Məhkəmə qərarları › İş №1(101)-851/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-851/2023

05.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-851/2023 05.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X5 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, zərərçəmiş hüquqi şəxsin nümayəndələri Nümayəndə2 və Nümayəndə1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, 20 fevral 2021-ci il tarixdən 01 aprel 2022-ci il tarixədək Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyinin maliyyə məsələləri üzrə attaşesi vəzifəsində işləmiş, hazırda işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanda faktiki yaşayan, 21 dekabr 2022-ci il tarixli qərar ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını külli miqdarda ziyan vurmaqla vahid niyyətlə mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid tamah niyyətilə daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi üzrə 174/2021 nömrəli xx.xx.2021-ci il tarixli əmrlə Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyinin maliyyə məsələləri üzrə attaşesi təyin edilib xx.xx.2022-ci il tarixədək həmin vəzifədə işləyərkən, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 16 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında əsasnamə”yə, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-ci il tarixli 408 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”yə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 29.11,2005-ci il tarixdə qeydiyyata alınmış “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X4”na əsasən, maliyyə məsələləri üzrə attaşe kimi qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirmək, rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirmək, dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etmək, başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməmək, dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən dövlət qulluğuna xitam verildikdən sonra da saxlamaq, vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamaq və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməmək, qulluq keçdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı vermək, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərmək, qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçmək, başqa yerdə qulluq keçmək və ya başqa vəzifələri icra etmək, qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçmək, etik davranış qaydalarına əməl etmək, uçotun formalaşdırılmasını, baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında aktivlər, öhdəliklər, kapital, gəlir və xərclər barədə məlumatların yığılmasını, qeydiyyatını və ümumiləşdirilməsini, bu məlumatlara uyğun olaraq analitik və sintetik uçotunun aparılmasını, habelə maliyyə, vergi və digər hesabatların müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini və mühasibat uçotu sənədlərinin saxlanılmasını təmin etmək, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu məlumatları əsasında müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin etmək, xərclər smetasının hazırlanmasını təşkil etmək, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının, pul təminatının və ona bərabər tutulan ödənişlərin hesablanması üzrə hesablama cədvəlinin, əmək haqqının, pul təminatının və ona bərabər tutulan (məzuniyyətə çıxma, xidmətdən buraxılma və digər hallarla bağlı) ödənişlərin qabaqcadan verilməsini, birdəfəlik haqq-hesabın işlənilməsini və ödənişlərin aparılmasını, dövlət büdcəsinə ödəmələr, məcburi dövlət sosial sığorta və digər icbari sığorta haqları, kapital qoyuluşu vəsaitləri, banklara ssudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsini və digər ehtiyat fondlarına ayırmaları həyata keçirmək, Mühasibat uçotu sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, aktivlərin və öhdəliklərin inventarizasiyasının, mühasibat uçotunun aparılmasının yoxlanılmasına və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət etmək, aktivlərin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədlərin tərtibində iştirak etmək, lazımi hallarda müvafiq işlərin hüquq-mühafizə orqanlarına verilməsinə nəzarət etmək, inventarizasiya zamanı aktiv və öhdəliklərin mövcud faktiki qalığı ilə mühasibat uçot məlumatları arasında yaranmış kənarlaşmaların aradan qaldırması ilə əlaqədar müvafiq işlərin aparılmasını təmin etmək, ştat, maliyyə, bank və kassa intizamına ciddi əməl edilməsi, çatışmazlıqların və itkilərin uçotdan silinməsi ilə əlaqədar işləri yerinə yetirmək, mühasibat uçotu sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət etmək və digər təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək qulluq mövqeyindən istifadə etməklə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyinin Koreya Respublikasında yerləşən “KEB HANA” Bankında olan **********6738 nömrəli ABŞ dolları hesabına, həmin hesabdan isə Koreya Respublikasında daxili fəaliyyət xərclərinin həyata keçirilməsi üçün konvertasiya yolu ilə həmin bankda olan **********3404 və **********9904 nömrəli Koreya Vonu hesablarına köçürülmüş pul vəsaitləri üzrə xərclərin hesablanması, əmək haqlarının ödənilməsi prosesini həyata keçirməklə, maliyyə əməliyyatları üzrə qərarlar vermək səlahiyyətinin özünə etibar edilməsi ilə əlaqədar, həmin geniş aspektli səlahiyyətlərinin olması nəticəsində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə məxsus olmaqla zəruri istifadə üçün həmin səfirliyə ayrılıb ona etibar edilmiş özgə əmlakını mənimsəmə yolu ilə talamaq niyyəti ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində cinayətdən xəbərsiz Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfiri X1 və səfirlikdə işləyən işçilərin kommunal və sığorta ödənişlərinin həyata keçirilməsi ilə əlaqədar təqdim etdiyi ödəniş tapşırıqları sənədlərində olan ödəniş, hesab nömrəsi, valyuta növü qrafalarını yaranmış etibardan istifadə edərək, cinayətkar niyyətini həyata keçirmək üçün bilə-bilə natamam şəkildə doldurmaqla Rəmzi Teymurova təqdim edib, şifahi məruzə zamanı kommunal və sığorta ödənişlərini həyata keçirmək məqsədilə ödəniş tapşırığını təsdiqə təqdim etdiyini yalandan bildirib, Rəmzi Teymurov tərəfindən ödəniş tapşırıqlarının səfirə aid möhür ilə təsdiq edilməsinə nail olub, xx.xx.2021- ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə vəzifəli şəxs kimi vahid tamah niyyətilə Azərbaycan Respublikasının Koreya Respublikasının Seul şəhəri, 63 Yongsan-gu İtaevon-ro 45-gilda ünvanında yerləşən Azərbaycan Respublikasına məxsus (yurisdiksiyasında olan) ərazidə bilə-bilə pul köçürülməsi üçün əsas rəsmi sənəd olan həmin ödəniş tapşırıqlarının qrafalarının məzmununa yalan məlumatlar daxil edərək, yəni səfirliyin **********6738 nömrəli ABŞ dolları, **********3404 və **********9904 nömrəli Koreya Vonu hesablarından müəyyən kommunal və sığorta ödənişləri ilə bağlı hesab nömrələrini deyil, özünə aid Koreya Respublikasında yerləşən “KEB HANA” Bankında olan **********8232 ABŞ dolları və **********9807 Koreya Vonu hesablarına məbləğləri qeydlər edib artıq göstərməklə köçürülməsini yazıb, həmin ödəniş tapşırıqlarını Koreya Respublikasında yerləşən “KEB HANA” Bankına təqdim etməklə xx.xx.2021-ci il tarixli 1022035-00002 nömrəli ödəniş tapşırığı ilə həmin dövrün rəsmi məzənnəsi ilə 7.650 manat təşkil edən 4.500 ABŞ dolları, xx.xx.2021-ci il tarixli 1023189-00013 nömrəli ödəniş tapşırığı ilə həmin dövrün rəsmi məzənnəsi ilə 14.674,4 manat təşkil edən 8.632 ABŞ dolları, xx.xx.2021-ci il tarixli 1023189-00009 nömrəli ödəniş tapşırığı ilə həmin dövrün rəsmi məzənnəsi ilə 34.765 manat təşkil edən 20.450 ABŞ dolları, xx.xx.2021-ci il tarixli 1021281-00011 nömrəli ödəniş tapşırığı ilə həmin dövrün məzənnəsi ilə 3.587 manat təşkil edən 2.110 ABŞ dolları, xx.xx.2021 -ci il tarixli 1721857-50008 nömrəli ödəniş tapşırığı ilə həmin dövrün rəsmi məzənnəsi ilə 42.500 manat təşkil edən 25.000 ABŞ dolları, xx.xx.2021-ci il tarixli 1020468-50010 nömrəli ödəniş tapşırığı ilə həmin dövrün rəsmi məzənnəsi ilə 3.360,75 manat 2.242.000 Koreya vonu, xx.xx.2021-ci il tarixli 1721857- 00033 nömrəli ödəniş tapşırığı ilə həmin dövrün rəsmi məzənnəsi ilə 1.952,28 manat təşkil edən 1.320.000 Koreya vonu, xx.xx.2021-ci il tarixli 1721857-00012 nömrəli ödəniş tapşırığı ilə həmin dövrün məzənnəsi ilə 4.018,64 manat təşkil edən 2.700.700 Koreya vonu, xx.xx.2021-ci il tarixli 1721857-00021 nömrəli ödəniş tapşırığı ilə həmin dövrün rəsmi məzənnəsi ilə 8.814 manat təşkil edən 6.000.000 Koreya vonu, xx.xx.2021-ci il tarixli 1020468-00018 nömrəli ödəniş tapşırığı ilə həmin dövrün rəsmi məzənnəsi ilə 909,53 manat təşkil edən 626.400 Koreya vonu, xx.xx.2021-ci il tarixli 1023189- 00004 nömrəli ödəniş tapşırığı ilə həmin dövrün rəsmi məzənnəsi ilə 11.576 manat təşkil edən 8.000.000 Koreya vonu, xx.xx.2021-ci il tarixli 1020468-00009 nömrəli ödəniş tapşırığı ilə həmin dövrün rəsmi məzənnəsi ilə 12.051,6 manat təşkil edən 8.300.000 Koreya vonu, xx.xx.2021-ci il tarixli 1020468-00025 nömrəli ödəniş tapşırığı ilə həmin dövrün rəsmi məzənnəsi ilə 32.133,4 manat təşkil edən 22.100.000 Koreya vonu, xx.xx.2021-ci il tarixli 1722395-00012 nömrəli ödəniş tapşırığı ilə həmin dövrün rəsmi məzənnəsi ilə 30.852,5 manat təşkil edən 21.500.000 Koreya vonu, xx.xx.2021-ci il tarixli 1722395-00012 nömrəli ödəniş tapşırığı ilə həmin dövrün rəsmi məzənnəsi ilə 2.023,4 manat təşkil edən 1.411.020 Koreya vonu, xx.xx.2021-ci il tarixli 1021281-00011 nömrəli ödəniş tapşırığı ilə həmin dövrün məzənnəsi ilə 21.714,42 manat təşkil edən 15.132.000 Koreya vonu, xx.xx.2021-ci il tarixli 1021281-00009 nömrəli ödəniş tapşırığı ilə həmin dövrün rəsmi məzənnəsi ilə 2.615,07 manat təşkil edən 1.830.000 Koreya vonu, xx.xx.2021-ci il tarixli 1721857-00007 nömrəli ödəniş tapşırığı ile həmin dövrün rəsmi məzənnəsi ilə 29.151,6 manat təşkil edən 20.400.000 Koreya vonu, xx.xx.2021-ci il tarixli 1022035-00001 nömrəli ödəniş tapşırığı ilə həmin dövrün məzənnəsi ilə 4.328,96 manat təşkil edən 3.040.000 Koreya vonu, xx.xx.2021-ci il tarixli 1023189-00015 nömrəli ödəniş tapşırığı ilə həmin dövrün məzənnəsi ilə 823,9 manat təşkil edən 576.560 Koreya vonu, xx.xx.2022-ci il tarixli 1721857- 00007 nömrəli ödəniş tapşırığı ilə həmin dövrün rəsmi məzənnəsi ilə 17.000 manat təşkil edən 10.000 ABŞ dolları, xx.xx.2022 -ci il tarixli 1721857-00014 nömrəli ödəniş tapşırığı ilə həmin dövrün rəsmi məzənnəsi ilə 9.926 manat təşkil edən 7.000.000 Koreya vonu, xx.xx.2022-ci il tarixli 1722165-50016 nömrəli ödəniş tapşırığı ilə həmin dövrün rəsmi məzənnəsi ilə 14.512,95 manat təşkil edən 10.220.390 Koreya vonu, xx.xx.2022-ci il tarixli 1722165-00016 nömrəli ödəniş tapşırığı ilə həmin dövrün rəsmi məzənnəsi ilə 16.454,5 manat təşkil edən 11.645.100 Koreya vonu, xx.xx.2022-ci il tarixli 1022035-00008 nömrəli ödəniş tapşırığı ilə həmin dövrün rəsmi məzənnəsi ilə 15.780,8 manat təşkil edən 11.200.000 Koreya vonu, xx.xx.2022-ci il tarixli 1721857-00004 nömrəli ödəniş tapşırığı ilə həmin dövrün rəsmi məzənnəsi ilə 3835,2 manat təşkil edən 2.720.000 Koreya vonu məbləğində, ümumilikdə qeyd edilən qaydada həmin dövrün rəsmi məzənnəsi ilə 226.835,5 manat təşkil edən 157.964.170 Koreya Vonu və həmin dövrün rəsmi məzənnəsi ilə 120.176,4 manat təşkil edən 70.692 ABŞ dolları pul vəsaitini qeyd edilən müddət ərzində hesablara dair istifadəsində olan kart vasitəsilə həmin səfirliyin inzibati binasında müxtəlif vaxtlarda internet platforması üzərində olan ödənişli mərc və sair qumar oyunlarına nağdsız qaydada ödənişlər etməklə şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə məxsus olmaqla ona etibar edilmiş cəmi 347.011,9 manat (üç yüz qırx yeddi min on bir manat doxsan qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəməklə talamış, vəzifəli şəxs kimi vahid tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəllənin 179.3.2, 308.2 və 313-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisələr may ayında baş vermişdir. O, etdiyi qanunsuz hərəkətləri dərk etməmiş, qumar oyunlarından onda asılılıq yarandığından belə hərəkətlərə yol vermişdir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində maliyyə idarəsində işləmişdir. İcra etdiyi vəzifəsi ilə əlaqədar maliyyə idarəsində hesabatların tərtibi ilə bağlı işlər görmüşdür. 26 fevral 2021-ci il tarixdən Koreya Respublikasına ezam edilmiş, 1 mart 2021-ci il tarixindən işə başlamışdır. Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfirliyində maliyyə məsələləri üzrə attaşe vəzifəsində çalışmışdır. Maliyyə hesabatlarının tərtib edilib göndərilməsi, ümumi katiblik üzrə sənədlərin qəbul edilməsi və göndərilməsi, kadrlar üzrə işlər və bank işləri onun səlahiyyətində olmuşdur. Əmrlə ona tapşırılan işlər yalnız maliyyə işləri olmuşdur. Digər işlər ona şifahi göstərişlə tapşırılmışdır. O, səfirlikdə işlədiyi dövrdə səfir Rəmzi Teymurov olmuşdur. Əmri verildikdən sonra maliyyə və konsul hesabatlarını hazırlamağa başlamışdır. Hesabatları “excel” fayllarda işləyərək, kağızda çıxarmış, Xarici İşlər Nazirliyinə göndərmişdir. Əvvəl qanunsuz olaraq səfirliyin pullarını bekarçılıqdan mərc oyunlarına sərf etmiş, sonradan onda aslılıq yaranmış və müvafiq hərəkətlərini davam etdirmişdir. İşdən sonra getməyə heç bir yeri olmadığı, karantin dövründə tək olduğu üçün mərc oyunları oynamağa sövq olmuşdur. Əvvəl kiçik məbləğlərlə oynamağa başlamış, daha sonra onda aslılıq yaranmışdır. Oynadığı mərc oyunları futbol oyunları və “forex all” olmuşdur. Mərc oyunlarına pulu online formada, əvvəlcə maaşından, daha sonra isə səfirliyin hesabındakı pullarla ödəmişdir. O, səfirliyin əsasən kommunal sənədlərinə dəyişiklik edərək hesabında olan pulları mənimsəmişdir. İşçilərin əmək haqqlarından pul götürməmişdir. Onun pulları qanunsuz olaraq götürməsindən səfirlikdə heç kəsin xəbəri olmamışdır. Poçt bank sənədlərinə kiçik məbləğlər yazmaqla möhür vurmuş, ardınca öz bank hesabına mədaxil etmişdir. Ümumilikdə 15-20 sənədə dediyi qaydada imza etdirməklə pul vəsaiti əldə etmişdir. Bu hadisələr 2022-ci ilin yanvar ayına qədər davam etmişdir. Pulların valyutası Koreya vonu olmuşdur. Səfirliyin dollar və von hesabı olmuşdur. Sentyabr ayına qədər səfirliyin hesabından 15000-20000 dollar, oktyabr ayından isə daha böyük məbləğlər (10-15-20 min) götürməyə başlamışdır. Bu pulları öz hesabına köçürtmüş və mərc oyunlarına yatırmışdır. O, hərəkətlərinin qanunsuz olduğunu bilmiş, lakin qumar oyunlarına aludə olduğundan qeyd edilən hərəkətlərə yol vermişdir. Ona qarşı elan edilmiş ittihamla razıdır. Tərəfindən vurulmuş ziyanla əlaqədar 77000 ABŞ dolları ödəmişdir. Ödəniş tapşırıqlarını özü hazırlamışdır. Ödəniş tapşırıqlarını ondan başqa heç kəs tərtib etməmişdir. Səfirlik ödəniş tapşırığı üçün poçt üçün konvertinə möhür vurmuş, ödəniş tapşırığı üçün imza lazım olmamışdır. Sənədi təsdiq edən möhür səfirdə olmuşdur. Səfirə kommunal sənədlərin ödənişini etməsinin zərurəti olduğunu bildirərək sənədləri möhürlətmişdir. Kommunal xərclərin miqdarı ilk öncələr nəzərə çarpmamışdır. Aylıq hesabatlara səfirlik fikir verməmiş, işlədiyi müddətdə yoxlamalar aparılmamışdır. 126500 ABŞ dollardan çox borcu qalmışdır və ödəməyə davam edir. O, düzgün hərəkətlər etməmiş, hərəkətlərini dərk etməmiş, həmişə dövlətpərəst, vətənpərvər olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndələri qismində dindirilən Nümayəndə2 və Nümayəndə1 ittiham aktında səfirliyin mənimsənilən vəsaitinin məbləğinin düzgün əks etdirildiyini bildirərək vurulmuş ziyanın ödənilməsini tələb etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək göstərmişdir ki, 2021-ci ilin noyabr ayında oğlu ona zəng edərək Cənubi Koreyada iş görəcəyini, bununla əlaqədar ona pul göndərilməsini xahiş etmişdir. O da öz evini satmış, dost-tanışdan pul toplayaraq həmin evin satılması müqabilində əldə olunan vəsaitin üzərinə qoyaraq 112000 ABŞ dolları məbləğində pul vəsaitini dekabr ayında müxtəlif banklar vasitəsilə oğluna göndərmişdir. Çünki oğlu ona hər şeyin yaxşı olacağını, Cənubi Koreyadan müəyyən məhsullar göndərəcəyini, onların da Azərbaycanda satılacağını bildirmişdir. Təxmini 2022ci ilin mart ayında Novruz bayramından əvvəl oğlu Bakıya gəlmiş, ona internetdə müxtəlif mərc oyunları oynadığını, pullarının batdığını və borclarının olduğunu bildirmişdir. Oğlu onun dost-tanışdan da pul yığdığını, özünün həmin dost-tanışdan yığdığı pulları qaytarmalı olduğunu bilmişdir. Əvvəllər oğlu dövlətin icazə verdiyi mərc oyunlardan “TOPAZ” da 3-5 manat üçün oynamışdır. X11 oynadığı mərc oyununun futbolla bağlı olubolmadığını isə bilmir. O, oğluna borcunu dövlətə hissə-hissə ödəməsi üçün möhlət verilməsini xahiş edir. Onların hər hansı bir daşınmaz əmlakı sataraq oğlunun borcunu ödəmək ehtimalları var. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafedici ifadələrini iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. 13 may 2022-ci il tarixli çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfirliyinin maliyyə məsələləri üzrə keçmiş attaşesi Təqsirləndirilən şəxs xidməti fəaliyyəti ilə bağlı aparılmış yoxlama və Azərbaycan Respublikası Türkiyə Respublikasındakı səfirliyinin təsərrüfat müdiri-komendantı X2 ərizəsi əsasında aparılmış araşdırma nəticəsində əldə olunmuş materiallara hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən xx.xx.2022-ci il tarixdə Baş İdarəyə müraciət daxil olmuşdur ( cild 1, iş vərəqə 7). 21 iyun 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs adında nəqliyyat vasitəsi qeydiyyatdan keçmir(cild 1, iş vərəqə 73). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya xəstəxanası” publik hüquqi şəxsinin 20 iyun 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicə almamışdır (cild 1, iş vərəqə 76). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin 4 iyul 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur (cild 1, iş vərəqə 78-79). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 iyul və 26 iyul 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir ( cild 1, iş vərəqə 81, 91). 16 noyabr 2022-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Xarici İşlər Nazirinin 174/2021 nömrəli xx.xx.2021-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyinin maliyyə məsələləri üzrə attaşesi təyin edilmiş, həmçinin 902/2022 nömrəli xx.xx.2022-ci il tarixli əmri ilə isə xx.xx.2022-ci il tarixdə vəzifəsindən azad edilərək geri çağırılmış, Təqsirləndirilən şəxs diplomatik xidmət orqanlarından qulluğuna həmin tarixdən xitam verilmişdir (cild 1 iş vərəqə 103-105). Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet saytı olan vvv.cbar.az saytına baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ABŞ dolları xx.xx.2021-ci il tarixdə 1,7 AZN, xx.xx.2021-ci il tarixdə 1,7 AZN, xx.xx.2021-ci il tarixdə 1,7 AZN, xx.xx.2021-ci il tarixdə 1,7 AZN, xx.xx.2021-ci il tarixdə 1,7 AZN, xx.xx.2022-ci il tarixdə 1,7 AZN, Koreya Vonu isə xx.xx.2021-ci il tarixdə 0,001499 AZN, xx.xx.2021-ci il tarixdə 0.001479 AZN, xx.xx.2021-ci il tarixdə 0.001488 AZN, xx.xx.2021ci il tarixdə 0,001469 AZN, xx.xx.2021-ci il tarixdə 0.001452 AZN,xx.xx.2021-ci il tarixdə 0.001447 AZN, xx.xx.2021-ci il tarixdə 0.001452 AZN, xx.xx.2021-ci il tarixdə 0.001454 AZN, xx.xx.2021-ci il tarixdə 0.001435 AZN, xx.xx.2021-ci il tarixdə 0.001434 AZN, xx.xx.2021-ci il tarixdə 0.001435 AZN,xx.xx.2021-ci il tarixdə 0.001429 AZN, xx.xx.2021ci il tarixdə 0.001429 AZN, xx.xx.2021-ci il tarixdə 0.001424 AZN, xx.xx.2021-ci il tarixdə 0.001429 AZN, xx.xx.2022-ci il tarixdə 0.001418 AZN, xx.xx.2022-ci il tarixdə 0.001420 AZN, xx.xx.2022-ci il tarixdə 0.001413 AZN, xx.xx.2022-ci il tarixdə 0.001409 AZN, xx.xx.2022-ci il tarixdə 0.001410 AZN təşkil etmişdir (cild 03, iş vərəqə 6). Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən daxil olmuş Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyinin Koreya Respublikasının “Hana Bank” KEB-də olan bank çıxarışlarının olduğu 3 ədəd sd diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyinin Koreya Respublikasının “Hana Bank” KEB-də olan **********6738 nömrəli ABŞ dolları, **********3404 və **********9904 nömrəli Koreya Vonu hesablarından, Təqsirləndirilən şəxs həmin bankda olan **********8232 ABŞ dolları və **********9807 Koreya Vonu hesablarına xx.xx.2021-ci il tarixli 1022035- 00002 nömrəli ödəniş tapşırığı ilə 4.500 ABŞ dolları, xx.xx.2021-ci il tarixli 1023189-00013 nömrəli ödəniş tapşırığı ilə 8.632 ABŞ dolları, xx.xx.2021-ci il tarixli 1023189-00009 nömrəli ödəniş tapşırığı ilə 20.450 ABŞ dolları, xx.xx.2021-ci il tarixli 1021281-00011 nömrəli ödəniş tapşırığı ilə 2.110 ABŞ dolları, xx.xx.2021-ci il tarixli 1721857-50008 nömrəli ödəniş tapşırığı ilə 25.000 ABŞ dolları, xx.xx.2021-ci il tarixli 1020468-50010 nömrəli ödəniş tapşırığı ilə 2.242.000 Koreya vonu, xx.xx.2021-ci il tarixli 1721857-00033 nömrəli ödəniş tapşırığı ilə 1.320.000 Koreya vonu, xx.xx.2021-ci il tarixli 1721857-00012 nömrəli ödəniş tapşırığı ilə 2.700.700 Koreya vonu, xx.xx.2021-ci il tarixli 1721857-00021 nömrəli ödəniş tapşırığı ilə 6.000.000 Koreya vonu, xx.xx.2021-ci il tarixli 1020468-00018 nömrəli ödəniş tapşırığı ilə 626.400 Koreya vonu, xx.xx.2021-ci il tarixli 1023189-00004 nömrəli ödəniş tapşırığı ilə 8.000.000 Koreya vonu, xx.xx.2021-ci il tarixli 1020468-00009 nömrəli ödəniş tapşırığı ilə 8.300.000 Koreya vonu, xx.xx.2021-ci il tarixli 1020468-00025 nömrəli ödəniş tapşırığı ilə 22.100.000 Koreya vonu, xx.xx.2021-ci il tarixli 1722395-00012 nömrəli ödəniş tapşırığı ilə 21.500.000 Koreya vonu, xx.xx.2021-ci il tarixli 1722395-00012 nömrəli ödəniş tapşırığı ilə 1.411.020 Koreya vonu, xx.xx.2021-ci il tarixli 1021281-00011 nömrəli ödəniş tapşırığı ilə 15.132.000 Koreya vonu, xx.xx.2021-ci il tarixli 1021281-00009 nömrəli ödəniş tapşırığı ilə 1.830.000 Koreya vonu, xx.xx.2021-ci il tarixli 1721857-00007 nömrəli ödəniş tapşırığı ilə 20.400.000 Koreya vonu, xx.xx.2021-ci il tarixli 1022035-00001 nömrəli ödəniş tapşırığı ilə 3.040.000 Koreya vonu, xx.xx.2021-ci il tarixli 1023189-00015 nömrəli ödəniş tapşırığı ilə 576.560 Koreya vonu, xx.xx.2022-ci il tarixli 1721857-00007 nömrəli ödəniş tapşırığı ilə 10.000 ABŞ dolları, xx.xx.2022-ci il tarixli 1721857-00014 nömrəli ödəniş tapşırığı ilə 7.000.000 Koreya vonu, xx.xx.2022-ci il tarixli 1722165-50016 nömrəli ödəniş tapşırığı ilə 10.220.390 Koreya vonu, xx.xx.2022- ci il tarixli 1722165-00016 nömrəli ödəniş tapşırığı ilə 11.645.100 Koreya vonu, xx.xx.2022-ci il tarixli 1022035-00008 nömrəli ödəniş tapşırığı ilə 11.200.000 Koreya vonu, xx.xx.2022-ci il tarixli 1721857-00004 nömrəli ödəniş tapşırığı ilə 2.720.000 Koreya vonu məbləğində, ümumilikdə qeyd edilən qaydada 157,964.170 Koreya Vonu və 70.692 ABŞ dolları pul vəsaiti köçürülmüşdür (cild 3, iş vərəqə 7-8). Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, təqdim edilmiş istintaq materiallarında olan ödəniş tapşırıqları və bank çıxarışlarına əsasən Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyinin bank hesabından həmin Səfirliyin maliyyə məsələləri üzrə attaşesi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs bank hesabına xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan dövr ərzində 70.692 ABŞ dolları və 157.964.170 Koreya Vonu məbləğində (həmin dövrün məzənnəsi ilə 347.011,9 manat) pul vəsaiti köçürülmüşdür (cild 3, iş vərəqə 11-12). Cinayət işinin istintaq materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 61-62). 22 dekabr 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli,xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il məktublarına əlavə edilmiş səfirliyin “Hana Bank” KEB-də olan hesablarından çıxarışların əks olunduğu 3 ədəd sd disk, Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyinin Koreya Respublikasının “Hana Bank” KEB-də olan **********6738 nömrəli ABŞ dolları, **********3404 və **********9904 nömrəli Koreya Vonu hesablarından, Təqsirləndirilən şəxs həmin bankda olan **********8232 ABŞ dolları və **********9807 Koreya Vonu hesablarına pul vəsaiti köçürülməsini əks etdirən xx.xx.2021-ci il tarixli 1022035-00002 nömrəli, xx.xx.2021-ci il tarixli 1023189-00013 nömrəli, xx.xx.2021-ci il tarixli 1023189-00009 nömrəli, xx.xx.2021 -ci il tarixli 1021281- 00011 nömrəli, xx.xx.2021-ci il tarixli 1721857-50008 nömrəli, xx.xx.2021-ci il tarixli 1020468- 50010 nömrəli, xx.xx.2021-ci il tarixli 1721857-00033 nömrəli, xx.xx.2021-ci il tarixli 1721857-00012 nömrəli, xx.xx.2021-cİ il tarixli 1721857-00021 nömrəli, xx.xx.2021-ci il tarixli 1020468-00018 nömrəli, xx.xx.2021 -ci il tarixli 1023189-00004 nömrəli, xx.xx.2021ci il tarixli 1020468-00009 nömrəli, xx.xx.2021-ci il tarixli 1020468- 00025 nömrəli, xx.xx.2021-ci il tarixli 1722395-00012 nömrəli, xx.xx.2021-ci il tarixli 1722395-00012 nömrəli, xx.xx.2021-ci il tarixli 1021281-00011 nömrəli, xx.xx.2021-ci il tarixli 1021281- 00009 nömrəli, xx.xx.2021-ci il tarixli 1721857-00007 nömrəli, xx.xx.2021-ci il tarixli 1022035-00001 nömrəli, xx.xx.2021-ci il tarixli 1023189-00015 nömrəli, xx.xx.2022-ci il tarixli 1721857-00007 nömrəli, xx.xx.2022 -ci il tarixli 1721857- 00014 nömrəli, xx.xx.2022ci il tarixli 1722165-50016 nömrəli, xx.xx.2022-ci il tarixli 1722165-00016 nömrəli, xx.xx.2022-ci il tarixli 1022035-00008 nömrəli, xx.xx.2022-ci il tarixli 1721857-00004 nömrəli ödəniş tapşırıqları maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.2-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını külli miqdarda talama əməlinə görə cinayət məsuliyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində, vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla ağır nəticələrə səbəb olmasına görə cinayət məsuliyyəti həmin Məcəllənin 308.2-ci maddəsində, vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllərin tamah və ya sair şəxsi niyyətlərlə törədilməsi əməllərinə görə cinayət məsuliyyəti Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulur. Məhkəmə, Təqsirləndirilən şəxs həm istintaqda, həm məhkəmədə verdiyi etiraf edici ifadələrini zərərçəmiş hüquqi şəxsin nümayəndələri və şahid ifadələri, çoxsaylı qəbzlər, mütəxəssis rəyi, habelə iş üzrə toplanmış və yuxarıda sadalanmış digər sübut növləri ilə birgə müqayisə etməklə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini qəsdən törətmişdir. Həmin əməllər başa çatmış cinayətdir. Təsnifatına görə Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət ağır, həmin Məcəllənin 313cü maddəsində nəzərdə tutulan cinayət isə böyük ictimai təhlükə törətməyən cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələrinin sanksiyası həddində, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə də ittiham elan edilmiş, lakin məhkəmə baxışının gedişində, 02 iyun 2023-cü il tarixli məhkəmə iclasında dövlət ittihamçısı Cinayət Məcəlləsinin 17.4-cü maddəsinin tələblərinə əsasən həmin Məcəllənin 179.3.2-ci maddəsində cinayətin törədilmə üsulunun, yəni qulluq mövqeyindən istifadə etmənin mənimsəmə və ya israf etmə cinayətinin zəruri tərkib əlaməti olmaqla obyektiv cəhətin ünsürü kimi birbaşa nəzərdə tutulması əsası ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə elan edilmiş ittihamdan imtina etmiş, məhkəmənin 02 iyun 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (Cild 1, səh. 62). Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini, məhkəmədə etirafedici ifadələr verməsini, əməlindən peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsi, məhkəmədə etirafedici ifadələr verməsi, əməlindən peşmançılıq hissləri keçirməsi kimi yüngülləşdirici halları nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə həmin Məcəllənin 179.3.2-ci maddəsində nəzərdə tutulmuş sanksiyanın aşağı həddində, yəni dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası, habelə Cinayət Məcəlləsinin 313-cü maddələrində nəzərdə tutulmuş sanksiyanın aşağı həddində dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməklə həbs qətimkan tədbiri seçilməlidir. O dərhal məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs törədilməsində təqsirli bilindiyi əməllərdən biri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmaqla həmin Məcəllənin 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində tutulma prosessual məcburiyyət tədbiri tətbiq edilməmiş, 21 dekabr 2022-ci il tarixli qərar ilə barəsində polisin nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir(cild 1, iş vərəqə 75-79). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı hökmlə barəsində həbs qətimkan tədbirinin seçildiyi gündən, yəni 05 iyun 2022ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs tərəfindən cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və ya digər əmlak, həmin əmlakın tam və ya qismən çevrildiyi digər əmlak və ya onun hissəsi, həmin əmlak dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus başqa əmlakın müəyyən edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilsə də göstərilən tədbirlər müsbət nəticə verməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli,xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il məktublarına əlavə edilmiş səfirliyin “Hana Bank” KEB-də olan hesablarından çıxarışların əks olunduğu 3 ədəd CD disk, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli,xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il məktublarına əlavə edilmiş səfirliyin “Hana Bank” KEB-də olan hesablarından çıxarışların əks olunduğu 3 ədəd CD disk, Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyinin Koreya Respublikasının “Hana Bank” KEB-də olan **********6738 nömrəli ABŞ dolları, **********3404 və **********9904 nömrəli Koreya Vonu hesablarından, Təqsirləndirilən şəxs həmin bankda olan **********8232 ABŞ dolları və **********9807 Koreya Vonu hesablarına pul vəsaiti köçürülməsini əks etdirən xx.xx.2021-ci il tarixli 1022035-00002 nömrəli, xx.xx.2021-ci il tarixli 1023189-00013 nömrəli, xx.xx.2021-ci il tarixli 1023189-00009 nömrəli, xx.xx.2021 -ci il tarixli 1021281- 00011 nömrəli, xx.xx.2021ci il tarixli 1721857-50008 nömrəli, xx.xx.2021-ci il tarixli 1020468-50010 nömrəli, xx.xx.2021-ci il tarixli 1721857-00033 nömrəli, xx.xx.2021-ci il tarixli 1721857-00012 nömrəli, xx.xx.2021-cİ il tarixli 1721857-00021 nömrəli, xx.xx.2021-ci il tarixli 1020468- 00018 nömrəli, xx.xx.2021 -ci il tarixli 1023189-00004 nömrəli, xx.xx.2021-ci il tarixli 1020468-00009 nömrəli, xx.xx.2021-ci il tarixli 1020468- 00025 nömrəli, xx.xx.2021-ci il tarixli 1722395-00012 nömrəli, xx.xx.2021-ci il tarixli 1722395-00012 nömrəli, xx.xx.2021ci il tarixli 1021281-00011 nömrəli, xx.xx.2021-ci il tarixli 1021281-00009 nömrəli, xx.xx.2021-ci il tarixli 1721857-00007 nömrəli, xx.xx.2021-ci il tarixli 1022035-00001 nömrəli, xx.xx.2021-ci il tarixli 1023189-00015 nömrəli, xx.xx.2022-ci il tarixli 1721857- 00007 nömrəli, xx.xx.2022 -ci il tarixli 1721857- 00014 nömrəli, xx.xx.2022-ci il tarixli 1722165-50016 nömrəli, xx.xx.2022-ci il tarixli 1722165-00016 nömrəli, xx.xx.2022-ci il tarixli 1022035-00008 nömrəli, xx.xx.2022-ci il tarixli 1721857-00004 nömrəli ödəniş tapşırıqlarını əks etdirən qəbzlər cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi müvafiq olaraq dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 36 (otuz altı) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 216 (iki yüz on altı) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Dələduzluq cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 və 313cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il 6(altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi –məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplamaqla ona qəti olaraq 2(iki) il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin. O dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı barəsində hökmlə həbs qətimkan tədbirinin seçildiyi gündən, yəni 05 iyun 2023-cü il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli,xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il məktublarına əlavə edilmiş səfirliyin “Hana Bank” KEB-də olan hesablarından çıxarışların əks olunduğu 3 ədəd CD disk, Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyinin Koreya Respublikasının “Hana Bank” KEB-də olan **********6738 nömrəli ABŞ dolları, **********3404 və **********9904 nömrəli Koreya Vonu hesablarından, Təqsirləndirilən şəxs həmin bankda olan **********8232 ABŞ dolları və **********9807 Koreya Vonu hesablarına pul vəsaiti köçürülməsini əks etdirən xx.xx.2021-ci il tarixli 1022035-00002 nömrəli, xx.xx.2021-ci il tarixli 1023189-00013 nömrəli, xx.xx.2021-ci il tarixli 1023189-00009 nömrəli, xx.xx.2021 -ci il tarixli 1021281- 00011 nömrəli, xx.xx.2021-ci il tarixli 1721857-50008 nömrəli, xx.xx.2021-ci il tarixli 1020468- 50010 nömrəli, xx.xx.2021-ci il tarixli 1721857-00033 nömrəli, xx.xx.2021-ci il tarixli 1721857-00012 nömrəli, xx.xx.2021-cİ il tarixli 1721857-00021 nömrəli, xx.xx.2021-ci il tarixli 1020468-00018 nömrəli, xx.xx.2021 -ci il tarixli 1023189-00004 nömrəli, xx.xx.2021ci il tarixli 1020468-00009 nömrəli, xx.xx.2021-ci il tarixli 1020468- 00025 nömrəli, xx.xx.2021-ci il tarixli 1722395-00012 nömrəli, xx.xx.2021-ci il tarixli 1722395-00012 nömrəli, xx.xx.2021-ci il tarixli 1021281-00011 nömrəli, xx.xx.2021-ci il tarixli 1021281- 00009 nömrəli, xx.xx.2021-ci il tarixli 1721857-00007 nömrəli, xx.xx.2021-ci il tarixli 1022035-00001 nömrəli, xx.xx.2021-ci il tarixli 1023189-00015 nömrəli, xx.xx.2022-ci il tarixli 1721857-00007 nömrəli, xx.xx.2022 -ci il tarixli 1721857- 00014 nömrəli, xx.xx.2022ci il tarixli 1722165-50016 nömrəli, xx.xx.2022-ci il tarixli 1722165-00016 nömrəli, xx.xx.2022-ci il tarixli 1022035-00008 nömrəli, xx.xx.2022-ci il tarixli 1721857-00004 nömrəli ödəniş tapşırıqları cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə mərhələsində göstərilmiş 36 (otuz altı) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 216 (iki yüz on altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar