Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-85/2024 28.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Qəhraman qızının iştirakı ilə xx xxxxxx 1969-cu il tarixdə Şəki rayonunun Kiçik Dəhnə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, evli, işləməyən, məhkum olunmamış, Şəki rayonu Kiçik Dəhnə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs Rusiya Federasiyasının Moskva şəhərində olarkən şəxsiyyəti istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, satış məqsədi ilə qanunsuz olaraq tərkibində psixotrop və güclü təsir edən maddələr olan dərman preparatlarını əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətinə bəyan etməməklə qaçaqmalçılıq yolu ilə keçirmə barədə razılığa gəlmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 3 qutuda 150 həb tərkibində bromdihidroxlorfenilbenzodiazepin psixotrop maddəsinin miqdarı 0,375 qram olan «Фенозепам 2,5 мг», 7 qutuda 650 həb tərkibində bromdihidroxlorfenilbenzodiazepin psixotrop maddəsinin miqdarı 0,325 qram olan «Фенозепам 0,5 мг», 4 qutuda 300 həb tərkibində klonazepam psixotrop maddəsinin miqdarı 0,6 qram olan «Kлонозепам 2,0 мг», 64 konvolyutda 448 kapsul tərkibində preqabalin güclü təsir edən maddəsinin miqdarı külli miqdarda 67,2 qram təşkil edən «Прегабалин Канон 150 мг», 9 konvolyutda 31 kapsul tərkibində preqabalin güclü təsir edən maddəsinin miqdarı külli miqdarda 9,3 qram təşkil edən «Прегабалин Канон 300 мг» və 4 qutuda 200 kapsul tərkibində qabapentin güclü təsir edən maddəsinin miqdarı külli miqdarda 60 qram təşkil edən «Габапентин 300 мг» markalı dərman preparatlarını qəsdən əldə edərək özünə məxsus əl yükü olan çantanın içərisinə yerləşdirib saxlamış, U6 8619 saylı Jukovskiy-Bakı aviareysi ilə Rusiya Federasiyasından Azərbaycan Respublikasına daşıyaraq 1 yanvar 2022-ci il tarixdə, saat 21 radələrində Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Bakı şəhərinin Xəzər rayonunun inzibati ərazisində yerləşən X4 Hava Limanındakı «Terminal 1 X7» gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətinə bəyan etməməklə qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və keçirilmiş gömrük yoxlaması zamanı qeyd edilən dərman preparatları aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 240.3.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 20 ildir ki, Rusiya Federasiyasının Moskva şəhərində yaşayıb, orada taksi sürücüsü işləmişdir. Evlidir, həyat yoldaşı 2 qızı ilə birlikdə Şəki şəhərində yaşayır, oğlu isə onunla Moskva şəhərində yaşamışdır. Ailə üzvlərinə baş çəkmək üçün il ərzində 1-2 dəfə Azərbaycana gəlibgetmişdir. 2021-ci ilin dekabr ayının ortalarında Bakı şəhərinə getmək üçün aviabilet almışdır. Biletə əsasən 1 yanvar 2022-ci il tarixdə Bakıya gediş, 29 yanvar 2022-ci il tarixdə isə Moskvaya gəliş reysi nəzərdə tutulmuşdur. X1 ilə Rusiya Federasiyasında tanış olmuş və aralarında yoldaşlıq münasibəti yaranmışdır. Sonuncu uzun müddətdir nevroloji xəstəlikdən əziyyət çəkir, eyni zamanda, ürək infarktı keçirmiş və ayağının topuq hissəsində sınıq xəsarəti olduğu üçün əməliyyat olunmuşdur. Bu səbəbdən Şahinin müxtəlif dərmanlardan istifadə edərək müalicə aldığını bilmişdir. Şahin ona 2 ildən artıqdır Azərbaycana gedə bilmədiyini, lakin, 3-4 günə Şəki rayonunun Kiçik Dəhnə kəndinə gedəcəyini və 7-8 ay orada qalacağını bildirmişdir. Buna görə də, 29 dekabr 2021-ci il tarixdə Şahin içərisində dərman preparatları olan paketləri ona verib, Kiçik Dəhnə kəndində yaşayan qardaşı Şahid3 verməyini xahiş etmişdir. Şahindən həmin dərmanların hansı xəstəliklərin müalicəsi üçün nəzərdə tutulduğunu soruşmuşdur. Sonuncu həmin dərmanların öz müalicəsi üçün olduğunu, onların satış və istifadəsinin qanuni olduğu, Şəkiyə getdikdən sonrada orada özü istifadə edəcəyini bildirmişdir. Şahin uzun müddətdir nevroloji xəstəlikdən əziyyət çəkdiyindən ona inanıb, dərmanları götürmüş, onların adını və tərkiblərini bilməmişdir. 1 yanvar 2022-ci il tarixdə saat 21 radələrində Jukovskiy-Bakı aviareysi ilə Azərbaycana gəlmişdir. Hava limanında gömrük əməkdaşları əl yükü çantasına gömrük yoxlaması tətbiq etmək üçün onu otağa dəvət etmişlər. Otaqda video çəkilişdən istifadə edilərək keçirilən yoxlama zamanı, Şahin Abdullayevin ona verdiyi paketlərdə olan 3 qutu «Феназепам 2,5 мг», 7 qutu və 12 konvalyut «Феназепам 0,5 мг», 4 qutu və 18 konvalyut «Клонозепам 2,0 мг», 64 konvalyut «Прегабалин Канон 150 мг», 9 konvolyut «Прегабалин Канон 300 мг», 4 qutu «Габапентин 300 мг», 2 qutu «Моксарел 0,4 мг», 1 qutu «Микразим 10000 ED», 2 qutu «Аторвастатин 20 мг», 1 qutu «Карведилол Сандоз 12,5 мг», 1 qutu «Везикар 5 мг», 5 qutu «Эссливер Форте», 6 qutu «Омник 0,4 мг», 4 qutu «Розувастатин 10 мг», 2 qutu «Сальбутамол», 5 qutu «Финастерид-OBL» və 1 qutu «Джардинс 25» markalı dərman preparatları aşkar olunmuşdur. Aşkar olunan həmin dərman preparatları qablaşdırılaraq protokol əsasında götürülmüşdür. O, həmin protokolla tanış olub imza etmişdir. Həmin dərman preparatlarının hamısı həmkəndlisi Şahin İbadullayevə məxsusdur. Sonuncu ayağının sınmasına görə hələlik Azərbaycana gələ bilmir. Onun xəstəliyini təsdiq edən sənədlər və müvaiq reseptlər cinayət işinə əlavə edilmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 1 yanvar 2022-ci il tarixdə iş bölgüsünə əsasən xidməti vəzifəsini X4 Aeroportunun bunkerində yerləşdirilmiş rentgen aparatının monitoru qarşısında yerinə yetirmişdir. Saat 21 radələrində U6 8619 saylı Jukovskiy-Bakı aviareysi ilə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Təqsirləndirilən şəxs məxsus əl yükünə rentgen aparatı vasitəsilə baxış keçirərkən, monitorda dərman preparatlarının təsvirini görmüş və həmin əl yükünü nəzarətə götürmüşdür. Təqsirləndirilən şəxs əl yükünü götürüb gəliş zalında yerləşən rentgen aparatından keçirdikdən sonra əl yükündə dərman preparatları olduğundan saxlanılaraq, tərəfindən təkrar yoxlama keçirmək məqsədi ilə otağa dəvət olunmuşdur. Otaqda video çəkilişdən istifadə edərək keçirilən yoxlama zamanı Təqsirləndirilən şəxs məxsus əl yükündəki 3 ədəd sellofan paketin içərisindən gömrük orqanına bəyan etmədiyi 3 qutu «Феназепам 2,5 мг», 7 qutu və 12 konvalyut «Феназепам 0,5 мг», 4 qutu və 18 konvalyut «Клонозепам 2,0 мг», 64 konvalyut «Прегабалин Канон 150 мг», 9 konvolyut «Прегабалин Канон 300 мг», 4 qutu «Габапентин 300 мг», 2 qutu «Моксарел 0,4 мг», 1 qutu «Микразим 10000 ED», 2 qutu «Аторвастатин 20 мг», 1 qutu «Карведилол Сандоз 12,5 мг», 1 qutu «Везикар 5 мг», 5 qutu «Эссливер Форте», 6 qutu «Омник 0,4 мг», 4 qutu «Розувастатин 10 мг», 2 qutu «Сальбутамол», 5 qutu «Финастерид-OBL» və 1 qutu «Джардинс 25» markalı dərman preparatları aşkar olunmuşdur. Şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən qeyri-qanuni əşyalar aşkar olunmamışdır. Aşkar olunan dərman preparatları qablaşdırılaraq götürülmüşdür. Tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzlarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisi, X3 isə qardaşıdır. Sonuncu 1985-ci ildən Rusiya Federasiyasının Moskva şəhərində yaşayır və 4-5 ildən bir Azərbaycana gəlir. Qardaşı son dəfə 5 il bundan qabaq ölkəyə gəlmişdir. Şahin ruhi xəstədir, buna görə də tərkibində güclü təsir edən və psixotrop maddələr olan dərmanlardan istifadə edir. X9 görüşmüş, ona özünün də Azərbaycana səfər etmək fikrində olduğunu bildirmiş və istifadə etdiyi dərmanları Akifə verib kəndə gətirməsini xahiş etmişdir. Bir müddət sonra qardaşı Şahin özü də kəndə gəlməli olmuş, lakin səhhəti ilə əlaqədar gələ bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisi, X3 isə əmisidir. Əmisi 1985-ci ildən etibarən Rusiya Federasiyasının Moskva şəhərində yaşayır və 4-5 ildən bir Azərbaycana gəlir. Əmisi Şahin ruhi xəstədir, buna görə də tərkibində güclü təsir edən və psixotrop maddələr olan dərmanlardan istifadə edir. Əmisi X9 görüşmüş, ona özünün də Azərbaycana səfər etmək fikrində olduğunu bildirmiş və istifadə etdiyi dərmanları Akifə verib kəndə gətirməsini xahiş etmişdir. Hadisə barədə sonradan xəbər tutmuşdur. Belə ki, Akif barəsində cinayət işi başlanandan sonra onun evində qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, 1985-ci ildən Rusiya Federasiyasının Moskva şəhərində yaşayır. Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Xəstəliyi ilə bağlı tərkibində psixotrop maddə olan dərmanlar qəbul edir. Həmin dərmanlar açıq satışda olmamaqla yalnız həkim resepti əsasında verilir. Akifin Azərbaycana gəldiyini öyrənib 2022-ci il yanvar ayının 1-də özünə məxsus dərmanları ona verib, Kiçik Dəhnə kəndində yaşayan qardaşı Şahid3 çatdırmağını xahiş etmiş, bir müddətdən sonra özü Şəkiyə gedib həmin dərmanları istifadə edəcəyini bildirmişdir. Akif həmin dərmanları qəbul edib götürmüş, onların tərkibində psixotrop maddə olmasını və adlarını bilməmişdir. Sonradan onun ayağı sınmış və uzun müddət Azərbaycana gələ bilməmişdir. Moskva şəhərində bu məsələ ilə əlaqədar Rusiya Federasiyasının hüquq mühafizə orqanları tərəfindən dindirilmişdir. Orada da eyni məzmunda ifadə vermişdir. Bundan başqa Rusiyada əvvəllər başqa bir şəxsə tərkibində psixotrop maddə olan dərman satdığına görə cinayət məsuliyyətinə cəlb edilmişdir. İşin 9-10-cu vərəqindəki 1 yanvar 2022-ci il tarixli «yoxlama və əşyaların götürülməsi haqqında» protokoldan görünür ki, U6 8619 saylı Jukovskiy-Bakı aviareysi ilə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs məxsus əl yükünə video çəkilişdən istifadə edərək keçirilmiş yoxlama zamanı əl yükündəki 3 ədəd sellofan paketin içərisindən Təqsirləndirilən şəxs gömrük orqanına bəyan etmədiyi 3 qutu «Феназепам 2,5 мг», 7 qutu və 12 konvalyut «Феназепам 0,5 мг», 4 qutu və 18 konvalyut «Клонозепам 2,0 мг», 64 konvalyut «Прегабалин Канон 150 мг», 9 konvolyut «Прегабалин Канон 300 мг», 4 qutu «Габапентин 300 мг», 2 qutu «Моксарел 0,4 мг», 1 qutu «Микразим 10000 ED», 2 qutu «Аторвастатин 20 мг», 1 qutu «Карведилол Сандоз 12,5 мг», 1 qutu «Везикар 5 мг», 5 qutu «Эссливер Форте», 6 qutu «Омник 0,4 мг», 4 qutu «Розувастатин 10 мг», 2 qutu «Сальбутамол», 5 qutu «Финастерид-OBL» və 1 qutu «Джардинс 25» markalı dərman preparatları aşkar edilərək protokol əsasında götürülmüşdür. İşin 28-31-ci vərəqlərindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 yanvar 2022-ci ii tarixli, 6/51 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Феназепам 2,5 мг», «Феназепам 0,5 мг», «Клонозепам 2,0 мг» yazılan dərman preparatları «Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr»in siyahısına, «Прегабалин Канон 150 мг», «Прегабалин Канон 300 мг» və «Габапентин 300 мг» markalı dərman preparatları 2016-cı il 18 mart tarixli «Güclü təsir edən maddələrin və onların külli miqdarının» siyahısına daxildir və onların təsiredici maddələrinin miqdarı 1 №-li cədvəldə göstərilmişdir. İşin 152-ci vərəqindəki 17 iyun 2022-ci il tarixli, “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2008-ci il tarixdən etibarən mütəmadi olaraq Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəlmiş və geri qayıtmış, sonuncu dəfə 1 yanvar 2022-ci il tarixdə, saat 21:16-da X4 Aeroportu vasitəsi ilə Rusiya Federasiyası istiqamətindən Azərbaycan Respublikasına gəlmiş və həmin tarixdən sonra hər hansı xarici ölkəyə getməmişdir. İşin 126-127-ci vərəqlərindəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin 30 mart 2022-ci il tarixli, 1471 nömrəli məcburi narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur və narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 48-ci vərəqindəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin 23 fevral 2022-ci il tarixli, 1377 №-li cavabından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmayıb. İşin 160-cı vərəqindəki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 166-168-ci vərəqlərindəki maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, X4 Hava Limanında Təqsirləndirilən şəxs əl yükündən aşkar olunaraq götürülmüş tərkibində bromdihidroxlorfenilbenzodiazepin psixotrop maddəsinin miqdarı 0,375 qram olan 150 (tədqiqatdan sonra qalıq 144) həb «Фенозепам 2,5 мг», tərkibində bromdihidroxlorfenilbenzodiazepin psixotrop maddəsinin miqdarı 0,325 qram olan 650 (tədqiqatdan sonra qalıq 637) həb «Фенозепам 0,5 мг», tərkibində klonazepam psixotrop maddəsinin miqdarı 0,6 qram olan 300 (tədqiqatdan sonra qalıq 290) həb «Клоназепам 2,0 мг» tərkibində preqabalin güclü təsir edən maddəsinin miqdarı külli miqdarda 67,2 qram təşkil edən 448 (tədqiqatdan sonra qalıq 438) kapsul «Прегабалин Канон 150 мг», tərkibində preqabalin güclü təsir edən maddəsinin miqdarı külli miqdarda 9,3 qram təşkil edən 31 (tədqiqatdan sonra qalıq 26) kapsul «Прегабалин Канон 300 мг», tərkibində qabapentin güclü təsir edən maddəsinin miqdarı külli miqdarda 60 qram təşkil edən 200 (tədqiqatdan sonra qalıq 195) kapsul «Габапертин 300 мг» maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinə təhvil verilmişdir. Həmçinin, ekspertiza tədqiqatdan sonra qalıq qalmış 26 həb «Моксарел 0,4 мг», 45 kapsul «Микразим 10000 ED», 54 həb «Аторвастатин 20 мг», 27 həb «Карведилол Сардоз 12,5 мг», 11 həb «Везикар 5 мг», 245 kapsul «Эссливер Форте», 174 kapsul «Омник 0,4 мг», 116 həb «Розувастатин 10 мг», 2 ədəd qabda «Сальбутамол», 145 həb «Финастерид-OBL» və 27 həb «Джардинс 25» markalı dərman preparatlarından Təqsirləndirilən şəxs könüllü olaraq dövlət xeyrinə imtina etdiyindən həmin dərman preparatları məhkəmə tərəfindən təyinatı məsələsi həll edilənədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılır. İşin 201-202-ci vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində 25 iyul 2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilsə də, onun bu ifadəsi məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə, ifadəsinə tənqidi yanaşır və cəzasını yüngülləşdirmək məqsədi güdən ifadə kimi qiymətləndirir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməlləri Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 240.3.2-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələrlə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək nəticəyə gəlir ki, ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 240.3.2-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 28 mart 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, dərhal məhkəmə iclas zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsində saxlanılan X4 Hava Limanında Təqsirləndirilən şəxs əl yükündən aşkar olunaraq götürülmüş tərkibində bromdihidroxlorfenilbenzodiazepin psixotrop maddəsinin miqdarı 0,375 qram olan 150 (tədqiqatdan sonra qalıq 144) həb «Фенозепам 2,5 мг», tərkibində bromdihidroxlorfenilbenzodiazepin psixotrop maddəsinin miqdarı 0,325 qram olan 650 (tədqiqatdan sonra qalıq 637) həb «Фенозепам 0,5 мг», tərkibində klonazepam psixotrop maddəsinin miqdarı 0,6 qram olan 300 (tədqiqatdan sonra qalıq 290) həb «Клоназепам 2,0 мг» tərkibində preqabalin güclü təsir edən maddəsinin miqdarı külli miqdarda 67,2 qram təşkil edən 448 (tədqiqatdan sonra qalıq 438) kapsul «Прегабалин Канон 150 мг», tərkibində preqabalin güclü təsir edən maddəsinin miqdarı külli miqdarda 9,3 qram təşkil edən 31 (tədqiqatdan sonra qalıq 26) kapsul «Прегабалин Канон 300 мг», tərkibində qabapentin güclü təsir edən maddəsinin miqdarı külli miqdarda 60 qram təşkil edən 200 (tədqiqatdan sonra qalıq 195) kapsul «Габапертин 300 мг» markalı dərman preparatları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin, ekspertiza tədqiqatdan sonra qalıq qalmış 26 həb «Моксарел 0,4 мг», 45 kapsul «Микразим 10000 ED», 54 həb «Аторвастатин 20 мг», 27 həb «Карведилол Сардоз 12,5 мг», 11 həb «Везикар 5 мг», 245 kapsul «Эссливер Форте», 174 kapsul «Омник 0,4 мг», 116 həb «Розувастатин 10 мг», 2 ədəd qabda «Сальбутамол», 145 həb «Финастерид-OBL» və 27 həb «Джардинс 25» markalı dərman preparatları hökm qanuni qüvvəyə Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 188 (yüz səksən səkkiz) manat 70 (yetmiş) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193-cü maddəsi və «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 450 (dörd yüz əlli) manat onun işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin. Ona CMnin 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, 240.3.2-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 28 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsində saxlanılan X4 Hava Limanında Təqsirləndirilən şəxs əl yükündən aşkar olunaraq götürülmüş tərkibində bromdihidroxlorfenilbenzodiazepin psixotrop maddəsinin miqdarı 0,375 qram olan 150 (tədqiqatdan sonra qalıq 144) həb «Фенозепам 2,5 мг», tərkibində bromdihidroxlorfenilbenzodiazepin psixotrop maddəsinin miqdarı 0,325 qram olan 650 (tədqiqatdan sonra qalıq 637) həb «Фенозепам 0,5 мг», tərkibində klonazepam psixotrop maddəsinin miqdarı 0,6 qram olan 300 (tədqiqatdan sonra qalıq 290) həb «Клоназепам 2,0 мг» tərkibində preqabalin güclü təsir edən maddəsinin miqdarı külli miqdarda 67,2 qram təşkil edən 448 (tədqiqatdan sonra qalıq 438) kapsul «Прегабалин Канон 150 мг», tərkibində preqabalin güclü təsir edən maddəsinin miqdarı külli miqdarda 9,3 qram təşkil edən 31 (tədqiqatdan sonra qalıq 26) kapsul «Прегабалин Канон 300 мг», tərkibində qabapentin güclü təsir edən maddəsinin miqdarı külli miqdarda 60 qram təşkil edən 200 (tədqiqatdan sonra qalıq 195) kapsul «Габапертин 300 мг» markalı dərman preparatları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Həmçinin, ekspertiza tədqiqatdan sonra qalıq qalmış 26 həb «Моксарел 0,4 мг», 45 kapsul «Микразим 10000 ED», 54 həb «Аторвастатин 20 мг», 27 həb «Карведилол Сардоз 12,5 мг», 11 həb «Везикар 5 мг», 245 kapsul «Эссливер Форте», 174 kapsul «Омник 0,4 мг», 116 həb «Розувастатин 10 мг», 2 ədəd qabda «Сальбутамол», 145 həb «Финастерид-OBL» və 27 həb «Джардинс 25» markalı dərman preparatları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 188 (yüz səksən səkkiz) manat 70 (yetmiş) qəpik pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 450 (dörd yüz əlli) manat onun işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-85/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-85/2024
28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver