Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-856/2022 27.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1981-ci ildə Balakən rayonunun Qullar kəndində doğulmuş, subay, natamam-orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06.07.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsi ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 18.02.2019-cu il tarixdə cəza müddətinin başa çatması ilə bağlı azad olunmuş, həmçinin, Qax Rayon Məhkəməsinin 12.12.2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 08.06.2021-ci tarixdə cəza müddəti başa çatmış, məhkumluqları ödənilməmiş, Balakən rayonu, Gərəkli ərazi dairəsi, Gərəkli kəndində qeydiyyatda olan və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitə və psixotrop maddələrin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Mehdi” adlı şəxsə və qeyrilərinə əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Mehdi” adlı şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 26062,1 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan narkotik vasitə heroini əldə edib tanışları vasitəsilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib H.Z.Tağıyev-Sahil yolunun Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi hissəsindən keçən 2-ci kilometrliyində yerləşən “Lokatr” adlanan ərazidəki qum təpəsinin arxasında gizlədərək bu barədə Təqsirləndirilən şəxs məlumat vermiş, sonuncu cinayətkar plana uyğun olaraq qeyd edilən ünvandan külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla həmin ünvanın yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 02 yanvar 2022-ci il tarixdə saat 19:58-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq üzərində olan hərbi çantaya baxış keçirilmiş və baxış zamanı çantanın içərisindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 07 ədəd sarı rəngli yapışqanlı lentlə bağlanmış bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 3774,7 qram, 3836,4 qram, 3509,8 qram, 3536,6 qram, 3502,3 qram, 3709,5 qram və 4192,8 qram olmaqla ümumi təmiz çəkisi 26062,1 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, təxminən 4 ay olar ki, Balakəndə işsizlik olduğundan Bakıya işləməyə gəlmişdir. Belə ki, Qaradağ rayonunda yerləşən Çənlibel daş karxanasında fəhlə kimi işə düzəlmişdir. Təxminən 2010-cu ildən narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. 2011-ci ildə tutulduqdan sonra bir müddət istifadə etməmiş və son dövrlər yenə də nəşə çəkmişdir. Belə ki, “İnstagram” sosial şəbəkəsində bir nəfər iranlı ilə tanış olmuşdur. Həmin şəxs adının Fərid olduğunu demişdir. Onlar sonradan “Whatsapp” mobil tətbiqində yazışmağa başlamışlar. Fərid ona təklif etmişdir ki, onun Azərbaycana göndərdiyi narkotik vasitələri qəbul etsin və dediyi yerlərə çatdırsın. Bunun müqabilində isə ona pul verəcəyini bildirmişdir. O da razılaşmışdır. O, Fəriddən 250 manantlıq mal götürmüş və pulunu verməmişdir, Fərid onu təhdid etmişdir ki, onu tutduracaq. O da Fəridi telefonunda bloka atmışdır. 02 yanvar 2022-ci il tarixdə gecə 03-04 radələrində Qaradağ rayonu, Qızıldaş qəsəbəsində “Lokatr” adlanan əraziyə gedən torpaq yolda polis maşını saxlamış və 5 nəfər mülki geyimdə şəxslər yaxınlaşaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər, bundan sonra onu avtomobildə otuzdurmuşlar. Səhər saat 07-yə kimi maşında qaldıqdan sonra zor tətbiq edərək, boynuna narkotik vasitə götürməyə məcbur etmişlər. Belə ki, idarəyə aparılmış və orada videoçəkiliş vasitəsilə axtarış keçirilən zaman əlinə hərbi çanta verilmiş və orada olan 07 büküm bağlamanı təqdim etmişdir. O, polislər tərəfindən saxlanılan zaman cibində cəmi 20 manat pul olub, üzərində isə narkotik vasitə olmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 02 yanvar 2022-ci il tarixdə Balakən rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs ifşa etmək məqsədi ilə yaradılmış əməliyyat qrupu 02 yanvar 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində Elşadı çanta ilə gəldiyini müşahidə etmişlər. Həmin vaxtı onlar Elşada yaxınlaşaraq özlərini təqdim etmişlər və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmişlər və hazırda onun üzərinə və daşıdığı əşyaya baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs üzərinə və daşıdığı əşyaya baxış keçirilməsinə etiraz etmədiyini və baxış keçirilməsinə razı olduğunu bildirmişdir. Bundan sonra videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə, daşıdığı əşyaya videoçəkilişlə baxış zamanı Təqsirləndirilən şəxs əlində saxladığı hərbi çantanın içində narkotik vasitə heroin olduğunu bildirib, həmin çantanı açıb əlavə sarı rəngli kisəni və həmin kisənin içində olan üzəri sarı rəngli yapışqan lentlə bağlanmış 07 ədəd bağlamanı təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 07 ədəd bağlamanın içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bağlama iştirakçıların şahidliyi ilə açıldıqda içərisində spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və o, əynində olan qara rəngli gödəkçəsinin ciblərindən bir ədəd “Samsung” markalı mobil telefonu və 01 ədəd şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heroini tanımadığı İran İslam Respublikasının vətəndaşı “Kamran” adlı şəxsin göstərişi ilə hazırda olduğu ünvandan götürdüyünü, belə ki, həmin şəxslə təxminən 1 ay müddətdir “İnstagram” sosial şəbəkəsində tanış olduğunu və sonradan “Kamran” adlı şəxslə aralarında münasibət yarandığı üçün “Whatsapp” vasitəsi ilə əlaqə saxladığını, 02 yanvar 2022-ci il tarixdə saat təxminən 14:00-15:00 radələrində “Kamran” adlı şəxs telefon zəngi vasitəsilə ilə onunla əlaqə saxlayıb İran İslam Respublikasından digər ünvana daşınması və çatdırılması üçün narkotik vasitə heroin göndərdiyini, həmin ünvanın Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, H.Z.Tağıyev-Sahil yolunun təxminən 2-ci kilometrliyində “Lokatr” adlanan əraziyə gedən torpaq yolun sağ kənarında qum təpəsinin arxası olduğunu və həmin ünvanda qum təpəsinin arxasında hərbi çantanın içində narkotik vasitə heroinin yerə qoyulduğunu, həmin yerin ünvanını ona dəqiq olaraq izah edərək gedib narkotik vasitəni götürməsini bildirmiş və hazırda həmin ünvanda narkotik vasitənin götürülməsi, “Kamran” adlı şəxsin dediyi ünvana çatdırılması məqsədi ilə olduğunu və bunun müqabilində ona 1.000 manat pul veriləcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3 və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid4 Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında tədqiq olunmuş 03 yanvar 2022-ci il tarixli 6/09 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs aşkar edilmiş 7 ədəd bağlamada....” yazısı və imzalar olan ağ rəngli kisədə hərbi çantanın içərisindəki 7 (yeddi) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 3774,7 qr, 3836,4 qr, 3509,8 qr, 3536,6 qr, 3502,3 qr, 3709,5 qr, 4192,8 qr, ümumi təmiz çəkisi 26062,1 qram (26kq 62,1qr) qəhvəyimtil rəngli tozşəkilli maddələr kütlələri xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi: 26062,1 qr., sərf edildi: 0,35 qr (hər maddədən 0,05qr), qalıq; 26061,75 qr. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının 24 yanvar 2022-ci il tarixli 309 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabiodlərdən və metamfetamindən istifadə etmə hallan olub. Hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 04 fevral 2022-ci il tarixli 02/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol baldırın orta 2/3-nin ön səthinin sıyrığı aşkar edilmişdir. Qeyd olunan xəsarət küt təsir mexanizminə malik əşya ilə yetirilə bilərdi, törənmə müddəti müayinədən 2-3 gün əwəl olmaqla müayinə olunanın göstərdiyi 02.01.2022-ci il tarixdə yıxılaraq sol baldırın ön səthinin küt əşyaya dəyməsi nəticəsində yaranması inkar olunmur və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Baxış keçirmə və götürmə videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 26061,75 qram olan narkotik vasitə heroin maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİnin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş CD diskdə olan məlumatlara baxış keçirilən zaman müəyyən edilmişdir ki, ***-***- **-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə aşağıdakı məzmunda SMS mətnləri göndərilmişdir: 1.1.**********88 1.1.**********08 Ay brat ne yerde qaldi nece edey men camahata ya pul yada temani çatdırmalıyam mene bir soz de; 1.1.**********88 1.1.**********08 Brat telfonunda sonubdu.meni gormemiw gedme ya hecara seni gozleyecem men saba seher ya mali yada pulu ver mene soram ged rayona; 1.1.**********88 1.1.**********08 Ay brat uwaqlar meni gozleyir demiwem günorta tebiyiler sizde olacaq sende teli acmirsen nece edim men?; 1.1.**********88 1.1.**********08 Ac teli goruwek goturum olari senden uzatmayaq day. Buna görə də, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Samsung Galaxy A10s” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı “Whatsapp” mobil tətbiqinin “Söhbətlər” bölməsində adı “Mehdi” kimi qeyd edilmiş İran İslam Respublikasına məxsus olan +98 914 *** ** ** mobil nömrənin istifadəçisi ilə Təqsirləndirilən şəxs arasında yazışmalar müəyyən edilmişdir. Müəyyən edilmişdir ki, 01 yanvar 2022-ci il tarixdə saat 13:45-dən etibarən iranlı şəxs Təqsirləndirilən şəxs səsli ismarıca göndərərək bildirir ki, səni and verirəm Allaha düz işlə, sat bizim mayamızı göndər, bizim kimi adam haradan tapa biləcəksən, fəhləlikdən heç nə çıxmaz, mən özüm də fəhlə kimi işləyirəm. Yoxsulçuluqdan məcbur qalıb bu işə qol qoymuşam. Sənə bizdən yaxşı qardaş ola bilməz. Bu gün ata bilsəm bu gün, ata bilməsəm sabah mal atacam, götür sat, bizim mayamızı da göndər. Düzgün işlə yenə atım. Düzgün işlə qardaşlığımız itməsin. Nə vaxt da İrana gəlsən qulluğunda durum. Təqsirləndirilən şəxs saat 13:59-da “əmanət gəlib çatıb şəhərə” məzmununda ismarıc yazır. İranlı şəxs səsli ismarıc göndərərək bildirir ki, axşam göndərmişəm, bu gün gəlib oturacaq Bakıda. Tez olsa, bu gün yerbəyer edə bilsəm, deyərəm götürərsən. Yox, əgər bu gün yerbəyer edə bilməsəm, Bakının zonalarından sabah milyon faiz götürərsən. Təqsirləndirilən şəxs “qiyməti neçəyə olacaq deki bilim" məzmununda ismarıc yazmışdır. İranlı şəxs səsli ismarıc göndərərək yolda olduğunu, danışa bilmədiyini, evə getdikdən sonra əlaqə saxlayacağını bildirir. İranlı şəxs saat 20:39-da səsli ismarıc göndərərək bildirir ki, sabah axşam sənə ünvan verəcəm gedib götürərsən. 02 yanvar 2022-cİ il tarixdə saat 15:40-da Təqsirləndirilən şəxs səsli ismarıc göndərərək bildirir ki, anamın canı qəpiyim yoxdu, əlimdə olan klentlər var, yalvara-yalvara qalıblar. Həmin tarixdə saat 15:50-də Təqsirləndirilən şəxs səsli ismarıc göndərərək bildirir ki, bu gün ayın 2-dir, ayın 4-də pulunu vuracağam. Bu gün götürsəm, ayın 4-də saat 3-4-dən sonra pulunu göndərəcəm. İranlı şəxsdə cavab olaraq səsli ismarıc göndərərək bildirir ki, yaxşı, birisi gün pulu göndərərsən. Amma, söz danışdıq, elə et ki, düz olsun. O adamla mən danışdım, bir-iki başqa yerə də mal atacaq. Bu gün sənin malını da atdıracağam götürərsən. Saat 19:42-dən 21:01-dək olan müddət ərzində iranlı şəxs Təqsirləndirilən şəxs 16 dəfə səsli zəng və ya video zəng etmiş, lakin, zənglərə cavab verilməmişdir. Bundan başqa “Söhbətlər” bölməsində adı qeyd edilməmiş İran İslam Respublikasına məxsus olan +98 992 *** ** ** mobil nömrənin istifadəçisi ilə Təqsirləndirilən şəxs arasında yazışmalar müəyyən edilmişdir. 30 dekabr 2021-ci il tarixdə saat 02:07-də iran ləhcəsi ilə danışan şəxs Təqsirləndirilən şəxs səsli ismarıc göndərərək bildirir ki, sən mənə verdiyin sözə əməl elədin. Mən də sənə iki hərəkət elədim 850 manat mənə borcun qaldı. Gərək verərdin. Vermədin İranın mayası 510 manat zərər elədim. Mən də onu sənə ananın südü kimi halal elədim. İranlı şəxs saat 02:11-də səsli ismarıc göndərərək bildirir ki, normal adam tapıb 500- 600 manat ala bilmirsən ki, atasan bura, mən də sənə atım gedib götürəsən, başlayasan işləməyə. 31 dekabr 2021-ci il tarixdə iranlı şəxslə Elşad arasında olan yazışmalar zamanı müəyyən edilmişdir ki, iranlı şəxs Elşada deyir ki, Kamal adlı iranlı şəxs var. Yaxşı insandır. Burdakı malların sahibidə odur. Sənin nömrəni vermişəm ona, onun başı açılsın, səninlə əlaqə saxlayacaq. Söhbətini onunla edərsən. Bundan başqa “Söhbətlər” bölməsində adı “PARviz Taza Sim” kimi qeyd edilmiş +994 51 *** ** ** mobil nömrənin istifadəçisi ilə Təqsirləndirilən şəxs arasında yazışmalar müəyyən edilmişdir. 01.01.2022-ci il tarixdə saat 19:13də Təqsirləndirilən şəxs “Hərəsindən 15 dənə gətirəcəm” məzmununda ismarıc yazır. Həmin şəxs də saat 19:32-də səsli ismarıc göndərərək bildirir ki, mal çatan kimi sənin pulunu göndərəcəm. Belə qabaqcadan heç kim etibar edib pul vermir. Bundan başqa “Söhbətlər” bölməsində adı qeyd edilməmiş +994 77 *** ** ** mobil nömrənin istifadəçisi ilə Təqsirləndirilən şəxs arasında yazışmalar müəyyən edilmişdir. 01 yanvar 2022-ci il tarixdə saat 00:44-dən etibarən Təqsirləndirilən şəxs “Bu dəqiqə qardaş 30 pəncərə 30 torpaq em 40 istəyən klentim var oların qiyməti neçəyə olacaq bilim”, “sən işini dəqiqləşdir dəqiq şəhərə nə vaxt çatacaq məndə klentə söz verim ki, hazır olsun”, “bu klent ən azı 5 gündən bir hərəsindən 30 dənə götürəcək”, həmin şəxs cavab olaraq bildirir ki, “deyirəm qaqaş darıxma”. Saat 00:50-də və 14:41-də Elşad müvafiq olaraq “Dediklərimdən azda olsa hərəsindən olmalıdı ki, bir adama verəcəm hamısını” və “Kamran qardaş bir xəbər var?” məzmununda ismarıclar yazmışdın Saat 15:04-də həmin şəxs Elşada “Salam qardaşım, darıxma, həll olan kimi xəbər edəcəm, özüm ya da Fərid qardaş deyəcək sizə, iş çatıb şəhərə. Çoban malı qoyan kimi, hazır olan kimi sizə ünvanı atacam” məzmununda ismarıc yazır. Saat 16:28-də Elşad səsli ismarıc göndərərək bildirir ki, bu günə edə bilsən superdi, klent lap dəli edib, bu gün istəyir, hərəsindən 20-25 dənə ona dərhal verə bilirəm. Bundan başqa “Whatsapp” mobil tətbiqinin “Zənglər” bölməsində yuxanda qeyd edilmiş İran İslam Respublikasına məxsus olan nömrələr ilə danışıqların aparılması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs götürülmüş “Samsung Galaxy A10s” markalı mobil telefonda cinayət təqibi üzrə əhəmiyyət kəsb edən hallar müəyyən edildiyindən həmin telefon maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında, ibtidai istintaq zamanı vermiş olduğu ifadələrindən fərqli ifadə verərək özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməməsi, onun narkotik vasitələrin satışı ilə məşqul olmaması, saxlanılarkən üzərində narkotik vasitə aşkar olunmadığını bildirməkdə yalnız məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi şahidlərin ifadələri, diskə baxış protokolu, mobil telefon danışıqları, sms bildirişləri və “Wassap” mesajları və digər təkzib olunmaz sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında öz təsdiqini tapdığından o, təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə əməlin tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsüf edilməli və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən olunmadı. Cinayət işinin materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 06.07.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 18.02.2019-cu il tarixdə cəza müddətinin başa çatması ilə bağlı azad olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs Qax Rayon Məhkəməsinin 12.12.2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 08.06.2021-ci tarixdə cəza müddəti başa çatması ilə bağlı azad olunmudur. Qüvvədə olan Cinayət Məcəllənin 83.3 və 83.4-cü maddələrinə əsasən az ağır cinayə törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 02 il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardığı gündən 06 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs üzərində çəkilməmiş cəza qalmamış, lakin, hər iki məhkumluğu ödənilməmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və o, əvvəllər qəsdən cinayət törətməyə görə iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi üçün əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən cinayətin təhlükəli residivi yaranır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.5, 65.2-ci maddələrinin tələblərinə əsasən cinayətlərin residivinə görə daha sərt cəza təyin edilir, yəni ona təqsirli bilindiyi maddənin sanksiyasının son həddinin üçdə ikisindən aşağı cəza təyin edilə bilməz. Ona görə məhkəmə, cəza təyini zamanı bu halları, həmçinin onun törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəza ümumi ciddi cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi onun cəzasını ağırlaşdıran haldır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 02 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətukarlıqla Mübarizə İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 26061,75 qram olan narkotik vasitə heroin məhv edilməlidir. İş materiallarına əlavə edilmiş 01 ədəd “Samsung Galaxy A10s” markalı mobil telefon, Təqsirləndirilən şəxs qohumlarına qaytarılmalı və baxış keçirmə və götürmə aparılmasının videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 17 (on yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 02 yanvar 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətukarlıqla Mübarizə İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 26061,75 qram olan narkotik vasitə heroin məhv edilsin. İş materiallarına əlavə edilmiş 01 ədəd “Samsung Galaxy A10s” markalı mobil telefon, Təqsirləndirilən şəxs qohumlarına qaytarılmalı və baxış keçirmə və götürmə aparılmasının videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-856/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-856/2022
27.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver