Məhkəmə qərarları › İş №1(101)-853/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-853/2024

16.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-853/2024 16.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlunun ibarət tərkibdə Məhkəmə iclas katibi: Qasımzadə Banu Pənah qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxxx 1989-cı il tarixdə Naxcıvan MR-da anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş , Naxcıvan MR-sı Şərur rayonu, Alışar kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi X4 fərdi evdə evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o, 2023-cü ilin may ayının təxminən əvvəllərində Bakı şəhərində şəxsiyyəti istintaqa müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşı «Mahan» adlı şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanılması, daşınması və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilərək realizə edilməsi barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq «Mahan» adlı şəxsin qanunsuz yolla və şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxs vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına göndərdiyi 05 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuananı əldə edib idarə etdiyi “Toyota Prius” markalı, **-FE-*** dövlət nömrə nişanlı avtomobilin arxa oturacağnın üzərində saxlayaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Kanalın üstü” deyilən əraziyə daşımış, xx.xx.2023-cü il tarixində saat 00:50 radələrində Xəzər RPİ-nin Post- Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Kanalın üstü” deyilən ərazidə idarə etdiyi "‘Toyota Prius” markalı, **-FL-*** dövlət nömrə nişanlı avtomobillə birlikdə şübhəli şəxs qismində saxlanılaraq Xəzər RPİ-nin 3-cü PŞ-nin inzibati binasına gətirilmiş və orada müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış, baxış və götürmə aparəlarkən Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qanunla qadağan olunmıış hər hansı bir maddə aşkar olunmasa da istintaq hərəkəti davam etdirilən zaman sonuncu idarə etdiyi “Tayota Prius” markalı, **-FE-*** dövlət nömrə nişanlı avtomobildə narkotik maddə saxladığını bildirmiş, bundan sonra qeyd olunan avtomobildə baxış, axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman avtomobilin salonunun arxa oturacağından üzərində “New Yorker” yazısı olan böyük sellofan torbanın içərisindəki, 1 ədəd şəffaf sellofanda 194,40 qram çəkidə, 1 ədəd səflaf sellofanda 19,75 qram çəkidə, 1 ədəd şəffaf sellofanda 19,93 qram çəkidə, 01 ədə üzərində ‘‘50 rəqəmi” və qırmızı-qara hərflər olan şəffaf sellofanda 317,34 qram və 01 ədəd şəffaf sellofanda 448,60 qram çəkidə tərkiblərinə görə eynilik təşkil edən ümumi təmiz çəkisi 1000,02 qram olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuana və ünvan 1 ünvanında 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, onu Mahal adlı şəxslə bir tanışı tanış etmişdir. Deyilənə görə Mahal adlı şəxs iranlı imiş. O, elə bilirmiş ki, Mahal azərbaycanlıdır. Hər dəfə ondan şəxsi istifadəsi üçün marixuana alırmış. O Mahalı şəxsən görməmişdir. Azərbaycan dilində çox rahatlıqla danışırmış. Axırıncı dəfə ona zəng etmiş və demişdir ki, adamı olmadığı üçün 5 büküm narkotik vasitəni yollaya bilmir. Onun deyəcəyi yerə aparmağını xahiş etmişdir. Ancaq ittiham aktında 2 ədəd artıq büküm yazılmışdır. 318 qram və təxmini 400 qram olan büküm onda olmamışdır. Sonra bükümləri götürüb maşına yerləşdirmişdir. Binəyə aparıb qoyan zaman onu saxlamışlar. Ordan da polis bölməsinə aparmışlar. Bölmədə 5 bükümün çəkilişi olmuşdur. Ən sonda da Şüvəlandakı təcridxanaya göndərmişlər. Mahal ona alacağı narkotik vasitənin pulunun əvəzinə narkotiki başqa yerə aparıb qoymasını demişdir. Həmin narkotik vasitələr onun maşınından aşkar olunmuşdur. Telefonundan aşkar olunan və ona göstərilən narkotik vasitələrlə bağlı video-görüntülərlə razı deyil. O şəkillərin harada və nə vaxt çəkildiyi də ona məlum deyil. İranlı ilə görüşməmişdir. Onun iranlı olması danışığından da bilinmirmiş. Onu Binədə “yaşıl aptek” deyilən yerdə, kanalın üstündə saxlamışlar. Onu saxlayanda narkotik maşınında olmuşdur. Ona polis əməkdaşları heç nə bildirməmiş, sadəcə saxlayıb maşından narkotik aşkar olunduqdan sonra bölməyə aparmışlar. Bölmədə maşın çöldə qalmışdır. Onu növbətçi hissəyə aparıb əməliyyatçının otağında saxlamışlar. Maşın 1 saatdan çox çöldə qalmışdır. Üstündən hər hansı narkotik vasitə çıxmamışdır. Çəkilişdə narkotikin yerini dəyişmişlər. Narkotiki qabaq oturacaqdan aparıb arxa oturacağa qoymuşlar. Ondan hansı növdə narkotik olduğunu və çəkisini soruşmuşlar. O isə marixuana olduğunu və 440 qram olduğunu demişdir. Mahaldan cəmi 2-3 dəfə narkotik almışdır, başqa heçkəsdən narkotik almamışdır. Mahalı nakotik istifadə edən tanışı vasitəsilə tapmışdır, sonradan həmin tanışını da tutmuşlar. Mahal ona narkotik qoymağı qarşılığında pulsuz narkotik verəcəkmiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, DİN-in Xəzər RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində çalışır. Təqsirləndirilən şəxsi Binə qəsəbəsində xidmət aparan zaman görmüşdür. Həmin dövrlərdə o ərazidə çoxsaylı oğurluq halları olduğu üçün nəzarətdə imiş. Axşam saatlarında Toyota Prius markalı avtomobil görmüş və ona yaxınlaşmışlar. Şəxs özünü əvvəlcə düzgün təqdim etməmiş, sonradan üstündə narkotik vasitə olduğunu demişdir. Onlar da 3-cü polis şöbəsinin əməliyyat qrupunu dəvət etmişlər. Əməliyyat qrupu yaxınlaşdıqdan sonra məlum olmuşdur ki, maşında narkotik maddəyə oxşar maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxsi saxlayan zaman gecə radələri olmuşdur. Onlar oğurluq faktı ilə bağlı şübhələnib yaxınlaşıb şəxsiyyətini müəyyən etmişlər. Təqsirləndirilən şəxs sorğu-sual zamanı maşınında narkotik vasitə olduğunu bildirmişdir. Onlar şəxsi saxlamış, amma 3-cü polis şöbəsi əməkdaşları şöbədə ona baxış keçirmişlər. Tutub apardıqdan sonra 15-20 dəqiqə sonra axtarış aparılmışdır. Şöbədə nə qədər qaldığını bilmir. O axtarış və çəkilişdə iştirak etmişdir. 4-5 büküm narkotik aşkar olunmuşdur. Çəkisini isə dəqiq bilmir. Tutulan zaman təqsirləndirilən şəxsin üstünü axtarmağa onların ixtiyarı yoxdur. Təqsirləndirilən şəxsə qarşı heç bir döymə söymə halları olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, Şahid3 digər Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı yekun nitqi söyləyərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi üzrə verilmiş ittihamdan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən imtina edərək, cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi üzrə Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçısı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi olmadan əldə etməsinə və onda ittiham aktında göstərilən miqdardan daha az narkoltik vasitə olmasına dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin bir-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə həmin hissədə tənqidi yanaşır və onun ifadəsini özünümüdafiə kimi qiymətləndirir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq qeyd olunan maddələr ilə tövsif edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan DİN-in Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü polis şöbəsinin təhqiqatçısı, polis mayoru X5 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sağ cibindən bir ədəd Samsung A12” markalı mobil telefon və bir ədəd **********510350 saylı Birkart aşkar olunmuşdur. Aşkar edilmiş əşyalara cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılaraq möhürlənmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilmədi. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan DİN-in Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü polis şöbəsinin təhqiqatçısı, polis mayoru X5 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “Avtomobilə baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-FE-*** dövlət nömrə nişanlı avtomobildə narkotik maddə qurudulmuş marixuana olduğunu bildirmiş, avtomobilə baxış zamanı avtomobilin arxa oturacağında "NewYoker” sözü yazılan böyük sellofan, sellofanın içərisindən isə 1 ədəd üzərində 120 rəqəmi yazılmış şəffaf rəngli sellofan, iki ədəd üzərində 20 rəqəmi yazılmış şəffaf sellofan, bir ədəd üzərində 50 rəqəmi yazılmış qırmızı qara hərflərlə yazılmış sellofan və bir ədəd üzərində heç bir rəqəm yazılmamış şəffaf rəngli sellofan aşkar edilərək götürülmdü. Sorğu zamanı həmin sellofan bükümlərdə narkotik maddə qurudulmuş marixuana olduğunu bildirmişdir. Aşkar edilmiş maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılaraq möhürlənmişdir Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə bioloji ekspertizasının 30 may 2023-cü il tarixli, 7/783 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “ Vətəndaş Təqsirləndirilən şəxs idarə etdiyi ”Toyota Prius” markalı, **-FE-*** dn.n-lı avtomobildən aşkar edilmiş....” yazıları və imzalar olan üzəri skoçla bağlanmış ağ-qara rəngli polietilən torbada 5(beş) ədəd üzərləri skoçla bağlanmış sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri- 448,60 qram, 317,34 qram; 194,40 qram; 19,75 qram; 19,93 qram, ümumi- 1000,02 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Təqdim olunmuş marixuanalar tərkibnə görə eynidir. Qeyd: marixuanaların ümumi çəkisi-1000,02 qram, tədqiqata sərf edildi-0,1 qram, qalıq-999,92 qram (Ekspertiza tədqiqatının dəyəri 72(yetmiş iki) manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 4(003)-273/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 30 may 2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli “evə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs verdiyi ifadəsi əsasında onun yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X4 yerləşən nömrəsiz fərdi evinə baxış və götürmə aparılmış, baxış və götürmə aparılmasından əvvəl təqsirləndilən şəxs Təqsirləndirilən şəxs və anası X6 bu barədə qərarla tanış edilmiş, Təqsirləndirilən şəxs və anası X6 ərizə ilə müraciət edərək müdafiəçi olmadan evə baxış keçirilməsinə etirazları olmadığını bildirmişlər. Evdə olması ehtimal edilən elektron tərəzi, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra təqsirləndilər şəxsin anası X6 baxış keçirtmək üçün təqsirləndirilən şəxsin otağı göstərmiş, həmin otaqda içəri girərkən qapının sağ tərəfındə yerləşən ağ rəngli dolabın yuxarı gözündən bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli “dvd diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarış aparılması haqqında” protokola əlavə edilmiş 01 ədəd dvd diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə siibul əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan paltarlarda hər hansı bir qanunla qadağan edilmiş maddənin olmamasını bildirmişdir. Kamran məmmədov etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı **-FE-*** d.q.n nəqliyyat vasitəsinin salonun arxa oturacağından bir ədəd üzərində “Nev Yoker” sözləri yazılmış bir ədəd sellofanın içərisində 01 ədəd üzərində 120 rəqəmi yazılmış şəffav rəngli sellofon, iki ədəd üzərində 20 rəqəmi yazılmış şəffaf sellofan, bir ədəd üzərində 50 rəqəmi yazılmış qırmızı qara hərflərlə yazılmış sellofan və bir ədəd üzərində heç bir rəqəm yazılmamaış şəffaf rəngli sellofan aşkar edilərək götürülmüşdür. Həmin bükümün içərisindən bitki mənşəli narkotik vasitə marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Daha sonra aşkar olunmuş 05 ədəd bükümdə olan bitki mənşəli narkotik vasitə marixuanaya bənzər kütlə qablaşdırlılaraq üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Avtomobilə baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsindən başqa qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli “telefona baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki,Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçiriən zaman götürülmüş 01 ədəd “Galaxy A12 "markalı mobil telefonuna baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs götürülmüş “Galaxy A12” markalı mobil telefonun içərisində ***-***-**-** nömrə olan mobil telefonun yaddaşında iş üçün əhəmiyyəti olan 901-287-6208 İran İslam Respublikasına məxsus nömrə ilə mobil telefonda adı Mahan kimi qeyd olunmuş şəxsiyyəti istintaqa tam bəlli olmayan şəxslə narkotik vasitələrin yerinin qeyd olunduğu konumlar və onların fotoşəkilləri, həmin narkotik vasitələrin ölçüsünün qeyd olunduğu fotoşəkillər aşkar olunmuşdur. 30 may 2023-cü il tarixində saat 00:24 radələrində təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Mahan adlı İran İslam Respublikasının vətandaşına 0:14 saniyə olan səs yazısında “190 hazırdı maşını qabağa verim saxlayım maşışının işiqlarını söndürüm rahat gəlib götürsün 0 biriləridə atım” kimi ifadə işlətmiş, digər səs 0:06 saniyə olmaqla, həmin səsdə Təqsirləndirilən şəxs “Əlində bir nəfə işıqla gəlir səbirli ol” ifadəsini işlətmiş, digər səslər 0:02, 0:03, 0:03 və 0:05 saniyə olmaqla, həmin səsdə əlində işiqla gələn həmin şəxsinin onu şübhələndirməsini, malı götürüb başqa küçələrə gedəcəyini qeyd etmişdir. Mobil telefona baxış zamanı Təqsirləndirilən şəxs qeyd edilən mobil telefonun ona məxsus olmasını təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 4986 saylı rəyindən görünür ki, müayinə zamani Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorlarin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə bioloji ekspertizasının 04 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-7/1238 nömrəli rəyindən görünür ki, Təqdim olunmuş üzərində “ Təqsirləndirilən şəxs, Maddi sübut 01 ədəd elektron tərəzi” yazılar olan kağıza bükülmüş 1 ədəd sellofan torbada üzərində “POCKET SCALE” yazısı olan karton qutuda 1(bir) ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitə-marixuananın hissəcikləri yoxdur. Tərəzi üzərində marixuananın hissəcikləri olmadığı üçün təqdim olunmuş marixuana ilə müqayisəli tədqiqat aparılmamışdır. (Ekspertiza tədqiqatının dəyəri 72(yetmiş iki) manat) Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 30 may 2023-cü il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azemis Elektron Məhkəmə İnformasiya Sistemindən sorğu edilərək əldə olunan qohumluq məlumatlarını əks etdirən sənədin surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X2 adlı və xx.xx.2012-ci il təvəllüdlü X3 adlı iki yetkinlik yaşına çatmayan övladı vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, cəzanı ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab olunan və DİN-in Xəzər RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 999,92 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti və avtomobilinə baxış və götürmə istintaq hərəkəti və telefona baxış istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 02 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 142 (yüz qırx iki) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi üzrə Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 5(beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan 30 may 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 142 (yüz qırx iki) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və DİN-in Xəzər RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 999,92 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti və avtomobilinə baxış və götürmə istintaq hərəkəti və telefona baxış istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 02 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar