Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-851/2021 31.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X7, müdafiəçi Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Əlsəkər oğlu, Zərərçəkmiş şəxs3, Şahid1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 iştirakları ilə xx xxxx 1986-cı ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Bərdə rayonu, Dəymədağılı kəndində qediyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyi Penitensiar xidmətin Bakı istintaq təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edib onun ünvan 1 ünvanda yerləşən yeni tikili binanın 2-ci mərtəbəsində olan qeyri-yaşayış sahəsinin döşəmə işlərini cəmi 57.000 manata müqabilində xaricdən gətizdirəcəyi tikinti materialları ilə təmir etdirəcəyinə dair yalan vəd verib təmir işlərinin başlanması üçün ilkin verilmiş pulun 44.000 manatın təsdiqi üçün fakti olaraq işçisi olmadığı "xxxx" MMC-in adından tarixsiz hər hansı hüquq verən sənəd olmayan qəbzdən istifadə etməklə özünü tikinti sahəsində etibarlı tərəfdaşı kimi göstərməklə özünə inam yaradıb aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 2017-ci il sentyabr ayının üçüncü 10 günlüyündə ünvan 1 ünvanda yerləşən yeni tikili binanın 2-ci mərtəbəsində yerləşən qeyriyaşayış sahəsində 44.000 manat, həmin ilin oktyabr ayının ikinci 10 günlüyündə qeyd edilən qeyri-yaşayış sahəsində təmir işləri üçün gətirilmiş tikinti materialının ölkəyə buraxılması üçün gömrük sənədləşməsi adı ilə 28.000 manat pulu vahid niyyəti ilə əhatə olunan qəsdlə alıb ələ keçirib Zərərçəkmiş şəxs7 ümumilikdə 72.000 manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə sinif yoldaşı Şahid1 etibarından sui-istifadə edib onun faktiki olaraq satışı ilə məşğul olduğu qaynaq çubuklarını nisyə və ya bir qisminin pulunun ödənməsi şərti ilə mütəmadi alıb sataraq qısa müddət ərzində pulun əksər hissəsini qaytarmaqla özünü etibarlı alqı-satqı münasibətlərinin tərəfdaşı kimi göstərməklə özünə inam yaradıb aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan guya işlədiyi müxtəlif tikinti təmir sahələrini qaynaq çubukları ilə təmin etməsinə görə Şahid1 işlətdiyi qaynaq çubuqlarının satış məntəqəsinin Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 106 A ünvanında olan anbarından satıb qısa müddət ərzində pulunu verəcəyi adı ilə əvvəl götürmüş olduğu qanaq çubuklarmdan 08 mart 2019-cu il tarixədək olan 42.913 manat qalığın 34.000 manatını ödəyib 8913 manat saxlamaqla inamını qazanıb, ilkin qaynaq çubuklarını vermiş olduğu zavodla eyni zavod olmasına görə pulun tam olaraq alınması üçün həmin anbardan eyni adlarla 11 mart 2019-cu il tarixdə 33.082 manat dəyərində, 11 may 2019-cu il tarixdə 6938 manat dəyərində, 20 may 2019-cu il tarixdə 6938 manat dəyərində, 01 iyun 2019- cu il tarixdə 6938 manat dəyərində qaynaq çubuqlarım vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib zərərçəkmiş şəxs Şahid1 ümumilikdə 62809 manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib onun faktiki olaraq satışı ilə məşğul olduğu tikinti materiallarım nisyə və ya bir qisminin pulunun ödənməsi şərti ilə mütəmadi alıb sataraq qısa müddət ərzində pulunu tam olaraq qaytarmaqla özünü etibarlı alqı-satqı münasibətlərinin tərəfdaşı kimi göstərməklə özünə inam yarqdaraq guya işlədiyi müxtəlif tikinti təmir sahələrinə, şirkətlərə, rayonlarda olan tikinti materialları mağazalarına pərakəndə olaraq verməklə qısa müddət ərzində satıb pulunu tam qaytaracağına dair yalan vəd verib aldadaraq üzərinə götürdüyü Öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 17 mart 2019-cu il tarixdə Zərərçəkmiş şəxs4 Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi yeraltı ticarət mərkəzi adlanan “Poladəritmə” zavodunun qarşısındakı satış məntəqəsindən yükləmə, daşıma xərci ilə birlikdə 20700 manat məbləğində tikinti materiallarım ələ keçirib Zərərçəkmiş şəxs4 ümumilikdə 20700 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən bibisi oğlu Şahid6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib onun faktiki olaraq satışı ilə məşğul olduğu istilik sistemləri olan kombi aparatları, radiatorlar və onların quraşdırılması üçün istifadə olunan aksesuarları nisyə və ya bir qisminin pulunun ödənməsi şərti ilə mütəmadi alıb sataraq qısa müddət ərzində pulunu tam olaraq qaytarmaqla özünü etibarlı alqı-satqı münasibətlərinin tərəfdaşı kimi göstərməklə özünə inam yaradaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan guya işlədiyi "xxxx" MTK-da təmir işlərini tamamlaması üçün 176.400 manat dəyərində kombi aparatları, radiatorlar və onların quraşdırılması üçün istifadə olunan aksesuarların lazım olması və həmin dəyərdə malı ona təqdim etmiş olduğu halda 2019-cu ilin may ayınm ilk on günlüyündə pulunu tam olaraq ödəyəcəyinə dair yalan vəd verib aldadaraq 24 aprel 2019-cu il tarixdə Bakı şəhəri Nərimanov rayonu, Dərnəgül şossesi “Çinar Plaza” ticarət mərkəzinin həyətində olan anbarından 176.400 manat dəyərində kombi aparatlarını, radiatorları və onların quraşdırılması üçün istifadə olunan aksesuarları göndərmiş olduğu yük avtomobilinə yüklədib aparmaqla ələ keçirib vədinə əməl etməyərək Zərərçəkmiş şəxs1 176.400 manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkarən özgənin əmlakım əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 -etibarından sui-istifadə edib onun faktiki olaraq satışı ilə məşğul olduğu qaynaq çubuklarmı nisyə və ya bir qisminin pulunun ödənməsi şərti ilə mütəmadi alıb sataraq qısa müddət ərzində pulunu tam olaraq qaytarmaqla özünü etibarlı alqı-satqı münasibətlərinin tərəfdaşı kimi göstərməklə özünə inam yaradıb aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan guya işlədiyi müxtəlif tikinti təmir sahələrini qaynaq çubukları ilə təmin etməsinə görə satıb qısa müddət ərzində pulunu verəcəyi adı ilə 19 iyun 2019-cu il tarixdə Zərərçəkmiş şəxs2 qaynaq çubuqlarının satış məntəqəsi olan ünvan 3 ünvandan 15000 manat dəyərində, 2019-cu ilin iyul ayının əvvəllərində həmin ünvandan Qaradağ rayonu Lökbatan qəsəbəsində olan gəmi təmiri zavoduna 24500 manat dəyərində qaynaq çubukları lazım olmasına görə həmin dəyərdə malın 4500 manatını dərhal ödəməklə özünə inam yaradıb yerdə qalan 20.000 manat dəyərində malı satıb qısa müddət ərzində pulunu verəcəyi adı ilə aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 ümumilikdə 35.000 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən şəxsiyyəti istintaqla araşdırılan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib onun faktiki olaraq satışı ilə məşğul olduğu tikinti materiallarının onun tenderdə qalib gəlmiş olduğu məktəb və bağçaların tikinti təmir işlərində lazım olmasını, gələcəkdə də onunla bir neçə lahiyələri birlikdə işləyəcəyi ilə həvəsləndirməklə ilkin almış olduğu materialın dəyərini tam olaraq ödəyib inamını qazanmaqla ona yenidən tikinti materiallarını nisyə verdiyi halda tikintidə istifadə edib pulunu qısa müddət ərzində tam olaraq qaytaracağına dair yalan vəd verib aldadaraq özünü etibarlı alqı-satqı münasibətlərinin tərəfdaşı kimi göstərməklə, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 22 iyul 2019-cu il tarixdə Zərərçəkmiş şəxs6 tikinti materiallarının satış məntəqəsi olan ünvan 5 ünvandan tikintiyə satmaqla qısa müddət ərzində pulunu verəcəyi adı ilə 17500 manat dəyərində tikinti materialları ələ keçirib, verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs6 ümumilikdə 17500 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa,o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib onun faktiki olaraq satışı ilə məşğul olduğu qaynaq çubuklarının satışı ilə məşğul olan digər tanışları ilə müştərək işləməsini, özünün müxtəlif tikinti təmir sahələrini, zovodlan qaynaq çubukları ilə təmin etməsinə görə ona qaynaq çubukları satmaqla qısa müddət ərzində pulunu tam olaraq qaytaracağına dair yalan vəd verib aladaraq özünü etibarlı alqı-satqı münasibətlərinin tərəfdaşı kimi göstərməklə özünə inam yaradıb üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 23 iyul 2019-cu il tarixdə işlədiyi tikinti sahələri və zavodlara göstərmək üçün və bəyənildiyi halda ondan mütəmadi olaraq qaynaq çubukları alacağı adı ilə ünvan 6 ünvanda olan restronında 40 manat dəyərində, 24 iyul 2019-cu il tarixdə həmin qaynaq çubuklarının baxılaraq bəyənilməsini bildirirək Zərərçəkmiş şəxs3 satış məntəqəsi olan ünvan 7 ünvandan 3840 manat dəyərində, 26 iyul 2019- cu il tarixdə həmin ünvandan 15840 manat dəyərində qaynaq çubuklarımn ələ keçirib verdiyi vədə əməl etməyərək vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 ümumilikdə 19720 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən bibisi oğlu Şahid6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakım əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib onun faktiki olaraq satışı ilə məşğul olduğu qaynaq çubuklannı nisyə və ya bir qisminin pulunun ödənməsi şərti ilə mütəmadi alıb sataraq qısa müddət ərzində pulunu tam olaraq qaytarmaqla özünü etibarlı alqı-satqı münasibətlərinin tərəfdaşı kimi göstərməklə özünə inam yaradıb üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 29 iyul 2019-cu il tarixdə qaynaq çubuklarımn pərakənədə satışım təşkil etdikləri Bərdə rayonunda olan tikinti materialları mağazasını həmin malla təmin etmək adı ilə aladaraq Zərərçəkmiş şəxs2 satış məntəqəsi olan ünvan 8 ünvandan satıb qısa müddət ərzində pulunu verəcəyi adı ilə 13600 manat dəyərində qanaq çubuklannı ələ keçirib verdiyi vədlərinə əməl etməyərək Zərərçəkmiş şəxs2 ümumilikdə 13600 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrərən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib onun faktiki olaraq satışı ilə məşğul olduğu aqlay daşlarını onun tenderdə qalib gəlmiş olduğu məktəb və bağçaların fasadının üzlənməsində lazım olması və onunla bir neçə belə lahiyələri birlikdə işləyəcəyi ilə həvəsləndirməklə inamını qazanıb aqlay daşlar nisyə verdiyi halda tikintidə istifadə edib pulunu qısa müddət ərzində tam olaraq qaytaracağına dair yalan vəd verib aldadaraq özünü etibarlı alqı-satqı münasibətlərinin tərəfdaşı kimi göstərməklə, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 16 mart 2020-ci il tarixdə Zərərçəkmiş şəxs5 aqlay daşlarının satış məntəqəsinin Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov prospekti 20/61-də yerləşən Dərnəgül Sənaye Tikinti Açıq Səhmdar Cəmiyyətin həyətindən 4200 manat dəyərində, 19 mart 2020-ci il tarixdə həmin ünvandan eyni adla 5040 manat dəyərində, 25 mart 2020-ci il tarixdə həmin ünvandan eyni adla 3750 manat dəyərində, 25 aprel 2020-ci il tarixdə həmin ünvandan eyni adla 1000 manat dəyərində aqlay daşlarını ələ keçirib verdiyi vədə əməl etməyərək vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs5 ümumilikdə 13990 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.. Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2016-cı il tarixdə o yanında işləmiş olduğu əmisi Şahid3 ayrılmış və özü izolyasiya işləri görməyə başlamış, artıq mağazada deyil özü işlər götürməklə özünə yaxın olan usta və fəhlələrlə işləri icra etmişdir. Belə ki, həmin ərəfədə onun maddi vəziyyəti yaxşı olmamış, ona görə bir neçə tanışlardan o cümlədən bazarda işləyən tanışlarından mal tikinti materialları götürməklə sonradan həmin malların pulun bir neçə dəfə vaxtı-vaxtında tam olaraq ödəmişdir. Sonuncu dəfə külli miqdarda mal götürməklə həmin malı satıb pulunu ehtiyacı oduğundan borclarına pylamış və ehtiyaclarına sərf etdiyindən qaytara bilməmişdir. Belə ki, onun həmin malları satış bazarı olmamış, həmin malları dəyərindən aşağı qiymətə satmışdı. 2016-ci il tarixdə Novxanı qəsəbəsində olan həyət evinin damını izolyasiya etmək üçün işlədiyi «Coster» firmasına ğələn zaman ilk dəfə Teymuru onda görmüşdür. Onun evində işlədiyi zaman onların münasibəti yaranmış və hətta söhbət zamanı o ona ünvan 9 ünvanda yeni tikili binanın 2ci mərtəbəsində olan qeyri yaşayış sahəsində təmir işləri aparmaqal klinika olaraq istifadəyə veriləcəyini bildirmişdir. O Teymurla ünvan 9 ünvanda yeni tikili binanın 2-ci mərtəbəsində olan qeyri yaşayış sahəsi ilə tanış olduqdan sonra həmin ünvanın eboksitinin vurulması üçün 57.000 manata dair razılıq əldə etmişdir. Teymru ona məbləğ yüksək olmasına görə təmir xərcinin bir hissəsini verə bilməyəcəyini bildirmişdir ki, onunla hansı hissədə nə vaxt pulun qalan hissəsini verəcəyi ilə bağlı danışıqlar aparmışdır. Həmin məbləğin maksimum olaraq 77%-ni verə biləcəyini bildirmişdir. Həmin məbləğ isə 44.000 manat etmişdir ki, yerdə qalan məbləği hissə- hissə təmir müddətində verməli idi. Onlar arasında müqavilə bağlanmış eboksid işlərinə görə müqavilənin ümumi dəyərinin 77%-i yəni 44.000 manat məbləğində pulu 2017- ci ilin sentyabr ayının 3-cü 10 günlüyündə almışdır. Malların ölkəyə geçirilməsi üçün gömrük haqqı olaraq X10 iştirakı ilə 28.000 manat da almışdır . 2019-cu ilin yanvar ayında Şahid1 işlədiyi Z.Bünyadov prospektində olan iş yerinə getmiş, Asəf onunla birlikdə 258 №-li tam orta məktəbdə 8-ci sinfinə kimi təhsil almışdır. O Şahid1 mağazasına gəlmiş və onunla hal əhval tutub onunla eyni məktəbə qonşuluqda yaşadıqlarını bidirmişdir. Ona 1001 xırdavat məhsullarını Bakı ətrafı kəndlər və bölgələrə özünə məxsus olan avtomobillərlə satışını təşkil etdiyini və özü tikinti sahəsində çalışqan şəxs olaraq təqdim edib ondan topdan satış qiymətin qaynaq çubukları almaq idarə müəssisə və təşilatları qaynaq çubukları satmaq istədiyini və özünün yuxarı dairəli şəxslərə əlaqədə olmasını bildirmişdir. Həmin idarə və təşkilatlar tərəfindən qeyd edilən işlərin ona həvalə olunmasını bildirmiş və hazırdı Lökbatan qəsəbəsində olan gəmi Tərsanəsi ilə işlədiyini və onların qaynaq, çubklarına olan təminatlarının onun tərəfimdən təmin edilməsini bildirmişdir. O müxtəlif vaxtlarda Asəfdən qaynaq çubukları götürmüş, 28 mart 2019-cu il tarixdə mağazaya gəlib təklikdə Asəfə 34.000 manat ödəniş etmiş və 8913 manat ödənşi qalmışdır. 11 may 2019-cu il tarixdə 33082 manat dəyərində qaynaq çubuklarmı anbardan götürmüş və 41.995 manat ödənişi yaranmışdır. 11 may 2019-cu il tarixdən 01 iyun 2019-cu il tarixədək eyni qaydada anbardan cəmi 62.810 manat dəyərində qaynaq çubuklarmı götürmüşdür. Xəlilov X15 rayonu Dərnəgül bazarı adlanan yerdə tikinti materiallarının satışı ilə məşğul olur və həmin materiallar tikinti sahəsində lazım olan min bir xırdavat olamqla, araba, tol, mismar, məftil, steklovat, penaplas, bitum, köpük, elektrot, daş yunu, selikon, əlcək, lopatka, lapatka sapı, laqonda daşı, vanna, vedrə, şlank olmuşdur. Təxminən 2019cu ilin mart ayının 15-də onun mağazasına getmiş və o onu Dərnəgül bazarında əmiləri Rövşən və Namiqə məxsus olan mağazalarda satıcı olaraq işlədiyi vaxtdan tanımışdır. Ramizdən cəmi 20700 manatlıq mal sifariş etmiş, malın dəyərini səhəri günü tam olaraq ödəyəcəyini bildirmişdir. O ilkin olaraq almış olduğu malın pullarını .dəmiş qalan malların pulunu ödəməmişdir. Zərərçəkmiş şəxs1 da Dərnəgül qəsəbəsində istilik sistemləri mallarının və 1001 xırdavat mağazası işlətməklə məşqul olmuşdur. Əjdərdən müztəlif vaxtlarda və müxtəlif mallar götürmüş, bir qisminin pullarını qaytarsa da Zərərçəkmiş şəxs1 160.030 manat dəyərində malın satıb pulunu verməmişdir. Zərərçəkmiş şəxs2 «Gedik çarçı» şirkətində korobkası 8 manat 60 qəpik olan qaynaq çubuklarının alqı-satısı ilə məşğul olmuşdur. Onların ofisləri ünvan 10 ünvanda olmuşdur. Elnurdan 35.000 manat dəyərində qaynaq çubuqları almış və pulunu ödəməmişdir. Qəhrəmanov X8 indiki Əhməd Rəcəbli küçəsi 19/68 saylı ünvanda olan Azpetrol Yanacaqdoldurma məntəqəsinin yaxınlığında tikinti materiallarının satışı ilə məşğul olmuşdur. Həmin mağazada boya məhsulları, sement məhsulları, elektrik çubukları, köpüklər, selikonlar, pub yapışdırıcıları olmuşdur. Belə ki, 2019-cu il tarixdə Nəsimi ilə Zərərçəkmiş şəxs6 mağazasına getmişdir. Nizami ilə Dərnəgül bazarında əmisi Rövşən və Namiqə məxsus olan mağazalarda satıcı olaraq işlədiyi zamandan tanımışdır. Nizamidən müxtəlif növ tikinti malları almış həmin malların pulunu isə Nəsimi vasitəsi ilə göndərmişdir. Zərərçəkmiş şəxs3, Nizami rayonu Keşlə qəsəbəsi Məktəbli küçəsi 4 saylı ünvanda qaynaq çubuklannm almış, sonra Rusyaya getmiş və Bakı şəhərinə qayıdan zaman Elnur və digər şəxsin şikayət etməsinə görə hərəsinə 1000 manat pul vermişdir. Əzizov X6 Sənaye Tikinti Açıq Səhimdar cəmiyyətinin ərazisində tikinti materiallarının yəni aqlay satışı ilə məşğul olmuşdur. Belə ki, 2020-ci ilin mart ayında Firudinin işlədiyi mağazaya getmiş və həmin şəxsi Dərnəgül bazarından boya və onun istifadə olunması üçün olan əşyaların satışı ilə məşğul olduğu zaman tanımışdır. Firudin onun əmisi Rövşən və Namiq tanımamışdır. Firudinə özünü prarav olaraq təqdim etmişdir. Görüş zamanı özünün tikinti sahəsində olduğunu tenderdə olan məktəb və bağçaların təmir tikinti işlərinin ona verilməsini bildirmiş və həmçinin ona verilmiş tikintilərin birlikdə işləməyi, ondan aqlay daş götürməklə tikilmiş binaların üzlənməsi ilədə məşğul olmaq istədiyini bildirmiş və əlində təxminən 150.000 manat dəyərində aqlay işləri olmasım bildirmişdir. Firudin ona inanmış və ona 13990 manat dəyərində aqlay göndərmiş, həmin pulu qaytarmamışdır. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsindən başqa məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri və məhkəmədə tədqiq edilmiş digər protokollarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, 1998-cı il tarixdən Nərimanov rayonu Z.Bünyadov prospektində olan Dərnəgül bazarında tikinti materiallarının satışı ilə məşğul olmağa başlamış və ilkin olaraq işləmiş olduğu mağaza Dərnəgüldə «Fab» mağazasının yaxınlığında olmuşdur və o həmin mağazada ilkin olaraq boya və onun aksesuarlarınm satışı ilə məşğul olmuşdur. Tikinti sahəsində lazım olan taxta, armatur və sement istisna olmaqla bütün növ tikinti materiallarının satışı ilə məşğul olur. Belə ki, 2009-cu il tarixdə onunla qonşu mağazada işləyən və boya satışı ilə məşğul olan Təqsirləndirilən şəxs tanımışdır. Rəşadın əmisi Rövşənə aid olan mağazada satıcı olaraq işləmişdir və o onların mağazasına boya aksesurları olan rolik, kist, əlcək və.s avadanlıqlar vermişdir və bu münvalla onun Təqsirləndirilən şəxsla münasibəti yaranmışdır. Təxminən 2-3 il müddətində o Təqsirləndirilən şəxs işlədiyi mağazaya mal vermiş və onun münasibəti yaranmışdır. Onlar arasında alış-verişdə hər hansı kəsir olmamışdır. Artıq 2010-cu ildə Dərnəgüldə olan mağazasmdakı tikinti malarının satışı sahəsindən kənarlaşmaqla həmin mağazanı qardaşına təhvil vermiş və artıq istilik sistemlərinin satışı ilə məşğul olmağa başlamış və bu məqsədlə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində Asəf Zeynallı küçəsində «Ağ Saray» şadlıq evin yaxınlığında 80 kv metr sahəsi olan yeri icarə götürməklə həmin yerdə 1001 xırdavat və istilik sistemlərinin satışı ilə məşğul olmağa başlamış və o həmin sahədə çalışmağa başlamışdır. Dərnəgüllə əlaqəsi qalmışdır və həmçinin Dərnəgül qəsəbəsində olan mağazalarda kombi və radiatorlarm satışını təşkil etmişdir. 1998-ci il tarixdə tikinti və sonradan istilik sistemləri sahəsində oduğuna görə onun Dərnügül və Biləcəri bazarı ilə yaxın əlaqələri olmuş və həmin sahədə kifayət qədər tanınmışdır. 2019-cu il tarixdə Dərnəgül bazarında olan «Mərcan» kafesinin yaxınlığında olan köşkdən siqaret alan zaman Təqsirləndirilən şəxs onu tanımış və yaxınlaşaraq hal əhvalını xəbər almışdır. Təqsirləndirilən şəxs Biləcəri qəsəbəsində 1001 xırdavat mazası işlətməklə yanaşı Bakı şəhərində istilik sistemləri, radiatorlar və o cümlədən onun aksesuarlarınm satışı ilə məşğul olduğunu və Dərnəgüldə eyni fəaliyyət sahəsi ilə qardaşının məşğul olmasını bildirmişdir. Təqsirləndirilən şəxs isə "xxxx" MMC-nin direktoru İsəfəndiyar Axundovun yanında prarav olaraq fəaliyyət göstərməsini və onun tikmiş olduğu binaların təmir və izolyasiya işləri ilə məşğul olmasını, özünün biriqadaları vasitəsi ilə həmin təmir və izolyasiya işlərini görməsini bildirmişdiir. Təqsirləndirilən şəxsnu geyimi və.s xarici görkəmi onda yaxşı təsürat bağışlamış və həmçinin özünün yük avtomobilləri olmasını, həmin avtomobillərlə daşıma xidməti aparmasını bildirmiş. Görüş zamanı Təqsirləndirilən şəxs yanında bibisi oğlu kimi təqdim etmiş olduğu Nəsimi adlı şəxsdə olmuşdur. Təqsirləndirilən şəxs onun yük avtomobillərini sürməsini bildirmişdir. O bildirmişdir ki, o "xxxx"ın bütün binalarım istilik izolyasiya işləri ilə təmin edir və və onda nə kimi kombi, raditorlar olmasını, həmin kombilərin iş prsinsiplərini xəbər almaqla bazar qiyməti ilə maraqlanmış, kombilərin iş prinsipləri barədə ona məlumat verməklə özünün həmin kombilərin sataşım təşkil etdiyimi bildirmişdir. Hətta onunla tikintidə olan 1,2,3,4, otaqlı mənzillərə nə kimi kombilərin qoyulmasını maraqlanan zaman ona ətraflı kombiləri və iş prinsiplərini izah etməklə bildirmişdir ki, bəs evlərin kvadratına uyğun olaraq kombilərin qoyulmasım və ona görə onun satışını həyata keçirmiş olduğu kombilərin «Novahot» və «Rossi» markalı Çin istehsallı kombilər olmaqla həmin kombilərin 24, 26, 28 və 32-lik olmasını, otaqların kvadratı ilə həmin kombilərin alınıb quraşdırılmasımn məqsədə müvafiq olmasını bildirməklə iş prinsiplərini izah etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona Nəsiminin iştirakı ilə işlədiyi «Şərur İnşaata» həmin kombilərdən lazım olan zaman ona müraciət etmək olarmı deyərək müraciət etmiş və o etiraz etməmişdir. Təxminən 2019-cu ilin fevral ayının əvvəllərində Rəşad ona zəng etmiş və bildirmişdir ki, ona «Rossi» firmasına aid kombilərin 2 ədəd 32-lik kombini ona verməsini bildirmişdir ki, tikinti müdriyyətinə həmin kombiləri göstərsin əgər onlar razılıq versələr o həmin kombilərdən sifariş edər. 2019-cu ilin fevral ayının Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrədən ona zəng edib həmin kombilərdən 2 ədədini gəlib hardan götürə biləcəyini bildirmiş və o ona hazırda Dərnəgüldə olduğunu ona görə «Elit» ticarət mərkəzinin yaxınlığına gəlməsini bildirmiş və o, 2 ədəd hər birinin dəyəri ayrıayrılıqda 740 manat olan cəmi 1480 manat dəyərində 32-lik kombiləri öz avtomobili ilə «Elit» Ticarət mərkəzinin yaxınlığında olan 2 mərtəbəli çay evinin yanma gətirməsini bildirmişdir. O həmin ünvana çatmışdır ki, Təqsirləndirilən şəxs Nəsim adlı tanışının idarə etdiyi avtomobillə həmin ünvana gəlmiş və Rəşad bildirmişdir ki, bəs əgər müdriyyəti həmin kombilər qane etsə onda bütün tikintiləri üçün ondan kombi radiator və onun aksesuarlarım götürməklə həmin tikintilərə quraşdıracaqdır. Nəsimi isə Rəşadla söhbətinə müdaxilə etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2 ədəd kombini götürüb avtomobilinə qoymuş və səhər ona məlumat verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin kombilərin "xxxx"ın Yasamal rayonunda inşaa olunmuş binalarının kombiləşməsi üçün lazım olmasını bildirmişdir. Səhəri günü Rəşad Məmmodov ona zəng edərək "xxxx" İnşaat rəhbəri İsfəndiyar Axundovun həmin kombiləri və onun dəyərini bəyənməsini ona görə Yasamalda həmin MMC tərəfindən inşaa olunmuş binalarda olan 361 ədəd mənzilinin kombi və radiatorlarının quraşdırma işlərinin onlara həvalə olunmasını və ona görə həmin mənzillərin sayına uyğun olaraq ona kombi radiator və onların aksesurlarını verməsini bildirmişdir. O isə həmin sayda kombisi olmadığını bildirmişdir. Həmin ərəfədə Təqsirləndirilən şəxsla Biləcəridə görüş təyin etmiş və onlar Biləcəridə olan Çətir restoranında görüşmüş, görüş zamanı Təqsirləndirilən şəxs yanında Nəsimidən başqa daha bir nəfərdə şəxsdə gəlmiş və Təqsirləndirilən şəxs ona həmin şəxsi bibisi oğlu Nəsiminin qardaşı Cavanşir kimi təqdim etmişdir. Rəşad bir daha Yasamalda "xxxx" MMC tərəfindən inşaa olunmuş binada olan 361 mənzilin kombi və radiator işlərinin ona verilməsini və onada həmin sayda kombi və radiatorlar və onların aksesuarlann almaqla quraşdırıb 1 ay müdətində pulunu tam olaraq verəcəyini bildirmişdir. O isə həmin sayda kombisi olmadığını bildirən zaman Rəşad ona ilkin işlərin başlanması üçün heç olmazsa 42 ədəd ona kombi verməsini bildirmişdir ki, müdriyyət görsün ki, iş başlamış və onun üçün ilkin məbləği ayrılsın. Oda onun sözlərinə inanmaqla həmin tikintinin Yasamalda olmasını bildirdiyinə görə Rəşadın əmilərini xeyli müddət olar ki, tanımasına görə ona razılıq vermiş və o ona ikin olaraq kombi radiator quraşdıracağı mənzillərin otaq sayını demiş və həmin otaqların sayı və kvadratına uyğun olaraq kombi verəcəyini bildirmişdir. Belə ki, ilkin olaraq 42 ədəd kombi birlikdə 19.360 manat dəyərində sonra 50 ədəd 24-lük «Rossi» markalı kombilər, aksesuarları birlikdə ümumi malın dəyəri olan 89.530 manatdan yalnız 24.500 manat pul vermiş və həmçinin bildirdi ki, ona təhvil verilmiş 361 mənzilin kombi, radiator və aksesuarların tam olaraq verilməlidir ki, Şərur inşaatın rəhbəri İsfəndiyar Axundov tərəfindən ona pul verilsin ki, o onun pulunu tam olaraq ödəsin və həmçinin həmin vaxtı ondan kombi və aksesuarlar istəmiş və bir daha onu arxayın etmişdir ki bəs onun pulunu 1 ay müddətində bağlayacaqdır. O isə ona ilkin götürmüş olduğu pulu bağlamasını bildirmişdir ki, ona yenə kombi versin və artıq bundan sonra o onun 30 və 31 mart 2019-cu il tarixdə Təqsirləndirilən şəxs Nərimanov metrosunun çıxışında olan «Metropark» ticarət mərkəzinin qarşısına qohumu Nəsimi ilə gəlib və onun iştirakı ilə mənə 30.000 manat pul vermiş və təkrar olaraq ondan mal istəmişdir və ona yenə pulun qalan 35.030 manatını bağlamasını bildirmişdir ki, ona mal verə bilsin. Daha sonra ona bildirmişdir ki, tikinti rəhbəri qaz tənzimləyici və stablizatorun ona lazım olmadığını bildirmiş və ondan 2-ci dəfə almış olduğu malın içərisində olan 1 ədədinin dəyəri 14 manat olan cəmi 1400 manat dəyərində 100 ədəd qaztənzimləyici, 1 ədədinin dəyəri 30 manat olan cəmi 3000 manat dəyərində 100 ədəd kombistablizatoru yəni 4400 manatlıq malı ona taksi avtomobili ilə qaytarmış və Təqsirləndirilən şəxs ona 30.630 manat qalığı qalmış və ondan əlavə olaraq mal istəmişdir ki, o ona 200 ədəd hər birinin dəyəri 600 manat olan cəmi 120.000 manat dəyərində «Caster» markalı kombilər, 600 qutu yəni 6000 seksiyalı bir seksiyasın dəyəri 8 manat olan cəmi 48.000 manat dəyərində raditorlar, 1 ədədinin dəyəri 3 manat olan cəmi 1800 manat dəyərində 600 ədəd bağlantı, 1 ədədinin dəyəri 4 manat olan cəmi 4800 manat dəyərində radiator vintili, 1 ədədinin dəyəri 5 manat olan cəmi 1000 manat dəyərində 200 ədəd qaz şlankı, 1 ədədinin dəyəri 3 manat olan cəmi 600 manat dəyərində 200 ədəd qaz vintili, 1 ədədinin dəyəri 1 manat olan cəmi 200 manat dəyərində 200 ədəd qaz kombi qaz keçidi istəmiş, yəni 176.400 manatlıq mal istəmişdir. O isə pulu bağlamasını əks halda bunun mümkün olmadığını bildirmiş və onu əmin etmişdir ki, 3-4 gün müddətində ilkin götürmüş olduğu pulu tam olaraq ödəyəcəkdir və o yenə ona mal verməsini bildirmiş və onu əmin etmişdir ki, pulu bağlayacaq. O isə malın pulunu ödəmiş olduğu təqdirdə həmin malı ona buracaxacığını bildirmiş və 08 aprel 2019-cu il tarixdə Rəşadın ona olan zəngindən sonra M.Rəsulzadalə qəsəbəsində onunla görüşmüş və o həmin ünvana idarə etdiyi «Volksvagen Toareg» markalı avtomollə gəlmiş və ona təklikdə 13.000 manat pul vermiş, 14 aprel 2019-cu il tarixdə onunla zəngləşib Biləcəridə iş yerinin yanında görüşüb 10.000 manat təklikdə pul vermiş, 22 aprel 2019-cu il tarixdə Rəşad onunla zəngləşib Nəsimidən ona 10.000 manat pul göndərməsini bildirmiş və Nəsimi ilə 8-ci MKR xatırlamadığı ünvanda görüşmüş və ona 10.000 manat pul verməklə ilkin 2 dəfə almış olduğu malın pulunu tam olaraq bağlamış və demək olar ki, ona 2370 manat pul borcu qalmışdır və buna görə ona bildirmişdir ki, ona 4 ədəd bir ədədinin dəyəri 600 manat olan cəmi 2400 manat dəyərində «Casterim» markalı kombilər versin və özü onun Dərnəgüldə olan mağazasına taksi göndərmiş və xatırlamadığı taksi ilə həmin 4 ədəd kombini yola salmış və Təqsirləndirilən şəxs ilkin 2 dəfə götürmüş olduğu 89.530 manatı tam olaraq ona ödəmişdir. O 176.400 manat dəyərində olan malı Rəşadın göndərmiş olduğu 2 ədəd yük avtomobilini Dərnəgül şoşşesi Çinar plazanın həyətində olan mağazadan ona demiş olduğu malları yüklətmiş və Rəşad ona demiş olduğu müddət ərzində həmin malın pulun tam olaraq ödəyəcəyini bildirmişdir. O ona 24 aprel 2019-cu il tarixdə həmin malı demiş olduğu miqdarda Rəşadın göndərmiş olduğu yük avtomobilinə yüklətmişdir. Hətta 2019-cu ilin aprel ayının sonlarında Təqsirləndirilən şəxs onu oğlunun kiçik toy mərasminə «Vestel» şadlıq evinə dəvət etmiş, o arvadı və qardaşları ilə birlikdə həmin toya getmişdir. Artıq inanmazmış ki, Rəşad onu aldatsın çünki o onunla ailəvi münasibət qurmağa çalışmışdır. Rəşad artıq müddət dolandan sonra onun pulunu ödəməmiş və hər dəfə ondan almış olduğu pulu tələb etmişdir. O isə ona bəhanələr etmiş, binadan fəhlə yıxılıb ölüb işlər yubanır, İsfəndiya ona pul vermir, sonra kirvəsinin oğlunun Bərdə rayonunda kanala düşüb ölməsini, avtomobili vurmasını bəhanə etmiş və həmin səs yazıları onda olmuş və istintaqa təqdim etmişdir. Artıq məcubur olub onun barəsində şikayət etmiş və bundan sonra Rəşad ona 2370 manat, sonra 3000 manat Rəsulzadə qəsəbəsində taksi ilə göndərdi, 3000 manat Nəsimi Dərnəgül yolunda metak firmasının qarşısında gətirib vermiş və sonra onun Rəşada olan çoxsaylı zəngindən sonra 8000 manat dəyərində ona məftil mismarı «Qazel» markalı taksi avtomobilini Dərnəgülə göndərmişdir. Sonra artıq o, onun 160.030 manatından bir manat olusun ki, verməmiş və artıq ona məlum oldu ki, Rəşad ondan almış olduğu 1 və 2-ci dəfə olan malların pulun tam olaraq ödəməklə, sonra həmin malın dəyərini ona qaytarıb özünə inam yaratmaqla onun 176.400 manatlıq malını ələ keçirmiş ondan 1 aylıq 14.000 manat pul ödəmişdir. Bu isə bir daha onun dələduzluq əməllərini sübut edir ki, onun əsl niyyəti ona pul qaytarıb inamını qazanmaq olmaqla sonuncu dəfə ondan daha artıq yəni külli miqdarda mal alıb ələ keçirməklə dələduzluq edib pulumu qaytarmamaq olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Zərərçəkmiş şəxs1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, təxminən 2019-cu ilin may yanvar ayından «GEDİK ÇARÇİ» şirkətindən azərbaycan istehsalı olan karobkası 8 manat 60 qəpik olan qaynaq çubuklarının alqı-satqısı ilə məşğul olmuşdur. Belə ki, işlədiyi ofis ünvan 8 ünvanda olmuşdur. Belə ki, 2019-cu ilin iyun ayında Təqsirləndirilən şəxs ona zəng etməklə tikinti sahəsində çalışan şəxs olaraq özünü təqdim edib ondan topdan satış qiymətinə qaynaq çubukları almaqla idarə, müəssisə və təşkilatlara qayanaq çubukları satmaq istədiklərini və özünün yuxarı dairəli şəxslər ilə əlaqəsi olmasına görə həmin idarə və təşkilatlar tərəfindən qeyd edilən işlərin ona həvalə olunmasını və hazırda hətta Lökbatan qəsəbəsində Gəmiqayırma tərsanəsi ilə işləməsini və onların qaynaq çubuklarına olan təminatlarının onun tərəfindən edilməsini bildirmişdir. O isə ona görüşüb üz- bə-üz söhəbət etməsini bildirmiş və ofisinin Bakı şəhəri, Keşlə qəsəbəsi Məktəbli küçəsində olmasını bildirmiş və həmin gün ilk dəfə görmüş olduğu əvvəllər tanımadığı Təqsirləndirilən şəxs kimi özünü təqdim edən şəxs tanımadığım bir nəfər bibisi oğlu kimi təqim etdiyi işçisi olmasını bildirdiyi Nəsimi adlı şəxslə onun ofisinə gəlmiş və Təqsirləndirilən şəxs Nəsimi adlı şəxsin adını ona Elşən olaraq təqdim etmişdir. Bir daha Təqsirləndirilən şəxs özünü tikinti sahəsinin adamı olaraq təqdim edib xeyli müddət olar ki, bu sahədə çalışmasını və gəmi təmiri tərsanalərini, idarə, təşkilatları hazırda qaynaq çubukları ilə təmin edilməsi ilə özünün məşğul olmasını bildirmişdir. O isə qaynaq çubuklarınm bir qutusunun 8 manat 60 qəpik olmasını bildirmiş və o ondann həmin gün təxminən 2019-cu ilin iyun ayının 18-də 13.000 manat dəyərində ilk dəfə qaynaq çubuğu almış və dərhal həmin pulun 10.000 manatını ona ofisdə ödəmiş və yerdə qalan pul isə səhər tezdən ödəyəcəyini bildirmişdir. O imtina etməmiş və 13.000 manat dəyərində qaynaq çubuklarım yük daşıma xidməti apan Elgün adlı tanışının avtomobilinə yüklətmiş və onlar birlikdə ofisi tərk etmişlər və Elgün malı boşaldıb gəldikdən sonra həmin malı Binəqədi qəsəbəsində Daş bazarının yanında olan «Qardaşlar» marketin arxasına boşaltmasını bildirmişdir. Rəşad həmin vaxtı bildirmişdir ki, bəs həmin yer anbar olaraq tərəfindən icarə əsasında götürülmüşdür. Nəsimi isə həmin vaxtı ona hər hansı vəd verməmiş və onunla söhbəti Təqsirləndirilən şəxs aparmışdır. Səhəri günü Rəşad dünən borclu olmuş olduğu 3000 manatı tanımadığı yük taksisi ilə ona göndərmiş və həmçinin bildirmişdir ki, ona əlavə olaraq 15.000 manat dəyərində qaynaq çubukları versin bir həfət müddətində həmin pulu tam olaraq ona ödəyəcəyini bildirmişdir. O isə Təqsirləndirilən şəxs artıq bir dəfə ondan mal alıb sözünə əməl etməsinə görə onun sözlərinə inanıb həmin miqdarda qaynaq çubuklarım ona verməsinə razılıq vermiş və bu dəfərdə qaynaq çubuklarını Təqsirləndirilən şəxs göndərmiş olduğu yük taksisi göndərmişdir. Belə ki, o həmçinin yük avtomobilləri ilə Azərbaycanın bütün bölgələrinə və həmçinin Bakı şəhərinə qaynaq çubuklarmın topdan satışı ilə məşğul olmuş və təxminən 26 iyun 2019-cu il tarixdə Yevlax rayonunda olan zaman Rəşad onun istifadəsində olan mobil nömrəyə zəng edərək Bərdə rayonunda olmasını və qaynaq çubukları sifariş etmiş və həmin sifarişin dəyəri 10500 manat olmuş və ona həmin malı gətirib Bərdədə təhvil verməsini bildirmişdir. O həmin gün Bərdə rayonuna sürücü Elgün ilə birlikdə getmiş və orda onu Təqsirləndirilən şəxs və adını ilkin olaraq Orxan kimi deyib ona təqdim etdiyi və sonradan bibisi oğlu olaraq bildiyi Şahid6 olaraq bildiyi ilk dəfə görmüş olduğu aralarındı hər hansı ədavət düşmənçilik olmayan şəxslə onu Bərdə rayonunun girişində qarşılamışlar. Həmin vaxtı Təqsirləndirilən şəxs bildirmişdir ki, Cavanşir qaynaq çubukları ilə Bərdə rayonu tikinti materialları ilə mağazasını təmin edir və ona görə həmin 10.500 manat dəyərində olan malı ona verməsini bildirmişdir. O isə Təqsirləndirilən şəxs isə həmin şəxsi tanımadığını və ona mal verməsinin mümkün olmayacağını bildirən zaman Cavanşir bildirmişdir ki, ortada Təqsirləndirilən şəxs vardır və həmdə ona sifariş etmiş olduğu 10.500 manat dəyərində olan malın 6.000 manatını dərhal deməsinə görə ona həmin miqdarda malı verməsini və ən geci 3 gün müddətində onun pulunu tam olaraq qaytarmaqla sonradan özünün ondan eyni şərtlərlə qaynaq çubukları alacağını bildirmişdir. O isə Rəşadın ortada olmasını, dərhal ödənişin yarıdan artıq hissəsini ona ödəməsinə görə həmin malı Cavanşirə vermiş və Bakı şəhərinə qayıtmışdır. Həmin 3 gün ərzində Cavanşir Rəşadla onun Keşlədə olan ofisimə gəlmiş və ona əlbəəl Cavanşirə 4500 manat ödəmişdir. Cavanşir həmin ödənişi edən günü yəni 29 iyun 2019cu il tarixdə ondan 13660 manat dəyərində qaynaq çubukları istəmişdir ki, Bərdə rayonunda yenə həmin qaynaq çubuklarım tikinti materialları mağazalarına paylamaqla bir həftə müddətində onun pulunu tam olaraq qaytaracaqdır. Həmin gündə həmin miqdarda olan malı o Cavanişirə Təqsirləndirilən şəxs iştirakı ilə vermişdir. 2019-cu ilin iyul ayının ilk yarısında Təqsirləndirilən şəxs ofisinə gəlmiş və bildirmişdir ki, bəs 24.500 manat dəyərində ona təcili qaynaq çubukları lazımdır və pulun 4500 manatını ona nağd olaraq dərhal ödəyəcəyini və həmin miqdarda qaynaq çubuklarım aparıb təhvil verməklə ilkin ona olan borcu 15.000 manatı və yerdə qalan 20.000 manatı səhər onunla Lökbatanda olan təşkilata malı verib dərhal pulu almaqla saat 09 radələriıidə Lökbatan dairəsində onunla görüşüb pulu ona verəcəyin bildirmişdir. O yenə ona inanıb razılıq vermiş və o yük avtomobilini onun ofisinə göndərmişdir. İlham adlı sürücü gəlmiş, o malı onun avtomobilinə yüklətmişdir. Səhəri günü Təqsirləndirilən şəxs zəng çatmamış və o Cavanşir və Nəsmiyə zəng etmiş və onlar ona Rəşadın Rusyaya getməsini bildirmişlər. O Cavanşirdən pulunu tələb etmiş və o 13600 manatı Təqsirləndirilən şəxs ona çatdırması üçün verdiyini bildirmiş və Rəşad onunla Rusyadan telefon əlaqəsinə çıxmış və həmin 13600 manatın onda olmasını və 1 ay müddətində qayıdıb onun pulunu ödəyəcəyini bildirmişdir. O artıq Təqsirləndirilən şəxs digər qaynaq çubuğu aldığı Zərərçəkmiş şəxs3lə əlaqə saxlamış və o Rəşadın xaricə getməsindən 1 gün əvvəldə ondan 19400 manat dəyərində «Azelektrot» markalı qaynaq çubuğu alıb səhər pulunu tam olaraq qaytaracağı adı ilə aradan çıxmasını bildirmiş və o Şahinlə birlikdə yük avtomobilinin sürücüsü İlhamı tapmış və o bildirmişdir ki, həmin malı Sədərəkdə qaynaq çubukları və digər tikinti materiallarını topdan satışı ilə məşğul olan Mədət adlı şəxsə satmışdır. 1 aydan sonra Rəşad gəlmiş və ona Şahinə hərəsinə 1000 manat olmaqla pul vermiş və həmin vaxtı Cavanşir ona yaxınlıq edib Rəşad yalan danışsa belə həqqətin deyəcəyini və onun düz insan olmasını bildirmiş və həmçinin Rəşad tərəfindən ona çatmalı olan 13660 manat pulu Rəşada versə belə pulun ona çatmadığını bildirmişdi və özünün düz adam olmasını demişdir. Ondan sentyabr ayına ilk öncə 1000 manat daha sonra 2000 manat mal alıb dərhal pulunu ödəmiş və sonra sentyabr ayının sonunda 14282 manat dəyərində ondan qaynaq çubuğu alıb bir həfət müddətində pulunu qaytaracağını bildirsə belə sözünə əməl etməmiş və bəhanələr etməmiş. Anlamışdır ki, Rəşad və Cavanşir əlbir olaraq onu aldadıb onun pulunu ələ keçirmişlər belə ki, Rəşad 35.000 Cavanşir 27642 manat pulunuda Cavanşir dələduzluqla ələ keçirmişdir. Ondan şikayət edəndən sonra Rəşad ona 3000 manat 2000 manat olmaqla Cavanşirin qardaşı Babəkdən pul göndərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə verərək göstərmişdir ki, 10 ildən artıq müddət olar ki, «Efes» şirkətində təmsilçi olaraq işləmiş, təxminən 01 aprel 2019-cu il tarixdən «Palıd 2015» şirkətində azərbaycan istehsalı olan «Azelektrot» markalı 3-lük qutusu 8 manat olan və 2-lik paçkası 6 manat olan qaynaq çubuklarım almaqla alqı-satqısı ilə məşğul olmuşdur. Belə ki, onun işlədiyi ofis ünvan 14 ünvanda olmuşdur. 2019-cu ilin iyul ayında Təqsirləndirilən şəxs ona zəng edərək, özünü tikinti sahəsində çalışan şəxs olaraq təqdim edib ondan topdan satış qiymətinə qaynaq çubukları almaqla idarə, müəssisə və təşkilatlara qaynaq çubukları satmasını və işləri çox olmasına görə demək olar ki, bazara və təşkilatlara qaynaq çubukları satan bir neçə şəxsində adını çəkmişdir ki hansı ki oda həmin şəxsləri tanıyır və özünün yuxarı dairəli şəxslər ilə əlaqəsi olmasına görə həmin idarə və təşkilatlar tərəfindən qeyd edilən işlərin ona həvalə olunmasını və hazırda hətta Lökbatan qəsəbəsində Gəmiqayırma tərsanəsi, metro tikintiləri ilə işləməsini və onların qaynaq çubuklarına olan təminatlarının onun tərəfindən edilməsini bildirdi. O, isə ona görüşüb üzbə-üz söhəbət etməsini bildirmiş və ofisinin Bakı şəhəri, Keşlə qəsəbəsi Məktəbli küçəsində olmasını bildirmiş və o ona «Cıdır Düzü» restoranına görüş təyin etmişdir. 23 iyul 2019-cu il tarixdə işdən sonra axşam saatlarında ilk dəfə görmüş olduğu əvvəllər tanımadığı Təqsirləndirilən şəxs kimi özünü təqdim edən şəxs tanımadığı bir nəfər dostu kimi təqim etdiyi Nəsimi adlı şəxslə restorana gəlmiş və ilkin olaraq həmin şəxsin adını ona Elşən olaraq təqdim etmişdir. Bir daha Təqsirləndirilən şəxs özünü tikinti sahəsinin adamı olaraq təqdim edib xeyli müddət olar ki, bu sahədə çalışmasını və gəmi təmiri tərsanalərini, metro tikinti işlərini, idarə, təşkilatların hazırda qaynaq çubukları ilə təmin edilməsi ilə özünün məşğul olduğunu bildirmişdir. O isə qaynaq çubuklarının bir qutusunun yəni 3-lük çubuk qutusunun 8 manat, 2-lik qaynaq çubuk qutusunun isə 6 manat olmasını bildirmiş və o ondan həmin gün 5 qutu 3- lük azelektrotun cəmi 40 manat dəyərində qanaq çubukların götürmüşdür ki, işlədiyi təşkilat, tərsanə, metro tikintilərinə göstərib səhər ona cavab verəcəkdir. 24 iyul 2019-cu il tarixdə Rəşad ona zəng etmiş və ona ilkin vermiş olduğu 5 qutu 3- lük qaynaq çubuklarından başqa 295 ədəd 3-lük, 240 ədəd 2-li qaynaq çubuk qutus verməsini bildirmişdir ki, ondan nümunə üçün vermiş olduğu qaynaq çubukları ilə birlikdə cəmi 3840 manat dəyərində qaynaq çubukları istəmişdir ki, işlədiyi idarə təşkilatlara vacib həmin çubukları verməsini bildirmişdir. Həmçinin 3 gün müddətində ondan aldığı malın dəyərini tam olaraq bağlayacağını demişdir. Ona inandığına görə etiraz etməmiş və qeyd edilən dəyərdə qaynaq çubuklarını işlədiyi Keşlə qəsəbəsi, Məktəbli küçəsi 4 saylı ünvanda olan ofisində onun göndərmiş olduğu yük daşıma xidməti göstərən dövlət qediyyat nişanını bilmədiyi avtomobilə yüklətmişdir. Həmin malın o hansı ünvana aparılmasını bilməmiş lakin Təqsirləndirilən şəxsla danışan zaman o ona malı tam olaraq qəbul etməsini bildirmişdir. Səhəri günü Rəşad malı verməsini və pulu gözlməsini bildirmiş və 26 iyul 2019-cu il tarixdə Rəşad onunla zəngləşib yük taksisi göndərməsini və yenə hansısa işlədiyi zavoda təcli olaraq 1800 qutu 3-lük, 240 qutu isə 2-lik yəni 15.840 manat dəyərində qanaq çubukları lazım olmasını bildirmişdir ki, ilkin verilmiş malın yeri ilə həmin zavod müdriyyəti eyni adamlardır və təcili onlara həmin sayda malı verməlidir ki, ilkin verilmiş malın pulu ilə birlikdə indi aparacağı malın pulunu axaşam alıb ona hər ikisini birlikdə cəm halında təhvil versin. O isə artıq ilk dəfə ona nisyə mal verməsinə, onun demiş olduğu şəxslərlə işləməsinə, özünü iş görən adam kimi təqdim edib idarə təşkilatlarla işlməsinə, yuxarı dairəli şəxslərlə yaxın əlaqəsi olmasına və axşam onun pulunu tam olaraq gətirəcəyinə inanaraq 15.840 manat dəyərində qaynaq çubuklarının onu göndərmiş olduğu yük taksisinə yüklətmişdir. O sonra malı almasını zəng edib təsdiq etmiş və o yenə onun almış olduğu cəmi 19860 manat dəyərində malın dəyərini ödəyəcəyinə dair sözünə inanıb həmin malı vermişdir. 27 iyul 2019-cu il tarixdən Təqsirləndirilən şəxs zəng çatmamış və Rəşadın Rusyaya getməsini bilmişdir. X22 gəlmiş və o Elnura onun barəsində şikayət etmələrinə görə hərəsinə 1000 manat pul vermişdir. Hətta sonra onları aldadıb ələ keçirmiş olduğu qaynaq çubuklarının əvəzinə sonradan onlara məlum olan özünə hər hansı aidiyyəti olmayan torpaq sahəsini göstərmişdir. Daha sonra həmin torpaq sahəsinində problemi torpaq sahəsi olması onlara məlum olmuşdur. Rəşadın həmçinin eyni üsulla Zərərçəkmiş şəxs2, Asəf adlı şəxsi və tanımadığı digər şəxsləridə aldatmasını bildirmişdir. Sonradan ona bəhanlər etmiş və o, şikayət edəndən sonra Rəşad ona cəmi 1000 manat Elnur vasitəsi ilə pul qaytarmışdır. Məhkəmə ixlasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, 10 ildən artıq müddət olar ki, «Askaynak» şirkətində təmsilçi olaraq işləyir. «Askaynak» şirkəti karobkası 14 manat’40 qəpik olan 4-lük qaynaq çubukları, karobkası 9 manat 40 qəpik olan 3-lük qaynaq çubukları, karobkası 6 manat 50 qəpik olan 2-lik qaynaq çubuklarının alqı-satqısı ilə məşğul olmuşdur. Onun işlədiyi satış mağazası Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti Dərnəgül prospektində 8 №-li mağazadır. Bundan başqa mağazanın Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospekti Nar Mobil MMC-nin binası ilə üzbəüz anbarı vardır. O işlədiyi mağazada qeyd olunan qaynaq çubukları, fəhləarabası satışı ilə məşğul olur. Belə ki, 2019-cu ilin yanvar ayında onun işlədiyi Dərnəgül qəsəbəsi, Z.Büynadov prospektində olan 258 №-li tam orta məktəbdə 1991-1998-ci il tarixlərində 8-ci sinfə kimi eyni sinifdə təhsil almış Təqsirləndirilən şəxs onun mağazasına gəlmiş, onu dərhal tanımış onunla hal əhval tutmuş və həmçinin bildirmişdir ki, bəs məktəblə yanaşı onunla qoşuluqda yaşamış olduğu İnqlab küçəsində olan evlərindən məktəbdən çıxan vaxtdan köçmüş və hazırda 1001 xırdavat məhsullarının Bakı ətrafı kənədlər və bölgələrə özünə məxsus olan avtomobillərlə satışını təşkil etməsini və həmçinin özünü tikinti sahəsində çalışan şəxs olaraq təqdim edib ondan topdan satış qiymətinə qaynaq çubukları almaqla idarə, müəssisə və təşkilatlara qayanaq çubukları satmaq istədiyini və özünün yuxarı dairəli şəxslərlə əlaqəsi olmasına görə həmin idarə və təşkilatlar tərəfindən qeyd edilən işlərin ona həvalə olunmasını və hazırda hətta Lökbatan qəsəbəsində Gəmiqayırma tərsanəsi ilə işləməsini və onların qaynaq çubuklarına olan təminatlarının onun tərəfindən təmin edilməsini bildirmişdir. 22 yanvar 2019-cu il tarixdə yəni həmin ilk gəliş günü Təqsirləndirilən şəxs ondan 7804 manat 80 qəpik dəyərində qaynaq çubkları ona verməsini bildirmiş və dərhal həmin pulun 4000 manatını ona ödəmiş və yerdə qalan pulu isə səhər tezdən ödəyəcəyini bildirmiş və ona onların sinif yoldaşı olmasını bildirməklə uşaqlıq dövrlərini xatırladıb bir-birlərinin ailələrini tandıqlarını və əmilərinin yenədə boya alveri ilə məşğul olmasını bildirməklə ona həmin malın aparılmasına şərait yaratmasını və yerdə qalan pulu mütləq səhəri günü gətib ona vercəyini bildirmişdir. O ona uşaqlıq illəri xatırlatmasına görə o imtina edə bilməmiş və onun sözlərinə inanaraq istəmiş olduğu dəyərdə olan mah ona verəcəyimi bildirmiş və həmin miqdarda malı götürmək üçün mağazanın Heydər Əliyev prospektində anbarına getməsini bildirmişdir. O anbarda işləyən Faiqə zəng etmiş və bildirmişdir ki, Rəşad adlı tanışı ona vermiş olduğum qaimə miqdarında qaynaq çubuklarını gəlib anbardan götürəcəkdir. Rəşad ona həmin malı daşımaq üçün özünün yük avtomobili olmasını bildirmişdir. Səhəri günü Təqsirləndirilən şəxs bir gün Öncə götürmüş olduğu malın qalıq qalan 3804 manatı əvəzinə ona 4000 manat pul ödəmişdir. 31 yanvar 2019-cu il tarixdə Rəşad yenə ona zəng edərək 6252 manat dəyərində qaynaq çubukları verməsini bildirmiş, ona 192 manat ilkin ödənişdən pulu qalmasına görə ondan imtina edə bilməmiş və o bildirmişdir ki, həmin dəyərdə qaynaq çubuklarını ona versin, 7 gün müddətində almış olduğu malın pulunu qaytaracağına dair ona vəd vermiş və o imtina etməmişdir. Rəşad ona sürücüsünün idarə etdiyi yük avtomobilini anbara göndərməklə həmin malı ordan götürəcəyini bildirmişdir. Həmin gündə qeyd edilən malı götürmüş və 31 yanvar 2019-cu il tarixdə Rəşad yenə ona təkrar zəng edib 564 manatlıq qaynaq çubukları istəmiş və o yenə imtina etməmiş və yeni ilə həmin miqdarda malı anbardan götürməsini bildirmişdir. 02 fevral 2019-cu ildə 564 manatlıq və onun cəmi verəcəyi 7380 manat olmuş və 192 manat daxil olmaqla Rəşad ona 5000 manat pul vermiş və onun almış olduğu maldan 2188 manat ödəməsi qalmışdır. 12 fevral 2019-cu il tarixdə isə yenə eyni ilə Təqsirləndirilən şəxs ona zəng edərək Gəmi Qayınma zavodu və rayonlara mal paylanması ilə əlaqədar olaraq 34300 manat dəyərində qaynaq çubukları verməli olduğunu bildirmiş və ona həmin vaxt 15.000 manat ödəniş edəcəyini bildirmiş və ona yenə etiraz etməmiş və həmin miqdarda malı yenə anbardan götürmüş və onun ona 17188 manat ödəməsi qalmışdır. Bunudan sonra yenə 12 fevral 2019-cu il tarixdə 3420 manat dəyərində araba və 3600 manat dəyərində qaynaq çubukları olmaqla cəmi 7.020 manat dəyərində mal götürmüş və hər hansı ödəniş etməmiş, 22 fevral 2019-cu il tarixdə 837 manat dəyərində qaynaq çubuklarını anbardan götürmüş və onun ona 29345 manat ödənişi qalmış və onun 25.000 manatını ona mağazada gəlib özünə ödəmişdir. Onun 4345 manat ona ödənişi qalmışdır. 23 fevral 2019-cu il tarixdə 39.780 manat dəyərində qaynaq çubukları götürmüş və onun ona 44.125 manat ödənişi qalmışdır. 27 fevral 2019-cu il tarixdə ona 1200 manat pul ödəmişdir. Onun ona 42.913 manat ödənişi qalmışdır. 08 mart 2019-cu il tarixdə Rəşad özü mağazaya gəlib təklikdə ona 34.000 manat ödəniş etmiş və onun 8913 manat ödənişi qalmışdır. 11 mart 2019-cu il tarixdə 33.082 manat dəyərində qanaq çubuklarını anbardan götürmüş və onun 41995 manat ödənişi yaranmışdır. Həmçinin artıq ondan yenə qanyaq çubkları istəmiş və ona bildirmişdir ki, bəs onun 41.995 manat ödənişi vardır və həmin ödənişi etməsini bildirmişdir ki, gəmiqayırma zavoduna qanaq çubkları verməlidir ki, orda təmir işləri başa çatan kimi zavod müdriyyəti pulu veriləcək və bu yolla onun pulunu qaytaracaqdır. O isə artıq onun həmin ərəfədə ona 41.995 manat ödənişi olmasına görə həmin pulu qaytarması üçün və onun Gəmiqayırma zavodunun təmir işlərini başa çatdırıb qısa müddət ərzində onun götürəcəyi mallarla birlikdə pulu tam olaraq qaytarmasına dair sözlərinə inandırmış və hətta ona votsap mesenger xidməti vasitəsi ilə həmin zavodun satış müdiri ilə birlikdə olan masa ətrafındakı şəkilləri atıb onunla söhbətlər aparmasını bildirməklə onu inandırmağa çalışmış və hətta hər dəfə ondan öncə almış olduğu qaynaq çubuklarının dəyərini ona tam olaraq ödəyəcəyini, sinif yoldaşı olmalarını ona xatırlatmış verilmiş pulun alınması üçün yenədə mal verməsinin vacib olmasını bildirməklə 11 may 2019-cu il tarixdə 6938 manat, 20 may 2019-cu il tarixdə 6938 manat və 01 iyun 2019-cu il tarixdə eyni qaydada anbardan ona 6938 manat dəyərində mal verməsini təmin etmiş və cəmi 62.810 manat dəyərində qaynaq çubuklarının ona verilməsini təmin etmişdir. Sonra artıq Rəşad onunla görüşdən yayınmış, telefonlara cavab verməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadə verərək göstərmişdir ki, 2000-ci il tarixdən Nərimanov rayonu Z.Bünyadov prospekti Dərnəgül bazarı adlanan yerdə tikinti materiallarının satışı ilə məşğul olmağa başlamış və işlədiyi mağaza Dərnəgüldə indiki Əhməd Rəcəbli küçəsi 19/68 saylı ünvanda olan «Azpetrol» Yanacaqdoldurma məntəqəsinin yaxınlığında olmuşdur. Həmin mağazada tikinti materiallarının satışı ilə məşğul olmuşdur. Həmin materiallar tikinti sahəsində lazımi olan boya məhsulları, sement məhsulları, elektrik çubukları, köpüklər, selikonlar, pub yapışdırıcların satışı ilə məşğul olmuşdur. Belə ki, 2019-cu il tarixdə işlədiyi mağazaya əvvəllər tanımadığı Təqsirləndirilən şəxs, qohumu kimi ona təqdim etmiş olduğu X17 ilə birlikdə gələrək bildirmişdir ki, o uzun müddət olar ki, Dərnəgül bazarında əmisi Rövşən və Namiqə məxsus olan mağazalarda satıcı olaraq işləmişdir. Təqsirləndirilən şəxs isə ona özünün prarav olaraq fəaliyyət göstərməsini, özü tərəfindən məktəb və bağçaların təmir və izolyasiya işləri ilə məşğul olmasını özünü biriqadaları vasitəsi ilə həmin təmir, izolyasiya işləri görməsini bildirmişdir. Rəşadın həmin vaxtı geyimi və.s xarici görkəmi yaxşı təsürat bağışlamış, həmçinin özünün yük avtomobilləri olmasını, həmin avtomobillərlə daşıma xidməti aparmasını bildirmiş və görüş zamanı onun yanında bibisi oğlu kimi təqdim etmiş olduğu Nəsimi adlı şəxsdə olmuşdur. Nəsimi belə ki, Rəşad Məmmədəovun yanında olmuş olsa belə hər hansı söhbətə müxadilə etməmiş, onunla bütün söhbətləri Təqsirləndirilən şəxs aparmışdır. Rəşad ona bildirmişdir ki, yuxarı dairəli şəxslərlə yaxın əlaqləri vardır ona görə tenderdə olan məktəb və bağçaların təmir tikinti işlərinin ona verilməsini və birlikdə işləməklə ondan tikinti materialları götürməklə işləmək istədiyini bildirmişdir. 2019-cu ilin iyul ayının 15 də Təqsirləndirilən şəxs ona zəng edərək ondan 12.000 manat olan tikinti materiallarının dəyərini xəbər almış və həmin miqdarda malı ona verməsini bildirmiş və özünün işləri çox olmasına görə həmin dəyərdə malın arxasınca qohumu Nəsimini göndərməsini, özünün həmin malı aparmaq üçün avtomobil gətirəcəklərini bildirmişdir. Həmçinin o malın verilməsinə bir qədər tərəddüd edən zaman ona həmin alınmış malın dəyərinin yarısını tam olaraq dərhal ödəyəcəyini səhəri günü isə həmin malın yerdə qalan hissəsini tam ödəyəcəyini bildirmişdir. Oda artıq Təqsirləndirilən şəxs ona demiş olduğu şəxsləri tanıdığını və onunda bazar adamı olmasını bildiyinə və bazar işçisi olaraq heç bir zaman daimi işə yeri olan şəxsin onu aldatmasına ehtimal verməyərək onun sözlərinə tam olaraq inanmış, istəmiş olduğu dəyərdə olan mah ona verəcəyimi bildirmişdir. Təqsirləndirilən şəxs ona demiş olduğu 12.000 manatlıq malı ona vermiş və o həmin malı gətirmiş olduğu avtomobilə yüklətdirməklə 6000 manat ona pul vermiş və götürmüş olduğu malın qalıq qalan 6000 manatının bir həftə müddətində Nəsimi ilə göndərəcəyini bildirmişdir. Təxminən bir həftə sonra Təqsirləndirilən şəxs ona zəng etməklə ilkin vermiş olduğum malın yerdə qalan hissəsi olan 6000 manatını Nəsimi vasitəsi ilə göndərmiş və ona əlavə olaraq 17.500 manat dəyərində tikinti materialları sifariş vermişdir. O həmin malları Rəşada vermiş, lakin, Təqsirləndirilən şəxs həmin malların pulunu verməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadə verərək göstərmişdir ki, 2009-cu il tarixdən Nərimanov rayonu Z.Bünyadov prospektində olan Dərnəgül bazarı adlanan yerdə tikinti materiallarının satışı ilə məşğul olmağa başlamışlar. Onun işlədiyi mağaza Dərnəgüldə, Bakı şəhəri yeraltı ticarət mərkəzi adlanan Poladəritmə Zavodunun yaxınlığmdadır. Həmin mağazada tikinti materiallarının satışı ilə məşğul olmuşdur. Həmin materiallar tikinti sahəsində lazım olan min bir xırdavat olmaqla, araba, tol, mismar, məftil, steklovat, penaplas, bitum, köpük, elektrot, daş yunu, selikon, əlcək, lopatka, lapatka sapı, laqonda daşı, vanna, vedrə, şlank, satışı ilə məşğul olmuşdur. Belə ki, təxminən 2019-cu ilin mart ayının 15-də işlədiyi mağazaya əvvəllər tanımadığı Təqsirləndirilən şəxs gələrək bildirmişdir ki, o uzun müddət olar ki, Dərnəgül bazarında əmisi Rövşən və Namiqə məxsus olan mağazalarda satıcı olaraq işləmişdir. Təqsirləndirilən şəxs isə ona özünün prarav olaraq fəaliyyət göstərməsini və öz tərəfindən müxtəlif şirkətlərə və Respublikanın rayonlarına tikinti materialları verməsini və hətta onun Masallıda olmasını bilib onun həmkəndlisi olan Bədəlan kəndində olan həmyerlisi tikinti mallarının satışı ilə məşğul olan Soltan Hüseynova mal verməsini və onunla yaxın münasibəti olmasını bildirmişdir. O isə dərhal onun yanında Soltan Hüseynova zəng edərək Təqsirləndirilən şəxs tanıyıb tanımadığını xəbər almışdır. Soltan Hüseynov ona həmin şəxsdən mal almasını və həmin şəxsin avtomobillə onların kəndinə gəlməklə orda olan mağazasına mal verməsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs həmçinin özünün bir neçə avtomobili olmasını və həmin avtomobillərlə Bakı şəhərində topdan mal almaqla həmin malların həmçinin rayonlarda olan tikinti materialları mağazalarına paylamasını təsdiq etmiş və oda həmkəndlisindən Rəşadın həqiqətən bu işlə məşğul olmasını maraqlandıqdan sonra o bunu təsdiq etmiş və o Təqsirləndirilən şəxs inanmış və həmçinin ona özünün daimi müştərisi olmasım bildirmişidir. Rəşadın Məmmədovun həmin vaxtı geyimi və.s xarici görkəmi yaxşı təssürat bağışlamış və həmçinin özünün yük avtomobilləri olmasını bildirmişdir. Rəşad ona birlikdə işləməyi və ondan tikinti materialları götürməklə işləməyi bildirmiş, onun əmilərini tanıdığını bildirmişdir. Uzun müddət olar ki, onun əmilərini və bazar adamlarını tanıdığına görə Təqsirləndirilən şəxs hər hansı etirazının olmadığını bildirmişdir. 2019-cu ilin mart ayının 15-də Təqsirləndirilən şəxs onunla mağazada söhbət etdikdən sonra ondan 4000 manatlıq, mismar, beton mıxı, yanmış məftil, qaynaq çubuqları götürmüş və bildirmişdir ki, bəs həmin malın dəyərini dərhal ona ödəyəcəkdir ola bilsin ki, götürmüş olduğu malın miqdarından aslı olaraq ona hər hansı qalığı qalmış olduğu təqdirdə biri neçə saat ərzində həmin gün onun pulunu tam olaraq ödəyəcəkdir. O həmin miqdarda mah onun bazardan sifariş etmiş olduğu avtomobilə yüklətmiş və malın dəyəri təxminən 4.000 manat olmuşdur və həmin malın dəyərinin 3000 manatını Təqsirləndirilən şəxs mağazada olan işçisi Şaiq Ağayevin və yük taksisi olaraq sifariş olmuş avtomobili tanımadığı sürücüsünün gözləri önündə ona ödəmişdir. Həmin miqdarda malı o mağazadan yüklənməsini və Təqsirləndirilən şəxs tərəfindən həmin gün aparılıması təmin etmişdir və işləri çox olmasına görə ona zəng edərək pulu ona yol taksisi ilə göndərmiş və o həmin taksi avtomobilinin markası və dövlət qeydiyyat nişanını xatırlamamış və ona bilmişdir ki, o pulun yerdə qalan qalıq 1000 manatını alan kimi Təqsirləndirilən şəxs zəng edərək pulun ona çatmasını təsdiq etmişdir. Həmin günün səhəri Rəşad yenə mağazaya gəlmiş və ona 5000 manatlıq mal sifariş etmiş və oda həmin miqdarda mah onun gətirmiş olduğu yük taksi avtomobilinə yüklətməklə göndərilməsini təmin etmişdir. Rəşad ona bildirmişdir ki, bəs malın dəyərini səhər günü tezdən ödənməsini təmin edəcəkdir. Səhəri günü Rəşad həmin 5000 manatlıq malın pulunun ödənməsi təmin etmişdir. O Rəşadın demiş olduğu şəxsləri tanıdığına və onunda bazar adamı olmasını bildiyinə və bazar işçisi olaraq heç bir zaman daimi işə yeri olan şəxsin onu aldatmasına ehtimal verməyərək onun sözlərinə tam olaraq inanmışdır. Belə ki, 17 mart 2019-cu il tarixdə Rəşad onunla telefonla əlaqə saxlayaraq 20700 manat dəyərində malını almış və həmin pulu ödəməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadə verərək göstərmişdir ki, 2000-cı il tarixdən Nərimanov rayonu Z.Bünyadov prospektində olan 20/61-də yerləşən Dərnəgül Sənaye Tikinti Açıq Səhimdar cəmiyyətinin ərazsində tikinti materiallarının satışı ilə məşğul olmağa başlamışdır. Həmin tikinti materialları aqlay daşlardan ibarət olmuşdur ki, həmin daşların hazırlanması üçün xam malı Qaradağ rayonu ərazisindən gətirir və həmin zavodun həyətində daşların hazırlanması ilə məşğul olur və satışını həyata keçirirlər. Belə ki, 2020-ci ilin mart ayında işlədiyi mağazaya əvvəllər tanımadığı Təqsirləndirilən şəxs gəlmişdir. Təqsirləndirilən şəxs 2004-cü il tarixdən Dərnəgül bazarında qonşu sexlərdən birində boya və tətbiqi zamanı istifadə olunan əşyaların satışı ilə yanaşı bir çox tikinti materiallarının satışı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs Rafiq adlı anbar müdirinin yanında işləmiş və təxminən 2010-cu il tarixə kimi onlar qonşu sexdə işləmişlər və həmin vaxtdan sonra o Təqsirləndirilən şəxs görməmişdir. Təqsirləndirilən şəxs isə ona özünü prarav olaraq fəaliyyət göstərməsini, tərəfindən müxtəlif ünvanlarda tikintilər götürməsi və həmin tikintilərin təmir və izolyasiya işləri ilə məşğul olmasını özünün biriqadaları vasitəsi ilə həmin təmir, üzləmə və izolyasiya işlərini görməsini bildirmişdir. Rəşadın həmin vaxtı geyimi və.s xarici görkəmi yaxşı təssürat bağışlamış və həmçinin özünün yük avtomobilləri olmasını və həmin avtomobillərlə daşıma xidməti aparmasını bildirmişdir. Görüş zamanı Təqsirləndirilən şəxs yuxarı dairəli şəxslərlə yaxın əlaqləri vardır ona görə tenderdə olan məktəb və bağçaların təmir tikinti işlərinin ona verilməsini və ona birlikdə işləməyi və ondan aqlay daş götürməklə tərəfindən tikilmiş binaların üzlənməsi ilədə məşğul olmaq istədiyini və əlində olan bütün işlərin materiallarnı məndən götürəcəyini bildirmişdi ki, bəs ona 14.000 manat civarında hissə- hissə mal verməsini bildirmişdir ki, 1 ay 15 gün müddətinə həmin malın dəyəri üzərində 6.000 manat artıq pulla ona verəcəyini bildirmişdir ki, növbəti tikintinin aqlay işləri üçün avansı olsun və əlində təxminən 150.000 manat dəyərində aqlay işləri olmasını və həmin işləri görülməsi zamanı bütün materiallı ondan alacağını bildirmişdir. 2020-ci ilin müxtəlif aylaoında ümumilikdə Təqsirləndirilən şəxs ondan cəmi 13990 manat dəyərində aqlay daşlarını almış və pulunu mənimsəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadə verərək göstərmişdir ki, "xxxx" klinik MMC-də direktoru müavini olaraq işləyir. Həmin klinika ünvan 15 ünvanda yeni tikili binanın 2-ci mərtəbəsində olan qeyri yaşayşı sahəsində yerləşir. Həmin klinikanın sahəsi 900 kv metr olmuş və həmin klinikanın direktoru Yeganə Cəfərovadır. Belə ki, klinik fəaliyyət sahəsi ilə məşğul olmaqla İqtisadiyyat Nazirliyində müvafiq lisenziya alınmışdır. Təxminən 2015-ci il tarixdə Novxanı qəsəbəsində olan həyət evinin damını izolyasiya etmək lazımı olmuş və tanış şəxslər vasitəsi ilə «Coster» firmasının Bakı şəhərində olan ofisinə müraciət etmiş və həmin ofisin direktoru olan sonradan tanıdığı Şahid3 yanına getmiş və həmin şəxsi ilk dəfə Dərnəgüldə olan ofisində görüşmüşdür və həmin şəxslə onun hər hansı ədavət düşmənçiliyi olmamışdır. O ofisdə olan zaman evin ölçülərini demişdir ki, orda ona alınmalı olan materialın miqdarını və siyahısını çıxarmışlar. O həmin materialları almaqla tanış ustaların vasitəsi ilə evinin damının izolyasiya etdirmişdir. 2016-cı il tarixdə artıq evin damını izolyasiya yağış sularını evə buraxmış və o yenidən ofisə getmiş və mövcud şəraiti onlara bildirmişdir. Həmin vaxtı o 2016-cı il tarixdə ofisdə ilk dəfə Təqsirləndirilən şəxs görmüşdür. O bildirmişdir ki, bəs Şahid3 qardaşı oğlu olmaqla həmin şirkətin podratçısı olmasını bildirmişdir. Rəşad bildirmişdir ki, bəs ustaları tərəfimdən damın izolyasiya işləri düzgün aparılmamış, özünün ustaları ilə materialını almış olduğum təqdirdə həmin işi görəcəyini bildirmişdir. O Rəşad tərəfindən ona deyilmiş siyahı üzrə materialları almış və Rəşad özünə aid olan usta fəhlə ilə onun evinə gəlmiş və orda dam işlərini görmüş və ondan hər hansı əmək haqqı almamış və həmin şərkəti ilə onun düz insan olaraq imic yaratmaqla etibarını qazanmışdır. Rəşad ona bildirmişdir ki bəs o izolyasiya işləri lə uzun müddət olar ki, məşğul olur və nə zaman ehtiyac olarsa ona müracət etsin. Belə ki onun evində Rəşad işlədiyi zaman münasibəti yaranmış və hətta söhbət zamanı o Təqsirləndirilən şəxs bildirmişdir ki, onun ünvan 15 ünvanda yeni tikili binanın 2-ci mərtəbəsində olan qeyri yaşayşı sahəsində təmir işlər aparmaqla klinika olaraq istifadəyə veriləcəyini bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxs onun Novxanı qəsəbəsində olan evinin damını təmir etdikdən sonra ona qranti olaraq "xxxx" MMC baş direktoru Şahid4 imzası ilə möhürü ilə Abşeron rayonu, Novxanı qəsəbəsi, Çinarlı küçəsində yerləşən Zərərçəkmiş şəxs7 məxsus evin damında görülən izolyasiya işlərinə firmaları tərəfindən 10 il müddətinə qaranti sənədi verilmişdir ki, həmin sənədin hər hansı arxivi olmamış və həmin sənəd ilkin araşdırma zamanı təhqiqata təqdim olunmuşdur. Artıq Təqsirləndirilən şəxs ünvan 15 ünvanda yeni tikili binanın 2-ci mərtəbəsində olan qeyri yaşayış sahəsi ilə tanış olduqdan sonra həmin ünvanın eboksitinin vurulması üçün onunla 57.000 manata dair razılıq əldə etmişdir. O isə Təqsirləndirilən şəxs məbləğin yüksək olmasına görə təmir xərcinin bir hissəsini verə bilməyəcəyini bildirmişdir ki, o onunla hansı hissədə nə vaxt pulun qalan hissəsini verəcəyi ilə bağlı danışıqlar aparmış və o həmin məbləğin maksimum olaraq 77%-ni verə biləcəyimi bildirmişdir. Həmin məbləğ isə 44.000 manat etmişdir ki, yerdə qalan məbləği o hissəhissə təmir müddətində verməli idi. Belə ki, Təqsirləndirilən şəxsla aralarında müqavilə bağlamaq yolu ilə verilməli olan məbləğ və onun tərəfimdən ödəmiş məbləğə dair müqavilə tərtib olunacağını bildirdi və "xxxx" MMC-dən «Mən yəni Təqsirləndirilən şəxs həmin MMC-in hidroizolyasiya işləri üzrə menecer Təqsirləndirilən şəxs ünvan 16 ünvanında yerləşən Zərərçəkmiş şəxs7 məxsus qeyri-yaşayış binasında görüləcək izolyasiya divar və həmçinin eboksid işlərinə görür və müqavilənin ümumi dəyəri 57.000 manat 77%-i yəni 44.000 manat məbləğində pul vəsaitini götürəcəyini təsdiq etmişdir. Həmçinin həmin məbləği yəni 44.000 manatı müqavilə tərtib olunan günü təxminən 2017ci ilin sentyabr ayının 3-cü 10 günlüyündə ondan qeyri yaşayış sahəsində təmir işləri zamanı briqadiri olan X10 iştirakı ilə almışdır. Həmçinin bildirmişdir ki, bəs həmin pul materialın pulu olmaqla malın Türkiyə Cümhuriyyətindən gətirilməli olmasını bildirmişdir ki, bəs həmin məbləğə eboksitin alt bərkitmə işləri aparılacaqdır. Ona görə o həmin məbləği ona vermişdir. Belə ki, yenə onunla telefonla danışmış Rəşad İşlərin qaydasında olmasım və alınmış malın karqo vasitəsi ilə göndərilməsini bildirmişdir. Nəhayət 2017-ci ilin oktyabr ayının 2-ci 10- günlüyündə Təqsirləndirilən şəxs ona zəng etmiş və bildirmişdir ki, sifariş olan tikinti materialı artıq Azərbaycana gəlmişdir lakin malın gömrük rəsmiləşməsini aparmaqla ölkəyə buraxılması üçün 28.000 manat pul lazım olmasını bildirmişdir ki, mal ölkəyə daxil olsun və həmdə onun işləri yubanmasını təmir işləri başlansın. O Təqsirləndirilən şəxs ona olan zəngindən sonra təxminən 2017-ci ilin oktyabr ayının ortalarında ünvan 15 ünvanda yeni tikili binanın 2-ci mərtəbəsind olan qeyri yaşayış sahəsində Təqsirləndirilən şəxsla görüşmüş və həmin vaxtı təmir işləri zamanı onun briqadiri olan X10 iştirakı ilə 28.000 manatı Təqsirləndirilən şəxs vermiş və o həmin pulu götürüb gömrüyə getməklə malı çıxarıb gələcəyini bildirmişdir. Sonra onun istifadəsində olan mobil nömrələrə mütəmadi olaraq zənglər etmiş lakin Təqsirləndirilən şəxs telefonlara cavab verməmiş və onun işlədiyi ofisə getmişdir. Təqsirləndirilən şəxs əmisi kimi ona təqdim olunmuş Şahid3la görüşmüş və Təqsirləndirilən şəxs ondan 44.000 manat və 28.000 manat olmaqla ünvan 15 ünvanda yeni tikili binanın 2-ci mərtəbəsində olan qeyri yaşayış sahəsində tikinti işləri görməli olmasını bildirmişdir. Şahid3 isə ona ilk öncə həmin işi görəcəklərini bildirmiş lakin Rəşad tərəfindən ondan 72.000 manat pul alınmasını bildikdən sonra həmin işi görməkdən imtina etmiş və bildirmişdir ki, onun Təqsirləndirilən şəxs adlı qardaşı oğlunu qohumluqdan silmişdir onun belə qohumu yoxdur. Rəşad isə yenə telefonlara cavab verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Zərərçəkmiş şəxs7 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, "xxxx" MMC-də qeyri rəsmi olaraq 2010-cu il tarixdən 2013-cü il tarixdən isə həmin MMCin baş direktoru təyin olunmuş və 2017-ci ilinin sentyabr ayının əwələrində həmin şirkətə könüllü ərizəsi ilə işdən çıxmış və işdən çıxan zaman isə möhür, kassa açarı, rəsmi sənədlərə, bank qəbzləri və s. digər sənədləri təhvil-təslim aktı ilə Şahid3 təhvil vermişdir. Ərizəsini yazan zamandan artıq işdən çıxmış və ona görə onun nə zaman işdən xaric olunması barədə əmrinin verilməsindən xəbəri olmamışdır. "xxxx" MMC-in təsissçisi "xxxx" MMC olmuş və onunda təsissçisi Şahid3 olmuşdur. Onun baş direktoru olduğu "xxxx" MMC-in hüquqi ünvanı Bakı şəhəri Binəqədi Balaxanı şossesi, faktiki ünvanı isə Dərnəgüldə olmuşdur. Baş direktor olaraq işlədiyi müddət ərzində möhür daimi olaraq onda olmuş və hətta o Gəncə şəhərinə atası evinə gedən zaman belə həmin möhürü avtomobilində aparmışdır. Təqsirləndirilən şəxs vətəndaşa vermiş olduğu qəbz faktiki olaraq tarixsiz olmuş, qəbzin tərtibatı baxımından hüquqi səhflər olmuş, orda belə Təqsirləndirilən şəxs həmin məbləği almasını deyil alacağını göstərmişdir. Belə ki, 2017-ci ilin sentyabr ayında demək olar ki, MMC-in baş direktoru vəzifəsindən azad olunması barədə ərizə yazıb həmin vaxtdan işə çıxmamış və bir neçə gündən sonra baş direktor olaraq ona təhvil verilmiş möhür, digər kassa və hüquqi sənədləri təhvil təslim aktı ilə MMC-in rəhbəri olan Şahid3 təhvil vermişdir. Belə ki, yəqin ki, Rəşadın həmin möhürü ələ keçirməsi onun təhvil verməsindən sonrakı yəni 2017-ci ilin sentyabr ayının əvvəlləri istisna olmaqla ondan sonra ələ keçirmişdir ki, qeyd edilən əmələ əl atmışdır və onun yerinə həmin sənədi imza etmişdir. Onun həmin sənəddən xəbəri olmamış, 4 il müddətində həmin MMC- də işləmiş və bir dəfə olsun ki, hər hansı şəxsə möhür verməmiş, tərtib etmiş olduğu, möhürlədiyi hər hansı sənəd tarixsiz olmamış, mətnində hüquqi formda qeyd edilən səhflər olmamışdır. İşdən xaric olması barədə olan zəruri sənədləri ifadəsinə əlavə olaraq təqdim etmişdir. İşdən çıxma səbəbi isə artıq MMC-in bir neçə kredit təşkilatları və banklardan külli miqdarda krditlər götürməsi olmuşdur ki, o baş direktor olaraq həmin sənədləri imza etməsi olmuşdur ki, sonradan özüdə həmin halda pulun təyinatı üzrə istifadə olunub olunmayacağından ehtiyyat edərək könüllü ərizəsi ilə işdən çıxmışdır. Təqsirləndirilən şəxs həmin sənədi necə tərtib etdirməsindən bilməmiş və o deyə bilməz ki, onun həmin sənəddən xəbəri olmamışdır. Bildiyinə görə o tarixsiz qəbzi zərərçəkmiş şəxsə 2017-ci ilin sentyabr ayının sonları oktyabr ayında vermişdir ki, həmin vaxtı o artıq həmin MMC-in baş direktoru olmamışdır. Təqsirləndirilən şəxs özü etiraf etmişdir ki, həmin sənəd onun tərəfindən tərtib olunmuşdur. Ekspertiza rəyi ilə razı olmamış, nə səbəbə belə bir rəy verməsini bilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmədə ifadəsi elan olunmuş Şahid2 ifadə verərək göstərmişdir ki, 2018-ci il tarixdə "xxxx" MTK-nın direktoru işləmiş və 2019-cu ildə həmin MMC-in fəaliyyətinə xitam verilmişdir. Həmin tarixdən sonra o "xxxx" MMC- də mütəxəssis olaraq işləmiş və həmin MMC televizya, internet yayımı ilə məşğul olmuş, həmin MMC-in hüquqi ünvanı Yasamal rayonu Əsəd Əhmədov küçəsi 24 V saylı ünvanda yerləşmişdir. Təqsirləndirilən şəxs əmisi olan Şahid3 vasitəsi ilə tanımış. Şahid3 ona təxminən 2000-ci il tarixdə "xxxx" İnşaat şirkəti ilə işləməsini bilmiş lakin onun həmin şəxslə tanışlığı olmuş olsa belə həmin şəxslə onun işgüzar münasibətləri olmamışdır. Lakin həmin şəxsin "xxxx" MMC-nin təsissçilərindən olan atası ilə işgüzar münasibətləri olmaqa MMC tərəfindən tikilmiş tikintilərinə boya, izolyasiya işləri götürməsini bilmişdir. Oda həmçinin atasının yanında olan zaman həmin şəxslə münasibəti yaranmışdır, 2013cü il tarixdə oda "xxxx" MTK-da işləyən zaman Şahid3 onun yanıma qardaşı oğlu kimi təqdim etmiş olduğu Təqsirləndirilən şəxs gətirib bildirmişdir ki, bəs onun işlərinə məhz həmin şəxs tərəfindən köməklik olunacaqdır. Yəni Təqsirləndirilən şəxs onun yerinə tikintiyə gəlməklə sifarişləri qəbul edib tikinti üçün zəruri olan təmir avadanlıqları ilə təmin edəcəyini bildirmişdir. Həmin vaxtdan etibarən Təqsirləndirilən şəxs mütəmadi olaraq tikintiyə gəlmiş, tikinti təmir materiallarını ona qaimə faktura əsasında malları anbardara təhvil vermiş və həmin qaimə fakturanın bir surəti MTK-da digər bir surəti isə Təqsirləndirilən şəxs verilmişdir. Onlar arasında hesablaşma nağd olaraq həyata keçirilmişdir. Təqsirləndirilən şəxsla 2018-ci il tarixə kimi onun direktoru olduğu «Şaiq MTK» ilə işləmiş və aralarından hər hansı narazılıq olmamışdır. 2018-ci il tarixdə əvvəllər tanıdığı Təqsirləndirilən şəxs atası onun işlədiyi tikintiyə gələrək oğlunun dələduz olmasını və oğlu ilə hər hansı işgüzar münasibət qurmamaqla hər hansı maddi vəsaiti ona verməməyi bildirmiş və həmçinin oğlu barəsində Nərimanov Rayon Məhkəməsində cinayət işi olmasını və oğlunun tutulmasını bildirmişdir. Ondan sonra Rəşadla onunla əvvəlki kimi əlaqə saxlamamış və o tikintiyə gələn zaman onunla hər hansı münasibət yaratmamış, ona hər hansı sifariş verməmiş və artıq demək olar ki, 2018-ci il tarixdə artıq Təqsirləndirilən şəxs və onun əmisi atası ilə hər hansı işgüzar münasibət olmamışdır. Belə ki, "xxxx" və «Şaiq MTK» bizlərin şirkəti olmasına görə onlar hər iki şirəkət ilə eyni vaxtda işlər görmüşdürlər. Ounn Təqsirləndirilən şəxsla həmin vaxtdan sonra hər hansı əlaqəsi olmamış və onun atası MTK- larına gəlməklə Təqsirləndirilən şəxs şirkətləri tərəfindən ona hər hansı sifarişlər olmamasını, atasının onun dələduz olmasını bildirdikdən sonra onunla hər hansı ünsiyyət saxlamışdır. Artıq Təqsirləndirilən şəxs atası bildirmişdir ki, bəs onlar əvvəlki maddi vəziyyətdə deyildir və Rəşadın bir neçə şəxsə qarşı dələduzluq etmişdir. 2019-cu ilin may ayında Şahid6 adlı şəxs «ünvan 19 ünvana olana ofisinə gəlmiş, onunla görüşmək istədiyini bildirmiş, ofisdə onu qəbul edən zaman o ona özünü Çindən Azərbaycandan çoxlu sayda kombilər gətirən iş adamı olaraq təqdim etmiş və bildirmişdir ki, xatırlamadığı firmanın 15 tır kombilərinin səhər Azərbaycan Respublikasına çatacağını və həmin mallarının gömrük rəsmiləşməsi aparılması üçün maddi vəziyyətinin yaxşı olmadığını və həmin kombilərinin bir ədədinin onun üçün 480 manat başa gəlməsini və ona təxminən 530 manata təklif etmişdir ki, bəs bir tır malın gömrük rəsmiləşməsi üçün ona pul verməsini bildirmişdir ki, bəs həmin tırı gömrükdən çıxarıb onun tikintisini kombi radiatorla təmin etmək istədiyini bildirmişdir. Belə ki, bir tırı təxminən 80.000 manat civarında olan təxminən 150 ədəd kombini onun tikintisinə təklif etmişdir. O isə ilk öncə həmin malı özünün Çindən gətirdiyini həmin malın ona 480-490 manata başa gəlməsini bildirmişdir. O razılıq verməyən zaman Şahid6 həmin malın nağd pul olaraq deyil 50%-ni pul, 50 %-ni isə dəyərə uyğun olaraq mənzil təklif etmişdir. O onun pul və barter variantını qəbul etməmiş və artıq həmin vaxtı Şahid6 ona həmin malların gömrük bəyannaməsini təqdim etdikdən sonra ona razılıq vermiş və səhəri günü təxminən 2019-cu ilin may ayının ilk 10 günlüyündə Cavanşir Məmmədov həmin malı «ünvan 20ünvanda olan tikintisinə bir tır təxminən 150 ədəd kombi gətirmişdir. Həmin vaxtı tikintinin anbardarı tərəfindən həmin mal faktura əsasında qəbul olunmuşdur. Həmin günü Şahid6 MTK-m Binəqədi rayonu S.S.Axundov küçəsi 200 saylı ünvanda olan ofisinə gələrək bir tır malın 50 % pulu olan təxminən 30.000 və ya 40.000 manat civarında malı kombi və radiatorların pulunu almışdır. Həmin gündən 2-3 gün sonra Cavanşir ofisə gəlib ona mənzilə ehtiyac olmadığım ona görə onun yerdə qalan pulununda nağd olaraq verməsini bildirmişdir. O ilkin ödəniş etmiş olduğum məbləğə uyğun olaraq qalan məbləğidə tam olaraq Şahid6 ofisdə ödəmişdir. Təxminən bir həftədən sonra Şahid6 yenə onun ofisinə gəlmiş və bildirmişdir ki, bəs bir tır mah yenə eyni dəyərdə eyni sayda mah gəlib Bakı şəhərinə çatmış və həmin malı eyni qiymətə ona təklif etmiş və gömrük rəsmiləşməsi üçün ona pul lazım olmasını bildirmişdir. O həmin təxminən 80.000 manat dəyərində olan malın pulunun nağd olaraq ödənməsi yolu ilə həmin malı qəbul edəcəyini bildirmiş və 2019-cu ilin may ayının dəqiq xatırlamadığı gününda ayın ilk yarasını həmin malı MTK-nın Yasamalda olan tikintisinə qaimə faktura əsasında təhvil vermiş və həmin gündə ofisə gəlməklə ondan təxminən 80.000 manat civarında olan pulunu bir dəfəyə olmaqla tam olaraq almış, 2-ci dəfədə tikintiyə verilmiş mal kombi və radiatorlar olmuşdur. Bundan sonra Cavanşir bir daha onun işlədiyi tikintiyə gəlməmiş və həmin ərəfədə o onun istifadəsində olan mobil nömrəni xatırlamamışdır. Belə ki, həmin malın dəyərinə uyğun olaraq olaraq Şahid6 "xxxx" MTK tərəfindən hər hansı mənzil verilməmişdir və onun vasitəsi ilə hər hansı bir şəxsə tikintidən mənzil sənədləşdirilməmişdir. Həmin ərəfələrdə "xxxx" MTK, "xxxx" MTK-ya hüquqi sənədlər əsasında birləşdirilmişdir və bundan sonra o yalnız qeyri rəsmi olaraq nümayəndə olaraq fəaliyyət göstərmiş və «Şərur MTK»-mn təsissçisi olan tam İmran Axundova işlərində köməklik etmişdir. O Əsgər Əjdərovun "xxxx" İnşaatın Yasamalda olan tikintisinə gəlməsini atasından bilmiş və həmin vaxtı məlum olmuşdur ki, bəs ondan həmin kombiləri əvvəllər onların MTK-na boya izolyasiya məhsulları vermiş Təqsirləndirilən şəxs tərəfindən satılıb pulunun verilməsi adı ilə alınmasını bilmiş və atası ona bu barədə məlumat verən zaman o həmin kombilləri Təqsirləndirilən şəxs deyil Cavanşir adlı şəxdən almasını bildirmişdim. Belə ki, Cavanşir ona təxminən 160.000 manat dəyərində kombi və radiatorları satmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmədə ifadəsi elan olunmuş Şahid5 ifadə verərək göstərmişdir ki, 16.02.2018-ci il tarixdən "xxxx" Mənzil-Tikinti Kopperativində mal təhcizatçısı olaraq işləyir və həmin tarixdən MTK ilə arasında rəsmi əmək müqaviləsi bağlanmamışdır. "xxxx" Mənzil-Tikinti Kopperativinin təsissçisi X5r, həmin MTK-ın icraçı direktoru hazırda Alim adlı şəxsdir. X1 İsfəndiyar Məhmməd oğlunun qardaşdır və onun vəzifəsini dəqiq olaraq bilmir. Məhəmməd X11 olmaqla 2018-ci il tarixdə "xxxx" MTK-nın direktoru işləmiş və 2019-cu il ildə həmin MTK-ın fəaliyyətinə xitam verilmiş və həmin tarixdən sonra o "xxxx" MMC-də mütəxəssis olaraq işləmiş və həmin MMC televizya, internet yayımı ilə məşğul olmaqla həmin MMC-in hüquqi ünvanı ünvan 21ərur» Mənzil-Tikinti Kopperativinə bir müddət olar ki hər hansı aidiyyəti olmamış, o MTK rəhbəri tərəfindən işə qəbul olunmuşdur. Belə ki, MTK tərəfindən Bakı şəhərində müxtəlif ünvanlardan tikintilər aparılmış, onun MTK-ın mal təhcizatçısı olaraq vəzifəsi MTK tərəfindən inşaa olunan yeni tikililərin təmir və tikintisi zamanı tələb olunan tikinti materiallarının alışı ilə məşğul olmuşdur. Mal Təhcizatçısı olaraq ona tikinti aparılan binaların briqadirləri tərəfindən tələb olunan tikinti mallarına dair siyahı təqdim olunur və ya telefonla ona siyahını verirlər ki, o həmin siyahı əsasında malların alışı ilə məşğul olur və demək olaraq tikinti sahəsində beton istisna olmaqla bütün tikinti və təmir materiallarının alışı ilə özü məşğul olmuşdur. Həmin mallar onun tərəfindən həmçinin sifariş olunur və telefon vasitəsi ilə mah çatdırmalı olan şəxsin əlaqə telefonu onun tərəfindən sifarişçiyə verilir və həmin şəxs özü malı qəbul etdikdən sonra ona məluma verir və mal satan şəxs göndərmiş olduğu malın qaiməsini sonra onların şirkətin Binəqədi rayonu S.S.Axundov küçəsində olan ofisinə getməklə təqdim edir ki, bu barədə onun tərəfimdən xəzinədara məlumat verilir və həmin şəxs pulunu götürməklə şirkəti tərk edir. Hüquqi şəxslərdən mal alan zaman isə şirkət rəhbəri tərəfindən bağlanmış müqavilər əsasında həyata keçirilir ki, həmin miqavilədən irəli gələn sifarişlər onun tərəfimdən şirkətə edilir və sifariş olunmuş mala dair ödənişlər isə bank köçürmələri ilə şirkətin mühasibi tərəfindən həyata keçirilir. Təqsirləndirilən şəxs onun əmisi olan Şahid3 vasitəsi ilə tanımışdır. Şahid3 təxminən 2000-ci il tarixdən "xxxx" inşaat şirkəti ilə işləməsini bilmiş lakin onun həmin şəxslə tanışlığı 2016-cı il tarixdə olmuşdur ki, o həmin ərəfədə şirkətdə operator olaraq işləmişdir. Həmin şəxslə onun işlədiyi şirkət arasında işgüzar münasibətlərim olmamışdır. Lakin həmin şəxsin "xxxx" MMC-in rəhbər şəxsləri ilə işgüzar münasibətləri olmaqa MMC tərəfindən tikilmiş tikintilərinə boya, izolyasiya işləri görməsini bilirmişdir. Həmin şəxslərlə Məhməddin və onun həmin ərəfələrdən münasibətim yaranmışdır. Şahid3 şirkətə qardaşı oğlu kimi təqdim etmiş olduğu Təqsirləndirilən şəxs gətirib bildirmişdir ki, bəs onun işlərinə məhz həmin şəxs tərəfindən köməklik olunacaqdır. Yəni Təqsirləndirilən şəxs onun yerinə tikintiyə gəlməklə sifarişləri qəbul edib tikinti üçün zəruri olan təmir avadanlıqları ilə təmin edəcəyini bildirmişdir. Həmin vaxtdan etibarən Təqsirləndirilən şəxs mütəmadi olaraq tikintiyə gəlmiş və tikinti təmir materiallarını ona qaimə faktura əsasında malları anbardara təhvil vermiş və həmin qaimə fakturanın bir surəti MTK-da digər bir surəti isə Təqsirləndirilən şəxs verilmiş və onlar arasında hesablaşma nağd olaraq həyata keçirilmişdir. Təqsirləndirilən şəxsla 2018-ci il tarixə kimi «Şaiq MTK» ilə işləmişdir və aralarında hər hansı narazılıq olmamışdır. Belə ki, 2018-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən oların Xətai rayonu Telnov küçəsində olan tikintiyə taxta materialları vermişdir ki, onlarda pulunu ödəməklə həmin məhusulları bazar qiymətinə uyğun olaraq almışlar, sonradan Təqsirləndirilən şəxs həmin taxta mateiallarmı dələduzluq yolu ilə ələ keçirib onların şirkətinə satmasını bilmişdir ki, artıq həmin vaxatdan etibarən şirkət tərəfindən Təqsirləndirilən şəxsla hər hansı iş görülməməsi qərarlaşdırılmışdır. Təqsirləndirilən şəxs bir neçə dəfə şirkətə mal satmaq üçün cəhd etmişdir lakin hər dəfə ona yox cavabı verilmişdir. Həmin hadisdən sonra o Məhəmmədlə ümumiyyətlə əlaqə saxlamamış bir neçə dəfə ona zəng etmişdir. O isə ondan artıq mal almayacaqlarmı bildirmişdir. 2019-cu il tarixdə Məhmmədə əvvəllər tanımadıqları Şahid6 zəng etməklə xaricdən kombi radiator və onların quraşdırılması üçün tələb olunan aksessuarlar gətirilməsini və həmin malların gömrükdə qalmasını və onların topdan satşı qiymətindən bir qədər ucuz qiymətə təşkil etmək istədiyini və həmin danışıqların aparılmasını ona bildirmiş və o Cavanşir ilə onun həmin ərəfədə istifadəsində olan 055 *** ** ** nömrəsi ilə danışdır. Şahid6 sonra həmin malları 2 dəfəyə olmaqla onların Yasamlda olan tikintilərinə gətirmiş və həmin mailin tikintiyə təhvil verilməsinə dair olan 03.03.2019-cu il tarixdə 91900 manat dair olan qaiməni ifadəsinə əlavə olaraq təqdim etmiş və sonrakı mal isə təxminən 80.000 manat civarında olmuş və həmin şəxs ofisə gəlib onlarla kobininin qiymətini 570 manatdan razılaşmışdır ki, bunda bazar qiymətindən 10-20 manat fərqli olmuşdur ki, malın gətirilməsinə razılıq vermişlər. Digər mala dair olan qaiməni o tapıb istintaqa hələ təqdim edə bilməmiş və həmin mallarını məxaric qəbzlərinin harda olmasını bilməmişdir. Malın qiymət söhbəti onunla olmuş lakin sonra Cavanşir ilə Məhəmməd arasında necə razılıq əldə olunmasını bilməmişdir. Bildiyimə görə Cavanşir malın pulunu nağd olaraq götürmüşdür. Beləliklə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə əməlin hüquqi tövsüfi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməllərində onun cəzasını yüngülləşdirən hallar müəyyən olunmadı. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. İş materiallarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Əlsəkər oğlu, Zərərçəkmiş şəxs3, Şahid1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs tərəfindən maddi ziyan dəymiş və Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə məhkəmə istintaqı müddətində dəymiş ziyandan heç bir məbləq ödənilməmişdir. Zərərçəkmiş şəxslər tərəfindən məhkəmə istintaqı zamanı mülki iddia verilməmişdir. Odur ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Əlsəkər oğlu, Zərərçəkmiş şəxs3, Şahid1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqları izah edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs 10.06.2020-ci il tarixdən həbsdə saxlanıldığından ona təyin ediləcək cəzanın çəkilmə müddətinin əvvəli onun şübhəli şəxs qismində saxlanıldığı gündən, yəni 10 iyun 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. İş üzrə məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə istintaqı zamanı “İnsan hüquqlarını və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü hissəsinin c bəndinə, Azərbaycan Respublikası CPM-nin 19-cu maddəsinin 19.4.4-cü bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001ci il tarixli, 31 nömrəli qərarına 3.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X4, yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 14 saylı vəkil bürosunun hesabına 300 (üç yüz) manat pul ödənilməlidir. Yuxarıda ğgöstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 10 iyun 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Əlsəkər oğluna, Zərərçəkmiş şəxs3, Şahid1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7, Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqları izah edilsin. Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X4 hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 14 saylı vəkil bürosunun hesabına 300 (üç yüz) manat pul ödənilsin. Hökmdən, elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-851/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-851/2021
31.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver