Məhkəmə qərarları › İş №1(101)-85/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-85/2023

16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-85/2023 16.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2, X1 və X3, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X18 və Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 15 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, o, şəxsiyyəti istintaqa məlum olmayan “Sənan” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satış məqsədilə əldə edilməsi üçün sonuncunun sifarişi əsasında təyin edilmiş yerdən götürüb, təyin ediləcək ünvanlara qoymaqla şəkillərini çəkib ona atmağa və əvəzində 500 manat pul almağa razılaşaraq, külli miqdarda, beş ədəd bükümdə ümumi təmiz çəkisi 806,427 qram narkotik vasitə heroin, həmçinin dörd ədəd bükümdə ümumi təmiz çəkisi 262,239 qram eyni tərkibli psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanın qarşısına daşımış, 12 iyun 2021-ci il tarixdə, saat 23:35-də Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat təbdiri nəticəsində saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis bölməsinin inzibati binasına gətirilmiş, xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynində olan şalvarın sağ yan cibindən 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,650 qram, 0,880 qram, 0,957 qram, 0,940 qram, ümumi təmiz çəkisi 6,427 qram külli miqdarda narkotik vasitə heroin, həmçinin 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,840 qram, 2,042 qram, 2,037 qram, ümumi təmiz çəkisi 4,919 qram külli miqdarda psixotrop maddə olan metamfetamin, sağ əlində tutduğu sellofan torbanın içərisində 01 ədəd bükümdə təmiz çəkisi 800 qram külli miqdarda narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 257,320 qram külli miqdarda psixotrop maddə olan metamfetamin, ümumilikdə Təqsirləndirilən şəxs üzərindən külli miqdarda təmiz çəkisi 806,427 qram narkotik vasitə heroin, külli miqdarda təmiz çəkisi 262,239 qram eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, əvvəllər sürücü işləsə də, pandemiyadan sonra işləməmişdir. Tutulana kimi son 5-6 ay ərzində psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. O, metamfetaminin qramını 25 manata Hökməlidəki yol dairəsində dayanan tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə internetdən tanış olduğu şəxsə zəng etmiş, həmin şəxs iranlı olduğunu bildirmişdir. Tanımadığı həmin şəxs ona narkotiki ucuz satacağını demiş, o da razılaşmışdır. O, həmin şəxsdən nümunə üçün 1 qram metamfetamin, 1 qram heroin istəmişdir. Tanımadığı şəxs ona əvvəlcə 9-cu mikrorayona gəlməsini demiş, daha sonra alınmadığını bildirib “Nərimanov” metrosuna yaxın yerə gəlməsini istəmişdir. O, tanımadığı şəxsin ona göndərdiyi kart hesabına “Milliön” ödəniş vasitəsi ilə 30 manat pul köçürmüşdür. Sonra tanımadığı şəxs ona şəkil göndərib psixotrop maddəni Nərimanovda “Express Bank”ın yanında güldanın altına qoyduğunu demişdir. O, həmin əraziyə taksi ilə getmiş, güldanın altından sellofanı götürən zaman polis işçiləri onu saxlamışlar. Onu əvvəlcə “Kral” şadlıq sarayının yaxınlığına aparmış, yarım saata yaxın onu döymüşlər və ondan 20-30 min aralığında pul istəmişlər. Daha sonra onu Badamdara, Baş İdarəyə aparıb yarım saat orada gözlədikdən sonra, polis əməkdaşları sellofan torbada narkotiki gətirib ona “bu sənin üzərindən çıxıb” deyə bildirmişlər. Onu polis bölməsinə apararkən maşında döymüşlər. Onun zəng vasitəsilə çağırdığı və orda gözləyən taksi şoferini də polis bölməsinə aparmışlar. Bölmədə polis əməkdaşları onu döyüb təhdid edərək, cibinə narkotik vasitə qoyduqdan sonra çəkiliş aparmışlar. O, məcbur olub narkotiki boynuna götürmüşdür. Bununla yanaşı, ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan olumuş ifadələrində Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə təqsirli bilmiş və göstərmişdir ki, 12 iyun 2021-ci il tarixdə təxminən saat 23 radələrində ünvan 3 ünvanının yaxınlığında piyada hərəkət edərkən 2 nəfər əvvəllər tanımadığı mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib polis əməkdaşları olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları ondan ad, soyad və ata adını soruşmışlar, o, özünü polis əməkdaşlarına təqdim etdikdən sonra ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Nərimanov RPİ-nin 16-cı Polis bölməsinin inzibati binasına dəvət etmişlər. O da, polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə polis bölməsinə getmişdir. Orada ona hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət ediləcəyi bildirilmiş, o, buna etiraz etmədikdə polis əməkdaşları tərəfindən müdafiəçi dəvət edilib ona təqdim edilmişdir. O da, polis əməkdaşları tərəfindən hüquqlarının müdafiə edilməsi məqsədilə dəvət edilmiş müdafiəçiyə heç bir etirazının olmadığını və müdafiəçi Kərim Bağırov tərəfindən hüquqlarının müdafiə olunmasına razı olduğunu bildirmişdir. Bundan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuşdur. Həmçinin, polis əməkdaşları ona üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər və o, buna etiraz etməmişdir. Polis bölməsinin xidməti otaqlarının birində onun üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və ya narkotik vasitə qalıqları varsa təqdim etməsi təklif olunmuş, bundan sonra o, özünə məxsus, öz istifadəsi üçün aldığı, üzərində saxladığı, sağ əlində tutduğu sellofan bağlamada bir ədəd bükümdə narkotik maddə heroini, əynində olan şalvarının sağ yan cibindən 4 ədəd bükümdə narkotik maddə olan heroini və 3 ədəd bükümdə psixotrop maddə olan metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra təqdim etdiyi narkotik vasitələrə baxış keçirilmiş və elektron tərəzidə çəkilmiş, daha sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarının sol yan cibindən 30 manat pul, 1 ədəd plastik bank kartı və 1 ədəd “Samsung” markalı mobil telefon, həmin şalvarın arxa sağ cibindən isə içərisində siqaret dənələri olan siqaret qutusu aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərində əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra həmin vaxt polis əməkdaşları tərəfindən aşkar edilmiş heroin və metamfetamin elektron tərəzidə çəkilmiş, sonra həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung” markalı mobil telefon və plastik bank kartı barədə ona izah verildikdən sonra gütürülmüş, içərisində siqaret dənələri olan siqaret qutusu və 30 manat pul isə özünə geri qaytarılmışdır. Bundan sonra, polis əməkdaşları ondan yaşadığı evdə və ya başqa saxlanc yerində narkotik vasitə və ya psixotrop maddə saxlayıb-saxlamadığını soruşmuşlar və o, yaşadığı evdə də narkotik vasitə olmadığını bildirmişdir. O, üzərində aşkar edilmiş heroinin və metamfetaminin özünə məxsus olduğunu, həmin kütlələrdən kiçik bükümləri 2 ay əvvəl tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Sənan” adlı şəxsin +**********45 telefon nömrəsi ilə vatsap vasitəsi ilə danışaraq 4 gün əvvəl, böyük bükümləri isə 12 iyun 2021-ci il tarixdə eyni üsulla əvəllcədən təyin edilmiş yerdən götürdüyünü, sonradan isə həmin narkotik vasitələri müəyyən ünvanlara qoyaraq şəklini İran İslam Respublikası vətəndaşı olan “Sənan” adlı şəxsə göndərəcəyini və gördüyü bu işə görə hər dəfə “Sənan” ona üzərindən aşkar edilmiş bank kartı vasitəsi ilə 500 manat pul göndərəcəyini bildirmişdir. Ona polis əməkdaşları və ya digər şəxslər tərəfindən heç bir fiziki və ya psixi zor tətbiq edilməmişdir, İran İslam Respublikasının vətəndaşı “Sənan” adlı şəxslə o, sosial şəbəkə vasitəsi ilə tanış olmuş, ona ilk dəfədir ki, narkotik vasitələri sosial şəbəkə vasitəsi ilə narkotiklərin yerini bildirmiş və şəkilləri atmış, o da, həmin şəxsin dediyi ünvana Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Ekspress Bank”ın Nərimanov filialının qarşısında olan dekorativ güllərin dibindən götürmüşdür. “Sənan” birinci dəfə idi ki, ona narkotiki vermiş, o, həmin narkotik vasitələri onun deyəcəyi ünvana çatdırmalı imiş. Onun məlumatına görə “Sənan” adlı şəxsin sifarişini yerinə yetirəcəyi təqdirdə pulu onun kart hesabına göndərməli olmuşdur. Lakin o, İran İslam Respublikasının vətəndaşı “Sənan” adlı şəxsin dediyini edə bilməmişdir. O, əvvəllər narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. O, İran İslam Respublikasının vətəndaşı “Sənan” adlı şəxsin hazırda harada olduğunu bilmir, o, həmin şəxslə yalnız +**********45 telefon nömrəsi ilə vatsap vasitəsi ilə danışmışdır. Onun başqa anket məlumatlarını bilmir (cild 1, iş vərəqi 64-66, 90-92). Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 13 iyun 2021-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə edib Bakı şəhəri, Nərimanov rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat barədə raportla Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə məruzə etdikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri, Nərimanov rayonu ərazisində əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Bundan sonra onun rəhbərliyi ilə Baş İdarənin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 12 iyun 2021-ci il tarixdə, saat 23:35-də ünvan 5 ünvanının yaxınlığında olarkən xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi görüb dərhal ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Onların xahişinə əsasən həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə edib qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirərək onlarla birlikdə Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis bölməsinin inzibati binasına getməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs da onlara etiraz etməyib birlikdə 16-cı Polis bölməsinin inzibati binasına gəlmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələrini müdafiə etmək üçün müdafiəçi dəvət edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə video çəkilişlə şəxsi axtarışa başlanılmışdır. İlk öncə Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya və ya maddə varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 4 bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik, narkotik vasitə heroinə bənzər, 3 bükümdə ağ rəngli kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər, sağ əlində tutduğu sellofan torbanın içərisində bir bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər, bir bükümdə ağ rəngli kristallşəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlələri təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, bir ədəd plastik kartı və 30 manat pul, şalvarın sağ yan cibindən içərisində siqaret dənələri olan siqaret qutusu aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra, Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlələrin ümumi çəkisi 800 qramdan çox, metamfetaminə bənzər kütlənin ümumi çəkisi isə 250 qramdan çox olmuşdur. Həmin kütlələr zərfə qoyulmuş, həmin zərf möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün bir ədəd “Samsung” markalı mobil telefon, plastik bank kartı götürülmüş və içərisində siqaret dənələri olan siqaret qutusu, 30 manat nağd pul Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş heroinin və metamfetaminin özünə məxsus olduğunu və həmin kütlələrin kiçik bükümlərini iki ay əvvəl tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Sənan” adlı şəxsdən tutulmazdan 4 gün əvvəl, böyük bükümləri isə 12 iyun 2021-ci il tarixdə təyin edilmiş yerdən götürdüyünü, sonradan isə həmin narkotik vasitələri müəyyən ünvanlara qoyaraq şəklini çəkib İran İslam Respublikasının vətəndaşı “Sənan” adlı şəxsə göndərəcəyini, görəcəyi işin qarşılığında isə sonuncunun ona 500 manat pul göndərəcəyini göstərmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, təqsirləndirilən şəxsi saxlayan kimi dərhal Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis bölməsinin inzibati binasına gətirmişlər, sonuncunu Baş idarəyə və ya “Kral” şadlıq sarayının yanına aparmamışlar, polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatlatı tam təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli raportun məzmunundan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 6 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nərimanov rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilir (cild 1, iş vərəqi 4). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 5-6). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli, 159 saylı raportdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 6 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri, Nərimanov rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün ünvan 3 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis bölməsinin inzibati binasına gətirilmişdir (cild 1, iş vərəqi 10). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, edilmiş təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 4 bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər, 3 bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər, sağ əlində tutduğu sellofan torbanın içərisində 1 bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər, 1 bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlələri təqdim edərək masanın üzərinə qoymuş, sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd **********421662 nömrəli plastik bank kartı və 30 manat pul, şalvarının arxa sağ cibindən içərisində siqaret dənələri olan siqaret qutusu aşkar olunmuşdur. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlələrin ümumi çəkisi 825,72 qram, metamfetaminə bənzər kütlələrin ümumi çəkisi isə 267,97 qram olmuş, sonra həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçisi tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Samsung” markalı mobil telefon və **********421662 nömrəli plastik bank kart bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, içərisində siqaret dənələri olan siqaret qutusu və 30 manat pul isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş heroinin və metamfetaminlərin özünə məxsus olduğunu, həmin kütlələrdən kiçik bükümləri 2 ay əvvəl tanış olduğu İran İslam Respublikası vətəndaşı “Sənan” adlı şəxsin vasitəsi ilə 4 gün əvvəl, böyük bükümləri isə 12 iyun 2021-ci il tarixdə əvvəlcədən təyin edilmiş yerdən götürdüyünü, sonradan isə həmin narkotik vasitələri müəyyən ünvanlara qoyaraq şəklini İran İslam Respublikası vətəndaşı “Sənan” adlı şəxsə göndərəcəyini və gördüyü işin qarşılığında sonuncunun ona 500 manat pul göndərəcəyini, əvvəllər məhkum olunmadığını, narkotik vasitələrin aludəçisi olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqi 31-33). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/2402 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...şübhəli şəxs Təqsirləndirilən şəxs...” sözləri yazılmış paketdəki beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 800 qram, 3,650 qram, 0,880 qram, 0,957 qram, 0,940 qгam, ümumi təmiz çəkisi 806,427 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 257,320 qram, 0,840 qram, 2,042 qram, 2,037 qram, ümumi təmiz çəkisi 262,239 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına (Siyahı 1) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik narkotik vasitələr”-in siyahısına (Siyahı 1) daxildir. Aparılmış tədqiqatın dəyəri 81,82 (səksən bir manat səksən iki qəpik) manat təşkil edir (cild 1, iş vərəqi 40-47). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş evə baxış keçirilməsi və götürmə aparılması haqqında xx.xx.2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 8 ünvandan iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya aşkar edilməmişdir (cild 1, iş vərəqi 70-75). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli, 1379 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstlik aşkar olunmur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq va sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 137-138). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 2695 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 139-140). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş DVD-RW diskə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, DVD diski “HP” markalı kompüterin disk oxuyucusuna daxil etdikdə diskin yaddaşında 01 ədəd video görüntünün olması müəyyən edilir. Həmin görüntü açıldıqda 19 dəqiqə 51 saniyə olması müəyyən olunur. Video görüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, Nərimanov RPİ-nin 16-cı Polis bölməsinin xidməti otağında DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı, polis kapitanı Nizami Omarov tərəfindən DİN-nin BNMİ-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış aparılır. Şəxsi axtarışa başlamazdan öncə Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya və ya maddə varsa təqdim etməsi təklif olunur və Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən 4 ədəd bükümdə açıq qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər və 3 ədəd bükümdə ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlələr olan bükümləri və sağ əlində tutduğu sellofan torbanın içərisində 1 bükümdə açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə və 1 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlələr olan bükümləri masanın üzərinə qoyur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və əynində olan şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, bir ədəd **********421662 nömrəli plastik kartı və 30 manat pul, şalvarın sağ yan cibindən içərisində siqaret dənələri olan siqaret qutusu aşkar olunaraq götürülür. Daha sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar olunmur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə və psixotrop maddələrə bir-bir baxış keçirilir, həmçinin heroinə bənzər kütlələrin ümumi çəkisi 825,72 qram, metamfetaminə bənzər kütlənin ümumi çəkisi isə 267,97 qram olması tərəzi vasitəsi ilə ölçülərək, həmin kütlələr içi boş olan, ağ rəngli zərfə qoyulur və zərf möhürlənir, həmin zərfin üzəri Təqsirləndirilən şəxs onun hüquqlarını qoruyan müdafiəçi və digər iştirakçılar tərəfindən imzalanır. İş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün bir ədəd “Samsung” markalı mobil telefon, **********421662 nömrəli plastik kart da götürülür. Həmin plastik bank kartı ilə bağlı sorğu zamanı Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşının ona həmin narkotik və psixotrop maddələri onun dediyi yerlərə qoyduqdan sonra, onun üçün həmin karta 500 manat pul göndərməli olduğunu bildirir. Şəxsi axtarış və götürmə aparılan zaman polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir təsir göstərilmədiyi, həmçinin zor və təzyiq tətbiq edilmədiyi videogörüntüdən açıq-aydın görünür (cild 1, iş vərəqi 186). İşdə olan maddi sübut kimi tanıma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 806,427 qram olan narkotik vasitə heroin və 262,239 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra qalıq çəkisi 806,327 qram olan narkotik vasitə heroin və 262,159 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Nərimanov rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 99-100). İşdə olan əməliyyat tapşırığına Nərimanov RPİ-nin 16-cı Polis bölməsinin xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi “Sənan” adlı İİR vətəndaşını, eyni zamanda onun kimlərlə cinayət əlaqəsi saxlamasını müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 180). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, X5 məxsus “Samsung” markalı, **********20744/01 İMEİ kodlu mobil telefon tam işlək vəziyyətdə onun atası X7 qaytarılmışdır (cild 2, iş vərəqi 74). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqi 193-194). İşdə olan 5 saylı Mənzil Kommunal İstehsalat İstismar Təmir Sahəsinin verdiyi xx.xx.2021-ci il tarixli xasiyyətnamədən və arayışdan görünür ki, Təqsirləndirilən şəxs Xırdalan şəhəri, S.Əfəndizadə küçəsi ünvanında qeydiyyatsız yaşayır, həmin ünvanda yaşadığı müddət ərzində sahəyə onun barəsində şikayət daxil olmamışdır (cild 1, iş vərəqi 124-125). Cinayət işi materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamə və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs X6 ilə xx.xx.2007-ci il tarixindən birgə nikahdadırlar və onların xx.xx.2018-ci il təvəllüdlü Günəş Ələskərli adlı uşaqları vardır (cild 1, iş vərəqi 126-129). İşdə olan cinayət işindən başqa cinayət işinin ayrılması haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, hazırkı cinayət işinin materiallarından şəxsiyyəti istintaqa məlum olmayan “Sənan” adlı şəxsin barəsində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqi 196- 197). İşdə olan sənədlərdən görünür ki, müdafiə tərəfinin vəsatətinə əsasən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin 12 iyun 2021-ci il saat 20:00-dan 13 iyun 2021-ci il saat 20:00-dək olan müddət ərzində hansı anten dairələrində istifadə edilməsi barədə məlumatlar məhkəmə tərəfindən “Azercell Telekom" MMC-dən götürülmüş və məhkəmə iclasında həmin məlumatlara baxış keçirilmiş, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş telefon sonuncu dəfə 12 iyun 2021-ci il tarixdə saat 23:16-da 9-cu mikrorayon, Mir Cəlal küçəsində qeydə alınmışdır (cild 3, iş vərəqi 44-47). İşdə olan cinayət işindən başqa cinayət işinin ayrılması haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, hazırkı cinayət işinin materiallarından şəxsiyyəti istintaqa məlum olmayan “Sənan” adlı şəxsin barəsində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqi 196- 197). İşdə olan Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisinin 137-C-22 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, tutularkən polis əməkdaları tərəfindən ona qarşı fiziki zorakılıq və digər qanunsuz hərəkətlər edilməsi barədə Təqsirləndirilən şəxs şikayəti əsasında araşdırma aparılmış, şikayətdə göstərilən faktlar yoxlama zamanı öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir (cild 2, iş vərəqi 89-92). İşdə olan Bakı şəhəri Nərimanov rayon prokurorunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv olunması və əlavə yoxlama aparılması haqqında xx.xx.2022ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərə məruz qalması əsasında toplanmış 137-C-22 nömrəli rədd materialı üzrə Nərimanov rayon prokurorunun köməkçisi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar əsassız olduğundan ləğv edilmiş və material üzrə əlavə araşdırma aparılması qərara alınmışdır (cild 2, iş vərəqi 243- 244). İşdə olan Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisinin 137-C-22 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis əmədaşları tərəfindən fiziki təzyiqlərə və işgəncələrə məruz qalması barədə şikayəti əsasında əlavə araşdırma aparılmış, şikayətdə göstərilən faktlar yoxlama zamanı öz təsdiqini tapmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir (cild 2, iş vərəqi 245-248). İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisinin 137-C-22 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsinə dair Təqsirləndirilən şəxs nümayəndəsi X12 tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətə həmin məhkəmədə baxılmış, şikayət təmin olunmuş, Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisi X13 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı qanunsuz hesab edilmiş və ləğv edilmişdir (cild 3, iş vərəqi 7-14). İşdə olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokurorunun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisi X13 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən ləğv edildikdən sonra material əlavə araşdırma aparılmasından ötrü Respublika Baş prokurorluğuna göndərilmiş, Baş prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsində material üzrə hərtərəfli araşdırma aparılmış, araşdırma nəticəsində Təqsirləndirilən şəxs polis əmədaşları tərəfindən fiziki təzyiqə məruz qalması barədə göstərdiyi xüsusatlar üzrə cinayət hadisəsi müəyyən edilmədiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir (cild 3, iş vərəqi 51- 58). İşdə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokurorunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş şikayətə həmin məhkəmədə baxılmış, şikayət təmin olunmuş, Azərbaycan Respublikası Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokurorunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı qanunsuz hesab edilmiş və ləğv edilmişdir. Qərarda əks olunmuş hallar üzrə şikayətə cinayət-prosessual qanunvericiliyə uyğun zəruri hərəkətlər yerinə yetirilməklə hüquqi qiymət verilməsi və əlavə araşırma aparılması üçün material Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir (cild 3, iş vərəqi 142- 147). İşdə olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokurorunun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokurorunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən ləğv edildikdən sonra material əlavə araşdırma aparılmasından ötrü Respublika Baş prokurorluğuna göndərilmiş, qeyd edilən idarədə material üzrə hərtərəfli araşdırma aparılmış, araşdırma nəticəsində Təqsirləndirilən şəxs polis əmədaşları tərəfindən fiziki təzyiqə məruz qalması barədə göstərdiyi xüsusatlar üzrə cinayət hadisəsi müəyyən edilmədiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir (cild 3, iş vərəqi 51-58). İşdə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokurorunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından Təqsirləndirilən şəxs tərəfindən verilmiş şikayətə həmin məhkəmədə baxılmış, şikayət təmin olunmuş, Azərbaycan Respublikası Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokurorunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmişdir. Qərarda əks olunmuş hallar üzrə şikayətə cinayət-prosessual qanunvericiliyə uyğun zəruri hərəkətlər yerinə yetirilməklə hüquqi qiymət verilməsi və əlavə araşırma aparılması üçün material Azərbaycan Respublikası Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilmişdir (cild 3, iş vərəqi 142-147). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məhkəmədə, üzərindən aşkar edilmiş narkotik vasitənin ona aid olmaması, tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 1 qram metamfetamin, 1 qram heroin alması, polis əməkdaşları tərəfindən saxlanılandan sonra əvvəlcə “Kral” şadlıq sarayının yanına, daha sonra Badamdar qəsəbəsində yerləşən Baş İdarəyə aparılması, yol boyu polislər tərəfindən döyülməsi, daha sonra 16-cı Polis bölməsinə gətirilməsi, burada da döyülüb təhdid edildikdən sonra məcbur olub narkotiki öz boynuna götürməsi barədə ifadələr vermişdir. Məhkəmə onun bu hissədə verdiyi ifadələrini inandırıcı və ağlabatan hesab etmir. Belə ki, polis bölməsində üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilmiş, bu məqsədlə prosessual hərəkətlərdə iştirak etmək üçün müdafiəçi dəvət edilmiş, Təqsirləndirilən şəxs icazəsi ilə videoçəkilişdən istifadə edilməklə və onun hüquqlarının müdafiəsi məqsədi ilə dəvət edilmiş müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, əynindəki şalvarın sağ yan cibindən 4 bükümdə narkotik vasitə heroini, 3 bükümdə psixotrop maddə metamfetamini, sağ əlində tutduğu sellofan torbanın içərisində 1 bükümdə narkotik vasitə heroini, 1 bükümdə psixotrop maddə metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Şəxsi axtarışın nəticəsinə dair müvafiq protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarış aparılan zaman, habelə şübhəli və təqsirləndirilən şəxs qismində ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin ona məxsus olmasını, həmin maddələri İran İslam Respublikasının “Sənan” adlı vətəndaşından əldə etdiyini etiraf etmişdir. Lakin məhkəmədə həmin ifadələrini dəyişərək qeyd edilən narkotiklərdən 1 qram metamfetaminin və 1 qram heroinin ona məxsus olmasını, qalan narkotiklərin ona aid olmadığını, polis əməkdaşları tərəfindən ona fiziki təzyiq və təhdid edildiyi və onun həmin təzyiq və təhdid altında etirafedici ifadələr verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis əmədaşları tərəfindən fiziki təzyiqlərə və işgəncələrə məruz qalması barədə şikayəti əsasında dəfələrlə, o cümlədən Bakı şəhəri Nərimanov rayon prokurorluğunda iki dəfə, daha sonra Azərbaycan Respublikası Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsində iki dəfə araşdırma aparılmış, şikayətdə göstərilən faktlar yoxlama zamanı müəyyən edilmədiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual qanunvericiliyin tələblərinə uyğun qaydada cinayət işinin başlanması rədd edilmişdir. Yuxarıda qeyd edildiyi kimi Bakı şəhəri Nərimanov rayon prokurorluğunda qəbul edilmiş sonuncu qərar Nərimanov Rayon Məhkəməsinin, Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsində qəbul edilmiş qərarlar isə Səbail Rayon Məhkəməsinin qərarları ilə ləğv edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hər iki qərarının məzmunundan, habelə Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsində qəbul edilmiş hər iki qərardan müəyyən olunur ki, Nərimanov rayon Polis İdarəsinin X11 tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabının surətindən görünür ki, Ələskərov X9 rayon Polis İdarəsinin X15 təhvil verilərkən sonuncunun üzərində ilkin müayinə zamanı xəsarət aşkar edilməmişdir. Lakin, Təqsirləndirilən şəxs 3 saylı İstintaq təcridxanasına daxil olan zaman onun bədəni üzərində xəsarətlər aşkarlanmış və məhkumun tibb kitabçasında qeydiyyata alınmışdır. Döyülmə ilə bağlı Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrində iddia etmişdir ki, o, polis əməkdaşları tərəfindən saxlanılandan dərhal sonra “Kral” şadlıq sarayınan yanında və 16-cı Polis bölməsinə aparılarkən yolboyu, habelə bölmədə, yəni Nərimanov rayon Polis İdarəsinin X15 təhvil verilənə kimi döyülmüş və o, etirafedici ifadələr verməyə məcbur olmuşdur. Məhkəmə hesab edir ki, əgər Təqsirləndirilən şəxs həmin ifadələri həqiqət kimi qəbul edilsə, onda X15 təhvil veriləndən sonra onun müayinəsi zamanı üzərində xəsarətlər aşkarlanmalı idi. Çünki buna kimi saxlanılandan sonra 16-cı Polis bölməsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilmiş, daha sonra X15 təhvil verilmişdir. Lakin, materiallardan da göründüyü kimi X11 müayinəsi zamanı onun üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Buradan məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs saxlanılarkən, üzərində şəxsi axtarış keçirilməzdən qabaq və şəxsi axtarış prosesində, daha sonra X15 təhvil verilənə kimi o, döyülməmiş və işgəncələrə məruz qalmamışdır. Onun üzərində 3 saylı İstintaq təcridxanasında müəyyən olunmuş zədələri isə o, X15 təhvil veriləndən sonra 3 saylı İstintaq təcridxanasınaya aparılana kimi ala bilərdi. Bu isə o deməkdir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış, daha sonra ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri onun döyülməsi ilə əlaqədar olmamışdır. Məhkəmə şərh olunanlara əsasən hesab edir ki, narkotik vasitələri “Sənan” adlı İran vətəndaşından sonuncunun deyəcəyi ünvana çatdıracağı, əvəzində 500 manat pul alacağı məqsədilə əldə etməsi barədə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələr işin digər materialları ilə tam uzlaşdığından sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir. Müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin 12 iyun 2021-ci il saat 20:00-dan 13 iyun 2021-ci il saat 20:00-dək olan müddət ərzində hansı anten dairələrində istifadə edilməsi barədə məlumatlar, məhkəmə tərəfindən onun saxlanılandan sonra “Kral” şadlıq sarayı istiqamətində, oradan isə Badamdar qəsəbəsində yerləşən Baş İdarəyə aparılması barədə ifadəsinin yoxlanılması məqsədilə "xxxx" MMC-dən götürülmüş və həmin məlumatlara baxış zamanı sonuncu məlumatın 12 iyun 2021-ci il tarixə saat 23:16:21-ə aid olması müəyyən edilmişdir. Bu məlumatdan görünür ki, qeyd edilən vaxtda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi 9-cu mikrorayon, Mir Cəlal küçəsində qeydə alınmışdır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlandığı 12 iyun 2021-ci il saat 23:35 dəqiqə və ondan sonrakı vaxta dair məlumatlar “Azercell Telekom" MMC-in təqdim etdiyi məlumatlarda mövcud deyildir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Onun etirafedici ifadələr verməsini döyülməsi ilə əlaqələndirməsi isə uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edərək üzərində saxlamaqla daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-6-cı madəsinin 2-ci hissəsi, 120-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarı ilə cəza müddəi 6 ilə endirilmiş, xx.xx.2004-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqi 132-134). Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.3-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyindən onun törətdiyi əməl cinayətin residivi kimi qiymətləndirilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs faktiti olaraq 12 iyun 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 14 iyun 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 12 iyun 2021-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 22, 111-116, 177- 179). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 12 iyun 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Təqsirləndirilən şəxs götürülərək Nərimanov Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından qalıq çəkisi 806,327 qram olan narkotik vasitə heroin və 262,159 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Digər maddi sübut - Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən 1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. İş materiallarında olan hesabat arayışından görünür ki, cinayət işinə məhkəmədə baxılarkən məhkəmə tərəfindən dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 5 saylı Vəkil bürosunun vəkili X14 17 (on yeddi) saat prosessual hərəkətlərdə iştirak etməklə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə araşdırması zamanı müdafiə etməyə görə 102 (yüz iki) manat pulun Bakı şəhəri 5 saylı Vəkil bürosunun hesabına keçirilməklə bu xidmət haqqı dövlət hesabına təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-cimaddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 12 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan maddi sübutlar - Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 806,327 qram narkotik vasitə heroin və 262,159 qram psixotrop maddə metamfetamin məhv edilsin. Digər maddi sübut - Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə araşdırması zamanı müdafiə etməyə görə müdafiəçi, Bakı şəhəri 5 saylı Vəkil bürosunda fəaliyyət göstərən vəkil X14 üçün dövlət hesabından 102 (yüz iki) manat pul vəsaiti onun işlədiyi Bakı şəhəri 5 saylı Vəkil bürosunun hesabına keçirilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əli Məmmədov Səbinə Məmmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar