.332 qram. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 1376 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində Asılılq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni xx xxxxx 2020-ci il tarixdən hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzasını yüngülləşdirən hal müəyyən etmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 7,332 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işində olan 6/479 saylı xx.xx.2020-ci il tarixli və 6/1042 saylı 23.06.202-ci il tarixli “Ekspertiza xərclərinə dair” bildirişlərə əsasən Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 219.8 (iki yüz on doqquz manat, səksən qəpik) alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işində olan xx xxxxx 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 219,80 (iki yüz on doqquz manat səksən qəpik) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan qalıq çəkisi 7.332 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və 1 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayit Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(101)-849/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-849/2020
12.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver