Məhkəmə qərarları › İş №1(101)-849/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-849/2024

05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-849/2024 05.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X6 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X7 və X8 , dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1994-cü il tarixdə Kürdəmir rayonu, Yeni Şıxımlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Kürdəmir rayonu, Çöhranlı ərazi dairəsi, Yeni Şıxımlı kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 4,576 qram kustar üsulla hazırlanmış ağ rəngli kristallik formada psixotrop maddə metafetamini əldə edib özündə saxlayaraq daşımış, 3 iyun 2023-cü il tarixdə saat 20:30-da Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əşrəf Yunusov küçəsində xidmət aparılarkən həmin küçədə 6 ünvanının qarşısında narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində, üzərində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə saxlayaraq daşımasında əsaslı şübhələr yarandığından saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə dəvət edilərək aparılmışə və orada üzərində aparılmış şəxsi axtarış zamanı külli miqdarda, yəni təmiz çəkisi 4,576 qram kustar üsulla hazırlanmış ağ rəngli kristallik formada psixotrop maddə metafetamin 1 ədəd bükümdə olmaqla onun əynindəki boz rəngli şalvarının kəmər hissəsinin sağ tərəfinin altından aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 3 iyun 2023-cü il tarixdə ünvan 3 ünvanında olarkən qapı döyülmüşdür. Qapını açdıqda mülki geyimdə olan polis əməkdaşı qonşuların ondan şikayət etdiyini və buna görə də evə baxış keçirməli olduğunu bildirmişdir. Həmin şəxs evə daxil olub həm mənzilə, həm də üzərinə baxış keçirmişdir. Daha sonra o Sabunçu RPİ-nin 13-cü PB-nə gətirmişlər. Polis bölməsində olarkən masanın üzərinə 1 kiloqram qara bağlamada olan narkotik vasitə və çəkisi 4 qram olan 1 bükümdə psixotrop maddə metafetamin qoymuşlar. Ona həmin əşyalardan birini seçməyini, cibinə qoyub şəxsi axtarış zamanı təqdim etməyini bildirmişlər. Onlara etiraz edərək həmin vasitələrin ona aid olmadığını və onlarla razılaşmayacağını bildirmişdir. Bu zaman adını xatırlamadığı polis əməkdaşları ona 2 şillə zərbəsi endirmiş və ünvanına nalayiq ifadələr işlətmişdir. O, saxlanılarkən 3 aylıq hamilə olmuşdur. Onu polis bölməsində elə döymüşlər ki, hamiləliyi pozulmuşdur. Hətta polis bölməsində uşağı düşürdüyü üçün ora X17 Stansiyasının əməkdaşları gəlmişdir. Fiziki və psixoloji təsirlərə dözə bilməmiş, polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Saxlanılarkən əynində olan şalvarın cibi olmamasına baxmayaraq onlar şəxsi axtarış zamanı narkotik vasitəni belinə yaxın hissədə gizlətməyini və video çəkiliş zamanı təqdim etməyi bildirmişlər. Şəxsi axtarış zamanı polis əməkdaşlarının dediklərini etmişdir. Hamiləliyinin 2-ci ayında hamilə olduğunu bilmişdir. Hamilə olduğunu bilə-bilə narkotik vasitədən istifadə etmişdir. Hamilə olduğunu bildirsə də, Bəxtiyar adlı polis əməkdaşı onu döyməyi dayandırmamışdır. Bədəninin müxtəlif nahiyələrinə zərbə vurmuşlar. X13 Yerinə gətirdikdə hamilə olduğunu bildirmişdir. Ondan narkotik vasitə istəməmişlər, o, digər şəxslərdən narkotik vasitələr istəmişdir. Polis əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı dövlət orqanlarına şikayət etməmişdir. Onu küçədə yox, yaşadığı evin içində saxlamışlar. Səyyad adlı və digər polis əməkdaşları narkotik vasitələrin ona məxsus olduğunu bildirməyi üçün hədələmişlər. Şəxsi axtarış olduqdan sonra vəkil dəvət edilmişdir. Vəkildən imtina barədə ərizə yazmamışdır. Onu günorta saat 15:30 radələrində yaşadığı evdə saxlamışlar. Oxuyub-yaza bilmədiyindən nə sənədlərdə yazılanları oxuya bilir, nə də ki izahat yaza bilir. Onu günorta saatlarında saxlasalar da, vəkil axşam saat 00:30 radələrində gəlmişdir. Vəkil gələnə kimi polis bölməsində sənədlərə oxumadan imza etmişdir. Təxmin 3 ildir ki, narkotik vasitələrdən istifadə etsə də, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Polis bölməsində döydükləri üçün beli ağrıdığı üçün X17 Stansiyasının əməkdaşları dəvət etmişlər və o gələn həkimlərə hamilə olduğunu bildirmişdir. Hamiləliyi ilə bağlı heç bir xəstəxanaya müraciət etməmişdir. TTYS-nin əməkdaşları ona ağrıkəsici vurmuşlar. Qeyri-rəsmi nigahda olduğu şəxsdən hamilə qalmışdır.O, ayaqyoluna getdikdə hamiləliyinin pozulduğunu bilmişdir. TTYS-nin həkimləri hamilə olduğunu sənədlərə qeyd etməmişlər. Şəxsi axtarış zamanı video çəkiliş telefon vasitəsilə aparılmışdır. O, heç kimə narkotik vasitə verməmişdir. Əynində olan şalvarın cibləri olmamışdır. Polis əməkdaşlarına hamilə olduğunu bildirsə də, onlar belinə və bədəninin müxtəlif nahiyələrinə zərbə endirmişlər. Qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclasında hakimə hamilə olduğunu bildirsə də, döyüldüyünü bildirməmişdir. ***-***-**-** saylı mobil nömrəni saxlanılmazdan 6 ay əvvəl istifadə etmişdir. Şahid1 onu saxlamamış, onu Sabunçu RPİ-nin NMB-nin rəisi saxlamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Kürdəmir rayonu, Çöhranlı ərazi dairəsi, Yeni Şıxımlı kəndində qeydiyyatda olmaqla, ünvan 3-da kirayədə yaşamışdır. 3 iyun 2023-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bülbülə qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsə yaxınlaşıb onunla bir qədər söhbət etdikdən sonra “patı11”, yəni psixotrop maddə olan metafetamin istədiyini bildirmişdir. Düşünmüşdür ki, psixotrop maddə alsın və qəbul etsin. Həmin şəxs də 1 ədəd bükümdə psixotrop maddə metafetamini ona ümumilikdə 100 manata satacağını bildirmişdir. O da həmin şəxslə razılaşmış və 100 manat pulun qarşılığında həmin şəxsdən bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin almışdır. Həmin gün saat 20:30-da yaşadığı evin yaxınlığında olarkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər. O, üzərində psixotrop maddə olduğu üçün polis əməkdaşlarından yayınıb oradan uzaqlaşmaq istəyərkən polis əməkdaşları onu saxlayıb Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinə dəvət etmişlər. O da yayına bilməyəcəyini düşünüb etiraz etməyərək həmin polis əməkdaşları ilə birlikdə 13-cü polis şöbəsinə getmişdir. Şöbədə barəsində şübhəli şəxs qismində tutulması ilə əlaqədar qərar qəbul edilmiş, o, hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkillə təmin edilmiş, şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, bununla bağlı qərar qəbul edilmiş, o, həmin qərarla tanış edilmişdir. O, üzərinə şəxsi axtarış keçirilməsində müdafiəçinin iştirak etməməsini xahiş etmişdir. Düşünmüşdür ki, üzərindəki psixotrop maddə metafetamini təqdim edərkən müdafiəçisi görməsin və gələcəkdə onu istənilən formada, yaxşı müdafiə etsin. Ona görə də, bu barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra, üzərinə şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilmiş və o, bununla bağlı heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra, videçəkilişlə şəxsi axtarış başlanılmış, şəxsi axtarış zamanı üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən əşya, maddə və ya predmet olub-olmaması soruşulmuşdur. Bu təklifdən sonra o, əynində olan boz rəngli şalvarının kəmər hissəsinin sağ tərəfinin içində gizlətdiyi bir büküm şəffaf sellofana bükülmüş psixotrop maddəni çıxarıb otaqda olan stolun üzərinə qoymaqla təqdim etmişdir. Həmin kütləni haradan və məqsədlə əldə etməsi barədə ondan soruşulduqda bu barədə bildirmişdir. Bundan sonra, şəxsi axtarış zamanı dəvət edilmiş qadın tərəfindən üzərində axtarış aparılsa da, əlavə heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi bir ədəd büküm zərfə qoyulmaqla qablaşdırılmış, həmin zərfin üzərini o, digər iştirakçılarla birlikdə imzalamışdır. Şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib edilmiş, digər iştirakçılarla birlikdə o da həmin protokolu imzalamışdır. Əlavə olaraq verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə aldığı şəxsin adını və digər anket məlumatlarını, harada yaşadığını, telefon nömrəsini bilmir. Həmin şəxs orta bədən quruluşlu olmuş, boyu 175 sm, qarayanız olmuşdur. Sabunçu rayon Polis İdarəsinin 13-cü polis şöbəsinin əməkdaşları tərəfindən saxlanıldıqda, tutulduqda və üzərinə şəxsi axtarış və götürmə keçirildikdə ona qarşı zor tətbiq edilməmişdir (cild 1, iş vərəqə 193-196). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini qismən etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 3 iyun 2023-cü il tarixdə saat 20:30-da Sabunçu rayon Polis İdarəsinin 13cü polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əşrəf Yunusov küçəsində xidmətdə olarkən həmin küçədə 6 ünvanın qarşısında bir nəfər qadının olmasını və özünü şübhəli apardığını görüb ona yaxınlaşmaq istəmişlər. Həmin qadın onları görüb uzaqlaşmaq istəyərkən dərhal həmin qadını saxlayıb onun üzərində qanunsuz əşya olduğunu düşünüb Sabunçu rayon Polis İdarəsinin 13-cü polis şöbəsinə dəvət etmişlər. Həmin şəxs məcbur qalıb etiraz etməmişdir. Onlar şöbənin əməliyyat qrupunun üzvü olan təhqiqatçı ilə telefon əlaqəsi saxlayıb bir nəfər şübhəli şəxsin tərəflərindən şöbəyə gətiriləcəyini bildirmişlər. Bundan sonra, həmin şəxslə birlikdə 13-cü polis şöbəsinə getmişlər. Şöbədə məlum olmuş ki, həmin şəxs Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əşrəf Yunusov küçəsində nömrəsiz evdə kirayə yaşayan Təqsirləndirilən şəxsdır. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş və onun hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmişdir. Dəvət edilmiş vəkil Təqsirləndirilən şəxs təqdim olunmuş və ona hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarışın keçiriləcəyi bildirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi axtarış zamanı ona təqdim edilmiş müdafiəçinin iştirak etməməsini xahiş etmişdir. Şəxsi axtarışda o, Şahid2 və şöbənin xadiməsi Şahid3 iştirak etmişdir. Bundan sonra, şəxsi axtarış başlanılmış və Təqsirləndirilən şəxs şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilmiş, o da bununla bağlı heç bir etirazının olmadığını qeyd etmişdir. Şəxsi axtarış zamanı ilk öncə ona üzərində, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, könüllü surətdə təqdim etməsi bildirilmişdir. Həmin təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan boz rəngli şalvarın kəmər hissəsinin sağ tərəfinin altında saxladığı 1 büküm şəffaf sellofana bükülmüş, içərisində kristall formada olan şəffaf rəngli maddəni çıxarıb otaqda olan masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində nə olduğu soruşulduqda, o, həmin bükümün içərisində “şüşə” yəni, psixotrop maddə metafetamin olduğunu tanımadığı şəxsdən öz istifadəsi üçün 100 manat verərək alıb üzərində saxladığını bildirmişdir. Psixotrop maddə metafetaminə bənzər kütlə 1 ədəd zərfdə qablaşdırılmışdır. Təsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixoloji təsir göstərilməmişdir. X3 hamilə olduğunu deməmişdir. Tamara Həsənovanı kirayə yaşadığı evin yaxınlığında piyada hərəkət edərkən saxlamışlar. Tamara Həsənovunun yaşadığı evdə yox, yaşadığı evdən 500 metr aralıda özünü şübhəli apardığı üçün saxlamışlar. Tamara Həsənova şəxsi axtarış zamanı qanunsuz əşyaları özü könüllü surətdə təqdim etmişdir. Tamara Həsənovanın şəxsi axtarış zamanı narkotik vasitəni təqdim etməsi 2 dəqiqə vaxt almışdır. Narkotik vasitə tərəzidə çəkilməmişdir. Narkotik vasitənin tərəzidə çəkisinin müəyyən olunmasını təhqiqatçının səlahiyyətindədir. Tamara Həsənovanın yaşadığı evdə axtarış keçirilməmişdir. Tamara Həsənovanın halının pisləşməsinə görə TTYS-nın əməkdaşları gəlməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, hazırda Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 13-cü polis şöbəsinin xadiməçisi işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir münasibəti olmamışdır. 3 iyun 2023-cü il tarixdə saat 21 radələrində yaşadığı evdə olan zaman 13-cü polis şöbəsinin baş təhqiqatçısı Fərhəng Hüseynov ona zəng etmiş və üzərinə şəxsi axtarış keçirilməsi zəruri olan bir nəfər qadının üzərində şəxsi axtarışın aparılması zamanı bir nəfər qadının iştirak etməsinin vacib olduğunu bildirmiş və ondan həmin prosesdə iştirak etməsini xahiş etmişdir. O, etiraz etməmiş və 13-cü polis şöbəsinə getmişdir. X4 xidməti otağında həmin vaxt şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı 13-cü polis şöbəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 da iştirak etmişlər, Təqsirləndirilən şəxs şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilmiş, o da bununla bağlı heç bir etirazının olmadığını qeyd etmişdir. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərində, paltarında, əşyalarında və ya bədənində nəsə varsa təqdim etməsi bildirilmiş, həmin təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın kəmər hissəsinin sağ tərəfinin altında saxladığı bir büküm şəffaf sellofana bükülmüş kütləni çıxarıb otaqda olan stolun üstünə qoymuşdur. Həmin bükümün içərisinə baxıldıqda içərisində kristall formada olan şəffaf rəngli maddə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində nə olduğu soruşulduqda, o, həmin bükümün içərisində “şüşə” olduğunu, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 100 manat verərək alıb üzərində saxladığını və təxminən 1 ilə yaxındır ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyini bildirmişdir. Bundan sonra, onun tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da, əlavə heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin kütlə bir ədəd zərfdə qablaşdırılmış, həmin zərfin üzərini o və digər iştirakçılar imzalamışlar. Nəticədə şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, digər iştirakçılarla birlikdə o da həmin protokolu imzalamışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman ona qarşı zor tətbiq edilməmişdir (cild 1, iş vərəqə 140-142). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 3 iyun 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxsi axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ tərəfində kəmər hissəsinin altında saxladığı 1 büküm şəffaf sellofana bükülmüş içərisində kristal formada olan şəffaf rəngli maddəni təqdim etdi. Sorğu zamanı Təqsirləndirilən şəxs bir büküm içərisində kristal formada olan maddənin “şüşə” kimi tanıdığı narkotik vasitə olduğunu həmin maddəni 3.06.2023-cü il tarixdə 100 manata Bülbülə qəsəbəsində tanımadığı şəxsdən alıb özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirdi. Aşkar olunmuş narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 160 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (cild 1, iş vərəqə 28-29). Cinayət işinin materiallarında olan 22 iyun 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı şəxsi axtarış və götürmə zamanı tərtib edilmiş protokolda göstərilənlər bir daha öz təsdiqini tapmışdır (cild 1, iş vərəqə 98). Cinayət işinin materiallarında olan “baxış keçirmə haqqında” 15 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, diskin yaddaşına “Nomrenin_Mexsusluq_Tarixcesi **********1253_705064464”,“Nomrenin_Mexsusluq_Tarixcesi_**********2201_773307501”,“ SMS_Tarixcesi_**********4809_705064464”,“SİVİS_Tarixcesi_**********4811_705064464”,“ Zenglerin_Detallasmasi_**********2619_705064464”,“Zenglerin_Detallasmasi_**********262 7___773307501”,“Zenglerin_Mexsusluq_Tarixceleri__**********2700__773307501_NAR”və “Zenglerin_Mexsusluq_Tarixceleri_____**********2712__705064464_NAR” adlı 8 ədəd fayl yerləşdirilməsi müəyyən edilmişdir. “Nomrenin_Mexsusluq_Tarixcesi__**********1253__705064464» adlı fayla baxış keçirdikdə ***-***-**-** saylı mobil nömrənin Təqsirləndirilən şəxs adına qeydiyyatdan keçməsi və aktiv olması ilə bağlı məlumatın daxil edilməsi müəyyən edilmişdir. «Nomrenin_Mexsusluq_Tarixcesi**********2201__ 773307501» adlı fayla baxış keçirdikdə ***-***-**-** saylı mobil nömrənin xx.xx.2020-ci il tarixədək Təqsirləndirilən şəxs adına qeydiyyatdan keçməsi ilə bağlı məlumatın daxil edilməsi müəyyən edilmişdir. “SMS_Tarixcesi___ **********4809__ 705064464» adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs adına olan ***-***-**-** saylı mobil nömrə ilə müxtəlif nömrələr arasında olan sms mətnləri yerləşdirilmişdir. Həmin məlumatlara baxış zamanı 070- ***-**- ** saylı mobil nömrədən müxtəlif nömrələrə “adi silavikdi cixin cole zeng ele pul ver onda mal gotur”, “Sen at meni at Allaha and olsun sen pul meni bu deqiqe de cibdedi mene pul ver tema goturum”, “Seni gor pul haydasan gor sen lomka olanda seni qoymuşdum iomkada qalasan?”, “Ac tez soz derem, narahat olma hece isdemirem, ozumun her seyim var, gor ne derem, pul lazim 9 qram mal var, ucuz verim sene”, “Olmadiki bitke pati”, "Vadim meni buqader neye yiqsan pul atmisam gozdurem biyakina baxmaye tez alindi, bu 2 saat azi cekecek yarim saat deyil pul atmsam gozdurem goturede deyecem...”, “Get gotur qoymsam ora”, “Gelirsen gel bize temanı goturub qaciram gelem eve”, “Zakir beke biraz kolan olar, gozduremki adam gedib mal goturmeye gozdurem, Allah and olsun goturm qataram pisem”, “Kul menim basima ki, camata cet verimsem ki, pul goturum, bezin qutaramisdi, camaata yalivarib mal verimsem...”, “**********419847 liyo bankdi tez ol ki meni gedirem, bide pul vurandan sonra balkon atinda olanda zeng ele tez atim", “78419847 liyo bankdi, meni adim cixacaq, sene kolada qoymasam biraz da pati qoydum ki ureyinde qalimasin”, “Vurqun 12 manat vur da, pati da verirem, kola da...” və s. məzmunda müxtəlif növ narkotik vasitə və psixotrop maddələrin istifadəsi və alqı-satqısı ilə bağlı smslər göndərilməsi müəyyən edilmişdir. “SMS_Tarixcesi_**********4811__705064464» adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs adına olan ***-***-**-** saylı mobil nömrə ilə müxtəlif nömrələr arasında olan sms mətnləri yerləşdirilmişdir. Həmin məlumatlara baxış zamanı 070- ***-**- ** saylı mobil nömrəyə müxtəlif nömrələrdən “Get axrinci malima kimi gotdun getdin yaxsi eledin get kayf ele...”, “seni yaxsi ki tanidim sen mala meni tutdurarsan da, mene her pis liyide eliyersen get yasa inidi isdediyinen”, “meni haminin yaninda hormetden saldin 2.3 qrama gore gor neler eledin utan ayib olsun seni bagisdamiyacam”, “Bele olmaqi yaxsi oldu kakos senin her seyindi get indi yasa isdediyinen uzaq ol tamara qoy men agrida qalim sen kayf ele”, “Verdim şekilini adini nömreni indi gözle, sen camati mala otuzdurursan, Gör indi bareqaliq elemeyin axiri nedi”, “Basa dusmedim menim temam var mende tema gotrub vezyetden cixmaq isdiyirem”, “Vur pulu kartima tema gotrub vererem senede tema tez vur”, “Olmadiki bitke pati noiardi verendeki", “1 denede yari gotur, pulunu verecem tez ele”, “6 manat atdim tez zamanda ele get vezyetim pisdi”, “kartina 10 manat vurmuwam duranda mennen elaqe saxliyarsanda zehmet otmasa, ay totu niye cavab vermirsen? Nolub gulle atmiwiq bir birimize? Men agrida lomkada deyileme qoxma nede direnen adam deyilem yoxdu sozunde bawa duwenem”, “Balkonun altina gelirem. ses eliyecem cix. Ac da bu zibili, uje hormetsizdiy eliysen.söhbet putda dor. amma lomkada qoyursan meni qalxram qapiya", “Kotani cox qoy pati lazmdi doyul”, “Totu... pul varda gelimde ac bidene vezyetim pisdi senol berk ağrıyıram”, “Totu men evdeyem usaq gelir razine 60 manat pul vuracam kartiva, temiz yari pati 35 manat 25 manat da hec olmuya 04 yarim kola alinar sen cani saxlada yetim”, “Totu goturmə daş duşsun başuva yari kola beşdiy pati da”, uşağlara tema satirsən xeverim var gor seni nece qusduracam yerivide bilirem harda olursan qorxulu kabusun olcam kimtere mal versen harda versen bilem telesme, o binanin arasinda mal verdiyin yerde duxun çatır indi vasdanavit eleme 1saat vaxdin var, 30 manati dog”, “Totu menem elcin qadan alaram, 15 manatdi vuram indi kartiva mene 5diy pati, 10luq kola, karta atan kimi qoyarsan da...” və s. məzmunda müxtəlif növ narkotik vasitə və psixotrop maddələrin alqı-satqısı, eləcə də, satışına dair xahişlər edilməsi ilə bağlı smslər göndərilməsi müəyyən edilmişdir. “Zenglerin_Detallasmasi____ **********2619__ 705064464” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs adına olan ***-***-**-** saylı mobil nömrə ilə müxtəlif nömrələr arasında olan zəng danışıqları və anten dairələri yerləşdirilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. “Zenglerin_Detallasmasi_______**********2627__ 773307501” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs adına olmuş ***-***-**-** saylı mobil nömrə ilə müxtəlif nömrələr arasında olan zəng danışıqları və anten dairələri yerləşdirilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. “Zenglerin_Mexsusluq_Tarixceleri_____ **********2700__ 773307501_NAR” adl fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, müxtəlif mobil nömrələrin adlarına olduğu abunəçilərin anket məlumatlarının siyahısı göstərilmişdir. Həmin məlumatlara baxış zamanı iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. “Zenglerin_Mexsusluq_Tarixceleri______**********2712__705064464__NAR» adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, müxtəlif mobil nömrələrin adlarına olduğu abunəçilərin anket məlumatlarının siyahısı göstərilmişdir. Həmin məlumatlara baxış zamanı iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqə 148- 149). Cinayət işinin materiallarında olan “baxış keçirmə haqqında” 16 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, diskin yaddaşına “Nomrenin___Mexsusluq___Tarixcesi______________**********3835__555044464”,“SMS _Tarixcesi__**********1747___555044464”,“SMS_Tarixcesi_**********1752_555044464”,“Z englerin_Detallasmasi_**********3700__555044464”,“Zenglerin_Mexsusluq_Tarixceleri___ __ **********3734__ 555044464_BKC” adlı 5 ədəd fayl yerləşdirilməsi müəyyən edilmişdir. “Nomrenin_Mexsusluq_Tarixcesi___ **********3835___555044464» adlı fayla baxış keçirdikdə ***-***-**-** saylı mobil nömrənin X2 adına qeydiyyatdan keçməsi və aktiv olması ilə bağlı məlumatın daxil edilməsi müəyyən edilmişdir. “SMS_Tarixcesi____**********1747___555044464» adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdən 6.01.2023-cü il tarixə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə müxtəlif nömrələr arasında olan sms mətnləri yerləşdirilmişdir. Həmin məlumatlara baxış zamanı ***-***-**-** saylı mobil nömrədən müxtəlif nömrələrə “gedirwm piyada günel gile gedim gunelde 10-15 manat pulbalim gotum nese varsa elim biraz ozume gelim”, “ne on patin cekecediki bir iki tusdu cekem ya cekmeyem cunki diwim qirli yarsi ureyim atir nervisi mene budeqe cox pis vezetdeyem her wey mene toxunur”, “Zakir diwim meni oludur allah zulum cekirem nolar varsa biraz mene pati ver ama duneki kimi ele senol derem dunen gedib mala goturdum tapamadim”, “lOmanat pul var mecir gedib mala goturmeliyeki seher ise gede bilim aqra qalmim ne siqaretim yoxdu nede pul yoxdu 10 manat var onad mal aliram gedirem”, "He var kola da var, pati da var isdesen deqiq mene bir soz de, Gel 310 qabaqina”, “Pul yoxdu gedem mal goturem ozunde aram halim pisdi allah cox pisem mene pati verde nolar”, “mene zeng ele iwim var, tez zeng ele mene koturum yoxdu pati isdesen indi goture bilerem sehere qaldisa yox goturemecem”, “bilirsen niye patısı azdı deye derem sora olmacaq verecek uşaqlara qalmacaq meni bir soz de”, “pati verecem hem pul alacam, hemde ki kola goturecem senol kolam yoxdu”, “nolar vacib mene 1 manat kontur at nomerem 5 manat pul meni sen lazım olsa isdesen pul vererem, isdesen pati vererem...”, “Ay ureyim Allaha and olsun daw yoxdu, ama evde biraz oda ki 10 manat azdi bele deseni 8-7 manat pul hesablasan evde vardi pati senol kolada biraz var”, “Qurik 30 manat elesen artiq ataram sene pati 06-07”, “ozun bil men evdekilerle denize gedirdim gedib 3 pati gotursuz 30 manat, ama men temiz yari verirem 25 manat hele menide beyenmirsiz...”, “bidene yari temiz 05 patim qalib ona bawqa yoxdu", “Salam ay vurqun sesin soraqın gelmir, pati da vardi, kola da. lazim olsa de dehwet kola gotumusem irana bawqa kanaldi dewet kola verib" və s. məzmunda müxtəlif növ narkotik vasitə və psixotrop maddələrin istifadəsi və alqı-satqısı ilə bağlı smslər göndərilməsi müəyyən edilmişdir. SMS_Tarixcesi___**********1752_______555044464» adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, 1.01.2022-ci il tarixdən 5.02.2023-cü il tarixə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs adına olan ***-***-**-** saylı mobil nömrə ilə müxtəlif nömrələr arasında olan sms mətnləri yerləşdirilmişdir. Həmin məlumatlara baxış zamanı 055- ***-**- ** saylı mobil nömrəyə müxtəlif nömrələrdən “Noldu mal”, “Totu bu ne hereketdi hardasan hara qelim mali goturum", “1-2 saata 45 manat resadin pulunu tapib getirib verecem 30 dunenki, 25 menen borca goturmusdu. yari pati, o qalir 45 de, 2 saaata tapib getrib veerecem", “Pati nediye tamara sennen pati isdiyen oldu bele halaliq olmur neyi halal eliyirsen mene oz pulumu”, “Gela ba pul cibimde gozdirema hec yanada getmirema pulda temizdi 05. kola l.denede pati ozun yazmiwdin ne isdisen ona gora yazdim gelaa bawa donum oluruy”, “30 manat pul var yari kola bir tike de pati duzeler”, “X18 Lazimdi Kola”, “Eger imkan varsa xaiw eliyirem ureyim newe cekmey istiyir hardasan ozum gelib goturerem senede kola wuwe verem dalawmiwam elim ezilib nerviden partiyram”, “Mene bir balaca kola qoyda nolar men sene borcdu qalım cox yox 5-6 tustu”, “Gor ne deyirem lomkadayam ... pulun veremde mene yari kola”, “Tamara ele bilmeki vso oldu sobet men o adam deyilem mala gore pula gore gelim orda kimise narahat eliyim seher menim temami ver. Senki sende menki mende”, “tema lazimdi he yox de gedim yoxsa gozduyum” və s. məzmunda müxtəlif növ narkotik vasitə və psixotrop maddələrin alqı-satqısı, eləcə də, satışına dair xahişlər edilməsi ilə bağlı smslər göndərilməsi müəyyən edilmişdir. “Zenglerin_Detallasmasi__ **********3700__ 555044464” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, 1.01.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs adına olan ***-***-**-** saylı mobil nömrə ilə müxtəlif nömrələr arasında olan zəng danışıqları və anten dairələri yerləşdirilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. “Zenglerin_Mexsusluq_Tarixceleri **********3734__555044464J3KC» adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, müxtəlif mobil nömrələrin adlarına olduğu abunəçilərin anket məlumatlarının siyahısı göstərilmişdir. Həmin məlumatlara baxış zamanı iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqə 150-151). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin 1 avqust 2023-cü il tarixli məktubundan görünür ki, keçirilmiş zəruri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metafetamini aldığı şəxsin şəxsiyyətinin, psixotrop maddənin mənbəyinin müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs psixotrop maddələrin və narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı dəfələrlə Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinə məlumat daxil olmuşdur (cild 1, iş vərəqə 143). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 6/3150 nömrəli 4 iyun 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №160” dairəvi möhür əksi olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş 1 ədəd zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 4,576 qram ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Metafetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: metafetaminin ümümi təmiz çəkisi 4,576 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 4,526 qram, cild 1, iş vərəqə 35-39). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 16 sentyabr 2023-cü il tarixli 5960 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 155-156). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 18 sentyabr 2023-cü il tarixli 2658 nömrəli ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək və onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarına malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs 03 iyun 2023-cü il tarixdə qırarda qeyd edilən cinayəti törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində antaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs ona ittiham elan edilən zaman həmin ittihamın mahiyyətini dərk etmək iqtidarında olmuşdur (cild 1, iş vərəqə 157- 159). Cinayət işinin materiallarında olan 5 iyul 2023-cü il tarixli “əşyanın maddi sübut kimi tanınması və həlli barədə” və 20 sentyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 4,526 qram olan psixotrop maddə metafetamin maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd disk, “Azerfon” və "xxxx" MMC-dən göndərilmiş 2 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 123 və 166-176). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 7 dekabr 2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 13 fevral 2024-cü il tarixli qərarı ilə Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 7 dekabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır (cild 2). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin müddəalarına əsasən hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanı Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 7 dekabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 3 iyun 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 16). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 5 iyun 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 3 iyun 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 68-73). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 3 iyun 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 4,526 qram olan psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd disk, “Azerfon” və "xxxx" MMC-dən göndərilmiş 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 7 dekabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3 (üç) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 3 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 4,526 qram olan psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd disk, “Azerfon” və "xxxx" MMC-dən göndərilmiş 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar