Məhkəmə qərarları › İş №1(101)-852/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-852/2022

18.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-852/2022 18.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxxx 1982-ci il tarixdə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 27 dekabr 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 304.1-ci, 181.2.1-ci, 181.2.2-ci, 181.2.3-cü, 181.2.5-ci və 29,149.1-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3 və 67-ci maddələrinə əsasən qəti olaraq əmlakı müsadirə olunmadan 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 mart 2015-ci il tarixli qərarı ilə cəzadan 01 il 02 ay 10 gün vaxtından əvvəl şərti azad olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 326.2-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci, 67.1-ci və 69.3cü maddələrinə əsasən 3 il 3 ay 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 mart 2020-ci il tarixli qərarı ilə cəzadan 9 ay 16 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki Bakı şəhəri, Binəqədi rayonu, C.Cabbarlı küçəsindəki nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.3-ci, 149.2.4-cü, 149.2.5-ci, 150.2.4-cü və 150.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs silah kimi istifadə edilən əşyalardan istifadə etməklə, zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu ilə bağlı olmayan digər ağır nəticələrə səbəb olmuş qanunsuz azadlıqdan məhrum etmə, zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə və belə bir zor tətbiq etmə hədəsi ilə, həmçinin zərərçəkmiş şəxsi öldürmə və sağlamlığına ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla təkrarən zorlama, bundan başqa zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə və xüsusi amansızlıqla təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri etmə cinayət əməllərini törətmişdir. Belə ki, o, 29 noyabr 2021-ci il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Cabbarlı küçəsindəki nömrəsiz fərdi yaşayış evində olarkən ərazinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti olaraq saxlanması, müntəzəm daşınması və zərərsizləşdirilməsi barədə kommunal xərclərin ödənişi ilə bağlı müqavilə bağlanmasından ötrü vəzifə öhdəliklərini yerinə yetirmək üçün onun yaşadığı evin qapısına gəlmiş, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamentinin Binəqədi rayon Mənzil- Kommunal Təsərrüfat Birliyinin Kommunal Xidmətlər şöbəsinin mühasibi işləyən, xx xxxx 1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qeyrət üstündə arvadını öldürməsini, cəzaçəkmə müəsissəsindən yeni çıxmasını, heç bir ödəniş etməyəcəyini bildirməklə özünə qarşı qorxu, vahimə hissi yaradaraq qəflətən Zərərçəkmiş şəxs sağ qolundan tutub özünə tərəf dartaraq zor tətbiq etməklə mənzilə salıb giriş qapısını içəridən açarla bağlamış, Zərərçəkmiş şəxs evin girişində mətbəx kimi istifadə edilən otağa apararaq, sonuncunun onu sərbəst buraxması barədə xahişlərinə əhəmiyyət verməyərək iradəsi əleyhinə saxlamaqla adam oğurluğu ilə bağlı olmayan qanunsuz olaraq azadlıqdan məhrum edərək, həmin vaxt stolun üzərində olan vintaçanı əlinə götürüb silah qismində nümayiş edib səsini çıxaracağı təqdirdə onu deşik-deşik edəcəyini bildirib öldürməklə, sağlamlığına ağır xəsarət yetirməklə hədələmiş və qəfildən sağ əli ilə Zərərçəkmiş şəxs sol göz nahiyəsinə güclü sillə zərbəsi vurduqdan sonra sonuncunun şalvarının bağını açaraq aşağı dartmaq istədikdə Zərərçəkmiş şəxs özünü müdafiə edib əlləri ilə müqavimət göstərib, cırmaq ataraq onun sağ qulağına xəsarət yetirməsinə baxmayaraq, o, daha da aqressivləşib şalvarından kəmərini çıxararaq, kəmərdən silah qismində istifadə edib, onunla Zərərçəkmiş şəxs boğub öldürəcəyi ilə hədələyərək sonuncunun müqavimətini qırıb, əynində olan bütün paltarlarını soyunmağa məcbur edərək buna nail olduqdan sonra, öz şalvarını və alt tumanını da soyunaraq gərginləşmiş cinsiyyət üzvünü iradəsinə zidd olaraq ağızına almasına Zərərçəkmiş şəxs məcbur edib sonuncuya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdikdən sonra, öz cinayətkar əməllərini davam etdirərək Zərərçəkmiş şəxs ilə mətbəx kimi istifadə olunan otaqda iradəsinə zidd olaraq əvvəlcə ayaq üstə, daha sonra isə döşəmə üzərində zorla təbii yolla cinsi əlaqədə olmuş, bu vaxt qonşu otaqdan səs gəldiyinə görə o, orada yeznəsi Hüseynov Şahid12 Firudin oğlunun yatdığını və sonuncunun mane olmayacağını deyib, zərərçəkmişi həmin otağa apararaq onunla digər çarpayıda cinsi əlaqədə olmaq istəsə də, Zərərçəkmiş şəxs yatmış vəziyyətdə olsa da kənar şəxsin olmasını bildirərək buna razı olmamış, həmin vaxt zərərçəkmiş şəxsin istifadə etdiyi mobil telefona iş yerindən edilmiş telefon zənginə Zərərçəkmiş şəxs axtarılmasının qarşısını almaq, törətdiyi cinayətlərin davam etdirilməsini asanlaşdırmaq məqsədi ilə Zərərçəkmiş şəxs danışdığı şəxsə artıq nəsə deyərsə sağ buraxmayacağı ilə hədələyərək, onu ərazidə “qəbz yazmaqla, işlə məşğul olması” kimi məzmunda cavab verməsinə məcbur edib buna nail olduqdan sonra saat 15:30 radələrində zərərçəkmiş şəxsdən 20 manat pul alaraq, sonuncunu pəncərələri dəmir çərçivəli olan evdə saxlayaraq giriş qapısını açarla bağlamış, özü isə Şahid12 Hüseynovla birlikdə ərzaq almağa gedib toyuq, araq, çaxır və digər ərzaqlar alıb təxminən 20 dəqiqədən sonra qayıtmış, o, toyuğu bıçaqla doğraya-doğraya zərərçəkmişə baxaraq “bir dəli şeytan deyir bıçağı altdan sal yuxarıya qədər cır get” deyərək yenidən onu öldürməklə hədələyərək qorxutmuş, daha sonra isə aldıqları ərzaqlardan yemək hazırlayaraq spirtli içki qəbul etmiş, eyni zamanda zərərçəkmiş şəxsi də yemək yeyib spirtli içki qəbul etməyə məcbur etmişdir. Şahid12 Hüseynov evdən çıxıb getdikdən sonra isə o, zərərçəkmiş şəxsə “sən ölməli qadınsan” deyərək bir daha hədələmiş, sonuncunun onu buraxması barədə yalvarışlarına əhəmiyyət verməyərək, göstərilən ünvanda iradəsi əleyhinə saxlamaqla, onu heç yerə buraxmayacağını bildirib, cinayətkar hərəkətlərini davam etdirərək əlləri ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə ardıcıl olaraq bir neçə zərbə vurmuş, təkrarən “sən ölməli qadınsan” deməklə öldürməklə hədələyərək, habelə zərərçəkmiş şəxsə davamlı fiziki ağrılar yetirib iztirab verərək və bunu dərk edib arzulayaraq xüsusi amansızlıqla, evin qonaq otağında çarpayı kimi istifadə edilən divanın üzərində zorla onun iradəsi əleyhinə əvvəlcə təbii yolla cinsi əlaqədə olaraq onu təkrarən zorlamış, daha sonra arxa keçəcəkdən qeyri-təbii yolla cinsi əlaqədə olaraq təkrarən seksual xarakterli zorakılıq hərəkətləri etmiş, həmin vaxt əlləri ilə itələyərək ona mane olmağa çalışan zərərçəkmişin müqavimətini isə sonuncunun bud nahiyəsinə dəridən hazırlanmış kəmərlə güclü zərbələr vurmaqla qırmış, bundan sonra o, yenidən spirtli içki qəbul edərək yatmış və onun yatmasından istifadə edən Zərərçəkmiş şəxs iş yoldaşı Şahid3 saat 21:49 radələrində “WhatsApp” proqramı vasitəsi ilə azadlıqdan məhrum edildiyini, döyüldüyünü və saxlanıldığı yeri bildirərək hadisə haqqında məlumat vermişdir. Bundan sonra həmin gün saat 22 radələrində göstərilən ünvana gəlmiş Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları Zərərçəkmiş şəxs azad etməsini, sərbəst buraxmasını saat 22 radələrindən saat 23 radələrinədək ondan tələb etmələrinə və bununla bağlı danışıq aparmalarına baxmayaraq o, zərərçəkmiş şəxsi azad etməkdən imtina etmiş, mənzilin giriş qapısını açmadığına görə polis əməkdaşları mənzilin giriş qapısının qıfılını dəmir linglə qırıb qapını açaraq Zərərçəkmiş şəxs azad edilməsinə müvəffəq olmuşlar. Bununla da Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, C.Cabbarlı küçəsindəki nömrəsiz fərdi yaşayış evində 29 noyabr 2021-ci il tarixdə saat 13:00 radələrindən həmin gün saat 23 radələrinədək olan müddət ərzində Zərərçəkmiş şəxs sol gözün gözətrafı nahiyəsinin dərialtı hematoması, həmin gözün ağlı qişasının qansızmaları, sağ gözün gözətrafı nahiyəsinin, döş qəfəsinin sol yan hissəsinin, qarının sol yan hissəsinin iki ədəd, sağ baldırın orta 1/3-nin iç səthinin, sol budun yuxarı 1/3-nin bayır səthinin, sol bazunun orta 1/3-nin ön səthinin, sağ bazunun yuxarı 1/3-nin arxa səthinin, sol qulaq seyvanı nahiyəsinin qançırlarından ibarət dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək silah kimi istifadə edilən əşyalardan istifadə etməklə, zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə Zərərçəkmiş şəxs adam oğurluğu ilə bağlı olmayan ağır nəticələrə səbəb olmuş qanunsuz olaraq azadlıqdan məhrum edərək yuxarıda göstərilən ünvanda iradəsi əleyhinə saxlamış, Zərərçəkmiş şəxs qarşı davamlı olaraq zor tətbiq etməklə və belə bir zor tətbiq etmə hədəsi ilə, həmçinin zərərçəkmiş şəxsi öldürmə və sağlamlığına ağır zərər vurma hədəsi və xüsusi amansızlıqla onu təkrarən zorlamış, bundan başqa Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi və xüsusi amansızlıqla təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək göstərdi ki, o, Bakı şəhəri, Binəqədi rayonu, C.Cabbarlı küçəsindəki nömrəsiz fərdi yaşayış evində yaşamışdır. Zərərçəkmiş şəxs əvvəldən, yəni təxminən 2021ci ilin sentyabr-oktyabr aylarından tanımış, aralarında dost münasibətləri olmuş və mobil telefonla danışmışlar. Binəqədi Mənzil-Kommunal Təsərrüfat Birliyində işləyən Zərərçəkmiş şəxs onun yaşadığı ərazinin təmizlənməsinə nəzarət etmiş və bununla bağlı vətəndaşlardan ödənişləri toplamışdır. 29 noyabr 2021-ci il tarixdə günorta saatlarında yeznəsi Hüseynov Şahid12 ilə birlikdə yaşadığı evdə olmuşdur. Həmin vaxt da evdə, həm qonaq, həm də yataq otağı kimi istifadə etdiyi otaqda yatmışdır. Təxminən saat 13-14 radələrində qapı döyülmüş, qapını açdıqda Gülnazı görüb salamlaşmışdır. Gülnaz ona bundan sonra zibil pulu ödəməməsi üçün qapının yanında divarda işarə etdiyini bildirmiş, həmçinin birazdan gəlib onunla çay içəcəyini deyərək çay dəmləməsini istəmişdir. O da evə keçib çayı dəmə qoymuş və təxminən 10 dəqiqə sonra Gülnaz geri qayıdaraq könüllü şəkildə evə daxil olmuşdur. O, Gülnazla yataq otağında əyləşərək çay içmiş, yeznəsi Şahid12 isə həmin otaqda divanda yatmışdır. Gülnaz saat 18 radələrinədək onunla qalacağını demiş, o da etiraz etməmişdir. O, Gülnazdan yemək yeyib yemədiyini soruşduqda sonuncu ac olduğunu bildirmişdir. Buna görə o, Gülnaza birlikdə yemək yeməyi təklif etmişdir. Həmin vaxt yeznəsi yuxudan duraraq xanımın kim olduğunu soruşmuş, o da yaxın adam olduğunu deyərək onları tanış etmişdir. Şahid12 Gülnazla salamlaşdıqdan sonra əl-üzünü yuyub çay içmiş və çölə çıxaraq avtomobilinin təkərlərini yumağa başlamışdır. Həmin vaxt Şahid12 qapını açıq qoymuşdur. O, Gülnazdan nə içəcəyini soruşduqda sonuncu çaxır içəcəyini bildirmişdir. Təxminən saat 15 radələrində o, bazarlıq etmək üçün yeznəsilə birlikdə yaxınlıqda yerləşən marketə getmişdir. O, evdən çıxan zaman qapını çöldən bağlamamış, Gülnaz özü qapını içəridən bağlamışdır. Marketdən toyuq, yarım litrlik araq, bir litrlik çaxır və digər qida məhsulları alıb təxminən 20 dəqiqədən sonra qayıtmışlar. O, toyuğu doğramış və Gülnazla bir yerdə bişirmişdir. Yeznəsi yeməyini yeyib çıxıb getdikdən sonra Gülnazla yemək yeyib spirtli içki qəbul etməyə davam etmişlər. Onlar birlikdə çaxır və araq içmişlər. O, içki içən zaman Gülnaz ona az içməsini dediyi üçün aralarında mübahisə yaranmış və o, Gülnazın üz nahiyyəsinə bir-iki dəfə sillə ilə vurmuşdur. Təxminən saat 22 radələrindən sonra evdə uzanıb telefonla internetdə olan zaman Gülnaz pəncərənin qarşısında dayanaraq polis əməkdaşlarının gəldiyini bildirmişdir. O, pəncərədən baxan zaman həqiqətən də polislərin gəldiyini görmüş, nə baş verdiyini anlamamışdır. Polis əməkdaşları ondan qapını açmağı və Gülnazı azad etməyini tələb etmişlər. O, Gülnazın onun evində könüllü olduğunu deyərək qapını açmamışdır. Telefonu ilə bacısına zəng etmək istəsə də telefonunu tapa bilməmişdir. Gülnazın təklifi ilə onun mobil telefonundan bacısına zəng edərək evin qarşısına polislərin gəldiyini demişdir. Gülnaz telefonu ondan alıb özü də bacısı Cəmilə ilə danışmış və bacısına öz xoşu ilə onun evində olduğunu bildirmişdir. Bundan sonra polislər yenə ondan qapını açmasını tələb etmişlər, lakin o, qapını bir müddət açmasa da sonradan açmışdır. Qapının guya zorla açılmasına dair iddialar əsassızdır. Qapını sonradan özü könüllü şəkildə açmışdır. Qapı da sındırılmamışdır. Polislər içəri daxil olan kimi onu saxlamışlar. O, Zərərçəkmiş şəxs öldürməklə hədələməmiş, onun sifət nahiyəsinə bir-iki sillə vursa da, əlləri ilə baş nahiyəsinə və dəri kəmərlə bədən nahiyəsinə vurmamış, onu zorlamamış, ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməmiş, onu zorla evində saxlamamışdır. Ümumiyyətlə Gülnazla heç bir şəkildə cinsi əlaqədə olmamışdır. Zərərçəkmiş şəxs spirtli içkinin təsiri altında olduğundan gecə saatlarınadək onun evində qalmışdır. Gülnaz nəinki onun qulağına, ümumiyyətlə heç bir nahiyəsinə xəsarət yetirməmişdir. Məhkəmədən onun barəsində yekun qərar qəbul edilərkən bütün bu halların, habelə faktiki şərlənib tutulmasının nəzərə alınmasını, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, o, 20 avqust 2021-ci il tarixdən Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Məişət xidmətinin daşıntısı üzrə mühasibi vəzifəsində işləyir. Onun vəzifəsi Binəqədi rayonunun Binəqədi qəsəbəsindəki evləri piyada gəzərək ərazinin təmizliyinə nəzarət etməkdən, özünü təqdim edərək müqavilə bağlamağın zəruri olması barədə ərazidə yaşayan vətəndaşlara məlumat verməkdən, bundan başqa müqavilə bağlamış mənzil sahiblərindən məişət tullantıları üçün nəzərdə tutulmuş aylıq rüsumu alaraq yerindəcə qəbz verməkdən ibarətdir. 29 noyabr 2021-ci il tarixdə saat təxminən 10:30 radələrində vəzifəsini yerinə yetirmək məqsədi ilə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsinə gəlmişdir. Ərazidə təmizliyə baxdıqdan sonra rəhbərliyə məruzə etmişdir. Bir neçə sakinlərlə təmizliyə riayət olunması, ödənişlərlə bağlı söhbət apardıqdan sonra təxminən saat 13 radələrində vətəndaş Şahid13 yaşadığı nömrəsiz evin qapısını döyərək ona kommunal xərcin ödənişini xatırlatmışdır. Həmin evin yanındakı növbəti evin qapısını döydükdə qapını sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs açmışdır. O, həmin şəxsi ilk dəfə görmüş, onunla əvvəllər aralarında ədavət və ya düşmənçilik olmamışdır. O, həmin şəxsə özünü təqdim edərək kommunal ödənişlər üçün narahat etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs özünü ona Anar kimi təqdim edərək bir müddət əvvəl arvadını qeyrət üstündə öldürdüyünü, törətdiyi həmin cinayətə görə cəzaçəkmə müəsissəsindən yeni buraxıldığını və heç bir ödəniş etməyəcəyini bildirmişdir. O, mənzilin qapısına flomasterlə dairə çəkərək içərisində “Vİİ-Xİİ-21” yazaraq işarə edərək Təqsirləndirilən şəxs demişdir ki, işçilər həmin şəxsdən göstərilən tarixlərə görə məişət tullantılarını daşısınlar. Şamo havanın soyuq olduğunu deyərək onu evə çay içməyə dəvət etsə də o, imtina etmişdir. Həmin vaxt Şamo anidən onun sağ qolundan tutub özünə tərəf dartaraq mənzilə salmış və evin giriş qapısını açarla bağlamışdır. O, həyəcanlanaraq Şamodan onu sərbəst buraxmasını tələb etsə də sonuncu razılaşmamış, çay içməyəcəyi halda onu buraxmayacağını deyərək qapının ağzında dayanmışdır. Xarici görünüşünə görə də Şamo dediyi kimi cinayətkara bənzəmişdir. Şamodan qorxduğundan ona zərər yetirə biləcəyini düşünmüş və məcbur olaraq onunla çay içməyə başlamışdır. Çayını içib dərhal getməyi fikirləşmişdir. O, evə girişdə olan mətbəx kimi istifadə olunan otaqda stulda əyləşmiş, Şamo isə üzü ona, arxası qapıya tərəf olmaqla ayaq üstə dayanmışdır. Digər otağın qapısı isə bağlı olmuşdur. Şamo dizi üstə onun qarşısında oturub əllərini onun dizlərinə atmışdır. O, çox qorxmuş və həmin vaxt fikirləşmişdir ki, arvadını öldürən adam ona hər şey edə bilər. Lakin çalışdığı qədər özünü sakit apararaq bunu büruzə verməmişdir. Şamodan ondan uzaq durmasını tələb etdikdə sonuncu masanın üzərində olan otverkanı götürərək səsini çıxardacağı təqdirdə onu öldürəcəyi ilə hədələmişdir. O, “səni deşik-deşik edəcəm” deyə bildirmiş və qəfildən sağ əli ilə onun sol gözünə sillə ilə güclü zərbə endirmişdir. Zərbə çox güclü olduğundan zərbənin təsirindən qısa müddət sol gözü görməmiş və başı gicəllənmişdir. O, özünə gələndə şok vəziyyətində olmuş, hara düşdüyünü, nəyə görə vurulduğunu anlamamışdır. Şamo onun şalvarının bağını açaraq aşağı dartmaq istədikdə o, özünü müdafiə etmək üçün sonuncuya cırmaq atmış və dırnaqları Şamonun sağ qulağına keçdiyindən qulağı qanamışdır. Buna görə Şamo çox əsəbləşmiş və şalvarından kəmərini çıxarıb onu kəmərlə boğacağını bildirmişdir. O, Şamonun niyyətini başa düşərək ona yalandan qadın xəstəsi olduğunu, iki-üç günə sağalıb öz xoşu ilə onunla münasibətdə olacağını bildirmişdir. Lakin Şamo ona inanmayaraq yalan danışdığını bildirmişdir. Şamo kəməri əlinə dolayanda onu vurmamasını xahiş edərək, nə istəyirsə edəcəyini, onunla cinsi əlaqədə olacağını bildirmişdir. O, Şamonun dediyi kimi onu boğub öldürəcəyindən qorxmuşdur. Hətta danışarkən də Şamo ona səsini yüksəltməyə qoymamış, ucadan danışacağı halda onu öldürməklə hədələmişdir. O, qorxduğundan, həmçinin paltarları cırıldıqdan sonra ailə üzvlərinə nə cavab verəcəyindən narahat olub əynindəki bütün paltarlarını Şamonun tələbi ilə soyunmuş və çılpaq vəziyyətdə stulda əyləşmişdir. Şamo əlində kəmərlə ayaq üstə dayanaraq əvvəlcə şalvarını və tumanını çıxartmış, sonra isə öz gərginləşmiş vəziyyətdə olan cinsi orqanını onun ağzına tərəf uzadaraq ağzına götürməyini tələb etmişdir. O, Şamonun dediyi kimi etmiş və bu, təxminən bir dəqiqə davam etmişdir. Daha sonra Şamo onunla zorla təbii yolla ayaq üstə və döşəmənin üzərində cinsi əlaqədə olmuşdur. Əlaqə təxminən 20 dəqiqə çəksə də Şamo boşala bilməmişdir. Bu hadisə evin mətbəx otağında baş vermişdir. Həmin vaxt digər otaqdan, yəni qonaq və yataq otağı kimi istifadə olunduğu görünən otaqdan kişi səsi eşitmişdir. Həmin otağın qapısı bağlı olmuşdur. O, evdə daha bir nəfər şəxsin olduğunu bilərək Şamodan həmin şəxsin kim olduğunu soruşmuş, sonuncu da yeznəsi olduğunu deyərək onun yatdığını, onlara mane olmayacağını bildirmişdir. Bundan sonra Şamo onu digər şəxs olan otağa salmışdır. Həmin otaqda bir ədəd çarpayı və bir ədəd çarpayı kimi istifadə olunan divan, stol-stul və məişət əşyaları olmuşdur. Şamonun yeznəsi həmin divanda yatmışdır. Şamo onunla digər çarpayıya əyləşib cinsi əlaqədə olmağa davam etmək istəyən zaman o, etiraz edərək digər şəxsin gözü qarşısında cinsi əlaqədə olmaq istəmədiyini demiş, Şamo da bununla razılaşmışdır. Bundan sonra o, paltarlarını geyinib çarpayıda oturmuşdur. Təxminən saat 13:00 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə iş yoldaşı Ayazın istifadəsində olan ***-***-**-** saylı mobl nömrədən zəng gəlmişdir. O, Şamonun razılığı ilə telefona cavab vermişdir. Ayaz harada olmağı ilə maraqlanmış, o da Ayaza Nərminə adlı xanımın qonşuluğunda qəbz yazmaqla məşğul olduğunu bildirmişdir. Belə ki, zəngə cavab verməmişdən qabaq Şamo artıq onu hədələyərək telefonda danışdığı şəxsə artıq nəsə deyəcəyi halda onu sağ buraxmayacağını bildirmişdir. Şamo ona Ayazla danışmağa ona görə icazə vermişdir ki, onu işdən axtarmasınlar. Bundan sonra təxminən 15:30 radələrində Şamo yeznəsini yuxudan oyadıb marketdən yemək almasını bildirmişdir. Şamo onu yeznəsinə Mənzil- Kommunal Təsərrüfat Birliyinin əməkdaşı kimi təqdim etmiş, sonuncu da “xoş gəlmisiz” deyərək çölə çıxmışdır. Şamo da onun arxasınca çıxmış, lakin qısa müddət sonra geri qayıdıb ondan borca pul istəmişdir. O, özünü onun hər dediyini etmək məcburiyyətində hiss etdiyi üçün könüllü olaraq 20 manat pul vermiş, əks halda Şamonun ona nəsə edə biləcəyindən qorxmuşdur. Bundan sonra Şamo bazarlıq etmək üçün yeznesi ilə birlikdə marketə getmiş və evdən çıxarkən qapını arxadan açarla bağlamışdır. O, təxminən 15-20 dəqiqə evdə tək qalmış, pəncərələrdə dəmir barmaqlıqlar olduğundan pəncərədən qaça bilməmişdir. Kömək çağırmaq üçün pəncərədən çölə baxsa da heç kəsi görə bilməmişdir. Ona görə iş yoldaşı Vahidin istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edib Ayazın onun olduğu yeri təxmini bildiyini deyərək sonuncuya zəng etməsini xahiş etmişdir. Lakin qadın kimi adının pis çıxmasından və iş yoldaşlarının ona pis baxmasından utandığı üçün o anda zorla evdə saxlanıldığını, zorlandığını Vahidə bildirməmişdir. Ümid etmişdir ki, bu məsələ tezliklə salamatçılıqla bitsin və birtəhər canını qurtarıb biabır olmadan sağ-salamat evinə dönə bilsin. O, həmçinin Vahiddən nömrəsinin balansına pul yükləməsini xahiş etmiş, Vahid də onun balansına 2 manat pul yükləmişdir. Həmin vaxt Şamogil evə gəlmişlər. Onlar çörək, toyuq, kartof, soğan, çaxır və araq almışlar. Şamo ondan toyuğu doğramağını tələb etmiş, o, imtina etdikdə isə toyuğu özü doğramağa başlamış və toyuğu doğraya-doğraya ona baxaraq “bir dəli şeytandı deyir bıçağı altdan sal yuxarıya qədər cır get” demişdir. O, qorxduğundan bıçağı Şamonun əlindən almış və ona toyuğu guya yaxşı doğramadığını deyərək özü doğramağa başlamışdır. Əslində isə niyyəti bıçağı onun əlindən almaq olmuşdur. Bundan sonra Şamo özü toyuqla kartofu qızartmış və yeznəsi ilə yemiş, onu da yeməyə məcbur etmişdir. Şamonun fikri yayınan zaman o, əlləri ilə işarə etməklə yeznəsindən onu da aparmasını xahiş etmiş, lakin həmin şəxs bundan imtina etmiş və bir müddət sonra özü tək çıxıb getmişdir. Şamonun yeznəsi çıxıb getdikdən sonra Şamo onunla yenidən cinsi əlaqədə olacağını bildirmişdir. O, Şamoya ailəsinin, ərinin, övladlarının olduğunu deyərək onu buraxması üçün çox yalvarmışdır. Şamo onun getmək istədiyini görüb ardıcıl olaraq sillə ilə baş nahiyəsinə vurmuş, onun sözlərinə qulaq asmasa ona əzab verəcəyini bildirmişdir. Şamo tez-tez “sən ölməli qadınsan” sözlərini təkrar demişdir. Bu da onu qorxutmuş. Şamonun onu öldürmək istədiyinə inanaraq onunla razılaşmışdır. Bundan sonra Şamo yeznəsinin yatdığı divanda yenə iradəsinə zidd olaraq onunla cinsi əlaqədə olmuşdur. Əvvəlcə Şamo onunla təbii yolla cinsi əlaqədə olmuş, daha sonra isə qeyri-təbii yolla, yəni cinsiyyət orqanını onun arxa keçəcəyinə daxil edib çıxarmaqla iradəsinə zidd olaraq cinsi əlaqədə olmuşdur. O, cinsi əlaqəni dayandırmaq istəyərək Şamoya müqavimət göstərdikdə, yəni əlləri ilə onu itələdikdə Şamo onu döymüş, kəmərlə sol bud nahiyəsinə güclü zərbələr vurmuşdur. Lakin Şamo yenə boşala bilməyib yorulub dayanmışdır. Bundan sonra o, təkrar-təkrar Şamoya evə getmək istədiyini deyərək onu buraxması üçün yalvarmışdır. Şamo isə onu buraxmayacağını, bundan sonra onun qadını olaraq onunla qalacağını bildirmişdir. Daha sonra Şamo aldığı çaxırı açaraq onunla birlikdə içməyə məcbur etmişdir. Çaxırı içdikdən sonra 250 qramlıq arağı açmış və onu da içməyə məcbur etmişdir. Şamonun arağı da içəcəyi halda yata biləcəyi ümidi ilə o da az içmiş, yerdə qalanı isə Şamo özü içmişdir. Onun təxmin etdiyi kimi Şamo çarpayıda yatmış, o da fürsətdən istifadə edib iş yoldaşı Elgünə və Coşquna olduğu ünvanı, xəsarət aldığını göstərmək üçün şəklini çəkib “WhatsApp” proqramı ilə göndərmiş, döyülməyini, azad olunmağına kömək etmələrini, onu tapmaları üçün işarə vermək məqsədi ilə papkanı pəncərədən çölə atacağını yazmışdır. Həmçinin Vahidə “Vahid məni azad edin. Xahiş edirəm, Nərminə xanımın yaxınlığındayam, turemşikin evində. Bir tərs hərəkət etsəniz, o məni öldürə bilər” məzmunlu sms yazmışdır. O, papka deyəndə evdə olan balaca bloknotu nəzərdə tutmuş və yazdığı kimi də edərək bloknotu pəncərədən atmışdır. Evdə qapının açarını axtarsa da tapa bilməmiş və məcbur olub kömək gözləmişdir. Təxminən saat 22 radələrində pəncərənin qarşısında polis geyimli və mülki geyimli şəxslər görmüşdür. Həmin şəxslərə işarə ilə köməyə çağıran şəxs olduğunu bildirmiş, pəncərədən onlara Şamonun yatdığını, onda bıçaq olmasını demiş və Şamonun istifadəsində olan “Samsung” markalı mobil telefonu da pəncərədən polis əməkdaşına vermişdir. Bundan sonra Şamonu yuxudan oyatmış və özünü baş verənlərdən xəbərsiz kimi apararaq evin qarşısına polislərin gəldiyini bildirmişdir. Şamo pəncərədən baxıb “suka məni sən satdın” dedikdə o, yalandan polislərin yəqin ailəsinin ondan xəbər almamasına görə axtarışla bağlı gəlmələrini söyləmiş, həmçinin “sən narahat olma, polislərə səni müdafiə edəcəm, gözümdə olan xəsarət izi ilə bağlı deyəcəm ki, guya məni bir insan döymək istəyəndə sən məni xilas edib evə salmısan” deyə bildirmişdir. Şamo ona inanıb telefonunu axtarmağa başlamış, lakin tapa bilməmişdir. Həmin vaxt çöldə olan polislər Şamoya qapını açmasını bildirmişlər. O, Şamodan telefonun ona nə üçün lazım olduğunu soruşduqda, sonuncu anasıgilə zəng edəcəyini demişdir. O, Şamonun telefonunu artıq polislərə verdiyinə görə öz telefonunu ona verib hara istəyirsə zəng etməsinin bildirmiş və həmin vaxt yalandan guya onun telefonunu axtarırmış kimi etmişdir. Evdən sağ-salamat çıxa bilməsi, Şamonun ona başqa ziyan yetirməməsi üçün özünü elə göstərmişdir ki, guya ona kömək edir. O, öz mobil telefonu ilə Şamonun dediyi ***-***-**-** saylı nömrəyə zəng edərək telefonu ona vermişdir. Şamo telefonla bacısı ilə danışaraq polislərin evinin qarşısında olduqlarını, onu aparmaq istədiklərini bildirmiş və telefonu ona verərək “götür, bacıma başa sal” demişdir. O, telefonu götürüb adını bilmədiyi xanımla danışmış və ona yalandan Şamonun ona heç nə etmədiyini, onu döymək istəyən bir nəfərin əlindən onu xilas etdiyini, bu barədə polislərə də izahat verəcəyini bildirmişdir. Şamo artıq ona güvənib bir az sakitləşmiş, lakin yenə də qapını açmağa qorxmuşdur. Polis əməkdaşları bayırdan onunla danışıqlar apararaq qapını açmasını tələb etsələr də Şamo imtina etmişdir. Bu, təxminən saat 23:00, bəlkə də 23:30 radələrinə kimi davam etmişdir. Bundan sonra isə polis əməkdaşları məcbur olub qapının qıfılını sındırmaq üçün hərəkətə keçmiş, nəhayət qapını hansısa alətlərlə sındırıb açaraq onu azad etmişlər. O, çölə çıxanda orada xeyli sayda insanın və polis əməkdaşlarının olduğunu görmüş, lakin həyəcanlı olduğundan oradakı insanlara baxmamışdır. Həmin vaxt əri ona yaxınlaşmışdır. O, orada olan polis əməkdaşlarına Şamonun onu zorladığını və zorla evdə saxladığını bildirmişdir. Ona görə də sonradan məcbur olub hadisənin qanuni şəkildə araşdırılması üçün rəsmi şəkildə şikayət etmişdir. Başına gətirlən bu əməllərdən sonra həyat yoldaşı stresdən ağır xəstəliyə tutulmuşdur və hazırda müalicə üçün xarici ölkəyə getmişdir. Ötən müddət ərzində yaşadığı ünvanı da dəyişmiş, amma Şamonun qohumları yenə onu tapıb barışmasını isəmiş, guya əslində heç bir zorlanma və başqa əməllər edilməməsi barədə ərizə yazmasını təklif etmişlər. Keçirdiyi ağır streslərə görə, bir qadın kimi bu şəkildə başına gətirilənlərə görə Şamonu heç bir halda bağışlamır və məhkəmədən onun qanunla nəzərdə tutulmuş şəkildə layiqli şəkildə cəzalandırılmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, o, 2015-ci ildən Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Məişət xidmətinin daşıntısı üzrə fəhlə vəzifəsində işləyir. Zərərçəkmiş şəxs onun iş yoldaşıdır, onu əxlaqlı xanım kimi tanımışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 29 noyabr 2021-ci il tarixdə saat təxminən 11:00 radələrində ərazinin təmizlənməsi məqsədi ilə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsinə gəlmişlər. Onlar oraya çatanda Zərərçəkmiş şəxs ərazidə təmizliyə baxmış və vətəndaşlarla danışmışdır. Bundan sonra onlar ərazinin təmizlənməsi ilə, yəni məişət tullantılarını yığmaqla məşğul olmuşlar və təxminən saat 13 radələrində işlərini qurtarmışlar. O, bu barədə Zərərçəkmiş şəxs məlumat verərək digər əraziyə getdiklərini bildirmişdir. Gülnaz ona getmələrini, işini bitirdikdən sonra özünü onlara çatdıracağını, yəni onların getdikləri digər əraziyə gələcəyini bildirmişdir. Bir qədər sonra o, Gülnaza zəng edərək harada olduğunu soruşmuş, sonuncu da Nərminə bibinin qonşuluğunda qəbz yazmaqla məşğul olduğunu demişdir. Onlar həmin ərazidə işlərini də bitirmişlər və Gülnazı gözləmədən hərə öz evinə getmişdir. Təxminən saat 18 radələrində Vahid ona zəng edərək Gülnazdan xəbər çıxmadığını, Gülnazın əri Xanlar və Coşqunla birlikdə Binəqədi qəsəbəsinin mərkəzində olduqlarını, polis bölməsinə getdiklərini deyərək onun da onlarla getməsini istəmişdir. O, razılaşaraq evdən çıxmış və onların olduğu yerə getmişdir. Yolüstü axırıncı dəfə Gülnazı gördüyü küçəyə getmiş, lakin orada Gülnazı görməmişdir. Bundan sonra onlar, yəni o, Vahid, Coşqun və Gülnazın əri Xanlar birlikdə Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə getmişlər və orada Xanlar ərizə ilə müraciət etmişdir. Təxminən saat 21:50 radələrində onlar bölmədə olarkən Gülnaz olduğu ünvanı “WhatsApp” proqramı vasitəsilə Coşquna göndərərək döyüldüyünü, zorla Cəfər Cabbarlı küçəsində yerləşən evdə saxlanıldığını yazmışdır. Coşqun bunu polisə göstərmiş və onlar dərhal polis əməkdaşları ilə birlikdə həmin ünvana getmişlər. Təxminən saat 22 radələrində oraya çatmışlar. Evin işıqları sönülü olmuşdur. Onlar kənarda dayanmışlar, polis əməkdaşları isə pəncərəyə yaxınlaşaraq Gülnazla söhbət etməyə başlamışlar. Gülnaz onlara Şamonun yatdığını və evdə bıçaq olduğunu bildirmişdir. Bundan sonra Şamo yuxudan oyanıb pəncərəyə tərəf gəlmişdir. Polis əməkdaşları onunla söhbət apararaq qapını açmasını tələb etsələr də Şamo qışqıraraq polislərin onun yaşadığı ünvana gəlməsinə etiraz etmişdir. Təxminən saat 23 radələrinə kimi polis əməkdaşları Təqsirləndirilən şəxsla söhbət aparıb ondan Zərərçəkmiş şəxs azad etməsini tələb etsələr də sonuncu bundan imtina etmişdir. Nəticədə polis əməkdaşları lomla qapının qıfılını sındıraraq Zərərçəkmiş şəxs xilas etmişlər. Zərərçəkmiş şəxs çölə çıxanda onun göz nahiyəsinin altının qaraldığını görmüşlər. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs axşam saatlarına kimi Gülnazı zorla evdə saxlayaraq onu zorlamış və ona qarşı əxlaqsız hərəkətlər etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, o, 2021-ci ilin sentyabr ayından Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 72 saylı Mənzil-Kommunal İstismar sahəsində briqadir vəzifəsində işləyir. Zərərçəkmiş şəxs onun iş yoldaşıdır. Gülnaz əxlaqlı, hamının hörmətini qazanmış xanım olmuşdur. Təqsirləndirilən şəxs əvəllər tanımamışdır. 29 noyabr 2021-ci il tarixdə təxminən saat 18:30 radələrində Vahid ona zəng edib Gülnazı axtardıqlarını, lakin ondan xəbər ala bilmədiklərini bildirmişdir. Həmin vaxt o, evə doğru getsə də yolunu dəyişib Vahidgilin yanına gəlmişdir. Bundan sonra onlar, yəni o, Vahid, Ayaz və Gülnazın əri Xanlar saat 19 radələrində Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə getmişlər və orada Xanlar ərizə ilə müraciət etmişdir. Təxminən saat 21:50 radələrində onlar Bölmədə olarkən Gülnaz “WhatsApp” proqramı vasitəsilə ona olduğu ünvanı göndərərək döyülməsi, məcburi olaraq Cəfər Cabbarlı küçəsində yerləşən evdə saxlanılması barədə mesaj yazmış, həmçinin göz nahiyəsində xəsarət olmasını göstərən şəkilini göndərmişdir. O, dərhal bunu polisə göstərmiş və onlar polis əməkdaşları ilə birlikdə həmin ünvana getmişlər. Təqsirləndirilən şəxs yaşadığı ünvana çatanda saat təxminən 22 radələri olmuşdur. Evin işıqları sönülü olmuşdur. Onlar kənarda dayanmış, polis əməkdaşları isə pəncərəyə yaxınlaşaraq Gülnazla söhbət etməyə başlamışlar. Gülnaz polislərlə sakit səslə danışaraq Şamoda bıçaq olduğunu bildirmiş və Şamonun mobil telefonunu pəncərədən polisə uzatmışdır. Bundan sonra Şamo yuxudan oyanıb pəncərəyə tərəf gəlmişdir. Polis əməkdaşları onunla söhbət apararaq qapını açmasını tələb etmişlər, Şamo isə polislərin onun qapısına gəlməsinin qanunsuz olduğunu deyərək qışqır-bağır salmağa başlamışdır. Təxminən saat 23 radələrinə kimi polis əməkdaşları Təqsirləndirilən şəxsla söhbət aparıb ondan Zərərçəkmiş şəxs azad etməsini tələb etsələr də sonuncu polisə qulaq asmamışdır. Nəticədə polis əməkdaşları qapının qıfılını lomla sındırıb Zərərçəkmiş şəxs xilas etmişlər. Zərərçəkmiş şəxs çölə çıxanda onun göz nahiyəsinin altının qaraldığını görmüşdür. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs səhər saatlarından axşam saatlarına kimi Gülnazı məcburən evdə saxlayıb onu zorlamış və ona qarşı başqa çoxsaylı əxlaqsız hərəkətlər etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, 2019-cu ilin fevral ayından Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin uçot nəzarəti üzrə mühasibi vəzifəsində işləyir. İş yoldaşı Zərərçəkmiş şəxs əxlaqlı qadın kimi tanımışdır. Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs qarşı cinayət törədilməsi barədə hadisənin səhəri günü, yəni 30 noyabr 2021-ci il tarixdə iş yoldaşlarının danışmasından sonra məlumatı olmuşdur. Belə ki, ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs adlı şəxs Zərərçəkmiş şəxs evində qanunsuz olaraq saxlayaraq onu zorlamış, sonuncu polis əməkdaşları tərəfindən xilas edilmişdir. 29 noyabr 2021-ci il tarixdə saat 22:00-da Zərərçəkmiş şəxs “WhatsApp” proqramı vasitəsilə onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə olduğu yeri göndərərək “kömək edin, məni xilas edin” məzmunlu sms yazmışdır. Lakin o, həmin günü “WhatsApp” proqramına daxil olmadığı üçün Zərərçəkmiş şəxs yazdıqlarını görməmişdir. Hadisədən xəbərdar olduqdan sonra “WhatsApp” hesabını yoxlayanda Gülnazın ona mesaj yazdığını görmüşdür. Lakin “WhatsApp” proqramının yenilənməsi zamanı həmin mesaj pozulduğu üçün onu istintaqa təqdim edə bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, o, 2021-ci ilin iyun ayından etibarən Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Məişət xidmətinin daşıntısı üzrə mühasibi vəzifəsində işləyir. İş yoldaşı Zərərçəkmiş şəxs əxlaqlı xanım kimi tanımış, kollektivdə hamı onun xətrini istəmişdir. Təqsirləndirilən şəxs əvəllər tanımamışdır. 29 noyabr 2021-ci il tarixdə təxminən saat 15:30 radələrində yaşadığı ərazidə yerləşən ərzaq dükanında olarkən Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə qısa zəng etmiş, o da geri zəng etmişdir. Gülnazın səsi təlaşlı olmuş, sonuncu heç salam vermədən ərazidə sakinlə probleminin olduğunu, iş yoldaşları Ayaza zəng vurduğunu, Ayazın təxmini onun olduğu yeri bildiyini bildirmiş və onun nömrəsinin balansına pul göndərməsini xahiş etmişdir. O, imkan tapıb Gülnazdan nə baş verdiyini soruşmadan sonuncu telefon danışığını sonlandırmışdır. O, dərhal Gülnazın mobil telefon nömrəsinə 2 manat pul göndərmişdir. Bundan sonra evə gedib bir neçə dəfə ard-arda Gülnaza zəng etsə də sonuncu telefona cavab verməmişdir. O, bundan narahat olub Binəqədi qəsəbəsinin mərkəzinə gedərək Gülnazın əri Xanları orada tapmışdır. Çünki Xanların orada olacağını, həmin ərazidə dayanacaqda öz avtomobili ilə dayanıb taksi fəaliyyəti ilə məşğul olduğunu bilmişdir. O, Xanlara yaxınlaşıb Gülnazdan xəbərinin olubolmaması ilə maraqlanmışdır. Xanlar Gülnazdan xəbərinin olmadığını dedikdə Gülnazın ona zəng edib dediklərini Xanlara danışmışdır. Xanlar da Gülnaza bir neçə dəfə zəng etmiş, lakin Gülnaz onun da zənglərini cavabsız qoymuşdur. Bundan sonra o, iş yoldaşı Coşquna və Ayaza zəng etmiş və onlar birlikdə saat 19 radələrində Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə getmişlər. Xanlar ərizə ilə müraciət etmişdir. Təxminən saat 21:50 radələrində onlar bölmədə olarkən Gülnaz olduğu ünvanı “WhatsApp” proqramı vasitəsilə Coşquna göndərərək döyülməsi, məcburi olaraq Cəfər Cabbarlı küçəsində yerləşən evdə saxlanılması barədə mesaj yazmışdır. Coşqun bunu polisə göstərmiş və onlar dərhal polis əməkdaşları ilə birlikdə həmin ünvana getmişlər. Saat təxminən 22 radələri həmin ünvana çatmışlar. Evin işıqları sönülü olmuşdur. Onlar kənarda dayanmış, polis əməkdaşları isə pəncərəyə yaxınlaşaraq Gülnazla söhbət etməyə başlamışlar. Gülnaz polis əməkdaşlarına Şamonun yatdığını, onda bıçaq olduğunu bildirmiş və Şamonun istifadəsində olan mobil telefonu pəncərədən polisə uzatmışdır. Bundan sonra Şamo yuxudan oyanıb pəncərəyə tərəf gəlmişdir. Polis əməkdaşları onunla söhbət apararaq qapını açmasını tələb etsələr də Şamo səs-küy salmış, qışqırıb evə polislərin gəlməsinə etirazını bildirmişdir. Təxminən saat 23 radələrinə kimi polis əməkdaşları Təqsirləndirilən şəxsla söhbət aparıb ondan Zərərçəkmiş şəxs azad etməsini tələb etsələr də o, bunu etməmişdir. Saat 23-dən sonra qapının sındırılıb açılması işinə başlanılmışdır. Xeyli cəhddən sonra polis əməkdaşları qapının qıfılını birtəhər lomla sındırıb Zərərçəkmiş şəxs xilas etmişlər. Zərərçəkmiş şəxs çölə çıxanda onun göz nahiyəsinin altının qaraldığını görmüşlər. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs səhər saatlarından axşam saatlarına kimi Gülnazı evə salıb zorla saxlamış, zorlamış və başqa ləyaqətsiz hərəkətlər etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid6 göstərdi ki, o, Təqsirləndirilən şəxs, həmçinin Zərərçəkmiş şəxs əvəllər tanımamışdır. O, 29 noyabr 2021-ci il tarixdə əməliyyat qrupunun üzvü olarkən vətəndaş Şahid1 Ələkbər oğlu 43-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək arvadı Zərərçəkmiş şəxs 29 noyabr 2021-ci il tarixdə səhər saatlarında işə getdiyini, lakin hazırki vaxta qədər ondan xəbər ala bilmədiyini bildirmişdir. Bundan sonra araşdırma aparılmaqla Zərərçəkmiş şəxs Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Cəfər Cabbarlı küçəsində yerləşən Təqsirləndirilən şəxs evində sonuncu tərəfindən məcburi saxlanması müəyyən edilmişdir. Onlar, yəni o, 43-cü Polis Bölməsinin əməkdaşları təhqiqatçı Şahid7, əməliyyat müvəkkili Şahid9, azyaşlılar üzrə inspektor Şahid10, əməliyyat müvəkkili Şahid8 dərhal hadisə yerinə getmişlər. Hadisə yerinə, yəni Təqsirləndirilən şəxs yaşadığı ünvana çatanda saat təxminən 22 radələri olmuşdur. Həmin vaxt evin işıqları sönülü olmuşdur. Onlar pəncərəyə yaxınlaşanda Gülnaz əl barmağı ilə onlara işarə edərək Şamonun yatılı olduğunu və evdə bıçaq olduğunu bildirmişdir. Onlar da Gülnaza narahat olmamasını, özünü ələ almasını deyərək onu xilas edəcəklərini bildirmişlər. X4 yuxudan oyadaraq onların gəlməsi barədə məlumat verməsini istəmişlər. Həmin vaxt Gülnaz Şamonun istifadəsində olan “Samsung” markalı mobil telefonu pəncərədən uzatmış və Tural telefonu ondan götürmüşdür. Bundan sonra Şamo yuxudan oyanıb pəncərəyə tərəf gəlmişdir. Onlar Şamo ilə söhbət apararaq qapını açmasını bildirmişlər, lakin Şamo polislərin onun yaşadığı ünvana gəlməsinə etirazını bildirərək qışqırmağa başlamışdır. Onun səs-küyünə tanımadığı, həmin ərazidə yaşayan sakinlər də toplaşmışlar. Təxminən saat 23 radələrinə kimi Təqsirləndirilən şəxsla söhbət aparıb Zərərçəkmiş şəxs azad etməsini bildirsələr də sonuncu polisin qanuni tələblərinə tabe olmamışdır. Buna görə onlar məcbur olub qapının qıfılını lomla sındırıb açmaq qərarına gəlmişlər. Lazımi mexaniki təsir və güclə nəhayət qapının qıfılını qırıb aça bilmiş, Zərərçəkmiş şəxs xilas etmişlər. Zərərçəkmiş şəxs çölə çıxanda onun göz nahiyəsinin altının qaraldığını görmüşdür. Həmin vaxt Gülnaz Şamonun onu zorla evdə saxlaması və onu zorlaması barədə ilkin məlumat vermişdir. Gecə saat təxminən birə işləmiş Təqsirləndirilən şəxs artıq onların nəzarətində olmuş, yəni faktiki tutulmuş və Bölməyə aparılmış, sonradan müstəntiqə təhvil verilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları Şahid7, Şahid8, Şahid9 və Şahid10 Şahid6 ifadəsinə uyğun ifadələr verərək onun göstərdiyi halları təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X3 göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. 29 noyabr 2021-ci il tarixdə təxminən saat 22 radələrində onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə ***-***-**-** saylı mobil nömrədən zəng gəlmişdir. O, telefona cavab verdikdə zəng edənin qardaşı Şamo olduğunu bilmişdir. Şamo ona polislərin evinin qarşısında olduğunu, lakin onların niyə gəldiklərini anlamadığını bildirmişdir. Bundan sonra Gülnaz onunla telefonla danışaraq Şamonun ona heç nə etmədiyini, onu döymək istəyən bir nəfərdən xilas etdiyini demişdir. O, Gülnazı təxminən bir ildir ki, baxıcı kimi tanımışdır. O, Gülnaza ona dediklərini polislərə də danışmasını bildirmiş, Gülnaz da polislərə də bu barədə danışdığını, Şamodan heç bir şikayətinin olmadığını, lakin Şamonun polislərdən qorxduğu üçün çölə çıxmaq istəmədiyini demişdir. Gülnaz “Şamo polislərdən qorxur, gəlsəydin qapını açardı, çıxardıq” demiş, o isə uzaqda yaşadığını bildirmişdir. Bundan sonra təkrar qardaşı Şamo ilə danışmış və ondan problem olub-olmadığını soruşmuşdur. Şamo heç bir problem olmadığını bildirmiş və bununla da onların danışığı bitmişdir. Sonradan yeznəsi Şahid12 öyrənmişdir ki, Gülnaz könüllü olaraq həmin gün qardaşı Şamonun evində olmuş, onunla yeyib spirtli içki qəbul etmişdir. Lakin qardaşı ona qarşı hər hansı zorakılıq hərəkətlərinə yol verməmiş, onu zorlamamış, habelə evində məcburi saxlamamışdır. Gülnaz onun anasını da yaxından tanıyır, münasibətləri də həmişə yaxşı olub. Bu qadın qardaşını şərləyib tutdurub, Şamonun əslində heç bir günahı yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Hüseynov Şahid12 Firudin oğlu göstərdi ki, Təqsirləndirilən şəxs onun qaynıdır. 28 noyabr 2021-ci il tarixdə gecə saatlarında o, Şamonun yaşadığı Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən evinə gəlib orada gecələmişdir. Təxminən saat 14:00-15:00 radələrində Şamo onu yuxudan oyatdıqda o, Şamonun yanında orta yaşlarında bir xanım görmüşdür. Şamo həmin xanımı Mənzil-Kommunal Təsərrüfat Birliyinin əməkdaşı kimi təqdim edərək adının Gülnaz olduğunu bildirmişdir. O da Gülnaza tanışlığına şad olduğunu, xoş gəldiyini demişdir. Şamo ona yemək üçün ərzaq almaq lazım olduğunu bildirmişdir. O, çölə çıxmış, Şamo da onun ardınca çölə çıxıb qapını bağlamışdır. O, Şamoya pulunun olmadığını dedikdə Şamo da onun da pulunun olmadığını demiş və evə daxil olub qısa müddət sonra geri qayıtmışdır. Şamo evdən çıxarkən qapını arxadan açarla bağlamışdır. Geri qayıdanda Şamoda 20 manat pul olmuşdur. Lakin o, Şamonun həmin pulu Gülnazdan alıb-almadığını bilməmişdir. Onlar onun istifadəsində olan ‘‘Megan” markalı avtomobillə yaxınlıqda olan marketə gedərək toyuq, çörək, çaxır, kartof, soğan və 250 qramlıq araq almışlar və daha sonra evə qayıtmışlar. Buna təxminən 20 dəqiqə vaxtları getmişdir. Bundan sonra Şamo toyuğu bişirmiş və onlar yemək yemişlər. Gülnaz da onlarla birlikdə yemək yemişdir. O, getməyə hazırlaşanda Gülnaz ondan onu da aparmasını xahiş etmiş, Şamo isə Gülnaza əyləşməsini, hələ araq içəcəklərini deyərək daha sonra özünün onu yola salacağını bildirmişdir. Bundan sonra o, evdən çıxıb getmişdir. O, evdə olduğu müddətdə Şamo ilə Gülnaz arasında baş verənləri, yəni onların cinsi əlaqədə olmalarını və ya dalaşmalarını görməmişdir. Çünki o, yatmış vəziyyətdə olmuş, oyandıqda isə onlarla yemək yeyib işinin arxasınca getmişdir. İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında ədavət və ya düşmənçilik yoxdur, hadisədən sonra onu tanımışdır. 29 noyabr 2021-ci il tarixdə təxminən saat 18 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsinin mərkəzində dayanacaqda öz avtomobili ilə dayanıb müştəri gözləyən zaman Gülnazın iş yoldaşı Vahid ona zəng edib harada olduğunu soruşmuş, o da qəsəbənin mərkəzində olduğunu bildirmişdir. Vahid onu gözləməsini, yanına gəldiyini demiş və qısa müddət sonra ona yaxınlaşmışdır. Onlar görüşdükdən sonra Vahid Gülnazdan xəbərinin olub-olmaması ilə maraqlanmış, o, Vahidin bu sualından narahat olaraq həyəcanlanmışdır. Çünki əvəllər belə bir hal baş verməmişdir ki, kimsə ondan Gülnazın harada olması ilə maraqlansın. O, Vahidə Gülnazdan xəbərinin olmamasını dedikdə Vahid ona bayaq Gülnazın ona zəng edərək ərazidə sakinlə probleminin olması və Ayazın onun olduğu yeri təxmini bilməsi barədə dediyini, həmçinin Gülnazın istəyi ilə ona 2 manatlıq kontur göndərdiyini, sonradan Gülnaza bir neçə dəfə zəng etdiyini lakin onun telefona cavab vermədiyini bildirmişdir. Bu sözləri Vahiddən eşidib bir qədər də çox narahat olmağa başlamış, dərhal Gülnaza bir neçə dəfə zəng etmiş, lakin Gülnaz onun da zənglərinə cavab verməmişdir. Bundan sonra Vahid Coşquna və Ayaza zəng etmiş, həmin şəxslər də onlara qoşulmuş və saat 19 radələrində birlikdə Binəqədi rayon Polis İdarəsinin 43-cü polis bölməsinə getmişlər. O, ərizə ilə müraciət etmişdir. Təxminən saat 21:50 radələrində onlar bölmədə olarkən Gülnaz “WhatsApp” proqramı vasitəsilə Coşquna olduğu ünvanı göndərərək döyülməsi, məcburi olaraq Cəfər Cabbarlı küçəsində yerləşən evdə saxlanılması barədə yazı göndərmişdir. Coşqun bunu polisə göstərmiş və onlar dərhal polis əməkdaşları ilə həmin ünvana getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin yerləşdiyi ünvana çatanda saat təxminən 22 radələri olmuşdur. Evin işıqları sönülü olmuşdur. Onlar kənarda dayanmış, polis əməkdaşları isə pəncərəyə yaxınlaşaraq Gülnazla söhbət etməyə başlamışlar. Gülnaz polislərlə sakit danışmış, o da ona yaxın dayanıb qulaq asmışdır. Həmin vaxt Gülnaz Şamonun yatılı olmasını, evdə bıçaq olmasını bildirmiş və Şamonun istifadəsində olan mobil telefonu pəncərədən polisə uzatmışdır. Bundan sonra Şamo yuxudan oyanıb pəncərəyə tərəf gəlmişdir. Polis əməkdaşları onunla söhbət apararaq qapını açmasını tələb etsələr də Şamo qışqırıb onun yaşadığı ünvana polislərin gəlməsinə etirazını bildirmişdir. Təxminən saat 23 radələrinə kimi polis əməkdaşları Təqsirləndirilən şəxsla söhbət aparıb ondan Zərərçəkmiş şəxs azad etməsini tələb etsələr də o, polisə qulaq asmamışdır. Nəticədə polis əməkdaşları qapının qıfılını lomla sındırıb Zərərçəkmiş şəxs xilas etmişlər. Daha sonra onlar 43-cü polis bölməsinə, oradan da Binəqədi rayon Polis İdarəsinə getmişlər. Orada Gülnaz izahat verdikdən sonra evə qayıtmışlar. İlk öncə arvadı ondan utanaraq hadisə barədə ona danışmaq istəməmiş, lakin o, arvadının göz nahiyəsində, bədən nahiyəsində xəsarət izlərini görmüş və Şamonun axşam saatlarına kimi arvadını evində saxlamasından hər şeyi anlamışdır. Ona görə də Gülnazı təkidlə danışdırmışdır. Bundan sonra Gülnaz ağlaya-ağlaya Təqsirləndirilən şəxs onu öldürməklə hədələməklə, onu döyməklə zorlamasını, ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsini bildirmişdir. Lakin o, arvadı ondan daha da utanmasın deyə baş vermiş hadisəni detallı olaraq soruşmamışdır (cild 2, iş vərəqə 108-111). İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid13 Gülbala oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur, Şamonun yaşadığı evlə onun yaşadığı ev arasında bir ev yerləşir. Təqsirləndirilən şəxsla aralarında ədavət və ya düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Məişət xidmətinin əməkdaşı kimi tanıyır, onunla aralarında ədavət və ya düşmənçilik olmamışdır. Gülnaz Binəqədi rayonu Binəqədi qəsəbəsindəki ərazinin təmizliyinə nəzarət edən Mənzil- Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı olmuşdur. O, mehriban, işinə məsuliyyətli şəxs olmuşdur. 29 noyabr 2021-ci il tarixdə saat təxminən 12:50 radələrində o, yaşadığı evdə olarkən Zərərçəkmiş şəxs evin qapısını döyərək, ona kommunal xərcin, yəni tullantıların daşınması üçün ödənişin vaxtını xatırlatmışdır. O, isə Gülnaza ödəniş etdiyini, lakin qəbzi itirdiyini, gələn dəfə gəldiyində qəbzi tapıb ona göstərəcəyini bildirmiş, Gülnaz onunla razılaşmışdır. Bundan sonra o, Gülnazla sağollaşıb evinə keçmiş, sonuncunun hara getməsindən xəbəri olmamışdır. Həmin günü, təxminən saat 22 radələrində yaşadığı evin yerləşdiyi məhəlləyə xeyli sayda sakinlərin, polis əməkdaşlarının toplaşmasını görmüşdür. Həmin vaxt ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evində saxlayaraq buraxmır. Polis əməkdaşları Təqsirləndirilən şəxs qapını açmasını, Zərərçəkmiş şəxs azad etməsini tələb etsələr də, Şamo polisin tələbini yerinə yetirməmişdir. Bir müddətdən sonra polis əməkdaşları məcbur olub qapının açarını zədələyərək qapını açıb Zərərçəkmiş şəxs azad etmişlər. Sonradan ona məlum olmuşdur ki, Şamo evində Zərərçəkmiş şəxs zorlayaraq məcburi qaydada evində saxlamışdır (cild 1, iş vərəqə 115-118). İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid14 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla qonşudur, lakin onunla qonşuluq münasibətləri olmamış, həmçinin aralarında düşmənçilik və ya ədavət olmamışdır. Zərərçəkmiş şəxs tanıyır, sonuncu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşıdır, onunla aralarında düşmənçilik və ya ədavət olmamışdır. O, Gülnazın həmişə xanımlığına hörmət etmiş, çünki o, işinə həvəslə, məsuliyyətlə yanaşmışdır. Bütün sakinlər ondan razı olmuşdur. 29 noyabr 2021-ci il tarixdə təxminən saat 22 radələrində yaşadığı evdə olarkən küçədən səs-küy eşitmiş, çölə çıxanda polis əməkdaşlarının Təqsirləndirilən şəxs evinin qarşısında dayanıb onunla söhbət etdiklərini görmüşdür. Polis əməkdaşları Təqsirləndirilən şəxs evin qapısını açmasını, Zərərçəkmiş şəxs azad etməsini tələb etmişlər. Lakin Şamo onların tələblərinə qulaq asmamış, ona görə də polislər qapının qıfılını sındıraraq Gülnazı azad etmişlər. Gülnazın göz nahiyəsi qaralmışdır. O, Gülnaza yaxın olmuş, ondan Şamonun onu içizdirib zorlamasını eşitmişdir (cild 2, iş vərəqə 85-88). İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid15 Şahid14 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir (cild 2, iş vərəqə 81-84). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Hadisə yerinə baxış protokolundan görünür ki, həmin ev yolun kənarında Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsində nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evidir. Evin giriş qapısının sol tərəfində divarda “Vİll-Xİİ-21” sözləri flamasterlə yazılmışdır. Evə daxil olduqda mətbəx otağı, düzünə hamam otağı, sağda qonaq-yataq otağı yerləşir. Mətbəx otağında qabyuma yeri, çirkli qablar və üzərində ABŞ bayrağının şəkili olan vintaçan vardır. Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin şəxs qeyd olunan vintaçanla ona hədəqorxu gələrək zorla cinsi əlaqədə olmuşdur. Mətbəx otağından sağda yerləşən qonaqyataq otağına daxil olduqda otağın səliqəsinin pozulması müşaiət olunur. Sağ tərəfdə 1 ədəd çarpayı, sol tərəfdə isə 1 ədəd çarpayı - açılmış və üzərində prostina – döşək ağı sərilmiş vəziyyətdədir. Həmin prostinanın – döşək ağının üzərində 1 ədəd qara rəngli, dəri kəmər vardır. Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs qeyd olunan yerdə zorla onunla cinsi əlaqədə olmuş və həmin kəmərlə onu vuraraq xəsarət yetirmişdir. Hadisə yerinə baxış zamanı qeyd olunan 01 ədəd vintaçan, 01 ədəd dəri kəmər, 01 ədəd prostina müvafiq qaydada götürülərək qablaşdırılmışdır (cild 1, iş vərəqə 10-17). Hadisə yerinə əlavə baxış protokolundan görünür ki, hadisə yeri Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsində nömrəsiz ünvanda yerləşən Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evidir. Həmin ev bir mərtəbəli olmaqla mişar daşlardan hörülmüşdür, evin divarı çəhrayı emusiya ilə rənglənmişdir. Evə giriş qapısı mavi rəngli dəmir qapıdandır. Evin iki pəncərəsi vardır, pəncərələr dəmir qəfəslə bağlıdır. Evin giriş qapısından sol tərəfdə divarda “Vİİ-Xİİ-21” sözləri yazılmışdır. Evə giriş qapısı açarla bağlanan qıfıl tərəfdən zədələnmiş vəziyyətdədir. Qapı açar və evin içərisindən cəftə ilə bağlanır. Evə daxil olduqda dəhliz və mətbəx kimi istifadə olunan otaq yerləşir. Həmin otaqdan düzünə hamam otağı, sağ tərəfdə isə yataq-qonaq otağı yerləşir. Mətbəx otağında asılqanda bir ədəd qara rəngli kişi gödəkçəsi, dolabda ayaqqabılar, qabyuma yerində çirkli qablar, ondan sağ tərəfdə dolabın üzərində çaynik, qazan, dolabın qarşısında isə 01 ədəd 0,75 litrlik çaxır, 01 ədəd 0,25 litrlik araq butulkası vardır. Mətbəxdən yataqqonaq otağına daxil olduqda otağın dağınıq, səliqəsiz olması müşaiyət olunur. Otağa giriş qapısından sağ tərəfdə 01 ədəd çarpayı, sol tərəfdə 01 ədəd üzərində örtüksüz döşək, yastıq olan açılmış vəziyyətdə divan vardır. Çarpayının yanında stol vardır, stolun üzərində içərisində toyuq yeməyi olan boşqablar, şirələr, sellofan torbada çörək, siqaret qutuları və kibrit qutusu vardır. Bundan başqa otaqda içərisində qab-qacaq olan qonaq otağı mebeli, dolab üstündə televizor və sair məişət əşyaları vardır. Təqsirləndirilən şəxs məxsus evdən sol tərəfdən bir ev sonra Şahid13 Gülbala oğluna məxsus evə giriş tərəfdə hasarın üzərində 02 ədəd təhlükəsizlik kamerası vardır. Baxışda iştirak edən ev sahibi Şahid13 bildirmişdir ki, sol tərəfdə olan kamera texniki nasazlıqla bağlı videoqeydiyyat aparmır. Bundan sonra həmin kameranın yaddaş blokunda 29 noyabr 2021-ci il tarixdə olan görüntülərinin göstərilməsi üçün komanda daxil edilmiş, lakin yaddaş blokunda hər hansı bir məlumatın olmadığı müəyyən edilmişdir. Digər kameranın texniki cəhətdən işlək vəziyyətdə olması və video qeydiyyat aparması müəyyən edildi. Baxış zamanı hadisə yerindən 01 ədəd 0,75 litrlik çaxır və 01 ədəd 0,25 litrlik araq butulkası müvafiq qaydada götürülərək qablaşdırılmış, həmçinin Şahid13 evindən 29 noyabr 2021-ci il tarixdə qeydə alınmış görüntülər götürülərək CD diskə köçürülərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 101-111). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir (cild 1, iş vərəqə 271- 279). İfadəsi yerində yoxlanılarkən Zərərçəkmiş şəxs cinayət hadisəsinin baş verdiyi yeri və faktiki hallarını ətraflı şəkildə əyani olaraq göstərmiş, həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 31-42). Diskə baxış protokolundan görünür ki, həmin diskdə 06 ədəd “avi” formatında video fayl mövcuddur. “Recv02_**********5727@f0002023” adı ilə qeyd olunmuş video görüntünü açdıqda həmin video görüntünün 04 dəqiqə 04 saniyə davam etdiyi müəyyən olunmuşdur. Videonun sağ yuxarı küncündə tarix və videonun başlama saatı kimi 2021-11- 29, 15:57:26 göstərilmişdir. Videogörüntüdən görünür ki, Zərərçəkmiş şəxs 15:58:02-dən 15:58:23-ə qədər videonun əhatə dairəsinə düşmüş, həmin ərazi Bakı şəhəri, Binəqədi rayonu, C.Cabbarlı küçəsindən keçən avtomobil yolunun hərəkət hissəsidir. Zərərçəkmiş şəxs qeyd olunan videogörüntüyə baxaraq bildirmişdir ki, həmin vaxt o, ərazinin təmizliyinə baxmaqla məşğul olmuşdur. Həmçinin baxışda iştirak edən Şahid13 bildirmişdir ki, internet verilişində olan texniki nasazlıqla bağlı olaraq həmin gün saat 18:00-a qədər videogörüntüdə vaxt 4 saat öndə olmuşdur. Belə olan halda Zərərçəkmiş şəxs videoya düşmə saatı 11:58:02-dən 11:58:23-ə qədər hesab olunmalıdır. Bu videogörüntüdən görünür ki, Zərərçəkmiş şəxs sağlam vəziyyətdə gəzir, görüntüdə onun üzərində hər hansı xəsarət və ya paltarında hər hansı səliqəsizlik müşahidə edilmir. Digər diskdə olan 1) “Recv02_**********3555(3)78002023”, 2) “Recv02 _**********3759@f0002023”, 3) “Recv02__**********4226@f0002023” adı ilə qeyd olunmuş video görüntülərdə də Zərərçəkmiş şəxs iş başında olması, üzərində hər hansı xəsarət və ya paltarında hər hansı səliqəsizlik müşahidə edilməməsi görünür. "Recv02_**********4624 @78002023” adı ilə qeyd olunmuş video görüntünün saat 16:47:23-dən (əsl saat 12:47:23) sonra Zərərçəkmiş şəxs videonun əhatə dairəsindən bir dəfəlik çıxması müşahidə edilmişdir. Zərərçəkmiş şəxs bildirmişdir ki, MKTB-nin fəhlələri Şahid2 və digərləri küçə boyunca tullantıları toplamaqla məşğul olmuşlar, o isə bir neçə ev sahibinə kommunal ödənişlərin vaxtını bildirdikdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin qapısını döymüşdür. “Recv02_ **********5840@a4012023” adı ilə qeyd olunmuş videonu açdıqda müəyyən edilir ki, video 22:58:41-da başlamaqla 23:05:41-də bitir və cəmi 7 dəqiqə davam edir. Qeydə alınmış videoda Təqsirləndirilən şəxs məxsun evin qarşısında və ətrafında polis əməkdaşlarının, vətəndaşların olması, polis əməkdaşlarının qapının açılması barədə tələblər səsləndirməsi, daha sonra isə qapının qıfılının sındırılması səslərinin yayılması müşahidə edilir (cild 1, iş vərəqə 112-114). Zərərçəkmiş şəxs məxsus “Samsung S10+”markalı mobil telefona baxış keçirilməsi haqqında 30 noyabr 2021-ci il tarixli protokoldan və işin digər materiallarından görünür ki, “WhatsApp”sosial şəbəkəsi vasitəsi ilə 29 noyabr 2021-ci il tarixdə saat 21:49 radələrindən həmin gün saat 22-06 radələrinədək olan müddət ərzində: “Bələdiyyə Coşqun”adı ilə olan kontakta zərərçəkmiş şəxsin telefonundan “məni buradan azad edin”, “Cəfər Cabbarlı 66 yanındayam”, “danışa bilmirəm”, “məni döyüblər”, “bağlayıblar”, “qapı bağlıdır”, “açarı tapa bilmirəm”, “yanında onun otverka var, bıçaq”, “Djan ehtiyatlı olun”, “məni öldürə bilər”, “tez gəlin”, “məni tez azad edin” və oxşar məzmunlu çoxsaylı yazışmalar, həmçinin “Bələdiyyə Vahid” adı ilə kontakta həmin gün saat 17:12-radələrində “Vahid məni tez xilas edin, xahiş edirəm. Cəfər Cabbarlı 66 tərəfdəyəm, Nərminə xanımın yaxınlığındayam. Turemşikin evində. Bir tərs hərəkət etsəniz, o məni öldürə bilər” məzmunlu yazışmalar göndərilmişdir (cild 1, iş vərəqə 50-58). Məhkəmə-tibbi ekspertizasının 30 noyabr 2021-ci il tarixli 628 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol gözün gözətrafı nahiyəsinin dərialtı hematoması, həmin gözün ağlı qişasının qansızmaları; sağ gözün gözətrafı nahiyəsinin, döş qəfəsinin sol yan hissəsinin, qaşın sol yan hissəsinin iki ədəd, sağ baldırın orta 1/3-in iç səthinin, sol budun yuxarı 1/3-in bayır səthinin, sol bazunun orta 1/3-in ön səthinin, sağ bazunun yuxarı 1/3-in arxa səthinin, sol qulaq seyvanı nahiyəsinin qançırları müəyyən edilmişdir. Bu xəsarətlərdən döş qəfəsinin sol yan hissəsində, qarnın sol yan hissəsində iki ədəd, sağ baldırın orta 1/3-in iç səthində, sol budun yuxarı 1/3-in bayır səthində olan xəsarətlərin forma və xarakterinə görə demək olar ki, həmin xəsarətlərin ekspertizaya təqdim edilmiş kəmərin təsirindən törənməsi inkar olunmur. Sol gözün gözətrafı nahiyəsinin dərialtı hematoması, həmin gözün ağlı qişasının qansızmaları, sağ gözün gözətrafı nahiyəsinin, sağ bazunun yuxarı 1/3-in arxa səthinin, sol qulaq seyvanı nahiyəsinin qançırları küt əşya (əşyaların) təsirindən törənmişlər. Göstərilən xəsarətlərin törənmə müddəti qərarda göstərilən tarixə və şəraitə uyğun gəlirlər, dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinədən 2 həftədən artıqdır, doğmuş qadına məxsusdur. Zərərçəkmiş şəxs arxa keçəcəkdə qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilməmişdir. Lakin tək-tək hallarda qeyritəbii yolla cinsi əlaqə zamanı iz qalmırsa bunu məhkəmə-tibbi yolla təyin etmək mümkün deyil. Zərərçəkmiş şəxs uşaqlıq yolundan spermatozodilərin təyini üçün götürülmüş tampon və yaxmada məhkəmə-tibbi tədqiqi zamanı spermatozoidlər aşkar olunmadı. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin forma, xarakter və lokalizasiyasını nəzərə alaraq demək olar ki, qeyd edilmiş xəsarətlərin kənar şəxs tərəfindən fiziki güc tətbiq etməklə cinsi əlaqə zamanı törənməsi inkar olunmur. Bakı şəhəri 1 saylı X5 və Respublika QİÇS-lə Mübaizə Mərkəzində aparılmış müayinələrə əsasən Zərərçəkmiş şəxs hər hansı bir zöhrəvi xəstəlik və insan immunçatışmazlığı virusu (QİÇS) aşkar edilməmişdir (cild 1, iş vərəqə 205-209). Məhkəmə-tibbi ekspertizasının 01 dekabr 2021-ci il tarixli 630 saylı rəyindən görünür ki, 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs sağ qulaq seyvanının ön səthinin qançırı və 2 ədəd sıyrığı; sol budun ön səthinin aşağı 1/3-in, sağ diz oynağının ön səthinin, sağ baldırın aşağı 1/3-nın ön səthinin, boynun ön səthinin, döş qəfəsinin ön səthinin qançırları; sol baldırın ön səthinin sıyrıqları müəyyən edilmişdir. Bu xəsarətlər küt əşya (əşyaların) təsirindən törənmişlər, törənmə müddəti qərarda göstərilən tarixə və şəraitə uyğun gəlirlər, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs sağ qulaq seyvanında müəyyən edilmiş sıyrıqlar əl dırnaqların təsirindən əmələ gəlməsi istisna olunmur. Bakı şəhəri 1 saylı X5 və Respublika QİÇS-lə Mübarizə Mərkəzində aparılmış müayinələrə əsasən Təqsirləndirilən şəxs hər hansı bir zöhrəvi xəstəlik və insan immunçatışmazlığı virusu (QİÇS) aşkar edilməmişdir (cild 1, iş vərəqə 210-213). Məhkəmə-kimyəvi ekspertizasının 16 dekabr 2021-ci il tarixli 3948/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisiadar və kanabinoid (çətənə bitkisindən alman və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir (cild 1, iş vərəqə 214-217). Məhkəmə-psixoloji ekspertizasının 07 dekabr 2021-ci il tarixli 2916 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) daha yaxındır. İdrak prosesləri (diqqət, yaddaş, qavrama, təfəkkür və s.) normaya uyğun olmaqla, intellektual imkanlarında, əqli və psixi fəaliyyətində gerilik əlamətləri aşkar olunmur. Ünsiyyətçillik, situativlik, adaptivlik, emosional sabitlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs qarşı cinayət əməli törədilərkən psixi emosional vəziyyətində həyəcan, gərginlik, qorxu, stress kimi hallar yaranmış, həmin halın yaranması situasiya ilə əlaqədar olmuşdur (cild 1, iş vərəqə 259-262). Komisyon kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 31 yanvar 2022-ci il tarixli 237 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs inadkarlıq, hövsələsizlik, məsuliyyətsizlik, qıcığa qarşı həssaslıq, başqalarının hiss və yaşantılarına qarşı biganəlik, kobudluq, özünümüdafiə etməyə meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Qərarın təsviri hissəsində qeyd edilmiş əməli törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edən mühüm dəyişiklik yaranmamışdır. Belə qənaətə gəlmək olar ki, Təqsirləndirilən şəxs hadisə zamanı (Zərərçəkmiş şəxs qanunsuz olaraq azadlıqdan məhrum edərək ona zor tətbiq etməklə və zor tətbiq etmək hədəsi ilə onunla iradəsinə zidd olaraq cinsi münasibətdə olarkən) cinsi tələbatını ödəmək istəyi ilə əlaqədar emosional oyanıq vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır (cild 2, iş vərəqə 133-137). Məhkəmə-genetik ekspertizasının 27 dekabr 2021-ci il tarixli 21/733R saylı rəyindən görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş 01 (bir) ədəd tuman və Zərərçəkmiş şəxs uşaqlıq yolu möhtəviyyatından götürülmüş 01 ədəd tampon üzərində insan sperması aşkar edilməmişdir. Hadisə yerindən götürülmüş 01 (bir) ədəd mələfə üzərində insan tüpürcəyi aşkar edilməmişdir. 01 (bir) ədəd mələfə üzərində aşkar edilmiş 02 (iki) ədəd tük nümunəsi, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş 01 (bir) ədəd tuman və Zərərçəkmiş şəxs uşaqlıq yolu möhtəviyyatından götürülmüş 01 (bir) ədəd tampon üzərində olan bioloji mənşəli materiallar Zərərçəkmiş şəxs Mehrah qızına məxsusdur. Hadisə yerindən götürülmüş 01 (bir) ədəd mələfə üzərində aşkar edilmiş, şərti olaraq - 1 №-li və 2 №-li ləkələrdən və hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş 01 (bir) ədəd tuman üzərində olan bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs məxsusdur. Zərərçəkmiş şəxs dırnaq nümunələri altında aşkar edilmiş bioloji mənşəli materiallar qarışıq tiplidir və tərkibində Zərərçəkmiş şəxs məxsus bioloji mənşəli materiallardan əlavə müqayisəli tədqiqatın keçirilməsi üçün yararsız digər bioloji mənşəli materiallar da mövcuddur. Hadisə yerindən götürülmüş 01 (bir) ədəd mələfə üzərində aşkar edilmiş şərti olaraq - 3 N-li ləkə üzərində olan bioloji mənşəli materiallar deqradasiya əlamətlərini özündə əks etdirir və DNT profilinin əldə olunması üçün yararlı deyildir. Bu səbəbdən müqayisəli DNT tədqiqatının aparılması mümkün olmamışdır (cild 1, iş vərəqə 227-233). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş məlumatdan və müvafiq məhkəmə hökmlərinin və qərarlarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs: - Ucar Rayon Məhkəməsinin 04 fevral 2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 211.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 28 fevral 2003-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 77-ci maddəsinə cəzasının çəkilməmiş 01 il 05 ay 06 gün hissəsi azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuşdur; - Ucar Rayon Məhkəməsinin 18 avqust 2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən 02 il 01 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur; - Xocavənd Rayon Məhkəməsinin 13 avqust 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. - Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 27 dekabr 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 304.1-ci, 181.2.1-ci, 181.2.2-ci, 181.2.3-cü, 181.2.5-ci və 29,149.1-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3 və 67-ci maddələrinə əsasən qəti olaraq əmlakı müsadirə olunmadan 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 mart 2015-ci il tarixli qərarı ilə cəzadan 01 il 02 ay 10 gün vaxtından əvvəl şərti azad olunmuşdur. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 326.2-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci, 67.1 və 69.3-cü maddələrinə əsasən 3 il 3 ay 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 mart 2020-ci il tarixli qərarı ilə cəzadan 9 ay 16 gün vaxtından əvvəl şərti azad edilmişdir (cild 2, iş vərəqə 11-60). Göründüyü kimi Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həmin cəzanın çəkilməmiş hissəsi sonradan törətdiyi böyük ictimai təhlükə törətməyən və az ağır cinayət əməllərinə görə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə birləşdirilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza təyin olunmuşdur. Təqsirləndirilən şəxs həmin məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən ağır cinayət törətmişdir. Bu hal isə onun əməlində cinayətlərin təhlükəli residivini yaradır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməllərini törətməsini tam sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları ilə, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, ekspert rəyləri ilə, habelə iş üzrə toplanmış digər çoxsaylı sübutların məcmusu ilə təkzib olunur. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə ağır cinayətlərdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.3-ci, 149.2.4-cü, 149.2.5-ci, 150.2.4-cü və 150.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.3-ci, 149.2.4-cü, 149.2.5-ci, 150.2.4-cü və 150.2.5-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın çəkilməsi müddətinin başlanğıcı 30 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 30 noyabr 2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 30 noyabr 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 74, 137-138). Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübutlar - Bakı şəhəri Binəqədi rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus iki ədəd mobil telefon onun ailə üzvlərinə qaytarılmalı, Təqsirləndirilən şəxs məxsus 01 ədəd kəmər, 01 ədəd şalvar, 01 ədəd köynək, 01 ədəd trusik, qan nümunələri, Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd kofta, 01 ədəd trusik, 01 cüt corab, uşaqlıq yolu möhtəviyyatından götürülmüş 01 ədəd tampon, saç və dırnaq nümunələri, habelə 01 ədəd vinçatan, 01 ədəd prostina, 01 ədəd araq və 01 ədəd çaxır butulkaları məhv edilməli, Şahid13 məxsus evin təhlükəsizlik kamerasının qeydə aldığı görüntüləri əks etdirən bir ədəd “CD”disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Hazırkı iş üzrə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs 264 (iki yüz altmış dörd) manat 16 (on altı) qəpik məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin müvafiq qərarı ilə onun hüquqlarının müdafiəsi təyinatla Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə məhkəmə mərhələsində vəkil X6 tərəfindən göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 210 manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” 24.12.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.3-ci, 149.2.4-cü, 149.2.5-ci, 150.2.4-cü və 150.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.3-ci maddəsi ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 149.2.4-cü və 149.2.5-ci maddələri ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.2.4-cü və 150.2.5-ci maddələri ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 30 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Binəqədi rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus iki ədəd mobil telefon onun ailə üzvlərinə qaytarılsın; - Təqsirləndirilən şəxs məxsus 01 ədəd kəmər, 01 ədəd şalvar, 01 ədəd köynək, 01 ədəd trusik, qan nümunələri, Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd kofta, 01 ədəd trusik, 01 cüt corab, uşaqlıq yolu möhtəviyyatından götürülmüş 01 ədəd tampon, saç və dırnaq nümunələri, habelə 01 ədəd vinçatan, 01 ədəd prostina, 01 ədəd araq və 01 ədəd çaxır butulkaları məhv edilsin; - Şahid13 məxsus evin təhlükəsizlik kamerasının qeydə aldığı görüntüləri əks etdirən bir ədəd “CD”disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 264 (iki yüz altmış dörd) manat 16 (on altı) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına X6 üçün 210 (iki yüz on) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar