Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-856/2024 31.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X7-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X6, X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 və Bakı şəhəri 17 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1, zərərçəkmiş şəxslərin hüquqi varisi X5 oğlunun iştirakları ilə məhkəmə, xx.xx.1990-cı ildə Sabirabad rayonu Qalaqayın kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmayan, fərdi əməklə məşğul olan, Sabirabad şəhəri Əli Kərim küçəsi ev 64-də qeydiyyatda olmaqla həmin evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 13 iyul 2023-cü ildə saat 22:10 radələrində Bakı- Qazax- Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisindən keçən 59,8-ci kilometrində «X14» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq maksimum hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdılması» qadağan nişanı ilə 90 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində idarə «Mercedes Benz C200 CDİ» minik markalı 90UE254 dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri istiqamətində 100 km/saat sürətlə idarə edərək hərəkətdə olarkən, nəqliyyat vasitəsinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsi ilə nizamlanmayan piyada keçidinə yaxınlaşdıqda yolu keçməyə başlamış piyadanı təhlükəyə məruz qoymamaq üçün sürəti lazımınca azaltmalı, əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməli olduğu halda bunu etməyib «X14» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyəib, qarşıdakı piyada keçidinin sağ kənarından piyada keçidinə daxil olub əl-ələ tutaraq adi qaçışla yanaşı 9 metr məsafə qət etmiş piyadalar 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 və 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 avtomobilin qabaq hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan iki şəxsin, yəni Zərərçəkmiş şəxs1 insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, başın sol gicgah-təpə və ənsə sümüklərinin kəllə əsama keçən xətti sınığı, döş qəfəsinin soldan orta qoltuqaltı İİ,İİİ,İV,V,Vİ,Vİİ,Vİİİ qabırğaların sınıqları, sol bazu sümüyünün açıq sınığı və geniş sahəli əzilmiş yarası, döş qəfəsinin sol yarısının orta qoltuqaltı xətt üzrə əzilmiş yarası, qarın nahiyəsinin sol yan səthinin, sol qoltuqaltı çuxurunun, sol sağrı nahiyəsinin iç kvadratının və sağ qasıq büküşü nahiyələrinin əzilmişcırılmış yaraları, sol bud nahiyəsinin yuxarı 1/3-nin açıq sınığı və əzilmiş yarası, sol baldır nahiyəsinin yuxarı 1/3-nin travmatik hissəvi amputasiyası, sol gözətrafı nahiyələrinin qançırşişkinliyi, başın alın, burunüstü, sol yanaq, sağ bazu, qarının ön divarının, döş qəfəsinin və sol said nahiyələrinin sıyrıqları xəsarətlərini yetirməklə ölümünə və Zərərçəkmiş şəxs2 insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, başın sol təpə-gicgah sümüklərinin kəllə əsasına keçən xətti sınığı, çənə sümüyünün, sol bazu sümüyünün orta 1/3-nin, sağ bud orta 1/3-nİn, sol bayır-topuq sümüklərinin qapalı, yerdəyişmiş sınıqları, başın alın nahiyəsinin, alt dodağın sağ yarısının, çənəaltı nahiyəsinin, sol bazu nahiyəsinin, sol said nahiyəsinin, qarının ön səthinin sağ yarısının, döş qəfəsinin sağ yarısının, sol bud nahiyəsinin sağ qalça sümük proyeksiyasının sıyrıqları, sağ gözətrafı nahiyəsinin dərialtı hematoması və sol gözaltı nahiyənin qançırı xəsarətlərini yetirməklə ölümünə səbəb olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadələrində göstərdi ki, 13 iyul 2023-cü il tarixdə saat 22:10 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisindən keçən hissəsi ilə Bakı şəhəri istiqamətinə hərəkətdə olarkən yük avtomobili hərəkət istiqamətində olmuşdur. Yolda olan piyada keçidini və yük avtomobilinin qarşısından iki nəfər qadın piyadanın sağdan sola doğru keçdiyini görməmiş, bu səbəbdən də həmin qadın piyadaları vurmuşdur. Hadisə saat 22:10 radələrində baş vermişdir. Bu hadisədən sonra avtomobili saxladı və avtomobildən düşərək piyadalara yaxınlaşdı. Daha sonra X16 stansiyasına məlumat verdi. O, yük maşınını soldan ötmək istəyəndə piyada keçidini görmədi. Ağ rəngdə yük maşını idi, nömrəsini görmədi. Piyadalar ani olaraq avtomobilin qarşısına çıxdı. O, piyadaları vurduğu an onların kim olduğunu bilmədi. Nəyə görə 90 km/saat sürətlə sürülməli yolda 100 km/saat sürətlə avtomobil idarə etdiyimi bilmir. O, zərərçəkmiş şəxslərin vəfat etdiklərini bilmədən X16 stansiyasına zəng vurmuşdur. Zərrəçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Əvvəllər məhkum olunmamışdır. Həmin yolda 3 zolaq var idi. O həmin 3 zolağın solu ilə hərəkət edirdi. O, yük maşınını ötmək üçün sürətini 100 km/saat sürətinə qaldırmışdı. Əgər o həmin yolda piyada keçidini görsə idi, sürətini azaldardı. O, qaranlıqda piyada keçidini görə bilməzdi. Həmin piyada keçidini göstərən nişan piyada keçidinin yanında qoyulmayıb. O hadisə olduqdan sonra hadisə yerinə getmişdir. Piyada keçidini əks etdirən nişan piyada keçidindən təxminən 11 metr aralıda yerləşirdi. O, piyadalara yaxınlaşanda həmin an öldüklərini bilmədi. O, 90 km/saat sürətlə avtomobil sürməyə icazə verilən yolda 100 km/saat sürətlə avtomobil idarə edə biləcəyini düşünürdü. Hadisəni törətdiyinə görə peşmandır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, «BC» kateqoriyalı sürücülük vəsiqəsi olmaqla özünə məxsus «Mercedes Benz C200 CDİ» minik markalı 90UE254 İ dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Həmin avtomobillə Sabirabad-Bakı marşurutu üzrə sərnişin daşımaqla məşğul olur. 13 iyul 2023-cü il tarixdə saat təxminən 21 radələrində Sabirabad rayonu Əhmədabad kəndi ərazisindən 4 nəfər tanımadığı sərnişin, ailə mindirib Bakı şəhərinə gəlmək üçün yola düşmüş, sərnişinlərdən bir nəfər kişi qabaq sağ oturacaqda, onun arvadı isə azyaşlı uşaqlan ilə birlikdə arxa oturacaqda əyləşmişlər. Avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, yük olmamışdır. Saat 22:10 radələrində Bakı-Qzax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisindən keçən hissəsi ilə üç zolaqlı yolun sol zolağı ilə 100 km/saat sürətlə Bakı şəhəri istiqamətinə hərəkətdə olarkən orta zolaqla markasını dəqiq bilmədiyi yük avtomobili hərəkətdə olmuşdur. Yolda olan piyada keçidinə çatmağa az qalmış görmüşdür ki, yük avtomobilinin qarşısından iki nəfər qadın piyada bir-birinin əlindən tutub adi qaçışla qaçaraq yolu sağdan sola doğru keçirlər. Piyadaları vurmamaq üçün ayağını tormoza atmış, lakin məsafə yaxın olduğundan hadisənin qarşısını ala bilməmiş və avtomobilin qabaq hissəsi ilə həmin qadın piyadaları vurmuşdur. Zərbənin ; təsirindən piyadalar avtomobilin alın şüşəsinə çırpılıb bir qədər qarşıda yolun hərəkət hissəsinə | düşmüşlər. Avtomobili yolun sağ kənarına çıxarıb saxlamış və avtomobildən düşüb piyadalara yaxınlaşmışdır. Piyadaların ciddi xəsarət alıb yerdə hərəkətsiz vəziyyətdə qaldıqlarını görüb tez TTY stansiyasına məlumat vermişdir. Az sonra hadisə yerinə TTY avomobili gəlmiş, həkimlər piyadaları müayinə edib bildirmişlər ki, piyadalar aldıqları xəsarətlərdən ölüblər. Hadisə yerində qalıb polis əməkdaşlarının gəlməsini gözləmiş və sənədlərini təqdim edib hadisə yerinə keçirilən baxışda iştirak edərək piyadaları vurduğu yeri göstərmiş, sonradan sərxoşluq müayinəsindən keçmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin piyadalar Gədəbəy rayonunun Zəhmət kəndində yaşayan 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 və onun qızı 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 olmuşdur. Hadisədən sonra valideyinləri yas yerində iştirak edib yas xərclərinə maddi yardım göstərmiş, Orxan İbrahimovun ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxslərin hüquqi varisi X5 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavəti və yaxınlığı yoxdur. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Həyat yoldaşı ilə qızını yolu keçərkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə vuraraq, həyatlarına son qoyub. O növbətçi elektrik işləyir. Hadisə günü həyat yoldaşına zəng vurdu, onun mobil telefonuna başqa adam cavab verdi. O, Gədəbəy rayonunda yaşayır. Övladının 16 , həyat yoldaşının 37 yaşı var idi. Təqsirləndirilən şəxs ona maddi olaraq heç bir köməklik göstərməyib. Hadisə 13 iyul 2023-cü il tarixində, gecə saat 23:00-da baş verib. O, ibtidai istintaq zamanı müstəntiq vasitəsilə hadisəni törədənin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Təqsirləndirilən şəxs özü zəng vuraraq hadisəni törətdiyini bildirib. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində zərərçəkmiş şəxslərin hüquqi varisi X5 ibtidai istintaq zamanı göstərmişdir ki, 13 iyul 2023-cü ildə saat 22:10 radələrində Bakı- Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisindən keçən 59,8-ci kilometrində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölmüş xx.xx.1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 onun arvadı, xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 isə qızıldır. 12 İyul 2023-cü ildə arvadı Zərərçəkmiş şəxs1 Bakı şəhərə gəlmişdir ki, həm Bakı şəhərində təhsil alan qızı Şəfiqəni rayona aparsın, həm də Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsində yaşayan qohumlarına baş çəksin. 13 iyul 2023-cü ildə axşam saatlarında Laçınla telefon əlaqəsi saxladıqda Laçın bildirmişdir ki, o, Şəfiqə ilə birlikdə Bakı-Gədəbəy marşurutu üzrə sərnişin daşıyan avtobusla rayona qayıdacaqlar. Bir qədər sonra, yəni saat 23 radələrində yenidən Laçınla əlaqə i saxlamaq istəmiş, lakin telefona cavab verilməmişdir. Bir neçə dəfə yığdıqdan sonra tanımadığı bir şəxs telefona cavab verərək bildirmişdir ki, Laçın və Şəfiqə yolu keçərkən avtomobil onları : vuraraq xəsarət alıblar. Hadisə barədə Bakı şəhərində yaşayan qohumlarına məlum verdikdən sonra özü də Bakı şəhərinə gəlmişdir. Yolda məlum olmuşdur ki, arvadı Laçın və qızı Şəfiqə aldıqları xəsarətlərdən ölmüşlər. Digər qohumlarımla birlikdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisindəki 19 saylı xəstəxanya gəlmişdir. Səhəri gün, yəni 14 iyul 2023- cü ildə MTE şöbəsində Laçın və q Şəfiqənin meyitləri müayinə olunduqdan sonra onlara təhvil verdilərək yaşadıqları Gədəbəy rayonunun Zəhmət kənd qəbirstanlığında dəfn etmişlər. Sonradan məlum olmuşdur ki, 13 iyul 2023-cü ildə saat 22:10 radələrində Bakı-Qazax- Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisindən keçən 59,8-ci kilometrində Laçını və Şəfiqə yolda olan piyada keçidindən rayona gələn avtobusa minmək üçün yolun əks tərəfinə keçərkən Bakı şəhəri istiqamətinə hərəkətdə oaln Sabirabad şəhəri Əli Kərim küçəsi ev 64-də yaşayan xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes Benz C200» minik markalı 90UE254 dövlət qeydiyyat nişanlı avtomobillə onları vurmuş və hər ikisi aldıqları xəsarətlərdən hadisə yerində ölmüşlər. Hadisədən sonra sürücü Təqsirləndirilən şəxs valideyinləri, qohumları yas mərasimində iştirak ediblər. Sürücü Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X9 ifadələrində göstərdi ki, o Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində mütəxəssis vəzifəsində çalışır. Bakı şəhərində piyada yollarının təşkili AYNA-nın fəaliyyət göstərdiyi istiqamətlərindən biridir. Qaradağ rayonuna yəni, Bakı şəhərinin mərkəznidən 69-cu km-ə qədər Bakı şəhərinin ərazisinə daxildir. AYNA tərəfindən quraşdırılan yerüstü xətlər coğrafi sitemdə qeydiyyata alınır. AYNA-dan öncə quraşdırılan yerüstü xətlər onlarda qeydiyyata alınmır. Azərbaycan X3 yaranmasından öncə quraşdırılan yerüstü piyada xətləri təhvil verilməyib. AYNA 19 aprel, 2023-cü il tarixdə, yol hərəkətinin təşkili ilə əlaqədar işləri təhvil alıb. Onların quruma təhvil verilmədiyinə görə, hansı yerüstü piyada xəttində səhvlik olsa, onlar özləri müəyyənləşdirib düzəldirlər. Onlardan əvvəl həmin fəaliyyət istiqaməti üzrə fəaliyyət göstərən qurumlar həmin yerüstü piyada xətti çəkə bilərlər. Avtomobillə gedilib, həmin yerüstü piyada xəttinə baxış keçirilməyib. Yol hərəkəti qaydalarında nəzərdə tutulan formada yol nişanları quraşdırılmalıdır. Yol nişanları quraşdırılarkən yol hərəkəti qaydalarına uyğun olaraq quraşdırılır. Əgər yol nişanını görmə məhdudiyyəti varsa, quraşdırılan yol nişanı qanunauyğun hesab olunmur. Yerüstü piyada xətlərini quraşdırmaq onların, yəni Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin səlahiyyət dairəsinə aiddir. AYNA tərəfindən çəkilməyən yerüstü piyada xətləri qeydiyyata alınmır. AYNA Bakı Nəqliyyat Agentliyinin varisidir. Əgər səki daşı varsa, yerüstü piyada xətti 60 sm- 02 metr məsafədə quraşdırıla bilər. Yol nişanının ölçüsü yolun sürətinə uyğunlaşdırılmalıdır. 04 metrdən kənar yol nişanının quraşdırılmasına yol verilmir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X4 ifadələrində göstərdi ki, avtoqəza hadisəsinin baş verdiyi yeri görmüşdür. Növbətçi hissə tərəfindən onlara məlumat verilmişdir. Xidməti əraziləri olduğuna görə dərhal hadisə yerinə yaxınlaşdılar. Hadisə vaxtı gecə saatları idi. Hadisə yerində, yəni Qaradağ rayonu, Qobustan qəsəbəsi, 59-cu km dairəsində piyada zolağından 50-100 metr məsafədə maşın keçib dayanmışdı. Xəsarət yetirilən piyadaların arasında 20 metr məsafə var idi. Onlar piyada zolağının üzərində dayanmışdılar. Sürücünün sol tərəfdən gəldiyini güman edir, çünki piyadalar yolun sol zolağına yaxın idi. Yerdəki nişanlanma xətləri işıqlandırılır. Hər iki istiqamətdə yol nişanı olur, həm sağ, həm də sol tərəfdə yol nişanları olur. Normal sürücü, yəni narkotik vasitələrin və spirtli içkilərin təsiri altında olmayan sürücü hadisə zamanı bir neçə saniyə ərzində normal reaksiya verməlidir. İşə başlamazdan əvvəl yolda ola biləcək pozuntuların qarşısını ala bilmək üçün reyd keçirilir. Piyada zolağı ən az 25 metr məsafədən görsənir. Yol işıqlı olur, yolda əgər piyada keçirsə görsənir. Həmin yolda sürət həddi 90 km/saat idi. Yolda piyada zolağı varsa, yol qırağındakı dəmirlər kəsik-kəsik idi. Piyada olmasa da, sürücü piyada zolağına yaxınlaşanda sürəti azaltmalıdır. Piyadaların yaşayış məntəqəsi sağ tərəfdədi. Piyadalar piyada zolağından kənarda idi. Əgər qarşıdan avtomobil sürətli gəlirsə, xəsarət yetirilən piyadalar maşından önə atıla bilər. Sürücü piyadaları piyada zolağının üzərində vurub. Meyitin biri piyada zolağına yaxın idi. O həmin ərazidə hadisə olana kimi 3 ay olar idi ki, xidmət edirdi. Həmin yerdə piyada zolağını əks etdirən yol nişanları var. Həmin yol nişanları Günəş enerjisi ilə fəaliyyət göstərən yol nişanlarıdır. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X12 ifadələrində göstərdi ki, hadisə olan yolda sürət həddi 90 km/saatdı. Yəni, sürücü sürət həddini 99 km/saata qədər qaldıra bilər. Piyada keçidi dedikdə piyadaların maneə törətmədən yoldan keçirilməsi üçün düşünülmüş xəttlər nəzərdə tutulur. AYNA-da olan coğrafi sistemdə qeydiyyatda olan piyada keçidləri içində həmin ərazidəki piyada keçidinin qeydiyyatı yoxdur. 19 aprel 2023-cü il tarixli əmrlə Bakı Nəqliyyat Agentliyi AYNA ilə birləşdirilib. O, hadisə olan yerdə piyada xəttinə baxış keçirtməmişdir. Həmin yolda AYNA tərəfindən piyada keçidi quraşdırılmayıb. Yerüstü, yeraltı piyada keçidləri AYNA-dan əvvəl Bakı Nəqliyyat Agentliyi tərəfindən quraşdırılıb. Əgər yol nişanı ləğv edilməyibsə, həmin piyada keçidinin məsuliyyətini varis olan dövlət orqanı daşıyır. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 52 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs2 meyitində baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, başın sol təpə-gicgah sümüklərinin kəllə əsasına keçən xətti sınığı, çənə sümüyünün, sol bazu sümüyünün orta 1/3-nin, sağ bud orta 1/3-nin, sol bayır-topuq sümüklərinin qapalı, yerdəyişmiş sınıqları, başın alın nahiyəsinin, alt dodağın sağ yarısının, çənəaltı nahiyəsinin, sol bazu nahiyəsinin, sol said nahiyəsinin, qarının ön səthinin sağ yarısının, döş qəfəsinin sağ yarısının, sol bud nahiyəsinin sağ qalça sümük proyeksiyasının i sıyrıqları, sağ gözətrafı nahiyəsinin dərialtı hematoması və sol gözaltı nahiyənin qançırı ! xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyatidirlər, ölümündən bir qədər əvvəl 1 bərk küt əşyaların təsiri nəticəsində törənmişdir, ölümlə birbaşa səbəbli əlaqəli olmaqla xx.xx.2023-cü ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs2 ölümünə səbəb sol təpə-gicgah sümüklərinin kəllə əsasına keçən xətti sınıqları və çənə sümüyünün sınığı nəticəsində baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma olmuşdur. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 53 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs1 meyitində baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, başın sol gicgah-təpə və ənsə sümüklərinin kəllə əsama keçən xətti sınığı, döş qəfəsinin soldan orta qoltuqaltı İİ,İİİ,İV,V,Vİ,Vİİ,Vİİİ qabırğaların sınıqları, sol bazu sümüyünün açıq sınığı və geniş sahəli əzilmiş yarası, döş qəfəsinin sol yarısının orta qoltuqaltı xətt üzrə əzilmiş yarası, qarın nahiyəsinin sol yan səthinin, sol qoltuqaltı çuxurunun, sol sağrı nahiyəsinin iç kvadratının və sağ qasıq büküşü nahiyələrinin əzilmiş- cırılmış yaralan, sol bud nahiyəsinin yuxarı 1/3-nin açıq sınığı və əzilmiş yarası, sol baldır nahiyəsinin yuxarı 1/3-nin travmatik hissəvi amputasiyası, sol gözətrafı nahiyələrinin qançır- şişkinliyi, başın alın, burunüstü, sol yanaq, sağ bazu, qarının ön divarının, döş qəfəsinin və sol said nahiyələrinin sıyrıqları xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyatidirlər, ölümündən bir qədər əvvəl bərk küt əşyaların təsiri nəticəsində törənmişdir, ölümlə birbaşa səbəbli əlaqəli olmaqla xx.xx.2023-cü ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs1 ölümünə səbəb sol gicgah-təpə və ənsə sümüklərinin kəllə əsasına keçən xətti sınıqları nəticəsində baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma olmuşdur. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 14 iyul 2023-cü il il tarixli 8/2072 Ne-li rəyi ilə müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsində «Mercedes Benz C200 CDİ» minik markalı 90UE254 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X14» Azaybaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdılması» qadağan nişanı ilə 90 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 100 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «X14» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Sürücü Təqsirləndirilən şəxs hadisədən bilavasitə sonra sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən keçirilmiş, hadisə vaxtı ayıq vəziyyətdə olması müəyyən edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış DİN BDYP Qİİ-nin verdiyi xx.xx.2023-ci il tarixli 3-13-16/2-98310/2023 nömrəli arayışla müəyyən edilmişdir ki, Azaybaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs xx.xx.2014-cü ildə xx.xx.2024-cü il tarixədək müddətə etibarlı olan AE 514317 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək hadisənin törədilmə şəraiti barədə hərtərəfli ifadələr vermişdir. Məhkəmədə onun bu ifadələri yuxarıda sadalan sübutlar fonunda araşdırılarkən öz təsdiqini tapdı. Belə ki, bu halla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələblərinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə gəldiyi bu nəticəni onunla əsaslandırır ki, məhkəmədə Təqsirləndirilən şəxs ittihamda nəzərdə tutulan cinayət əməlini törətməsi onun öz etirafedici ifadəsindən əlavə məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş çoxsaylı ekspertiza rəyləri, məhkəmədə əlavə şahid qismində dindirilmiş şəxslərin ifadələri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan sübutlar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini anlaqlı vəziyyətdə ehtiyatsızlıqdan törətməsinin sübuta yetirildiyi qənaətinə gəlir və Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3cü maddəsi ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cinayət əməlini ehtiyatsızlıqdan törətməsi qənaətinə gəldiyindən bu əmələ görə həmin maddədə nəzərdə tutulan qaydada onun cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes Benz C200 CDİ» minik markalı 90UE254 dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılmışdır. Məhkəmə maddi sübutların taleyi ilə bağlı məsələni həll edərkən bu halı nəzərə alır. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 85 (səksən beş) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləğin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, ekspertizasının keçirilməsinə sərf edilmiş 85 (səksən beş) manat vəsaitin Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılmasını əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 60 (altmış) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkil Müdafiəçi1 360 (üç yüz altmış) manat ödənilməli olması müəyyən olundu. Məhkəmə həmin məbləğin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, Təqsirləndirilən şəxs həmin məbləği ödəməkdən azad olunmasını əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, 20 iyul 2023-cü ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, 22 iyul 2023- cü ildə həbsdən azad edilmiş, 12 sentyabr 2023-cü ildə Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən və təyin olunmuş cəzanın çəkilməsinin əvvəlini müəyyən edərkən həmin halı nəzərə alır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi məhkəmədə və ibtidai istintaq zamanı təqsirli bilindiyi əməlin törədilməsi halları barəsində etirafedici ifadələr verməsi, himayəsində 3 yetkinlik yaşına çatmayan uşağının olması və zərərçəkmiş şəxslərin hüquqi varisi ilə barışıq əldə etməsi müəyyən olundu. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hadisədən dərhal sonra X16 Xidmətinin “103” qaynar xəttinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermiş və hadisə yerinə X16 çağırmışdır. Məhkəmə bu halı Təqsirləndirilən şəxs hadisəni törətdikdən sonrakı müsbət davranışı kimi qiymətləndirir və onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını, onun məhkəmə iclas zalından dərhal həbsə alınmasını və seçilmiş qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətinə nəqliyyat vasitəsini idarəetmək hüququndan məhrum edilməklə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcı 31 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 20 iyul 2023-cü il tarixdən 22 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı müddət onun cəza müddətinə daxil edilsin və onun tərəfindən çəkilməli olan cəzanın qalıq hissəsi 06 (altı) il 05 (beş) ay 28 ( iyirmi səkkiz ) gün olaraq hesablansın Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Dövlət büdcəsi hesabına Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkil Müdafiəçi1 ödənilməli olan 300 (üç yüz) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Hüquqi yardım və Tədris Mərkəzinin hesabına, ekspertiza xərcini təşkil edən 85 (səksən beş) manat pul vəsaiti Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs müdafiə xərcini ödəməkdən azad olunsun, ekspertiza xərcini təşkil edən 85 (səksən beş) manat pul vəsaiti ondan tutularaq dövlət büdcəsinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış «Mercedes Benz C200 CDİ» minik markalı 90UE254 dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-856/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-856/2024
31.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver