Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-854/2025 19.08.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova–X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1 Vahab oğlunun, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə2, müdafiəçi: Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, mütəxəssis (psixoloq) X6 iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.2006-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, İİ qrup əlil, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuşdur. Belə ki, xx.xx.2006-cı il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qonşuluqda yaşayan xx.xx.2012-ci il təvəllüdlü olmaqla azyaşlı Zərərçəkmiş şəxs onu əvvəllər də psixi xəstəliyi ilə əlaqədar dəfələrlə təhqirlərə məruz qoyması, buna narazılığını bildirdikdə Zərərçəkmiş şəxs onu 18 iyun 2024-cü il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi, Səmədzadə küçəsində təkrarən təhqir etməsi və yaxın dostlarına onun göndərməsi ilə mağazaya getməməlirini, eyni zamanda onunla oynamağı deməsinə etiraz əlaməti olaraq əsəbləşib qəsdən qisas almaq üçün həmin vaxt velosipedə əyləşmiş vəziyyətdə olan Zərərçəkmiş şəxs bədəninin sol tərəfindən yumruqla vurub velosipedin üstündən yerə yıxmaqla ani olaraq təpikləyib ona daxili qanaxma ilə müşayiət olunan dalağın cırılması və xaric edilməsi (splenektomiya), qara ciəyrin sol payının, mədəaltı vəzinin quyruq hissəsinin zədələnməsi ilə nəticələnib qarnının qapalı küt travması kimi həyatı üçün təhlükəli olan sağlamlığına ağır dərəcəli zərər vurmaya səbəb olan xəsarətlər yetirərək zərərçəkmiş azyaşlı Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə bir məhəllədə yaşayır, onunla və digər məhəllə uşaqları olan Mehman, Ayxan və Xalidlə bir yerdə oynayırdılar. Onun hadisə olan zaman 17 yaşı olmuş, bu uşaqların isə 12 yaşları olmuşdur. Səhhəti ilə əlaqədar öz yaşıdları ilə ünsiyyət saxlaya bilmirdi. Bu səbəbdən özündən yaşca balaca uşaqlarla oynayırdı. Elgünü hadisə günü yumruqla vurmuşdur. O da gedib divara dəymişdir, Elgünü təpiklə vurmamışdır. Elgünü ona görə vurmuşdur ki, o, digər uşaqlara onun barəsində demişdir ki, «bu gicdir, dəlidir». Bu hadisədən əvvəl Elgünü vurmamışdır, əksinə Elgün onu itələyərək yerə yıxmışdır. Elgünlə barışmaq istəyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə2 ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs uşaqlıqdan ruhi xəstədir, onun xəstə olmasını 6 yaşı olanda bilmişlər. Məsud onun birinci evliliyindən olan uşağıdır. Ərindən boşanmış, ikinci dəfə ailə qurmuş, bu evlilikdən bir qızları olmuş, qızının psixi durumu normaldır, heç bir xəstəliyi yoxdur. İkinci əri dünyasını dəyişmişdir. 6 yaşından Təqsirləndirilən şəxs 2 saylı psixiatriya dispanserində qeydiyyatda olmuş, halhazırda isə 26 saylı şəhər poliklinikasında qeydiyyatda və müalicədədir. Həkimi Sevinc xanımdır. Oğlu Məsud əqli inkişafdan geri qalmış uşaqlar üçün nəzərdə tutulmuş 12 saylı internat məktəbinin 9-cu sinfinə qədər təhsil almış, bundan sonra məktəbə getməmişdir. Əqli cəhətdən geri qaldığı üçün öz yaşıdları ilə ünsiyyət saxlamır, qonşuluqda olan 10-12 yaşlı uşaqlarla oynayır. Həmin uşaqlardan 12 yaşlı Zərərçəkmiş şəxs, Şahid1, Mehman Kazımzadə və Xalid Hüseyni oğlunun psixi durumuna görə onunla oynamaq istəməmiş, onu ələ salmış, hətta döyürdülər. Bu səbəbdən o, Elgünün nənəsi və anası, digər uşaqların valideynləri ilə söhbət edərək övladlarının oğlunu incitməmələrini xahiş etmişdir. Hadisə barədə oğlu Məsud ona bildirmişdir ki, o, Zərərçəkmiş şəxs itələmiş, təpiklə vurmamışdır. O, inanmır ki, oğlu Məsudun hərəkətlərinə görə Elgünün dalağı zədə alaraq əməliyyat olunsun. Məhkəmədən ən azı iki həftə vaxt verilməsini xahiş edir ki, oğlunu həkim psixiatrda müalicə etdirib, nəticəsini məhkəməyə təqdim etsin. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla qonşuluqda yaşayır. Təqsirləndirilən şəxs ondan yaşca böyük olsa da özündən yaşca kiçik uşaqlarla dostluq edirdi. Belə ki, səhhətində problemlər olduğu üçün Məsudu öz yaşıdları qəbul etmirdi. Hadisə günü o, həmyaşıdları Ayxan, Mehman və Xalidlə məhəllədə olduqları zaman Məsud onlara pul təklif etmişdir ki, gedib mağazadan özləri üçün ueməyə bir şey alsınlar. O və digər dostları imtina etdiyi üçün Məsud bunun günahını onda görərək yumruqla onun böyründən vurmuşdur. Bu zaman o, velosipeddə oturmuşdur. Məsudun vurduğu zərbədən yerə yıxılmış və Məsud onu bir dəfə də təpiklə vurmuşdur. Bundan sonra o, evinə getmiş, qohumlarına Məsudun onu vurmasını deməmiş, lakin ağrıları olduğu üçün xəstəxanaya aparıldıqda bildirmişdir ki, onu Məsud vurmuşdur. Xəstəxanada əməliyyat olunaraq dalağı xaric edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla qonşuluqda yaşayır. Zərərçəkmiş şəxs isə onun doğma oğludur. Oğlunun hadisə zamanı 12 yaşı olmuşdur. Elgünlə Təqsirləndirilən şəxs münasibətləri, həmçinin onun da Məsudun valideyni ilə münasibətləri yaxşı olmuşdur. Hadisə haqqında onu bilir ki, Məsud oğlunun həmyaşıdları olan məhəllə uşaqlarını pul verib mağazaya göndərirdi. Uşaqlar da mağazaya getməkdən imtina etmişlər. Məsud bunun günahını Elgündə görərək yumruq və təpiklə onu vurmuşdur. Hadisənin şahidi olmamışdır, həmin vaxt işdə olmuşdur. Bunları sonradan oğlundan bilmişdir. Oğlu məhəllədən evə gələrək evdəkilərə demişdir ki, ağrıyır. Bacısı ilə yeznəsi onu 26 saylı şəhər poliklinikasına aparmışlar, lakin həmin poliklinikada lazımi tibbi avadanlıqlar olmadığı üçün onu Sabunçu rayon xəstəxanasına apararaq orada UZİ aparatı ilə yoxlanıldıqda daxili qanaxmasının olduğu müəyyən edilmişdir. Dərhal əməliyyata götürülmüş, dalağı partladığı üçün kəsilib xaric edilmiş, qaraciyər və mədəaltı vəzə tikiş qoymuşlar. Yalnız həmin vaxt o, işdən xəstəxanaya gələ bilmişdir. Hal-hazırda oğlunun vəziyyəti yaxşıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır, hər ikisi onun yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivindəki məhəllədə qonşularıdır. Təqsirləndirilən şəxs yaşca onlardan böyük olmasına baxmayaraq həmişə onlarla, yəni azyaşlı uşaqlarla oynayırdı. Bunun səbəbini o bilmir. xx.xx.2024-cü il tarixdə baş vermiş hadisənin şahidi olmamışdır. Belə ki, həmin gün saat 19 radələrində məhəlləyə çıxdıqda dostları Xalid və Mehman bildirmişlər ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruqla vurmuş, Elgün yerə yıxılmışdır. Məhəlləyə çıxdığı vaxt Elgünlə Məsud artıq orada olmamışlar. Sonrakı vaxtlarda Elgünü məhəllədə görsə də hadisə haqqında maraqlanmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır, hər ikisi onun yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivindəki məhəllədə qonşularıdır. Təqsirləndirilən şəxs yaşca onlardan böyük olmasına baxmayaraq həmişə onlarla, yəni azyaşlı uşaqlarla oynayırdı. Hadisə günü Təqsirləndirilən şəxs məhəllədə olan ona, Elgünə, Ayxan və Xalidə onunla bir yerdə oynamağı təklif etmişdir. Onlar onunla oynamaqdan imtina etdikdə velosipedin üstündə əyləşmiş Elgünün böyründən bir dəfə yumruqla vurmuşdur. Elgün ayağa qalxaraq evinə çıxıb getmişdir. Məsudun Elgünü təpiklə vurmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır, hər ikisi onun yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivindəki məhəllədə qonşularıdır. Təqsirləndirilən şəxs yaşca onlardan böyük olmasına baxmayaraq həmişə onlarla, yəni azyaşlı uşaqlarla oynayırdı. Hadisə günü Təqsirləndirilən şəxs məhəllədə olan ona, Elgünə, Ayxan və Mehmana onunla bir yerdə oynamağı təklif etmişdir. Onlar onunla oynamaqdan imtina etdikdə velosipedin üstündə əyləşmiş Elgünün böyründən bir dəfə yumruqla vurmuşdur. Elgün ayağa qalxaraq evinə çıxıb getmişdir. Məsudun Elgünü təpiklə vurmasını görməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması qismən özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, Bakı şəhəri Xəzər RPİ-nin 2-ci PŞ-nin məsul növbətçisi polis kapitani İlham Salayevin xx.xx.2024-cü il tarixli raportundan müəyyən olunur ki, həmin tarixdə saat 21:35 radələrində DİN-nin 102 xidmətindən daxil olmuş məlumatda Qanuni nümayəndə1 zəng edərək Tünzalə adlı qadının ruhi əsəb xəstəsi olan oğlunun onun 11 yaşlı oğlunu döyərək daxili orqanlarına xəsarət yetirməsi hal hazırda oğlunun xəstəxanada əməliyyat olması göstərilir. Məhkəmədə elan edilib araşdırılmış Qanuni nümayəndə1 Vahab oğlunun xx.xx.2024cü il tarixli ərizəsindən müəyyən olunur ki, 18 iyun 24 tarixində saat 18:30 radələrində yaşadığı həyətdə 2012-ci il təvəllüdlü oğlu Zərərçəkmiş şəxs qonşuluqda yaşayan uşaq döyərək xəsarət yetirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış vətəndaş Qanuni nümayəndə1 Vahab oğlu tərəfindən Bakı şəhər Xəzər RPİ-nə ünvanlanmış xx.xx.2024 tarixli ərizədən müəyyən olunur ki, oğlu Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan şəxs olduğundan iş üzrə onun qanuni nümayəndəsi qismində tanınmasını xahiş etmişdir. Məhkəmədə elan edilib araşdırılıb Qanuni nümayəndə2 tərəfindən Xəzər RPİ–nə ünvanlanmış xx.xx.2024 tarixli ərizədən müəyyən olunur ki, oğlu X8 2012-ci ildən psixoloji xəstəlikdən əziyyət çəkir və həmin müddətdən etibarən dəfələrlə müalicə almışdır. Hazırda onun psixoloji durumu yaxşı deyil, ona görə barəsində istintaq olunan ********* saylı cinayət işi üzrə onu X7 qanuni nümayəndəsi qismində tanınmasını xahiş etmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2024- cü il tarixli “Şübhəli şəxsin tutuluması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdə saat 13:20 dəqiqədə Bakı şəhər Xəzər RPİ-nin inzibati binasında müdafiəçi Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X9 iştirakı ilə tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2024-cü il tarixli Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-309/2024 nömrəli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirlən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmiş və o, derhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs barəsində 04 ay müddətində ev dustaqlığı qətimkan tedbiri seçilmiş və ev dustaqlığında saxlanılma müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədibirinin seçilməsindən imtina onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs “yüngül əqli gerilik(orta debillik dərəcəsində oliqofreniya)” xəstəsi və ikinci dərəcəli əlil olması müəyyən olunmaqla, ona qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu diaqnozu qoyulmuş və onun müayinə və müalicə olunmasına ehtiyyac vardır. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2024-cü tarixli Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4(103)-861/2024 nömrəli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkar tədbirin seçilməsinə dair təqdimatın təmin edilməməsi barədə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 4(003)-309/2024 saylı qərarından Bakı şəhəri Xəzər rayon prokuroru tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2024-cü il tarixli, 672 nömrəli məhkəmə-tibbi ekspertiza rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində aşkar edilmiş xəsarətlər- daxili qanaxma ilə müşayiət olunan dalağın cırılması və xaric edilməsi(splenektomiya), qaraciəyrin sol payının, mədəaltı vəzinin quyruq hissəsinin zədələnməsi ilə nəticələnmiş qarnın qapaılı küt travması küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun “X18” X20 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aiddirlər. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 2351 nömrəli rəyindən olunur ki, Təqsirləndirilən şəxs yüngül əqli gerilik (orta debillik dərəcəsində oliqofreniya) (F70.1) aşkar olunur. Bunu anamnestik məlumatlar-erkən yaşlarında psixi inkişafda bir qədər geri qalması, əqli gerilik və davranış pozuntuları ilə əlaqədar orta məktəbdə təhsil almaması, 12 saylı xüsusi internat məktəbində 9 sinif oxuması, SN 1 saylı Respublika Psixiatriya Xəstəxanasında və 2 nömrəli X2 (orta kəmağıllıq qulluq və müalicə tələb edən nitq və davranış pozuntuları diaqnozu ilə) müalicədə olması, xəstəliyi ilə əlaqədar İİ qrup əlil hesab edilməsi, həmçinin hazırkı müayinə zamanı mülahizələrinin səthiliyi, intellektin aşağı olması, bilik ehtiyatının kasadlığı, təfəkkürünün konkretliyi və sair sübutedir. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs müayinəzamanı suallara mahiyyətinə uyğun cavablar verməsi, kifayət qədər məntiqli mühakimələr yürütməsi, kobud yaddaş pozuntuları aşkar etməməsi, cinayət əməlini etiraf etməsi belə nəticəyə gəlməyə əsas verir ki, yoxlanılan şəxdə qeyd olunan əqli gerilik o dərəcədə ifadə olunmayıb ki, onu öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərininfaktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi barəsində anlaqlı hesab edilməlidir.Eyni Zamanda qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs onda qeyd olunan “yüngül əqli gerilik(orta debillik dərəcəsində oliqofreniya)” nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onda qeyd olunan davranış pozuntuları ilə əlaqədar hərəkətlərini tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Qeyd olunan səbəbdən Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Cinayət işi materiallarının aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır. -Təqsirləndirilən şəxs yüngül əqli gerilik (orta debillik dərəcəsində oliqofreniya) aşkar olunur. -Təqsirləndirilən şəxs oğıunda qeyd olunan əqli gerilik o dərəcədə ifadə olunmayıb ki, onu öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidaqında məhrum etsin. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Eyni zamanda qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs onda qeyd olunan “yüngül əqli gerilik (orta debillik dərəcəsində oliqofreniya)” nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onda qeyd olunan davranış pozuntuları ilə əlaqədar hərəkətlərini tam həcmdə idarə etmək iqtidarında olmamışdır. -Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci və 21.3-cü maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi mülicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X14 3-28-29/2-4262/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə X16 göndərişi əsasında yuxarıda adı göstərilən xəstəxanaya stasionar müalicəyə qəbul olunmuş, müalicəsi davam etdirilir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs tələbnaməsindən müəyyən olunur ki, onun məhkumluğu yoxdur. Məhkəmə toplanmış sübutları araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, zərərçəkmiş şəxsin və şahid ifadələri, ibtidai araşdırma orqanı tərətindən tərtib olunmuş qərar və protokollar, həmçinin hadisə yerinə baxış protokolu, məhkəmə ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan dövrdə törətməsini və 59.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışa və “Məhkəmə Elektron İnformasiya Sisteminə” əsasən Təqsirləndirilən şəxs ikinci dərəcəli əlil olması müəyyən olunmaqla, aylıq 250 manat məbləğində pensiya alır, ona qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu diaqnozu qoyulmuş və onun müayinə və müalicə olunmasına ehtiyyac olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1.7-ci maddəsinə əsasən cinayətin az yaşlıya qarşı törətməsini onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə nəzərə alır ki, “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 iyun 2008-ci il tarixli 6 №-li qərarının 1-ci bəndinə əsasən məhkəmələr bu kateqoriyalı işlər üzrə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı yetkinlik yaşına çatmayan şəxslərin qanuni hüquqlarının müdafiəsinə, onların barəsində ədalətli cəzaların təyin edilməsinə, onlar tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına, bu cinayətləri doğuran səbəblərin aradan qaldırılmasına xüsusi diqqət yetirməlidirlər. Həmin qərarın 7-ci bəndinə əsasən məhkəmələrə tövsiyə olunsun ki, yetkinlik yaşına çatmayan şəxs onun cinayət məsuliyyətinə cəlb olunmasına imkan verən yaşa çatdıqda, lakin öz hərəkətinin (hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və yaxud da onları idarə etmək qabiliyyətini məhdudlaşdıran psixi pozuntu ilə əlaqədar olmayan psixi inkişafdan geri qaldıqda, o, cinayət məsuliyyətinə cəlb edilməyə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan əlavə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X4 təməl prinsiplərindəndir. Məhkəmə Təqsirləndirilən şəxs “yüngül əqli gerilik (orta debillik dərəcəsində oliqofreniya)”, yəni ikinci dərəcəli əlil olması müəyyən olunmaqla, ona qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu diaqnozu qoyulmuş və onun müayinə və müalicə olunmasına ehtiyac olduğunu, məhkəmə baxışı zamanı psixi durumunun pisləşməsilə əlaqədar “yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları” diaqnozu ilə 18 aprel 2025-ci il tarixdən 21 may 2025-ci il tarixədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” X19 xəstəxanasında stasionar müalicədə olduğunu nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının tətbiqi onun şəxsiyyətinə və səhhətinə uyğun olmayacaqdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan cəzasının çəkilməsini mümkün hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etdikdə onun məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halları, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsi və səmimi peşmançılığını nəzərə alaraq onun islah olunmasını cəmiyyətdən təcrid etmədən, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla cəzasını şərti tətbiq etməklə mümkün sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs üzərində müəyyən edilmiş sınaq müddətinin başlanğıcının Azərbaycan Respublikası CİM-nin 181.1-ci maddəsinə əsasən, hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalı olmasını nəzərə alır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə nəzərə alır ki, baxılan iş üzrə xüsusi müsadirə edilən əmlak müəyyən edilməmişdir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi üçün isə 450 AZN (dörd yüz əlli) manat Bakı şəhəri 5 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilib, təyin edilən 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunmaqla Təqsirləndirilən şəxs üzərində 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək, barəsində hökm qanuni qüvvəsini alanadək «başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Hökmün icrasına nəzarət sınaq müddəti ərzində onun yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia olmaması nəzərə alınsın. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 450 AZN (dörd yüz əlli) manat Bakı şəhəri 5 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-854/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-854/2025
19.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver