Məhkəmə qərarları › İş №1(101)-851/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-851/2024

09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-851/2024 09.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1998-ci il tarixdə Tovuz rayonunun Ağdam kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Ağdam kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabuncu rayonu, E.Mehdiyev küçəsi nömrəsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ona görə ittiham olunur ki, o satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixatrop maddə əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs 28 iyun 2023-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində Məscidin yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 10 manat müqabilində qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda 5,195 qram çəkidə ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamini əldə edərək üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 13:45-də “X17” şirkətinin mühafizəçiləri tərəfindən şirkətin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Xırdalan yolu, İ Mədəndəki “Həkəri” kafesinin qarşısında yerləşən inzibati ərazisində iki nəfər şübhəli şəxsin saxlanılmasına dair Binəqədi RPİ-nin 43-cü PB-nə daxil olmuş məlumat əsasında qeyd olunan əraziyə gələn Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 1 ünvanında yerləşən 43-cü polis bölməsinə gətirilmiş, polis bölməsinin inzibati binasında şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş halda təmiz çəkisi 5,195 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda psixatrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əslən Tovuz rayonu Ağdam kəndindəndir, lakin Bakı şəhərində Sabunçu rayonu E.Mehdiyev küçəsində nömrəsiz fərdi evdə yaşamışdır. Subaydır, özünü dolandırmaq üçün dəmir tullantılarını toplayaraq dəmir qəbulu məntəqələrinə təhvil verirdi. Tutulduğu 30 iyun 2023cü il tarixdə səhər saatlarında Binəqədi rayon ərazisində “X17” şirkətinin hasarlanmış ərazisinə hasardan aşmaqla çürümüş, lazımsız dəmir boruları yığmağa başlamışdır ki, onları dəmir tullantıları qəbulu məntəqəsinə təhvil versin. Həmin ərazidə ondan başqa tanımadığı başqa bir şəxsdə dəmir tullantıları yığırdı.Bu zaman həmin şirkətin mühafizəçisi onları çağırmış, həmin əraziyə daxil olmağın qadağan olduğunu bildirərək mühafizəçi məntəqəsinə aparmışdır. Orada mühafizə rəisi onlardan izahat aldıqdan sonra polisə məlumat vermişdir. Həmin gün saat 09 radələrində onları oradan Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları aparıb bölməyə təqdim etmişlər. Bölmədə Tural adlı əməliyyatçı onu ayaqyolunda 2 dəfə döymüş, xidməti otaqda isə həmin bölmənin rəisi onu yerə yıxaraq 10 dəfə başına təpik zərbələri endirmişdir. Rəis ona demişdir ki, arıqsan, narkomansan. Ona edilmiş təzyiqlər nəticəsində o, polis əməkdaşlarının cins şalvarının sağ yan cibinə bir büküm patı qoymaqlarına razılaşmış, bundan sonra üzərinə keçirilmiş baxış zamanı həmin bükümü özünə məxsus olan büküm kimi təqdim etmiş, patını iki gün əvvəl Binəqədi qəsəbəsi məscidinin yaxınlığında tanımadığı şəxsdən şəxsi istafədəsi üçün 10 manata əldə etdiyini demişdir. Həmin protokolu özü imzalamışdır.Ondan alınan izahat və ifadələri oxumadan imzalamış, onların məzmunu ilə razı deyildir. Sanksiyaya aparıldıqda döyülməsi barədə məlumat vermiş, oradan Bakı İstintaq Təcridxanasına aparıldıqda tibbi müayinə keçiridikdə döyülməsini bildirsədə onu məhkəmə-tibbi ekspertizaya göndərməmişlər. Məhkəmə-narkoloji ekspertizası zamanı ondan sidiyinin analizini götürsələrdə, qanını yoxlamaya götürməmişlər. O özünü yalnız oğurluğa cəhd etməkdə təqsirli bilir, onda psixotrop maddə olmamış, buna görə özünü təqsirli bilmir. Ona verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, metal yığıb təhvil verirdi, şirkətin ərazisinə heç kimdən icazə almadan daxil olub yararsız əşyalar yığırdı, həmin şirkətin mühafizəçilərinə təslim olmuş, ondan izahat alınıb, barəsində polisə xəbər verilib, polisləri tanımır, onu və digər şəxsi polislər aparmış, bu zaman üzərində heç bir qanunsuz əşya olmamışdır, mühafizə məntəqəsində onları mühafizəçilər yoxladılar, üzərində heç nə çıxmadı. O 1-ci sinifdən sonra məktəbə getməmiş, müstəntiqə heç bir ifadə verməmiş, müstəntiq ifadəni özü yazıb. O heç vaxt narkotik qəbul etməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş “Binəqədi Oil” Company-də növbə rəisi vəzifəsində işləyən Şahid6 Müşviq oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. O, Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “Binəqədi Oil” Company-də mühafizədə növbə rəisi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat 10-11 radələrində ərazi üzrə növbədə olan mühafizəçi Şahid5 ona zəng edərək “Binəqədi Oil” Company ərazisində 2 nəfər şübhəli şəxs olduğunu, onların ərazidə pastlanmış iki ədəd dəmir borunu götürmək istədikləri zaman bunun qarşısını aldığını, həmin şəxsləri saxladığını bildirmişdir. O qeyd olunan əraziyə 10-20 dəqiqə ərzində getmişdir. Orada hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs və digər bir şəxsi görmüş, onları sorğu-sual etmişdir. Bu şəxslər ərazinin “Binəqədi Oil” Companiyə məxsus olmasını bilmədiklərini, ərazinin hasarlanmadığını gördükləri üçün çürümüş boruları satmaq məqsədi ilə götürmək istədiklərini bildirmişlər. Həmin iki nəfər şəxsi xidməti avtomobillə mühafizəçi postuna gətirmiş, bundan sonra rəhbəri olan bölmə rəisinə məlumat vermişdir. Sonuncu isə polisə xəbər vermişdir. Təxminən 30-40 dəqiqədən sonra Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-dən iki nəfər mülki geyimli polis əməkdaşı “Kia Optima” markalı avtomobi ilə ora yaxınlaşmışlar. Polis əməkdaşları gələnə qədər Təqsirləndirilən şəxs və yanındakı şəxs sərbəst olmuşlar. Polis əməkdaşları posta gəldikdən sonra postun binasında bu iki şəxsə üzərlərində olan əşyaları masa üzərinə qoymağı təklif etmişlər. Həmin şəxslər masanın üzərinə bir ədəd bıçaq və bir ədəd alışqanı qoymuşlar. O özü bu vaxt siqaret çəkib mühafizə otağına qayıtdıqda yalnız masanın üzərində bir ədəd bıçaq və bir ədəd alışqanı görmüşdür. Başqa heç bir əşya həmin şəxslər tərəfindən masanın üzərinə qoyulmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və onunla olan şəxsi polis əməkdaşları özləri ilə aparmışlar. Ona verilmiş suallara cavab olaraq Şahid6 göstərmişdir ki, ona zəng edildikdən 10-15 dəqiqə sonra həmin əraziyə gəlmiş, o Nahidin üzərinə baxış keçirməmiş, çağırılan iki nəfər polis əməkdaşı saxlanılan şəxslərin üzərilərini əl ilə yoxladılar, gördü ki, masanın üzərində bir ədəd bıçaq və bir ədəd yandıran olub, narkotik onların üzərində olmayıb. O mühafizədə növbə rəisidir, mühafizəçi Şahid5 zəng edib bildirdi ki, ərazidə iki nəfər şübhəli şəxs var, ərazidə olan iki borunu götürmək istəyir, o onları saxlamış, həmin şəxslər qaçmaq istəməmişlər, borular olan ərazidə çəpər və ya hasar yoxdur və həmin borular istifadəyə yararsız borular idi, Nahid və digər şəxs bu boruları götürməyin qanunsuz olduğunu bilmədikləri, onları dəmir təhvil məntəqəsinə vermək istədiklərini demişlər, onlara onunla bərabər maşına əyləşib mühafizə postuna getməyi təklif etmiş, əyləşdilər maşına getdilər posta, 20-25 dəqiqəyə iki nəfər polis əməkdaşları yaxınlaşdılar, elə onların postunda onların üzərinə axtarış keçirdilər, üzərlərində bir ədəd bıçaq və bir ədəd yandıran aşkar olundu. Bu şəxslərin üzərlərinə əl ilə hər tərəfli axtarış keçirildi, onların üzərindən narkotik vasitə aşkar edilməyib, o dəqiq deyir ki, iki nəfər şəxsin üzərindən narkotik çıxmayıb, o polislər axtarışa başlayandan qabaq həmin iki nəfərə üzərlərində narkotik vasitə olub-olmaması ilə bağlı sual vermələrini eşitmədi. Bu uşaqlar polis əməkdaşlarına sadəcə dedilər ki, onlar dəmir yığandırlar, borunu götürməyə gəlmişlər, bu uşaqlar qaçmamış və üzərlərindən qanunsuz heç bir əşya aşkar edilməyib. Ona müstəntiq tərəfindən postda masanın üzərində nə olması ilə bağlı sual verilməyib ona görədə bildirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş “Binəqədi Oil” Company-də mühafizəçi vəzifəsində işləyən Şahid5 ifadəsində göstərmişdir ki, hal-hazırda məhkəmə zalında Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə növbədə olan zaman görmüşdür. xx.xx.2023cü il tarixdə mühafizə etdiyi “Binəqədi Oil” Company-nin ərazisində işləyən işçilər iki nəfər şəxsi orada görüb ona məlumat vermişlər, o isə öz növbəsində işçilərin dediyi əraziyə yaxınlaşaraq onları uzaqdan səsləmiş və gözləmələrini tələb etmişdir. Həmin şəxslərlə onun arasında olan məsafə təqribən 400 metrə bərabər olardı. Əgər onlar qaçmağa cəhd etsə idilər, onun onları saxlamağa imkanı olmayacaqdı. Lakin, Təqsirləndirilən şəxs və yanında olan şəxs qaçmağa cəhd etməmiş, onun onların yanına yaxınlaşmasını gözləmişdir. Onlara yaxınlaşdıqdan sonra onlara burada nə etdikləri ilə bağlı sual verdikdə cavablarında iki ədəd çürümüş boru olduğunu və onu götürmək istədiklərini bildirmişlər. O növbə rəisi olan Şahid6 Müşviq oğluna zəng edərək bu hadisə barədə məlumat vermişdir. Növbə rəisi Şahid6 “Binəqədi Oil” Company şirkətinə aid olan digər postları yoxlamağa getdiyindən təxminən 20 dəqiqə sonra onlar dayandığı əraziyə gəlmiş, şübhəli olan iki nəfər şəxsə birlikdə mühafizəçi postuna getməyi təklif etmişdir. Təqsirləndirilən şəxs və yanındakı şəxsi mühafizəçi postuna gətirdikdən sonra Şahid6 hadisə barədə bölmə rəisinə məlumat vermişdir. Sonuncu isə hadisə barədə polisə xəbər vermişdir. Polis əməkdaşlarına növbə rəisi məlumat verməmişdir. 30 dəqiqə sonra Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-dən iki nəfər polis əməkdaşı gəlmişdir. Gələn polis əməkdaşları mülki geyimdə olmuşlar və gəldikləri avtomobil “Kia Optima” markalı avtomobil olmuşdur. Polis əməkdaşları mühafizə otağında Təqsirləndirilən şəxs və onun yanındakı şəxsin üzərinə baxış keçirmiş, baxış nəticəsində bu şəxslərdən 01 ədəd bıçaq və 01 ədəd alışqan aşkar edildiyini görmüşdür.Bundan sonra polis əməkdaşları bu iki nəfər şəxsi özləri ilə aparmışlar. Ona verilmiş suallara cavab olaraq Şahid5 göstərmişdir ki, iki nəfər şəxsin əraziyə daxil olması barədə məlumatı növbə rəisinə o vermiş, polis əməkdaşları gələndə o orada idi. Polis əməkdaşları bu şəxslərdən üzərlərində nə olduğu ilə bağlı sual verdilər, bu şəxslərin üzərilərindən kiçik ölçüdə bıçaq və bir ədəd yandıran çıxdı, polislər əlavə olaraq Təqsirləndirilən şəxs və onunla olan şəxsin üzərinə bir daha baxış keçirdilər, ancaq üzərilərindən heç bir əşya aşkar olunmadı, masanın üzərində nə görübsə o çıxıb, posta “Kia Optima” maşın ilə iki nəfər polis əməkdaşı gəlib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin sahə rəisi Şahid4 Vaqif oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 30 iyun 2023-cü il tarixdə saat 13:45-də X17 şirkətindən şirkətin ərazisində boru oğurluğu etməyə cəhd barədə məlumat əsasında həmin əraziyə getdiyi zaman tanımışdır. Həmin əraziyə o, həmkarları Şahid3, Şahid2 və Şahid1lə birlikdə şirkətin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Xırdalan yolu, İ mədəndəki, “Həkəri” kafesinin qarşısında yerləşən inzibati ərazisinə getmişlər. Həmin vaxt orada şirkətin iki mühafizəçi əməkdaşı və onların yanında iki nəfər şəxs olmuşdur. Həmin şəxslərdən biri Təqsirləndirilən şəxs olmuşdur. Həmin vaxt nə baş verdiyini maraqlandıqda şirkətin işçiləri bildirmişdirlər ki, həmin iki şəxs şirkətin ərazisinə daxil olaraq göstərdikləri iki ədəd təxminən 1,5 metr uzunluğunda çürük boruları oğurlamaq istəyən zaman onları tutmuşlar. Onlar həmin şəxslərə özlərini təqdim edərək onlardan özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslər özlərini təqdim edərək Təqsirləndirilən şəxs və X11 olduqlarını bildirmişlər. Bundan sonra həmin şəxslərin hansı səbəbdən şirkətin həyətinə daxil olmalarını aydınlaşdırmaqdan ötrü 43-cü polis bölməsinə onları dəvət etmişlər. Bölmədə olan zaman Təqsirləndirilən şəxs və Yusif Hüseynzadə özlərini şübhəli apardıqları üçün hər birinin üzərinə şəxsi axtarış keçirilmiş və narkotik vasitə aşkar edilmişdir. Narkotik vasitənin nə qədər olduğunu artıq xatırlamır, lakin istintaqa verdiyi ifadəsini təsdiq edir.Ona verilmiş suallara cavab olaraq Şahid4 göstərmişdir ki, oğurluq hadisəsi “Binəqədi Oil” Company ərazisində baş vermiş, əməliyyat məlumatı əməliyyat müvəkkili Mirsiyab Hüseynova daxil olmuşdur, boru oğurluğu olmuşdur, iki şəxsi şirkətin ərazisinə girdiyinə görə saxlamışlar, mühafizə onlar gələnə qədər onları yoxlamayıb, baxış bölmədə keçirilib . O sahə rəisidir və şirkətin ərazisi ona aid deyil, o həmin gün növbədə əməliyyat qrupunun üzvü olub. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Səbail RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 Tariel oğlu ifadəsində göstərmişdir ki, hadisə baş verən zaman Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs tanıyır. Belə ki, 30 iyun 2023-cü il tarixdə saat 13:45-də Binəqədi «Oil Company» şirkətindən bölməyə telefon məlumatı daxil olmuşdur ki, şirkətin ərazisində iki nəfər şəxs boru oğurlamaq istəyən zaman mühafizə tərəfindən saxlanılmışdır. Həmin məlumat əsasında xx.xx.2023-cü il tarixdə saat 14:20-də o, bölmənin əməliyyat müvəkkilləri Şahid3, Şahid2 və sahə rəisi Şahid4 şirkətin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Xırdalan yolu, İ mədəndəki, “Həkəri” kafesinin qarşısında yerləşən inzibati ərazisinə getmişlər. Həmin vaxt orada şirkətin mühafizə bölməsinin iki əməkdaşı,yəni növbə rəisi Şahid6 və mühafizəçi Şahid5 olmuş, ərazidə yarıtikili olan bir yerdə hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs və onunla birlikdə X11 olmuşdur. Onların olduğu yerdə oğurlamaq istədikləri köhnə borular da var idi. Mühafizəçilərin məlumatlarından onlara məlum olmuşdur ki, bu şəxslər onların xidməti ərazisinə daxil olaraq köhnə boruları yığıb aparmaq istəyərkən saxlanılmış və polisə məlumat verilmişdir. Mühafizənin xidməti postuna hamısı birlikdə gedərək orada, postun qarşısında hər ehtimala qarşı hər iki şəxsə üzərlərində olan əşyaları masanın üzərinə qoymalarını təklif etmişdir. Həmin masa postun girişinin qarşısında idi. Bundan sonra saxlanılan şəxslər masanın üzərinə bir ədəd bıçaq və bir ədəd alışqan qoymuşlar. Həmin bıçaqla alışqanı bu şəxslərdən hansının qoymasını xatırlamır, həmin əşyaların aşkar edilməsi ilə bağlı heç bir sənədləşmə aparmamışdır. Bu şəxsləri 43-cü PB-nə apararaq bölmənin təhqiqatçısı Fərid Nəzərliyə təqdim etmişlər. Lakin bıçaqla alışqanı təhqiqatçıya verib-verməməsini xatırlamır. Orada təhqiqatçı müdafiəçi dəvət edərək lazımi tədbirləri görərək onun üzərinə baxış keçirmişdir. Həmin baxışda o, həmkarları Şahid2 və Təqsirləndirilən şəxs iştirak etmişlər. Videoçəkilişi isə idarənin ekspert-kriminalisti Samir Sultanov həyata keçirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü təqdim etmiş, onun üzərində başqa heç bir əşya olmamışdır. Nahid özü bildirmişdir ki, bükümdəki patıdır, öz istifadəsi üçün əldə etmişdir. Digər saxlanılan şəxs, yəni X6 üzərinə baxışda o, iştirak etməmişdir. Ona verilmiş suallara cavab olaraq Şahid1 göstərmişdir ki, onları oğurluq hadisəsi ilə bağlı “Binəqədi Oil” şirkətinin ərzisinə çağırmışlar, məlumat xx.xx.2023-cü il tarixdə daxil olub, hadisə yerinə oğurluq faktına görə getmişlər, onlar ora gələnə qədər bu şəxslər nə götürmüşdülərsə hamısı yerdə idi. Bölməyə iki nəfəri gətiriblər, ikinci şəxs X11 olub. Mühafizə postunda masanın üzərinə alışqan və bıçağı ikisindən kimin qoyduğunu xatırlamır. Şahid1 Tariel oğlunun ifadəsi ilə əlaqədar əlavə ifadə vermiş Təqsirləndirilən şəxs göstərmişdir ki, Şahid1 tanımır, sonuncu Binəqədi «Oil Company» şirkətinin ərazisinə gəlməmiş, onu bölməyə aparan şəxslərdən olmamışdır. Onu xx.xx.2023-cü il tarixdə deyil, xx.xx.2023-cü il tarixdə bölməyə aparıb döymüşlər. Bundan sonra 3 gün saxlayıb üzərindəki xəsarətlər keçəndən sonra xx.xx.2023-cü il tarixdə üzərinə videoçəkilişlə baxış keçirmişlər. Onu Binəqədi «Oil Company» şirkətin əməkdaşları saxladıqları zaman izahatını almışlar. İzahatında alınma tarixi olmalıdır. Onunla olan digər X7 da cinayət məsuliyyətinə cəlb etmişlər, onun da işinə hal-hazırda bu məhkəmədə baxılır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, xx.xx.2023-cü il tarixdə günorta saatlarında şöbəyə Binəqədi «Oil Company» şirkətindən məlumat daxil olmuşdur ki, 2 nəfər şübhəli şəxs oğurluq etdiyi zaman saxlanılmışlar. Məlumatı alan kimi rəhbərliyin göstərişi ilə o, bölmənin əməliyyat müvəkkilləri Şahid3, Şahid1 və sahə rəisi Şahid4 xidməti maşınları ilə hadisə yeri olan Binəqədi qəsəbəsi, Binəqədi-Xırdalan yolu, 1ci mədəndəki əraziyə getmişlər. Binəqədi «Oil Company» şirkətinin mühafizə otağında növbə rəisi Şahid6, mühafizəçi Şahid5, saxlanılan Təqsirləndirilən şəxs və Yusif Hüseynzadəni görmüşlər. Şahid6 bildirmişdir ki, Təqsirləndirilən şəxs və Yusif Hüseynzadə şirkətin ərazisinə daxil olaraq iki ədəd çürük boruları oğurlamaq istəyən zaman tutulmuşlar. Həmin vaxt bu şəxsləri maşınları ilə bölməyə gətirib növbətçi hissəyə təhvil vermişlər. Orada onların hər birinin üzərinə baxış keçirilmiş, şəxsən o, Təqsirləndirilən şəxs üzərinə baxışda iştirak etmişdir. Orada təhqiqatçının təklifindən sonra Nahid əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, bükümdə patı olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Binəqədi qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Bildiyi qədər Binəqədi «Oil Company» şirkətinin mühafizə otağında saxlanılan Təqsirləndirilən şəxs və Yusif Hüseynzadənin üzərinə baxış keçirilməmişdir, baxış təhqiqatçının xidməti otağında keçirilmişdir. Bunları isə boru oğurluğuna görə gətirmişlər. Həmin hər biri təxminən bir metr olan borular mühafizəçilərin otağında idi. Oradan bölməyə 10-15 dəqiqəyə gəlmiş, Binəqədi «Oil Company» şirkətinin ərazisində isə təxminən 5-10 dəqiqə qalmışlar. Ona həmkarı Şahid1 və mühafizə xidmətinin əməkdaşlarının məhkəmədə verdikləri ifadələri elan edildi. Həmin ifadələrdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs və Yusif Hüseynzadənin üzərlərini şirkətdə mühafizə otağında yoxlayıb ciblərindən bir ədəd alışqan və bir ədəd bıçaq aşkar edilmişdir. İfadələrdə belə göstərilibsə deməli belə də olubdur. Sadəcə o, bunu dəqiq xatırlamır. Şahid2 ifadəsi ilə əlaqədar əlavə ifadə vermiş Təqsirləndirilən şəxs göstərmişdir ki, polis əməkdaşları Binəqədi «Oil Company» şirkətinin mühafizə otağında ondan və Yusif Hüseynzadədən üzərlərində olan əşyaları təqdim etmələrini təklif etmiş və onlar bir ədəd bıçaqla alışqanı masanın üzərinə qoymuşlar. Həmin əşyaları polislər götürmüşlər. Bunlardan başqa üzərlərində başqa bir şey olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla birlikdə dəmir yığmışlar. Onu da eyni ilə Təqsirləndirilən şəxs verilmiş ittihamla məsuliyyətə cəlb etmişlər, hal-hazırda bu məhkəmədə barəsində olan cinayət işinə baxılır. Belə ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxsla birlikdə Binəqədi qəsəbəsi, Binəqədi-Xırdalan yolu, 1-ci mədəndəki əraziyə gedərək oradan Binəqədi «Oil Company» şirkətinin ərazisindən metal qəbulu məntəqəsinə vermək üçün 2 ədəd hər birinin uzunluğu təxminən bir metr olan çürük boruları götürüb uzaqlaşmaq istəyən zaman şirkətin bir nəfər mühafizəçisi onlara yaxınlaraq salam vermiş və bu əraziyə girmək olmaz demişdir. Onlar da “olmaz, bir daha girmərik” demişlər. Mühafizəçi demişdir ki, mühafizənin rəisi gəlsin, sonra onları buraxacaqlar. Həmin vaxt mühafizənin rəisi gələrək onları mühafizənin otağına apardılar. Orada onların üzərlərini axtarmış, onun üzərindən mobil telefon, elektron qəlyan, təsbeh və əlcək aşkar olunmuş, Nahidin üzərindən isə heç bir şey aşkar olunmamışdır. Alışqan və bıçaq olmamışdır. Mühafizəçilər ondan aşkar olunan əşyaların şəkillərini çəkdilər. Bundan sonra hadisə yerinə Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyatçıları gəldilər. Polislər də mühafizəçilərin yanında onların üstünü axtarmış, üzərlərindən aşkar olunmuş əşyaları, yəni mobil telefon, elektron qəlyan, təsbeh özləri götürmüş və onları bölməyə apararaq növbətçi hissəyə təhvil vermişlər. Orada onlara hər cür təzyiq göstərərək ya oğurluq, ya da 234.1-ci maddəni boynuna götürməyi təklif etmişlər. Sanksiya zamanı bütün məlumatları hakimə demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Səbail RPİ-nin 43-cü PB-nin baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, 30 iyun 2023-cü il tarixdə saat 13:45-də Binəqədi «Oil Company» şirkətindən bölməyə telefon məlumatı daxil olmuşdur ki, şirkətin ərazisində iki nəfər şəxs boru oğurlamaq istəyən zaman mühafizə tərəfindən saxlanılmışdır. Həmin məlumat əsasında həmkarları Şahid1, Şahid2 və Şahid4la birlikdə şirkətin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Xırdalan yolu, İ mədəndəki, “Həkəri” kafesinin qarşısında yerləşən inzibati ərazisinə getmişlər. Orada şirkətin mühafizə otağında mühafizənin iki əməkdaşı onlara hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs və daha bir şəxsi təqdim etmişlər. Mühafizəçilərin deməsinə görə bu şəxslər ərazidən köhnə boruları oğurlamaq istədikdə saxlanılmış, mühafizə otağına dəvət olunmuş və bölməyə hadisə barədə məlumat verilmişdir. Xatırladığı qədər mühafizə otağında bu şəxslərdən biri masanın üzərinə bıçağı çıxarıb təqdim etmişdir. Narkotik vasitə və yaxud psixotrop maddə bu şəxslər tərəfindən həmin yerdə təqdim edilməmişdir. Xeyli vaxt keçdiyi üçün dəqiq xatırlamır, bu şəxslər tərəfindən alışqan, təsbeh və yaxud digər hər hansı bir əşyanın masanın üzərinə qoyulmuşdur, ya yox. Ona həmkarlarının məhkəmədə verdiyi ifadələri elan edildi. Həmin ifadələrlə razıdır, sadəcə o özü həmin gün təqsirləndirilən şəxsin və yanında olan başqa bir şəxsin bıçaqdan savayı başqa əşya təqdim etməsini xatırlamır. Təqsirləndirilən şəxs və ya onun yanında olan şəxsi onlar gətirib təhvil vermişlər. O, Təqsirləndirilən şəxs üzərinə baxışda iştirak etməmiş, lakin digər şəxsin üzərinə keçirilən baxışda iştirak etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması təsdiqini tapmamışdır. Belə ki, cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin CAÜ Baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3, əməliyyat müvəkkili, polis leytenantı Mirsiyab Hüseynov, əməliyyat müvəkkili, polis mayoru Şahid1 və sahə inspektoru, polis baş leytenantı Şahid4 imzaladıqları raportdan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə saat 13:45 radələrində “X17” şirkətinin mühafizə xidmətindən 2 nəfər şübhəli şəxsin şirkətin ərazisində saxlanılması ilə bağlı 43-cü PB-nə məlumat daxil oldu. Dərhal həmin əraziyə yaxınlaşdılar və özlərini təqdim edərək bölməyə dəvət etmişlər və həmin şəxslər üzərində narkotik vasitə olduğunu etiraf etdilər. Bölmədə məlum oldu ki, həmin şəxslər Təqsirləndirilən şəxs və X8r. Məhkəmənin sorğusu əsasında Bakı şəhəri Binəqədi RPİ-nin rəisi polis polkovniki İlqar Məmmədovun təqdim etdiyi, vətəndaşlar Təqsirləndirilən şəxs və X6 Binəqədi RPİ-nin 43-cü PB-nin MSY-də saxlanılmasını təsdiq edən qeydiyyat kitabında olan çıxarışlardan kitabda sıra sayı 865 olan qeydlərə görə X11 narkotik və oğurluqda şübhəli bilindiyi üçün xx.xx.2023-cü il tarixdə saat 14:30-da əməliyyat müvəkkili Şahid2 tərəfindən gətirildiyi, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsilə sənədləşdirildiyi və X6 xx.xx.2023-cü il tarixdə saat 17:30-da azad edildiyi göstərilmişdir. Həmin kitabda sıra sayı 864 olan qeydlərə görə Təqsirləndirilən şəxs narkotik və oğurluqda şübhəli bilindiyi üçün xx.xx.2023-cü il tarixdə saat 14:30-da əməliyyat müvəkkili Şahid2 tərəfindən bölməyə gətirildiyi, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə sənədləşdirildiyi (izahatı alınıb buraxıldığı qeydi var) , xx.xx.2023-cü il tarixdə saat 18:10-da azad edildiyi göstərilmişdir. Cinayət işində olan “şübhəli şəxsin tutulması haqqında” 30 iyun 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:00-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən müəyyən olunur ki, o müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına heç bir etirazı yoxdur. Cinayət işində olan 30 iyun 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə onun müdafiəçisi X5 vətəndaş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması ilə əlaqədar istintaq hərəkətinin keçirləcəyi barədə məlumat verildi. Vəkil X9 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində keçiriləcək şəxsi axtarışın aparılmasında iştirak etməyəcəyini, onun iştirakı olmadan şübhəli şəxsin üzərinə axtarış keçirlməsini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı Fərid Nəzərov tərəfindən tərtib edilmiş “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə video çəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşayaları təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükülünü çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin bükümdə “patı, metemfetamin” olduğunu, 02 gün əvvəl səhər saat 10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində Məscidin yaxınlığında tanımadığı şəxsdən 10 manat pul müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə fiziki-kimyəvi ekspertizasının 01 iyul 2023-cü il tarixli 6/3582 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “4. Məmmədov (imza)...” sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 5,195 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixatrop maddə-metemfetamindir. Tədqiqata sərf edildi -0,1 qr, qalıq -5,095 qramdır. Məhkəmədə elan edilib araşdırılmış “Tutulmuş şəxsin azad edilməsi haqqında” 02 iyul 2023-cü il tarixli qərardan müəyyən olunur ki, Bakı şəhəri Binəqədi RPİ-nin müstəntiqi, polis polkovnik-leytenantı Elzadə Cəfərov həmin tarixdə Təqsirləndirilən şəxs ittiham elan edilməsinin mümkün olmadığını əsas gətirərək sonuncunu Bakı şəhəri Binəqədi RPİ-nin müvəqqəti saxlama yerindən azad etməsinə dair qərar qəbul etmişdir. Qeyd olunan qərar məhkəməyə təqdim olunmuş Bakı şəhəri Binəqədi RPİ-nin 43cü PB-nin saxlanılan şəxslərin qeydiyyatı kitabında olan məlumatlara ziddir. Belə ki, Bakı şəhəri Binəqədi RPİ-nin rəisi tərəfindən məhkəməyə təqdim edilən həmin kitabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 14:30-da 43-cü PBnə narkotik və oğurluqda şübhəli bilinərək gətirilmiş, həmin tarixdə saat 18:10-da izahatı alınıb buraxıldığı göstərilmiş, müstəntiqin xx.xx.2023-cü il tarixli qərarından isə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə MSY-dən azad olunduğu göstərilmişdir. Cinayət işinin materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Təqsirləndirilən şəxs təqsirləndirlən şəxs qismində ifadə vermiş, ifadəsində xx.xx.2023-cü il tarixdə saat 13 radələrində tanışı X11 ilə Bakı şəhəri Binəqədi rayonu ərazisində “X17” şirkətinə məxsus sahədən iki ədəd yararsız metal qırıntısını götürmək istədikləri zaman şirkətin mühafizəçisi tərəfindən saxlanılmış və Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları gələrək onları polis bölməsinə aparmışlar. Bölmədə isə üzərindən bir büküm psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işində olan Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, CM-nin 234.1-1-ci maddəsilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədibir seçilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs saxlayan Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin rəisinə Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini əldə etdiyi şəxsin şəxsiyyətinin müəyyən edilməsi barədə xx.xx.2023-cü il tarixdə əməliyyat tapşırığı verilmiş, həmin tapşırığa verilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin xx.xx.2023-cü il tarixli 46-6/2-84 saylı cavab məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixtrop maddələrin satışı ilə məşğul olması öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs psixotrop maddələri əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023cü il tarixli 4754 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs PSİXOSTİMULYATORLARDAN istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası SN-nin Respublika Psixiatriya Xəstəxanasından verilmiş xx.xx.2023-cü il tarixli 9946 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs adı göstərilən xəstəxanada müalicədə olmayıb. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alnmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan və bu protokola əlavə edilmiş fotocədvəldən müəyyən olunur ki, hadisə yeri Bakı şəhəri Binəqədi rayonu 1-ci mədən ərazisində yerləşən “X17” şirkətinə məxsus neft quyularının yaxınlığındakı ərazidir. Həmin ərazidə iki nəfər şəxs torpaqdan köhnə boruları oğurlamağa cəhd edərkən şirkətin mühafizəçisi Şahid5 tərəfindən saxlanılaraq polis əməkdaşlarına təhvil verilmişlər. Saxlanılan şəxslərin Təqsirləndirilən şəxs və X11 olduğu müəyyən edilmişdir. Bu şəxslər saxlanılaraq 43-cü polis bölməsinə gətirilərək Növbətçi hissəyə təhvil verilmişlər. Cinayət işində olan “X17” şirkətinin xx.xx.2023-cü il tarixli 03/926 saylı məktubundan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə 1 saylı neft mədəninin ərazisində şirkətin mühafiəzəsini təmin edən “Titan-D” təhlükəsizlik xidmətini əməkdaşları tərəfindən iki nəfər şəxsin mədən ərazisindən iki ədəd borunu oğurlamağa cəhd etmələri barədə məlumat daxil olmuş və bu barədə Binəqədi RPİ-nin müvafiq əməkdaşlarına məlumat verilmişdir. Qeyd edilən iki ədəd 5 mm-lik boru istismar müddətini başa vurmuş və istifadəyə yarasızdır.Şirkət olaraq hadisə ilə bağlı maddi ziyanın olmadığını nəzərə alaraq şirkətin zərərçəkmiş qismində tanınmamasını xahiş edir və bu iş üzrə şirkətin heç kimə tələb və şikayəti yoxdur. Cinayət işində olan “diskə baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, məhkəmənin qərarı ilə "xxxx" MMC-dən tələb olunan Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsinə daxil olan və çıxan zənglər siyahısı, ismarıc mətnlərinin açıqlamaları, həmin nömrələrdən daxil olan və çıxan zənglərin abunəçilərinin tam anket məlumatların əks olunduğu CD diskə baxış keçirilmiş, baxış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. Məhkəmədə tədqiq olunmuş “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,095 qram metamfetaminin saxlanılması üçün Binəqədi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş, 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin qəradan həmçinin müəyyən olunur ki, Təqsirləndirilən şəxs əməlində oğurluğa cəhd, oğurluq və ya X11 ilə qabaqcadan əlbir olması müəyyən olunmadığından Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikası CM-nin 29, 177, 177.1, 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmənin sorğusu ilə əlaqədar Təqsirləndirilən şəxs saxlanıldığı, polis bölməsinə gətirildiyi və polis bölməsində olduğu zaman ona qarşı fiziki zor və ya psixoloji təzyiq tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar İdarəsi tərəfindən araşdırma aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs, Binəqədi RPİ-nin əməkdaşları və digər şəxslərin izahatları alınmış, Təqsirləndirilən şəxs barəsində məhkəmə-tibbi ekspertizası təyin edilərək rəy alınmışdır. İzahatında Təqsirləndirilən şəxs saxlanılan tarixdə polis bölməsində döyüldüyünü, törətmədiyi cinayəti etiraf etməyə məcbur olunduğunu göstərmiş, polis bölməsinin əməkdaşı X10 izahatında Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə oğurluq edərkən “X17” şirkətinin mühafizəçiləri tərəfindən saxlanıldığını, daha sonra 43-cü PB-nə gətirilərək istintaq şöbəsinə təhvil verildiyini, onu saxlayan, bölməyə gətirilən və orda olduğu müddət ərzində polis əməkdaşlarından heç birinin onu döymədiyini, fiziki və psixi zor tətbiq etmədiyini göstərmişdir. Araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertiza rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs heç bir xəsarət aşkar olunmamış, İT-da olan tibb kartda da sonuncunun bədən səthində xəsarət aşkar edilməmişdir. Araşdırma nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki güc tətbiqinə, işgəncə və digər qanunsuz hərəkətlərə məruz qalması müəyyən edilmədiyindən material üzrə xx.xx.2024-cü il tarixdə cinayət işinin başlaması rədd olunmuşdur. Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə əməlinin hüquqi qiymətləndirilməsi: Məhkəmə baxışı zamanı tədqiq edilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları Şahid1 Tariel oğlu, X10, Şahid3 və Şahid4 Vaqif oğlunun xx.xx.2023-cü il tarixli raportları, bu əməkdaşların ibtidai istintaq zamanı və məhkəmədə verdikləri ifadələrindən müəyyən olunur ki, həmin tarixdə saat 13:45 radələrində 43-cü PB-nin xidməti ərazisi olan “X18” Şirkətinin müafizə xidmətindən iki nəfər şübhəli şəxsin şirkətin ərazisindən boru oğurluğu etməyə cəhd edən Təqsirləndirilən şəxs və X1 məlumatı əsasənda onlar həmin əraziyə getmiş, orada mühafizə postu olan yerdə saxlanılan şəxslərin üzərilərini yoxlayaraq onlardan bir ədəd bıçaq və bir ədəd alışqan aşkar etməklə həmin şəxsləri 43-cü polis bölməsinə aparıb Növbətçi Hissəyə təhvil vermişlər. Polis əməkdaşlarının qeyd edilən əraziyə yalnız boru oğurluğu məlumatı əsasında getməsi, saxlanılan şəxslərin narkotik vasitə və ya psixotrop maddə əldə etmə, daşıma, satma və ya saxlama barədə məlumatın olmaması müəyyən edilmişdir . Bu faktı “X17” şirkətinin əməkdaşları olan növbə rəisi Şahid6 Müşviq oğlu və mühafizəçi Şahid5 istər ibtidai istinaq zamanı istərsədə məhkəmə baxışı zamanı verdikləri ifadələrində təsdiq edərək Təqsirləndirilən şəxsla Yusif Hüseynzadəni şirkətin ərazisindən yararsız 2 ədəd boru oğurlamaq cəhdlərinə görə saxladıqlarını, bu vaxt bu şəxslərin sərbəst olmalarını, oğurluğa cəhdlə bağlı çağırılan polis əməkdaşlarının gəlişinədək onların əllərini bağlamadıqlarını, sonuncuların üzərlərində hər hansı bir qanunsuz əşya olduğu təqdirdə onları üzərlərindən kənarlaşdırmağa tam imkanları olmalarını, polis əməkdaşlarının posta gəldikdə bu iki şəxsin onların iştirakı ilə üzərlərinə baxış keçirmələrini, sonunculardan yalnız bıçaq və alışqan aşkar olunduğunu, başqa heç bir əşya olmadığını göstərmişlər. Həmçinin, məhkəməyədək icraat zamanı və məhkəmə baxışında ifadələr vermiş Təqsirləndirilən şəxs və Yusif Hüseynzadə də “X17” şirkətin ərazisinə dəmir tullantılarını əldə edərək metal qəbulu məntəqəsinə vermək üçün gəldiklərini, polis əməkdaşlarının postda onların üzərlərinə baxış keçirdikdə Təqsirləndirilən şəxs üzərində bıçaq və alışqan, Y.Hüseynzadənin üzərində isə mobil telefon, elektron qəlyan və təsbeh aşkar olunduğunu, başqa qanusuz heç bir əşya aşkar olmadığını göstərmişlər. İbtidai araşdırma materiallarından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı polis mayoru Rza Nəzərov tərəfindən “Hadisə yerinə baxış keçirilməsi barədə” protokol tərtib edilməklə Binəqədi rayonu 1-ci mədən ərazisində yerləşən “X17” şirkətinin ərazisinə məhz oğurluğa cəhd hadisəsi ilə əlaqədar xx.xx.2023cü il tarixdə saat 13:50-dən saat 14:15-dək baxış keçirilmişdir. Bu hallara baxmayaraq Təqsirləndirilən şəxsla Y.Hüseynzadənin 43-cü PB-nə gətirilmələri müvafiq qeydiyyat kitabında olan qeydlərdən çıxarışlara görə oğurluq və narkotiklə bağlı olduğu göstərildiyi halda, bu şəxslərin saxlanılmalarının sənədləşdirilməsinin CM-nin 234.1-1-ci maddəsi ilə göstərilməsinin əsasları göstərilmədən izahatları alınaraq guya həmin tarixdə azad olunmaları göstərilsə də müstəntiqin 02 iyul 2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs yalnız 02 iyul 2023cü il tarixdə MSY-dən azad olunmuş, növbəti gün, yəni 03 iyul 2023-cü il tarixdə CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və bu müstəntiqi vəsatəti əsasında həmin tarixdə Bakı şəhəri Binəqədi rayon məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində əhbs qətimkan tədibir seçilmişdir. Bununla da Təqsirləndirilən şəxs ən azı azadlığı qanunsuz məhdudlaşdırılmaqla, psixoloji təzyiqlər edilməklə etmədiyi cinayəti etiraf etməyi, üzərinə qoyulmuş 5,195 qram psixotrop maddəni özünə məxsus maddə kimi təqdim etməyə məcbur edilmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Baş Prokurorluğunda aparılmış araşdırma zamanı ona qarşı fiziki və psixoloji təzyiqlər edildiyini bir daha göstərmiş, boru oğurluğu etməyə cəhdə görə deyil qanunsuz olaraq CM-nin 234.1-1-ci maddəsilə satış məqsədi olmadan psixotrop maddə olan metamfetamini əldə etmə, daşıma və saxlama cinayət əməlinə görə məsuliyyətə cəlb olunduğunu göstərmişdir. Onun saxlanıldığı xx.xx.2023-cü il tarixdən aylar sonra 23 may 2024-cü il tarixdə barəsində keçirilmiş məhkəmə-tibbi ekpertizası zamanı onun bədənində hər hansı xəsarətlərin və ya onların izlərinin müəyyən edilməməsi işin obyektiv halı kimi qəbul edilə bilməz. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs 28 iyun 2023-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində Məscidin yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 10 manat müqabilində qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda 5,195 qram şəkidə psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlamaqla xx.xx.2023-cü il tarixdə saat 13:45-də “X17” şirkətinin mühafizəçiləri tərəfindən şirkətin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Xırdalan yolu, 1-ci Mədəndəki “Həkəri” kafesinin qarşısında yerləşən inzibati ərazisində iki nəfər şübhəli şəxsin saxlanılmasına dair Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq həmin bölməyə gətirilib üzərinə baxış keçirildikdə Təqsirləndirilən şəxs üzərindən- əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkidə 5,195 qram külli miqdarda psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi təsdiqini tapmamışdır. Belə ki, məhkəmədə verilmiş şirkətin mühafizə əməkdaşları, polis əməkdaşları, Təqsirləndirilən şəxs və Y.Hüseynzadənin ifadələrindən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs və Y.Hüseynzadə “X17” şirkətinin ərazisində yararsız metal borularını oğurluq etməyə cəhdə görə polis bölməsinə verilmiş məlumat əsasında hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən üzərlərinə baxış keçirilməklə narkotik vasitə və ya psixotrop maddələr aşkar olunmadığı müəyyən edilmiş, Təqsirləndirilən şəxs narkomaniyadan əzab çəkmir, əməliyyat tapşırığına əsasən verilmiş arayışda Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması öz təsdiqini tapmadığı, onun psixotrop maddələri əldə etdiyi mənbənin müəyyən edilməsinin mümkün olmadığı göstərilmiş, həmçinin, Təqsirləndirilən şəxs məxsus telefon nömrəsinə aid "xxxx" MMC-nin məlumatlarında Təqsirləndirilən şəxs ifşa edən halların olmaması, Təqsirləndirilən şəxs oğurluqla bağlı 43-cü PB-nə aparılmaqla bölmənin qeydiyyat kitabında “narkotik və oğurluğa” görə gətirildiyi, izahatı alınaraq buraxıldığı göstərilsə də, faktiki olaraq, yalnız 02 iyul 2023-cü il tarixdə MSY-dən azad olunduğu, bir gün sonra isə yenidən CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində Bakı şəhəri Binəqədi rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçildiyi müəyyən olunmuş və bu halları məhkəmə ən azı Təqsirləndirilən şəxs psixoloji təzyiqin göstərilməsi kimi qiymətləndirir və Təqsirləndirilən şəxs 30 iyun 2023-cü il tarixdə üzərinə baxış keçirilən zaman psixotrop maddəni özünə məxsus olan maddə kimi etiraf etməsini, bununla bağlı şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrinə tənqidi yanaşmaqla, həmin ifadələrin, həmçinin, polis əməkdaşların bu hissədə olan ifadələrinə, yəni Təqsirləndirilən şəxs üzərindən bölmədə metamfetamin aşkar edilməsi barədə ifadələrinə də tənqidi yanaşmaqla onların həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirir və məhkəmə Təqsirləndirilən şəxs üzərinə xx.xx.2023-cü il tarixli üzərinə baxış keçirilməsi protokolunu, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələrini, həmçinin polis əməkdaşları Şahid1, Şahid2, Şahid3 və Şahid4 Təqsirləndirilən şəxs üzərindən PB-də baxış zamanı metamfetamin aşkar edilməsinə dair ifadələrini sübutlar siyahısından xaric edir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsn (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunların tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 338.1.2-ci maddəsinə əsasən hökm çıxarıldıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad edilə bilər. Məhkəmə nəzərə alır ki, CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Bu maddənin məzmunu və mənasına əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, təhqiqat və ibtidai araşdırma orqanı tərəfindən sübutların toplanılması, sübutların yoxlanılması və sübutların qiymətləndirilməsi zamanı Azərbaycan Respublikasının CPM-nin 143-145-ci maddələrin tələbləri pozularaq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmamış, onların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi düzgün qiymətləndirilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 15-ci maddəsinə əsasən cinayət təqibi gedişində şəxsə işgəncələr verməyi, fiziki və psixi zorakılıqdan, o cümlədən digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalar tətbiq etməyi şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə cinayət prosesində iştirak edən digər şəxslərdən zorakılıq, hədə-qorxu, aldatma yolu ilə və onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almağı qadağan edir. Şərh olunanlar şəxsi axtarış və götürmə aparılması barədə protokolu və ona əlavə edilmiş videoçəkilişi sübut kimi qəbul edilməsi imkanını Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən birbaşa yolverilməz edir. Cinayət-Prosessual Məcəllənin 125.3-cü maddəsinə əsasən isə həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Ona görə də məhkəmə faktiki olaraq ibtidai istintaq orqanının həmin şəxsi axtarış və götürmə aparılması barədə protokola istinad edilməklə təqdim etdiyi digər bütün sübutları, o cümlədən polis əməkdaşlarının həm şəxsin saxlanılması, həm də onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı ifadələrini şübhə altına alır. Beləliklə, məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutların məcmusu əsasında yekun qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi sübuta yetirilmir. Məhkəmə, bütün yuxarıda qeyd olunanları nəzərə alaraq, ibtidai istintaq orqanının təqdim etdiyi sübutları məhkəmədə araşdırıb bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona istinad edilən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psxiotrop maddə olan metamfetamini əldə edib saxlamaqla daşıma cinayətini törətməkdə təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin sübutların yoxlanılması və qiymətləndirilməsindən bəhs edən müddəalarının tələbləri baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, cinayət-prosessual qanunvericiliyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir (maddə 145.3). Hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir (maddə 145.2). Bundan əlavə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (maddə 351.2). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, şəxsin təqsirliliyi sübuta yetirilmədikdə - şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə əsası ilə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşıma ittihamı üzrə bəraət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs bəraət verilməli olması ilə bağlı nəticəyə gələrkən yuxarıda sadalanan sübutlarla yanaşı aşağıdakılara da istinad edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci və 42.1.4-cü maddələrinin tələblərinə görə, təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Ona görə də Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əsasən bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət veriləcəyi halda məhkəmə-kimyəvi ekspertizası ilə bağlı 80 (səksən) manat məbləğində məhkəmə xərci dövlət büdcəsi hesabına aid edilməlidir. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Məhkəmə istintaqı zamanı aşkar edilmiş qanun pozuntularına hüquqi qiymət verilməsi üçün və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq olan 5,095 qram psixotrop maddə metamfetamin mənbəyi müəyyən edilməsi üçün prokurora göndərilməli olan, cinayət işinin materialları ilə birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-145-ci maddələrini rəhbər tutaraq, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, müqayisəli şəkildə təhlil etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyinə görə onun təqsirsiz olması nəticəsinə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42, 55, 349, 350, 352, 353 və 357-ci maddələrinin tələblərini rəhbər tutarasq, məhkəmə hökm etdi: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4 və 55-ci maddələrinə əsasən, təqsirliliyi sübuta yetirilmədiyi üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində keçirilmiş ekspertizaya görə, yaranmış 80 (səksən) manat məbləğində məhkəmə xərci dövlət hesabına aid edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən, barəsində bəraət hökmü çıxarılmış Təqsirləndirilən şəxs vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini tələb etmək hüququ izah edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,095 qram metamfetamin mənbəyi müəyyən edilməsi üçün cinayət işinin materialları ilə birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilsin. 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar