Məhkəmə qərarları › İş №1(101)-853/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-853/2020

21.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-853/2020 21.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X8 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 10 saylı vəkil bürosunun vəkili X1 iştirakı ilə, Təqsirləndirilən şəxs (xx.xx.1970-ci ildə Gürcüstan Respublikası, Marneuli şəhərində anadan olan, Gürcüstan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olunmamış, Gürcüstan Respublikası, Marneuli şəhəri, Beritaşvili küçəsi, ev 6 ünvanında qeydiyyatda olan, olmaqla Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, ev 95A, mənzil 43 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3-cü və 206.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2019-cu ilin iyul ayının əvvəllərində Bakı şəhərində telefon vasitəsilə Gürcüstanın Marneuli şəhərində yaşayan qardaşı X12 və şəxsiyyətləri istintaqla müəyyən edilməmiş digər şəxslərlə “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən və Azərbaycan Respublikasına idxalına icazə verilməmiş külli miqdarda dərman vasitələrinin tamah və satış məqsədi ilə saxlanılması, Türkiyə Respublikasından Azərbaycan Respublikasına daşıma və bu qəbildən olan malların xeyli miqdarda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə idxalı barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, cinayətkar qrupun Türkiyə Respublikasındakı şəxsiyyəti istintaqla müəyyən edilmiş üzvü istintaqla müəyyən edilməmiş tarixdə, yerdə və mənbədən əldə etdiyi qanunla dövlət qeydiyyatı tələb olunan, lakin Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş külli miqdarda, qaçaqmalçılıq cinayətinin predmeti kimi isə xeyli miqdarda, ümumilikdə 87630,6 manat (səksən yeddi min altı yüz otuz manat altmış qəpik)dəyərində, 215 ədəd “Lantus SoloStar 100 U/ml” göstəricili, 100 ədəd “NovoRapid Flex Pen” göstəricili tərkibində insulin məhlulu olan inyeksiya üçün hazır qələm, 50 ədəd “Oksapar 6000”, 680 ədəd “Oksapar 4000” göstəricili doldurulmuş şpris, bir konvalyutda 14 həb olmaqla 52 konvalyutda 728 həb “Januvia 100 mg” göstəricili, bir konvalyutda 10 həb olmaqla 767 konvalyutda 7670 həb “Tegretol CR 200” göstəricili, bir konvalyutda 10 həb olmaqla 599 konvalyutda 5990 həb “Tegretol CR 400” göstəricili, bir konvalyutda 4 həb olmaqla 227 konvalyutda 908 həb “Fosamax 70 mg” göstəricili, 325 flakon “Dostinex 0,5 mg” göstəricili, 520 flakon “Pred Forte” göstəricili, bir konvalyutda 10 həb olmaqla 200 konvalyutda 2000 həb “Hydrea 500 mg” göstəricili, 56 flakon “Symbicort Turbuhaler 160 mcg/4,5mcg/doz” göstəricili, bir konvalyutda 2 həb olmaqla 394 konvalyutda 788 həb “Cialis” göstəricili, 310 flakon “Flarex 0,1%” göstəricili, bir konvalyutda 12 həb olmaqla 149 konvalyutda 1788 həb “Colidur 200 mg” göstəricili,22 flakon “Alphagan 0,15%” göstəricili, 153 flakon “Triplixam” göstəricili,bir konvalyutda 14 həb olmaqla 402 konvalyutda 5628 həb “Plavix 75 mg” göstəricili, bir konvalyutda 10 həb olmaqla 4 konvalyutda 40 həb “Roaccutane 20 mg” göstəricili, 4 ampula “Proluton 500 mg/2 ml” göstəricili, bir konvalyutda 14 həb olmaqla 392 konvalyut 5488 həb “Atacand 16 mg” göstəricili, bir konvalyutda 10 həb olmaqla 584 konvalyutda 5840 həb “Topamax 50 mg” göstəricili və bir konvalyutda 10 həb olmaqla 380 konvalyutda 3800 həb “Topamax 100 mg” göstəricili dərman vasitələrini qutularından çıxararaq 3 hissəyə ayırıb malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə, ümumilikdə 15 bağlamada pərdə yükünün arasına və pərdənin büküldüyü karton qutuya yerləşdirib yükləri hər birində 5 bağlama olmaqla, 3 kisədə qablaşdıraraq gizlədib satış məqsədi ilə saxlamış, üzərlərində alıcının adları kimi “Ali *** *** ** **”, “ARİZ *** *** ** **” və “Ramin *** *** ** **” qeyd etdiyi həmin bağlamaları Azərbaycan Respublikasına göndərilməsindən ötrü vahid niyyətlə əhatə olunan qəsdlə 12 iyul və xx xxxx 2020-ci il tarixlərdə müştəri kimi gecələdiyi Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən “Bilir-Bulut Tur” otelindən cinayətkar niyyətindən xəbərsiz “Avrora” markalı 34RV1687 qeydiyyat nişanlı motosiklet ilə əl yüklərinin daşınması ilə məşğul olan Türkiyə Respublikası vətəndaşı Ali Değmez vasitəsilə İstanbul şəhərinin Aksaray məhəlləsində yerləşən Türkiyə Respublikasından Azərbaycan Respublikasına ayrı-ayrı şəxslərə məxsus yüklərin daşınması ilə məşğul olan “Şah” və “Dəniz” karqo müəssisinə təhvil verilmək üçün göndərmiş, “1423”, “75325” və “75741” nömrəli karqo fişləri əsasında təhvil verilən malları adları qeyd edilən karqo müəssisələrinin Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” Ticarət Mərkəzindəki ofislərindən götürməyi cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs tapşırmış, içərisində ümumilikdə külli miqdarda 36072,20 manat (otuz altı min yetmiş iki manat iyirmi qəpik) dəyərində, ayrıayrılıqda bir konvalyutda 10 həb olmaqla 360 konvalyut 3600 həb “Tegretol CR 200” göstəricili, bir konvalyutda 14 həb olmaqla 50 konvalyut 700 həb “Januvia 100 mg” göstəricili, bir konvalyutda 14 həb olmaqla 402 konvalyut 5628 həb “Plavix 75 mg” göstəricili, bir konvalyutda 4 həb olmaqla 8 konvalyut 32 həb “Fosamax 70 mg” göstəricili, bir konvalyutda 10 həb olmaqla 599 konvalyut 5990 həb “Tegretol CR 400” göstəricili, bir konvalyutda 10 həb olmaqla 4 konvalyut 40 həb “Roaccutane 20 mg” göstəricili, 293 flakon “Dostinex 0,5 mg” göstəricili, 153 flakon “Pred Forte” göstəricili, 18 flakon “Alphagan” göstəricili, 10 ədəd “Oskapar 6000 Anti-Xa İU / 0,6 ml” göstəricili inyeksiya üçün hazır şprisin tərkibində məhlul, 480 ədəd “Oskapar 4000 Anti-Xa İU / 0,4 ml” göstəricili inyeksiya üçün hazır şprisin tərkibində məhlul, 4 flakon “Prolutton 500 mg/2 ml” göstəricili, 56 flakon “Symbicort Turbuhaler 160 mcg/4,5mcg/doz” göstəricili dərman vasitələri və onların sayına uyğun olmayan dərman qutuları gizlədilmiş pərdə yükünün “Şah” karqo müəssisəsi vasitəsilə daşınan 08AAF787 dövlət qeydiyyat nişanlı yük avtomobilinin 08AAF797 nömrəli yarımqoşqusunda xx xxxx 2019-cu il tarixdə saat 14:12-də Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən rayonu ərazisində yerləşən “Mazımçay” gömrük postunda Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsinə nail olmaqla Azərbaycan Respublikasına satış məqsədilə idxal edilmiş, xx xxxx 2019-cu il tarixdə saat 11 radələrində Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunun anbarında quraşdırılmış rentgen aparatının tətbiqi ilə aparılan yoxlama nəticəsində yüklərin arasından qeyd olunan dərman vasitələri aşkar edilərək götürülmüş, həmçinin içərisində ümumilikdə külli miqdarda 22158,35 manat (iyirmi iki min yüz əlli səkkiz manat otuz beş qəpik) dəyərində, ayrı-ayrılıqda 100 ədəd “NovoRapid Flex Pen 3 ml” göstəricili tərkibində insulin məhlulu olan inyeksiya üçün hazır qələm, 200 ədəd “Oksapar 4000 0,4 ml” göstəricili tərkibində məhlul olan inyeksiya üçün hazır şpris, bir konvalyutda 10 həb olmaqla 160 konvalyut 1600 həb “Hydrea 500 mg” göstəricili, bir konvalyutda 2 həb olmaqla 259 konvalyut 518 həb “Cialis” göstəricili, bir konvalyutda 14 həb olmaqla 392 konvalyut 5488 həb üzərində “Atacand 16 mg” gösəricili, bir konvalyutda 4 həb olmaqla 86 konvalyut 344 həb üzərində “Fosamax 70 mg” göstəricili, bir konvalyutda 12 həb olmaqla 99 konvalyut 1188 həb üzərində “Colidur 200 mg” göstəricili, bir konvalyutda 10 həb olmaqla 237 konvalyut 2370 həb “Tegretol CR 200” göstəricili, 310 flakon “Flarex 0,1%” göstəricili, 4 flakon “Alphagan” göstəricili, 272 flakon “Pred Forte 1%” göstəricili, 13 flakon “Symbicort Turbuhaler 160 mcg/4,5mcg/doz” göstəricili, 53 flakon “Triplixam 10mg/2.5mg/5mg” göstəricili, 32 flakon “Dostinex 0,5 mg” göstəricili dərman vasitələri və onların sayına uyğun olmayan dərman qutuları gizlədilmiş pərdə yükünün “Şah” karqo müəssisəsi vasitəsilə daşınan 42AJC37 dövlət qeydiyyat nişanlı yük avtomobilinin 34YH3886 nömrəli yarımqoşqusunda xx xxxx 2019-cu il tarixdə saat 21:43-də Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən rayonu ərazisində yerləşən “Mazımçay” gömrük postunda Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsinə nail olmaqla Azərbaycan Respublikasına idxal edilmiş, xx xxxx 2019cu il tarixdə saat 12 radələrində karqo müəssisəsinin rəhbəri Şahid4 ərizəsi əsasında yükə Bakı Baş Gömrük İdarəsinin Bakı şəhəri, Salyan şossesi 14-cü km ünvanında yerləşən inzibati binasında keçirilmiş baxış zamanı qeyd edilən dərman vasitələri aşkar edilərək götürülmüş, həmçinin ümumilikdə külli miqdarda 29400,25 manat (iyirmi doqquz min dörd yüz manat iyirmi beş qəpik) dəyərində, ayrı-ayrılıqda 350 ədəd üzərində “NovoRapid Flex Pen” göstəricili tərkibində insulin məhlulu olan inyeksiya üçün hazır qələm, 40 flakon “Oskapar 6000 0,6 ml” göstəricili tərkibində məhlul olan inyeksiya üçün hazır şpris, 215 flakon “Lantus SoloStar 100 U/ml” göstəricili tərkibində insulin məhlulu olan inyeksiya üçün hazır qələm, bir konvalyutda 2 həb olmaqla 135 konvalyut 270 həb üzərində “Cialis” göstəricili, bir konvalyutda 10 həb olmaqla 584 konvalyut 5840 həb “Topamax 50 mg” göstəricili, bir konvalyutda 10 həb olmaqla 380 konvalyut 3800 həb “Topamax 100 mg” göstəricili, bir konvalyutda 4 həb olmaqla 133 konvalyut 532 həb “Fosamax 70 mg” göstəricili, bir konvalyutda 10 həb olmaqla 40 konvalyut 400 həb “Hydrea 500 mg” göstəricili, bir konvalyutda 14 həb olmaqla 2 konvalyut 28 həb üzərində “Januvia 100mg” göstəricili, bir konvalyutda 12 həb olmaqla 50 konvalyut 600 həb “Colidur 200 mg” göstəricili, bir konvalyutda 10 həb olmaqla 170 konvalyutda 1700 həb üzərində “Tegretol CR 200” göstəricili, 100 flakon “Triplixam 10mg/2.5 mg/5 mg” göstəricili, 95 flakon “Pred Forte 1%” göstəricili, 100 flakon “Flarex 0,1%” göstəricili dərman vasitələri və onların sayına uyğun olmayan dərman qutuları gizlədilmiş pərdə yükünün “Dəniz” karqo müəssisəsi vasitəsilə daşınan 53DM252 dövlət qeydiyyat nişanlı yük avtomobilinin 53DM268 nömrəli yarımqoşqusunda xx xxxx 2019-cu il tarixdə saat 16:29-da Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən “Biləsuvar” gömrük postunda Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsinə nail olmaqla satış məqsədilə Azərbaycan Respublikasına idxal edilmiş, xx xxxx 2019-cu il tarixdə saat 11 radələrində Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunun anbarında rentgen aparatının tətbiqi ilə aparılan yoxlama nəticəsində yüklərin arasından qeyd olunan dərman vasitələri aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona verilən ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o özü Türkiyədən Azərbaycana pərdə idxal edərək satışı ilə məşğul olmuşdur. İdxal etdiyi malları Azərbaycan Respublikasına karqo vasitəsilə daşımışdır. Doğma X17 ona Türkiyədən- Gürcüstana, Gürcüstandan-Azərbaycana dərman vasitələrini qanunsuz yollarla keçirdiyini, bundan rahat yolla yaxşı qazanc əldə etdiyini demiş və onun bu işdə ona kömək etdiyi halda, ona da qazancdan pay verə biləcəyini bildirmişdir. O isə qardaşının təklifi ilə razılaşmamış və bu işdən çəkindiyini demişdir. Qardaşı nə qədər israr etsə də, ona bu işlə məşğul olmayacağını qəti şəkildə qardaşına bildirmişdir. 2019-cu ilin 12 iyul tarixində qardaşı ona zəng edib demişdir ki, ona pərdə göndərəcək və o da satıb qazanc əldə etsin. O isə qardaşının pərdə yükləri arasında qanunsuz yolla dərman vasitələri keçirmək istəsə onları qəbul etməyəcəyini demişdir. Qardaşının göndərdiyi pərdələri karqodan qəbul etmək üçün Sədərək ticarət mərkəzinə getmişdir. Karqonun əməkdaşı ondan xahiş etmiş ki, mallar ilə bağlı Bakı Baş Gömrük İdarəsinə gəlsin. Oraya gedəndə qardaşı Ramizin gizli yolla sərhəddən keçirmək üçün pərdə yükünün içərisinə yerləşdirilmiş dərman vasitələrinin aşkar edildiyindən xəbər tutmuşdur. O, qardaşıyla heç zaman dərman vasitələrinin qanunsuz olaraq ölkəyə gətirilməsində əlbir olmamışdır. İbtidai araşdırma zamanı verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. Həmin ifadəsində o, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2009-cu ildən 2014-cü ilədək X6 8-ci sırada qadın geyimləri, sonradan isə Türkiyədən Azərbaycana pərdə-tül mallarını idxal edərək satışı ilə məşğul olmuşdur. İdxal etdiyi malları adətən Azərbaycan Respublikasına karqo vasitəsilə daşımış, malların rəsmiləşdirilməsi, buraxılışa verilməsi və ona təhvil verilməsini həmişə karqo şirkəti təşkil etmişdir. Ramiz Musaev adlı bir qardaşı vardır. 2019-cu ilin may ayında qardaşı Ramiz ilə aralarında olan söhbət zamanı ona Türkiyədən-Gürcüstana, Gürcüstandan-Azərbaycana dərman vasitələrini qanunsuz yollarla keçirdiyini, bundan rahat yolla yaxşı qazanc əldə etdiyini demiş və bu işdə kömək etdiyi halda, ona da qazancdan pay verə biləcəyini bildirmişdir. Qardaşının təklifi ilə əvvəlcə razılaşmasa da, sonradan qazancı ilə maraqlanmışdır. Qardaşı Ramiz dərmanın qiymətini ona deyəcəyini, həmin qiymətdən 1-2 manat baha satacağını izah etmişdir, Ramizin qazancı isə ona dediyi qiymətlə əhatə olunacaqmış. Bəzi halda isə malı Ramizin müştərisinə çatdırmalı olmuşdur. Ramizdən bunu necə həyata keçirəcəyini soruşduqda, ona izah etmişdir ki, malları adına göndəriləcək pərdə yükünün içərisində yerləşdirəcək, sanki pərdə yükü kimi Azərbaycana idxal edərək gömrük orqanından gizlədiləcək. Ramizə malların rentgendən keçəcəyini, yoxlanışlar aparılacağını, bunu gizlətməyin mümkün olmayacağını bildirmişdir. Ramiz isə onu dərmanları pərdə yükünün içərisinə aşkar etmək mümkün olmayacaq dərəcədə yaxşı gizlədəcəyinə inandırmışdır. Bu səbəbdən də Ramizə razılıq vermişdir. 2019-cu ilin iyun ayının təxminən 12-14 tarixlərində qardaşı Ramiz Şah karqo vasitəsilə içərisində dərmanlar gizlədilmiş pərdə yükləri göndərmişdir. İlk dəfə olduğuna görə çox az miqdarda, “Florex” markalı göz damcısı göndərilmişdir. Həmin mallar karqonun vasitəçiliyi ilə gömrük orqanında rəsmiləşdirilmiş, malları karqonun fəaliyyət göstərdiyi X6ki yerdən təhvil almışdır. Malları karqonun əməkdaşı təhvil verəndə bağlı vəziyyətdə olmuş, nə gömrük orqanı, nə də karqo şirkəti malların içərisində dərman olduğunu bilməmişdir. 2019-cu ilin iyul ayının 10-u ərəfəsində qardaşı Ramiz ikinci dəfə ona yenə “Şah” karqo vasitəsilə pərdə-tül yükünün içərisində dərman vasitələri göndərmişdi. Göndərilən malların əksəriyyəti “Florex”, “Azarqa” və “Pred Forte” markalı göz damcıları olmuşdur. Bu malların sayı əvvəlkinə nisbətdə bir qədər çox olmuşdur. Malları yenə karqoya məxsus qeyd etdiyi ünvandan götürmüş, bu dəfə də nə gömrük əməkdaşları, nə də karqonun əməkdaşları pərdə malının içərisində dərman vasitələrinin olduğunu bilməmişlər. Bu ilin iyul ayında Bakışəhərində tanışı, aptekdə işləyən Tural adlı şəxs 200 ədəd “Pred Forte” markalı dərman vasitəsini Türkiyədən alıb Gürcüstanda təhvil verməsini xahiş etmişdir. Onun dərman vasitələrinin hansı yolla Azərbaycana gətiriləcəyindən xəbəri olmamışdır. Lakin sifariş verdiyi malları rəsmi qaydada, necə deyərlər, sənəd əsasında verilməyəcəyini bilmiş, ancaq dərmanları konkret hansı qaydada Azərbaycana gətiriləcəyindən məlumatsız olmuşdur. Bu sifarişi qardaşı Ramizə ötürmüş, Ramiz özünün qəbul etdiyi sifarişləri və “Pred Forte” dərman vasitələrini də cəm etdikdən sonra, Azərbaycana göndərəcəyi barədə ona telefonla məlumat vermişdir. Bu malları qardaşı Ramiz ona göndəriləsi 4 yerdən ibarət pərdə yükünün içərisinə gizlətdikdən sonra pərdə yüklərini xx xxxx 2019-cu il tarixdə şəxsən İstanbulda yerləşən karqonun əməkdaşına təhvil vermişdir. Malları karqonun əməkdaşına təqdim etdikdən sonra malları təhvil alanda karqonun əməkdaşına göstərmək üçün karqo fişinin şəklini Whats App vasitəsilə ona göndərmişdir. Malları götürmək üçün karqonun Sədərək ticarət mərkəzinə getmiş, burada karqonun əməkdaşı ondan mallar ilə bağlı Bakı Baş Gömrük İdarəsinə getməsini xahiş etmişdir. Buraya gəldikdə isə artıq qardaşı Ramizin gizli yolla sərhəddən keçirmək üçün pərdə yükünün içərisinə yerləşdirilmiş dərman vasitələrinin aşkar edildiyindən xəbər tutmuşdur. Özü və qardaşı Ramizin törətdiyi əməlləri gizlətməkdə məna görmədiyi üçün təhqiqat orqanında da törətdiyi əməlləri etiraf etmişdir. Sonradan iştirakı ilə mallara və videogörüntülərə baxış keçirilmiş, həmin malların qardaşım Ramiz tərəfindən göndərildiyini və ona çatası olan mallar olduğunu təsdiqləmişdir. xx xxxx 2019-cu il tarixdə təhqiqat orqanında izahat verdikdən sonra axşam saatlarında istifadəsində olan (051) ***-**-** mobil nömrəsində quraşdırılmış “WhatsApp” proqramında səsli zəng vasitəsilə qardaşı Ramizin istifadəsində +995 *** ** ** 99 mobil nömrəsi ilə əlaqə saxlamış və dərman qutularının sayı ilə dərman vasitələrinin sayının uyğun olmaması barədə məlumat vermişdir. Bu zaman qardaşı Ramiz “Şah” karqo vasitəsilə İstanbul şəhərində birinci dəfə xx.xx.2019-cu il tarixdə göndərdiyi pərdə yükünün arasında dərman vasitələri göndərdiyini demiş, hansı ki, həmin dərman vasitələri **********5013 nömrəli Gömrük bəyannaməsi ilə rəsmiləşdirmişdir. Bundan başqa qardaşı dərman vasitələrinin digər qismini də pərdə yükünün arasında gizlədilmiş formada, 4 gün sonra, xx.xx.2019-cu il tarixdə İstanbulda karqo vasitəsilə göndərdiyini, həmin yükü də onun qəbul etməli olduğunu demiş, əlavə olaraq, həmin yükün gömrük orqanında aşkar edilib-edilmədiyini ondan soruşmuş və bundan xəbərsiz olduğunu demişdir. Sonradan xx xxxx 2019-cu il tarixdə təhqiqat orqanına çağırışdan sonra ona həmin dərmanların da aşkar edildiyi məlum olmuşdur. Qardaşı göndərdiyi dərmanların gömrük əməkdaşları tərəfindən aşkar edildiyini bildiyi üçün dərmanlar barəsində bir söz deməmişdir, lakin dərmanların bir neçə dəfəyə göndərəcəyini bilmişdir. xx xxxx 2019-cu il tarixdə isə təhqiqat orqanına çağırışdan sonra ona qardaşının digər karqo şirkəti vasitəsilə göndərdiyi son dərmanların da aşkar edilməsi məlum olmuşdur. Aşkar edilən dərmanları kimə təhvil verəcəyini bilməmiş, qardaşı dərmanları götürəndən sonra kimə çatdırmalı olduğunu, nə qədər pul alacağını ona bildirəcəkmiş. Bundan başqa Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq göstərmişdir ki, göndərilən dərman vasitələri “Pred Forte”, “Dosinex”, “Symbicort”, “Plavix”, “Oksapar” markalı dərmanlar olmuş, digər dərmanların adını unutmuş, dərmanların dəqiq sayını bilməmişdir. X17 hazırda Gürcüstanın Marneuli şəhərindədir. xx.xx.1975-ci il təvəllüdlüdür, ailəlidir, 4 övladı var, iki həyatı yoldaşı olmuşdur, onlardan Sevinc azərbaycanlı, Yelena isə rusdur. Qardaşı Gürcüstan operatoruna mənsub +995 *** ** ** 99 mobil nömrəsindən istifadə edir. Nə özü, nə də X17 dərman vasitələrinin satışını həyata keçirmək üçün ödəyici kimi vergi orqanında qeydiyyatdan keçməmiş, bu barədə xüsusi icazələri yoxdur. Hər dəfə qardaşı Ramizin dediyi şəxslərə dərman vasitələrini satmışdır. Qardaşı ona dərmanları çatdıracağı yeri və vaxtı demiş, deyilən vaxtda, lazımı yerdə olub qardaşına bu barədə xəbər vermişdir. Sonra isə tanımadığı şəxslər gəlib ondan dərman vasitələrini götürmüşlər. Çox az hallarda dərmanları az miqdarda özü tapdığı müştərilərə satmışdır. Karqo fəaliyyəti ilə məşğul olan “Şah Karqo” və “Dəniz Karqo” şirkətlərinin əməkdaşlarının onlara məxsus pərdə yüklərinin arasında dərman vasitələrinin olmasından məlumatları olmamışdır, əgər karqonun əməkdaşları malların arasında dərman olduğunu bilsə idi, malları təhvil almazdılar. Mallar karqoya bağlı vəziyyətdə verilmiş, həmin malları bir-bir açmadan içərisində yerləşən əşyanı aşkar etmək mümkünsüz olmuşdur. Hətta qardaşı ona dərmanları diqqətlə nəzər yetirəndə də, aşkara çıxarmaq mümkün olmasın deyə pərdəyə sarıyanda arasında tualet kağızı sarıdığını demişdir. Aşkar edilən dərman vasitələrindən “Pred Forte” dərman vasitələrini Gürcüstanda Turala təhvil verməli olmuşdur, digər dərman vasitələrini verəcəyi şəxsləri isə sonradan qardaşı Ramiz ona deyəcəkmiş. Dərmanların qiymətini dəqiq bilməmiş, qardaşı Ramiz bu məsələləri tənzimləmişdir. Ona məxsus olduğunu göstərdiyi, içərisində dərman vasitələri olan pərdə yüklərini öz adından bəyan etməmişdir ki, bu işləri həmişə karqo şirkətləri həyata keçirmiş, onu bəyannamə verilməsi maraqlandırmamış, çünki gömrük və vergi qanunlarını bilməmişdir. Karqo şirkətinə pərdə yükünə görə 200 ABŞ dolları pul vermiş, bu pulun müqabilində karqo şirkəti malları rəsmiləşdirməli və ona təhvil verməli olmuşdur. Adından gömrük bəyannaməsi təqdim edilən Əlsafa Əliyevi, Vüsal Qırxlarovu və Ağarəhim Məmmədovu tanımır, karqo ilə danışmamış, malların üzərində alıcının nömrəsi kimi nömrəsi qeyd edilmiş, mallar gəldikdən sonra onunla əlaqə saxlamış, gedib malı götürmüş, karqoya haqqı isə malı götürəndə X6 karqonun ofisində ödəmişdir. X14 aşkar edilən dərman vasitələrini haradan və hansı qiymətə alması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadənin düzgün olmadığını, həmin ifadəni müstəntiqin yazdığını və oxumadan imzaladığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində bildirmişdir ki, Bakı Baş Gömrük İdarəsinin Skanlaşdırma və Texniki Nəzarət vasitələri şöbəsinin rəis müavini vəzifəsində çalışır. xx xxxx 2019-cu il tarixdə Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda xidmət apardığı müddətdə 08AAF787/08AAF797 nömrə nişanlı yük avtomobilinə gömrük nəzarətinin həyata keçirilməsi ona və gömrük əməkdaşı Məzahir Həsənova tapşırılmışdır. Həmin gün saat 11 radələrində mallar gömrük nəzarətini həyata keçirməkdən ötrü rentgen aparatının tətbiqi ilə yoxlanılmışdır. Yoxlamada yük avtomobilinin sürücüsü Şahin Mustafa, adından bəyannamə təqdim edilən şəxsin nümayəndəsi Şahid3, daşıma şirkətinin nümayəndəsi Səbinə Ağayeva və dəvət edilən hal şahidləri iştirak etmişdir. Yoxlamanın gedişində 551 m2 ölçüdə “sintetik saplardan pərdələr” yükü rentgen aparatının tətbiqi ilə yoxlanıldıqda şübhəli cizgilər müşahidə edilmiş, buna görə 1 yerdən ibarət “sintetik saplardan pərdələr” yükü açılmış və içərisində 5 bağlamada pərdə yükü olduğu müəyyən edilmişdir. Həmin bağlamalardakı pərdələr büküldüyü rulondan açıldıqca malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə pərdələrin zahiri görkəmində gizlədilmiş bir konvalyutda 10 həb olmaqla 360 konvalyutda 3600 həb üzərində “Tegretol CR 200 Karbammezapin 200 mg” yazısı olan, bir konvalyutda 14 həb olmaqla 50 konvalyutda 700 həb üzərində “Januvia 100 mg” yazısı olan, bir konvalyutda 14 həb olmaqla 402 konvalyutda 5628 həb üzərində “Plavix 75 mg Klopidogrel 75 mg” yazısı olan, bir konvalyutda 4 həb olmaqla 8 konvalyutda 32 həb üzərində “FOSAMAX 70 mg” yazısı olan, bir konvalyutda 10 həb olmaqla 599 konvalyutda 5990 həb üzərində “Tegretol CR 400 Karbammezapin 400 mg” yazısı olan, bir konvalyutda 10 həb olmaqla 4 konvalyutda 40 həb üzərindı “Roaccutane 20 mg” yazısı olan, 293 ədəd şüşə qabda üzərində “Dostinex 0,5 mg” yazısı olan, 153 plastik flakonda üzərində “Pred Forte (prednisolone acetata 1%) Allergan” yazısı olan, 18 plastik flakonda üzərində “Brimonidine tartrate ophthalmic solution” yazısı olan, 10 ədəd üzərində “Oskapar 6000 BRİ-Xa İU / 0,6 ml” yazısı olan inyeksiya üçün hazır şprisin tərkibində məhlul, 480 ədəd üzərində “Oskapar 4000 BRİ-Xa İU / 0,4 ml” yazısı olan inyeksiya üçün hazır şprisin tərkibində məhlul, 4 ədəd şüşə flakonda üzərində “Prolutton 500 mg/2 Ml” yazısı olan, 56 ədəd plastik qabda üzərində “Symibort Turbohaler 160 mcg/4,mcg/doz” yazısı olan dərman vasitələri, həmçinin, dərman vasitələrindən başqa 173 ədəd üzərində “Plavix 75 mg Klopidogrel 75 mg” sözləri yazılmış dərman qutuları, 194 ədəd üzərində “Tegretol CR 200 Karbammezapin 200 mg” sözləri yazılmış dərman qutuları, 47 ədəd üzərində “Oskapar 4000 BRİ-Xa İU / 0,4 ml” sözləri yazılmış dərman qutuları, 6 ədəd üzərində “Oskapar 6000 BRİ-Xa İU / 0,6 ml” sözləri yazılmış dərman qutuları, 270 ədəd üzərində “Pred Forte (prednisolone acetata 1%)” sözləri yazılmış dərman qutuları, 294 ədəd üzərində “Tegretol CR 400 Karbammezapin 400 mg” sözləri yazılmış dərman qutuları, 25 ədəd üzərində “Symibort Turbohaler 160 mcg/4,mcg/doz” sözləri yazılmış dərman qutuları, 172 ədəd üzərində “Dostinex 0,5 mg” sözləri yazılmış dərman qutuları, 25 ədəd üzərində “Januvia 100 mg” sözləri yazılmış dərman qutuları, 15 ədəd üzərində “Alphagan (brimonidine tartrate ophthalmic solution)” sözləri yazılmış dərman qutuları, 17 ədəd üzərində “Triplixam 10 mg” sözləri yazılmış dərman qutuları, 4 ədəd üzərində “Proluton Depot 500mg/mL” sözləri yazılmış dərman qutuları, 5 ədəd üzərində “Flarex” sözləri yazılmış dərman qutuları aşkar edilmişdir. Yoxlama başa çatdıqdan sonra dərman vasitələrinin hər növündən iki ədədi nümunə kimi ayrı sellofan torbada qablaşdırılmış, dərman vasitələrinin digərləri isə başqa sellofan torbalara qoyularaq qablaşdırılmışdır. Malların gizlədildiyi 5 bağlamada pərdə yükləri, həmin yüklərin büküldüyü və içərisindən dərman vasitələri aşkar edilmiş karton qutular ilə birlikdə 1-ci anbarda təhvil verilmiş, həmin yerdə gömrük nəzarəti altında saxlanılmışdır. Bundan sonra, protokol tərtib etmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa xx xxxx 2019-cu il tarixdə Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda xidmət apardığı zaman **********2430 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilən mallara gömrük nəzarətinin həyata keçirilməsi ona tapşırılmışdır. Həmin gün saat 11 radələrində “İpək Yolu” gömrük postunda bu malların daşındığı 53DM252/53DM268 nömrə nişanlı yük avtomobilini yoxlamaqdan ötrü hal şahidlərini dəvət etmişdir. Hal şahidləri, bəyannaməçinin nümayəndəsi Ruslan adlı şəxs və özünü daşıma fəaliyyəti ilə məşğul olan “Dəniz” karqo müəssisəsinin əməkdaşı kimi təqdim edən Ceyhun adlı şəxsin iştirakı ilə malları yoxladıqda rentgen qurğusunda şübhəli cizgilər müşahidə etmiş, malların arasında gizlədilmiş əşyaların olduğunu ehtimal edərək yüklərin açılmasını qərara almışdır. Yükün arasında içərisində pərdə olan çuval çıxarılmış, çuvalın üzərində “Ramin 050 *** ** ** 1423” sözləri yazılmışdır. Çuvalın içərisindən 5 bağlamada pərdə yükləri çıxarılmış, pərdələrin yuxarı və aşağı hissələrində mavi rəngli “LinArt” sözləri yazılmış lentlər sarılmışdır. Ardıcıllıqla pərdə yükləri sarıldığı karton qutudan (rulondan) açıldıqda hər beş bağlamadan, ümumilikdə pərdələrin arasında yerləşdirilmiş formada və ortasındakı karton qutudan ümumilikdə bir konvalyutda 2 həb olmaqla 135 konvalyutda 270 həb üzərində “Cialis 20 mg” yazısı olan, bir konvalyutda 10 həb olmaqla 584 konvalyutda 5840 həb üzərində “Topamax 50 mg” yazısı olan, bir konvalyutda 10 həb olmaqla 380 konvalyutda 3800 həb üzərində “Topamax 100 mg” yazısı olan, bir konvalyutda 4 həb olmaqla 133 konvalyutda 532 həb üzərində “Fosamax 70 mg” yazısı olan, bir konvalyutda 10 həb olmaqla 40 konvalyutda 400 həb üzərində “Hydrea 500 mg” yazısı olan, bir konvalyutda 14 həb olmaqla 2 konvalyutda 28 həb üzərində “Januvia 100mg” yazısı olan, bir konvalyutda 12 həb olmaqla 50 konvalyutda 600 həb üzərində “Colidur 200 mg” yazısı olan, bir konvalyutda 10 həb olmaqla 170 konvalyutda 1700 həb üzərində “Tegretol CR 200” yazısı olan, 100 ədəd plastik qutuda üzərində “Triplixam 10mg/2.5 mg/8 mg” yazısı olan, 95 flakon üzərində “Pred Forte” yazısı olan, 100 flakon üzərində “Flarex” yazısı olan, 350 ədəd üzərində “X26 Pen” yazısı olan inyeksiya üçün hazır qələm tərkibində insulin məhlulu, 40 ədəd üzərində “Oskapar 6000 Anti-Xa İU / 0,6 ml” yazısı olan inyeksiya üçün hazır şpris tərkibində məhlul, 215 ədəd üzərində “Lantus SoloStar 100 U/ml” yazısı olan inyeksiya üçün hazır qələm tərkibində insulin məhlulu dərman vasitələri, həmin dərman vasitələrindən başqa müxtəlif sayda dərman qutuları aşkar edilmişdir. Dərman vasitələrinin hərəsindən iki ədəd nümunə kimi götürülmüş, nümunələr sellofan qablaşdırmaya qoyulmuş, digər dərman vasitələri də ayrı-ayrı sellofan torbalara qoyularaq götürülmüşdür. Bundan sonra dərman vasitələrinin aşkar edilməsinə dair protokol tərtib etmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində bildirmişdir ki, xx xxxx 2019cu il tarixdə saat 11 radələrində bir nəfər gömrük əməkdaşı “İpək Yolu” gömrük postunda yük avtomobilinin yoxlanılacağını bildirərək ondan yoxlamada hal şahidi kimi iştirak etməyi xahiş etmişdir. Heç bir etiraz etməmiş, gömrük əməkdaşları, digər hal şahidi, Türkiyə vətəndaşı olan sürücü və mal sahibinin nümayəndələrinin iştirakı ilə “İpək Yolu” gömrük postunun birinci anbarında Skan qurğusu vasitəsilə 08AAF787/08AAF797 nömrə nişanlı yük avtomobilinə baxıldıqda gömrük əməkdaşı yüklərdə şübhəli cizgilər müşahidə etdiyini bildirmiş və malın açılmasına göstəriş vermişdir. Yük avtomobilinin yarımqoşqusunda olan mallar boşaldılmış, ardıcıllıqla yoxlanıldıqda yükün arasında içərisində pərdə olan bağlama çıxarılmışdır. Həmin vaxt nümayəndə bu malların Əlsafa Əliyev adından bəyan edildiyini demiş, bəyannaməni təqdim etmişdir. Gömrük əməkdaşı bəyannaməyə baxdıqdan sonra çuvalı açmış, çuvalın üzərində “ALİ **********” sözləri yazılmışdır. Çuvalın içərisindən 5 bağlamada pərdə yükləri çıxarılmış, pərdələrin yuxarı və aşağı hissələrində mavi rəngli lentlər sarılmışdır. Ardıcıllıqla pərdə yükləri sarıldığı karton qutudan (rulondan) açıldıqda, hər beş bağlamadan ümumilikdə pərdələrin arasında yerləşdirilmiş formada və ortasındakı karton qutudan müxtəlif növ dərman vasitələri, həmin dərman vasitələrindən başqa müxtəlif sayda dərman qutuları aşkar edilmişdir. Dərman vasitələrinin hərəsindən iki ədəd nümunə kimi götürülmüş, nümunələr sellofan qablaşdırmaya qoyulmuş, digər dərman vasitələri də ayrı-ayrı sellofan torbalara qoyularaq götürülmüşdür. Bundan sonra dərman vasitələrinin aşkar edilməsinə dair protokol tərtib edilmiş, protokolu gömrük əməkdaşı iştirakçılara oxumuş, hər bir şəxs protokol ilə tanış olmuş, Türkiyə vətəndaşı olan sürücü isə protokol ona tərcümə edildikdən sonra onlarla birlikdə imza etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində bildirmişdir ki, Şah” karqo şirkəti ilə əlaqəli işləyir. Karqo adına göndərilən malların Azərbaycan Respublikasında gömrük orqanında bəyan edilməsi və buraxılışa verilməsində iştirak edir. Əlsafa Əliyev ilə birbaşa münasibəti yoxdur. Əlsafa Əliyev adından adına verilən etibarnamə əsasında bəyannamələr gömrük orqanına təqdim edilir. **********5013 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş mallar karqo vasitəsilə daşınan mallardır. Həmin malların ayrı-ayrılıqda kimə məxsus olduğunu bilmir, onun işi malların gömrük orqanında rəsmiləşdirilərək buraxılışa verilməsindən ibarətdir. **********5013 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilən mallar xx.xx.2019-cu il tarixdə saat 11 radələrində Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda yoxlanılmış, yoxlama zamanı skan qurğusunda şübhəli cizgilər müşahidə olunduğuna görə bəyannamədə pərdə kimi qeyd edilən bir çuvalın içərisindən 5 bağlama çıxarılmış, çuvalın üstündə alıcının adı kimi “ALİ *** *** ** **” 75325 karqo fişinin nömrəsi qeyd edilmişdir. 5 pərdə yükünün yuxarı və aşağısında “Lin Art” sözləri yazılan mavi kağız lent olmuşdur. Pərdə yükləri ardıcıllıqla açıldıqda hər beş bağlamadan ümumilikdə pərdələrin arasında yerləşdirilmiş formada və ortasındakı karton qutudan müxtəlif növ dərman vasitələri, həmin dərman vasitələrindən başqa müxtəlif sayda dərman qutuları aşkar edilmişdir. Dərman vasitələrinin hərəsindən iki ədəd nümunə kimi götürülmüş, nümunələr sellofan qablaşdırmaya qoyulmuş, digər dərman vasitələri də ayrı-ayrı sellofan torbalara qoyularaq götürülmüşdür. Bundan sonra dərman vasitələrinin aşkar edilməsinə dair protokol tərtib edilmiş, protokolu gömrük əməkdaşı iştirakçılara oxumuş, hər bir şəxs protokol ilə tanış olmuş, Türkiyə Respublikası vətəndaşı olan sürücü isə protokol ona tərcümə edildikdən sonra onlarla birlikdə imza etmişdir. Bu pərdə yükünün kimə məxsus olması və kimin tərəfindən təhvil götürüləcəyini bilməsə də, sonradan ona məlum olmuşdur ki, yükü Ramin adlı Bakı şəhərində yaşayan Gürcüstan vətəndaşı qəbul etmiş və dərman preparatlarının ona məxsus olduğunu etiraf etmişdir.xx xxxx 2019-cu il tarixdə saat 11 radələrində “İpək Yolu” gömrük postunun birinci anbarda 08AAF787/08AAF797 nömrə nişanlı yük avtomobilində göndərilmiş mallara keçirilmiş gömrük baxışı zamanı aşkar edilərək götürülmüş dərman preparatlarının mövcudluğundan onun, Əlsafa Əliyevin və ya “Şah” karqo şirkətinin nümayəndəsinin məlumatı olmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 ifadəsində bildirmişdir ki, Bakı Baş Gömrük İdarəsinin əməliyyat və təhqiqat idarəsi əməliyyat şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx xxxx 2019-cu il tarixdə nahar fasiləsindən əvvəl, saat 12 radələrində xidməti otağında olan zaman əməkdaşı olduğu idarənin təhqiqat şöbəsindən vətəndaş müraciəti əsasında Baş İdarənin inzibati binasında yükə baxış keçiriləcəyi ona bildirilmişdir. Cinayət barədə məlumat verən Şahid4, işçisi Rəşad Məmmədovun və hal şahidlərinin iştirakı ilə 1 ədəd ağ rəngli çuvalın içərisində olan 5 bağlamada qablaşdırılmış pərdə yükünə baxış keçirilmişdir. Baxış zamanı həmin bağlamaların içərisində çox sayda dərman vasitələri və qutuları aşkar edilmiş, sonradan aşkar edilən dərman preparatları və qutular sayılmışdır. Dərman vasitələri sayıldıqdan sonra hər bir növdən nümunələr götürülmüş, aşkar edilmiş digər predmetlər isə başqa bağlamaya qablaşdırılaraq götürülmüşdür. Sonda təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokolla əlavələri ilə birlikdə tanış olub doğruluğunu imzası ilə təsdiq etmişdir. Sonradan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, həmin dərman preparatları Gürcüstan vətəndaşı Ramiz Musaev tərəfindən qardaşı Təqsirləndirilən şəxs qəbul edərək satması üçün Türkiyə Respublikasından göndərilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid7 ifadəsində bildirmişdir ki, xx xxxx 2019cu il tarixdə saat 11 radələrində bir nəfər gömrük əməkdaşı “İpək Yolu” gömrük postunda yük avtomobilinin yoxlanılacağını bildirmiş, ondan yoxlamada hal şahidi kimi iştirak etməyi xahiş etmişdir. Heç bir etiraz etməmiş, gömrük əməkdaşları, digər hal şahidi, Türkiyə vətəndaşı olan sürücü və mal sahibinin nümayəndələrinin iştirakı ilə “İpək Yolu” gömrük postunda skan qurğusu ilə 53DM252/53DDM268 nömrə nişanlı yük avtomobilində gətirilən yüklərə baxıldıqda gömrük əməkdaşı yüklərin birində şübhəli cizgilər müşahidə etdiyini demiş və malın açılmasına göstəriş vermişdir. Yük avtomobilinin yarımqoşqusunda olan mallar boşaldılmış, ardıcıllıqla yoxlanıldıqda yükün arasında içərisində pərdə olan bağlama çıxarılmışdır. Həmin vaxt nümayəndə Ağarəhim Məmmədov adından bəyan edildiyini deyərək bəyannaməni təqdim etmişdir. Gömrük əməkdaşı bəyannaməyə baxdıqdan sonra çuvalı açdırmış, çuvalın üzərində “Ramin 050 *** ** ** 1423” sözləri yazılmışdır. Çuvalın içərisindən 5 bağlamada pərdə yükləri çıxarılmış, Ardıcıllıqla pərdə yükləri sarıldığı karton qutudan (rulondan) açıldıqda hər beş bağlamadan ümumilikdə pərdələrin arasında yerləşdirilmiş formada və ortasındakı karton qutudan müxtəlif növdə dərman vasitələri, həmin dərman vasitələrindən başqa müxtəlif sayda dərman qutuları aşkar edilmişdir. Dərman vasitələrinin hərəsindən iki ədəd nümunə kimi götürülmüş, nümunələr sellofan qablaşdırmaya qoyulmuş, digər dərman vasitələri də ayrı-ayrı sellofan torbalara qoyularaq götürülmüşdür. Bundan sonra dərman vasitələrinin aşkar edilməsinə dair protokol tərtib edilmiş, protokolu gömrük əməkdaşı iştirakçılara oxumuş, hər bir şəxs protokol ilə tanış olub imzalamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid8 ifadəsində bildirmişdir ki, təxminən il yarım müddətdir Türkiyədən Azərbaycana ayrı-ayrı şəxslərə məxsus yüklərin daşınması ilə məşğul olan “Dəniz” karqo müəssisəsi ilə əməkdaşlıq edir. Karqo şirkətində onun aparıcı mütəxəssis kimi əsas vəzifəsi malların müştərilərə sifariş üzrə bölüşdürülməsi, daşınması işlərini təşkil etməkdir. Türkiyədə “Dəniz” karqo şirkətinə təhvil verilən malları daşıyan 53DM252/53DM268 nömrə nişanlı yük avtomobili ilə xx xxxx 2019-cu il tarixdə sərhədi keçməklə Azərbaycan Respublikasına gətirilmişdir. Avtomobildə “xxxxxxxx” MMC adına göndərilən mallar “Dəniz” karqo şirkətinin vasitəsilə göndərilən mallardır. Bu malların rəsmiləşdirilməsi “xxxxxxx” MMC həyata keçirir, ümumiyyətlə “Dəniz” karqo şirkəti ilə gətirilən malları “xxxxxxx” MMC rəsmiləşdirir. Həmin avtomobildə göndərilən mallardan **********2430 nömrəli gömrük bəyannaməsi ilə Ağarəhim Məmmədovun adından “xxxxxxx” MMC-nin əməkdaşı tərəfindən bəyan edilmiş mallar xx xxxx 2019-cu il tarixdə saat 11 radələrində “İpək Yolu” gömrük postunda rentgen qurğusu vasitəsilə dəvət edilən hal şahidləri və “xxxxxxx” MMC-nin əməkdaşı Ruslan Rzayevin iştirakı ilə yoxlanıldıqda bəyannamənin 2-ci mal mövqeyində “tül və tor şəkilli parçalar” yükündə şübhəli cizgilər aşkarlandığına görə yüklər açılmış, içərisindən 5 bağlamada pərdə yükü çıxarılmış, pərdə yükləri ardıcıllıqla sarıldığı rulondan açıldıqca içərisində və pərdənin sarıldığı karton qutunun içərisində müxtəlif markalı dərman vasitələri və dərman qutuları aşkar etmişlər. Dərman vasitələri və dərman qutuları pərdənin arasında gizlədilmiş, görünməyi çətinləşsin deyə tualet kağızları ilə sarılmışdır, pərdənin üstündə loqo olmasa da, bağlamanın belində “Lin Art” yazısı olan etiket olmuşdur. Dərman vasitələri və qutular sayılmış, bunun əsasında protokol tərtib edilmiş, protokolu oxuyub imza etmişdir. Hadisə baş verdikdən dərhal sonra aparıcı mütəxəssis kimi üzərinə düşən vəzifəni həyata keçirərək “Dəniz” karqo şirkətinin Türkiyədəki əməkdaşı ilə əlaqə saxlayaraq bu barədə məlumat vermiş, malların təhvil verildiyi videogörüntülərə baxılması barədə tapşırıq vermiş, həmin videogörüntülərə baxıldıqda pərdə yükünü bir nəfər qara paltarlı orta yaşlı şəxsin Türkiyədə arabaçılıq fəaliyyəti ilə məşğul olan X13 motosikletində daşıyaraq İstanbul şəhərində Aksaray, Küçük Langa caddesi Avropa pazarı 79, depo 30A ünvanda yerləşən “Dəniz” karqo şirkətinin anbarın verdiyi müşahidə olunmuşdur. X25 ilə karqonun əməkdaşları söhbətləşdikdə bu malları xx xxxx 2019-cu il tarixdə Gürcüstan vətəndaşı, əslən azərbaycanlı olan Ramiz Musaev adlı şəxs ilə birlikdə İstanbulda yerləşən “Bülur” oteldən götürərək karqoya təhvil verildiyini, mallar təhvil verəndə Ramizin orada olduğunu, bundan başqa Ramizin elə həmin günü, xx.xx.2019-cu il tarixdə və dörd gün əvvəl, xx.xx.2019-cu il tarixdə “Şah” karqo şirkətinə də pərdə yükləri təhvil verildiyini, “Şah” karqoya da yüklərin “Bülur” oteldən götürdüyünü, ancaq bu hallarda malların təhvil verildiyi zaman Ramizin olmadığını göstərmişdir. “Şah” karqo şirkətinin əməkdaşları ilə danışdıqda onlar da pərdə yükü təhvil verildiyini təsdiq etmişlər. “Bülur” otelin əməkdaşlarına vəziyyəti izah edərək Ramiz adlı şəxsin orada qalıb-qalmadığını soruşmuş, onlara Ramiz Musaevin xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək “Bülur” otelin müştərisi olması barədə məlumat vermiş, xahiş əsasında buna dair personal kağızının fotosunu da çəkməyə icazə vermişlər. Malın üstündə olan ***-***-**-** nömrəsi 1423 nömrəli karqo təslim fişində nömrə ilə eyni olmuş, həmin nömrə ilə əlaqə saxlasalar da, operatorun cavabına görə təyin edilmədiyi müəyyən edilmişdir. Göstərdiyi xüsusatlarla bağlı aidiyyəti sənədləri və videogörüntüləri təhqiqat orqanına təqdim etmiş və iştirakı ilə həmin görüntülərə, sənədlərə baxış keçirilmişdir. Karqo şirkətinin malların arasında dərman vasitələri və dərman qutuları olduğundan xəbəri olmamışdır. Malın təhvil verildiyi şəxs kimi “Ramin” adı qeyd edilmiş, bildiyi qədəri ilə Ramin adlı şəxs dərmanları göndərən Ramiz Musaevin qardaşıdır. Sonradan ona məlum olmuşdur ki, dərmanları qəbul edən şəxs gömrük əməkdaşları tərəfindən ifşa edilmişdir. Şahid4 ibtidai istintaq dövrü verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yaşayır. Bakı şəhərində, X6 yerləşən “Şah” karqo müəssisəsinə rəhbərlik edir. Əvvəllər “Şah” karqo müəssisəsi öz adından vergi orqanlarında hüquqi şəxs kimi qeydiyyatdan keçərək sifarişlər əsasında Türkiyə Respublikasından Azərbaycan Respublikasına daşınan malların gömrük rəsmiləşdirilməsini və sifariş verən şəxslərə çatdırılmasını həyata keçirsə də, sonradan belə fəaliyyətə yol verilmədiyinə görə hazırda rəhbərlik etdiyi müəssisə yalnız Türkiyədən Azərbaycan Respublikasına malların daşınması ilə məşğul olur. Malların gömrük orqanlarında rəsmiləşdirməsini isə sifarişçilər özləri aparırlar. Türkiyədən göndərilən mallar “Şah” karqo vasitəsilə daşınır, ancaq sifarişçinin özü tərəfindən mallar gömrük orqanında bəyan edilir. Ancaq bununla belə malların açılışında karqo şirkətinin nümayəndəsi də iştirak edir, çünki malları müşayiət edən invoys sənədi karqo şirkətinin adına tərtib olunur və bunun məsuliyyəti vardır. “xxxxxxxxxxxxxx” MMC isə daşıma şirkətidir, “Şah” karqo firma adı ilə fəaliyyət göstərən müəssisəsinin fəaliyyətini təmin etməkdən ötrü təsis edilmişdir. “Şah” karqo müəssisəsinin İstanbul şəhərində İstanbul-Fateh, Aksaray məhəlləsi, Küçük Langa küçəsi, Avropa qarajı 79 nömrəli ünvanda malları qəbul etmə məntəqəsi vardır, göndərənlər malları həmin yerə təhvil verir, mallar təhvil veriləndə karqo fişi tərtib edilir, göndərilən və qəbul edənlərin məlumatları karqo fişində qeyd olunur. Karqo fişi nömrəli blanklarda olur. Şahid3 onun müştərisidir, 2019-cu ilin mart-aprel aylarından müəssisə ilə əməkdaşlıq edir. Onun sifarişi ilə Türkiyədən Azərbaycan Respublikasına bir neçə dəfə mallar idxal edilmişdir. 08AAF787/08AAF797 nömrə nişanlı yük avtomobili ilə Türkiyədən göndərilən mallar “xxxxxxxxxxxxxx” MMC şirkətinin adına göndərilmiş, həmin avtomobildə olan malların bir qismi Şahid3 özünə, bir qismi isə karqo kimi Türkiyədən Azərbaycana mal göndərən şəxslərə məxsusdur. Belə şəxslərin adını bilmir, onlar mallarını karqonun Türkiyənin ofisinə təhvil verir, alacaqları qeyd etdirirlər. 08AAF787/08AAF797 nömrə nişanlı yük avtomobili ilə göndərilən malların bir qismi Bakı Baş Gömrük İdarəsində **********5013 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Həmin bəyannaməni Şahid3 etibarnamə əsasında X9 adından tərtib edərək gömrük orqanına təqdim etmişdir. Şahid3 verdiyi bəyannamədə qeyd olunan pərdə yükü xx xxxx 2019-cu il tarixdə “İpək Yolu” gömrük postunda yoxlanıldıqda içərisində gizlədilmiş dərman vasitələri aşkar edilmiş, bu barədə ona həm “xxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi, həm də Şahid3 məlumat vermişdir. Belə ki, karqo fəaliyyəti ilə məşğul olan “Şah” müəssisəsinin Türkiyənin İstanbul şəhərində yerləşən yuxarıda qeyd etdiyi anbara Bakı şəhərinə göndərilmək üçün xx xxxx 2019-cu il tarixdə 75325 nömrəli karqo fişi əsasında içərisindən həmin dərman vasitələrinin aşkar edildiyi pərdə yükləri təhvil verilmişdir. Bundan başqa, karqo fəaliyyəti ilə məşğul olan “Şah” müəssisəsinin Türkiyənin İstanbul şəhərində yerləşən yuxarıda qeyd etdiyim anbara Bakı şəhərinə göndərilmək üçün xx xxxx 2019-cu il tarixdə 75741 nömrəli karqo təslim fişi əsasında 1 yerdən ibarət pərdə yükləri təhvil verilmiş, bu pərdələr 42AJC37/34YH3886 nömrə nişanlı avtomobil ilə Türkiyədən Azərbaycan Respublikasına daşınmış, Bakı Baş Gömrük İdarəsində **********0738 nömrəli gömrük bəyannaməsi ilə Şahid3 etibarnamə əsasında rəsmiləşdirmişdir, mallar “İpək Yolu” gömrük postunda yoxlamadan keçmiş, yüklərin arasında qadağan edilmiş heç bir mal aşkar edilməmişdir. xx xxxx 2019-cu il tarixdə malları daşıyan 42AJC37/34YH3886 nömrə nişanlı avtomobil buraxılışa verilmiş, saat 18 radələrində yük avtomobili karqo fəaliyyəti ilə məşğul olan “Şah” müəssisəsinə məxsus X6 yerləşən anbarına daxil olmuşdur. Anbarda mallar boşaldılaraq talvarın altına yığılmış və avtomobil həmin ərazidən çıxıb Türkiyəyə getmişdir. Səhəri gün, yəni xx xxxx 2019-cu il tarixdə bu yükün arasında da pərdə olduğundan xəbər tutduğuna görə bu yüklərin də içərisindən dərman vasitəsi olduğundan şübhələnmiş və ona görə xx xxxx 2019-cu il tarixdə saat 10 radələrində karqo fəaliyyəti ilə məşğul olan “Şah” müəssisəsinə məxsus, X6 yerləşən anbarda 3 yerdən ibarət pərdə yükləri sahibinə təhvil verilmişdir. Yalnız yerdə qalan 1 yerdən ibarət pərdə yükünü açdıranda içərisində olan 5 bağlamadan ilk üçündə dərman vasitələrinin olduğunu müşahidə etmiş, buna görə də “Hyundai” markalı **-MM-*** nömrə nişanlı avtomobilin yük yerinə qoyub Bakı Baş Gömrük İdarəsinə gələrək ərizə vermişdir. Ərizəsi əsasında araşdırma başlanılmış və yaranmış zərurətlə əlaqədar olaraq “Şah” karqonun X6 yerləşən anbarına, anbarın təhlükəsizlik kamerasının yaddaşındakı videogörüntülərə baxış keçirilmişdir. Sonradan aşkar edilən faktın araşdırılmasına kömək etmək qərarına gəlmiş və bu məqsədlə 42AJC37/34YH3886 nömrə nişanlı yük avtomobili ilə ölkəyə gətirilərək X6 ofisimizə boşaldılan yüklərin arasından aşkar edilən dərman vasitələrinin gizlədildiyi pərdə yükünün “Şah” karqo müəssisəsinin İstanbul şəhəri, Aksaraydakı anbara kim tərəfindən verilməsini müəyyən etməkdən ötrü karqonun əməkdaşlarına tapşırıq vermişdir. Karqo əməkdaşları Türkiyədə müəyyən etmişlər ki, arabaçı Türkiyə vətəndaşı X18 motosikletlə pərdə yükünü birinci dəfə xx xxxx 2019-cu il tarixdə, ikinci dəfə xx xxxx 2019-cu il tarixdə “Şah” karqo şirkətinə təhvil vermiş, bundan başqa xx xxxx 2019-cu il tarixdə “Dəniz” karqo şirkətinə də pərdə yüklərini təhvil vermişdir. Bu pərdə yüklərini İstanbulda “Bilir” oteldə müştəri kimi qalan Ramiz adlı Gürcüstan vətəndaşı “Şah” və “Dəniz” karqo şirkətinə verməsi üçün Ali Deymezə vermiş, fişdə olan məlumatları yükün üstünə baxıb yazmışlar. Bundan başqa, Türkiyənin İstanbul şəhərində yerləşən “Bilir” otelindən Ramiz adlı Gürcüstan vətəndaşının şəxsi qonaq kağızı ilə maraqlanmış, həmin şəxsin Gürcüstan vətəndaşı Ramiz Musaev olduğu müəyyənləşdirilmişdir. “Şah” karqo şirkətinə yüklər təhvil verəndə Ramiz Musaev olmasa da, mallar “Dəniz” karqo şirkətində təhvil veriləndə Ramiz Musaev özü iştirak etmişdir. “Şah” karqoya və “Dəniz” karqoya mallar təhvil veriləndə videogörüntülər müşahidə kameralarında qeydə alınmışdır. Bu kamera görüntülərini təqdim etmiş və iştirakı ilə videogörüntüyə baxış keçirilərək protokollaşdırılmışdır. Ramiz Musaevin fotoşəkilini X15 göstərmiş, Ali Ramizin şəklini görən kimi tanımışdır. Şahid6 İsgəndər oğlunun ibtidai istintaq dövrü verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, xx xxxx 2019-cu il tarixdə saat 12 radələrində bir nəfər gömrük əməkdaşı Bakı Baş Gömrük İdarəsinin binasında yükə baxış keçiriləcəyini bildirib ondan baxışda hal şahidi kimi iştirak etməyi xahiş etmişdir. Heç bir etiraz etməmiş, gömrük əməkdaşları, digər hal şahidi və iki nəfər başqa tanımadığı şəxsin iştirakı ilə Bakı Baş Gömrük İdarəsinin binasında, xidməti otaqların birində 1 ədəd ağ rəngli çuvala baxış keçirilmişdir. Baxış zamanı həmin çuvalın içərisində olan 5 bağlamada qablaşdırılmış pərdə yükləri sarıldığı karton qutudan açıldıqda hər beş bağlamadan pərdələrin arasında yerləşdirilmiş formada və ortasındakı karton qutudan hazırda xatırlamadığı adda və sayda müxtəlif növ dərman vasitələri, həmin dərman vasitələrindən başqa müxtəlif sayda dərman qutuları aşkar edilmişdir. Dərman vasitələrinin hərəsindən nümunə kimi götürülmüş, nümunələr sellofan qablaşdırmaya qoyulmuş, digər dərman vasitələri də ayrı-ayrı sellofan torbalara qoyularaq qablaşdırılmışdır. Bundan sonra dərman vasitələrinin aşkar edilməsinə dair protokol tərtib edilmiş, protokolla və əlavələri ilə tanış olub sənədləri imzalamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün qismən etirafedici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda tərtib edilmiş xx.xx.2019-cu il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokoldan görünür ki, xx xxxx 2019-cu il tarixdə saat 11 radələrində “İpək Yolu” gömrük postunda “Hİ-SCAN 180180-2is pro” markalı rentgen aparatının tətbiqi ilə Gürcüstanda fəaliyyət göstərən “GARANT LLC” şirkətindən 08AAF787/08AAF797 nömrə nişanlı yük avtomobilində göndərilmiş və X5 adından təqdim edilən **********5013 sorğu nömrəli Gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş malların yoxlanılması nəticəsində bəyannamənin 19-cu mal mövqeyində 1 yerdən ibarət 551 m2 ölçüdə “sintetik saplardan pərdələr” yükündə şübhəli cizgilər müşahidə edildiyinə görə həmin yük açılmış, yükün içərisində olan 5 (beş) bağlamada pərdələr büküldüyü rulondan açıldıqda isə malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə pərdələrin zahiri görkəmində gizlədilmiş ümumilikdə bir konvalyutda 10 həb olmaqla 360 konvalyutda 3600 həb üzərində “Tegretol CR 200 Karbammezapin 200 mg” yazısı olan, bir konvalyutda 14 həb olmaqla 50 konvalyutda 700 həb üzərində “Januvia 100 mg” yazısı olan, bir konvalyutda 14 həb olmaqla 402 konvalyutda 5628 həb üzərində “Plavix 75 mg Klopidogrel 75 mg” yazısı olan, bir konvalyutda 4 həb olmaqla 8 konvalyutda 32 həb üzərində “FOSAMAX 70 mg” yazısı olan, bir konvalyutda 10 həb olmaqla 599 konvalyutda 5990 həb üzərində “Tegretol CR 400 Karbammezapin 400 mg” yazısı olan, bir konvalyutda 10 həb olmaqla 4 konvalyutda 40 həb üzərindı “Roaccutane 20 mg” yazısı olan, 293 ədəd şüşə qabda üzərində “Dostinex 0,5 mg” yazısı olan, 153 plastik flakonda üzərində “Pred Forte (prednisolone acetata 1%) Allergan” yazısı olan, 18 plastik flakonda üzərində “Brimonidine tartrate ophthalmic solution” yazısı olan, 10 ədəd üzərində “Oskapar 6000 BRİ-Xa İU / 0,6 ml” yazısı olan inyeksiya üçün hazır şprisin tərkibində məhlul, 480 ədəd üzərində “Oskapar 4000 BRİ-Xa İU / 0,4 ml” yazısı olan inyeksiya üçün hazır şprisin tərkibində məhlul, 4 ədəd şüşə flakonda üzərində “Prolutton 500 mg/2 Ml” yazısı olan, 56 ədəd plastik qabda üzərində “Symibort Turbohaler 160 mcg/4,mcg/doz” yazısı olan dərman vasitələri, habelə dərman vasitələrindən başqa 173 ədəd üzərində “Plavix 75 mg Klopidogrel 75 mg” sözləri yazılmış dərman qutuları, 194 ədəd üzərində “Tegretol CR 200 Karbammezapin 200 mg” sözləri yazılmış dərman qutuları, 47 ədəd üzərində “Oskapar 4000 BRİ-Xa İU / 0,4 ml” sözləri yazılmış dərman qutuları, 6 ədəd üzərində “Oskapar 6000 BRİ-Xa İU / 0,6 ml” sözləri yazılmış dərman qutuları, 270 ədəd üzərində “Pred Forte (prednisolone acetata 1%)” sözləri yazılmış dərman qutuları, 294 ədəd üzərində “Tegretol CR 400 Karbammezapin 400 mg” sözləri yazılmış dərman qutuları, 25 ədəd üzərində “Symibort Turbohaler 160 mcg/4,mcg/doz” sözləri yazılmış dərman qutuları, 172 ədəd üzərində “Dostinex 0,5 mg” sözləri yazılmış dərman qutuları, 25 ədəd üzərində “Januvia 100 mg” sözləri yazılmış dərman qutuları, 15 ədəd üzərində “Alphagan (brimonidine tartrate ophthalmic solution)” sözləri yazılmış dərman qutuları, 17 ədəd üzərində “Triplixam 10 mg” sözləri yazılmış dərman qutuları, 4 ədəd üzərində “Proluton Depot 500mg/mL” sözləri yazılmış dərman qutuları, 5 ədəd üzərində “Flarex” sözləri yazılmış dərman qutuları aşkar edilərək götürülmüşdür. Dərman vasitələrinin hər növündən iki ədədi nümunə qismində 101144 nömrəli sellofan torbada, dərman qutularından isə hərəsindən bir ədəd zərfdə qablaşdırılmış, dərman vasitələri və dərman qutularının digərləri, malların gizlədildiyi 5 bağlamada pərdə yükləri, həmin yüklərin büküldüyü və içərisindən dərman vasitələri aşkar edilmiş karton qutular ilə birlikdə 1-ci anbarda təhvil verilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2019-cu il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, vətəndaş M. B. Məmmədovun təqdim etdiyi 1 ədəd ağ rəngli çuvalın kənarları sarı yapışqanlı lentlə sarılmış, çuvalın üzərində qara rəngdə əl yazısı ilə “ARİZ 055 *** ** ** 9524” sözləri yazılmışdır. Çuvalın yazıya münasibətdə sol tərəfi cırılmış, sonradan şəffaf yapışqanlı lentlə bağlanılmışdır, yapışqanlı lent açıldıqdan sonra içərisində 5 (beş) bağlamada pərdə yükü müəyyən edilir, pərdə yükləri büküldüyü karton qutudan ardıcıllıqla açıldıqda malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə pərdə yükünün zahiri görkəmində gizlədilmiş müxtəlif markalı dərman vasitələri və dərman qutuları aşkar edilərək götürülmüşdür. Aşkar edilən dərman vasitələri ümumilikdə 100 ədəd üzərində “X26 Pen 3 ml” yazısı olan inyeksiya üçün hazır qələm tərkibində insulin məhlulu, bir konvalyutda 10 həb olmaqla 160 konvalyutda 1600 həb üzərində “Hydrea 500 mg” yazısı olan, bir konvalyutda 2 həb olmaqla 259 konvalyutda 518 həb üzərində “Cialis 20 mg” yazısı olan, bir konvalyutda 14 həb olmaqla 392 konvalyut 5488 həb üzərində “Atacand 16 mg” yazısı olan, bir konvalyutda 4 həb olmaqla 86 konvalyut 344 həb üzərində “Fosamax 70 mg” yazısı olan, bir konvalyutda 12 həb olmaqla 99 konvalyut 1188 həb üzərində “Colidur 200 mg” yazısı olan, bir konvalyutda 10 həb olmaqla 237 konvalyut 2370 həb üzərində “Tegretol CR 200” yazısı olan,310 flakon üzərində “Flarex 5 ml” yazısı olan, 4 flakon üzərində “Alphagen (Brimonidine tartrate ophthalmic solution) 5 ml” yazısı olan, 272 flakon üzərində “Pred Forte 5 ml” yazısı olan, 13 plastik qabda üzərində “Symibort Turbohaler 160 mcg/4,mcg/doz” yazısı olan, 53 plastik qab üzərində “Triplixam 10mg/2.5mg/10mg” yazısı olan, 32 şüşə qab üzərində “Dostinex 0,5 mg ” yazısı olan, 200 ədəd üzərində “Oksapar 4000” inyeksiya üçün hazır şpris tərkibində məhlul dərman vasitələrindən, dərman qutuları isə 200 ədəd “Atacand 16 mg” üzərində sözləri olan, 79 ədəd üzərində “Triplixam 10mg/2.5mg/10mg” sözləri olan, 207 ədəd üzərində “Pred Forte 5 ml” sözləri olan, 332 ədəd üzərində “Flarex 5 ml” sözləri olan, 99 ədəd üzərində “Colidur 200 mg” sözləri olan, 70 ədəd üzərində “Fosamax 70 mg” sözləri olan, 98 ədəd üzərində “Tegretol CR 200” sözləri olan, 16 ədəd üzərində “Hydrea 500 mg” sözləri olan, 22 ədəd üzərində “Oksapar 4000” sözləri olan, 21 ədəd üzərində “Plavix” sözləri olan, 19 ədəd üzərində “X26 Pen” sözləri olan dərman qutularından ibarətdir. Cinayət işinin materiallarında olan Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda tərtib edilmiş xx.xx.2019-cu il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokoldan görünür ki, xx xxxx 2019-cu il tarixdə saat 11:30 radələrində “İpək Yolu” gömrük postunda “Hİ-SCAN 180180-2is pro” markalı rentgen aparatının tətbiqi ilə Türkiyə Respublikasında fəaliyyət göstərən “YS X20.Tic.LTD. ŞTİ”şirkətindən göndərilmiş və X2 adından **********2430 sorğu nömrəli Gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş malların yoxlanılması nəticəsində bəyannamənin 2-ci mal mövqeyində “tül və torşəkilli parçalar” yükü şübhəli cizgilər müşahidə edildiyinə görə həmin yük açılmış, yükün içərisində olan 5 (beş) bağlamada pərdələr büküldüyü rulondan açıldıqda isə malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə pərdələrin zahiri görkəmində gizlədilmişümumilikdə bir konvalyutda 2 həb olmaqla 135 konvalyutda 270 həb üzərində “Cialis 20 mg” yazısı olan, bir konvalyutda 10 həb olmaqla 584 konvalyutda 5840 həb üzərində “Topamax 50 mg” yazısı olan, bir konvalyutda 10 həb olmaqla 380 konvalyutda 3800 həb üzərində “Topamax 100 mg” yazısı olan, bir konvalyutda 4 həb olmaqla 133 konvalyutda 532 həb üzərində “Fosamax 70 mg” yazısı olan, bir konvalyutda 10 həb olmaqla 40 konvalyutda 400 həb üzərində “Hydrea 500 mg” yazısı olan, bir konvalyutda 14 həb olmaqla 2 konvalyutda 28 həb üzərində “Januvia 100mg” yazısı olan, bir konvalyutda 12 həb olmaqla 50 konvalyutda 600 həb üzərində “Colidur 200 mg” yazısı olan, bir konvalyutda 10 həb olmaqla 170 konvalyutda 1700 həb üzərində “Tegretol CR 200” yazısı olan, 100 ədəd plastik qutuda üzərində “Triplixam 10mg/2.5 mg/8 mg” yazısı olan, 95 flakon üzərində “Pred Forte” yazısı olan, 100 flakon üzərində “Flarex” yazısı olan, 350 ədəd üzərində “X26 Pen” yazısı olan inyeksiya üçün hazır qələm tərkibində insulin məhlulu, 40 ədəd üzərində “Oskapar 6000 Anti-Xa İU / 0,6 ml” yazısı olan inyeksiya üçün hazır şpris tərkibində məhlul, 215 ədəd üzərində “Lantus SoloStar 100 U/ml” yazısı olan inyeksiya üçün hazır qələm tərkibində insulin məhlulu dərman vasitələri, həmçinin dərman vasitələrindən başqa 42 ədəd “Lantus, SoloStar 100 U/ml” markalı dərman vasitəsinə aid dərman qutusu, 113 ədəd “Fosamax 70 mg” markalı dərman vasitəsinə aid dərman qutusu, 146 ədəd “Topamax 100 mg” markalı dərman vasitəsinə aid dərman qutusu, 99 ədəd “Flarex” markalı dərman vasitəsinə aid dərman qutusu, 96 ədəd “Pred Forte” markalı dərman vasitəsinə aid dərman qutusu, 16 ədəd “Oksapar 6000” markalı dərman vasitəsinə aid dərman qutusu, 4 ədəd “Hydrea 500 mg” markalı dərman vasitəsinə aid dərman qutusu, 20 ədəd “X26 Pen” markalı dərman vasitəsinə aid dərman qutusu, 100 ədəd “Cialis 20 mg” markalı dərman vasitəsinə aid dərman qutusu, 1 ədəd “Tegretol 200 mg” markalı dərman vasitəsinə aid dərman qutusu, 1 ədəd “Plavix 75 mg” markalı dərman vasitəsinə aid dərman qutusu, 2 ədəd “Symbicort Turbohaler 160 mcg” markalı dərman vasitəsinə aid dərman qutuları aşkar edilmişdir. Dərman vasitələrinin hər növündən iki ədədi nümunə qismində 101136 nömrəli sellofan torbada, dərman qutularından isə hərəsindən bir ədəd zərfdə qablaşdırılmış, dərman vasitələri və dərman qutularının digərləri, malların gizlədildiyi 5 bağlamada pərdə yükləri, həmin yüklərin büküldüyü və içərisindən dərman vasitələri aşkar edilmiş karton qutular ilə birlikdə 1-ci anbara təhvil verilmişdir. Cinayət işinin materiallarında olan əşyalara baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə **********5013 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş malların yoxlanılması nəticəsində aşkar edilən dərman vasitələrinə, pərdə yükləri bağlamalarına yenidən baxış keçirildikdə çuvalın üzərində “ALİ 055 *** ** ** 75325” sözləri yazıldığı, habelə 10 sayda “Lin Art” sözləri yazılan mavi lentlər aşkar edilmiş, dərman vasitələrinin karton qutu və pərdə yükünün arasında gizlədildiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs baxış zamanı baxış keçirilən dərman vasitələrinin X17 tərəfindən gizlədilərək göndərilmiş həmin dərman vasitələri olduğunu, dərman vasitələrinin həqiqətən də bir qisminin karton qutularda, digər qisminin isə pərdələrin arasında gizlədildiyini, bunu X17 ilə qabaqcadan planlaşdırdığını, qardaşının buna uyğun qablaşdırdığını göstərmişdir. Cinayət işinin materiallarında olan əşyalara baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə **********0738 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş, vətəndaş M. B. Məmmədovun ərizəsi əsasında qeydə alınan işüzrə baxış nəticəsində aşkar edilərək götürülmüş dərman vasitələrinə, karton qutulara və pərdələrə yenidən baxış keçirilərək nəticəsi protokollaşdırılmışdır. Baxış keçirilərkən müəyyən edilmişdir ki, pərdə yükü və karton qutular 4 ədəddir, pərdələrin yuxarı və aşağı tərəfinə bükülmək üçün “LinArt” yazısı olan mavi rəngli lentlər vardır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs göstərmişdir ki, X17 tərəfindən göndərilən həmin dərmanlar razılaşmalarına əsasən pərdənin arasında və karton qutuda qablaşdırılmış, bunları götürməyi X17 ona tapşırmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Bakı Baş Gömrük İdarəsinə daxil olmuş Türkiyə Respublikası vətəndaşı X23 dilində Azərbaycan dilinə rəsmi tərcümə edilərək imza nümunələri notarial qaydada təsdiq edilmiş 26/A1/016180 nömrəli xx.xx.2019-cu il tarixli müraciətindən görünür ki, Türkiyə Respublikası vətəndaşı Ali Değmez Azərbaycan Cinayət Məcəlləsinə əsasən yalan məlumat vermək və yalan ifadə verməyin cinayət olduğunu bilir, bunun məsuliyyətini götürərək bildirir ki, Türkiyənin İstanbul şəhərindəki özünə aid Avrora markalı 34RV1687 dövlət qeydiyyat nişanlı motosiklet ilə əl yükü daşıyır, xx.xx.2019-cu il tarixində günorta saatların İstanbul Aksaray məhəlləsində yerləşən “Bilir” oteldən Gürcüstan vətəndaşı (əslən azərbaycanlı) Ramiz Musaevə aid içində pərdə olan kisəni Bakı şəhərinə çatdırması üçün Aksaray məhəlləsində yerləşən “Şah” karqo ofisinə təhvil vermiş, xx.xx.2019-cu il tarixdə həmin “Bilir” oteldən Ramiz Musaevə məxsus başqa bir pərdə olan kisəni də şəxsin istəyi ilə “Şah” karqoya təhvil vermişdir. Bu yükləri təhvil verdiyi zaman sözügedən şəxs Ramiz Musaev yanında olmamışdır. Həmin gün, xx.xx.2019-cu il tarixində bir saat sonra yenidən Ramiz bəylə birlikdə başqa bir karqo şirkəti olan “Dəniz” karqoya məhsulu birlikdə gətirmiş və onda Ramiz bəy öz qardaşı Ramin bəyin adından məhsulu təhvil vermişdir. Ramiz bəylə birlikdə olanda o, qara t-shirt geyinmişdir. “Dəniz” karqoya aid video karqo görüntülərini izlədiyi zaman, Ramiz Musaevin görüntülərdəki şəxs olduğunu təsdiqləmişdir. Onun karqonun içərisində nə olmasından məlumatı olmamış, sonradan aldığı məlumata görə məhsulun içərisində qadağan edilmiş dərman olmuşdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Dərmanların Analitik Ekspertizası Mərkəzindən alınmış sorğudan məlum olur ki, onlara təqdim olunan siyahı üzrə müxtəlif ticari adlarla göstərilən dərman vasitələrinin təqdim olunmuş qablaşdırma nümunələri əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Dərman vasitələrinin Qeydiyyat-Ekspertiza şöbəsinin “Elektronbaza”-sı üzrə araşdırılması aparılmış, yekun nəticəyə uyğun cədvəl tərtib edilmişdir. Eyni zamanda, qablaşdırmada qeyd olunan istehsalçılara (ölkə və ya şirkət) məxsus həmin ticari adlarla dərman vasitələri indiyədək Səhiyyə Nazirliyində dövlət qeydiyyatına alınmamışdır və hal-hazırda qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasına idxalı mövcud deyildir. Cədvəldə dərman vasitələrinin reyestrdə qeydiyyatı olmadığı qeyd olunmuşdur. Cinayət işi materiallarında olan Bakı Baş Gömrük İdarəsinin sorğusunda göstərilmişdir ki, qeyd olunan dərman vasitələri Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmədiyinə görə həmin dərman vasitələrinin Azərbaycan Respublikasına idxalı qadağandır. Buna görə də qeyd olunan dərman vasitələrinin rəsmiləşdirilməsi mümkün deyildir. Cinayət işinin materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 18852/18853 nömrəli xx.xx.2019-cu il tarixli ekspert rəyinə əsasən: tədqiqata təqdim edilmiş üzərində “..00100-1386/19 No.:-li işüzrə maddi sübut” sözləri olan bir ədəd polietilen paketdəki dərman preparatları “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları”-na və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”-na daxil deyildir. Tədqiqata təqdim olunmuş dərman preparatlarının qablaşdırmaları üzərindəki göstəriciləri yararlıq müddəti keçməmişdir. Ekspertizası tədqiqatına təqdim edilmiş 13 adda dərman preparatlarının satış qiyməti təxminən 36072,20 manat müəyyən edilir. Cinayət işinin materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 19378/79 nömrəli xx.xx.2019-cu il tarixli ekspert rəyinə əsasən: təqdim olunmuş preparatların tərkibində narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən və zəhərli maddələrin komponentləri yoxdur. Həmin preparatlar 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin” və xx xxxx 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən və zəhərli maddələrin siyahısına” aid deyil. Tədqiqata təqdim edilmiş, zavod üsulu ilə hazırlanmış və qablaşdırılmış preparatlarının qablaşdırmalarıüzərindəki tarix göstəricilərinə görə istifadəyə yararlıdır. Ekspertiza tədqiqatına təqdim edilmiş 14 adda preparatların ümumilikdə xx.xx.2018-ci il tarixə orta qiyməti 22158,35 manat müəyyən edilir. Cinayət işinin materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 19376/77 nömrəli xx.xx.2019-cu il tarixli ekspert rəyinə əsasən: təqdim olunmuş preparatların tərkibində narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən və zəhərli maddələrin komponentləri yoxdur. Həmin preparatlar 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin” və xx xxxx 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən və zəhərli maddələrin siyahısına” aid deyil. Tədqiqata təqdim edilmiş, zavod üsulu ilə hazırlanmış və qablaşdırılmış preparatlarının qablaşdırmalarıüzərindəki tarix göstəricilərinə görə istifadəyə yararlıdır. Ekspertiza tədqiqatına təqdim edilmiş 14 adda preparatların ümumilikdə xx.xx.2018-ci il tarixə orta qiyməti 29400,25 manat müəyyən edilir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi istintaq və təhqiqat idarəsi istintaq şöbəsinin böyük müstəntiqi X3 qəbul etdiyi qətimkan tədbirinin seçilməsi barədə xx xxxx 2020-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdən «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən daxil olmuş tələbnamə və təqdim edilmiş sənədlərin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə Qazax rayon məhkəməsinin 1(023)-88/2016 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 213-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməyə görə təqsirli bilinərək 1500 manat cərimə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi barədə qərardan məlum olur ki, cinayət işi üzrə maddi sübutlar 215 ədəd “Lantus SoloStar 100 U/ml” göstəricili, 100 ədəd “NovoRapid Flex Pen” göstəricili tərkibində insulin məhlulu olan inyeksiya üçün hazır qələm, 50 ədəd “Oksapar 6000”, 680 ədəd “Oksapar 4000” göstəricili doldurulmuş şpris, bir konvalyutda 14 həb olmaqla 52 konvalyutda 728 həb “Januvia 100 mg” göstəricili, bir konvalyutda 10 həb olmaqla 767 konvalyutda 7670 həb “Tegretol CR 200” göstəricili, bir konvalyutda 10 həb olmaqla 599 konvalyutda 5990 həb “Tegretol CR 400” göstəricili, bir konvalyutda 4 həb olmaqla 227 konvalyutda 908 həb “Fosamax 70 mg” göstəricili, 325 flakon “Dostinex 0,5 mg” göstəricili, 520 flakon “Pred Forte” göstəricili, bir konvalyutda 10 həb olmaqla 200 konvalyutda 2000 həb “Hydrea 500 mg” göstəricili, 56 flakon “Symbicort Turbuhaler 160 mcg/4,5mcg/doz” göstəricili, bir konvalyutda 2 həb olmaqla 394 konvalyutda 788 həb “Cialis” göstəricili, 310 flakon “Flarex 0,1%” göstəricili, bir konvalyutda 12 həb olmaqla 149 konvalyutda 1788 həb “Colidur 200 mg” göstəricili,22 flakon “Alphagan 0,15%” göstəricili, 153 flakon “Triplixam” göstəricili,bir konvalyutda 14 həb olmaqla 402 konvalyutda 5628 həb “Plavix 75 mg” göstəricili, bir konvalyutda 10 həb olmaqla 4 konvalyutda 40 həb “Roaccutane 20 mg” göstəricili, 4 ampula “Proluton 500 mg/2 ml” göstəricili, bir konvalyutda 14 həb olmaqla 392 konvalyut 5488 həb “Atacand 16 mg” göstəricili, bir konvalyutda 10 həb olmaqla 584 konvalyutda 5840 həb “Topamax 50 mg” göstəricili və bir konvalyutda 10 həb olmaqla 380 konvalyutda 3800 həb “Topamax 100 mg” göstəricili dərman vasitələri, ayrı-ayrılıqda bir konvalyutda 10 həb olmaqla 360 konvalyut 3600 həb “Tegretol CR 200” göstəricili, bir konvalyutda 14 həb olmaqla 50 konvalyut 700 həb “Januvia 100 mg” göstəricili, bir konvalyutda 14 həb olmaqla 402 konvalyut 5628 həb “Plavix 75 mg” göstəricili, bir konvalyutda 4 həb olmaqla 8 konvalyut 32 həb “Fosamax 70 mg” göstəricili, bir konvalyutda 10 həb olmaqla 599 konvalyut 5990 həb “Tegretol CR 400” göstəricili, bir konvalyutda 10 həb olmaqla 4 konvalyut 40 həb “Roaccutane 20 mg” göstəricili, 293 flakon “Dostinex 0,5 mg” göstəricili, 153 flakon “Pred Forte” göstəricili, 18 flakon “Alphagan” göstəricili, 10 ədəd “Oskapar 6000 Anti-Xa İU / 0,6 ml” göstəricili inyeksiya üçün hazır şprisin tərkibində məhlul, 480 ədəd “Oskapar 4000 Anti- Xa İU / 0,4 ml” göstəricili inyeksiya üçün hazır şprisin tərkibində məhlul, 4 flakon “Prolutton 500 mg/2 ml” göstəricili, 56 flakon “Symbicort Turbuhaler 160 mcg/4,5mcg/doz” göstəricili dərman vasitələri, ayrı-ayrılıqda 100 ədəd “NovoRapid Flex Pen 3 ml” göstəricili tərkibində insulin məhlulu olan inyeksiya üçün hazır qələm, 200 ədəd “Oksapar 4000 0,4 ml” göstəricili tərkibində məhlul olan inyeksiya üçün hazır şpris, bir konvalyutda 10 həb olmaqla 160 konvalyut 1600 həb “Hydrea 500 mg” göstəricili, bir konvalyutda 2 həb olmaqla 259 konvalyut 518 həb “Cialis” göstəricili, bir konvalyutda 14 həb olmaqla 392 konvalyut 5488 həb üzərində “Atacand 16 mg” gösəricili, bir konvalyutda 4 həb olmaqla 86 konvalyut 344 həb üzərində “Fosamax 70 mg” göstəricili, bir konvalyutda 12 həb olmaqla 99 konvalyut 1188 həb üzərində “Colidur 200 mg” göstəricili, bir konvalyutda 10 həb olmaqla 237 konvalyut 2370 həb “Tegretol CR 200” göstəricili, 310 flakon “Flarex 0,1%” göstəricili, 4 flakon “Alphagan” göstəricili, 272 flakon “Pred Forte 1%” göstəricili, 13 flakon “Symbicort Turbuhaler 160 mcg/4,5mcg/doz” göstəricili, 53 flakon “Triplixam 10mg/2.5mg/5mg” göstəricili, 32 flakon “Dostinex 0,5 mg” göstəricili dərman vasitələri, pərdə yükləri, çuvallar, üzərində “LinArt” sözləri yazılmış kağız lentlər Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks Birliyi”nin anbarında saxlanılır. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 200-1.2.2, 200–1.2.3-cü və 206.3.2-ci maddələrində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 200- 1.2.2, 200–1.2.3-cü və 206.3.2-ci maddələri ilə ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 200- 1.2.2, 200-1.2.3-cü və 206.3.2-ci maddələrində özünü təqsirli bilməməsi, dərman vasitələrinin Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilməsində qardaşı ilə əvvəlcədən razılığa gəlməməsi kimi məhkəmədə verdiyi ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu və 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəza-çəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin sürətindən məlum olur ki, X10 Azərbaycan Respublikasının vətəndaşı Bəxtiyarova Könül Cavanşir qızı ilə rəsmi nikahdadır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının hüdüdlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.2.2.-ci maddəsinə əsasən X10 Azərbaycan Respublikasının vətəndaşı ilə rəsmi nikahda olduğu üçün ona Azərbaycan Respublikasının hüdüdlarından kənara məcburi çıxarma tətbiq edilməməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının Qanununun 99-1.1.2-ci maddəsinə əsasən, iş üzrə maddi sübutlar Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks Birliyi”nin anbarında saxlanılan 215 ədəd “Lantus SoloStar 100 U/ml” göstəricili, 100 ədəd “NovoRapid Flex Pen” göstəricili tərkibində insulin məhlulu olan inyeksiya üçün hazır qələm, 50 ədəd “Oksapar 6000”, 680 ədəd “Oksapar 4000” göstəricili doldurulmuş şpris, bir konvalyutda 14 həb olmaqla 52 konvalyutda 728 həb “Januvia 100 mg” göstəricili, bir konvalyutda 10 həb olmaqla 767 konvalyutda 7670 həb “Tegretol CR 200” göstəricili, bir konvalyutda 10 həb olmaqla 599 konvalyutda 5990 həb “Tegretol CR 400” göstəricili, bir konvalyutda 4 həb olmaqla 227 konvalyutda 908 həb “Fosamax 70 mg” göstəricili, 325 flakon “Dostinex 0,5 mg” göstəricili, 520 flakon “Pred Forte” göstəricili, bir konvalyutda 10 həb olmaqla 200 konvalyutda 2000 həb “Hydrea 500 mg” göstəricili, 56 flakon “Symbicort Turbuhaler 160 mcg/4,5mcg/doz” göstəricili, bir konvalyutda 2 həb olmaqla 394 konvalyutda 788 həb “Cialis” göstəricili, 310 flakon “Flarex 0,1%” göstəricili, bir konvalyutda 12 həb olmaqla 149 konvalyutda 1788 həb “Colidur 200 mg” göstəricili,22 flakon “Alphagan 0,15%” göstəricili, 153 flakon “Triplixam” göstəricili,bir konvalyutda 14 həb olmaqla 402 konvalyutda 5628 həb “Plavix 75 mg” göstəricili, bir konvalyutda 10 həb olmaqla 4 konvalyutda 40 həb “Roaccutane 20 mg” göstəricili, 4 ampula “Proluton 500 mg/2 ml” göstəricili, bir konvalyutda 14 həb olmaqla 392 konvalyut 5488 həb “Atacand 16 mg” göstəricili, bir konvalyutda 10 həb olmaqla 584 konvalyutda 5840 həb “Topamax 50 mg” göstəricili və bir konvalyutda 10 həb olmaqla 380 konvalyutda 3800 həb “Topamax 100 mg” göstəricili dərman vasitələri, ayrı-ayrılıqda bir konvalyutda 10 həb olmaqla 360 konvalyut 3600 həb “Tegretol CR 200” göstəricili, bir konvalyutda 14 həb olmaqla 50 konvalyut 700 həb “Januvia 100 mg” göstəricili, bir konvalyutda 14 həb olmaqla 402 konvalyut 5628 həb “Plavix 75 mg” göstəricili, bir konvalyutda 4 həb olmaqla 8 konvalyut 32 həb “Fosamax 70 mg” göstəricili, bir konvalyutda 10 həb olmaqla 599 konvalyut 5990 həb “Tegretol CR 400” göstəricili, bir konvalyutda 10 həb olmaqla 4 konvalyut 40 həb “Roaccutane 20 mg” göstəricili, 293 flakon “Dostinex 0,5 mg” göstəricili, 153 flakon “Pred Forte” göstəricili, 18 flakon “Alphagan” göstəricili, 10 ədəd “Oskapar 6000 Anti-Xa İU / 0,6 ml” göstəricili inyeksiya üçün hazır şprisin tərkibində məhlul, 480 ədəd “Oskapar 4000 Anti-Xa İU / 0,4 ml” göstəricili inyeksiya üçün hazır şprisin tərkibində məhlul, 4 flakon “Prolutton 500 mg/2 ml” göstəricili, 56 flakon “Symbicort Turbuhaler 160 mcg/4,5mcg/doz” göstəricili dərman vasitələri, ayrı-ayrılıqda 100 ədəd “NovoRapid Flex Pen 3 ml” göstəricili tərkibində insulin məhlulu olan inyeksiya üçün hazır qələm, 200 ədəd “Oksapar 4000 0,4 ml” göstəricili tərkibində məhlul olan inyeksiya üçün hazır şpris, bir konvalyutda 10 həb olmaqla 160 konvalyut 1600 həb “Hydrea 500 mg” göstəricili, bir konvalyutda 2 həb olmaqla 259 konvalyut 518 həb “Cialis” göstəricili, bir konvalyutda 14 həb olmaqla 392 konvalyut 5488 həb üzərində “Atacand 16 mg” gösəricili, bir konvalyutda 4 həb olmaqla 86 konvalyut 344 həb üzərində “Fosamax 70 mg” göstəricili, bir konvalyutda 12 həb olmaqla 99 konvalyut 1188 həb üzərində “Colidur 200 mg” göstəricili, bir konvalyutda 10 həb olmaqla 237 konvalyut 2370 həb “Tegretol CR 200” göstəricili, 310 flakon “Flarex 0,1%” göstəricili, 4 flakon “Alphagan” göstəricili, 272 flakon “Pred Forte 1%” göstəricili, 13 flakon “Symbicort Turbuhaler 160 mcg/4,5mcg/doz” göstəricili, 53 flakon “Triplixam 10mg/2.5mg/5mg” göstəricili, 32 flakon “Dostinex 0,5 mg” göstəricili dərman vasitələri, pərdə yükləri dövlət nəfinə xüsusi müsadirə olunmalıdırlar. Azərbaycan Respublikasının CPM-nin 132.1.7-cü maddəsinə əsasən maddi sübutların dəyəri olmadıqda məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan iş üzrə maddi sübutlar Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks Birliyi”nin anbarında saxlanılan çuvallar, üzərində “LinArt” sözləri yazılmış kağız lentlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarət altına vermə qətimkan tədbiri "həbs" qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalından həbsə alınmalı və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli həbsə alındığı vaxtdan – xx xxxxxxxx 2020ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 492,98 mana məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200–1.2.2, 200– 1.2.3-cü və 206.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilin sin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200–1.2.2, 200–1.2.3-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qtsmən toplamaq yolu ilə qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarət altına vermə qətimkan tədbiri "həbs" qətimkan tədbiri ilə əvəz edilsin, məhkəmə iclas zalından həbsə alınsın və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs cəzanın əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 492,98 mana məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə maddi sübutlar Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks Birliyi”nin anbarında saxlanılan 215 ədəd “Lantus SoloStar 100 U/ml” göstəricili, 100 ədəd “X26 Pen” göstəricili tərkibində insulin məhlulu olan inyeksiya üçün hazır qələm, 50 ədəd “Oksapar 6000”, 680 ədəd “Oksapar 4000” göstəricili doldurulmuş şpris, bir konvalyutda 14 həb olmaqla 52 konvalyutda 728 həb “Januvia 100 mg” göstəricili, bir konvalyutda 10 həb olmaqla 767 konvalyutda 7670 həb “Tegretol CR 200” göstəricili, bir konvalyutda 10 həb olmaqla 599 konvalyutda 5990 həb “Tegretol CR 400” göstəricili, bir konvalyutda 4 həb olmaqla 227 konvalyutda 908 həb “Fosamax 70 mg” göstəricili, 325 flakon “Dostinex 0,5 mg” göstəricili, 520 flakon “Pred Forte” göstəricili, bir konvalyutda 10 həb olmaqla 200 konvalyutda 2000 həb “Hydrea 500 mg” göstəricili, 56 flakon “Symbicort Turbuhaler 160 mcg/4,5mcg/doz” göstəricili, bir konvalyutda 2 həb olmaqla 394 konvalyutda 788 həb “Cialis” göstəricili, 310 flakon “Flarex 0,1%” göstəricili, bir konvalyutda 12 həb olmaqla 149 konvalyutda 1788 həb “Colidur 200 mg” göstəricili,22 flakon “Alphagan 0,15%” göstəricili, 153 flakon “Triplixam” göstəricili,bir konvalyutda 14 həb olmaqla 402 konvalyutda 5628 həb “Plavix 75 mg” göstəricili, bir konvalyutda 10 həb olmaqla 4 konvalyutda 40 həb “Roaccutane 20 mg” göstəricili, 4 ampula “Proluton 500 mg/2 ml” göstəricili, bir konvalyutda 14 həb olmaqla 392 konvalyut 5488 həb “Atacand 16 mg” göstəricili, bir konvalyutda 10 həb olmaqla 584 konvalyutda 5840 həb “Topamax 50 mg” göstəricili və bir konvalyutda 10 həb olmaqla 380 konvalyutda 3800 həb “Topamax 100 mg” göstəricili dərman vasitələri, ayrı-ayrılıqda bir konvalyutda 10 həb olmaqla 360 konvalyut 3600 həb “Tegretol CR 200” göstəricili, bir konvalyutda 14 həb olmaqla 50 konvalyut 700 həb “Januvia 100 mg” göstəricili, bir konvalyutda 14 həb olmaqla 402 konvalyut 5628 həb “Plavix 75 mg” göstəricili, bir konvalyutda 4 həb olmaqla 8 konvalyut 32 həb “Fosamax 70 mg” göstəricili, bir konvalyutda 10 həb olmaqla 599 konvalyut 5990 həb “Tegretol CR 400” göstəricili, bir konvalyutda 10 həb olmaqla 4 konvalyut 40 həb “Roaccutane 20 mg” göstəricili, 293 flakon “Dostinex 0,5 mg” göstəricili, 153 flakon “Pred Forte” göstəricili, 18 flakon “Alphagan” göstəricili, 10 ədəd “Oskapar 6000 Anti-Xa İU / 0,6 ml” göstəricili inyeksiya üçün hazır şprisin tərkibində məhlul, 480 ədəd “Oskapar 4000 Anti-Xa İU / 0,4 ml” göstəricili inyeksiya üçün hazır şprisin tərkibində məhlul, 4 flakon “Prolutton 500 mg/2 ml” göstəricili, 56 flakon “Symbicort Turbuhaler 160 mcg/4,5mcg/doz” göstəricili dərman vasitələri, ayrı-ayrılıqda 100 ədəd “NovoRapid Flex Pen 3 ml” göstəricili tərkibində insulin məhlulu olan inyeksiya üçün hazır qələm, 200 ədəd “Oksapar 4000 0,4 ml” göstəricili tərkibində məhlul olan inyeksiya üçün hazır şpris, bir konvalyutda 10 həb olmaqla 160 konvalyut 1600 həb “Hydrea 500 mg” göstəricili, bir konvalyutda 2 həb olmaqla 259 konvalyut 518 həb “Cialis” göstəricili, bir konvalyutda 14 həb olmaqla 392 konvalyut 5488 həb üzərində “Atacand 16 mg” gösəricili, bir konvalyutda 4 həb olmaqla 86 konvalyut 344 həb üzərində “Fosamax 70 mg” göstəricili, bir konvalyutda 12 həb olmaqla 99 konvalyut 1188 həb üzərində “Colidur 200 mg” göstəricili, bir konvalyutda 10 həb olmaqla 237 konvalyut 2370 həb “Tegretol CR 200” göstəricili, 310 flakon “Flarex 0,1%” göstəricili, 4 flakon “Alphagan” göstəricili, 272 flakon “Pred Forte 1%” göstəricili, 13 flakon “Symbicort Turbuhaler 160 mcg/4,5mcg/doz” göstəricili, 53 flakon “Triplixam 10mg/2.5mg/5mg” göstəricili, 32 flakon “Dostinex 0,5 mg” göstəricili dərman vasitələri, pərdə yükləri dövlət nəfinə xüsusi müsadirə olunsun. İş üzrə maddi sübutlar olan Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks Birliyi”nin anbarında saxlanılan çuvallar, üzərində “LinArt” sözləri yazılmış kağız lentlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar