Məhkəmə qərarları › İş №1(101)-852/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-852/2020

25.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-852/2020 25.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X5, müdafiəçi – Bakı şəhər 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx xxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 2, ev 22-də qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, narkotik vasitə olan tiryəkdən istifadə nəticəsində sərxoş vəziyyətində idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmuş və bunun nəticəsində ehtiyatsızlıqdan zərərəçəkmiş şəxs ölmüşdür. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq, yəni narkotik vasitə olan tiryəkdən istifadə nəticəsində sərxoş halda xx xxxxxx 2019-cu il tarixdə, saat 20:00 radələrində “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi «VAZ 2107» markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi ilə “Kirov” dairəsinə doğru hərəkətdə olarkən piyadanın sağdan sola doğru keçməsini, yəni hərəkət üçün təhlükə yaranmasını görüb "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməməklə yol hərəkəti qaydalarını pozub, həmin vaxt yolu sağdan sola doğru keçmək istəyən piyada Zərərçəkmiş şəxs avtomobilinin qabaq hissəsi ilə ehtiyatsızlıqdan vurmuşdur. Nəticədə Zərərçəkmiş şəxs baş-beyinin yumşaq qişalarına, maddəsinə və mədəcilərə qansızma, ikitərəfli hemopnevmotoraks (döş boşluğuna hava və qanın yığılması), ağciyərlərin hematoması, sağ körpücük sümüyünün, sağ V, Vİ, sol V, Vİ, Vİİ, Vİİİ, İX qabırğaların yerini dəyişən qapalı sınıqları, başın, sifətin, gövdənin, yuxarı və aşağı ətrafların əzilmiş yarası, qançır və sıyrıqlarından ibarət ümumilikdə həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri alaraq 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx xxxxxx 2019-cu il tarixdə saat 20:00 radələrində Maştağa qəsəbəsində “Çiləgər” adlanan yerdən üzü “Kirov” dairəsi istiqamətində özünə məxsus “VAZ 2107” markalı avtomobillə atasını işdən götürmək üçün getmişdir. Həmin vaxt hava qaranlıq olmuşdur. O, “Kirov” dairəsinə yaxınlaşan zaman orada olan dayanacağı və piyada keçidini keçdikdən sonra yolun hərəkət hissəsinə tanımadığı piyadanın çıxdığını görmüşdür. Həmin an o, avtomobili sola qaçırdaraq hadisənin qarşısını almaq istəsə də, avtomobilin qabaq bufer hissəsi ilə piyada hərəkət edən qadını vurmuşdur. O, avtomobili dərhal saxlayaraq vurduğu piyadanı yolda olan bir nəfərin köməyi ilə avtomobilinə mindirmişdir. Həmin vaxt onun avtomobillə vurduğu qadın sağ olmuşdur. O, qadını avtomobilə mindirib xəstəxanaya aparmaq istəmişdir. O, xəstəxanaya gedən yolda atasını da avtomobilə mindirmişdir. Sonra isə onun avtomobili sürətlə getmədiyi üçün o, piyadanı əmisi oğlunun avtomobilinə mindirmiş və xəstəxanaya aparmışdır. O, qadını xəstəxanaya çatdırdıqda, həmin qadın sağ olmuş və normal şəkildə danışırmış. O, qohumları ilə birlikdə xəstəxanada qadının vəziyyəti ilə maraqlanmışdır. Sonra həmin qadının qohumları xəstəxanaya gəlmişlər. O, xətəxanada olduğu vaxt polis əməkdaşları ona zəng edərək ondan harada olduğunu soruşmuşlar. O da xəstəxanada olduğunu bildirmişdir. Bir neçə dəqiqədən sonra polis əməkdaşları gəlib onu aparmışlar. Hadisə yerinə baxış keçirildikdən sonra müstəntiq ondan narkotik vasitə qəbul edib-etmədiyini soruşmuşdur. O da müstəntiqə heç vaxt narkotik vasitə qəbul etmədiyini bildirmişdir. Lakin müstəntiq ona demişdir ki, “Sənin rəngin ağappaqdır. Sən narkotik vasitə istifadə edirsən”. O, həmin vaxt müstəntiqə demişdir ki, “Mən birinci dəfədir ki, maşınla adam vurmuşam, şokdayam. Baş verənlərdən qorxmuşam”. Müstəntiq ona inanmayaraq, onu ekspertizaya aparmış və orada onun sidiyindən analiz götürülmüşdür. Ekspert analiz götürməmişdən əvvəl ona demişdir ki, “Sən narkotik alüdəçisinə oxşayırsan. De ki, narkotikdən istifadə edirsən, bir də səndən analiz götürməyək”. O da cavabında ekspertə heç vaxt narkotik vasitədən istifadə etmədiyini demişdir. Bundan sonra oradakı həkim onun tiryəkdən istifadə etdiyini bildirmişdir. O, həmin vaxt həkimə öz narazılığını bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin ümumiyyətlə heç vaxt narkotik vasitələrdən istifadə etmədiyini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını, Zərərçəkmiş şəxs yas mərasimi ilə bağlı bütün xərclərin onun tərəfindən ödənildiyini bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərinin nəzərə alınmasını, onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsindən həmin Məcəllənin 263.2-ci maddəsinə tövsif edilməsini və ona həmin maddə üzrə aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozması və bunun ehtiyatsızlıqdan zərərəçəkmiş şəxsin ölümünə səbəb olması ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi etirafedici ifadəsi obyektiv araşdırılmış digər sübutlarla tam şəkildə təsdiq olunduğundan məhkəmə qeyd edilən hissədə təqsirləndirilən şəxsin ifadəsini mötəbər və həqiqi sübut növü kimi qəbul edir və qiymətləndirir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq piyada hərəkət edən Zərərçəkmiş şəxs vurmuş və nəticədə zərərçəkmiş şəxs ehtiyatsızlıqdan ölmüşdür. Lakin Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq piyada hərəkət edən Zərərçəkmiş şəxs vurduğu vaxt narkotik vasitədən istifadə nəticəsində sərxoşluq vəziyyətində olmaması ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini məhkəmə cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qəbul edir və qiymətləndirir. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin hadisə törədildiyi vaxt narkotik vasitədən istifadə nəticəsində sərxoşluq vəziyyətində olmaması ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunlu ifadə verməklə öz məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun anasıdır. xx xxxxxx 2019-cu il tarixdə axşam radələrində o, evdə olarkən telefonuna zəng gəlmiş və ona anasının “Kirov” dairəsi yaxınlığında avtomobil ilə vurulması, anasını vuran şəxsin anasını xəstəxanaya aparması barədə məlumat verilmişdir. O, dərhal anasının telefonuna zəng vurmuşdur. Lakin anasının əvəzinə telefonu Təqsirləndirilən şəxs qohumlarından biri açmış və anasının xəstəxanaya getmək istəmədiyini, ancaq qızları ilə xəstəxanaya getmək istədiyini bildirmişdir. O, həmin şəxsdən telefonu anasına verməsini xahiş etmişdir. Həmin şəxs telefonu onun anasına vermiş və həmin vaxt o, anasına xəstəxanaya getməsini, sonra gec ola biləcəyini bildirmişdir. O, bunu anasına dedikdən sonra Ağarəfinin qohumları anasını Sabunçu rayonunda yerləşən xəstəxanaya aparmışlar. O, xəstəxanaya çatdıqda anası sağ olmuşdur. Hətta o, anasının olduğu palataya keçmiş və anası ilə danışmışdır. Lakin anası ona hadisənin necə baş verməsi və kimin tərəfindən törədilməsi barədə heç nə deməmişdir. Bir qədər keçdikdən sonra həkimlər anasının öldüyünü onlara demişlər. Təqsirləndirilən şəxs və sonuncunun qohumları onların yas mərasimində iştirak etmişlər, bütün dəfn xərclərini və yas mərasiminin xərclərini tam şəkildə ödəmişlər, vəfat etmiş anasının baş daşısını da düzəltdirmişlər. Zərərçəkmiş şəxsin hüquqi varisi ifadəsində, həmçinin bildirmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X10 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, həkim-narkoloq vəzifəsində işləyir. Tibbi müayinə məqsədi ilə onun işlədiyi müəssisəyə gətirilən vətəndaşların narkotik vasitə və psixotrop maddə qəbul edilməsi faktı yoxlanıldığı halda, həmin vətəndaşdan sidik nümunəsi götürülür. Sidik nümunəsi vətəndaşı gətirən polis əməkdaşının və ya digər səlahiyyətli şəxsin nəzarəti altında xüsusi otaqda sterilizə olunmuş qabda götürülür və həmin sidik üzrə müayinə aparılır. Sidik nümunəsi dispanserdə 36 (otuz altı) gün müddətində saxlanılır. 36 (otuz altı) gün müdətində tibbi yoxlamanın nəticəsi üzrə mübahisə yarandıqda, təkrar müayinə aparılır. Yoxlamanın nəticəsi üzrə mübahisə olmadıqda, 36 (otuz altı) gün keçdikdən sonra götürülmüş sidik nümunələri məhv edilir. Təqsirləndirilən şəxslə bağlı o, bildirmişdir ki, gün ərzində çoxlu sayda vətəndaşlardan sidik nümunələri götürüldüyündən təqsirləndirilən şəxs onun yadında qalmamışdır. Lakin əgər o, təqsirləndirilən şəxs barəsində rəy vermişsə deməli o, şəxsən təqsirləndirilən şəxslə bağlı müayinə aparmış və ona görə də tərtib etdiyi rəyi təsdiq edir. O, həmçinin bildirmişdir ki, tibbi müayinənin nəticəsindən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik qəbul etmiş və sidik nümunəsində tiryək qrupuna aid alkoloid aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik maddənin təsiri altında olmuş və bununla da Təqsirləndirilən şəxs həmin gün sərxoşluq vəziyyətində olmuşdur. Əlavə şahid qismində dindirilmişŞahid ifadəsində, həmçinin göstərmişdir ki, əgər Təqsirləndirilən şəxs sidik nümunəsi götürülməsəydi, bu barədə tibbi müayinə aktı tərtib edilməzdi. Tibbi müayinə sidik nümunəsi götürülən şəxsin və həmin şəxsi gətirən polis əməkdaşının iştirakı ilə onun tərəfindən aparılır və nəticəsi barədə tibbi müayinə aktı tərtib edilir. Barəsində tibbi müayinə aparılan şəxsin həmin tibbi müayinəni görməmək ehtimalı yoxdur. Bütün yoxlamalar barəsində yoxlama aparılan şəxsin mütləq qaydada iştirakı ilə keçirilir. Tibbi müayinə ən çox 5 (beş) dəqiqə çəkir və xüsusi testlər vasitəsi ilə aparılır. Tiryək qrupuna aid narkotik vasitələr ancaq qara ciyərdə metabolizmə uğrayır və böyrəklərlə ifraz olunur. Tiryək qrupuna aid narkotik vasitələrin 24-48 saat ərzində insan bədənində izi qalır. Tiryək qrupuna aid narkotik vasitələr marixuanadan fərqli olaraq toxumalarda yığılmır. 48 saat keçdikdən sonra heç bir ekspert müəyyən edə bilməz ki, şəxs nə vaxtsa tiryək qrupuna aid narkotik vasitələrdən istifadə edib ya da yox. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və əlavə şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019cu il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəq 5-12) görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa kəndi, Xanlar küçəsində “Kirov” dairəsi kimi tanınan yerin yaxınlığında baş vermiş və “Kirov” dairəsi istiqamətində yolayırıcı səkidən 200 metr məsafədə piyadanın vurulma yeri kimi qeydə alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 13-16) görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi **-GM- *** dövlət qeydiyyat nişanlı, ağ rəngli “VAZ 21074” markalı avtomobilin ön hissəsi və buferi əzilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 1/3978 saylı aktdan (cild 1, iş vərəqə 17) görünür ki,Təqsirləndirilən şəxs həmin gün saat 23:00 radələrində tibbi müayinədən keçirilmiş və o, həmin vaxt opi (tiryək) qəbulu nəticəsində yaranmış sərxoşluq vəziyyətində olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 23) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 24) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 30564 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 49-50) görünür ki,istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Vaz 2107” markalı, **-GM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X15- Təcrübi və Tədris Birliyinin 192 nömrəli meyitin ekspertizası barədə rəyindən və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 129-135) görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər müəyyən olunmuşdur: baş-beyinin yumşaq qişalarına, maddəsinə və mədəcilərə qansızına. İkitərəfli hemopnevmotoraks (döş boşluğuna hava və qanın yığılması). Ağciyərlərin hematoması. Sağ körpücük sümüyünün, sağ V, Vİ, sol V, Vİ, Vİİ, Vİİİ, İX qabırğaların yerini dəyişən qapalı sınıqları. Başın, sifətin, gövdənin, yuxarı və aşağı ətrafların əzilmiş yarası, qançır və sıyrıqları. Xəsarətlər həyati olub, bərk küt əşya təsirindən Zərərçəkmiş şəxs xətəxanaya daxil olmasından (xx xxxxxx 2019-cu il tarixdə saat 21:05) az əvvəl olmaqla qərarın təsviri hissəsində götərilən xx xxxxxx 2019-cu il tarixdə və şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan minik avtomaşının vurması nəticəsində avtomaşının qabarıq hissələrinin təsirindən törənə bilər və dərəcəsinə görə ümumilkdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəlidir. Zərərçəkmiş şəxs ölümünə səbəb baş beyin maddəsinin əzilməsi, baş beyinin yumşaq qişalarına, maddəsinə və mədəciklərə qansızına olmuşdur. Ölüm xx xxxxxx 2019-cu il tarixdə saat 11:40-da xəsatəxanada baş vermişdir. Bu da ilkin meyit əlamətləri ilə öz təsdiqini tapır. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbıtur turşusu törəmələri alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli əməlin tövsif olunması barədə qərardan (cild 1, iş vərəqə 57) görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsindən həmin Məcəllənin 263-1.3-cü maddəsinə tövsif edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 60-61) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ittiham elan olunmuş və o, həmin maddə üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-526/2019 saylı qərarından (cild 1, iş vərəqə 76-78) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi X6 notarial qaydada təsdiq edilmiş ərizəsindən (cild 1, iş vərəqə 101) görünür ki, Təqsirləndirilən şəxs ona və onun ailəsinə dəymiş ziyanı tam ödəmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir iddiası, şikayəti və tələbləri yoxdur və gələcəkdə də olmayacaqdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-09/2020 saylı qərarından (cild 1, iş vərəqə 112-116) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalından dərhal azad olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tələbnaməsindən (cild 1, iş vərəqə 104) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Bakı Apelyasiya Məhkəməsinin 4(103)-47/2020 saylı qərarından (cild 1, iş vərəqə 121-125) görünür ki,Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-09/2020 saylı qərarından verilmiş apelyasiya protesti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X4 barədə 336 saylı rəyindən (cild 1, iş vərəqə 143-144) görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəsatəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-116/2020 saylı qərarından (cild 1, iş vərəqə 141-142) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri 1 (bir) ay müddətinə, yəni xx xxxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi barədə qərardan (cild 1, iş vərəqə 178-179) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli iltizamdan (cild 1, iş vərəqə 181) görünür ki, həmin gün Təqsirləndirilən şəxs iltizam alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X4 barədə 970 saylı rəyindən (cild 1, iş vərəqə 183-184) görünür ki,insan sidiyində opiy qrupu preparatlarının və onların metabolitlərinin qalma müddəti sonuncu dəfə narkotik vasitə istifadə etdikdən sonra təxminən 48-72 saat təşkil edir. Opioidlər qrupu preparatlarından opinin qəbul edilməsindən sonra təxminən 48-72 saat təşkil edir. Opioidlər qrupu preparatlarındanopinin qəbul edilməsindən sonra təxminən 4-6 saata qədər sərxoşluq vəziyyəti yarana bilər. Opiy və onun metabolitlərinin orqanizmdən çıxması hər bır individiumun antronometrik xüsusiyyətlərə (çəki,boy), sağlamlıq vəziyyəti, maddələr mübadiləsinin sürətindən və digər faktorlardan asılıdır. Hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəsatəliyindən əzab çəkmir. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 8/550 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası rəyindən (cild 1, iş vərəqə 206-207) görünür ki,istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Vaz 2107” markalı, **- GM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 213-218) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə yeni məzmunlu ittihamın elan edilməsi və onun barəsindəAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan olunması haqqında qərardan (cild 1, iş vərəqə 221-222) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə yeni məzmunda yenidən ittiham elan olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 300) görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X11 notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, onun təqsirləndirilən şəxsə qarşı heç bir iddiasının, şikayətinin və tələbinin olmadığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2009-cu il tarixli qeydiyyat şəhadətnaməsinin surətindən (cild 1, iş vərəqə 21) görünür ki, **-GM-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli “VAZ 21074” markalı avtomobilin mülkiyyətçisi təqsirləndirilən şəxsin atası X12r. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2016-cı il tarixli nəqliyyat vasitəsinə dair verilmiş etibarnamənin surətindən (cild 1, iş vərəqə 21) görünür ki, **-GM-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli “VAZ 21074” markalı avtomobilin mülkiyyətçisi X14 nəqliyyat vasitəsinə dair bütün hüquqları oğlu Təqsirləndirilən şəxs vermişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativhüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Andrey X1rşı” işi üzrə X19 Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs özünün seçdiyi müdafiəçi ilə birlikdə açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Təqsirləndirilən şəxs və onun müdafiəçisi ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əleyhinə əldə edilmiş sübutlara dair öz etirazını bildirmişlər, müxtəlif vəsatətlər vermişlər, məhkəmə istintaqında tədqiq edilmiş bir çox sübutları və həmin sübutların mötəbərliyini mübahisələndirmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətli olması demokratik və hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətlərinin olması, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən narkotik vasitədən istifadə nəticəsində yaranmış sərxoşluq vəziyyətində idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq Zərərçəkmiş şəxs vurmuş və nəticədə sonuncu aldığı xəsarətlərdən ölmüşdür. Başqa sözlə, ehtiyatsızlıqdan baş vermiş yol-nəqliyyat hadisəsi zərərəçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Məhkəməittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara obyektiv hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan tiryəkdən istifadə nəticəsində yaranmış sərxoşluq vəziyyətində xx xxxxxx 2019-cu il tarixdə, saat 20:00 radələrində idarə etdiyi «VAZ 2107» markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa kəndi, Xanlar küçəsində yerləşən “Kirov” dairəsinə doğru hərəkətdə olarkən həmin vaxt yolu sağdan sola keçmək istəyən piyada Zərərçəkmiş şəxs avtomobilinin qabaq hissəsi ilə ehtiyatsızlıqdan vurmuşdur.Nəticədə Zərərçəkmiş şəxs çoxsaylı xəsarətlər almış və növbəti gün müalicə aldığı xəstəxanada ölmüşdür. Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdiyi vaxt sərxoş vəziyyətdə olması məsələsinə gəldikdə (təqsirləndirilən şəxs məhkəmə istintaqında ümumiyyətlə narkotik vasitədən heç vaxt istifadə etmədiyi bildirmiş və bununla bağlı ona irəli sürülmüş ittihamı mübahisələndirmişdir) məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlarla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi avtomobillə etiyatsızlıqdan vurduğu vaxt həqiqətən də sərxoş vəziyyətdə olmuşdur. Belə ki, məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 1/3978 saylı aktdan görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi törədildiyi vaxt opiy (tiryək) qəbulu nəticəsində yaranmış sərxoşluq vəziyyətində olmuşdur. Məhkəmə istintaqında xx xxxxxx 2019-cu il tarixli, 1/3978 saylı aktı və aktda müəyyən edilmiş halları şübhə altına ala biləcək heç bir hal müəyyən edilmədi, habelə qeyd edilən aktda müəyyən edilmiş halları təqzib və ya istisna edə biləcək başqa sübutlar müdafiə tərəfindən məhkəməyə təqdim edilmədi. Bundan başqa, məhkəmə cinayət işi üzrə obyektivliyi tam şəkildə təmin etmək məqsədi ilə müdafiə tərəfinin vəsatəti əsasında xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs tibbi müayinəsini aparmış həkim-narkoloq Şahid əlavə şahid qismində məhkəməyə dəvət etmiş və sonuncu iş üzrə əhəmiyyət kəsb edən hallar barədə dindirilmişdir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, hadisə baş verən gün şəxsən Təqsirləndirilən şəxs müayinə etmiş, bundan başqa, Təqsirləndirilən şəxs sidik nümunəsi götürülmüş, həmin sidik nümunəsi üzərində yoxlama aparılmışdır. Nəticədə o, Təqsirləndirilən şəxs cinayət hadisəsi törədildiyi vaxt opiy (tiryək) qəbulu nəticəsində yaranmış sərxoşluq vəziyyətində olmasını müəyyən etmişdir. Başqa sözlə, məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş Şahid xx xxxxxx 2019-cu il tarixli, 1/3978 saylı aktın həqiqiliyini təsdiq etmişdir. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə bir daha belə nəticəyə gəlir ki, xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə ehtiyatsızlıqdan vurduğu vaxt sərxoşluq vəziyyətində olmuşdur. Göründüyü kimi cinayət hadisəsinin baş verməsinə səbəb Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin (narkotik vasitədən istifadə etmə nəticəsində yaranmış sərxoşluq vəziyyətində nəqliyyat vasitəsini idarə etməsi) və həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin (hərəkət üçün təhlükə yaranmasını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda həmin tədbirləri görməməsi) tələblərinin kobud şəkildə pozulması olmuşdur. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Bundan başqa, Təqsirləndirilən şəxs sərxoşluq vəziyyətində idarə etdiyi avtomobil ilə Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurduqdan sonra Zərərçəkmiş şəxs kömək etmək və sonuncunu xəstəxanaya çatdırmaq məqsədi ilə dərhal avtomobilini saxlamış, Zərərçəkmiş şəxs xəstəxanaya aparmaq üçün kənar şəxsin köməyi ilə sonuncunu öz avtomobilinə mindirmiş, Zərərçəkmiş şəxs yolda olarkən xəstəxanaya getməkdən imtina etmiş, bundan sonraZərərçəkmiş şəxs öz qızı Sürəyya ilə telefonla danışmış və qızı ilə danışdıqdan sonra xəstəxanaya getməyə yenidən razılıq vermiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırmış, həmin vaxt zərərçəkmiş şəxs sağ olmuş, Təqsirləndirilən şəxs özünü xəstəxanada təqdim etmiş, oradaki həkimlərlə zərərçəkmiş şəxsin vəziyyəti ilə dəfələrlə maraqlanmış, xəstəxanadan uzaqlaşmayaraq orada polis əməkdaşlarını gözləmiş, xəstəxanaya gəlmiş polis əməkdaşı (müstəntiqlə) ilə birlikdə hadisə yerinə baxış keçirilməsi və digər prosessual hərəkətlərin həyata keçirilməsi üçün hadisə baş verən yerə getmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəstəxanaya çatdırsa da və xəstəxanada sonuncuya tibbi yardım göstərilsə də, həkimlərin göstərmiş olduğu bütün səylərə baxmayaraq, Zərərçəkmiş şəxs növbəti gün ölmüşdür. Qeyd edilən hallar da cinayət işinin mübahisəsiz hallarıdır. Başqa sözlə, Təqsirləndirilən şəxs cinayət əməlini törədən vaxt sərxoşluq vəziyyətində olsa da, cinayət hadisəsi baş verdikdən sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin İV hissəsində göstərilən vəzifələri tam şəkildə icra etmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin İV hissəsinə əsasən yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinin sürücüsünün üzərinə bir sıra vəzifələr, o cümlədən nəqliyyat vasitəsini yerindən tərpətməmək, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməmək, zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmək, “təcili tibbi yardım” maşını çağırmaq, zərərçəkən həyat üçün təhlükəli xəsarət aldığı hallarda onu yaxınlıqdakı tibbi müəssisəyə aparmaq, orada şəxsiyyətini təsdiq edən sənədi təqdim etmək, sonra hadisə yerinə qayıtmaq, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmaq, zərərçəkənləri öz nəqliyyatında xəstəxanalara aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etmək və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görmək, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) xəbər vermək, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmaq və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləmək, habelə hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlmək vəzifələri qoyur. Odur ki, Təqsirləndirilən şəxs əməllərində yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin bütün zəruri tərkib əlamətləri var. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün zəruri tərkib əlamətləri mövcud olduğundan və qeyd edilən cinayət əməli həqiqətən də onun tərəfindən törədildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin cinayətin törədilməsində təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini ehtiyatsızlıqdan törətmiş və həmin cinayət başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs əməlini cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, cinayəti törətdikdən sonra hadisə yerindən qaçmayaraq, Zərərçəkmiş şəxs vurduqdan sonra dərhal avtomobilini saxlayaraq zərərçəkmiş şəxsi xəstəxanaya aparmasını, onun xəstəxanada zərərçəkmiş şəxsin vəziyyəti ilə maraqlanmasını, ibtidai istintaqı həyata keçirən orqana törətdiyi cinayət barədə səmimi etiraf etməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, sonuncunun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını, bu barışığın hələ ilkin mərhələdə, yəni ibtidai araşdırma zamanı əldə edilməsini, təqsirləndirilən şəxsin və onun yaxın qohumlarının zərərçəkmiş şəxsin yas mərasimində iştirak etməsini, dəfn və yas mərasiminin bütün xərclərinin təqsirləndirilən şəxs və onun ailə üzvləri tərəfindən ödənilməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda və onun əməlində cəzanı ağırlaşdıran hallar olmadıqda, təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Qeyd edilən Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında 5 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini təhlil edərək belə nəticəyə gəlir ki, o, təqsirli bilindiyi cinayət əməlini qəsdən deyil, ehtiyatsızlıqdan törətmişdir. Yəni, onun təqsirli bilindiyi cinayət əməlini törətmək kimi məqsədi və niyyəti olmamışdır. Cinayət hüququ nəzəriyyəsinə görə - ehtiyatsızlıqdan törədilən cinayətlər xarakterinə, mahiyyətinə və nəticələrinə görə qəsdən törədilən cinayətlərdən kəskin şəkildə fərqlənirlər. Qəsdən törədilən cinayətlər əvvəlcədən planlaşdırılır, hazırlıq tədbirləri həyata keçirilir, təqsirkar cinayət nəticəsində baş verə biləcək bütün nəticələri əvvəlcədən görür və arzu edir. Ehtiyatsızlıqdan törədilən cinayətlər isə təqsirkarın bu və ya digər şəkildə yol verdiyi səhlənkarlığı, diqqətsizliyi, səriştəsizliyi və sair səbəblərin ucbatından baş verir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini zamanı cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə ciddi şəkildə əməl olunmalıdır. Eyni zamanda cəza təyin ilə bağlı məhkəmə onu da xüsusilə qeyd edir ki, Təqsirləndirilən şəxs sərxoş halda ehtiyatsızlıqdan zərərçəkmiş şəxsi avtomobillə vursa da, həmin hadisədən sonra özünü nümunəvi sürücü və vətəndaş kimi aparmış, yəni zərərçəkmiş şəxsi xəstəxanaya aparmış, xəstəxanada zərərçəkmiş şəxsin vəziyyəti ilə maraqlanmış, ibtidai istintaq orqanına törətdiyi cinayət barədə səmimi etiraf etmiş, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, nəticədə zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsdən razı qaldığını bildirərək ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş, habelə o, zərərçəkmiş şəxsin hüquqi varisi ilə hələ ilkin mərhələdə, yəni ibtidai araşdırma zaman barışıq əldə etmiş, bundan başqa, o və onun ailə üzvləri zərərçəkmiş şəxsin yas mərasimində dəfələrlə iştirak etmişlər, zərərçəkmiş şəxsin qəbr daşını düzəltdirmişlər, dəfn və yas mərasiminin bütün xərclərini ödəmişlər. Başqa sözlə, o, törətdiyi əməlin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan bütün mümkün hərəkətləri edərək cinayətdən əziyyət çəkən zərərçəkən şəxsin hüquqi varisinə və sonuncunun ailəsinə qayğı və insani rəftar nümayiş etdirmişdir. Qeyd edilən hallar hazırki iş üzrə əhəmiyyət kəsb edən halları təşkil edir və bu səbəbdən də cəza təyini zamanı onların nəzərə alınmaması ədalətsizliyə səbəb ola bilər. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa, ona həmin maddə üzrə əlavə cəza kimi nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza təyin edilməlidir. Yalnız bu cəzalar vasitəsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin xx xxxxxx 2019-cu il tarixdən xx xxxxx 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 4 (dörd) ay müddət ona təyin ediləcək cəzaya daxil edilərək həmin cəzadan çıxılmalıdır və onun üzərində azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərində saxlanılacaq cəzanın əvvəli onun müvafiq səlahiyyətli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, maddi sübut qismində çıxış edən və özündə yolnəqliyyat hadisəsinin görüntülərini əks etdirən bir ədəd disk hazırki iş üzrə hökm qanuni qüvvəsini aldıqdan sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə 170 (yüz yetmiş) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 170 (yüz yetmiş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxx 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 4 (dörd) ay müddət ona təyin edilmiş cəzaya daxil edilərək həmin cəzadan çıxılsın və onun üzərində 4 (dörd) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərində saxlanılmış azadlıqdan məhrum etmə cəzasının əvvəli onun cəza çəkəcəyi müəssisədə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonramaddi sübut qismində çıxış edən və cinayət işində olan yol-nəqliyyat hadisəsinin görüntülərini əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 170 (yüz yetmiş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar