Məhkəmə qərarları › İş №1(101)-853/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-853/2021

14.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-853/2021 14.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Xankişiyev Mirzə Aslan oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X1, Müdafiəçi iştirakları ilə xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, natamam orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, M.Əzizbəyov küçəsi, ev 7-də qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunusuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etmək niyyəti ilə xx xxxxxx 2020-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Nicat market” mağazasındakı “Million” ödəmə terminalı vasitəsilə istintaqa məlum olmayan şəxsə aid **********778391 hesab nömrəsinə 220 manat pul göndərərək əvəzində bir bükümdə təmiz çəkisi 7,750 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin və 1 bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,922 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini Bakı-Sumqayıt şossesinin Abşeron rayon ərazisindən keçən hissəsindəki radar qurğusunun dəmir dirəyinin yanından götürərək əldə edib üzərində saxlayıb daşıyarkən, özünü şübhəli apardığı üçün X11 Alayının 12-ci patrul bölüyünün Abşeron rayon ərazisində xidmət aparan əmkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrində Xırdalan şəhəri “Olimpik MTK-ın” qarşısında saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilmiş, sonuncunun üzərinə Abşeron rayon polis idarəsində şəxsi axtarış keçirilərkən əynində olan açıq rəngli göy cins şalvarının sağ yan cibindən bir bükümdə təmiz çəkisi 7,750 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin və 1 bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi təmiz çəkisi 1,922 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərək göstərdi ki, o, Narkotik vasitələrdən istifadə edir. Belə ki, sosial şəbəkəyə baxarkən görmüşdür ki, bir nəfər WhatsApp” nömrəsində narkotik vasitə satdığını yazmışdır, həmin nömrəni götürüb xx xxxxxx 2020-ci il tarixdə onunla yazışmış, həmin şəxs narkotik vasitələrin satışını həyata keçirdiyini və özünün Türkiyə Respublikasında olduğunu demişdir. O da özünə məxsus “WhatsApp-la” ona 7,750 qram narkotik vasitə heroin və 1,922 qram metamfetamin lazım olduğunu bildirmişdir. Həmin şəxs ona demişdir ki, onunla bu barədə WhatsApp-da danışacaqdır. Həmin günün səhəri, yəni xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında həmin şəxs ona demişdir ki, 220 manat «Milli ön» aparatı ilə “X13” hesab nömrəsinə 220 manat pul göndərsin, o da həmin istədiyi narkotik vasitəni və psixotrop maddəni göndərəcəkdir. O da etiraz etməyib yaşadığı ünvan 2 ünvanında yerləşən “Nicat” marketdə yerləşən «Milli ön» aparatında onun göndərdiyi hesab nömrəsinə 220 manat pul ödəmiş və çeki çəkib “WhatsAppa” göndərmişdir. Həmin adını bilmədiyi şəxs ona demişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu Bakı-Sumqayıt yolunda yerləşən «Olimpik MTK»nın binalarının qarşısında olan radarın altına sifariş verdiyi narkotik vasitəni qoyacaqdır. O da həmin saatda Abşeron rayonu, Bakı-Sumqayıt yolunda yerləşən radarın yanına gəlmiş, həmin şəxsin ona yazmasına görə həmin yerdən sellafon torbanın içərisində bükülü olduğunu görüb götürmüş, oradan çıxıb «Olimp»in binalarının qarşısı ilə gedərəkən bu zaman X12 əməkdaşları onu özünü şübhəli apardığı üçün saxlamışlar. O da işin nə yerdə olduğunu bildiyi üçün üzərində olan narkotik vasitəni və psixotrop maddəni kənara apara bilməmiş, ona özlərini təqdim etdikdən sonra Abşeron rayon polis idarəsinə dəvət etmişlər. Abşeron rayon polis idarəsinə dəvət etdikdən sonra onun üzərinə təqdim edilmiş müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparmışlar. Şəxsi axatış və götürmə zamanı əynində olan şalvarımın cibindən aldığı 1 büküm heroini və bir büküm psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş, şahid ifadələri, ekspert rəyləri və digər sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Nadir oğlu ifadəsində göstərdi ki, DİN-nin ƏÇPA-nin 12-ci Patrul Bölüyündə polis nəfəri kimi xidmət göstərir, rütbəsi polis serjantıdır. xx xxxxxx 2020-ci il tarixdə DİN-nin ƏÇPA-nin 12-ci Patrul Bölüyündə polis nəfərləri, polis kiçik serjantı Şahid2 və polis serjantı X2 ilə birlikdə Abşeron rayonu, Gənclər şəhərciyi ərazisində xidmətdə olmuş, həmin tarixdə saat 23:10 radələrində Sumqayıt-Bakı şosse yolunun kənarında Abşeron rayonu, Gənclər şəhərciyi ərazisində, «Olimpik MTK» yaşayış kompleksinin qarşısında xidmətdə olarkən bir nəfər şəxsin özünü şübhəli apardığını görmüş, belə ki, həmin şəxsin hərəkətləri və yerişi onlarda şübhə yaratmışdır. Həmin şəxs narkotik vasitənin təsiri altında olmuş, belə olduqda həmin şəxs özünü şübhəli apardığı üçün saxlanılmış, ona qanunsuz olaraq narkotik vasitələrin və ya qanunla saxlanılması qadağan olunmuş digər əşyaların saxlanılmasında və gəzdirməsində şübhəli olduğu bildirilmiş və üzərində şəxsi axtarış keçiriləcəyi barədə ona məlumat verilməklə Abşeron rayon Pİ-nə dəvət edilmişdir. Pİ-nə həmin şəxsin 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, Abşeron rayon Pİ-də xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı elan edilmiş və şəxsi axtarış aparılması üçün texniki vasitə kimi videoçəkilişdən istifadə ediləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə narkotik vasitə və yaxud saxlanılması qadağan olunmuş hər hansı vasitə olub-olmadığı soruşulmuş və əgər vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən bir büküm heroinə və bir büküm psixotrop maddə metamfetaminə oxşar kütləni çıxarıb təqdim etmiş və həmin bükümlərdə olan kütlələrin narkotik vasitə hesab olunan heroin və psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və qeyd olunan kütlələrdən başqa onun üzərindən başqa kütlə aşkar edilməmiş, sonra Təqsirləndirilən şəxsla sorğu sual zamanı ondan narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini əldə etdiyi mənbə ilə bağlı maraqlanılmış, Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlələri sosial şəbəkədə tanış olduğu, lakin adını, soyadını, atasının adını, telefon nömrəsini bilmədiyi şəxsdən almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş kütlələr qablaşdırılmış və möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin ƏÇPA-nin 12-ci Patrul Bölüyünün polis nəfərləri - polis kiçik serjantı Şahid2 və polis serjantı X3 ifadələrində polis nəfəri Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur, oğlu Vasif subay olmaqla faktiki olaraq heç bir yerdə işləmir. xx xxxxxx 2020-ci il tarixdə oğlu Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq Pİ-yə aparılması barədə məlumat almış, bu barədə ətraflı öyrəndikdə məlum olmuşdur ki, oğlu Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilərkən əynində olmuş açıq rəngli göy cins şalvarının sağ yan cibindən bir bükümdə narkotik vasitə olan heroin və bir bükümdə şəxsi psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əlavə olaraq göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsi, həmçinin onun satışı ilə məşğul olması barədə hər hansı məlumatı əvvəllər olmamış, həmçinin oğlu tərəfindən yaşadığı evə hər hansı narkotik vasitə gətirməsinin və saxlamasının şahidi olmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 6\1564 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №56» dairəvi möhür əksi olan adlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 1,922 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 7,750 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının «02».11.2020-ci il tarixli «3077» №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Ekspertiza tədqiqatına tədqiq olunmuş metamfetaminin ümumi çəkisi 1,922 qram, tədqiqata sərf olunan miqdar 0.05 qram, qalıq 1,872 qram təşkil edir. Heroinin ümumi çəkisi 7,750 qram, tədqiqata sərf olunan miqdar 0.05 qram, qalıq 7,700 qram təşkil edir. Odur ki, Təqsirləndirilən şəxs aşkar edilmiş bir bükümdə təmiz çəkisi 7,750 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin və bir bükümdə təmiz çəkisi 1,922 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd Samsunq markalı mobil telefon və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü bir ədəd CD diski iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından qalıq qalmış 1,872 qram metamfetamin və 7,700 qram narkotik vasitə heroin və bir ədəd “Samsunq” markalı mobil telefon saxlanılması üçün Abşeron rayon Pİnin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş, bir ədəd CD diski isə iş materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, habelə cinayət işinin materialları üzrə toplanmış sübutların məcmusu ona elan olunmuş ittihamın əsasını təşkil etdiyinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi kifayət qədər sübut olunmuşdur. Cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, Bayramov X4 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə olunmuş Xəzər rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixli Məhkəmənin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinmiş və 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2016-cı il tarixdə Milli Məclisin xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 1.2ci bəndinə əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən əməlindən peşiman olub törətmiş olduğu əməli etiraf etməsi və himayəsində bir azyaşlı övladının olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən əməlində ağırlaşdırıcı halların olması müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmışdır. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilmiş bir bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,700 qram kustar üsulla hazırlanmış narkotik vasitə, heroin və bir bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,872 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli, bir ədəd Samsunq markalı mobil telefon Təqsirləndirilən şəxs valideyinlərinə qaytarılmalı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü bir ədəd CD diski iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ekspertiza xərci 65 manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə istintaqı zamanı “İnsan hüquqlarını və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü hissəsinin c bəndinə, Azərbaycan Respublikası CPM-nin 19-cu maddəsinin 19.4.4-cü bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 3.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi, yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 20 saylı vəkil bürosunun hesabına 90 (doxsan) manat pul ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi möalicə təyin edilsin və ərazi özrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Abşeron rayon Pİ-də saxlanılan bir bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,700 qram narkotik vasitə, heroin və bir bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,872 qram psixotrop maddə metamfetamin məhv edilsin. Bir ədəd Samsunq markalı mobil telefon Təqsirləndirilən şəxs valideyinlərinə qaytarılsın. Bir ədəd CD diski iş materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza xərci 65 manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Müdafiəçi, hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 20 saylı vəkil bürosunun hesabına 90 (doxsan) manat pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar