Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-849/2025 10.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X1 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 5 saylı Vəkil Bürosunun vəkili X2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1961-ci il tarixdə Ermənistan Respublikası, Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, A.Orucəliyev küçəsi 7, məhəllə 1934, mənzil 118-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək onun övladı Şahid1 Bakı şəhərində yerləşən polis idarələrindən birinə serjant rütbəsi ilə yol-patrul xidməti inspektoru vəzifəsinə təyin etdirəcəyinə dair yalandan vəd verib aldadaraq 2019-cu ilin fevral ayının sonlarında istintaqa dəqiq məlum olmayan tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Mirzəbala Məmmədzadə, Ağa Nemətulla və Nazim Hacıyev küçələrinin kəsişməsində yerləşən “Nəriman Nərimanov” adına istirahət parkında Zərərçəkmiş şəxs2 40000 (qırx min) manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 40000 (qırx min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək istixana şəraitində pomidor əkib becərmək üçün sərmayə qismində ona 60000 (altmış min) manat pul verəcəyi təqdirdə əldə edəcəyi məhsulun satışından hər ay onun üçün 2000 (iki min) manat məbləğində qazanc təşkil edəcəyinə dair yalandan vəd verib aldadaraq 2020-ci ilin mart ayının sonlarında istintaqa dəqiq məlum olmayan tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Mirzəbala Məmmədzadə, Ağa Nemətulla və Nazim Hacıyev küçələrinin kəsişməsində yerləşən Nəriman Nərimanov adına istirahət parkında Zərərçəkmiş şəxs2 60000 (altmış min) manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 60000 (altmış min) manat məbləğində, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək əvvəllər ondan borc qismində aldığı ümumilikdə 49900 (qırx doqquz min doqquz yüz) manat pulndən əlavə ona 80000 (səksən min) manat pul verəcəyi təqdirdə onun üçün 129900 (bir yüz iyirmi doqquz min doqquz yüz) manat müqabilində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən mikrorayonların birindən 3 (üç) otaqlı minimum 100 20 kvadrat metr yaşayış sahəsi oları mənzil təşkil edəcəyinə dair yalandan vəd verib aldadaraq 16 yanvar 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən «Alibaba» çay evində Zərərçəkmiş şəxs1 80000 (səksən min) manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 80000 (səksən min) manat məbləğində, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 artıq 20 ildən çoxdur ki tanıyır. Onun briqadası olmuşdur və o usta kimi fəaliyyət göstərmişdir. O, evlərimi təmir etmək məqsədi ilə ona müraciət etmişdir və beləliklə aralarında tanışlıq yaranmışdır. 2018-ci il tarixdə o, parnik açmaq məqsədi ilə Şəmkir rayonuna getmişdir. Təxminən 2018-ci ilin sonu, 2019-cu ilin əvvəli artıq o, parnik qurma lahiyəsinə başlamışdır. Həmin ərəfədə Zərərçəkmiş şəxs2 onunla əlaqə saxlayaraq onun 100000 AZN pul olduğunu, həmin pulu dəyərləndirərək məbləğini artırmaq istədiyini bildirərək onunla görüşmək istədiyini bildirmişdir. Həmin ərəfədə Zərərçəkmiş şəxs2la görüşməyə imkan olmadığından bir qədər sonra Bakı şəhəri, Nərimanov rayonu ərazisində görüşmüşlər. Görüş zamanı Zərərçəkmiş şəxs2 səhv etmirsə ona məxsus olan 100000 AZN pulu "xxxx" ASC-yə müraciət edərək, həmin məbləği depozitə qoyaraq hər ay 1000 AZN pul qazandığını, ancaq həmin gəlirin onu qanə etmədiyini və sözügedən məbləği ona verərək ay ərzində əldə edilən qazancın 2000 AZN pul olmasını istədiyini ona bildirmişdir. O, parnik açmaq lahiyyəsinə başladığı üçün hesab etmişdir ki, mart-aprel aylarında əkibbecərdiyi məhsulları sataraq qazanc əldə edəcək və bu səbəbdən Zərərçəkmiş şəxs2 təklifi ilə razılaşmış və pulu götürmüşdür. O, Zərərçəkmiş şəxs2 həmin məbləğdə pulu təxminən 19-20 dekabr 2019-cü il tarixində götürmüş və həmin günü ona 2000 AZN pul vermişdir. Müşviqlə aralarında olan razılmaşmadan sonra 3 il ərzində o, Müşviqə hər ay 2000 AZN pul vermişdir. 3 il ərzində o, Zərərçəkmiş şəxs2 bir dəfə atası rəhmətə getdiyi səbəbindən 5000 AZN pul, bir dəfə də “Elite” ticarət mərkəzində görüşdükləri zaman 3000 AZN pul və axırıncı dəfə 2024-cü il tarixinin mart ayında 3000 AZN pul vermişdir. Ümumilikdə 3 il ərzində o, Zərərçəkmiş şəxs2 təxminən 79000-80000 AZN pul vermişdir. Artıq növbəti ildə pandemiya dövrü başladığından, quru sərhəddlər bağlandığından məhsulları sata bilməmiş və bu səbəbdən ciddi maddi sıxıntılar yaşamışdır. Zərərçəkmiş şəxs2 ona verilən pulun geridə qalan məbləğinin qaytarılması ilə bağlı müraciət etdikdə ona maddi sıxıntılar yaşadığını izah etmiş və qalan pulun qaytarılması ilə bağlı ona sentyabra qədər vaxt verməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 onun təklifi ilə razılaşmışdır. Bundan sonra 18 iyun 2024-cü il tarixdə sahə müvəkkili onun telefonuna zəng edərək bir məsələ ilə bağlı təcili şəkildə Şöbəyə yaxınlaşmağını bildirmişdir. O, hazırda xəstə olduğunu və evdən çölə çıxa bilməyəcəyini bildirdikdə sahə müvəkkili yaşadığı evə yaxınlaşaraq evin yaxınlığında bir məsələni müzakirə etməyini ona təklif etmişdir. O, sahə müvəkkilinin təklifi ilə razılaşmış və evdən çölə çıxaraq evin yaxınlığında onun gəlməsini gözləməyə başlamışdır. Bir qədər sonra bir nəfər tanımadığı şəxs arxadan onun əlindən tutaraq ona maşına oturmağını bildirmiş və həmin vaxt 2 nəfər onlara tərəf yaxınlaşmışdır. Maşına əyləşdikdən sonra şəxslərdən bir nəfər xidməti vəsiqəsini göstərərək polis əməkdaşı olduğunu demiş və narahat olmamağını bildirmişdir. O, fikirləşmişdir ki, polis əməkdaşları onu Nərimanov RPİ-yə aparmaq istəyirlər. Ancaq bir qədər sonra artıq Bakı şəhəri ərazisindən çıxdıqlarından o, polis əməkdaşlarından onu hara aparmaq istədiklərini soruşmuşdur. Polis əməkdaşları Şirvan RPİ-yə onun barəsində şikayət daxil olduğunu və bu məsələ ilə bağlı Şirvan rayonuna gedəcəklərini ona bildirmişlər. İdarəyə çatdıqdan sonra onu İdarənin xidməti otaqlarının birinə aparmışlar və o, orada bir müddət tək oturmuşdur. O, polis əməkdaşlarından hansı məsələ ilə bağlı onu İdarəyə gətirdiklərini yenidən soruşduqda polislər ona parnik açmaq məqsədi ilə bir şəxsdən 6200 AZN pul aldığını bildirmişlər. Sözügedən məbləğdə pulu hansı şəxsdən aldığını soruşduqda polis əməkdaşları ona səbirli olmağını və birazdan həmin şəxsin İdarəyə yaxınlaşacağını bildirmişlər. Bir qədər sonra otağa tanımadığı bir vətəndaş daxil olmuşdur. Polis əməkdaşı ondan həmin şəxsi tanıyıb-tanımamağını soruşmuş və o, həmin şəxsi tanımadığını bildirmişdir. O, polis əməkdaşının sualına cavab verdikdən sonra həmin tanımadığı şəxs “Əlbəttə, sən məni tanımırsan. Məndən pul alandan sonra məni necə tanıyacaqsan” ifadəsini işlətmişdir. Qeyd etmək istəyir ki, yanında əyləşən polis əməkdaşı onun telefonunu götürərək telefon kitabçasına baxmışdır. Telefon kitabçasında Zərərçəkmiş şəxs2 adını gördükdən sonra polis əməkdaşı ondan Zərərçəkmiş şəxs2 tanıyıb-tanımamağını soruşmuşdur. Həmin vaxt əsəbi olduğundan Müşviqi tanıdığını, ondan 100000 AZN pul aldığını və həmin məbləğin böyük qismini ona geri qaytardığını bildirmişdir. Polis əməkdaşı Müşviqi tanıdığını bildikdən sonra onunla əlaqə saxlayaraq onun barəsində cinayət işi açıldığını, həmin cinayət işi üzrə onun zərərçəkmiş şəxs kimi tanındığını və təcili şəkildə Şirvan RPİ-yə yaxınlaşmasını Zərərçəkmiş şəxs2 bildirmişdir. Bir qədər sonra Müşviq Şirvan RPİ-yə yaxınlaşmış və o, olduğu xidməti otağa daxil olmuşdur. O, Müşviqdən hansı səbəbə barəsində şikayətçi olduğunu soruşduqda sonuncu ona pul verdiyini və geri ala bilmədiyini polis əməkdaşlarına bildirmişdir. Sonra ikisinin arasında üzləşmə keçirilmişdir. Üzləşmə zamanı müstəntiq Müşviqdən ona hansı məbləğdə və nə məqsədlə pul verdiyini soruşmuş, Müşviq ona ilk başda 40000 AZN pul və sonra 60000 AZN pul verdiyini bildirmişdir. Həmçinin 40000 AZN pul qarşılığında guya o, sonuncunun oğlunu yol polis xidmətində işə düzəldəcəyi barədə vəd verdiyini və 60000 AZN pulu guya aptek açmaq məqsədi ilə ondan aldığını bildirmişdir. O, Müşviqin dediklərinə etiraz edərək aralarında bu məsələlər ilə bağlı heç vaxt müzakirələrinin olmadığını bildirsə də Müşviq yenidən onun sonuncunu aldatdığını demiş və pulun geri qaytarılamsını tələb etmişdir. Sonra Müşviq otaqdan çıxmış, onun oğlu otağa daxil olmuş və müstəntiq Müşviqin oğlunu dindirməyə başlamışdır. 40000 AZN pulu hansı səbəbə görə atasının ona verdiyini soruşduqda Müşviqin oğlu guya həmin pulun qarşılığında onu ÇPA-ya işə düzəldəcəyini bildirmişdir. O, müstəntiqə Müşviqin və onun oğlunun verdiyi ifadələrdə açıq ziddiyyət olduğunu və həmçinin onun Müşviqlə sözügedən məsələləri heç vaxt müzakirə etmədiyini bildirsə də müstəntiq onun sözlərinə əhəmiyyət verməmişdir. Dindirmələrdən sonra polis əməkdaşları əllərini qandallayaraq onu başqa bir otağa yerləşdirdilər. Orada gecəni keçirdi. Növbəti gün polis əməkdaşları onu Prokurorluğu apardılar. Orada o, prokuror Kamran Talıbovla danışmaq istədiyini bildirsə belə onun sözlərinə əhəmiyyət vermədilər və bir qədər sonra onu Şirvan Rayon Məhkəməsinə aparmışlar. Məhkəmə iclası zamanı o, sədrlik edənin suallarına cavab olaraq iş üzrə zərərçəkmiş şəxsin birini ümumiyyətlə tanımadığını, digəri ilə isə, yəni Zərərçəkmiş şəxs2la onların arasında Bakı şəhəri Nərimanov rayonunda müəyyən müzakirələr olduğunu, Şirvanda onun heç kəslə birgə iş görmədiyini bildirmiş və hansı səbəbə görə Şirvan rayonuna gətirildiyini soruşmuşdur. Sədrlik edən gülə-gülə müstəntiqə sualına cavab verməsini bildirmişdir. Həmin suala cavab olaraq müstəntiq İdarənin əməkdaşları onu Bakı şəhərindən Şirvan şəhərinə aparanda onlara naməlum şəxsdən zəng gəldiyini, telefon danışığı zamanı naməlum şəxsin polislərə onun Zərərçəkmiş şəxs2 da müəyyən məbləğdə pul borclu olduğunu bildirdiyini və bu səbəbdən Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanındığını bildirmişdir. Məhkəmə iclasının sonunda sədrlik edən onun barəsində 4 ay müddətə həbs qətimkan tədibiri seçilməsi barədə qərar qəbul etmişdir. Zərərçəkmiş şəxs1lə birgə gördüyü işlərə gəldikdə, onlar Zərərçəkmiş şəxs1lə artıq 5 ildir bir-birlərini tanıyırlar. Azad həkimliklə məşğul olmuşdur. O, Azadla “AzFarm”-ın baş direktoru işlədiyi müddətdə tanış olmuşdur. Bir müddət onun səhhətində problemlər olduğu dövrdə Azad köməklik göstərmək məqsədi ilə ona 10000 AZN pulu ona borc vermişdir. Bundan başqa o, parnik lahiyyəsinə başladığı zaman Azad qazanc əldə etmək məqsədi ilə ona 20000 AZN pul vermişdir. Bundan əlavə o, tanışına məxsus Xaçmaz rayonunda yerləşən bir gölü özəlləşdirmək istəmiş və bununla bağlı Azadla əlaqə saxlamışdır. Azada məsələni izah etdikdən sonra onun da işə qoşulmasını təklif etmiş, ancaq bunun üçün bir qədər pul lazım olacağını bildirmişdir. Azad onunla razılaşmış və ona 37000 AZN pul vermişdir. Azadla mənim arasında verilmiş pul vəsaiti ilə bağlı bir razılaşma olmuşdur. Razılaşmaya əsasən o, verilmiş pulu dəyərləndirərək Azada hər ay əlavə qazanc verməli idi. Ancaq gölü özəlləşdirə bilmədiyinə görə o, Azadla əlaqə saxlamış və ona məsələni izah etdikdən sonra hər bir halda ona pulunu geri qaytaracağını bildirmişdir. Azad onunla razılaşmışdır. O, polis əməkdaşları tərəfindən saxlanılandan bir müddət sonra Azada olan borcunu qaytarmaq məqsədi ilə ona məxsus olan bir avtomobili notarius vasitəsi ilə Azadın adına keçirmişdir. Sonra Azad ona notarius tərəfindən təsdiqlənmiş və həmçinin onun Azada hər hansı bir borcunun olmadığını göstərən bir sənəd vermişdir və bununla onun Azadla olan haqq-hesabı başa çatmışdır. Ancaq bu barədə məlumat alan müstəntiq Azadla əlaqə saxlayaraq ona ziyanın ödənilməsi ilə bağlı sənədi təcili olaraq geri götürməsini və yenidən guya onun Azada 80000 AZN pul borclu olmağı barədə bir şikayət ərizəsini yazaraq sonuncuya təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2 oğlunu yol polis xidmətinə işə düzəltməklə bağlı aralarında hər hansı bir söhbət və ya razılaşma olmamışdır. Müşviq ona sadəcə olaraq bir dəfə 100000 AZN pul vermişdir. Həmin məbləğdə pulu ona hissə-hissə verməmişdir. Müşviq ona həmin pulu dəyərləndirmək və əlavə qazanc əldə etmək məqsədi ilə vermişdir. Müşviq ona pulu 2019-cu ilin fevral ayında vermişdir. Müşviq ona 2020-ci il tarixdəvə ya 2022-ci il tarixdə pul vəsaiti verməmişdir. Müşviq parniklər olan əraziyə heç vaxt getməmişdir. Onun barəsində birinci Şirvanda yaşayan bir vətəndaş şikayət etmişdir. Mən müstəntiqə sadəcə bir dəfə, yəni saxlanılan zaman ifadə vermişdir. İbtidai istintaqda vəkilinin iştirakı ilə verdiyi ifadəsinni təsdiq edir. Zərərçəkmiş şəxs1 onunla parniklər olan əraziyə getməmişdir. Parniklər ona məxsus olmuşdur. Ölkədə pandemiya dövrü yarandığından və həmçinin sərhədlər bağlandığından o, maddi sıxıntılar yaşamış və yetəri qədər qazanc əldə edə bilməmişdir. 2018-ci ildən qabaq o, parnik işi ilə məşğul olmamışdır. Parnik açmaq üçün ərazini o, Şəmkir rayonunda yaşayan “Rizvan” adlı bir vətəndaşdan, notariusun təsdiqi ilə 260000 AZN pul qarşılığında almışdır. Zərərçəkmiş şəxs2 pul vəsaitini Nərimanov rayonu ərazisində, Zərərçəkmiş şəxs1 isə “Əlibaba” kafəsinin yaxınlığında almışdır. Parnik açmaq üçün o, ümumilikdə 700000-800000 AZN pul xərcləmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması aşağıdakı sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, onun Təqsirləndirilən şəxsla uzun müddət ərzində tanışlığı, dostluq münasibəti olmuşdur. Təqsirləndirilən şəxs məxsus mülkiyyət üzərində təmir işləri görərək onunla tanış olmuşdur. Hadisədən qabaq onların bir-birlərinə etibarı olmuşdur. Onun zəhmətlə qazandığı 100000 AZN pul olmuşdur. O, Təqsirləndirilən şəxsla həmin pul vəsaiti vasitəsi ilə qazanc əldə etmək barədə söhbət etdikdə sonuncu ona bir neçə qazanc əldə etmə üsullarını izah etmişdir. Nəticədə o, əlində olan həmin pul vəsaitini Təqsirləndirilən şəxs bir dəfə 40000 AZN və bir dəfə də 60000 AZN olmaqla vermişdir. Afata verilən pul vəsaitləri müqabilində sonuncu ona müəyyən vədlər vermişdir. 40000 AZN pulun qarşılığında Təqsirləndirilən şəxs onun oğlunu Daxiliş İşlər Nazirliyinə, Yol Patrul Xidmətinə işə düzəldəcəyi barədə vəd vermişdir, ancaq ondan pul vəsaiti alsa belə oğlunu hər hansı bir işə düzətməmişdir. Qeyd etmək istəyir ki, həmin vaxt oğlu Azərbaycan Texniki Universitetinin sonuncu kursunda təhsil almışdır. Hal-hazırda oğlu 2-ci Qarabağ Müharibəsinin veteranıdır və cənab Prezident tərəfindən 4 medal ilə təltif olunmuşdur. Bundan əlavə oğlu hal-hazırda nişanlı olmasına baxmayaraq evsizdir. O, bir ata olaraq əlində pul vəsaiti olmadığından oğluma köməklik göstərə bilmir. Bundan sonra Təqsirləndirilən şəxs etibarından sui-istifadə edərək, qananc əldə edəcəyi barədə vədlər verərək ondan 60000 AZN məbləgində pul vəsaiti almış və Şəmkir rayonunda parnik biznesi qurmuşdur. Həmin biznes vasitəsi ilə Təqsirləndirilən şəxs aybaay hissə-hissə şəklində ona təxminən 25000 AZN pul vermişdir. Ancaq geridə qalan məbləği o, Təqsirləndirilən şəxs ala bilməmişdir. Təqsirləndirilən şəxs özünə vaxt qazandırmaq məqsədi ilə ona müxtəlif vədlər vermiş və ona müəyyən vaxt verməyini xahiş etmişdir. Ancaq bir müddətdən sonra o, çıxılmaz vəziyyətdə qaldığından bu barədə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Zərərçəkmiş şəxs2 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, o, ümumilikdə Təqsirləndirilən şəxs 100000 AZN pul vermişdir. Həmin məbləğin 40000 AZN məbləğini oğlunu işə düzəltmək məqsədi ilə, geridə qalan məbləği isə qazanc əldə etmək məqsədi ilə Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs onun hüquq mühafizə orqanlarında müəyyən ətrafı olduğunu və bu səbəbdən oğlunu hərbi xidməti bitirdikdən sonra Yol Polis Xidmətinə düzəldə biləcəyəni bildirmişdir. Ancaq ətrafı dediyi insanların adlarını çəkməmişdir. 40000 AZN pulu Təqsirləndirilən şəxs oğlunun iştirakı ilə vermişdir. 60000 AZN pulu parnik biznesindən qazanc əldə etmək məqsədi ilə Təqsirləndirilən şəxs vemişdir. Təqsirləndirilən şəxs parnik biznesi ilə bağlı sübut olaraq ona telefon vasitəsi ilə parnik işlərinin görülməsi barədə videolar, həmçinin ərazisini şəkillərini atmışdır. 40000 AZN pulu Təqsirləndirilən şəxs verdikdən 2 ay sonra ona yenidən 60000 AZN pul vermişdir. Təqsirləndirilən şəxs onu biznes barədə məlumatlandırmamışdır. Sadəcə olaraq ona verilən pul müqabilində ona hər ay 2000 AZN pul verəcəyini bildirmişdir. Pandemiya dövründə, yəni təxminən 2023-cü ildə sərhədlər bağlandığından Təqsirləndirilən şəxs müəyyən maddi sıxıntılar yaşadığını ona bildirmişdir. O, hüquq mühafizə orqanlarına yanlız 1 dəfə müraciət etmişdir. Oğlu hərbi xidmətdən qayıtdıqdan sonra Təqsirləndirilən şəxs ona vədlər verməsinə baxmayaraq oğlunu hər hansı bir yerə işə düzəltməmişdir. O, bir neçə dəfə Təqsirləndirilən şəxs verdiyi pulun geri qaytarılmasını tələb etmişdir. Ancaq o, yenidən ona müxtəlif vədlər verərək pulu qaytaracağını bildirmiş və ona vaxt verilməsini xahiş etmişdir. O, polisə 2024-cü ildə şikayət etmişdir. Təqsirləndirilən şəxsla ilk başda 40000 AZN pulu ona verəcəyi barədə razılaşmaqlarına baxmayaraq o, bankdan 100000 AZN pulu birdəfəlik çıxartmışdır. Geridə qalan pulu çıxartmağının məqsədi oğluna ev almaq istəyi olmuşdur. Bir vergi ödəyicisi olaraq qeydiyyatda deyil. 100000 AZN pulu o, Təqsirləndirilən şəxs şəxsən vermişdir. 40000 AZN pulu Təqsirləndirilən şəxs 2019-cu il tarixinin fevral aylarında, geridə qalan məbləği isə bir-iki aya sonra olmaqla vermişdir. 40000 AZN pulu Təqsirləndirilən şəxs oğlunun iştirakı ilə Nəriman Nərimanov metrosunun yaxınlığında yerləşən park ərazisində olan kafedə vermişdir. Verilən pul vəsaitindən ümumilikdə 25000 manatı Təqsirləndirilən şəxs ona geri qaytarmışdır. Sonuncu dəfə Afat ona 2023-cü ilin noyabr ayında 3000 manat qaytarmışdır. Hadisədən qabaq onun Xətai metrosunun yaxınlığında yerləşən bir MTK-da evi olmuşdur. Bir müddət sonra o, həmin evi 130000 manata satmışdır. Müəyyən borcları olduğundan pulun bir qismini borclarını bağlamaq məqsədi ilə xərcləmiş. Geridə qalan 100000 AZN pulu oğlunun adına “AtaBank” müəssisəsinə depozitə qoymuşdur. Şahid3 adlı şəxsi tanımır. İlk başda o, Təqsirləndirilən şəxs barəsində şikayətçi olmamışdır. Ancaq sonradan ona Şirvan RPİ-dən, səhv etmirsə təhqiqatçı Əlihüseyn müəllim tərəfindən zəng gəlmiş və bu səbəbdən o, Şirvan şəhərinə getmişdir. Orada Təqsirləndirilən şəxs digər işlə bağlı saxlamışlar. Təqsirləndirilən şəxs ona müəyyən borcları olduğundan Şirvan şəhərində polis əməkdaşları ondan izahat almışlar. Zərərçəkmiş şəxs2 polis əməkdaşlarının tələbləri əsasında onun guya yalan danışdığını izahatında bildirmişdir. İbitidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Bankdan pulu çıxartmamışdan qabaq onun Təqsirləndirilən şəxs pul verəcəyi barədə müzakirələri olmuşdur. Bankdan pulu çıxarandan sonra pulun 40000 AZN pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxsla aralarında pulun verilməsi barədə hər hansı bir sənəd tərtib edilməmişdir. Məhkəmə istintaqında tədqiq edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs 2021-ci ilin payız aylarından tanıyır, sonuncu ilə 2021-ci ilin payız aylarında Bakı şəhərində onun yeznəsi Şahid3 vasitəsilə tanış olmuşlar. Şahid3 ilə uzun illərdir ki, aralarında dostluq əlaqələri vardır. Tanış olarkən Təqsirləndirilən şəxs özünü ona dərman idxalı və satışı ilə məşğul olan "xxxx" MMC-nin sabiq prezidenti və iş adamı kimi təqdim etmişdir. 2021-ci ilin payız aylarında dostu Şahid3 ona müraciət edərək qaynatası Təqsirləndirilən şəxs açıq ürək əməliyyatı keçirəcəyini bildirib bu məqsədlə Təqsirləndirilən şəxs 25000 (iyirmi beş min) manat məbləğində borc verməyini xahiş etmişdir. Aralarında dostluq münasibətləri olduğundan Vüqara etiraz etməyib həmin ərəfələrdə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən «Alibaba» çay evində Şahid3 iştirakı ilə 6 (altı) ay müddətində qaytarmaq şərti ilə Təqsirləndirilən şəxs 25000 (iyirmi beş min) manat məbləğində borc pul vermişdir. Təqsirləndirilən şəxs həmin vaxt Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən bağ evini sataraq onun pulunu qaytaracağını vəd etmişdir. Təqsirləndirilən şəxs həmin ərəfələrdə Bakı şəhərində yerləşən Respublika Diaqnostika Mərkəzində açıq ürək əməliyyatı keçirdikdən bir müddət sonra müalicəsi ilə əlaqədar yenidən ondan 25000 (iyirmi beş min) manat borc pul istəmişdir. Bu zaman onun tərəddüd etdiyini görən Təqsirləndirilən şəxs Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən bağ evini artıq satışa çıxardığını bildirib evini satan kimi maksimum 6 (altı) ay müddətində ona olan borcunu tamamilə qaytaracağını vəd etmişdir. Təqsirləndirilən şəxs inanaraq razılaşmış və 2021-ci ilin payız aylarından 2022-ci ilin may ayına kimi Bakı şəhərində müxtəlif ünvanlarda hissə-hissə olmaqla ona ümumilikdə 24900 (iyirmi dörd min) doqquz yüz manat məbləğində borc pul vermişdir. Hər dəfə Təqsirləndirilən şəxs ondan pul istəyib alarkən cavan yaşlarında vəfat etmiş mərhum qardaşının və öz oğlunun canına and içərək tezliklə pulunu qaytaracağını vəd etmişdir. Təqsirləndirilən şəxs səmimiyyətinə inandığı üçün onunla razılaşmışdır. 1 sentyabr 2022-ci ildə Bakı şəhərində yerləşən Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında həkim-radioloq vəzifəsinə təyin olunduqdan bir müddət sonra, 2022-ci ilin sentyabr ayının ortalarında Bakı şəhərindən mənzil almaq qərarına gəlib bu məqsədlə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında yerləşən 56 nömrəli 92 kvadrat metr yaşayış sahəsi olan mənzilini sataraq pul əldə etmək üçün Bakı şəhərində yaşayan tanışı Şahid2 ilə görüşüb danışaraq müştəri tapmasını xahiş etmişdir. 2022-ci ilin noyabr ayında özü müştəri taparaq Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında yerləşən 56 nömrəli 92 kvadrat metr yaşayış sahəsi olan mənzilini 80000 (səksən min) manat müqabilində satmışdır. Bundan sonra ipoteka krediti ilə mənzil almaq qərarına gəlmiş və həmin ərəfələrdə, yəni 2022-ci ilin dekabr ayının əvvəllərində bununla əlaqədar Vüqarın iştirakı ilə Nərimanov rayonundakı «Alibaba» çay evində Təqsirləndirilən şəxsla əlaqə saxlayıb görüşərək Bakı şəhəri, Binəqədi rayonundan ipoteka krediti ilə mənzil almaq istədiyini, bu məqsədlə Xırdalan şəhərindəki öz mənzilini 80000 (səksən min) manat müqabilində satdığını bildirib altı ay müddətində ona olan borcunu qaytaracağını vəd etdiyini xatırlatmış və ona verdiyi ümumilikdə 49900 (qırx doqquz min doqquz yüz) manat məbləğində pulunu qaytarmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs onu dinlədikdən sonra ipoteka krediti götürməyin sərfəli olmadığını söyləyib Bakı şəhərində yaşayış binası tikən çoxsaylı nüfuzlu tanışlarının olduğunu və özünün də Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının tikintisi ilə məşğul olduğunu bildirib öz mənzilinin satışından əldə etdiyi 80000 (səksən min) manat məbləğində pulu ona verəcəyi təqdirdə ümumilikdə 129900 (bir yüz iyirmi doqquz min doqquz yüz) manat məbləğində pulun müqabilində onun üçün Binəqədi rayonu ərazisində yerləşən mikrorayonların birindən 3 (üç) otaqlı minimum 100 kvadrat metr yaşayış sahəsi olan mənzil təşkil edəcəyini vəd etmişdir. Bu zaman onun tərəddüd etdiyini görən Təqsirləndirilən şəxs narahatçılığa heç bir əsas olmadığını bildirib bir daha 1 aprel 2023-cü il tarixədək ya onun üçün Binəqədi rayonundan mənzil təşkil edəcəyini, yaxud ondan aldığı pulu qaytaracağını vəd etmişdir. Bu zaman Vüqar da söhbətə müdaxilə edərək qaynatası Təqsirləndirilən şəxs hərəkətlərinə cavabdeh olduğunu bildirib onun dürüst bir insan olduğunu demişdir. O, daha tərəddüd etməyərək razılaşmışdır. Bu söhbətdən bir müddət sonra, 16 yanvar 2023cü il tarixdə Vüqarın iştirakı ilə Təqsirləndirilən şəxsla Nərimanov rayonundakı «Alibaba» çay evində görüşüb ona mənzil almaq üçün 80000 (səksən min) manat məbləğində pul vermişdir. Təqsirləndirilən şəxs pulu sayıb qəbul edərək 01 aprel 2023-cü il tarixdə söz verdiyi mənzili mülkiyyətçi kimi notarial qaydada onun adına rəsmiləşdirməklə təhvil verəcəyini vəd edib çıxıb getmişdir. 2023-cü ilin aprel ayında Təqsirləndirilən şəxs xəbər çıxmadığını görüb narahat olmağa başlamışdır. Bununla əlaqədar bir neçə dəfə Afata zəng edib nə vaxt mənzili ona təhvil verəcəyini soruşmuşdur. Afat hər dəfə müxtəlif bəhanələr gətirib vaxtı uzatmağa başlamışdır. Nəhayət 2023-cü ilin avqust ayında Afatın onu aldatmasından şübhələnib ondan pulunu qaytarmasını tələb etmişdir. Bununla əlaqədar hətta bir neçə dəfə ümumi tanışları Şahid2 iştirakı ilə Nərimanov rayonundakı «Alibaba» çay evində Afatla görüşüb ondan vəd etdiyi mənzili təhvil verməsini və ya pulumu qaytarmasını tələb etmiş, lakin heç bir nəticə olmamışdır. Hər dəfə Afat qısa müddət ərzində pulunu qaytaracağını vəd etsə də, sonradan müxtəlif bəhanələr gətirib onu aldatmışdır. Bir müddət sonra isə Afat ümumiyyətlə telefon zənglərinə cavab verməmişdir. Afat onu aldadaraq ümumilikdə 129900 (bir yüz iyirmi doqquz min doqquz yüz) manat məbləğində pulunu ələ keçirmişdir (cild 1, iş vərəqi 84-88). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, atası təxminən 100000 AZN pulu banka depozitə qoymuşdur. Atası Təqsirləndirilən şəxsla artıq 25 il dostluq münasibətlərində olmuşdur. Hərdən bir görüşüb iş məsələləri barədə söhbət etmişlər. Atası həmin müddət fərdi usta kimi fəaliyyət göstərmişdir. Bir müddətdən sonra, təxminən 2019-cu ilin sonu, 2020-ci ilin əvvəli atası Təqsirləndirilən şəxsla görüşən zaman Təqsirləndirilən şəxs atasına onu işlə təmin edəcəyi barədə vəd vermişdir. Atası həmin işin görülməsi üçün banka qoyduğu 100000 AZN pulndən 40000 AZN pul bankdan çıxardaraq Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt o, universitetin sonuncu kursunda təhsil almış və hərbi xidmətə getməyə hazırlaşmışdır. Bir müddət sonra atası banka qoyduğu 100000 AZN pulndən geridə qalan 60000 AZN pul çıxardaraq iş qurmaq və qazanc əldə etmək məqsədi ilə Təqsirləndirilən şəxs vermişdir. O, hərbi xidmətə getdikdən sonra atası onun işlə təmin olunmağı barədə Təqsirləndirilən şəxsla bir neçə dəfə söhbət etmişdir. Ancaq indiyə qədər Təqsirləndirilən şəxs onu hər hansı bir işlə təmin etməmiş və atasına olan borcunu qaytarmamışdır. Şahid1 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Təqsirləndirilən şəxs atasına 40000 AZN pulun müqabilində onu YPX-də işlə təmin edəcəyi barədə vəd vermişdir. Atası bankan 100000 AZN pulu birdəfəlik çıxartmışdır. Geridə qalan 60000 AZN pulu atası ona ev almaq məqsədi ilə bankdan çıxartmışdır. O, 40000 AZN pulun Təqsirləndirilən şəxs verilməsinin şahidi olmuşdur. 40000 AZN pulun atası tərəfindən Təqsirləndirilən şəxs verilməsi barədə ibitidai istintaq zamanı səsyazmalar təqdim olunmuşdur. Universitetdə təhsili 2020-ci il tarixdə başa çatmışdır. Hərbi xidmətə 2020-ci il tarixinin iyul ayına getmiş və 2021-ci il tarixinin iyul ayında qaytmışdır. 2020-ci il tarixdə o, universitətin 4-cü kursunda oxumuş və atası 40000 AZN pulu Təqsirləndirilən şəxs həmin müddət vermişdir. Təqsirləndirilən şəxs onu işlə təmin edəcəyi barədə kimlə əlaqə saxlayacağı barədə heç nə deməmişdir. 40000 AZN pulun verilməsi ilə bağlı görüşdə o, atası və Təqsirləndirilən şəxs iştirak etmişlər. Atası 40000 AZN pulu Təqsirləndirilən şəxs verdikdən təxminən 2-3 ay sonra ona qazanc əldə etmək məqsədi ilə 60000 AZN pul vermişdir. 60000 AZN pulun Təqsirləndirilən şəxs verilməsinin şahidi olmuşdur. Atası Təqsirləndirilən şəxs 40000 AZN pulu 2019-cu ilin sonu, 2020-ci ilin əvvəli, onun iştirakı ilə, Nərimanov parkında vermişdir. Təqsirləndirilən şəxs Nərimanov parkında olan görüşə tək gəlmişdir. Təqsirləndirilən şəxs onu YPX-də işlə təmin edəcəyi barədə atasına vəd vermişdir. Təqsirləndirilən şəxs atasına olan borcunun təxminən 25000 AZN pulu geri qaytarmışdır. Sonuncu tərəfindən 25000 AZN pulun geri qaytarlıması barədə o, hərbi xidmətdə olan zaman atası onunla əlaqə saxlamış və bu barədə məlumat vermişdir. 40000 AZN pulu o, atası ilə birlikdə şəxsən Təqsirləndirilən şəxs vermişdir. 100000 AZN pul Təqsirləndirilən şəxs verilməzdən qabaq o, həmin şəxsi tanımışdır. Təqsirləndirilən şəxs onların evində qonaq olduğunu xatırlamır. O, atası ilə birlikdə Təqsirləndirilən şəxs evində qonaq olmuşlar. İlk məbləğ Təqsirləndirilən şəxs Nərimanov parkında verilmişdir. Atası Təqsirləndirilən şəxs ilk məbləğin verilməsi üçün görüşün Nərimanov parkında keçirilməsi barədə razılığa gəlmişlər. O, Azərbaycan Texniki Universitetini bitirmişdir. Azərbaycan Texniki Universitetinə 333 bal ilə qəbul olmuşdur. Onu YPX-də işlə təmin edilməyini Təqsirləndirilən şəxs təklif etmişdir. Sonuncunun DİN-də hər hansı bir tanışlarının olması barədə məlumatı yoxdur. Evdə iki qardaş olmuşlar. Böyük qardaş odur. İbtidai istintaq zamanı verdiyi ifadəni təstiq edir. Atası Təqsirləndirilən şəxs ümumilikdə 100000 AZN pul verdikdən bir müddət sonra panemiya dövrü başlamışdır. Təqsirləndirilən şəxs onun qurduğu işin uğursuz olduğunu dedikdə atası Təqsirləndirilən şəxs pul tələb etməyə başlamışdır. 60000 AZN pul onun iştirakı ilə Təqsirləndirilən şəxs verilmişdir. Görüş yerinin kim tərəfindən təyin edildiyini xatırlamır. O, Mingəçevir rayonunda hərbi xidmətdə olmuşdur. 2-ci Qarabağ Müharibəsinin iştirakçısıdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 və Vüqar adlı şəxs birlikdə Bakı şəhəri, Xırdalan şəhərində yerləşən, Zərərçəkmiş şəxs1 məxsus olan mənzili satmışlar. İbtidai istintaq zamanı müstəntiq ondan ifadə alan zaman bir neçə sual vermişdir. Həmin suallara cavab olaraq o, həmin mənzilin satışı zamanı Zərərçəkmiş şəxs1 və Vüqar adlı şəxsin iştirak etdiyini və mənzilin şatışından əldə edilən pulun Zərərçəkmiş şəxs1 verilməsində iştirak etmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs1lə o, hadisədən əvvəl tanış olmuşdur. Evin satışı ilə bağlı o, Zərərçəkmiş şəxs1lə «Alibaba» çay evində görüşmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxsla cəmi 2 dəfə, yəni 2022-ci ilin sonu və 2023-cü ilin əvvəli Nərimanov parkında görüşərək ona hər dəfəsində 2000 manat pul vermişdir. Şahid3 məhkəmədə ona verilən sualları cavablandıraraq ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qaynatasıdır. Nərimanov parkında Təqsirləndirilən şəxs pulun verilməsində iştirak etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 təxminən 68000 manat pul almışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 aldığı pulun 15000 manatını müalicəsinə, qalanını isə kənd təsərrüfatı ilə məşğul olmaq üçün almışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ifadələrinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs1 hadisə yerini əyani olaraq göstərməklə cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq təsvir etmiş, xx.xx.2024-cü il tarixli protokolla ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək, onun zərərçəkmiş şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir (cild 1, iş vərəqi 89-92). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ifadələrinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs2 hadisə yerini əyani olaraq göstərməklə cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq təsvir etmiş, xx.xx.2024-cü il tarixli protokolla ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək, onun zərərçəkmiş şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir (cild 2, iş vərəqi 109-112). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiklərini bir daha təsdiq etmiş və bu barədə müvafiq protokol tərtib olunaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 176-178). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid1 ifadəsində göstərdiklərini bir daha təsdiq etmiş və bu barədə müvafiq protokol tərtib olunaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 172-175). Cinayət işinin materiallarında olan protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tərəfindən «WhatsApp» smartfonlar üçün ani mesajlaşma mübadilə sistemi vasitəsilə ona göndərilən audiomesajların olduğu 1 ədəd CD formatlı diskə baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən «WhatsApp» smartfonlar üçün ani mesajlaşma mübadilə sistemi vasitəsilə 13 aprel 2023- cü il və 7 iyul 2023-cü il tarixlərdə Zərərçəkmiş şəxs1 müvafiq olaraq aşağıdakı məzmunda auidomesajların göndərilməsi müəyyən edilmişdir: «AUD-20241121-WA0027»: «Azad, tələsmə, tələsməəə, bəlkə də 16 - on altısı götürəcəysən, səbirri ol! Səbirri ol, görüşəndə hamısını danışacıyıq. 16 Belə, bilirəm sən nədən narahatsan, bilirəm bunlar, bunlar nəyə görədi, gün, vaxt, sahat, buna tələsmə, qəti, ola bilsin 17 - on yeddisi səhər götürdün, ola bilsin 18 - on səkkizi səhər götürdün, əlləşirəm də mən o işin üstündə! Balona qoyub evdə bağlamamışam ki, deyəm ə Azad, sabah səhər-səhər gəl götür! Eləmə, ba, bu sualları qəti mənə vermə ha, sakitcə orda dur. Dediyim vaxtdan da tez eliyəcəm. Ba, bu şullar məni narahat eliyir. Ba, sən narahat olma, eviyin pulu, nə bilim beh vermişəm, indi bu, bu mövzulara girmiyək, qəti! Ba, oralara girməyaaa, sənnən mənim münasibətimə yaraşan şey döyül. Dur orda, ağsaqqalı gözdə! Səbirri ol! Nə vaxt, harda verəcəyimi görəcəysən. İndi 5 - beş gün qalıb, indi sən o fayiz verənlər kimi şey eləmə də, o mənə sələm verənlər varıydı, 10 - on gün qabaq zəng eliyirdi ki, bu gün ayın 1 - biridi ha, 10-u sələmin vaxtıdı verəcsən?! Ən xoşum gəlmiyən şey də odu. Sakit, təmkinli dur orda, lazım gəlsə 2 - iki dənə o evin pulunu verəcəm. Sən görəcəksən də mənim kim olduğumu, nə olduğumu, bircə səbirri ol sən». «AUD-20241121-WA0026»: “Azad, yox, otuz bu, sonuncu verdiyini deyirəm də, işə görə olduğunu, əvvəlkiləri demirəm, əlbət ki, onlar da var Azad, 130 000 yüz otuz min mənim sənə verəcəyim var, bu səsi saxla, bu səsi saxla, bu işin də axırı elə gözəl olacaq ki... Allah sənin bu fikriii inşallah yanlış yerə...elə bu sənin ürəyində qalar, içində qalar, bu, yaxşı olmayacaq söhbəti. Niyə yaxşı olmur ki?! 130 000 - yüz otuz minə görə mən səninlə düşmən olacam?! Mən 130 000 - yüz otuz minə görə türməyə gedəcəm?! Sən belə fikirləşirsən?! Çox səf fikirləşirsən! Bax elə buna görə deyirəm bir az mərifətli danış danışanda! Sən qarşındakını yaxşı tanımırsan! 130 000 - yüz otuz min yoxe, heç 1 300 000 - bir milyon üç yüz min də olsa mən imkan vermərəm kimsə mənim haqqımda ya pis şey danışsın, ya da getsin məhkəməyə ərizə yazsın, ya da getsin nəm nağayırsın! Başa düşdün Azad?! Səbirli ol! Elə 130 (yüz otuzdu) düz deyirsən, mən 30 otuzu de deyəndə elə yəni bu axırıncı aldığımızı nəzərdə tuturam da! Əməliyyatıma pul veribsən, qohum kimi kömək eləyibsən, nə bilim ondan başqa neynəyibsən onların hamısını gözəl deyirsən, düz deyirsən! Mən əməliyyat olunanda da sən pul veribsən, sənin o haqqıyı danan adamın Allah başına daş salar! Mənim qohumlarımın çoxunun eləmədiyini sən eləyibsən mənə! Mən əməliyyat olunanda bəli, sən bu 130 000 - yüz otuz minin içində mənə pul veribsən. Bunu itirən var ki?! Bunu neçə dəfə sənə minnətdarlığımı bildirmişəm?! İndi sən söhbəti başqa yerlərə aparma xahiş edirəm, sən bir az kriminal həvəsdi uşaqsane belə, bilmirəm, nətər belə, söhbəti ayrı yerə aparmaq isteyirsən eləcə. Mən yumşalıram, yumşaq yerə gətirirəm, ağsaqqalvari, qohumvari, sən söhbəti ayrı yerə apar, yaxşı olmaycağ, o gün oturdubsan məni o cavan oğlannan deyirsən ki, pulu buna verəcəysən. Sən uje kriminallaşırsan yavaş-yavaşe, Allah eləsinaa, kaş elə bir kriminal avtoritet olasan ki, elə sənin adıyı çəkəndə hamı bizdən qorxsun. Amma diqqətti ol ki, sənin adıyı çəkəndə bizi təpiyin altına salıb döyüb öldürməsinlər. Sən elə həkimliyinnən məşğul ol, qohumluğunda qal, bu 17 təmalara girmə! Səbirri ol! İş 5-3 - beş-üç günə bitəcək, yüksək səviyyədə qurban kəsəcəyik» (cild 2, iş vərəqi 102-107). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 42). Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 151). Cinayət işinin materiallarında olan Şirvan Şəhər Məhkəməsinin 20 iyun 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 19 iyun 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 204- 210). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənildiyindən ona qarşı şikayəti və tələbi yoxdur (cild 3). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, cinayət nəticəsində ona dəymiş ziyan tam olaraq ödənildiyindən Təqsirləndirilən şəxs qarşı iddiası və tələbi yoxdur (cild 3). Cinayət işinin materiallarında olan “Respublika Diaqnostika Mərkəzi”-nin epikrizindən görünür ki, Təqsirləndirilən şəxs qeyri-stabil stenokardiya xəstəliyindən əziyyət çəkir (cild 3). Cinayət işinin materiallarında olan “X5”-nın epikrizinin surətindən görünür ki Təqsirləndirilən şəxs qızı xx.xx.1990-cı il təvəllüdlü X4 uşaq serebral iflici (tetraparetik forma) xəstəliyindən əziyyət çəkir (cild 3). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs özünün və qızının xəstəliyini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, özünün və qızının xəstəliyini, onun yaşlı olmasını, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkməsinin ailəsinin həyat şəraitinə mənfi təsir edəcəyini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və qanunun ədalət prinsiplərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunması mümkündür, onun barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun olaraq şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslıdır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməli, sınaq müddəti müəyyən edilməklə üzərinə müəyyən vəzifələr qoyulmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışlarına vaxtında gəlmək vəzifələri qoyulmalıdır. İş üzrə mülki iddia, ekspertiza xərci və maddi sübutların olmadığı nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 357.0.3, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə ona 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə mülki iddia, ekspertiza xərci və maddi sübutun olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər: Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-849/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-849/2025
10.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver