Məhkəmə qərarları › İş №1(101)-85/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-85/2025

14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-85/2025 14.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X41 və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi – X7, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı2, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 və onun etibarnamə üzrə nümayəndəsi Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Nümayəndə3, Zərərçəkmiş şəxs2, zərərçəkmiş hüquqi şəxs “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X138n nümayəndəsi Nümayəndə2 Əlizamin oğlu və Nümayəndə5, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Hüquq şöbəsinin böyük məsləhətçisi Nümayəndə1, müdafiəçilər – Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və X31, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi6, Bakı şəhəri “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi5, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi4 və Müdafiəçi7 və Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi8, təqsirləndirilən şəxslər və mülki cavabdehlər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 iştirakı ilə, 7 oktyabr 1975-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində 3 (üç) azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 (FİN:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə, 8 avqust 1982-ci ildə Ermənistan Respublikası Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X57 Xidmətinin Azərbaycan Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin Ümumi şöbəsinin rəisi vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Etibar Bəkirli küçəsində nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 (FİN:OUU66Y2) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.3.2, 178.3.2 və 320.1-ci maddələri ilə, xx xxxx 1973-cü ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə təqsirli bilinərək 9(doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1 iyul 2021-ci il tarixli qərarı ilə cəzası 6(altı) il 6(altı) ay müddətinə endirilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8 iyul 2022-ci il tarixli qərarı ilə 9(doqquz) ay 29(iyirmi doqquz) gün cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş, Salyan Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 1(057)-42/2024 hökmü ilə 3(üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, üzərindən qanunla müəyyən edilmiş qaydada götürülməmiş və cəzasını çəkməmiş, ünvan 5 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Səbail rayonu Badamdar şossesi 34 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 (FİN:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.3.2, 178.3.2 və 320.1-ci maddələri ilə, xx xxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Tərtər Hərbi Məhkəməsinin 14 noyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə təqsirli bilinərək 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Gəncə Apelyasiya Məhkəməsinin 3 fevral 2017-ci il tarixli qərarı ilə cəzası 10(on) il müddətinə endirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 11 mart 2019-cu il tarixli qərarı ilə əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsindən həmin Məcəllənin 182.2.4-cü maddəsinə tövsif edilərək cəzası 5(beş) il 6(altı) ay müddətinə endirilmiş, 1 oktyabr 2020-ci il tarixdə cəzanın sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və üzərindən qanunla müəyyən edilmiş qaydada götürülməmiş, ünvan 7 ünvanında qeydiyyatda olmaqla ünvan 8 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 (FİN:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.3.2, 178.3.2, 310 və 320.1-ci maddələri ilə və xx xxxx 1983-cü ildə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində 1(bir) azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 9 iyun 2022-ci il tarixli, 1(001)-73/2022 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.3-cü maddələri ilə təqsirli bilinərək 2(iki) il 9(doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda üzərində 1(bir) il 9 (doqquz) ay 13 (on üç) gün müddətinə çəkilməmiş cəzası qalmış, ünvan 9 ünvanında qeydiyyatda olmaqla ünvan 10 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs5 (FİN:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.3.2, 178.3.2, 310 və 320.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə 14 may 2025-ci il tarixdə, saat 11:00-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs1 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib əldə ediləcək pulun aralarında bölünməsi barədə razılaşıb sövdələşərək, X13 baş həkimi vəzifəsinə təyin edilməsinə köməklik göstərilməsi üçün 2021-ci ilin iyul ayında cinayətdən xəbərsiz Şahid14 vasitəsilə özlərinə müraciət etmiş Zərərçəkmiş şəxs1 cinayətdən xəbərsiz Şahid14 vasitəsilə özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özləri barədə yaratdıqları inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyində və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının olmasını, həmin yüksək vəzifədə işləyən səlahiyyətli tanışları vasitəsilə Zərərçəkmiş şəxs1 X13 baş həkimi vəzifəsinə təyin etdirmək imkanına malik olduqlarını 2021-ci ilin iyul ayında Bakı şəhəri Nərimanov rayonunda yerləşən “Nərimanov” adına parkda görüşləri zamanı sonuncuya yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxslərə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunun X13 baş həkimi vəzifəsinə təyin edilməsinə görə birbaşa yolla özləri vasitəsilə 170.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirərək Zərərçəkmiş şəxs1 ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə 2021-ci ilin avqust ayının əvvəllərində Bakı şəhəri Suraxanı rayonunda yerləşən “Ümid” kafesində Zərərçəkmiş şəxs1 həmin dövrün rəsmi məzənnəsi ilə 170.000 manat təşkil edən 100.000 ABŞ dolları məbləğində pul vəsaitini nağd şəkildə alıb ələ keçirərək, aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə taladıqdan sonra, özü və Təqsirləndirilən şəxs2 həmin pul vəsaitinin 100.000 manat hissəsini 2022-ci ilin sentyabr ayında Bakı şəhəri Badamdar qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs3 verib sövdələşməklə, 2022-ci ilin sentyabr ayında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 əlavə pul vəsaitlərini ələ keçirmək məqsədi ilə, tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə birbaşa və ya dolayı yolla müzakirə aparıb aralarında yaranmış ümumi cinayətkar niyyətə uyğun olaraq həmin şəxslərlə cinayətkar əlaqəyə girib əldə ediləcək pulun aralarında bölünməsi barədə razılaşıb sövdələşərək, 2022-ci ilin oktyabr və noyabr aylarında ayrı-ayrı vaxtlarda Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi ərazisində onun və Təqsirləndirilən şəxs3 vasitəsilə, habelə Bakı şəhəri Nəsimi rayonunda, o cümlədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yerləşdiyi inzibati binasının qarşısında və Bakı şəhəri Xətai rayonu ərazisində keçirilən görüşləri zamanı Təqsirləndirilən şəxs3 və özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Səhiyyə nazirinin köməkçisi kimi təqdim edən qeyrisinin vasitəsilə Zərərçəkmiş şəxs1 guya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yuxarı vəzifəli şəxslərinə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəkləri hərəkətə, yəni sonuncunun X13 baş həkimi vəzifəsinə təyin edilməsinə görə birbaşa yolla özləri vasitəsilə əlavə olaraq 80.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu yalandan bildirərək, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə Təqsirləndirilən şəxs3 tərəfindən 2022-ci ilin oktyabr ayında Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsində yerləşən 69 №-li binanın qarşısında Zərərçəkmiş şəxs1 50.000 manat məbləğində pul vəsaitinin nağd olaraq alınmasından sonra, cinayətkar niyyətinin icrasının davamı olaraq, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək iqtidarında olmasına əminlik yaratmaq və özünə olan inamı möhkəmləndirmək məqsədilə, Zərərçəkmiş şəxs1 Qəbələ şəhəri tibbi ərazi bölməsi üzrə Qəbələ X28 Mərkəzi fəaliyyətə başlandığı vaxtdan etibarən həmin Mərkəzdə baş həkim vəzifəsinə təyin edilməsi görüntüsünü yaratmaqla rəsmi sənəd hesab edilən, guya Zərərçəkmiş şəxs5n (TƏBİB) verdiyi xx.xx.2022-ci il tarixli əmri qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və qeyrisi ilə birlikdə xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs4 şəxsi kompüteri ilə “Microsoft Word”, “Paint” və "xxxx" proqramlarını tətbiq edib www.loqotip.az internet resursunda yerləşdirilən blankdan və müxtəlif internet resurslarında olan nümunəvi sənədlərdən istifadə etməklə hazırlayıb, “X110 vəzifəsini icra edən Vüqar Qurbanov xx.xx.2022-ci il” qrafasının aşağı hissəsinə isə qeyd olunan saxta əmrin həqiqi olması görüntüsünü yaratmaqdan ötrü www.the-qrcode-generator.com linki vasitəsilə hazırlanmış və mobil telefonun şəkil çəkmə funksiyasından istifadə etməklə qeydə alındığı zaman həmin linkdə əmrin fotoşəklinin əks olunmasına səbəb olan QR kodu əlavə edib qanunsuz olaraq saxtalaşdırmaqla hazırladıqları həmin sənədi 2022-ci ilin noyabr ayında Bakı şəhəri Nəsimi rayonu ərazisində keçirilən görüş zamanı özbaşına özünü vəzifəli şəxs, yəni TƏBİB-in əməkdaşı kimi təqdim edən Təqsirləndirilən şəxs4 tərəfindən nümayiş etdirilməklə, sonuncunun Zərərçəkmiş şəxs1 X21 baş həkim vəzifəsinə təyin olunması barədə əmrin verilməsi məsələsini özü həll etdiyini yalandan bildirib, Təqsirləndirilən şəxs3 və qeyrisinin saxta sənəddəki QR kod mobil telefonun şəkil çəkmə funksiyası vasitəsilə qeydə aldıqdan sonra açılan www.the-qrcode-generator.com linkindəki əmrin şəklini təqdim edərək sənədin həqiqi olduğunu yalandan bildirib Zərərçəkmiş şəxs1 inandırmaqla, Təqsirləndirilən şəxs3 tərəfindən 2022-ci ilin noyabr ayında Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsində yerləşən 69 №-li binanın qarşısında Zərərçəkmiş şəxs1 30.000 manat məbləğində pul vəsaitinin, ümumilikdə 80.000 manat pul vəsaitinin nağd şəkildə alınmasına nail olaraq, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub Zərərçəkmiş şəxs1 məxsus 170.000 manat pul vəsaitini ələ keçirib, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la qabaqcadan əlbir olub həmin pul vəsaitinin 100.000 manat hissəsini sonuncuya verib sövdələşdikdən sonra, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və qeyrisi ilə qabaqcadan əlbir olub Zərərçəkmiş şəxs1 məxsus 50.000 manat pul vəsaitinin, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və qeyrisi ilə qabaqcadan əlbir olub Zərərçəkmiş şəxs1 məxsus 30.000 manat pul vəsaitinin nağd şəkildə alınmasına nail olub, həmin pul vəsaitlərini aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, ümumilikdə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan suiistifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 250.000 (iki yüz əlli min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamışdır.

2. Həmçinin, Təqsirləndirilən şəxs2 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib əldə ediləcək pulun aralarında bölünməsi barədə razılaşıb sövdələşərək, X13 baş həkimi vəzifəsinə təyin edilməsinə köməklik göstərilməsi üçün 2021-ci ilin iyul ayında cinayətdən xəbərsiz Şahid14 vasitəsilə özlərinə müraciət etmiş Zərərçəkmiş şəxs1 cinayətdən xəbərsiz Şahid14 vasitəsilə özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özləri barədə yaratdıqları inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyində və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının olmasını, həmin yüksək vəzifədə işləyən səlahiyyətli tanışları vasitəsilə Zərərçəkmiş şəxs1 X13 baş həkimi vəzifəsinə təyin etdirmək imkanına malik olduqlarını 2021-ci ilin iyul ayında Bakı şəhəri Nərimanov rayonunda yerləşən “Nərimanov” adına parkda görüşləri zamanı sonuncuya yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxslərə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunun X13 baş həkimi vəzifəsinə təyin edilməsinə görə birbaşa yolla özləri vasitəsilə 170.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirərək Zərərçəkmiş şəxs1 ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə, 2021-ci ilin avqust ayının əvvəllərində Bakı şəhəri Suraxanı rayonunda yerləşən “Ümid” kafesində Zərərçəkmiş şəxs1 həmin dövrün rəsmi məzənnəsi ilə 170.000 manat təşkil edən 100.000 ABŞ dolları məbləğində pul vəsaitini nağd şəkildə alıb ələ keçirərək, aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə taladıqdan sonra, özü və Təqsirləndirilən şəxs1 həmin pul vəsaitinin 100.000 manat hissəsini 2022-ci ilin sentyabr ayında Bakı şəhəri Badamdar qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs3 verib sövdələşməklə, 2022-ci ilin sentyabr ayında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 əlavə pul vəsaitlərini ələ keçirmək məqsədi ilə, tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə birbaşa və ya dolayı yolla müzakirə aparıb aralarında yaranmış ümumi cinayətkar niyyətə uyğun olaraq həmin şəxslərlə cinayətkar əlaqəyə girib əldə ediləcək pulun aralarında bölünməsi barədə razılaşıb sövdələşərək, 2022-ci ilin oktyabr və noyabr aylarında ayrı-ayrı vaxtlarda Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 vasitəsilə, habelə Bakı şəhəri Nəsimi rayonunda, o cümlədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yerləşdiyi inzibati binasının qarşısında və Bakı şəhəri Xətai rayonu ərazisində keçirilən görüşlər zamanı Təqsirləndirilən şəxs3 və özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Səhiyyə nazirinin köməkçisi kimi təqdim edən qeyrisinin vasitəsilə Zərərçəkmiş şəxs1 guya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yuxarı vəzifəli şəxslərinə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəkləri hərəkətə, yəni sonuncunun X13 baş həkimi vəzifəsinə təyin edilməsinə görə birbaşa yolla özləri vasitəsilə əlavə olaraq 80.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu yalandan bildirərək, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə, Təqsirləndirilən şəxs3 tərəfindən 2022-ci ilin oktyabr ayında Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsində yerləşən 69 №-li binanın qarşısında Zərərçəkmiş şəxs1 50.000 manat məbləğində pul vəsaitini nağd olaraq alınmasından sonra, cinayətkar niyyətinin icrasının davamı olaraq, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək iqtidarında olmasına əminlik yaratmaq və özünə olan inamı möhkəmləndirmək məqsədilə, Zərərçəkmiş şəxs1 Qəbələ şəhəri tibbi ərazi bölməsi üzrə Qəbələ X28 Mərkəzi fəaliyyətə başlandığı vaxtdan etibarən həmin Mərkəzdə baş həkim vəzifəsinə təyin edilməsi görüntüsünü yaratmaqla rəsmi sənəd hesab edilən, guya Zərərçəkmiş şəxs5n (TƏBİB) verdiyi xx.xx.2022-ci il tarixli əmrini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və qeyrisi ilə birlikdə xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs4 şəxsi kompüteri ilə “Microsoft Word”, “Paint” və "xxxx" proqramlarını tətbiq edib www.loqotip.az internet resursunda yerləşdirilən blankdan və müxtəlif internet resurslarında olan nümunəvi sənədlərdən istifadə etməklə hazırlayıb, “X110 vəzifəsini icra edən Vüqar Qurbanov xx.xx.2022-ci il” qrafasının aşağı hissəsinə isə qeyd olunan saxta əmrin həqiqi olması görüntüsünü yaratmaqdan ötrü www.the-qrcodegenerator.com linki vasitəsilə hazırlanmış və mobil telefonun şəkil çəkmə funksiyasından istifadə etməklə qeydə alındığı zaman həmin linkdə əmrin fotoşəklinin əks olunmasına səbəb olan QR kodu əlavə edib qanunsuz olaraq saxtalaşdırmaqla hazırladıqları həmin sənədi 2022-ci ilin noyabr ayında Bakı şəhəri Nəsimi rayonu ərazisində keçirilən görüş zamanı özbaşına özünü vəzifəli şəxs, yəni TƏBİB-in əməkdaşı kimi təqdim edən Təqsirləndirilən şəxs4 tərəfindən nümayiş etdirilməklə, sonuncunun Zərərçəkmiş şəxs1 X21 baş həkim vəzifəsinə təyin olunması barədə əmrin verilməsi məsələsini özü həll etdiyini yalandan bildirib, Təqsirləndirilən şəxs3 və qeyrisinin saxta sənəddəki QR kod mobil telefonun şəkil çəkmə funksiyası vasitəsilə qeydə aldıqdan sonra açılan www.theqrcode-generator.com linkindəki əmrin şəklini təqdim edərək sənədin həqiqi olduğunu yalandan bildirib Zərərçəkmiş şəxs1 inandırmaqla, Təqsirləndirilən şəxs3 tərəfindən 2022ci ilin noyabr ayında Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsində yerləşən 69 №-li binanın qarşısında Zərərçəkmiş şəxs1 30.000 manat məbləğində pul vəsaitinin, ümumilikdə 80.000 manat pul vəsaitinin nağd şəkildə alınmasına nail olaraq, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub Zərərçəkmiş şəxs1 məxsus 170.000 manat pul vəsaitini ələ keçirib, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la qabaqcadan əlbir olub həmin pul vəsaitinin 100.000 manat hissəsini sonuncuya verib sövdələşdikdən sonra, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və qeyrisi ilə qabaqcadan əlbir olub Zərərçəkmiş şəxs1 məxsus 50.000 manat pul vəsaitinin, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və qeyrisi ilə qabaqcadan əlbir olub Zərərçəkmiş şəxs1 məxsus 30.000 manat pul vəsaitinin nağd şəkildə alınmasına nail olub, həmin pul vəsaitlərini aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, ümumilikdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan suiistifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 250.000 (iki yüz əlli min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və qeyri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamışdır.

3. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) balansında olan metal materialdan quraşdırılmaqla istismarı dayandırılmış su borusunun Göyçay rayonu Qaraməryəm kəndindən keçən hissəsinin demontaj olunmasının "xxxx" MMC-yə həvalə edilməsinə köməklik edilməsi barədə 2022-ci ilin noyabr ayının sonlarında cinayətdən xəbərsiz Şahid1 vasitəsilə özünə müraciət etmiş Zərərçəkmiş şəxs2 cinayətdən xəbərsiz Şahid1 vasitəsilə özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edərək dolayı yolla Zərərçəkmiş şəxs2 özlərinə inandırıb, özləri barədə yaratdıqları inam və etibardan sui-istifadə edib, guya ASC-də yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının olmasını, həmin tanışları vasitəsilə qeyd edilən dəmir borunun demontaj olunmasının "xxxx" MMC-yə həvalə edilməsi imkanına malik olduqlarını, özbaşına özünü vəzifəli şəxs, yəni ASC-nin Satınalma şöbəsinin rəisi Rasim kimi təqdim edən Təqsirləndirilən şəxs4 vasitəsilə ASC tərəfindən müvafiq əmrin verildiyini və dəmir boruların demontaj olunması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən dəmir boruların istismara yararsız hesab olunmasına dair aktın verilməsinin təşkil ediləcəyini 2022-ci ilin noyabr ayının sonlarında Bakı şəhəri Xətai rayonu ərazisində keçirdikləri görüşləri zamanı cinayətdən xəbərsiz Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs2 yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxslərə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi hərəkətə, yəni ASC-nin balansında olan metal materialdan quraşdırılmaqla istismarı dayandırılmış su borusunun Göyçay rayonu Qaraməryəm kəndindən keçən hissəsinin demontaj olunmasının "xxxx" MMC-yə həvalə edilməsinə görə birbaşa yolla özləri vasitəsilə 500.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu cinayətdən xəbərsiz Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs2 bildirərək sonuncu ilə razılaşmaqla sövdələşdikdən sonra, cinayətkar niyyətinin icrasının davamı olaraq, Zərərçəkmiş şəxs2 verdiyi vədə inandırmaq, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək iqtidarında olmasına əminlik yaratmaq məqsədilə, ASC-nin balansında olan dəmir materialdan quraşdırılmaqla istismara yararsız hesab edilən boru xətləri üzərində demontaj işlərinin aparılmasına başlamaq hüququ verdiyi üçün rəsmi sənəd hesab edilən, həmin boru xətlərinin Göyçay rayonu Qaraməryəm kəndi ərazisindən keçən 28,72 km uzunluqda olan hissəsinin demontaj olunmasının "xxxx" MMC-yə həvalə edilməsi görüntüsünü yaratmaqla guya ASC-nin verdiyi xx.xx.2022-ci il tarixli 1296-H №-li əmri qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və qeyriləri ilə birlikdə xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs4 şəxsi kompüteri ilə “Microsoft Word”, “Paint” və "xxxx" proqramlarını tətbiq edib ASC-nin rəsmi internet saytı olan www.mst.gov.az adlı linkə yüklənmiş hesabat sənədlərindən, habelə www.loqotip.az internet resursunda yerləşdirilən blankdan və müxtəlif internet resurslarında olan nümunəvi sənədlərdən istifadə etməklə hazırlayıb, həmin sənədin yuxarı hissəsində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin blankı əks olunmaqla, çap ilə “Bakı şəhəri” sözləri, əlyazma ilə “xx.xx.2022-ci il” tarixli və “1148 0963-22” nömrəli olması yazılarını, aşağı hissəsində “ASC-nin sədri, X72 01 dekabr 2022-ci il” yazılarının qeyd olunduğu qrafanın qarşısında imza və ASC-nin möhürünü icra edib, həmin sənədin arxa hissəsinə qeyd olunan saxta əmrin həqiqi olması görüntüsünü yaratmaqdan ötrü www.the-qrcode-generator.com adlı link vasitəsilə hazırladıqları və mobil telefonun şəkil çəkmə funksiyasından istifadə edilərək qeydə alındığı zaman həmin linkdə əmrin fotoşəklinin əks olunmasına səbəb olan QR kodu əlavə edib, “№ 00008962” rəqəmləri, “İcra etdi:”, “Salmanova T.M.q”, “xx.xx.2022” yazılarını və imza icra edib, qanunsuz olaraq saxtalaşdırmaqla hazırladıqları həmin sənədin, habelə həmin tarixdə və ünvanda, eyni üsul ilə hazırladıqları üzərində ASC-nin blankı əks olunmaqla, çap ilə “Bakı şəhəri” sözləri, əlyazma ilə “xx.xx.2022-ci il” tarixli “0148 1448-22” nömrəli olması qeyd edilmiş vərəqdə “Panarama FL MMC-yə havalə edilən ərazi: “Azərbaycan Respublikası Göyçay rayonu Qaraməryam kəndi” sözləri icra edilib, fəzadan yer səthinin görüntüsünü əks etdirən iki ayrı şəkil təsvirlərinin sağ yan tərəflərində ASC-nin möhürü təsvir edilmiş sənədin 2022-ci ilin dekabr ayının əvvəllərində Bakı şəhəri Nizami rayonu ərazisində keçirilən görüş zamanı özü tərəfindən nümayiş etdirilib, həmçinin xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsi ərazisində eyni üsul ilə hazırladıqları üzərində ASC-nin blankı əks olunmaqla, əlyazma ilə “xx.xx.2022-ci il” tarixli “4117-8397/22” nömrəli olması qeyd edilmiş vərəqdə çap ilə “Panarama FL MMC Ömər Hüseynova, Əmrdən çıxarış: Panarama FL MMC-ya Göyçay rayonu Qaraməryam kəndi ərazisində yerləşən uzunluğu 28,72 km olan boru xətlərinin demontaj işlərinin aparılması öz vəsaiti hesabına keçirilməsi barədə (xx.xx.2023 il tarixədək) havalə edilsin” məzmunda yazıların, habelə “ASC-nin sədri, X72 08 dekabr 2022-ci il” yazılarının qeyd olunduğu qrafanın qarşısında imza icra olunmuş və ASC-nin möhürü əks olunmuş sənədin qeyrisi vasitəsilə Şahid4 tərəfindən ASC-nin yerləşdiyi ünvan 11 ünvanda yerləşən inzibati binanın qarşısında bağlı zərfdə cinayətdən xəbərsiz Şahid1 yanında özünə verilməklə sənədin ASC tərəfindən verilməsi görüntüsünü yaradaraq, özü həmin saxta sənədi nümayiş etdirib, həmin məsələnin həll olunduğunu, habelə saxta sənədlərdəki QR kodu mobil telefonun şəkil çəkmə funksiyası vasitəsilə qeydə aldıqdan sonra www.the-qrcode-generator.com adlı linkdə açılan saxta əmrin təsvirini təqdim edərək sənədin həqiqi olduğunu yalandan bildirməklə Zərərçəkmiş şəxs2 inandırıb, həmin niyyətlə, 2022-ci ilin dekabr ayının əvvəllərində Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Su səsi” restoranında şəxsən cinayətdən xəbərsiz Şahid1 Zərərçəkmiş şəxs2 məxsus 100.000 manat, 2022-ci ilin dekabr ayının ortalarında Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində şəxsən Zərərçəkmiş şəxs2 həmin dövrün rəsmi məzənnəsi ilə 14.960 manat təşkil edən 8.800 ABŞ dolları məbləğində pul vəsaitlərinin alınmasına nail olduqdan sonra, eyni niyyətlə cinayətkar əməllərini davam etdirərək, özlərinə olan inamı möhkəmləndirmək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 əlavə pul vəsaitlərini ələ keçirmək məqsədi ilə birbaşa və ya dolayı yolla müzakirə aparıb aralarında yaranmış ümumi cinayətkar niyyətə uyğun olaraq 2022-ci ilin dekabr ayının ortalarında və sonlarında Bakı şəhəri Xətai rayonu ərazisində keçirilən görüşlər zamanı qeyrisinin və özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Prezidenti Administrasiyasının əməkdaşı kimi təqdim edən Təqsirləndirilən şəxs5 cinayətdən xəbərsiz Şahid1 ilə danışıqlar apararaq, guya ƏMDX-nin yuxarı vəzifəli şəxslərindən xahiş etməklə dəmir boruların istismara yararsız olması ilə əlaqədar aktı alacağını bildirib, Zərərçəkmiş şəxs2 inandırmasına nail olaraq, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə, 2022-ci ilin dekabr ayının sonlarında Bakı şəhəri Xətai rayonu ərazisində qeyrisi tərəfindən cinayətdən xəbərsiz Şahid1 Zərərçəkmiş şəxs2 məxsus həmin dövrün rəsmi məzənnəsi ilə 118.320 manat təşkil edən 69.600 ABŞ dolları məbləğində pul vəsaitlərinin alınmasına nail olub aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 233.280 (iki yüz otuz üç min iki yüz səksən) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə vahid niyyətlə qanunsuz olaraq saxtalaşdırmaqla təkrarən hazırlamış, Zərərçəkmiş şəxs2 dəmir borunun demontaj olunmasına icazə verilməsi üçün tələb edilən 500.000 manat puldan qalan 266.720 manat pul vəsaitini verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, qalan pul vəsaitini ondan ala bilməyib, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 500.000 manat məbləğində pul vəsaitini külli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir.

4. Həmçinin, Təqsirləndirilən şəxs3 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə, X13 baş həkimi vəzifəsinə təyin edilməsinə köməklik göstərilməsi üçün 2021-ci ilin iyul ayında cinayətdən xəbərsiz Şahid14 vasitəsilə özlərinə (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2) müraciət etmiş Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Səhiyyə Nazirliyində və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının olmasını, həmin yüksək vəzifədə işləyən səlahiyyətli tanışları vasitəsilə Zərərçəkmiş şəxs1 X13 baş həkimi vəzifəsinə təyin etdirmək imkanına malik olduqlarını sonuncuya Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxslərə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunun X13 baş həkimi vəzifəsinə təyin edilməsinə görə birbaşa yolla özləri vasitəsilə 170.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirərək Zərərçəkmiş şəxs1 ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə, 2021-ci ilin avqust ayının əvvəllərində Bakı şəhəri Suraxanı rayonunda yerləşən “Ümid” kafesində Zərərçəkmiş şəxs1 həmin dövrün rəsmi məzənnəsi ilə 170.000 manat təşkil edən 100.000 ABŞ dolları məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 nağd şəkildə alıb ələ keçirərək, aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə taladıqdan sonra, o həmin pul vəsaitindən 100.000 manat pul vəsaitini 2022-ci ilin sentyabr ayında Bakı şəhəri Badamdar qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs1 nağd olaraq alıb, 2022-ci ilin sentyabr ayında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 əlavə pul vəsaitlərini ələ keçirmək məqsədi ilə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə birbaşa və ya dolayı yolla müzakirə aparıb aralarında yaranmış ümumi cinayətkar niyyətə uyğun olaraq həmin şəxslərlə cinayətkar əlaqəyə girib əldə ediləcək pulun aralarında bölünməsi barədə razılaşıb sövdələşərək, 2022-ci ilin oktyabr və noyabr aylarında ayrı-ayrı vaxtlarda Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi ərazisində onun və Təqsirləndirilən şəxs1 vasitəsilə, habelə Bakı şəhəri Nəsimi rayonunda, o cümlədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yerləşdiyi inzibati binasının qarşısında və Bakı şəhəri Xətai rayonu ərazisində keçirilən görüşlər zamanı özü və özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Səhiyyə nazirinin köməkçisi kimi təqdim edən qeyrisinin vasitəsilə Zərərçəkmiş şəxs1 guya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yuxarı vəzifəli şəxslərinə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəkləri hərəkətə, yəni sonuncunun X13 baş həkimi vəzifəsinə təyin edilməsinə görə birbaşa yolla özləri vasitəsilə əlavə olaraq 80.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu yalandan bildirərək, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə, şəxsən 2022-ci ilin oktyabr ayında Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsində yerləşən 69 №-li binanın qarşısında Zərərçəkmiş şəxs1 50.000 manat məbləğində pul vəsaitinin nağd olaraq alınmasından sonra, cinayətkar niyyətinin icrasının davamı olaraq, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək iqtidarında olmasına əminlik yaratmaq və özünə olan inamı möhkəmləndirmək məqsədilə, Zərərçəkmiş şəxs1 Qəbələ şəhəri tibbi ərazi bölməsi üzrə Qəbələ X28 Mərkəzi fəaliyyətə başlandığı vaxtdan etibarən həmin Mərkəzdə baş həkim vəzifəsinə təyin edilməsi görüntüsünü yaratmaqla rəsmi sənəd hesab edilən, guya Zərərçəkmiş şəxs5n (TƏBİB) verdiyi xx.xx.2022-ci il tarixli əmri qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və qeyrisi ilə birlikdə xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs4 şəxsi kompüteri ilə “Microsoft Word”, “Paint” və "xxxx" proqramlarını tətbiq edib www.loqotip.az internet resursunda yerləşdirilən blankdan və müxtəlif internet resurslarında olan nümunəvi sənədlərdən istifadə etməklə hazırlayıb, “X110 vəzifəsini icra edən Vüqar Qurbanov xx.xx.2022-ci il” qrafasının aşağı hissəsinə isə qeyd olunan saxta əmrin həqiqi olması görüntüsünü yaratmaqdan ötrü www.the-qrcode-generator.com linki vasitəsilə hazırlanmış və mobil telefonun şəkil çəkmə funksiyasından istifadə etməklə qeydə alındığı zaman həmin linkdə əmrin fotoşəklinin əks olunmasına səbəb olan QR kodu əlavə edib qanunsuz olaraq saxtalaşdırmaqla hazırladıqları həmin sənədi 2022-ci ilin noyabr ayında Bakı şəhəri Nəsimi rayonu ərazisində keçirilən görüş zamanı özbaşına özünü vəzifəli şəxs, yəni TƏBİB-in əməkdaşı kimi təqdim edən Təqsirləndirilən şəxs4 tərəfindən nümayiş etdirilməklə, Zərərçəkmiş şəxs1 X21 baş həkim vəzifəsinə təyin olunması barədə əmrin verilməsi məsələsini özü həll etdiyini yalandan bildirib, o və qeyrisi saxta sənəddəki QR kod mobil telefonun şəkil çəkmə funksiyası vasitəsilə qeydə aldıqdan sonra açılan www.the-qrcode-generator.com linkindəki əmrin şəklini təqdim edərək sənədin həqiqi olduğunu yalandan bildirib Zərərçəkmiş şəxs1 inandırmaqla, onun vasitəsilə 2022-ci ilin noyabr ayında Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsində yerləşən 69 №-li binanın qarşısında Zərərçəkmiş şəxs1 30.000 manat məbləğində pul vəsaitinin nağd şəkildə alınaraq, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olub Zərərçəkmiş şəxs1 məxsus 170.000 manat pul vəsaitini ələ keçirib, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onunla qabaqcadan əlbir olub həmin pul vəsaitinin 100.000 manat hissəsini özünə verib sövdələşdikdən sonra, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və qeyrisi ilə qabaqcadan əlbir olub Zərərçəkmiş şəxs1 məxsus 50.000 manat pul vəsaitinin, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və qeyrisi ilə qabaqcadan əlbir olub Zərərçəkmiş şəxs1 məxsus 30.000 manat pul vəsaitinin nağd şəkildə alınmasına nail olub, həmin pul vəsaitlərini aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, ümumilikdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 250.000 (iki yüz əlli min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamışdır.

5. Bundan başqa, Təqsirləndirilən şəxs3 təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) balansında olan metal materialdan quraşdırılmaqla istismarı dayandırılmış su borusunun Göyçay rayonu Qaraməryəm kəndindən keçən hissəsinin demontaj olunmasının "xxxx" MMC-yə həvalə edilməsinə köməklik edilməsi barədə 2022-ci ilin noyabr ayının sonlarında cinayətdən xəbərsiz Şahid1 vasitəsilə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 və sonuncunun vasitəsilə özlərinə müraciət etmiş Zərərçəkmiş şəxs2 cinayətdən xəbərsiz Şahid1 vasitəsilə özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edərək dolayı yolla Zərərçəkmiş şəxs2 özlərinə inandırıb, özləri barədə yaratdıqları inam və etibardan sui-istifadə edib, guya ASC-də yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının olmasını, həmin tanışları vasitəsilə qeyd edilən dəmir borunun demontaj olunmasının "xxxx" MMC-yə həvalə edilməsi imkanına malik olduqlarını, eləcə də özbaşına özünü vəzifəli şəxs, yəni ASC-nin Satınalma şöbəsinin rəisi Rasim kimi təqdim edən Təqsirləndirilən şəxs4 vasitəsilə ASC tərəfindən müvafiq əmrin verildiyini və dəmir boruların demontaj olunması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən dəmir boruların istismara yararsız hesab olunmasına dair aktın verilməsinin təşkil ediləcəyini 2022-ci ilin noyabr ayının sonlarında Bakı şəhəri Xətai rayonu ərazisində keçirdikləri görüşləri zamanı cinayətdən xəbərsiz Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs2 yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxslərə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi hərəkətə, yəni ASC-nin balansında olan metal materialdan quraşdırılmaqla istismarı dayandırılmış su borusunun Göyçay rayonu Qaraməryəm kəndindən keçən hissəsinin demontaj olunmasının "xxxx" MMC-yə həvalə edilməsinə görə birbaşa yolla özləri vasitəsilə 500.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu cinayətdən xəbərsiz Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs2 bildirərək sonuncu ilə razılaşmaqla sövdələşdikdən sonra cinayətkar niyyətinin icrasının davamı olaraq, Zərərçəkmiş şəxs2 verdiyi vədə inandırmaq, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək iqtidarında olmasına əminlik yaratmaq məqsədilə, ASC-nin balansında olan dəmir materialdan quraşdırılmaqla istismara yararsız hesab edilən boru xətləri üzərində demontaj işlərinin aparılmasına başlamaq hüququ verdiyi üçün rəsmi sənəd hesab edilən, həmin boru xətlərinin Göyçay rayonu Qaraməryəm kəndi ərazisindən keçən 28,72 km uzunluqda olan hissəsinin demontaj olunmasının "xxxx" MMC-yə həvalə edilməsi görüntüsünü yaratmaqla guya ASC-nin verdiyi xx.xx.2022-ci il tarixli 1296-H №-li əmri qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və qeyriləri ilə birlikdə xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs4 şəxsi kompüteri ilə “Microsoft Word”, “Paint” və "xxxx" proqramlarını tətbiq edib ASC-nin rəsmi internet saytı olan www.mst.gov.az adlı linkə yüklənmiş hesabat sənədlərindən, habelə www.loqotip.az internet resursunda yerləşdirilən blankdan və müxtəlif internet resurslarında olan nümunəvi sənədlərdən istifadə etməklə hazırlayıb, həmin sənədin yuxarı hissəsində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin blankı əks olunmaqla, çap ilə “Bakı şəhəri” sözləri, əlyazma ilə “xx.xx.2022-ci il” tarixli və “1148 0963-22” nömrəli olması yazılarını, aşağı hissəsində “ASC-nin sədri, X72 01 dekabr 2022-ci il” yazılarının qeyd olunduğu qrafanın qarşısında imza və ASC-nin möhürünü icra edib, həmin sənədin arxa hissəsinə qeyd olunan saxta əmrin həqiqi olması görüntüsünü yaratmaqdan ötrü www.the-qrcode-generator.com adlı link vasitəsilə hazırladıqları və mobil telefonun şəkil çəkmə funksiyasından istifadə edilərək qeydə alındığı zaman həmin linkdə əmrin fotoşəklinin əks olunmasına səbəb olan QR kodu əlavə edib, “№ 00008962” rəqəmləri, “İcra etdi:”, “Salmanova T.M.q”, “xx.xx.2022” yazılarını və imza icra edib, qanunsuz olaraq saxtalaşdırmaqla hazırladıqları həmin sənədin, habelə həmin tarixdə və ünvanda, eyni üsulla hazırladıqları üzərində ASC-nin blankı əks olunmaqla, çap ilə “Bakı şəhəri” sözləri, əlyazma ilə “xx.xx.2022-ci il” tarixli “0148 1448-22” nömrəli olması qeyd edilmiş vərəqdə “Panarama FL MMC-yə havalə edilən ərazi: “Azərbaycan Respublikası Göyçay rayonu Qaraməryam kəndi” sözləri icra edilib, fəzadan yer səthinin görüntüsünü əks etdirən iki ayrı şəkil təsvirlərinin sağ yan tərəflərində ASC-nin möhürü təsvir edilmiş sənədin 2022-ci ilin dekabr ayının əvvəllərində Bakı şəhəri Nizami rayonu ərazisində keçirilən görüş zamanı Təqsirləndirilən şəxs2 tərəfindən nümayiş etdirilib, həmçinin xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsi ərazisində eyni üsulla hazırladıqları üzərində ASC-nin blankı əks olunmaqla, əlyazma ilə “xx.xx.2022-ci il” tarixli “4117-8397/22” nömrəli olması qeyd edilmiş vərəqdə çap ilə “Panarama FL MMC Ömər Hüseynova, Əmrdən çıxarış: Panarama FL MMC-ya Göyçay rayonu Qaraməryam kəndi ərazisində yerləşən uzunluğu 28,72 km olan boru xətlərinin demontaj işlərinin aparılması öz vəsaiti hesabına keçirilməsi barədə (xx.xx.2023 il tarixədək) havalə edilsin” məzmunda yazıların, habelə “ASC-nin sədri, X72 08 dekabr 2022-ci il” yazılarının qeyd olunduğu qrafanın qarşısında imza icra olunmuş və ASC-nin möhürü əks olunmuş sənədin qeyrisi vasitəsilə Şahid4 tərəfindən ASC-nin yerləşdiyi ünvan 11 ünvanda yerləşən inzibati binanın qarşısında bağlı zərfdə cinayətdən xəbərsiz Şahid1 yanında Təqsirləndirilən şəxs2 verilməklə sənədin ASC tərəfindən verilməsi görüntüsünü yaradaraq, Təqsirləndirilən şəxs2 həmin saxta sənədi nümayiş etdirməsinə nail olub, həmin məsələnin həll olunduğunu, habelə saxta sənədlərdəki QR kodu mobil telefonun şəkil çəkmə funksiyası vasitəsilə qeydə aldıqdan sonra www.the-qrcodegenerator.com adlı linkdə açılan saxta əmrin təsvirini təqdim edərək sənədin həqiqi olduğunu yalandan bildirməklə Zərərçəkmiş şəxs2 inandırıb, həmin niyyətlə, 2022-ci ilin dekabr ayının əvvəllərində Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Su səsi” restoranında Təqsirləndirilən şəxs2 tərəfindən cinayətdən xəbərsiz Şahid1 Zərərçəkmiş şəxs2 məxsus 100.000 manat, 2022-ci ilin dekabr ayının ortalarında Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs2 həmin dövrün rəsmi məzənnəsi ilə 14.960 manat təşkil edən 8.800 ABŞ dolları məbləğində pul vəsaitlərinin alınmasına nail olduqdan sonra, eyni niyyətlə cinayətkar əməllərini davam etdirərək, özlərinə olan inamı möhkəmləndirmək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 əlavə pul vəsaitlərini ələ keçirmək məqsədi ilə birbaşa və ya dolayı yolla müzakirə aparıb aralarında yaranmış ümumi cinayətkar niyyətə uyğun olaraq 2022-ci ilin dekabr ayının ortalarında və sonlarında Bakı şəhəri Xətai rayonu ərazisində keçirilən görüşlər zamanı qeyrisinin və özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Prezidenti Administrasiyasının əməkdaşı kimi təqdim edən Təqsirləndirilən şəxs5 cinayətdən xəbərsiz Şahid1 ilə danışıqlar apararaq, guya ƏMDX-nin yuxarı vəzifəli şəxslərindən xahiş etməklə dəmir boruların istismara yararsız olması ilə əlaqədar aktı alacağını bildirib, Zərərçəkmiş şəxs2 inandırmasına nail olaraq, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə, 2022-ci ilin dekabr ayının sonlarında Bakı şəhəri Xətai rayonu ərazisində qeyrisi tərəfindən cinayətdən xəbərsiz Şahid1 Zərərçəkmiş şəxs2 məxsus həmin dövrün rəsmi məzənnəsi ilə 118.320 manat təşkil edən 69.600 ABŞ dolları məbləğində pul vəsaitlərinin alınmasına nail olub aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 233.280 (iki yüz otuz üç min iki yüz səksən) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə vahid niyyətlə qanunsuz olaraq saxtalaşdırmaqla təkrarən hazırlamış, Zərərçəkmiş şəxs2 dəmir borunun demontaj olunmasına icazə verilməsi üçün tələb edilən 500.000 manat puldan qalan 266.720 manat pul vəsaitini verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, qalan pul vəsaitini ondan ala bilməyib, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 500.000 manat məbləğində pul vəsaitini külli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir.

6. Həmçinin, Təqsirləndirilən şəxs4 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə, X13 baş həkimi vəzifəsinə təyin edilməsinə köməklik göstərilməsi üçün 2021-ci ilin iyul ayında cinayətdən xəbərsiz Şahid14 vasitəsilə özlərinə (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2) müraciət etmiş Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Səhiyyə Nazirliyində və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının olmasını, həmin yüksək vəzifədə işləyən səlahiyyətli tanışları vasitəsilə Zərərçəkmiş şəxs1 X13 baş həkimi vəzifəsinə təyin etdirmək imkanına malik olduqlarını sonuncuya Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxslərə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunun X13 baş həkimi vəzifəsinə təyin edilməsinə görə birbaşa yolla özləri vasitəsilə 170.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirərək Zərərçəkmiş şəxs1 ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə, 2021-ci ilin avqust ayının əvvəllərində Bakı şəhəri Suraxanı rayonunda yerləşən “Ümid” kafesində Zərərçəkmiş şəxs1 həmin dövrün rəsmi məzənnəsi ilə 170.000 manat təşkil edən 100.000 ABŞ dolları məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 nağd şəkildə alıb ələ keçirərək, aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə taladıqdan sonra, 2022-ci ilin sentyabr ayında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 əlavə pul vəsaitlərini ələ keçirmək məqsədi ilə, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə birbaşa və ya dolayı yolla müzakirə aparıb aralarında yaranmış ümumi cinayətkar niyyətə uyğun olaraq həmin şəxslərlə cinayətkar əlaqəyə girib əldə ediləcək pulun aralarında bölünməsi barədə razılaşıb sövdələşərək, 2022-ci ilin oktyabr və noyabr aylarında ayrı-ayrı vaxtlarda Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 vasitəsilə, habelə Bakı şəhəri Nəsimi rayonunda, o cümlədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yerləşdiyi inzibati binasının qarşısında və Bakı şəhəri Xətai rayonu ərazisində keçirilən görüşlər zamanı Təqsirləndirilən şəxs3 və özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Səhiyyə nazirinin köməkçisi kimi təqdim edən qeyrisinin vasitəsilə Zərərçəkmiş şəxs1 guya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yuxarı vəzifəli şəxslərinə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəkləri hərəkətə, yəni sonuncunun X13 baş həkimi vəzifəsinə təyin edilməsinə görə birbaşa yolla özləri vasitəsilə əlavə olaraq 80.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu yalandan bildirərək, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə, Təqsirləndirilən şəxs3 tərəfindən 2022-ci ilin oktyabr ayında Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsində yerləşən 69 №-li binanın qarşısında Zərərçəkmiş şəxs1 50.000 manat məbləğində pul vəsaitini nağd olaraq alınmasından sonra, cinayətkar niyyətinin icrasının davamı olaraq, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək iqtidarında olmasına əminlik yaratmaq və özünə olan inamı möhkəmləndirmək məqsədilə, Zərərçəkmiş şəxs1 Qəbələ şəhəri tibbi ərazi bölməsi üzrə Qəbələ X28 Mərkəzi fəaliyyətə başlandığı vaxtdan etibarən həmin Mərkəzdə baş həkim vəzifəsinə təyin edilməsi görüntüsünü yaratmaqla rəsmi sənəd hesab edilən, guya Zərərçəkmiş şəxs5n (TƏBİB) verdiyi xx.xx.2022-ci il tarixli əmri qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və qeyrisi ilə birlikdə xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsi ərazisində özünün şəxsi kompüteri ilə “Microsoft Word”, “Paint” və "xxxx" proqramlarını tətbiq edib www.loqotip.az internet resursunda yerləşdirilən blankdan və müxtəlif internet resurslarında olan nümunəvi sənədlərdən istifadə etməklə hazırlayıb, “X110 vəzifəsini icra edən Vüqar Qurbanov xx.xx.2022-ci il” qrafasının aşağı hissəsinə isə qeyd olunan saxta əmrin həqiqi olması görüntüsünü yaratmaqdan ötrü www.the-qrcode-generator.com linki vasitəsilə hazırlanmış və mobil telefonun şəkil çəkmə funksiyasından istifadə etməklə qeydə alındığı zaman həmin linkdə əmrin fotoşəklinin əks olunmasına səbəb olan QR kodu əlavə edib qanunsuz olaraq saxtalaşdırmaqla hazırladıqları həmin sənədi 2022-ci ilin noyabr ayında Bakı şəhəri Nəsimi rayonu ərazisində keçirilən görüş zamanı özbaşına özünü vəzifəli şəxs, yəni TƏBİB-in əməkdaşı kimi təqdim edərək şəxsən nümayiş etdirməklə, Zərərçəkmiş şəxs1 X21 baş həkim vəzifəsinə təyin olunması barədə əmrin verilməsi məsələsini özü həll etdiyini yalandan bildirib, Təqsirləndirilən şəxs3 və qeyrisinin saxta sənəddəki QR kod mobil telefonun şəkil çəkmə funksiyası vasitəsilə qeydə aldıqdan sonra açılan www.the-qrcode-generator.com linkindəki əmrin şəklini təqdim edərək sənədin həqiqi olduğunu yalandan bildirib Zərərçəkmiş şəxs1 inandırmaqla, Təqsirləndirilən şəxs3 tərəfindən 2022-ci ilin noyabr ayında Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsində yerləşən 69 №-li binanın qarşısında Zərərçəkmiş şəxs1 30.000 manat məbləğində pul vəsaitinin nağd şəkildə alınmasına nail olaraq, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olub Zərərçəkmiş şəxs1 məxsus 170.000 manat pul vəsaitini ələ keçirib, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub həmin pul vəsaitinin 100.000 manat hissəsini sonuncuya verib sövdələşdikdən sonra, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 və qeyrisi ilə qabaqcadan əlbir olub Zərərçəkmiş şəxs1 məxsus 50.000 manat pul vəsaitinin, o /Təqsirləndirilən şəxs4/ Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və qeyrisi ilə qabaqcadan əlbir olub Zərərçəkmiş şəxs1 məxsus 30.000 manat pul vəsaitinin nağd şəkildə alınmasına nail olub, həmin pul vəsaitlərini aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, ümumilikdə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan suiistifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 250.000 (iki yüz əlli min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə Zərərçəkmiş şəxs5n cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamışdır.

7. Bundan başqa, R.Təqsirləndirilən şəxs4 təkrarən aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) balansında olan metal materialdan quraşdırılmaqla istismarı dayandırılmış su borusunun Göyçay rayonu Qaraməryəm kəndindən keçən hissəsinin demontaj olunmasının "xxxx" MMC-yə həvalə edilməsinə köməklik edilməsi barədə 2022ci ilin noyabr ayının sonlarında cinayətdən xəbərsiz Şahid1 vasitəsilə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 və sonuncunun vasitəsilə özlərinə müraciət etmiş Zərərçəkmiş şəxs2 cinayətdən xəbərsiz Şahid1 vasitəsilə özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edərək dolayı yolla Zərərçəkmiş şəxs2 özlərinə inandırıb, özləri barədə yaratdıqları inam və etibardan sui-istifadə edib, guya ASC-də yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının olmasını, həmin tanışları vasitəsilə qeyd edilən dəmir borunun demontaj olunmasının "xxxx" MMC-yə həvalə edilməsi imkanına malik olduqlarını, eləcə də özbaşına özünü vəzifəli şəxs, yəni ASC-nin Satınalma şöbəsinin rəisi Rasim kimi təqdim edib ASC tərəfindən müvafiq əmrin verildiyini və dəmir boruların demontaj olunması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən dəmir boruların istismara yararsız hesab olunmasına dair aktın verilməsinin təşkil ediləcəyini 2022-ci ilin noyabr ayının sonlarında Bakı şəhəri Xətai rayonu ərazisində keçirdikləri görüşləri zamanı cinayətdən xəbərsiz Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs2 yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxslərə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi hərəkətə, yəni ASC-nin balansında olan metal materialdan quraşdırılmaqla istismarı dayandırılmış su borusunun Göyçay rayonu Qaraməryəm kəndindən keçən hissəsinin demontaj olunmasının "xxxx" MMC-yə həvalə edilməsinə görə birbaşa yolla özləri vasitəsilə 500.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu cinayətdən xəbərsiz Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs2 bildirərək sonuncu ilə razılaşmaqla sövdələşdikdən sonra, cinayətkar niyyətinin icrasının davamı olaraq, Zərərçəkmiş şəxs2 verdiyi vədə inandırmaq, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək iqtidarında olmasına əminlik yaratmaq məqsədilə, ASC-nin balansında olan dəmir materialdan quraşdırılmaqla istismara yararsız hesab edilən boru xətləri üzərində demontaj işlərinin aparılmasına başlamaq hüququ verdiyi üçün rəsmi sənəd hesab edilən, həmin boru xətlərinin Göyçay rayonu Qaraməryəm kəndi ərazisindən keçən 28,72 km uzunluqda olan hissəsinin demontaj olunmasının "xxxx" MMC-yə həvalə edilməsi görüntüsünü yaratmaqla guya ASC-nin verdiyi xx.xx.2022-ci il tarixli 1296-H №-li əmri qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və qeyriləri ilə birlikdə xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsi ərazisində özünün şəxsi kompüteri ilə “Microsoft Word”, “Paint” və "xxxx" proqramlarını tətbiq edib ASC-nin rəsmi internet saytı olan www.mst.gov.az adlı linkə yüklənmiş hesabat sənədlərindən, habelə www.loqotip.az internet resursunda yerləşdirilən blankdan və müxtəlif internet resurslarında olan nümunəvi sənədlərdən istifadə etməklə hazırlayıb, həmin sənədin yuxarı hissəsində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin blankı əks olunmaqla, çap ilə “Bakı şəhəri” sözləri, əlyazma ilə “xx.xx.2022-ci il” tarixli və “1148 0963-22” nömrəli olması yazılarını, aşağı hissəsində “ASC-nin sədri, X72 01 dekabr 2022-ci il” yazılarının qeyd olunduğu qrafanın qarşısında imza və ASC-nin möhrünü icra edib, həmin sənədin arxa hissəsinə qeyd olunan saxta əmrin həqiqi olması görüntüsünü yaratmaqdan ötrü www.the-qrcode-generator.com adlı link vasitəsilə hazırladıqları və mobil telefonun şəkil çəkmə funksiyasından istifadə edilərək qeydə alındığı zaman həmin linkdə əmrin fotoşəklinin əks olunmasına səbəb olan QR kodu əlavə edib, “№ 00008962” rəqəmləri, “İcra etdi:”, “Salmanova T.M.q”, “xx.xx.2022” yazılarını və imza icra edib, qanunsuz olaraq saxtalaşdırmaqla hazırladıqları həmin sənədin, habelə həmin tarixdə və ünvanda, eyni üsul ilə hazırladıqları üzərində ASC-nin blankı əks olunmaqla, çap ilə “Bakı şəhəri” sözləri, əlyazma ilə “xx.xx.2022-ci il” tarixli “0148 1448-22” nömrəli olması qeyd edilmiş vərəqdə “Panarama FL MMC-yə havalə edilən ərazi: “Azərbaycan Respublikası Göyçay rayonu Qaraməryam kəndi” sözləri icra edilib, fəzadan yer səthinin görüntüsünü əks etdirən iki ayrı şəkil təsvirlərinin sağ yan tərəflərində ASC-nin möhürü təsvir edilmiş sənədin 2022-ci ilin dekabr ayının əvvəllərində Bakı şəhəri Nizami rayonu ərazisində keçirilən görüş zamanı Təqsirləndirilən şəxs2 tərəfindən nümayiş etdirilib, həmçinin xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsi ərazisində eyni üsulla hazırladıqları üzərində ASC-nin blankı əks olunmaqla, əlyazma ilə “xx.xx.2022-ci il” tarixli “4117-8397/22” nömrəli olması qeyd edilmiş vərəqdə çap ilə “Panarama FL MMC Ömər Hüseynova, Əmrdən çıxarış: "xxxx" MMC-ya Göyçay rayonu Qaraməryam kəndi ərazisində yerləşən uzunluğu 28,72 km olan boru xətlərinin demontaj işlərinin aparılması öz vəsaiti hesabına keçirilməsi barədə (xx.xx.2023 il tarixədək) havalə edilsin” məzmunda yazıların, habelə “ASC-nin sədri, X72 08 dekabr 2022-ci il” yazılarının qeyd olunduğu qrafanın qarşısında imza icra olunmuş və ASC-nin möhürü əks olunmuş sənədin qeyrisi vasitəsilə Şahid4 tərəfindən ASC-nin yerləşdiyi ünvan 11 ünvanda yerləşən inzibati binanın qarşısında bağlı zərfdə cinayətdən xəbərsiz Şahid1 yanında Təqsirləndirilən şəxs2 verilməklə sənədin ASC tərəfindən verilməsi görüntüsünü yaradaraq, Təqsirləndirilən şəxs2 həmin saxta sənədi nümayiş etdirməsinə nail olub, həmin məsələnin həll olunduğunu, habelə saxta sənədlərdəki QR kodu mobil telefonun şəkil çəkmə funksiyası vasitəsilə qeydə aldıqdan sonra www.the-qrcode-generator.com adlı linkdə açılan saxta əmrin təsvirini təqdim edərək sənədin həqiqi olduğunu yalandan bildirməklə Zərərçəkmiş şəxs2 inandırıb həmin niyyətlə, 2022-ci ilin dekabr ayının əvvəllərində Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Su səsi” restoranında Təqsirləndirilən şəxs2 tərəfindən cinayətdən xəbərsiz Şahid1 Zərərçəkmiş şəxs2 məxsus 100.000 manat, 2022-ci ilin dekabr ayının ortalarında Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində şəxsən Zərərçəkmiş şəxs2 həmin dövrün rəsmi məzənnəsi ilə 14.960 manat təşkil edən 8.800 ABŞ dolları məbləğində pul vəsaitlərinin alınmasına nail olduqdan sonra, eyni niyyətlə cinayətkar əməllərini davam etdirərək, özlərinə olan inamı möhkəmləndirmək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 əlavə pul vəsaitlərini ələ keçirmək məqsədi ilə birbaşa və ya dolayı yolla müzakirə aparıb aralarında yaranmış ümumi cinayətkar niyyətə uyğun olaraq 2022-ci ilin dekabr ayının ortalarında və sonlarında Bakı şəhəri Xətai rayonu ərazisində keçirilən görüşlər zamanı qeyrisinin və özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Prezidenti Administrasiyasının əməkdaşı kimi təqdim edən Təqsirləndirilən şəxs5 cinayətdən xəbərsiz Şahid1 ilə danışıqlar apararaq, guya ƏMDX-nin yuxarı vəzifəli şəxslərindən xahiş etməklə dəmir boruların istismara yararsız olması ilə əlaqədar aktı alacağını bildirib, Zərərçəkmiş şəxs2 inandırmasına nail olaraq, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə, 2022-ci ilin dekabr ayının sonlarında Bakı şəhəri Xətai rayonu ərazisində qeyrisi tərəfindən cinayətdən xəbərsiz Şahid1 Zərərçəkmiş şəxs2 məxsus həmin dövrün rəsmi məzənnəsi ilə 118.320 manat təşkil edən 69.600 ABŞ dolları məbləğində pul vəsaitlərinin alınmasına nail olub aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 233.280 (iki yüz otuz üç min iki yüz səksən) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə "xxxx" ASC-nin cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmiş, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə vahid niyyətlə qanunsuz olaraq saxtalaşdırmaqla təkrarən hazırlamış, Zərərçəkmiş şəxs2 dəmir borunun demontaj olunmasına icazə verilməsi üçün tələb edilən 500.000 manat puldan qalan 266.720 manat pul vəsaitini verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, qalan pul vəsaitini ondan ala bilməyib, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 500.000 manat məbləğində pul vəsaitini külli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir.

8. Həmçinin, Təqsirləndirilən şəxs5 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) balansında olan metal materialdan quraşdırılmaqla istismarı dayandırılmış su borusunun Göyçay rayonu Qaraməryəm kəndindən keçən hissəsinin demontaj olunmasının "xxxx" MMC-yə həvalə edilməsinə köməklik edilməsi barədə 2022-ci ilin noyabr ayının sonlarında cinayətdən xəbərsiz Şahid1 vasitəsilə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 və sonuncunun vasitəsilə özlərinə müraciət etmiş Zərərçəkmiş şəxs2 cinayətdən xəbərsiz Şahid1 vasitəsilə özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edərək dolayı yolla Zərərçəkmiş şəxs2 özlərinə inandırıb, özləri barədə yaratdıqları inam və etibardan sui-istifadə edib, guya ASC-də yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının olmasını, həmin tanışları vasitəsilə qeyd edilən dəmir borunun demontaj olunmasının "xxxx" MMC-yə həvalə edilməsi imkanına malik olduqlarını, özbaşına özünü vəzifəli şəxs, yəni ASC-nin Satınalma şöbəsinin rəisi Rasim kimi təqdim edən Təqsirləndirilən şəxs4 vasitəsilə isə ASC tərəfindən müvafiq əmrin verildiyini və dəmir boruların demontaj olunması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən dəmir boruların istismara yararsız hesab olunmasına dair aktın verilməsinin təşkil ediləcəyini 2022-ci ilin noyabr ayının sonlarında Bakı şəhəri, Xətai rayonu ərazisində keçirdikləri görüşləri zamanı cinayətdən xəbərsiz Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs2 yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxslərə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi hərəkətə, yəni ASC-nin balansında olan metal materialdan quraşdırılmaqla istismarı dayandırılmış su borusunun Göyçay rayonu Qaraməryəm kəndindən keçən hissəsinin demontaj olunmasının "xxxx" MMC-yə həvalə edilməsinə görə birbaşa yolla özləri vasitəsilə 500.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu cinayətdən xəbərsiz Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs2 bildirərək sonuncu ilə razılaşmaqla sövdələşdikdən sonra, cinayətkar niyyətinin icrasının davamı olaraq, Zərərçəkmiş şəxs2 verdiyi vədə inandırmaq, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək iqtidarında olmasına əminlik yaratmaq məqsədilə, ASC-nin balansında olan dəmir materialdan quraşdırılmaqla istismara yararsız hesab edilən boru xətləri üzərində demontaj işlərinin aparılmasına başlamaq hüququ verdiyi üçün rəsmi sənəd hesab edilən, həmin boru xətlərinin Göyçay rayonu Qaraməryəm kəndi ərazisindən keçən 28,72 km uzunluqda olan hissəsinin demontaj olunmasının "xxxx" MMC-yə həvalə edilməsi görüntüsünü yaratmaqla guya ASC-nin verdiyi xx.xx.2022-ci il tarixli 1296-H №-li əmri qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və qeyriləri ilə birlikdə xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs4 şəxsi kompüteri ilə “Microsoft Word”, “Paint” və "xxxx" proqramlarını tətbiq edib ASC-nin rəsmi internet saytı olan www.mst.gov.az adlı linkə yüklənmiş hesabat sənədlərindən, habelə www.loqotip.az internet resursunda yerləşdirilən blankdan və müxtəlif internet resurslarında olan nümunəvi sənədlərdən istifadə etməklə hazırlayıb, həmin sənədin yuxarı hissəsində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin blankı əks olunmaqla, çap ilə “Bakı şəhəri” sözləri, əlyazma ilə “xx.xx.2022-ci il” tarixli və “1148 0963- 22” nömrəli olması yazılarını, aşağı hissəsində “ASC-nin sədri, X72 01 dekabr 2022-ci il” yazılarının qeyd olunduğu qrafanın qarşısında imza və ASC-nin möhürünü icra edib, həmin sənədin arxa hissəsinə qeyd olunan saxta əmrin həqiqi olması görüntüsünü yaratmaqdan ötrü www.the-qrcode-generator.com adlı link vasitəsilə hazırladıqları və mobil telefonun şəkil çəkmə funksiyasından istifadə edilərək qeydə alındığı zaman həmin linkdə əmrin fotoşəklinin əks olunmasına səbəb olan QR kodu əlavə edib, “№ 00008962” rəqəmləri, “İcra etdi:”, “Salmanova T.M.q”, “xx.xx.2022” yazılarını və imza icra edib, qanunsuz olaraq saxtalaşdırmaqla hazırladıqları həmin sənədin, habelə həmin tarixdə və ünvanda, eyni üsulla hazırladıqları üzərində ASC-nin blankı əks olunmaqla, çap ilə “Bakı şəhəri” sözləri, əlyazma ilə “xx.xx.2022-ci il” tarixli “0148 1448-22” nömrəli olması qeyd edilmiş vərəqdə “Panarama FL MMC-yə havalə edilən ərazi: “Azərbaycan Respublikası Göyçay rayonu Qaraməryam kəndi” sözləri icra edilib, fəzadan yer səthinin görüntüsünü əks etdirən iki ayrı şəkil təsvirlərinin sağ yan tərəflərində ASC-nin möhürü təsvir edilmiş sənədin 2022-ci ilin dekabr ayının əvvəllərində Bakı şəhəri Nizami rayonu ərazisində keçirilən görüş zamanı Təqsirləndirilən şəxs2 tərəfindən nümayiş etdirilib, həmçinin xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsi ərazisində eyni üsulla hazırladıqları üzərində ASC-nin blankı əks olunmaqla, əlyazma ilə “xx.xx.2022-ci il” tarixli “4117-8397/22” nömrəli olması qeyd edilmiş vərəqdə çap ilə “Panarama FL MMC Ömər Hüseynova, Əmrdən çıxarış: Panarama FL MMC-ya Göyçay rayonu Qaraməryam kəndi ərazisində yerləşən uzunluğu 28,72 km olan boru xətlərinin demontaj işlərinin aparılması öz vəsaiti hesabına keçirilməsi barədə (xx.xx.2023 il tarixədək) havalə edilsin” məzmunda yazıların, habelə “ASC-nin sədri, X72 08 dekabr 2022-ci il” yazılarının qeyd olunduğu qrafanın qarşısında imza icra olunmuş və ASC-nin möhürü əks olunmuş sənədin qeyrisi vasitəsilə Şahid4 tərəfindən ASC-nin yerləşdiyi ünvan 11 ünvanda yerləşən inzibati binanın qarşısında bağlı zərfdə cinayətdən xəbərsiz Şahid1 yanında Təqsirləndirilən şəxs2 verilməklə sənədin ASC tərəfindən verilməsi görüntüsünü yaradaraq, Təqsirləndirilən şəxs2 həmin saxta sənədi nümayiş etdirməsinə nail olub, həmin məsələnin həll olunduğunu, habelə saxta sənədlərdəki QR kodu mobil telefonun şəkil çəkmə funksiyası vasitəsilə qeydə aldıqdan sonra www.the-qrcode-generator.com adlı linkdə açılan saxta əmrin təsvirini təqdim edərək sənədin həqiqi olduğunu yalandan bildirməklə Zərərçəkmiş şəxs2 inandırıb, həmin niyyətlə, 2022-ci ilin dekabr ayının əvvəllərində Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Su səsi” restoranında Təqsirləndirilən şəxs2 tərəfindən cinayətdən xəbərsiz Şahid1 Zərərçəkmiş şəxs2 məxsus 100.000 manat, 2022ci ilin dekabr ayının ortalarında Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs2 həmin dövrün rəsmi məzənnəsi ilə 14.960 manat təşkil edən 8.800 ABŞ dolları məbləğində pul vəsaitlərinin alınmasına nail olduqdan sonra, eyni niyyətlə cinayətkar əməllərini davam etdirərək, özlərinə olan inamı möhkəmləndirmək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 əlavə pul vəsaitlərini ələ keçirmək məqsədi ilə birbaşa və ya dolayı yolla müzakirə aparıb aralarında yaranmış ümumi cinayətkar niyyətə uyğun olaraq 2022-ci ilin dekabr ayının ortalarında və sonlarında Bakı şəhəri Xətai rayonu ərazisində qeyrisinin iştirakı ilə keçirilən görüşlər zamanı özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Prezidenti Administrasiyasının əməkdaşı kimi təqdim edib cinayətdən xəbərsiz Şahid1 ilə danışıqlar apararaq, guya ƏMDX-nin yuxarı vəzifəli şəxslərindən xahiş etməklə dəmir boruların istismara yararsız olması ilə əlaqədar aktı alacağını bildirib, Zərərçəkmiş şəxs2 inandırmasına nail olaraq, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə, 2022-ci ilin dekabr ayının sonlarında Bakı şəhəri Xətai rayonu ərazisində qeyrisi tərəfindən cinayətdən xəbərsiz Şahid1 Zərərçəkmiş şəxs2 məxsus həmin dövrün rəsmi məzənnəsi ilə 118.320 manat təşkil edən 69.600 ABŞ dolları məbləğində pul vəsaitlərinin alınmasına nail olub aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 233.280 (iki yüz otuz üç min iki yüz səksən) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə hüquqi şəxs qismində dövlətin, qurumlarının cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə vahid niyyətlə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamış, Zərərçəkmiş şəxs2 dəmir borunun demontaj olunmasına icazə verilməsi üçün tələb edilən 500.000 manat puldan qalan 266.720 manat pul vəsaitini verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, qalan pul vəsaitini ondan ala bilməyib, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 500.000 manat məbləğində pul vəsaitini külli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Tərəflərin bildirdiyi və təqdim etdiyi işin halları və dəlilləri:

9. Məhkəmədə Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı şahid və təqsirləndirilən şəxs qismində müvafiq olaraq nümayəndəsi və müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Qəbələ rayonunda ev kirayəsi ilə məşğul olmuş tanışı Şahid14 2021-ci ilin iyul ayında ona əvvəllər X6 (RLS) nəzdində olan Hərbi hospitalda həkim işləmiş və hazırda Qəbələ rayonunda özəl xəstəxanada işləyən Novruz adlı dostu ilə iş görməyin mümkün olduğunu bildirmişdir. 2021-ci ilin iyul ayında Bakı şəhəri Nərimanov parkında yerləşən çayxanada görüşərkən, Kamil onu Novruz ilə, o da həmin şəxsləri Orxan adlı dostu ilə tanış etmişdir. Görüş zamanı Novruz gətirdiyi layihə sənədlərini təqdim edərək birlikdə iş görə biləcəklərini, Qəbələdə görüşmələrini bildirmişdir. O, Orxanla birlikdə Qəbələyə gedib Kamil və Novruzla görüşmüş, sonuncu onlara şəhərin girəcəyində ağaclıq sahəni və yaşadığı Qəbələ şəhərində yerləşən şəhərciyin yaxınlığındakı yeri göstərmişdir. Novruz həmin iki yerdən birində klinika tikməyi, pulun bir hissəsini özü, bir hissəsini də onun və Orxanın yatırmasını təklif etmiş, həmçinin çoxlu pul qazanacaqlarını, həkimləri də özlərinin yığacaqlarını bildirmişdir. Daha sonra Qəbələdə tikilməkdə olan regional xəstəxanaya baxmışlar və Novruz həkim həmin yerə baş həkim təyin olunmasına köməklik edə bilib-bilməyəcəklərini soruşmuşdur. Təqsirləndirilən şəxs2 yuxarı vəzifədə tanışı olduğunu deyərək Novruz həkimə köməklik edə biləcəyini bildirmişdir. O isə X10 məxsus Abşeron rayonu inzibati ərazi dairəsinə aid olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi “X47” yerləşən 6,17 hektar ərazini sənədləşdirib Qəbələdə yeni klinika tikməyi təklif etmişdir. Orxan onu X60 ilə tanış etmiş və Bəşir də yuxarı vəzifədə işləyən tanışlarına rüşvət verməklə həmin ərazi üzərində mülkiyyət hüququnun tanınmasına dair çıxarış ala biləcəyi barədə söz vermişdir. O da Bəşirə inanıb ona hissə-hissə olmaqla müəyyən məbləğdə pul vəsaiti vermişdir. 2021-ci ilin avqust ayının ortalarında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində (bundan sonra mətndə-FHN) işləyən dostu Orxan Novruz həkimi regional xəstəxanaya baş həkim təyin olunmasına dair söz verib, kafedə Novruzdan sonuncunun dostu Kamilin və onun yanında 100.000 ABŞ dolları məbləğində pul almışdır. Sonradan Orxanın aldığı 170.000 manat puldan 70.000 manat hissəsini götürüb həmin puldan hissə-hissə olmaqla Bəşirə “X80”nda yerləşən torpaq sahəsinə çıxarış alınmasına köməklik etməsi üçün vermişdir. Məqsədi sonradan Novruzla birlikdə biznes layihələrini həyata keçirmək olmuşdur. Sonradan 15.000 manat pulu da Orxandan götürüb öz şəxsi məqsədləri üçün xərcləmiş və Orxanda 85.000 manat pul qalmışdır. 2021-ci ilin sentyabr ayında Novruz həkim pulunu tələb etməyə başlamış, Orxandan bu barədə soruşduqda, sonuncu doktorun işinin hazır olduğunu, “ağsaqqal” ilə görüşdüyünü, bir neçə günə Novruz doktorun əmrinin veriləcəyini demiş, lakin həmin ay ərzində işin alınmadığını gördüyü üçün Novruzun Orxana verdiyi puldan qalmış 85.000 manat pulu Orxandan tələb etmişdir. Dostu Şahid13 vasitəsilə 2021-ci ildə əslən Kürdəmir rayonundan olmaqla Şirvan şəhərində yaşayan Təqsirləndirilən şəxs3 tanımışdır. Zaurla bir neçə dəfə görüşmüş və sonuncuya da Novruz adlı tanışı ilə əvvəlcə biznes quracaqları barədə razılaşmaları, lakin sonradan Novruzun X21 baş həkim vəzifəsinə təyin etdirməyə köməklik etməsini onun Orxan adlı dostundan xahiş etməsini, Orxanın da onu yuxarı vəzifəli şəxs vasitəsilə həmin işə düzəltməsinə dair söz verməsini, onun yanında həmin işin müsbət həlli üçün yuxarı vəzifəli şəxsə verməkdən ötrü Novruzdan 170.000 manat pul almasını, lakin işini həll edə bilmədiklərini demişdir. Zaur Səhiyyə Nazirliyində işləyən yuxarı vəzifəli şəxs vasitəsilə bu işi həll edə biləcəyini demişdir. Buna görə də, o, Zaur, Novruz və Kamil Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində yerləşən kafedə görüşmüş, orada o, Zaurla Novruzu tanış etmişdir. Novruzun işinin Zaur tərəfindən həll olunması və pulun da sonuncuya verilməsi barədə onların hər ikisi razılığa gəlmişlər. O da Novruzun xahişi ilə sonuncuya məxsus olmaqla Orxanda qalan 85.000 manat pulu və əlavə olaraq da özündə olan 15.000 manat pulu əlavə etməklə, cəmi 100.000 manat pulu 2022-ci ilin sentyabr ayında Zaura Badamdar qəsəbəsində yerləşən evinin qarşısında Orxan və Rüfətin yanında vermişdir. Zaur isə Novruzun işini özü həll edəcəyinə dair söz vermişdir. O, bir hissəsi Bəşirdə olan 70.000 manat pulu da Zaura verməsi barədə sonuncu ilə razılaşmış, lakin sonrakı gedişat barədə məlumatı olmamışdır. Özü tikinti işləri ilə məşğul olsa da hər hansı şirkətdə, o cümlədən "xxxx"də işləməmişdir. Təqsirləndirilən şəxs2 onun və Kamilin yanında Zərərçəkmiş şəxs1 “ağsaqqalı” olan yuxarı vəzifəli şəxs vasitəsilə 170.000 manat müqabilində inzibati binası tikilməkdə olan X13 baş həkimi vəzifəsinə təyin olunmasına köməklik edəcəyinə dair vəd vermiş, lakin bu işi görə bilmədiyindən sonradan aldığı pulu da ona geri qaytarmışdır. O, heç vaxt Orxanın “ağsaqqalı” ilə məsləhətləşəcəyini deməmişdir. Həmin “ağsaqqalı” tanımamış və harada işləməsini də bilməmişdir. Rüfətin və Orxanın yanında Zaura evinin qarşısında dörd dəfə hissə-hissə olmaqla cəmi 100.000 manat pul vəsaiti vermişdir. Zaurun Novruzu kiminlə görüşdürməsini və tanış etməsini, kimlə iş görməsini bilməmişdir.

10. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 ifadəsinə əlavə edərək göstərdi ki, o, Zərərçəkmiş şəxs1 Kamil Kərimxanovun vasitəsilə 2021-ci ildən etibarən tanımış, Zərərçəkmiş şəxs1lə tanış olmaqda məqsədi biznes fəaliyyətilə məşğul olmaqla əlaqədar olmuşdur. Sözügedən biznes fəaliyyəti Qəbələ rayonunda özəl xəstəxana tikməkdən ibarət olmaqla, ümumi dəyəri 800.000 (səkkiz yüz min) manat olan bir layihə olmuşdur. Həmin vaxt isə onun Binə qəsəbəsində sərəncamsız torpaq sahəsi olmuşdur. Beləliklə, Zərərçəkmiş şəxs1lə əldə etmiş olduğu razılaşmaya əsasən, sonuncu həmin sərəncamsız torpaq sahəsinə sərəncamın alınması ilə həmin torpaq sahəsinin satışında ona yardımçı olmalı, o da həmin satışdan əldə edəcəyi pulu xəstəxana tikintisi üçün Zərərçəkmiş şəxs1 verməli olmuşdur. Bundan sonra onun, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakı ilə dəfələrlə görüşlər, habelə Qəbələ rayonunda xəstəxana tikintisilə əlaqədar olaraq iki-üç yerə baxış həyata keçirilmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 onun torpaq sahəsinə sərəncamın alınması məqsədilə 100.000 (bir yüz min) ABŞ dolları məbləğində pul vermiş, o da həmin 100.000 (bir yüz min) ABŞ dolları məbləğində olan pulun 50.000 (əlli min) ABŞ dollarını Təqsirləndirilən şəxs2 götürərək torpaq sahəsinə sərəncamın alınması məqsədilə Bəşir adlı şəxsə vermişdir. Bəşir adlı şəxs isə onu aldadaraq yoxa çıxmışdır. Beləliklə, həmin biznes fəaliyyəti onun aldanmış olması ilə əlaqədar baş tutmamış, yekunda da o və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 pul baxımından borclu qalmışlar. Həmin pul borcunun məbləği 50.000 (əlli min) ABŞ dolları olmuşdur. Faktiki olaraq o özü hazırkı vəziyyətdə zərərçəkmiş şəxsdir. Zərərçəkmiş şəxs1 dəymiş olan maddi ziyanın ona aid hissəsi tərəfindən tam ödənilmişdir. O, Təqsirləndirilən şəxs2la şərik olmuş, sonradan Zərərçəkmiş şəxs1 aldandığını bildirmiş, sonuncu isə öz növbəsində haqlı olaraq Təqsirləndirilən şəxs2 vermiş olduğu 100.000 (bir yüz min) ABŞ dolları pulu ondan və Təqsirləndirilən şəxs2 tələb etmişdir. Həmin vaxt 100.000 ABŞ dollarından qalıq şəklində qalmış 50.000 ABŞ dolları pul Təqsirləndirilən şəxs2 olmuşdur. Onun və Təqsirləndirilən şəxs2 həmin vaxt Zərərçəkmiş şəxs1 50.000 ABŞ dolları qaytarmağa maddi imkanları olmdığından, o, Hacı adlı şəxsin vasitəsilə Təqsirləndirilən şəxs3la tanış olmuş və Təqsirləndirilən şəxs3 ona və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 50.000 ABŞ dolları borcun qaytarılmasında yardımçı olmasını istəmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs3 ona Qəbələ rayonunda dost-tanışlarının olduğunu bildirərək onun və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 borclu olduqları 50.000 ABŞ dolları pulu hissə-hissə ödəməklə bağlı Zərərçəkmiş şəxs1 razı salacağını bildirmişdir. Bundan bir müddət sonra o, Kamil Kərimxanov, Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs3 birgə şəkildə Badamdar qəsəbəsində görüşmüşlər. O, Təqsirləndirilən şəxs2 və Kamil Kərimxanov həmin görüşə gələn zaman Zərərçəkmiş şəxs1lə Təqsirləndirilən şəxs3 artıq söhbət etmişdilər. O, Təqsirləndirilən şəxs2 və Kamil Kərimxanov görüşə gəlib beş-on kəlmə söhbət etdikdən sonra Zərərçəkmiş şəxs1 ondan, Təqsirləndirilən şəxs2 və Kamil Kərimxanovdan çölə çıxmalarını xahiş edərək Təqsirləndirilən şəxs3la təklikdə söhbət etmək istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs2 və Kamil Kərimxanov təxminən 30 dəqiqə çöldə gözləmişlər. O, Təqsirləndirilən şəxs2 və Kamil Kərimxanov yenidən Zərərçəkmiş şəxs1lə Təqsirləndirilən şəxs3 qoşulan zaman Zərərçəkmiş şəxs1 ona və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 borclu olduqları 50.000 ABŞ dolları pulu özünə, yəni Zərərçəkmiş şəxs1 qaytarmaq əvəzinə Təqsirləndirilən şəxs3 vermələrini tapşırmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs2 sonuncuda qalıq şəklində qalmış 50.000 ABŞ dolları pulu alaraq həmin məbləğin üzərinə 15.000 manat pul qoyub, ümumilikdə, 100.000 manat ekvivalentində olan nağd pulu Zərərçəkmiş şəxs1 vermişdir. Bu söhbətdən sonrakı beş-altı ay ərzində o, Zərərçəkmiş şəxs1lə əlaqə yarada bilməmiş, Zərərçəkmiş şəxs1 nə qədər zəng etsə də, sonuncu zənglərinə cavab verməmişdir. Vəziyyətin belə olduğunu gördüyü üçün o, Təqsirləndirilən şəxs3la əlaqə saxlamış, sonuncu isə onun və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1lə artıq heç bir pul borclarının olmadığını ona bildirmişdir. Onun bundan sonra baş vermiş olan heç bir söhbətdən, prosesdən xəbəri olmamışdır. O, Zərərçəkmiş şəxs1 və daha üçdörd nəfər pul qoyub Qəbələ rayonunda xəstəxana tikmək niyyətində olmuşlar. Zərərçəkmiş şəxs1 də 100.000 ABŞ dolları pulu ona xəstəxana tikmək məqsədilə vermişdir. Sözügedən məbləğlə bağlı onunla Zərərçəkmiş şəxs1 arasında əlyazma şəklində müqavilə də mövcüd olmuşdur. Zərərçəkmiş şəxs1 Qəbələ Rayon Mərkəzi Xəstəxanasında “baş həkim” vəzifəsində işləmək istəyib bununla əlaqədar olaraq kiməsə pul verməsi ona ibtidai istintaq zamanı məlum olmuşdur. Zərərçəkmiş şəxs1 beş-altı ay ərzində onun zənglərinə cavab verməməsinə səbəb Zərərçəkmiş şəxs1 ondan pul borcunu tam şəkildə qaytarmamasına görə ondan inciməsi olmuşdur. O, Heydər İlyasovu tanımamış, Zərərçəkmiş şəxs1 Qəbələ Rayon Mərkəzi Xəstəxanasında “baş həkim” vəzifəsinə təyin edilmək istəməsi barədə onun ibtidai istintaqədək heç bir məlumatı olmamış, həmin məsələ ilə bağlı Zərərçəkmiş şəxs1 heç bir şəxslə görüşdürməmiş, hazırkı iş üzrə təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 başqa heç kəsi tanımamış, Təqsirləndirilən şəxs2 isə həmin pul söhbətlərindən bir qədər öncə tanımışdır. Onun Zərərçəkmiş şəxs1lə görüşməsinin yeganə səbəbi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq olmuş, başqa hər hansı məqsədlə görüşləri olmamışdır. Təqsirləndirilən şəxs2la birgə Zərərçəkmiş şəxs1 qaytarmalı olduqları 50.000 ABŞ dolları pulun Zərərçəkmiş şəxs1 qaytarmaq əvəzinə həmin pulun Təqsirləndirilən şəxs3 verməli olduqlarını ona və Təqsirləndirilən şəxs2 şəxsən Zərərçəkmiş şəxs1 özü bildirmişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 onun yanında cəmi 1 (bir) dəfə görmüşdür. O, Zərərçəkmiş şəxs1 pulu ona ilkin olaraq tikinti məsələsi ilə bağlı verməsi vurğulamışdır. Sonda Təqsirləndirilən şəxs1 hər hansı şəxsə qarşı dələduzluq etmədiyini, hansısa saxta sənədin hazırlanmasından xəbəri olmadığını və həmin sənədin hazırlanmasında iştirak etmədiyini, kimisə aldatmaq niyyəti olmadığını, Zərərçəkmiş şəxs1 pulunu 2021-ci ilin avqust ayında Təqsirləndirilən şəxs2la birlikdə aldığını, niyyətinin kommersiya-biznes fəaliyyəti ilə məşğul olmaq olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ona aid hissəsini, yəni 70000(yetmiş) manatı tam ödəməsi ilə əlaqədar ona qarşı verilmiş mülki iddianı qəbul etmədiyini bildirərək himayəsində 3(üç) azyaşlı uşağının və ailədə yeganə qazanc gətirən şəxs olmasının nəzərə alınaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi.

11. Məhkəmədə Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı şahid və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.3.2, 178.3.2 və 320.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2021-ci ilin iyul ayında Namiq ona Qəbələ rayon sakini Kamil adlı tanışı vasitəsilə tanıdığı Novruz həkimin planları olduğunu, çertyoj hazırladığını və Qəbələdə klinika yaratmaq istədiyini deyərək, həmin yerə görə çıxarış almaq və klinika üçün lisenziya almaq lazım olduğunu bildirmişdir. O, pulu almalarını, sonradan çıxarış almaq üçün Əmlak Məsələləri Dövlət Xidmətində (bundan sonra mətndə-ƏMDX) adam tapa biləcəklərini bildirmişdir. Bundan sonra, Namiqin dəvəti ilə həmin ay ərzində Bakı şəhəri N.Nərimanov rayonunda yerləşən “N.Nərimanov” parkının yaxınlığında xatırlamadığı kafedə Novruz və Kamil ilə görüşləri zamanı Novruz çertyojlarını təqdim edərək 1-ci layihəsinin Qəbələ şəhərinin girişində boş ərazidə klinika inşa edilməsi və 2-ci layihəsinin Qəbələ şəhərinin mərkəzinə yaxın yerdə olan binanın təmir və restavrasiya olunaraq “Naftalan Sağlamlıq Müəssisəsi”nin yaradılması olduğunu bildirmişdir. Onlar 2-ci layihə ilə razılaşmışlar. Bundan sonra 2021-ci ilin iyul ayı ərzində Namiqlə məsləhətləşdikdən sonra Namiqin torpağına çıxarış almaq üçün makler vasitəsilə ƏMDX-nin vəzifəli şəxslərinə verməkdən ötrü 170.000 manat pul lazım olması qərarına gəlmişlər. Belə ki, o torpaq alqısatqısı ilə məşğul olan xatırlamadığı şəxslə Bakı şəhəri Suraxanı rayonunda yerləşən “Dərələyəz” adlı kafedə görüşüb, çıxarış almaq məsələsinin hansı qaydada həll olunmasını soruşduğu zaman, makler çıxarış almağa görə ƏMDX-nin vəzifəli şəxslərinin 120.000 manat pul tələb etdiklərini demişdir. O, çıxarış alınması məsələsini maklerin dediyi qiymətdən daha ucuz qiymətə həll edə biləcəyini, həmçinin lisenziya, ilkin təmirtikinti və digər xərclər üçün də təxminən 50.000 manat verəcəklərini düşünmüşdür. 2021ci ilin avqust ayının əvvəllərində “Dərələyəz” adlı kafedə Namiq, Novruz və Kamil ilə görüşmüş, Novruz həkim disk təqdim edərək çertyojun ölçülərinin göstərildiyini bildirmişdir. Görüş zamanı Kamil Novruzun X40nda baş həkim vəzifəsinə keçmək istədiyini demişdir. O həmin məsələni həll edə biləcəyini, geniş əlaqələri, tanışları olduğunu, həkimin nazir müavinlərinin qəbuluna getməli olduğunu, ancaq əvvəlcə işləri həll etməli olduqlarını demişdir. Namiq isə istifadəsində olan “X80”nda yerləşən 6,17 ha torpaq sahəsi almaq istəyən müştəri olduğunu, yeganə şərtin çıxarış almaq olduğunu, həmin yerə 350.000 manat pul təklif olunduğunu, çıxarış aldıqdan sonra torpaq sahəsini dərhal satıb, pulunun bir hissəsini Qəbələdəki binanı satın almaq üçün dəyərinin yarısını verməyə və bir hissəsini də Qəbələ şəhərindəki binanı restavrasiya etmək üçün xərcləyəcəyini bildirmişdir. Namiq və o, Novruz və Kamilə çıxarış almaq üçün 170.000 manat pulu ƏMDX-nin vəzifəli şəxslərinə vermək lazım olduğunu bildirmişlər. 2021-ci ilin avqust ayının sonlarında Nərimanov parkındakı kafedə görüşləri zamanı Novruz həkim 100.000 ABŞ dolları məbləğində pul vəsaitini sellofan bağlamada gətirdiyini deyərək Kamilə onda olan həmin tünd göy rəngli sellofanı təqdim etməsini bildirmişdir, Namiq də həmin pulun olduğu sellofanı Kamildən götürüb ona vermişdir. Həmin pulu aldıqdan sonra Namiq ona Bəşirin çıxarış alınmasına görə daha az, yəni 50.000 manat tələb etdiyini demişdir. O, Namiqə əvvəlcədən pul verməməsini, öncə özünün Bəşirlə danışmasını demişdir. Lakin Namiq ona Bəşirlə danışdığını, sonuncunun kadastr planını verəcəyini, buna görə Novruzun pulundan 10.000 ABŞ dolları məbləğində pul vəsaitini ona verməsini bildirmişdir. O da Namiqə həmin pulu vermiş, 1-ci dəfə də 2021-ci ilin sentyabr ayının əvvəllərində Bəşirlə N.Nərimanov parkında görüşləri zamanı sonuncu ilkin olaraq 10.000 manat pul verildikdən sonra kadastr sənədi veriləcəyini, sonra pulun qalan hissəsi də verilərək 15 iş günü ərzində çıxarış alınacağını demişdir. Həmin vaxt öyrənmişdir ki, Namiq əvvəlcədən Bəşirlə əlaqə yaradıb sonuncuya ilkin olaraq 10.000 manat vermək barədə razılaşmış, lakin ona bu məbləğin 10.000 ABŞ dolları olduğunu demişdir. Həmin vaxt Namiq onun yanında Bəşirə 10.000 manat pulu nağd olaraq vermiş, lakin Namiqin ondan götürdüyü 17.000 manat dəyərində olan 10.000 ABŞ dollarından qalan 7.000 manat hara xərcləməsini bilməmişdir. Namiq ondan 1-ci dəfə 10.000 ABŞ dolları, təxminən 10 gün sonra – 2021-ci ilin sentyabr ayının ortalarında Qalibə sərəncamın pulunu vermək adı ilə 20.000 ABŞ dolları, həmin vaxtdan təxminən 1 həftə sonra – 2021-ci ilin sentyabr ayının sonlarında isə 19.000 ABŞ dolları məbləğində olmaqla ümumilikdə 49.000 ABŞ dolları pul vəsaitini nağd olaraq Suraxanı rayonu ərazisində götürmüşdür. O, Namiqin yalnız 2021-ci ilin avqust ayında Bəşirə 10.000 manat pul verməsini görmüşdür. Sonradan Namiqdən eşitmişdir ki, sonuncu çıxarış alınması üçün Bəşirə 50.000 manata yaxın pul vermişdir. 2022-ci ilin fevral və ya mart ayında Namiq ona, Novruz həkimin pulunun qaytarılmasını və ya onu X21 baş həkim vəzifəsinə təyin etdirilməsini tələb etdiyini, Bəşirin də işi yubatdığını, bir çarə tapmasını demişdir. O da Namiqə bildirmişdir ki, kimdən bu məsələni xahiş etsə də, buna görə ondan əvvəlcədən pul tələb edir, o isə buna razı deyil. Novruz həkimə zəng edib, onun həkim məsələsinə görə tanışlarına dediyini, cavab gözlədiyini bildirmişdir. 2022-ci ilin avqust ayında Novruz Namiqə zəng edib uca səslə pulunu qaytarmağı tələb etmişdir. O da həmin vaxtadək tanış tapa bilmədiyi üçün, Namiq pulunu qaytarmaqdan ötrü Bəşir barədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət ünvanlamışdır. 2022-ci ilin avqust ayının sonlarında və ya sentyabr ayının əvvəllərində Namiq ona Hacı Rüfət adlı dostunun Zaur adlı tanışı Novruz həkimin işini həll edəcəyini, yəni onu xəstəxanaya həkim təyin etdirəcəyini bildirərək pulu təcili çatdırmasını istəmişdir. O da Namiqə kağız üzərində pulu təhvil alması barədə yazı yazdırdıqdan sonra onda qalan 85.000 manat dəyərində olan 49.150 ABŞ dolları məbləğində pulu təhvil vermişdir. Bundan sonra X133 həkimi tanış etmiş, sonrakı mərhələdən isə məlumatı olmamışdır.

12. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 göstərdi ki, Namiqin istifadəsində olan “X80”nda yerləşən 6,17 ha torpaq sahəsini almaq istəyən müştərinin kim olmasını barədə məlumatı olmamış, o və Namiq 2021-ci ilin iyul ayında sonuncunun istifadəsində olan torpaq sahəsinə ƏMDX-nin hansısa vəzifəli şəxsini tapıb onun vasitəsilə 120.000 manat müqabilində çıxarış ala bilmələrini və həmin torpaq sahəsini 350.000 manat dəyərində satdıqdan sonra isə qeyd olunan pulu Qəbələ şəhərindəki binanı restavrasiya etmək üçün xərcləyə biləcəklərini düşünsələr də, çıxarış almaq üçün hər hansı şəxslə, eləcə də, vəzifəli şəxslə görüşməmiş, əlaqə yaratmamış və hər hansı plan qurmamışdır. Çünki Namiq pulu Novruz həkimdən aldıqdan təxminən 5 gün sonra artıq Bəşirə vermişdir. Namiq pulu qaytara bilmədiyi üçün, ona böhtan atmışdır. Həkimin vəzifəyə getmək məsələsi 2022-ci ilin yaz aylarından etibarən onlarla danışılmışdır. Namiq 2022-ci ilin avqust və ya sentyabr ayında Novruz həkimlə Zauru tanış etmiş və sonuncunun işi həll edəcəyini bildirmişdir. Bundan sonra Namiq onun və dostu Hacı Rüfətin yanında Zaura dörd dəfə hissə-hissə olmaqla cəmi 100.000 manat pul vermişdir. Bütün pulları Zaura evinin yaxınlığındakı “Kəhrəba” çayxanasında vermişdir. O, Zaurun Novruzla kimi görüşdürməsini və tanış etməsini, kimlə iş görməsini bilməmişdir. 2022-ci ilin sentyabr ayında Bakı şəhəri Badamdar qəsəbəsi ərazisində tanışı Zaur vasitəsilə X48 ilə tanış olmuş, sonuncu özünü "xxxx" şirkətinin rəhbərinin köməkçisi kimi təqdim etmiş və əlaqələrinin geniş olduğunu bildirmişdir. 2022-ci ilin noyabr ayında tanışı Şahid2 əmisi oğlu Şahid1la tanış olmuş və həmin vaxt Valehin "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi kimi qara metalın alışı və satışını həyata keçirməsini öyrənmişdir. Şahid1 ondan "xxxx" ASC-yə məxsus Göyçay rayonu ərazisində yerləşən 28,72 km uzunluğunda yararsız boru xətlərinin demontaj edilməsinin "xxxx" MMC-yə həvalə edilməsi üçün köməklik edə bilib-bilməyəcəyini soruşduqda, o maraqlanacağını bildirmişdir. Bundan sonra Heydər İlyasovla əlaqə saxlayıb bu barədə ona məlumat vermiş, sonuncunun tələbi ilə yoxlamaq məqsədilə "xxxx" MMC-nin sənədlərini Valehdən alaraq Heydərə təqdim etmişdir. Bir müddət sonra Valehlə birlikdə Heydərə məxsus Bakı şəhəri 8 Noyabr prospektində yerləşən “Titanik” kimi tanınan binanın 5-ci mərtəbəsində yerləşən ofisdə görüşmüşlər. Həmin vaxt Heydər sözügedən məsələnin müsbət həlli üçün 500.000 manat pulu rüşvət olaraq istəmişdir. Valeh bununla bağlı rəsmiləşdirmə işləri həll edildikdən sonra həmin məbləğin yarı hissəsini, iş görməyə başladıqdan sonra isə qalan hissəni verməyi öhdəsinə götürmüş və bu barədə Heydərlə razılaşmışdır. Bir neçə gün sonra Heydər onunla əlaqə saxlayıb qeyd edilən boru xətlərinin demontaj edilməsinin "xxxx" MMC-yə həvalə edilməsi barədə ASC rəhbərliyi adından imzalanmış və möhürlənmiş xx.xx.2022-ci il tarixli əmrin, ərazinin sxeminin və QR kodun hazır olduğunu bildirmiş və Valehi tanış etmək üçün həmin sənədləri ona vermişdir. 2022-ci ilin dekabr ayının əvvəllərində Valeh və onun şəriki Rəşad ilə “Su Səsi” restoranında görüşmüş, Valeh həmin sənədlərlə tanış olub QR kodu yoxlamış və bundan sonra ilkin olaraq 100.000 manat pulu ona təqdim etmiş, ƏMDX-də silgi aktı hazır olduqdan sonra isə qalan 150.000 manat pulu verəcəyini bildirmişdir. Növbəti gün həmin 100.000 manat pulu Heydərə məxsus ofisdə sonuncuya təqdim etmişdir. Heydər isə öz növbəsində həmin məbləğdən 10.000 manat pulu zəhmət haqqı kimi ona vermişdir. Bundan sonra Heydər onunla əlaqə saxlayaraq sözügedən əmrdən çıxarışın verilməsindən ötrü "xxxx" MMC adından "xxxx" ASC-yə sorğu ünvanlanmalı olduğunu, yalnız bundan sonra həmin əmrin rəsmi məktubla Cəmiyyətə təqdim ediləcəyini bildirmişdir. Belə bir məktubla ASC-yə sorğu ünvanlanmış və xx.xx.2022-ci il tarixdə Valehlə birlikdə ASC-nin inzibati binasına getmişlər. Heydər ona ASC-nin əməkdaşı kimi əlaqə saxlamaqdan ötrü mobil nömrə vermiş, həmin nömrə ilə danışdıqda bir kişi onu gözlədiyini bildirmişdir. İnzibati binaya çatdıqda yenidən həmin nömrə ilə əlaqə saxlamış, Valehlə birlikdə "xxxx"nin qarşısına gəlmişdir. Orada ASC-nin əməkdaşları zənn etdiyi iki nəfər onları qarşılamış və onlardan biri "xxxx" deyə soruşmuş, müsbət cavabdan sonra ASC-nin sədri adından imzalanmış və möhürlənmiş xx.xx.2022-ci il tarixli məktub ona təqdim edilmişdir. Həmin məktubda Göyçay rayonu Qaraməryəm kəndi ərazisində yerləşən uzunluğu 28,72 km olan boru xətlərinin demontaj işlərinin aparılmasının öz vəsaiti hesabına 1 il müddətinə "xxxx" MMC-yə həvalə edilməsi göstərilmişdir. Həmin şəxslər 60 yaşlarında balaca boy və orta boy adamlar olmuşdur. Valeh həmin məktubun şəklini çəkmiş, əsli isə onda qalmışdır. O isə öz növbəsində həmin sənədi Heydərə vermişdir. Bir neçə gün sonra Bakı Metropoliteninin “Xətai” stansiyasının yaxınlığında yerləşən "xxxx" restoranında Heydər və Valehlə görüşmüş, həmin görüşdə özünü ASC-nin Satınalma şöbəsinin rəisi kimi təqdim edən Rasim və Prezident Administrasiyasının əməkdaşı kimi təqdim edən Cavid adlı şəxslər də iştirak etmişdir. Cavid əvvəllər ƏMDX-də çalışdığını, sözügedən ərazidə boru xətlərinin silgi aktının hazırlanmasında iştirak etdiyini və silgi aktının tezliklə hazır olacağını bildirmişdir. 2022-ci ilin dekabr ayının ortalarında Heydər ona təcili olaraq 15.000 manat pulu Rasimə çatdırmasını demiş, o da bu barədə Valehə bildirmiş və Bakı şəhəri Sabunçu rayonunda yerləşən “Arzu” restoranının yaxınlığında Rəşatla görüşmüş, sonuncu 8.800 ABŞ dolları məbləğində pulu ona təqdim etmişdir. O, Heydərin təlimatı ilə “H.Əliyev” adına sarayın yaxınlığına gedib Rasimlə görüşməli olsa da, orada ***-***-**-** mobil nömrəsinə zəng etdikdə, zəngə cavab verən qadın Heydər tərəfindən göndərildiyini, həmin məbləği Heydərin dediyi şəxsə çatdıracağını demişdir. Heydərin razılığı ilə 8.800 ABŞ dolları məbləğində puldan 3.000 ABŞ dolları, yəni 5.000 manat pulu zəhmət haqqı kimi özünə götürmüş və qalan 5800 ABŞ dolları hissəsini həmin qadına vermişdir. Bundan sonra Heydər sənədlərin hazır olduğunu, buna görə də işə başlamaq üçün hər hansı problem olmadığını, silgi aktının isə xx.xx.2023-cü il tarixdə hazır olacağını ona bildirmişdir. Valeh isə öz növbəsində işə başlamaq üçün Göyçay Rayon İcra Hakimiyyətindən razılıq almaq məqsədilə həmin sənədlərin surətlərinin ona verilməsini xahiş etmiş, buna görə 2022-ci ilin dekabr ayının sonlarında Valehlə birlikdə Heydərin ofisinə getmiş, o, həyətdə gözləmiş, Valeh isə ofisə qalxıb, sonra Heydərlə birlikdə aşağı düşmüşdür. Həmin vaxt sənədlərin surətləri Valehdə olmuşdur. Valeh avtomobildən Rəşata məxsus 69.000 ABŞ dolları, yəni 118.000 manat pulu götürərək Heydərə məxsus “Mersedes” markalı avtomobilin arxa oturacağına qoymuşdur. Bundan sonra o, Heydərlə birlikdə sonuncunun avtomobilinə əyləşib oradan uzaqlaşmış, Heydər həmin məbləğdən 10.000 ABŞ dolları məbləğində pulu zəhmət haqqı kimi ona vermişdir. Bir neçə gün sonra Valeh ona zəng edərək, Göyçay Rayon İcra Hakimiyyətinə təqdim etdiyi qeyd olunan əmr və digər sənədlərin saxta olduğunu bildirmişdir. Bundan sonra Valeh, Heydər, Cavid, Rasim və o, Bakı şəhəri Xətai rayonunda yerləşən "xxxx" restoranında görüşmüş, Heydər sənədin saxta olmadığını, xx.xx.2023-cü il tarixdə silgi aktının da hazır olacağını, bununla razı olmadıqları halda isə 233.000 manat pulu geri qaytarmağa hazır olduğunu bildirmişdir. Lakin xx.xx.2023-cü il tarixdə Heydər silgi aktının xx.xx.2023-cü il tarixdə hazır olacağını demişdir. Həmin tarixdə də silgi aktı hazır olmadığından Valeh 233.000 manat pulun geri qaytarılmasını tələb etmişdir. Heydər isə görüşlərdən imtina etmiş və bir telefon əlaqəsi zamanı 2023-cü ilin yanvar ayının sonuna kimi ya 233.000 manat pulu geri qaytaracağına, ya da sənədlərin hazır olacağına dair söz vermişdir. Bunun təminatı kimi dostu Ceyhunun Şüvəlan qəsəbəsində yerləşən 0,68 ha torpaq sahəsini girov qoyacağını qeyd etmişdir. Ceyhun ilk olaraq buna razılıq versə də, sonradan bu vədinə əməl etməmişdir. 233.000 manat pulun 32.000 manat hissəsi ona çatmışdır. "xxxx" ASC-nin inzibati binasının qarşısında ona ASC adından saxta sənəd təqdim edən şəxsləri tanımır. Göyçay rayonu Qaraməryəm kəndi ərazisində 28,72 km uzunluğunda boru xətlərinin demontaj edilməsinin "xxxx" MMC-yə həvalə edilməsi barədə ASC adından tərtib edilmiş xx.xx.2022-ci il tarixli əmrin və digər saxta sənədlərin əsllərini Valehə göstərmək üçün Heydər ona vermişdir, o isə Valehi həmin sənədlərlə tanış etdikdən sonra qeyd olunan sənədləri yenidən Heydərə qaytarmışdır. Həmin sənədlərin əslləri Heydərdədir.

13. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 ifadəsinə əlavə edərək göstərdi ki, o və Namiq Novruz həkimdən biznes məqsədilə aldıqları 170.000 manat dəyərində olan 100.000 ABŞ dolları məbləğində pul vəsaitini yarı bölüb hər biri özünə 85.000 manat götürmüşdür. Namiq pulu aldıqları gündən sonra, yəni növbəti gün ümumi məbləğdən 10.000 ABŞ dolları məbləğində pul vəsaitini götürmüşdür. Həmçinin biznes işi, yəni X13 tikilməsi işi Namiqin pulu hissə-hissə götürməsi və pulu bölmələri səbəbindən alınmadığından, o və Namiq Novruz həkimlə yuxarı vəzifədə işləyən tanış tapdıqları halda sonuncunu X13 baş həkimi vəzifəsinə keçirməyə köməklik edəcəklərini bildirib bu barədə razılığa gəlmişlər. Həmin iş də alınmadığından, artıq 2022-ci ilin avqust ayında o, Novruz həkimin verdiyi pulun ona çatmış 85.000 manat hissəsini özünə qaytarmağı təklif etmişdir. Lakin həmin vaxt Novruz həkim onunla razılaşmamış, ona Namiq və Zaurla danışıq apardığını və pulu Namiqə verməsini demişdir, o da qeyd etdiyi 85.000 manat pulu xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi ərazisində Namiqə nağd olaraq vermişdir. Həmin vaxt Zauru hələ tanımamış, Zaurla Namiq və Novruz 2022-ci ilin sentyabr ayında Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi ərazisində yerləşən “Kəhrəba” adlı restoranda görüşüb razılığa gəlmiş, o həmin yerə gəlsə də, görüşdə iştirak etmədiyi üçün hansı məsələ barədə razılığa gəldiklərini bilməmişdir. Zaurun Novruz həkimdən pul almasını ibtidai istintaq zamanı öyrənmiş, bu barədə məlumatı olmamışdır. Göyçay rayonunda yerləşən dəmir boru üzərində demontaj işlərinin aparılması məsələsi ilə əlaqədar ASC-dən icazə alınması məsələsi barədə Valehlə Heydər arasında vasitəçilik etsə də, sənədlərin saxta olmasını bilməmişdir. Buna görə də, özünü təqsirli bilmir və Zərərçəkmiş şəxs1 tərəfindən ona qarşı verilmiş mülki iddianı qəbul etmir. Bir daha bildirir ki, o, ixtisasca həkim olan Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 vasitəsilə tanımış, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs1 tərəfindən ona Qəbələ rayonu ərazisində “Naftalan Sağlamlıq Mərkəzi” adlı tibb müəssisəsinin inşası təklif edilmiş, o isə sözügedən inşaatla əlaqədar 2 (iki) görüşdə iştirak etmiş və həmin görüşlərdə sözügedən tibbi müəssisəsinin layihə planı ona təqdim edilmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən ona çatmış olan 50.000 (əlli min) ABŞ dolları pulu o, əlyazma əsasında Təqsirləndirilən şəxs1 qaytarmış, Təqsirləndirilən şəxs1 isə həmin məbləği Zərərçəkmiş şəxs1 tapşırığına əsasən Təqsirləndirilən şəxs3 vermişdir. Zərərçəkmiş şəxs1 Qəbələ Rayon Xəstəxanasında “baş həkim” vəzifəsinə təyin edilmək istəməsindən isə onun xəbəri olmamış və həmin məsələdə iştirak etməmişdir. O, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 vasitəsilə tanımış, Heydər İlyasovu isə sonuncunun Təqsirləndirilən şəxs3 dostu olduğuna görə tanımışdır. Heydər İlyasov özünü ona "xxxx" MMC-nin direktorlar şurasının sədr müavini X2 kimi təqdim etmişdir. Bundan sonra o, Heydər İlyasovla əlaqə saxlayıb razılığa gəlmişdir. Həmin söhbət zamanı Heydər İlyasov ona Mircamal Paşayevin “Azərbaycan Dövlət Su Ehtiyatları” Agentliyinin sədri Zaur Mikayılovla razılığa gəldiyini bildirərək, lakin məxfiçiliyə tam şəkildə riayət etmək şərtilə Göyçay rayonu Qaraməryəm qəsəbəsində yerləşən boruların demontaj işlərinin "xxxx" MMC-yə həvalə edilə biləcəyini bildirmişdir. Həmin işlərin "xxxx" MMC-yə tapşırılması 100.000 (yüz min) manat ödənilmək şərtilə tərtib ediləcək olan bir məktubla həyata keçiriləcəkdi. Heydər İlyasov həmin məktubu "xxxx" ASC-nin Bakı şəhərinin “Ağ şəhər” adlanan ərazisində yerləşən inzibati binasının yerləşdiyi binadakı ofisində Şahid1 və Zərərçəkmiş şəxs2 vermişdir. O özü də həmin ofisdə bir-iki dəfə olmuşdur. Həmçinin, Ali Məhkəmənin arxa hissəsində yerləşən restoranların birində bir neçə dəfə “Qaraməryəm” məsələsi ilə əlaqədar o, Heydər İlyasov, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 iştirakı ilə görüşlər həyata keçirilmişdir. Həmin görüşlərdə X124 Qasımovu ona “Rasim” adı ilə tanıdaraq sonuncunun "xxxx" ASC-nin Satınalma şöbəsinin rəisi, Təqsirləndirilən şəxs5 isə Prezident Administrasiyasının əməkdaşı kimi təqdim etmişdir. Bu zaman Heydər İlyasov tərəfindən Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 sözügedən vəzifələrlə əlaqəli saxta xidməti vəsiqələri də ona təqdim edilmişdir. Həmin söhbətlər zamanı yalnız o və Heydər İlyasov danışmış, Təqsirləndirilən şəxs4la Təqsirləndirilən şəxs5 isə danışmamışlar. Söhbət zamanı Heydər İlyasov durmadan Mircamal Paşayevin və ƏMDX-nin rəisinin adlarını çəkərək hər bir xüsusatın qaydasında olacağına dair vədlər vermişdir. “Qaraməryəm” məsələsinin uğurla sona çatacağı təqdirdə, Heydər İlyasov onun, Zərərçəkmiş şəxs2 və Şahid1 yanında özünə və ona ayrı-ayrılıqda 50.000 (əlli min) manat pulun çatacağını bildirmişdir. Həmin məsələ ilə əlaqədar Heydər İlyasov ona hissə-hissə olmaqla, 32.000 (otuz iki min) manat pul vermişdir. Həmin məbləğin ona verilməsini o və Heydər İlyasovdan başqa heç kim görməmiş. Heydər İlyasovun təqdim etdiyi sənədlərin saxta olduğunu müəyyən edən şəxs isə Şahid1 olmuşdur. Belə ki, Şahid1 həmin sənədlərin saxta olduğunu müəyyən etdikdən sonra Zərərçəkmiş şəxs2la birgə Göyçay Rayon İcra Hakimiyyətinin başçısının köməkçisinin qəbuluna getmişdir. Şahid1 həmin köməkçini də Heydər İlyasovun vasitəsilə tanımışdır. Onun bütün bu məsələlərdə yeganə məqsədi “iş” görüb pul qazanmaq olmuşdur. O, Mircamal Paşayevi heç vaxt əyani şəkildə görməmişdir. Heydər İlyasovun iddia etdiyi vəzifəyə sahib olduğunu təstiq edən saxta xidməti vəsiqəsi olmuşdur. O, Heydər İlyasovun məhbusluq həyatı yaşaması barədə məlumatı ibtidai istintaq zamanı müstəntiqdən öyrənmişdir. Heydər İlyasovun ona verdiyi 32.000 (otuz iki min) manat pulun 10.000 (on min) manatını nağd şəkildə Şahid1 çatdırması üçün Şahin Musayevə, qalan 22.000 (iyirmi iki min) manatını isə plastik bank kartı vasitəsilə Zərərçəkmiş şəxs2 qaytarmışdır. Zərərçəkmiş şəxs1 ona və Təqsirləndirilən şəxs1 ümumilikdə 98.150 (doxsan səkkiz min yüz əlli) ABŞ dolları pul vermişdir. Həmin məbləğin məhz ondan qalmasına səbəb, Təqsirləndirilən şəxs1 evində təmir işlərinin getməsi idi. Həmin məbləğin Zərərçəkmiş şəxs1 tərəfindən ona və Təqsirləndirilən şəxs1 verilməsində məqsəd - Təqsirləndirilən şəxs1 özünə məxsus və ümumi sahəsi 3 (üç) hektar 60 (altmış) sot olan torpaq sahəsini sənədləşdirib satmaq və əldə edilmiş olan pulu Qəbələ rayonunda tibbi müəssisəsinin tikintisinə sərf etmək olmuşdur. Həmin tikinti işilə əlaqədar təklifi Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs1 isə ona bu işlə bağlı şəriklik təklif etmişdir. Həmin 98.150 (doxsan səkkiz min yüz əlli) ABŞ dolları pulun 49.000 (qırx doqquz min) ABŞ dollarını o, qalan 49.150 (qırx doqquz min yüz əlli) ABŞ dollarını isə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 qaytarmışdır. Qəbələ rayonundakı tikinti işlərinə rəhbərliyi anlayışı olduğuna görə Təqsirləndirilən şəxs1 həyata keçirəcəkdi. Zərərçəkmiş şəxs1 onda hər hansı məbləğdə pulu qalmamışdır. X113 Əlimirzəyevə özünü “Rəfael” adı ilə təqdim etmişdir. Bundan əlavə, Heydər İlyasov FHN-nin Kadrlar İdarəsinin rəisi general Sevda Şirinovanı da ona öz qohumu kimi təqdim etmişdir. Heydər İlyasovun kimlərə pul verməsi ona məlum deyil. Təqsirləndirilən şəxs1 torpaq sənədləşməsilə bağlı aldadan şəxs özünü Müdafiə Sənayesi Nazirliyində işləyən kimi təqdim edən Bəşir adlı şəxs olmuşdur. Təqsirləndirilən şəxs3 “Qaraməryəm” məsələsinə heç bir aidiyyatı yoxdur. O, pulları Zərərçəkmiş şəxs1 qaytaran zaman yanında Təqsirləndirilən şəxs1 və Hacı adlı şəxs olmuşdur. Təqsirləndirilən şəxs5 Heydər İlyasovun vasitəsilə tanımış, Cavidin kimdənsə pul almasını, kiməsə pul verməsini görməmişdir. O, aldığı 100.000 manatı Zərərçəkmiş şəxs1 göstərişi ilə Təqsirləndirilən şəxs1 vermiş, 170.000 manat məbləğində pulun 85.000 manatı onda, 85.000 manatı isə Namiqdə olmuşdur. Novruz ona “Namiqə demişəm, pulu aparın verin Zaura” demişdir. O həmin vaxta kimi Zauru tanımamışdır. Sonda o, hər hansı şəxsə qarşı dələduzluq etmədiyini, hansısa saxta sənədin hazırlanmasından xəbəri olmadığını və həmin sənədin hazırlanmasında iştirak etmədiyini, kimisə aldatmaq niyyəti olmadığını, Zərərçəkmiş şəxs1 pulunu almaqda niyyətinin kommersiya-biznes fəaliyyəti ilə məşğul olmaq olduğunu, Zərərçəkmiş şəxs1 məxsus hər hansı məbləğdə pul onda olmadığından ona qarşı verilmiş mülki iddianı qəbul etmədiyini bildirərək himayəsində 2(iki) azyaşlı uşağının və ailədə yeganə qazanc gətirən şəxs olmasının, habelə atasının Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak edərək şəhid olmasını nəzərə alınaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi.

14. Məhkəmədə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.3.2, 178.3.2 və 320.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəlcə Zərərçəkmiş şəxs1lə Təqsirləndirilən şəxs1 birgə şəkildə torpaq-tikinti işləri görmək istəmişlər. Onun isə torpaqtikinti işlərindən anlayışı olmamışdır. Lakin sonradan həmin işləri alınmamış və Zərərçəkmiş şəxs1 torpaq-tikinti işlərinə yönəltmiş olduğu pulları Heydər İlyasov vasitəsilə özünün Qəbələ Rayon Mərkəzi Xəstəxanasında “baş həkim” vəzifəsinə təyin etdirilməsinə yönəltmişdir. Bununla əlaqədar o, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs4 və X114 Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin yanında yerləşən çayxanada görüşmüşlər. Həmin vaxt o, Təqsirləndirilən şəxs4 ilk dəfə görmüş, lakin onun nə işlə məşğul olmasını bilməmişdir. O həmin görüşə xəstəxanadan gəlmiş, artıq görüş yeri olan çayxanaya çatarkən Zərərçəkmiş şəxs1 çayxanada əyləşdiyini görmüşdür. Həmin görüş beş-on dəqiqə davam etmiş, görüş zamanı Heydər İlyasov ona və Zərərçəkmiş şəxs1 bir sənəd təqdim etmiş, eləcə də X124 Qasımovu onlara Zərərçəkmiş şəxs5 nümayəndəsi kimi təqdim etmişdir. O, Zərərçəkmiş şəxs1lə yan-yana əyləşdiklərindən sözügedən sənədi oxumuşdur. Görüş zamanı Təqsirləndirilən şəxs4 isə danışmamışdır. Həmin vaxt Heydər İlyasov ona və Zərərçəkmiş şəxs1 müvafiq işlərlə bağlı bütün səlahiyyətlərin Təqsirləndirilən şəxs4 əlində olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 Heydər İlyasovdan təqdim etdiyi sənədin kserosurətini istədikdə, sonuncu buna etiraz edərək Zərərçəkmiş şəxs1 həmin sənədin kserosurətini yalnız 10-15 gündən sonra, Zərərçəkmiş şəxs5 nümayəndələri müvafiq baxışı keçirib bitirdikdən sonra əldə edə biləcəyini demişdir. Elə görüş zamanı Zərərçəkmiş şəxs1 ona 30.000 (otuz min) manat pul vermiş, o da həmin məbləği Heydər İlyasova vermişdir. Heydər İlyasov isə həmin 30.000 (otuz min) manat pulun 200 (iki yüz) manatını Təqsirləndirilən şəxs4 “taksipulu” adı ilə vermiş və daha sonra X97 Qasımov çayxanadan çıxıb getmişlər. Heydər İlyasov çayxanadan ayrılmamışdan öncə ona və Zərərçəkmiş şəxs1 özünün götürdüyü 30.000 (otuz min) manat pulu lazımı şəxslərə çatdırmaq üçün yola qoyulduğunu bildirmişdir. Həmin söhbətdən bir saat sonra Heydər İlyasov yenidən çayxanaya qayıdaraq ona və Zərərçəkmiş şəxs1 özünün götürdüyü 30.000 (otuz min) manat pulu lazımi şəxslərə çatdırdığını söyləmişdir. Zərərçəkmiş şəxs1 ona 30.000 manat pul verərkən, o isə həmin məbləği Heydər İlyasova ötürərkən Təqsirləndirilən şəxs4 həmin məsələdə iştirak etməmişdir. Bir müddət sonra Heydər İlyasovun aldığı bütün pullarla Azərbaycan Respublikasından qaçdığı məlum olmuşdur. Bundan əlavə, Heydər İlyasov ona üç-dörd ədəd saxta qərar da təqdim etmişdi. Belə ki, o həmin saxta qərarları Ali Məhkəmənin inzibati binasının giriş qapısının önündə xidmət aparan polis əməkdaşlarından əlbəəl şəkildə almışdır. Həmin saxta qərarlarla əlaqədar Salyan Rayon Məhkəməsində məhkum olunmuşdur. O həmin saxta qərarlara görə Heydər İlyasova 23.500 (iyirmi üç min beş yüz) manat pul vermişdir. Onun bütün bu pul məsələlərində iştirak etməsinin səbəbi Heydər İlyasovun ona qaytarmalı olduğu borcunun qaytarılmasına nail olmaq olmuşdur. Belə ki, Heydər İlyasov cəzaçəkmə müəssisəsindən sərbəst buraxıldıqdan sonra sonuncunun anasının ona etmiş olduğu xahiş əsasında o, Heydər İlyasova 4.000 (dörd min) manat borc pul vermişdir. Heydər İlyasov həmin 4.000 manat pulu dövlət büdcəsinə maddi ziyanın əvəzi kimi ödəmək istəyirdi. Zərərçəkmiş şəxs1 işlərinin qaydaya düşməsində iştirak edən hər bir şəxsin istəyi bir qədər pul qazanmaq idi. Belə ki, həmin dövrdə onun müəyyən qədər maliyyə çətinlikləri olmuş, hətta o, minik avtomobilini, habelə qızıl-zinət əşyalarını satmışdır. O, hətta Zərərçəkmiş şəxs1 artıq ondan şikayət etmək istəyərkən sonuncu ilə görüşmək məqsədilə Qəbələ rayonuna yollanmış, lakin Zərərçəkmiş şəxs1 tapa bilməmişdir. Zərərçəkmiş şəxs1 Heydər İlyasovla o tanış etmiş, lakin özünü Zərərçəkmiş şəxs1 yalandan hər hansı vəzifəli şəxs kimi təqdim etməmişdir. O, Heydər İlyasovla əvvəllər birgə məhbusluq həyatı yaşamış, tanışlıqları da Penitensiar Xidmətin müalicə müəssisəsində baş tutmuşdur. O, Heydər İlyasovun əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin hansı maddələrilə məhbusluq həyatı yaşamasını dəqiq bilməsə də, həmin məhbusluq həyatının Heydər İlyasovla hansısa bir hüquqi şəxsin arasında olan maliyyə məsələlərilə əlaqədar olduğunu bilmişdir. O, Heydər İlyasova güvənmiş, sonuncu onu heç vaxt aldatmamışdır. Heydər İlyasov cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra o, Heydər İlyasov üçün öz şəxsi puluna tanış şəxslərdən 2 (iki) aylıq kirayə minik avtomobili təşkil etmiş, ikinci ayın tamamında da Heydər İlyasov kirayə minik avtomobilinin ödənişini ona qaytarmışdır. Bundan əlavə, onun Heydər İlyasovla başqa pul işləri də olmuş, həmin işlərdə Heydər İlyasov onu aldatmamışdır. O, həbs edilməzdən öncə, yəni 2 may 2023-cü il tarixdə ürək əməliyyatı keçirmişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 vasitəsilə tanımışdır. X113 Əlimirzəyevi Qəbələ Rayon Mərkəzi Xəstəxanasında “baş həkim” vəzifəsinə özünün tanışı vasitəsilə təyin etdirməli idi. O özü həmin şəxslə videogörüntü vasitəsilə söhbət etmişdir. X113 Əlimirzəyevi Qəbələ Rayon Mərkəzi Xəstəxanasında “baş həkim” vəzifəsinə 250.000 (iki yüz əlli min) manat pul müqabilində təyin etdirəcəkdi. Həmin məbləğin 50.000 (əlli min) manat və 30.000 (otuz min) manat olmaqla, ümumilikdə, iki dəfəyə 80.000 (səksən min) manatını Zərərçəkmiş şəxs1 alıb Heydər İlyasova şəxsən özü vermişdir. Həmin 80.000 (səksən min) manat pul məsələsində o, Zərərçəkmiş şəxs1 və Heydər İlyasovdan başqa heç kəs iştirak etməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 100.000 (yüz min) manat pulu Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs2 öz növbəsində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs1 isə ona vermişdir. O isə həmin 100.000 manat pulu Heydər İlyasova çatdırmışdır. Belə ki, o həmin 100.000 manat pulu Heydər İlyasovun xahişilə “Kort” restoranında bir şəxsə vermiş, həmin şəxs isə pulu Heydər İlyasova çatdırmışdır. Həmin “Kort” restoranında Zərərçəkmiş şəxs1 özü 02 (iki) dəfə olmuşdur. Beləliklə, o, şəxsən özü Heydər İlyasova 180.000 (yüz səksən min) manat pul vermişdir. X81 Əlimirzəyevin arasında olan maliyyə işlərindən ona gəlir olaraq hər hansı məbləğ qalmamışdır. Heydər İlyasov ona 4.000 (dörd min) manat pul borcunu qaytarmışdır. Zərərçəkmiş şəxs1 onunla tanış olmamışdan 1 (bir) il əvvəl Təqsirləndirilən şəxs1 pul vermişdir. O, hazırkı cinayət işilə əlaqədar olaraq ibtidai istintaqa cəlb edilən zaman Heydər İlyasov artıq Azərbaycan Respublikasının hüdudlarından kənarda idi. Heydər İlyasov Azərbaycan Respublikasının hüdudlarını tərk edən zaman Heydər İlyasovun barəsində artıq Baş Prokurorluqda cinayət işi açılmışdı. Həmin cinayət işi Heydər İlyasovun 04 (dörd) nəfərə saxta sənəd satması ilə bağlı olmuş və həmin məsələ ilə əlaqədar olaraq onun özünü də Baş Prokurorluğa dəvət etmişdilər. Hazırda həmin faktlarla əlaqədar barəsində olan başqa bir cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində ayrıca icraatda baxılmamaqdır. O, həbsdə olması ilə əlaqədar Zərərçəkmiş şəxs1 dəymiş olan maddi ziyanı ödəyə bilmir. O, X98 Əlimirzəyevə Rəfael adı ilə təqdim etməmişdir. O, şəxsən özü Zərərçəkmiş şəxs1 heç bir vəd verməmiş, Zərərçəkmiş şəxs1lə Heydər İlyasov özləri 4 (dörd) saat söhbət edib yekun nəticəyə gəlmişlər. Heydər İlyasov onun yanında Zərərçəkmiş şəxs1 pulları ona verməyi tapşırmış, o da Zərərçəkmiş şəxs1 aldığı bütün pulları Heydər İlyasova çatdırmışdır. O, Zərərçəkmiş şəxs1 işlərinin həll ediləcəyini düşünüb Heydər İlyasov tərəfindən sonda pul mükafatı alacağını düşünmüşdür. Təqsirləndirilən şəxs2 Heydər İlyasovu şəxsən tanımadığından 100.000 (yüz min) manat pulu Heydər İlyasova birbaşa vermək istəməmişdir. Təqsirləndirilən şəxs2 100.000 (yüz min) manat pulu ona vermiş, o da həmin məbləği Heydər İlyasova çatdırmışdır. X113 Əlimirzəyevə özünü işlər görən, əli müxtəlif dövlət orqanlarına, o cümlədə Səhiyyə Nazirliyinə və Zərərçəkmiş şəxs5nə çatan bir şəxs kimi təqdim etmişdi. Bundan əlavə, X113 Əlimirzəyevdə inam yaratmaq məqsədilə özünə ofis icarəyə götürərək deməsinə görə özünü "xxxx" MMC-nin direktorlar şurasının sədr müavini X27 dostu və Mixail Lomonosov adına Moskva Dövlət Universitetində birgə təhsil almış olduğu qrup yoldaşı kimi təqdim edərək özünün Mircamal Paşayevin komandasının üzvü olduğunu bildirirdi. O, çayxanaya gələn zaman Zərərçəkmiş şəxs1 artıq təxmini olaraq 20-30 (iyirmi-otuz) dəqiqə idi çayxanada oturub Heydər İlyasov və Təqsirləndirilən şəxs4la söhbət etmişdi. Həmin söhbət zamanı Zərərçəkmiş şəxs1 vəd verən yalnız Heydər İlyasov olmuşdur. O, Təqsirləndirilən şəxs4 ilk dəfə 14 dekabr 2022-ci il tarixdə çayxanadan Heydər İlyasovun yanında görmüş, sonradan Təqsirləndirilən şəxs4 görməmiş, Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs1 pul alıb-almaması barədə məlumatı yoxdur. X99 Qasımova 200 (iki yüz) manat pul verməsinin şahidi olmuşdur. Zərərçəkmiş şəxs1 Heydər İlyasova pulların şəxsən onun tərəfindən verildiyini bilirdi. O, Təqsirləndirilən şəxs5 çoxçox sonralar tanımışdır. Təqsirləndirilən şəxs2 100.000 (yüz min) manat pulu Zərərçəkmiş şəxs1 onu tanımamışdan əvvəl vermişdir. Onun Zərərçəkmiş şəxs2 zərərçəkmiş olduğu “Qaraməryəm məsələsindən xəbəri yoxdur. Yalnız bir dəfə Təqsirləndirilən şəxs2 ona zəng edərək ondan Heydər İlyasovun özünə 50.000 (əlli min) manat pul verib-verməməsi barədə soruşmuş, o də Orxan X24 50.000 (əlli min) manat pul vermədiyini demişdir. Təqsirləndirilən şəxs2 isə ona X100 Əhmədovdan 100.000 (yüz min) manat pul aldığını demişdir. Həmin vaxt da Heydər İlyasov ona “Qaraməryəm”lə bağlı olan müqavilənin artıq hazır olduğunu bildirmişdi. Həmin müqaviləyə əsasən, Heydər İlyasova 250.000 (iki yüz əlli min) manat pul verilməli, Heydər İlyasov da həmin 250.000 manat pulun 200.000 manatını ona verməli, o isə həmin 200.000 manat pulu Zərərçəkmiş şəxs1 verərək Zərərçəkmiş şəxs1lə arasında olan pul məsələsini həll etməli olmuşdur. Şəxsən özü Heydər İlyasovla arasında olan pul məsələsini isə artıq daha sonra həll edilməli idi. O bununla əlaqədar Heydər İlyasovla razılaşdır. O, X100 Əhmədovdan 100.000 manat pul almasını Təqsirləndirilən şəxs2 öyrənmiş, daha sonra Heydər İlyasova bu barədə dolayı yolla söz atmış, lakin Heydər İlyasovun söhbətdən yayındığını görüb sonuncunun yalandan Zərərçəkmiş şəxs1 ona Heydər İlyasova çatdırmağı üçün pul verdiyini dediyini başa düşmüşdür. Bundan sonra Heydər İlyasovu görüşə dəvət etmiş, onun Zərərçəkmiş şəxs2 100.000 manat pul almasını bildiyini demiş və videogörüntü vasitəsilə söhbətə Təqsirləndirilən şəxs2 da cəlb etmişdir. Bu zaman Təqsirləndirilən şəxs2 ona X100 Əhmədovdan 100.000 manat pul aldığını və Heydər İlyasovun onun özünə, yəni Təqsirləndirilən şəxs2 guya həmin 100.000 manat puldan ona(Təqsirləndirilən şəxs3) 50.000 (əlli min) manat çatdığını Heydər İlyasovun iştirakı ilə bir daha vurğulamışdır. Orxan X32 “Sən mənim Zərərçəkmiş şəxs2 100.000 (yüz min) manat pul almış olduğumu Təqsirləndirilən şəxs3 söyləmə, çünki mənim Təqsirləndirilən şəxs3 pul borcum var və əgər Təqsirləndirilən şəxs3 məndə külli miqdarda pulun olduğunu bilsə, məndən pul borcunu istəyəcək” dediyini bildirmişdir. Heydər İlyasov həmin söhbətdən iki-üç gün sonra Azərbaycan Respublikasının hüdudlarını tərk etmişdir. O, Zərərçəkmiş şəxs2 tanımamış, sonuncu ilə bağlı məsələ ilə əlaqədar hər hansı şəxslə müzakirələr aparmamışdır.

15. Təqsirləndirilən şəxs3 məhkəmədə verdiyi ifadələri ilə məhkəyəmədək icraat zamanı istər təqsirləndirilən şəxs qismində, istərsə də şahid qismində verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr də elan edilərək tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, hər hansı şəxsə qarşı dələduzluq etmək, kimisə aldatmaq niyyəti olmamışdır. Əvvəlcə 2021-ci ilin avqust ayında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 100.000 ABŞ dolları məbləğində pul almış, sonradan pul məsələsini həll etməsi üçün həmin pul vəsaitinin 100.000 manat hissəsini ona vermişlər. O, mobil telefon vasitəsilə Zərərçəkmiş şəxs1lə söhbət etdiyi zaman, yanında olan tanışı Heydər İlyasov onların söhbətini eşitmiş və bildirmişdir ki, Zərərçəkmiş şəxs1 X21 baş həkim vəzifəsinə təyin edilməsi məsələsini həll edə bilər. Bu barədə Novruz həkimə bildirdikdə, sonuncu da razılaşmışdır. Heydər ona bildirmişdir ki, uzun müddət türmədə cəza çəkdiyi üçün adı pis hallandırılmışdır və Heydər adını Novruz doktor tanıya bilər, bu səbəbdən də özünü Rəfayıl kimi təqdim edəcəkdir. Heydər özünü Zərərçəkmiş şəxs1 Səhiyyə nazirinin köməkçisi kimi təqdim etmiş, Heydərə inanıb Zərərçəkmiş şəxs1 2022-ci ilin oktyabr ayında 50.000 və 2022-ci ilin noyabr ayında 30.000 manat pul alıb həmin pulu da Heydərə vermişdir. Valeh və Rəşatı isə tanımır. Qeyd edilən səbəblərə görə özünü təqsirli bilmir. ***-***-**-** nömrə təxminən 3 il ərzində, ***-***-**-** nömrə isə 2 il ərzində onun istifadəsində olmuşdur. Həmin nömrələr onun oğlu Şahid7 adına rəsmiləşdirilmişdir. X39 Xidmətin Müalicə Müəssisəsinə köçürüldüyü 2017-ci ilin fevral ayından etibarən tanımışdır. O, Bakı İstintaq təcridxanasından, Heydər isə 3 saylı İstintaq təcridxanasından həmin müəssisəyə köçürülmüşdür. Həmin yerdə 3 ay ərzində bir yerdə müalicə almışlar, sonra bir il altı ay ərzində Heydəri görməmişdir. Bundan sonra o, 6 saylı X82 keçirilmiş və orada Heydərlə görüşmüşdür. Heydərlə əsasən sonuncunun istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs5 ilk dəfə təxminən 2022-ci ilin noyabr ayında Heydərin Bakı şəhəri Xətai rayonunda yerləşən saatlıq icarəyə götürdüyü ofisdə görmüşdür. Həmin ofisə Zərərçəkmiş şəxs1lə də getmişdir. Cavidlə Heydər vasitəsilə əlaqə saxlamış, şəxsən əlaqə saxlamamışdır. Cavid ilə mobil telefon vasitəsilə “whatsapp” hesabı ilə cəmi iki dəfə danışıq aparmış, lakin nömrəsini xatırlamır. Cavid özü ona zəng etmişdir. Təqsirləndirilən şəxs4 ilk dəfə 2022-ci ilin noyabr ayının əvvəllərində Bakı şəhəri Bakıxanov küçəsində yerləşən “Ağ çiçəyim” mağazasının yaxınlığındakı adını xatırlamadığı kafedə görmüş, bundan əvvəl Rufanı tanımamışdır. Bütün saxta sənədləri Rufan hazırlamışdır. Dəmir boruların kəsilməsinin həvalə edilməsi müqabilində pul alınması məsələsindən xəbəri olmamışdır. Novruza görə Namiqin ona verdiyi 100.000 manat pulu Rufana vermişdir. Belə ki, həmin puldan 85.000 manat pulu 2022-ci ilin noyabr ayının əvvəllərində Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Qurtuluş şəhərciyi”nin qarşısında, 15.000 manat pulu isə 2022-ci ilin fevral ayında eyni ünvanda Rufana vermişdir. Novruzdan aldığı 80.000 manat pulu isə Heydərə nağd olaraq vermişdir.

16. Bundan başqa, Təqsirləndirilən şəxs3 istintaqa verdiyi xx.xx.2023-cü il tarixli əlavə ifadəsində göstərmişdir ki, səhhəti ilə əlaqədar və ya hər hansı şəxsi işi ilə bağlı Azərbaycan Respublikasının dövlət sərhədini keçmək zərurəti olmamışdır. Belə ki, ürək xəstəliyi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə Bakı şəhərində yerləşən “Kəpəz” hospitalda onun üzərində cərrahiyyə əməliyyatı aparılmış və sonuncu dəfə xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində sarğısı dəyişdirilməklə bütün zəruri tədbirlər Bakı şəhərində yerləşən qeyd etdiyi “Kəpəz” Hospitalda aparılmışdır. Buna görə də, xaricə getmək üçün heç bir zəruri halı yoxdur və olmamışdır. Hər hansı vaxt Azərbaycan Respublikasının dövlət sərhədini keçməyə cəhd etməmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs3 ifadəsində göstərmişdir ki, o, dövlət sərhədini keçməyə cəhd etməmişdir, onun sərhədkeçməsi barədə məlumatlar doğru deyil. Ümumiyyətlə 2023-cü ilin may ayında dövlət sərhədini avtomobil və ya hava yolu ilə tərk etməmişdir. Zərərçəkmiş şəxs1 tibbi avadanlıqlar gətirmək üçün sonuncudan pul alsa da, Zərərçəkmiş şəxs1 baş həkim keçirmək üçün pul almamışdır. Meliorasiyanın balansında olan dəmir boruların doğranılması ilə əlaqədar isə ümumiyyətlə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs3 ifadəsində, Şahid3, X33, Təqsirləndirilən şəxs1, Şahid1, Zərərçəkmiş şəxs2, Şahid16, Fikrət Zeynalov adlı şəxsləri tanıyıb-tanımaması ilə əlaqədar suallara cavab vermək istəmədiyini, ümumiyyətlə hüquqlarından istifadə edib başqa heç bir suala cavab vermək istəmədiyini göstərmişdir (Cild 3, iş vərəqi (bundan sonra mətndə-i.v.) i.v. 307-310, Cild 4, i.v. 5-7, Cild 5, i.v. 131-133;).

17. Bundan başqa, Təqsirləndirilən şəxs3 şahid qismində ibtidai istintaqa verdiyi ilkin ifadəsi də elan edilərək tədqiq edilmiş və o həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 2022-ci ilin yay aylarında Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində yerləşən “Kəhrəba” adlı restoranda xatırlamadığı tanışının yanında görüb tanış olmuş, Namiq özünü tikinti işləri ilə məşğul olan şəxs kimi ona təqdim etmişdir. Qəbələ rayon sakini olan həkim Zərərçəkmiş şəxs1 2022-ci ilin sentyabr ayında tanışı Təqsirləndirilən şəxs1 vasitəsilə tanımış, sonuncu ona Novruz adlı tanışından Qəbələ rayonu ərazisində birlikdə xəstəxana tikmək məqsədilə 100.000 ABŞ dollar məbləğində pul vəsaiti aldığını, lakin pulun 60.000 manata yaxın hissəsinin Bəşir adlı tanışında olduğunu, 10.000 manat hissəsini isə özü xərclədiyini və qaytara bilmədiyini, buna görə də, Zərərçəkmiş şəxs1lə danışıq aparmasını ona bildirmiş və qalan pulların da qaytarılacağını deməsini xahiş etmişdir. 2022-ci ilin sentyabr ayında Novruzla “Kəhrəba” adlı restoranda Namiqin yanında görüşüb söhbət etmiş, Novruz Namiqin ondan Qəbələ şəhərində xəstəxanaya baş həkim vəzifəsinə təyin edilməsi üçün 1 il əvvəl 170.000 manat pul aldığını, lakin işin alınmadığını və pulun da qaytarılmadığını demiş, o da Novruzla həmin pulu bütöv şəkildə Namiqdən götürüb ona verəcəyini deyib bu barədə razılaşmışlar. Bununla bərabər, söhbət əsnasında o, Novruza Türkiyə Respublikasından tibbi avadanlıqlar gətirdiyini bildirmiş, Namiq də bu söhbətlər aparılan zaman onları dinləyib Novruza narahat olmamasını və pulunun qaytarılacağını, bir qədər səbrli olmasını demişdir. Həmin görüşdən sonra 2022-ci ilin sentyabr ayında Namiqlə eyni ünvanda görüşdüyü zaman sonuncu Orxanda olan Zərərçəkmiş şəxs1 məxsus 85.000 manat pulu götürdüyünü demiş və həmin pulu FHN-də işləyən Orxan və Rüfət adlı dostlarının yanında ona təqdim etmişdir. Bundan sonra da Namiq Badamdar qəsəbəsi ərazisində hissə-hissə olmaqla cəmi 15.000 manat pulu ona vermişdir. Bununla da, Novruzun 2021-ci ildə Namiqə verdiyi 170.000 manat pul vəsaitindən 100.000 manat pulu 2022-ci ilin sentyabr və oktyabr aylarında Namiqdən almışdır. Daha sonra, Novruz doktorun da razılığı ilə 2022-ci ilin oktyabr ayının ortalarında 12-13 ildir biznesmen kimi tanıdığı Türkiyə Respublikası vətəndaşı İzmir şəhər sakini olan tanışı İrfan Değirmencioğlunun istifadəsində olan xatırlamadığı mobil nömrəyə zəng edib, votsap hesabı ilə danışıq apararaq Novruz doktorun istədiyi avadanlıqların cəmi 300.000 manat dəyərində olmasını öyrənmiş və Zərərçəkmiş şəxs1lə həmin pulun 250.000 manat hissəsinin sonuncu tərəfindən, 50.000 manat hissəsinin isə özü tərəfindən verilməsi barədə sövdələşmişlər. 2022-ci ilin noyabr ayında ayrı-ayrı vaxtlarda 50.000 manat və 30.000 manat olmaqla, Novruzdan cəmi 80.000 manat pulu Bakı şəhəri Yasamal rayonunda yerləşən yaşayış binasının qarşısında nağd olaraq almışdır. Bundan sonra Novruzun da razılığı ilə 2022-ci ilin noyabr ayının sonlarında İrfan Değirmencioğlu ilə görüşüb tibbi avadanlıq gətirməsi müqabilində ona Bakı şəhəri Xətai rayonu “50 qəpik” restoranının qarşısında 200.000 manat pulu təklikdə olduqları zaman nağd olaraq vermişdir. Novruza Türkiyə Respublikasından tibbi avadanlıqlar gətirməsini bildirdikdə, sonuncu onun üçün də həmin cihazlardan, o cümlədən USM aparatı, Rentgenoqramma və digər aparatlardan gətirməsini, həmin cihazların pulunu Namiqdəki pulla ödəməsini xahiş etmişdir. O həmin avandanlıqları 3 ay ərzində Türkiyədən gətirib, Novruzun Qəbələ rayonunda Namiqlə birlikdə tikəcəyi klinikasına yerləşdirəcəyi barədə Novruzla sövdələşmişlər. Türkiyə Respublikasında əlaqələri olduğundan, orada yaşayan dostları vasitəsilə əvvəllər də avadanlıq gətirmişdir, bununla bağlı sübutları təqdim edəcəkdir. İrfana avadanlıq gətirməsi üçün tələb etdiyi pulu tam olaraq verə bilmədiyi üçün həmin cihazların gətirilməsi mümkün olmamış, məhz bundan sonra Novruzla sonuncunun Qəbələ xəstəxanasına baş həkim vəzifəsinə düzəlməsini yüksək vəzifədə işləyən şəxslərə xahiş edəcəyi barədə razılaşmışlar. 2022-ci ilin noyabr ayında Novruzu 6 ildir tanıdığı əsl adı “Heydər” olan, özünü “Rəfayıl” kimi təqdim edən şəxslə Bakı şəhəri Xətai rayonunda Ali Məhkəmənin yaxınlığında yerləşən "xxxx" çay evində görüşdürmüş, Rəfayıl əlindən gələn köməkliyi edəcəyini, Səhiyyə nazirinin müavininin onun yaxını olduğunu, həmin şəxs vasitəsilə Novruz həkimi X21 baş həkim vəzifəsinə təyin etdirəcəyini bildirmişdir. Lakin bir müddət sonra Rəfayıl Novruzun yaşının həmin vəzifəyə uyğun olmadığını demişdir. Rəfayıl özünü Səhiyyə nazirinin müavininin yaxını kimi təqdim etmiş və Novruzun işinə görə kömək etməkdən ötrü, sonuncunu Cavid adlı şəxslə tanış etmişdir, o isə Cavidi tanımamışdır. Qeyd olunan vədlə bağlı nə özü, nə də Novruz Rəfayıla pul verməmiş, o Novruza sonuncunun işini DTX-nin generalına tapşıracağını heç vaxt deməmişdir. Təqsirləndirilən şəxs3 ifadəsində həm Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 Qəbələ rayonu ərazisində birlikdə xəstəxana tikmək məqsədilə aldığı 170.000 manat puldan 100.000 manat pulu Təqsirləndirilən şəxs1 həmin vədini yerinə yetirə bilməməsi səbəbindən 2022-ci ilin sentyabr və oktyabr aylarında sonuncudan almış olduğunu və ümumi məbləği tam şəkildə Zərərçəkmiş şəxs1 qaytarmaları barədə sonuncu ilə sövdələşdiyini, həm də Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 verdiyi pul vəsaiti müqabilində Türkiyə Respublikasından tibbi avadanlıqlar gətirməsi və həmin avadanlıqları X54 tikəcəkləri xəstəxanada yerləşdirəcəyi barədə sonuncu ilə sövdələşdiyini göstərmiş, verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs3 ifadəsində həmin ziddiyyətlə bağlı suala cavab verə bilməyəcəyini bildirmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs3 şahid qismində istintaqa verdiyi əlavə ifadəsində göstərmişdir ki, Rufanı isə ilk dəfə 2022-ci ilin noyabr ayının əvvəllərində Bakı şəhəri Bakıxanov küçəsində yerləşən “Ağ çiçəyim” mağazasının yaxınlığındakı adını xatırlamadığı kafedə görmüş, bundan əvvəl Rufanı görməmiş və tanımamışdır. Həmin gün Heydərlə razılaşmışlar ki, Novruz həkimlə qeyd olunan ünvanda görüşsünlər. O həmin çayxanaya daxil olduqda, orada Heydər, Rufan və Novruz həkim olmuş, Heydər Rufanı TƏBİB-in əməkdaşı kimi təqdim etmiş və bildirmişdir ki, TƏBİB-də hər şeyə, o cümlədən işçilərin işə götürülməsinə nəzarət Rufan müəllimdədir. Rufan da əlində Novruz həkimin işə düzəlməsi ilə əlaqədar sənədi təsdiq üçün gətirsə də verməmişdir. Lakin onun təkidi ilə sənəddəki QR-kodu yoxlamış və Novruz həkimin X21 baş həkim keçməsi barədə əmrin görüntüsü əks olunmuşdur. Sənədin tarixi yadında olmasa da, həmin sənəddə TƏBİB-in blankı olduğunu və Novruz həkimin işə təyin olunması məzmunda yazının çap ilə icra olunduğunu xatırlayır. Rufanla 5-6 dəfə “whatsapp” hesabı vasitəsilə danışmış, lakin nömrəsini xatırlamır, Rufan ona zəng etmişdir. Heydərin əsl adını bilmiş, lakin Heydər ona türmədən çıxdığını və adının pis eşidildiyini, Heydər adını eşitsə Novruzun onun dələduz olduğunu düşünəcəyini bildirmişdir. Həmçinin, Heydər ona, Novruzun ondan şübhə etməməsi üçün, sonuncuya özünü işi görəcək olan “Rəfayıl” kimi təqdim edəcəyini demişdir. 2022-ci ilin təxminən oktyabr ayının əvvəllərində Heydərlə Badamdar qəsəbəsində yerləşən “Kəhrəba” adlı restoranda görüşdüyü zaman Novruz ona zəng edib işin nə yerdə olduğunu soruşduqda, o da narahat olmamasını bildirmiş, bu zaman Heydər onunla Novruzun telefon danışığını eşidib doktorun işini həll edə biləcəyini demiş, o da razılaşmışdır. O da Heydərə həll etməsini demiş, bundan sonra Heydərlə Novruzu görüşdürmüşdür. Heydər də bir neçə gün ərzində görüşməli olduqlarını bildirmişdir. 2022ci ilin oktyabr ayının sonlarında Heydərin dəvəti ilə Novruzla birlikdə Ali Məhkəmənin inzibati binasının arxasındakı "xxxx" restoranının qarşısında gəlmiş və orada görüşmüşlər. Heydər özünü Səhiyyə nazirinin köməkçisi Rəfayıl kimi təqdim etmiş və onun yanında Novruza demişdir ki, Novruzu X13 baş həkimi vəzifəsinə keçirilməsi məsələsini özü həll edəcək. Bir neçə gün sonra “Ağ çiçəyim” mağazasının yaxınlığındakı kafedə keçirilən görüş zamanı Heydər onun və Rufanın yanında Novruza bildirmişdir ki, sonuncunun baş həkim vəzifəsinə keçirilməsi üçün Səhiyyə Nazirliyində yuxarı vəzifədə işləyən tanışına 80.000 manat pul verilməlidir. Həm də Heydər Rufanın əlindəki sənədi göstərərək artıq əmrin verildiyini və doktor pul verdikdən sonra əmrin imzalanacağını bildirmişdir. O, Heydər İlyasov və Zərərçəkmiş şəxs1lə birlikdə Səhiyyə Nazirliyinin inzibati binasının qarşısında görüşməmişdir. Heydərin Zərərçəkmiş şəxs1 sonuncunun X13 baş həkimi vəzifəsinə təyin olunması üçün tələb etdiyi 80.000 manat pulu hissə-hissə olmaqla nağd formada, yəni 50.000 manat pulu 2022-ci ilin oktyabr ayında Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsində yerləşən 69 №-li binanın qarşısında və 30.000 manat pulu 2022-ci ilin noyabr ayında eyni ünvanda almışdır. Həmin vaxt Novruz və ondan başqa ətrafda yalnız oğlu Əlövsət olmuşdur ki, sonuncu da maşında onu gözləmiş və pulun qədərini bilməmişdir. Həmin pul vəsaitlərini aldığı günlərdə Heydərə nağd şəkildə təklikdə olduqları zaman, yəni 50.000 manat pulu Xətai rayonundakı ofisdə, 30.000 manat pulu isə “İçərişəhər” metrostansiyasının yaxınlığında vermişdir. Pul verdiyi zaman zəng edib bu barədə Novruz həkimə telefonla demiş və dəstəyi Heydərə ötürüb sonuncuya da pulu aldığını əyani olaraq bildirməsini demişdir. Heydər də pulu ondan aldığını hər dəfə telefon vasitəsilə Novruza bildirib həmin faktı təsdiq etmişdir. Təqsirləndirilən şəxs3 əvvəlki ifadəsində pulu Heydərə vermədiyini, İrfan adlı tanışına verdiyini göstərsə də, sonrakı ifadəsində Zərərçəkmiş şəxs1 X13 baş həkimi vəzifəsinə təyin olunması üçün 80.000 manat pulu Heydər İlyasovun tələb etdiyini, həmin pul vəsaitlərini Zərərçəkmiş şəxs1 özünün aldığını və həmin gün də H.İlyasova verdiyini göstərmiş, verilən suallara cavab olaraq, əvvəlki ifadəsində Heydərin adını çəkmək istəmədiyini, lakin sonradan Heydərin pulu qaytarmaq fikrinin olmadığını görüb ifadəsini dəyişdirdiyini, Heydər axıra kimi yalandan Novruzun işinin düzələcəyini deməsini, lakin sonradan heç bir xəbər vermədən ölkəni tərk edib getdiyini göstərmişdir. Zərərçəkmiş şəxs2 və Şahid1 tanımır, lakin onların adını eşitmişdir. Belə ki, 2022-ci ilin dekabr ayının sonlarında Təqsirləndirilən şəxs1 vasitəsilə tanıdığı FHN-də işləyən Təqsirləndirilən şəxs2 “whatsapp” hesabı vasitəsilə ona zəng edərək, onunla görüşmək istədiyini bildirmişdir. O, Badamdar qəsəbəsində yerləşən kirayədə yaşadığı evin yaxınlığındakı avtoyuma məntəqəsinin qarşısında Orxanla təklikdə görüşdüyü zaman, sonuncu ona demişdir ki, Heydərlə birlikdə iş qurublar, onun Valeh adlı tanışının dostu X14 rayonundan keçən dəmir su borusunun Valehgil tərəfindən çıxarılıb doğranılmasına icazə verilməsi məsələsini həll etmək üçün onlardan 233.000 manat pul almışlar. Orxan ona həmçinin demişdir ki, 32.000, yaxud 33.000 manat ona çatmışdır. Heydərin Orxana deməsinə görə, boru məsələsinə görə aldıqları 233.000 manat pulun 50.000 manatı guya ondadır. O bu məsələ barədə “whatsapp” hesabı vasitəsilə Heydərlə danışdıqda, Heydər onu aldadıb həmin işdən cəmi 70.000 manat məbləğində pul aldığını demişdir. Həmin dəmir borunun Göyçay rayonu Qaraməryəm kəndindən keçən hissəsi üzərində evlər tikilmiş və bilmişdir ki, həmin iş alınmayacaq, Heydər də bu məsələdən agah olmuş və bu məsələnin alınmayacağını bilmiş, yəni Heydərin Valehi əvvəlcədən aldatmaq fikri olmuşdur. O özü isə həmin məsələni qabaqcadan bilməmişdir. Belə ki, 2022-ci ilin noyabr ayının sonlarında Heydər və Orxan ona dəmir borunun doğranmasına görə icazə alınma məsələsi kimi yaxşı iş olduğunu və onun da həmin işdə olacağını bildirsələr də, 233.000 manat alındıqdan sonra Orxan həmin məsələni ətraflı şəkildə ona demiş, Heydər isə ona pul verməmək və aldıqları məbləği ondan gizlətməkdən ötrü, cəmi 70.000 manat pul aldıqlarını demişdir. Telefonunda “whatsapp” proqramı yeniləndiyindən, həmin sosial şəbəkə ilə əvvəllər etdiyi bütün danışıqlar və ismarıclar silinmişdir. Bu səbəbdən də hər hansı maddi sübut təqdim edə bilmir. Verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs3 şahid qismində istintaqa verdiyi əlavə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 məxsus 250.000 manat puldan 70.000 manat hissəsi Təqsirləndirilən şəxs1, 100.000 manat hissəsi onda, 80.000 manat hissəsi isə Heydərdədir, Cavid və Rufanla əsasən Heydər vasitəsilə əlaqə saxlamışdır, onlarla cəmi 5-6 dəfə danışmışdır. Cavid və Rufana hansı məbləğdə pul çatmasını bilmir, Heydər onları şəxsən tanımışdır, lakin pul almadığı halda nə Cavid, nə də Rufan özlərini müvafiq olaraq Prezident Administrasiyasının və "xxxx"in işçiləri kimi təqdim etməzdilər. Dəmir su borusunun doğranmasına icazə alınması qarşılığında Valehin şəriki Rəşaddan pul alınması məsələsi barədə yalan vəd verməyə görə cəmi 233.000 manat alındığını ona Orxan demişdir, sonuncu həmçinin demişdir ki, özünə həmin işdən 32-33.000 manat çatmışdır. Lakin boru məsələsinə görə Heydərə və qeyrilərinə nə qədər pul çatmasını bilmir. Dəmir su borusu məsələsinə görə ona ümumiyyətlə pay çatmamışdır. Rufanın dəmir su borusunun doğranmasına icazə alınması ilə əlaqədar özünü Rasim kimi təqdim etməsini də ona Orxan demişdir. Orxan həmin şəxsi Rufan kimi tanımamışdır. Belə ki, bir dəfə Rufan Heydərin ofisindən çıxanda Orxan həmin şəxsi ona Meliorasiyanın işçisi Rasim kimi təqdim etmişdir. Ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkdiyi üçün xx.xx.2023-cü il tarixdə Bakı şəhərində yerləşən “Kəpəz” hospitalda üzərində cərrahiyyə əməliyyatı aparılmış və həmin hospitalda altı gün ərzində stasionar qaydada müalicə almış, sonra evə buraxılmışdır. Hazırda ciddi şikayəti yoxdur. Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 özlərini müvafiq olaraq "xxxx"in və Prezident Administrasiyasının əməkdaşı kimi, həmçinin Rufanın özünü Meliorasiya işçisi Rasim kimi təqdim etdikləri zaman və ya qeyri vaxtlarda həmin vəzifədə və ya qeyri işdə işləmələri barədə vəsiqə təqdim etməmişlər. "xxxx"in əmri sənədinin kim tərəfindən tərtib edilməsi barədə məlumatı olmamışdır. ASC-nin Göyçay rayonunda keçən hissəsində demontaj işlərinin aparılması işlərinin "xxxx" MMC-yə həvalə edilməsi sənədi saxta sənəddir, çünki işin nəticəsindən də görünür ki, həmin iş alınmamış və Heydərlə Orxan da həmin adla Valehdən və sonuncunun dostu Rəşatdan pul almışdır. Lakin qeyd edilən məzmunda olan sənədin kim tərəfindən tərtib edilməsi və sənədi təqdim edən iki nəfərin kim olması barədə məlumatı olmamışdır (Cild 1, i.v. 184-189, Cild 3, i.v. 193-199;).

18. Məhkəmədə Təqsirləndirilən şəxs4 məhkəməyədək icraat zamanı şahid və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.3.2, 178.3.2, 310 və 320.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, qabaqcadan əlbir olduğu Heydər İlyasov və Təqsirləndirilən şəxs3 görüş zamanı Zərərçəkmiş şəxs1 X13 baş həkimi vəzifəsinə təyin edilməsi məsələsinin onun vasitəsilə həll olunması barədə vəd verdikdə, özü də onların sözünü təsdiq edib etirazını bildirməmiş və özünü TƏBİB-in işçisi kimi təqdim etmişdir, lakin onların buna görə ümumilikdə 250.000 manat pul aldıqlarını bilməmişdir. Zərərçəkmiş şəxs1 baş həkim vəzifəsinə təyin olunması barədə saxta sənəd hazırladığına görə Zərərçəkmiş şəxs1 alınmış pul vəsaitindən cəmi 200 manat pulu Zaur şəxsən ona İlqarın və Heydərin yanında Bakı şəhəri Badamdar qəsəbəsi ərazisində vermişdir. Bundan başqa, Valeh adlı şəxs Göyçayda yerləşən dəmir boruların üzərində demontaj işlərinin aparılmasına icazə verilməsi üçün "xxxx" ASC-dən müvafiq əmrin verilməsindən ötrü Təqsirləndirilən şəxs2 müraciət etmiş, sonuncu da bunu Təqsirləndirilən şəxs3 bildirmişdir. Zaur isə Orxana Heydərlə danışıb sonuncu ilə məsləhətləşməsini, sonuncunun həmin məsələləri tənzimlədiyini demişdir. Bundan sonra Orxan Heydərlə danışmış və Valehi onunla görüşmüşdür. Zaur özü də bu məsələləri Heydərlə razılaşdırmış, ASC adından saxta sənədlər düzəltməsini həm Heydər, həm də Zaur ona bildirib xahiş etmişlər, həmin şəxslər ona bu məsələyə görə alacaqları pulun bir hissəsini Zərərçəkmiş şəxs1 verəcəklərini demişlər, lakin bu vədləri də yalan olmuş, Valehin və Rəşatın verdiyi pul vəsaitlərindən ona Zaur tərəfindən cəmi 1.000 manat pul vəsaiti verilmişdir. Onun külli miqdarda pul vəsaiti ələ keçirmək fikri olmamışdır. Buna görə də, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilir. ***-***-**-** mobil nömrə 2-3 ildir və ***-***-**-** mobil nömrə isə hadisə baş verməmişdən 2 ay idi onun istifadəsində olmuşdur. X34 2018-ci ilin yay aylarında Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində tanımışdır. Heydər onu ilk dəfə instagram sosial şəbəkəsindəki hesabı ilə tapıb əlaqə üçün ***-***-**-** mobil nömrəsini göndərmiş, o da xx.xx.2022-ci il tarixdə Heydərə zəng edib, “ə maşennik nətərsən?!” məzmunda başlamaqla danışıq aparmışdır. Telefon danışığı zamanı Heydər ona demişdir ki, onunla vacib işi vardır. O, Heydərlə Bakı şəhəri Yasamal rayonu ərazisində, Dövlət Statistika Komitəsinin yaxınlığında görüşmüş, Heydər Zaurla bir məsələ ilə bağlı problemləri olduğunu demiş və onun kompüter bacarıqlarından istifadə edib köməklik etməsini, "xxxx"in adından işə düzəltmə haqqında möhürsüz əmr düzəltməsini xahiş etmişdir. Heydər ona həmçinin demişdir ki, Novruz adlı şəxsi X21 baş həkim düzəltmək adı ilə əvvəlcə Namiq və Orxan adında şəxslər 100.000 ABŞ dolları məbləğində pul almışlar, həmin pulun bir hissəsini Zaura vermişlər ki, Novruz həkim onlardan əl çəksin və Zaur da istəsə Novruzdan əlavə pul alsın. Heydərin ona deməsinə görə, Zaur əvvəlcə Namiq və Orxanla məşvərət edərək Novruzu aldadıb əlavə pullarını ələ keçirmək barədə razılaşmışlar. Lakin Namiq və Orxanın Novruz həkimdən 100.000 ABŞ dolları məbləğində pul vəsaitini nə vaxt almalarını, pulun hansı hissəsini Zaura vermələrini bilmir. Heydər həmin danışıqdan da əvvəl Zaurla əlaqəyə girib Qəbələ rayonunda yaşayan Zərərçəkmiş şəxs1 pulunu ələ keçirmək barədə sövdələşmişlər. Zaurun və Heydərin ona deməsinə görə, bu işə görə Novruz həkimdən cəmi 250.000 manat pul almışlar. Belə ki, sonradan Zaurun əli ilə 80.000 manat olmaqla, ümumilikdə Novruzdan 250.000 manat məbləğində pul almışlar. Zaur ikinci dəfə Novruz həkimi aldadıb ondan pul almasına birbaşa Heydər köməklik etmişdir. Heydər bu məqsədlə saxta sənəd düzəltməkdən ötrü onu axtarmışdır. xx.xx.2022-ci il tarixdə Heydər həmin vaxt onun yaşadığı ünvan 12 ünvanda yerləşən “Qurtuluş-93” yaşayış kompleksindəki 16 №-li mənzilə gəlib, xx.xx.2022-ci il tarixədək Novruz həkimə əmr təqdim etməsi barədə söz verdiyini, 2022-ci ilin noyabr ayınadək əmr verilməsə Novruz həkimin ondan X71na şikayət edəcəyini demiş, müvəqqəti də olsa saxta əmr düzəltməsini ondan xahiş etmişdir. O, Heydərdən aldığı Novruz həkimin məlumatları əsasında xx.xx.2022-ci il tarixdə “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” adından xx.xx.2022-ci il tarixli əmr hazırlamış, lakin saxta sənəd düzəltməzdən əvvəl internet resurslarından X40 adlı qurumun olmadığını, "xxxx"in nəzdində X1 öyrəndiyi üçün, Zərərçəkmiş şəxs1 Qəbələ Regional X15 baş həkim vəzifəsinə işə qəbul edilməsi barədə saxta əmr hazırlamışdır. Heydər xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində tanışı X33 ilə birlikdə onu yaşadığı Masazır qəsəbəsindən götürüb idarə etdiyi “X148 Rover” markalı **- AF-*** dövlət qeydiyyat nömrəli avtomobili ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Nəsimi rayonunda yerləşən inzibati binasının yaxınlığındakı avtomobil dayanacağına gətirmiş, orada Heydərlə təklikdə söhbət edərkən, sonuncu ona Novruz həkimlə ilk görüşünün Səhiyyə Nazirliyinin inzibati binasının qarşısında olduğunu, Heydərin özünü Novruz həkimə Səhiyyə nazirinin köməkçisi Rəfael kimi təqdim etdiyini, nazir köməkçisi kimi görünməkdən ötrü də görüşdən əvvəl də polislə söhbət edərək binanın girişindən çıxıb Novruzla görüşdüyünü demişdir. Heydər ona Əlövsət adlı şəxsin Novruzu Yasamal rayonunda yerləşən Qələbə meydanının yaxınlığındakı yaşayış binasının qarşısından götürüb görüşə gətirəcəyini ona bildirmişdir. Heydər Əlövsətə zəng edərək, Bakıxanov küçəsində yerləşən “Ağçiçəyim” mağazasının yaxınlığındakı kafedə görüşəcəkləri, Novruz həkimi də həmin kafeyə gətirməsini bildirmişdir. O, Heydərlə həmin kafeyə getmiş və saat 14-15 radələrində Novruz həkimlə görüşmüşlər. Heydər onu Novruz həkimə "xxxx"in işçisi Təqsirləndirilən şəxs4 kimi təqdim etmiş və onu göstərərək bildirmişdir ki, əmr hazırdır və əmri icra edən də məhz bu şəxsdir. Təxminən 10 dəqiqə sonra Zaur da görüşə gəlmiş, sonuncu əmri ondan götürüb həkimə təqdim etmişdir. Zaurla şəxsən tanışlığı da həmin vaxt olmuşdur. Novruz həkim sənədin surətini istədikdə, Heydər “qətiyyən olmaz, sənədi sizə təqdim edə bilmərik” deyə bildirmişdir. Novruz əmrin nə zaman icra olunacağını soruşmuş, o isə Heydərin əvvəlcədən ona təlimat verdiyi kimi “xx.xx.2023-cü il tarixdə icra olunacaq” deyə bildirmişdir. Bu zaman Novruz əlavə pul lazımdırsa verə biləcəyini dedikdə, Heydər müdaxilə edərək “nə danışırsız, mümkün deyil” deyə bildirmişdir. Zaur da Novruz həkimə “görürsüz sənəd necə düzgündür, vallahi original sənəddir” demişdir. Zaur sənədin saxta olmasını və Heydərin əsl adını bilsə də, yalandan sənədin original olmasını bildirmiş və Heydərə “Rəfael” deyə müraciət etmişdir. Görüş zamanı Heydər demişdir ki, “Rufan müəllimin işi var, getsin”, o da bu minvalla onlarla görüşüb kafedən çıxmış, Əlövsət İlqarı və onu “Mercedes Benz E200” markalı **-PG-*** dövlət qeydiyyat nömrəli avtomobil ilə Bakı şəhəri Badamdar qəsəbəsində yerləşən “Kəhrəba” restoranına aparmışdır. Əlövsət özünü Zaurun oğlu kimi təqdim etmişdir. İlqar və Əlövsəti də ilk dəfə həmin gün görüb tanımışdır. İlqar özünü ona Heydərin köhnə və yaxın dostu kimi təqdim etmişdir. Təxminən 1 saat sonra, saat 15-16 radələrində Heydər və Zaur həmin kafeyə gəlmiş, Zaur əlindəki paketi açıb 200 manatlıq əskinasları göstərərək, Novruz həkimin nədənsə işi tezləşdirmək üçün 10.000 manat pul verdiyini bildirmiş və 200 manat pulu saxta əmri düzəltdiyi üçün zəhmət haqqı kimi ona nağd olaraq İlqar, Əlövsət və Heydərin yanında vermişdir. Zaur həmçinin ona demişdir ki, “Novruz doktorun baş həkim keçməsi üçün əmrin verilməsinin tezləşdirilməsi məqsədilə verdiyi puldan ona daha çox vermək istəmiş, lakin “Range Rover” markalı avtomobilin lizinq ödənişinin vaxtı olduğundan və digər problemləri olduğu üçün bu mümkün olmamışdır. Həmin vaxt "xxxx"in adından hazırladığı və Novruz həkimi inandırmaqdan ötrü sonuncuya göstərdikləri saxta əmri cırıb tullantı qutusuna atmışdır. Həmin saxta sənəddə əmrin nömrəsi və imza göy mürəkkəbli qələmlə onun tərəfindən icra edilmiş, tarix çapla xx.xx.2022-ci il olaraq qeyd edilsə də, əmrin nömrəsini xatırlamır. 2022-ci ilin dekabr ayında Heydər ona demişdir ki, həkimdən 250.000 manat məbləğində pul alınsa da, həmin pulun böyük hissəsini Namiq, Orxan və Zaur götürmüşlər, ona həmin puldan 40.000 manat çatmışdır. Təqsirləndirilən şəxs5 2022-ci ilin iyul və ya avqust ayından etibarən tanımış, sonuncu ilə ailəvi gediş-gəlişi olmuşdur. 2022-ci ilin təxminən dekabr ayının əvvəllərində Cavidi Heydərlə tanış etmiş, onlar bir-birinin nömrəsini götürmüşlər. Görüş zamanı o, Cavidə 4 ay ərzində Penitensiar Xidmətin Müalicə Müəssisəsində Heydər ilə bir yerdə müalicə aldıqlarını demiş və görüşdən sonra “whatsapp” hesabı ilə Cavidə zəng edib bildirmişdir ki, Heydərin dələduzluğa görə dəfələrlə məhkumluğu olmuşdur, onunla əlaqəyə və ya sövdələşməyə getməsin. Sonradan Cavid ona bildirmişdir ki, Heydərə zəng edib maddi problemləri olduğunu və ona köməklik etməsini xahiş etmişdir. X115 ilə də sövdələşərək, sonuncu Heydərin təlimatı ilə özünü Prezident Administrasiyasının əməkdaşı kimi təqdim edib yalan vədlər verməklə "xxxx" MMC-nin nümayəndəsi Valehi aldatmışdır. "xxxx" MMC-nin nümayəndəsi Valehdən isə sonuncunun şəriki Rəşata məxsus olan ümumilikdə 232.000 manat məbləğində pul alınmışdır. Bunları ona Zaur demişdir. Zaur həmçinin ona demişdir ki, həmin puldan 32.000 manat Orxana, 50.000 manat Valehə, 150.000 manat da Heydərə çatmışdır. 2022-ci ilin noyabr ayının sonlarında Heydər “whatsapp” hesabı vasitəsilə ona zəng edərək bildirmişdir ki, Novruzun işi alınmadığından pulunu qaytarmaq lazımdır, Zaurun tanışı Orxan isə yeni bir iş tapmışdır. Orxanın adını da ilk dəfə həmin vaxt eşitmiş və FHN-də işlədiyini, polkovnik rütbəsini daşıdığını öyrənmişdir. Həmçinin Heydər ona demişdir ki, Zaurla və Orxanla danışıb, Valehdən pulu alacaq və məsələ Orxanın üstündə qalacaq. Heydərin ona deməsinə görə, Orxan ona və Zaura məsələnin üstünə qalmasının problem olmadığını, məsələdən birtəhər çıxacağını və onun üçün problem olmayacağını demişdir. Heydər həmçinin ona demişdir ki, həmin iş "xxxx" ASC-nin xidmət göstərdiyi dəmir su kəmərinin Göyçay rayonu Qaraməryəm kəndindən keçən hissəsinin demontaj edilməsinin "xxxx" MMC-yə həvalə olunması barədədir, bununla bağlı saxta sənəd hazırlamalıdır, saxta sənəd düzəltməyə görə ona 1.000 manat pul verəcəkdir. O, əvvəlcə razılaşmadığı üçün Zaur ona zəng edib Novruza pul qaytarmaq üçün özünə və Heydərə pul lazım olduğunu, pis vəziyyətdə qaldıqlarını, ona da pul veriləcəyini bildirmişdir. Bundan sonra o, Zaur və Heydərlə razılığa gəlmişdir. xx.xx.2022-ci il üçün qeyd edilən dəmir borunun demontaj olunması işinin "xxxx" MMC-yə həvalə olunmasına dair ASC-nin adından saxta sənəd hazırlamışdır. Həmçinin həmin ayın ortalarında Heydərin dəvəti ilə Ali Məhkəmənin yaxınlığındakı "xxxx" restoranına getmiş, orada Heydər, Valeh və Orxanla görüşmüşdür. Orada Heydər sənədləri də göstərmiş və onu ASC-nin Satınalma şöbəsinin müdiri Rasim kimi təqdim etmişdir. O, Heydərin əvvəlcədən təlimat verdiyi kimi, görüş zaman Meliorasiya idarəsində qeyd edilən 28,72 km uzunluğunda borunun xəritəsini təsdiq etdirəcəyini bildirmişdir. Heydərin görüşlər keçirdiyi ofisin kimə məxsus olmasını və həmin ofisi kimdən icarəyə götürməsini bilmir. Lakin sonradan Heydərlə söhbət etdiyi zaman öyrənmişdir ki, ofisi saatlıq kirayəyə götürmüşdür. Təqsirləndirilən şəxs3 maşın icarəsi ilə məşğul olması görüntüsü yaratsa da, dələduzluq etdiyi məsələlərdə lizinqə götürdüyü “Mercedes Benz S klass” markalı **-PC-*** dövlət qeydiyyat nömrəli və “Mercedes Benz E200” markalı **-PG- *** dövlət qeydiyyat nömrəli avtomobili istifadə etmişdir. “X148 Rover” markalı **-AF-*** dövlət qeydiyyat nömrəli avtomobili isə Heydər kimdənsə lizinqə almışdır. Bundan başqa, Meliorasiyanın "xxxx" şirkəti ilə əlaqədar qeyd etdiyi xx.xx.2022-ci il tarixli saxta sənədi hazırladıqdan sonra “whatsapp” hesabı vasitəsilə Heydərə göndərmişdir. Bundan sonra Heydər elə həmin vaxt onu yaşadığı Masazır qəsəbəsindən götürüb Bakı şəhəri Nərimanov rayonu M.Araz küçəsində yerləşən “Admiral” hotelin yaxınlığına gətirmiş, Heydərin tələbi ilə sonuncunun tanışı İlqar həmin sənədin surətini yaxınlıqdakı yerlərdən birində çap etdirmiş və Mətləbə vermişdir. Zaur və Heydər Orxana bildirməklə planlaşdırmışdır ki, onların tanışı Mətləbə verdiyi saxta sənədi məhz elə sonuncu da ASCnin inzibati binasında Valehin yanında Orxana versin. Həmin proses zamanı Heydər Mətləb və Orxanla olan bütün danışıqları onun yanında aparmışdır. X116 guya bu məsələdən xəbərsiz kimi ASC-nin inzibati binasına aparmış, orada iki nəfər özlərini ASCnin işçiləri kimi göstərib, sənədi Orxana vermişlər. Orxan da Valehi aldatmaq üçün onun yanında Heydərə zəng edərək, ASC-nin iki nəfər işçisinin tələsik halda sənədi verib getdiklərini demişdir. X134 zəng edərək, sənədin ASC-nin idarəsində verilməsi barədə razılaşdıqlarını, lakin sənədin çöldə və tələsik halda verdiyini, Valehin də narazı olduğunu bildirmişdir. Qeyd olunan saxta sənədi düzəltməsi müqabilində Zaur hansısa ödəmə terminalından 1.000 manat pulu onun arvadı X12 "xxxx" ASC-nin “Leobank” adlı plastik kartına göndərmişdir. Təqsirləndirilən şəxs1 adlı şəxsi tanımır. Zərərçəkmiş şəxs1 Qəbələ Regional X15 baş həkim vəzifəsinə işə qəbul edilməsi barədə xx.xx.2022-ci il tarixli saxta əmri xx.xx.2022-ci il tarixdə, habelə Meliorasiya ASC-nin qeyd etdiyi 27,82 km uzunluğunda olan borunun demontaj işlərinin "xxxx" MMC-yə həvalə edilməsi barədə xx.xx.2022-ci il tarixli əmri 2022-ci ilin noyabr ayının sonlarında həmin vaxt yaşadığı Masazır qəsəbəsindəki evində özünə məxsus “hp” markalı noutbukda “Microsoft Word” proqramı vasitəsilə yaradıb, sonra pdf varianta çevirməklə düzəltmişdir. Blankı da özü “Microsoft Word” proqramında tərtib etmişdir. İfadəsində göstərdiyi saxta sənədləri X25 təlimatı əsasında yaratmışdır. "xxxx" MMC-nin sənədinin yaradılması barədə təlimatı isə həm Təqsirləndirilən şəxs3, həm də Heydər İlyasov vermişdir. Şahid6 Heydərin sevgilisi kimi tanımışdır, sonuncu ilə hər hansı münasibəti olmamışdır. Orxan Valehdən aldığı xatırlamadığı məbləğdə pulu Laləyə çatdırmış, lakin Lalə həmin pulu Heydərə vermişdir, Lalənin Heydərin dələduzluq edib-etməməsi barədə məlumatı olmamışdır. Heydər Orxana onun ***-***-**-** nömrəsindən zəng vurmuşdur. Zərərçəkmiş şəxs1 adına hazırladığı saxta əmri və digər saxta sənədlərin elektron variantlarını, habelə cinayət işi üçün əhəmiyyət kəsb edən digər bütün sənədlərin pdf və digər formatlarını, səs yazılarını flaşkarta köçürmüşdür.

19. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs4 ifadəsinə davam edərək göstərdi ki, tanışı Heydər İlyasovun təlimatı ilə xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsində yerləşən evində "xxxx"-in adından xx.xx.2022-ci il tarixli saxta əmr hazırlamış, lakin saxta sənəd düzəltməzdən əvvəl internet resurslarından X40 adlı qurumun olmadığını və "xxxx" PHŞ-nin nəzdində X1 öyrəndiyi üçün, Zərərçəkmiş şəxs1 Qəbələ Regional X15 baş həkim vəzifəsinə işə qəbul edilməsi barədə şəxsi kompüteri ilə “Microsoft Word”, “Paint” və "xxxx" proqramlarını tətbiq etməklə və www.loqotip.az internet resursunda yerləşdirilən blankdan və müxtəlif internet resurslarında olan nümunəvi sənədlərdən istifadə etməklə, habelə sənədin həqiqi olması görüntüsünü yaratmaqdan ötrü saxta əmrin aşağı hissəsinə www.the-qrcode-generator.com linki vasitəsilə hazırlanmış və mobil telefonun şəkil çəkmə funksiyasından istifadə etməklə qeydə alındığı zaman həmin linkdə əmrin fotoşəklinin əks olunduğu QR kodu əlavə edib saxta əmr hazırlamış, qeyd olunan saytda QR kodun 2 həftə ərzində aktiv olmasını tənzimləmiş, bundan başqa, 2022-ci ilin noyabr ayının sonlarında Heydər İlyasovun və Təqsirləndirilən şəxs3 xahişi ilə "xxxx" ASC-nin adından həmin Cəmiyyətin balansında olan və Göyçay rayonu Qaraməryəm kəndində yerləşən su xətlərinin demontaj olunmasının "xxxx" MMCyə həvalə edilməsi barədə saxta əmri, habelə üzərində möhür olan fotoşəkillərin olduğu blanklı sənədləri hazırlamış, sonradan isə MMC-nin məktubuna cavabı yaşadığı Abşeron rayonu Masazır qəsəbəsi ərazisində yerləşən evində şəxsi kompüteri ilə “Microsoft Word”, “Paint” və "xxxx" proqramlarını tətbiq etməklə, ASC-nin rəsmi internet saytı olan www.mst.gov.az adlı linkə yüklənmiş hesabat sənədlərindən, www.loqotip.az internet resursunda yerləşdirilən blankdan və müxtəlif internet resurslarında olan nümunəvi sənədlərdən istifadə etməklə tərtib etmiş, xx.xx.2022-ci il tarixli 1296-H №-li əmri və fotoşəkillərin olduğu blanklı sənədi xx.xx.2022-ci il tarixdə, məktuba cavabı isə xx.xx.2022ci il tarixdə hazırladığını, həmçinin, sənədin həqiqi olması görüntüsünü yaratmaqdan ötrü saxta əmrin aşağı hissəsinə www.the-qrcode-generator.com linki vasitəsilə hazırlanmış və mobil telefonun şəkil çəkmə funksiyasından istifadə etməklə qeydə alındığı zaman həmin linkdə əmrin fotoşəklinin əks olunduğu QR kodu əlavə etmiş, həmin saytda QR kodun 2 həftə ərzində aktiv olmasını tənzimləmiş, sənədlərdəki əlyazma və imzaları Heydər və Zaurun təlimatı ilə, TƏBİB-in adından hazırladığı saxta sənəddəki əlyazma və imzanı isə Heydərin təlimatı ilə icra etmişdir.

20. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs4 ifadəsinə əlavə edərək göstərdi ki, Heydər ona “Novruz həkim mənə 10.000 manat pul vəsaiti verib, sən sənədi düzəltdiyin üçün sənə 200 manat pul verirəm” demiş və Zərərçəkmiş şəxs1lə bağlı epizod üzrə ona 200 manat pul verilmişdir. 2022-ci ilin noyabr-dekabr aylarında Heydər ona “biraz artıq pul istəyirsənsə, həmin qaydada kompüterdə sənəd hazırla” demişdir. Heydər İlyasov özünü hər kəsə işgörən şəxs kimi təqdim etmişdir. Belə ki, Heydər özünü "xxxx" və “Paşa” şirkətlər qrupu ilə əlaqəsi olan şəxs kimi təqdim edirdi və hər kəs Heydəri elə tanıyırdı. Onun kompyuter sahəsində mükəmməl bilikləri olduğuna görə Heydər ondan saxta sənədlərin hazırlanmasında kömək istəyirdi. Heydər “Qaraməryəmin” “Google”dan xəritəsini çəkib ona “həmin xəritənin üzərində orada olan dəmir boruların şəklini çək və "xxxx" ASC-nin balansında belə bir boru xətlərinin olması, eləcə də bu boruların demontaj olunmalı olduğunu qeyd et. Həmin boru xətlərinin demontaj olunmasına görə yaxşı pul vəsaiti verilir” demişdir. Heydər ona həmin məsələ ilə bağlı 1.000 manat pul verəcəyini demişdir. Ümumilikdə dörd vərəqdə sənəd hazırlanmalı idi. "xxxx" MMC şirkətinə aid, zərəçəkmiş Zərərçəkmiş şəxs2 məxsus olan, mətni Göyçay rayonu Qaraməryəm ərazisində 32 km uzunluğunda olan boru xəttinin demontaj olunması "xxxx" MMC şirkətinə həvalə edilir. İkinci sənəd - boruların demontaj edilməsi ilə bağlı, üçüncü sənəd - həmin xəritədə borunun getdiyi yerin xəritəsi olmalı idi, dördüncü sənəd isə ərizə idi. Həmin məsələ ilə bağlı ona 1.000 manat pul çatmışdır. O həmin sənədləri düzəldən zaman saxta sənəd düzəltdiyini bilmişdir. 2023-cü ilin may ayında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinə çağırıldıqda həmin sənədləri Heydərin Rəşata təhvil verdiyi ona məlum olmuşdur. Onun Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5lə təması olmamışdır. Təqsirləndirilən şəxs3la isə onu Heydər İlyasov görüşdürmüşdür. Heydər Zauru ona biznesmen kimi təqdim etmişdir. Heydər İlyasov onu Təqsirləndirilən şəxs2 "xxxx" ASC-nin Satınalma şöbəsinin rəisi “Rasim” olaraq təqdim etmişdir. O, Heydər İlyasov tərəfindən özünü Təqsirləndirilən şəxs2 "xxxx" ASC-nin Satınalma şöbəsinin rəisi “Rasim” olaraq təqdim edilməsinə etiraz etməmiş, lakin sonradan Şahid1 sənədlərin saxta olduğunu bildirmişdir. İbtidai istintaqa çağrılanadək o, Təqsirləndirilən şəxs5 "xxxx" restoranında olmaq şərtilə, 1 (bir) dəfə görmüşdür. Sonda Təqsirləndirilən şəxs4 ona qarşı verilmiş mülki iddianı qəbul etmədiyini, ibtidai istintaq zamanı istintaq orqanı ilə əməkdaşlıq edərək ətraflı ifadə verdiyini, 1 (bir) ədəd fləşkartda öz razılığı ilə ibtidai istintaq orqanına lazımı materiallar təqdim etdiyini, himayəsində 2 (iki) azyaşlı uşağı, şizofreniya xəstəliyindən əziyyət çəkən həyat yoldaşı və 1948-ci il təvəllüdlü olmaqla 76 yaşlı anasının olmasını bildirib, ona özünü təqsirli bildiyi əməllər üzrə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi.

21. Məhkəmədə Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.3.2, 178.3.2, 310 və 320.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Heydər İlyasovu 4 (dörd) dəfə avtomobillə aparmışdır. Belə ki, o, iki dəfə Heydəri öz ofisinə aparmış, bir dəfə isə Heydərlə birgə ofisə qalxmışdır. Heydərin ofisi əvvəl Vergi Cinayətlərinin ibtidai araşdırması İdarəsinin yerləşdiyi binanın tam qarşısında yerləşmişdir. O, Heydər İlyasovun sürücüsü kimi fəaliyyət göstərmişdir. Heydəri sürücü kimi sonuncuya məxsus “Range Rover” markalı avtomobillə dediyi ünvanlara aparmışdır. Heydər İlyasov özünü “Paşa Holdingin” işçisi, həmin holdinq tərəfindən aparılan tenderlərdə iştirak edən şəxs kimi təqdim etmişdir. O, Heydəri “Uber” taksi şirkətində sürücü kimi və **-PU-*** dövlət qeydiyyat nişanlı, “Prius” markalı avtomobillə işləyərkən sonuncu tərəfindən verilmiş sifariş zamanı tanımışdır. Həmin vaxt Heydəri “28 May” ərazisində anasının yaşadığı ünvana aparmışdır. O özünü heç kəsə hər hansı vəzifəli şəxs kimi təqdim etməmişdir. X101 ibtidai istintaq zamanı ona üzünün təmiz olması, kostyumda olmağına görə özünü başqalarına başqa cür, yəni vəzifəli şəxs kimi tanıtdığını bildirmişdir. Lakin o özünü heç kəsə vəzifəli şəxs qismində tanıtmamış, heç bir sövdələşmədə və pul alış verişində iştirak etməmişdir. O, Valehi Heydərin ofisində görmüş, Valeh Rəşatın işini aparan şəxs olmuşdur. O həmin vaxt ofisdə olduğundan Valehlə Heydərin söhbətini dinləmişdir. "xxxx" MMC şirkətinin nümayəndəsi Rəşatı ilk dəfə "xxxx" adlı restoranda görmüş və sonradan onu görməmişdir. O, 233.000 manat pul alınması ilə bağlı yalnız ibtidai istintaq dövründə öyrənmişdir. O, Heydər İlyasovun “Qaraməryəm” məsələsi ilə bağlı müxtəlif görüşlərində iştirak etmiş, həmin görüşlərdə o, Valeh, Heydər və daha bir nəfər xatırlamadığı şəxs olmuşdur. Lakin görüş zamanı o özünü kiməsə təqdim etməmişdir. Təqsirləndirilən şəxs3 isə iki dəfə görmüş, lakin nə vaxt onu görməyini xatırlamır. Yalnız ibtidai istintaq zamanı Heydər İlyasovun onu zərərçəkmiş şəxs Rəşat və X3 rəhbər işçisi kimi təqdim etməsi məlum olmuşdur. İbtidai istintaq zamanı həbs edilməkdən qorxduğu üçün müstəntiq tərəfindən təqdim edilmiş bütün sənədləri imzalamışdır. Ona görə də, ibtidai istintaq zamanı verdiyi ifadələri həqiqəti əks etdirmir və həmin ifadələri təsdiq etmir. Ona ittiham olunduğu məsələ ilə bağlı hər hansı məbləğdə pul vəsaiti verilməmiş, öz əməlləri ilə hər hansı şəxsə zərər vurmamışdır. Sonda Təqsirləndirilən şəxs5 əməlində cinayət tərkibi olmadığından ona bəraət verilməsini xahiş etdi.

22. Təqsirləndirilən şəxs5 məhkəmədə verdiyi ifadəsi ilə məhkəyəmədək icraat zamanı istər müdafiəçisinin iştirakı ilə verdiyi təqsirləndirilən şəxs qismində, istərsə də şahid qismində verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr də elan edilərək tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs5 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 178.3.2, 178.3.2, 310 və 320.1-ci maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində, Valehi və şəriki Rəşatı aldadıb pullarının ələ keçirilməsinə şərait yaratsa da, özünü Prezident Administrasiyasının işçisi kimi təqdim etmədiyini və saxta sənəd düzəltmədiyini, saxta sənədin Rufan tərəfindən şəxsi kompüteri vasitəsilə düzəldilməsini cəlb qərarından görmüş olduğunu, onu Prezident Administrasiyasının işçisi kimi Heydərin təqdim etdiyini, lakin Heydərin ona deməsinə görə, iş həll olunduğu təqdirdə ona təxminən 10.000 manat pul veriləcəyini, bu səbəbdən də həmin vaxt etirazını bildirmədiyini, lakin Heydər və ya qeyrisi ona heç bir məbləğdə pul vəsaiti vermədiyini göstərmişdir. O, gündəlik geyim tərzinin əsasən ağ köynək və cins şalvar təşkil etdiyini, lakin Heydərin ona əvvəlcədən X3 işçisi kimi təqdim edəcəyini bildirdiyini, o da inandırıcı olması üçün Şahid1 ilə görüşlərə üzü təraş olunmuş halda, kostyum və qalstuk geyinməklə səliqəli geyimdə getdiyini, lakin özünü hər hansı qurumun işçisi kimi təqdim etmədiyini, hüquqlarından istifadə edərək bundan başqa ifadə vermək və suallara cavab vermək istəmədiyini, şahid qismində istintaqa verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir.

23. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs5 şahid qismində istintaqa verdiyi ifadəsi də elan edilərək tədqiq edilmiş və o həmin ifadəsində göstərmişdir ki, 2023-cü ilin təxminən fevral ayından etibarən və hazırkı dövdə də ***-***-**-** nömrəni, 2022-ci ilin iyul ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində ***-***-**-** nömrəni, təxminən 2022-ci ilin noyabr ayından 2023-cü ilin fevral ayınadək olan müddət ərzində isə ***-***-**-** nömrəni istifadə etmişdir. Sonuncu qeyd etdiyi nömrəni ona X48 hədiyyə etmişdir, lakin öz adına rəsmiləşdirmişdir. Heydəri 2022-ci ilin noyabr ayında dostu Alik vasitəsilə tanımış, qərəzli münasibətləri olmamışdır və hazırda da yoxdur. O, Heydərə imkansız olduğunu bildirmişdir. Heydər özünü "xxxx" şirkətində rəhbər vəzifədə işləyən şəxs kimi təqdim etmiş və tenderlərdə qalib gəlməklə müxtəlif biznes işləri gördüyünü bildirmişdir. Alikin istifadəsində ***-***-**-** nömrə olmuşdur. Heydər Bakı şəhəri Xətai rayonunda yerləşən “Asan” Xidmət Mərkəzinin yaxınlığındakı binada olan ofisdə fəaliyyət göstərmişdir. Heydər əslən Bakı şəhərindən olmaqla, Bakı ləhcəsində danışır, bəstəboydur. 2022-ci ilin noyabr ayının sonlarında Heydər ona demişdir ki, "xxxx" ASC-nin dəmir su borusunun Göyçay rayonu Qaraməryəm kəndindən keçən hissəsi üzərində demontaj işləri aparılmasının Valeh adlı şəxsə həvalə olunması üçün sonuncu Orxan adlı şəxs vasitəsilə ona müraciət etmişdir. Heydər ona görüşlərdə iştirak etməklə özünü Prezident Administrasiyasının əməkdaşı kimi təqdim etməsini, ASC-nin verdiyi sənədin Əmlak Məsələləri Dövlət Xidmətində yüksək vəzifədə işləyən tanışları vasitəsilə təsdiq etdirəcəyinə dair söz verməsini demişdir. Heydər ona demişdir ki, artıq sənəd hazırdır, lakin Valeh işdən narahatdır, sonuncunu rahatlatmaq üçün işi alındıracağını bildirsin. O da 2022-ci ilin dekabr ayında Valeh adlı şəxslə Heydərin iştirakı ilə görüşüb, özünü Prezident Administrasiyasının işçisi kimi təqdim etmiş və ƏMDX-nin yüksək vəzifəli şəxsləri ilə əlaqələri olduğunu, həmin şəxslərdən qeyd olunan işi tezləşdirilməsini xahiş edəcəyini və işin müsbət həllini tapacağını bildirmişdir. 2022-ci ilin dekabr ayının ortalarında Xətai rayonunda yerləşən "xxxx" restoranında o, Heydər, Orxan, Valeh və Rəşatla görüşmüş, Heydərin Valehi və ortağı Rəşadı aldatmasını bildiyi üçün artıq müdaxilə etməmişdir. Görüş zamanı Valehgil özləri Heydərdən pul tələb etsə də, sonuncu yanvar ayında işi həll edəcəyini və ya pulu qaytaracağını bildirmişdir. X85 və ortağı Rəşatdan əldə etdiyi pul vəsaitindən ona heç nə verilməmişdir.

24. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs5 göstərmişdir ki, Heydər İlyasovun görüşlər keçirdiyi ofisin yerləşdiyi binada xatırlamadığı şəxslərlə söhbət etdiyi zaman, qeyd edilən binada ofislərin saatlıq kirayəyə də verildiyini, Heydərin də həmin ofisi saatlıq kirayəyə götürmüş olduğunu öyrənmiş, ofisin kimə məxsus olmasını və Heydərin həmin ofisi kimdən icarəyə götürməsini bilməmişdir. İlqar adlı şəxsi Heydərin sürücüsü kimi tanımış, İlqar “Mercedes Benz S klass” markalı **-PC-*** dövlət qeydiyyat nömrəli qara rəngli avtomobili idarə etmişdir. Heydər həmin avtomobili Zaur adlı dostundan icarəyə götürmüşdür, lakin icarə qiyməti və şərti barədə məlumatı olmamışdır. İlqar 40 yaşlarında, orta boyludur, saçları ağ rəngdədir. İlqarla təxminən 4 ay əvvəl danışmış, sonuncu Heydərlə birlikdə Türkiyə Respublikasında olduğunu demişdir, istifadəsində hansı nömrənin olmasını xatırlamır. 2022-ci ilin noyabr ayında Heydər onu Təqsirləndirilən şəxs3 ilə tanış etmiş və sonuncunu ona Türkiyə Respublikasından mal gətirən biznesmen kimi təqdim etmişdir. Zaur və Heydərin Novruz həkimi hansısa rayonda xəstəxananın baş həkimi vəzifəsinə təyin etdirmək barədə vəd verməsini bilmiş, lakin Zaurun Novruz həkimdən hansı məbləğdə pul alması barədə məlumatı olmamışdır. Həmin puldan ona hər hansı məbləğdə pul verilməmişdir. 2022-ci ilin dekabr ayında Heydər və Zaur onu Novruz həkimlə görüşlərinə aparmış, görüş zamanı sonuncu Heydər və Zaurdan pulunu tələb etsə də, onlar işin alınacağını bildirmişlər. Zaurla telefon vasitəsilə 2022-ci ildə iki-üç dəfə danışmış, 2023-cü ildə isə Zaurla Valehgilin söhbətinə görə, yəni işin aqibəti barədə mütəmadi olaraq danışıq aparmışdır, istifadəsində olan nömrəsini xatırlamır. Təqsirləndirilən şəxs2 FHN-in işçisi kimi tanıyır, sonuncu ilə Heydər vasitəsilə tanış olmuşdur. Orxanı ilk dəfə 2022-ci ilin noyabr ayının sonlarında Heydərin ofisində görmüş, o Heydər və xatırlamadığı şəxslərlə görüşüb söhbət etmişlər. Növbəti dəfə Orxanı 2022-ci ilin dekabr ayında Xətai rayonunda Ali Məhkəmənin yaxınlığında yerləşən "xxxx" restoranında görmüş, həmin vaxt Orxanın iş görmək üçün gətirdiyi Valeh və Rəşat Heydərdən pul tələb etmişlər. Heydər əvvəlcədən ona demişdir ki, iş həll olunacaq, iş alındıqdan sonra ona 15-20.000 manat pul veriləcək. O da işin pozulmaması üçün Heydərin bildirdiyi kimi özünü Prezident Administrasiyasının əməkdaşı kimi təqdim etmişdir. Valeh və ya Rəşaddan hansı məbləğdə pul alınmasından məlumatı olmamış, həmin puldan ona verilməmişdir. ASC-nin adından saxta sənəd düzəldilməsindən xəbəri olmamışdır, Heydərin QR kodu olan sənədləri olması, həmin idarədən icazə alması barədə sözlərinə inanmış, sənədin hansı formada, harada və kim tərəfindən hazırlanmasını bilməmişdir. Təqsirləndirilən şəxs1 adlı şəxs tanımır (Cild 3, i.v. 107-112, Cild 5, i.v. 24-27;)

25. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, istintaq ekspermenti və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

26. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.

27. Məhkəmədə zərərçəkmiş hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 Əlzaman oğlu və Nümayəndə5 izahatında göstərdi ki, təmsil etdikləri qurum ibtidai istintaq orqanının mövqeyi ilə razılaşır. Təqsirləndirilən şəxslərin əməlləri nəticəsində təmsil etdiyi quruma maddi ziyan dəyməmiş, lakin "xxxx"in imicinə zərər vurulmuşdur. Bu səbəbdən təqsirləndirilən şəxslərdən şikayətçidirlər. Qanuna müvafiq qaydada təqsirləndirilən şəxslərin cəzalandırılmasını xahiş edirlər.

28. Məhkəmədə zərərçəkmiş hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 izahatında göstərdi ki, təmsil etdikyi qurum ibtidai istintaq orqanının mövqeyi ilə razılaşır. Təqsirləndirilən şəxslərin əməlləri nəticəsində təmsil etdiyi quruma maddi ziyan dəyməmiş, lakin nüfuzuna zərər vurulmuşdur. Bu səbəbdən təqsirləndirilən şəxslər barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş edirlər.

29. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Qəbələ rayon sakini olan dostu Şahid14 ilə birlikdə əvvəllər Qəbələ rayonu Zarağan-2 şəhərciyində yerləşən X117 Stansiyasında işləmişlər. 2021-ci ilin iyun-iyul aylarında “Sağlam həyat” klinikasında işlədiyi vaxtlarda dostu Kamil ona bildirmişdir ki, özünü "xxxx" şirkətində tikinti işlərinə nəzarət edən şəxs kimi təqdim edən və yaxın münasibəti olduğu Namiq adlı tanışı ona yuxarı vəzifədə işləyən dost-tanışı olduğunu və geniş əlaqələri sayəsində bir çox məsələləri həll etdiyini demişdir. Kamil ona həmçinin, Qəbələ rayonunda X13 inzibati binası tikilməkdə olması və gələcəkdə həmin tibb müəssisəsinin fəaliyyət göstərilməsinin nəzərdə tutulması barədə Namiqdən eşitdiyini demişdir. Kamil ona həmin xəstəxananın baş həkimi vəzifəsinə keçməsini məsləhət bilmiş, Namiqin geniş əlaqələrinin olduğunu və bu məsələ ilə əlaqədar ona köməklik edəcəyini demişdir, o da bununla razılaşmışdır. 2021-ci ilin iyul ayında o, Kamil, Namiq və sonuncunun Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işləyən Orxan adlı dostu ilə Bakı şəhəri N.Nərimanov rayonu “N.Nərimanov parkı”nda yerləşən çayxanada görüşmüşlər. Namiq bildirmişdir ki, yaxın dostu Orxanın yuxarı vəzifədə işləyən tanışı olan “ağsaqqal” vasitəsilə onu X13 baş həkimi vəzifəsinə təyin etdirəcəklər. Namiq və Orxan ikisi də bildirmişlər ki, “ağsaqqal” yuxarı vəzifəli şəxsdir, həmin şəxs razılıq versə şəxsiyyəti barədə ona məlumat verəcəklər, həmçinin “ağsaqqal” ilə məsləhətləşdikdən sonra həmin vəzifəyə keçirilməsi müqabilində tələb olunan pul vəsaitinin məbləği barədə ona məlumat verəcəklər. Bundan sonra Kamil Namiqlə əlaqə saxlayaraq növbəti görüş barədə söhbət etdiyi zaman, Namiq bildirmişdir ki, onun vəzifəyə keçirilməyi ilə əlaqədar yuxarı vəzifəli şəxslərə vermək üçün ilkin olaraq 170.000 manat pul lazımdır. 2021-ci ilin avqust ayında Bakı şəhəri Suraxanı rayonunda yerləşən “Ümid” kafesində yenidən eyni tərkibdə görüşmüşlər. Ümumiyyətlə, o, Namiq və Orxanla iştirak etdiyi hər görüşdə Kamil də olmuşdur. Həmin görüş zamanı, Orxan və Namiq ona və Kamilə bir daha bildirmişlər ki, onun X13 baş həkimi vəzifəsinə təyin olunması ilə bağlı “ağsaqqal” ilə danışmışlar, həmin şəxsin deməsinə görə, Səhiyyə Nazirliyinə birbaşa çıxışı vardır və Nazirliyin yuxarı vəzifəli şəxsinə ilkin olaraq 170.000 manat verilməklə onun həmin vəzifəyə təyin olunmağına köməklik edəcəkdir. O da üzərindəki 170.000 Azərbaycan manat dəyərində olan 100.000 ABŞ dolları məbləğində pul vəsaitini Kamilin yanında Orxan və Namiqə nağd olaraq vermişdir. Namiq və Orxan “ağsaqqal” kimi təqdim etdikləri şəxsin şəxsiyyəti barədə heç bir məlumat verməmişlər, həmçinin ona və Kamilə narahat olmamalarını, pulun yuxarı vəzifəli şəxsə veriləcəyini və onun tez bir zamanda X21 baş həkim vəzifəsinə təyin ediləcəyini bildirmişlər. Lakin uzun müddət keçməsinə baxmayaraq, Namiq və Orxan ağsaqqalın xaricdə olduğunu deyərək və digər müxtəlif bəhanələr gətirərək, habelə heç bir problem olmadığını, hələ xəstəxananın açılmadığını deyərək onu aldatmış, heç bir iş görməmişlər. Kamil Namiq ilə 2021-ci ilin payız və qış aylarında dəfələrlə danışdığı zaman sonuncu yalandan müxtəlif məzmunda andlar içərək 2021-ci ilin sentyabr ayından işinin hazır olduğunu, Orxanın ağsaqqalla görüşməsini, 3-5 günə əmrinin veriləcəyini demiş, Orxan da yuxarı vəzifədə işləyən ağsaqqalla görüşdüyünü və yaxın vaxtlarda onun həmin vəzifəyə təyin olunacağı vədini verərək onu aldatmışlar, lakin indiyədək nə işini düzəltmişlər, nə də pulunu qaytarmışlar. Əvvəl onun işi ilə əlaqədar əsasən Kamil danışsa da, artıq 2022-ci ilin qış-yaz aylarından etibarən özü Namiqlə və Orxanla mütəmadi olaraq əlaqə saxlamış və həmin vaxtlar da o, pul tələb etdikdə, yenə məsələni həll edəcəklərini deyib yubatmışlar. 2022-ci ilin avqust ayında Bakı şəhəri 20 yanvar dairəsi yaxınlığında Namiqlə görüşdüyü zaman sonuncu onu Ülviyyə adlı tanışı ilə görüşdürmüş, onlar həmin yerin yaxınlığındakı Mirqasımov adına xəstəxananın qarşısında yerləşən kafedə görüşmüşlər. Ülviyyənin yanında Neman adlı bir qazi və başqa xatırlamadığı bir şəxs də olmuşdur. Namiq X13 baş həkimi vəzifəsinə təyin olunmağına görə çalışdığını, lakin işi alındıra bilmədiyini, bundan sonra işi Ülviyyə xanımın həll edəcəyini, sonuncunun geniş ətrafı olduğunu və bir çox yuxarı vəzifəli şəxslərlə yaxın münasibəti olduğunu bildirmişdir. O isə açıq şəkildə Namiqin bu işə görə ondan pul aldığını və 1 ildir qaytarmadığını demişdir. Orada Ülviyyə ilə bir-birinin nömrələrini götürmüşlər. Görüş zamanı Nemanla kənarda söhbət etdikləri zaman, sonuncu ona demişdir ki, Namiq dələduzdur, Namiqə inanmasın. Həmin ay ərzində Ülviyyə və Neman ilə Qəbələ rayonu Çuxur Qəbələ kəndində görüşmüşlər. O, bildirmişdir ki, Namiq və sonuncunun FHN-də işləyən Orxan adlı dostu onu X21 baş həkim düzəltmək adı ilə 1 il əvvəl ondan pul alsalar da, heç bir iş görməmişlər, pulunu da qaytarmamışlar. Söhbət zamanı Ülviyyə özü həmin pulun 100.000 ABŞ dolları məbləğində olmasını bildiyini demişdir. Ülviyyə və Neman ona demişlər ki, Namiq dələduzdur, onun pulunu qaytaran deyil, Namiq həmin puldan torpaq sahəsinə çıxarışının düzəlməsi üçün Bəşir adlı şəxsə pul vermişdir. Ülviyyə ilə onsuz da razılaşmamışlar, birinci sadəcə Namiqin iş görmədiyini, pulunu Bəşirə verib israf etdiyini, qaytarmayacağını bildirmişdir. Ülviyyə ona həmçinin demişdir ki, birdən Namiq işi üstünə yıxar, onun pulundan özünə heç nə verilməmişdir. 2022-ci ilin sentyabr ayının əvvəllərində isə Namiq Ülviyyə ilə razılaşmadığını görüb, pulunu qaytarmamaq üçün onu Zaur adlı şəxslə tanış etmişdir. Daha doğrusu Zaur əvvəlcə ona zəng edib Namiqin tanışı olduğunu və məsələni özü həll edəcəyini demişdir. 2022-ci ilin sentyabr ayının əvvəllərində o, Kamil, Namiq və Zaur ilə Bakı şəhəri Badamdar qəsəbəsində görüşmüşlər. Görüş zamanı Namiq Zauru ona yuxarı vəzifəli şəxslərlə tanışlığı olan və iş düzəldən adam kimi təqdim etmişdir. Zaur Namiq və Kamilin yanında onun Namiqə verdiyi pulların özündə olduğunu və tanışları olan yuxarı vəzifəli şəxslərin vasitəsilə onun X21 baş həkim vəzifəsinə təyin olunması məsələsini həll edəcəyini, 15 gün ərzində əmrinin veriləcəyini bildirmişdir. Zaur görüş zamanı Orxanın pul məsələsini həll etdiyini və özünə çatan pulu qaytardığını, Orxanla işi olmamasını bildirmişdir. Zaur həmçinin bildirmişdir ki, verdiyi 170.000 manat puldan Namiqə çatan pulu sonuncu torpaq məsələsi ilə əlaqədar kiməsə vermiş və aldanmışdır, Namiq torpaq sahəsini satıb pulu verəcəkdir. Zaur özünü ona seyid kimi tanıtmış, atasının Kürdəmirin məşhur seyidlərindən olduğunu, ətrafı geniş olduğunu, yuxarı vəzifəli şəxslərlə dostluq etdiyini, camaat üçün iş düzəltdiyini və iş düzəltdikdən sonra camaatın verdiyi 3000-5000 manat pulla dolandığını bildirmişdir. Bundan sonra 1 dəfə də 2022-ci ilin sentyabr ayında Namiq və Zaur ilə Badamdar qəsəbəsində görüşmüşlər, Zaur həmin vaxt da onu xəstəxananın baş həkimi vəzifəsinə təyin etdirəcəyi barədə söz vermiş, lakin bununla bərabər, həmin pulla bu məsələnin alınmadığını, əlavə pul verməli olduğunu, məbləği sonra deyəcəyini bildirmişdir. 2022-ci ilin noyabr ayının əvvəllərində Zaur onu Səhiyyə Nazirliyinin Bakı şəhəri Nəsimi rayonunda yerləşən inzibati binasının qarşısında Rəfayıl adlı şəxslə görüşdürmüş və sonuncunun Səhiyyə nazirinin köməkçisi olduğunu bildirmişdir. Zaur ona bildirmişdir ki, onun işini DTX-nın hansısa generalına tapşırmış, sonuncu da Rəfayıl adlı şəxslə iş görməyi məsləhət bildiyini demişdir. Görüş zamanı Rəfayıl özünü ona Səhiyyə nazirinin köməkçisi kimi təqdim edib, Səhiyyə naziri ilə danışdığını və işini düzəldəcəyini bildirmişdir. O da bundan sonra Zaura inanıb onun vəzifəyə təyin olunmağı üçün yuxarı vəzifəli şəxslərə verməkdən ötrü telefon vasitəsilə tələb etdiyi 80.000 manat pulu verməyə razılaşmışdır. Zaur ondan 2022-ci ilin noyabr ayında Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsində yerləşən 69 №-li binanın qarşısında 50.000 və 30.000 manat olmaqla cəmi 80.000 manat pul almışdır. Zaur hər dəfə qeyd etdiyi pul vəsaitlərini ondan aldıqdan bir müddət sonra ona zəng edərək, həmin pulu Rəfayıla çatdırdığını bildirmişdir. Bundan sonra Rəfayıla zəng etdikdə də, sonuncu pulun çatdığını bildirmişdir. 2022-ci ilin noyabr ayında Zaurdan işin hansı səbəbdən düzəlmədiyini soruşduqda, sonuncu demişdir ki, onun əmri verilib, yaxınlarda elektron sistemə də vurulacaq. Həmin vaxtlar Zaur və Rəfayılla görüşmüşlər. Bu zaman Rəfayıl ona X13 baş həkimi vəzifəsinə keçirilməyi barədə əmri də göstərmişdir, lakin həmin sənədi ona verməmişlər. Əmrdə yazılmışdır ki, TƏBİB-in əmri ilə o, X13 baş həkimi təyin olunmuşdur. Həmin vaxt TƏBİB-in nümayəndəsi kimi kimisə çağırmışlar, o, qeyd edilən şəxsin adını xatırlamır, əmrdə icraçı kimi əlyazma ilə həmin şəxsin adı yazılmışdır.

30. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 ifadəsinə davam edərək göstərdi ki, istifadəsində ***-***-**-**, ***-***-**-** saylı, Kamilin istifadəsində ***-***-**-** saylı mobil nömrələr vardır. Namiqlə istifadəsində olan ***-***-**-** saylı, Orxanla istifadəsində olan ***-***-**-**, Zaurla istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı, Rəfayılın isə istifadəsində olan ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrlə danışıq aparmışdır. Kamil Rusiya Federasiyası vətəndaşıdır və hazırda da orada yaşayır. Şahid11 ilə 2022-ci ilin iyul və ya avqust ayında Bakı şəhərində, sonra isə Qəbələ rayonunda görüşmüşdür. Namiq onu Bakı şəhərində Ülviyyə ilə görüşdürdüyü zaman, sonuncu qəti hansısa söz deməmiş və pul tələb etməmişdir. Namiq ona demişdir ki, işini bundan sonra Ülviyyə həll edəcəkdir. Lakin Ülviyyə özü sonradan Qəbələ rayonuna gəlib onunla görüşdüyü zaman Namiqin iş düzəltmək fikrində olmadığını, onu aldatdığını, özü onun işi ilə bağlı hansısa məbləğdə pul almadığını demişdir. Həmçinin, Ülviyyə ona dediklərini sübut etmək üçün, onun yanında Namiqə zəng edib, telefonu səs ucaldan rejimə keçirmiş, onun işi ilə bağlı Namiqlə söhbət etdiyi zaman sonuncu demişdir ki, “Novruz doktorun imkanı var, yenə pul verə bilər”. Zaur əvvəlcə xx.xx.2022-ci il tarixdə ona 4098 5844 6827 6264 №-li plastik kartının şəkilini göndərmişdir. Lakin eyni gündə həmçinin, 4098 5844 6206 8154 və 4098 5844 6726 2521 №-li kartlarının şəklini göndərmişdir ki, pulları hissəvi olaraq həmin kartlara göndərsin. Lakin o, kart hesabına pul göndərməmiş, nağd olaraq 2022-ci ilin noyabr ayında cəmi 80.000 manat pulu ona vermişdir. Namiq, Orxan və Kamil ilə keçirdikləri görüşlərin əksəriyyəti Bakı şəhəri N.Nərimanov rayonu “N.Nərimanov parkı”nda yerləşən çayxanada baş verdiyi üçün şahid qismində verdiyi ifadəsində səhvən pulu həmin yerdə verdiyini göstərmişdir. 100.000 ABŞ dolları məbləğində pul vəsaitini Namiq və Orxana Bakı şəhəri Suraxanı rayonunda yerləşən “Ümid” kafesində vermişdir. Namiq və Orxan ilə tikinti aparılması ilə əlaqədar sövdələşməmişlər, belə ki, onlar heç vaxt tikinti işlərinə başlamamışlar. Zaur ilə tibbi avadanlıqlar almaq üçün sövdələşməmişlər, o, həmin şəxslərlə onun baş həkim vəzifəsinə təyin edilməsi müqabilində pul verməsi barədə razılığa gəlmişdir. Belə ki, əgər onların ifadələrində göstərdikləri kimi olsaydı, qeyd olunanlarla bağlı real hərəkətlər etmiş olardılar. Namiq və Orxan onu aldadıb dəfələrlə Bakıya gətirdikləri üçün işləmiş olduğu “Sağlam həyat” klinikasının rəhbərliyi ilə onun arasında narazılıq olmuş və işdən çıxarılmışdır.

31. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 ifadəsinə əlavə edərək göstərdi ki, hazırda Qəbələ Rayon Mərkəzi Xəstəxanasında həkim olaraq fəaliyyət göstərir. Kamil Kərimxanov qohumudur. 2015-ci ildə Qəbələ rayonu üzrə tibb sahəsi haqqında dövlət əhəmiyyətli təkliflər qəbul edilməyə başlanılmışdı və həmin zaman o da bununla əlaqədar olaraq təkliflər paketi hazırlayıb Fövqəladə Hallar Nazirliyinə təqdim etmişdi. Həmin vaxt onu şəxsən fövqəladə hallar naziri Kəmaləddin Heydərov qəbul edib təkliflər paketini təstiqləmişdir. Həmin təkliflər paketi regionun tibbi turizm baxımından inkişafı haqqında idi. Lakin sonradan müəyyən səbəblərdən dolayı layihə baş tutmadı. 2021-ci ilin yaz aylarında Kamil Kərimxanov onun həmin layihəni xatırladaraq onu Təqsirləndirilən şəxs1la tanış etdi. Bu zaman X102 Bayramovu ona “arxasıbərk” adam kimi təqdim etmişdir. O həmin vaxt Kamil Kərimxanova pulunun olmadığını bildirmiş, lakin Kamil Kərimxanov heç bir pula ehtiyac olmadığını bildirərək Təqsirləndirilən şəxs1 böyük təsirə malik olduğunu və hər bir xüsusatın Təqsirləndirilən şəxs1 tərəfindən özünün marağı çərçivəsində həll ediləcəyini ona söylədi. Sözügedən layihənin smeta daxil olmaqla, hər bir detalını zamanında özü tərtib etmişdir. Bu söhbətdən sonra o, Təqsirləndirilən şəxs1la görüşərək bütün lazımı sənədləri Təqsirləndirilən şəxs1 təqdim etmiş, sonuncu da məsələnin alınacağını bildirdi. Həmin layihə zamanında dövlət orqanları tərəfindən də təstiq edilmişdir. 2021-ci ilin iyun ayında Təqsirləndirilən şəxs1 və Kamil Kərimxanov ona layihənin alınmayacağını bildirdilər. Həmin vaxt o, ilk dəfə Təqsirləndirilən şəxs2 da gördüm. Sonradan onun Qəbələ Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin edilməyi məsələsini meydana çıxdı. Belə ki, o, daim ölkə səhiyyəsini yüksək səviyyəyə çatdırmaq arzusunda olmuş və Kamil Kərimxanov da onun bu arzusu ilə manipulyasiya etmişdir. O, qəti şəkildə Qəbələ Rayon Mərkəzi Xəstəxanasının baş həkimi olmaq istəmədiyini bildirmiş, lakin Kamil Kərimxanov fikrini dəyişdirə bilmişdir. Beləliklə, Qəbələ Rayon Mərkəzi Xəstəxanasının baş həkimi olmaq üçün ondan 100.000 (yüz min) ABŞ dolları pul istənildi, o da yenə Kamil Kərimxanovun təkidilə bunun üçün bir neçə evini satmışdır. Kamil Kərimxanov hazırda Rusiya Federasiyasının paytaxtı Moskva şəhərindədir. Bakı şəhərində o, Kamil Kərimxanov, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Afiq adlı şəxsin iştirakı ilə 100.000 (yüz min) ABŞ dolları məbləğində pul vermişdir. O, pulu verdikdən sonra Kamil Kərimxanov, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Afiq adlı şəxslə birgə Suraxanı rayonunda yerləşən bir restorana yollanmışdır. Həmin restorana onu, Kamil Kərimxanovu, Təqsirləndirilən şəxs1 və Afiq adlı şəxsi Təqsirləndirilən şəxs2 dəvət etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs2 həmin restoranın özünə aid olduğunu bildirmişdir. Həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs1 ona zəng edərək onun Təqsirləndirilən şəxs1 100.000 (yüz min) ABŞ dolları əvəzinə 98.150 (doxsan səkkiz min yüz əlli) ABŞ dolları verdiyini demişdir. Bu vaxt o, Təqsirləndirilən şəxs1 çatışmayan 1.850 (min səkkiz yüz əlli) ABŞ dolları pulu verəcəyini bildirmişdir. Bundan bir müddət sonra o, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Kamil Kərimxanov və Afiq adlı şəxs Qəbələ rayonunda görüşmüş və həmin vaxt Təqsirləndirilən şəxs2 çatışmayan 1.850 (min səkkiz yüz əlli) ABŞ dolları pulu vermişdir. O, Təqsirləndirilən şəxs2la Qəbələ rayonunda azı 10 (on) dəfə görüşmüşdür. O, bir dəfə haqlı olaraq Təqsirləndirilən şəxs2 onu hansı üsulla Qəbələ Rayon Mərkəzi Xəstəxanasının baş həkimi təyin etdirəcəyini soruşmuş, Təqsirləndirilən şəxs2 isə özünün “ağsaqqal”ının Birinci vitse-prezidentin “bir nömrəli” adamı olduğunu bildirmişdir. Prosesin bir xeyli uzandığını görüb o, bir gün Təqsirləndirilən şəxs1 “Siz də bir səhv etmisiniz, mən də bir səhv etmişəm. Mənim pulumu qaytarın, pis vəziyyətdəyəm” söyləmişdir. Bu zaman Təqsirləndirilən şəxs1 ona ən qısa zamanda pulunu qaytaracağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 onu Badamdar qəsəbəsində yerləşən bir kafedə Təqsirləndirilən şəxs3la tanış etmişdir. Həmin görüşdə Təqsirləndirilən şəxs3 da özünü ona “arxasıbərk” birisi kimi təqdim edərək onu yenə işlərimin həll ediləcəyinə inandırmışdır. Bundan bir müddət sonra Təqsirləndirilən şəxs3 ona guya Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş olan saxta bir sənəd təqdim etmişdir. Həmin sənəd onun Qəbələ Rayon Mərkəzi Xəstəxanasının baş həkimi təyin edilməsinə dair əmr olmuşdur. Sözügedən sənədin üzərində aktiv bir şəkildə fəaliyyət göstərən “QR code” belə mövcud idi. Təqsirləndirilən şəxs3 ona həmin sənədi təqdim edən zaman ondan əlavə 80.000 manat pul istəmişdir. O da həmin məbləği 30.000 manat və 50.000 manat olmaq etibarı ilə, 2 (iki) dəfəyə Təqsirləndirilən şəxs3 vermişdir. O həmin 80.000 manat pulu sələməçidən almışdır. O, Təqsirləndirilən şəxs3 özünə hansı səbəbdən dolayı əlavə 80.000 (səksən min) manat pul vermiş olduğunu soruşmuş, Təqsirləndirilən şəxs3 isə cavabında ona Qəbələ Rayon Mərkəzi Xəstəxanasının baş həkimi təyin edilməsində Dövlət Təhlükəsizliyi Xidmətində xidmət edən bir generalın müstəsna rolu olduğunu bildirərək həmin pulun həmin generala çatdığını bildirmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs3 ona dediyi sözlərə görə, həmin general bağ evində yaşamışdır. O, Təqsirləndirilən şəxs3 onu həmin generalla görüşdürməsini istəsə də, Təqsirləndirilən şəxs3 imtina etmişdir. O, 80.000 manat pulu Təqsirləndirilən şəxs3 Bakı şəhəri Zahid Xəlilov küçəsində yerləşən və bacısına məxsus olan evin həyətində vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs3 yanında öz oğlu Şahid7 olmuşdur. Təqsirləndirilən şəxs3 guya Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş olan saxta sənədi ona təqdim edən zaman Təqsirləndirilən şəxs3 yanında Heydər İlyasov da olmuşdur. Lakin həmin vaxt Heydər İlyasov özünü ona “Rəfael” adı ilə təqdim etmişdir. Bundan əlavə, Heydər İlyasov ona Səhiyyə Nazirliyinin məsul əməkdaşı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs3 həmin saxta sənədi ona Səhiyyə Nazirliyinin binasının qabağında təqdim etmişdir. Hətta həmin vaxt o, X86 Nazirliyinə daxil olmağı təklif etsə də, Heydər İlyasov buna imkan verməmişdir. O, görüşdən sonra Səhiyyə Nazirliyində Rəfael adlı məsul əməkdaşın olub-olmaması ilə maraqlanmış, həmin vaxt səhiyyə nazirinin köməkçisinin adının Rəfael olduğu ona bildirilmiş və məhz bu səbəbdən onda aldadıla biləcəyi barədə o qədər də şübhə yaranmamışdır. Təqsirləndirilən şəxs3 da Heydər İlyasovu ona Rəfael adı ilə təqdim etmişdir. O, Təqsirləndirilən şəxs5 ilk dəfə "xxxx" MMC-nin inzibati binasının 4-5-ci mərtəbəsində görmüşdür. Həmin mərtəbəyə o və Təqsirləndirilən şəxs3 birgə qalxmışlar. O və Təqsirləndirilən şəxs3 həmin mərtəbədəki bir otağa daxil olan zaman həmin otaqda Təqsirləndirilən şəxs5 və Heydər İlyasov olmuşdur. Bu zaman Təqsirləndirilən şəxs5 özünün saxta xidməti vəsiqəsini ona təqdim edərək Prezident Administrasiyasının əməkdaşı kimi təqdim etmişdir.

32. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 ifadəsinə əlavə edərək göstərdi ki, o, əvvəllər Təqsirləndirilən şəxs2 tanımamış, sonuncu ondan alınmış pulu Təqsirləndirilən şəxs1 qaytaranda, Namiq bu barədə ona məlumat verməmişdir. O, baş həkim olmaq üçün təqsirləndirilən şəxslərə pul vermişdir. Baş həkimin aylıq əmək haqqısının nə qədər olması barədə məlumatı yoxdur. O, növbəti dəfə pulu iki dəfə vermişdir. O, Təqsirləndirilən şəxs2 və ya Təqsirləndirilən şəxs1 onlara verdiyi puldan 100.000 manatı Təqsirləndirilən şəxs3 vermələrini deməmişdir. O, Təqsirləndirilən şəxs4 əvvəllər tanmamış, ona hər hansı məbləğdə pul verməmiş, pul verdikdə, həmin pulun bölüşdürülməsi, pulların alınması barədə Təqsirləndirilən şəxs4 adını kimdənsə eşitməmişdir. Onu ilk dəfə Təqsirləndirilən şəxs3 Heydər İlyasovla birlikdə Rufan ilə tanış etmişlər. O, Rufana pulun verilməsini görməmiş, lakin Təqsirləndirilən şəxs3 və Heydər İlyasov bildirmişlər ki, “Rufan "xxxx"-də işləyir”, yəni Rufan bu məsələdə həlledici rol oynayır. O, Zaura 80.000 manat pulu sonradan vermiş, Zaur ona “əmrin alınmasını mən həll edəcəm.” demişdir. Rufan ona saxta sənədi göstərmiş və o da məhz həmin sənədə inanıb, 80.000 manat pulu Təqsirləndirilən şəxs3 vermişdir. "xxxx"-ə məxsus 593 saylı saxta əmr ona göstərilmiş, lakin ona verilməmişdir. O həmin əmrin şəklini çəkmək istəsə də, ona həmin əmrin şəklini çəkməyə icazə verməmişlər. O, Təqsirləndirilən şəxs4 gördükdən sonra onun sözlərində stabillik olmadığını hiss etmiş və bundan sonra Təqsirləndirilən şəxs4 ortadan çıxartmışlar. Saxta əmri ona Rufan, Zaur və Heydər təqdim etmişdir. Təqsirləndirilən şəxs5 hər hansı məbləğdə pul verməmişdir. Təqsirləndirilən şəxs3 həmişə deyirdi ki, “pul məndədir, nə vaxt istəsəniz həmin pulu qaytara bilərəm”. O isə Zaura “pulu qaytar” deyəndə Zaur mövqeyini dəyişərək deyirdi ki, “pulun bir hissəsi filankəsdədir, digər hissəsi filankəsdədir və bu kimi sözlər”. Yəni o, Təqsirləndirilən şəxs3 pulunu tələb etməyə başlayanda sonuncu hər dəfə müxtəlif bəhanələr gətirirdi. Təqsirləndirilən şəxs1la barışmır. Təqsirləndirilən şəxs1 tərəfindən ona 70.000 manat pul ödənilmişdir, lakin o, Təqsirləndirilən şəxs1la barışmır. O, Təqsirləndirilən şəxs4 heç bir məbləğdə pul verməmiş, sonuncunu üst-üstə 2 (iki) dəfə görmüş, Təqsirləndirilən şəxs4la görüş zamanı sonuncu ona “bütün işləri həll etmişəm, oradan sizin barənizdə qərar verilib, bu isə qərarın surətidir”.demişdir. Təqsirləndirilən şəxs4 ikinci dəfə ona sənədi təqdim etdikdən sonra o, 80.000 manatı vermişdir. Rufan ona saxta sənədi göstərməsəydi o, ikinci dəfə 80.000 manat pulu verməyəcəkdi. Hazırda bütün təqsirləndirilən şəxslərdən şikayətçidir və mülki iddiasının təmin edilməsini xahiş edir.

33. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 2022-ci ilin may ayından etibarən dostu və şəriki Şahid1 ilə birlikdə müxtəlif qurumlara məxsus olan yararsız metalların alışı və satışını həyata keçirmişdir. Rəsmiləşdirmə işləri isə Valehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olduğu "xxxx" MMC vasitəsilə həyata keçirilmişdir. Valehin əmisi oğlu Şahid2 da onların fəaliyyətindən xəbərdar olmuşdur. 2022-ci ilin noyabr ayının sonlarında Samir Valehə bildirmişdir ki, FHN-də şöbə müdiri vəzifəsində işləyən tanışı Təqsirləndirilən şəxs2 Elxan oğlu geniş əlaqələri olan şəxsdir və onun hər yerdə tanışı vardır. Valeh də Samirdən xahiş etmişdir ki, nümayəndəsi olduğu "xxxx" MMC tərəfindən "xxxx" ASC-nin balansında olan dəmir su borusunun Göyçay rayonu Qaraməryəm kəndindən keçən hissəsinin demontaj olunması ilə əlaqədar ASC-dən icazə alınmasında köməklik etməsi üçün Orxanla əlaqə yaratsın. Samir də Orxanın nömrəsini Valehə vermiş və onlar danışmışlar. Valeh işləri barədə Orxana demiş, sonuncu isə ASC-nin balansında olan 28,72 km uzunluğunda dəmir boru xətlərinin "xxxx" MMC tərəfindən demontaj edilməsinə köməklik edə biləcəyini demişdir. Orxanla Valeh telefonla əvvəlcədən danışsalar da, ilk dəfə 2022-ci ilin noyabr ayının sonlarında Bakı şəhəri Xətai rayonunda yerləşən ofis kimi istifadə olunan “Titanik” kimi tanınan binanın qarşısında görüşmüş, sonra da Heydərin ofisinə qalxıb sonuncu ilə görüşmüşlər. Valehin ona deməsinə görə görüş zamanı Heydər İlyasov özünü "xxxx" şirkətinin rəhbərinin köməkçisi kimi təqdim etmiş və tanışları olan ASC-nin və ƏMDX-nin yuxarı vəzifəli şəxslərinə 500.000 manat pulun rüşvət qismində verilməsi müqabilində qeyd olunan dəmir su borusunun demontaj edilməsinin "xxxx" MMC-yə həvalə edilməsi məsələsində köməklik edəcəyini bildirmişdir. Bundan sonra, Valeh yoxlanması üçün "xxxx" MMC-nin Nizamnaməsi və digər sənədlərini Orxana təqdim etmişdir. Bundan bir neçə gün sonra Valeh "xxxx" adlı restoranda Orxan, Heydər və Rasim adlı şəxslərlə görüşmüşdür. Valehin deməsinə görə Rasim adlı şəxs kostyumda və səliqəli geyimdə, üzü təraş olunmuş vəziyyətdə görüşə gəlmiş, vəsiqəsini təqdim edərək, ASC-nin Satınalma şöbəsinin müdiri olduğunu demişdir. Orada Rasim ASC-nin blankı olan sənəddə möhürlə təsdiq olunmuş xəritələri göstərərək, borunun keçdiyi ərazilər barədə məlumat vermiş və qalan sənədlərin hazırlanması və məsələnin müsbət həlli üçün ASC-nin yuxarı vəzifəli şəxslərinə pul verilməli olduğunu bildirmişdir. Heydər İlyasov da ASC-nin sədri tərəfindən müvafiq əmr imzalanacağını, həmin əmr imzalandıqdan sonra ilkin olaraq 100.000 manat, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən silgi aktı verildikdən sonra isə qalan 400.000 manat olmaqla, ümumilikdə 500.000 manat məbləğində pul vəsaitinin verilməli olduğunu bildirmişdir. Valehlə əvvəlcədən razılaşdığı kimi, o da hazırda 500.000 manat pulun olmadığını, əmr imzalandıqdan sonra həmin məbləğin 250.000 manat hissəsinin, işə başladıqdan sonra da qalan hissənin veriləcəyini bildirmişdir. Orxan, Heydər və Rasim də Valehlə razılaşmışlar. Bundan sonra xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nizami rayonu ərazisində Orxan Valeh və onunla görüşmüş, orada Orxan qeyd edilən boru xətlərinin demontaj edilməsinin "xxxx" MMC-yə həvalə edilməsi haqqında ASC-nin adından olan xx.xx.2022-ci il tarixli əmri, ərazinin sxemini və QR kodu ona və Valehə göstərmiş və 250.000 manat pul verildikdən sonra həmin sənədləri verəcəyini demişdir. Həmin vaxt QR kodu yoxlamış və əmrin internet linkində çıxdığını görmüşdür, lakin nə qədər xahiş etsə də, Orxan sənədi verməmiş və şəklini də çəkməyə qoymamışdır. Bunun səbəbini onunla izah etmişdir ki, Heydər danışılan pulun 250.000 manat hissəsi verilməyənədək sənədin də verilməyəcəyini demişdir. xx.xx.2022-ci il tarixdə Valeh ilə birlikdə Bakı şəhəri Nizami rayonunda yerləşən “Su səsi” şadlıq sarayında Orxanla görüşmüş və bu zaman qeyd olunan işin müsbət həlli üçün Valeh onun yanında ilkin olaraq onun özünə məxsus 100.000 manat pulu nağd olaraq Orxana təqdim etmişdir. xx.xx.2022-ci il tarixdə Orxan Valehə zəng edərək bildirmişdir ki, Heydərin ona deməsinə görə ASC-nin adını demədiyi qadın əməkdaşına təcili olaraq 15.000 manat pul lazımdır, Valeh də bu barədə ona bildirmişdir. O da üzərindəki 14.960 manat dəyərində olan 8.800 ABŞ dolları məbləğində pul vəsaitini Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “Arzu” restoranının yaxınlığında Orxana nağd olaraq vermişdir, sonuncu isə deməsinə görə qeyd edilən pulu H.Əliyev adına sarayın yaxınlığında bir qadınla görüşərək ona təqdim etmişdir. Bundan sonra Heydər Orxana bildirmişdir ki, sözügedən əmrdən çıxarışın verilməsindən ötrü "xxxx" MMC adından ASC-yə sorğu ünvanlanmalıdır, yalnız bundan sonra həmin əmr rəsmi məktubla Cəmiyyətə təqdim ediləcəkdir. Bundan sonra Valehin xahişi ilə MMC rəhbərliyi ASC-yə xx.xx.2022-ci il tarixli sorğu ünvanlamış və xx.xx.2022-ci il tarixdə məktub çatdırılmışdır. Bundan təxminən 1-2 gün sonra Valeh ofisə gedib orada Heydər və Rasimlə görüşmüş, sonuncu Heydərin yanında Valehə MMC-nin məktubunu təqdim edərək, həmin məktubda səhvlik olduğunu, lakin həll edəcəyini və məktuba cavab veriləcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə o, Valehi ASC-nin fəaliyyət göstərdiyi "xxxx" adlı inzibati binanın qarşısına gətirmiş, həmin yerdə Valehin yanında Orxana iki nəfər zərf vermişdir. Lakin həmin yerdən bir qədər uzaqda olduğu üçün həmin şəxsləri görməmişdir. Orxanla vidalaşdıqdan sonra Valeh ona demişdir ki, Orxan sənədi onun yanında iki nəfərdən almışdır, o da sənədin şəklini çətinliklə də olsa çəkmişdir. Həmin məktubda Göyçay rayonu Qaraməryəm kəndi ərazisində yerləşən uzunluğu 28,72 km olan boru xətlərinin demontaj işlərinin aparılmasının öz vəsaiti hesabına 1 il müddətinə "xxxx" MMCyə həvalə edilməsi göstərilmişdir. Bundan sonra, 2022-ci ilin dekabr ayının ortalarında, təxminən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nizami rayonu Babək prospektində yerləşən “Sərin” restoranında Valeh Orxan, Heydər və Rasim ilə görüşü zamanı, Heydər sənəd məsələlərinin Rasim tərəfindən tam olaraq hazırlanacağını, 250.000 manat puldan qalan məbləğin düzəldilməsini bildirmişdir. Bir neçə gün sonra Valeh "xxxx" restoranında Orxan, Heydər və Rasim ilə təkrar görüşmüş, həmin gün Cavid adlı başqa bir şəxsi də iş görən kimi Valehə təqdim etmişlər. Valehin ona deməsinə görə, Cavid özünü əvvəllər ƏMDX-nin əməkdaşı olmaqla hazırda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının əməkdaşı kimi təqdim etmişdir və Cavid də üzü təraş olmuş vəziyyətdə, səliqəli geyimdə olmuş, vəsiqəsini təqdim edərək Valehi inandırmışdır. Görüş zamanı Cavid ƏMDX-nin yuxarı vəzifəli şəxslərinə xahiş edəcəyini və silgi aktını alacağını demişdir. Təxminən xx.xx.2022-ci il tarixdə Valehi “Titanik” adlanan binaya aparmış və dayanacaqda gözləmişdir. Bir qədər sonra Orxan və Valeh gəlib maşına oturmuş və işin hazır olduğunu demişlər, Valeh sənədi artıq götürmüş və maşındakı ona məxsus 118.320 manat dəyərində olan 69.600 ABŞ dolları məbləğində pulu götürüb Orxanla birlikdə maşından çıxmış, Heydərin maşınına tərəf getmişlər. X135 və İlqarın yanında Heydərə həmin pulu nağd olaraq paketdə verdiyini görmüşdür. X118 və İlqarla, o da Valehlə birlikdə oradan uzaqlaşmışlar. Maşında Valeh ona demişdir ki, Cavid də ofisdə olmuş, söhbət etmişlər. Həmin vaxt Heydərgil “Mersedes S-klass” markalı avtomobildə gəlmişlər. xx.xx.2022-ci il tarixdə Valeh Heydərin verdiyi əmr və digər sənədlərlə birlikdə Göyçay rayon İcra Hakimiyyətinə müraciət etmiş, qəbul zamanı həmin sənədlərin surətlərinin saxta olması bildirilmişdir. Bundan sonra, o və Valeh Heydər, Orxan, Cavid ilə Bakı şəhəri Xətai rayonunda yerləşən "xxxx" restoranında görüşmüşlər. Valeh sənədin saxta olduğunu dedikdə, Heydər sənədin saxta olmadığını, xx.xx.2023-cü il tarixdə silgi aktının da hazır olacağını bildirmiş, bununla razı olmadığı halda isə həmin tarixdə 233.000 manat pulu geri qaytarmağa hazır olduğunu demişdir. Cavid də Heydərin dediklərini eynilə təsdiq etmişdir. Qeyd etdiyi şəxslərin hamısını Valeh vasitəsilə tanımış, həmin şəxslərlə əvvəllər tanışlığı, şəxsi və ya qərəzli münasibəti olmamışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs2 ona vurulmuş ziyandan 32000 manat hissəsinin Təqsirləndirilən şəxs2 tərəfindən ödənildiyini, qalan hissəsinin isə ödənilmədiyini, onun əsas şikayət etdiyi şəxsin Heydər İlyasov olduğunu, qalan pullarının da məhz Heydər İlyasovda olduğunu, bu səbəbdən hazırkı iş üzrə təqsirləndirilən şəxslərdən şikayət və ya tələbi olmadığını, onları bağışladığını və onlarla barışdığını bildirdi.

34. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 2022-ci ilin may ayından etibarən "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsidir. Cəmiyyətin əsas fəaliyyət istiqaməti qara metalın alışı və satışından ibarətdir. O, müxtəlif qurumlara məxsus olan yararsız metalların alışı və satışında Cəmiyyətin səlahiyyətli nümayəndəsi kimi iştirak etmişdir. Əldə edilmiş gəlir əlavə xərclər çıxıldıqdan sonra Cəmiyyətlə onun arasında bölünmüşdür. Həmin işlərdə metalın doğranması, daşınması və digər hərəkətlər onun tərəfindən icra edilmişdir. "xxxx" MMC isə yalnız rəsmiləşdirmə işini görmüşdür. 2022-ci ilin noyabr ayının sonlarında əmisi oğlu Şahid2 vasitəsilə Fövqəladə Hallar Nazirliyinin X103 Xidmətində şöbə müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə tanış olmuşdur. Orxanla aralarında aparılan danışıq zamanı, o "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi kimi qara metalın alışı və satışını həyata keçirdiyini demiş, Orxan isə "xxxx" ASC-nin X55 İdarəsinin balansında olan 28,72 km uzunluğunda dəmir materialdan olan yararsız boru xətlərinin "xxxx" MMC tərəfindən demontaj edilməsinə köməklik edə biləcəyini demişdir. 2022-ci ilin noyabr ayının sonlarında Bakı şəhəri Xətai rayonunda yerləşən ofis kimi istifadə olunan “Titanik” kimi tanınan binanın qarşısında Orxanla görüşüb, sonra sonuncunun dəvəti ilə 5-ci mərtəbəyə qalxmışlar. Orada Orxanın göstərdiyi otağa daxil olmuşlar və X48 ilə görüşmüşlər. Heydər İlyasov özünü "xxxx" şirkətinin rəhbərinin köməkçisi kimi təqdim etmiş və tanışları olan ASC-nin və ƏMDX-nin yuxarı vəzifəli şəxslərinə 500.000 manat pul müqabilində qeyd olunan dəmir boru xəttinin demontaj edilməsi işinin "xxxx" MMC-yə həvalə edilməsi məsələsində köməklik edəcəyini bildirmişdir. Heydər və Orxan həmin məbləğin müəyyən hissəsinin dövlət rüsumu kimi ödəniləcəyini, qalan məbləğin isə rüşvət kimi müxtəlif şəxslərə çatacağını demişlər. Bundan sonra yoxlanması üçün "xxxx" MMC-nin Nizamnaməsi və digər sənədlərini Orxana təqdim etmişdir. Bundan bir neçə gün sonra, 2022-ci ilin noyabr ayının sonlarında "xxxx" restoranında Orxan, Heydər və Rasim adlı şəxslərlə görüşmüşdür. Rasim adlı şəxs kostyumda səliqəli geyimdə vəsiqəsini təqdim edərək, "xxxx" ASC-nin Satınalma şöbəsinin müdiri olduğunu demişdir. Orada Rasim ASC-nin blankı olan sənəddə möhürlə təsdiq olunmuş xəritələri göstərərək, borunun keçdiyi ərazilər barədə məlumat vermiş və bildirmişdir ki, qalan sənədlərin hazırlanması və demontaj işinin aparılmasının onun nümayəndəsi olduğu şirkətə həvalə olunmasına razılıq verilməsi üçün ASC-nin yuxarı vəzifəli şəxslərinə pul verilməlidir. Heydər İlyasov da qeyd olunan yararsız boru xəttinin demontaj edilməsinin "xxxx" MMC-yə həvalə edilməsi barədə ASC sədri tərəfindən əmr imzalanacağını, həmin əmr imzalandıqdan sonra ilkin olaraq 100.000 manat, ƏMDX tərəfindən silgi aktı qəbul edildikdən sonra isə qalan 400.000 manat pul vəsaitinin nağd olaraq veriləcəyini, beləliklə ümumilikdə 500.000 manat məbləğində pul vəsaitinin verilməli olduğunu bildirmişdir. O, hazırda 500.000 manat pulunun olmadığını, əmr imzalandıqdan sonra həmin məbləğin 250.000 manat hissəsini, işə başladıqdan sonra qalan hissəni verəcəyini bildirmişdir. Həmin şəxslər onunla razılaşmışdır. Bundan sonra o, şəriki Zərərçəkmiş şəxs2 və Orxan xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nizami rayonu “Neftçilər” metrostansiyasının yaxınlığında görüşmüşlər, orada Orxan qeyd edilən boru xətlərinin demontaj edilməsinin "xxxx" MMC-yə həvalə edilməsi haqqında ASC-nin rəhbərliyi adından tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 1148-0969-22 nömrəli əmri, ərazinin sxemini və QR kodu ona göstərmiş və 250.000 manat pul verildikdən sonra həmin sənədləri ona verəcəyini demişdir. Həmin vaxt QR kodu yoxlamış və əmrin təsvir olunduğunu görmüş, xx.xx.2022-ci il tarixdə o, şəriki Zərərçəkmiş şəxs2 ilə birlikdə Bakı şəhəri Nizami rayonunda yerləşən “Su səsi” şadlıq sarayında Orxanla görüşləri zamanı, qeyd olunan işin müsbət həlli üçün ilkin olaraq 100.000 manat pulu nağd olaraq Orxana təqdim etmişdir. xx.xx.2022-ci il tarixdə Orxan ona zəng edərək bildirmişdir ki, Heydərin ona deməsinə görə, ASC-nin adını demədiyi qadın əməkdaşına təcili olaraq 8.800 ABŞ dolları, yəni 14.960 manat pul verilməlidir. O da öz növbəsində Rəşata zəng edib bu barədə demişdir. Həmin vaxt Rəşat Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “Arzu” restoranının yaxınlığında Orxanla görüşərək 8.800 ABŞ dolları məbləğində pul vəsaitini nağd olaraq Orxana vermiş, sonuncu isə deməsinə görə qeyd edilən pulu H.Əliyev adına sarayın yaxınlığında bir qadınla görüşərək ona təqdim etmişdir. Bundan sonra Heydər Orxana bildirmişdir ki, sözügedən əmrdən çıxarışın verilməsindən ötrü "xxxx" MMC adından "xxxx" ASC-yə sorğu ünvanlanmalı, yalnız bundan sonra həmin əmr rəsmi məktubla Cəmiyyətə təqdim ediləcəkdir. X125 Həsənov vasitəsilə ona bildirdikdən sonra o, "xxxx" MMC adından ASC-yə sorğu ünvanlamış, xx.xx.2022 və ya xx.xx.2022-ci il tarixdə ofisdə Rasim və Heydər ona MMC-nin məktubunu təqdim edərək, həmin məktubda səhvlik olduğunu, lakin həll edəcəyini və məktuba cavab veriləcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə Orxanla birlikdə ASC-nin fəaliyyət göstərdiyi "xxxx" adlı inzibati binanın qarşısına getmişlər. Həmin vaxt o və Orxan aşağıda gözləmiş, ASC-nin iki əməkdaşı aşağı düşüb Orxanı gördükdə, onlardan biri, yəni bir qədər ucaboylu, arıq və bığlı olan şəxs “Orxan nətərsən?” deyə soruşmuş, lakin Orxan onlara onu tanımamaları ilə bağlı işarə etdikdən sonra münasibətini tamamilə dəyişərək, “Heydər müəllimin tapşırdığı adamlar kimlərdir?” deyə soruşmuşdur. Onlar yaxınlaşdıqda, həmin şəxs zərfi təqdim etmiş və surətlə uzaqlaşmışlar, o həmin şəxslərin qəribə davranış sərgiləmələrindən şübhələnmişdir. Həmin şəxslər uzaqlaşdıqdan sonra Orxan zərfi açdıqda ASC-nin sədri adından imzalanmış və möhürlənmiş xx.xx.2022-ci il tarixli, 4117-8397/22 nömrəli məktubu çıxarıb ona təqdim etmişdir. O, məktubu tələb etdikdə, Orxan Heydərin pul verildikdən sonra məktubun veriləcəyini deməsini bildirmişdir. Lakin Orxanın icazəsi ilə məktubun şəklini çəkmişdir. Həmin məktubda Göyçay rayonu Qaraməryəm kəndi ərazisində yerləşən uzunluğu 28,72 km olan boru xətlərinin demontaj işlərinin aparılmasının öz vəsaiti hesabına 1 il müddətinə "xxxx" MMC-yə həvalə edilməsi göstərilmişdir. Bundan sonra, təxminən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nizami rayonu Babək prospektində yerləşən “Sərin” restoranında o Orxan, Heydər və Rasim ilə görüşü zamanı, Heydər sənəd məsələlərinin Rasim tərəfindən tam olaraq hazırlanacağını, 250.000 manat puldan qalan məbləğin düzəldilməsini bildirmişdir. Bir neçə gün sonra "xxxx" restoranında o Orxan, Heydər və Rasim ilə təkrar görüşmüş, Rasim oradan getdikdən qısa müddət sonra Cavid adlı şəxs gəlib özünü əvvəllər ƏMDX-nin əməkdaşı olmaqla hazırda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının əməkdaşı kimi təqdim edib xidməti vəsiqəsini təqdim etmişdir. Cavidin üzü təraş olmuş vəziyyətdə olmaqla səliqəli geyimdə - kostyum və qalstukda olmuşdur. Görüş zamanı Cavid ƏMDX-nin yuxarı vəzifəli şəxslərinə xahiş edəcəyini və silgi aktını alacağını demişdir. Təxminən 20-xx.xx.2023-cü il tarixləri arasında ofisdə o, Orxan, Heydər və Cavid ilə görüşmüş, o Heydərdən sənədləri tələb etdikdə, Cavid sənədlərin verilməməsini təkidlə Heydərdən tələb etmiş, lakin Heydər pul verildiyi təqdirdə sənədi verəcəyini demişdir. O, pulun hazır şəkildə maşında olduğunu dedikdə, bundan sonra ofisin yerləşdiyi binanın həyətində avtomobildə olan təxminən 69.600 ABŞ dolları, yəni 118.320 manat pulu nağd şəkildə Orxanın və İlqarın yanında Heydərə vermişdir. Həmin vaxt Rəşat da öz maşınında, yəni pulu götürdüyü maşında olmuş və pulun verilməsini görmüşdür. Daha sonra Orxan və Heydər sonuncuya məxsus “Mersedes” markalı, **-PC-*** dövlət qeydiyyat nömrəli avtomobilə əyləşib həmin yerdən uzaqlaşmışlar, qeyd edilən avtomobili Heydərin sürücüsü İlqar idarə etmişdir. xx.xx.2022-ci il tarixdə qeyd olunan əmr və digər sənədlərlə Göyçay rayon İcra Hakimiyyətinə müraciət etmiş, orada həmin sənədlərin surətlərinin saxta olması bildirilmişdir. Bundan sonra Orxan və Heydər ilə əlaqə saxlamış, sonuncu anlaşılmazlıq olduğunu, tezliklə yeni sənəd verəcəyini bildirmişdir. O da bununla bağlı Bakı şəhərinə gəlib, Heydər, Orxan, Cavid və Rəşatla Bakı şəhəri Xətai rayonunda yerləşən "xxxx" restoranında görüşmüşlər. Heydər sənədin saxta olmadığını, xx.xx.2023-cü il tarixdə silgi aktının da hazır olacağını bildirmiş, bununla razı olmadığı halda isə həmin tarixdə 233.000 manat pulu geri qaytarmağa hazır olduğunu demişdir. Cavid də həmin faktı təsdiq etmişdir.

35. Şahid qismində dindirilmiş Şahid1 ifadəsinə davam edərək göstərdi ki, qeyd olunan dəmir materialdan olan yararsız su borusunun demontaj olunması işlərinin aparılmasının "xxxx" MMC-yə həvalə olunması müqabilində o və Zərərçəkmiş şəxs2 verdiyi cəmi 233.280 manat məbləğində pul vəsaiti şəriki Zərərçəkmiş şəxs2 məxsusdur. xx.xx.2022-ci il tarixdə, saat 10 radələrindən 12 radələrinə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs2la "xxxx"nin inzibati binasının qarşısına getdikləri zaman, sonuncu mobil telefon vasitəsilə onlara sənəd gətirməli olan ASC işçiləri ilə danışmışdır. Lakin Orxanın konkret olaraq kiminlə danışmasını bilməmişdir. Bundan başqa, ASC işçiləri gələnədək o, yaxınlıqda ayaqyoluna getdiyi müddət ərzində Orxanın başqa kiminləsə danışıbdanışmamasını bilməmişdir. Həmin tarixdə onlara zərf vermiş şəxslər özlərini ASC əməkdaşı kimi təqdim etmişlər. xx.xx.2023-cü il tarixdə Heydərlə danışıq apardığı zaman sonuncu silgi aktının xx.xx.2023-cü il tarixdə hazır olacağını bildirmişdir. Həmin tarixdə silgi aktı hazır olmadığından, 233.000 manat pulun geri qaytarılmasını tələb etmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə Ceyhun adlı bir şəxs onunla əlaqə saxlayıb bildirmişdir ki, Heydərin xalası oğludur və xx.xx.2023-cü il tarixə kimi silgi aktının Heydər tərəfindən verilməsinə cavabdehdir. Ceyhunla aralarında olan razılığa əsasən, sonuncu 50.000 manat məbləğində pulu və Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində özünə məxsus 0,68 ha torpaq sahəsini onun mülkiyyətinə keçirəcək və xx.xx.2023-cü il tarixə qədər sənədlər qaydasında olmadığı təqdirdə qeyd olunan pul vəsaiti və əmlak onun olacaqdır. Lakin Ceyhun sözünə əməl etməmişdir. Daha sonra Zaur adlı şəxs onun şəriki Rəşatla əlaqə saxlamış və xahiş etmişdir ki, bu barədə X71na şikayət etməsin, qısa müddət ərzində pul geri qaytarılacaqdır. Sonradan ona məlum olmuşdur ki, Zaur “Mercedes” markalı, **-PC-*** dövlət qeydiyyat nömrəli avtomobilin sahibidir. Orxan 233.000 manat puldan 32.000 manatının ona çatdığını, həmin məbləği geri qaytarmağa hazır olduğunu bildirmiş, xx.xx.2023-cü il tarixdə 10.000 manat pulu Bakı şəhəri Nizami rayonu Bakı metropoliteninin “Qara Qarayev” stansiyası yaxınlığında ona vermişdir, bununla bağlı səs yazılarını təqdim etmişdir. "xxxx" MMC-nin adından "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 039/22 nömrəli məktubun sözügedən quruma çatması ilə bağlı xx.xx.2022-ci tarixli teleqram Bakı şəhəri 29 saylı poçt şöbəsi tərəfindən ona təqdim edilmişdir. xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı nömrədən ona məxsus ***-***- **-** mobil nömrəsinə zəng edən şəxs özünü "xxxx" ASC-nin əməkdaşı Sevda kimi təqdim edib, həmin məktubu nə etməli olduğunu soruşmuşdur. O isə öz növbəsində həmin məktubu ASC-nin rəhbərliyinə çatacağını bildirmişdir. Sevda adlı şəxs isə məktubda “münasibətdə” sözünün olduğunu, buna görə də həmin məktubu rəhbərliyə təqdim edilməsinin mümkünsüzlüyünü bildirərək bunun aydınlaşdırılmasını xahiş etmişdir. O bu barədə Orxana məlumat vermiş, lakin növbəti gün ASC rəhbərliyinin adından imzalanmış və möhürlənmiş xx.xx.2022-ci il tarixli, 4117-8397/22 nömrəli, Göyçay rayonu Qaraməryəm kəndi ərazisində yerləşən uzunluğu 28.72 km olan boru xətlərinin demontaj işlərinin aparılmasının "xxxx" MMC-yə həvalə edilməsi məzmunlu məktub ona və Orxana təqdim edilmişdir.

36. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu Şahid1la oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq edərək əlavə olaraq göstərdi ki, “Neftçilər” metrostansiyasının yaxınlığında restoran işlədir və FHN-də işləyən Təqsirləndirilən şəxs2la həmin restoranda tanış olmaqla yaxşı münasibəti yaranmışdır. Əmisioğlu Şahid1 dəmirin demontajı ilə məşğuldur. Şahid1 Təqsirləndirilən şəxs2la o tanış etmişdir. Heydər İlyasovu tanımır, lakin onun adını Təqsirləndirilən şəxs2 tanışı kimi eşitmişdir. Şahid1 Təqsirləndirilən şəxs2 və İlyas Heydərovla nə iş gördüyünü bilmir, o sadəcə olaraq Təqsirləndirilən şəxs2la Şahid1 tanış etmişdir. Şahid1la Təqsirləndirilən şəxs2 tanış olmasında təşəbbüskar olmuşdur. Şahid1 Zərərçəkmiş şəxs2 adlı dostunun olmasını bilsə də, həmin şəxsi tanımır. Təqsirləndirilən şəxs2 dəmir işinə nə aidiyyatının olduğunu bilmir. Lakin Təqsirləndirilən şəxs2 FHN-də işlədiyindən hər yerdə əlaqəsinin ola biləcəyini düşünmüşdür. O, Zərərçəkmiş şəxs2la Şahid1 dost olduğunu bilmiş, sonradan onların həm də şərik olduğunu bilmişdir.

37. Məhkəmədə şahid qismində dindirilmiş Şahid13 məhkəməyədək icraat zamanı videokonfrans əlaqə sistemindən istifadə edilməklə verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, zərgərlik fəaliyyətilə məşğul olur. Təqsirləndirilən şəxs3la yaxınlığı var, Təqsirləndirilən şəxs1la isə dostdur. Təqsirləndirilən şəxs2 sonradan tanımışdır. Zərərçəkmiş şəxs1 hansısa işlə bağlı problem olduğunu bilmiş, lakin məsələnin əvvəldən nə olmasını bilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs3la görüşərək ona həmin məsələdə köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. Zərərçəkmiş şəxs1 işilə bağlı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 arasında hansı söhbətlərin olduğunu dəqiq bilmir. Lakin Təqsirləndirilən şəxs1la birgə pul vəsaitini aparıb Təqsirləndirilən şəxs3 vermişdir. Təqsirləndirilən şəxs3 3 (üç) dəfəyə ümumi olaraq Namiq Byramovla birgə 100.000 manat pul vəsaiti vermişdir. O, Təqsirləndirilən şəxs1la birgə Qəbələ rayonunda 1 (bir) dəfə olmuşdur. Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs1 Qəbələ rayonunda görüşmüşlər. Daha sonra Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs1 birgə “ASAN Xidmət” mərkəzinə getdilər. Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs1 arasında borc müqaviləsi bağlanmalı idi. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 pulu Badamdar qəsəbəsində vermişdir. Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs1 arasında hansı işlərin aparıldığını bilmir. Qəbələ rayonuna Təqsirləndirilən şəxs1la birgə yollanmağında məqsəd, avtomobili idarə etmək olmuşdur. O, Zərərçəkmiş şəxs1 cəmi 1 (bir) dəfə, Qəbələ rayonunda görmüşdür. O, özünü heç bir vaxt Zərərçəkmiş şəxs1 təqdim etməmişdir. Təqsirləndirilən şəxs1 2022-ci ilin sentyabr-oktyabr aylarında Bakı şəhəri Badamdar qəsəbəsi ərazisində hissə-hissə olmaqla cəmi 100.000 manat pulu onun yanında Təqsirləndirilən şəxs3 nağd olaraq vermişdir.

38. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, X48 ilə 2000-ci ildə tanış olmuşdur. Belə ki, Heydərlə yaxın ərazidə yaşadığı üçün sonuncu ilə tanışlığı yaranmış, sonradan bu münasibət dostluğa çevrilmişdir. Heydərin ona deməsinə görə, sonuncunun rəsmi dövlət işi olmamış, bizneslə məşğul olmuşdur. Heydərin hansı maddə ilə təqsirləndirilməsini bilməsə də, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməsini, lakin sonradan bəraət almasını özündən eşitmişdir. 2022-ci ilin dekabr ayının əvvəllərində Heydər ***-***-**-** mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edərək, Bakı şəhərində olmadığını, buna görə də özünə çatmalı olan 5.800 ABŞ dolları məbləğində pulu götürməsini və Bakı şəhərinə gəldikdən sonra ona verməsini xahiş etmişdir. Heydər pulu onun yaşadığı binanın həyətinə gətirəcəklərini demişdir. O da Heydərlə razılaşmışdır və qısa müddət sonra hazırda xatırlamadığı nömrədən ona zəng gəlmiş, o “burdasız ?!, düşürəm” demiş, qarşı tərəf isə “bəli xanım gözləyirəm” demişdir. Binanın həyətinə endikdə, xarici görünüşünü tam xatırlamadığı bir kişi ona 5.800 ABŞ dolları məbləğində pul vermişdir. Təxminən 2-3 saat sonra Heydər onun yaşadığı binanın həyətinə gəlib ondan 5.800 ABŞ dolları məbləğində pulu almışdır. Həmin pulun hansı məqsədlə Heydərə verilməsindən, Heydərin həmin pulu hara verməsindən məlumatı olmamışdır. Rasim adlı şəxsi tanımır, "xxxx" ASC-də işləyən hər hansı tanışı yoxdur. Təxminən 3 gün bundan əvvəl Heydər İlyasovla ***-***-**-** mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi “whatsapp” şəbəkəsi vasitəsilə danışıq aparmış, sonuncuya Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dəvət edildiyini bildirib bunun səbəblərini soruşduqda, Heydər onun üçün heç bir problem olmadığını və gedib izahat verməsini bildirmiş, özünün isə harada olması, nə işlə məşğul olması barədə məlumat verməmişdir. Təqsirləndirilən şəxs5, Şahid16, Ofelya Əliyeva və Zaur adlı şəxsləri tanımır.

39. Verilən suallara cavab olaraq Şahid6 ifadəsinə əlavə edərək göstərdi ki, Heydər İlyasov ona zəng edərək Bakıda olmadığını və Təqsirləndirilən şəxs2 özünə pul vəsaiti verməli olduğunu bildirmişdi. Daha sonra Heydər İlyasov ona həmin pul vəsaitini Təqsirləndirilən şəxs2 götürə bilməyəcəyini, Təqsirləndirilən şəxs2 evinin yaxınlığında yaşadığını, əlaqə nömrəsini Təqsirləndirilən şəxs2 verdiyini və pul vəsaitini Təqsirləndirilən şəxs2 götürməsini ondan xahiş etmişdir. Bundan sonra o, X87 Həsənovun kim olduğunu soruşmuş, Heydər İlyasov isə ona Təqsirləndirilən şəxs2 FHN əməkdaşı olduğunu bildirmişdir. Daha sonra o, Heydər İlyasovun xahişini yetirə yetirərək Təqsirləndirilən şəxs2 pul vəsaitini təhvil alıb 1-2 (bir-iki) saatdan sonra Heydər İlyasova təhvil vermişdir. Heydər İlyasovu 20 (iyirmi) ildən uzun müddətdir tanıyıram. Korrupsiya qarşı mübarizə idarəsinə onu dəvət edənədək Heydər İlyasovun məhbusluq həyatı yaşamasını bilməmişdir. Heydər İlyasovu sonuncu dəfə 2022-ci ilin noyabr ayında görmüşdür. Heydər İlyasova təhvil vermiş olduğu pul vəsaitinin ümumi məbləği 5.800 ABŞ dolları olmuşdur. Təqsirləndirilən şəxs4 Heydər İlyasovu tanıdıqdan 1-2 (bir-iki) ay sonra tanımışdır. Heydər İlyasovla arasında olan münasibətlər yalnızca dostluq münasibətləri olmuşdur. X88 Frişman adına saxta Ukrayna pasportu olmuşdur. Həmin pasportu o, Heydər İlyasovla birgə X9 şəhərində olan zaman təsadüfən masanın üzərində görmüşdür. Həmin pasport mavi rəngdə idi. Heydər İlyasov bir neçə dəfə mobil telefonu ilə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4la əlaqə yaratmışdır. Bildiyinə görə Heydər İlyasov Azərbaycan Respublikasını 1 yanvar 2023-cü il tarixdə tərk edib İstanbul şəhərinə getmişdi. Bundan sonra o, X56 şəhərində 1-2 (bir-iki) dəfə görüşmüşdür.

40. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, "xxxx" ASC-nin Ümumi şöbəsinin baş mütəxəssisi kimi işi sənədlərin qəbulu, elektron sənəd dövriyyəsinə salınması, göndərilməsi və s. ibarətdir. ASC Hökumət evinin inzibati binasının 5-ci mərtəbəsində yerləşir. ASC-yə daxil olmuş xəbərnaməli məktublar inzibati binanın birinci mərtəbəsində "xxxx" MMC-nin əməkdaşı tərəfindən binada yerləşən qurumların işçilərinə imza etməklə təqdim edilir. ASC-yə ünvanlanmış məktublar adətən onun tərəfindən götürülür. "xxxx" MMC-nin adından ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 039/22 nömrəli məktub ona təqdim edilmiş, həmin məktub poçt vasitəsilə daxil olmuş, sadəcə olaraq məktubda göstərilən xx.xx.2022-ci il tarixli əmr mövcud olmadığından, habelə məktubun məzmunu düzgün yazılmadığından, dəqiqləşdirmək üçün ASC-nin ***-***-**-** saylı xidməti nömrəsindən məktubdakı ***-***-**-** saylı mobil nömrəyə zəng etmişdir. Zəngə cavab verən şəxsə özünü təqdim etmiş, daha sonra həmin şəxsdən məktubda qeyd olunan əmrin mövcud olmadığını bildirmiş və dəqiqləşdirmək üçün əmrin nömrəsini soruşmuşdur. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Heydər İlyasov, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, İlqar Novruzzadə, Fikrət Zeynalov, Şahid3, Vaqif Meydanov, Şahid16, Şahid7, Şahid1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Şahid4 adlı şəxsləri tanımır. xx.xx.2022-ci il tarixli əmrin qeyd olunduğu məktubla bağlı ***-***-**-** saylı mobil nömrəyə zəng edib danışıq apardıqda, zəngə cavab verən şəxs “belə də olmalıdır” deyə bildirmiş, o da məruzə etməsi üçün həmin sənədi qovluğun üstünə qoymuşdur. Lakin növbəti gün səhər radələrində bir nəfər təxminən 40 yaşlarında, qaraşın, bəstəboy və səliqəli geyimdə olan şəxs yaxınlaşaraq həmin sənədin işlədiyi "xxxx" MMC-yə məxsus olduğunu bildirmiş və düzgün formada yazıldıqdan sonra məktubu gətirəcəyini bildirərək, MMC-nin onda olan məktubunu istəmişdir. O da MMC əməkdaşı ilə danışmasını və məktubun düzgün tərtib edilmədiyini bildirməsini xatırladığı üçün, həmin şəxsin MMC əməkdaşı olduğunu zənn edərək sənədi həmin şəxsə vermişdir. Sonradan öyrənmişdir ki, X55 İdarəsindən onlara "xxxx" MMC ilə əlaqədar sənədlər daxil olmuş və həmin sənədlərin saxta olduğu müəyyən edilmişdir. Bu zaman anlamışdır ki, ASC adından saxta sənədlər tərtib edilmişdir. Lakin həmin sənədlərin kim, yaxud kimlər tərəfindən və hansı şəraitdə hazırlanmasını, eləcə də, başqa qanunsuz əməllərinin olub-olmamasını bilməmişdir.

41. Məhkəmədə şahid qismində dindirilmiş "xxxx" ASC-nin Ümumi şöbəsinin aparıcı məsləhətçisi Şahid10 Şahid9 ilə əsasən eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdikləri xüsusatları özünə aid hissədə təsdiq etdi.

42. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 məhkəməyədək icraat zamanı ayrılmış cinayət işi üzrə müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində, eləcə də şahid qismində verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, hazırda Bakı istintaq təcridxanasında saxlanılır. Təqsirləndirilən şəxs1 2021-ci ilin dekabr ayından tanımışdır. Belə ki, həmin ərəfələrdə Bəşir adlı tanışı Namiqin torpaq sahəsinə ƏMDX-dən çıxarış alması üçün sonuncudan xeyli miqdarda pul aldığını, lakin işi görə bilmədiyini bildirmiş və ondan Novruza işini həll etməsi barədə vəd verməsini xahiş etmişdir. Bundan sonra o, Bəşir və Namiq ilə görüşmüş, o Namiqin işini həll edəcəyini bildirmişdir. Həmin vaxt istifadəsində olan ***-***-**-** və ya ***-***-**-** saylı mobil nömrələr vasitəsilə Namiq ilə sonuncunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə mütəmadi olaraq danışıqlar aparmışdır. ***-***-**-** saylı mobil nömrəsilə qeydiyyatdan keçdiyi “whatsapp” hesabı vasitəsilə də Namiqlə əlaqə saxlamışdır. 2022-ci ilin avqust ayında Namiqlə razılaşmışdır ki, Bakı şəhəri 20 yanvar dairəsi yaxınlığında görüşsünlər. Həmin ərəfələrdə Təqsirləndirilən şəxs1 ona demişdir ki, onu Qəbələdə yaşayan Novruz həkim ilə görüşdürəcək, Novruz adlı şəxsdən baş həkim işinə düzəltmək adı ilə aldığı 100.000 ABŞ dolları məbləğində pul vəsaitini öz torpağının sənədləşməsi üçün xərcləmiş, pulun bir hissəsini də Bəşirə vermişdir. Namiq həmçinin demişdir ki, Novruzdan alıb əksər hissəsini Bəşirə verdiyi 100.000 ABŞ dolları məbləğində pul vəsaitini batırmışdır və xahiş etmişdir ki, Novruzdan işə düzəlməsi üçün əlavə 80.000 manat məbləğində pul alsın və elə görüntü yaratsın ki, guya bu iş 250.000 manata başa gəlir, əvvəlcədən aldığı 170.000 manat pul da bağlansın. Namiqlə uzun müddət ünsiyyət saxladığı üçün danışıq aparmağı qəbul etmişdir. 20 yanvar dairəsi yaxınlığındakı görüşə tanışı Şahid12 da gəlmişdir. Novruz həkimi ilk dəfə Namiqin yanında görüb tanımışdır. Qeyd etdiyi ərazidə "xxxx" ASC-nin inzibati binası ilə üzbəüz yerləşən adını xatırlamadığı kafedə o, Neman, Namiq və Novruz görüşmüşlər. Söhbət əsnasında öyrənmişdir ki, Novruz Qəbələ rayonunda yaşayır və hansısa müəssisədə həkim işləyir. O, kafedə Novruz həkim və Namiq ilə söhbət etdiyi zaman, Novruz Namiqə bildirmişdir ki, onu baş həkim vəzifəsinə qoymaq üçün pulunu alsa da, işini uzun müddətdir düzəltməmişdir. Namiq isə Novruz həkimə pul aldığı zaman söz verdiyi baş həkim vəzifəsinə təyin olunması məsələsini həll edəcəyini, narahat olmamasını, bundan sonra bu işə onun köməklik edəcəyini bildirmişdir. Bir müddət sonra Namiq və Novruz həkim sonuncunun siqaret çəkməsi ilə əlaqədar çölə çıxıb söhbətləşdikləri zaman Nemanla təklikdə olduqları vaxt sonuncuya demişdir ki, Namiqin ona deməsinə görə o, Novruzdan 100.000 ABŞ dolları məbləğində pul vəsaitini alaraq, sonuncuya yuxarı vəzifədə işləyən tanışları vasitəsilə Qəbələ xəstəxanasına baş həkim təyin olunmasına köməklik edəcəyi barədə vəd vermiş, lakin Namiq Novruzu aldadıb pulunu xərclədiyi üçün indi ondan istifadə etmək və aldığı pulu onun üstünə atmaq istəyir, bunlardan qorxur. Sonradan Namiqlə mobil telefon vasitəsilə danışıq apardığı zaman sonuncuya Novruzun pulunu yediyini, özü isə heç nə edə bilməyəcəyini, onu bu işə calamamasını, bu işdən uzaq tutmasını demiş, Namiq isə batdığını, pullarının Bəşirdə olduğunu, Novruzun pulunun da çox olduğunu, onun da Novruzdan əlavə pul almasını istədiyini demişdir. Lakin o, təkrar olaraq imtina etmişdir. Sonradan Novruz həkimlə mobil telefon vasitəsilə danışıq aparmış, hətta onunla görüşüb söhbət etmiş və Novruz həkim demişdir ki, Namiq və dostu Orxan onu X21 baş həkim vəzifəsinə təyin olunmasına köməklik etməsi adı ilə 100.000 ABŞ dolları məbləğində pulu 1 il əvvəl, yəni 2021-ci ilin avqust ayında almışlar. O isə Novruza bildirmişdir ki, Namiqdən pul gözləməsin, sonuncu həmin pulların əksəriyyətini işinin düzəlməsi üçün Bəşirə vermişdir, ona isə bununla bağlı heç bir pul vəsaiti verilməmişdir, Bəşir pulu qaytarmadığı üçün Namiq pulu qaytara bilmir, bundan sonra da əlavə pul almaq istəyir. Bəşir əvvəlcədən pulların əksər hissəsini alıb onun adından istifadə etdiyi üçün, Namiqin də Novruz doktordan aldığı pulu ona verdiyini deyib məsuliyyətdən yayınmasından ehtiyat etmiş, ona görə də, Novruz doktora hər şeyi bildirmişdir. Bundan sonra Novruz həkimi görməmiş və onunla əlaqə saxlamış, həkimdən kiminsə pul almasının şahidi olmamışdır. Neman uzaq qohumudur, 2022-ci ilin təxminən mart-aprel aylarından etibarən onu daha yaxından tanımış, aralarındakı razılığa əsasən, rayonlara səfər etdiyi zaman Neman onu idarə etdiyi ağ rəngli “X136” markalı xatırlamadığı dövlət qeydiyyat nömrəli avtomobil ilə sürücü kimi onu müşayiət etmişdir. Buna görə Nemana benzin sərfiyyatından asılı olaraq hər dəfə 100-200 manat pul vermişdir. Təqsirləndirilən şəxs3, X48, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Şahid14 oğlunu tanımır. Lakin Təqsirləndirilən şəxs2 adını eşitmiş, Novruz həkimin Nemanın yanında ona deməsinə görə, Namiq və sonuncunun FHN-də işləyən Orxan adlı dostu Novruz həkimi X21 baş həkim vəzifəsinə düzəltmək adı ilə aldadıb 2021-ci ilin yay ayında sonuncudan pul almışlar. Həmçinin Namiq də ona demişdir ki, Orxanla birlikdə Novruz həkimdən sonuncunu baş həkim vəzifəsinə düzəltmək adı ilə 100.000 ABŞ dolları məbləğində pul almışlar. Zərərçəkmiş şəxs1 baş həkim vəzifəsinə təyin olunması ilə əlaqədar sonuncudan və ya qeyrisindən maddi və s. nemət almamışdır. O, özü Namiqin bu fikrindən imtina etmiş və Novruz həkimə bütün həqiqətləri bildirmişdir.

43. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2013-cü ildən ***-***-**-** saylı mobil nömrəni, 2018-ci ildən ***-***-**-** saylı mobil nömrəni istifadə edir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Heydər İlyasov, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, İlqar Novruzzadə, Fikrət Zeynalov, Vaqif Meydanov, Şahid16, Sübhan Şirinov, Təbriz Dadaşov, Şahid7, Şahid1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 adlı şəxsləri tanımır. Şahid3 15-20 ildir tanıyır, əslən Gəncə şəhərindəndir, əvvəllər Gəncə şəhər prokurorluğunda hansısa vəzifədə işləmişdir. O, Mətləb ilə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bir yerdə təhsil almışdır. 2022-ci ilin oktyabr ayında Mətləb cəzadan azad olduqdan sonra bir neçə dəfə görüşmüşlər. 2022ci ilin dekabr ayında Mətləb ona zəng edib "xxxx"nin qarşısından sənəd götürməsini xahiş etmişdir. Növbəti gün tanışı Şahid5 ilə Nərimanov rayonunda görüşməli olduğundan, sonuncunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib "xxxx"nin qarşısına gəlməsini demişdir. Mətləb ona sənəd veriləcək şəxsin nömrəsini əvvəlcədən vermiş, o da həmin vaxt nömrəsi birtərəfli bağlı olduğundan, tanışı Əliağanın telefonu ilə hazırda xatırlamadığı, lakin həmin vaxt Mətləbin verdiyi nömrəyə zəng etmişdir. Cavab verən şəxs "xxxx"nin qarşısına çatmaqda olduğunu bildirmişdir. Təxminən 1 saat sonra həmin şəxs qeyd olunan yerə gəlmiş, Mətləb əvvəlcədən təlimat verdiyi üçün o, "xxxx"nin qarşısında olan biri mülki vətəndaş, digəri isə FHN-in xidməti formasında olmaqla iki nəfərə yaxınlaşıb görüşmüş və sonuncuya məktubun ona çatmalı olub-olmadığını soruşmuş, xidməti formada olan şəxs də təsdiq etdiyindən, zərfi həmin şəxsə təqdim etmişdir. Əliağa isə onu bir qədər aralıda gözləmişdir, o da Əliağa ilə birlikdə tələsik yolu keçmişdir ki, maşınlar gəlməmiş yolu keçə bilsinlər. Məktubun məzmunu barədə də xəbərsiz olmuş, sadəcə Mətləbin ona verdiyi zərfdə məktub olduğunu və zərfi açmamalı olduğunu bilmişdir. Məktubu çatdırması müqabilində ona hər hansı məbləğdə pul vəsaiti verilməmişdir. Şahid3, Təqsirləndirilən şəxs2 və ya qeyrilərinin hər hansı qanunsuz hərəkət edib-etməməsi barədə məlumatı olmamışdır.

44. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 Şahid4 ilə əsasən eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində özünə aid xüsusatları təsdiq etdi.

45. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid12 ifadəsi elan edilərək tədqiq edilmiş onun Şahid11 ilə əsasən eyni məzmunlu ifadə verməsi müəyyən edilmişdir (Cild 2, i.v. 14-19;).

46. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid7 məhkəmədə yaxın qohumu olan atası Təqsirləndirilən şəxs3 əleyhinə ifadə və suallara cavab verməkdən imtina etdiyindən onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş və o həmin ifadəsində göstərmişdir ki, atası Təqsirləndirilən şəxs3, anası X26, qardaşı Caner, həmçinin nənəsi Nazilə ilə birlikdə Bakı şəhəri Səbail rayonu Badamdar şoşşesi 34 ünvanda yerləşən fərdi yaşayış evində kifayədə yaşayır. Fiziki şəxs kimi avtomobil icarəsi və ya alqı-satqısı ilə məşğuldur. ***-***-**-** saylı nömrəni təxminən 5 il, ***-***-**-** saylı mobil nömrəni isə təxminən bir ildir istifadə edir. Atası Təqsirləndirilən şəxs3 istifadəsində təxminən 5 ildir ki, ***-***-**-** saylı və 1-2 ildir ***-***-**-** saylı mobil nömrələr vardır. Atası Zaur 2016-cı ilin noyabr ayında Natiq adlı tanışına məxsus külli miqdarda pul vəsaitini ələ keçirdiyinə görə Bakı şəhər Xətai rayon polis idarəsinin İstintaq şöbəsi tərəfindən tutulmuş və barəsində Xətai rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il tarixli hökmü ilə atası Zaur külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsi ilə əlaqədar 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, sonradan ayrı-ayrı məhkəmələr tərəfindən həmin cəza azaldılmış, 2021-ci il tarixdə isə cəzası 6 il 6 ay müddətinə endirilmiş və xx.xx.2021-ci il tarixdə azad olunmuşdur. 2023-cü ilin fevral ayının sonları və ya mart ayının əvvəllərində atası Zaurun əslən Naxçıvan bölgəsindən olan Namiq adlı tanışı istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** və ya ***-***-**-** saylı mobil nömrəyə zəng edərək, onun atası ilə əlaqə saxlaya bilmədiyini, ona görə atası Zaurun verdiyi həmin nömrəyə zəng etdiyini, Novruz həkimin şikayət etdiyini, vəziyyətin qarışıq olduğunu demiş, o da atasına xəbər edəcəyini, əlaqə saxlamasını deyəcəyini bildirmişdir. O həmin vaxtadək atası Zaurun yanında olduğu zaman Namiqi görsə də, sonuncu ilə ilk dəfə həmin vaxt telefonla əlaqə saxlamışdır. X126 danışıqlarından anlamışdır ki, Novruz həkimlə bilmədiyi məsələ barədə sövdələşmişlər və aralarında pul məsələsi olmuş, doktor da onlara vaxt verməmiş və şikayət etmişdir. Verilən suallara cavab olaraq Şahid7 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının İstanbul şəhərində olmuş, həmin yerə Türkiyə Respublikasından Rusiya Federasiyasına geyim və s. şeylər alıb göndərmək barədə razılaşmaq üçün getsə də, həmin işi alınmamış və geri qayıtmışdır. Atası Zaur ürək çatışmazlığı və şəkərli diabet xəstəliklərindən əziyyət çəkdiyindən, sonuncunu uzaq məsafədə olan yerlərə özü aparmışdır. 2022-ci ilin avqust ayının sonlarında atası Zaur Namiq adlı şəxslə Novruz adlı həkimin pul məsələsi barədə danışmış və ona Qəbələ rayonuna getməsini bildirmişdir. O da satış üçün almış olduğu “Mercedes S klass” markalı **-PC-*** dövlət qeydiyyat nömrəli avtomobil ilə atası Zauru Qəbələ rayonuna aparmışdır. Lakin Novruz həkimlə görüş alınmamış, atası Zaur da görüşlərinin alınmadığını demiş və onlar Bakı şəhərinə qayıtmışlar. Bu vaxtadək Namiq və Orxanı tanımamışdır. Rayondan qayıtdıqdan sonra atası Zauru əslən naxçıvanlı olan Namiq və sonuncunun FHN-də işləyən dostu olan Orxan adlı şəxslərlə Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində yerləşən “Kəhrəba” restoranında baş tutan görüşə aparmışdır. Lakin özü heç vaxt görüşlərdə iştirak etməmiş və atası Zaurun tanışları ilə oturmamış, görüşlər zamanı da atasını çöldə gözləmiş, yaxud da öz işlərini həll etmək üçün başqa yerə getmişdir, bu səbəbdən də görüşlər zamanı söhbətlərinin məzmunu barədə xəbərsiz olmuşdur. Atası Zauru tanışları Namiq və Orxanla görüşməsi üçün 2022ci ilin sentyabr ayında 2-3 dəfə “Kəhrəba” restoranına aparmış, lakin evə yaxın olduğundan, bəzən atası həmin yerə özü yeriyərək də getmişdir. Təqsirləndirilən şəxs2la 1 və ya 2 dəfə telefon danışığı olmuş, həmin vaxt da sonuncu onun atasının səhhəti barədə maraqlanmışdır. Atası Zaurun 2-3 dəfə Namiq və Orxanla görüşməsindən sonra onu Novruz həkimlə də eyni çay evinə görüşə aparmışdır. Təxminən 5-6 il bundan əvvəl X48 ya Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən Bakı istintaq təcridxanasında, yaxud da hansısa cəzaçəkmə müəssisəsində atası Zaurla bir yerdə cəza çəkmiş, atası vasitəsilə o da Heydəri tanımışdır. Heydər azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu vaxtlar, sonuncuya bağlama və ya pul aparmış, Heydərin anasına da bir neçə dəfə dərman almışdır. Buna görə də Heydərlə münasibəti yaranmışdır. Heydərlə ilk dəfə 2022-ci ilin yaz aylarında Bakı şəhəri Yasamal rayonunda "xxxx" QSC-nin “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığındakı “Hüseyn Cavid” parkında görüşmüş, həmin vaxtlar Heydər avtomobili icarəyə vermək üçün iş görmək istədiyini bildirmişdir. O, Heydərə məsələhətləşməsi üçün həmin sahədə mütəxəssis olan xatırlamadığı tanışlarının nömrəsini vermişdir. Heydərlə başqa şəxsi və ya qərəzli münasibəti yoxdur və ya olmamışdır. Heydərin istifadəsində olan ***-***-**-** və ya ***-***- **-** saylı mobil nömrələrlə əlaqə saxlamışdır. Danışıqlarının məzmunu da əsasən, Heydərin avtomobil icarəyə götürüb iş görmək barədə ondan məsələhət istəməsi ilə bağlı olmuşdur. Heydər İlyasovun məşğuliyyəti barədə dəqiq məlumatı olmamış, özü ona deməsinə görə savadlıdır, ali təhsilli hüquqşünasdır, yuxarı vəzifəli şəxslərlə əlaqəsi olmuş, lakin hansısa səhvi ucbatından onlardan uzaqlaşmışdır. Heydər İlyasovla onun arasında borc və ya sair münasibətlər olmamışdır. Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 adlı şəxsləri tanımır. Atası Zaur 500 manatdan çox pul çıxarda bilməməsi və ya başqa hansısa hansısa texniki problemdən dolayı Heydərlə danışmış və sonuncu evinin yaxınlığındakı bankomatdan artıq pul çıxartmağın mümkün olduğunu bildirmişdir. Buna görə də atası Zauru "xxxx"ın 28 May metrostansiyası yaxınlığında yerləşən filialına aparıb həmin filialdakı bankomatdan pul çıxartmışlar. X127 Respublikasında dost-tanışı çox olsa da, həmin ölkədə biznes fəaliyyəti olmamışdır. X104 İrfan adlı tanışı vardır, lakin onların dostluq münasibətləri olsa da, biznes fəaliyyətlərinin olduğunu eşitməmişdir. Atası Təqsirləndirilən şəxs3 Türkiyə Respublikasında hər hansı tanışı ilə borc, pul və sair mülki münasibətlərinin olub-olmaması barədə məlumatı yoxdur. Heydər uzun müddətdir Azərbaycandan çıxmış, atası Zaurdan eşitdiyinə görə Gürcüstan, Türkiyə və ya ABŞ-dadır. Atası Təqsirləndirilən şəxs3 ürək çatışmazlığı olduğu üçün üzərində xx.xx.2023-cü il tarixdə “Kəpəz” hospitalda cərrahiyyə əməliyyatı aparılmış, 4 gün sonra evə buraxılmış, sonra ev şəraitində olsa da müalicəsi davam etdirilmişdir (Cild 3, i.v. 68-78;)

47. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsi tərəflərin vəsatəti əsasında elan edilərək tədqiq edilmiş və o həmin ifadəsində göstərmişdir ki, avtomobillərin icarəsi ilə əlaqədar təsis edilmiş “Luxer Rentacar” adlı şirktədə işləyir, həmin şirkətin ofisi ünvan 14 ünvanda inşa edilmiş yaşayış binasının 1-ci mərtəbəsində yerləşir. Həmçinin lizinq müqaviləsi bağlamaqla "xxxx" ASC şirkətindən avtomobilləri lizinqə götürüb başqa şəxslərə icarəyə verməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdadır. 2022-ci ilin avqust və ya sentyabr aylarında X48 işlədiyi ofisə gələrək, əvvəlcə “Mercedes G550” markalı ağ rəngli **-JM-*** dövlət qeydiyyat nömrəli avtomobili 2 gün ərzində icarəyə götürüb idarə etmiş, xx.xx.2022-ci il tarixdə isə “X148 Rover” markalı **-AF-*** dövlət qeydiyyat nömrəli avtomobili icarəyə götürmüşdür. Əvvəlcə Heydər “Range Rover” markalı avtomobili günü 250 manat icarə haqqı ödəməklə idarə etməsi barədə onunla razılaşmış, lakin 10 gün sonra Heydər ona bildirmişdir ki, həmin avtomobili almaq istəyir. Aralarındakı razılığa əsasən, Heydər bir ay ərzində 18.000 ABŞ dolları və ya 30.600 manat məbləğində pulu ödəməklə, o lizinq alan tərəf kimi adına rəsmiləşdirilmiş həmin avtomobili eyni qaydada Heydərin adına rəsmiləşdirəcək. Çünki buna görə özü də 18.000 ABŞ dolları məbləğində pul xərcləmişdir. Lakin Heydər vədinə əməl etməmiş, xx.xx.2022ci il tarixdə 2.000 manat, xx.xx.2022-ci il tarixdə 7.000 manat, xx.xx.2022-ci il tarixdə 1.000 manat, 2022-ci ilin oktyabr ayının 24 və ya 25-i tarixdə 3.600 manat və 2022-ci ilin dekabr ayının ortalarında və ya sonlarında 3.000 ABŞ dolları məbləğində pul vəsaitlərini ona nağd olaraq vermiş, Heydər lizinqin aylıq ödənişlərini də ödəmiş, o isə Heydərin ödədiyi pul vəsaitlərini həmin tarixlərdə də "xxxx" şirkətinə ödəyib qəbzləri Heydərin özünə vermişdir. Heydər həm hər dəfə ödəniş etdikdə, həm də həmin gün əlində cibindən çox miqdarda pullar çıxarmışdır. Sonuncu dəfə ödəniş edəndə də, Heydər cibindən qalın pul topası çıxardıb, hazırda 50.000 manat pulunun hazır olduğunu, lakin xaricdən protein gətizdirməkdən ötrü pula ehtiyacı olduğunu, hələ ki, 3.000 dollarla kifayətlənməsini, sonradan gətirdiyi proteinləri dərhal satıb pul aldıqdan sonra pulu verəcəyini demiş, o da razılaşmışdır. Həmin avtomobilin lizinq ödənişlərini Heydər ödəmiş, lakin Heydər lizinq yolu ilə alması barədə razılaşdığı “Range Rover” markalı avtomobili ölkədən çıxartdığı və ödəniş etmədiyi üçün xx.xx.2022-ci il tarixdə növbəti 4.100 manat ödənişi özü ödəmişdir. Bundan sonrakı ödəmələrin aparılması isə avtomobilin oğurlanması barədə müraciəti nəzərə alınaraq dayandırılmışdır. Heydər ona lizinqin ilkin ödənişi kimi 30.600 manat pul əvəzinə cəmi 18.700 manat ödəmiş, 11.900 manat borcu qalmışdır. Heydərin istifadəsində ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı nömrələri olmuşdur. Lakin 4-5 gün sonra Heydərin maşını oğurlayıb ölkədən çıxmasını öyrəndiyi üçün, o özü də Heydəri axtarmağa başlamış və bununla bağlı maşının lizinq yolu ilə alınmasına dair rəsmiləşdirmə işlərinin aparıldığı “Bank BTB”-yə məlumat vermişdir. Bank tərəfindən maşın axtarışa verilmiş, özü də bununla bağlı vəkilə müraciət etmiş və bütün X71na məlumat vermişdir. Maşın axtarışa verildikdən təxminən 2-3 həftə sonra və Heydər Gürcüstan Respublikasının dövlət sərhədindən keçib Türkiyə Respublikasının ərazisində daxil olduqdan bir müddət sonra avtomobil Türkiyə Respublikasının polis əməkdaşları tərəfindən saxlanılmış, Heydər isə qaçıb gizlənmişdir. Maşın saxlanıldıqdan təxminən 2 saat sonra Heydər Gürcüstan Respublikasının mobil operatoruna məxsus +995 55 *** **** saylı nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək, başına iş gəldiyini, onu aldatmayacağını, işi olduğu üçün Türkiyəyə getdiyini, orada ərəblərlə biznesi olduğunu, yanına qohumunu göndərəcəyini və borcunu ödəyəcəyini bildirmişdir. Həmin vaxtlar o, öyrənmişdir ki, Heydər onun adına rəsmiləşdirilmiş “Range Rover” markalı avtomobili işlədiyi "xxxx" MMC-nin adına saxta sənəd düzəldərək ölkə sərhədindən kənara çıxarmağa müvəffəq olmuşdur. Qeyd edilən avtomobilin oğurlanması faktı üzrə hazırda DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işinin istintaqı aparılır. Heydər hər dəfə ofisə ya bir nəfər adını xatırlamadığı qadınla, ya da İlqar adlı tanışı ilə gəlmişdir. Həmçinin, Heydər 2-3 dəfə avtomobilin icarə haqqını ödəməyi yubatdığı zamanlarda, əsasən 2022-ci ilin oktyabr ayının sonlarında onun Təqsirləndirilən şəxs3 adlı tanışı 3-4 dəfə gələrək, ortaq işləri olduğunu demiş və işləri alındıqdan sonra, Heydərin ödəniş edəcəyinə dair vəd vermişdir. Zaur istifadəsində olan ***-***-**-** saylı nömrədən ona zəng edib bu barədə xahiş də etmişdir. Heydərin ödəməli olduğu ilkin lizinq ödənişlərdən birini Zaur etmiş, ödənişlərin əksəriyyəti 2022-ci ilin oktyabr ayında edilmişdir. Əlövsət, Rufan, Cavid, Namiq, Orxan, Novruz, Rəşat, Valeh, Aqşin, Ceyhun və Fikrət adlı şəxsləri tanımır. Heydərin avtomobil oğurlamasından başqa qanunsuz hərəkət etməsi barədə məlumatı yoxdur (Cild 3, i.v. 272-282;).

48. Məhkəməyədək icraat zamanı videokonfrans əlaqə sistemindən istifadə edilməklə şahid qismində dindirilmiş Şahid14 ifadəsi tərəflərin vəsatəti əsasında məhkəmədə elan edilməklə tədqiq edilmiş və onun Zərərçəkmiş şəxs1lə əsasən eyni məzmunlu ifadə verməsi, ifadəsində sonuncunun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etməsi müəyyən edilmişdir (Cild 2, i.v. 31-37;).

49. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsi tərəflərin vəsatəti əsasında elan edilərək tədqiq edilmiş və o, ifadəsində göstərmişdir ki, əvvəllər ***- ***-**-** saylı nömrəni istifadə etsə də, hazırda həmin nömrəni istifadə etmir. ***-***-**-** saylı mobil nömrəni xx.xx.2022-ci il tarixdə cəzadan vaxtından əvvəl azad olunduğu andan və ***-***-**-** saylı mobil nömrəni 10 ildən çoxdur ki istifadə etməkdədir. X34 2012-ci ildən etibarən tanımışdır. Heydər ona özünü "xxxx" şirkətinin işçisi kimi təqdim etmişdir. 2013-cü ildə Heydər onu dostu X33 ilə tanış etmiş, sonuncunun əslən Tovuzlu olduğunu, liftlərin satışı ilə məğul olan hansısa şirkətdə menecer işlədiyini demişdir. 2022-ci ilin noyabr ayının ortalarında Heydər istifadəsində olan ***-***-**-** saylı nömrədən onun istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng edib, axşam görüşməyi təklif etmişdir. O, Heydərlə bir neçə dəfə görüşmüş, görüşlər zamanı Heydər ona idarə etdiyi “X148 Rover” markalı avtomobilin yük hissəsində saxladığı noutbuk, sarı rəngli jiletka və dəbilqəni göstərərək, həqiqətən "xxxx" şirkətində işə götürüldüyünü, aya 5.000-6.000 manat məbləğində əmək haqqı aldığını demiş, həmçinin ona bildirmişdir ki, “özünü yaxşı aparsan, sənə də bir iş verib əlini çörəyə çatdıraram”. Bir müddət sonra Heydərlə Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən “Kəhrəba” restoranında görüşmüş, Heydər onu Zaur adlı şəxslə tanış etmiş və dostu olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs3 ona demişdir ki, “əlimizdə yaxşı işlər var, adət-ənənə var, türmədən təzə çıxmısan, sənə təzə telefon alacam”. Çölə çıxdıqları zaman Zaurun “Mercedes Benz E200” markalı qara rəngli avtomobili olduğunu öyrənmişdir. Heydər Zaurun yanında ona demişdir ki, özünü yaxşı aparsa, onun da altında maşın olacaqdır. Zaur da bildirmişdir ki, əla işlər var, hər şey yaxşı olacaq. Bundan sonra Heydər “Range Rover” markalı avtomobilə, Zaur da “Mercedes Benz S klass” markalı avtomobilə əyləşmiş və oradan ayrılmışlar. O, Heydərlə getmiş, sonuncu ona Zaurla bir yerdə cəza çəkdiyini, 5-6 ildir tanış olduqlarını demiş, həmçinin bildirmişdir ki, “Zaurda temalar var, mən də o temaları yüksək səviyyədə həll edib pulumuzu qazanırıq, sən də həll elə, səndə də olsun”. Bu zaman Heydər əlindəki biri “iphone11” və biri “iphone12” olmaqla iki ədəd mobil telefonu, həmçinin telefonlardan birinin ekranını açıb mobil bank tətbiqetməsindəki hesabda olan 6.000 manat pulu göstərib demişdir ki, “hesabımda bundan az pul olmur. Səni çağırdım ki, mən elə-belə oğlan deyiləm, ətrafımı görəsən, yaxın günlərdə partladacam, yaxşı işlərdən birindən külli pul gələcək, Göyçayda yaxşı temamız var, demək olar ki mənlikdir, 3-4 günə də sənə pul verəcəm”. Sonradan öyrənmişdir ki, Zaur “S klass” və “E klass” markalı avtomobilləri “Xətai metrostansiyası”nın üstündəki “Dəmirçi Plaza” adlı binanın 7-ci mərtəbəsindən lizinqə götürmüş və hər iksinə təxmini olaraq aylıq cəmi 6.000 manat pulu lizinq ödənişi qismində ödəmişdir. 2022-ci ilin dekabr ayının əvvəllərində o, Heydərlə Bakı şəhər Nərimanov rayonu, M.Araz küçəsində yerləşən “Avesta” adlı binanın yaxınlığındakı kafedə görüşmüş, orada Heydərin yanında İlqar və Rufan adlı şəxslər olmuşdur. Həmin vaxt Heydər ona “otur tema var, izah edəcəm, 300-500 manat yox, 10.000 manat pul götürəcəksən” demişdir. Heydər danışığına davam edərək, “Meliorasiyaya qardaşımız Zauru təyin ediblər, bütün boru işləri onluqdur, Orxan adlı tanışı adam gətirib, guya Göyçaydakı su borusunun doğranılması onların şirkətinə veriləcək, sən Dövlət Şəhərsalma Arxitektura Komitəsinin inzibati binasının 2-ci mərtəbəsində Orxan və yanındakı adamla görüşməlisən, özünü Meliorasiyanın vəzifəli şəxsi kimi təqdim etməlisən, Meliorasiyanın möhürlü sənədləri var, hər şeyi həll etmişəm, bircə görüş keçirib, bir dəfə müraciəti ilə əlaqədar, bir dəfə də hazır sənədlərə görə Orxanın gətirdiyi adamdan pul alınmalıdır” deyə bildirmişdir. Oradan ayrılıb Rufanla birlikdə taksi ilə yol getdiyi zaman, sonuncu Meliorasiya adından olan həmin sənədləri özü hazırladığını, proqramist olduğunu, konfranslarda da çıxış etdiyini bildirmişdir. Növbəti gün Heydər ona zəng edərək təcili olaraq qeyd olunan sənədləri Meliorasiyanın yerləşdiyi "xxxx"nin qarşısında FHN-in xidməti formasında olacaq Orxan adı şəxsə çatdırmaq lazım olduğunu, 500 manat verəcəyini demişdir. O da kiməsə deyəcəyini bildirmişdir. Bundan sonra o, tanışı Əli ilə bu barədə danışmış və sonuncu məktubu Orxana verməyə razı olmuşdur. Əli Orxana məktubu zərfdə verərkən yanında bir tanışı da olmuşdur. Lakin buna baxmayaraq, Heydərin Əliyə pul vermədiyini öyrənmişdir. Həmin gün Heydərə zəng edib hansı səbəbdən Əliyə pul vermədiyini soruşduqda, Heydər demişdir ki, məktub onların işinə yaramamış və buna görə də pul verməmişdir. O da bu səbəbdən Heydərin həmin işdə əlbir olduğu Zaurun istifadəsində olan, xatırladığı qədər ***-***-**-** saylı mobil nömrəsinə zəng etmiş və narazılığını bildirmişdir. Zaur da eynilə Heydər kimi, məktubun işlərinə yaramadığını, bu səbəbdən də, pul verilmədiyini bildirmişdir. Bundan sonra, təxminən 2022-ci ilin dekabr ayının sonlarında Heydərin dəvəti ilə onun yaşadığı Bakı şəhəri, 28 May küçəsində yerləşən 3 mərtəbəli yaşayış binasındakı mənzilin yaxınlığında olan adını xatırlamadığı “pub restoran”a gedib, Heydərlə təklikdə görüşmüşdür. Heydər ona demişdir ki, yorulub, dincəlmək istəyir, boru işini Zaur, İlqar, Orxan və Rufanla görüb yekunlaşdırır, onlarla əlbirdirlər, ortada 500.000 manat pul var, Orxan da həmin puldan faiz almağa görə şirniklənib və razılıq vermişdir. İndiyədək aldıqları puldan Zaur, İlqar, Orxan və Rufana da çatmışdır. Zaur və Orxan adam gətirdiyinə görə və İlqar onun köməkçisi və sürücüsü kimi görünməklə və tapşırıqlarını yerinə yetirməklə onlara daha çox pul vermişdir. Rufana isə saxta sənədləri hazırladığına görə pul vermişdir. Heydər ona həmçinin demişdir ki, Rufana sənəd düzəltməyə görə 5.000 manat, Orxana 30.000 və 35.000 manat aralığında pul vermişdir, lakin İlqara və Zaura hansı məbləğdə pul verilməsini ona deməmişdir. Heydər həmçinin bildirmişdir ki, işlədiyi Bakı şəhər Xətai rayonunda yerləşən “Asan Xidmət” binasının yaxınlığındakı binadan "xxxx" tərəfindən ona ofis vermişlər, binada qeydiyyatçı qızlara yaxınlaşsın və hörmətinin necə olduğunu görsün. Həqiqətən də, o 1-2 gün sonra həmin ofisə gedib Heydərin adını verdiyi zaman onu hörmət və izzətlə qarşılamışlar. O, Heydərin ofisinə qalxıb söhbət etmişdir. Təqsirləndirilən şəxs3 istifadəsində ***-***-**-** saylı mobil nömrə də olmuşdur. Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1 adlı şəxsləri tanımır. Verilən suallara cavab olaraq, Şahid3 ifadəsində göstərmişdir ki, 2022-ci ilin noyabr ayında Heydərin maşınında yol getdiyi zaman, Qəbələdən Novruz adlı bir həkim Heydərə zəng etdiyi zaman sonuncu telefonu səsucaldan rejimə qoyaraq, “haycan doktor” deyə cavab vermiş, həmin həkim ona Rəfayıl müəllim kimi xitab edib, işin nə yerdə olduğunu, əmrinin verilib-verilmədiyini soruşduqda, Heydər demişdir ki, “narahat olma, səni 3-5 günə Qəbələ Xəstəxanasına baş həkim qoyduracam, əmr hazırdır”. Sonradan Heydərin "xxxx"lə əlaqəsi olmadığını, Zaurla birlikdə həmin doktoru aldatdığını öyrəndikdə, Heydər ona demişdir ki, işləri ona Zaur və Zaurun tanışı Orxan gətirmişdir, heç bir halda Zaura Heydərin "xxxx"lə əlaqəsi olmadığını deməsin. Zaur və Heydər özləri “Kəhrəba” restoranında görüşləri zamanı bildirmişlər ki, işləri Zaur gətirmiş və Heydərə calamış, bunun müqabilində pul qazanmışlar. Sonrakı söhbətlər zamanı Zaur və Heydərdən də eşitmişdir ki, onlar Novruz doktoru aldadıb ələ keçirdikləri pullar hesabına avtomobillərin lizinq və digər ödənişləri, habelə borclarını ödəmişlər, sair öhdəliklərini yerinə yetirmişlər. Zaur heç vaxt biznes işi görməmişdir, bu Zaurun uydurmalarıdır. Şahid1, Zərərçəkmiş şəxs2, Şahid16, Fikrət Zeynalov adlı şəxsləri tanımır. Bundan başqa, Heydər Meliorasiyanın qarşısında zərfi verməyə görə əvvəlcə ona 5.000 manat pul verəcəyini bildirmiş, o da həmin pulun 2.000 manat hissəsinin özünə, 3.000 manat hissəsinin isə zərfi çatdıran şəxsə veriləcəyini düşünmüşdür, lakin sonradan Heydər həmin işə görə 500 manat veriləcəyini demişdir. Əvvəlcə razılaşmasa da, Zaur məktubun qeyd edilən qurumun yerləşdiyi inzibati binanın qarşısında verilməsi barədə təkid etdikdən sonra razılaşmışdır. O, da həmin pulun 300 manat hissəsinin zərfi çatdıran şəxsə və 200 manat hissəsinin də özünə çatacağını düşünmüşdür. xx.xx.2022-ci il tarixdə saat 09:58-də istifasində olan ***-***-**-** saylı mobil nömrədən Əli adlı tanışına məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng edib məktubu FHN-in xidməti formasında olan Orxan adlı şəxsə çatdırması barədə bildirmişdir (Cild 4, i.v. 13-22, i.v. 180-183;).

50. Məhkəmədə vatsap videogörüntülü zəng mobil tətbiqi vasitəsilə əlavə şahid qismində dindirilmiş X48 ifadəsində göstərdi ki, hazırda X22 Mayami şəhərində yaşayır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməklə onlarla razılıq əldə etməyə çalışır. Hazırkı iş üzrə təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 tanımır, onu görməmiş, onunla heç bir əlaqəsi olmamışdır. Bildiyinə görə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 dostudur. Hazırkı cinayət işi üzrə kimə nə qədər pul çatması barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxslər guya onun bütün pulları götürüb qaçmasını iddia edirlər. Həqiqətdə isə həmin iddia tamamilə yalandır. Belə ki, Zərərçəkmiş şəxs2 həqiqətən də ona pul vermiş və o, sonuncu ilə razılığına əsasən ondan aldığı pulu qaytarmağa söz vermişdir. Təqsirləndirilən şəxs5 Təqsirləndirilən şəxs2 dostu kimi tanımış və birincinin ümumiyyətlə hazırkı iş üzrə verilmiş hər hansı itthamda hər hansı iştirakı olmamışdır. O, Təqsirləndirilən şəxs2la bir dəfə Rufanın xahişi əsasında Təqsirləndirilən şəxs5 onlara bir məsələdə köməklik etməsini xahiş etmiş, lakin Cavidin sonradan özünü Prezident Administrasiyanın işçisi kimi təqdim etməsi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs4 onunla əlbir olaraq bütün bu cinayətləri törətmişdir, onun barəsində verilmiş ittihamlar tamamilə doğrudur. Təqsirləndirilən şəxs3la dostluq münasibəti olmuşdur. Zərərçəkmiş şəxs2 məsələsində Təqsirləndirilən şəxs3 hər hansı iştirakı olmamış, Zərərçəkmiş şəxs2 alınmış puldan Zaura hər hansı məbləğdə pul verilməmişdir. Zərərçəkmiş şəxs1 alınmış 250.000 manat puldan ona 30 min manat pul çatmışdır. Zərərçəkmiş şəxs2 isə alınmış puldan 30.000 manat xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs3 vermişdir. Qalan pullardan kimə nə qədər çatmasını bilmir. Zərərçəkmiş şəxs2 233.000 manat pul götürmüş, həmin puldan 32.000 manat Təqsirləndirilən şəxs2 borc kimi vermişdir, Orxan da həmin pulu sonradan Rəşata qaytarmışdır.

51. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid16 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu (bax cild 2, i.v.255-258;) ifadə verərək göstərdi ki, təxminən bir il olar X48 ilə onun tanışlığı yaranmış, tanışlıqlarının yaranmasına səbəb isə Samir adlı dostu olmuşdur. Belə ki, o, tikinti materiallarının alış və satışını həyata keçirdiyi üçün Heydər onunla əlaqə saxlamış, bir neçə dəfə bu formada danışıqları olmuşdur. Heydərin dələduzluqla məhkumluğu olmuş, Samiri də oradan tanımışdır. Samir hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. 30 dekabr 2022-ci il tarixdə barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hökmü ilə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 2 yanvar 2023-cü il tarixdə Heydər onunla telefon vasitəsilə əlaqə saxlayaraq Rüstəm və Rəşad adlı şəxslərə sənəd verməli olduğunu, lakin bunun bir qədər gecikdiyini, həmin şəxslərin isə buna etiraz etdiyini bildirmişdir. Həmin sənədin nə ilə bağlı olduğunu soruşduqda Heydər həmin sənədin "xxxx" ASC-nin Göyçay rayonunda yerləşən Suvarma Sistemləri İdarəsinə məxsus boru xətlərinin demontaj edilməsinin Rüstəm və Rəşada həvalə edilməsi ilə bağlı olduğunu bildirmişdir. Həmçinin, Heydər Valehlə aralarında olan razılaşmaya görə sonuncunun ona 500.000 manat pul verməyi öz öhdəsinə götürdüyünü, həmin məbləğin 233.000 manatını isə artıq təqdim etdiyini, lakin sənədin hazır olmasında müəyyən problemlər yarandığından ona 1 fevral 2023-cü il tarixə kimi vaxt lazım olduğunu qeyd etmişdir. Belə ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində atası Fərhad Şirinovun adına 0,24 ha və 0,32 ha torpaq sahəsi vardır, 11 yanvar 2023-cü il tarixdə atası vəfat etdikdən sonra həmin torpaq sahəsi anası Fatma Şirinovanın mülkiyyətinə keçmişdir. Bu torpaq sahəsindən Heydər də məlumatlı olduğundan ondan Valeh və Rəşadla əlaqə yaradaraq həmin torpaq sahəsinin onların mülkiyyətinə keçirməsini, 1 fevral 2023-cü il tarixə kimi ya sənədin hazır olacağına, ya da 233.000 manat pulun geri qaytarılmasına dair Heydərə zamin durmasını xahiş etmişdir. Heydər əminliklə sənədlərin 1 fevral 2023-cü il tarixə kimi hazır olacağını və əlavə olaraq Valehdən 270.000 manat pul alaraq həmin məbləğdən ona da hörmət edəcəyini bildirmişdir. Aralarında məbləğlə bağlı dəqiq razılaşma olmamışdır. Həmçinin Heydər torpaq sahəsindən əlavə 2023-cü ilin yanvar ayının ortalarında Valehə 50.000 manat pul da göndərəcəyini bildirmişdir. Heydər onunla yalnız “vatsap” zəngi ilə əlaqə saxlamış, özünün Bakı şəhərində olmadığını, ilk olaraq X23, daha sonra isə Türkiyə Respublikasında olduğunu, həmin ölkələrə işlə bağlı göndərildiyini, "xxxx"in rəhbərliyinin köməkçisi vəzifəsində işlədiyini bildirmişdir. O, Heydərin fikri ilə razılaşaraq 7 yanvar 2023-cü il tarixdə Valeh, Rəşad və Orxanla Bakı Metropoliteninin “Neftçilər” stansiyasının yaxınlığında yerləşən “Şuşa” restoranında görüşmüş, həmin vaxt Heydərin sözügedən sənədi 1 fevral 2023-cü il tarixə kimi hazır edəcəyinə dair sonuncuya zamin durmuş və bunun müqabilində Bakı şəhər, Xəzər rayonu Şüvəlan qəsəbəsində 0,24 ha və 0,32 ha torpaq sahələrini girov olaraq göstərmiş, həmçinin notarial qaydada həmin torpaq sahələrini Valehin adına rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. Valeh və Rəşad da buna razılıq vermişdir. Daha sonra məqsədli şəkildə Heydərin ondan uzaqlaşdığını, habelə 50.000 manat pulu Valehgilə göndərmədiyini gördüyündən Heydərə zamin durmaqdan imtina edərək bu baradə Valehə məlumat vermişdir. Onun Heydərlə sonuncu dəfə 15 gün əvvəl ona məxsus 099 *** ** ** mobil nömrənin “vatsap” zəngi ilə danışıqları olmuş, sonuncu həmin vaxt Bakı şəhərində olmadığını bildirmişdir. Belə ki, Rəşad və Valeh onunla əlaqə saxlayaraq Heydərin harada olmasını soruşub onun onlara zamin durmasını bir daha xatırlatmış, buna görə də o da etirazını bildirmək məqsədilə Heydərlə əlaqə saxlamış, sonuncu isə hər bir şeyin yoluna qoyulacağını qeyd etmişdir. Heydər anası və həyat yoldaşı ilə birlikdə Bakı şəhəri 23 saylı məktəbin yaxınlığında yaşamış, səhv etmirsə həyat yoldaşı "xxxx" MMC-də işləyir. O, Təqsirləndirilən şəxs3la Heydər vasitəsilə tanış olmuşdur. Bildiyi qədər Zaur “Rent Car” işinə baxır, lakin ofisinin harada olmasından məlumatı yoxdur. Zaurun avtomobili kimi təqdim edilən “Mercedes W222” markalı, ** PC *** dövlət qeydiyyat nişanlı avtomobil lizinqdədir, həmin avtomobil “Rent Car”-a məxsusdur.

52. Şahid16 verilən suallara cavab olaraq ifadəsinə əlavə edərək göstərdi ki, Heydər İlyasovu dostu vasitəsilə, Zərərçəkmiş şəxs2 da Heydər vasitəsilə tanımışdır. Onun hər hansı şəxsdən pul alınıb verilməsində hər hansı iştirakı olmamışdır. Belə ki, hazırkı cinayət işi üzrə hadisələrin baş verdiyi tarixlərdə o, həbsdə olmuşdur. Sonradan onu ibtidai istintaqa dəvət edərək ifadə almışlar. Həmin vaxt öyrənmişdir ki, Şahid1 və Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdikləri ifadələrində guya onun 200.000 manat pulun Heydər İlyasovda olmasından məlumatı var, guya sonuncu ondan adında olan torpağı girov kimi Zərərçəkmiş şəxs2 verməsini, Zərərçəkmiş şəxs2 pulunu Heydər qaytardıqdan sonra isə onun Zərərçəkmiş şəxs2 həmin torpağı geri almasına dair xahiş etməsinə dair ifadə vermələrini öyrənmişdir. Lakin onun kimin kimdən hansı məbləğdə pul almasına dair hər hansı məlumatı yoxdur. Bütün məsələlərdən sonradan xəbərdar olmuşdur. Bir dəfə Xəzər Universitetinin qarşısında Rəşat, Valeh və o görüşəndə Heydər İlyasov onu Təqsirləndirilən şəxs2 olan 32.000 manat pulu qaytarması, qalan pulu Heydərin özünün qaytaracağını çatdırması üçün ora göndərmişdir. Qalan məsələlərdən onun məlumatı yoxdur.

53. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, eləcə də ifadələri elan edilməklə tədqiq edilmiş şahidlərin ifadələrini Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

54. “Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 27 mart 2023-cü il tarixli qərardan görünür ki, hazırkı cinayət işi Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi kiçik ədliyyə müşaviri X61 tərəfindən ********* nömrəli cinayət işindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.1-ci maddələri ilə ayrıca icraata ayrılmaqla ********* nömrə altında icraata qəbul edilib ibtidai istintaqı davam etdirilmişdir (Cild 1, i.v.1-2;).

55. Həmin cinayət işinin ayrıca icraata ayrılmasına səbəb və əsas ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs3 və qeyrilərinin barəsində ibtidai istintaqın yekunlaşması, Zərərçəkmiş şəxs1 X13 baş həkimi vəzifəsinə təyin olunması adı ilə 250.000 manat məbləğində pul vəsaitinin alınaraq ələ keçirilməsi və digər faktlar üzrə əlavə istintaq hərəkətlərinin aparılması zərurəti olmuşdur (Cild 1, i.v. 1-245;).

56. “Cinayət işinin başlanması barədə” 23 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi İİİ dərəcəli dövlət ədliyyə müşaviri Nazim Rəcəbov tərəfindən Təqsirləndirilən şəxs1 5 avqust 2022-ci il tarixdə Baş İdarəyə müraciəti əsasında toplanmış material üzrə X35 Şahid11 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 istifadəsində olan Xəzər rayonu Binə qəsəbəsində Abşeron rayon inzibati ərazi dairəsinə aid “X80” deyilən ərazidə kənd təsərrüfatı istehsalı üçün olan 6,17 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması və çıxarışın alınması üçün vəzifəli şəxslərə rüşvət verəcəyinə yalandan vəd verib 2021-ci ilin aprel ayından 2022-ci ilin iyul ayınadək olan müddətdə sonunucunun ümumilikdə 52500 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirilməsi faktına görə ********* nömrəli cinayət işi başlanılaraq Baş İdarənin İstintaq idarəsi tərəfindən istintaqı aparılmışdır (Cild 1, i.v.4-6;)

57. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə şahid qismində dindirilmək üçün dəvət edilərkən o, 16 yanvar 2023-cü il tarixli şikayət ərizəsi ilə ibtidai istintaq orqanına müraciət etmişdir. Zərərçəkmiş şəxs1 həmin ərizəsinə əlavə etdiyi 10 sentyabr 2022-ci il tarixli iltizamdan görünür ki, həmin sənəddə “Mən Təqsirləndirilən şəxs1 ünvan 15 ünvanda yaşayıram. Qəbələ rayonu Zarağan 2 hərbi şəhərcik ev 73 mənzil 20-də yaşayan Zərərçəkmiş şəxs1 işin biznes məqsədi üçün (1 avqust 2021)ci il götürdüyüm 170.000 manat pulu (yüz yetmiş min manat azen) bir ay müddətinə qaytaracam (xx.xx.2022)də. İmzamla təsdiq edirəm.” mətni əlyazma ilə qeyd edilmiş, sonra imza icra edilmiş və “Təqsirləndirilən şəxs1 A.o. AZE N: ********” söz və rəqəmləri yazılaraq yenidən imza icra edilmişdir. Həmçinin sənəddə “Aldığım pulu göstərilən tarixdə qaytaracam. Qaytarmasam məhkəmə orqanlarına müraciət edə bilər. Tarix xx.xx.2022” sözləri və rəqəmləri, həmçinin imza icra edilməklə, bundan sonra “Təqsirləndirilən şəxs1” sözləri yazılmışdır (Cild 1, i.v. 49-53;)

58. “Zərərçəkmiş şəxs1 məxsus “Redmi note 9 pro” markalı mobil telefona və “votsap” hesabına baxış keçirilməsi haqqında” 16 yanar 2023-cü il tarixli protokoldan görünür ki, həmin mobil telefonda “whatsapp” hesabı +**********44 saylı nömrə ilə qeydiyyatdan keçmiş, şəbəkədə “Doktor Elimirzeyev” adı ilə qeyd edilmişdir. Həmin hesabla “~Zaur” adı ilə qeyd edilmiş və Təqsirləndirilən şəxs3 məxsus +**********61 saylı nömrə ilə qeydiyyatdan keçirilmiş hesab arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aşağıdakı məzmunda ismarıcların olması müəyyən edilmişdir: xx.xx.2022, 20:23 - Doktor Elimirzeyev: Axşamin xeyir necesen bu gün 050 *** ** ** işlə elafeder suallar verdi deyəsən tebibde işləyən idi gic güce danişiglar xx.xx.2022, 20:30 - Zaur Seyid: Salam maraqlanib deyerem men olara sozumu demisem xx.xx.2022, 20:32 - Doktor Elimirzeyev: Bax gör onun nömrəsidi çünki ele suallar verdiki baş aça bilmedim xx.xx.2022, 20:31 - Doktor Elimirzeyev: Salam necesen bir xəbər varmı? xx.xx.2022, 18:37 - Doktor Elimirzeyev: Salam necesen bele başa düsdum onlarin ynindasan problem varsa danisim sabah ordayam geti gerarimdi hell olunmalidi xx.xx.2022, 20:10 - Doktor Elimirzeyev: Salam ne xeber var xx.xx.2022, 20:13 - Doktor Elimirzeyev: Sabahdan kecmesin geti gerarimdi özùnū menim yerimde tesevvūr et xx.xx.2022, 20:14 - Zaur Seyid: Ok xx.xx.2022, 15:14 - Doktor Elimirzeyev: Salam catdin? xx.xx.2022, 10:13 - Doktor Elimirzeyev: Sabahın xeyir durmusan? xx.xx.2022, 10:14 - Zaur Seyid: Sabhun xeyir qardas xx.xx.2022, 10:14 - Zaur Seyid: He yarim sahata çıxıram Baxış zamanı, Təqsirləndirilən şəxs3 xəstəliyi ilə əlaqədar müalicə olunması və özünü yaxşı hiss etməməsi ilə bağlı mesajların olması da müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs3 tərəfindən Zərərçəkmiş şəxs1 “whatsapp” hesabına "xxxx" ASC-yə aid 4098 5844 6827 6264, 4098 5844 6206 8154, 4098 5844 6726 2521 №-li qara rəngli plastik kartların şəkillərinin göndərilməsi müəyyən edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, həmin kart nömrələrini Zaur ona xx.xx.2022-ci il tarixdə göndərmiş və pulu da həmin tarixdə hissə-hissə olmaqla qeyd olunan kartların hər birinə bərabər məbləğlərdə göndərməsini xahiş etmişdir, lakin o pulu nağd formada vermişdir. Qeyd edilən ismarıclar “ekran qeydə alınması” funksiyası vasitəsilə mobil telefonun yaddaş kartına şəkil formatında köçürülüb kağız üzərində rəngli formada çıxarılmaqla protokola əlavə edilmişdir Cild 1, i.v. 60-68).

59. “Üzləşdirmədə dindirmə haqqında” 17 mart 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 2021-ci ilin avqust ayında onun X13 baş həkimi vəzifəsinə keçirilməsi adı ilə ondan 100.000 ABŞ dolları məbləğində pul vəsaitini nağd olaraq almaları barədə ifadəsində göstərmiş olduğu xüsusatları üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (Cild 1, i.v. 174-178;)

60. Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Bakıxanov qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 17 mart 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda ünvan 17 ünvanda qeydiyyatdadır, ailə üzvləri – arvadı X17, uşaqları 2011-ci il təvvəllüdlü Yağmur Bayramlı, 2012-ci il təvvəllüdlü Həsən və Hüseyn Bayramlıdan ibarətdir, qeydiyyatda olduğu müddət ərzində Təqsirləndirilən şəxs1 icra nümayəndəliyinə şikayət daxil olmamışdır (Cild 1, i.v. 179-180;).

61. Azərbaycan Respublikasının Baş prokurorunun 19 aprel 2023-cü il tarixli qərarı ilə cinayət işi üzrə X101in rəhbərliyi ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi polis kapitanı X36 ibarət tərkibdə birgə istintaq qrupu yaradılmışdır (Cild 1, i.v. 285-286;)

62. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 19 aprel 2023 və 17 may 2023-cü il tarixli qərarlarla müvafiq olaraq Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar (Cild 1, i.v. 293, Cild 3, i.v. 133;)

63. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X138 tərəfindən xx.xx.2023-cü il tarixli 4907 №-li və xx.xx.2023-cü il tarixli 6399 №-li arayışlarına əsasən, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin tibb müəssisəsində müalicə almamışlar (Cild 2, i.v. 13, Cild 3, i.v. 36-37;).

64. Rusiya Federasiyası vətəndaşı xx.xx.1962-ci il təvəllüdlü X18 (KARİMKHANOV KAMİL) sərhədkeçməsi barədə məlumatlardan görünür ki, o, sonuncu dəfə 26 fevral 2020ci il tarixdə Azərbaycan Respublikasına daxil olmuş, 16 dekabr 2022-ci ildə ölkə hüdudlarını Rusiya Federasiyası istiqamətində tərk etmişdir(Cild 2, 21-30;).

65. Baş İdarənin Əməliyyat idarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab olaraq xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, tapşırıqda göstərilən hallar araşdırılaraq Rəfayıl adlı şəxsin X48, Cavid adlı şəxsin Təqsirləndirilən şəxs5, Rüfət adlı şəxsin isə Şahid13 olması müəyyən edilmişdir. Heydər İlyasovun xx.xx.2023-cü il tarixdə Gürcüstan (Tbilisi) istiqamətində və Şahid13 isə xx.xx.2023-cü il tarixdə Türkiyə istiqamətində ölkə ərazisini tərk etmələri ilə əlaqədar onların istintaq orqanına gətirilməsini təmin etmək mümkün olmamışdır (Cild 2, i.v. 40- 43;).

66. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məhkumluğa dair tələbnamələrin cavablarından, habelə müvafiq hökm və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməklə məhkum edilməmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs1 barəsində Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan ********* №-li cinayət işi üzrə icraata xx.xx.2018ci il tarixli qərarla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2.3-cü maddəsi ilə xitam verilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs3 isə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 9(doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli Qanununun tətbiqi ilə əlaqədar həmin məcəllənin 60.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzası 6(altı) il 6(altı) ay müddətinə endirilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 9 dekabr 2021-ci il tarixli qərarı ilə məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8 iyul 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 9(doqquz) ay 29 (iyirmi doqquz) gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (Cild 2, i.v. 44-47;105-116;).

67. X120 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli arayışlardan və həmin arayışlara əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş rəsmi məzənnə ilə 2021-ci ilin avqust ayı üzrə, habelə 2022-ci ilin oktyabr və noyabr ayları üzrə 1 ABŞ dolları 1,7 Azərbaycan manatı (1 manat 70 qəpik) təşkil etmişdir. İstintaq orqanı qeyd olunan arayışa əlavə edilmiş sənədlərə əsasən, belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs3 və qeyriləri tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq yolu ilə ələ keçirilmiş Zərərçəkmiş şəxs1 məxsus 100.000 ABŞ dolları məbləğində pul vəsaiti həmin dövrün məzənnəsi ilə 170.000 manat, Zərərçəkmiş şəxs2 məxsus 8.800 ABŞ dolları 14.960 manat, 69.000 ABŞ dolları 118.320 manat təşkil edir. Beləliklə, əlavə olaraq Zərərçəkmiş şəxs1 məxsus 80.000 manat və Zərərçəkmiş şəxs2 məxsus 100.000 manat məbləğində pul vəsaitlərinin də dələduzluq yolu ilə ələ keçirilməsi nəzərə alınaraq, ümumilikdə qeyd olunan cinayət əməlləri nəticəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 250.000 manat və Zərərçəkmiş şəxs2 233.280 manat məbləğində maddi ziyan vurulmuşdur (Cild 2, i.v. 53-56, Cild 4, i.v. 176-179;).

68. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktub, xidməti xasiyyətnamə və müvafiq əmrlərdən çıxarışlardan görünür ki, həmin nazirliyin X57 Xidmətinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin Ümumi şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Təqsirləndirilən şəxs2 fövqəladə hallar orqanlarında xüsusi rütbəli vəzifədə xidmət edir və hərbi qulluqçu statusuna malik deyildir. Belə ki, Təqsirləndirilən şəxs2 xx.xx.2005-ci il tarixindən xx.xx.2006-cı il tarixədək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yanğından mühafizə orqanlarında növbətçi yanğınsöndürmə xidməti rəisinin köməkçisi və inspektor vəzifələrində xidmət etmiş, xx.xx.2006-cı il tarixindən isə Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarında xidmət edir, xx.xx.2010-cu il tarixdən isə yuxarıda göstərilən vəzifəyə təyin edilməklə həmin vəzifədə xidmət etmiş, xidmət üzrə müsbət xarakterizə olunur (Cild 2, i.v. 59-63, Cild 4, i.v. 23-24;).

69. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli 179200/10-25 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 9(doqquz) ay 29(iyirmi doqquz) gün müddət hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, həmin qərar icra edilməsi üçün xx.xx.2022-ci il tarixdə şöbəyə daxil olmuşdur. Məhkuma təyin edilmiş cəza müddəti xx.xx.2023-cü il tarixdə başa çatacaqdır (Cild 2, i.v. 68-74;).

70. Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 ünvan 18 ünvanda qeydiyyatda olmaqla Qaraçuxur qəsəbəsi Etibar Bəkirli küçəsində nömrəsiz evdə 5 nəfər ailə tərkibi (özü, arvadı, iki övladı və anası) ilə birlikdə qeydiyyatsız yaşayır. Qeyd olunan ünvanda yaşadığı müddət ərzində Təqsirləndirilən şəxs2 barəsində Suraxanı RİHB-nin Qaraçuxur qəsəbə İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır (Cild 2, i.v. 75-76, Cild 3, i.v. 154-156;).

71. “Üzləşdirmədə dindirmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 2021-ci ilin avqust ayında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun X21 təyin olunması məsələsinin həlli məqsədilə ondan 170.000 manat dəyərində 100.000 ABŞ dolları məbləğində pul almaları, lakin onu aldatdığı üçün Təqsirləndirilən şəxs1 onu ayrı-ayrı şəxslər vasitəsilə işi həll etmə variantlarını təklif etməsi və əvvəlcə Şahid11 ilə tanış etdirməsi, lakin sonuncu işi həll etməyi imtina etdiyindən, Təqsirləndirilən şəxs1 onu 2022-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs3 ilə tanış etdirməsi, sonuncunun da eyni məqsədlə ondan 80.000 manat məbləğində pul alması, həmin şəxslərin onu aldatmaqla pulunu ələ keçirmələri barədə ifadəsində göstərmiş olduğu xüsusatları üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (Cild 2, i.v. 77-80;).

72. “Üzləşdirmədə dindirmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə 2021-ci ilin avqust ayında keçirilən görüşdə Zərərçəkmiş şəxs1 Kamil adlı şəxsin yanında aldıqları 100.000 ABŞ dolları məbləğində pul vəsaitini aralarında bölməklə, həmin pul vəsaitindən 85.000 manat hissəsini özünə götürməsi, 2021-ci ilin təxminən sentyabr-oktyabr aylarında keçirilən görüşlərin birində Təqsirləndirilən şəxs2 və onun tərəfindən Zərərçəkmiş şəxs1 sonuncunun X13 baş həkimi vəzifəsinə keçirilməsinin vəd edilməsi barədə ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində göstərmiş olduğu xüsusatları üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxs2 isə üzləşdirmə zamanı ifadəsində, 2021-ci ilin avqust ayında Suraxanı rayonunda yerləşən “Ümid” kafesində keçirilən görüşlərin birində Zərərçəkmiş şəxs1 100.000 ABŞ dolları məbləğində pulu aldıqlarını bildirmişdir (Cild 2, i.v. 81-84;).

73. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli tələbnamələrin cavablarından, habelə müvafiq hökm və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs5 xx.xx.2017-ci il tarixdə Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, lakin həmin tarixli qərarla barəsində cinayət təqibinə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2.3-cü maddəsi ilə xitam verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs5 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli,1(001)-73/2022 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2(iki) il 9(doqquz) ay müddətinə azadığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 17 avqust 2022-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya idarəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən məhkum Təqsirləndirilən şəxs5 21 aprel 2023-cü il tarixdə qeydiyyata götürülmüş, üzərində probasiya nəzarəti həyata keçirilir, cəzasının əvvəli xx.xx.2023-cü il tarix, cəzasının sonu xx.xx.2026-cı il tarixinədir. Bundan başqa, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Dövlət Təhülkəsizliyi Xidmətinin Qaradağ rayon şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, lakin xx.xx.2023-cü il tarixli qərarla barəsində cinayət təqibinə həmin məcəllənin 73-1.2-ci maddəsi ilə xitam verilmişdir. Həmçinin, 23 may 1980-ci il təvəllüdlü X48 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178, 234, 318 və 320-ci maddələri ilə dəfələrlə müxtəlif müddətlərdə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2022-ci ildə Şabran Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 1 (bir) il 2(iki) ay 21(iyirmi bir) gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur (Cild 2, i.v. 89-99; 249-254;).

74. “Cinayət işinin başlanması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətindən Baş İdarəyə daxil olmuş müraciət əsasında toplanmış material üzrə X48 və qeyriləri tərəfindən "xxxx" ASC-nin X55 İdarəsinə məxsus magistral su kəmərinin Göyçay rayonu Qaraməryəm kəndindən keçən 28,72 km uzunluğunda olan hissəsinin demontaj edilməsinin ASC-də yuxarı vəzifədə işləyən tanışlarına rüşvət verilməsi müqabilində "xxxx" MMC-yə həvalə edilməsi barədə MMC-nin səlahiyyətli nümayəndəsi Şahid1 yalan vəd verilməklə, müvafiq əmrin verilməsi məzmununda saxta sənəd təqdim edilib aldadılaraq 232.000 manat məbləğində pul vəsaitinin ələ keçirilməsi faktına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 32.4, 312.2 və 320.1-ci maddələri ilə ********* №-li cinayət işi başlanılaraq istintaqı həmin Baş İdarənin İstintaq İdarəsi tərəfindən aparılmışdır (Cild 2, i.v. 123;).

75. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən (ASC) daxil olmuş xx.xx.2023-cü il tarixli məktuba əsasən, ASC-yə X55 İdarəsindən Göyçay rayonu Qaraməryəm kəndi ərazisində yerləşən uzunluğu 28,72 km olan boru xətlərinin "xxxx" MMC tərəfindən demontaj edilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli 240 №-li məktub və həmin məktuba əlavə edilmiş 03 vərəqədən ibarət sənədlərin surətləri təqdim edilmişdir. Sözügedən məktubda, həqiqiliyi şübhə doğuran həmin sənədlər, o cümlədən ASC-nin sədri tərəfindən imzalanması göstərilən xx.xx.2022-ci il tarixli 1296-H №-li əmr, demontaj işlərinin aparılması nəzərdə tutulmuş ərazinin fotoşəkilləri və 00008962 №-li QR kodun surətləri təqdim edilərək qanunamüvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Məktubda xüsusilə vurğulanmışdır ki, "xxxx" ASC tərəfindən 01 dekabr 2022-ci il tarixli, 1296 №-li əmr verilməmişdir. İş materiallarına əlavə edilmiş üzərində “Azərbaycan Meliorasiya və X139 Səhmdar Cəmiyyəti”nin blankı əks olunmaqla, çap ilə “Bakı şəhəri” sözləri, əlyazma ilə “1148 0963- 22” nömrəsi və xx.xx.2022-ci il tarixi qeyd edilmiş 1296-H №-li əmrdə aşağıdakı məzmunda təhrif olunmuş və həqiqəti əks etdirməyən məlumatlar əks olunmuşdur: -xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli 012/22 nömrəli məktubda qeyd edilir ki, ASC nəzdində və balansında olan istismara yararsız hesab olan Göyçay rayonu Qaraməryam kəndi ərazisində yerləşən uzunluğu 15-25 km arasında olan boru xətlərinin demontaj olunmasının həvalə edilməsi "xxxx" MMC-yə verilsin (VÖEN **********). -ASC-nin xx.xx.2022-ci il tarixli müşavirəsində, həmin məktubda göstərilənləri müzakirə edərək birmənalı şəkildə protokoloşdırılarağ qərara qəlmişdi ki, "xxxx" MMC-yə Göyçay rayonu Qaraməryam kəndi ərazisində yerləşən uzunluğu 28.72 km olan boru xətlərinin demontaj işlərinin aparılması öz vəsaiti hesabına keçirilməsi 1 il müddət ərzində (xx.xx.2023 il tarixədək) havalə edilsin. -Əmr edirəm: 1.X55 İdarəsinə "xxxx" MMC-yə Göyçay rayonu Qaraməryam kəndi ərazisində yerləşən uzunluğu 28.72 km olan boru xətlərinin demontaj işlərinin aparılması barədə xəbərdalığ edilsin. 2.Göyçay İcra Hakimiyyətinə "xxxx" MMC-yə Göyçay rayonu Qaraməryam kəndi ərazisində yerləşən uzunluğu 28.72 km olan boru xətlərinin demontaj işlərinin aparılması barədə xəbərdalığ edilsin. 3. X29 Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutuna "xxxx" MMC-yə Göyçay rayonu Qaraməryam kəndi ərazisində yerləşən uzunluğu 28.72 km olan boru xətlərinin demontaj işlərinin aparılması barədə xəbərdalığ və boru xəttinin ərazi xəritəsinin verilməsi "xxxx" MMC-yə təmin edilsin. Qeyd olunan məzmunda tərtib edilmiş vərəğin aşağı hissəsində “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri, X72 01 dekabr 2022-ci il” sözləri və rəqəmlərinin yazıldığı qrafanın qarşısında imza icra olunmuş və ASC-nin möhürü əks olunmuşdur. Üzərində ASC-nin blankı əks olunmaqla, çap ilə “Bakı şəhəri” sözləri, əlyazma ilə “0148 1448-22” nömrəsi və xx.xx.2022-ci il tarixi qeyd edilmiş vərəqdə çap ilə “Panarama FL MMC-yə havalə edilən ərazi: Azərbaycan Respublikası Göyçay rayonu Qaraməryam kəndi” sözləri qeyd edilmiş, bundan sonra fəzadan yer səthinin görüntüsünü əks etdirən iki ayrı şəkil təsvir edilərək, hər bir şəklin sağ yan tərəfində ASC-nin möhürü həkk edilmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş vərəqlərdən birində isə vərəğin aşağı sol hissəsində QR-kod təsviri əks olunmuş, aşağı hissəsində “№ 00008962” rəqəmləri qeyd edilmiş, eləcə də, alt-alta aşağıdakı məzmunda sözlər qeyd edilmişdir: “İcra etdi:”, “Salmanova T.M.q”, “imza (imza vardır), “xx.xx.2022”. (Cild 2, i.v. 124-131;)

76. "xxxx" MMC-nin direktoru Ömər Hüseynovun təqdim etdiyi "xxxx" ASC adından tərtib edilən sənədlərdən görünür ki, üzərində ASC-nin blankı əks olunmaqla, əlyazma ilə “4117-8397/22” nömrəsi və xx.xx.2022-ci il tarixi qeyd edilmiş vərəqdə çap ilə "xxxx" MMC Ömər Hüseynova, Əmrdən çıxarış: Panarama FL MMC-ya Göyçay rayonu Qaraməryam kəndi ərazisində yerləşən uzunluğu 28.72 km olan boru xətlərinin demontaj işlərinin aparılması öz vəsaiti hesabına keçirilməsi barədə (xx.xx.2023 il tarixədək) havalə edilsin” məzmunda yazılar, habelə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri, X72 08 dekabr 2022-ci il” sözləri və rəqəmlərinin yazıldığı qrafanın qarşısında imza icra olunmuş və ASC-nin möhürü əks olunmuşdur. Həmçinin, həmin sənədlərdən görünür ki, "xxxx" MMC tərəfindən Şahid1 Cəmiyyətin nümayəndəsi qismində iştirak etməsi üçün xx.xx.2022-ci il tarixli ET09/22 saylı etibarnamə və ASC-nin xx.xx.2022-ci il tarixli əmrdən çıxarışının verilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli 039/22 saylı məktub ASC sədri Zaur Mikayılova ünvanlanmışdır. Təqdim edilmiş xx.xx.2022-ci il tarixli teleqramdan görünür ki, MMC-nin xx.xx.2022-ci il tarixli məktubu xx.xx.2022-ci il tarixdə saat 10:44-də ASC-yə çatdırılmışdır (Cild 2, i.v. 147-156;).

77. “Baxış keçirilməsi haqqında” 17 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 təqdim etdiyi CD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin CD diskdə O.X5 tərəfindən ona “whatsapp” sosial şəbəkəsi vasitəsilə göndərilmiş səs yazıları vardır. H.İlyasov Təqsirləndirilən şəxs2 müraciət edərək ümumilikdə işin həll edilməsini öhdəsinə götürdüyünü, lakin bunun alınmadığını, buna baxmayaraq, 200.000 ABŞ dolları pulunun olduğunu və həmin məbləğlə Valehin pulunu artıqlamasıyla qaytaracağının mümkünlüyünü bildirmişdir (Cild 2, i.v. 196;).

78. “Baxış keçirilməsi haqqında” 17 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 təqdim etdiyi CD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin CD diskdə Şahid1 və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Təqsirləndirilən şəxs2 “whatsapp” sosial şəbəkəsi vasitəsilə göndərdikləri audioyazılar əks olunmuşdur. Təqsirləndirilən şəxs2 Şahid1 müraciət edərək ona 10.000 manat pul göndərdiyini, qısa müddət ərzində 22.000 manat da göndərəcəyini bildirmişdir. Digər şəxs də Valehə müraciət edərək onun tərəfindən ümumilikdə 232.000 manat pul verildiyini, həmin məbləğin 32.000 manatının Orxanda olduğunu, qalan məbləğin isə özünə məxsus bank hesabından çıxararaq qısa müddət ərzində qaytarılacağını bildirmişdir (Cild 2, i.v. 197;).

79. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, "xxxx" MMC adından ASC-yə xx.xx.2022-ci il tarixli 039/22 saylı məktub daxil olmamış, həmçinin ASC tərəfindən "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixli 4117-8397/22 nömrəli məktub göndərilməmişdir. ASC ünvan 20 ünvanda Hökümət Evinin inzibati binasında yerləşir və ASC-yə məxsus müşahidə kameraları mövcud deyildir (Cild 2, i.v. 205-206;).

80. Təqsirləndirilən şəxs5 adına olan mobil telefon nömrələrinə dair siyahıdan görünür ki, birincinin adına müxtəlif mobil telefon operatorlarına məxsus 25(iyirmi beş) mobil telefon nömrəsi vardır (Cild 2, i.v.211-212;).

81. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 16:31-də 2 saylı poçt şöbəsinə qəbul olunmuş və "xxxx" MMC adından "xxxx" ASC-yə ünvanlanmış TT015665951AZ ştrix kodlu kuryer poçt göndərişi (məktub) xx.xx.2022-ci il tarixdə "xxxx" RM-in kuryeri Tariyel Allahverdiyev tərəfindən saat 12:35-də ASC-nin "xxxx"nin inzibati binasının 1-ci mərtəbəsində quraşdırılmış poçt qutusuna atılmışdır. Belə ki, ASC "xxxx"nin inzibati binasında yerləşdiyi üçün daxili prosedur qaydalarının tələblərinə əsasən, təhlükəsizlik baxımından kənar şəxslər inzibati binaya buraxılmadığı və poçt rabitəsi operatoru ilə bu hüquqi şəxs (müəssisə) arasında bağlanmış müqavilə ilə digər qayda müəyyən edilmədiyi üçün sözügedən məktub bu üsulla çatdırılmış və bu səbəbdən də alıcının ad, soyad və vəzifəsinin müəyyənləşdirilməsi imkan xaricindədir (Cild 2, i.v. 262-264;).

82. “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” və “Cinayət işinin icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Baş İdarədə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 32.4, 312.2 və 320.1-ci maddələri ilə istintaq olunan ********* №-li cinayət işi ********* №-li cinayət işi ilə bir icraatda birləşdirilərək, istintaq ********* nömrəsi ilə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 32.4, 312.1, 32.4, 312.2 və 320.1-ci maddələri ilə X120 tərəfindən davam etdirilmişdir (Cild 2, i.v. 309-310;).

83. Şirvan şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 ünvan 21 ünvanda qeydiyyatdadır və Təqsirləndirilən şəxs3 barəsində icra nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır (Cild 3, i.v. 32;).

84. Təqsirləndirilən şəxs2 surətini təqdim etdiyi xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, həmin qəbzdə əlyazma ilə “mən Təqsirləndirilən şəxs1 mənim tanışım olan Qəbələ rayonda yaşayan Novruz və Kamildən aldığım 166.000 manatdan Təqsirləndirilən şəxs2 verdiyim 85.000 manat məbləğində pul vəsaitini əlbəəl nağd şəkildə şahid X49 şahidliyi ilə geri aldım, ona görə də öz imzamla yazdığımı təsdiq edərək, qeyd edirəm ki, gələcəkdə Təqsirləndirilən şəxs2 Elxan oğlundan qarşı pul iddiyam və tələbim olmayacaq” məzmunda sözlər yazılmaqla "xxxx" sözü, daha sonra imza icra edilmiş, sonra “Təqsirləndirilən şəxs1” sözləri və “xx.xx.2022” rəqəmləri qeyd edilmişdir (Cild 3, i.v. 57;).

85. “Ölüm haqqında” İV-JQ 291871 nömrəli şəhadətnamədən və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinin 17 may 2023-cü il tarixli arayışından görünür ki, 1960-cı il təvəllüdlü X73 23 yanvar 1994-cü il tarixdə Füzuli rayonu Qaraxanbəyli kəndi ərazisində Azərbaycan Respublikası torpaqlarını erməni işğalçılardan qoruyarkən (hərbi hissənin tərkibində hərbi xidmət keçərkən (döyüş tapşırığını və ya döyüş təminatını yerinə yetirərkən həlak olmuş) şəhid olmuşdur(Cild 3, i.v.53;58; Cild 284;).

86. Azərbaycan Respublikasının AA4700504 və AA5001531 seriyalı şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs2 müvafiq olaraq xx.xx.2006-cı il təvəllüdlü Səma Həsənli və xx.xx.2008-ci il təvəllüdlü Elxan Həsənli adından iki övladı vardır (Cild 3, i.v.55-56)

87. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məhkumluğun yoxlanılmasına dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 Tərtər Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə təqsirli bilinərək 12(on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Tərtər Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs4 cəzası 10(on) il müddətinə endirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs4 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsindən həmin Məcəllənin 182.2.4-cü maddəsinə tövsif edilərək cəzası 5(beş) il 6(altı) ay müddətinə endirilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa, Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə istintaq olunan ********* №-li cinayət işi üzrə 30 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs4 barəsində cinayət təqibinə həmin məcəllənin 73.2-ci və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 40.3-cü maddələrinə əsasən xitam verilmişdir. Bundan başqa, “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Xaçmaz Rayon Polis Şöbəsinin İstintaq bölməsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq olunan ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs4 barəsində həmin məcəllənin 73-1.2-ci və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddələrinə əsasən, onun barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Qeyd edilən qərarın təsviriəsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs4 2021-ci il tarixdə 2(iki) epizod üzrə 2 (iki) zərərçəkmiş şəxsə qarşı dələduzluq əməlləri törətmişdir(Cild 3, i.v. 60-67, 86- 87;).

88. Şahid7 15 may 2023-cü il tarixdə şahid qismində dindirilərkən ifadəsinə atası tərəfindən ona verilmiş Rufan adlı şəxsin fotoşəklini ibtidai istintaq orqanına təqdim etmişdir. Eyni zamanda, X120 tərəfindən 8 may 2023-cü il tarixdə tərtib edilmiş arayışda həmçinin göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 müstəntiqlə mobil telefonla danışıq zamanı Zərərçəkmiş şəxs1 özünü "xxxx"in əməkdaşı kimi təqdim etmiş şəxsin Rufan adlı şəxs olduğunu, sonuncunun istifadəsində ***-***-**-** mobil telefon nömrəsinin olduğunu, əvvəllər həmin nömrə ilə vatsap vasitəsilə onunla əlaqə saxladığını, sonuncu dəfə Bakı şəhəri Əhmədli qəsəbəsində başında pariklə göründüyünü, lakin harada olduğunu bilmədiyini, Rufanın fotoşəklini təqdim edəcəyini bildirmişdir. Həmin fotoşəkilə məhkəmə iclasında proses iştirakçılarının iştirakı ilə baxış zamanı Təqsirləndirilən şəxs4 fotoşəkildəki şəxsin özünün olduğunu, başında isə parik olduğunu təsdiq etmiş, digər təqsirləndirilən şəxslər həmin halı təsdiq etmişlər (Cild 3, i.v. 5;76;).

89. Təqsirləndirilən şəxs3 xəstəliyi ilə əlaqədar tibbi sənədlərdən görünür ki, o, müxtəlif xəstəliklərdən əziyyət çəkməklə eləcə də, ürəyin işemik xəstəliyi, gərginlik stenokardiyası İİİ-İV f.s, miokard infarktından sonrakı kardioskleroz, ürək-qan dövranının çatmamazlığı İİ- İİİ f.s, hipertoniya xəstəliyi İİ dərəcə xəstəlikdən mütəmadi müalicə olunmuş, habelə ürəkdə cərrahi əməliyyatlar həyata keçirilmişdir (Cild 3, i.v.93-99;).

90. “Fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs5 Təqsirləndirilən şəxs4 fotoşəkli üzrə şişman, üzünün yumru və gözlərinin qabarıq olması kimi fərdi əlamətlərinə görə özünü ona Alik və bəzi şəxslərə Meliorasiyanın işçisi Rasim olaraq təqdim edən şəxs kimi tanımışdır (Cild 3, i.v. 113-114;).

91. “Fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs5 fotoşəkli üzrə üz quruluşu, yəni qaş, göz və burun nahiyələrinin forması kimi fərdi əlamətlərinə görə özünü Prezident Administrasiyasının əməkdaşı Cavid olaraq təqdim edən şəxs kimi tanımışdır (Cild 3, i.v. 115-116;)

92. “Fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs4 fotoşəkli üzrə 40 yaşlarında olması, keçəlliyi, gözləri və qaşlarının quruluşu və aralarındakı məsafənin çox olması kimi fərdi əlamətlərinə görə özünü ona Meliorasiyanın işçisi Rasim olaraq təqdim edən şəxs kimi tanımışdır (Cild 3, i.v. 117-118;).

93. “Üzləşdirmədə dindirmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 2022-ci ilin dekabr ayında Bakı şəhəri Xətai rayonunda yerləşən "xxxx" restoranında Heydər, Cavid, Valeh və Rəşat ilə görüşməsi, orada Rəşat vaxtın uzandığını deyib pulun qaytarılmasını tələb etməsi, X58 Administrasiyasının əməkdaşı kimi təqdim etməsi, sonuncu da Valeh və Rəşata sənədlərin hazırlanmasını tezləşdirəcəyinə vəd verməsi, Heydərin Valeh və Rəşata pulun bir hissəsini də Cavidə və Rasimə verməsi barədə ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində göstərmiş olduğu xüsusatları üzləşdirmə zamanı Təqsirləndirilən şəxs5 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (Cild 3, i.v. 119-122;).

94. “Fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs4 fotoşəkli üzrə sifətinin girdə və dolu olması, gözlərinin qabarıq formada olması kimi fərdi əlamətlərinə görə özünü ona Meliorasiyanın Satınalma şöbəsinin müdiri Rasim olaraq təqdim edən şəxs kimi tanımışdır (Cild 3, i.v. 123-124;).

95. “Fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokola əsasən, Şahid1 Təqsirləndirilən şəxs5 fotoşəkli üzrə sifət quruluşu, yəni göz, qaş, burun və dodaq nahiyələrinin forması kimi fərdi əlamətlərinə görə özünü Prezident Administrasiyasının əməkdaşı Cavid olaraq təqdim edən şəxs kimi tanımışdır (Cild 3, i.v. 125-126;).

96. “Üzləşdirmədə dindirmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 2022-ci ilin noyabr ayının sonlarında qohumu Şahid2 vasitəsi ilə Təqsirləndirilən şəxs2 tanıması, sonuncunun FHN-də Ümumi şöbənin rəisi vəzifəsində işləməklə polkovnik-leytenant rütbəsi daşıması, 2022-ci ilin noyabr ayının sonlarında Təqsirləndirilən şəxs2 və Heydər İlyasov ilə sonuncunun Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən ofisində görüşmələri, görüş zamanı H.İlyasovun "xxxx" ASC-nin xidmət göstərdiyi su kəmərinin Göyçay rayonu Qaraməryəm kəndindən keçən 27,83 km uzunluğunda olan hissəsi üzrə demontaj işlərinin aparılmasının nümayəndəsi olduğu "xxxx" MMC-yə həvalə olunması məsələsinin həll edilməsi müqabilində 500.000 manat pul vəsaiti tələb etməsi, 2022-ci ilin dekabr ayının əvvəllərində "xxxx" restoranında H.İlyasov, Təqsirləndirilən şəxs2 və Rasim adlı şəxslərlə görüşləri zamanı 100.000 manat pulu verdikdən sonra əmrin veriləcəyi, sənədin doğruluğunu yoxladıqdan sonra 150.000 manat pulu verəcəyi, qalan pulu isə işə başlamağı ərəfəsində verəcəyi barədə razılaşmaları, Təqsirləndirilən şəxs2 QR kodu olan ASC-nin əmrini təqdim edərək, həmin sənədin həqiqi olduğunu, lakin Heydər tapşırdığı üçün pul verilməzdən əvvəl sənədin də verilməyəcəyini deməsi, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə ondan 100.000 manat alması, bundan sonra ASC-nin yerləşdiyi inzibati binanın qarşısında iki nəfərlə görüşmələri, onlardan birinin ASC-nin sənədini zərfdə Təqsirləndirilən şəxs2 təqdim etməsi, sonuncunun həmin sənədi ona təqdim edərək həqiqi olmasını deməsi, bir neçə gün sonra da Rəşatdan 15.000 manat pulu alması, 2022-ci ilin dekabr ayının sonlarında isə Təqsirləndirilən şəxs2 və İlqar adlı şəxsin yanında H.İlyasova 69.600 ABŞ dolları məbləğində pul vəsaitini verməsi barədə ifadəsində göstərmiş olduğu xüsusatları üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (Cild 3, i.v. 127-132;).

97. Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Səhiyyə Nazirliyində və “Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestri”ndə X48 barədə məlumat yoxdur (Cild 3, i.v. 84-85, 157-158;).

98. “Fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs5 fotoşəkli üzrə sifət quruluşundan özünü Prezident Administrasiyasının əməkdaşı Cavid olaraq təqdim edən şəxs kimi tanımışdır (Cild 3, i.v. 142-143;).

99. “Üzləşdirmədə dindirmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 2022-ci ilin dekabr ayında Heydər, İlqar və Cavidlə görüşməsi, sonuncunun özünü Prezident Administrasiyasının əməkdaşı kimi təqdim etməsi və ƏMDX-dən silgi aktı alacağını bildirməsi, sonra Heydər və Cavidlə ofisdə görüşdüyü vaxt Heydər Meliorasiyanın bütün sənədlərinin surətlərini ona təqdim edərək ƏMDX-nin sənədləri hazır olmasa da işə başlamaq üçün Meliorasiyanın sənədlərinin kifayət etdiyini, QR kod vasitəsilə sistemdə də yoxlaya biləcəyini, Heydərin qeyd olunan sənədləri ona verməsi, sonra aşağı düşüb Rəşatla danışması, sonuncunun razılığı ilə həmin gün Heydərə köməkçisi İlqarın və Orxanın yanında 69.600 ABŞ dolları məbləğində pul verməsi, xx.xx.2022-ci il tarixdə Göyçay RİH-ə müraciət etdikdə ASC-nin adından verilən sənədlərin saxta olmasının bildirilməsi, xx.xx.2022-ci il tarixdə o, Rəşad ilə birlikdə Heydər, Orxan və Cavid ilə görüş zamanı sənədin saxta olduğunu bildirsə də, Heydər və Cavid sənədin saxta olmadığını və qanuni qüvvəsini alması üçün sadəcə ƏMDX-dən sənəd verilməli olduğunu bildirməsi, aldadılması və şəriki Rəşata məxsus cəmi 233.000 manat civarında pul vəsaitinin ələ keçirilməsi barədə ifadəsində göstərmiş olduğu xüsusatları üzləşdirmə zamanı Təqsirləndirilən şəxs5 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (Cild 3, i.v. 144-148;).

100. Təqsirləndirilən şəxs4 ibtidai istintaq orqanına ünvanlanmış 18 may 2023-cü il tarixli ərizəsində göstərilmişdir ki, “Yazaraq sizə bildirirəm ki, X48 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olmaqla cinayətlər törətmiş, bu məqsədlə bir neçə nəfərin, eləcə də mənim köməyimdən istifadə etmişlər. Səmimi və könüllü şəkildə cinayətlərin açılması və cinayət törətmiş şəxslərin ifşa olunmasına kömək edəcək məlumatları sizə təqdim etməklə, gələcəkdə barəmdə prosessual tədbirlərin seçilməsi və cəza verilməsi zamanı nəzərə alınmasını xahiş edirəm.” Bundan sonra, Təqsirləndirilən şəxs4 həmin tarixdə istintaq orqanına ətraflı ifadə verərək törədilmiş cinayət əməllərinin mexanizmi barədə geniş məlumatlar vermişdir(Cild 3, i.v. 160-171).

101. Azərbaycan Respublikası Zərərçəkmiş şəxs5 PHŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, "xxxx"in tabeliyində olan tibb müəssisələrində Təqsirləndirilən şəxs4 barəsində heç bir məlumat və ya bağlanmış əmək müqaviləsi qeydə alınmamışdır (Cild 3, i.v. 173-174; Cild 4, i.v. 25-26;).

102. Təqsirləndirilən şəxs3 sərhədkeçməsi barədə məlumatlardan görünür ki, o, xx.xx.2023-cü il tarixdə saat 08:02-də Azərbaycan Respublikasının dövlət sərhədini X68 Aeroportu vasitəsilə Türkiyə Respublikası İstanbul şəhəri istiqamətində keçməyə cəhd etmiş, lakin barəsində “Giriş-çıxış və qeydiyyat” İAMAS-ın “Sərhədkeçməyə məhdudiyyət” siyahısına “Qadağandır” statusunun daxil edilməsi səbəbindən, bu barədə məlumat verilməklə hava limanından qaytarılmışdır (Cild 3, i.v. 188-192;).

103. “Təqsirləndirilən şəxs4 təqdim etdiyi flaş-karta” xx.xx.2023-cü il tarixdə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs4 şahid qismində istintaqa verdiyi xx.xx.2023-cü il tarixli ifadəsində göstərdiyi, qanunsuz olaraq hazırladığı "xxxx"in adından xx.xx.2023-cü il tarixli əmrin və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) adından xx.xx.2022-ci il tarixli əmrin və digər sənədlərin “Microsoft Word” formatında elektron variantlarını və sənədlərin qanunsuz olaraq hazırlanmasında istifadə etdiyi müxtəlif formatlarda olan möhür, imza, QR-kod və blankların təsvirlərinin də elektron variantlarını təqdim etmişdir. Belə ki, “TİBBİ ƏRAZİ BÖLMƏLƏRİNİN İDARƏETMƏ BİRLİYİ” adından verilməsi görüntüsü yaradılmaqla qanunsuz olaraq hazırlanmış əmrdə, "xxxx"in blankı əks olunmaqla aşağı hissəsində qurumun adı tam olaraq qeyd edilmiş, ünvanı və əlaqə nömrəsi və elektron poçt ünvanı, habelə poçt ünvanı göstərilmişdir. Blank hissədən sonra “Bakı şəhəri 04 noyabr 2022-ci il” sözləri əks olunsa da, sənədin nömrəsinin əks olunduğu hissə boş saxlanılmışdır. Sənədin təsviri hissəsində isə “ƏMR №_“İşə qəbul barəsində” 1) Zərərçəkmiş şəxs1 - xx.xx.2022-ci il tarixdən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 51-ci maddəsinə əsasən təyin olunmaqla, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinə əsasən cəmiyyətə müddətsiz Qəbələ şəhəri tibbi ərazi bölməsi üzrə X69 X15 baş həkim vəzifəsinə işə qəbul edilsin. Qəbələ şəhəri tibbi ərazi bölməsi üzrə Qəbələ X28 Mərkəzi fəaliyyətə başlayan andan əmək haqqı əmək müqaviləsinə uyğun ödənilməyə başlansın və birbaşa vəzifə salahiyyətlərini icra etdisin. İşçi ilə tam maddi məsuliyyət haqqında müqavilə bağlanılsın. Əsas: İşçinin ərizəsi və xx.xx.2022-ci il tarixli əmək müqaviləsi. ƏMR EDİRƏM

1. xx.xx.2022-ci il tarixindən etibarən cəmiyyətin ştat cədvəli üzrə “Qəbələ şəhəri tibbi ərazi bölməsi üzrə Qəbələ Regional X15” vahid tam ştat “baş həkim” vəzifəsi əlavə edilsin: 2.“Azərbaycan Respublikasının Nazirlər X129 X8” xx.xx.2022-ci il tarixli ştat cədvəlinə müvafiq dəyişiklik edilsin. 3. Bu barədə bütün aidiyyatı üzrə şöbələr məlumatlandırılsın. Əmrin icrasına nəzarəti ___ oğluna tapşırıram. X110 vəzifəsini icra edən Vüqar Qurbanov xx.xx.2022-ci il” məzmunda sözlər qeyd olunmuşdur. Həmçinin, “Microsoft Word” formatında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) adından verilməsi görüntüsünü yaradan bir sıra sənədlər və həmin sənədlərin hazırlanmasında istifadə olunan möhür və sair təsvirlər də flaş-karta əlavə edilmişdir. ASC adından verilməsi görüntüsü yaradılmaqla qanunsuz olaraq hazırlanmış əmrdə, "xxxx" MMC X89 Ömər Hüseynov! 30 noyabr 2022-ci il tarixdə daxil olmuş 012/22 nömrəli 28 noyabr carı ilin məktubnuzda qeyd edilir ki, Azərbaycan Meliorasiya və X141 Səhmdar Cəmiyyətinin nəznində və balansında olan istismara yararsız hesab olan Göyçay rayonu Qaraməryam kəndi ərazisində yerləşən uzunluğu 15-25 km arasında olan boru xətlərinin demontaj olunması barəsində müraciətinizə baxaraq qərar qəbul edilmişdir. Azərbaycan Meliorasiya və X141 Səhmdar Cəmiyyətinin qəbul etdiyi qərara əsasən xx.xx.2022-ci il tarixli əmrə və göstərişə əsasən yuxarıda qeyd olunan ərazidə yerləşən yararsız boruların demontajı "xxxx" MMC-yə havalə edilsin. Əmr və göstərişin Sizə göndərilməsi barədə xəbər edlirsiniz. İmza : X72 01 dekabr 2022ci il” məzmunda yazılar qeyd edilmişdir. Bundan əlavə, digər faylda ASC blankı əks olunduqdan sonra, təsviri hissədə "xxxx" MMC Ömər Hüseynova 7 dekabr 2022-ci il tarixdə daxil olmuş 039/22 nömrəli 6 dekabr 2022-ci ilin məktubnuzda qeyd edilir ki, Azərbaycan Meliorasiya Və X141 Səhmdar Cəmiyyətinin tərəfindən "xxxx" MMC-nin haqqında çıxarılmış əmrdən çıxırışının göndərilməsinin təmin edilməsini xahiş etmisinz. Azərbaycan Meliorasiya Və X141 Səhmdar Cəmiyyətinin nizamnamə qaydasına uyğun olaraq, həmin əmrdən qərardan çıxarış sizə göndərilir. Qoşma : ____ vərəq İmza: X72 08 dekabr 2022-ci il” məzmunda yazılar qeyd edilmişdir. Bundan əlavə, digər faylda ASC blankı əks olunduqdan sonra, təsviri hissədə "Azərbaycan Respublikası Göyçay rayonu Qaraməryam kəndi ərazisində yerləşən uzunluğu 28.72 km olan istifadəyə yarasız boru xətlərinin keçən ərazisi” məzmunda yazılar qeyd edilmiş, həmçinin fəzadan çəkilmiş yer səthinin görüntüləri üzərində ASC-nin möhürləri həkk olunmuşdur. Bundan əlavə, “Microsoft Word” formatında olan fayllarda yazılardan sonra "xxxx" sözlərinin üstündə də ASC-nin möhürləri həkk olunmuş vəziyyətdədir. Bundan əlavə, “nofon” adlı "xxxx" formatlı faylda ASC möhürünün təsviri vardır. “00008962” adlı “Microsoft Word” formatlı faylda QR kod əks olunmuşdur. Həmin faylda aşağı hissədə QR-kod təsvirinin aşağı hissəsində, alt-alta olmaqla “№ 00009024, İcra etdi :, Salmanova T.M.q, İmza:, xx.xx.2022” sözləri və rəqəmləri qeyd edilmişdir (Cild 3, i.v. 218-234;).

104. X25 adına düzəldilmiş üzərində "xxxx"in adı olan saxta sənəddən görünür ki, guya H.S.İlyasov həmin holdinqin Direktorlar Şurasının sədrinin birinci köməkçisi işləyir. Halbuki, həmin saxta sənədin üzərindəki QR oxudulduqda sənəddəki şəxsin şəxsiyyətinin identifikasiya edilməsi mümkün deyil (Cild 3, i.v.221;)

105. “Şahid və zərərçəkmiş şəxslərin təqdim etdiyi flaş-karta və CD disklərə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 təqdim etdiyi bir ədəd CD diskdə qeydə alınmış 15 audioyazı müəyyən edilmişdir. “19 iyun., 14.13orxan” adlı mp3 formatlı audiofaylda 4 nəfərin səs yazıları əks olunmuş, 1-ci şəxs 2 evini satıb pul verdiyini, pulu əvvəlcədən verməsinin səhv olduğunu, pul verib iş görməyim çox çətin olduğunu, 4-cü dəfədir gəldiyini, məsələnin çox yubandığını, 1 aya məsələnin həll olunmasına dair söz verildiyini, artıq 1 il olduğunu, 2-ci şəxs da məsələnin uzana-uzana getdiyini bildirmiş, 3-cü şəxs isə özündən əlavə söz demədiyini, sənədləri vaxt edib göstərsə və bir dənə qəbula salınsa məsələnin alınacağını, ora hələ heç kimin təyin olunmadığını, Akif müəllimin bu işin ağsaqqalı olduğunu, ağsaqqalın vaxtı olmadığını, onunla görüşəcəyini demiş, həmçinin 3-cü şəxs söhbət zamanı and içərək bu işin 2-3 gün də çəksə düzələcəyini bildirmişdir. 4-cü şəxs isə 3-cü şəxsin dediklərini hər dəfə “bəli” deyərək təsdiq etmişdir. Həmçinin söhbət zamanı, 2-ci şəxs “bilək mənim getməyimə dəyir ya dəymir, tikildiyi halda...” danışıq apardığı zaman 3cü şəxs “mən əmri fikirləşmirəm, çünki adam deyir ki, 2-3 ay müvəqqəti əvəz edəcək, sonra təyin olunacaq, dərdim tikilmək sökülmək deyil, bircə doktoru çağırsın, doktor həmin adamın yuxarı səviyyənin adamı olduğunu, geniş əlaqələrinin olmasını görəcək” deyə bildirmişdir. 1-ci şəxs bu iş alınmadığı təqdirdə, bərabər pul qoymaqla iş görmələrini təklif etmiş, çox sayda ideyaların olduğunu, sanatoriya qurmaq da mümkün olacağını demişdir. 3-cü şəxs bunun üçün 2-3 milyon lazım olduğunu, onların isə belə bir maliyyəsinin olmadığını, lakin özəlləşmə ilə bağlı nə sözü olsa ona deməsini bildirmişdir. 4-cü şəxs layihələrə də baxmaq lazım olduğunu demişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, həmin danışıqlarda 1-ci şəxs özü, 2-ci şəxs Şahid14, 3-cü şəxs Təqsirləndirilən şəxs2 və 4-cü şəxs Təqsirləndirilən şəxs1dur, həmin səs yazılarını 2022-ci ilin yay aylarında Bakı şəhəri Nərimanov rayonu ərazisində eyni adlı parkda görüşləri zamanı qeydə almışdır. Bundan başqa, CD diskdə olan PTT-20221129- WA0006, PTT-20221223-WA0002, AUD-20221225-WA0003, AUD-20221225-WA0004 və digər fayllarda əks olunan audioyazılardan görünür ki, 2022-ci ilin noyabr və dekabr aylarında 2 şəxs arasında aşağıdakı məzmunda danışıqlar aparılmışdır: Həmin səs yazılarında olan 1-ci şəxs and içərək 1-ci gün səhər anket sənədlərini götürüb gəlməsini bildirmiş, 2-ci şəxs isə “Rəfayıl deyirdi, CD zad vermişəm, görəsən həqiqətən də nazirlikdə oturub ?! Qoloqramı çıxartdıq baxdıq Yadındadı sənin?” demiş, 1-ci şəxs isə “Bəli QR kodla, dəqiqləşdirim deyim sənə deyə bildirmişdir. 2-ci şəxs “Oturuşmayıbsa özü özünə problem yaradacaq, Oturuşmayıbsa deməli yalançı qoloqrammadı, Necə ola bilər ?!” məzmunda, 1-ci şəxs “İnanırsan alınacaq”, 2-ci şəxs “Demisən ki tez həll olunmalıdır” məzmunda danışıq aparmışlar. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, həmin səs yazıları 2022-ci ilin noyabr və dekabr aylarında Təqsirləndirilən şəxs3la onun arasında baş vermişdir, 1-ci şəxs Təqsirləndirilən şəxs3, 2-ci şəxs isə özüdür. Təqsirləndirilən şəxs3 “Cavid müəllimgil məni dəvət etmişdilər, 40 dəqiqə söhbət etdik, uzağı 5-6-sı demişik, təzə həftə inşallah bir tikə çörəyin yeyərik, dəyib gələrik”, Zərərçəkmiş şəxs1 “Deyirdin girmişəm, sənədlər var, kompüterdə ad var”, Təqsirləndirilən şəxs3 “yalandan görmüşəm deyəmmərəm, Allaha and olsun ki, 1-ci gün, 4 ildi qalan məsələdi, həll etdilər, dedilər Allah balanı saxlasın. Bunlar məsələni həll edəndirlər” məzmunda danışıq aparmışlar. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs3 “mənə konkret ya pul ya əmr verilsin, təqdimat lazım deyil, mən dediyim sözləri dedin ?!” deyə bildirmiş, Təqsirləndirilən şəxs3 isə “əmr, dedim, narahat olma” məzmunda cavab vermişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs3 “80.000 manatı düzəltməkdən ötrü axırıncı götürdüyüm 60.000 manatı götürdüyüm şəxsə həmin pulu qaytaracağımı demişəm, əmrimi də, kartımı da denən versinlər, sən tapmısan, inanırsan, özün bilərsən, mən inanmıram” deyə bildirmiş, Təqsirləndirilən şəxs3 isə “səbrli ol, üçüncü gün 1-2 arası səni yığacam, səbrini basdır, onlarla danışacam”, Zərərçəkmiş şəxs1: “pul dedi, pulu da verdim, keçən dəfə deyir ki, sənin dediyin summanı indi çatdıracam hələ, mən dediklərimi denən”, Təqsirləndirilən şəxs3: “sən mənim zəngimi gözlə doktor, səbrli ol, 100 % deyəcəm baş üstə” məzmunda danışıq aparmışlar. Həmin audioyazılardan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la əvvəlcə vəzifəyə təyin olunması barədə əmr verilməsi ilə əlaqədar sövdələşmiş, Təqsirləndirilən şəxs2 mütəmadi olaraq and içərək işin həll olunduğunu, lakin işi həll edən “ağsaqqal”ın vaxtı olmadığını, qəbula salındıqdan sonra vəzifəni icra edən kimi Zərərçəkmiş şəxs1 əmrinin veriləcəyini bildirmiş, lakin həmin məsələnin həll olunması yubandığı üçün Zərərçəkmiş şəxs1 digər variantlar, o cümlədən sanatoriya yaratmağı təklif etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs3 telefon danışıqları zamanı mütəmadi olaraq and içərək Zərərçəkmiş şəxs1 sonuncunun işi ilə bağlı heç bir narahatçılıq olmadığını, hər dəfə günün müəyyən vaxtları gəlməsini bildirmiş, Zərərçəkmiş şəxs1 isə əmrin ya da pulunun verilməsini tələb etmişdir. Bundan başqa, Şahid1 təqdim etdiyi flaş-kartda olan audioyazılardan görünür ki, 1-ci şəxs gah 32.000 manat puldan əlavə 115.000 manat pulun da Orxanda olduğunu, əlbir olduğu işlərdən özünə 85.000 manat çatdığını, həmin pulu da KQMBİ-də xitam qərarı qəbul olunduqdan sonra verəcəyini, gah 80.000 manat pul verəcəyini, gah da 70.000 ABŞ dolları və 80.000 manat pulu verəcəyini demişdir. Həmçinin audioyazılarda, 1-ci şəxs, Orxanın geydirmə işlər gördüyünü, əlində Orxanla bağlı kifayət qədər material olduğunu, Orxanın Meliorasiyadan sənəd aldığı adamların öz tanışları olduğunu, bunların Orxan qurduğu oyun olduğunu, Zaurun da pul götürdüyünü, həmin məsələnin Zaurla öz aralarında olduğunu, Orxanın ələ keçirdiyi 115.000 manat pulu doktorun pulunu qaytarmağa görə verdiyini, Rəşatın əlbəəl Orxana pul verdiyini, Orxan isə ona pul vermədiyini, sonuncu həmin pulu doktorun işinə görə verdiyini, 85.000 manat pulu xitam qərarı çıxanda verəcəyini demişdir. Bununla bərabər, həmin flaş-kartda olan digər auidoyazıda 1-ci şəxs, Orxanın göndərdiyi videoda sonuncudan 100.000 manat deyil, 10.000 manat pul götürdüyünü bildirmişdir. Baxışda iştirak edən Şahid1 bildirmişdir ki, həmin 1-ci şəxs X37r. Həmin səs yazılarını H.İlyasov ona votsap hesabı vasitəsilə göndərmişdir, bəzi danışıqları isə Ceyhun adlı şəxsə göndərmiş, sonuncu da votsap hesabı vasitəsilə ona göndərmişdir (Cild 3, i.v. 243-244;).

106. Məhkəmə qərarı əsasında Təqsirləndirilən şəxs3 və qeyrilərinin maliyyə əməliyyatları, bank hesablarının vəziyyəti barədə məlumatları və görüntülər müvafiq bank təşkilatlarından götürülmüş və xx.xx.2023-cü tarixli həmin məlumatlara baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 adına olan “X70” ASC-yə məxsus 409858******8154 PİN №-li kart hesabı üzrə pul vəsaitlərinin ATM-lərdən çıxarılması ilə əlaqədar qeydə alınmış görüntülərdə Təqsirləndirilən şəxs3 və Heydər İlyasovun bankomatdan mütəmadi olaraq bir yerdə pul çıxartmaları, pul vəsaitlərinin terminallardan əsasən Təqsirləndirilən şəxs3 və sonuncunun oğlu Şahid7 çıxarması müəyyən edilmişdir. 409858SMPFBY8154 adlı “excel” formatlı faylda, aşağıda qeyd olunan sıralama ilə bölmələrin olması müşahidə edilmişdir: 1. Müştəri məlumatları, 2. Unibank ATM, 3. Digər bank ATM, 4. Digər bank POS-terminal, 5. İnternet, 6. Unibank tətbiqi ilə cardtocard, 7. Digər bank tətbiqi ilə cardtocard, 8. Terminal vasitəsilə əməliyyat,

9. Kart qalığına faiz bölmələri müşahidə edilmişdir. Müştəri məlumatlarında, müştərinin tam adı “Təqsirləndirilən şəxs3” kimi, Kartın Pseudopanı: 409858SMPFBY8154 kimi, müştərinin doğum tarixi kimi xx.xx.1973, telefon nömrəsi kimi ********* kimi göstərilmişdir. Həmçinin, qeyd olunan bölmələrdən görünür ki, təqdim edilmiş bank məlumatları Təqsirləndirilən şəxs3 adına olan “X70” ASC-yə məxsus 409858******8154 PİN №-li kart hesabına aiddir. Müxtəlif ödəmə terminallarından Təqsirləndirilən şəxs3 məxsus həmin kart hesabına 2022-ci ilin sentyabr ayında 7.650 manat, 2022-ci ilin oktyabr ayında 9.270 manat, 2022-ci ilin noyabr ayında 7.140 manat, 2022-ci ilin dekabr ayında 2.280 manat olmaqla, ümumilikdə 2022-ci ilin sentyabr ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində 26.340 manat pul vəsaiti daxil edilmişdir. Həmin hesaba digər bank tətbiqi ilə 1.521 manat və unibank bank tətbiqi ilə 3.266 manat daxil olmuşdur. Həmin kart hesabına internet vasitəsilə də mədaxil və məxaric olunması qeydə alınmışdır. Belə ki, kart hesabına www.birbank.az və Unibank internet resursları vasitəsilə 2022-ci ilin sentyabr ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində 16.391 manat mədaxil olmuşdur (Cild 3, i.v. 248;).

107. X101 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 15:50-də X25 istifadəsində olan +254 772 342503 saylı nömrəyə “whatsapp” sosial şəbəkəsi vasitəsilə zəng edərək cinayət işi üzrə şahid qismində dindirilməli olduğu bildirilmiş, lakin sonuncu bir neçə gün sonra videokonfrans əlaqə sistemi vasitəsilə ifadə verə biləcəyini demişdir. H.İlyasov həmçinin bildirmişdir ki, Zaur vasitəsilə Novruz həkimi tanımış, sonuncu ilə 2022-ci ilin oktyabr ayında tanış olmuş və özünü Rəfayıl kimi təqdim etmişdir. Zaurdan eşitdiyinə görə, Orxan və sonuncunun tanışı əvvəlcə Novruzdan 100.000 ABŞ dolları almış, 2022-ci ilin oktyabr və noyabr aylarında isə Zaur Novruzdan cəmi 80.000 manat almış, hər dəfə pul aldıqda ona 10.000 manat vermişdir, Novruzu aldatmaları ilə əlaqədar həmin puldan Rufana və Cavidə pul verməmişdir. Bundan başqa, "xxxx" MMC-nin nümayəndəsi Valehin dəmir borunun demontaj işlərinin MMC tərəfindən aparılması barədə əvvəlcə Orxana müraciət etmiş, 2022-ci ilin noyabr ayında Orxan, Zaur və o, Valehi aldadıb həmin iş barədə vəd verərək 500.000 manat ələ keçirməyi planlaşdırmışlar. O, Zaur və Orxanla razılaşmışdır ki, həmin pulu Novruzun pulunun qismən qaytarılması üçün istifadə etsinlər, Valehgili isə 5-6 ay yubatsınlar, lakin Valehgil onların fikirləşdikləri vaxtdan da tez şikayət etdikləri üçün və pulun qalanını vermədiklərindən planları baş tutmamışdır. Valehin verdiyi 233.000 manat puldan 105.000 manat Orxana, 95.000 manat Zaura, 33.000 manat isə özünə çatmışdır. Valehi aldatmağa görə Valehə və Rufana pul verəcəyini vəd etsə də, onlara pul verməmiş və məbləğ barədə də əvvəlcədən danışmamışlar (Cild 3, i.v. 249-250;).

108. X55 İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, idarənin balansında olan əkin sahələrinin suvarılması təyinatlı olmaqla istismarı dayandırılmış 5,29 km uzunluğu olan 720 mm diametrli və 7,63 km uzunluğu olan 820 mm diametrli metal materialdan quraşdırılmış boru kəməri Göyçay rayonu Qaraməryəm və İnçə kəndləri ərazisindən keçir. Sorğuda boruların uzunluğu 28,72 km göstərilsə də, göstərilən ölçüdə boruların olması texniki göstəricilərə əsasən öz əksini tapmır və adı çəkilən boruların demontaj işlərinin aparılması hər hansı quruma həvalə edilməmişdir. Həmin məktuba əlavə edilmiş “Şirvan” nasos stansiyasının texniki göstəriciləri haqqında məlumatdan görünür ki, həmin nasos stansiya Göyçay rayonunun İnçə kəndi ərazisində yerləşməklə, Yuxarı Şirvan kanalından su götürərək ləğv edilmiş Şirvan kolxozunun 246 ha sahəsini və 576 ha Leninqrad sovxozunun əkin sahələrinin suvarılması məqsədilə inşa edilmişdir. Suyun nəql edilməsi üçün 2 istiqamətdə təzyiqli boru kəmərindən istifadə edilir. Uyğun olaraq D=720 mm olan borunun uzunluğu 5,29 km, D=820 mm olan borunun uzunluğu 7,63 km təşkil edir (Cild 3, i.v. 259-261;).

109. Şahid qismində dindirilmiş Şahid8 ifadəsindən, onun təqdim etdiyi ödəniş cədvəllərindən və digər sənədlərdən görünür ki, “X148 Rover” markalı **-AF-*** dövlət qeydiyyat nömrəli avtomobilin lizinq yolu ilə alınması üçün Heydər İlyasov tərəfindən xx.xx.2022-ci il tarixdə 4.100 manat, xx.xx.2022-ci il tarixdə gecikmə olmaması üçün 25 manat, xx.xx.2022-ci il tarixdə 4.120 manat, xx.xx.2022-ci il tarixdə 4.140 manat pul vəsaiti aylıq lizinq ödənişi kimi ona ödənilmişdir. Şahid8 özü həmin avtomobilə görə ilkin lizinq ödənişi kimi 18.000 ABŞ dolları məbləğində pul vəsaitini vermişdir. Lakin Heydər ilkin lizinq ödənişi ödəməsi barədə vədinə əməl etməmiş, xx.xx.2022-ci il tarixdə 2.000 manat, xx.xx.2022-ci il tarixdə 7.000 manat, xx.xx.2022-ci il tarixdə 1.000 manat, 2022-ci ilin oktyabr ayının 24 və ya 25-i tarixdə 3.600 manat və 2022-ci ilin dekabr ayının ortalarında və ya sonlarında 3.000 ABŞ dolları məbləğində pul vəsaitlərini ona nağd olaraq vermiş, lakin Heydər lizinq yolu ilə alması barədə razılaşdığı “Range Rover” markalı avtomobili ölkədən çıxartdığı və ödəniş etmədiyi üçün xx.xx.2022-ci il tarixdə növbəti 4.100 manat ödənişi özü ödəmişdir. Beləliklə, Heydər İlyasov tərəfindən Şahid8 “X148 Rover” markalı **-AF-*** dövlət qeydiyyat nömrəli avtomobilin lizinq yolu ilə alınması ilə əlaqədar ilkin ödəniş kimi 18.700 manat və aylıq ödənişlər kimi 12.385 manat olmaqla ümumilikdə 31.085 manat məbləğində pul vəsaitləri nağd olaraq ödənilmişdir (Cild 3, i.v. 272-282;).

110. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, 4(001)-533/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində əvvəli 24 may 2023-cü il tarixdən hesablanmaqla ibtidai istintaq müddətinin sonunadək, yəni xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir (Cild 3, i.v. 283-286, 333-340;)

111. "xxxx" MMC, "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş SMS və telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsinə dair” xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** nömrə ilə Şahid14 istifadəsində olan ********** nömrə arasında ilk zəng xx.xx.2021-ci il tarixdə, saat 11:17-də qeydə alınmışdır. Belə ki, həmin vaxt Şahid14 Təqsirləndirilən şəxs1 zəng edərək, aralarında 365 saniyə ərzində danışıq aparılmışdır. Həmin vaxt Şahid14 anten dairəsi “Qebele sh., ATS”, Təqsirləndirilən şəxs1 anten dairəsi isə “X130” göstərilmişdir. Təqsirləndirilən şəxs1 və Şahid14 arasında 2021-ci ilin iyul ayında 6 zəng, avqust ayında 14 zəng, sentyabr ayında 6 zəng, 2021-ci ilin oktyabr, noyabr və dekabr aylarında cəmi 37 zəng qeydə alınmışdır. xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixlərdə hər iki nömrənin anten dairələri Bakı şəhərini göstərmişdir. ***- ***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** və ***- ***-**-** saylı mobil nömrələr arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində mütəmadi olaraq danışıqların aparılması qeydə alınmışdır. Həmçinin baxış zamanı, ********** mobil nömrədən X25 istifadəsində olan ********** mobil nömrə arasında danışıq qeydə alınmasa da, baxış zamanı ********** mobil nömrədən H.İlyasovun istifadəsində olan ********** nömrəyə xx.xx.2022-ci il tarixdə, saat 15:47-də zəng olunaraq 73 saniyə, həmin gün saat 15:49-da zəng olunaraq 110 saniyə ərzində danışıq aparılması müəyyən edilmişdir. Bundan əlavə, ********** mobil nömrə ilə Təqsirləndirilən şəxs3 istifadəsində olan ********** mobil nömrə arasında xx.xx.2022-ci il tarixdə, saat 15:10-da danışıq aparılmış, eləcə də, ***-***-**-** mobil nömrə ilə Təqsirləndirilən şəxs3 istifadəsində olan ********** mobil nömrə arasında xx.xx.2022-ci il tarixdə mütəmadi olaraq danışıq aparılmışdır. Təqsirləndirilən şəxs2 istifadəsində olan ********** mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 15:42-də Heydər İlyasovun istifadəsində olan ********** mobil nömrəyə zəng olunaraq, aralarında 164 saniyə ərzində danışıq aparılması, Təqsirləndirilən şəxs2 anten dairəsi “Emircan qes” olması müəyyən edilmişdir. Bundan əlavə, həmin tarixdə, saat 15:45-də Təqsirləndirilən şəxs2 H.İlyasova etdiyi zəngin müddəti 49 saniyə təşkil etmiş, anten dairəsi “Aeroport yolu,İlgar Mammadov kuc”, H.İlyasovun anten dairəsi isə “Baki seh, Suraxani qes., Park kuc 18. Sport Hall” göstərmişdir. ********** mobil nömrə ilə Şahid3 istifadəsində olan ********** mobil nömrə arasında ilk danışıq xx.xx.2022-ci il tarixdə, saat 14:08-də qeydə alınmış, hər iksinin anten dairəsi “Nobel pr” kimi göstərilmişdir. Bundan sonra həmin nömrələr arasında xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə də danışıq aparılması qeydə alınmışdır. İlk zəng Təqsirləndirilən şəxs2 tərəfindən, digər zənglər isə Şahid3 tərəfindən olunmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs2 istifadəsində olan ********** mobil nömrə ilə Şahid5 Yəhya oğlunun istifadəsində olan ********** mobil nömrə arasında xx.xx.2022-ci il tarixdə danışıqlar aparılmışdır. Belə ki, ********** nömrədən ********** nömrəyə zəng olunaraq saat 10:38-də saylı 28 saniyə və saat 11:00-da 42 saniyə ərzində, ********** saylı nömrədən ********** nömrəyə zəng olunaraq saat 10:52-də 23 saniyə və saat 11:16-da 23 saniyə ərzində danışıq aparılmışdır. Saat 11:00-da hər iki nömrənin anten dairəsi Afyəddin Cəlilov küçəsi 11 ünvanı, saat 11:16-da isə Bakı şəhəri Səbail rayonu Ü.Hacıbəyov küçəsini göstərmişdir. Həmin gün ərzində saat 17:22-də ********** nömrəyə Təqsirləndirilən şəxs3 istifadəsində olan ********** nömrədən zəng olunaraq 214 saniyə danışıq aparılmışdır. Həmçinin, xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə H.İlyasovun istifadəsində olan ********** saylı mobil nömrə arasında da mütəmadi olaraq danışıqlar aparılmışdır. Bundan başqa, baxış zamanı Təqsirləndirilən şəxs3 istifadəsində olan ********** nömrə ilə Heydər İlyasovun istifadəsində olan ********** mobil nömrələr arasında xx.xx.2022-ci il tarixdən 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində, ********** nömrə ilə H.İlyasovun istifadəsində olan ********** mobil nömrə arasında isə xx.xx.2022-ci il tarixdən 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində mütəmadi olaraq danışıqların aparılması müəyyən edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs3 qeyd edilən nömrəsi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan ********** mobil nömrə arasında ilk danışıq xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. Eləcə də, ********** mobil nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** mobil nömrə arasında xx.xx.2023-cü il tarixdən etibarən mütəmadi olaraq danışıqlar aparılmış, həmin tarixdə Təqsirləndirilən şəxs3la H.İlyasovun qeyd edilən mobil nömrələri arasında da danışıqlar həyata keçirilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs3 ********** mobil nömrəsinə xx.xx.2023-cü il tarixdə, saat 15:40-da Təqsirləndirilən şəxs4 istifadəsində olmuş ********** mobil nömrədən zəng olunaraq, aralarında 17 saniyə ərzində danışıq aparılmışdır. Həmçinin, Təqsirləndirilən şəxs3 ********** mobil nömrəsi ilə Şahid3n istifadəsində olan ********** mobil nömrə arasında, habelə həmin nömrə ilə Şahid3 istifadəsində olan ********** mobil nömrə arasında 2022-ci ilin noyabr ayından etibarən danışıqların qeydə alınması müəyyən edilmişdir. ********** mobil nömrədən Şahid3 istifadəsində olan ********** mobil nömrəyə xx.xx.2022-ci il tarixdə “Salam metleb menem zaur”, xx.xx.2023-cü il tarixdə “AY QARDAS BU İS NİYE BELE OLDU”, “Qardas men sene zeng vura bilmirem”, “Ay metleb bular qapima gelibler”, “Metleb bu ne hereketdi”, “Camat deyir ocur soyusder soyub”, “Men soz tapiram demeye” məzmunda ismarıcların göndərilməsi müşahid edilmişdir. Təqsirləndirilən şəxs3 istifadəsində olan ********** mobil nömrənin anten dairəsi əsasən “Baki seh, Sebail r-nu, Badamdar shosesi 42” ünvanı, xx.xx.2023-cü il tarixdə isə Qəbələ şəhərini göstərmişdir. Bundan başqa, Heydər İlyasovun istifadəsində olan ********** mobil nömrə ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan ********** mobil nömrə arasında ilk danışıq xx.xx.2022-ci il tarixdə, saat 20:12-də 54 saniyə ərzində danışıq aparılması qeydə alınmışdır. ********** nömrə ilə Şahid3 istifadəsində olan ********** və ********** mobil nömrələr arasında ilk danışıq xx.xx.2022-ci il tarixdə, saat 16:32-də qeydə alınmış, bundan sonra 2023-cü ilin yanvar ayınadək aralarında mütəmadi olaraq danışıq aparılması müşahidə edilmişdir. ********** nömrəyə ilk dəfə xx.xx.2022-ci il tarixdə, saat 23:47-də Təqsirləndirilən şəxs4 istifadəsində olan ********** mobil nömrədən zəng olunaraq 37 saniyə ərzində danışıq aparılmış, xx.xx.2022-ci il tarixdə, saat 02:26-da isə ********** nömrədən ********** nömrəyə zəng edilərək 14 saniyə ərzində danışıq aparılmışdır. ********** nömrə ilə Təqsirləndirilən şəxs5 istifadəsində olan ********** nömrə arasında 2022-ci ilin dekabr ayında mütəmadi olaraq danışıqlar aparılmışdır (Cild 3, i.v. 245-247; Cild 4, i.v. 158; 279-280;).

112. “Respublika Psixiatriya Xəstəxanası” X106 xx.xx.2023-cü il tarixli 7080 №-li arayışından görünür ki, arxiv məlumatına görə Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 həmin tibb müəssisəsində müalicə almamışlar (Cild 4, i.v. 1-2;).

113. “Üzləşdirmədə dindirmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs3 2022-ci ilin sentyabr ayında onun baş həkim vəzifəsinə təyin edilməsi müqabilində onun Orxan və Namiqə verdiyi puldan 100.000 manat pulu alması, Təqsirləndirilən şəxs3 Rəfayıl adlı şəxsi ona Səhiyyə nazirinin köməkçisi kimi təqdim etməsi və 80.000 manat pulu ondan aldığı vaxt aparıb Rəfailə verməsini bildirməsi, sonuncunun və Təqsirləndirilən şəxs3 Rufan adlı şəxsi TƏBİB-in işçisi kimi təqdim etməsi, həmin şəxslərin onu aldadıb pulunu ələ keçirmələri barədə ifadəsində göstərmiş olduğu xüsusatları üzləşdirmə zamanı Təqsirləndirilən şəxs3 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (Cild 4, i.v. 8-10;).

114. Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 77 saylı MKİS-in xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 ünvan 25 ünvanda yaşamış, ailəlidir, orta təhsillidir, onun barəsində MKİS-yə şikayət daxil olmamışdır. Eləcə də, AZ-İİ 427781 nömrəli nikah haqqında şəhadətnamədən və 2 saylı X16 tərəfindən verilmiş ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs4 arvadı X38 “şizofreniya paranoid forma, fasiləsiz gedişli” diaqnozu ilə qeydiyyatdadır (Cild 4, i.v. 72-81;).

115. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamentinin Binəqədi rayonu MKTB-nin 102 saylı MKİS-in xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs5 ünvan 26 ünvanda qeydiyyatda olmasına baxmayaraq, həmin ünvanda uzun müddətdir yaşamır, Təqsirləndirilən şəxs5 barəsində MKİS-yə mütəmadi olaraq X71, o cümlədən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən axtarılması, ünvan 26 ünvanda yaşayıb-yaşamaması barədə yazılı və şifahi sorğular daxil olmuşdur (Cild 4, i.v. 82-83;).

116. “Üzləşdirmədə dindirmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 Heydər İlyasovun və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 X13 baş həkimi vəzifəsinə təyin etdirmək adı ilə əlavə pul vəsaitlərini ələ keçirmələrindən ötrü H.İlyasovun saxta sənəd hazırlamasını ondan xahiş etməsi, Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 aldadıb əldə etdiyi pul vəsaitindən 200 manat pulu saxta sənəd düzəltməsi müqabilində ona verməsi, "xxxx" ASC-nin balansında olan dəmir su borusunun üzərində demontaj işlərinin "xxxx" MMC-yə həvalə edilməsi adı ilə Şahid1 və Zərərçəkmiş şəxs2 sonuncuya məxsus külli miqdarda pul vəsaitlərini ələ keçirmələri üçün Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Heydər İlyasovun əvvəlcədən əlbir olmamaları, bununla bağlı saxta sənədlər düzəltməsi üçün Təqsirləndirilən şəxs3 və H.İlyasovun ondan xahiş etmələri, saxta sənədlər düzəltməsi müqabilində Təqsirləndirilən şəxs3 2022-ci ilin dekabr ayında 1.000 manat pul vəsaitini onun arvadı Aybəniz İmranovanın hesabına köçürməsi barədə ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində göstərmiş olduğu xüsusatları üzləşdirmə zamanı Təqsirləndirilən şəxs3 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 pul aldığını, sonradan Heydərin tələbi ilə “Kəhrəba” restoranında görüş zamanı Təqsirləndirilən şəxs4 həmin 200 manatlıq əskinaslardan ibarət 10.000 manat puldan 200 manat pulu verdiyini, Təqsirləndirilən şəxs4 da saxta sənədi cırıb tulladığını, Təqsirləndirilən şəxs4 yalnız boru məsələsi ilə əlaqədar Heydərin dediyi sənədi düzəltməyi xahiş etdiyini, məsələnin Göyçayla bağlı olduğunu deməsini bildirmişdir. Həmçinin, üzləşdirmə zamanı təqsirləndirilən şəxsin müdafiəçisi Rafiq Hümbətovun sualına cavab olaraq, Təqsirləndirilən şəxs4 bildirmişdir ki, o, əvvəlcə Heydərə yalnız saxta sənəd düzəltməklə köməklik edəcəyini demiş, lakin söhbətin gedişatında Heydər onu Novruz həkimə "xxxx"in işçisi kimi təqdim etdiyi zaman etirazını bildirməmiş, buna səbəb, Heydərə əvvəlcədən saxta sənəd hazırlaması barədə köməklik edəcəyi ilə bağlı söz verməsi və gedişatda da Heydərin yalanını gizlətmək olmuşdur (Cild 4, i.v. 97-101;).

117. “Üzləşdirmədə dindirmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid3 Təqsirləndirilən şəxs3 2022-ci ilin noyabr ayında Heydər İlyasov vasitəsilə tanıması, 2022-ci ilin noyabr ayının sonlarında “Avesta” binasının yaxınlığındakı kafedə Rufan, İlqar və Heydər ilə görüşməsi, sonuncu ona Göyçaydan keçən dəmir su borusunun demontaj edilməsinin şirkətə həvalə olunması üçün məktubu kiminsə "xxxx"nin qarşısında bir nəfərə verməyini deməsi, lakin bununla razılaşmaması, Rufan onunla yol getdiyi zaman məktubu özü düzəltdiyini, lakin özünü Meliorasiyanın Satınalma şöbəsinin müdiri Rasim kimi təqdim etdiyindən məktubu verə bilməyəcəyini deməsi, 2022-ci ilin dekabr ayının əvvəllərində Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** mobil nömrədən ona zəng edib həmin məktubu təcili olaraq Meliorasiyanın yerləşdiyi "xxxx"nin qarşısında FHNin xidməti formasında olacaq Orxan adı şəxsə çatdırmaq lazım olduğunu və 500 manat veriləcəyini təkidlə bildirməsi səbəbindən razılaşması, həmin məktubu tanışı vasitəsilə Orxana versə də pulun verilməməsi, Zaur və Heydərlə danışması, lakin onlar zərf verən şəxsin kömək etməməsi, pul verən şəxsdə şübhə yaratmasını demələri barədə ifadəsində göstərmiş olduğu xüsusatları üzləşdirmə zamanı Təqsirləndirilən şəxs3 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs3 ifadəsində, 2022-ci ilin noyabr ayının sonlarında Orxan adlı tanışı boru məsələsi barədə ondan soruşmasını, o da Heydərə bildirməsini, Heydərin xahişi ilə Şahid3 zəng edib məktubu "xxxx"nin qarşısında verməsini bildirməsini, lakin sonradan Heydər ona Mətləbin tanışının pul verən şəxsləri şübhəyə saldığını və işin pozulması səbəbindən pul verilməyəcəyini bildirmişdir. (Cild 4, i.v. 102-104;).

118. “Üzləşdirmədə dindirmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la birlikdə 2021-ci ilin avqust ayında biznes işi ilə əlaqədar Zərərçəkmiş şəxs1 100.000 ABŞ dolları məbləğində pulu aldıqları, sonradan Zərərçəkmiş şəxs1 X13 baş həkimi vəzifəsinə keçirilməsini Namiqdən xahiş etməsi, o bu məsələni həll edə bilən Səhiyyə Nazirliyində yuxarı vəzifədə işləyən tanış tapdığı halda işi həll edəcəyini deməsi, lakin həll edə bilmədiklərindən, Təqsirləndirilən şəxs1 Zaur adlı tanışının geniş əlaqələri olmasını deməsi, sonuncu da məsələni həll edəcəyini bildirməsi, o özünə çatan 85.000 manat pulun hamısını Namiqə, sonuncu isə 2022-ci ilin sentyabr ayında Badamdar qəsəbəsi ərazisində həmin pulu və əlavə 15.000 manat olmaqla cəmi 100.000 manat pulu Təqsirləndirilən şəxs3 verməsi barədə ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində göstərmiş olduğu xüsusatları üzləşdirmə zamanı Təqsirləndirilən şəxs3 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Üzləşdirmə zaman Təqsirləndirilən şəxs2 ifadəsində həmçinin göstərmişdir ki, 2022-ci ilin noyabr ayının sonlarında Valeh adlı tanışının "xxxx" ASC-nin balansında olan dəmir su borusunun Göyçay rayonundan keçən hissəsinin demontaj edilməsinə icazə verilməsi məsələsini Təqsirləndirilən şəxs3 bildirdikdə, sonuncunun ona Heydər İlyasova müraciət etməsini dediyini, H.İlyasovun həmin məsələnin müsbət həlli üçün cəmi 500.000 manat istəməsini, onun özü, H.İlyasov və Təqsirləndirilən şəxs3 hər birinə 50.000 manat pul çatması barədə razılaşmalarını bildirmişdir. Təqsirləndirilən şəxs3 isə ifadəsində Namiqin Novruzdan aldığı pulun 100.000 manat hissəsini ona verməsini, Təqsirləndirilən şəxs2 ona 2022-ci ilin noyabr ayının sonlarında su borusu barədə bildirməsini, o da Təqsirləndirilən şəxs2 H.İlyasovla məsləhətləşməsini deməsini bildirmişdir (Cild 4, i.v. 105-107;).

119. "xxxx" MMC (“Kəpəz Hospital”) tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 67 №-li məktubdan görünür ki, X42 xx.xx.2023-cü il tarixdə “Kəpəz Hospital”a daxil olmuş, ona daxil olarkən “ürəyin işemik xəstəliyi, gərginlik stenokordiyası” diaqnozu qoyulmuşdur. Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə açıq ürək əməliyyatı olunmuş və xx.xx.2023cü il tarixdə evə buraxılmışdır. Ambulator müalicəsini ev şəraitində davam etdirilməsi tövsiyyə olunmuşdur (Cild 4, i.v. 108-109;).

120. "xxxx" ASC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, 23/319 №-li məktubda göstərilmişdir ki, "xxxx" MMC-yə məxsus olan “Mercedes Benz E200” markalı **-PG-*** dövlət qeydiyyat nömrəli (tip – minik, rəngi – qara, buraxılış ili – 2019, BAN – WDD2130121A657589) avtomobil xx.xx.2021-ci il tarixli M0615/21 saylı (sığorta müddəti xx.xx.2021 saat 23:59 – xx.xx.2022 23:59) və xx.xx.2022-ci il tarixli M0718/22 saylı (sığorta müddəti xx.xx.2022 saat 23:59 – xx.xx.2023 23:59) “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” növü üzrə sığorta şəhadətnamələrinə əsasən cəmiyyətimizdə sığortalanmışdır. xx.xx.2021-ci il tarixli M0615/21 saylı “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” növü üzrə sığorta şəhadətnaməsi üzrə "xxxx" MMC tərəfindən ASC-yə xx.xx.2021-ci il tarixdə 1.870 manat məbləğində sığorta haqqı ödənilmişdir. xx.xx.2022-ci il tarixli M0718/22 saylı “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” növü üzrə sığorta şəhadətnaməsi üzrə "xxxx" MMC tərəfindən ASC-yə xx.xx.2022-ci il tarixdə 558 manat və xx.xx.2023-cü il tarixdə 572 manat olmaqla cəmi 1.130 manat məbləğində sığorta haqqı ödənilmişdir. ASC-yə lizinq müqaviləsi təqdim edilmədiyi üçün həmin avtomobilə dair daxili maliyyə lizinq obyekti kimi müqavilənin bağlanılıb-bağlanılmaması, lizinq ödənişlərinin ödənilib-ödənilməməsi barədə Cəmiyyətin məlumatı olmamışdır (Cild 4, i.v. 123-126;).

121. Təqsirləndirilən şəxs2 surətlərini təqdim etdiyi qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Gənclik prospekti 29 ünvanda yerləşən “Bazarstore” mağazasında quraşdırılmış “mpay” ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs2 arvadı Əhmədova Günelin “Kapital Bank”da olan 416973******9606 PİN №-li kart hesabına xx.xx.2023-cü il tarixdə 7.000 manat, xx.xx.2023-cü il tarixdə 4.000 manat, xx.xx.2023-cü il tarixdə 4.000 manat olmaqla ümumilikdə 15.000 manat məbləğində pul vəsaiti ödəmişdir (Cild 4, i.v. 127-133;).

122. Baş İdarənin Əməliyyat idarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab olaraq xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, tapşırıqda göstərilən hallar araşdırılaraq müəyyən edilmişdir ki, dəfələrlə dələduzluq cinayətini törətməsinə görə məhkum olunmuş X48 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının hüdudlarını Gürcüstan Respublikası istiqamətində tərk etmiş və bir daha geri qayıtmamışdır. ***-***-**-** mobil nömrənin mobil operatorların məlumat bazalarında yoxlanılarkən hər hansı şəxsin adına qeydiyyata alınması müəyyən edilməmişdir (Cild 4, i.v. 136-137;).

123. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X50 (VÖEN: **********), Şahid7 (VÖEN: **********), Təqsirləndirilən şəxs3 (VÖEN: **********), Təqsirləndirilən şəxs2 (VÖEN: **********), Təqsirləndirilən şəxs1 (VÖEN: **********), X74 (VÖEN: **********) və Təqsirləndirilən şəxs5 (VÖEN: **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olmaları, Təqsirləndirilən şəxs1 "xxxx" MMC-nin (VÖEN: **********) və Təqsirləndirilən şəxs5 N.C.N. HOLDİNQ” MMC-nin (VÖEN: **********) rəhbəri olmaları barədə məlumatlar mövcuddur (Cild 4, i.v. 200-208;).

124. “Fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid9 X34 fotoşəkli üzrə üz quruluşu kimi fərdi əlamətlərinə görə özünü "xxxx" ASC-nin əməkdaşı kimi təqdim edən şəxs kimi tanımışdır (Cild 4, i.v. 214- 215;).

125. "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş daxili lizinq haqqında xx.xx.2021-ci il tarixli 087 saylı müqaviləydən görünür ki, həmin sənəd lizinq verən kimi "xxxx" MMC ilə lizinq alan kimi X43 arasında bağlanmış, həmin müqaviləyə xx.xx.2023-cü il tarixli əlavə razılaşmaya (öhdəliyin ötürülməsi haqqında) və sığorta şəhadətnaməsinə əsasən sığorta predmeti olan “Mercedes Benz S500” markalı **-PC-*** dövlət qeydiyyat nömrəli (tip – minik, rəngi – qara metallik, buraxılış ili – 2017, BAN – WDD2221851AO23726) avtomobilin dəyəri 86.250 manat təşkil edir. Həmçinin iş materiallarına əlavə olunmuş sənədlərdən, o cümlədən xx.xx.2021-ci il tarixli 087 saylı müqaviləyə 01 №-li əlavə kimi lizinq ödənişləri cədvəlindən görünür ki, Təqsirləndirilən şəxs3 “Mercedes Benz S500” markalı **-PC-*** dövlət qeydiyyat nömrəli avtomobili idarə etməsi barədə "xxxx" MMC-nin verdiyi xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli etibarnamələr əsasında rəsmiləşdirərək xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində hər ay ərzində 3.384 manat olmaqla ümumilikdə 23.688 manat pul vəsaiti ödənilməsi qarşılığında lizinq yolu ilə əldə etmişdir (Cild 4, i.v. 238-251;).

126. Təqsirləndirilən şəxs4 şahid qismində istintaqa vermiş olduğu ifadəsinin təcrübə və digər hərəkətlərin icra və tətbiq olunması ilə yoxlanılması və dəqiqləşdirilməsindən ötrü istintaq eksperimenti aparılmışdır. Belə ki, “İstintaq eksperimenti aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 təqdim edilən kompüter texnikası vasitəsilə “Microsoft Word” proqramında yaratdığı səhifədə TƏBİB adından əmr hazırlayaraq, həmin sənədi şəkil formatına çevirmiş və sənədə QR kod əlavə etmişdir. Qeyd olunan QR kod oxunan zaman hazırlanmış sənədin təsviri açılmışdır. Həmin sənədin hazırlanması mexanizmini əks etdirən fayllar və çəkilən fotoşəkillər CD diskə əlavə edilmişdir (Cild 4, i.v. 266-269;).

127. Təqsirləndirilən şəxs4 istintaq orqanına təqdim etdiyi müvafiq qaydada təsdiq edilmiş hesabdan çıxarış və digər sənədlərdən görünür ki, onun arvadı X12 "xxxx" Kommersiya Bankı ASC-də olan AZ74 UBAZ01 6091 7914 1010 AZN001 saylı hesabına və ya 4098 **** **** 1556 PİN №-li kart hesabına xx.xx.2022-ci il tarixdə “Milli ön” ödəmə terminalı vasitəsilə 1.000 manat pul köçürülmüşdür (Cild 4, i.v. 281-283;).

128. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” və “Polisin nəzarəti altına vermə qətimkan qətimkan tədbirinin seçilməsi haqqında” 14 iyun 2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.3.2, 178.3.2, 310 və 320.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələr ilə ittiham elan edilmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (Cild 4, i.v. 300-306; 330-333;).

129. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” və “Polisin nəzarəti altına vermə qətimkan qətimkan tədbirinin seçilməsi haqqında” 14 iyun 2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.3.2, 178.3.2, 310 və 320.1-ci və Təqsirləndirilən şəxs1 isə həmin məcəllənin 178.3.2 və 320.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələr ilə ittiham elan edilmiş, həmin tarixdə barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cild 5, i.v. 1-5, i.v. 29-32; 38-41, i.v. 75-77;).

130. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” və “Polisin nəzarəti altına vermə qətimkan qətimkan tədbirinin seçilməsi haqqında” 16 iyun 2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.3.2, 178.3.2 və 320.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələr ilə ittiham elan edilmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (Cild 5, i.v. 82-88; 111-114;).

131. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 16 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.3.2, 178.3.2 və 320.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir (Cild 5, i.v. 120-126;).

132. Zərərçəkmiş şəxs1 ibtidai istintaq orqanına ünvanladığı 16 iyun 2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən vurulmuş zərərin əvəzi olaraq ona 20.000 manat məbləğində pul vəsaiti nağd şəkildə ödənilmişdir (Cild 5, i.v. 159-160;).

133. 19 iyun 2023-cü il tarixli arayışa əlavə edilmiş sənədlərdən görünür ki, lizinq alan (öhdəlik ötürən) kimi X91 ilə lizinq verən kimi "xxxx" MMC və öhdəlik götürən kimi X92 arasında “Mercedes Benz E200” markalı **-PG-*** dövlət qeydiyyat nömrəli avtomobilə dair daxili lizinq müqaviləsi (əlavə razılaşma öhdəliyin ötürülməsi) haqqında xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, A736 saylı müqavilə ilə müəyyən edilmiş bütün hüquq və öhdəliklərin ötürülməsi, habelə lizinq müddəti xx.xx.2023-cü il tarixə kimi müəyyən edilmişdir. Müqaviləyə əlavə edilmiş cədvələ əsasən, xx.xx.2022-ci il tarixdə 1.992 manat və xx.xx.2023-cü il tarixdə 1.975 manat ödəniş olunmuşdur (Cild 5, i.v. 175-177;).

134. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” və “Zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında” 19 iyun 2023-cü il tarixli qərarlardan görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Zərərçəkmiş şəxs5 və "xxxx" ASC iş üzrə zərərçəkmiş şəxs qismində, habelə, müvafiq olaraq Nümayəndə1, Nümayəndə2 və X75 həmin zərərçəkmiş şəxslərin etibarnamə əsasında nümayəndələri qismində tanınmışlar (Cild 5, i.v. 178-179, 181-182, 184-185; 206-207; 212-214; 219-221;).

135. “Təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında” və “Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında 19 iyun 2023-cü il tarixli qərarlardan görünür ki, X48 Azərbaycan Respublikasının Cinayət Məcəllləsinin 29,178.3.2, 178.3.2, 310 və 320.1ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, lakin istintaqdan qaçıb gizləndiyi üçün ona ittiham elan etmək mümkün olmadığından barəsində axtarış elan edilmişdir (Cild 5, i.v. 235-240;).

136. “Cinayət işindən başqa cinayət işinin ayrıca icraat ayrılması haqqında” 19 iyun 2023cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işinin materiallarından X25 qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Zərərçəkmiş şəxs1 X13 baş həkimi vəzifəsinə təyin olunmasına dair yalan vəd verib 250.000 manat məbləğində pul vəsaitini və "xxxx" ASC-nin balansında olan dəmir materialdan quraşdırılmaqla istismarı dayandırılmış su borusunun Göyçay rayonu Qaraməryəm kəndindən keçən hissəsi üzərində demontaj işlərinin aparılmasının "xxxx" MMC-yə həvalə olunmasına dair yalan vəd verib Zərərçəkmiş şəxs2 məxsus 233.280 manat məbləğində pul vəsaitlərini talayaraq, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə külli miqdarda özgə əmlakını vahid niyyətlə ələ keçirməklə təkrarən dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə külli miqdarda özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməyə cəhd, özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə vahid niyyətlə qanunsuz olaraq saxtalaşdırmaqla təkrarən hazırlama cinayətlərini törətməsi faktı ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.3.2, 178.3.2, 310 və 320.1-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrılmaqla istintaqı davam etdirilir (Cild 5, i.v. 249-340, 341-350;).

137. Zərərçəkmiş şəxs2 ibtidai istintaq orqanına ünvanladığı 12 iyun 2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən vurulmuş zərərin əvəzi olaraq ona 32.000 manat məbləğində pul vəsaiti nağd şəkildə ödənilmişdir (Cild 5, i.v. 228-229;).

138. “Maddi sübut qismində tanıma haqqında” 19 iyun 2023-cü il tarixli qərardan görünür ki, ibtidai araşdırma materiallarına surətləri əlavə olunmuş qanunsuz olaraq saxtalaşdırılmaqla hazırlanan Zərərçəkmiş şəxs5n adından xx.xx.2022-ci il tarixli əmrin, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adından hazırlanmış xx.xx.2022-ci il tarixli 1296-H №-li (sənədin №-si 1148 0963-22) əmrin, 00008962QR №-li QR-kod təsviri olan vərəqənin, xx.xx.2022-ci il tarixli 0148 1448-22 nömrəli və xx.xx.2022-ci il tarixli 4117-8397/22 nömrəli məktubların surətləri, habelə həmin əmrlərin və məktubların əlavə edildiyi Təqsirləndirilən şəxs4 tərəfindən təqdim edilmiş bir ədəd flaş-kart, eləcə də, qeyd olunan sənədlərin elektron variantlarından çıxarışları, Zərərçəkmiş şəxs1, Şahid1 və Təqsirləndirilən şəxs2 tərəfindən istintaqa təqdim edilmiş CD disklər, Şahid1 təqdim etdiyi bir ədəd flaş-kart, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs2 təqdim etdikləri Təqsirləndirilən şəxs1 pulu təhvil alması barədə qəbzlər, O. Həsənovun təqdim etdiyi ödənişlər barədə qəbzlər, Zərərçəkmiş şəxs1 mobil telefonuna baxış keçiriləsi haqqında protokola əlavə edilmiş bir ədəd CD disk, “X70” ASC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş CD disk, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 23120 №-li, xx.xx.2022 tarixli 23370 №-li, xx.xx.2023-cü il tarixli 4920 №-li, xx.xx.2023-cü il tarixli 8826, xx.xx.2023-cü il tarixli 12580 №-li və 12612 №-li, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli BKC/LGL-20/23 №-li və xx.xx.2023-cü il tarixli BKC/LGL-4168/23 №-li, xx.xx.2023 tarixli BKC/LGL-6382/23 №-li, xx.xx.2023 tarixli BKC/LGL-6403/23 №-li və BKC/LGL-6404/23 №-li, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli AZF/LGL-2259/23 №-li, xx.xx.2023 tarixli AZF/LGL-2600/23 №-li, xx.xx.2023 tarixli AZF/LGL-2648/23 №-li məktublarına əlavə edilmiş CD disklər, ümumilikdə 25(iyirmi beş) ədəd disk və 2(iki) ədəd sərt disk (flash card) cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (Cild 5, i.v. 249- 340;).

139. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.3.2, 178.3.2 və 320.1-ci, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.3.2, 178.3.2, 310 və 320.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq X61 tərəfindən 25 iyun 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 26 iyun 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 6, i.v.66-196;).

140. Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 1(101)-1632/2023 saylı məhkəmə hazırlıq iclasının qərarı ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.3.2, 178.3.2 və 320.1-ci, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.3.2, 178.3.2, 310 və 320.1-ci maddələri ilə məhkəməyə verilməklə cinayət işi məhkəmə baxışına təyin edilmişdir (Cild 7;).

141. İş üzrə Zərərçəkmiş şəxs1 tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 Zakir oğlu, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 qarşı 250000(iki yüz əlli min) manat maddi ziyan və ödənilmiş 600 (altı yüz) manat dövlət rüsumunun birgə (müştərək) qaydada tutularaq ona ödənilməsi və mülki iddiaçı qismində tanınması barədə 15 yanvar 2024-cü il tarixdə mülki iddia verilmiş, 15 yanvar 2024-cü il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclasında Zərərçəkmiş şəxs1 mülki iddiaçı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 Zakir oğlu, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 mülki cavabdeh kimi tanınmaqla onlara hüquq və vəzifələri izah edilmişdir (Cild 2;).

142. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-565/2024 nömrəli, 8 aprel 2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilərək onların barəsində həbs qətimkan tədbiri seçilmiş və onlar məhkəmə iclas zalından dərhal həbs edilmişlər (Cild 7;).

143. Zərərçəkmiş şəxs1 tərəfindən 13 may 2024-cü il tarixdə notarial qaydada verilmiş ərizədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 tərəfindən dəymiş ziyanın 70000(yetmiş min) manat məbləğində pul vəsaitinin ödənilməmiş 20000(iyirmi min) manat qalığı 13 may 2024-cü il tarixdə qardaşı X76 tərəfindən ödənilmiş, hazırda Təqsirləndirilən şəxs1 qarşı iddiam və təmənnam yoxdur (Cild 8;).

144. AZ-İ 818803 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 X51 ilə 15 yanvar 2013-cü il tarixdə nikaha daxil olmuşdur (Cild 8;).

145. Sabunçu rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 47 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 15 may 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 3 azyaşlı uşağı vardır. Eləcə də, 1951-ci il təvəllüdlü valideynləri və 1986-cı il təvəllüdlü arvadı onun himayəsindədir (Cild 8;).

146. Salyan Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 1(057)-42/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin məcəllənin 66.2-ci maddəsinə əsasən ona 2 (iki) il 9(doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8 iyul 2022-ci il tarixli qərarı ilə tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmiş, həmin məcəllənin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1 iyul 2021-ci il tarixli qərarı ilə təyin olunmuş 6(altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 9 (doqquz) ay 29 (iyirmi doqquz) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəzaya qismən birləşdirilməklə üzərində qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 30 iyul 2024-cü il tarixdən hesablanmışdır (Cild 9;11;). Həmin hökmün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxslə cəzaçəkmə müəssisəsində cəzaçəkən X19 etibarından sui-istifadə etmə və aldatma yolu ilə pulunu ələ keçirmək məqsədi ilə sonuncuya barəsində olan cinayət işinə Azərbaycan Respublikası Ali Məhkəməsində yenidən baxılaraq təyin olunmuş cəzanın 3-4 ilə kimi azaldılacağı barədə qrup üzvləri ilə birlikdə yalan vəd verib aldatmaqla Ş.F.Hüseynovun qohumundan ilkin olaraq 4255 manat pul aldıqdan sonra guya sonuncunun barəsində olan cinayət işinə xx.xx.2022-ci il tarixdə baxılacağı barədə hüquq verən Azərbaycan Respublikası Ali Məhkəməsinin adından xx.xx.2022-ci il tarixli saxta məhkəmə bildirişini qanunsuz hazırlayıb həmin bildirişi Ş.F.Hüseynova göstərdikdən sonra sonuncunun tanışından 33700 manat pul vəsaitini alaraq qrup üzvləri ilə aralarında bölmüş, habelə Ş.F.Hüseynovun qohumundan eyni məqsədlə əlavə olaraq 2300 manat pul almaqla, ümumilikdə zərərçəkmiş şəxsə vahid niyyətlə 40255 manat məbləğində ziyan vurmuşdur.

147. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-320/2024 nömrəli, 22 avqust 2024cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs5 zərərçəkmiş şəxslərlə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilmiş və o həmin maddələr üzrə cinayət məsuliyyətindən azad edilmişdir (Cild 9;).

148. Elektron Məhkəmə sistemindən əldə edilmiş məlumatlardan və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1799/2024 nömrəli, 5 iyun 2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, 17 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.2, 29,178.2.4, 178.3.2, 310 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına (sədrlik edən hakim Novruz Kərimov) daxil olmuş, 5 iyun 2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında cinayət işi məhkəmə baxışına təyin edilməklə təqsirləndirilən şəxs məhkəməyə verilmiş və Təqsirləndirilən şəxs4 barəsində həmin iş üzrə seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, həmin cinayət işi 1(101)-303/2025 nömrə altında hazırda icraatdadır (Cild 9-10;).

149. Elektron Məhkəmə sistemindən əldə edilmiş məlumatlardan görünür ki, 26 may 2023cü il tarixdə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 29,178.2.4, 273-2, 29,294.3, 32.4, 312.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına (sədrlik edən hakim Cavid Hüseynov) daxil olmuş və 1(101)-67/2025 nömrəli cinayət işi hazırda icraatdadır (Cild 11;).

150. Bakı şəhər Probasiya İdarəsinin rəisi İ dərəcəli ədliyyə qulluqçusu Altun Gözəlov tərəfindən verilmiş 3 aprel 2025-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-73/2022 nömrəli, 3 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2(iki) il 9(doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş Təqsirləndirilən şəxs5 barəsində məhkəmə hökmü idarənin icraatına 8 iyul 2022-ci il tarixdə daxil olmuş, məhkum Təqsirləndirilən şəxs5 21 aprel 2023-cü il tarixdə Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata götürülmüş, cəzasının əvvəli 21 aprel 2023-cü il, cəzasının sonu 21 yanvar 2026-cı il tarixə hesablanmışdır. Məhkum Təqsirləndirilən şəxs5 barəsində Bakı Ağır Cİnayətlər Məhkəməsinin 8 aprel 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçildiyi üçün cəza müddətinin axımı dayandırılmış, həmin tarixə ona təyin edilmiş cəzanın 11 ay 18 gün hissəsini çəkmiş, 1(bir) il 9(doqquz) ay 13 (on üç) gün hissəsi çəkilməmiş qalmışdır (Cild 11;).

151. Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsinin rəisi-həkim tibb xidməti mayoru Vüqar Həsənov tərəfindən verilmiş tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 müxtəlif xəstəliklərdən əziyyət çəkir. Belə ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsində ona “Şəkərli diabet İİ tip, insulin tələbli, Aorta-koronar şuntlama cərrahi əməliyyatdan sonrakı vəziyyət, kardioskleroz, pielosisti” diaqnozu qoyulmuşdur. Deməsinə görə 22 ildir şəkərli diabet xəstəliyindən əziyyət çəkir, aorta-koronar şuntlama cərrahi əməliyyatı keçirmiş, hər iki böyrəkdə daşlar vardır (Cild 11;). Əməlin tövsifi və digər hüquqi məsələlər:

152. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

153. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

154. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.

155. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi uzun müddət ərzində davam etmiş bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxslər açıq məhkəmə iclaslarında onların əleyhinə olan bütün sübutların tədqiqində seçdiyi müdafiəçiləri ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuş, o cümlədən müdafiə hüququnun həyata keçirilməsi ilə əlaqədar müdafiəçiləri vasitəsi ilə məhkəməyə yeni sübutlar təqdim etmişdir. Təqsirləndirilən şəxslərin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Eyni zamanda müdafiə tərəfi məhkəmə istintaqında irəli sürülmüş ittihamları ayrı-ayrı hissələrdə bütövlükdə mübahisələndirmişlər.

156. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

157. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

158. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə-CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

159. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

160. CM-in 178.1-ci maddəsində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin məcəllənin 178.2.1 və 178.2.2-ci maddələrinə görə dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədildikdə həmin maddələrlə cinayət məsuliyyəti müəyyən edilir. Qeyd edilən məcəllənin 178.3.2-ci maddəsinə görə CM-in 178.1 və 178.2-ci maddələrində nəzərdə tutulmuş dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyəti müəyyən edilir və həmin maddənin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

161. CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Həmin qeydin 3-cü bəndinə əsasən isə bu Məcəllənin 177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur.

162. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə CM-in 178.3.2 və 29,178.3.2-ci maddələri ilə verilmiş ittihamlar üzrə onların törətdikləri əməlləri düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş və ağır cinayətlər kateqoriyasına aid edilir.

163. Belə ki, Ali Məhkəmənin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Dələduzluğun təkrarən törədilməsi nəticəsində zərər çəkmiş şəxslərə həm xeyli, həm də külli miqdarda ziyan vurulduqda hökmdə törədilmiş cinayətlər ayrıayrılıqda təsvir edilməklə təqsirkarın əməli cinayət qanununun daha ağır məsuliyyət nəzərdə tutan norması ilə tövsif edilir (qərarın 31-ci bəndi). CM-in 17.1-ci maddəsinə əsasən, CM-in müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Qanunun bu tələbi baxımından, şəxs CM-in eyni maddəsi ilə nəzərdə tutulmuş həm başa çatmış, həm də başa çatmamış dələduzluq cinayətləri törətdikdə o, həmin əməllərə görə CM-in müvafiq maddələri ilə təqsirli bilinir və ona cinayətlərin məcmusu üzrə deyil, başa çatmış cinayətə görə vahid cəza təyin edilir (qərarın 32-ci bəndi). Şəxsin niyyəti xeyli və ya külli miqdarda əmlakın ələ keçirilməsinə yönəldikdə, lakin iradəsindən asılı olmayaraq o həmin miqdarda əmlakı əldə edə bilmədikdə onun əməli ələ keçirilmiş əmlakın dəyərindən asılı olmayaraq işin hallarına görə xeyli və ya külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilir. Bununla belə xeyli və ya külli miqdarda əmlakı ələ keçirmək niyyətində olan şəxs istədiyi miqdarda yox, bundan az, lakin yenə də xeyli və ya külli miqdar təşkil edən əmlakı ələ keçirdikdə təqsirkarın əməli başa çatmış cinayət kimi CM-nin 178.2.4-cü və ya 178.3.2-ci maddəsi ilə tövsif edilir (qərarın 33-cü bəndi). Qeyd edilən qərarın 36-cı bəndinin 3, 4 və 10-cu abzaslarında göstərilmişdir ki, izah edilsin ki, özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edərək buna görə pul, qiymətli kağızlar və sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Hər hansı xidmət göstərmək, güzəşt etmək və müstəsna olaraq yalnız vəzifəli şəxslərə aid olan digər səlahiyyətləri həyata keçirmək hüququ olmayan şəxs tərəfindən zərər çəkmiş şəxsə onun xeyrinə hər hansı hərəkətin edilməsində köməklik göstərəcəyini vəd edərək vəzifəli şəxsə vermək adı ilə deyil, özü üçün hər hansı əmlakın və ya əmlaka olan hüququn verilməsini istəyib aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə həmin əmlakın (əmlaka olan hüququn) ələ keçirilməsi yalnız dələduzluq kimi qiymətləndirilir. Belə halda təqsirkar rüşvətxorluqda vasitəçi kimi iştirak etmədiyindən əmlakı ələ keçirilmiş şəxs zərər çəkmiş, cinayət təqibi zamanı mülki iddia verdikdə isə - həm də mülki iddiaçı kimi tanınmalıdır. Təqsirkarın özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməsi aldatmanın üsulu kimi çıxış etdiyinə görə onun əməlinin əlavə olaraq CM-in 310-cu maddəsi ilə tövsif edilməsinə ehtiyac yoxdur. Lakin özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar dələduzluq cinayətini törədən şəxs özgənin əmlakını (əmlaka olan hüququnu) ələ keçirməklə yanaşı, fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan digər hərəkətlər də törətdikdə onun əməli cinayətlərin məcmusu üzrə CM-in 178 və 310-cu maddələri ilə tövsif edilir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (qərarın 39-cu bəndi).

164. Məhkəmə təqsirləndirilən şəxslərin törətdiyi CM-in 29,178.3.2 və 178.3.2-ci maddələri ilə olan cinayət əməllərinin tövsifi ilə əlaqədar qeyd edir ki, mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. Ümumiyyətlə, mülkiyyət əleyhinə olan cinayətlərin bir növü kimi talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd və əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Talamın obyektiv cəhəti mülkiyyət münasibətlərinə qəsdən ibarətdir. Cinayət qanunvericiliyi cinayətin törədilmə üsullarından asılı olaraq, talamanın oğurluq (CM-in 177-ci maddəsi), dələduzluq (CM-in 178-ci maddəsi), soyğunçuluq (CM-in 180-ci maddəsi) və quldurluq (CM-in 181-ci maddəsi) formalarını fərqləndirir. Qanunverici talamanın ayrı-ayrı formalarına görə cinayət məsuliyyətini məhz talamanın üsullarını nəzərə alaraq fərqləndirmişdir. Hansı formada törədilməsindən asılı olmayaraq, talama özgənin əmlakının götürülməsindən və (və ya) özünün, yaxud başqa şəxsin xeyrinə keçirilməsindən ibarətdir. Özgənin əmlakını talama cinayətlərinin əksəriyyəti (yalnız kəsik tərkibli cinayət hesab edilən quldurluq istisna olmaqla) maddi tərkibli cinayət olduğundan, belə cinayətlərin daha bir obyektiv əlaməti ictimai təhlükəli nəticənin-əmlakın mülkiyyətçisinə real maddi ziyan vurulmasının mövcud olmasıdır. Bu tərkiblərdə ziyanın miqdarı əmlakın mülkiyyətçisinə real maddi ziyan vurulmasının mövcud olmasıdır. Talama cinayətləri törədildikdə zərərçəkmiş şəxsə dəymiş başqa ziyan (məsələn, əldən çıxmış fayda) təqsirkarın vurduğu real maddi ziyanın miqdarı müəyyən edilərkən nəzərə alınmır (lakin zərərçəkmiş talama cinayətləri nəticəsində əldən çıxmış fayda formasında maddi ziyanın da əvəzinin ödənilməsi ilə əlaqədar mülki iddia qaydasında tələb irəli sürə bilər).

165. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxslərə CM-in 310 və 320.1-ci maddələri ilə elan edilmiş ittihamlarla bağlı qeyd edir ki, CM-in 310-cu maddəsində özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməyə cinayət məsuliyyəti müəyyən edilir və həmin maddənin sanksiyasında min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət hüququnda özünü vəzifəli şəxs kimi təqdim etmə dedikdə, şəxsin özünü başqalarına əslində malik olmadığı səlahiyyətlərin daşıyıcısı kimi təqdim etməsi başa düşülməlidir. Bu cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, CM-in 310-cu maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsi nəticəsində dövlət xidmətinin və yerli özünüidarə xidmətinin mənafeyinə qəsd edilir, həmin orqanların fəaliyyəti təhlükə altına alınır, onlar əhalinin gözündə nüfuzdan düşür, həmçinin fiziki və ya hüquqi şəxslərin hüquqları və qanuni mənafeləri kobud şəkildə pozulur. Bu cinayətin obyektiv cəhətini təşkil edən hərəkət fiziki və ya hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini əhəmiyyətli dərəcədə (əmlak xarakterli ziyan vurulması, şəxslərin müxtəlif hüquq və azadlıqlarının pozulması, fiziki və ya hüquqi şəxslərin işgüzar nüfuzunun ləkələnməsi və sair) pozduqda baş çatmış cinayət hesab ediləcəkdir. Hər bir halda baş vermiş pozuntu ilə törədilmiş əməl arasında səbəbli əlaqə olmalıdır. Təqsirkar özünü özbaşına vəzifəli şəxs kimi təqdim etməklə ictiami təhlükəli hərəkət etdiyini dərk edir, bunun nəticəsində fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulacağını qabaqcadan görür və bunun baş verməsini arzu edir və ya belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir.

166. Cinayət qanunvericiliyində hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satmaya görə CM-in 320.1-ci maddəsi ilə cinayət məsuliyyəti müəyyən edilir və həmin maddənin sanksiyasında üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-in 320.2-ci maddəsinə əsasən həmin Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur.

167. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 noyabr 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun qərarında göstərilmişdir ki, CM-in 320.1-ci maddəsində nəzərdə tutulmuş hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma rəsmi sənəd barəsində və onun üzərində elə qanunsuz hərəkətlərin edilməsini nəzərdə tutur ki, bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir, o, əsassız və qanunsuz olaraq hər hansı hüquq əldə edir və ya vəzifədən azad edilir, eləcə də hüquqlarının həyata keçirilməsi və ya vəzifələrinin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə edir.

168. Həmin qərarda göstərilmişdir ki, göstərilən cinayət əməli “İdarəetmə qaydası əleyhinə olan cinayətlər” fəslinə aid edilmiş və cinayətin obyekti qismində dövlət idarəetmə fəaliyyəti ilə bağlı münasibətlər çıxış edir. Cinayətin predmetini isə hüquq verən və ya vəzifədən azad edən vəsiqə və ya digər rəsmi sənədlər, dövlət təltifləri, möhürlər, ştamplar və blanklar təşkil edir. Rəsmi sənəd hüquq əhəmiyyətli faktları müəyyən edən, dövlət tərəfindən səlahiyyət verilmiş hüquqi və (və ya) fiziki şəxslər tərəfindən tərtib və təsdiq edilən, qanunla müəyyən olunmuş formaya malik olan, qeydiyyat, ciddi hesabatlılıq və dövriyyəsi nəzarət sisteminin təsiri altına düşən sənəddir. CM-in 320.1-ci maddəsində təsbit edilən cinayətin predmetini təşkil edən rəsmi sənəd hüquqlar verməli və ya vəzifələrdən (öhdəliklərdən) azad etməlidir. Hüquqlar verməyən və ya vəzifələrdən azad etməyən sənədin saxtalaşdırılması, hazırlanması və ya satılması Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaratmır. Beləliklə, hər hansı sənədin CM-in 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin predmeti qismində çıxış etməsi üçün onun hüquq münasibətlərinə (onların yaranmasına, dəyişdirilməsinə və xitamına) təsir etməklə hüquq və vəzifələr yaratması, eləcə də hüquqların həyata keçirilməsi və ya vəzifələrin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar kimi hüquqi nəticələrə səbəb olma xüsusiyyətinin mövcudluğu mütləqdir. Bu cinayət əməli obyektiv cəhətdən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi saxtalaşdırma, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi qanunsuz hazırlama, habelə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi, habelə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı satma hərəkətləri vasitəsilə törədilə bilər. Saxtalaşdırma rəsmi sənədin məzmununun təhrif edilməsidir və saxta olmayan vəsiqəyə və ya rəsmi sənədə hər hansı vasitə ilə yanlış məlumatların daxil edilməsi, boş blankın belə məlumatlarla doldurulması, onun məzmununa dəyişikliklər edilməsi və s. üsullarla həyata keçirilir və bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir. CM-in 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli formal tərkibli olmaqla, dispozisiyasında göstərilən hərəkətlərdən hər hansı birinin edildiyi andan başa çatmış hesab olunur. Həmin cinayətin törədə biləcəyi nəticə isə şərh olunan cinayət tərkibindən kənarda qalır.Subyektiv cəhətdən cinayət birbaşa qəsdlə törədilir. CM-in 320.1-ci maddəsinə görə, məqsəd (rəsmi sənəddən, dövlət təltifindən, ştampdan, möhürdən və blankdan istifadə etmək) cinayət tərkibinin zəruri əlamətidir və həmin əməllərin törədilməsində belə məqsəd olmazsa, bu cinayətin tərkibini yaratmır. CM-in 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyekti rəsmi sənədləri özü saxtalaşdırmayan, digər şəxslər tərəfindən saxtalaşdırılan rəsmi sənədlərdən onların saxta olduğunu bilə-bilə istifadə edən şəxslər ola bilər. Rəsmi sənədi saxtalaşdırmış şəxs gələcəkdə ondan istifadə edərsə, onun əməli yalnız CM-in 320.1-ci maddəsi ilə tövsif edilməlidir.

169. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə CM-in 310 və 320.1-ci maddələri ilə verilmiş ittihamlar üzrə onların törətdiyi əməllər düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə CMin 310-cu maddəsi ilə olan cinayət əməli az ağır, CM-in 320.1-ci maddəsi ilə olan cinayət əməli isə böyük ictimai təhlükə törətməyə cinayətlər kateqoriyasına aid edilir.

170. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını, sənədləri və digər sübutları CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-in 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələrində, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində həmin Məcəllənin 29,178.3.2, 178.3.2 və 320.1-ci maddələrində, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 əməllərində həmin Məcəllənin 29,178.3.2, 178.3.2, 310 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri mövcuddur.

171. Başqa sözlə, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamışdır. Həmçinin, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə külli miqdarda özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə vahid niyyətlə qanunsuz olaraq saxtalaşdırmaqla təkrarən hazırlamışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə külli miqdarda özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə vahid niyyətlə qanunsuz olaraq saxtalaşdırmaqla təkrarən hazırlamışdır. Eləcə də,Təqsirləndirilən şəxs5 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə külli miqdarda özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə vahid niyyətlə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamışdır.

172. Məhkəmə təqsirləndirilən şəxslərin onlara elan edilmiş ittihamlardakı cinayət əməllərini törətmələri nəticəsinə gələrkən ilk növbədə ona istinad etmişdir ki, təqsirləndirilən şəxslər həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrində özlərini onlara elan edilmiş müvafiq ittihamlar üzrə əməllərdə təqsirli bilməsələr də, həmin ifadələrində faktiki olaraq törətmiş olduqları cinayət əməllərinin törədilmə üsulunu və mexanizmlərini açıqlamışlar.

173. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Heydər İlyasov müvafiq dövlət orqanlarının əməkdaşları olduqlarını bildirmiş, lakin onların adlarını qeyd etdikləri müvafiq dövlət orqanlarının rəsmi əməkdaşı olmadıqları müəyyən edilmişdir. Təqsirləndirilən şəxslərin həmin hərəkətləri nəticəsində müvafiq dövlət orqanlarının şəffaflığı və obyektivliyini şübhə altına qoymaqla həmin dövlət orqanlarının nüfuzuna xələl yetirmələri müəyyən edilmişdir.

174. Məhkəmə, CPM-in 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymət verib belə hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-in 178.3.2 və 320.1-ci maddələrində, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-in 29,178.3.2, 178.3.2 və 320.1-ci maddələrində, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 CM-in 29,178.3.2, 178.3.2, 310 və 320.1ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər.

175. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

176. Belə ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.

177. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

178. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

179. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. CPM-nin 21.2-ci maddəsinin tələblərinə görə Cinayət-Prosessual Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.

180. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

181. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.

182. Təqsirləndirilən şəxs1 ona CM-in 178.3.2 və 320.1-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində hər hansı şəxsə qarşı dələduzluq etmədiyini, hansısa saxta sənədin hazırlanmasından xəbəri olmadığını və həmin sənədin hazırlanmasında iştirak etmədiyini, kimisə aldatmaq niyyəti olmadığını, Zərərçəkmiş şəxs1 pulunu 2021-ci ilin avqust ayında Təqsirləndirilən şəxs2la birlikdə almış olduğunu, niyyətinin ümumi kommersiya biznes işi görmək olduğunu göstərsə də, həmin xüsusatlar məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlama cinayət əməllərini törətməsi qismən şahid qismində məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə, habelə məhkəmə istintaqı zamanı tədqiq edilmiş şahid və zərərçəkmiş şəxslərin ifadələri, üzləşdirmədə dindirmə, şahid və zərərçəkmiş şəxslərin təqdim etdiyi flaş-karta(sərt diskə) və CD disklərə baxış keçirilməsi, SMS və telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında protokollar, eləcə də, məhkəmədə tədqiq edilmiş biri digərinə tam uyğun gələn, həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmayan bütün dəlillərin məcmusu ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaq zamanı tədqiq edilmiş SMS və telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 2021-ci ilin avqust ayından etibarən, Təqsirləndirilən şəxs2 və Şahid14 ilə, 2022-ci ilin sentyabr ayından etibarən isə Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs3 ilə mütəmadi olaraq danışıqlar aparmışdır. Bundan əlavə, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 təqdim etdiyi və məhkəmədə tədqiq edilmiş CD diskdə olan audioyazılara baxış keçirilmiş, xx.xx.2023-cü il tarixli baxış protokolu ilə müəyyən edilmişdir ki, həmin audioyazılarda Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la əvvəlcə vəzifəyə təyin olunması barədə əmr verilməsi ilə əlaqədar sövdələşməsi, Təqsirləndirilən şəxs2 mütəmadi olaraq and içərək işin həll olunduğunu, lakin işi həll edən “ağsaqqal”ın vaxtı olmadığını, qəbula salındıqdan sonra vəzifəni icra edən kimi Zərərçəkmiş şəxs1 əmrinin veriləcəyini bildirməsi, lakin həmin məsələnin həll olunması yubandığı üçün Zərərçəkmiş şəxs1 digər variantlar, o cümlədən sanatoriya yaratmağı təklif etməsi öz əksini tapmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 2021-ci ilin avqust ayında Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq niyyəti ilə Zərərçəkmiş şəxs1 məxsus külli miqdarda pul vəsaitini ələ keçirməsi, həmçinin 2022-ci ilin sentyabr ayında eyni niyyətlə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Heydər İlyasov və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə birbaşa və ya dolayı yolla müzakirə aparıb aralarında yaranmış ümumi cinayətkar niyyətə uyğun olaraq həmin şəxslərlə cinayətkar əlaqəyə girib əldə ediləcək pulun aralarında bölünməsi barədə razılaşıb sövdələşərək, əlavə olaraq Zərərçəkmiş şəxs1 külli miqdarda pul vəsaitini ələ keçirməsi və qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlaması cinayətlərini törətməsi qismən özünün şahid qismində istintaqa vermiş olduğu ifadəsi, həmçinin iş üzrə şahid qismində dindirilmiş Şahid7, Şahid13, Şahid14, Şahid11, Şahid12 və Zərərçəkmiş şəxs1 ifadələri, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 şahid qismində ibtidai istintaqa vermiş olduqları ifadələri ilə öz təsdiqini tapmışdır. Bununla bərabər, ibtidai istintaq və məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində göstərdikləri xüsusatları üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 üzünə qarşı deməklə həmin xüsusatları bir daha təsdiq etmişlər. Beləliklə, Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməməsi və ifadəsində göstərdiyi qeyd edilən xüsusatlar cinayət işinin materialları ilə tam təkzib edilməklə, onun törətdiyi cinayət əməlləri tam olaraq sübuta yetirildiyindən, həmin xüsusatlar iş üzrə toplanmış kifayət qədər mötəbər dəlillərin məcmusu ilə özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirilməklə rədd edilir. Təqsirləndirilən şəxs1 qeyd edilən ifadələrində göstərdiyi işin faktiki hallarına uyğun olmayan xüsusatlar başqa hər hansı mötəbər sübutla öz təsdiqini tapmadığından məhkəmə həmin ifadələrə tənqidi yanaşaraq Təqsirləndirilən şəxs1 cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıması kimi qiymətləndirir.

183. Təqsirləndirilən şəxs2 ona CM-in 29,178.3.2, 178.3.2 və 320.1-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində, o və Namiqin Zərərçəkmiş şəxs1 biznes məqsədilə aldıqları 170.000 manat dəyərində olan 100.000 ABŞ dolları məbləğində pul vəsaitini yarı bölüb hər biri özünə 85.000 manat götürdüyünü, Namiq pulu aldıqları gündən sonra, yəni növbəti gün ümumi məbləğdən 10.000 ABŞ dolları məbləğində pul vəsaitini götürdüyünü, həmçinin biznes işi, yəni X13 tikilməsi işi Namiqin pulu hissə-hissə götürməsi və pulu bölmələri səbəbindən alınmadığından, qeyd etdiyi 85.000 manat pulu xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi ərazisində Namiqə nağd olaraq verdiyini, həmin vaxt Zauru hələ tanımadığını, Zaurla Namiq və Novruzun 2022-ci ilin sentyabr ayında Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi ərazisində yerləşən “Kəhrəba” adlı restoranda görüşüb razılığa gəldiklərini, lakin o həmin yerə gəlsə də, Göyçay rayonunda yerləşən dəmir boru üzərində demontaj işlərinin aparılması məsələsi ilə əlaqədar Meliorasiya ASC-dən icazə alınması məsələsi barədə Valehlə Heydər arasında vasitəçilik etsə də, sənədlərin saxta olmasını bilmədiyini, buna görə də, özünü təqsirli bilmədiyini göstərsə də, həmin xüsusatlar məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla tam təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə külli miqdarda özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməyə cəhd, qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə vahid niyyətlə qanunsuz olaraq saxtalaşdırmaqla təkrarən hazırlama cinayət əməllərini törətməsi qismən öz ifadəsi və şahid qismində məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə, habelə iş üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş şahid və zərərçəkmiş şəxslərin ifadələri, üzləşdirmədə dindirmə, şahid və zərərçəkmiş şəxslərin təqdim etdiyi flaş-karta və CD disklərə baxış keçirilməsi, istintaq eksperimentinin aparılması, SMS və telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında protokollar, eləcə də, iş materiallarına əlavə edilmiş, biri digərinə tam uyğun gələn, həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmayan bütün dəlillərin məcmusu ilə tam sübuta yetirilmişdir. Belə ki, SMS və telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 2021-ci ilin iyul ayından etibarən Təqsirləndirilən şəxs1 ilə, 2022-ci ilin sentyabr ayından etibarən isə Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs3 ilə mütəmadi olaraq danışıqlar aparmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 "xxxx" ASC-nin fəaliyyət göstərdiyi ünvan 20 ünvanda yerləşən inzibati binanın qarşısında ASC adından hazırlanmış saxta sənədin verildiyi xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs3, Şahid3, Şahid5 və Heydər İlyasovla danışıq aparması müəyyən edilmişdir. Bundan əlavə, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 təqdim etdiyi və məhkəmədə tədqiq edilmiş CD diskdə və Şahid1 təqdim etdiyi flaş-kartda olan audioyazılara baxış keçirilmiş, eləcə də, xx.xx.2023-cü il tarixli baxış protokolu tədqiq edilməklə müəyyən edildi ki, həmin audioyazılarda Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la əvvəlcə vəzifəyə təyin olunması barədə əmr verilməsi ilə əlaqədar sövdələşməsi, Təqsirləndirilən şəxs2 mütəmadi olaraq and içərək işin həll olunduğunu, lakin işi həll edən “ağsaqqal”ın vaxtı olmadığını, qəbula salındıqdan sonra vəzifəni icra edən kimi Zərərçəkmiş şəxs1 əmrinin veriləcəyini bildirməsi, lakin həmin məsələnin həll olunması yubandığı üçün Zərərçəkmiş şəxs1 digər variantlar, o cümlədən sanatoriya yaratmağı təklif etməsi müəyyən edilmişdir. Bundan başqa, Şahid1 təqdim etdiyi flaş-kartda olan audioyazılarda Heydər İlyasovun və qeyrilərinin Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs2 məxsus külli miqdarda pul vəsaitlərinin ələ keçirilməsi barədə danışıqlar öz əksini tapmışdır. İbtidai istintaq zamanı təqdim edilmiş və məhkəmədə tədqiq edilmiş CD diskdə və flaş-kartda əks olunan audioyazılar Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ayrı-ayrı vaxtlarda onun X13 baş həkimi vəzifəsinə təyin olunmasına köməklik edilməsi barədə yalan vədlər verilməklə ümumilikdə 250.000 manat pul vəsaitinin nağd olaraq alınmaqla həmin şəxslər, Heydər İlyasov və Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq yolu ilə ondan külli miqdarda pul vəsaitinin ələ keçirilməsi barədə, həmçinin Zərərçəkmiş şəxs2 Heydər İlyasov, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və qeyriləri tərəfindən ona məxsus külli miqdarda pul vəsaitinin dəmir boruların demontaj olunmasının "xxxx" MMC-yə həvalə olunması adı ilə talanması barədə ifadələri və digər iş materialları ilə uzlaşmaqla həmin ifadələrdə göstərilən xüsusatları təsdiq edir. Qeyd olunan xüsusatlar Təqsirləndirilən şəxs2 özünün şahid qismində istintaqa verdiyi ifadəsi ilə, həmçinin iş üzrə şahid qismində dindirilmiş Valeh və Şahid2ların, Şahid3, Şahid4, Şahid5, Şahid6, Şahid7, Şahid13, Şahid14, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələri, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 verdiyi olduqları ifadələri ilə öz təsdiqini tapır. Belə ki, Təqsirləndirilən şəxs2 şahid qismində istintaqa verdiyi ifadəsində, Zərərçəkmiş şəxs1 2021-ci ilin avqust ayında Namiqə verdiyi 100.000 ABŞ dolları məbləğində pulu Namiq ilə yarı-yarıya böldüklərini və həmin puldan onların hər birinə 85.000 manat məbləğində pul vəsaiti çatdığını, Namiq öz pulunu da saxlaması üçün ona verdiyini, lakin növbəti gün Namiq özünə çatan puldan 17.000 manat dəyərində olan 10.000 ABŞ dolları istədiyini, həmin puldan 10.000 manat pulu Bəşir adlı tanışına verdiyini, 7.000 manat pulu isə haraya xərcləməsini bilmədiyini, 2022-ci ilin avqust ayının sonlarında və ya sentyabr ayının əvvəllərində Namiq ona Hacı Rüfət adlı dostunun Zaur adlı tanışının Novruz həkimin işini həll edəcəyini, yəni onu xəstəxanaya həkim təyin etdirəcəyini, pulu təcili çatdırmasını dediyini, o da Namiqə kağız üzərində pulu təhvil alması barədə yazı yazdırdıqdan sonra onda qalan 85.000 manat dəyərində olan 49.150 ABŞ dolları məbləğində pulu Namiqə təhvil verdiyini göstərmişdir. Təqsirləndirilən şəxs2 ifadəsində həmçinin göstərmişdir ki, "xxxx" ASC-nin balansında olan dəmir su borusunun demontaj olunmasının "xxxx" MMCyə həvalə olunması adı ilə 2022-ci ilin dekabr ayının əvvəllərində Valehdən aldığı 100.000 manat puldan Heydər ona 10.000 manat, Rəşatdan nağd olaraq almaqla Heydərin tələbi ilə sonuncunun qadın tanışına vermiş olduğu 8.800 ABŞ dolları məbləğində puldan 5.000 manat və 2022-ci ilin dekabr ayının sonlarında Valehin onun yanında Heydərə verdiyi 69.600 ABŞ dolları məbləğində puldan sonuncu ona 17.000 manat dəyərində olan 10.000 ABŞ dolları məbləğində pulu, ümumilikdə 32.000 manat pulu zəhmət haqqı kimi vermişdir. Təqsirləndirilən şəxs1 şahid qismində istintaqa verdiyi ifadəsində, 2021-ci ilin avqust ayında Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən kafedə görüşləri zamanı Zərərçəkmiş şəxs1 X40nda baş həkim təyin olunmasına köməklik edə bilibbilməyəcəklərini ondan və Təqsirləndirilən şəxs2 soruşduqda, sonuncu yuxarı vəzifədə işləyən tanışları olduğunu və köməklik edə biləcəyini bildirərək, bu məqsədlə kafedə Zərərçəkmiş şəxs1 onun və tanışı Kamilin yanında 100.000 ABŞ dolları məbləğində pulu aldığını, lakin həmin işi həll edə bilmədiklərindən, Zərərçəkmiş şəxs1 Zaur adlı şəxslə tanış etdirdiyini, sonuncu Səhiyyə Nazirliyində işləyən yuxarı vəzifəli şəxs vasitəsilə bu işi həll edə biləcəyini deməsini göstərmişdir. Təqsirləndirilən şəxs4 şahid qismində istintaqa verdiyi ifadəsində, Zaur və Heydərin tanışları Mətləbə verdikləri saxta sənədi məhz elə sonuncu da ASC-nin inzibati binasında Valehin yanında Orxana verməsini planlaşdırdıqlarını, bu barədə Orxana bildirdiklərini, həmin proses zamanı Heydərin Mətləb və Orxanla olan bütün danışıqları onun yanında aparıldığını, sonradan Orxan guya bu məsələdən xəbərsiz kimi Valehi ASC-nin inzibati binasına apardığını, orada iki nəfər sənədi Orxana verdiklərini göstərmişdir. Bununla bərabər, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs5 ifadələrində göstərdikləri xüsusatları üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 üzünə qarşı deməklə həmin xüsusatları bir daha təsdiq etmişlər. Beləliklə, Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməməsi və ifadəsində göstərdiyi qeyd edilən xüsusatlar cinayət işinin materialları ilə təkzib edilməklə, onun törətdiyi cinayət əməlləri tam olaraq sübuta yetirildiyindən, həmin xüsusatlar iş üzrə toplanmış kifayət qədər mötəbər dəlillərin məcmusu ilə, özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirilib rədd edilir. Təqsirləndirilən şəxs2 qeyd edilən ifadələrində göstərdiyi işin faktiki hallarına uyğun olmayan xüsusatlar başqa hər hansı mötəbər sübutla öz təsdiqini tapmadığından məhkəmə həmin ifadələrə tənqidi yanaşaraq Təqsirləndirilən şəxs2 cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıması kimi qiymətləndirir.

184. Təqsirləndirilən şəxs3 ona CM-in 29,178.3.2, 178.3.2 və 320.1-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində, hər hansı şəxsə qarşı dələduzluq etmək, kimisə aldatmaq niyyəti olmadığını, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 2021-ci ilin avqust ayında Zərərçəkmiş şəxs1 aldıqları 100.000 ABŞ dolları məbləğində pul vəsaitinin qaytarılması üçün həmin pulun 100.000 manat hissəsini aldığını, həmin pulun 85.000 manat hissəsini 2022-ci ilin noyabr ayının əvvəllərində Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Qurtuluş şəhərciyi”nin qarşısında və 15.000 manat hissəsini isə 2022-ci ilin fevral ayında eyni ünvanda Rufana vermiş olduğunu, Heydər İlyasovun tələbi ilə Zərərçəkmiş şəxs1 2022-ci ilin oktyabr ayında aldığı 50.000 manat və 2022-ci ilin noyabr ayında aldığı 30.000 manat pul vəsaitlərini Heydərə verdiyini, onda hər hansı şəxsin pulunun qalmadığını, Valeh və Rəşatı isə tanımadığını, dəmir boruların demontaj olunmasının həvalə edilməsi müqabilində pul alınması məsələsindən xəbəri olmadığını, ASC-nin sənədini saxtlaşdırma və Zərərçəkmiş şəxs2 məxsus 233.280 manat pul vəsaitinin ələ keçirilməsi ilə bağlı heç bir məlumatı olmadığını, həmin məsələyə qarışmadığını və heç bir aidiyyəti olmadığını göstərsə də, həmin xüsusatlar cinayət işinin materialları ilə tam təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə külli miqdarda özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməyə cəhd, qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə vahid niyyətlə qanunsuz olaraq saxtalaşdırmaqla təkrarən hazırlama cinayət əməllərini törətməsi qismən öz ifadəsi və şahid qismində istintaqa verdiyi ifadələri ilə, habelə iş üzrə alınmış şahid və zərərçəkmiş şəxslərin ifadələri, üzləşdirmədə dindirmə, şahid və zərərçəkmiş şəxslərin təqdim etdiyi flaş-karta və CD disklərə baxış keçirilməsi, istintaq eksperimentinin aparılması, SMS və telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında protokollar, eləcə də, iş materiallarına əlavə edilmiş, biri digərinə tam uyğun gələn, həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmayan bütün dəlillərin məcmusu ilə tam sübuta yetirilmişdir. Belə ki, SMS və telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs3 2022-ci ilin sentyabr ayından etibarən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs1 və Heydər İlyasovla mütəmadi olaraq danışıqlar aparmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs3 Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin fəaliyyət göstərdiyi ünvan 29 ünvanda yerləşən inzibati binanın qarşısında ASC adından hazırlanmış saxta sənədin verildiyi xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2, Şahid3 və Heydər İlyasovla danışıq aparması müəyyən edilmişdir. Həmçinin, maliyyə əməliyyatları, bank hesablarının vəziyyəti barədə görüntülərə baxış keçirilməsi haqqında xx.xx.2023-cü tarixli protokola əsasən, görüntülərdə Təqsirləndirilən şəxs3 və Heydər İlyasovun bankomatdan mütəmadi olaraq bir yerdə pul çıxarmaları müşahidə edilmişdir. Bundan əlavə, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 təqdim etdiyi CD diskdə olan audioyazılar məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli baxış protokolu ilə müəyyən edilmişdir ki, həmin audioyazılarda Təqsirləndirilən şəxs3 telefon danışıqları zamanı mütəmadi olaraq and içərək Zərərçəkmiş şəxs1 sonuncunun işi ilə bağlı heç bir narahatçılıq olmadığını, hər dəfə günün müəyyən vaxtları gəlməsini bildirmiş, Zərərçəkmiş şəxs1 isə əmrin ya da pulunun verilməsini tələb etmişdir. Bundan əlavə, istintaq orqanına təqdim edilmiş lizinq ödənişlərinin cədvəllərindən görünür ki, Təqsirləndirilən şəxs3 həm öz istifadəsində olan “Mercedes Benz E200” markalı **-PG-*** dövlət qeydiyyat nömrəli və “Mercedes Benz S500” markalı **-PC-*** dövlət qeydiyyat nömrəli avtomobillərə, həm də Heydər İlyasovun istifadəsində olan “X148 Rover” markalı **-AF-*** dövlət qeydiyyat nömrəli avtomobilə görə lizinq ödənişlərini ödəmiş, həmin ödənişləri əsasən Zərərçəkmiş şəxs1 məxsus 80.000 manat pulun ələ keçirildiyi 2022-ci ilin oktyabr və noyabr aylarında, habelə Zərərçəkmiş şəxs2 məxsus 233.280 manat pulun ələ keçirildiyi 2022-ci ilin dekabr ayında həyata keçirmişdir. Bundan əlavə, istintaq eksperimenti aparılması haqqında protokola əsasən, istintaq eksperimenti nəticəsində Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs3 və qeyriləri ilə əlbir olmaqla qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamış olduğu sənədin kompüter texnikası ilə “Microsoft Word” proqramında “Microsoft Word”, “Paint” və "xxxx" proqramları vasitəsilə hazırlanmasının, habelə www.the-qrcode-generator.com saytı və digər internet resurslarından istifadə etməklə QR-kodun yaradılıb mobil telefonun şəkil çəkmə funksiyası vasitəsilə oxunduqda hazırlanmış təsvirin əks olunmasının mümkün olması müəyyən edilmişdir. Qeyd olunan xüsusatlar həmçinin iş üzrə şahid qismində dindirilmiş Şahid8, Şahid3, Şahid7, Şahid13, Şahid14 və Zərərçəkmiş şəxs1 ifadələri, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 şahid qismində istintaqa vermiş olduqları ifadələri ilə öz təsdiqini tapmışdır. Həmçinin, Təqsirləndirilən şəxs3 ifadəsində Zərərçəkmiş şəxs1 və ya qeyrisini aldatmadığını, Zərərçəkmiş şəxs1 baş həkim vəzifəsinə düzəltmək barədə sövdələşmədiklərini göstərsə də, ifadəsində eləcə də, mobil telefon vasitəsilə Zərərçəkmiş şəxs1lə söhbət etdiyi zaman, yanında olan tanışı Heydər İlyasov onların söhbətini eşitdiyini və Zərərçəkmiş şəxs1 X21 baş həkim vəzifəsinə təyin edilməsi məsələsini həll edə biləcəyini deməsini bildirmişdir. Təqsirləndirilən şəxs3 şahid qismində istintaqa verdiyi ifadəsində, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 aldığı 100.000 ABŞ dolları (170.000 manat təşkil edən) məbləğində pul vəsaitindən 100.000 manat pulu 2022-ci ilin sentyabr və oktyabr aylarında Namiqdən almış olduğunu, həmin vaxt Zərərçəkmiş şəxs1 baş həkim vəzifəsinə təyin etmək niyyətinin olmadığını, uzun müddət Türkiyə Respublikasında bizneslə məşğul olduğunu, həmin ölkədən tibbi avadanlıqları alıb Azərbaycan Respublikasına gətirdiyini, Zərərçəkmiş şəxs1 2022-ci ilin noyabr ayında cəmi 80.000 manat pulu alıb, sonuncunun razılığı ilə həmin pul vəsaitləri ilə birlikdə ümumilikdə 200.000 manat pulu 2022-ci ilin noyabr ayının sonlarında tanışı İrfan Değirmencioğlu ilə görüşüb tibbi avadanlıq gətirməsi müqabilində sonuncuya Bakı şəhəri Xətai rayonu ərazisində verdiyini göstərsə də, həmin xüsusatlar həm özünün şahid qismində verdiyi əlavə ifadəsi ilə, həm təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadəsi ilə, həmçinin iş üzrə şahid qismində dindirilmiş Şahid7 və Şahid14, zərərçəkmiş şəxs Novruz Mirzəliyevin ifadələri ilə təkzib olunmuşdur. Təqsirləndirilən şəxs3 ifadəsində həm Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 Qəbələ rayonu ərazisində birlikdə xəstəxana tikmək məqsədilə aldığı 170.000 manat puldan 100.000 manat pulu Təqsirləndirilən şəxs1 həmin vədini yerinə yetirə bilməməsi səbəbindən 2022-ci ilin sentyabr və oktyabr aylarında sonuncudan almış olduğunu və ümumi məbləği tam şəkildə Zərərçəkmiş şəxs1 qaytarmaları barədə sonuncu ilə sövdələşdiyini, həm də Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 verdiyi pul vəsaiti müqabilində Türkiyə Respublikasından tibbi avadanlıqlar gətirməsi və həmin avadanlıqları X54 tikəcəkləri xəstəxanada yerləşdirəcəyi barədə sonuncu ilə sövdələşdiyini göstərmiş, verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs3 ifadəsində həmin ziddiyyətlə bağlı suala cavab verə bilməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs3 əvvəlki ifadəsində pulu Heydərə vermədiyini, İrfan adlı tanışına verdiyini göstərsə də, sonrakı ifadəsində Zərərçəkmiş şəxs1 X13 baş həkimi vəzifəsinə təyin olunması üçün 80.000 manat pulu Heydər İlyasovun tələb etdiyini, həmin pul vəsaitlərini Zərərçəkmiş şəxs1 özünün aldığını və həmin gün də H.İlyasova verdiyini göstərmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 şahid qismində istintaqa verdiyi ifadəsində, Zərərçəkmiş şəxs1 X21 baş həkim vəzifəsinə təyin olunması məsələsini Təqsirləndirilən şəxs2 həll edə bilmədiyindən, Zərərçəkmiş şəxs1 2022-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs3la görüşdürdüyünü, sonuncu görüş zamanı Səhiyyə Nazirliyində işləyən yuxarı vəzifəli şəxs vasitəsilə bu işi həll edə biləcəyini deməsini göstərmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 şahid qismində istintaqa verdiyi ifadəsində, Təqsirləndirilən şəxs1la birlikdə 2021-ci ilin avqust ayında Zərərçəkmiş şəxs1 100.000 ABŞ dolları məbləğində pulu aldıqlarını, Zərərçəkmiş şəxs1 X13 baş həkimi vəzifəsinə təyin edilməsi məsələsini həll edə bilmədiyindən, Təqsirləndirilən şəxs1 Zaur adlı tanışının geniş əlaqələri olmasını deməsini, sonuncu da məsələni həll edəcəyini bildirməsini, o özünə çatan 85.000 manat pulun hamısını bu məqsədlə Namiqə, sonuncu isə 2022-ci ilin sentyabr ayında Badamdar qəsəbəsi ərazisində həmin pulu və əlavə 15.000 manat olmaqla cəmi 100.000 manat pulu Təqsirləndirilən şəxs3 verməsini, 2022-ci ilin noyabr ayının sonlarında Valeh adlı tanışının Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin balansında olan dəmir su borusunun Göyçay rayonundan keçən hissəsinin demontaj edilməsinə icazə verilməsi məsələsini Təqsirləndirilən şəxs3 bildirdikdə, sonuncunun ona Heydər İlyasova müraciət etməsini dediyini, H.İlyasovun həmin məsələnin müsbət həlli üçün cəmi 500.000 manat istəməsini, onun özü, H.İlyasov və Təqsirləndirilən şəxs3 hər birinə 50.000 manat pul çatması barədə razılaşmalarını göstərmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs4 şahid qismində istintaqa verdiyi ifadəsində, Təqsirləndirilən şəxs3 və X90 Əlimirzəyevi X13 baş həkimi vəzifəsinə təyin etdirmək adı ilə əlavə pul vəsaitlərini ələ keçirmələrindən ötrü sonuncunun saxta sənəd hazırlamasını ondan xahiş etməsini, Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 aldadıb əldə etdiyi pul vəsaitindən 200 manat pulu saxta sənəd düzəltməsi müqabilində ona verməsini, "xxxx" ASC-nin balansında olan dəmir su borusunun üzərində demontaj işlərinin "xxxx" MMC-yə həvalə edilməsi adı ilə Şahid1 və Zərərçəkmiş şəxs2 sonuncuya məxsus külli miqdarda pul vəsaitlərini ələ keçirmələri üçün Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Heydər İlyasovun əvvəlcədən əlbir olmamalarını, bununla bağlı saxta sənədlər düzəltməsi üçün Təqsirləndirilən şəxs3 və H.İlyasovun ondan xahiş etmələrini, saxta sənədlər düzəltməsi müqabilində Təqsirləndirilən şəxs3 2022-ci ilin dekabr ayında 1.000 manat pul vəsaitini onun arvadı Aybəniz İmranovanın hesabına köçürməsini göstərmişdir. Bundan başqa, iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində, Təqsirləndirilən şəxs3 2022-ci ilin noyabr ayında Heydər İlyasov vasitəsilə tanımasını, 2022-ci ilin noyabr ayının sonlarında “Avesta” binasının yaxınlığındakı kafedə Heydər və qeyriləri ilə görüşməsini, Heydər ona Göyçaydan keçən dəmir su borusunun demontaj edilməsinin şirkətə həvalə olunması üçün məktubu kiminsə "xxxx"nin qarşısında bir nəfərə verməli olduğunu deməsini, lakin bununla razılaşmadığını, Rufan onunla yol getdiyi zaman məktubu özü düzəltdiyini, lakin özünü Meliorasiyanın Satınalma şöbəsinin müdiri Rasim kimi təqdim etdiyindən məktubu verə bilməyəcəyini deməsini, 2022-ci ilin dekabr ayının əvvəllərində Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ona zəng edib həmin məktubu təcili olaraq Meliorasiyanın yerləşdiyi "xxxx"nin qarşısında FHN-in xidməti formasında olacaq Orxan adı şəxsə çatdırmaq lazım olduğunu və 500 manat veriləcəyini təkidlə bildirməsi səbəbindən razılaşmadığını, həmin məktubun tanışı vasitəsilə Orxana verildiyini, lakin vəd olunan pulun verilmədiyini, bu barədə Zaur və Heydərlə danışmasını, lakin onlar zərf verən şəxsin kömək etməməsini, pul verən şəxsdə şübhə yaratmasını demələrini göstərmişdir. İbtidai istintaq zamanı Şahid3, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ifadələrində göstərdikləri xüsusatları üzləşdirmə zamanı Təqsirləndirilən şəxs3 üzünə qarşı deməklə həmin xüsusatları bir daha təsdiq etmişlər. Beləliklə, Təqsirləndirilən şəxs3 özünü təqsirli bilməməsi və ifadəsində göstərdiyi qeyd edilən xüsusatlar məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla tam təkzib edilməklə, onun törətdiyi cinayət əməlləri tam olaraq sübuta yetirildiyindən, həmin xüsusatlar iş üzrə toplanmış kifayət qədər mötəbər dəlillərin məcmusu ilə, özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirilib rədd edilir. Təqsirləndirilən şəxs3 qeyd edilən ifadələrində göstərdiyi işin faktiki hallarına uyğun olmayan xüsusatlar başqa hər hansı mötəbər sübutla öz təsdiqini tapmadığından məhkəmə həmin ifadələrə tənqidi yanaşaraq Təqsirləndirilən şəxs3 cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıması kimi qiymətləndirir.

185. Təqsirləndirilən şəxs4 ona CM-in 29,178.3.2, 178.3.2, 310 və 320.1-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində, qabaqcadan əlbir olduğu Heydər İlyasovun və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 X13 baş həkimi vəzifəsinə təyin edilməsi adı ilə sonuncudan ümumilikdə 250.000 manat pul aldıqlarını bilmədiyini, həmin pul vəsaitindən ona Zaur tərəfindən cəmi 200 manat pul verildiyini, təqsirləndirilən şəxs qismində cəlb qərarında göstərilən ümumi məbləğlə razı olmadığını, bundan başqa, Valeh adlı şəxsin Göyçayda yerləşən dəmir boruların üzərində demontaj işlərinin aparılmasına icazə verilməsi üçün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-dən müvafiq əmrin verilməsindən ötrü alınmış ümumi məbləğdən məlumatı olmadığını, külli miqdarda pul vəsaiti ələ keçirmək fikri olmadığını, buna görə də, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini göstərsə də, həmin xüsusatlar cinayət işinin istintaq materialları ilə təkzib olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə külli miqdarda özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməyə cəhd, özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmə, qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə vahid niyyətlə qanunsuz olaraq saxtalaşdırmaqla təkrarən hazırlama cinayət əməllərini törətməsi qismən öz ifadəsi və şahid qismində istintaqa verdiyi ifadələri ilə, habelə iş üzrə alınmış şahid və zərərçəkmiş şəxslərin ifadələri, üzləşdirmədə dindirmə, şahid və zərərçəkmiş şəxslərin təqdim etdiyi flaş-karta və CD disklərə baxış keçirilməsi, istintaq eksperimentinin aparılması, SMS və telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında protokollar, eləcə də, iş materiallarına əlavə edilmiş, biri digərinə tam uyğun gələn, həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmayan bütün dəlillərin məcmusu ilə tam sübuta yetirilmişdir. Belə ki, SMS və telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında protokollardan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs4 2022-ci ilin noyabr ayından etibarən Heydər İlyasovun istifadəsində olan ********** mobil nömrə ilə, habelə Təqsirləndirilən şəxs3 istifadəsində olan ********** mobil nömrə ilə danışıq aparılması müşahidə edilmişdir. İstintaq zamanı təqdim edilmiş CD diskdə və flaş-kartda əks olunan audioyazılar Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ayrı-ayrı vaxtlarda onun X13 baş həkimi vəzifəsinə təyin olunmasına köməklik edilməsi barədə yalan vədlər verilməklə ümumilikdə 250.000 manat pul vəsaitinin nağd olaraq alınmaqla həmin şəxslər, Heydər İlyasov və Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq yolu ilə ondan külli miqdarda pul vəsaitinin ələ keçirilməsi barədə, həmçinin Zərərçəkmiş şəxs2 Heydər İlyasov, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və qeyriləri tərəfindən ona məxsus külli miqdarda pul vəsaitinin dəmir boruların demontaj olunmasının "xxxx" MMC-yə həvalə olunması adı ilə talanması barədə ifadələri və digər istintaq materialları ilə uzlaşmaqla həmin ifadələrdə göstərilən xüsusatları təsdiq edir. Bundan əlavə, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs4 təqdim etdiyi flaş-kartda 2022-ci ilin noyabr ayının əvvəllərində TƏBİB-in adından və 2022-ci ilin noyabr ayının sonlarında "xxxx" ASC-nin adından tərtib etmiş olduğu saxta sənədlərin elektron variantlarının olması müşahidə edilmişdir. Həmçinin, istintaq eksperimenti aparılması haqqında protokola əsasən, istintaq eksperimenti nəticəsində Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs3 və qeyriləri ilə əlbir olmaqla qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamış olduğu sənədin kompüter texnikası ilə “Microsoft Word” proqramında “Microsoft Word”, “Paint” və "xxxx" proqramları vasitəsilə hazırlanmasının, habelə www.the-qrcode-generator.com saytı və digər internet resurslarından istifadə etməklə QR-kodun yaradılıb mobil telefonun şəkil çəkmə funksiyası vasitəsilə oxunduqda hazırlanmış təsvirin əks olunmasının mümkün olması müəyyən edilmişdir. Qeyd olunan xüsusatlar Təqsirləndirilən şəxs4 özünün şahid qismində istintaqa verdiyi ifadəsi ilə, həmçinin iş üzrə şahid qismində dindirilmiş Şahid1, Şahid3 və Zərərçəkmiş şəxs1 ifadələri, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 şahid qismində istintaqa vermiş olduqları ifadələri, həmçinin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında protokollarla və cinayət işinin digər materialları ilə öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs4 şahid qismində istintaqa verdiyi ifadəsində, 2022-ci ilin oktyabr ayında Heydər İlyasovun ona deməsinə görə, Namiq və Orxan adında şəxslərin Novruz X30 xəstəxanasında baş həkim vəzifəsinə düzəltmək adı ilə əvvəlcədən 100.000 ABŞ dolları məbləğində pul aldıqlarını, Zərərçəkmiş şəxs1 onlardan əl çəkməsi və sonuncudan əlavə pul alınması üçün Orxan və Namiq Zaurla görüşüb, həmin pulun bir hissəsini Zaura verdiklərini, 2022-ci ilin noyabr ayının əvvəllərində isə H.İlyasovun ondan Zərərçəkmiş şəxs1 X40nda baş həkim vəzifəsinə təyin olunması barədə saxta sənəd düzəltməsini tələb etdiyini, o da bununla razılaşmasını, H.İlyasov Zərərçəkmiş şəxs1lə görüş zamanı sonuncuya onu TƏBİB-in əməkdaşı kimi təqdim etməsini, Təqsirləndirilən şəxs3 da onun hazırladığı saxta əmrə baxıb, and içərək həqiqi sənəd olduğunu deməsini, bundan sonra H.İlyasov və Təqsirləndirilən şəxs3 ilə görüşü zamanı, sonuncu ona saxta sənəd düzəltdiyi üçün Zərərçəkmiş şəxs1 aldığı puldan 200 manat pulu ayırıb ona verdiyini, sonradan H.İlyasov ona Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 əlavə olaraq 80.000 manat da aldığını deməsini, 2022-ci ilin noyabr ayının sonlarında isə H.İlyasovun ondan Zərərçəkmiş şəxs1 alınmış pulların qaytarılması üçün yeni saxta sənəd tərtib etməsini tələb etdiyini, o buna razı olmadığını, lakin Təqsirləndirilən şəxs3 təkidi ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC adından saxta sənəd hazırladığını, pulu verən Valeh adlı şəxslə görüşlər zamanı özünü ASC-nin Satınalma şöbəsinin rəisi Rasim kimi təqdim etdiyini, buna görə Təqsirləndirilən şəxs3 ona cəmi 1.000 manat pul verdiyini, sənədin həqiqi olması görüntüsünü yaratmaqdan ötrü saxta əmrin aşağı hissəsinə www.the-qrcode-generator.com linki vasitəsilə hazırlanmış və mobil telefonun şəkil çəkmə funksiyasından istifadə etməklə qeydə alındığı zaman həmin linkdə əmrin fotoşəklinin əks olunduğu QR kodu əlavə etdiyini göstərmişdir. Təqsirləndirilən şəxs4 həmin ifadələri digər şahid və zərərçəkmiş şəxslərin ifadələri, habelə digər istintaq materialları ilə də təsdiq edilmişdir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində, Təqsirləndirilən şəxs4 "xxxx" ASC adından saxta sənəd hazırladığını ona şəxsən bildirdiyini, Heydərin ondan ASC işçisi kimi "xxxx"nin qarşısında sənəd verməsini tələb etdiyi zaman Rufanın da orada olduğunu və o da təkidlə həmin məsələni ondan tələb etdiyini demişdir. Şahid qismində dindirilmiş Şahid1 və Zərərçəkmiş şəxs1 ifadələrində, Təqsirləndirilən şəxs4 saxta sənəd düzəltmələri, müvafiq olaraq Şahid1 özünü ASC-nin Satınalma şöbəsinin rəisi Rasim və Zərərçəkmiş şəxs1 özünü TƏBİB-in əməkdaşı Rufan kimi təqdim etdiklərini göstərmişlər. Fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs5 Təqsirləndirilən şəxs4 fotoşəkli üzrə şişman, üzünün yumru və gözlərinin qabarıq olması kimi fərdi əlamətlərinə görə özünü ona Alik və bəzi şəxslərə Meliorasiyanın işçisi Rasim olaraq təqdim edən şəxs kimi, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs4 fotoşəkli üzrə 40 yaşlarında olması, keçəlliyi, gözləri və qaşlarının quruluşu və aralarındakı məsafənin çox olması kimi fərdi əlamətlərinə görə özünü ona Meliorasiyanın işçisi Rasim olaraq təqdim edən şəxs kimi, Şahid1 Təqsirləndirilən şəxs4 fotoşəkli üzrə sifətinin girdə və dolu olması, gözlərinin qabarıq formada olması kimi fərdi əlamətlərinə görə özünü ona Meliorasiyanın Satınalma şöbəsinin müdiri Rasim olaraq təqdim edən şəxs kimi tanımışdır. Bununla bərabər, həmin xüsusatları ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində göstərən Təqsirləndirilən şəxs4 üzləşdirmə zamanı Təqsirləndirilən şəxs3 üzünə qarşı deməklə həmin xüsusatları bir daha təsdiq etmişlər. Beləliklə, Təqsirləndirilən şəxs4 ifadəsində göstərdiyi qeyd edilən xüsusatlar məhkəm əistintaqı zamanı tədqiq edilmiş sübutlarla tam təkzib edilməklə, onun törətdiyi cinayət əməlləri tam olaraq sübuta yetirildiyindən, həmin xüsusatlar iş üzrə toplanmış kifayət qədər mötəbər dəlillərin məcmusu ilə, özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirilib rədd edilir. Təqsirləndirilən şəxs4 qeyd edilən ifadələrində göstərdiyi işin faktiki hallarına uyğun olmayan xüsusatlar başqa hər hansı mötəbər sübutla öz təsdiqini tapmadığından məhkəmə həmin ifadələrə tənqidi yanaşaraq Təqsirləndirilən şəxs4 cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıması kimi qiymətləndirir.

186. Təqsirləndirilən şəxs5 ona CM-in 29,178.3.2, 178.3.2, 310 və 320.1-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində, Valehi və şəriki Rəşatı aldadıb pullarının ələ keçirilməsinə şərait yaratsa da, özünü Prezident Administrasiyasının işçisi kimi təqdim etmədiyini və saxta sənəd düzəltmədiyini, saxta sənədin Rufan tərəfindən şəxsi kompüteri vasitəsilə düzəldilməsini cəlb qərarından görmüş olduğunu, onu Prezident Administrasiyasının işçisi kimi Heydərin təqdim etdiyini, lakin Heydər və ya qeyrisi ona heç bir məbləğdə pul vəsaiti vermədiyini göstərsə də, həmin xüsusatlar cinayət işinin istintaq materialları ilə təkzib olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs5 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə külli miqdarda özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməyə cəhd, özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə vahid niyyətlə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlama cinayət əməllərini törətməsi qismən öz ifadəsi və şahid qismində istintaqa verdiyi ifadələri ilə, habelə iş üzrə alınmış şahid və zərərçəkmiş şəxslərin ifadələri, üzləşdirmədə dindirmə, şahid və zərərçəkmiş şəxslərin təqdim etdiyi flaş-karta və CD disklərə baxış keçirilməsi, istintaq eksperimentinin aparılması, SMS və telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında protokollar, eləcə də, iş materiallarına əlavə edilmiş, biri digərinə tam uyğun gələn, həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmayan bütün dəlillərin məcmusu ilə tam sübuta yetirilir. Belə ki, SMS və telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında protokollardan görünür ki, 2022-ci ilin dekabr ayında Heydər İlyasovun istifadəsində olan ********** saylı nömrə ilə Təqsirləndirilən şəxs5 istifadəsində olan ********** saylı nömrə arasında mütəmadi olaraq danışıqlar aparılmışdır. İstintaq zamanı təqdim edilmiş CD diskdə və flaş-kartda əks olunan audioyazılar Zərərçəkmiş şəxs2 Heydər İlyasov, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və qeyriləri tərəfindən ona məxsus külli miqdarda pul vəsaitinin dəmir boruların demontaj olunmasının "xxxx" MMC-yə həvalə olunması adı ilə talanması barədə ifadələri və digər istintaq materialları ilə uzlaşmaqla həmin ifadələrdə göstərilən xüsusatları təsdiq edir. Bundan əlavə, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs4 təqdim etdiyi flaş-kartda 2022-ci ilin noyabr ayının əvvəllərində TƏBİB-in adından və 2022-ci ilin noyabr ayının sonlarında "xxxx" ASC-nin adından tərtib etmiş olduğu saxta sənədlərin elektron variantlarının olması müəyyən edilmişdir. Həmçinin, istintaq eksperimenti aparılması haqqında protokola əsasən, istintaq eksperimenti nəticəsində Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs3 və qeyriləri ilə əlbir olmaqla qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamış olduğu sənədin kompüter texnikası ilə “Microsoft Word” proqramında “Microsoft Word”, “Paint” və "xxxx" proqramları vasitəsilə hazırlanmasının, habelə www.the-qrcode-generator.com saytı və digər internet resurslarından istifadə etməklə QR-kodun yaradılıb mobil telefonun şəkil çəkmə funksiyası vasitəsilə oxunduqda hazırlanmış təsvirin əks olunmasının mümkün olması müəyyən edilmişdir. Qeyd olunan xüsusatlar Təqsirləndirilən şəxs5 özünün təqsirləndirilən şəxs və şahid qismində istintaqa verdiyi ifadələri ilə, həmçinin iş üzrə şahid qismində dindirilmiş Şahid1, Zərərçəkmiş şəxs2 ifadələri, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 şahid qismində istintaqa vermiş olduqları ifadələri, üzləşdirmə protokolları, həmçinin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında protokollarla və cinayət işinin digər materialları ilə öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs5 ifadəsində, Zərərçəkmiş şəxs2 məxsus külli miqdarda pul vəsaitlərinin dələduzluq yolu ilə ələ keçirilməsinə özü şərait yaratdığını, Heydər onu X3 işçisi kimi təqdim edəcəyini əvvəlcədən ona bildirdiyini, bununla əlaqədar Heydərlə sonuncunun ona 10.000 manat pul verəcəyi barədə sövdələşdiyini, o da inandırıcı olması üçün Şahid1 ilə görüşlərə üzü təraş olunmuş halda, kostyum və qalstuk geyinməklə səliqəli geyimdə getdiyini göstərmişdir. Həmçinin, Təqsirləndirilən şəxs5 şahid qismində istintaqa verdiyi ifadəsində, Heydər İlyasovun ona Valeh və Rəşatla olan görüşlərdə iştirak etməklə özünü Prezident Administrasiyasının əməkdaşı kimi təqdim etməsini, ASC-nin verdiyi sənədin Əmlak Məsələləri Dövlət Xidmətində yüksək vəzifədə işləyən tanışları vasitəsilə təsdiq etdirəcəyinə dair söz verməsini demiş, o da Heydərin ona həmin işin müqabilində 10.000 manat verəcəyini dediyi üçün, Heydərin dediklərini Valeh və Rəşatla olan görüşlərində bildirmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs4 şahid qismində istintaqa verdiyi ifadəsində, sonradan Heydərin Cavid ilə də sövdələşərək, sonuncu Heydərin təlimatı ilə özünü Prezident Administrasiyasının əməkdaşı kimi təqdim edib yalan vədlər verməklə "xxxx" MMC-nin nümayəndəsi Valehi aldatdığını göstərmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs2 şahid qismində istintaqa verdiyi ifadəsində, 2022-ci ilin dekabr ayında Bakı şəhəri, Xətai rayonunda yerləşən "xxxx" restoranında Heydər, Cavid, Valeh və Rəşat ilə görüşməsini, orada Rəşat vaxtın uzandığını deyib pulun qaytarılmasını tələb etməsini, X58 Administrasiyasının əməkdaşı kimi təqdim etməsini, sonuncu da Valeh və Rəşata sənədlərin hazırlanmasını tezləşdirəcəyini vəd verməsini, Heydərin Valeh və Rəşata pulun bir hissəsini Cavidə və Rasimə verməsini göstərmişdir. Bundan əlavə, iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində, 2022-ci ilin dekabr ayında Heydər, İlqar və Cavidlə görüşməsini, sonuncunun özünü Prezident Administrasiyasın əməkdaşı kimi təqdim edərək ƏMDX-dən silgi aktı alacağını bildirməsini, sonra Heydər və Cavidlə ofisdə görüşdüyü vaxt Heydər Meliorasiyanın bütün sənədlərinin surətlərini ona təqdim edərək ƏMDX-nin sənədləri hazır olmasa da işə başlamaq üçün Meliorasiyanın sənədlərinin kifayət etdiyini, QR kod vasitəsilə sistemdə də yoxlaya biləcəyini, Heydərin qeyd olunan sənədləri ona verməsi, sonra aşağı düşüb Rəşatla danışmasını, sonuncunun razılığı ilə həmin gün Heydərə köməkçisi İlqarın və Orxanın yanında 69.600 ABŞ dolları məbləğində pul verməsini, sənədlərin saxta olmasını bildikdən sonra, xx.xx.2022-ci il tarixdə o Rəşad ilə birlikdə Heydər, Orxan və Cavid ilə görüşməsini və sənədin saxta olduğunu bildirməsini, lakin Heydər və Cavid sənədin saxta olmadığını və qanuni qüvvəsini alması üçün sadəcə ƏMDX-dən sənəd verilməli olduğunu bildirməsini göstərmişdir. Bununla bərabər, həmin xüsusatları ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadələrində göstərən Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Şahid1 üzləşdirmə zamanı Təqsirləndirilən şəxs5 üzünə qarşı deməklə həmin xüsusatları bir daha təsdiq etmişlər. Beləliklə, Təqsirləndirilən şəxs5 ifadəsində göstərdiyi qeyd edilən xüsusatlar cinayət işinin materialları ilə təkzib edilməklə, onun törətdiyi cinayət əməlləri tam olaraq sübuta yetirildiyindən, həmin xüsusatlar iş üzrə toplanmış kifayət qədər mötəbər dəlillərin məcmusu ilə, özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirilib rədd edilir. Təqsirləndirilən şəxs5 qeyd edilən ifadələrində göstərdiyi işin faktiki hallarına uyğun olmayan xüsusatlar başqa hər hansı mötəbər sübutla öz təsdiqini tapmadığından məhkəmə həmin ifadələrə tənqidi yanaşaraq Təqsirləndirilən şəxs5 cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıması kimi qiymətləndirir.

187. Eyni zamanda, məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X25 ifadəsinə məhkəmə tənqidi yanaşaraq qeyd edir ki, həmin ifadədə göstərilənlər məhkəmə iclasında tədqiq edilmiş hər hansı mötəbər sübutla öz təsdiqini tapmadığından inkar edilir. Həmçinin məhkəmə həmin ifadədə təqsirləndirilən şəxslərin və eləcə də, hazırkı iş üzrə axtarışda olmaqla barəsində cinayət təqibi aparılan onun özünün müdafiəsinə yönəlmiş xüsusatların iş materialları ilə hər hansı sübutla təsdiq edilmədiyini qeyd edir.

188. Qeyd edilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərə istinad edilən əməllər tam sübuta yetirildiyindən Təqsirləndirilən şəxs1 əməlləri CM-in 178.3.2 və 320.1-ci maddələri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri CM-in 29,178.3.2, 178.3.2 və 320.1-ci maddələri, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 əməlləri CM-in 29,178.3.2, 178.3.2, 310 və 320.1-ci maddələri ilə tövsif edilməli və onlar həmin maddələrlə təqsirli bilinməklə onlar cəza təyin edilməlidir.

189. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 hərəkətlərində CM-in 178.3.2 və 320.1-ci maddələrində, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hərəkətlərində CM-in 29,178.3.2, 178.3.2 və 320.1-ci maddələrində, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 hərəkətlərində CM-in 29,178.3.2, 178.3.2, 310 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Onlar tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs1 CM-in 178.3.2 və 320.1-ci maddələrində, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-in 29,178.3.2, 178.3.2 və 320.1-ci maddələrində, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 CM-in 29,178.3.2, 178.3.2, 310 və 320.1ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

190. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır.

191. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

192. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarın 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir.

193. CM-in 18.2-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması və qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törədilməsi cinayətin təhlükəli residivi yaradır.

194. CM-in 83-cü maddəsinin tələbinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Az ağır və ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən müvafiq olaraq iki və altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.

195. Məhkəmə CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində 3(üç) azyaşlı uşağının olmasını, CM-in 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində Zərərçəkmiş şəxs1 dəymiş ziyanın qismən ödənilməsini, habelə CM-in 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını, himayəsində yaşlı valideynlərinin olmasını və ailədə yeganə gəlir gətirən şəxs olmasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

196. CM-in 61.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 CM-in 320.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsini onun cəzasını ağırlaşdıran hallar kimi müəyyən edir.

197. Eyni zamanda, məhkəmə CM-in 59.1.12-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs2 ilə barışıq əldə edilməsini, CM-in 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində Zərərçəkmiş şəxs2 dəymiş ziyanın qismən ödənilməsini, habelə CM-in 59.2-ci maddəsinə əsasən yaşayış və iş yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmamasını, himayəsində 1(bir) yetkinlik yaşına çatmayan uşağı olmasını, ailədə yeganə gəlir gətirən şəxs olmasını və şəhid ailəsi olmaqla atası X44 23 yanvar 1994-cü ildə Füzuli rayonu Qaraxanbəyli kəndi ərazisində Azərbaycan Respublikası torpaqlarını erməni işğalçılardan qoruyarkən (hərbi hissənin tərkibində hərbi xidmət keçərkən döyüş tapşırığını və döyüş təminatını yerinə yetirərkən həlak olmasını) şəhid olmasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

198. CM-in 61.1.1 və 61.1.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs2 CM-in 320.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında və təkrarən törətməsini onun cəzasını ağırlaşdıran hallar kimi müəyyən edir.

199. Həmçinin, məhkəmə CM-in 59.1.12-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs2 ilə barışıq əldə edilməsini, habelə CM-in 59.2-ci maddəsinə əsasən qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunmasını, müxtəlif xəstəliklərdən, o cümlədən ürəyin işemik xəstəliyi, ürək-qan dövranının çatışmazlığı, hipertoniya xəstəliyindən əziyyət çəkməsi, ürəyində şuntlama və sair cərrahiyyə əməliyyatların həyata keçirilməsini Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

200. Məhkəmə CM-in 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətlərin təhlükəli residivinin olmasını (hökmün 66, 69 və 146-cı bəndləri), habelə CMin 320.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında və təkrarən törətməsini həmin Məcəllənin 61.1.1 və 61.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar kimi müəyyən edir. Həmin Məcəllənin 65.1 və 65.2-ci maddələrinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz.

201. Eyni zamanda, məhkəmə CM-in 59.1.10-cu maddəsinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal köməklik etməsi, CM-in 59.1.12-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs2 ilə barışıq əldə edilməsini, habelə CM-in 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, arvadının psixi xəstəlikdən əziyyət çəkməsini və himayəsində yaşlı gözdən əlil anasının olmasını Təqsirləndirilən şəxs4 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

202. Məhkəmə CM-in 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətlərin təhlükəli residivinin olmasını (hökmün 87-ci bəndi), habelə CM-in 310 və 320.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini qabaqcadan əlbir olan bir qrup şəxs halında və təkrarən törətməsini həmin Məcəllənin 61.1.1 və 61.1.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran hallar kimi müəyyən edir. Həmin Məcəllənin 65.1 və 65.2-ci maddələrinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz.

203. Həmçinin, məhkəmə CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində 1(bir) azyaşlı uşağının olmasını, CM-in 59.1.12-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs2 ilə barışıq əldə edilməsini, habelə CM-in 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində 1(bir) qulluğa ehtiyacı olan yetkinlik yaşına çatmayan uşağının və yaşlı valideynlərinin olmasını Təqsirləndirilən şəxs5 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

204. Məhkəmə CM-in 310 və 320.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini qabaqcadan əlbir olan bir qrup şəxs halında və təkrarən törətməsini həmin Məcəllənin 61.1.1 və 61.1.3-cü maddələrinə əsasən onun cəzasını ağırlaşdıran hallar kimi müəyyən edir.

205. CM-in 63.3-cü maddəsinin tələbinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz.

206. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 178.3.2-ci maddəsinin, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi CM-in 29,178.3.2 və 178.3.2-ci maddələrinin, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 təqsirli bilindiyi CM-in 29,178.3.2, 178.3.2 və 310-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

207. Həmçinin, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərə təqsirli bilindikləri CM-in 320.1-ci maddəsi ilə həmin Məcəllənin 75.1.1-ci və CPM-in 44.2.1-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyin edilməməlidir.

208. Belə ki, CM-in 75.1.1-ci maddəsinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz.

209. CM-in 75.2-ci maddəsinin tələbinə görə müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır.

210. CPM-in 39.1.3-cü maddəsinin tələbinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir).

211. CPM-in 44.2.1-ci maddəsinin tələbinə əsasən, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, CPM-in 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır.

212. Təqsirləndirilən şəxslərin CM-in 320.1-ci maddəsi ilə təqsirli bilindikləri əməllər Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs olduğu epizod üzrə 2022-ci ilin noyabr ayında və Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs olduğu epizod üzrə 2022-ci ilin dekabr ayında törədildiyindən iki illik müddət başa çatmışdır.

213. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır.

214. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 hazırkı cinayət işi üzrə təqsirli bilindikləri hər bir cinayət əməlinə görə (CM-in 320.1-ci maddəsi istisna olmaqla) ayrılıqda cəza təyin edilməli, daha sonra CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna görə onlara hazırkı iş üzrə qəti cəza təyin edilməlidir.

215. Eyni zamanda, Təqsirləndirilən şəxs3 hazırkı cinayət işi üzrə təqsirli bilindiyi cinayət əməlinə görə cəza təyin edilməli, daha sonra isə CM-in 66.5-ci maddəsinə əsasən Salyan Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 1(057)-42/2024 saylı hökmü ilə təyin edilmiş cəza hazırkı hökmlə ona təyin ediləcək cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir.

216. CM-in 67.1-ci maddəsinin tələbinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.2-ci maddəsinin tələbinə əsasən hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 67.4-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır.

217. Hökmün 73 və 150-ci bəndlərində qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs5 hazırda 1 (bir) il 9 (doqquz) ay 13(on üç) gün müddətə çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmışdır.

218. CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bərabər tutulur.

219. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs5 hazırkı cinayət işi üzrə təqsirli bilindiyi əməlinə görə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və daha sonra CM-in 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən hökmlərin məcmusuna görə ona qəti cəza təyin edilməlidir.

220. Məhkəmə həmçinin təqsirləndirilən şəxslərin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.

221. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Onlar barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

222. CM-in 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə şəxslərin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Onlar barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

223. Belə ki, hazırkı cinayət işi üzrə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 ağır cinayət əməlinə görə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını cəzaçəkmə müəssisəsində çəkməklə 8 iyul 2022-ci il tarixdə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş, lakin törətdiyi ağır cinayətə görə məhkumluğu ödənilmədən hazırkı cinayət əməllərini törətmişdir (bax hökmün 66, 69 və 146-cı bəndləri).

224. Eyni zamanda, hazırkı cinayət işi üzrə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs4 ağır cinayət əməlinə görə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını cəzaçəkmə müəssisəsində çəkməklə 1 oktyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, lakin törətdiyi ağır cinayətə görə məhkumluğu ödənilmədən hazırkı cinayət əməllərini törətmişdir (bax hökmün 87-ci bəndi).

225. CPM-in 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

226. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs3 barəsində 24 may 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Həmçinin məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cİnayətlər Məhkəməsinin 8 aprel 2024-cü il tarixli qərarı ilə barələrində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilmiş və onlar barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalından dərhal həbsə alınmışlar.

227. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin əvvəli 8 aprel 2024-cü il tarixdən, Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin əvvəli isə 24 may 2023-cü il tarixdən hesablanmalıdır.

228. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin CM-in 69.3cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs5 həbsdə saxlanıldığı müddət ona təyin ediləcək ümumi cəza müddətinə hesablanmalıdır.

229. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

230. Bununla əlaqədar CM-in 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz.

231. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

232. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər.

233. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında“ 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.

234. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin.

235. Məhkəmə yuxarıda şərh edilənlər baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, o cümlədən himayəsində 1 (bir) azyaşlı uşağının, 1(bir) qulluğa ehtiyacı olan yetkinlik yaşına çatmayan uşağının, eləcə də yaşlı valideynlərinin olmasını, ailədə yeganə gəlir gətirən şəxsin olmasını, habelə məhkəməyədək icraat və məhkəmə icraatı dövründə davranışı nəzərə alınmaqla hesab edir ki, Təqsirləndirilən şəxs5 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz.

236. Belə ki, Təqsirləndirilən şəxs5 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi CM-in cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi onu, eləcə də 1 (bir) azyaşlı və 1(bir) qulluğa ehtiyacı olan yetkinlik yaşına çatmayan uşağının, habelə yaşlı valideynlərinin və ümumilikdə ailəsini ciddi məhrumiyyətlərə düçar edər, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışları nəzərə alınmaqla onu cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiqini mümkün hesab edir.

237. CM-in 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər.

238. Məhkəmə, təqsirləndirilən şəxsin üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs5 üzərinə sınaq müddəti ərzində təbii fəlakət və sair fövqəladə hallarla əlaqədar mənzili tərk etmək və xəstəliyi ilə əlaqədar həkimə müraciət etmək halları istisna olmaqla yaşayış yeri olan ünvan 10 ünvanını saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini tərk etməmək, ailəsinə maddi yardım göstərmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır.

239. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinin tələbinə görə sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Sınaq müddətinin qurtarması ilə məhkum üzərində nəzarət dayandırılır və o, qeydiyyatdan çıxarılır.

240. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələyə gəldikdə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs5 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir.

241. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.

242. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla ibtidai araşdırma materiallarına surətləri əlavə olunmuş qanunsuz olaraq saxtalaşdırılmaqla hazırlanan Zərərçəkmiş şəxs5n adından xx.xx.2022-ci il tarixli əmrin, Azərbaycan Meliorasiya və X139 Səhmdar Cəmiyyətinin adından hazırlanmış xx.xx.2022ci il tarixli 1296-H №-li (sənədin №-si 1148 0963-22) əmrin, 00008962QR №-li QR-kod təsviri olan vərəqənin, xx.xx.2022-ci il tarixli 0148 1448-22 nömrəli və xx.xx.2022-ci il tarixli 4117-8397/22 nömrəli məktubların surətləri, habelə həmin əmrlərin və məktubların əlavə edildiyi Təqsirləndirilən şəxs4 tərəfindən təqdim edilmiş bir ədəd flaş-kart, eləcə də, qeyd olunan sənədlərin elektron variantlarından çıxarışları, Zərərçəkmiş şəxs1, Şahid1 və Təqsirləndirilən şəxs2 tərəfindən istintaqa təqdim edilmiş CD disklər, Şahid1 təqdim etdiyi bir ədəd flaş-kart, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs2 təqdim etdikləri Təqsirləndirilən şəxs1 pulu təhvil alması barədə qəbzlər, O. Həsənovun təqdim etdiyi ödənişlər barədə qəbzlər, Zərərçəkmiş şəxs1 mobil telefonuna baxış keçiriləsi haqqında protokola əlavə edilmiş bir ədəd CD disk, “X70” ASC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş CD disk, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 23120 №-li, xx.xx.2022 tarixli 23370 №-li, xx.xx.2023-cü il tarixli 4920 №-li, xx.xx.2023-cü il tarixli 8826, xx.xx.2023-cü il tarixli 12580 №-li və 12612 №-li, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli BKC/LGL-20/23 №-li və xx.xx.2023-cü il tarixli BKC/LGL-4168/23 №-li, xx.xx.2023 tarixli BKC/LGL-6382/23 №-li, xx.xx.2023 tarixli BKC/LGL-6403/23 №-li və BKC/LGL-6404/23 №-li, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli AZF/LGL-2259/23 №-li, xx.xx.2023 tarixli AZF/LGL-2600/23 №-li, xx.xx.2023 tarixli AZF/LGL-2648/23 №-li məktublarına əlavə edilmiş CD disklər, ümumilikdə 25 (iyirmi beş) ədəd disk və 2(iki) ədəd sərt disk (flash card) hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

243. Məhkəmə həmçinin iş üzrə verilmiş mülki iddiaya da münasibət bildirməyi zəruri hesab edir.

244. Belə ki, CPM-in 89.1–ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır.

245. CPM-in 179-cu maddəsinə əsaəsn cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir.

246. CPM-in 180-cı maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər.

247. CPM-in 185-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı zamanı məhkəmə mülki iddianın təmin edilməsi üçün tədbirlər görməlidir.

248. CPM-in 354.1.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq məhkəmə iddianın rədd edilməsi, tam və ya qismən təmin edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərar çıxara bilər.

249. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 500-cü maddəsinin tələbinə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir.

250. Həmin Məcəllənin 1091-ci maddəsinin tələbinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

251. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub Zərərçəkmiş şəxs1 məxsus 170.000 manat pul vəsaitini ələ keçirmiş, daha sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və qeyrisi qabaqcadan əlbir olub Zərərçəkmiş şəxs1 məxsus 50.000 manat pul vəsaitinin, daha sonra isə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və qeyrisi qabaqcadan əlbir olub Zərərçəkmiş şəxs1 məxsus 30.000 manat pul vəsaitinin nağd şəkildə alınmasına nail olub, həmin pul vəsaitlərini aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, ümumilikdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və qeyrisi qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 250.000 (iki yüz əlli min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Eyni zamanda, məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olub ələ keçirdiyi Zərərçəkmiş şəxs1 məxsus 170.000 manat pul vəsaitindən 70000 manatını sonuncuya ödəmişdir.

252. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iş üzrə mülki iddia yuxarıda göstərilənlərə nəzərə alınmaqla qismən təmin edilməlidir.

253. Belə ki, cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə (müştərək) qaydada 100000 (bir yüz min) manat məbləğində pul vəsaiti, cavabdehlər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 birgə (müştərək) qaydada 50000 (əlli min) manat məbləğində pul vəsaiti, cavabdehlər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 birgə (müştərək) qaydada 30000 (otuz min) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməlidir. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 600 (altı yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 birgə (müştərək) qaydada tutularaq iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməlidir.

254. Mülki iddia qalan hissədə rədd edilməlidir.

255. İş üzrə üzərinə həbs qoyulmuş əmlakın və məhkəmə məsrəfinin olmaması nəzərə alınmalıdır.

256. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

257. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

258. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə həmin Məcəllənin 75.1.1-ci və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 8 aprel 2024-cü il tarixdən hesablansın.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.3.2, 178.3.2 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.3.2 və 178.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə həmin Məcəllənin 75.1.1-ci və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 8 aprel 2024-cü il tarixdən hesablansın.

3. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.3.2, 178.3.2 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.3.2 və 178.3.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə həmin Məcəllənin 75.1.1-ci və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməsin. Salyan Rayon Məhkəməsinin 1(057)-42/2024 saylı, 30 iyul 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 təyin edilmiş 3(üç) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə əsasən hazırkı hökmlə ona təyin edilmiş 8(səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla qəti olaraq ona 9(doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli 24 may 2023-cü il tarixdən hesablansın.

4. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.3.2, 178.3.2, 310 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.3.2 və 178.3.2-ci maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə həmin Məcəllənin 75.1.1-ci və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzalar qismən toplanılmaqla qəti olaraq ona 8(səkkiz) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X52 cəzaçəkmə müddətinin əvvəli 8 aprel 2024-cü il tarixdən hesablansın.

5. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.3.2, 178.3.2, 310 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.3.2 və 178.3.2-ci maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə həmin Məcəllənin 75.1.1-ci və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs5 təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzalar qismən toplanılmaqla ona 5(beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs5 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-73/2022 saylı, 9 iyun 2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalmış azadlığın məhdudlaşdırılması cəzasının 1 (bir) il 9 (doqquz) ay 13(on üç) gün hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hesablanaraq 10 (on) ay 22 (iyirmi iki) gün müddət azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin olunmuş 5 (beş) il 3(üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs5 qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs5 8 aprel 2024-cü il tarixdən tutularaq hazırkı vaxtadək həbsdə saxlanıldığı müddət ümumi cəza müddətinə hesablansın. Təqsirləndirilən şəxs5 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 2 (iki) il sınaq müddəti müəyyən edilsin və sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs5 üzərinə sınaq müddəti ərzində təbii fəlakət və sair fövqəladə hallarla əlaqədar mənzili tərk etmək və xəstəliyi ilə əlaqədar həkimə müraciət etmək halları istisna olmaqla yaşayış yeri olan ünvan 10 ünvanını saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini tərk etməmək, ailəsinə maddi yardım göstərmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs5 daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs5 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.

İş üzrə mülki iddia qismən təmin edilsin. Cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə (müştərək) qaydada 100000 (bir yüz min) manat məbləğində pul vəsaiti, cavabdehlər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 birgə (müştərək) qaydada 50000 (əlli min) manat məbləğində pul vəsaiti, cavabdehlər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 birgə (müştərək) qaydada 30000 (otuz min) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Zərərçəkmiş şəxs1 ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 600 (altı yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 birgə (müştərək) qaydada tutularaq iddiaçı Zərərçəkmiş şəxs1 ödənilsin. Mülki iddia qalan hissədə rədd edilsin. İş üzrə maddi sübut olmaqla ibtidai araşdırma materiallarına surətləri əlavə olunmuş qanunsuz olaraq saxtalaşdırılmaqla hazırlanan Zərərçəkmiş şəxs5n adından xx.xx.2022-ci il tarixli əmrin, Azərbaycan Meliorasiya və X139 Səhmdar Cəmiyyətinin adından hazırlanmış xx.xx.2022-ci il tarixli 1296-H №-li (sənədin №-si 1148 0963-22) əmrin, 00008962QR №-li QR-kod təsviri olan vərəqənin, xx.xx.2022-ci il tarixli 0148 1448-22 nömrəli və xx.xx.2022-ci il tarixli 4117-8397/22 nömrəli məktubların surətləri, habelə həmin əmrlərin və məktubların əlavə edildiyi Təqsirləndirilən şəxs4 tərəfindən təqdim edilmiş bir ədəd flaş-kart, eləcə də, qeyd olunan sənədlərin elektron variantlarından çıxarışları, Zərərçəkmiş şəxs1, Şahid1 və Təqsirləndirilən şəxs2 tərəfindən istintaqa təqdim edilmiş CD disklər, Şahid1 təqdim etdiyi bir ədəd flaş-kart, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs2 təqdim etdikləri Təqsirləndirilən şəxs1 pulu təhvil alması barədə qəbzlər, O. Həsənovun təqdim etdiyi ödənişlər barədə qəbzlər, Zərərçəkmiş şəxs1 mobil telefonuna baxış keçiriləsi haqqında protokola əlavə edilmiş bir ədəd CD disk, “X70” ASC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş CD disk, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 23120 №-li, xx.xx.2022 tarixli 23370 №-li, xx.xx.2023-cü il tarixli 4920 №-li, xx.xx.2023-cü il tarixli 8826, xx.xx.2023-cü il tarixli 12580 №-li və 12612 №-li, "xxxx" MMCnin xx.xx.2023-cü il tarixli BKC/LGL-20/23 №-li və xx.xx.2023-cü il tarixli BKC/LGL- 4168/23 №-li, xx.xx.2023 tarixli BKC/LGL-6382/23 №-li, xx.xx.2023 tarixli BKC/LGL- 6403/23 №-li və BKC/LGL-6404/23 №-li, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli AZF/LGL- 2259/23 №-li, xx.xx.2023 tarixli AZF/LGL-2600/23 №-li, xx.xx.2023 tarixli AZF/LGL- 2648/23 №-li məktublarına əlavə edilmiş CD disklər, ümumilikdə 25 (iyirmi beş) ədəd disk və 2(iki) ədəd sərt diskin (flash card) hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən onun elan olunduğu, hökmün surətinin həbsdə saxlanılan təqsirləndirilən şəxslərə isə verildiyi andan andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar