Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-855/2023 29.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X1 və Ağalı Amil Əlabbas oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2 müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 evdə yaşamış, 02 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 04 oktyabr 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs naməlum vaxtda və naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib, üzərində saxlayaraq daşımış, 02 oktyabr 2022-ci il tarixdə, saat 13:00-da ünvan 3 ünvanın yaxınlığında Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin (bundan sonra: RPİ-nin, PŞ-nin) əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq ünvan 5 ünvanında yerləşən 18-ci PŞ-nin inzibati binasına aparılmış və orada videoçəkilişdən istidfaə olunmaqla polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə onun üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd gümüşü rəngli kağız parçasına bükülmüş, təmiz çəkisi 3,289 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsi əldə edərək saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, o, narkotik vasitələrdən ot (burada: marixuana) və kakos (burada: heroin) istifadə etmiş, əsasən bunu ad günlərində, toy məclislərində istifadə etmişdir. Qızı Niyazova X4 Akademiyasında oxuduğu üçün o, yataqxana tipli binanın ikinci mərtəbəsində ailəsi ilə birgə kirayənişin olaraq yaşamışdır. Amma sonralar istifadə etməməsi üçün müalicə almağa başlamışdır. Keçən ilin, yəni 2022-ci ilin oktyabr ayının 2-si saat 10-11 radələrində o, ailə üzvləri ilə, o cümlədən qızları Nərmin və Səbinə, oğlu Elmir və arvadı kirayədə yaşadıqları evdə olarkən qapı döyülmüş, qapını qızı Səbinə açmış və “ata, səni çağırırlar.” demişdir. Çölə çıxmış, gələnin mülki formada bir nəfər polis əməkdaşı olduğunu öyrənmiş, onun əməliyyatçı olduğunu sonradan bilmişdir. Bir dəfə də sentyabr ayında həmin polis onun yaşadığı evə gəlmiş və kirayə müqaviləsinin olub-olmadığını soruşmuşdur. Bu dəfə də kirayə müqaviləsi olub-olmadığını soruşmuş, o isə olmadığını demişdir. Həmin polis onun mobil mömrəsini götürmüş, nömrənin həqiqətən də ona məxsusluğunu yoxlamaq üçün o, özünə məxsus ***-***-**-** nömrədən, polisin nömrəsinə zəng etmiş və sonra onlar çıxıb getmişlər. Onlar gedəndən sonra üstündən yarım saat keçməmiş, saat təqribən 11- 12 arası 18-ci polis bölməsindən bir dəfə də polislər gəlmiş, ona, əynini geyib aşağı düşməyi təklif etmişlər. O da ayaqqabısını geyinib aşağı düşmüş, lain həmin vaxt telefonunu götürə bilməmişdir. Gələnlər üç nəfər polis olmuş, onu gəldikləri ağ rəngli, “Tucson” markalı maşına mindirmiş və maşında 18-ci polis bölməsindən olduqlarını bildirmiş və onu bölməyə aparmışlar. O, kirayə müqaviləsi ilə əlaqədar aparıldığını düşünmüşdür. Bölməyə girəcəkdə sola dönən zaman arxadan sol tərəfdən onun qulağına zərbə dəymişdir. Dönmək istədikdə, bu dəfə üzündən yenə zərbə dəymiş və ona “sən hələ düzəlməmisən” demiş, otağa salıb döymüş, şəxsiyyətini alçaltmış, onu ailəsi ilə hədələmiş, ən nəhayət, cibinə narkotik vasitə qoyaraq boynuna götürməyə məcbur etmişlər. O, etiraz edib səbəbini soruşduqda ona “sən hələ islah olmamısan” cavabını vermişlər. Rəisin otağına da aparıb orada əynindəki şalvarını aşağı çəkmiş, onu özünüq qayışı, şunurla döymüşlər. O, boynuna almadıqda, ondan telefonu tələb olunmuş, o, telefonunun evdə qaldığını bildirmişdir. Bundan sonra onun telefonunu gətirməyə getmişlər. Rəis boynuna almadığı təqdirdə aparıb yarım kiloqram evində ailəsinin alt paltarından çıxarmağı tapşırmışdır. Ailəsiylə təhdid olunduğu üçün qorxmuş və tələblə razılaşmışdır. Bundan sonra ona kağızın arasında narkotik verilmiş, narkotik vasitəni Montin bazarında dəmirlərin yanından tapmasını deməsi tapşırılmışdır. Bundan sonra video çəkiliş vaxtı o, “Montin” bazarına getdiyini və narkotik vasitəni oradan tapdığımı demişdir. Kağızın arasında narkotik arasında verilən demək olar ki, qum olmuş, qum onun cibinə dolmuşdur. Bu artıq onun həyatında ikinci dəfə baş vermiş, onun başına oyun gətirmişlər. Birinci dəfə o, ot çəkdiyi yerdə tutumuş, həmin vaxt o, “kakos”, “patı” nə olduğunu tanımamış, amma buna baxmayaraq onları da onun üzərinə “yükləmişlər”. Birinci dəfə ona kim pres vermişdisə, həmin adam ikinci dəfə də orada olmuşdur. O, polis tərəfindən çağrılarkən evdə onun 21 və 19 yaşlı qızları olmuşdur. Polislər birinci dəfə gələn zaman həyat yoldaşı da evdə olmuşdur. İkinci dəfə gələn zaman isə arvadı evdə olmamışdır. İstər birinci və istərsə də ikinci dəfə polis tərəfindən çağrılarkən onun üzərində hər hansı bir narkotik vasitə olmamışdır. Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərdi ki, işgəncə faktı ilə bağlı məhkəmədə danışmamaq ona tapşırılmış, ailəsi ilə hədələnmiş, əks təqdirdə onunçün pis olacağı ilə hədələnmişdir. Odur ki, qorxub, polislər nə demişdilərsə, o da məhkəmədə elə də demişdir. İstintaq təcridxanasına göndəriləndə müayinə olunmuş, lakin nəsə deməyə qorxaraq heç nə deməmişdir. Lakin qabırğası batırılmış, zədəli dişi sındırılmış, dodağım içəri tərəfdən partlamış, qulağı da içəridən göyərmişdir. Təcridxanada müayinə zamanı soruşulmuş, o, döyülmədiyini bildirmişdir. Şüvəlanda təcridxanada olanlar şikayət entməyi ona başa saldıqdan sonra o, işgəncə faktı ilə bağlı prokurorluğa müraciət etmişdir. Hadisənin üzərindən xeyli müddət keçdikdən sonra prokukorluğun əməkdaşları Şüvəlan təcridxanasına gəlmiş, işgəncə faktı ilə bağlı onun izahatını almış, onu tibbi ekspertizadan keçirmişlər. Lakin nəticə barədə ona məlumat verilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan ibtidai istintaqın ilkin mərhələlərində şübhəli və təqsirləndirilən şəxs qismində dindirildiyi müvafiq olaraq 03 və 04 oktyabr 2022-ci il və tarixli ifadələrində Azərbaycan Respublikası CM-nin 234.1-1-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində nömrəsiz fərdi tikilidə ailəsi ilə birlikdə kirayəşin yaşamaqdadır. 2001-ci ildən evlidir və evlilikdən 2008-ci il təvəllüdlü Elmir, 2005-ci il təvəllüdlü Nərmin və 2002-ci il təvəllüdlü Səbinə adlı 3 övladı vardır, hal-hazırda heç bir yerdə işləmir və bir neçə il ərzində narkotik vasitə olan “kakos”dan istifadə etmişdir. 2019cu ilin iyun ayında Nərimanov rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəzasının qalmış hissəsindən “8 Noyabr Zəfər günü” münasibəti ilə amnistiya qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrinin davamında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 11:30 radələrində gəzmək üçün yaşadığı ünvandan çıxıb, tək piyada gəzərək “Montin Bazarı” adlı yerin yaxınlığından keçərkən yolun kənarında dəmir barmaqlıqların arasında gümüşü rəngli büküm görmüş, həmin bükümün narkotik vasitə ola biləcəyini düşünərək götürüb amış və içərisində həqiqətən “kakos” adlanan maddənin olduğunu görmüşdür. Bundan sonra həmin bükümü şəxsi istifadəsi üçün əynindəki göy rəngli cins şalvarın sol yan cibinə qoymuş və piyada yoluna davam etmişdir. Həmin gün saat 13 radələrində Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi 21 ünvanının qarşısı ilə piyada gedərkən mülki geyimdə olan iki nəfər şəxs yaxınlaşaraq özlərini təqdim edib Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları olduqlarını bildirərək üzərində narkotik vasitə və ya psixotrop maddə olmasından şübhələndiklərini deməklə onun Nərimanov RPİ-nin 18-ci PŞ-nə getməsini xahiş etmişlər. O, polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-nin 18-ci PŞ-nə getmiş, Polis Şöbəsində ona üzərində narkotik vasitə və ya psixotrop maddə olmasından şübhələndiklərinə görə axtarış və götürmə aparacaqları bildirilmişdir. Ona görə də ona hüquqlarını izah edib vəkil siyahısı təqdim edilmiş, istədiyi vəkili hüquqlarının müdafiəsi üçün seçə biləcəyi izah olunmuşdur. Bundan sonra təqdim olunmuş siyahıdan X6 hüquqlarının müdafiəsi üçün seçmiş və vəkil X9 Şöbəsinə dəvət edilmişdir. Vəkil gəldikdən sonra onun və onu Polis Şöbəsinə gətirmiş polis əməkdaşların iştirakları ilə üzərində şəxsi axtarış və götürmə aparılmağa başlanılmışdır. Polis əməkdaşı tərəfindən ona üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə olduğu təqdirdə, könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o, əynində olan göy rəngli cins şalvarın sol yan cibində saxladığı 01 ədəd gümüşü kağıza bükülmüş bükümü, bundan başqa “Winston” markalı siqaret qutusunu və sağ yan cibindən “Redmi 8” markalı mobil telefonu çıxarıb təqdim etmiş, 01 ədəd gümüşü kağız bükümdəki maddənin narkotik vasitə olan "kakos" olduğunu səmimi etiraf etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən zərfdə qablaşdırılmış, möhürlənmiş və qablaşmanın üzəri onun özü, həmçinin polis əməkdaşları və vəkil tərəfindən imzalanmışdır. Sonra bu barədə protokol tərtib olunmuş və protokolun düzgünlüyü imzalanmışdır. Bir neçə il ərzində narkotik vasitələr istifadə etsə də, ümumiyyətlə narkotik vasitə satmamış və heç kimə pay olaraq verməmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrinin yekununda göstərmişdir ki, o, uzun müddət ərzində ***-***-**-** saylı mobil nömrədən istifadə etmiş və Polis Şöbəsində üzərinə baxış zamanı aşkar edilən “Redmi 8” markalı mobil telefonun içərisində də məhz ***-***-**-** saylı həmin mobil nömrə olmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzərinə baxış keçirilərkən ona qarşı hər hansı zor və ya təzyiq olmamışdır. Qanunsuz olaraq narkotik maddələr, narkotik vasitələr əldə etmənin cinayət olduğunu bilmimş və əməlindən peşman olmuşdur (iş vərəqə: 51-53, 66-68). Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələri ilə məhkəmə baxışı zamanı verdiyi ifadəsinin arasında müəyyən olunan ziddiyyətlərə aydınlıq gətirərək ifadəsində göstərdi ki, o, ibtidai istintaq zamanı başına gələnləri müstəntiqə danışmış, lakin müstəntiq danışdıqlarını qeyd etməmişdir. O, müstəntiqə şifahi etirazını bildirsə də, müstəntiq onun saflığından və savadsızlığından istifadə etmiş və bildiyini, deyilənlərin əksini yazmışdır. Gözləri tam görmədiyi və latin yazılarını oxuya bilmədiyi üçün sənədləri imzalamışdır. Bundan başqa, o, birinci məhkumluğuna görə iş tapa bilmədiyindən üzərində olan “stop”unu götürməsi üçün birinci müstəntiqi olmuş Yaqub müəllimə müraciət etmiş, lakin Yaqub müəllim onu düz bir il süründürmüşdür. Belə ki, Yaqub müəllim ona bunun xərci olduğunu ona demiş, o da onun istədiyini etmədiyindən sonuncu onun “stop”unu götürməmiş, ona “gör sənin başına nə oyun açacam” demişdir. “Asan” xidmətdə olarkən polislər gəlib oradan onu aparmış, ona “stop” olduğunu bildirmişlər. Məhz buna görə müstəntiq Yaqub müəllimin onu tutdurmasından şübhəlidir. Sonra isə istintaq zamanı yekunda məhkəmədə verdiyi ifadəsinə uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı tədqiq olunan daha bir - 18 yanvar 2023-cü il tarixli ifadəsində məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsinə uyğun ifadə verib konkret olaraq göstərmişdir ki, o, ********* nömrəli cinayət işi üzrə özünü təqsirli bilmir, ona Azərbaycan Respublikası CM-nın 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla razı deyildir. İlkin ifadəsini təziq altında vermiş, üzərindən çıxan narkotik vasitə ona məxsus deyildir. Ümumilikdə, saxlanılarkən üzərində qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya və ya predmet olmamışdır. Üzərində çıxan narkotik vasitəni polis əməkdaşları tərəfindən təzyiq olunduqdan sonra onlardan götürərək cibinə qoymuş, bu hərəkəti polis əməkdaşlarının ona qarşı zorakılıq hərəkətlərindən sonra etmişdir. Ona təzyiq və zorakılıq göstərən 4 nəfər polis əməkdaşını tanımır, anket məlumatlarını bilmir, həmin polis əməkdaşları onu döymüş, ailə üzvlərindən narkotik vasitə çıxacağı ilə hədələnmişdir. Ona təzyiq göstərən polis əməkdaşları üzərinə baxış keçirilərkən iştirak etmiş polis əməkdaşları olmamışdır. Həmin vaxt xəsarət alsa da, müstəntiq, polis kapitanı Səddam Hüseynə bu barədə məlumat verməmiş, xəsarətləri qulaq, ağız və sağ qarın nahiyəsində, yəni qabırğasında olmuşdur. Onu polislər qorxutduğu üçün heç kimə bu barədə məlumat verməmişdir. Hal-hazırda heç bir xəsarəti yoxdur, tibbi müayinədən keçməkdən imtina edir (iş vərəqə: 198-199). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərdi ki, 2022-ci ilin oktyabr ayının əvvəllərində, təqribi yadında qaldığı qədər 02 oktyabr 2022-ci il tarixdə Nərimanov RPİ-nin 18-ci PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı Şahid2 ilə birlikdə inzibati ərazidə xidməti gəzintidə olarkən xidmət etdikləri şöbədən Nərimanov rayonu, A.Heydərov küçəsi 21 saylı ünvanda yaşayan bir nəfərin narkotik vasitələrin istifadəsində şübhəli olması və həmin şəxsin xarici görünürşü barədə məlumat verilmiş və həmin şəxslə maraqlanmaq tapşırılmışdır. Lakin məlumatda Təqsirləndirilən şəxs adı çəkilməmişdir. Məlumat Şöbədən gəldiyi üçün onlar həmin məlumatı rəsmləşdirməmişlər. Odur ki, ünvan 3 ünvanın ətrafında müşahidələr aparmış, günorta saatlarında qeyd olunan ünvanın qarşısında 1 nəfər şəxsin, yəni hazırda barəsində işə baxılan Təqsirləndirilən şəxs onlara verilən məlumatda göstərilən şəxsə oxşadaraq yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmiş, Nərimanov RPİ-nin 18-cı PŞ-nin əməkdaşları olmalarını bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs özünü şübhəli aparmış, yerişi normal olmamış, dönüb arxaya onlara, ora-bura baxmış və hərəkətlərindən narkotik vasitənin təsiri altında olduğu hiss olunmuşdur. Onlar özlərini təqdim etdikdən sonra həmin şəxsdən özünü təqdim etməsini istəmişlər, həmin şəxs danışarkən suallardan yayınmağa və oradan getməyə çalışmışdır. Onun üzərində narkotik vasitə daşımasında şübhələnib Nərimanov RPİ-nin 18-ci PŞ-nə dəvət etmiş, onu xidmətlərində olan ağ rəngli “Tucson” markalı maşınla Şöbəyə aparmışlar. Polis Şöbəsində şəxsin anket məlumatları dəqiqləşdirilmiş və şəxsin ünvan 6 ünvanında yaşayan, hazırda barəsində cinayət işinə baxılan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs saxlanılması ilə əlaqədar PŞ-nin rəhbərliyinə yazılı raportla məruzə etmiş, bundan sonra Nərimanov RPİ-nin 18-ci PŞ-nin inzibati binasındakı xidməti otaqlardan birində təhqiqatçı tərəfindən təyin edilmiş müdafiəçinin və onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılmışdır. Hələ şəxsi axtarış aparılmazdan əvvəl o, özü Təqsirləndirilən şəxsla söhbət apararkən sonuncu narkotiklərdən istifadə etdiyini etiraf etmiş, lakin Əhədin üzərinə baxış keçirməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təhqiqatçının suallarına cavab olaraq əynindəki cins şalvarın cibindən bir bükümdə narkotik vasitəni çxarıb təqdim etmiş və özünün istifadəsi üçün saxladığını bildirmişdir. Hadisənin baş verdiyi tarixdən uzun müddət keçdiyi üçün Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarışın detalları tam yadında qalmamışdır. O, Şəxsi axtarışın gedişatı barədə ibtidai istintaq mərhələsində verdiyi ifadəsində göstərmiş və həmin prosesin videogörüntüləri, bildiyinə görə diskdə iş materiallarına əlavə edilmişdir. Şahid1 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs saxlanılarkən saxlanıldığı yer onun yaşadığı ərazi olduğunu bildirmişdir. Lakin onlar, rəsmi icazələri olmadığından Təqsirləndirilən şəxs evinə daxil olmamış, onun hansı mərtəbədə yaşadığını bilməmişlər. Onlar Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəni hardan əldə etməsini, istintaq orqanı tərəfindən əməliyyat tapşırığı verilməsinə baxmayaraq, müəyyən edə bilməmişlər. Təqsirləndirilən şəxs saxlanılarkən onun üzərində mobil telefon olması təqribi yadında qalmışdır. Təqsirləndirilən şəxs onu yaşadığı evdən tutub aparmaları barədə ifadəsində göstərdikləri doğru deyildir. Təqsirləndirilən şəxs saxlanılarkən onlar onun evinin içində olmamışlar. O, Təqsirləndirilən şəxs kirayə müqaviləsi ilə bağlı müraciət etməmiş, sahə inspektorunun müraciət edib-etməməsini o, bilməmişdir. Onlar Təqsirləndirilən şəxs saxlayarkən, onu PŞ-nə apararkən ona qarşı hər hansı zorakılıq hərəkətləri etməmişlər. Onlar Təqsirləndirilən şəxs saxlayarkən onun narkotik vasitə ilə bağlı əvvələr də məhkum olunduğunu bilməmişlər. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 18-ci PŞ-nin polis digər əməkdaşı - sahə inspektoru, polis baş leytenantı Şahid2 məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, Bakı şəhərində valideynləri, o cümlədən atası Təqsirləndirilən şəxsla birlikdə Arif Heydərov küçəsində 4 mərtəbəli binanın 3-cü mərtəbəsində kirayədə yaşamışlar. Kirayə olduğu üçün ünvanı tam dəqiqliklə bilməmişdir. 2022-ci ilin oktyabr ayının 2-də, bazar günü səhər saatlarında – təqribən 10- 11 radələrində 5 nəfərdən ibarət ailə üzvlərinin hamısı evdə ikən mənzilin qapısı döyülmüşdür. Qapını o, açmış, biri mülki geyimdə, biri isə polis formasında iki nəfərin qapıda durduqlarını görmüşdür. Gələnlər evdə kim olması ilə maraqlandıqda o, ailə üzvləri evdə olduqlarını demişdir. Evin özlərinə məxsus olub-olmaması ilə maraqlandıqda o, mənzildə kirayə qaldıqlarını bildirmişdir. Atası ilə maraqlandıqda o, anasıyla atasının otağına daxil olmuş, yatmış atasını oyatmış və onu çağırdıqlarını ona demişdir. Atası durub əynini dəyişmiş və qapıya çıxmışdır. Həmin vaxtı onlar atası ilə birlikdə aşağı düşmüş və az bir müddət sonra qayıdıb evə gəlmişdir. Sonra anası, atası və qardaşı bankomatdan pul çıxarmağa getmiş, sonra atası evə qayıtmışdır. O, səhər yeməyi hazırlamış, ikisi oturub çay içmişdir. Təqribən bir saat sonra mənzilin qapısı yenə döyülmüşdür. Yenə də o, çıxıb qapını açmışdır. Yenə səhər gələn həmin şəxslərdən mülki formada olan şəxsi qapıda görmüş, sonuncu ondan atasını çağırmağı istəmişdir. Atası çıxmış və onlar birlikdə çıxıb getmişlər. O, sonra pəncərədən baxmış, iki nəfər də mülki formada olan başqa şəxslərin də olduğunu görmüşdür. Yanlarında markasını bilmədiyi bir maşın olmuşdur. Sonra içəri girmiş, 5 dəqiqə sonra təkrar baxmış, çıxıb getdiklərini görmüşdür. O, anasına zəng edib nə məsələ olduğunu soruşduqda, anası xəbərinin olmadığını bildirmişdir. Sonra elə həmin gün səhər-səhər mülki formada olan şəxs yenə də onlara gəlmiş və atasının telefonunu istəmişdir. Niyə istədiyini, atasının harada olduğunu soruşmuş, sonuncu ona narahat olmamağı demiş, gələcəyini bildirmiş, lakin açıqlama verməmişdir. Sonra o, atasının telefonunu axtarmış, atasının telefonunu tapmamışdır. Şəxsi tanımadığı üçün əvvəlcə telefonu verməyə tərəddüd etmişdir. Həmin vaxt qardaşı da evdə olmuş, qardaşının telefonu ilə atasının telefonuna zəng olunmuş, telefon çağırsa da səsini eşitməmişlər. Bundan sonra atasına yığmış, ondan telefonun harada olduğunu soruşmuşlar. O, həmin vaxt atasının səsini eşitmiş, sonuncu telefonun qapının ağzında asılqanın yanında, papağının yanında olduğunu bildirmişdir. O, baxıb telefonu görmüş, götürüb vermişdir. Sonra təkrarən atasının harada olduğunu soruşmuş, bu dəfə polis bölməsində olduğunu bildirmiş, gələcəyini deyib getmişdir. Bundan sonra onları görməmişdir. Şahid3 ifadəsinin davamında göstərdi ki, 02 oktyabr tarixdə ilk dəfə onlara gələn şəxslərdən biri polis formasında olduğundan o, gələnlərin polis olduğunu bilmişdir. İkinci dəfə gələn şəxs isə mülki geyimdə olsa da, o, onun polis olduğunu bilmişdir. İlk dəfə gələn zaman özlərini təqdim etsələr də, o, onlardan mülki formada olan şəxsin adının Rauf olduğunu yadında saxlamış, digərinin adı onun yadında qalmışdır. Onların hər üç gəlişində də qapını o özü açmışdır. Atası onların nə üçün gəldiyini onlara deməmiş, o, hətta polisdən də nə üçün gəldiklərini soruşmuş, lakin onlar da ona heç nə deməmişlər. Onlara gələn Rauf adlı şəxs özünün ***-***-**-** mobil nömrəsini əlaqə saxlaya bilmələri üçün onlara vermişdi, sonra anası X7 özünün ***-***-**-** saylı mobil nömrəsi ilə Raufla əlaqə saxlamış və atası Təqsirləndirilən şəxs nömrəsinə zəng etmiş və atasının Polis Şöbəsində olmasını təsdiq etmişlər. Polislər bir dəfə də onlra gəlmiş, bu dəf gələnlər başqa şəxslər olmuşlar. Onlar anasından icazə alıb evə baxmış, heç nə tapmamış və sənəd yazmışlar. Həmin sənədlərə anası imza etmişdir. Şahid3 ifadəsinin yekununda göstərdi ki, o, atasında heç vaxt narkotikə və ya içkiyə meyl hiss etməmiş, evdə heç vaxt atasının narkotikdən istifadə etdiyini eşitməmişdir. Heç vaxt kimlərsə onların evinə gəlib-getməmiş, atası dostlarının onlara gəlib-getməsini xoşlamamışdır. Məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs saxlanılması haqqında Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 və sahə inspektoru, polis baş leytenantı Şahid2 tərəfindən tərtib olunan 02 oktyabr 2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs protokol tərtib olunan tarixdə - 02 oktyabr 2022-ci il tarixdə, saat 13:00-da ünvan 3 ünvanın yaxınlığında şübhəli şəxs qismində Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 5 ünvanında yerləşən 18-ci Polis Şöbəsinin inzibati binasına aparılmışdır (iş vərəqə: 3). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış aparılması və götürmə» haqqında 02 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin inzibati binasında xidməti otaqlardan birində Nərimanov RPİ-nin 18-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, həmin şöbənin polis sahə inspektoru, polis baş leytenantı Şahid2 və Bakı şəhəri 25 saylı vəkil bürosunun vəkili X3 iştirakı ilə Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Vüqar Ələkbərli tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmış, şəxsi axtarış başlamazdan əvvəl təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs onun paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Təhqiqatçının təklifindən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın ciblərindən bir ədəd «Redmi» markalı mobil telefonu, «Winston» markalı bir ədəd siqaret qutusunu, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən içərisində spesifık qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli maddə olan siqaretin gümüşü rəngli kağızına bükülmüş 01 ədəd bükümü təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindəki maddənin narkotik vasitə hesab olunan "kakos" adı ilə tanınan heroin olduğunu, həmin narkotik vasitəni 02 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda “Montin” bazarı adlanan ərazidə yolun kənarındakı dəmir barmaqlıqların arasından tapdığını, həmin narkotik maddəni əynindəki göy rəngli cins şalvarının sol yan cibində öz istifadəsi üçün saxlayaraq 02 oktyabr 2022-ci il tarixdə Nərimanov rayonu, A.Heydərov küçəsi 21 ünvanının qarşısına gəldiyini və saat 13:00 radələrində qeyd olunan ünvanın qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Tədqiq olunan həmin protokoldan, həmçinin görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş maddə sonuncunun özünün, onun müdafiəçisinin və digər iştirakçıların iştirakı ilə bir ədəd zərfə qablaşdırılmış və zərfin üzəri 224 nömrəli möhürlə möhürlənmişdir. Ən nəhayət, tədqiq olunan həmin protokoldan görünür ki, şəxsi axtarış "Panasonic HC-V770" markalı videokamera vasitəsi ilə lentə alınmış və həmin videogörüntülərin yükləndiyi bir ədəd DVD-R formatlı disk tərtib olunan protokola əlavə edilmişdir (iş vərəqə: 25-27). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına dair «şübhəli şəxsin üzərində axtarış aparılması və götürmə» haqqında 02 oktyabr 2022-ci il tarixli protokola əlavə edilmiş «diskə baxış keçirilməsi haqqında» 17 yanvar 2023-cü il tarixli protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin yükləndiyi həmin diskdəki videogörüntülər «şəxsi axtarış aparılması və götürmə» haqqında 02 oktyabr 2022-ci il tarixli protokolun məzmununa uyğundur və ziddiyyətlər müəyyən edirlməmişdir(iş vərəqə: 170). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun üzərində aparılan şəxsi axtarış prosesini özündə əks etdirən bir ədəd DVD-R formatlı diskə yüklənmiş videogörüntülərlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən sonuncunun əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir bükümdə heroin narkotik vasitəsinə oxşar qəhvəyi rəngli kütləni çıxarıb təqdim etməsi, təqsirləndərilən şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindəki maddənin narkotik vasitə hesab olunan "kakos" adı ilə tanınan heroin olduğunu, həmin narkotik vasitəni 02 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda “Montin” bazarı adlanan ərazidə yolun kənarındakı dəmir barmaqlıqların arasından tapdığını, həmin narkotik maddəni əynindəki göy rəngli cins şalvarının sol yan cibində öz istifadəsi üçün saxlayaraq 02 oktyabr 2022-ci il tarixdə Nərimanov rayonu, A.Heydərov küçəsi 21 ünvanının qarşısına gəldiyini və saat 13:00 radələrində qeyd olunan ünvanın qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirməsi, bundan başqa, Təqsirləndirilən şəxs üzərindən «Redmi» markalı mobil telefonun, «Winston» markalı bir ədəd siqaret qutusunun götürülməsi təsdiq olunur. Tədqiq olunan DVD-R formatlı həmin diskə yüklənmiş videogörüntülərin şəxsi axtarış aparılması barədə tərtib olunan 02 oktyabr 2022-ci il tarixli protokola uyğun olduğu, ziddiyyətlərin aşkar olunmadığı müəyyən edilmişdir (iş vərəqə: 25-26, 27). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/5672 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 224” dairəvi möhür əksi olan “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və təmiz çəkisi 3,289 qram təşkil edir. Tədqiq olunan həmin rəydən görünür ki, tədqiqata təqdim olunan 3,289 qram heroin narkotik vasitədən 0,05qram ekspertiza tədqiqatına sərf olunmuş və 3,239 qram heroin narkotik vasitəsi qalıq qalmışdır. Rəydən görünür ki, heroin 2005 ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısna (Siyahı İ) daxildir (iş vərəqə: 35-39). İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmənarkaloji ekspertizasının 12 noyabr 2022-ci il tarixli, 6780 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: 149-150). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası DİN-in Baş İnformasiya və Komunikasiya İdarəsindən daxil olmuş, 01 avqust 2022-ci il tarixdən 02 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş sonuncuya məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə bağlı telefon danışıqları, SMS yazışmalar, anten və digər məlumatları özündə əks etdirən 01 ədəd CD diskdə olan “Nərimanov RPİ 078-33208-1222 məhkəmə_B-S yer dəyişdirmə (Hamısı - abunə ilə) _**********30” adlı qovluğa baxış keçirilərkən xx.xx.2022-ci il tarixdə, saat 12:22:03-də tədqiq olunan ***-***-**-** saylı nömrəyə **********55 saylı nömrədən “Qardaw salam. Hacan goruwek.? Hem 80 man verim, hem de 2 qram daw, 2 bawda ot goturum. Bu gun ad gunumdu. Amma deqiq vaxtini yaz. Mende rawotumu bilim ol” məzmununda SMS daxil olduğu müəyyən edilmişdir. Həmçinin baxış zamanı, “Nərimanov RPİ 078-33208-1222 məhkəmə_B-S yer dəyişdirmə (Hamısı - abunə ilə) _**********30” və “Nərimanov RPİ 078-33208-1222 məhkəmə_Sms statistika (Texniki parametr ilə)_**********30” adlı fayllara baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəylə **********55 saylı nömrə arasında çoxsaylı qarşılıqlı telefon danışıqlarının olması müəyyən edilmişdir (iş vərəqə: 171). Bundan başqa, cinayt işinə məhkəmə baxışı zamanı tədqiq olunan «Bakcell» mobil şəbəkəsindən məhkəməyə 24 may 2023-cü il tarixli, BKC/LGL-4024/23 saylı məktubla təqdim olunan bir ədəd elektron daşıyıcıya yerləşdirilmiş məlumatlarla xx.xx.2022-ci il tarixdə, saat 12:22:03-də tədqiq olunan Təqsirləndirilən şəxs istifadəsində olmuş sonuncuya məxsus ***-***-**-** saylı mobil nömrəyə **********55 saylı nömrədən “Qardaw salam. Hacan goruwek.? Hem 80 man verim, hem de 2 qram daw, 2 bawda ot goturum. Bu gun ad gunumdu. Amma deqiq vaxtini yaz. Mende rawotumu bilim ol” məzmununda SMS daxil olması, eyni zamanda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəylə **********55 saylı nömrə arasında çoxsaylı qarşılıqlı telefon danışıqlarının aparılması bir daha təsdiq edilmişdir. Tədqiq olunan məlumatlarla, həmçinin müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 22:13:03-də Təqsirləndirilən şəxs istifadəsində olmuş ona məxsus ***-***-**-** saylı mobil nömrədən **********13 saylı nömrəyə «Yaxşı gül var, sən bəyənən, isdəmirsən» məzmunda sms göndərilmişdir (iş vərəqə: 171). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının 12 noyabr 2022-ci il tarixli, 2990 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda, yəni ekspertiza tədqiqatı aparılan mərhələdə hər hansı psixi xəstəlik qeyd alınmamışdır, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Tədqiq olunan rəydən, həmçinin görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda da, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə prosessual fəaliyyət qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs öz prosessual hüquqlarını şəxsən həyata keçirə bilər (iş vərəqə: 151-153). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «axtarış və götürmə aparılması haqqında» 07 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, cinayət işinin ibtidai istintaqı mərhələsində istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, ünvan 6-də axtarış həyata keçirilmiş, lakin iş üçün əhəmiyyətli ola biləcək əşyalar, o cümlədən narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir (iş vərəqə: 91-93). Məhkəmə baxışı zamanı tədqiq olunan müvafiq sənədlərlə müəyyən edildi ki, baxılan iş üzrə Təqsirləndirilən şəxsun üzərindən aşkar edilərək 01 ədəd bükümdə götürülmüş 3,289 qram heroin narkotik vasitəsi iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 3,239 qram hissəsi saxlanılması üçün Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, iş üzrə şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi “DVD-R” formatlı bir ədəd, eyni zamanda Təqsirləndirilən şəxs istifadəsində olmuş sonuncuya məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə bağlı məlumatların yükləndiyi Azərbaycan Respublikası DİN-in Baş İnformasiya və Komunikasiya İdarəsindən daxil olmuş, daha bir ədəd – cəmi iki ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 81-82, 174-183, 219). Məhkəmə baxışı zamanı müəyyən edildi ki Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitənin mənbəyinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraatda ********* saylı cinayət işi ayrılmışdır (iş vərəqə: 185-186,187). Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisi 3,289 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsi külli miqdar hədlərində olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisinin 3,289 qram olmaqla külli miqdar təşkil etməsi, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi, onun narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olmasını təsdiq edən sms yazışmaların və danışıqların müəyyən olunması, əməliyyat xidmətinin bu barədə məlumatları və işin ayrı-ayrı halları təqsirləndirilən şəxsin ondan aşkar edilib götürülmüş heroin narkotik vasitəsini satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq heroin narkotik vasitəsini külli miqdarda əldə edib saxlaması və daşıması, yəni Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi məhkəmə baxışı nəticəsində təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır və ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı qeyri-etirafedici ifadələrini, küçədə deyil, polis tərəfindən evindən çağrılıb polis orqanına aparılması, onun üzərində heç bir növdən olan narkotik vasitəsi və ya psixotrop maddə olmamaması, qanunsuz saxlanılması və polis tərəfindən təzyiqlərə, təhdidlərə və işgəncəyə məruz qalması, etirafedici ifadələr verməyə məcbur edilməsi ilə əlaqədar göstərdiklərini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Təqsirləndirilən şəxs məhkəmədə polis tərəfindən təzyiqlərə, təhdidlərə və işgəncəyə məruz qalması barədə ifadələrində göstərdiyi xüsusatlar, özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam inkar olunmuşdur. Belə ki, məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensir Xidmətinin 3 saylı İstintaq Təcridxanasından məhkəməyə təqdim olunan xx.xx.2022-ci il tarixli, 20-12/538 saylı arayışdan və Təqsirləndirilən şəxs adına 04 oktyabr 2022-ci il tarixdə açılmış 8791/2022 saylı tibbi kitabçadan görünür ki, kitabçanın 12-ci bəndinə uyğun olaraq Təqsirləndirilən şəxs 04 oktyabr 2022-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq o, tibbi müayinədən keçirilmişdir. Tibbi müayinə zamanı həbs edilmiş Təqsirləndirilən şəxs zədə almadığını bildirmiş, bədən səthinin tibbi müayinəsində yeni zədə və xəsarət izləri aşkar olunmamışdır. Bundan başqa, yenə də məhkəmə sorğusuna əsasən Bakı şəhəri Nərimanov rayon prokurorluğundan 30 mart 2023-cü il tarixli, 51-C-23 saylı məktubla məhkəməyə daxil olmuş “cinayət işi başlanmasının rədd edilməsi barədə” 10 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təzyiq, təhqir, işgəncə və qeyri-insani davranışa məruz qalması faktı ilə bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılmış, lakin fakt təsdiq olunmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Nərimanov rayon Prokurorluğunda araşdırma aparılması ilə bağlı yoxlama materialları üzrə məhkəmə-tibb ekspertizası keçirilmiş, məhkəmə-tibb ekspertizasının 06 fevral 2022-ci il tarixli, 126 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində heç bir xəsarət aşkar edilməmişdir (iş materialları). Qeyd olunanlardan başqa, məhkəmə, həmçinin iş üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlilləri, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam inkar olunduğundan, mötəbər olmayan dəlillər kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş əməliyyat-sorğu arayışından və müvafiq məhkəm hökmündən görünür ki, Niyazov X5 Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən «8 noyabr Zəfər günü münasibəti ilə amnistiya tətbiq olunması haqqında» Qərarın 2.5-ci bəndinin təsiri altına düşdüyündən cəzasının çəkilməmiş 2 ay 14 gün hissəsini çəkməkdən azad olunmuş və xx.xx.2021-ci il tarixdə müvafiq qaydada qeydiyyatdan çıxarılmışdır (iş vərəqə: 98). Göründüyü kimi Təqsirləndirilən şəxs Nərimanov Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli hökmü üzrə olan məhkumluğu o, 02 oktyabr 2022-ci il tarixdə yeni cinayəti törədərkən, 10 dekabr 2021-ci il tarixdə cəzadan azad olunduğundan, ödənilməmiş olmuşdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.2-ci maddəsinin tələblərinə görə isə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs əməli cinayətlərin residivini yaratmır və qeyd olunan bu hal cəzanı ağırlaşdıran hal kimi sonuncuya cəza təyin olunarkən nəzərə alınmamalıdır. Azərbaycan Respublikası CM-in 18.4 və 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən olunması zamanı nəzərə alınmır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqları yoxdur (iş materialları). Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 12 noyabr 2022-ci il tarixli, 6780 nömrəli rəyini əsas götürərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq olunmalı və sonuncu ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 02 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 02 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 04 oktyabr 2022-ci il tarixdə barəsində müvafiq məhkəmə qərarına əsasən “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 02 oktyabr 2022-ci il tarixdən hesablanmış və bundan sonra o, məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla həbsdə saxlanılmışdır. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu 02 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 02 oktyabr 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan, məhkum Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 3,239 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 65,0 (altımış beş) manat məbləğində ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 02 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan, məhkum Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 3,239 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfləri – 65,0 (altımış beş) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-855/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-855/2023
29.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver