Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-850/2021 31.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorları Dövlət ittihamçısı və X1, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1, müdafiəçilər – Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X14, X2 və «Yusif Allahverdiyev və Partniyorları» vəkil bürosunun vəkili X9 iştirakları ilə, xx.xx.1999-cu ildə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fəhlə işləyən, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Şamaxı şəhəri F.Şahbazov küçəsi ev 23də qeydiyyatda olmaqla yaşayan, barəsində Şamaxı rayon məhkəməsinin 31.08.2020-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri xx.xx.1992-ci ildə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fəhlə işləyən, əvvəllər məhkum edilməmiş, Şamaxı şəhəri Ş.Ş.İbrahim küçəsi ev 40-da qeydiyyatda olan və Şamaxı şəhər Z.Hacıyev küçəsi ev 22-də yaşayan, barəsində Şamaxı rayon məhkəməsinin 31.08.2020-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 37400 (otuz yeddi min dörd yüz) manat dəyərində 22000 (iyirmi iki min) X13 dolları məbləğində pulunu gizli olaraq talamaq məqsədilə 24 avqust 2020-ci il tarixdə, saat 02 radələrində sərxoş vəziyyətdə sonuncunun yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığına gəlib əvvəlcə həyətyanı sahəyə oradan isə evin taxta materialdan olan qapısını sıxıb açmaqla qanunsuz olaraq yaşayış sahəsinə daxil olduqdan sonra yataq otağına daxil olmadan digər otaqlarda pulu axtarmağa başlamış, qonaq otağı ilə yataq otağı arasında olan otaqda stolun üstündəki əl çantasının içərisindən üzərində 5 (beş) manat qiymətində ***-***-**-** saylı nömrə olan 120 manat dəyərində “Samsung Galaxy J2” markalı “SM-J250F/DS” modelli mobil telefonu, 17 (on yeddi) manat nağd pulu götürsə də, 22000 (iyirmi iki min) X13 dolları məbləğində pulu tapa bilmədiklərinə görə tanınmaması üçün həmin otaqda stolun üstündə olan tibbi maskanı geyinərək gizli yolla oğurladıqları əmlak üzərində sərəncam vermə hüquqları yaranmadan yataq otağına daxil olmuş, yataq otağındakı şkafları axtarmağına baxmayaraq pulu tapa bilmədiyindən mətbəxə keçib kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağını götürərək yenidən yataq otağına qayıtmaqla ayrı-ayrı çarpayılarda birbirindən təxminən 60 santimetr məsafədə yatmış Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 oyadaraq silah qismində istifadə etdiyi bıçaqla hədələyib «tez olun pulu verin» deməsinə baxmayaraq sonuncular evdə pul olmadığını dediklərinə görə ilk öncə yumruqla və çarpayının yanından götürdüyü taxta materialdan olmaqla silah qismində istifadə etdiyi çəliklə Zərərçəkmiş şəxs2 baş nahiyəsindən bir neçə dəfə vuraraq ona üzün sol yarısının qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirib müqavimətini tam qırdıqdan sonra qırılmış çəliyi yerə ataraq digər əlində olan bıçağı Zərərçəkmiş şəxs1 çənəsinə dirəyib zor tətbiq edərək ona sağ və sol göz orbitalarının qançırları, hematomaları, döş qəfəsinin qançırları, sol almacıq və sol çənə oynağı nahiyəsinin hematoması, üst dodağın qançırı, alt dodağın sol aşağı hissəsinin və sağ əlin birinci barmağının yaraları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirib pul tələb etməsinə baxmayaraq sonuncunun ona müqavimət göstətərək sifətindəki maskanı çıxarmasına və əlindəki bıçağın tiyəsini əyməsinə, həmçinin, qışqıraraq səs-küy salmasına görə çarpayının yanında olan stulun üstündəki üzərində 8 (səkkiz) manat qiymətində ***-***-**-** saylı nömrə olan 25 (iyirmi beş) manat dəyərli “112” modelli, “Nokia” markalı mobil telefonu götürərək çıxıb getməklə zərərçəkmiş şəxslərə həyat və sağlamlıqları üçün təhlükəli olan zorakılıqla bağlı olan basqın edib ümumilikdə 175 (yüz yetmiş beş) manat dəyərində özgənin əmlakını quldurluq yolu ilə talamışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 37400 (otuz yeddi min dörd yüz) manat dəyərində 22000 (iyirmi iki min) X13 dolları məbləğində pulunu gizli olaraq talamaq məqsədilə 24 avqust 2020-ci il tarixdə, saat 02 radələrində sərxoş vəziyyətdə sonuncunun yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığına gəlib əvvəlcə həyətyanı sahəyə oradan isə evin taxta materialdan olan qapısını sıxıb açmaqla qanunsuz olaraq yaşayış sahəsinə daxil olduqdan sonra yataq otağına daxil olmadan digər otaqlarda pulu axtarmağa başlamış, Təqsirləndirilən şəxs1 qonaq otağı ilə yataq otağı arasında olan otaqda stolun üstündəki əl çantasının içərisindən üzərində 5 (beş) manat qiymətində ***- ***-**-** saylı nömrə olan 120 manat dəyərində “Samsung Galaxy J2” markalı “SM- J250F/DS” modelli mobil telefonu, 17 (on yeddi) manat nağd pulu götürsə də, 22000 (iyirmi iki min) X13 dolları məbləğində pulu tapa bilmədiklərinə görə oğurladıqları əmlak üzərində sərəncam vermə hüquqları yaranmadan yataq otağında ayrı-ayrı çarpayılarda bir-birindən təxminən 60 santimetr məsafədə yatmış Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 oyadaraq onlara zor tətbiq etməklə pulun yerini öyrənmək qərarına gəlmişlər, bu məqsədlə o, əvvəlcədən əldə edilmiş razılığa əsasən cinayətin icraçısı olan Təqsirləndirilən şəxs1 bilvasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərək yataq otağının qapısında dayanıb mühafizəni təşkil etmiş, sonuncu isə tanınmaması üçün həmin otaqda stolun üstündə olan tibbi maskanı geyinib mətbəxdən kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağını götürərək ümumi niyyətləri ilə əhatə olunan hərəkətləri icra etməklə silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 oyadıb hədələyərək «tez olun pulu verin» deyib ilk öncə yumruqla və çarpayının yanından götürdüyü taxta materialdan olmaqla silah qismində istifadə etdiyi çəliklə Zərərçəkmiş şəxs2 baş nahiyəsindən bir neçə dəfə vuraraq ona üzün sol yarısının qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirib müqavimətini tam qırdıqdan sonra qırılmış çəliyi yerə ataraq digər əlində olan bıçağı Zərərçəkmiş şəxs1 çənəsinə dirəyib zor tətbiq edərək ona sağ və sol göz orbitalarının qançırları, hematomaları, döş qəfəsinin qançırları, sol almacıq və sol çənə oynağı nahiyəsinin hematoması, üst dodağın qançırı, alt dodağın sol aşağı hissəsinin və sağ əlin birinci barmağının yaraları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirib pul tələb etməsinə baxmayaraq sonuncunun müqavimət göstərərək Təqsirləndirilən şəxs1 sifətindəki maskanı çıxarmasına və əlindəki bıçağın tiyəsini əyməsinə, həmçinin, qışqıraraq səs-küy salmasına görə sonuncu çarpayının yanında olan stulun üstündəki üzərində 8 (səkkiz) manat qiymətində ***-***-**-** saylı nömrə olan 25 (iyirmi beş) manat dəyərli “112” modelli, “Nokia” markalı mobil telefonu götürərək çıxıb getməklə zərərçəkmiş şəxslərə həyat və sağlamlıqları üçün təhlükəli olan zorakılıqla bağlı olan basqın edib ümumilikdə 175 (yüz yetmiş beş) manat dəyərində özgənin əmlakını quldurluq yolu ilə talamışdır. Məhkəmədə ifadə verməkdən imtina edən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilən zaman Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20 avqust 2020-ci il tarixdə o, Təqsirləndirilən şəxs2gildə olanda, Pərvinlə söhbət zamanı, Pərvin ona, “xalam Zərifədən 800 manat pul götürmüşəm, onların iyirmi iki min dollar pulu var, gedək götürək” sözlərini demişdir, lakin, Pərvinlə bu barədə, yəni Zərifəgildən pul oğurlamaq barədə söhbət etsələr də razılığa gələ bilməmişlər. 23 avqust 2020-ci il tarixdə saat 21 radələrində tanışı X12gilə getmiş, Valeh evlərində tək olmuş, başqa heç kim olmamışdır. Valehin evində olan zaman balıq qızartması yeyib, daha sonra 1 litrlik araq içmişlər. Yemək yeyib araq içən vaxtı, Valeh ona demişdir ki, “gedək Pərvinlə görüşək”. O da razılaşmış, sonra, Valehlə birlikdə küçəyə çıxıb Pərvingilə getmişdir. Pərvinlə onların darvazasının yanında görüşmüş, o, Valeh və Pərvin – üçü söhbət edərək, Şamaxı rayon bazarı tərəfdən Aşıqlar bağı tərəfə yol ilə düşmüşlər. Yolda gələrkən Valeh ayrılıb mağazalardan birinə daxil olub 1 litr araq almış, lakin Valehin həmin arağı dəqiq hansı mağazadan almasını bilməmiş, “Aşıqlar Bağı” adlanan 20 yanvar parkının yanına kimi yol ilə hərəkət edəndə o, həmin arağı içmişdir, çoxlu spirtli içki qəbul etdiyi üçün sərxoş olmuşdur. Bundan sonra, onlar üçü gecə ilə küçədə piyada hərəkət edib parkın yanına çatmışdır. Parkın yaxınlığında küçədə Təqsirləndirilən şəxs2 həmin vaxtı xalası Zərifəgildən pul oğurlamaq barədə Valehə də danışmış, lakin, Valeh Zərifəgilin evinə getmək barədə razılaşmamışdır və onlardan ayrılmaq istədiyini bildirmişdir, hətta o, Valehə getməyi təkidlə bildirmiş, lakin, Valeh getməkdən imtina edib onlardan ayrılmış və harasa çıxıb getmişdir. Həmin vaxtı, artıq 24 avqust 2020-ci il tarixdə saat 02 radələri olmuş, o və Pərvin həmin küçə ilə Hüseyn Ciddi küçəsinə çıxıb Zərifəgilin evinə yaxınlaşmış, onlar çəpərə yaxınlaşıb çəpərdən bağa daxil olmuş, daha sonra ağacların arası ilə gəlib bağ və həyət arasında olan çəpərə yaxınlaşmışdır. Oradan da o və Pərvin- ikisi çəpərə birləşik olan qapının yanında qoyulmuş şiferdən qalxıb həyətə daxil olmuş, həyətdə Pərvin və o ikisi olmuşdur. Həyətin işığı yanılı vəziyyətdə olmuş, ancaq darvazanın qarşısında küçəyə tərəf olan hissədə iki ədəd lamıçka işığı yanılı olduğundan həyətə azca işıq düşmüşdür. Həyətdə kiminsə olmadığına əmin olub darvaza tərəfdə olan evin girişinə yaxınlaşmışlar, pilləkənlə ikisi də qalxıb qapıya yaxınlaşmışlar, əvvəlcə o, qapının əlcəyini tutub qapını açmaq istəsə də aça bilməmiş, buna görə də, o, kənara çəkilmiş, Pərvin qapıya yaxınlaşıb hər iki əlləri ilə qapını sıxıb açmışdır, lakin, qapı açılanda kilidi bir qədər aralı olduğundan heç bir detalı qırılmamışdır, sonra ikisi də evin zal otağına daxil olmuş, Pərvin evi yaxşı tanıdığından və nəyin harada yerləşməsini bildiyindən əvvəlcə Pərvin evə daxil olmuşdur. Zal otağa daxil olan kimi, Pərvin sol tərəfdə olan hissəni göstərib yavaşca ona “xalamgil bu tərəfdə otaqda yatırlar” sözlərini demişdir. Pərvin yataq otağına tərəf olan qapının yanında pusqu kimi dayanmış, o da zal otaqda olan balaca şkafın içərisini axtarmış, lakin, həmin balaca şkafda heç bir pul və dəyərli əşya tapa bilməyib Pərvinə bunu yavaşca hərəkətlə bildirmişdir. Lakin, həmin vaxtı onun qorxudan əlləri əsdiyinə görə qapıdan yavaşca həyətə düşüb həyətdə boçkada sudan bir qədər içib özünə gəlmiş və evin içinə qayıtmışdır. Pərvin zal otaqda onu gözləmiş, bundan sonra, ikisi zal otaqla yataq otağının arasında olan bir otağa daxil olmuş, həmin otaqda da axtarış edən zaman orada stolun üstündə olan əl çantasını axtaranda çantanın içərisindən bir ədəd “Samsung” markalı sensorlu mobil telefon, kağız və dəmir pullar qarışıq halda cəmi 17 manat pul tapıb götürmüşdür, pulları cibinə qoymuş və telefonu Pərvinə vermişdir, Pərvin də telefonu cibinə qoymuşdur. Pərvin də stolun üstündə olan bir ədəd tibbi maska tapıb sifətinə keçirmişdir ki, birdən xalasıgil dursa onu görüb tanımasınlar. Həmin otaqda da çox axtarsalar da orada da başqa pul tapa bilməmiş, bundan sonra, qərara gəlmişlər ki, yataq otağına daxil olsunlar. Belə ki, Pərvin yataq otağının qapısında dayanmış, o isə yataq otağına daxil olmuş, həmin vaxtı Zərifə və əri Polad ayrı-ayrı divanlarda yatmışlar. O, sakitcə paltar şkafına yaxınlaşıb qapısını açmış, içərisini axtarmağa başlamış, lap yavaşca hərəkət etmişdir ki, səs edib onları oyatmasın. Orada çox axtarsa da heç nə tapmamış və geri qayıdıb Pərvinin yanına gəlib pul olmadığını bildirmişdir. Pərvin də yavaşca “gözlə mən tapacam” sözlərini demişdir. Buna görə Pərvin zal otağın baş tərəfində olan mətbəxə getmiş, mətbəxin qapısı açıq olmuş, Pərvin mətbəxdən bir ədəd bıçaq götürüb yanına gəlmiş, Pərvin Zərifəgilin yatdığı otağın yanındakı digər otağın qapısını açmaq istəsə də aça bilməmiş, buna görə Pərvin Zərifəgilin yatdığı otağa daxil olmaq qərarına gəlmiş, buna görə də, o, orada qapıda gözləmiş, Pərvin yataq otağına daxil olmuş, bıçaq da əlində olmuş, Pərvin otaqda axtaranda səs etdiyi üçün Zərifə oyanmış və yerindən qalxanda Pərvin yumruqla Zərifənin sifətindən vurduğundan Zərifə yerə yıxılmışdır. Həmin vaxtı, Polad da səsə durub yerindən qalxmaq istəyəndə Pərvin Polada yaxınlaşıb Poladı itələmiş, sonra da Pərvin Poladın sifətinə zərbələr vurmuşdur. X25 də yumruqla və bıçaqla vurub divanın üstünə yıxmış və divanın yanında olan sadə Nokia markalı mobil telefonu götürüb otaqdan çıxıb qaçmışdır, Pərvinin qaçdığını görüb o da otaqdan çıxıb həyətə düşmşdür və gəldiyi yolla qaçmağa başlamış, Pərvinlə qəbiristanlığın yanında rastlaşmış və sonra da evinə gəlmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun anasının xalasıdır, o da Zərifəyə xala deyir. O, bir müddət əvvəl Zərifədən 800 manat pul almışdır, lakin qaytara bilməmişdir. Təxminən xatırladığına görə 20 avqust 2020-ci il tarixdə o, Təqsirləndirilən şəxs1 ilə birlikdə olanda Elxana demişdir ki, “mənim xalama borcum var, borcumu qaytarmaq lazımdır”. Lakin, başqa hər hansı bir oğurluq barədə danışmamışlar. 23 avqust 2020-ci il tarixdə saat 21 radələrində o, Elxan və tanışım X12 ilə birlikdə məhlədə yeyib-içmiş, üçü də araq içmiş, arağı Valeh almışdır. Yeyib içəndən sonra hər üçü sərxoş olmuş, sonra da üçü Aşıqlar Bağı adlanan 20 yanvar parkının yanına getmişlər, söhbət zamanı, Elxan ona “bu gün mütləq Zərifəgilə gedib pulu götürməliyik” sözlərini demiş, Valehin də onun Elxanla söhbətindən məlumatı olmuş, lakin, Valeh onlarla getməkdən imtina etmişdir, hətta Elxan Valehə təkidlə Zərifəgilə getməsini bildirsə də, Valeh qəti olaraq getməyəcəyini bildirib aralanıb çıxıb getmişdir. Daha sonra, iki, yəni Elxan və o qalmış, o və Elxan gecə ilə küçədə piyada hərəkət edib H.Ciddi küçəsinə çıxıb Zərifəgilin evinin yanına gəlmiş, daha sonra, küçə ilə hərəkət edib “rus qəbiristanlğı” adlanan qəbiristanlıq tərəfdən Zərifəgilin bağ sahəsinə yaxınlaşmış, həmin vaxtı artıq 24 avqust 2020-ci il tarixdə saat 02 radələri olmuşdur. Onlar çəpərə yaxınlaşıb çəpərdən tullanıb bağa daxil olmuş, daha sonra ağacların arası ilə gəlib bağ və həyət arasında olan çəpərə yaxınlaşmış, həyətə yaxınlaşana kimi o, Elxana Zərifəgilin evinin giriş qapısından zala daxil olunduğunu, oradan solda bir otağın olduğunu və həmin otaqdan yataq otağına qapı olduğunu, pulun da yataq otağında şkafda ola biləcəyini təxmin etdiyimi bildirmişdir. Sonra o və Elxan- ikisi bağda hərəkət edib çəpərə birləşik olan qapının yanına yaxınlaşanda Elxan həmin yerdə qoyulmuş şiferə oxşatdığı yerdən həyətə girmiş, o orada aşağı əyilib Elxana “mən gəlmirəm, sən get” sözlərini demiş, Elxan da evin giriş qapısına tərəf getmiş, həmin vaxtı eşitdiyi səsdən bilmişdir ki, Elxan qapını açmışdır, az sonra Elxan onun yanına gəlmiş və ona “gəl bir yerdə girək” sözlərini demiş, o da Elxana bir söz deməyib həmin yerdən həyətə daxil olub Elxanın arxasınca evin giriş qapısına yaxınlaşmış, sonra da görmüşdür ki, Elxan qapını həqiqətən də açmışdır. Bundan sonra Elxan evin zal otağına daxil olmuş, o da Elxanın arxasınca daxil olmuş, Elxan ona yavaşca demişdir ki, “yanımda ol”. O da həmin yerdə təxminən 2-3 dəqiqə gözləmiş, Elxan da evin girişində olan zal otağın sol tərəfindəki otağa, oradan da Zərifəgilin yataq otağına daxil olmuşdur. O, Elxanın yataq otağında olduğunu görəndən sonra orada qalmayıb dərhal qapıdan həyətə düşüb gəldiyi yerdən qəbiristanlıq tərəfdən küçəyə çıxıb qaçaraq arxa yol ilə İmran market tərəfə çıxıb oradan da evinə getmişdir. 24 avqust 2020-ci il tarixdə günortadan sonra, saat 15 radələrində o, məhlədə Elxan və Valehlə görüşmüş, həmin vaxtı Elxan Samsung J2 markalı telefonu sönülü vəziyyətdə ona vermişdir ki, saxlasın, o, həmin telefonu bir gün saxlayandan sonra Elxana qaytarmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, əvvəllər evində əri Zərərçəkmiş şəxs2 ilə birlikdə yaşamışdır. Onun evi bir mərtəbəli, 7-8 daş hündürlükdədir, evin dəhlizinin qapısı yoxdur, pilləkənlə dəhlizə qalxıb dəhlizdən zal otağa daxil olduqda zalın giriş qapısının qarşı tərəfində mətbəx yerləşir, zala girdikdə sol tərəfdə qonaq otağı yerləşir, qonaq otağına daxil olduqda sağ tərəfdə böyük yataq otağı, qonaq otağına girdikdə qarşı tərəfdə isə bizim öz yataq otağı yerləşir. O, Polad ilə sonuncu qeyd etdiyi otaqda bir-birindən təxminən 50-60 sm aralıda yerləşən yataq divanlarında yatmışdır, həmin yataq otağına daxil olduqda sağ tərəfdə yataq divanları, qarşı tərəfdə paltar şkafı (dolab), otağa girdikdə sol tərəfdə isə güzgü dolabı yerləşmişdir. Belə ki, 23 avqust 2020-ci il tarixdə saat 22 radələri olardı, Zərərçəkmiş şəxs2 yataq otağına keçib yatmış, o isə bir qədər telefonla internetə baxıb təxminən saat 23:30 radələrindən sonra yatağına girib yatmaq istəmiş, o, yatağa girsə də qrip olduğuna görə yata bilməyəcəyini görüb yatağından qalxıb özünə bir ağrıkəsici iynə vurmuşdur ki, yuxusu gəlsin. Həmin vaxtı iynə vurandan sonra yatağına əyləşib yatmışdır. Həmin vaxtı Zərərçəkmiş şəxs2 telefonu öz yatağında döşəyinin altında olmuş, özünün isə 2 ədəd telefonu olduğuna görə “Nokia” markalı sadə mobil telefonu döşəyinin yanında balaca stolun üstündə olmuş, “Samsung J2” markalı mobil sensorlu telefonu isə qonaq otağında stolun üstündə olmuşdur. Təxminən, 24 avqust 2020-ci il tarixdə saat 02:30 radələrində, o, yatdığı vaxtı bir kişi səsinə ayılmış, o, ayılandan sonra Polad da ayılmış, o, ayılan kimi görmşdür ki, üzündə tibbi maska olan bir nəfər kişi əlində də bıçaqla durub onları hədələyərək yataqların yanında durub onlara tərəf ümumi olaraq baxıb “tez olun pulu verin” sözlərini təkrar-təkrar demişdir. O, yataqda olduğu halda oturaraq “a bala bizdə pul yoxdur, bizdən əl çək, sən kimsən” sözlərini deməyə başlamış, Onun bu sözlərinə baxmayaraq, həmin şəxs onlardan pul tələb etməkdə davam etmiş, bu vaxtı, tanımadığı həmin şəxs qəflətən Polada daha da yaxınlaşıb yumruqlarla Poladın başından vurmağa başlamış, həmin şəxsin əlində bıçaq olsa da, digər əli ilə Poladın başından vurmuş, Polad da 80 yaşlı olmaqla qoca olduğu üçün və 8 ildir insult keçirdiyinə görə xəstə olduğuna görə həmin şəxsdən özünü müdafiə edə bilməmiş, həmin şəxs isə yataq divanının yanında olan Poladın çəliyini (əsa) götürüb çəliklə Poladın başından dayanmadan bir neçə zərbə vuranda Polad özünü qorumaq üçün çəlikdən yapışmış, həmin şəxs çəliyi dartanda çəliyin baş hissəsi yerindən çıxmış, bundan sonra, həmin şəxs Poladı yenə yumruqlarla vurmuş, o isə həmin şəxsə “bizdən əl çək, bizdə pul yoxdur” sözlərini demiş, bu vaxtı tanımadığı həmin şəxs Poladdan əl çəkib onun üstünə hücum çəkib yumruqlarla sifətinə vurmuş, daha sonra həmin şəxs əlində olan bıçağın tiyəsinin uc hisssini onun çənəsinin üst-sol tərəfinə dirəyib sıxmış, tiyənin uc hissəsi dərisini kəsmiş, bu vaxtı o, ağrıdığı üçün özündə bir qədər güc toplayıb özünü müdafiə etmək üçün əvvəlcə əllərilə həmin şəxsin sifətinə əl atmış, əli həmin şəxsin üzündəki tibbi maskaya keçmiş, buna görə də əlini çəkəndə həmin maska həmin şəxsin üzündən çıxıb döşəməyə düşmüş, həmçinin o, əli ilə həmin şəxsin əlində olan bıçağın dəstək (tutacaq hissə) hissəsindən yapışıb kənara çəkəndə bıçaq əyilib qatlanmış, eyni zamanda o və Polad qışqırmağa başlamışdır. Bundan sonra, həmin şəxs həm qışqırmaqlarına, həm də bıçağı qatlamağı bacardığına görə onları yenidən vurmaqdan əl çəkib otaqdan çıxmış, oradan qonaq otağı, zal otağı və dəhlizdən keçməklə həyətə düşmüş, həmin şəxsin həyətdən hansı formada çıxmasını dəqiq görməmişdir. Bundan sonra o, evə baxanda müəyyən etmişdir ki, həmin şəxs evdə olan paltar şkafını açıb çantaları axtarış sonra çantaları yatağın üstünə atmış, zal otaqda olan xırdavat dolabını axtarıb heç nə tapmamış, qonaq otağında stolun üstündə olan “Samsung J2” markalı mobil sensorlu telefonu, yatağının yanında stolun üstündə olan “Nokia” markalı sadə mobil telefonu da götürmüşdür. İstintaq zamanı zərərçəkmiş şəxs qismində dindirişlmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, xəstə olduğuna görə yataq şəraitində müşalicə almışdır. 23 avqust 2020-ci il tarixdə o, evində yataq otağında olmuş, həmin gün saat 22 radələrində o, yatmışdır. O, yatarkən həyat yoldaşı Zərərçəkmiş şəxs1 yatmamışdır. 24 avqust 2020-ci il tarixdə saat 02:30 radələrində o, yataq otağında bir nəfər tanış olmayan şəxsin səsinə ayılmış, ayılanda otaqda olan şəxsin üzündə ağ rəngli tibbi maska olmasını görmüşdür. Otağın işığı sönülü olduğundan həmin şəxsin digər əlamətlərini yaxşı görə bilməmişdir. lakin, həmin şəxsin əlini onlara tərəf uzatmasından həyətin işığının təsirindən həmin şəxsin əlində bıçaq olmasını görmüşdür. Həmin şəxs yataq divanlarının yanında dayanıb ona və həyat yoldaşı Zərərçəkmiş şəxs1 “tez olun pulu verin” sözlərini dayanmadan təkrar-təkrar demiş, o və həyat yoldaşı Zərərçəkmiş şəxs1 həmin şəxsə pullarının olmadığını desələr də həmin şəxs onlardan əl çəkməmiş, bu vaxtı həmin şəxs əvvəlcə onun üzərinə gəlib bıçaq olmayan digər əli ilə onun başından vurmağa başlamış, o, həmin şəxsdən özünü çətinliklə də olsa müdafiə etməyə çalışdığı üçün həmin şəxs onun yatağının yanında qoyduğu əsasın (çəlik) götürüb həmin əsa ilə onun baş nahiyəsindən vurmuş, buna görə də, o, çətinliklə əsadan yapışmış, həmin şəxs əsanı dartanda əsanın tutacaq hissəsi qırılmış, buna görə həmin şəxs yumruqla yenə də onun baş nahiyyəsindən vurmuş, zərbənin təsirindən o, artıq özünü müdafiə edə bilməyərək divanın üstünə yıxılmış, bu vaxt həmin şəxs onun həyat yoldaşı Zərərçəkmiş şəxs1 da döyməyə başlamış, o, yıxıldığı üçün dəqiq görə bilməsə də, həyat yoldaşı Zərərçəkmiş şəxs1 səsindən bilmişdir ki, həmin şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs1 bıçaqla da vurub xəsarət yetirmişdir. Həmin şəxs onu yumruq və əsa ilə, həyat yoldaşı Zərərçəkmiş şəxs1 da yumruq və bıçaqla vurub xəsarət yetirəndən sonra onlardan pul əldə edə bilmədiyinə görə evdən çıxıb qaçıb getmişdir. Sonradan bilmişlər ki, həmin şəxs evdən iki ədəd mobil telefon, 17 manat pulları da götürmüşdür. Hadisə vaxtı o və həyat yoldaşı Zərərçəkmiş şəxs1 ancaq özlərini müdafiə etməyə çalışmışlar, otağa daxil olan həmin şəxsə heç bir zərər yetirə bilməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Rubət qızı ifadəsində göstərmişdir ki, heç yerdə işləmir, xəstədir və evində müalicə alır. Təqsirləndirilən şəxs2 onun doğma oğludur, Pərvin ailəlidir, 2 azyaşlı uşaqları vardır, onun uşaqlarından biri ürək qüsurlu xəstədir. Pərvin cinayət işi üzrə tutulandan sonra onun ailə üzvlərini onlar himayə edir. O, 27 avqust 2020-ci il tarixdə eşitmişdir ki, xalası Zərifə və onun əri Polada qarşı 24.08.2020-ci il tarixdə evlərində cinayət hadisəsi törədilmişdir. O, bu hadisəni görməmiş və şahid olmamışdır. 29 avqust 2020-ci il tarixdə oğlu Təqsirləndirilən şəxs2 tutulandan sonra bilmişdir ki, oğlu Pərvin də həmin cinayət hadisəsi törədilərkən hadisə yerində olmuşdur. Həmin gecə vaxtı o, Pərvinin evdə olmadığını görüb onun telefonuna zəng etsə də zəng çatmamış, həmin gecə səhərə yaxın saat 05 radələrində Pərvin evə gəlmiş, o, Pərvindən harada olmasını soruşanda Pərvin ona “küçənin tinində uşaqlarla söhbət edirdik” sözlərini demişdir, o da Pərvinin hər hansı bir əməlindən şübhələnməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildimişdir ki, Təqsirləndirilən şəxs1 onun qardaşıdır, o, əvvəlcə Elxandan iki ədəd- Nokia və Samsung J2 markalı mobil telefonları almış, Elxan sonra demişdir ki, Nokia telefonu dostunundur, gözləyir, o da telefonun Elxanın dostuna aid olmasını zənn edib Elxana qaytarmış, digər telefonu isə saxlamışdır ki, sahibini müəyyən edəndə qaytarar. Həmin telefonu sonradan istintaqa təqdim etmişdir. Elxan tutulandan sonra bilmişdir ki, Elxan digər tanışı ilə həmin telefonu cinayət yolu ilə əldə etmişdir. Buna görə də telefonu istintaqa təhfil vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində bildimişdir ki, hal-hazırda Şamaxı rayonu Kiçik-Xınıslı kəndində yaşayır, heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanımır, onlarla heç bir formada münasibəti və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs1 rayon sakini kimi tanımışdır. 26 avqust 2020-ci il tarixdə, saat 20 radələrində Valeh və Elxan adlı şəxslər Şamaxı şəhəri V.Cəfərov küçəsində enerji içkisini içdikləri vaxt o, həmin şəxslərə yaxınlaşıb salamlaşmış, həmin vaxt Elxan onunla görüşmüş və birlikdə oturub söhbət etməyə başlamışdır. Həmin vaxt Elxan cibindən sadə “Nokia” markalı mobil telefonu götürüb yaxşı işləmədiyini bildirib divara vurub sındırmaq istəyərkən o, Elxana bildirmişdi ki, “nə üçün sındırırsan, ver həmin telefonu mən işlədim”. Həmin vaxt Elxan da razı olub, sındırmaq istədiyi telefonu ona vermiş, o da həmin telefonu Elxandan alıb həmin gündən sonra telefona ***-***-**-** nömrəli mobil sim kartı qoşub işlətməyə başlamışdır. O, Elxandan aldığı mobil telefonun cinayət yolu ilə əldə edilməsindən heç bir məlumatı olmamışdır. O, Elxanın və tanışlarının Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 evinə gedərək oradan quldurluq edib döyməklərindən və telefonları götürməklərindən heç bir məlumatı olmamışdır. O, həmin telefonu Elxandan pulsuz götürmüşdür heç bir məbləqdə pul verməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “məhkəmə-trasoloji ekspertizası” nın 22.10.2020-ci il tarixli 3/1239 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1(bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üzərində onun təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Məhkəmə-Ekspertiza Mərkəzinin 20.10.2020-ci il tarixli 5/714 saylı rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 7.1.1” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy J2” markalı “SM-J250F/DS” modelli “**********67984, **********67982” imei kodlu mobil smartfon halhazırda işlək vəziyyətdədir. Təqdim edilmiş bir ədəd “Nokia” markalı “112” modelli “**********38568, **********38576” imei kodlu mobil telefon hal-hazırda işlək vəziyyətdədir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin “məhkəmə-əmtəəşünaslıq ekspertizası”nın 22.10.2020-ci il tarixli 9/3904 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş mobil telefonların istifadədə olması və yuxarıdakı xüsusatları nəzərə alınmaqla orta bazar qiymətilə ümumi dəyəri təxminən 145 manat müəyyən edilir. O cümlədən: 1 ədəd “Samsung Galaxy J2” markalı “SM-J250F/DS” modelli mobil telefon – 120 manat; 1 ədəd “Nokia” markalı “112” modelli mobil telefon – 25 manatdır. Qeyd edilməlidir ki, iş üzrə istintaq zamanı Zərərçəkmiş şəxs1 ifadə verərək bildirmişdir ki, “Nokia” markalı “112” modelli telefon 20 manat, “Samsung J2” markalı mobil telefon isə 230 manat dəyərindədir. Lakin, iş üzrə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının tədqiqatı zamanı, ekspertizaya təqdim edilmiş bir ədəd “Nokia” markalı “112” modelli və bir ədəd “Samsung Galaxy J2” markalı “SM-J250F/DS” modelli mobil telefonların qiyməti müvafiq olaraq 120 manat və 25 manat dəyərində müəyyən edilmişdir. Buna görə də, iş üzrə cinayətin predmeti olan “Nokia” markalı “112” modelli mobil telefonun qitməri 25 manat, “Samsung J2” markalı mobil telefon isə 120 manat dəyərində qiymətləndirilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 27.08.2020-ci il tarixli, 321 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 almış olduğu xəsarət – üzün sol yarısının qançırı küt əşya (hasa ilə) təsirindən törənməklə qərarda göstərilən tarixdə və şəraitdə, yəni 24.08.2020-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməsi mümkündür. Zərərçəkmiş şəxs2 almış olduğu xəsarət sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 31.08.2020-ci il tarixli, 320 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər – sağ və sol göz orbitalarının qançırları, hematomaları, döş qəfəsinin qançırları, sol almacıq və sol çənə oynağı nahiyəsinin hematoması, üst dodağının qançırı hər hansı yumşaq kənarlı küt əşya (ola bilsin əl zərbəsi) təsirindən, alt dodağın sol aşağı hissəsinin və sağ əlin birinci barmağının yaraları isə deşici-kəsici alətin təsirindən törənmişlər, qərarda göstərilən tarixdə və şəraitdə, yəni 24.08.2020-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməsi mümkündür. Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər oturaq və ona yaxın vəziyyətlərdə alınmağa uyğun gəlirlər. Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər özü tərəfindən yetirilməsi mümkün deyildir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatriya Mərkəzinin 07.10.2020-ci il tarixli 2723 nömrəli “kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası”nın 18.09.2020-ci il tarixli 1856 saylı ekspert rəyindən görünür ki, məhkəmə-psixatrik ekspertizası üzrə: - Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllılığın və sair psixi xəstəliyin əlamətləri qeyd olunmayıb. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə isterik tipli şəxsiyyət pozuntusu qeyd olunmuşdur. Təqsirləndirilən şəxs1 aşkar edilən isterik tipli şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməyib. Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 Anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 isterik tipli şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs1 qeyd olunan isterik tipli şəxsiyyət pozuntusu onu öz hərəkətlərinə cavab verməkdən, yaxud onlara rəhbərlik etməkdən məhrum etmir. Təqsirləndirilən şəxs1 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. - Təqsirləndirilən şəxs1 isterik-demonstrativ şəxsiyyət tipi aşkar olunur. Nümayişkaranəlik, eqosentrizm, kobudluq, başqalarının diqqətini öz üzərinə çəkməyə meyillilik, tez özündən çıxmaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən, hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs1 24 avqust 2020-ci il tarixdə gecə saat 02 radələrində qeyd edilən cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs1 təlqinə qapılmağa, özündən uydurmağa meyillilik əlamətləri aşkar olunmadı, lakin fərdi-psixi xüsusiyyətləri ilə əlaqədar situasiyanı öz xeyrinə yönəldib danışa bilər. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatriya Mərkəzinin 03.12.2020-ci il tarixli 3312 “kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası”nın 13.11.2020-ci il tarixli 2252 saylı rəyindən görünür ki, məhkəmə-psixatrik ekspertizası üzrə: - Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 24 avqust 2020-ci il tarixdə gecə saat 02 radələrində olan müddət ərzində, ona qədər, habelə hal-hazırkı vaxtda hər hansı ruhi xəstəlikdən əziyyət çəkməyib. Təqsirləndirilən şəxs2 24 avqust 2020-ci il tarixdə gecə saat 02 radələrində olan müddət ərzində öz hərəkətlərinə cavab vermək, tam dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs2 hazırda hər hansı ruhi xəstəliyə mübtəla deyil. Təqsirləndirilən şəxs2 hal-hazırda öz hərəkətlərinə cavab vermək, yaxud onlara rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. - Təqsirləndirilən şəxs2 eqosentrizm, biganəlik, məsuliyyətsizlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 24 avqust 2020-ci il tarixdə gecə saat 02 radələrində qeyd edilən cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs2 24 avqust 2020-ci il tarixdə gecə saat 02 radələrində qeyd edilən cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs2 təlqinə qapılmağa, özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmadı. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 29.09.2020-ci il tarixli 9/912 nömrəli, “kompleks məhkəmə tibbi-bioloji və tibbi-kriminalistik ekspertizası”nın 25.09.2020-ci il tarixli 340/2020-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 AB0 sistemi üzrə qan qrupu: A(H)(İİ)(onun qannıda müşayiətçi «H» antigeni vardır). Zərərçəkmiş şəxs1 AB0 sistemi üzrə qan qrupu: 0(H)(İ). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus alt köynək və şalvar, Zərərçəkmiş şəxs1 məxsus gecəköynəyi, jaket, baş yaylığı, həmçinin əl ağacının (əsa və ya çəliyin) əksər səthləri və 2 ədəd pambıq topaları üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə olan qanın AB0 sistemi üzrə qrup mənsubiyyəti təyin olunduqda Zərərçəkmiş şəxs2 məxsus alt köynək, alt şalvarda, əl ağacında və pambıq topalarında olan ləkələrdə «A», «H» antigenləri, Zərərçəkmiş şəxs1 məxsus gecəköynəyi, jaket və baş yaylığında isə yalnız «H» alındı. «H» antigeni əsas antigen kimi 0(H)(İ) qrupunu xarakterizə etdiyindən qan ləkələrində yalnız onun alınması qanın həmin qruplu şəxsə (şəxslərə) məxsus olmasını göstərir və bu halda Zərərçəkmiş şəxs1 məxsus gecəköynəyi, jaket və baş yaylığında olan qan ləkələri AB0 sistemi üzrə ona məxsus ola bilər. Zərərçəkmiş şəxs2 məxsus alt köynək, alt şalvarda, əl ağacında və pambıq topalarında olan qan ləkələrdə isə iki antigen - «A», «H» antigenləri ilə birlikdə alındıqlarından ləkələrdə qanın qrupu barəsində birmənalı fikir söyləmək olmaz. Belə ki, bu qan ləkələrinin eyni qruplu bir şəxsin qanı hesabına yarandığı halında onlar qrupunda əsas «A» antigeni ilə birlikdə müşayiətçi «H» antigeni olan A(H)(İİ) şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Lakin, qan ləkələrinin xarakteri, hadisənin məzmununu nəzərə almaqla onlarda bir neçə şəxsin qarışmış qanının olması da ehtimal oluna bilər. Bu halda isə həmin qan ləkələrində AB0 sistemi üzrə A(İİ) (müşayiətçi «H» antigeni ilə birlikdə və ya onsuz) və 0(1) qruplu şəxslərin o cümlədən də Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qan qarışığı inkar oluna bilməz. Əl ağacının (əsa və ya çəliyin) tutacaq hissədə olan dəliyin daxili səthində qan aşkar olunmadı. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 10.09.2020-ci il tarixli 7/452 nömrəli,0 “kompleks məhkəmə tibbi-bioloji və tibbi-kriminalistik ekspertizası”nın 10.09.2020-ci il tarixli 420/2020-MTKŞ saylı rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus gecə paltarı, jaket və yaylıq üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus alt köynəyi və alt şalvarı üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “məhkəmə-genetik ekspertizası” üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən tərtib edilmiş 09.11.2020-ci il tarixli 20/553R nömrəli ekspert rəyinin nəticə hissəsindən göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş 01 (bir) ədad tibbi maska iç səthində mövcud olan bioloji mənşəli materiallar (epiteli hüceyrələri) Təqsirləndirilən şəxs1 məxsusdur (eyni yumurta əkizi istisna olmaqla). Həmçinin, müqayisəli tədqiqat nəticəsində müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 və X4 götürülmüş “yanaq epiteli qaşıntısı” və qan nümunələrindən əldə edilmiş DNT profilləri, DİN-in KTİ-də yerləşən DNT Məlumat Bankında olan DNT profilləri, eləcə də ekspertizaya təqdim edilmiş 01(bir) ədəd tibbi maska iç səthində aşkar edilmiş qan nümunəsindən əldə olunmuş DNT profilləri ilə eynilik təşkil etmir. Bu hal 01 (bir) ədad tibbi maska iç səthində aşkar edilmiş qan nümunəsinin Təqsirləndirilən şəxs2 və X8 məxsus olmasını inkar edir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. İş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökm surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Füzuli hərbi məhkəməsinin 19.06.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 335.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 62ci maddəsi tətbiq edilməklə 500 manat cərimə cəzasına məhkum edilmişdir. Eləcə də, iş üzrə Şamaxı rayon icra və probasiya şöbəsindən daxil olmuş məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 hökm üzrə təyin edilmiş 500 manat cərimə məbləğini tamamilə ödədiyi üçün 13.02.2020-ci il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmişdir. Lakin, Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsində göstərilən halları nəzərə alaraq müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 əməli cinayətlərin residivinə səbəb olmur. Göründüyü kimi Təqsirləndirilən şəxs1 qəsdən cinayət törətməyə görə əvvəllər cərimə cəzasına məhkum olunmasına baxmayaraq, cinayət törədən zaman məhkumluğu götürülməmiş və ödənilməmiş, yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Yuxarıda qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs1 əvvəllər törətdiyi cinayətlərə görə azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi üçün onun əməllərində cinayətin residivi yoxdur. İş materiallarına əlavə edilmiş Şamaxı Rayon Polis Şöbəsində tərtib olunmuş raportdan görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas, 24 avqust 2020-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində olan zaman naməlum şəxsin onun evinə gəlib onu və əri Zərərçəkmiş şəxs2 döyüb əmlakını tələb etdikdən sonra evdə olan 17 manat pul, “Samsung Galaxy J2” və “Nokia 112” markalı iki ədəd mobil telefonları götürməklə quldurluq törətməsi ilə bağlı Zərərçəkmiş şəxs1 müraciəti əsasında toplanmış materiallar olmuşdur. Cinayət işində olan Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşı tərəfindən tərtib olunmuş 24 avqust 2020-ci il tarixli baxış protokolundan görünür ki, həmin tarixdə ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 yaşadığı fərdi yaşayış evində, həyətyanı sahəsində sonuncunun özünün və hal şahidlərinin iştirakları ilə baxış keçirilmiş, baxış zamanı evin yataq otağında 01 ədəd göy rəngli tibbi maska, evin döşəməsində də qan ləkələri, tutacaq hissəsi sındırılmış əsa (çəlik) aşkar olunaraq iş üçün əhəmiyyət kəsb etdiyindən və müvafiq ekspertiza tədqiqatına təqdim edilməsi zərurəti olduğundan müvafiq qaydada götürülmüş və qablaşdırılmışdır, hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir. Cinayət işində olan, 30.08.2020-ci il tarixdə tərtib edilmiş şəxsin tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, həmin tarixdə Şamaxı RPŞ-nin inzibati binasında Zərərçəkmiş şəxs1 ona təqdim edilmiş 3 nəfər şəxs arasından Təqsirləndirilən şəxs1 tanıyaraq, Təqsirləndirilən şəxs1 24.08.2020-ci il tarixdə ona qarşı quldurluq cinayəti törədən şəxs olmasını, yəni Təqsirləndirilən şəxs1 onu və əri Zərərçəkmiş şəxs2 döyüb pul tələb etməsini bildirmişdir. Cinayət işində olan, 30.08.2020-ci il tarixdə tərtib edilmiş şəxsin tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, həmin tarixdə Şamaxı RPŞ-nin inzibati binasında Zərərçəkmiş şəxs1 ona təqdim edilmiş 3 nəfər şəxs arasından Təqsirləndirilən şəxs2 bacısı nəvəsi kimi tanıyaraq, 24.08.2020-ci il tarixdə ona qarşı quldurluq cinayəti törədilən zaman Təqsirləndirilən şəxs2 hadisə yerində görmədiyini bildirmişdir. Bundan başqa, istintaq zamanı Təqsirləndirilən şəxs1 verdiyi ifadələri hadisə yerində yoxlanmış, aparılmış istintaq hərəkəti zamanı, Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadələrində həmin xüsusatları mahiyyəti üzrə təsdiq edərək cinayət əməlini törətdiyi yeri təqdim edib bildirmiş və ardıcıllıqla göstərmişdir. Bu barədə protokol tərtib edilib iş materiallarına əlavə edilmişdir. Bundan başqa, istintaq zamanı Təqsirləndirilən şəxs2 verdiyi ifadələri hadisə yerində yoxlanmış, aparılmış istintaq hərəkəti zamanı, Təqsirləndirilən şəxs2 istintaqa verdiyi ifadələrində həmin xüsusatları mahiyyəti üzrə təsdiq edərək cinayət əməlini törətdiyi yeri təqdim edib bildirmiş və ardıcıllıqla göstərmişdir. Həmçinin, istintaqa təqdim edilmiş 01 ədəd “Samsung Galaxy J2” markalı və 01 ədəd “Nokia 112” markalı mobil telefonlar ayrı-ayrılıqda tanınması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs1 eyni nüsxədən olan digər mobil telefonlar ilə birlikdə təqdim edilmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs1 həmin mobil telefonların içərisində “Samsung Galaxy J2” və “Nokia 112” markalı mobil telefonları olduğu kimi tanımış və bu barədə protokol tərtib edilməklə fotoşəkillər çəkilmişdir. Bundan başqa, iş materiallarında olan 30.09.2020-ci il tarixli baxış keçirilməsi və götürmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 Şamaxı şəhəri H.Ciddi küçəsi ev 11-də yerləşən evin həyəyanı bağ sahəsində təqdim etdiyi yerdə tel çəpərin yanında tutacaq hissəsi əyilməklə taxta hissəsi sınmış bir ədəd bıçaq olması müəyyən edilmiş, baxış zamanı həmin bıçaq iş üçün əhəmiyyət kəsb etdiyindən tərəfimdən götürülüb müvafiq qaydada qablaşdırılmaqla protokola əlavə edilmiş və fotoşəkilləri çəkilmişdir. İş üzrə götürülmüş 01 ədəd bıçaq tanınması üçün Təqsirləndirilən şəxs1 eyni nüsxədən olan digər bıçaqlarla birlikdə təqdim edilmiş, Təqsirləndirilən şəxs1 həmin bıçaqların içərisindən Zərərçəkmiş şəxs1 evinin bağ sahəsində təqdim etdiyi yerdən götürülmüş bıçağı olduğu kimi tanımış, 24.08.2020-ci il tarixdə cinayət əməli törədilərkən həmin bıçaqdan istifadə edildiyini bildirmiş, bu barədə protokol tərtib edilməklə video çəkilmişdir. İş üzrə götürülmüş 01 ədəd bıçaq tanınması üçün Təqsirləndirilən şəxs2 eyni nüsxədən olan digər bıçaqlarla birlikdə təqdim edilmiş, Təqsirləndirilən şəxs2 həmin bıçaqların içərisindən Zərərçəkmiş şəxs1 evinin bağ sahəsində təqdim etdiyi yerdən götürülmüş bıçağı olduğu kimi tanımış, 24.08.2020-ci il tarixdə cinayət əməli törədilərkən həmin bıçaqdan istifadə edildiyini bildirmiş, bu barədə protokol tərtib edilməklə fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. Şamaxı rayon X18 Bölməsinin baş müstəntiqi tərəfindən tərtib edilmiş “Şübhəli şəxsin tutulması haqqında” protokola əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 29 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşlar. Şamaxı rayon X18 Bölməsinin baş müstəntiqi tərəfindən tərtib edilmiş cinayət əməlin tövsif olunması haqqında 31 avqust 2020-ci il tarixli qərara əsasən cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 181.1-ci maddəsindən həmin Məcəllənin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrinə tövsif olunmuşdur. Şamaxı Rayon Məhkəməsinin 31.08.2020-ci il tarixli, 4(074)-38/2020 saylı qərarına əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirləndirilərək barəsində həbsetmənin əvvəli 29 avqust 2020-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Şamaxı Rayon Məhkəməsinin 31.08.2020-ci il tarixli, 4(074)-39/2020 saylı qərarına əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirləndirilərək barəsində həbsetmənin əvvəli 29 avqust 2020-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələrini, əməllərində cinayət tərkibinin olmasını, bununla da onların təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının CMnin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5.-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham edildiyi cinayət əməllərini törətmələri məhkəmə istintaqında hərtərəfli araşdırılmış, təqsirləndirilən şəxslərin qismən etirafedici, zərər çəkmiş şəxsin ifadələri, istintaq hərəkətinin protokolları, maddi sübutlar, ekspertiza rəyləri, habelə cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən toplanılmış digər mötəbər sübutların məcmusu ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur və onlar törətdikləri əməllərə görə təqsirli bilinib cəzalanmalıdırlar. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onların islah olunmalarına, ailə vəziyyətlərinə təsirini nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61.1.7-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 məsuliyyətini ağırlaşdıran hal cinayətin qoca şəxsə qarşı törədilməsidir. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 məsuliyyətini yüngülləşdirən hal himayəsində 2 nəfər azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi qəbul edulmişdir. Azərbaycan Respublikası CM-nin 61.1.7-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 məsuliyyətini ağırlaşdıran hal cinayətin qoca şəxsə qarşı törədilməsidir. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2 -ci maddəsini əsas tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün onlara təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-də saxlanılan Zərərçəkmiş şəxs1 hadisə vaxtı əynində olmuş - gecəköynəyi, jaket, baş yaylığı, Zərərçəkmiş şəxs2 hadisə vaxtı əynində olmuş - alt köynək və alt şalvarı, 01 ədəd “Samsung Galaxy J2” və 01 ədəd “Nokia 112” markalı mobil telefonlar zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılmalı, eləcə də hadisə yerindən götürülmüş əl ağacı (əsa), qan nümunəsi olan 02 ədəd pambıq topası, 01 ədəd mətbəx bıçağı, 01 ədəd tibbi maska məhv edilməlidir. Zərərçəkmiş şəxs1 dəymiş 175 manat məbləqində maddi ziyan təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulmaqla 87 manat 50 qəpik Təqsirləndirilən şəxs1 və 87 manat 50 qəpik Təqsirləndirilən şəxs2 tutularaq Zərərçəkmiş şəxs1 ödənilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri – 173,94 (yüz yetmiş üç manat doxsan dörd qəpik) AZN təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 86,97(səksən altı manat doxsan yeddi qəpik) AZN tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakları müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında qauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxslərdə cəzaçəkmənin əvvəli –təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulduqları gündən, yəni 29 avqust 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə istintaqı zamanı “İnsan hüquqlarını və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü hissəsinin c bəndinə, Azərbaycan Respublikası CPM-nin 19-cu maddəsinin 19.4.4-cü bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001ci il tarixli, 31 nömrəli qərarına 3.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X10, yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 14 saylı vəkil bürosunun hesabına 240 (iki yüz qırx) manat, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərin hüquqlarını dövlət hesabına müdafiə etmiş müdafiəçilər X5 hüquqi yardım göstərdiyi üçün 810 (səkkiz yüz on) manat və X6 hüquqi yardım göstərdiyi üçün 786 (yeddi yüz səksən altı) manat pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193, 344- 347-ci, 349-cu, 351-353-cü, 356-cı, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilisin, ona 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 29 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 oğlu barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilisin, ona 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 29 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 oğlu barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-də saxlanılan Zərərçəkmiş şəxs1 hadisə vaxtı əynində olmuş - gecəköynəyi, jaket, baş yaylığı, Zərərçəkmiş şəxs2 hadisə vaxtı əynində olmuş - alt köynək və alt şalvarı, 01 ədəd “Samsung Galaxy J2” və 01 ədəd “Nokia 112” markalı mobil telefonlar zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılmalı, eləcə də hadisə yerindən götürülmüş əl ağacı (əsa), qan nümunəsi olan 02 ədəd pambıq topası, 01 ədəd mətbəx bıçağı, 01 ədəd tibbi maska məhv edilsin. Zərərçəkmiş şəxs1 dəymiş 175 manat məbləqində maddi ziyan təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulmaqla 87 (səksən yeddi) manat 50 (əlli) qəpik Təqsirləndirilən şəxs1 və 87 (səksən yeddi) manat 50 (əlli) Təqsirləndirilən şəxs2 tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X10 hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 14 saylı vəkil bürosunun hesabına 240 (iki yüz qırx) manat, X5 hüquqi yardım göstərdiyi üçün 810 (səkkiz yüz on) manat və X6 hüquqi yardım göstərdiyi üçün 786 (yeddi yüz səksən altı) manat pul ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri – 173,94 (yüz yetmiş üç manat doxsan dörd qəpik) AZN təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 86,97 (səksən altı manat doxsan yeddi qəpik) AZN tutularaq dövlət hesabına ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2) hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-850/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-850/2021
31.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver