Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-856/2023 18.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə) Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi - "FİDES" Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında, xx xxxx 1966-cı ildə ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2anında yaşamış, 29 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 01 oktyabr 2022-ci il tarixli qərarına əsasən həbs müddətinin əvvəli 29 sentyabr 2022-ci il tarixdən hesablanmaqla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti həmin məhkəmənin 27 yanvar 2023-cü il tarixli qərarına əsasən 18 fevral 2023-cü il tarixədək uzadılmış, Bakı Ağır Cinayətlər Məhkəməsi hazırlıq iclasının 09 fevral 2023-cü il tarixli qərarına əsasən, həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış və qətimkan tədbirinin müddətinin axımı həmin tarixdən dayandırılmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkəməyə verilmişdir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda narkotik vasitə hesab edilən ümumi təmiz çəkisi 1003,6 qram tiryəki və narkotik vasitə hesab edilən ümumi təmiz çəkisi 475 qram qurudulmuş marixuananı əldə edib üzərində və yaşadığı ünvan 3 ünvanına daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 4 ünvanın yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, onun üzərinə Baş İdarənin inzibati binasında şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli pencəyin sol yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 58,671 qram olan narkotik vasitə tiryək, yaşadığı ünvan 3 ünvanındakı yataq otağında olan dolabın içərisində 1 ədəd selofan torbada təmiz çəkisi 945 qram olan narkotik vasitə tiryək, digər selofanda narkotik vasitə hesab edilən ümumi təmiz çəkisi 475 qram qurudulmuş marixuana olan 1 ədəd ağ rəngli selofan torba aşkar edilərək götürülmüşdür. Məhkəmənin 18 oktyabr 2023-ci il tarixli iclasında Dövlət ittihamçısı yazılı vəsatət verərək, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildiyinə görə ona başqa ittihamın elan edilməsi üçün cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Dövlət ittihamçısı vəsatətini onunla əsaslandırıldı ki, məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs videoçəkilişlə icra edilən “şəxs axtarış və götürmə” aparılması zamanı bildirdiklərini inkar edərək həmin vaxt narkotik vasitənin təsiri altında olduğu üçün düzgün məlumat vermədiyini, əslində isə 1 kq-dan artıq miqdarda tiryək və təxminən 0,5 kq qurudulmuş marixuananı 100 manat məbləğində pula İİR vətəndaşından şəxsi istifadə məqsədi ilə əldə etdiyini, narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirmişdir. Lakin onun ifadəsində göstərdikləri ibtidai istintaqın ilkin mərhələsində müdafiəçisinin iştirakı ilə göstərdikləri ilə yanaşı, həmçinin aşağıdakı qaydada da təkizb edilmiş, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitələri satış məqsədi ilə əldə etməsi təsdiq edilmişdir. Dövlət ittihamçısının vəsatətinə görə, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 29 sentyabr 2022-ci il tarixdə Səbail rayonu ərazisində Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni üzərində daşıması, dövriyyəsi və istifadəsi ilə məşğul olması barədə etibarlı mənbədən ona məlumat daxil olmuşdur. Bu barədə Baş Narkotiklərə Qarşı Mübarizə idarəsində xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 raportla baş idarə rəisinə yazılı şəkildə məruzə etmiş, əməliyyat qrupu yaradılmış, həmin qrupa o da, daxil edilmişdir. Həmin şəxs Səbail rayonu, Böyük Qala küçəsi, 32 ünvanında onlar tərəfindən saxlanılmış və Baş idarəyə dəvət edilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynində olan boz pencəyin sol yan cibindən 1 ədəd büküm aşkar edilmiş, həmin büküm açıldıqda tiryəkə bənzər kütlə aşkar olunuşdur. Bundan sonra Təqsirləndirilən şəxs cibində aşkar olunan maddənin nə olduğu, haradan və nə məqsədlə əldə etdiyi soruşulmuş, o, üzərində aşkar olunan maddənin narkotik vasitə tiryək olduğunu bildirmişdir. Üzərindən aşkar olunub götürülən maddə zərfə qoyularaq möhürlə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra isə onun yaşadığı ünvana baxış keçirilərkən, Təqsirləndirilən şəxs yataq otağında dolabın qapısını açaraq 1 ədəd ağ rəngli selofan torbanı təqdim etmiş, həmin selofan torbaya baxış zamanı bir ədəd selofan torbadan narkotik vasitə tiryək və 1 ədəd selofan torbadan isə narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Bu barədə protokol tərtib olunmuş, aşkar edilmiş maddə protokola əlavə olunaraq ucadan oxunmuş və iştirakçılar tərəfindən protokol imzalanaraq düzgünlüyü təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs sorğu zamanı həmin narkotik vasitələri “Sabir” kimi tanıdığı İİR vətəndaşından əldə etdiyini bildirmiş, aralarında olan sövdələşməyə əsasən o, həmin narkotik vasitələri iranlı kimi tanıdığı şəxsin dediyi yerə qoymalı, buna görə ona 1000 manat pul verilməli imiş. ibtidai istintaq zamanı ifadəsində “aşkar edilmiş narkotik vasitəni öz istifadəsi üçün saxlaması, birdəfəlik çox miqdarda almışdır ki, uzun müddət istifadə edə bilsin, narkotik vasitələrin satışı ilə məşğul olmaması» xüsusatının qeyd edilməsini Təqsirləndirilən şəxs izah edə bilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi tədqiq edilmiş Baş Narkotiklərə Qarşı Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatlar həmkarı Şahid2 ibtidai istintaq zamanı ifadəsində göstərdiyi xüsusatlarla eynilik təşkil etmişdir. İş materiallarına əsasən, polis əməkdaşı Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmaması və şəxsi istifadəsi üçün əldə etməsi məlumatını hardan əldə etməsi müəyyən edilmir. Ona görə ki, polis əməkdaşlarının təqsirləndirilən şəxsi əməliyyat-axtarış tədbirləri həyata keçirlən zamanı görməsi, həmin vaxt Təqsirləndirilən şəxs “həmin narkotik vasitələri “Sabir” kimi tanıdığı İİR vətəndaşından əldə etmiş, aralarında olan sövdələşməyə əsasən o, həmin narkotik vasitələri iranlı kimi tanıdığı şəxsin dediyi yerə qoymalı, buna görə ona 1000 manat pul verilməli idi” bildirməsi fonunda polis əməkdaşının ibtidai istintaq zamanı “həmin narkotik vasitəni öz istifadəsi üçün saxlamış, birdəfəlik çox miqdarda almışdır ki, uzun müddət istifadə edə bilsin, narkotik vasitələrin satışıyla məşğul olmur” kimi məlumatı hardan əldə etməsi qeyrimüəyyəndir, iş materialları ilə uyğunluq təşkil etmir. Eləcə də, Şahid1 məhkəmə iclaslarına gələrək ifadə verməkdən imtina etməsi, digər polis əməkdaşı Şahid2 məhkəmədə ifadəsində ibtidai istintaq zamanı ifadəsində qeyd edilənləri tamamilə təkzib etməsi nəzərə alınmalıdır. İş materiallarında olan 29.09.22-ci il tarixli “raport” sənədlərinə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi ilə əldə etməsi barədə məlumat daxil olmuş, həmin tarixdə Təqsirləndirilən şəxs ünvan 5 ünvanın yaxınlığında saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilmişdir. 29.09.22-ci il tarixli video çəkilişlə icra edilən “şəxs axtarış və götürmə haqqında”, eləcə də həmin tarixli “baxış keçirilməsi haqqında” protokol sənədlərinə əsasən müəyyən edilmişdir ki, BNMİ-də şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki boz rəngli pencəyin sol yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 58,671 qram narkotik vasitə olan tiryək, yaşadığı Sabunçu rayonu, Bilgəh qəsəbəsi, döngə 9, ev 797 ünvanındakı yataq otağında olan dolabın içərisində 1 ədəd selofan torbada təmiz çəkisi 945 qram narkotik vasitə tiryək, digər selofanda narkotik vasitə olan ümumi təmiz çəkisi 475 qram qurudulmuş marixuana 1 ədəd ağ rəngli selofan torba aşkar edilərək götürülən zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitələri “Sabir” kimi tanıdığı İİR vətəndaşından əldə etmiş, aralarında olan sövdələşməyə əsasən, o, həmin narkotik vasitələri iranlı kimi tanıdığı şəxsin dediyi yerə qoymalı, buna görə ona 1000 manat pul verilməli idi. Hətta Təqsirləndirilən şəxs 29.09.22-ci il tarixli izahatında bildirmişdir ki, həmin narkotik vasitələri “Sabir” kimi tanıdığı İİR vətəndaşından əldə etmiş, aralarında olan sövdələşməyə əsasən o, həmin narkotik vasitələri iranlı kimi tanıdığı şəxsin dediyi yerə qoymalı, buna görə ona 1000 manat pul verilməli idi. Şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində üzərindən və evindən aşkar olunmuş ümumilikdə 1003,6 qram tiryəki və narkotik vasitə olan ümumi təmiz çəkisi 475 qram qurudulmuş marixuananı Sabir adlı iranlı şəxsdən Qaradağ rayonu ərazisində 100 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Lakin istintaq orqanı tərəfindən həmin xüsusatlar, ziddiyyətlər araşdırılmamış, həmin hala hüquqi qiymət belə verilməmişdir. Əksinə, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 ifadələrində “Təqsirləndirilən şəxs sorğu zamanı narkotikin satışı ilə məşğul olmamasını, şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir” xüsusatları qeyd edilmişdir ki, həmin polis əməkdaşlarının ifadələrində göstərdiyi xüsusatlar işin halları ilə (Təqsirləndirilən şəxs ilkin sorğu-sual zamanı həmin narkotik vasitələri “Sabir” kimi tanıdığı İİR vətəndaşından əldə etdiyini, aralarında olan sövdələşməyə əsasən o, həmin narkotik vasitələri iranlı kimi tanıdığı şəxsin dediyi yerə qoymalı, buna görə ona 1000 manat pul verilməli idi) uyğunluq təşkil etməmişdir. Yəni, iş materiallarına əsasaən polis əməkdaşları Şahid1 və Şahid2, Təqsirləndirilən şəxs narkotiklərin satışı ilə məşğul olmaması və şəxsi istifadəsi üçün əldə etməsi məlumatını hardan əldə etmələri müəyyən edilmir. 29.09.22-ci il tarixli videoçəkilişlə icra edilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni təşkil edən İİR vətəndaşı “Sabir” adlı şəxslə telefon vasitəsi ilə əlaqə saxladığını, həmin şəxsin telefon nömrəsinin üzərindən aşkar edilmiş “Redmi” markalı mobil telefonun yaddaşında olduğunu bildirmişdir. Axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində 2 ədəd mobil telefon (iPhone və Redmi) aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş əlyazma 03.10.22-ci il protokol sənədinə əsasən müəyyən edilir ki, “Redmi” markalı mobil telefona baxış aparılmış, narkotik vasitələrin satışı ilə bağlı hər hansı hala rast gəlinməmişdir. Lakin həmin 2 ədəd mobil telefon (iPhone və Redmi) iş materiallarına əlavə edilməmiş, aqibətləri müəyyən edilmir. Həmçinin, Təqsirləndirilən şəxs istifadəsində olan 055 209 77 62 nömrəyə daxil olan zənglər və «sms» mətnlərinin əldə edilməsi üçün Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı iş materiallarına əlavə edilmiş olsa da, həmin qərarın ümumiyyətlə icra edilib-edilməməsi iş mateterialları ilə müəyyən edilmir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 30 sentyabr 2022-ci il tarixli 6/5615 saylı rəyi ilə müəyyən edilmişdir ki, üzərində «vət. Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilmiş kütlə» yazısı və imzalar olan kağız zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 58,671 qram və Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş kütlə bir ədəd bükümdəki təmiz çəkisi 945 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş tiryək (58,671+945) 1003,671 qr. olsa da, təqsirləndirilən şəxsə verilmiş ittihamda aşkar edilmiş tiryəkin çəkisinin 1003,6 qr. olması qeyd edilmişdir. Təqsirləndirilən şəxsə verilmiş ittihamda Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 4 ünvanın yaxınlığında saxlanılaraq BNMİnə gətirilməsi qeyd edilsə də, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə baxışın aparılma tarixi və vaxtı göstərilməmişdir. Tərtib edilmiş ittiham aktında “Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs DİN-nin kartotekasında qeydiyyatı yoxdur” müddəası qeyd edilsə də, iş materiallarında olan RF, Moskva şəhəri, Perovsk rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs RF CM-nin 30-cu maddəsinin İ his, 228-1-ci maddəsinin 3-cü hisasəsinin “q” bəndi ilə təqsirli bilinib 8 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə həmin hökm tanınmaqla cəza 6 il müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri psixotrop maddə satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa görə narkotik vasitə olan tiryəkin şəxsi istehlak miqdarı 0,5 qr, külli miqdarı isə 50 qram, qurudulmuş marixuananın şəxsi istehlak miqdarı 5 qr külli miqdarı isə 500 qramdan artıq müəyyən edilmişdir. Hazırki cinayət işi üzrə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlibir olduğu şəxslə razılaşaraq, sonuncunun göndərdiyi külli miqdarda 1003,671 qr. (istintaq orqanı tərəfindən verilmiş ittihamda 1003,6 qr.) tiryək və 475 qram qurudulmuş marixuananı müxtəlif ünvanlara çatdırıb qazanc əldə etmək məqsədi ilə əldə edib daşımaqla bir hissəsini üzərində, qalan narkotik vasitələri yasadıgı evdə saxlamışdır. Verilmiş vəsatətə münasibət bildirən müdafiəçi və təqsirləndirilən şəxs onu əsassız hesab etdiklərini qeyd etdilər və vəsatətin təmin olunmamasını məhkəmədən xahiş etdilər. Məhkəmə verilmiş vəsatəti müzakirə edib, cinayət prosesi iştirakçılarını dinləyərək və iş materiallarına tədqiq edib belə nəticəyə gəlir ki, verilmiş vəsatət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 318.2-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Göründüyü kimi, cinayət-prosessual qanunvericiliyinin müddəlarına görə dövlət ittihamçısının vəsatəti əsasında təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu əsası ilə cinayət işinə baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarılması imperativ xarakter daşıyır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, dövlət ittihamçısının vəsatəti təmin edilməli, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməli və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 318.2-1-ci maddəsinə əsasən, bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. Məhkəmədə müəyyən edildi ki, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 01 oktyabr 2022ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbs müddətinin əvvəli 29 sentyabr 2022-ci il tarixdən hesablanmaqla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, onun həbsdə saxlanılma müddəti həmin məhkəmənin 27 yanvar 2023-cü il tarixli qərarına əsasən 18 fevral 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işi məhkəməyə daxil olduqdan sonra Bakı Ağır Cinayətlər Məhkəməsi hazırlıq iclasının 09 fevral 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, həmçinin həbs qətimkan tədbirinin müddətinin axımı məhkəmə hazırlıq iclasının qərarının çıxarıldığı 09 fevral 2023-cü il tarixdən dayandırılmışdır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğvinə və ya dəyişdirilməsinə əsaslar müəyyən edilmədiyini nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin axımı məhkəmə hazırlıq iclasının qərarı ilə dayandırıldığından, cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması ilə əlaqədar, hazırkı qərarın qəbul edildiyi gün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddət axımı bərpa olunmaqla həbs qətimkan tədbiri bir ay müddətinə, yəni 18 oktyabr 2023-ci il tarixdən 18 noyabr 2023-cü il tarixədək uzadılmalıdır. Qeyd olunanlardan başqa, Azərbaycan Respublikası CPM-nin 318.3-cü maddəsində həmçinin göstərilir ki, bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş halda məhkəmə eyni zamanda ibtidai istintaqı aparan müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror haqqında xüsusi qərar çıxara bilər. Bu məsələ ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məsələsi müzakirə olunarkən belə bir qərarın qəbul edilməsi ilə əlaqədar baxılan iş üzrə ibtidai istintaqı aparmış müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmiş prokuror haqqında xüsusi qərar çıxarılması üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.2 və 318.2-1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildiyindən cinayət işinin baxılmasına xitam verilsin və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması barədə Dövlət ittihamçısı vəsatəti təmin olunsun və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri, Sabunçu şəhər prokuroruna qaytarılsın.
2. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin axımı bərpa olunsun, həbs qətimkan tədbiri bir ay müddətinə, yəni 18 oktyabr 2023-ci il tarixdən 18 noyabr 2023-cü il tarixədək uzadılsın.
3. Qərarın surəti cinayət prosesinin tərəflərinə və Təqsirləndirilən şəxs şəxsi işinə əlavə edilməsi və icra olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin.
Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov