Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-851/2022 07.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: «VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1990-cı ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 3-da qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hal-hazrda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İT-da saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan Baba adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 02 dekabr 2021-ci il tarixdə, saat 22:00 radələrində əvvəlcədən aralarında olan razılaşmaya əsasən Bakı şəhəri, Nəsimi rayonu, “Memar Əcəmi” metrostansiyası yaxınlığında sonuncudan satış məqsədi ilə qanunsuz olaraq 2,713 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən “X5” məscidinin yaxınlığına daşımış, 03 dekabr 2021-ci il tarixdə, saat 19:00 radələrində həmin ünvanda Binəqədi Rayon Polis İdarəsinin 4cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən 4-cü Polis şöbəsinə gətirilmiş və orada saat 20:30-da üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən “Kent” markalı siqaret qutusunun içərisində 6 ədəd şəffaf rəngli salafan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,120 qram, 0,241 qram, 0,483 qram, 0,321 qram, 0,200 qram və 0,348 qram, ümumi təmiz çəkisi 2,713 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, subaydır, ali təhsillidir, valideynləri və bacısı ilə birlikdə yaşayır. Bakı şəhərində «Araz» supermarketdə İT mütəxəssisi işləmiş, əvvəl Türkiyə Respublikasında yaşamış və işləmişdir. Bakıya qayıtdıqdan sonra ünsiyyət saxladığı şəxslər onu narkotik vasitələrin istifadəsinə cəlb etmişlər. Əvvəllər bir dəfə narkotik vasitələrin istifadəsi ilə əlaqədar Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 03.09.2020-ci il tarixli hökmü ilə 2il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, üzərində elektron qolbağ gəzdirirdi. Hal-hazırkı iş üzrə son iki aydır ki, yenidən heroin və ya metafetamin qəbul edir. Təxminən bir ay əvvəl o, sosial şəbəkə vasitəsi ilə Baba adlı İran vətəndaşı ilə tanış olmuş, ondan bir neçə dəfə narkotik vasitə almışdı. Sonuncu dəfə 02 dekabr 2021-ci il tarixdə Baba ilə özünün «Samsung» markalı mobil telefonunun vatsap proqramı vasitəsilə danışmış və şəxsi istifadəsi üçün bir büküm şüşə, yəni metafetamin istəmişdir. Babanın bildirdiyi bank kartına 60 manat köçürmüş və Babanın dediyi yerdən, yəni M.Əcəmi metrosu yaxınlığından həmin bir büküm metafetamini götürmüşdür. Bükümdə 6 bağlamada təxminən 4 qram metafetamin olmuş, onun bir qədərini istifadə etmiş və qalanını cibində saxlamışdır. 03 dekabr 2021-ci il tarixdə saat təxminən 17-18 radələrində Binəqədi rayonu, 6-cı mikrorayonda məscidin yaxınlığında olarkən polis əməkdaşları onu saxlamışlar və üzərində narkotik vasitə olması ilə bağlı şübhəli olduğu üçün onu 4-cü Polis şöbəsinə gətirmişlər. Orada təhqiqatçı ona vəkil təqdim etmiş və sonra videoçəkiliş aparılmaqla üzərində axtarış aparılmışdır. Təhqiqatçının üzərində qanunsuz əşyalar varsa təklifinə əsasən o, şalvarının sağ yan cibində olan bir büküm metafetamini təqdim etmişdir. Həmin metamfetamin 5 bükümdə olmuş, 6-cı büküm isə boş olmuşdur. Onun telefonu və metafetamin olan balaca bükümlər zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri axtarışın bütün iştirakçıları tərəfindən, o cümlədən onun tərəfindən imzalanmış, həmçinin şəxsi axtarışa dair tərtib olunmuş protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən, o cümlədən onun tərəfindən imzalanmışdır. Protokolda yazılanları bu gün də təsdiq edir, etdiyi əməldən peşmandır. Özünü ona görə qismən təqsirli bilir ki, əldə etdiyi metafetamini şəxsi istifadəsi üçün əldə etmişdir. Məhkəmə iclasnda şahid qismində dindirilmiş Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, polis şöbəsinə 03 dekabr 2021-ci il tarixdə əməliyyat məlumatı daxil olmuşdur ki, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq psixotrop maddə gəzdirir, istifadə edir və saxlayır. Həmin əməliyyat məlumatı raportla bölmə rəhbərliyinə məruzə edilmiş, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə razılıq verildikdən sonra tədbirin həyata keçirilməsi üçün ondan və 4-cü Polis şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Onlar tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 03 dekabr 2021-ci il tarixdə saat 19:00 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən «X5» məscidinin yaxınlığında saxlanılmış və onlar onu 4-cü Polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs saxladıqları vaxtdan polis şöbəsinə gətirib təhqiqatçıya təqdim edən vaxtadək onun üzərinə baxış keçirməmişlər, həmçinin Təqsirləndirilən şəxs də özü heç bir müqavimət göstərmədən onlarla şöbəyə getməyə razılaşmışdır. Polis şöbəsində təhqiqatçı tərəfindən prosessual hərəkətlər həyata keçirilmiş və vəkil dəvət olunmuşdur. Daha sonra onların iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində qanunsuz əşya varsa onu könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin cibindən 1 ədəd «Samsung» markalı mobil telefonunu və göy rəngli cins şalvarının sağ yan cibindən üzərində «Kent» yazısı həkk olunmuş siqaret qutusunun içərisində olan 06 ədəd şəffaf selofana bükümlərini təqdim etmişdir. Təhqiqatçı Tahirdən həmin bükümlərdə nə olduğu soruşduqda o, bükümlərdə metafetamin olduğunu, onu bir gün əvvəl internet vasitəsilə tanış olduğu İran İslam Respublikasının vətəndaşından 70 manata əldə etdiyini bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi cəmi 6 ədəd büküm və mobil telefon ayrı zərflərə qoyulub qablaşdırılmış və onlar, o cümlədən Təqsirləndirilən şəxs özü zərflərin üzərinə imza etmişlər. Həmçinin şəxsi axtarışla bağlı tərtib edilmiş protokola da onlar, o cümlədən Təqsirləndirilən şəxs özü imza atmışlar. Şahid2 verdiyi ifadəsi ilə əlaqədar əlavə ifadə vermiş Təqsirləndirilən şəxs bildirmişdir ki, şahidin ifadəsi ilə razıdır, ona heç bir təzyiq olmayıb, axtarış zamanı cins şalvarının sağ yan cibindən o özü üzərində «Kent» yazısı həkk olunmuş siqaret qutusunu çıxarıb içərisində olan 06 ədəd şəffaf selofan bükümlərini təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanıyır. Belə ki, 03 dekabr 2021-ci il tarixdə ona qərəzsiz mənbədən ona məlumat daxil olmuşdur ki, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu ərazisində qanunsuz olaraq psixotrop maddə əldə edir, gəzdirir və saxlayır. Həmin əməliyyat məlumatı raportla bölmə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmiş, tədbirin həyata keçirilməsi üçün ondan və 4-cü Polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində elə həmin gün, yəni 03 dekabr 2021-ci il tarixdə saat 19:00 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən «X5» məscidinin yaxınlığında saxlanılmış və 4-cü Polis şöbəsinə gətirilmişdir. Saxlanılan zaman Təqsirləndirilən şəxs heç bir müqavimət göstərməmiş və onlar onun üzərnə baxış keçirməmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçıya təhvil vermişlər, sonuncu lazım olan prosessual hərəkətləri həyata keçirmiş, vəkil dəvət etmişdir. Bundan sonra onun və həmkarı Şahid2 iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində qanunsuz əşya varsa onu könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən üzərində Kent yazısı həkk olunmuş siqaret qutusunun içərisində olan 06 ədəd şəffaf selofana bükümləri təqdim edərək bildirmişdir ki, həmin bükümlərin içərisində psixotrop maddə olan metamfetamindir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, bükümlərdə olan maddələri bir gün əvvəl internet vasitəsilə tanış olduğu İran İslam Respublikasının vətəndaşından 70 manata almışdır. Şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs könüllü və sərbəst olaraq protokolu imzalamışlar. Onun və həmkarı Şahid2 tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz hərəkət tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin rəisinə ünvanlanan 03.12.2021-ci il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu ərazisində qanunsuz olaraq psixotrop maddə gəzdirməsi, istifadə etməsi və saxlaması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin rəisinə ünvanlanan 03.12.2021-ci il tarixli raportdan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən “X5” məscidinin yaxınlığında piyada olan zaman saxlanılaraq Binəqədi RPİ-nin 4-cü PŞ-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “Şəxsi axtarış və götürmə aparılması haqqında” 03.12.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı əynində olan cins şalvarının sağ yan cibindən “Kent” markalı siqaret qutusunun içərisində olan 6 ədəd şəffaf salafan bükülmüş bükülünü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş bükülünü 02.12.2021-ci il tarixdə internet üzərində İran vətəndaşından 70 manata aldığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» 03.12.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 05.12.2021-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 03.12.2021-ci il tarixdən hesablanmaqla 04 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 04.12.2021-ci il tarixli, 6/5367 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki, 6 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 1,120 qram, 0,241 qram, 0,483 qram, 0,321 qram, 0,200 qram və 0,348 qram, ümumi təmiz çəkisi 2,713 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə – metafetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İİ siyahısına daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 21.02.2022-ci il tarixli, 851 saylı rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının 31.01.2022-ci il tarixli, 230 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs oğlu ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs onunla istintaq hərəkətləri aparılan zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş, hazırda da hərəkətlərinin faktiki xarakterini dərk etmək, onlara rəhbərlik iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci və 21.3.-cü maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs psixi vəziyyəti onunla istintaq hərəkətinin keçirilməsinə mane olmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmışdır «sənədə baxış keçirilməsi haqqında» 02.02.2022-ci l tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs saxlanılarkən üzərində olan “Samsung” markalı mobil telefona baxış keçirilmiş, telefonun üzərində 055 729 21 66 saylı nömrə vardır. Telefonun “vatsap” proqramına daxil olduqda Təqsirləndirilən şəxs adı “Dilqəm” kimi qeyd edilmiş +**********66 saylı nömrə ilə və adı “Badinka” kimi qeyd edilmiş +**********58 saylı nömrə ilə 03 dekabr 2021-ci il tarixdə narkotik vasitə və psixotrop maddə alqı-satqısı ilə bağlı yazışmalar aparmışdır. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» 05.03.2022-ci il tarixli qərardan müəyyən olunur ki, tədqiqatdan sonra qalıq qalmış 2,593 qram çəkidə psixotrop maddə olan metafetamin və Təqsirləndirilən şəxs götürülmüş saxlanılarkən üzərində olan 055 729 21 66 saylı nömrə ilə işləyən “Samsung” markalı mobil telefon Bakı şəhər Binəqədi RPİ-nin sübutların saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən aparılmış videoçəkilişin 1 ədəd DVD diski və «Baksell» şirkətindən daxil olmuş Təqsirləndirilən şəxs telefon danışıqları barədə məlumatları özündə əks etdirən bir ədəd “CD” disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan və hökmün surətindən müəyyən olunur ki, Musayev X3 Rayon Məhkəməsinin 03.09.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı Şəhər Probasiya İdarəsinin 21-1-3-229036-12 saylı, 03.03.2022-ci il tarixli məktubdan müəyyən olunur ki, məhkum Təqsirləndirilən şəxs 02.04.2021-ci il tarixdə Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alınmış, 05.12.2021-ci il tarixdə həbs edildiyi üçün cəza müddətinin hesablanması dayandırılmış və cəzanın çəkilməmiş hissəsi 1 il 10 ay 23 gün təşkil etmişdir. Məhkum Təqsirləndirilən şəxs «8 noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021ci il tarixli Qərarının 5-ci bəndinin təsiri altına düşdüyü üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 7(006)-9/2022 saylı 07.01.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 1 il 10 ay 23 gün hissəsi 1 il azaldılmışdır və hal-hazırda cəzasının çəkilməmiş hissəsi 10 ay 23 gün təşkil edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusuilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən, cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Bu halda, cəza, CM-in 65.3-cü maddəsi ilə müəyyən edilmiş qaydalar nəzərə alınmaqla təyin edilir, bu şərtlə ki, CM-in 65.2-ci maddəsinə görə, belə cəzaların təyinini istisna edən əsaslar olmasın. Cinayətlərin və ya hökmlərin məcmuyu üzrə qəti cəza isə, müvafiq olaraq, CM-in 66 və 67-ci maddələrinə uyğun olaraq təyin edilir. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cəza təyin edilərkən əvvəlki hökmlə əsas və əlavə cəzasınının çəkilməmiş hissəsi, yəni 01 il 02 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırlması cəzası Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki iş üzrə təyin edilmiş cəzaya tamamilə və ya qismən birləşdirilməklə hökmlərin məcmusu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırlmasının iki günü bərabər tutulur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs metafetamini şəxsi istifadəsi üçün əldə etməsi barədə ifadələri əməliyyat tədbirini keçirmiş polis əməkdaşlarının ifadələri, üzərinə müdafiəçisinin iştirakı və videoçəkilişlə keçirilmiş baxış protokolu və ona əlavə olunmuş CD diskdəki görüntülərlə, ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə ittiham olunduğu əməli tam etiraf etməsinə dair ifadələri ilə, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə təkzib olunur. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununun İİ siyahısına əsasən metafetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 0,15 qram, külli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 2 qram kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin ümumi təmiz çəkisi 2,713 qram psixotrop maddə metafetamin külli miqdardan çoxdur. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu-narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Republikası CM-in 61-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 03dekabr 2021-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, tədqiqatdan sonra qalıq çəkisi 2,593 qram maddə metafetamin məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş DVD və CD disklər cinayət cinayət işi materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər «VERDİKTUM» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 240 AZN (iki üz qırx manat) pul Bakı şəhər «VERDİKTUM » Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 05 (beş) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03.09.2020-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş, 10 ay 23 gün müddətinə azadlığın məhdudlaşdırlması cəzası Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə iki gün hesablanmaqla 05 (beş) ay 11 (on bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırkı iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 03 dekabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, tədqiqatdan sonra qalıq çəkisi 2,593 qram psixotrop maddə metamfetamin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş DVD və CD disklər cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi oğlu üçün 240 AZN (iki yüz qırx manat) pul «VERDİKTUM » Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-851/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-851/2022
07.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver