Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-851/2020 08.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu vә Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X1, Müdafiəçi – Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Allahmanov Şöhrət Nəbi oğlunun iştirakı ilə, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1995-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, ev 1A, mənzil 4də qeydiyyatla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxsun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 19:16-da Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi, Musa Nağıyev küçəsində yerləşən Şahid2 məxsus nömrəsiz fərdi yaşayış evinin həyətində həmin həyətdə gözətçi işləyən bibisi oğlu Zərərçəkmiş şəxs ilə aralarında bir qədər əvvəl baş vermiş mübahisəni bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə üzərində gəzdirdiyi istintaqa məlum olmayan bıçaq ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən bir neçə zərbə vuraraq sonuncuya alın və burunun sıyrıqları ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər, sağ qaşüstü nahiyənin, döş qəfəsinin sağ yarısının, sağ saidin deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər, eləcə də yetirildiyi anda insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid nazik bağırsaq və bağırsaq müsariqəsinin zədələnməsi ilə müşayiət olunan qarnın ön divarının daxilə (qarın boşluğuna) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən xəsarətlər yetirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4. maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.2.4. maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin fevral ayının əvvəllərində Şirvan şahərindən Bakı şəhərinə işləmək üçün gəlmişdir. Həmin vaxtı bibisi oğlu Zərərçəkmiş şəxs yanına gəlmiş və onun yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivində yerləşən fərdi yaşayış evində məskunlaşmışdır. O, Buzovna qəsəbəsində bir neçə restoran və kafeyə gələrək offisant kimi onu işə götürməklərini təklif etmişdir. Orada restoran administratorları onun mobil nömrəsini götürərək bildirmişlər ki, lazım olsa, əlaqə saxlayacaqlar. O, Pənahın evində 2-3 gün qaldıqdan sonra fikirləşmişdir ki, boş-boşuna orada qalmasın. Ona görə də Şirvan şəhərinə geri dönmüşdür. O Şirvan şahərində olarkən Buzovna qəsəbəsində yerləşən “Zeytun” restoranından ona zəng gəlmişdir ki, offisant işi var, gəlib işləsin. xx xxxxxx 2020-ci il tarixdə yol maşını ilə Bakı şəhərinə, daha doğrusu avtovağzala gəlmişdir. Oradan isə birbaşa olaraq Zeytun restoranına gəlmişdir. Həmin tarixdə saat 12 radələrindən başlayaraq kafedə işə başlamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 22 radələrinədək kafedə işləmiş və həmin günü işlədiyi üçün 15 manat pul almalı imiş. Lakın restoran işlədən şəxs pulunu kəsərək ona 10 manat pul vermiş, o öz iradını ona bildirmiş və demişdir ki, orada işləməyəcək. O restorandan çıxıb Pənahın evinə gəlib orada gecələmişdir. xx xxxxxx 2020-ci il tarixdə Pənahın yaşadığı evdə olarkən əmisi oğlu Vüsala zəng vurub bildirmişdir ki: «hardasan, neynirsən». O Vüsala demişdir ki, işdən çıxıb Buzovna qəsəbəsinə Pənahgilə gələr. O mağazaya çıxıb toyuq, çörək, su və 1 litrlik araq almışdır. Həmin tarixdə 18 radələrində Vüsal ərzaq məhsulları ilə Pənahgilə gəlmişdir. Onlar üçü oturub yeyib-içmişlər. Daha doğrusu Vüsal ilə o spirtli içki qəbul etmişdir. Belə ki, Pənah spirtli içki qəbul etmir. Pənah namaz qıldığı üçün onlara iradını bildirmişdir ki, həmin otaqda içki içməsinlər, o otaqda namaz qılır. Onlar Pənaha bildirmişlər ki: «biz qohumuq, bizə evdən qovursan?». O Vüsal ilə həmin otaqdan çıxıb dəhliz kimi yerdə stolu qoyub arağı orada içməyə davam etmişlər. Onlar ikisinə 1 litrlik arağı içdikdən sonra o Pənahın oturduğu otağa daxil olub ondan soruşmuşdur ki, niyə onları otaqdan çıxartdı. Bu mövzuda aralarında mübahisə düşmüş və Pənah onu kobud şəkildə təhqiredici sözlərlə söyməyə başlamışdır. O Pənahın üstünə getmək istəyəndə Vüsal onu aralaşdırmışdır. Həmin vaxtı səhv etmirsə, Pənah ilə bir-birlərini vurmamışlar. Vüsal onu bayıra çıxartmış və demişdir ki: «gəl buradan gedək». O Vüsal ilə birlikdə oradan çıxmışlar, Vüsal ona demişdir ki, bibisigilə getsin. Onun bibisi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yaşayır. Vüsal onu avtobusa mindirmiş, özü də digər avtobusa minərək getmişdir. O avtobus ilə bir qədər getdikdən sonra Pənaha əsəbi olduğu üçün ondan acığını çıxmaq istəmişdir. Ona görə də bir qədər aralıda avtobusdan düşmüş və piyada olaraq Pənahın evinin qarşısına gəlmişdir. Pənahın evinin darvazasının qapısı bağlı imiş. xx xxxxxx 2020-ci il tarixdə, saat 19 radələrində Pənahın yaşadığı evin darvazasının qapısını döyməyə başlamışdır. Onun niyyəti Pənahı vurmaq, yəni xəsarət yetirmək olmuşdur. Ona görə də Pənah qapını açan kimi o, cibində olan açılıb-bağlanan knopkalı cib bıcağı ilə Pənahın qarın nahiyyəsinə vurmuş və həyətə daxil olmuşdur. O Pənahın üzü və bədəni istiqamətinə bıçaqla bir neçə zərbə atmış, daha sonra onlar yerə yıxılmışlar və yerdə güləşməyə başlamışlar. O həmin vaxtı içkili olduğu üçün yerdə Pənaha bıçaq atmağı yadına gəlmir. O Pənahla dalaşdıqdan sonra gücü tükəndiyi üçün Pənahdan aralanmışdır. O Pənahdan aralanan vaxtı Pənah ayaq üstə gəzə bilirmiş, o Pənahın paltarı üzərində qan görsə də fikirləşmişdir. ki, bıçağı balaca olduğu üçün onun bədənini cüzi zədələmişdir. O Pənahla birlikdə bayıra çıxmış, sonra Pənaha demişdir ki, keçsin içəri, köməyə adam çağırır. Pənaha kömək üçün qonşu Vüqarın qapısını getmiş, Vüqarı səlməmişdir. Vüqar bayıra çıxmış və Vüqara demişdir ki, Pənahı bıçaqla vurublar, tez gəlib kömək etsin. Vüqar onunla birlikdə Pənahın yanına gəlmişdir. Vüqar Pənahdan soruşanda ki, kim onu bıçaqla vurub həmin vaxt o bildirmişdir ki, bıçaqla Pənahı o vurub. Vüqara demişdir ki, tez təcili yardım çağırsın. Vüqar öz mobil telefonu ilə təcili yardıma zəng vurmuş, bir qədər sonra təcili yardım avtomobili gəlmiş və Pənahı həmin avtomobilə mindirmişlər. Pənah ona demişdir ki, çıxıb getsin. O da oradan uzaqlaşmış və cibində olan cib bıçağını xatırlamadığı bağların birnin həyətinə tullamışdır. Daha sonra isə Yevlax rayonuna getmiş, bir müddət orada qalmışdır. Daha sonra isə Azərbaycan Respublikası ərazisində karantin elan olunduğu üçün Bakı şəhərinə gələ bilməmişdir. Daha sonra isə özü könüllü polis şöbəsinə gələrək təslim olmuşdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, mübahisəyə səbəb onun Pənahın evində içki içməyi, Pənahın isə buna öz iradını kobud və nalayiq şəkildə bildirməsi olmuşdur. O da Pənahın söyüşlərini həzm edə bilməmişdir. Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirərkən həmin mübahisə təxminən 3-5 dəqiqə davam etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2010-cu ildən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Nağıyev küçəsində yerləşən Şahid2 məxsus bağ evinin həyətində olan balaca bir otaqda yaşayır və həmin bağ evinə baxaraq qulluq edir. Təqsirləndirilən şəxs onun dayısı oğludur. Elvin 2020-ci ilin fevral ayının əvvəllərində Şirvan şahərindən Bakı şəhərinə işləmək üçün gəlmişdir. Elvin həmin vaxtı onun yanına gəlmiş və onun yaşadığı həmin həyətdə qalmağa başlamış və ona bildirmişdir ki, işləmək üçün Bakı şəhərinə gəlmişdir. Elvin Buzovna qəsəbəsində bir neçə restoran və kafeyə gedərək offisant kimi onu işə götürməklərini təklif etmişdir. Elvin onun yanında 2-3 gün qaldıqdan sonra iş tapa bilmədiyi üçün yaşadığı Şirvan şəhərinə qayıtmışdır. Elvin Şirvan şahərində olarkən ona zəng vurub bildirmişlər ki, Buzovna qəsəbəsində yerləşən “Zeytun” restoranından ona iş təklifi gəldiyini, ona görə də Bakı şəhərinə qayıdacağını bildirmişdir. Elvinxx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərinə gəlmiş, oradan birbaşa olaraq Zeytun restoranına gedərək işləməyə başlamışdır. Həmin günü axşam saatlarında Elvin işdən çıxaraq onun yanıma gəlmiş, restoran administratorunun pulunu kəsməyindən gileylənmişdir. Elvin həmin günü onun yanında gecələmişdir. xx xxxxxx 2020-ci il tarixdə Elvin yaşadığı evdə olarkən dayısı oğlu Vüsala zəng vurub bildirmişdir ki: «hardasan, neynirsən?». Elvin Vüsala demişdir ki, işdən çıxıb Buzovna qəsəbəsinə Pənahgilə, yəni onun yaşadığı ünvana gəlsin. Həmin tarixdə saat 18 radələrində Vüsal ərzaq məhsulları alaraq onlara gəlmişdir. Onlar üçü oturub yemək yeyərkən o Vüsal ilə Elvinə bildirmişdir ki, yatdığı otaqda spirtli içki qəbul etməsinlər. Belə ki, həmin otaqda namaz qıldığını bildirmişdir. Onlar ona bildirmişlər ki: «biz qohumuq, niyə bizi evdən qovursan?». Elvin Vüsal ilə həmin otaqdan çıxıb dəhliz kimi yerdə stolu qoyub arağı orada içməyə davam etmişlər. Onlar 1 litrlik arağı içdikdən sonra Elvin onun oturduğu otağa daxil olub ondan soruşmuşdur ki, niyə onları otaqdan çıxartdı. Bu mövzuda araların mübahisə düşmüş və o kobud şəkildə onların hər ikisini bayıra qolamışdır. Elvin onun üstünə getmək istəyəndə Vüsal onu aralamışdır. Həmin vaxtı bir-birlərini vurmamışlar. Vüsal Elvini bayıra çıxartmışdır. Onlar birlikdə çıxıb getmişlər. O evdə olarkən təxminən yarım saat keçmişdir ki, qapının döyüldüyünü eşitmişdir. O qapıya yaxınlaşmış və qapını açan zaman Elvin əlində olan cib bıçağı ilə onun üstümə hücum etmiş, onun qarın nahiyyəsinə bıçaqla vurmuş və həyətə daxil olmuşdur. Elvin onun üz və bədən nahiyyəsi istiqamətində bıçaqla bir neçə zərbə atmış, o özünü müdafiə edərkən onlar yerə yıxılmışlar və yerdə güləşməyə başlamışlar. Elvin onunla yerdə dalaşdıqdan sonra birdən ayılmış və ondan aralanmışdır. Elvin çölə çıxmış, dalınca isə o da bayıra çıxmışdır. Elvin qonşu Vüqaragilə getmişdir ki, təcili tibbi yardım çağırsın. Çünki ünvanı dəqiq olaraq bilmirmiş. Vüqar vasitəsi ilə təcili tibbi yardım çağrıldıqdan sonra o Elvinə demişdir ki: «sən get, yoxsa polislər səni tutacaq». Belə ki, onun fikri var imiş ki, Elvinin adını çəkməsin. Lakin o 3 saylı KŞX-da narkozadan ayılarkən artıq polis əməkdaşları Elvinin onu vurduğunu bilirmişlər. İbtidai istintaqda şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid1 zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsinə oxşar ifadə verməklə onun qeyd etdiyi xüssuatları bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi, Musa Nağıyev küçəsində nömrəsiz fərdi bağ evi vardır. O həmin bağ evində iyun ayından sentyabr ayına qədər köçüb yaşayırmış. Təxminən 2010-cu ildən qonşuluqda çalışan Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Pənah həmin ərəfədə qonşuluqda yaşayan bağ evində yaşayırmış və orada işləyirmiş. Pənah onun yanına gələrək bildirmişdir ki, həmin bağ evindən çıxmışdır, yaşamağa yeri yoxdur. O demişdir ki, bağ evində yer versin, həm orada qalsın, həm də bağa nəzarət etsin. O Pənaha bağ evinin həyətində olan balaca köməkçi otağı vermiş və ona bildirmiş ki, burada yaşaya bilər. Beləliklə həmin müddətdən etibarən Pənah bağ evində qalmağa və bağa nəzarət etməyə başlamışdır. O özü də orada qalmadığı müddətdə arabir gəlib bağa nəzarət edirmiş. xx xxxxxx 2020-ci il tarixdə, axşam 21 radələrində o evdə olarkən mobil telefonuna zəng gəlmiş və ona bildirmişlər ki, danışan polisdir. Sahə müvəkkili bildirmişdir ki, bağ evində bıçaqlanma hadisəsi baş vermiş və Pənahı bıçaqlamışlar. Onu bağ evinə dəvət etmişlər ki, hadisə yerinə baxış keçirtsinlər. O sahə müvəkkilinin çağırışı ilə gəlmiş və polislər hadisə yerinə baxış keçirtmişlər. Daha sonra ona məlum olmuşdur ki, Pənaha bıçaqla xəsarət yetirən şəxs dayısı oğlu Elvin adlı şəxs olmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, 2001-ci ildən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi, Musa Nağıyev küçəsi, fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Onunla qonşuluqda yerləşən Yavər adlı şəxsə məxsus bağ evinin yardımçı sahəsində Pənah adlı şəxs yaşayır və bağa qulluq edir. Pənahı təxminən 5-6 ildir ki, tanıyır. Pənahla aralarında qonşu kimi münasibətləri yaxşı olmuşdur. Hadisə barəsində onu bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə, axşam saat 19 radələrində evdə olarkən qapısı döyülmüşdür. Bayıra çıxdıqda görmüşdür ki, qapını döyən şəxs Pənahın qohumu Elvin adlı şəxsdir. O, Elvini Pənahın yanında əvvəllər görmüşdür. Elvin ona demişdir ki, Pənahı bıçaqla vurublar, kömək lazımdır. O cəld tərpənərək Pənahın yanına gəlmiş və görmüşdür ki, onun bədənindən qan gəlir. Pənah da bildirmişdir ki, ona bıçaqla xəsarət yetiriblər. O Pənahdan soruşduqdaki kim onu vurub, bu zaman Elvin bildirmişdir ki, Pənaha bıçaqla o xəsarət yetirmişdir. Elvin bildirmişdir ki, içkili olmuş, ona görə də nə etdiyini başa düşməmişdir. Elvin ona demişdir ki, tez təcili yardım çağırsın. O öz mobil telefonu ilə 103 təcili yardım xidmətinə zəng vurmuş və təcili yardım çağırmışdır. Təcili yardım gəldikdən sonra Pənahı avtomobilə mindirmişlər, Pənah Elvinə demişdir ki, çıxsın getsin. Bundan sonra da Elvin çıxıb getmiş, o isə öz evinə getmişdir. Məhkəmədə zərərəçəkmiş şəxs qismində ifadə vermiş Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini də sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan “ifadənin yerində yoxlanılması haqqında” xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində ifadəsinin yerində yoxlanması keçirilərkən o, Zərərçəkmiş şəxs ilə xx xxxxxx 2020-ci il tarixdə, saat 19:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivində yerləşən fərdi yaşayış evinin giriş qapısının ağzında mübahisə edib dalaşaraq bıçaqla onu vurduğu yeri göstərmişdir. Cinayət işinin materiallarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirərkən silah qismində istifadə etdiyi bıçağın müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və Tədris Birliyinin xx xxx 2020-ci il tarixli, 497 saylı rəyindən görünür ki, 1980-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində nazik bağırsaq və bağırsaq müsariqəsinin zədələnməsi ilə müşayiət olunan qarnın ön divarının daxilə (qarın boşluğuna) nüfuz edən 1 ədəd deşilmişkəsilmiş yarası, sağ qaşüstü nahiyənin 1 ədəd, döş qəfəsinin sağ yarısının 1 ədəd, sağ saidin 1 ədəd (cəmi 3 ədəd) deşilmiş-kəsilmiş yaraları, alının və burunun sıyrıqları aşkar edildi. Qeyd olunan xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar deşici-kəsici təsirə malik əşya (alət) təsirindən, digər xəsarətlər isə küt əşya (əşyalar) təsirindən onun 3 saylı X3 müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2020-ci il tarixdə və şəraitdə törənmələri istisna olunmur. Dərəcələrinə görə nazik bağırsaq və bağırsaq müsariqəsinin zədələnməsi ilə müşayiət olunan qarnın ön divarının daxilə (qarın boşluğuna) nüfuz edən 1 ədəd deşilmişkəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya; sağ qaşüstü nahiyənin, döş qəfəsinin sağ yarısının, sağ saidin deşilmiş-kəsilmiş yaraları istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, alın və burunun sıyrıqları isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilməyən xəsarətlərə aiddirlər. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmə tibbi-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 393/2020 MTBŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qan qrupu – AB (İV); Zərərçəkmiş şəxs qan qrupu – O (İ)./Təqdim olunan şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqlərinin kserosurətinə əsasən/ 3. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus 01 ədəd alt köynək üzərində olan O alya, beta /İ/ qruplu insan qanı aşkar olundu. Bu qan ləkəlrinin ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus olması inkar olunmur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmə tibbi-krimininalistik ekspertizasının xx xxxx 2020-ci il tarixli, 249-MKTŞ/2020 saylı rəyindən görünür ki, 1. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus alt köynəyinin ön hissəsinin sağ-yuxarı nahiyəsində bir ədəd, ön hissəsinin orta-aşağı nahiyəsində bir ədəd, arxa hissəsinin sol-aşağı nahiyəsində iki ədəd və sağ qolunun ön-aşağı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin və ya eyni konstruktiv xüsusiyyətlərinə malik alətlərin təsirindən törənməsi istisna olunmur. 2. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus alt köynəyinin ön hissəsinin sağ-yuxarı nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş kəsilmiş zədə onun bədəninin döş qəfəsinin sağ yarısında olan; ön hissəsinin orta-aşağı nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin qarnın ön divarında olan; sağ qolunun ön-aşağı nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sağ said nahiyəsindən olanm eyni xarakterli xəsarətlərə yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşürlər. Zərərçəkmiş şəxs məxsus alt köynəyinin arxa hissəsinin sol-aşağı nahiyəsində aşkar edilmiş iki ədəd deşilmiş-kəsilmiş zədə onun bədənində öz əksini tapmamışdır. Bu da yalnız paltarların zədələnməsi ilə izah oluna bilər. Zərərçəkmiş şəxs bədənində olan digər xəsarətlər-sağ qaşüstü nahiyənin deşilmişkəsilmiş yarası, alın və burunun sıyrıqları isə bədənin açıq nahiyələrində yerləşdiyinə görə ona məxsus olan köynəkdə öz əksini tapmamışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus alt köynəyinin sağ çiyin nahiyəsində bir ədəd məhdud cırılma aşkar olundu. Bu cırılma küt yaranma mexanizmə malikdir, köynəyin müvafiq nahiyəsinin gərilib-dartılması nəticəsində yaranmışdır. 4. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus alt köynəyinin sol çiyin tikişinin üzərində bir ədəd, yaxasından öndə birləşdiyi tikişin üzərində bir ədəd və sol qoltuqaltı nahiyəsində bir ədəd məhdud sökülmələr aşkar olundu. Bu sökülmələr küt yaranma mexanizmə malikdir, köynəyin müvafiq nahiyələrinin gərilib-dartılması nəticəsində yaranmışlar. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmə ambulator psixiatrik ekspertizasının xx xxx 2020-ci il tarixli, 955 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırki psixiatirik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər zansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterinivə ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri AR CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da, öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsindən verilmiş tələbnamədən və işə əlavə edilmiş hökmün surətindən müəyyən olur ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx xxx 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2, 182.3, 62, 328.1, 331.2, 332.1, 332.2.5, 333.1, 68.1, 66.3 maddələri ilə təqsirli bilinərək 5(beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının əvvəli xx.xx.2014-cü il tarixdən hesablanmaqla ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 03 il 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və məhkum xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar yoxdur. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal onun əməlində olan cinayətlərin təhlükəli residividir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsində göstərilmişdir ki, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2009-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərində çəkilməmiş cəzası qalmamış, lakin onun məhkumluqları ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15-ci maddəsinin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunduğu 182.2, 182.3, 62, 328.1, 331.2, 332.1, 332.2.5, 333.1, 68.1, 66.3 maddələrin, bir hissəsi yəni 182.2, 182.3-ci maddələri ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin residivi təhlükəli sayılır. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan və yenidən qəsdən ağır (CM-nin 126.2.4-cü maddəsi) cinayət törətdiyindən əməlində cinayətin təhlükəli residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Təqsirləndirilən şəxsin əməlində cinayətlərin (təhlükəli) residivi olduğu və o, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işini materiallarına əlavə olunmuş xx xxxx 2020-ci il tarixli şübhəli şəxs barəsində axtarış elan olunması və tutulması barədə qərarla Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materialarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Xəzər RPŞ-ə könüllü gələrək axtarışda olan şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən həbsdə saxlanıldığından ona təyin ediləcək cəzanın çəkilmə müddətinin əvvəli onun şübhəli şəxs qismində saxlanıldığı gündən, yəni xx xxxxx 2020-ci il tarixdən hesablanmalıdır. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə istintaqı nəticəsində Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Cinayət işi üzrə əldə olunmuş qeyd olunan hadisəni əks etdirən video görüntülər olan 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsmalıdır. İş üzrə maddi subut Xəzər RPİ-də saxlanılan hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd alt köynəyi məhv edilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 8 saylı hüquq məsləhətxanasının vəkili X4 200 (iki) yüz manat, məhkəmədə göstərdiyi hüquqi yardıma görə isə Bakı şəhəri 14 saylı hüquq məsləhətxanasının vəkili Allahmanov Şöhrət Nəbi oğluna 150 (yüz əlli) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı- xx xxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində xüsusi müsadirə təbiq edilməsin. Cinayət işi üzrə əldə olunmuş qeyd olunan hadisəni əks etdirən video görüntülər olan 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi subut Xəzər RPİ-də saxlanılan hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd alt köynəyi məhv edilsin. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 8 saylı hüquq məsləhətxanasının vəkili X4 200 (iki yüz) manat, məhkəmədə göstərdiyi hüquqi yardıma görə isə Bakı şəhəri 14 saylı hüquq məsləhətxanasının vəkili Allahmanov Şöhrət Nəbi oğluna 150 (yüz əlli) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-851/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-851/2020
08.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver