Məhkəmə qərarları › İş №1(101)-854/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-854/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-854/2024 06.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X8-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxx 1994-cü ildə Lənkəran rayonunda anadan olmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkum olunmuş, işsiz, Lənkəran şəhəri Z.Əliyeva küçəsi ev 78/3 mənzil 42 ünvanında qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs başqa vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 8,066 qram narkotik vasitə olan heroini əldə edib daşımaqla əynindəki şalvarın cibində saxlamış, 13 iyun 2023-cü il tarixdə saat 00:05-da Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 90 ünvanın qarşısında Xətai RPİ-nin ƏÇPA-ın patrul bölüyünün əməkdaşları tərəfindən o, saxlanılıb ünvan 3 ünvanında yerləşən Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilərək orada onun üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynindəki şalvarın sağ yan cibindən bir bükümdə təmiz çəkisi 8,066 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadələrində göstərdi ki, o, 2019-cu ildə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 2022-ci ildə azadlığa buraxılmışdır. 2022-ci ildə cəzaçəkmə müəssisəsindən azadlığa buraxılmışdır. Buraxıldıqdan beş-altı ay sonra, yəni 13 iyun 2023-cü il tarixdə onun üzərində narkotik vasitə olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Onu Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 90 ünvanının qarşısında piyada gedən zaman polis əməkdaşları onu polis bölməsinə apardılar. Orada onun üzərinə şəxsi axtarış keçirilmişdir, şəxsi axtarış zamanı da ondan 8 qram narkoitk vasitə heroin aşkar olunub götürüldü. O, törətdiyi cinayət əməlini boynuna alır. O, ifadələri ilə özünə böhtan atmır. Törətdiyi əməldən peşimandır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləməmiş, uzun müddətdir ki, narkotik vasitə istifadə etmişdir. Bədənində ağrılar olduğu üçün tanımadığı şəxslərdən narkotik vasitə almışdır. Həmçinin bir neçə gün əvvəl şəxsi istifadəsi üçün tanımadığı şəxsdən Bakı şəhəri, Xətai rayonu, Babək prospektində narkotik vasitə alıb üzərində gəzdirmişdir. 13 iyun 2023-ci il tarixdə saat 00:05-də Bakı şəhəri Xətai rayonu Babək prospekti 90 ünvanının qarşısında piyada gedən zaman polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün onu 34-cü PŞ-nə dəvət etmişlər, polis şöbəsində onun hüquqlarını müdafiə etmək üçün vəkil dəvət etmişlər. Vəkilimin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet varsa təqdim etməyi təklif etmişdir. O da əvvəlcədən əldə edib tünd boz rəngli şalvarının sağ yan cibində gəzdirdiyi bir bükümdə narkotik vasitə heroini təqdim etmiş, bundan sonra təqdim etdiyi narkotik vasitə elektron tərəzidə çəkilmiş və ekspertizaya göndərilmək üçün qablaşdırılmışdır. O, narkotik vasitələri qəbul etsə də, heç kimə satmamışdır. O, narkotik vasitəni Babək prospektində tanımadığı şəxsdən 150 manata almış, şəxsi istifadəsi üçün üzərimdə gəzdirmiş, lakin heç kimə satmamışdır. Şahid1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar tanyır. Onunla yaxınlığı və ədavəti yoxdur. 13 iyun 2023-cü il tarixdə, saat 00:05 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 90 ünvanında xidmət aparan zaman bir nəfər şəxsə özünü şübhəli apardığı üçün, onlardan yayınmağa çalışdığı üçün onlar həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim edib həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxsin şəxsiyyətini təsdiq edən sənədi olmadığına görə onu Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmirlər. Bölmədə həmin şəxsin X9 olduğu bilindi. X1 üzərində şəxsi axtarış keçirilərkən narkotik vasitə aşkarlandı. Orxanın üzərindən çıxan narkotik vasitənin miqdarı yadında deyil. Orxana heç bir təzyiq göstərilməmişdir. Orxan narkotik vasitə olan heroini tanımadığı şəxsdən aldığını bildirdi. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı göstərmişdir ki, Azərbaycan Respublikası DİN-nin X13 Alayının 3-cü Patrul Bölüyünün polis nəfəri vəzifəsində işləyir və polis serjantıdır. 13 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin X13 Alayının 3-cü Patrul Bölüyünün polis nəfərləri Şahid2 və Şahid3la birlikdə təyin olunmuş marşrut üzrə xidmət aparmışlar. Həmin gün saat 00:05 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 90 ünvanında xidmət aparan zaman bir nəfər şəxsin narkotik vasitələrin istifadəsində özünü şübhəli apardığı üçün həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də özünü xx.xx.1994-cü ildə ünvan 5 ünvanında qeydiyyatda olan və ünvan 6nda yaşayan X3 təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib sonuncunu saxlayaraq Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. Orxan Zülfızadə də buna etiraz etmədikdən sonra PŞ-nə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı Anar İbadova təhvil vermişlər. Anar İbadov da Orxan Zülfızadənin hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə videoçəkilişlə X5 üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Orxan Zülfızadə də əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində narkotik vasitə heroin olmasını bildirmişdir. X10 üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Orxan Zülfızadənin üzərindən aşkar olunmuş büküm elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə 9,31 qram olması müəyyən edilmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Orxan Zülfızadənin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Orxan Zülfızadə tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Şahid3 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar tanyır. Onunla yaxınlığı və ədavəti yoxdur. 13 iyun 2023-cü il tarixdə, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 90 ünvanında xidmət aparan zaman bir nəfər şəxsin özünü həyəcanlı və şübhəli apardığı gördükləri üçün həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim edib həmin şəxsi Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. Orada video çəkilişlə X5 üzərində şəxsi axtarış keçirilərkən narkotik vasitə heroin aşkarlandı. Narkotik vasitə olan heroini axtarış zamanı özü konüllü təqdim etdi. Orxan narkotik vasitənin özünə məxsus olduğunu dedi. Orxanın üzərindən aşkar olunan narkotik vasitənin miqdarını xatırlamır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid3 ibtidai istintaq zamanı Şahid1 ilə analoji ifadələr vermiş, onun ifadələrində göstərdiyi halları bir daha təsdiq etmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid2 ibtidai istintaq zamanı göstərmişdir ki, Azərbaycan Respublikası DİN-nin X13 Alayının 3-cü Patrul Bölüyünün polis nəfəri vəzifəsində işləyir. 13 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin X13 Alayının 3-cü Patrul Bölüyünün polis nəfərləri Şahid1 və Şahid3la birlikdə təyin olunmuş marşrut üzrə xidmət aparmışlar. Həmin gün saat 00:05 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 90 ünvanında xidmət aparan zaman bir nəfər şəxsin narkotik vasitələrin istifadəsində özünü şübhəli apardığı üçün həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib Özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də özünü xx.xx.1994-cü ildə ünvan 7 ünvanında qeydiyyatda olan və ünvan 8 yaşayan X3 təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib sonuncunu saxlayaraq Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. Orxan Zülfızadə də buna etiraz etmədikdən sonra PŞ-nə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı Anar İbadova təhvil vermişlər. Anar İbadov da Orxan Zülfızadənin hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə X5 üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Orxan Zülfızadə də əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində narkotik vasitə heroin olmasını bildirmişdir. X10 üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Orxan Zülfızadənin üzərindən aşkar olunmuş büküm elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə 9,31 qram olması müəyyən edilmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Orxan Zülfızadənin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Orxan Zülfızadə tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 13 iyun 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, 13 iyun 2023-cü il tarixdə X5 üzərinə Xətai RPİ-nin 34-cü polis şöbəsində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə aşkar edilmiş narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilən zaman qablaşdırma ilə birlikdə çəkilərinin 9,31 qram olması aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəməkimyəvi ekspertizasının rəyindən görünür ki, 13 iyun 2023-cü il tarixli, 6/3322 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində « imza Zülfızadə O....» sözləri və imzalar qeyd edilmiş kağız paketdə 01 ədəd bükümdə olan vasitə təmiz çəkisi 8,066 olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilib ifadələrində göstərdi ki, ona elan olunmuş ittihamda nəzərdə tutulan narkotik vasitənin ona məxsusdur. Məhkəmədə Təqsirləndirilən şəxs bu ifadələri araşdırılarkən şahid ifadələri, axtarış protokolu, ekspertiza rəyi, iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan heroinin özü və işin faktiki halları ilə öz təsdiqini tapdı. Məhkəmə həmin halı nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs tutulması halları müzakirə olunarkən onun təsadüfən saxlanılması müəyyən olundu. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin onun tərəfindən qəsdən törədilməsinin sübuta yetirildiyini, onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.1- 1 ci maddəsi ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilinib onun bu əmələ görə həmin maddədə nəzərdə tutulan qaydada cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 55 (əlli beş) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləği Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsini əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 55 (əlli beş) saat hüquqi yardım göstərilməsi və buna görə ona 330 (üç yüz otuz) manat pul ödənilməli olması müəyyən olundu. Məhkəmə bu məbləği dövlət büdcəsi hesabına ödənilməsini və Təqsirləndirilən şəxs həmin ödəmədən azad olunmasını əsasılı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün üçün Bakı şəhəri Xətai RPİ-nin Saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd bükümdə tədqiqata sərf edildikdən sonra çəkisi 7,966 qram olan narkotik vasitə heroinin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin və maddələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, X9 xx.xx.2020-ci il tarixdə Biləsuvar Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1ci maddələri ilə təqsirli bilinərək 4 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2020-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 4 ilə endirilmiş, xx.xx.2022-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 01 il 01 ay 07 gün vaxtından əvvəl şərti azad edilmişdir. Məhkəmədə bu hallar araşdırılarkən Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə nəzərdə tutulmuş cinayət əməlini əvvəlki cəzasını şərti olaraq çəkdiyi dövrdə törətməsi müəyyən olundu. Bu halla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir.Məhkəmə qanunun bu tələbini rəhəbər tutur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə nəzərdə tutulmuş cinayət əməlini əvvəlki hökmlə ona təyin olunmuş cəzanın yaratdığı məhkumluq dövründə törətmişdir. Bu səbəbdən də, onun əməllərində cinayətlərin residivi vardır. Məhkəmə həmin halı Təqsirləndirilən şəxs cəza təyini və cəzaçəkmə müəssisəninin növünü müəyyən edərəkən nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs hazırki iş üzrə 13 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulub 14 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində qətimkan tədbiri qismində həbs seçilib hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi həm ibtidai istintaq zamanı, həm də məhkəmədə etirafedici ifadələr verib cinayətin açılmasında iştirak etməsi müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal olaraq onun əməllərində cinayətlərin residivi olması müəyyən olundu. Məhkəmə, göstərilən halları nəzərə alıb Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivinin olduğunu nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş məhkəmənarkoloji ekspertizasının 19 iyul 2023-cü il tarixli, 4584 saylı rəyindən görünür ki, X6 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunmasını və narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halın və ağırlaşdıran halın olmasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin olunmuş 4 (dörd) il azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələblərinə əsasən ona 13 fevral 2020-ci il tarixli Biləsuvar Rayon Məhkəməsi hökmü ilə təyin olunmuş cəzanın çəkilməmiş 01 il 01 ay 07 gün azadlıqdan məhrum etmə cəzası qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 06 (altı) ay azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcı 13 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına 55 ( əlli beş ) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 330 (üç yüz otuz ) manat Azərbaycan Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs müdafiəçiyə ödənilən məbləği ödəməkdən azad olunsun, ekspertiza xərcələrini təşkil edən 55 ( əlli beş ) manat Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd bükümdə ümumi ilkin təmiz çəkisi 8,066 qram olmuş narkotik vasitə heroinin qalıq qalmış 7,966 qram çəkidə narkotik vasitə heroin sərbəst dövriyyəsi qadağan olunmuş əşyalar kimi məhv edilsin. Bir ədəd rəqəmsal video disk (DVD-R) cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar