Məhkəmə qərarları › İş №1(101)-853/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-853/2022

20.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-853/2022 20.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X8 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi- X5, Dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru X1, Müdafiəçi – “Mərkəz” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yasamal Rayon Məhkəməsinin 05.07.2021-ci l tarixli hökmü ilə AR CM-nin 263.2-ci maddəsi ilə 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki ünvan 2-də nömrəsiz yeni tikili evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda 43,758 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlayaraq, müvəqqəti yaşadığı ünvan 9 mənzilə daşımış, narkotik vasitə heroinin bir hissəsini üzərində, bir hissəsini isə həmin mənzildə yatdığı çarpayının üzərində olan yastığın altında saxlamış, 06 noyabr 2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı həmin gün saat 14:10-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq Nəsimi rayon Polis İdarəsinə gətirilmiş və polis idarəsində üzərində şəxsi axtarış keçirilən zaman, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd qara rəngli sellofana bükülmüş halda satış məqsədilə əldə etdiyi narkotik vasitə heroinin 0,498 qram hissəsi və əməliyyat tədbirinin davamı olaraq 07 noyabr 2021ci il tarixdə saat 15:30-da müvəqqəti yaşadığı ünvan 9 mənzildə axtarış keçirilən zaman mənzilin yataq otağında qoyulmuş çarpayının üzərində olan yastığın altından bir ədəd qara rəngli sellofan bükümdə satış məqsədilə əldə etdiyi narkotik vasitə heroinin külli miqdar təşkil edən 43,260 qram hissəsi aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 3 ilə yaxındır ki, narkotikin heroin növündən tüstüsünü daxilə çəkmək yolu istifadə edir. Əvvəllər sürücü kimi fəaliyyət göstərsə də, 2019-cu ildə törətdiyi bir nəfər şəxsin ölümü ilə nəticələnmiş avtonəqliyyat hadisəsindən sonra böyük sarsıntı keçirtməsi səbəbindən, həmin vaxtlardan narkotik vasitələrə qurşanmışdır. Həmin avtonəqliyyat vasitəsini törətdiyinə görə o, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 05.07.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək ona, 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını 1 saylı X6 Müəssisəsində çəkdiyi üçün müəssisə rəhbərliyi tərəfindən heç bir tənbeh tədbiri tətbiq edilmədiyinə görə müxtəlif vaxtlarda 3-4 gün müddətinə Bakı şəhərinə getməsi üçün icazə verilmişdir. Cəza çəkdiyi müddət ərzində barəsində müəssisə rəhbərliyi tərəfindən heç bir tənbeh tədbiri tətbiq edilmədiyindən ailəsi ilə görüşməsi ilə əlaqədar 05.11.2021-ci il tarixdə ona 3 gün müddətinə Bakı şəhərinə getməsinə icazə verilmişdir. Həmin vaxt o, Ceyhun adlı tanışının evində qalmışdır. Hazırki iş üzrə polis əməkdaşları tərəfindən tutulmamışdan 1 gün əvvəl sosial şəbəkələrdə tanış olduğu İran İslam Respublikası vətəndaşı Həsən adlı şəxsdən 15 manat müqabilində, qalan məbləği daha sonra ödəmək şərti ilə narkotik vasitə olan heroin almışdır. Həmin Həsən adlı şəxi heç vaxt görməmişdir, onun şəxsiyyəti barədə məlumatı olmamışdır. Narkotik vasitələrin müqabilində verməli olduğu pul məbləğini online ödəniş etməklə Həsən adlı şəxsə göndərmişdir. pulu olduğunu, qalan pulu isə 2 gün ərzində borc alıb hesabına göndərəcəyini bildirmişdir. Ödəniş etdikdən sonra Həsən adlı şəxsə Whatsapp sosial şəbəkəsi vasitəsilə zəng vurub onun istiqamətləndirməsi ilə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində köhnə söküntülərin içərisindən bir bükümdə heroini götürmüşdür. Daha sonra onu üzərində saxlayaraq tanışı Ceyhunun yaşadığı evə gəlmişdir. Özündə olan narkotik vasitə heroinin balaca hissəsini özünün istifadə etməsi məqsədilə üzərində saxlamış, qalan hissəsini isə yatdığı çarpayının üzərində olan yastığın altında gizlətmişdir 06 noyabr 2021-ci il tarixdə ünvan 5 ünvanın qarşısında olduğu zaman ona 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis olaraq təqdim etdikdən sonra, onun narkotik vasitələrin özündə saxlamaqla daşıması həmçinin satışı ilə məşğul olmasında şübhəli olduğunu bildirərək, onu Nəsimi rayon Polis İdarəsinə dəvət etmişlər. Xidməti otaqda olarkən ondan üstündə, paltarında və paltarlarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. O, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən qara rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddə olan bükümü və qara rəngli gödəkçənin sol cibindən üzərində «salbutamol» yazılan hava verici aparatı masanın üzərinə qoymuşdur. Bundan sonra üzərində axtarış aparılmağa başlanılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra ondan üzərində aşkar olunmuş narkotik vasitəni haradan əldə etməsi və nə məqsədlə üzərində gəzdirməsi barədə soruşulduqda o, qara sellofana bükülmüş içərisində olan qəhvəyi rəngli toz şəkilli maddələrin el içində “kakos” deyilən narkotik vasitə «heroin» olduğunu bildirərək, uzun müddətdir narkotik vasitə istifadə etdiyini, həmin narkotik vasitələri bir gün əvvəl “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə İran İslam Respublikası vətəndaşı Həsən adlı şəxslə danışıb ödəniş aparatı ilə 15 manat müqabilində Həsən adlı şəxsin əvvəlcədən təyin etdiyi Bakı şəhəri, Xətai rayonu, Babək prospektində köhnə söküntülərin içərisindən özünün istifadəsi üçün götürdüyünü bildirmişdir. O, aşkar olunan üzərində «salbutamol» yazılı hava verici aparatı uzun müddətdir astma xəstəliyindən əziyyət çəkməsi və həmin dərman preparatını da bu səbəbdən üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra ona məxsus 1 ədəd qara rəngli sellofana bükülmüş, bir bükümdə olan qəhvəyi rəngli toz şəkili narkotik vasitəyə bənzər maddə zərfə qoyularaq möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Daha sonra o, dindirmə zamanı ifadəsində tanışı X3 yaşadığı ünvan 6 ünvanında bir ədəd bükümdə narkotik vasitə heroin saxladığını bildirmişdir. Həmin mənzilə baxış keçirildiyi zaman evin yataq otağında yerləşən çarpayının üzərində olan yastığın altından bir ədəd qara rəngli sellofan bükümdə külli miqdarda təmiz çəkisi - 43,260 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Üzərindən və evində qonaq olduğu tanışı X3 yaşadığı ünvan 6 ünvanından aşkar edilərək götürülmüş narkotik vasitələri eyni şəxsdən, öz şəxsi istifadəsi üçün əldə etdiyini, heç kimə də satmadığını bildirmişdir. Üzərindən və Cahid Əliyevin yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitələr barədə X3 məlumatı olmamışdır. İran islam Respublikası vətəndaşı Həsən adlı şəxslə aralarında narkotik vasitənin satışı ilə bağlı heç bir razılaşma olmamışdır. Həmin şəxslə onun arasında heç vaxt narkotik vasitələrin satışı ilə bağlı sövdələşmə olmamışdir. Üzərində və müvəqqəti olaraq yaşadığı evdə aşkar olunmuş narkotik vasitələr ona məxsusdur, lakin o, həmin narkotik vasitələri satmaq məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün almışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsini əks etdirən video görüntülər, ekspertiza rəyləri və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin Narkotİklərlə Mübarizə Bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 Əbülfəz oğlu ifadəsində göstərdi ki, 06 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, C.Cabbarlı küçəsi ərazisində yaşayan Emil adlı şəxsin narkotik maddələrin istifadəsi, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etməsi, özündə saxlamaqla daşıması həmçinin satışı ilə məşğul olması barədə işlədiyi Nəsimi rayon Polis İdarəsinin Narkotİklərlə Mübarizə Bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumatın yoxlanılması məqsədi ilə müvafiq olaraq əməliyyat tədbirinin keçirilməsi zərurəti yarandığından, həmin tarixdə ondan və Narkotİklərlə Mübarizə Bölməsinin əməkdaşı İbrahimov X2 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Sonra keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün Emil adlı şəxsin olduğu Emil adlı şəxsin Nəsimi rayonu, İ.İsmayılov küçəsi 1 saylı evin qarşısında dayandığını görmüşlər və ona yaxınlaşıb özlərini təqdim edərək Nəsimi rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra Emil adlı şəxsiə əməliyyat məlumatının olduğunu və onun üzərində narkotik vasitə olmasına şübhə olduğunu bildirmişlər. Emil adlı şəxs onlara heç bir etiraz etməyərək onlarla birlikdə Nəsimi rayon Polis İdarəsinin inzibati binasına gəlmişdir. İdarənin xidməti otaqlarından birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, üzərinə videogörüntü aparılmaqla şəxsi axtarış həyata keçirilmişdir. Həmin vaxt o, əynində olan şalvarının sağ yan cibindən qara sellofanı təqdim edərək, bükümün içərisində qəhvəyi rəngli toz şəkilli maddənin el içində “kakos” deyilən narkotik vasitə «heroin» olduğunu bildirmiş. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etməsi və nə məqsədlə üzərində gəzdirməsi barədə soruşulduqda o, uzun müddətdir narkotik vasitə istifadə etdiyini, həmin narkotik vasitəni bir gün əvvəl “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə İran İslam Respublikası vətəndaşı Həsən adlı şəxsə 15 manat ödəyərək, Həsən adlı şəxsin əvvəlcədən təyin etdiyi Bakı şəhəri, Xətai rayonu, Babək prospektində köhnə söküntülərin içərisindən özünün istifadəsi üçün götürdüyünü və bu məqsədlə üzərində saxladığını bildirmişdir. Daha sonra bu barədə təhqiqatçı tərəfindən müvafiq protokol tərtib edilmişdir və həmin protokola imza çəkmişlər. Həmin protokol iştirakçılara ucadan oxunmuş daha sonra isə tərtib olunmuş protokol onlar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış və götürmə aparılması zamanı ona qarşı heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 06 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, C.Cabbarlı küçəsi ərazisində yaşayan Təqsirləndirilən şəxs qonaq olduğu, tanışı X3 yaşadığı ünvan 7 ünvanına baxış keçirilməsində Nəsimi RPİ-nin Narkotİklərlə Mübarizə Bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 Əbülfəz oğlu ilə birlikdə iştirak etmişdir. Həmin ünvanda axtarış aparılarkən yataq otağında olan divanın üzərindəki yastığın altından bir büküm aşkar olunmuşdur. Daha sonra bu barədə onlar tərəfindən müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış və götürmə aparılması zamanı ona qarşı heç bir təzyiq və təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Nəsimi rayon Polis İdarəsinin əməliyyat müvəkkili Şahid4 digər Şahid3 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermiş və öz ifadəsi ilə iş üzrə tərtib olunmuş raportlarda və istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmununda qeyd olunan xüsusatları təsdiq etmişdir. İbtidai istintaq zamanı ifadə vermiş və məhkəmədə ifadəsi elan edilmiş tədqiq edilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili Şahid2 cinayət işinin 143-146-cı vərəqlərində olan ifadəsindən görünür ki, şahid əməliyyat tədbirində iştirak etmiş Şahid1 Əbülfəz oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” 07 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Nəsimi RPİ-nin TŞ-nin təhqiqatçısı İlham Məmmədov tərəfindən Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək saxlamaqla və 06.11.2021-ci il tarixdə saat 14:10 radələrində ünvan 9 ünvanın qarşısında Nəsimi RPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə gətirilməklə və üzərinə baxış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qara kağıza bükülmüş, içərisində çəkisi 0,498 qram olmaqla, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin aşkar edilərək götürülməsi faktına görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılması və icraata qəbul edilməklə ibtidai istintaqın aparılması qərara alınmışdır (cild 01, iş vər. 1-2). Nəsimi RPİ-nin TŞ-nin təhqiqatçısı X7 rayon Polis İdarəsinin rəisi Mirnemət Mirbabayevə ünvanladığı 07 noyabr 2021-ci il tarixli raportdan görünür ki, həmin tarixdə Nəsimi RPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı X7 rayon Polis İdarəsinin rəisinə raportla məruzə edərək, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək saxlamaqla və 06.11.2021-ci il tarixdə saat 14:10 radələrində ünvan 9 ünvanın qarşısında Nəsimi RPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə gətirilməklə və üzərinə baxış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qara kağıza bükülmüş, içərisində çəkisi 0,498 qram olmaqla, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin aşkar edilərək götürülməsi faktına görə ********* saylı cinayət işinin Nəsimi RPİ-nin İŞ-nə aidiyyatı üzrə verilməsinə dair göstəriş verilməsini xahiş etmişdir (cild 01, iş vər. 03). “Şübhəli şəxsin tutulması haqqında” 06 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsinə bilavasitə şübhə yarandığından, sonuncu həmin tarixdə saat 12.00-da şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vərəqə 23-24). “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 06.11.2021-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin keçirilməsinin videogörüntüsü yazılmış diskə baxış keçirilməsi haqqında 16.12.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edilir və ona üzərində qanunla daşınması, istifadəsi qadağan olunmuş əşya varsa təqdim etməsini bildirilir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən qara rəngli sellofana bükülmüş 01 ədəd bükümü və qara rəngli gödəkcənin sol cibindən üzərində «salbutamol» yazılan hava verici aparatı çıxardaraq masanın üzərinə qoyur. Həmin büküm polis əməkdaşı tərəfindən açılır, içərisində qəhvəyi rəngli toz şəkilli maddələr aşkar olunur. Təqsirləndirilən şəxs, qara sellofana bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddələrin el içində “Kakos” deyilən narkotik vasitə «Heroin» olduğunu bildirir, ondan həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə həmin şəxs uzun müddətdir narkotik vasitə istifadə etdiyini, həmin narkotik vasitəni 1 gün əvvəl Vatsap vasitəsi ilə İran İslam Respublikası vətəndaşı Həsən adlı şəxsə 15 manat ödəyərək, Həsən adlı şəxsin əvvəlcədən təyin etdiyi Xətai rayonu, Babək prospektində köhnə söküntülərin içərisindən götürdüyünü bildirir. Üzərinə «salbutamol» yazılan hava verici aparatı şəxsin özünə qaytarılır. Bundan sonra polis əməkdaşı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümü zərfə qoyaraq qablaşdırır, sonra isə qablaşdırılmış zərf möhürlənir, polis əməkdaşları və Təqsirləndirilən şəxs tərəfindən qablaşdırılmış zərf imzalanması müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur (cild 01, iş vərəqi 47-53, 171-173). Məhkəmə-kimyəvi ekspertizasının 07.11.2021-ci il tarixli, 6/4933 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi zərflər üçün «№186» dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs götürülmüş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,498 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 01, iş vərəqi 60-63). “Axtarış və götürmə keçirilməsi haqqında” 07 noyabr 2021-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin keçirilməsinin videogörüntüsü yazılmış diskə baxış keçirilməsi haqqında 16.12.2021-ci il tarixli protokoldan müəyyən edilmişdir ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirildiyi zaman müstəntiq tərəfindən ona hüquq və vəzifələrini izah edir və ona evdə gizlətdiyi qanunla daşınması, istifadəsi qadağan olunmuş əşya varsa təqdim etməsini bildirir. Bundan sonra iştirakçılar fərdi yaşayış evinə daxil olurlar. Həyətdə sol tərəfdə ayrıca yaşayış evi vardır. Həyət ümumidir və burada bir neçə fərdi yaşayış evi vardır. Həyətlə qeyd olunan evə doğru hərəkət edərək, evin ağ rəngli plastik qapısından içərisinə daxil olduqda mətbəx, həmin mətbəxin içərisində üzbəüzdə mətbəx mebeli, qaz sobası və mebelin üzərində qab-qacaqlar həmin mətbəxin sol tərəfindən digər otağa daxil olduqda sağ tərəfdə masa, sağ küncdə soyuducu, onun solunda divan, divanın yuxarı tərəfindən divardan asılmış portret, həmin otaqdan sol tərəfdə yerləşən otağa daxil olduqda sol tərəfdə masa, bir ədəd stul, çarpayı, onun üzərində yorğan-döşək, üzbəüzdə sağ küncdə mebel və onun üzərində əşyalar, otağın girişdə sağ tərəfində qara rəngli divan və sair müşahidə olunur. Təqsirləndirilən şəxs narkotik vasitəni gizlətdiyi yeri göstərməsi təklif olunduqda o, yaxınlaşıb yataq otağında divanın üzərində sol tərəfdə olan ağ rəngli yastığın altından qara rəngli sellofanda olan büküm çıxarıb təqdim edir. Ondan həmin bükümün içərisində nə olması soruşulduqda Təqsirləndirilən şəxs qara sellofana bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddələrin “kakos” deyilən narkotik vasitə «heroin» olduğunu, özü istifadə etdiyini bildirir. Ondan həmin bükümün içərisində olan narkotik vasitəni haradan əldə etdiyini soruşulduqda həmin narkotik vasitəni iki gün əvvəl tanımadığı İran vətəndaşından Bakı şəhəri, Babək prospektindən öz şəxsi istifadəsi üçün götürdüyünü, özünün istifadəçi olduğunu və heç kimə satmadığını bildirir. Bundan sonra polis əməkdaşı- müstəntiq Təqsirləndirilən şəxs təqdim etdiyi bükümü zərfə qoyaraq qablaşdırır, sonra isə qablaşdırılmış zərf möhürlənir, polis əməkdaşları və Təqsirləndirilən şəxs tərəfindən qablaşdırılmış zərf imzalanır, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. (cild 01, iş vərəqi 84-85, 174-176). Məhkəmə-kimyəvi ekspertizasının 07.11.2021-ci il tarixli, 6/4943 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi zərflər üçün «№186» dairəvi möhür əksi, ad, soyad imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 43,260 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi №65” dairəvi möhür əksləri olan bir ədəd kağız paketin içərisində, üzərində adlar, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə 0,448 qram olan heroin ilə digər bir zərfdə bir ədəd bükümdə təmiz çəkisi 43,260 qram olan heroin xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir (cild 01, iş vərəqi 90-95). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 08 noyabr 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və müdafiəçinin iştirakı ilə ona həmin maddə ilə ittiham elan olunmuşdur (cild 1, iş vər. 99-100). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-487/2021 saylı, 08 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 06 noyabr 2021-ci il tarixdən hesablanaraq «həbs» qətimkan tədbiri seçilmişdir (cild 1, iş vər. 125-129). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 25.11.2021-ci il tarixli tələbnamə və məhkəmə hökmünün surətindən görünür ki, Gözəlov X4 Rayon Məhkəməsinin 05.07.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 03 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (cild 01, iş vər. 155, 257-261). 1 saylı MTCM-nin rəisi ədliyyə polkovnik-leytenantı Azər İbrahimov tərəfindən verilmiş arayışdan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05.07.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs 13.09.2021-ci il tarixdə 1 saylı MTCM-nin qeydiyyatına götürülmüş, cəza çəkdiyi müddət ərzində barəsində müəssisə rəhbərliyi tərəfindən heç bir tənbeh tədbiri tətbiq edilməmiş, 05.11.2021-ci il tarixdə ailəsi ilə görüşməsi ilə əlaqədar 3 gün müddətinə Bakı şəhərinə valideyinlərinin yaşadıqları ünvana getməsinə icazə verilmiş, 06.11.2021-ci il tarixdə Nəsimi RPİ-nin əməkdaşları tərəfindən AR CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək saxlanılmış, 06.11.2021-ci il tarixə çəkilməmiş qalan cəzası 03 il 04 ay 07 gün təşkil edir (cild 01, iş vər. 165) Məhkəmə-narkoloji ekspertizasının 29.12.2021-ci il tarixli, 5350 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui- istifadə edilməsi nəticəsində Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 193- 194). Azerfon Telecom MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında 18.02.2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, diskdə müxtəlif sms mətnlər, nömrə sahiblərinin anket məlumatları, qeyd olunan mobil nömrənin və həmin nömrəyə zəng etmiş mobil nömrələrin anten dairələri haqqında məlumatlar vardır, onlardan bir çoxu iş üçün əhəmiyyət kəsb etməmiş, lakin iş üçün əhəmiyyət kəsb edən sms mətnlərinin məzmunu, tarixi, vaxtı və smsi yazmış mobil nömrələr barədə məlumatlar aşağıdakı kimidir: ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə 10.04.2021-ci il tarixdə, saat 16:09:07-də “Brat patida ldene dide ldenede kola” mətnli SMS göndərilmişdir. ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə 11.04.2021-ci il tarixdə, saat 03:22:13-də “He yox edirsen brat tapwirda sen 6 dene kolani 5deq ordayam men mahirgilin qapsinda” mətnli SMS göndərilmişdir, ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə 19.04.2021-ci il tarixdə, saat 17:35:48-də “Qaqaw and ola Allaha gedib cixa bilmeniwem eve dunen biraz prabem oldu diye ona gore mal tapa bilmedim qaldim burda day seher 7de goturmywem emanet nevar” mətnli SMS göndərilmişdir. ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə 24.04.2021-ci il tarixdə, saat 23:21:42-də “Brat cixda sen cani mahir ordadi kaka ver ona pul ondadi” mətnli SMS göndərilmişdir.saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə 10.04.2021-ci il tarixdə, saat 02:26:25-də “Yatmiw olaram abi yoxdu axi pati qurtardi votsapa yazda” mətnli SMS göndərilmişdir. ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə 10.06.2021-ci il tarixdə, saat 22:40:53-də “Emi kola necedi gucu? Birdeki pati hec kolanin qiymetinde biraz asaqi elemey olar” mətnli SMS göndərilmişdir. ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə 11.06.2021-ci il tarixdə, saat 01:03:00 -da “He emi goturecem sen goturub saxlada onu 2kola lpati men gelecemde 100% yani 2saata ya 3saata da olsa gelecem arxayin ol” mətnli SMS göndərilmişdir. ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə 13.06.2021 -ci il tarixdə, saat 22:53:52-də “Hazir olur sebirli ol yari kola 15pti?” mətnli SMS göndərilmişdir. ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə 10.06.2021-ci il tarixdə, saat 19:10:09-da “Brat mene 2kola yari pati duzeltde” mətnli SMS göndərilmişdir. ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə 02.06.2021-ci il tarixdə, saat 12:45:29-da “EMİL GOZALOV” mətnli SMS göndərilmişdir. ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə 07.09.2021-ci il tarixdə, saat 05:19:57-də “Salam qaqaw necesen ? Menem Emil adawin. sen mennen elaqe saxlayarsanda axwam ustu saat 5/6 cun dediyun gullerden var en qewenginnen” mətnli SMS göndərilmişdir. ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə 09.09.2021-ci il tarixdə, saat 17:51:54-də “Abi emaneti gotur ged burda hecne bolgu eleme cet duzeltme yaxwi ?” mətnli SMS göndərilmişdir. ***-***-**-** saylı mobil nömrədən, ***-***-**-** saylı mobil nömrəyə 13.05.2021-ci il tarixdə, saat 01:11:51 -də “Ağrıyırambrat çıxarda məni vəziyətdən sabaq əvəzini çıxaram”mətnli SMS göndərilmişdir. ***-***-**-** saylı mobil nömrədən, ***-***-**-** saylı mobil nömrəyə 13.05.2021-ci il tarixdə, saat 18:32:54-də “Emis pati var yari 25 kolada qrami 35e isdesen de”mətnli SMS göndərilmişdir. ***-***-**-** saylı mobil nömrədən, ***-***-**-** saylı mobil nömrəyə 17.05.2021 -ci il tarixdə, saat 08:59:05-də “Emis axsama mene 4 dene derman laximdi metinka sen vermisfı ha ondan emele getire bilersen”mətnli SMS göndərilmişdir. ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə 03.06.2021-ci il tarixdə, saat 22:55:17-də “Axsamin xeyir olsun qadasi biraz olar durmusam emanetin mendedi” mətnli SMS göndərilmişdir. ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə 10.06.2021-ci il tarixdə, saat 02:25:45-də “Abi səhət 9 da zada oyaq olaraan??? Pati lazımdı o vaxda yo yatarsa” mətnli SMS göndərilmişdir. ***-***-**-** saylı mobil nömrədən, ***-***-**-** saylı mobil nömrəyə 19.08.2021-ci il tarixdə, saat 13:30:38-də “Mende var kolayla deyismey isdiyirem hardasan 04 var neder kila verirsen” mətnli SMS göndərilmişdir. ***-***-**-** saylı mobil nömrədən, ***-***-**-** saylı mobil nömrəyə 19.08.2021-ci il tarixdə, saat 13:33:41-də “Qaqa 45 butiv 25 yari” mətnli SMS göndərilmişdir. ***-***-**-** saylı mobil nömrədən, ***-***-**-** saylı mobil nömrəyə 06.09.2021-ci il tarixdə, saat 08:19:35-də “Sen canin sen menim can8m gelim bidene yari verde mene sinra yoat” mətnli SMS göndərilmişdir. ***-***-**-** saylı mobil nömrədən, ***-***-**-** saylı mobil nömrəyə 06.09.2021-ci il tarixdə, saat 08:23:19-da “28 terefdeyem qaqa olem senom emin” mətnli SMS göndərilmişdir. ***-***-**-** saylı mobil nömrədən, ***-***-**-** saylı mobil nömrəyə 09.09.2021-ci il tarixdə, saat 02:16:37-də “Tema lazim di agridayam. imkan varmi?” mətnli SMS göndərilmişdir. ***-***-**-** saylı mobil nömrədən, ***-***-**-** saylı mobil nömrəyə 09.09.2021-ci il tarixdə, saat 14:43:53-də “Ay emis 15 qiram mal lazimdi en asagi somu neden duzub qosmag olar eliye bilersen” mətnli SMS göndərilmişdir. ***-***-**-** saylı mobil nömrədən, ***-***-**-** saylı mobil nömrəyə 11.09.2021-ci il tarixdə, saat 13:31:22-də “Kola 1 qram patida 20 li catitam” mətnli SMS göndərilmişdir. ***-***-**-** saylı mobil nömrədən, ***-***-**-** saylı mobil nömrəyə 20.09.2021-ci il tarixdə, saat 22:00:26-da “lqram laximdi yoxe qalsin day onfa day qaqa gelmir senol” mətnli SMS göndərilmişdir. ***-***-**-** saylı mobil nömrədən, ***-***-**-** saylı mobil nömrəyə 02.10.2021-ci il tarixdə, saat 20:38:31-də “5 mantluq pati usdiyirem 08bzde kola 30 man var emele felir felim deyum sene 20 yanvardayam he yox de” mətnli SMS göndərilmişdir. ***-***-**-** saylı mobil nömrədən, ***-***-**-** saylı mobil nömrəyə 02.10.2021-ci il tarixdə, saat 20:51:22-də “Geldim 2 dene 5 diy pati ele patini kilada yerinde” mətnli SMS göndərilmişdir. ***-***-**-** saylı mobil nömrədən, ***-***-**-** saylı mobil nömrəyə 03.10.2021 -ci il tarixdə, saat 19:02:30-da “Pati varindi” mətnli SMS göndərilmişdir. ***-***-**-** saylı mobil nömrədən, ***-***-**-** saylı mobil nömrəyə 12.10.2021-ci il tarixdə, saat 17:00:18-də “Beyaq dediylerim25 manat kola pati” mətnli SMS göndərilmişdir. İş üçün əhəmiyyət kəsb etdiyindən qeyd olunan diskdən iş üçün əhəmiyyət kəsb edən hissələri A4 formatlı kağıza çıxarılaraq protokola əlavə edilmişdir. (cild 01, iş vər. 289-307) Kompleks-ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizasının-ci il tarixli, 3094 nömrəli rəyindən görünür ki, məhkəmə psixiatrik ekspertizası üzrə Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir emək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs həmçinin, törətdiyi əməl dövründə hər hansı bir psixi(ruhi) xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəl iliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hazırda ifadə vermək və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır.Təqsirləndirilən şəxs Ələsər oğlunda hal-hazırda hər-hansı psixi(ruhi) xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə psixoloji ekspertizası üzrə Təqsirləndirilən şəxs əqli- intelektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Ünsiyyətçilik, emosionallıq, hövsələsizlik, məsuliyyətsizlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs hadisə zamanı şüuruna və fəaliyyətinə təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır. (cild 01, iş vər. 252-256) “Cinayət işindən başqa cinayət işinin ayrıca icraata ayrılması və icraata götürülməsi haqqında” 24.02.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitələrin və psixotrop maddələrin mənbəyinə dair cinayət işinin materiallarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və ibtidai istintaqın davam etdirilməsi üçün icraata qəbul edilmişdir. (cild 01, iş vər. 234-235) Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında narkotik vasitə heroinin xalis çəkisi 2 qramdan yuxarı aşkar olunması külli miqdar hesab olunur. Məhkəmə iclasında nümayiş etdirilməklə cinayət işinin materiallarına əlavə edilmiş iki ədəd «DVD» diskdə olan videgörüntülərə baxış keçirilmiş və baxış zamanı həmin videogörüntülərdə “şəxsi axtarış aparılması haqqında” və “evə baxış və götürmə aparılması haqqında” 12 noyabr 2021-ci il tarixli protokolların məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması onun özünün mahiyyət etibarı ilə qismən etirafedici ifadəsi, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkətlərinin həyat keçirilməsinə dair protokolların məzmunu, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı qeydə alınan videogörüntülər və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla bağlı, narkotik vasitə və psixotrop maddəni satış məqsədi olmadan əldə edib, saxlamaqla, daşıdığı barədə məhkəmə baxışı zamanı verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun bu kimi ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə verilmiş və onun yuxarıda qeyd edilən cinayət əməlini, yəni satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda narkotik vasitə olan heroini əldə edib, özündə saxlayıb daşımaqda təqsirli olması iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv subutların məcmusu ilə tam təsdiq olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrinin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Qanunun mənasına görə, narkotik vasitələrin satışı dedikdə yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədi ilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan həmin tövsiyyələri, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun müddəalarını və işin faktiki hallarını, yəni əməliyyat axtarış və ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmununu, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi hadisələrin baş vermə yeri, vaxtı və ardıcıllığına və işin hallarına uyğun etirafedici ifadələri, Təqsirləndirilən şəxs üzərindən aşkarlanıb götürülmüş narkotik vasitələrin miqdarını, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına əsaslı şübhələr olduğuna dəlalət edən sübutları qarşılıqlı şəkildə tədqiq və təhlil edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan cinayət əməllərinin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə həmin tövsiyyələri və işin faktiki hallarını, yəni Təqsirləndirilən şəxs üzərindən yuxarıda göstərilən şəraitdə külli miqdarda olmaqla cəmi 43,758 qram narkotik vasitə heroin aşkar edilmiş olmasını, eləcə də digər halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitələrini məhz satış məqsədi ilə əldə etmiş olduğu təsdiq olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini qismən etiraf edib peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Belə ki, iş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 03 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 18-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs hazırki ittiham üzrə cinayəti törətdiyi zaman müvafiq olaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli hökmü ilə üzərində yaranmış məhkumluq ödənilmədiyi və götürülmədiyinə baxmayaraq, sonuncu müvafiq hökmlə ehtiyatsızlıqdan törətdiyi cinayətlə bağlı məhkum edildiyindən, məhkəmə hesab edir ki, göstərilən hal Təqsirləndirilən şəxs residivin müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın 06 noyabr 2021-ci il tarixə çəkilməmiş qalan hissəsi, - 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza tam, əsas cəza olan 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzalarının çəkilməmiş qalan hissəsi,- 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il 04 ay 07 gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən əlavə cəzanı tam, əsas cəza isə hazırki iş üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri və cəzaçəkmə müddətinin əvvəli ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli 06 noyabr 2021-ci il tarixdən hesablanmalı və o, təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən olunduğundan, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə maddi sübutlar: AR DİN Nəsimi RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülməklə, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış,- ümumi çəkisi 43,658 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs oğlunun üzərinə 06.11.2021-ci il tarixdə şəxsi axtarış və 07.11.2021-ci il tarixdə şəxsin evinə baxış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntülər olan iki ədəd «DVD» disk və "xxxx" MMC tərəfindən təqdim olunmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzalarının çəkilməmiş qalan hissəsi,- 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il 04 ay 07 gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən əlavə cəzanı tam, əsas cəza isə hazırki iş üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 06 noyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübutlar: AR DİN Nəsimi RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülməklə, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış,- ümumi çəkisi 43,658 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə 06.11.2021-ci il tarixdə şəxsi axtarış və 07.11.2021-ci il tarixdə şəxsin evinə baxış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntülər olan iki ədəd «DVD» disk və "xxxx" MMC tərəfindən təqdim olunmuş 01 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri cəmi 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs tutularaq dövlətin büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Məhəmməd Əkbərov Hakimlər Faiq Qəniyev İlham Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar