Məhkəmə qərarları › İş №1(101)-854/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-854/2022

27.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-854/2022 27.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramova Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1976-cı il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Lerik rayonu, Ancəqəv kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o şəxsiyyəti istintaqa məlum olmayan “Mehdi” adlı şəxslə “WhatsApp” ani mesajlaşma tətbiqində əlaqə yaradıb birlikdə narkotik vasitələrin satışı ilə məşğul olub qanunsuz gəlir əldə etmək barədə razılığa gələrək cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında aralarındakı razılaşmaya əsasən digər şəxsin içərisində külli miqdarda narkotik vasitə heroin olan 01 ədəd bükümü və içərisində külli miqdarda psixotrop maddə metamfetamin olan 01 ədəd bükümü əldə etməsinə şərait yaratması şərti ilə “Mehdi" adlı şəxsin eyni tətbiq vasitəsi ilə ona göndərdiyi koordinatlara uyğun olaraq istintaqa məlum olmayan yerdə və tarixdə satış məqsədilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 28,843 qram olan narkotik vasitə heroini və külli miqdarda, yəni təmiz çəkisi 8,270 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq, ünvan 2 ünvanının yaxınlığına qədər daşımış, 15 noyabr 2021-ci il tarixində, saat 03:10-da Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin əməkdaşları tərəfindən həmin ünvanda saxlanılaraq ünvan 4 ünvanında yerləşən Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsinə gətirilmiş, polis bölməsində onun barəsində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən çıxararaq təqdim etdiyi, 01 (bir) ədəd ağ rəngli sellofan kəsiyinə bükülmüş halda təmiz çəkisi 28,843 qram olan narkotik vasitə heroin, 01 (bir) ədəd ağ rəngli sellofan kəsiyinə bükülmüş halda təmiz çəkisi 8,270 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, iki oğlu var idi. Onlardan birini X3 itirmişdir, oğlu şəhid olmuşdur. Övladını itirdikdən sonra psixi sarsıntılar keçirdiyi üçün narkotik vasitədən istifadə etməyə başladı. Avtomobillərin təmiri fəaliyyət ilə məşğul olurdu və boş vaxtı olanda özünə məxsus olan “Renault Megane” markalı avtomobillə taksi fəaliyyəti ilə də məşğul olurdu. Avtomobilinə əyləşmiş müştərini “Aura” idman kompleksinə aparıb düşürtdükdən sonra polis əməkdaşları tərəfindən saxlanıldı. Saxlanılarkən üzərində 2 qram narkotik vasitə var idi. Polis əməkdaşları onu polis bölməsinə apardılar. Orada onlar onu döyərək əziyyət verdilər. Onlardan şəhid atası olduğunu nəzərə almaqlarını xahiş etdi. Orada vəkil də iştirak etmirdi. O heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır və üzərində olan narkotik vasitəni də satmaq niyyəti olmayıb. Övladı şəhid olduqdan sonra təqribən 7-8 ay idi ki, narkotik vasitədən istifadə edirdi, narkotik vasitəni müştəriləri tapıb gətirirdilər, onlar vasitəsilə əldə etmişdi. Narkotik istifadə etməsi əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin əməliyyat müvəkkili işləyir. 15 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlaması və gəzdirməsi barədə əməliyyat məllumatı daxil olmuşdu. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan və Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin digər əməkdaşı Şahid1 ibarət əməliyyat qrupu yaradıldı. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 6 ünvanında yerləşən “Aura” idman kompleksinin yaxınlığında tərəflərindən saxlanıldı. Bundan sonra onu Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis bölməsinə dəvət etdilər və o, heç bir etiraz etmədən onlarla birlikdə polis bölməsinə gəldi. Orada Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış keçirildi. Şəxsi axtarış keçirilməsi zamanı Təqsirləndirilən şəxs üzərində 1 ədəd büküm aşkar edildi. Təqsirləndirilən şəxs həmin bükümün içində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu və onları iranlı şəxsdən əldə etdiyini bildirdi. Bundan sonra protokol tərtib olunub, şəxsi axtarışın keçirilməsində iştirak edən şəxslərə ucadan oxundu və onlarda həmin protokolu imzaları ilə təsdiq etdilər. Təqsirləndirilən şəxs onlara cibindəki vəsiqəni təqdim edərək, şəhid atası olduğunu bildirdi və ona hörmətlə yanaşdılar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdirlər. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq qeyd olunan maddə ilə tövsif edilmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham olunan epizod üzrə əməlində cinayət tərkibi olmadığından ona qarşı irəli sürülmüş ümumi ittihamdan həmin ittiham çıxarılmalıdır. Belə ki, əməlin tövsifi ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, ibtidai araşdırma orqanı nəyə əsaslanaraq təqsirləndirilən şəxsin narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan “Mehdi” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsini heç cür əsaslandırmamışdır və iş materiallarından da görünür ki, belə nəticəyə gəlmək üçün hər hansı bir əsas da olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-cİ maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 125.1 -ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanunvericilik hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31.01.2022-cı il tarixli qərarında qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 353.2-ci maddəsinə əsasən ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilməsi yeri, vaxtı, onun törədilmə üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri verilməlidir. Bu zaman təqsirləndirilən şəxsə istinad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin maddəsinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi göstərilən bu və ya digər halın nəzərdən qaçırılmasına və yaxud qeyri-müəyyən ifadələrlə (“məlum olmayan” “istintaqla müəyyən edilməyən” kimi söz birləşmələrindən istifadə olunmaqla) təsvir edilməsinə yol verilməməlidir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə verilən ittihamda şəxsiyyəti istintaqa məlum olmayan “Mehdi” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən cinayət əlaqəsinə girməsi iş materialları ilə sübut olunmadığından, belə nəticəyə gəlməsi əsas ola biləz. Azərbaycan Respublikası CM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü narkotik vasitənin satış məqsədi ilə əldə etməməsinə dair verdiyi ifadəsi işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübütlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin baş təhqiqatçısı, polis kapitanı Fərhəng Hüseynovun tərtib etdiyi “şəxsi axtarış və götürmə aparılması haqqında” 15 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, o, ünvan 6 ünvanında yerləşən “Aura” idman kompleksinin qarşısında saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsinə gətirilən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmiş, şəxsi axtarış zamanı sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmadığı soruşulan zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd, qara rəngli “Redmi” markalı mobil telefonu, sağ yan cibindən isə iki ədəd ağ rəngi sellofana bükülmüş, birinin içərisində ağ rəngli, kristal formalı maddə, digərinin içərisində tünd qəhvəyi rəngli spesifik qoxuya malik maddəni təqdim edərək həmin maddələrin narkotik maddə “şüşə” və “kakos” olduğunu, həmin maddələri 15.11.2021- ci il tarixində axşam saatlarında “Whatsapp” tətbiqetməsi ilə əlaqə saxladığı İran vətəndaşı olan Mehti adlı şəxsin ona bildirdiyi Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Aura” idman kompleksinin qarşısından götürüb öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirib. Həmin narkotik maddələri ümumilikdə 500 manata aldığını, narkotik maddələri götürdükdən sonra pulu Mehtinin deyəcəyi bank kartına göndərməli olduğunu bildirib. Aşkar olunan 2 bükümdəki narkotik vasitə və psixotrop maddəyə bənzər maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan baş X4 tərəfindən bir ədəd zərfdə qablaşdırılıb, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün 160” saylı möhürü ilə möhürlənərək götürülüb. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd “Redmi" markalı mobil telefon cinayət işi təqibi üzrə sübut əhəmiyyətinə malik olduğu üçün götürülüb. Cinayət işindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin baş təhqiqatçısı Fərhəng Hüseynov tərəfindən şəxsi axtarış keçirilməsi 01 (bir) ədəd diskə tərəfimdən baxış keçirilmişdir. Bu barədə tərtib edilmiş 16 noyabr 2021-ci il tarixli “şəxsi axtarış prosesinin videogörüntülərinə baxış keçirilməsi haqqında” protokola görə, xidməti otaqların birində, polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtanş aparılmazdan əvvəl təhqiqatçı, polis kapitanı Fərhəng Hüseynov iştirakçılara və saxlanılan Təqsirləndirilən şəxs özünü təqdim etməsi bildirir. İştirakçılar və Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra X4 şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla dövriyyəsi, əldə edilməsi, üzərində saxlanması, daşınması qadağan edilən vasitələrin onun üzərində olmasında şübhəli bilindiyinə görə tutularaq qeyd olunan Polis bölməsinə gətirildiyini bildirir. X4 13-cü Polis Bölməsinin xidməti otağında “Şəxsi axtarış”ın videoçəkilişlə aparılacağını deyir və buna etirazının olub-olmamasını sonuncudan soruşur. Təqsirləndirilən şəxs qeyd olunanlar barədə və müdafiəçinin iştirakı olmadan şəxsi axtarışın keçirilməsinə etirazının olmadığını bildirir. Şəxsi axtarışa başlamazdan əvvəl X4 Təqsirləndirilən şəxs üzərində olan əşyaları masanın üzərinə qoymasını təklif edir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü masanın üzərinə qoyur. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilən zaman onun əynindəki qara rəngli, həmin şalvarın sol yan cibindən bir ədəd qara rəngli, smartfon tipli mobil telefon aşkar olunaraq masanın üzərinə qoyulur. Qeyd olunanlardan başqa hər hansı əşya aşkar edilmir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofana bükümün açıldıqdan sonra içərisinə baxış keçirilir. Bu bükümün içərisindən də iki ədəd başqa sellofan büküm aşkar olunur. Bükümlərdən birinin içərisində ağ rəngli, kristal formalı maddənin, digərinin içərisində isə tünd qəhvəyi rəngli maddənin olduğu görünür. Həmin maddələrin nə olduğu, nə vaxt, haradan, kimdən, nə üçün, neçəyə aldığı soruşulduqda, Təqsirləndirilən şəxs ağ rəngli maddənin “şüşə”, qəhvəyi rəngli maddənin “kakos” olduğunu, bu maddələri həmin gün “iranlı şəxs”in" tapşırığı ilə “Aura" idman kompleksinin yaxınlığından götürdüyünü, əvvəlcədən pul ödəmədiyini bildirir. Bu maddələrin müqabilində 500 manat pulu bank kartına göndərəcəyini qeyd edir. Aşkar edilmiş 01 ədəd sellofana bükülmüş narkotik vasitə heroinə bənzər maddə və 01 ədəd sellofana bükülmüş psixotrop maddə metamfetaminə bənzər maddə 01 ədəd zərfdə qablaşdırılır. Həmin zərf möhür ilə möhürlənir. X4 hər iki bükümdəki maddələrin ekspertizaya göndəriləcəyini bildirir. Aşkar olunmuş 01 ədəd mobil telefonun isə maddi sübut əhəmiyyətinə malik olduğu üçün qablaşdırılaraq götürələcəyi qeyd olunur. Cinayət işində olan Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 16.06.2021-ci il tarixindən 16.11.2021-ci il tarixinədək olan dövr ərzində daxil olan və çıxan zənglər, zəng edən nömrələrin sahibinin soyadı, adı, atasının adı və ünvanı, mesajların siyahısı və mətni barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən götürülmüş məlumatlar olan 01 ədəd diskdəki məlumatlara baxış keçirilməsi barədə protokoldan mü.yy\n olunur ki, diskdə olan “SMS_Tarixçəsi********************570” adlı, “PDF” formatlı fayldakı siyahı ***-***-**-** saylı mobil nömrəyə digər mobil nömrələrdən daxil olan mesajların mətnini və tarixini əks etdirir. 09-09-2021-ci il tarixli, ***-***-**-** saylı mobil nömrədən daxil olmuş mesaj mətnində “NEYNEDİN AY QAQAS NEYSE TAPA BİLDİN” yazısı, 09-09- 2021-ci il tarixli, ***-***-**-** saylı mobil nömrədən daxil olmuş mesaj mətnində “Rasim qaqa ged eve bir iki is var gorub gelib deyirik sene" yazısı, 13-09-2021-ci il tarixli, 070-951- 51-71 saylı mobil nömrədən daxil olmuş mesaj mətnində “Qaqas telefonu acanda admi секте sen canin birde usti baqli danisaq yaxsimi qaqa” yazısı, 17-10-2021-ci il tarixli, 070- ***-**-** saylı mobil nömrədən daxil olmuş mesaj mətnində “X10 X7 X13 X12 X9 X11 Tine” yazısı, 27-10-2021-ci il tarixli, ***-***-**-** saylı mobil nömrədən daxil olmuş mesaj mətnində “Rasim mene icaze ver biz kohnenin dostlariyiq olurem yaziqin gelsin mene ayaqlarim gelmir dalimca her wey temizdir” yazısı aşkar edilib. Cinayət işində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli qərarına görə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 “Əməliyyat- axtarış tədbirlərinin həyata keçirilməsinə dair" 15 noyabr 2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işində olan ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, Təqsirləndirilən şəxs oğlu X6 06 oktyabr 2020-ci il tarixdə Tərtər-Ağdərədə olan hərbi əməliyyatlar zamanı döyüş meydanında ölmüşdür. Cinayət işində olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Cağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon İdarəsi tərəfindən daxil olmuş 25.01.2021-ci il tarixli, 7 saylı məktubundan görünür ki, X6 hərbi əməliyyatlar zamanı döyüş meydanında şəhid olmuşdur. Cinayət işindən müşyyən olunur ki, X6 (ölümündən sonra) Azərbaycan Respublikası Prezidentinin 29.12.2020-ci il tarixli 1-5507 nömrəli Sərəncamı ilə “Vətən uğrunda” medalla təltif olunmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-kimyəvi ekspertizasının 16.11.2021-ci il tarixli, 6/5062 nömrəli ekspert rəyindşn görüür ki, tədqiqata təqdim edilmiş, üzərində "...Vəl Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd təmiz çəkisi 8,270 qram ağ rəngli, kristaişəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd bükümdə təmiz çəkisi 28,843 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısTna (Siyahı İ) daxildir. Metamfetamin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı İ) daxildir. Metamfetaminin ümumi təmiz çəkisi 8,270 qr, tədqiqata sərf edildi 0,05 qr, qalıq 8,220 qr, Heroinin ümumi təmiz çəkisi 26,843 qr, tədqiqata sərf edildi 0,05 qr, qalıq 28,793 qr.(ekpertiza tədqiqatın dəyəri 109,90 (yüz doqquz manat, doxsan qəpik) Cinayət işi materiallarinda olan məhkəmə-narkoloji ekspertizasının 12.01.2022-ci il tarixli, 157 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X2 Ambulator məhkəmə psixiatrik ekspertizasının 24.01.2022ci il tarixli, 170 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və İctimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş oldugu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət işində olan 15 noyabr 2021-ci il tarixli tutma haqqında protokollardan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutuldugu vaxtdan, yəni 15 noyabr 2021-ci il tarixdən hesablanmaqla, cəzalasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti qismən etiraf edib səmimi peşman olmasını, oğlunu şəhid olması və oğlunun ölümündən sonra “Vətən uğrunda” medal ilə tətif edilməsini işdə cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında ekspertiza tədqiqatdan sonrakı qalıq 8,220 qram metamfetamin və qalıq 28,793 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “Redmi” markalı mobil telefon onun yaxın qohumuna qaytarılmalı, şəxsi axtarış və götürmə keçirilərkən qeyd alınmış videogörüntülər köçürülmüş 01 ədəd DVD-R disk, "xxxx" MMC-dən əldə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs iş üzrə ekspertiza xərci təşkil edən 109 (yüz doqquz) manat alınaraq dövlət büdcəsinə verilməli və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi çıxarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 15 noyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə ekspertiza xərci təşkil edən 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik alınaraq dövlət büdcəsinə keçirilsin. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatdan sonrakı qalıq 8,220 qram metamfetamin və qalıq 28,793 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “Redmi” markalı mobil telefon onun yaxın qohumuna qaytarılsın, şəxsi axtarış və götürmə keçirilərkən qeyd alınmış videogörüntülər köçürülmüş 01 ədəd DVD-R disk və "xxxx" MMC-dən əldə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar